Bədən
tərbiyəsi və idman haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idman
sahəsində fəaliyyətin təşkilati-hüquqi,
sosial-iqtisadi əsaslarını və dövlət
siyasətinin əsas prinsiplərini müəyyən edir, bu
sahədə yaranan münasibətləri tənzimləyir,
hər kəsin bədən tərbiyəsi və idmanla
məşğul olmaq hüququna təminat verir.
I fəsil
Ümumi
müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. bədən
tərbiyəsi – cəmiyyətin ümumi
mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, fiziki
hərəkətlər vasitəsilə insanın sağlam
həyat tərzinin formalaşdırılmasına, fiziki
və əqli inkişafına yönəldilmiş norma, bilik
və dəyərlər məcmusunu özündə əks
etdirən sosial fəaliyyət sahəsi;
1.0.2. idman – müxtəlif fiziki
hərəkətlər kompleksi vasitəsilə
mütəmadi olaraq şəxsin fiziki
hazırlığının
təkmilləşdirilməsinə, bütün
səviyyəli yarışlarda iştiraka və yüksək
nəticələr göstərilməsinə
yönəldilmiş bədən tərbiyəsinin tərkib
hissəsi;
1.0.3. kütləvi idman –
təşkil olunmuş formada əhalinin bədən
tərbiyəsi ilə məşğulluğuna və fiziki
inkişafına, eləcə də bədən tərbiyəsi-sağlamlıq
tədbirlərində və kütləvi idman
yarışlarında iştirakına yönəldilmiş
idman sahəsi;
1.0.4. fiziki hazırlıq – insanın
sosial-demoqrafik xüsusiyyətləri və fəaliyyət
növləri nəzərə alınmaqla, onda fiziki
keyfiyyətlərin, qabiliyyətin inkişafına
yönəlmiş proses;
1.0.5. fiziki kamillik – bədən
tərbiyəsi və idmanla məşğul olan hər bir
şəxsdə fiziki və mənəvi keyfiyyətlərin
ahəngdar birləşməsi prosesi;
1.0.6. idmançı –
seçdiyi idman növü və ya növləri ilə
mütəmadi olaraq məşğul olan və idman
yarışlarında iştirak edən fiziki şəxs;
1.0.7. yüksək
səviyyəli idmançı – müvafiq idman adına
(dərəcəsinə) malik və yüksək idman
nəticələrinə nail olmaq məqsədi ilə idman
yarışlarında çıxış edən
idmançı;
1.0.8. peşəkar idman –
idman-tamaşa tədbirlərinin (yarışların)
təşkil olunmasına və keçirilməsinə
yönəldilmiş idmanın elə tərkib hissəsidir ki,
burada idmanı özünə peşə (əmək)
fəaliyyəti seçən idmançılar həmin
tədbirlərdə (yarışlarda) iştirak etmək
və onlara hazırlaşmaq üçün qanunvericiliyə
uyğun olaraq əmək haqqı (pul mükafatı)
alırlar;
1.0.9. məşqçi –
idmançılarla təlim-məşq prosesini həyata
keçirən, onların yüksək
nəticələrə nail olmaları üçün
yarış fəaliyyətinə rəhbərlik edən
müvafiq ali və ya orta ixtisas təhsilinə malik olan fiziki
şəxs;
1.0.10. idman hakimi – idman
yarışının təşkilatçısı
tərəfindən idman növünün qaydalarına və
yarışın əsasnaməsinə (reqlamentinə) riayət
olunmasına nəzarət etməyə
səlahiyyətləndirilmiş, xüsusi hazırlıq
keçmiş və müvafiq təsnifat dərəcəsini
almış fiziki şəxs;
1.0.11. idman növü –
idmanın aşağıdakı fərqləndirici
əlamətləri olan bir hissəsi:
məşğələlər mühiti, istifadə olunan
idman alətləri (mühafizə vasitələri istisna
olmaqla) və avadanlıq, müəyyən edilmiş qaydada
qəbul olunmuş yarış qaydaları;
1.0.12. idman fənni –
fərqləndirici əlamətləri olan idman
növünün tərkib hissələri;
1.0.13. hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növləri – əsasını
xüsusi hərəkətlər (o cümlədən
fəndlər) təşkil edən, hərbi qulluqçular
və hüquq mühafizə orqanlarının
əməkdaşlarının (bundan sonra - xüsusi xidmət
keçən şəxslər) öz xidməti
vəzifələrini yerinə yetirməsi ilə
əlaqəli bir və ya bir neçə hərbi və ya
hüquq mühafizə orqanının fəaliyyəti
çərçivəsində inkişaf etdirilən idman növləri;
1.0.14. milli idman növləri –
əhalinin etnik qruplarında tarixən formalaşmış
və sosial-mədəni yönümlü idman növləri;
1.0.15. respublika idman
federasiyası – üzvlük əsasında yaradılan,
dövlət akkreditasiyasından keçən, məqsədi
ölkə miqyasında bir və ya bir neçə idman
növünün inkişaf etdirilməsi, həmçinin
respublika və ya beynəlxalq miqyaslı idman
yarışlarının keçirilməsi, milli yığma
komandaların formalaşdırılması, beynəlxalq
yarışlara hazırlanması və iştirakı olan
idman növü (növləri) üzrə ictimai birlik;
1.0.16. milli yığma komandalar
– idmanın müxtəlif növləri üzrə respublika
idman federasiyaları tərəfindən beynəlxalq yarışlara
hazırlaşmaq və bu yarışlarda dövləti
təmsil etmək məqsədi ilə müxtəlif yaş
qruplarına aid idmançılardan,
məşqçilərdən və bədən
tərbiyəsi-idman sahəsində digər
mütəxəssislərdən formalaşdırılan
və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən kollektivlər;
1.0.17. rəsmi bədən
tərbiyəsi və idman tədbirləri – bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
təqvim planlarına daxil edilmiş rayon, şəhər,
regional, respublika və beynəlxalq miqyaslı tədbirlər
və yarışlar;
1.0.18. bədən
tərbiyəsi və idman tədbirlərinin
təşkilatçısı – tədbirlərin və idman
yarışlarının təşkilatı
məsələlərinin həllini,
maliyyələşdirilməsini, hazırlanması və
keçirilməsi ilə bağlı digər
təminatları öz üzərinə götürən
təşəbbüsçü hüquqi və ya fiziki şəxs;
1.0.19. bədən tərbiyəsi
və idman sistemi – bədən tərbiyəsi və
idmanın inkişaf etdirilməsi məqsədi ilə
dövlət orqanları və bələdiyyələrin,
qeyri-hökumət təşkilatlarının, hüquqi
və fiziki şəxslərin əlaqəli
şəkildə göstərdikləri fəaliyyət;
1.0.20. əhalinin fiziki
hazırlığı və inkişafının monitorinqi –
əhalinin fiziki sağlamlığının, fiziki
hazırlığının və iş qabiliyyətinin
qiymətləndirilməsi və proqnozlaşdırılması,
həmçinin bunlarla əhalinin fiziki inkişafı
arasında səbəb-nəticə əlaqələrinin
müəyyən edilməsi;
