Bədən tərbiyəsi və idmanla
bağlı bəzi normativ hüquqi aktların təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli
Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11, 1.14
və 1.15-ci bəndlərinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. "İctimai birliklərə respublika idman
federasiyası statusunun verilməsi üçün onların
dövlət akkreditasiyası Qaydası", "Hüquqi
şəxs statusu olmayan idman klubu haqqında Nümunəvi
Əsasnamə", "Hərbi-tətbiqi və xidməti —
tətbiqi idman növlərinin Siyahısı", "Milli
yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji,
tibbi və antidopinq təminatı Qaydası",
"Ölkə ərazisində yayılan idman
növlərinin və idman fənlərinin tanınması
Qaydaları", "Respublika idman federasiyalarının
dövlət reyestrinin aparılması Qaydaları",
"İdman növlərinin dövlət reyestrinin
aparılması Qaydaları", "Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idman
sahəsində idman adları, idman dərəcələri,
məşqçilərin təsnifat kateqoriyaları və
idman hakimlərinin təsnifat dərəcələri",
"Dövlət bədən tərbiyəsi-idman
təşkilatlarında bədən tərbiyəsi və
idman xidmətləri güzəştli
şərtlərlə göstərilən bəzi kateqoriyadan
olan şəxslərin Siyahısı", "Dövlət
bədən tərbiyəsi-idman təşkilatlarında
göstərilən bədən tərbiyəsi və idman
xidmətlərinə güzəştlərin siyahısı
və onların həcmi" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİZADƏ
Bakı
şəhəri, 24 dekabr 2009-cu il
¹ 198
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İctimai
birliklərə respublika idman federasiyası statusunun verilməsi
üçün onların dövlət akkreditasiyası
Q A Y D A S I
1. ÜMUMİ MÜDDƏA
Bu Qayda "Bədən tərbiyəsi və idman
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə hazırlanmışdır və
ölkə ərazisində fəaliyyət göstərən
ölkə səviyyəli
bədən tərbiyəsi — idman ictimai birliklərinə
ayrı-ayrı idman növləri üzrə respublika idman
federasiyası (assosiasiyası) statusunun verilməsi
üçün onların dövlət akkreditasiyası
qaydasını müəyyən edir.[1]
2. AKKREDİTASİYA QAYDASI
2.1. İctimai birliklər Azərbaycan
Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla,
Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən dövlət
akkreditasiyasından keçdikdən sonra respublika idman
federasiyası statusunu alır.
2.2. Təqdim edilmiş
sənədlərə 40 (qırx) gün ərzində
baxılaraq Nazirliyin rəyi müsbət olduqda,
müraciət edənə akkreditasiya barədə
qərarın təsdiq edilmiş surəti, əks halda, imtina
(qanunvericiliyin həmin imtinaya səbəb olmuş
müddəaları göstərilməklə və izah
edilməklə) barədə yazılı məlumat verilir.
2.3. Dövlət akkreditasiyası
barədə Nazirliyin kollegiyasında vəsatətin
qaldırılması, akkreditasiya olunmuş respublika idman
federasiyalarının (assosiasiyalarının) fəaliyyətinə
nəzarətin təşkili və həyata keçirilməsi,
akkreditasiya tələblərinə əlavələr və
dəyişikliklər haqqında onlara vaxtında rəsmi
xəbərdarlığın edilməsi, akkreditasiya ilə
bağlı apelyasiyalara və digər
məsələlərə baxılması, bu barədə
müvafiq qərarların qəbul edilməsi məqsədi
ilə Nazirlik tərəfindən akkreditasiyanı həyata
keçirən «xüsusi komissiya» yaradılır və onun
tərkibi təsdiq edilir.
2.4. Akkreditasiyadan keçmiş,
eləcə də müəyyən səbəblərə
görə fəaliyyəti dayandırılmış və
ya ləğv edilmiş respublika idman federasiyaları
(assosiasiyaları) haqqında məlumatlar Nazirlik
tərəfindən respublika idman federasiyalarının
(assosiasiyalarının) dövlət reyestrinə daxil edilir,
bu barədə məlumat Nazirliyin və Milli Olimpiya Komitəsinin
informasiya bülletenlərində dərc olunur.
3. AKKREDİTASİYA ÜZRƏ
TƏLƏB OLUNAN SƏNƏDLƏR
3.1. Akkreditasiya olunmaq üçün
ictimai birlik tərəfindən Nazirliyə
aşağıdakı sənədlər təqdim
edilməlidir:
rəsmi müraciət (ərizə);
bədən tərbiyəsi və idman
yönümlü ictimai birliyin təsis sənədlərinin
və hüquqi şəxsin dövlət qeydiyyatı
haqqında şəhadətnaməsinin notariat qaydasında
təsdiq olunmuş surətləri;
Milli Olimpiya Komitəsinin rəyi;
inkişaf etdirilən idman növləri
və fənlərinin siyahısı;
müvafiq idman növü üzrə
yarışların müəyyən edilmiş qaydada
təsdiq edilmiş keçirilmə qaydaları və
həmin idman növünün inkişaf və təbliğ
edilməsi barədə proqram layihəsi;
müvafiq idman növü üzrə
yüksək səviyyəli idmançıların
hazırlığı sisteminin təkmilləşdirilməsi
haqqında təkliflər;
idman obyektləri və bazaları
haqqında məlumatlar;
milli yığma komandalara
namizədlərin seçilməsi və komandaların
komplektləşdirilməsinə dair təkliflər;
ictimai birliyin fəaliyyətinin təmin
edilməsi üzrə maliyyə mənbələri
haqqında rəsmi sənədlər.
beynəlxalq və digər idman
qurumlarına üzvlüyü haqqında məlumat;
rəhbərliyi və rəhbər
orqanlarının tərkibi haqqında məlumat.[2]
3.2. Akkreditasiya ilə bağlı
sənədlər Nazirlik tərəfindən siyahı
üzrə qəbul olunur.
4. AKKREDİTASİYA BARƏDƏ
QƏRAR
4.1. İctimai birlik dövlət
akkreditasiyasından keçdikdə, ona Nazirliyin kollegiyası
tərəfindən qəbul edilmiş akkreditasiya
barədə qərarın təsdiq edilmiş surəti
təqdim edilir.
4.2. Nazirlik respublika idman
federasiyasının fəaliyyətini dayandırmaq və ya
ləğv etmək hüququna malikdir.
4.3. Aşağıdakı hallarda
dövlət akkreditasiyası haqqında qərar
dayandırılır və ya aşkar edilən
nöqsanların ciddiliyindən asılı olaraq ləğv
edilir:
dövlət akkreditasiyasından
keçmək üçün təqdim edilmiş
sənədlərdə qeyri-dürüst, həqiqətə
uyğun olmayan və səhv faktlar (məlumatlar) aşkar
edildikdə;
respublika idman federasiyasının
sənədlərində və ya fəaliyyətində
əsaslı dəyişikliklər baş verdiyi halda, bu
barədə Nazirliyin xüsusi komissiyasına 1 (bir) ay
müddətində məlumat verilmədikdə;
respublika idman federasiyasının
(assosiasiyasının) fəaliyyətində onlar
üçün müəyyən edilmiş
tələblərin pozulması hallarına yol verildikdə.
Bu tələblər
aşağıdakılardan ibarətdir:
"Bədən
tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydalara tam riayət
olunması;
Nazirlik tərəfindən təsdiq
edilmiş respublika Vahid idman təsnifatına və digər
normativ sənədlərə riayət olunması;
müvafiq idman növünün
idmanın inkişafı üzrə dövlət proqramına
uyğun və sistemli inkişaf etdirilməsi;
idman fəaliyyətində beynəlxalq
norma və qaydalara əməl olunması;
yarışlar keçirilən idman
obyektlərinin idman növünün qaydalarına və
tələblərinə uyğun olması, sanitar-gigiyenik,
mühəndis-texniki, təhlükəsizlik və digər
normalara cavab verməsi;
Nazirliyin bütün sorğularına
vaxtında, düzgün və ətraflı
məlumatların təqdim olunması.
5. YEKUN MÜDDƏALAR
5.1. Respublika idman federasiyasının
fəaliyyətinin dayandırılması və ya ləğv
edilməsi barədə qərarda respublika idman
federasiyasının fəaliyyətinin hansı
səbəblərə görə dayandırılması
və ya ləğv edilməsi və dayandırılması
səbəblərinin aradan götürülməsi
üçün 3 (üç) aydan çox olmayaraq
müddət göstərilməlidir.