1.0.21. fiziki reabilitasiya –
sağlamlığın pozulmasına səbəb olan
məhdud həyat fəaliyyətinin aradan
qaldırılmasına və ya maksimal dərəcədə
tam kompensasiyasına yönəlmiş adaptiv bədən
tərbiyəsi və adaptiv idman vasitə və
metodlarından istifadə etməklə insan orqanizminin pozulmuş
və ya müvəqqəti itirilmiş funksiyalarının
və əlilliyi olan şəxslərin, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqların ictimai və peşəkar
fəaliyyətdə iştirak qabiliyyətlərinin
bərpası;[1]
1.0.22. idman obyektləri –
bədən tərbiyəsi və idman tədbirlərinin (o
cümlədən təlim-məşq proseslərinin, idman
yarışlarının) keçirilməsi üçün
xüsusi olaraq nəzərdə tutulmuş, inşa
edilmiş, quraşdırılmış idman qurğuları,
örtülü və açıq obyektlər;
1.0.23. yüksək
nailiyyətlər idmanı – rəsmi respublika və
beynəlxalq yarışlarda iştirak edən
idmançıların yüksək nəticələr
göstərməsinə və nailiyyətlər əldə
etməsinə yönəldilmiş idman sahəsi;
1.0.24. paralimpiya
hərəkatı – əlilliyi olan şəxslərin, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqların bədən tərbiyəsi və idman
vasitəsilə cəmiyyətə inteqrasiyasında,
özünütəsdiqində, fiziki və mənəvi
kamilliyə çatmasında əsas vasitələrdən
biri kimi paralimpiya idmanının inkişafını
əhatə edən fəaliyyət;
1.0.25. deflimpiya
hərəkatı – eşitmə qabiliyyətləri məhdud
olan şəxslər arasında bədən tərbiyəsi
və idmanın inkişafı üzrə təşkil olunan
və həyata keçirilən fəaliyyət;
1.0.26. xüsusi olimpiya
hərəkatı – əqli imkanları məhdud
şəxslərin bədən tərbiyəsi və idman
vasitəsilə reabilitasiyası və cəmiyyətə
inteqrasiyasının təmin edilməsinə
yönəldilmiş fəaliyyət;
1.0.27. idman mərc oyunları – idman
yarışlarının nəticələrinin və ya
yarışlardakı hadisələrin
əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla
oynanılan və iştirakçılar arasında doğru
ehtimalı tapanlara əvvəlcədən bəyan edilən
meyarlar əsasında pul mükafatı (uduş) qazandıran,
idman mərc oyunlarının operatoru tərəfindən
keçirilən oyunlar;[2]
1.0.28. idman mərc oyunlarının
operatoru-idman mərc oyunlarının həyata
keçirilməsi məqsədi ilə bu Qanunun 53-1-ci
maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya
olunmuş hüquqi şəxs;[3]
1.0.29. idman yarışları –
beynəlxalq və ya digər səlahiyyətli idman
təşkilatları tərəfindən qəbul edilmiş
rayon, şəhər, regional, respublika və beynəlxalq
miqyaslı idman tədbirləri;
1.0.30. idman yarışlarının
manipulyasiyası – şəxsin özünün və ya
başqasının xeyrinə qeyri-qanuni üstünlük
əldə etməsi üçün idman yarışlarının
gedişatını və ya nəticəsini qəsdən
dəyişdirməyə yönəlmiş əməli
(hərəkəti və ya hərəkətsizliyi). [4]
Maddə 2. Bədən tərbiyəsi və idman
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Bədən tərbiyəsi
və idman haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, “İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.[5]
Maddə 3. Bədən tərbiyəsi və idman
sahəsində dövlət siyasətinin əsas
prinsipləri
3.0. Bədən tərbiyəsi
və idman sahəsində dövlət siyasətinin əsas
prinsipləri aşağıdakılardır:
3.0.1. bədən
tərbiyəsi və idman hərəkatının
idarəetmə sisteminin yaradılması və
təkmilləşdirilməsi;
3.0.2. vətəndaşların
bədən tərbiyəsi və idmanla məşğul olmaq
hüququnun təmin edilməsi və bu məqsədlə
bərabər imkan və şəraitin yaradılması;
3.0.3. bədən
tərbiyəsi və idman sahəsində beynəlxalq
öhdəliklərə dövlət tərəfindən
hörmətlə yanaşılması və riayət
edilməsi;
3.0.4. əhalinin
aztəminatlı və sosial müdafiəyə ehtiyacı
olan təbəqələri arasında (çoxuşaqlı
ailələrdən olan uşaqlar, valideyn himayəsindən
məhrum olmuş uşaqlar, əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar) bədən tərbiyəsi
və idmanın inkişafının vacibliyi; [6]
3.0.5. bədən
tərbiyəsi və idman sahəsində dövlət
orqanlarının və bələdiyyələrin,
bədən tərbiyəsi və idman yönümlü
ictimai birliklərin qarşılıqlı fəaliyyəti;
3.0.6. vətəndaşların
müxtəlif yaş qruplarının həyat
fəaliyyətinin bütün mərhələlərində
bədən tərbiyəsinin fasiləsizliyi və
ardıcıllığı;
3.0.7. bədən
tərbiyəsi və idman sahəsində
ayrı-seçkiliyin və zorakılığın
yolverilməzliyi;
3.0.8. ölkə
ərazisində əhalinin maraq göstərdiyi idman
növlərinin, xüsusilə milli və olimpiya oyunları
proqramlarına daxil edilmiş idman növlərinin
inkişafının və kütləviliyinin
artırılmasının dəstəklənməsi;
3.0.9. idman yarışlarının
manipulyasiyasının yolverilməzliyi.[7]
Maddə 4. Bədən tərbiyəsi və idman
sahəsində dövlətin vəzifələri
4.0. Bədən tərbiyəsi
və idman sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
4.0.1. Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idman
sahəsində dövlət siyasətinin
formalaşdırılması, Milli strategiyanın və
Dövlət proqramlarının hazırlanması və
həyata keçirilməsi;
4.0.2. təhsil alanlar
üçün fiziki hazırlığın normativ
tələblərinin hazırlanması, təsdiq və
tətbiq edilməsi;
4.0.3. respublika Vahid idman
təsnifatının, idman adları və dərəcələrinin
təsdiq edilməsi;
4.0.4. respublika və
beynəlxalq səviyyəli kütləvi bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
hər il üçün Vahid təqvim planının, idman tədbirlərinin
keçirilməsi qaydalarının və onların
keçirilməsi xərcləri normalarının
işlənib hazırlanması, təsdiqi və
maliyyələşdirilməsinin həyata keçirilməsi;
4.0.5. bədən
tərbiyəsi və idman sahəsində fəxri adların
və digər dövlət həvəsləndirmə
formalarının təsis edilməsi;
4.0.6. dövlət
mülkiyyətində olan idman obyektləri və
bazalarından, olimpiya hazırlığı
mərkəzlərindən istifadə normaları və
qaydalarının müəyyən edilməsi;
4.0.7. respublika idman
federasiyalarının təqdimatına əsasən milli
yığma komandaların, eləcə də
məşqçilər heyətlərinin rəsmi
beynəlxalq yarışlara hazırlığı və
onlarda iştirakı üzrə tədbirlərin həyata
keçirilməsi;
4.0.8. ölkə
ərazisində dünya və Avropa
çempionatlarının və digər beynəlxalq idman
yarışlarının müvafiq beynəlxalq idman
təşkilatları tərəfindən müəyyən
olunmuş tələblərə riayət olunmaqla
təşkili və keçirilməsinin təmin edilməsi;
4.0.9. əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar üçün respublika
və beynəlxalq idman yarışlarının
təşkili və bu yarışlara ölkə
idmançılarının hazırlığının
və iştirakının təmin edilməsi;
4.0.10. bədən tərbiyəsi
və idman vasitələri ilə əhali arasında
hüquqpozmaları, narkomaniya, tütündən istifadə,
alkoqolizmin profilaktikası üzrə tədbirlər sisteminin
işlənib hazırlanması və həyata
keçirilməsi;
4.0.11. respublika idman
federasiyalarının dövlət reyestrinin və idman
növlərinin dövlət reyestrinin işlənib
hazırlanması, təsdiq edilməsi və aparılması;
4.0.12. respublika idman
federasiyalarının (assosiasiyaların) dövlət
akkreditasiyasının (tanınmasının) həyata
keçirilməsi;
4.0.13. milli yığma
komandaların üzvlərinin və
məşqçilərinin, bədən tərbiyəsi-idman
təşkilatları işçilərinin
fəaliyyətinin dəstəklənməsi üzrə
tədbirlərin hazırlanması və həyata
keçirilməsi;
4.0.14. idman arbitrajının
yaradılması və fəaliyyətinin təşkili;
4.0.15. milli idman növlərinin
inkişafının dəstəklənməsi və
təbliği üzrə müxtəlif tədbirlərin
həyata keçirilməsi;
4.0.16. bədən
tərbiyəsi və idman sahəsində dövlət
təhsil standartlarının qəbul edilməsi, bədən
tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislərin
hazırlanması, və əlavə təhsilinin
təşkili; [8]
4.0.17. ehtiyat idman
qüvvələrinin seçilməsi və hazırlıq
prosesinin vahid sisteminin yaradılması, ehtiyat idman
qüvvələrinin və yüksək dərəcəli
idmançıların hazırlanması ilə
məşğul olan idman yönümlü
təşkilatların, idman klublarının və
uşaq-gənclər idman müəssisələrinin
fəaliyyətinin əlaqələndirilməsi və
inkişaf etdirilməsi;
4.0.18. bədən
tərbiyəsi və idmanın inkişafının təmin
edilməsi üçün zəruri infrastrukturun və
maddi-texniki bazanın yaradılması və inkişaf
etdirilməsi;
4.0.19. idman avadanlığı
və ləvazimatları haqqında texniki reqlamentlərin
işlənib hazırlanması, bədən tərbiyəsi
və idman sənayesinin yaradılması və inkişaf
etdirilməsi;
4.0.20. milli yığma komandaların
elmi-metodoloji, tibbi-bioloji, tibbi və antidopinq təchizatı,
həmçinin idman növləri üzrə elmi kompleks
qrupların formalaşdırılması və onların
fəaliyyətinin əlaqələndirilməsi;
4.0.21. bədən
tərbiyəsi və idmanın inkişafı üzrə
Milli strategiya və Dövlət proqramlarının həyata
keçirilməsində iştirak edən müvafiq bədən
tərbiyəsi və idman yönümlü
təşkilatlarla müqavilələrin bağlanması,
fəaliyyətin təşkili və
maliyyələşdirilməsi;
4.0.22. bədən
tərbiyəsi və idman sahəsində beynəlxalq
əməkdaşlıq üzrə müqavilələrin
bağlanması və müqavilə öhdəliklərinin
yerinə yetirilməsinin təmin edilməsi;
4.0.23. respublika
nümayəndə heyətlərinin xarici
dövlətlərdə idmanla bağlı keçirilən
tədbirlərdə iştirakının təmin edilməsi;
4.0.24. ölkə
ərazisində fəaliyyət göstərən
tabeçiliyindən və mülkiyyət formasından
asılı olmayaraq bütün bədən tərbiyəsi
və idman yönümlü təşkilatlardan,
müxtəlif tipli idman məktəblərindən il
ərzindəki fəaliyyətlərinin yekunları haqqında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş formalara uyğun statistik hesabatların
toplanılması, ümumiləşdirilməsi, müvafiq
icra hakimiyyəti orqanına təqdim edilməsi, təhlilinin
aparılması və monitorinqlərin keçirilməsi;
4.0.25. bədən
tərbiyəsi və idmanın, sağlam həyat tərzinin
təbliğinin həyata keçirilməsi;
4.0.26. bədən
tərbiyəsi və idman sahəsində informasiya
təminatının Vahid dövlət sisteminin işlənib
hazırlanması;
4.0.27. bədən
tərbiyəsi və idman sahəsinin elmi-metodoloji
təminatı, bu sahə üzrə elmi, tədris və
elmi-populyar ədəbiyyatın nəşrinin təşkili;
4.0.28. idman obyektlərinin
tikintisinin təşkili, fəaliyyət göstərən
idman obyektlərinin bərpası və işlək
vəziyyətdə saxlanılması;
4.0.29. hərbi
qulluqçuların və xüsusi xidmət keçən
şəxslərin hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növləri üzrə
hazırlığının təşkili;
4.0.30. bütün növ idman
məktəbləri və olimpiya ehtiyatı
məktəbləri üçün müxtəlif idman
növləri üzrə tədris proqramlarının
işlənib hazırlanması və təsdiqi;
4.0.31. əhalinin müxtəlif
kateqoriya və qrupları üçün bədən
tərbiyəsi və idman proqramlarının və
nümunəvi tədris planlarının işlənib hazırlanması
və təsdiqi;
4.0.32. bədən
tərbiyəsi və idman hərəkatının
veteranlarına diqqət və qayğının
göstərilməsi;
4.0.33. bədən
tərbiyəsi və idman sahəsində idarəetmənin
və sahələrarası əlaqələndirmənin
həyata keçirilməsi;
4.0.34. kütləvi və
peşəkar idmanın, yüksək nailiyyətlər
idmanının inkişafının
dəstəklənməsi;
4.0.35. beynəlxalq
yarışlarda yüksək nəticələr
göstərən idmançılar hazırlayan idman
təşkilatlarının fəaliyyətlərinin
stimullaşdırılması;
4.0.36. bədən
tərbiyəsi və idman sahəsində sponsorluq və
xeyriyyəçilik fəaliyyətlərinin
dəstəklənməsi;
4.0.37. beynəlxalq