Respublika idman federasiyasının
(assosiasiyasının) fəaliyyətindəki qeyri-qanuni
halların və digər pozuntuların aradan
götürülməsi təmin edilmədikdə, onun
fəaliyyəti Nazirliyin qərarı ilə ləğv
edilir.
5.2. Akkreditasiya olunmuş respublika idman
federasiyası (assosiasiyası) ləğv edildikdə və ya
yenidən təşkil olunduqda, onun fəaliyyəti bitmiş
hesab olunur.
Qəbul olunmuş qərarlar
barədə respublika idman federasiyası (assosiasiyası) 3
(üç) gün ərzində
məlumatlandırılmalıdır.
5.3. Akkreditasiya tələblərinə
riayət edilməsinə nəzarət Nazirlik
tərəfindən həyata keçirilir.
5.4. Nazirliyin fəaliyyətindən
və qərarlarından qanunvericiliyə uyğun qaydada
yuxarı inzibati orqana və ya məhkəməyə
şikayət verilə bilər.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Hüquqi şəxs statusu olmayan idman
klubu haqqında
NÜMUNƏVİ ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Hüquqi şəxs statusu olmayan
idman klubu (bundan sonra — klub) haqqında Nümunəvi
Əsasnamə "Bədən
tərbiyəsi və idman haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147
nömrəli Fərmanının 1.5-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
1.2. Klubun Əsasnaməsi onun
fəaliyyət göstərdiyi sahənin
xüsusiyyətlərinə uyğun olaraq təsisçi
tərəfindən hazırlanır və təsdiq edilir.
1.3. Klubun fəaliyyəti
məşğul olanların həyat və
sağlamlıqlarının qorunması, fiziki
hazırlıqlarının inkişafı və
təkmilləşdirilməsi, idmanın ayrı-ayrı
növləri üzrə idman ustalıqlarının
artırılması, mənəvi, əxlaqi və mübariz
keyfiyyətlərə yiyələnməsi prinsipləri
əsasında qurulur.
1.4. Klub:
fəaliyyətini demokratiya prinsipləri
əsasında həyata keçirir;
fəaliyyətinin yekunları haqqında
kollektiv qarşısında hesabat verir;
simvollarına, embleminə və
atributlarına malikdir;
fəaliyyət göstərdiyi ərazi
üzrə müvafiq şəhər (rayon) gənclər
və idman baş idarəsində (idarəsində) qeydə
alınır.
2. KLUBUN MƏQSƏDİ
Klubun əsas məqsədi
fəaliyyət göstərdiyi sahədə bədən
tərbiyəsi və idmanın inkişafının təmin
edilməsi, üzvlərinin maraqları əsasında
onların asudə vaxtlarının səmərəli
təşkil edilməsi, sağlamlıqlarının
qorunması, fiziki inkişaflarına nail olunması,
Vətənin müdafiəsinə daim hazır və
yüksək əmək qabiliyyətli olması və
respublikanın milli yığma komandalarının ehtiyat
qüvvələrinin hazırlanmasında fəal
iştirakın təmin edilməsidir.
3. KLUBUN FUNKSİYALARI,
VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI
3.1. Klubun funksiyaları
aşağıdakılardır:
aidiyyəti sahə üzrə təhsil
alanların, üzvlərinin bədən tərbiyəsi
və idmanla, idman turizmi ilə məşğul
olmalarını təşkil edir;
əhaliyə kütləvi bədən
tərbiyəsi-sağlamlıq və müxtəlif idman
xidmətləri göstərir;
sağlamlıq qruplarında və idman
bölmələrində təlim-məşq prosesinin
aparılmasına nəzarət edir, yığma komandaları
formalaşdırır, onların hazırlığını
və yarışlarda iştiraklarını təmin edir;
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan olunmayan digər
fəaliyyətlər göstərir.
3.2. Klubun vəzifələri
aşağıdakılardır:
üzvlərinin
sağlamlığını bədən tərbiyəsi
və idman vasitəsilə möhkəmləndirmək;
bədən tərbiyəsi və
idmanı sağlam həyat tərzi kimi üzvlərinin və
onların ailə üzvlərinin gündəlik
həyatına daxil etmək;
üzvlərinin idmanın
ayrı-ayrı növlərində yarışlarda
iştirakını və uğurlar qazanmasını təmin
etmək;
klubun idman bölmələrində
məşğul olanların respublika Vahid idman
təsnifatının tələblərinə uyğun olaraq
idman dərəcələri üzrə normativlərin
yerinə yetirilməsi istiqamətində iş aparmaq;
öz fəaliyyətində elmi-metodiki
tövsiyələrdən və qabaqcıl iş
təcrübəsindən istifadə etmək,
seminar-məşğələlər, baxış —
müsabiqələr və digər belə tədbirlər
təşkil etmək;
məşğul olduğu idman
növləri üzrə fəaliyyət göstərən
respublika idman federasiyaları (assosiasiyaları) ilə
əlaqə saxlamaq, beynəlxalq idman əlaqələrini
təşkil etmək;
maddi-texniki bazanın
yaradılmasını və daimi inkişafını,
maliyyə təminatını və onun ildən-ilə
artırılmasını təmin etmək.
3.3. Klub aşağıdakı
hüquqlara malikdir:
klubun maddi-texniki imkanlarından
səmərəli istifadəni təmin etməklə, klubun
üzvləri üçün idman ləvazimatı və
avadanlığı almaq;
sərəncamına verilmiş
əmlakdan (inzibati bina və ya otaqlar, idman qurğuları,
texniki vəsait, idman avadanlığı, ləvazimatı
və s.) təmənnasız olaraq klubun tələbatına
uyğun istifadə etmək;
yüksək nailiyyətlər
qazanmış və nəticələrə nail olmuş klub
üzvlərini və idmançılarını təltif
etmək və daha yüksək səviyyədə
mükafatlandırmaya təqdim etmək;
klub üçün icarəyə
götürülmüş idman obyektlərindən
səmərəli istifadə etmək;
klubun maddi-texniki bazasını və
maliyyə təminatını möhkəmləndirmək
məqsədi ilə kommersiya fəaliyyəti
göstərmək;
əhaliyə pullu bədən
tərbiyəsi-sağlamlıq və idman xidmətləri
göstərmək;
klubun iş planına uyğun olaraq
bədən tərbiyəsi-sağlamlıq tədbirləri,
idman yarışları, kompleks spartakiadaları
keçirmək;
üzvlərini müxtəlif idman
tədbirləri ilə bağlı ayrı-ayrı
şəhərlərə və ölkələrə ezam
etmək;
öz yığma komandaları
üçün təlim-məşq toplanışları
keçirmək, onların sahə, şəhər (rayon), respublika
və beynəlxalq yarışlarda iştirakını
təmin etmək;
respublika Vahid idman təsnifatına
əsasən klubun idmançılarına idman
dərəcələri vermək və daha yüksək
dərəcələrin verilməsinə təqdim etmək;
öz emblemini, simvol və
atributlarını reklam etmək.
4. KLUBUN ÜZVLƏRİ, ONLARIN
HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Klubun Əsasnaməsini qəbul
edən, təsisçinin qərarlarını yerinə
yetirən, klubun mənsub olduğu təşkilatda təhsil
alan, işləyən hər bir şəxs və onların
ailə üzvləri, ölkə ərazisində yaşayan
Azərbaycan vətəndaşları və
əcnəbilər klubun üzvü ola bilərlər.
4.2. Klubun üzvlüyünə
qəbul üzv olmaq istəyənin şəxsi ərizəsi
əsasında klubun idarə heyəti tərəfindən
həyata keçirilir.
4.3. Klubun üzvləri
aşağıdakı hüquqlara malikdirlər:
klubun rəhbər orqanlarını
seçmək və seçilmək;
klubun bölmələrində,
qruplarında bədən tərbiyəsi-sağlamlıq, idman
və idman turizmi ilə məşğul olmaq;
klubun komandalarının heyətinə
daxil olmaq, təlim-məşq toplantılarında
hazırlıq keçmək və klubun iştirak etdiyi
şəhər (rayon), respublika və beynəlxalq
yarışlarda klubun idman şərəfini qorumaq;
klubun keçirdiyi, eləcə də
klub tərəfindən göndərilmiş xüsusi
seminarlarda, kurslarda, toplantılarda təlim keçmək;
klubun sərəncamında olan idman
qurğularından və avadanlıqlarından istifadə
etmək;
klubun döş nişanını,
emblemini, idman geyimini və digər fərqləndirici
atributlarını daşımaq;
yığıncaqlarda (konfranslarda),
mətbuatda və digər toplantılarda klubun
fəaliyyəti haqqında öz fikirlərini
söyləmək, tənqid etmək, təklif vermək,
qəbul olunan qərarlara münasibət bildirmək.
4.4. Klubun üzvlərinin
vəzifələri aşağıdakılardan ibarətdir:
klubun işində fəal iştirak
etmək, rəhbər orqanların qərarlarını
yerinə yetirmək;
Vətənin müdafiəsinə
hazır və yüksək əmək qabiliyyətinə
malik olmaq üçün klubun imkanlarından
səmərəli istifadə etmək;
sistematik olaraq tibbi
müayinələrdən keçmək, həkim
nəzarətinin tələblərinə və şəxsi
gigiyenaya riayət etmək;
klubun əmlakını qorumaq, onlardan
qənaətlə və səmərəli istifadə
etmək.
5. KLUBUN
MALİYYƏLƏŞDİRİLMƏSİ
5.1. Klubun maliyyə fəaliyyəti
təsdiq edilmiş xərclər smetasına uyğun olaraq
həyata keçirilir.
5.2. Klubun əsas maliyyə
mənbələri aşağıdakılardır:
təsisçi tərəfindən
bədən tərbiyəsi-sağlamlıq və idman
işlərinin təşkilinə ayrılan vəsait;
klubun təsisçisi olan hüquqi
şəxsin Həmkarlar İttifaqı Komitəsindən bu
sahəyə ayrılan vəsait;
sponsorlardan, hami təşkilatlardan daxil
olan vəsaitlər, həmçinin digər fiziki və
hüquqi şəxslərin könüllü ianələri;
yerli özünüidarəetmə
orqanlarından müvafiq ərazi üzrə bədən
tərbiyəsi və idmanın inkişafına dair
dövlət proqramlarının icrası ilə bağlı
ayrılan vəsaitlər;
qanunvericiliklə qadağan
edilməyən digər fəaliyyət növlərindən
əldə olunmuş vəsaitlər.
5.3. Klub təsisçi ilə
razılaşdırmaqla, klubun ştat cədvəlini və
işçilərin aylıq əməkhaqlarının
məbləğini müəyyən edir.
5.4. Klubun maliyyə
fəaliyyətinə nəzarət klubun təftiş
komissiyası və təsisçi tərəfindən
həyata keçirilir.
6. KLUBUN İDARƏETMƏ ORQANLARI
6.1. Klub Əsasnaməsinə uyğun
olaraq təşkilati strukturunu təsdiq edir, idarə heyətini,
təftiş komissiyasını seçir, bədən
tərbiyəsi və idmanın inkişafı ilə
bağlı tədbirlər planını hazırlayır,
idarə heyətinin və təftiş komissiyasının
hesabatlarını dinləyir və qərarlar qəbul edir.
6.2. Klubun fəaliyyətinə
rəhbərlik klubun idarə heyəti tərəfindən
həyata keçirilir.
6.3. İdarə heyəti klubun
Əsasnaməsi ilə müəyyən edilmiş
müddətə seçilir. İdarə heyəti sədri,
sədrin müavinini, xəzinədarı və katibi seçir,
heyət üzvləri arasında vəzifə
bölgüsünü aparır. İdarə heyəti klubun
iş planını təsdiq edir, onun icrasını təmin
edir, Əsasnamə ilə müəyyən edilmiş
müddət üçün klubun fəaliyyəti
barədə hesabat verir.
İdarə heyəti klubun
nəzdində ayrı-ayrı komissiyalar və işçi
qrupları yaradır, onların fəaliyyətinə
rəhbərliyi və nəzarəti həyata keçirir.
İdarə heyətinin iclasları ayda
1 (bir) dəfədən az olmamaqla keçirilir. İclas
heyət üzvlərinin 50%-dən çoxunun iştirakı
zamanı səlahiyyətli sayılır.
Klubun idarə heyətinin sədri
həm də klubun sədri olaraq, idarə heyətinin
fəaliyyətinə rəhbərlik edir, klubun adından
çıxış edir, dövlət, ictimai,
qeyri-hökumət, özəl və digər
təşkilatlarda, eləcə də beynəlxalq qurumlarda
klubu təmsil edir, müqavilələr bağlayır. Klubun
sədri klubun idarə heyəti üçün
Əsasnamə ilə müəyyən edilmiş
müddətə seçilir.
6.4. Klubun sədri:
klubun fəaliyyətinə, eləcə
də maliyyə-təsərrüfat fəaliyyətinə
rəhbərlik edir və bunun üçün
məsuliyyət daşıyır;
klubun işçilərinin funksional
vəzifələrini müəyyənləşdirir və
təsdiq edir, əmək qanunvericiliyi əsasında onları
işə qəbul və işdən azad edir;
səlahiyyətləri
çərçivəsində əmrlər və
təlimatlar verir;
klubun daxili iş rejimini və
qaydalarını müəyyənləşdirir və
təsdiq edir;
klubun fəaliyyətinin yekunlarından
asılı olaraq, işçilər barəsində
həvəsləndirmə və intizam tənbehi
tədbirləri görür.
7. KLUBUN FƏALİYYƏTİNİN
DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ
7.1. Klubun fəaliyyətinin
dayandırılması və ya ləğv edilməsi klubun
təsisçisinin qərarı ilə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Klubun fəaliyyətinin
dayandırılması və ya ləğv edilməsi ilə
bağlı qəbul olunmuş qərardan qanunvericiliklə
müəyyən olunmuş qaydada məhkəməyə
şikayət verilə bilər.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin
SİYAHISI
Bu Siyahı "Bədən tərbiyəsi və idman
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının 1.6-cı
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır.
Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növləri aşağıdakı
cədvəldə göstərildiyi kimi müəyyən
edilir:
|
Sıra
¹-si |
İdman
növləri |
İdman
növlərinin inkişafına rəhbərlik edən
mərkəzi icra hakimiyyəti orqanı (aidiyyəti
üzrə) |
|
|
I. Hərbi-tətbiqi idman
növləri |
Müdafiə Nazirliyi, Daxili
İşlər Nazirliyi, |
|
1. |
Ordu
əlbəyaxa döyüşü |
|
|
2. |
İdman
çoxnövçülüyü |
|
|
3. |
Beşnövçülük |
|
|
4. |
Ştat və
tabel silahından atıcılıq |
|
|
5. |
Uzaq
məsafələrə kross qaçışları |
|
|
6. |
Uzaq
məsafələrə silahlı-təchizat
qaçışları |
|
|
7. |
Maneələr
zolağını dəf etmə |
|
|
8. |
Səmti
müəyyən etmə |
|
|
9. |
Qumbara atma |
|
|
10. |
Paraşüt
idmanı |
|
|
11. |
Dəniz pentatlonu |
|
|
12. |
Tətbiqi
üzgüçülük |
|
|
13. |
Dağ alpinizmi |
|
|
14. |
Süngüləşmə |
|
|
|
II. Xidməti-tətbiqi idman
növləri |
Fövqəladə Hallar Nazirliyi, Daxili
İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət
Gömrük Komitəsi, Xüsusi Dövlət
Mühafizə Xidməti, Dövlət Miqrasiya Xidməti |
|
1. |
Suda xilasetmə
idmanı |
|
|
2. |
Xidməti
motoçoxnövçülük idmanı |
|
|
3. |
Səmti
müəyyən etmə |
|
|
4. |
Xilasedici — idman
çoxnövçülüyü |
|
|
5. |
Ştat və
tabel silahından atıcılıq |
|
|
6. |
Yanğından
xilasetmə idmanı |
|
|
7. |
Universal
döyüş |
|
|
8. |
Təkbətək
mübarizə |
|
|
9. |
İkinövçülük |
|
|
10. |
Üçnövçülük |
|
|
11. |
Çoxnövçülük |
Qeyd. Göstərilən mərkəzi icra
hakimiyyəti orqanları bu Siyahıda nəzərdə tutulan
hərbi-tətbiqi və xidməti-tətbiqi idman
növlərinin seçilməsini və daxili tətbiq
mexanizmini fəaliyyətlərinin
xüsusiyyətlərinə müvafiq olaraq aidiyyəti
üzrə müstəqil müəyyən edirlər.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Milli yığma komandaların
maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq
təminatı
QAYDASI
1. ÜMUMİ MÜDDƏA
Bu Qayda "Bədən tərbiyəsi və idman
haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli,
147 nömrəli Fərmanının 1.7-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
2. MİLLİ YIĞMA KOMANDALARIN
MADDİ-TEXNİKİ TƏMİNATI
2.1. Bu Qaydanın məqsədi milli
yığma komandaların maddi-texniki təminatı qaydalarını
müəyyənləşdirmək, onların maddi-texniki
bazasının formalaşdırılması,
möhkəmləndirilməsi və inkişaf etdirilməsini
təmin etməkdən ibarətdir.