yarışlarda yüksək nailiyyətlər qazanmış
idmançılar və onların məşqçiləri (o
cümlədən idmançının
yetişdirilməsində böyük rolu olan əvvəlki
məşqçiləri) üçün qanunvericiliklə
müəyyən edilmiş qaydalara uyğun olaraq xüsusi
mükafatların təyin edilməsi;
4.0.38. milli yığma
komandaların təlim-məşq prosesinin keçirildiyi idman
bazalarının və obyektlərinin saxlanılması,
təchizatı və inkişafının təmin
edilməsi;
4.0.39. idman yönümlü
təşkilatların, o cümlədən bütün tipli
uşaq-gənclər idman məktəblərinin,
yaşayış yerləri üzrə məhəlli uşaq-idman
klublarının, uşaq-idman şəhərciklərinin,
idman-sağlamlıq düşərgələrinin,
tibbi-bədən tərbiyəsi dispanserlərinin, idman
obyektləri və bazalarının əhalinin demoqrafik
inkişafına uyğun sayda artırılması və
maddi-texniki bazalarının möhkəmləndirilməsi;
4.0.40. bədən
tərbiyəsi və idman sahəsində elmi-tədqiqat
işlərinin aparılmasının təşkili,
elmi-texniki siyasətin formalaşdırılması və
həyata keçirilməsi;
4.0.41. idman yarışlarının
manipulyasiyasına qarşı tədbirlərin
görülməsi və belə halların
qarşısının alınması.[9]
Maddə 5. Bədən tərbiyəsi və idman
sahəsində bələdiyyələrin
səlahiyyətləri
5.0. Bədən tərbiyəsi
və idman sahəsində bələdiyyələrin
səlahiyyətləri aşağıdakılardır:
5.0.1. yerli şərait və
imkanlar nəzərə alınmaqla, bədən
tərbiyəsi və idmanın inkişafının istiqamətlərinin
müəyyən edilməsi, bədən tərbiyəsi
və idmanın inkişafı üzrə yerli proqramların
hazırlanması və həyata keçirilməsi;
5.0.2. bədən
tərbiyəsi və idmanın kütləvi inkişafı,
bədən tərbiyəsi-sağlamlıq və idman
tədbirlərinin keçirilməsinin təmin edilməsi
ilə bağlı yerli əhəmiyyətli
məsələlərin həllində bilavasitə iştirak
edilməsi;
5.0.3. əhalinin bütün
qrupları arasında bədən tərbiyəsi və
idmanın təbliğinin və maarifləndirmə
işlərinin aparılması;
5.0.4. bədən
tərbiyəsi-sağlamlıq tədbirlərinin və idman
yarışlarının, həmçinin
vətəndaşların iş və yaşayış yeri
üzrə kütləvi bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
təşkili;
5.0.5.
bələdiyyələrin bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
təqvim planlarının təsdiqi və icrası;
5.0.6.
bələdiyyələrin bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
tibbi təminatının təşkili;
5.0.7.
bələdiyyələrin bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
keçirilməsi zamanı ictimai asayişin və ictimai
təhlükəsizliyin təmin olunmasında iştirak
edilməsi;
5.0.8.
bələdiyyələrin yığma idman
komandalarının formalaşdırılması
qaydalarının təsdiqi, onların maddi-texniki
təminatı məsələlərinin həll edilməsi;
5.0.9. bələdiyyə
ərazisində keçirilən
bələdiyyələrarası, rayon, şəhər,
regional, respublika, beynəlxalq idman yarışlarının
və milli yığma komandaların təlim-məşq
toplanışlarının təşkili və keçirilməsində
iştirak edilməsi;
5.0.10. bədən
tərbiyəsi və idmanın inkişafına müvafiq
maddi dəstək verilməsi;
5.0.11. bələdiyyə
mülkiyyətində olan idman obyektlərinin, bədən
tərbiyəsi-sağlamlıq obyektlərinin
saxlanılmasının, təchizatının, təmirinin
və səmərəli istifadəsinin təmin edilməsi;
5.0.12.
bələdiyyələrin nəzdində olan bədən
tərbiyəsi-idman təşkilatlarının
formalaşdırılması, yenidən təşkili və
ləğvi, onların maliyyələşdirilməsi və
tam miqyaslı fəaliyyəti üçün şəraitin
yaradılması;
5.0.13. əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bədən
tərbiyəsi və idmanın inkişafı üzrə
tədbirlərin həyata keçirilməsi;
5.0.14. müvafiq normativ
hüquqi aktlar və proqramlar əsasında əhalinin
müxtəlif qruplarının əmək, tədris və
istirahət rejiminə bədən tərbiyəsi və idmanın
daxil edilməsi;
5.0.15. bələdiyyə
ərazisində bədən tərbiyəsi və idmanın
inkişafı üzrə Dövlət proqramlarının
icrasında iştirak edilməsi;
5.0.16. bələdiyyə
ərazisində yaşayan əhalinin fiziki hazırlıq
səviyyəsinin monitorinqinin keçirilməsi;
5.0.17. bələdiyyə
ərazisində fəaliyyət göstərən
bədən tərbiyəsi və idman subyektlərinə
dəstək verilməsi;
5.0.18. Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
edilmiş digər səlahiyyətlərin həyata
keçirilməsi.
Maddə 6. Bədən tərbiyəsi və idman
sahəsində vətəndaşların hüquqları
6.0. Azərbaycan
Respublikasında vətəndaşların bədən
tərbiyəsi və idman sahəsində hüquqları
aşağıdakılardır:
6.0.1. bədən
tərbiyəsi və idmanla, o cümlədən
peşəkar idmanla məşğul olmaq;
6.0.2. bədən
tərbiyəsi və idman yönümlü birliklərdə
birləşmək, idman hərəkatında və onun
idarə olunmasında iştirak etmək;
6.0.3. təlim-məşq
proseslərində və tədbirlərdə iştirak
zamanı sağlamlıqlarının qorunması
məqsədi ilə tibbi xidmətlərdən istifadə
etmək və tibbi nəzarətdə olmaq;
6.0.4. idman klubları,
peşəkar idman klubları və assosiasiyalar yaratmaq, idman
obyektləri və bazaları inşa etmək, idman
obyektləri və avadanlıqlarını əldə
etmək, icarəyə vermək;
6.0.5. qanunvericilikdə
müəyyən olunmuş qaydada bədən tərbiyəsi
və idman sahəsində digər fəaliyyətlə
məşğul olmaq.
Maddə 7. Azərbaycan Respublikasında yaşayan
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin bədən tərbiyəsi və
idman sahəsində hüquqları
Azərbaycan Respublikasında
yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər bu
Qanunla Azərbaycan Respublikasının
vətəndaşları üçün bədən
tərbiyəsi və idman sahəsində nəzərdə
tutulmuş bütün hüquqlara (beynəlxalq idman
yarışlarında milli yığma komandaların
heyətlərində çıxış etmək hüququ
istisna olmaqla) malikdirlər.
II fəsil
Bədən
tərbiyəsi və idman subyektlərinin fəaliyyətinin
təşkili
Maddə 8. Bədən tərbiyəsi və idman
subyektləri
8.0. Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idman
subyektləri aşağıdakılardır:
8.0.1. bədən
tərbiyəsi və idman siyasətini həyata
keçirən dövlət orqanları və
bələdiyyələr;
8.0.2. mülkiyyət
formasından asılı olmayaraq bədən
tərbiyəsi-idman təşkilatları, o
cümlədən respublika idman federasiyaları
(assosiasiyaları), idman klubları, respublika bədən
tərbiyəsi və idman veteranları şurası,
bədən tərbiyəsi və idman sahəsində
fəaliyyət göstərən elm və təhsil müəssisələri;
8.0.3. Milli Olimpiya Komitəsi;
8.0.4. Paralimpiya Komitəsi;
8.0.5. Deflimpiya Komitəsi;
8.0.6. Xüsusi Olimpiya
Komitəsi;
8.0.6-1. milli antidopinq qurumu;
8.0.6-2. “İdmanda dopinq
vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulan səlahiyyətlərin həyata keçirilməsi
məqsədi ilə yaradılmış intizam qurumu,
apellyasiya qurumu və terapevtik istifadəyə icazə qurumu;[10]
8.0.7. hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin inkişafını
həyata keçirən dövlət orqanları;
8.0.8. həmkarlar ittifaqları
təşkilatları;
8.0.9. idman arbitrajı;
8.0.10. bədən
tərbiyəsi ilə məşğul olan şəxslər,
idmançılar və onların kollektivləri (idman
komandaları), idman hakimləri, məşqçilər, bədən
tərbiyəsi və idman sahəsində digər
mütəxəssislər.
Maddə 9. Bədən tərbiyəsi-idman
təşkilatlarının fəaliyyəti
9.1. Bədən tərbiyəsi
və idmanın inkişafı üçün yaradılan
və əsas məqsədləri əhalinin
sağlamlığının qorunması, möhkəmləndirilməsi,
fiziki inkişafının təmin edilməsi, ehtiyat idman
qüvvələrinin və yüksək dərəcəli
idmançıların hazırlanması olan, mülkiyyət
formasından asılı olmayaraq bütün müxtəlif
tipli təşkilatlar, qurumlar, cəmiyyətlər,
müəssisələr, assosiasiyalar və bu
yönümlü digər birliklər bədən
tərbiyəsi-idman təşkilatları hesab olunurlar.
9.2. Bədən
tərbiyəsi-idman təşkilatları Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada kommersiya və qeyri-kommersiya
təşkilatları statusunda yaradıla bilərlər.
Kommersiya və qeyri-kommersiya bədən tərbiyəsi-idman
təşkilatlarının yaradılması,
fəaliyyəti, yenidən təşkili və ləğvi
müvafiq qanunvericiliyə və bədən
tərbiyəsi-idman təşkilatlarının təsis
sənədlərinə uyğun şəkildə həyata
keçirilir.
9.3. Bədən
tərbiyəsi-idman təşkilatları əhalinin
müxtəlif qrupları arasında bədən
tərbiyəsi və idmanın inkişafı üzrə
işin təşkilində iştirak edir, təlim-məşq
tədbirlərində və idman yarışlarında
iştirak edənlərin, o cümlədən
idmançılar və digər iştirakçıların
sağlamlığının mühafizəsi və
möhkəmləndirilməsi üçün şərait
yaradır, təlim-məşq proseslərinin tələb
olunan səviyyədə təşkilini təmin edir,
həmçinin yüksək idman nəticələrinin
əldə edilməsi məqsədi ilə
məşqçilərə və idmançılara
köməklik göstərir.
9.4. Bədən
tərbiyəsi-idman təşkilatlarının, o
cümlədən idman klublarının
maliyyələşdirilməsi ianələr verən
hüquqi və fiziki şəxslər tərəfindən,
eləcə də idman yarışlarının
keçirilməsindən, əhaliyə pullu idman
xidmətlərindən, sahibkarlıq fəaliyyətindən,
habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyətlərdən
əldə olunan vəsaitlər hesabına həyata
keçirilə bilər.
9.5. Bədən
tərbiyəsi-idman təşkilatları beynəlxalq idman
birliklərinin üzvü ola bilər, beynəlxalq idman
birliklərinin üzvü statusuna uyğun şəkildə
qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və
vəzifələr daşıya bilərlər.
9.6. Bədən tərbiyəsi
və idman yönümlü qeyri-hökumət
təşkilatları öz fəaliyyətlərində
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununu, bu Qanunu və digər normativ hüquqi aktları rəhbər
tuturlar.
Maddə 10. Respublika idman federasiyaları
10.1. Respublika idman federasiyası
öz statusuna görə qeyri-hökumət
təşkilatıdır. Respublika idman federasiyalarının
yaradılması, fəaliyyəti, yenidən təşkili
və ləğvi bu Qanunun tələbləri
nəzərə alınmaqla Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə əsasən həyata
keçirilir.
10.2. Azərbaycan
Respublikasının ərazisində bir idman növü
üzrə yalnız bir ictimai birlik respublika idman
federasiyası qismində akkreditasiya oluna bilər.
10.3. İctimai birliklərə
respublika idman federasiyası statusunun verilməsi
üçün onların dövlət akkreditasiyası
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur. İctimai birlik
Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dövlət akkreditasiyasından keçdikdən sonra
respublika idman federasiyası statusunu alır və respublika idman
federasiyalarının dövlət reyestrinə daxil edilir.
10.4. Olimpiya, paralimpiya, deflimpiya
və xüsusi olimpiya oyunlarının proqramlarına daxil
olunmuş idman növləri üzrə respublika idman
federasiyaları idmançıların olimpiya oyunlarına
hazırlığı və iştirakı prosesində Milli
Olimpiya, Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya
komitələri ilə əməkdaşlıq edirlər.
Maddə 11. Respublika idman federasiyalarının
hüquqları və vəzifələri
11.1. Respublika idman
federasiyaları aşağıdakı hüquqlara malikdir:
11.1.1. öz
səlahiyyətləri çərçivəsində
bədən tərbiyəsi və idman sahəsində normativ
hüquqi aktların və idman növlərinin inkişafı
proqramlarının işlənib hazırlanmasında və
həyata keçməsində iştirak etmək;
11.1.2. müvafiq idman
növü üzrə müxtəlif səviyyəli
yarışların keçirilməsi sistemini
təkmilləşdirmək, ölkə ərazisində idman
növü üzrə çempionatları, birincilikləri,
kubok yarışlarını və digər respublika,
həmçinin beynəlxalq idman yarışlarını
təşkil etmək və keçirmək;
11.1.3. müvafiq idman
növündə məşqçilərin, hakimlərin,
bədən tərbiyəsi-idman sahəsində digər
mütəxəssislərin hazırlanması, əlavə
təhsili və attestasiyası üzrə tədbirlər
həyata keçirmək; [11]
11.1.4. idmançıların
bir bədən tərbiyəsi-idman təşkilatından
digərinə keçməsi məsələlərinin
təşkilində iştirak etmək;
11.1.5. beynəlxalq idman
təşkilatlarının reqlamentləri və bu Qanunun
müddəaları əsasında idman növü
üzrə idman klublarının fəaliyyətinin
əlaqələndirilməsində iştirak etmək;
11.1.6. öz
səlahiyyətləri çərçivəsində xarici
ölkələrin idman təşkilatları və
beynəlxalq idman təşkilatları ilə beynəlxalq
əlaqələri inkişaf etdirmək və
möhkəmləndirmək.