2.2. Milli yığma komandaların
və onların üzvlərinin maddi-texniki təminatı
əsasən aşağıdakı sahələri
özündə cəmləşdirir:
2.2.1. təlim-məşq prosesi. Bu
sahə üçün aşağıdakılar
zəruridir:
beynəlxalq standartlar və normalara
uyğun olan təlim-idman qurğusu;
idman növü üçün
tələb olunan avadanlıq, ləvazimat, texniki
vasitələr və s.;
xüsusi idman geyimləri,
ayaqqabıları;
tibbi və bərpaedici mərkəz,
sauna və s.;
yardımçı təlim-idman
obyektləri (üzgüçülük hovuzu, trenajor
zalı, ümumi-fiziki hazırlıq zalları və
meydançalar);
2.2.2. qidalanma. Bu sahəyə
aşağıdakılar daxildir:
hazırlıq dövrünün
xüsusiyyətləri nəzərə alınmaqla,
müəyyən edilmiş qidalar;
idman növlərinin
xüsusiyyətlərinə görə əlavə qidalanma;
təlim-məşq
toplanışlarında bütün gün ərzində
qidalanma;
bərpaedici qidalanma;
2.2.3. tibbi-farmakoloji təminat. Bu sahə
aşağıdakılardan ibarətdir:
idmançılara tibbi xidmətin və
nəzarətin təşkili;
müəyyən edilmiş
dövrlərdə tibbi müayinələrin
keçirilməsi;
hər bir idmançıya fərdi
olaraq vitaminlərin və dərman preparatlarının
müəyyən edilməsi, alınması və
idmançı tərəfindən onların qəbulunun
təmin edilməsi;
bərpa dövrlərində
idmançıların ehtiyaclarına uyğun
müalicələrin müalicə sanatoriyalarında,
müalicə-tibb müəssisələrində (klinika,
xəstəxana, tibbi mərkəz və s.) həyata
keçirilməsi;
milli yığma komandaların
bütün üzvlərinin tibbi sığortalanması;
2.2.4. maliyyə təminatı. Bu
sahəyə aşağıdakılar aiddir:
milli yığma komandalar
üçün komandanın illik hazırlıq planına
əsasən illik smeta xərclərinin hazırlanması
və təsdiqi;
xərclər smetasına uyğun olaraq
yığma komandaya maliyyə vəsaitinin ayrılması;
milli yığma komandaların inzibati
işçilərinin, məşqçilər heyətinin,
tibbi və texniki personalının və
idmançılarının aylıq əməkhaqqı, müavinətlər,
təqaüdlər və digər
ödənişlərlə təmin edilməsi;
milli yığma komandalar
üçün mükafat fondlarının yaradılması,
mükafat meyarlarının müəyyən edilməsi.
2.3. Milli yığma komandaların
və idmançıların maliyyə təminatı
əsasən aşağıdakı mənbələr
hesabına həyata keçirilir:
bədən tərbiyəsi və idman
sahəsinə dövlət büdcəsindən ayrılan
vəsait;
idman növləri üzrə respublika
idman federasiyaları;
Milli Olimpiya Komitəsi;
idman təşkilatları;
sponsor təşkilatlar;
hamilik edən hüquqi və fiziki
şəxslərin Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan olunmayan
fəaliyyətlərindən (reklam, kommersiya tipli
yarışlarda iştirak və s.) əldə edilmiş
vəsaitlər.
2.4. Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik) milli
yığma komandaların maddi-texniki təminatı ilə
bağlı, idman obyektlərinin tikintisinin təşkili,
fəaliyyət göstərən idman obyektlərinin
bərpası və işlək vəziyyətdə
saxlanılması barədə təkliflərini
hazırlayır və müvafiq orqanlara təqdim edir.
3. MİLLİ YIĞMA KOMANDALARIN
ELMİ-METODİKİ TƏMİNATI
3.1. Azərbaycan Respublikasının
milli yığma komandalarının elmi-metodiki
təminatının əsas məqsədi müasir elmi
nailiyyətlər və qabaqcıl təcrübə əsasında
yüksəkdərəcəli idmançıların
hazırlıq sisteminin yaradılmasıdır.
3.2. Milli yığma komandaların
və yüksəkdərəcəli idmançıların
hazırlıq sisteminin elmi təminatının metodoloji
əsasları aşağıdakılardan ibarətdir:
yüksəkdərəcəli
idmançıların hazırlıq sisteminin elmi-metodiki
əsasının hazırlanması;
çoxillik hazırlıq prosesində
milli yığma komandalara namizədlərin seçilməsi
və inkişaf dinamikası proqnozunun ölçü
vahidlərinin elmi əsaslandırılması;
məşq prosesinin idarə
olunmasının elmi əsaslandırılması;
olimpiya idman növləri üzrə
yüksəkdərəcəli idmançıların
hazırlıq sisteminin təkmilləşdirilməsi.
3.3. Yüksəkdərəcəli
idmançıların hazırlıq sisteminin ümumi
nəzəri və metodoloji əsasları
aşağıdakılardan ibarətdir:
müasir idman nəzəriyyəsinin
ümumi quruluşu və məzmununun hazırlanması;
elmi kompleks qrupların (EKQ)
yaradılması, respublika idman federasiyaları ilə
əlaqələrin təşkili, milli yığma
komandaların beynəlxalq yarışlara
hazırlığının elmi əsaslarla aparılması
üzrə birgə fəaliyyətin təmin edilməsi.
3.4. Çoxillik hazırlıq
prosesində milli yığma komandalara namizədlərin
seçilməsi və inkişaf dinamikası proqnozunun
ölçü vahidlərinin elmi əsasları
aşağıdakılardır:
hazırlığın müxtəlif
mərhələlərində idman istedadlarının
müəyyən edilməsi və seçilməsi
metodlarının sistemləşdirilməsi;
idmançıların yaş
xüsusiyyətlərini nəzərə almaqla, milli
komandalara seçmənin təşkilati — metodiki
əsaslarının hazırlanması;
seçmədə irsi
əlamətlərin rolunun təyin edilməsi;
perspektivli idmançıların
seçimi və bu seçimi aparmağın
ölçü vahidlərinin elmi əsaslandırılması;
idman nailiyyətlərinin
proqnozlaşdırılmasının elmi-metodiki
əsasları.
3.5. Məşq prosesinin idarə
olunmasının elmi əsasları
aşağıdakılardan ibarətdir:
yüksəkdərəcəli
idmançıların məşq prosesinin
fərdiləşdirilməsinin əsaslandırılması
və metodologiyasının hazırlanması;
milli komandaların məşq prosesinin
bütün mərhələlərinin məzmunu, quruluşu,
metod və vasitələri,
planlaşdırılmasının elmi əsasları;
gərgin təlim-məşq və
yarış şəraitində yığma komanda
üzvlərinin xüsusi hazırlığına kompleks
nəzarət, alınan nəticələrin təhlili,
düzəlişlərin edilməsi, idman
hazırlığının inkişafı və
təkmilləşdirilməsi;
milli komandaların üzvlərinin
yarış fəaliyyətinin modelləşdirilməsi;
yüksəkdərəcəli
idmançıların işgörmə qabiliyyətinin
bərpası və onun imkanlarının artırılmasının
metod və vasitələrinin elmi əsasları;
idmançıların
iradi-mənəvi hazırlığının
təkmilləşdirilməsi.
3.6. Olimpiya idman növləri
üzrə yüksəkdərəcəli
idmançıların hazırlıq sisteminə
aşağıdakılar daxildir:
silsiləvi idman növlərində
milli yığma komanda üzvlərinin hazırlıq sistemi;
sürət-qüvvə tələb
edən idman növlərində milli yığma komanda
üzvlərinin hazırlıq sistemi;
təkmübarizəlik idman
növlərində milli yığma komanda üzvlərinin
hazırlıq sistemi;
mürəkkəb koordinasiyası olan
idman növlərində milli yığma komanda
üzvlərinin hazırlıq sistemi;
idman oyunlarında milli yığma
komanda üzvlərinin hazırlıq sistemi;
Olimpiya Oyunlarına dördillik
hazırlıq mərhələsində milli yığma
komanda üzvlərinin hazırlığına kompleks elmi
nəzarət.
3.7. Milli yığma komandaların
beynəlxalq yarışlara hazırlığı və
beynəlxalq yarışlarda iştirakı elmi-kompleks
qrupları tərəfindən işlənmiş və
Nazirlik tərəfindən təsdiq edilmiş hazırlıq
proqramları və planları əsasında həyata
keçirilir.
3.8. Bədən tərbiyəsi və
idman sahəsində elmi tədqiqat işlərinin
aparılması öz fəaliyyətlərini dövlət
və digər sifarişlər əsasında həyata
keçirən bədən tərbiyəsi və idman
sahəsində yaradılmış elmi mərkəzlər,
elmi tədqiqat institutları, laboratoriyalar, eləcə də
təhsil müəssisələri tərəfindən
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
həyata keçirilir.
4. MİLLİ YIĞMA KOMANDALARIN
TİBBİ-BİOLOJİ, TİBBİ VƏ ANTİDOPİNQ
TƏMİNATI
4.1. Milli yığma komandaların
üzvlərinin tibbi-bioloji təminatı hər il
yeniləşən Ümumdünya Antidopinq Agentliyi (bundan sonra
—ÜADA) tərəfindən tərtib olunan siyahı
nəzərə alınmaqla, il ərzində Nazirlik
tərəfindən həyata keçirilir.
4.2. İdmançıların
sağlamlığının aşkar edilmiş
xüsusiyyətləri və funksional vəziyyəti
nəzərə alınmaqla, orqanizmin qəbul etdiyi
yüklərə adaptasiya göstəriciləri üzrə
əsaslandırılmış fərdi
bərpaedici-reabilitasiya üçün onlara
mütəxəssis tərəfindən dərman
maddələri təyin olunur.
4.3. Milli yığma komanda
üzvlərinin yarışqabağı farmakoloji
təminatına aşağıdakılar daxildir:
milli yığma komandaların
üzvlərinin yarışqabağı adaptasiyası;
idmanda dopinq problemləri və buna
nəzarət;
adoptogen bioloji fəal maddələrin
idmanda istifadə olunması və farmakoloji təminat;
idmançının
göstəricilərinə təsir edən müxtəlif
tibbi preparatlardan və qidaya əlavələrdən
istifadə.
4.4. Milli yığma komandaların
üzvlərinin tibbi təminatı idmançıların
əsaslı tibbi müayinəsini (idmançıların
fiziki inkişafı, sağlamlığı və funksional
vəziyyəti haqqında məlumat) və müalicəsini
özündə əks etdirir.
4.5. Əsaslı tibbi müayinənin
məqsədi aşağıdakılardır:
milli yığma komandaların
idmançılarının funksional imkanlarının
səviyyəsinin müəyyən edilməsi;
idmançıların təlim —
məşq prosesinə qatılmalarına maneçilik
törədən xəstəliklərin və patoloji
halların müəyyən edilməsi;
patoloji hallara səbəb olan riskli
amillərin müəyyən edilməsi;
idman ustalığı
səviyyəsindən asılı olaraq, hazırlıq
dövrü prosesində idmançının fiziki inkişaf
səviyyəsinin dəyişilməsinin diaqnostikası;
idmançının orqanizminin
sağlamlığı haqqında məlumatın təhlili
və buna uyğun olaraq, onun fərdi hazırlıq
planlarında müvafiq düzəlişlərin (əlavə
və dəyişikliklərin) aparılması.
Əsaslı tibbi müayinənin
nəticələri idmançıların tibbi
sənədlərində qeyd olunur.
4.6. Milli yığma komandaların
beynəlxalq yarışlara hazırlığı və
beynəlxalq yarışlarda iştirakı zamanı
elmi-metodiki və tibbi təminatı Nazirlik və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Milli Olimpiya,
Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri və
respublika idman federasiyaları tərəfindən həyata
keçirilir.
4.7. “İdmanda dopinqə qarşı
mübarizə haqqında” Beynəlxalq Konvensiya və
Ümumdünya Antidopinq Məcəlləsi ilə qadağan
edilmiş dopinq vasitələrindən və üsullarından
istifadəyə qarşı yönəlmiş nəzarət
“İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.[5]
4.8. Milli yığma komandaların
antidopinq təminatı aşağıdakıları
özündə əks etdirir:
milli yığma komandaların
idmançıları, məşqçiləri və tibbi
personalları üçün xüsusi antidopinq
maarifləndirmə proqramları üzrə (Ümumdünya Antidopinq
Agentliyi tərəfindən qadağan olunmuş dərman
maddələrinin siyahısının izahı,
idmançıların, həkimlərin və
məşqçilərin məsuliyyətlərinin izahı,
dopinq nəzarətinin klassik reqlamenti ilə
tanışlıq) seminar-məşğələlərin
mütəmadi olaraq təşkili və keçirilməsi;
respublika və beynəlxalq miqyaslı
yarışlarda, habelə yarışdankənar vaxtlarda dopinq
nəzarətinin keçirilməsi;
terapevtik istifadə ilə bağlı
sorğuların vaxtında antidopinq təşkilatlarına,
ÜADA-ya göndərilməsi, bu
məsələlərlə bağlı mübahisəli
və mürəkkəb vəziyyətlər
yarandığı zaman tibbi ekspertlərin rəyinin
öyrənilməsi, terapevtik istifadə
məsələləri üzrə idman federasiyaları
ilə qarşılıqlı fəaliyyəti
tənzimləmək üçün xüsusi
komissiyaların yaradılması;
ÜADA tərəfindən akkreditasiya
edilmiş
laboratoriyalarından idmançıların bioloji
nümunələrinin yoxlamalarının
nəticələrinin əldə edilməsi, antidopinq qaydalarının pozulması aşkar edildiyi təqdirdə, idman
federasiyalarının (assosiasiyalarının) bu barədə
məlumatlandırılması;[6]
“İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş
vəzifələrin həyata keçirilməsi;[7]
dopinq nümunəsinin
götürülməsi üçün mütəxəssis
heyətinin təlimi və attestasiyasının
keçirilməsinin təşkil edilməsi.[8]
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Ölkə ərazisində yayılan
idman növlərinin və idman fənlərinin
tanınması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar "Bədən tərbiyəsi və idman
haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli,
147 nömrəli Fərmanının 1.8-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
İdman növünün (fənninin)
əsas məqsədi hər bir şəxsin
sağlamlığının
möhkəmləndirilməsinə, qorunmasına və fiziki
inkişafına xidmət etməkdən ibarətdir.
2. ÖLKƏ ƏRAZİSİNDƏ
YAYILAN İDMAN NÖVÜNƏ (FƏNNİNƏ) DAİR
TƏLƏBLƏR
Ölkə ərazisində yayılan
idman növünə (fənninə) dair tələblər
aşağıdakılardır:
idman növü (milli idman növləri
istisna olmaqla) beynəlxalq idman qurumlarında
tanınmış və qəbul edilmiş idman
növlərindən biri olmalıdır;
milli idman növü müəyyən
ərazilərdə yaşayan sakinlər arasında tarixi
ənənəyə, kütləvi marağa və onların
asudə vaxtlarında daha çox məşğulluqlarına
xidmət edən idman növlərindən biri
olmalıdır;
idman növünün qaydalarında
insanın sağlamlığına ağır zədə
vuran və ölümlə nəticələnə bilən
fəndlərə, rəqibə qarşı
hörmətsizlik və qəddarlığa, insan
ləyaqətini və şəxsiyyətini alçaldan,
eləcə də tamaşaçılara qarşı
qeyri-etik münasibətlərlə fərqlənən hallara
hər hansı bir formada icazə verilməsi
qəbulolunmazdır;
idman növü (fənni) üzrə
yarışların keçirilməsi qaydaları
olmalıdır;
idman növünün (fənninin)
inkişafı üçün tələb olunan maddi-texniki
baza olmalıdır;
idman növü (fənni) üzrə
mütəxəssislərin sayı və yenilərinin
hazırlanması üzrə proqram olmalıdır.