11.2. Respublika idman
federasiyaları aşağıdakı vəzifələri
yerinə yetirir:
11.2.1. idman növlərini
inkişaf etdirmək və təbliğ etmək;
11.2.2. öz
səlahiyyətləri çərçivəsində milli
yığma komandaları formalaşdırmaq və idman
növü üzrə beynəlxalq yarışlarda iştirakını
təmin etmək;
11.2.3. idman növü
üzrə yüksək səviyyəli
idmançıların hazırlığı sistemini
təkmilləşdirmək;
11.2.4. idmançıların,
məşqçilərin, idman sahəsində
çalışan digər mütəxəssislərin sosial
müdafiəsi üçün şəraitin yaradılmasında
iştirak etmək, idman veteranlarının
qayğısına qalmaq;
11.2.5. beynəlxalq idman
federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar
nəzərə alınmaqla müvafiq idman növləri
üçün qaydaları işləyib hazırlamaq;
11.2.6. idmanda dopinq
vasitələri və (və ya) üsullarından istifadəyə, eləcə
də idmanda ayrı-seçkilik və zorakılığa
qarşı fəaliyyət göstərmək,
mübarizə aparmaq;[12]
11.2.7. müəyyən
edilmiş qaydada müvafiq idman növlərinin respublika Vahid
idman təsnifatına daxil edilməsi məqsədi ilə
idman növləri üçün tələblər və
normalar, həmçinin idman hakimlərinə müvafiq
kateqoriyalar üzrə təsnifat tələblərini
işləyib hazırlamaq;
11.2.8. idman yarışlarının
manipulyasiyasına qarşı mübarizə aparmaq və
bununla əlaqədar normativ hüquqi aktlara uyğun olaraq
müvafiq tədbirlər görmək;[13]
11.2.9. “İdmanda dopinq
vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununa və milli antidopinq
qurumunun qaydalarına uyğun olaraq, idmançıya və ya
onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi
halda, həmin sanksiyaların icra olunmasını təmin
etmək.
11.2-1. Respublika idman federasiyaları
tərəfindən bu Qanunun 11.2.9-cu maddəsində
nəzərdə tutulan öhdəliklərin yerinə
yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən
ayrılan maliyyə dəstəyinin həmin
tələblər yerinə yetirilənədək
kəsilməsinə səbəb olur.[14]
11.3. Respublika idman
federasiyaları uşaq-gənclər idmanının
inkişafına, idman məktəblərinin, olimpiya
ehtiyatı məktəblərinin və olimpiya
mərkəzlərinin fəaliyyətinə kömək
göstərirlər.
11.4. Respublika idman
federasiyaları əlilliyi olan şəxslərin, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqların maraq göstərdikləri,
xüsusilə paralimpiya, deflimpiya və xüsusi olimpiya
oyunlarının proqramlarına daxil edilmiş idman
növlərinin ölkədə geniş inkişafı
və bu idman növləri üzrə idmançıların
hazırlanması istiqamətində fəaliyyət
göstərirlər.
11.5. Respublika idman
federasiyaları beynəlxalq idman təşkilatlarına
üzv ola, beynəlxalq idman təşkilatlarının
üzvü statusuna uyğun şəkildə qanunvericiliyə
zidd olmayan hüquqlar əldə edə və
vəzifələr daşıya bilərlər.
Maddə 12. İdman klubları
12.1. İdman klubu
təlim-məşq, yarış, bədən
tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata
keçirən təşkilatdır.
12.2. Təşkilati-hüquqi
formasından asılı olmayaraq idman klubları
qanunvericilikdə müəyyən edilmiş qaydada
yaradılır və nizamnamələrinə
(əsasnamələrinə) uyğun fəaliyyət
göstərirlər. Hüquqi şəxs statusu olmayan idman
klubu haqqında nümunəvi əsasnamə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
12.3. İdman klubları
hüquqi və fiziki şəxslər tərəfindən
yaradıla bilərlər.
12.4. İdman klubları
fəaliyyət istiqamətlərinə görə
ayrı-ayrı idman növləri ilə məşğul olan
kompleks idman klublarına, həvəskar, peşəkar və
digər istiqamətli idman klublarına
bölünürlər.
12.5. İdman klubları
istehsalat, təhsil və tibb müəssisələri,
həmkarlar ittifaqları, bələdiyyələr,
eləcə də digər qurumlarla əlaqələr yarada
bilərlər.
12.6. İdman klubları ilk
növbədə uşaq-gənclər idmanı
sahəsində təlim-məşq prosesinin və idman
yarışlarının təşkili üçün
imkanlar yaradır, klubların üzvləri arasında
vətəndaşlıq və mənəvi-əxlaqi
keyfiyyətlərin formalaşdırılması üzrə
məqsədyönlü iş aparır,
fəaliyyətlərini bədən tərbiyəsi və idman
sahəsində dövlətin siyasətinə uyğun
qururlar.
12.7. Dövlət orqanları
və bələdiyyələr idman klublarının
yaradılmasına, fəaliyyətlərinin
təşkilinə və iş şəraitinin
yaxşılaşdırılmasına
aşağıdakıların həyata keçirilməsi
yolu ilə kömək göstərirlər:
12.7.1. idman qurğularının
və digər idman obyektlərinin tikintisi, bərpası,
təmir edilməsi;
12.7.2. dövlət və
bələdiyyə mülkiyyətində olan binaların,
qurğuların əvəzsiz istifadəyə və ya
güzəştli şərtlərlə uzunmüddətli
icarəyə verilməsi;
12.7.3. idman ləvazimatı
və avadanlığı ilə təmin edilməsi;
12.7.4. qanunvericilikdə
müəyyən olunmuş qaydada digər
dəstəklərin göstərilməsi.
12.8. İdman klublarının
səlahiyyətlərinə aşağıdakılar aiddir:
12.8.1. ölkədə
tanınmış müxtəlif idman növləri
üzrə idman məktəblərinin, idman
bölmələrinin, həvəskar və peşəkar
komandalarının yaradılması;
12.8.2. Vahid idman
təsnifatının tələblərinə əsasən
müəyyən edilmiş qaydada öz
səlahiyyətləri çərçivəsində idman
dərəcələrinin verilməsi;
12.8.3. əhaliyə
bədən tərbiyəsi-sağlamlıq və idman
xidmətlərinin göstərilməsi;
12.8.4. müəyyən
edilmiş qaydada idmançıların bir idman
təşkilatından digərinə keçməsində
iştirak edilməsi;
12.8.5. klubun nizamnaməsinə
(əsasnaməsinə) və qanunvericiliyə əsasən
digər fəaliyyətin həyata keçirilməsi.