3. ÖLKƏ ƏRAZİSİNDƏ
YAYILAN İDMAN NÖVÜNÜN (FƏNNİNİN) TANINMASI
İLƏ BAĞLI TƏQDİM EDİLƏN
SƏNƏDLƏR
Ölkə ərazisində yayılan
idman növünün (fənninin) tanınması haqqında
rəsmi müraciət aşağıda göstərilən
sənədlərlə birlikdə müvafiq idman
növləri üzrə respublika idman federasiyaları
(assosiasiyaları), bədən tərbiyəsi və idman
təşkilatları, icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları
tərəfindən Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyinə (bundan sonra —Nazirlik)
təqdim edilir:
idman növünün (fənninin)
dəqiq adı göstərilən rəsmi sənəd;
müraciət edən
təşkilatın təsis sənədlərinin, hüquqi
şəxsin dövlət qeydiyyatı haqqında
şəhadətnaməsinin, respublika idman
federasiyasının (assosiasiyasının) dövlət
akkreditasiyası barədə qərarının müvafiq qaydada
təsdiq edilmiş surətləri;
idman növü (fənni) üzrə
yarışların keçirilməsi qaydaları;
idman növünün (fənninin)
perspektiv inkişaf proqramı;
idman növünün (fənninin)
təlimi üzrə metodiki təlimatlar və
tövsiyələr.
4. XÜSUSİ QEYDLƏR
4.1. Ölkə ərazisində
yayılan idman növünün (fənninin) tanınması
haqqında təqdim olunmuş rəsmi müraciətə
Nazirlikdə yaradılmış xüsusi komissiyada 2 (iki)
həftə ərzində baxılır. Komissiyanın
rəyi müsbət olduğu halda, məsələ Nazirliyin
kollegiyasının müzakirəsinə təqdim edilir.
İdman növünün (fənninin) tanınması
haqqında qərar Nazirlik tərəfindən qəbul edilir
və 2 (iki) həftə ərzində bu barədə
müraciət edənə rəsmi olaraq yazılı formada
məlumat göndərilir.
4.2. Xüsusi komissiya ölkə
ərazisində yayılan idman növünün (fənninin)
tanınması ilə bağlı qeyri-müsbət qərar
qəbul edərsə, bu barədə 2 (iki) həftə
ərzində müraciət edənə idman növünün
(fənninin) tanınmaması səbəbləri haqqında
rəsmi yazılı məlumat verilməlidir. Müraciət
edən həmin səbəbləri aradan qaldırmaqla, 6 (altı)
aydan sonra ölkə ərazisində yayılan idman
növünün (fənninin) tanınması ilə
bağlı yenidən müraciət edə bilər.
4.3. Nazirlik rəsmi qaydada
tanınmış idman növü (fənni) haqqında
kütləvi informasiya vasitələrində və
özünün xüsusi bülletenində məlumat dərc
etdirir.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Respublika idman federasiyalarının
dövlət reyestrinin aparılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏA
Bu Qaydalar "Bədən tərbiyəsi və idman
haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli,
147 nömrəli Fərmanının 1.9-cu bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
2. RESPUBLİKA İDMAN
FEDERASİYALARININ (ASSOSİASİYALARININ) DÖVLƏT
REYESTRİNƏ DAXİL EDİLMƏSİ QAYDALARI VƏ
TƏLƏBLƏRİ
2.1. Respublika idman federasiyalarının
dövlət reyestri (bundan sonra — RİFDR) Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
(bundan sonra — Nazirlik) tərəfindən aparılır.
2.2. İctimai birlik dövlət
akkreditasiyasından keçdikdən sonra respublika idman
federasiyası statusunu alır və respublika idman
federasiyalarının dövlət reyestrinə daxil edilir.[9]
2.3. RİFDR aşağıdakılardan
ibarətdir:
qeydiyyatın sıra nömrəsi;
respublika idman federasiyasının
(assosiasiyasının) adı və kod nömrəsi;
idman növünün (fənninin)
adı və kod nömrəsi (bunlar idman növlərinin
dövlət reyestrinə uyğun olmalıdır);
akkreditasiya barədə qərarın
tarixi və nömrəsi;
beynəlxalq və digər idman
qurumlarına üzvlük haqqında məlumat;
fəaliyyəti
dayandırılmış, ləğv edilmiş və ya
yenidən təşkil olunmuş respublika idman federasiyaları
(assosiasiyaları) haqqında məlumatlar.
2.4. RİFDR-ə daxil olma haqqında
Nazirliyə təqdim edilmiş sənədlər bu
Qaydaların tələblərinə uyğun gəlmədiyi
halda, məsələyə baxılmır və həmin
sənədlər 2 (iki) həftə ərzində
müraciət edənə qaytarılır.
2.5. Nazirlik təqdim olunmuş
sənədlərdəki məlumatların həqiqətə
uyğun olmadığı, qeyri-dəqiq və səhv
olduğu hallarda, müvafiq respublika idman federasiyasının
(assosiasiyasının) RİFDR-ə daxil edilməməsi
haqqında qərar qəbul edir və bu barədə 10 (on)
gün ərzində həmin təşkilatı rəsmi
qaydada məlumatlandırır.
2.4. Nazirlik təqdim edilmiş
sənədlər əsasında respublika idman
federasiyasının (assosiasiyasının) RİFDR-ə daxil
edilməsi haqqında qərarın surətini və reyestr
qeydiyyatı haqqında şəhadətnaməni 1 (bir) ay
ərzində müvafiq respublika idman federasiyasına
(assosiasiyasına) təqdim edir.[10]
3. RİFDR-də
dəyİşİklİk edİlməsİ
3.1. RİFDR-də
dəyişikliklər edilməsi Nazirlik tərəfindən
aşağıdakı hallarda həyata keçirilir:
təqdim edilmiş sənəd və
məlumatlara əlavələr və dəyişikliklər
edildikdə;
hər hansı bir respublika idman
federasiyasının (assosiasiyasının) fəaliyyəti
dayandırıldıqda və ya ləğv edildikdə.
3.2. RİFDR-də
dəyişikliklər respublika idman federasiyasının
(assosiasiyasının) rəsmi müraciəti əsasında
Nazirlik tərəfindən qəbul edilmiş qərarla edilir.
3.3. Respublika idman federasiyası (assosiasiyası)
təklif etdiyi dəyişiklikləri təsdiqləyən
sənədləri öz müraciətinə əlavə
etməlidir. Əks halda, həmçinin, təqdim olunmuş
sənədlər həqiqətə uyğun olmadıqda,
qeyri-dəqiq və səhv tərtib olunduqda, Nazirlik
dəyişikliklər haqqında qaldırılmış
məsələyə baxmır və bu barədə
müraciət edəni 10 (on) gün ərzində rəsmi
məlumatlandırır.
3.4. Təqdim olunmuş
sənədlər əsasında RİFDR-də
dəyişikliklər aparılması və yaxud
aparılmaması haqqında Nazirlik tərəfindən
qəbul edilmiş qərar müəyyən edilmiş
qaydalara uyğun olaraq 10 (on) gün ərzində
müraciət edənə göndərilir.
4. RİFDR-İn
aşkarlığı
Respublika idman federasiyaları
(assosiasiyaları) haqqında RİFDR-də toplanmış
məlumatlar istənilən maraqlı şəxsin sorğusu
əsasında Nazirlik tərəfindən verilir.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İdman növlərinin dövlət
reyestrinin aparılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar "Bədən tərbiyəsi və
idman haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 147
nömrəli Fərmanının 1.10-cu bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır.
2. Bu Qaydaların məqsəd və
vəzifələri ölkə ərazisində inkişaf
etdirilən idman növləri və fənlərinin,
həmçinin, inkişafı planlaşdırılan yeni
idman növləri və fənlərinin idman növlərinin
dövlət reyestrinə (bundan sonra — İNDR) daxil edilmə
qaydalarını müəyyənləşdirmək, bu idman
növlərinin sistemli inkişafını təmin etmək,
idman növlərinin inkişaf səviyyəsi və
əhatə dairəsi haqqında statistik hesabatların
təkmilləşdirilməsinə və real vəziyyəti
əks etdirə bilməsinə nail olmaqdır.