12.9. İdman klublarının
fəaliyyəti qanunvericiliklə qadağan olunmayan
mənbələr hesabına maliyyələşdirilir.
Maddə 12-1. Milli antidopinq qurumu
12-1.1. Milli antidopinq qurumu idmanda dopinq
vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumdur.
12-1.2. Milli antidopinq qurumu öz
fəaliyyətini bu Qanun, “İdmanda dopinq
vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunu, Ümumdünya
Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, habelə
onun vəzifələrini və hüquqlarını
müəyyən edən digər normativ hüquqi aktlar,
qaydalar və Nizamnaməsi əsasında həyata
keçirir.[15]
Maddə 13. Bədən tərbiyəsi və
idmanın təşviqi və təbliği
13.1. Müvafiq icra hakimiyyəti
orqanları, bələdiyyələr, bədən
tərbiyəsi və idman yönümlü təşkilatlar
əhalinin müxtəlif qruplarının yaş, peşə
və sosial xüsusiyyətlərini nəzərə almaqla,
bədən tərbiyəsi və idmanın təbliği
forma və metodlarını müəyyən edirlər,
kütləvi informasiya vasitələrində bədən
tərbiyəsi və idmanın sosial əhəmiyyətinin,
əhalinin sağlamlığının
möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam
həyat tərzinin formalaşdırılmasındakı
rolunun açıqlanmasını təmin etməlidirlər.
13.2. İdman
obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq
tədbirləri və yarışlarının
keçirildiyi digər yerlərdə reklamın
yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının
reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə
tənzimlənir.[16]
III fəsil
Olimpiya
hərəkatı
Maddə 14. Milli olimpiya hərəkatı
14.1. Milli olimpiya
hərəkatı olimpiya hərəkatı prinsiplərinin
təbliği və geniş yayılması, bədən
tərbiyəsi və idmanın inkişafına
dəstəyin göstərilməsi, beynəlxalq idman
əməkdaşlığının gücləndirilməsi,
olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin
hamiliyi (rəhbərliyi) altında keçirilən digər
beynəlxalq idman tədbirlərində iştirak etmək
məqsədlərinə xidmət edən beynəlxalq olimpiya
hərəkatının tərkib hissəsidir.
14.2. Milli olimpiya
hərəkatına öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi, Beynəlxalq Olimpiya
Komitəsinin Olimpiya Xartiyası, Beynəlxalq Olimpiya Komitəsi
tərəfindən tanınma və öz nizamnaməsi
əsasında həyata keçirən Milli Olimpiya Komitəsi
rəhbərlik edir.
14.3. Dövlət Milli olimpiya
hərəkatını tanıyır və
dəstəkləyir, Milli Olimpiya Komitəsinə onun
nizamnamə məqsədlərinin həyata
keçirilməsində hərtərəfli kömək
göstərir.
Maddə 15. Milli Olimpiya Komitəsi
15.1. Milli Olimpiya Komitəsi
ölkə ərazisində olimpiya hərəkatına aid olan
məsələlərin həllində səlahiyyətli olan,
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına,
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq fəaliyyət göstərən müstəqil ictimai
birlikdir.
15.2. Milli Olimpiya Komitəsi
aşağıdakıları həyata keçirir:
15.2.1. ölkədə olimpiya
hərəkatı prinsiplərini təbliğ edir,
yüksək nailiyyətlər idmanının və
kütləvi idmanın inkişafına dəstək göstərir;
15.2.2. Beynəlxalq Olimpiya
Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq olimpiya
oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi
(rəhbərliyi) altında keçirilən digər
beynəlxalq idman tədbirlərində dövləti
təmsil edir;
15.2.3. Milli Olimpiya Komitəsinin
nümayəndə heyətinin tərkibini təsdiq edir və
onun olimpiya oyunlarında və Beynəlxalq Olimpiya
Komitəsinin hamiliyi (rəhbərliyi) altında
keçirilən digər beynəlxalq idman
tədbirlərində iştirakını təmin edir;
15.2.4. olimpiya oyunlarında
və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi
(rəhbərliyi) altında keçirilən digər
beynəlxalq idman tədbirlərində iştirak edən
nümayəndə heyətlərinin üzvlərinin
geyimlə təchizatını, yol, yataq, yemək və
digər xərclərinin ödənilməsini təmin edir;
15.2.5. Milli Olimpiya Komitəsinin
nümayəndə heyəti üzvlərinin rəsmi idman
forması və geyimlərinin eskizlərini təsdiq edir;
15.2.6. ölkə idmançılarının
olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin
hamiliyi (rəhbərliyi) altında keçirilən digər
beynəlxalq idman tədbirlərində iştirakı üçün
zəruri hazırlıq səviyyəsinin təmin
edilməsinə yönəlmiş tədbirlərin
işlənib hazırlanmasında və həyata
keçirilməsində iştirak edir;
15.2.7. ölkədə olimpiya
oyunlarının keçirilməsi üçün
Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmək
hüququ olan şəhəri müəyyən edir.
15.3. Milli Olimpiya Komitəsi
tərəfindən bu Qanunun 15.2.1-ci və 15.2.6-cı
maddələri ilə nəzərdə tutulmuş
məsələlərin həlli müvafiq icra hakimiyyəti
orqanı və müxtəlif respublika idman federasiyaları
ilə qarşılıqlı əlaqə və əməkdaşlıq
şəraitində həyata keçirilir.
15.4. Milli Olimpiya Komitəsi
öz adından və rəsmi “Milli olimpiya komandası”
adından istifadə etməkdə müstəsna hüquqa
malikdir. Kommersiya və reklam məqsədləri ilə bu
adlardan və ya onlardan yaranmış sözlərdən
və söz birləşmələrindən istifadə
edilməsinə yalnız Milli Olimpiya Komitəsi ilə
yazılı şəkildə bağlanmış
müqavilə əsasında icazə verilir. Bu adlar və ya
onlardan yaranmış sözlər və söz birləşmələrindən
informasiya təminatı məqsədləri ilə və ya
kütləvi informasiya vasitələrində olimpiya
oyunlarının və Beynəlxalq Olimpiya Komitəsinin
hamiliyi (rəhbərliyi) altında keçirilən digər
beynəlxalq idman tədbirlərinin
işıqlandırılması hüququnun əldə
edilməsi halları istisna təşkil edir.
15.5. Beynəlxalq Olimpiya
Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq Milli Olimpiya
Komitəsi ölkə ərazisində Beynəlxalq Olimpiya
Komitəsinə məxsus olimpiya simvollarından,
şüarlarından, bayraq və himndən, “Olimpiya
oyunları” adından istifadəyə dair hüquqların
qorunması üzrə tədbirlər həyata keçirir.