2. İNDR-İn
aparılması qaydaları
2.1. Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi tərəfindən təsdiq edilmiş
bədən tərbiyəsi və idman sahəsinə aid
statistik hesabatda qeydiyyata alınmış idman növləri
ölkə ərazisində rəsmi olaraq tanınmış
idman növləri kimi İNDR-ə daxil edilir.
2.2. Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən
tanınmış idman növlərinin (fənlərinin)
İNDR-ə daxil edilməsi müvafiq idman növləri
üzrə respublika idman federasiyaları (assosiasiyaları),
bədən tərbiyəsi və idman təşkilatları,
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının rəsmi müraciətləri
əsasında Nazirlik tərəfindən həyata
keçirilir.
2.3. İNDR-ə daxil edilməsi üçün
aşağıdakı sənədlər tələb olunur:
idman növünün (fənninin) İNDR-ə daxil
edilməsi haqqında rəsmi müraciət;
idman növünün (fənninin) tanınması
haqqında Nazirliyin qərarının təsdiq edilmiş
surəti.[11]
2.2. Ölkə ərazisində qanunvericiliklə
müəyyən edilmiş qaydada tanınmış idman
növü (fənni) İNDR-ə Nazirliyin qərarı
əsasında daxil edilir.[12]
3. XÜSUSİ QEYDLƏR
3.1. Müvafiq idman növü üzrə ictimai
birliyə respublika idman federasiyası statusunun verilməsi
üçün onun dövlət akkreditasiyası
məsələsinə yalnız həmin idman
növünün İNDR-ə daxil edilməsindən sonra
baxıla bilər.
3.2. Hər ilin yekunlarına görə Nazirlik
İNDR-ə daxil edilmiş bütün idman növlərinin
(fənlərinin) siyahısını öz bülletenində
və rəsmi sənədlər toplusunda nəşr etdirir.
3.3. Tanınmış idman növü (fənni)
ölkə ərazisində yayılan idman növünə
(fənninə) dair tələblərə
gələcəkdə cavab vermədikdə İNDR-dən
çıxarılır.
3.4. İNDR-də aparılan dəyişikliklər
Nazirliyin qərarı ilə həyata keçirilir.
3.5. İNDR-ə daxil edilmiş idman
növlərinə müəyyən edilmiş kod —
nömrələr verilir.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasında
bədən tərbiyəsi və idman sahəsində idman
adları, idman dərəcələri,
məşqçilərin təsnifat kateqoriyaları və
idman hakimlərinin təsnifat dərəcələri
Azərbaycan Respublikasında bədən tərbiyəsi
və idman sahəsində idman adları, idman dərəcələri,
məşqçilərin təsnifat kateqoriyaları və
idman hakimlərinin təsnifat dərəcələri
«Bədən tərbiyəsi və idman haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27
avqust tarixli, 147 nömrəli Fərmanının 1.11-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır.
1. İDMAN ADLARI
Azərbaycan Respublikasında idman
adları aşağıdakılardır:
Azərbaycan Respublikasının
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi
Azərbaycan Respublikasının
Əməkdar Məşqçisi
Azərbaycan Respublikasının
Əməkdar İdman Ustası
Azərbaycan Respublikasının
Fəxri Bədən Tərbiyəsi və İdman
İşçisi
İlk ad Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin (bundan sonra — Nazirlik)
təqdimatı əsasında Azərbaycan Respublikasının
Prezidenti tərəfindən, sonrakı üç ad isə
respublika miqyaslı bədən tərbiyəsi və idman
təşkilatlarının, idman növləri üzrə
respublika federasiyalarının təqdimatları
əsasında Nazirliyin kollegiyasının qərarı
ilə verilir.[13]
2. İDMAN DƏRƏCƏLƏRİ
Azərbaycan Respublikasının
idmançılarına aşağıdakı
dərəcələr verilir:
Beynəlxalq İdman Ustası
Beynəlxalq Qrossmeyster
Qrossmeyster
İdman Ustası
İdman Ustalığına namizəd
I idman dərəcəsi
II idman dərəcəsi
III idman dərəcəsi
IV idman dərəcəsi
Beynəlxalq İdman Ustası,
Beynəlxalq Qrossmeyster, Qrossmeyster idman dərəcələri
idmançıların beynəlxalq yarışlarda
iştirakının nəticələrinə əsasən
idman növləri üzrə beynəlxalq idman
federasiyaları tərəfindən verilir.
Respublika idman dərəcələri
hər olimpiya dövrü üçün 4 (dörd) illik
müddətə müvafiq idman növləri üzrə
respublika idman federasiyalarının (assosiasiyalarının)
təklifləri əsasında Nazirlik tərəfindən
hazırlanmış və təsdiq edilmiş respublika Vahid
idman təsnifatının tələb və
şərtləri əsasında verilir.
İdman Ustası və İdman
Ustalığına namizəd dərəcələri —
Nazirlik; I idman dərəcəsi — şəhər (rayon)
gənclər və idman baş idarələri (idarələri),
respublika miqyaslı bədən tərbiyəsi və idman
təşkilatları; II, III və IV idman
dərəcələri isə bədən tərbiyəsi
və idman təşkilatları, idman klubları və idman
məktəbləri tərəfindən müvafiq
təqdimatlar əsasında respublika Vahid idman
təsnifatına uyğun olaraq verilir.
İdman ustalığına namizəd
dərəcəsi, həmçinin, Naxçıvan MR-ın
Gənclər və İdman Nazirliyi və Bakı
şəhər Gənclər və İdman Baş
İdarəsi tərəfindən verilir.
Beynəlxalq İdman Ustası,
Beynəlxalq Qrossmeyster, Qrossmeyster, İdman Ustası
dərəcələri daimi, digər dərəcələr
isə verildiyi vaxtdan etibarən 2 (iki) il müddətində
etibarlı sayılır.
3. MƏŞQÇİLƏRİN
TƏSNİFAT KATEQORİYALARI
Məşqçilərin təsnifat
kateqoriyaları aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
Ali kateqoriya
I kateqoriya
II kateqoriya.
Məşqçilərin təsnifat
kateqoriyaları Nazirlik tərəfindən respublika Vahid idman
təsnifatı ilə müəyyən edilmiş normalar, tələblər
və şərtlər əsasında verilir.
4. İDMAN HAKİMLƏRİNİN
TƏSNİFAT DƏRƏCƏLƏRİ
Azərbaycan Respublikasının idman
hakimlərinin təsnifat dərəcələri
aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
Beynəlxalq dərəcəli hakim
Respublika dərəcəli hakim
I dərəcəli hakim
İdman hakimi.
"Beynəlxalq
dərəcəli hakim" dərəcəsi hakimlərin
beynəlxalq yarışlarda iştirakının
nəticələrinə əsasən müvafiq idman
növləri üzrə beynəlxalq federasiyalar
tərəfindən verilir.
"Respublika
dərəcəli hakim" dərəcəsi müvafiq idman
növləri üzrə respublika idman federasiyalarının
təqdimatı əsasında Nazirliyin kollegiyasının
qərarı ilə verilir.
"1-ci
dərəcəli hakim" dərəcəsi müvafiq
təqdimatlar əsasında Naxçıvan MR-in
Gənclər və İdman Nazirliyi, şəhər (rayon)
gənclər və idman baş idarələri
(idarələri), respublika miqyaslı bədən
tərbiyəsi və idman təşkilatları və
müvafiq idman növləri üzrə respublika idman
federasiyaları tərəfindən verilir.
"İdman hakimi"
dərəcəsi bədən tərbiyəsi və idman
təşkilatları, idman klubları və idman
məktəbləri tərəfindən verilir.
İdman hakimlərinin təsnifat
dərəcələri respublika Vahid idman
təsnifatının müvafiq dövr üçün
müəyyən edilmiş normaları, tələbləri
və şərtləri əsasında verilir.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət bədən
tərbiyəsi - idman təşkilatlarında bədən
tərbiyəsi və idman xidmətləri güzəştli
şərtlərlə göstərilən bəzi kateqoriyadan
olan şəxslərin
S İ Y A H I S I
Bu Siyahı “Bədən tərbiyəsi və idman
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 27 avqust tarixli, 147 nömrəli Fərmanının
1.14-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə hazırlanmışdır.
Dövlət bədən tərbiyəsi - idman
təşkilatlarında bədən tərbiyəsi və
idman xidmətləri güzəştli
şərtlərlə göstərilən bəzi kateqoriyadan
olan şəxslərin siyahısı aşağıda
göstərildiyi kimi müəyyən edilir:
şəhid ailələrindən olan uşaqlar;
müharibə ilə əlaqədar
və Çernobıl AES-də qəza nəticəsində
əlilliyi müəyyən edilmiş şəxslər;[14]
bədən tərbiyəsi və idman sahəsində
yüksək dövlət təltiflərinə və
fəxri adlara malik olan şəxslər;
Olimpiya Oyunlarının, Dünya və Avropa
yarışlarının mükafatçıları;
“Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikası Qanununun 58.4-cü maddəsində
nəzərdə tutulmuş şəxslər.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli, 198
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət bədən
tərbiyəsi - idman təşkilatlarında
göstərilən bədən tərbiyəsi və idman
xidmətlərinə güzəştlərin siyahısı
və onların həcmi
Dövlət
bədən tərbiyəsi –
idman təşkilatlarında göstərilən bədən
tərbiyəsi və idman xidmətlərinə
güzəştlərin siyahısı və onların
həcmi “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27
avqust tarixli, 147 nömrəli Fərmanının 1.15-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır.
Dövlət
bədən tərbiyəsi –
idman təşkilatlarında göstərilən bədən
tərbiyəsi və idman xidmətlərinə
güzəştlər və onların həcmi
aşağıda göstərildiyi kimi müəyyən
edilir:
|
Sıra ¹-si |
Bədən
tərbiyəsi və idman xidmətlərinə
güzəştlər |
Güzəştin
həcmi |
|
1. |
İdman obyektləri, qurğuları
və avadanlıqlarından istifadə etmək |
həftədə 2 (iki) dəfə, 1
(bir) saatdan çox olmamaq şərti ilə - aylıq
tariflərin 50%-i |
|
2. |
Fərdi
məşğələlərin keçirilməsi
zamanı ilkin xidmətlərdən,
təlimatçıların və
məşqçilərin məsləhətlərindən
istifadə etmək |
təşkilatın hesabına |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 354)
2. 26 sentyabr 2014-cü il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 28 sentyabr 2014-cü il, ¹ 212; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1137)
3. 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
4. 17 mart 2017-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
mart 2017-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 3, maddə 495)
5. 19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 20
aprel 2017-ci il, ¹ 82,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
4, maddə 643)
6.
21 oktyabr
2020-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 23 oktyabr
2020-ci il, ¹ 219, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1294)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 sentyabr 2014-cü il tarixli 313 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr
2014-cü il, ¹ 212; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09, maddə 1137) ilə
“İctimai birliklərə respublika idman federasiyası
statusunun verilməsi üçün onların dövlət
akkreditasiyası Qaydası”nın 1-ci hissəsində “respublika” sözü “ölkə” sözü ilə
əvəz edilmişdir.
[2] 12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 354) ilə "İctimai
birliklərə respublika idman federasiyası statusunun
verilməsi üçün onların dövlət
akkreditasiyası Qaydası"nın 3.1-ci bəndinə on
birinci və on ikinci abzaslar əlavə edilmişdir.
[3] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə “Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin Siyahısı”nda
“İdman növlərinin inkişafına rəhbərlik
edən mərkəzi icra hakimiyyəti orqanı (aidiyyəti
üzrə)” sütunundan “Milli
Təhlükəsizlik Nazirliyi,” sözləri
çıxarılmışdır və həmin sütunda “Ədliyyə Nazirliyi,”
sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat
Xidməti,” sözləri əlavə edilmişdir.
[4] 19 aprel 2017-ci il tarixli 159
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 aprel 2017-ci il, ¹
82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 4, maddə 643) ilə “İdman növlərinin
inkişafına rəhbərlik edən mərkəzi icra
hakimiyyəti orqanı (aidiyyəti üzrə)” sütunundan “, Dövlət Feldyeger Xidməti”
sözləri çıxarılmışdır.
[5] 17 mart 2017-ci il tarixli 97
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 28 mart 2017-ci il, ¹
62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 3, maddə 495) ilə 4.7-ci bənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.7. Azərbaycan Respublikasında qadağan edilmiş
dopinq vasitələrindən və metodlarından
istifadəyə qarşı yönəldilmiş vahid
siyasət "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq Nazirlik tərəfindən həyata
keçirilir.
[6] 17 mart 2017-ci il tarixli 97
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 28 mart 2017-ci il, ¹
62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 3, maddə 495) ilə 4.8-ci bəndin beşinci
abzasında “antidopinq”
sözü “ÜADA
tərəfindən akkreditasiya edilmiş” sözləri
ilə və “analizin
xoşagəlməz nəticələri” sözləri “antidopinq qaydalarının
pozulması” sözləri ilə əvəz edilmişdir.
[7] 17 mart 2017-ci il tarixli 97
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 28 mart 2017-ci il, ¹
62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 3, maddə 495) ilə 4.8-ci bəndin altıncı
abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
dopinqin müəyyən edilməsi məqsədi
ilə keçirilən "A" nümunəsinin analizi
xoşagəlməz nəticə verdiyi təqdirdə,
idmançıya onun hüquqlarının bildirilməsi;
[8] 17 mart 2017-ci il tarixli 97
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 28 mart 2017-ci il, ¹
62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 3, maddə 495) ilə 4.8-ci bəndin yeddinci abzası
ləğv edilmişdir.
[9] 12 aprel 2010-cu il tarixli 60
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə
354) ilə "Respublika idman federasiyalarının
dövlət reyestrinin aparılması Qaydaları"nın
2.2-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.2. RİFDR-ə daxil edilməsi
üçün Nazirlik tərəfindən respublika idman
federasiyalarından (assosiasiyalarından)
aşağıdakı sənədlər tələb olunur:
akkreditasiya barədə qərarın
təsdiq edilmiş surəti;
hüquqi adı və ünvanı;
təşkilati strukturu;
beynəlxalq və digər idman
qurumlarına üzvlüyü haqqında məlumat;
rəhbərliyi və rəhbər orqanlarının
tərkibi haqqında məlumat.
[10] 12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 354) ilə "Respublika idman
federasiyalarının dövlət reyestrinin aparılması
Qaydaları"nın 2.4-cü və 2.5-ci bəndləri
çıxarılmışdır və 2.6-cı bəndi
2.4-cü bənd hesab edilmişdir.
[11] 12 aprel 2010-cu
il tarixli 60 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 354) ilə
"İdman növlərinin dövlət reyestrinin
aparılması Qaydaları"nın 2.2-ci və 2.3-cü
bəndləri çıxarılmışdır və
2.4-cü bəndi 2.2-ci bənd hesab edilmişdir.
[12] 12 aprel 2010-cu il tarixli 60 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 354) ilə "İdman
növlərinin dövlət reyestrinin aparılması
Qaydaları"nın 2.4-cü bəndində "İdman növü"
sözləri "Ölkə
ərazisində qanunvericiliklə müəyyən edilmiş
qaydada tanınmış idman növü"
sözləri ilə əvəz edilmişdir.
[13] 12 aprel 2010-cu il tarixli 60
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə
354) ilə "Azərbaycan Respublikasında bədən
tərbiyəsi və idman sahəsində idman adları, idman
dərəcələri, məşqçilərin təsnifat
kateqoriyaları və idman hakimlərinin təsnifat
dərəcələri"nin 1-ci bəndinin altıncı
abzasında "İlk iki ad"
sözləri "İlk ad"
sözləri ilə, "sonrakı
iki ad" sözləri isə "sonrakı üç ad" sözləri ilə
əvəz edilmişdir.
[14] 21 oktyabr 2020-ci il tarixli 406
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 23 oktyabr 2020-ci il, ¹ 219, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1294) ilə “Dövlət
bədən tərbiyəsi - idman təşkilatlarında
bədən tərbiyəsi və idman xidmətləri
güzəştli şərtlərlə göstərilən
bəzi kateqoriyadan olan şəxslərin Siyahısı”nın
ikinci hissəsinin üçüncü abzası yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
müharibə və Çernobıl əlilləri;