Milli Olimpiya Komitəsi özünün emblemi,
şüarı, bayrağı və digər milli olimpiya
simvolları üzərində müstəsna hüquqa
malikdir.
15.6. Milli Olimpiya Komitəsi
bədən tərbiyəsi və idmanın inkişafına
dair nizamnamə məqsədləri və proqramlarının
icrasını öz maliyyə mənbələri hesabına,
o cümlədən hüquqi və fiziki şəxslərin
ianələri, habelə qanunvericilikdə müəyyən
edilmiş qaydada ayrılan dövlət büdcəsinin
vəsaitləri hesabına həyata keçirir.
15.7. Milli yığma
komandaların olimpiya oyunlarında
çıxışları Dövlət bayrağı
altında həyata keçirilir.
Maddə 16. Paralimpiya, deflimpiya, xüsusi olimpiya
hərəkatları.
Paralimpiya Komitəsi, Deflimpiya
Komitəsi, Xüsusi Olimpiya Komitəsi
16.1. Ölkədə paralimpiya,
deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq
beynəlxalq paralimpiya, beynəlxalq deflimpiya və beynəlxalq
xüsusi olimpiya hərəkatlarının tərkib
hissələri olub, məqsədləri əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların bədən tərbiyəsi
və idmanının inkişafına dəstək vermək,
bu sahələrdə əməkdaşlığı
möhkəmləndirmək, paralimpiya, deflimpiya və
xüsusi olimpiya oyunlarında iştirak etmək və uğur
qazanmaqdır.
16.2. Paralimpiya, Deflimpiya və
Xüsusi Olimpiya komitələri öz
fəaliyyətlərini qeyri-hökumət
təşkilatları haqqında qanunvericilik, müvafiq
beynəlxalq idman təşkilatlarının
nizamnamələri və beynəlxalq idman
təşkilatları tərəfindən tanınma
əsasında, həmçinin öz nizamnamələrinə
uyğun qururlar.
16.3. Paralimpiya, Deflimpiya və
Xüsusi Olimpiya komitələri milli yığma
komandaları müvafiq olaraq paralimpiya, deflimpiya və
xüsusi olimpiya oyunlarında, Beynəlxalq Paralimpiya
Komitəsinin, Beynəlxalq Deflimpiya, Beynəlxalq Xüsusi
Olimpiya təşkilatlarının hamiliyi (rəhbərliyi)
altında keçirilən digər beynəlxalq idman
tədbirlərində təmsil edirlər.
16.4. Paralimpiya, Deflimpiya və
Xüsusi Olimpiya komitələri bədən tərbiyəsi
və idmanın inkişafına dair nizamnamə
məqsədləri və proqramlarının icrasını
öz vəsaitləri hesabına, hüquqi və fiziki
şəxslərin ianələri, habelə qanunvericiliklə
qadağan edilməyən digər vəsaitlər hesabına
həyata keçirirlər.
16.5. Paralimpiya, Deflimpiya və
Xüsusi Olimpiya komitələri öz
fəaliyyətlərində müvafiq beynəlxalq
təşkilatların qaydalarını və Azərbaycan
Respublikasının qanunvericiliyini rəhbər tutan,
ölkədə paralimpiya, deflimpiya və xüsusi olimpiya
hərəkatlarına aid məsələlərin həllini
həyata keçirən ictimai birliklərdir.
16.6. Paralimpiya, Deflimpiya və
Xüsusi Olimpiya komitələri
aşağıdakıları həyata keçirirlər:
16.6.1. Beynəlxalq Paralimpiya
Komitəsinin, Deflimpiya və Xüsusi Olimpiya
təşkilatlarının hamiliyi (rəhbərliyi)
altında keçirilən paralimpiya, deflimpiya və xüsusi
olimpiya oyunlarında və digər beynəlxalq
yarışlarda ölkəni təmsil edir, bu tədbirlərdə
iştirak edən milli yığma komandaları
formalaşdırır, onların hazırlığını
və texniki təchizatını təmin edir;
16.6.2. əlilliyi olan
şəxsləri, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqları bədən tərbiyəsi
və idmanla məşğul olmağa cəlb edir, onların
reabilitasiyası və cəmiyyətə inteqrasiyası
məsələlərinin həlli ilə məşğul
olan strukturlar (şöbələr, filiallar, adaptiv idman
məktəbləri və sair) yaradır;
16.6.3. paralimpiya, deflimpiya və
xüsusi olimpiya idman növlərinin yerlərdə
inkişafının təmin edilməsi üçün
dövlət orqanlarının və bələdiyyələrin
xüsusi idman obyektləri və bazalarının inşa edilməsi,
mövcud idman obyektlərində şərait və
imkanların yaradılması tədbirlərinin
hazırlanmasında və icrasında iştirak edir;
16.6.4. ölkə
ərazisində qəbul olunan və inkişaf etdirilən
paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin
idman təsnifatını, şərtlərini və
ardıcıllığını müəyyən edir və
təsdiq olunması üçün müvafiq icra
hakimiyyəti orqanına təqdim edir;
16.6.5. beynəlxalq
əməkdaşlıq sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq
beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq
Paralimpiya Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya
təşkilatları ilə müqavilələr
bağlayır, xarici dövlətlərin Paralimpiya
Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya
təşkilatları ilə əlaqələr yaradır,
əməkdaşlıq edir, ölkədə
keçirilən tədbirlərə onları dəvət
edir, xarici ölkələrdə təşkil edilən idman
tədbirlərində iştirak edir.
16.7. Paralimpiya, deflimpiya,
xüsusi olimpiya idman növləri üzrə respublika
yarışları təqvim planına uyğun,
yarışın əsasnaməsi, qaydaları və
iştirakçıların funksional imkanları
çərçivəsində tibbi tələblər
təsnifatı nəzərə alınmaqla təşkil
olunur və keçirilir.
16.8. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman
növləri üzrə respublika və beynəlxalq
miqyaslı yarışlarda iştirak zamanı
idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya
komitələri tərəfindən bu Qanunun 60.1-ci
maddəsinə uyğun olaraq icbari qaydada sığorta edilir.[17]
IV fəsil
Təhsil və
səhiyyə sistemində, vətəndaşların iş,
yaşayış və istirahət yerlərində
bədən tərbiyəsi və idmanın təşkili
Maddə 17. Təhsil müəssisələrində
bədən tərbiyəsi və idman
17.1.
Məktəbəqədər yaşlı uşaqların,
şagirdlərin və tələbələrin
sağlamlığını qorumaq və
möhkəmləndirmək, onlarda fiziki kamilliyə və
sağlam həyat tərzinə tələbatı
formalaşdırmaq təhsil müəssisələrinin
əsas vəzifələrindəndir.
17.2. Təhsil
müəssisələri bədən tərbiyəsi ilə
məşğul olma formalarını, bədən
tərbiyəsi vasitələrini, idman və
hərəkət fəallığı növlərini
dövlət təhsil standartları və fiziki
hazırlıq normativləri əsasında yerli şəraiti
və təhsil alanların maraqlarını nəzərə
almaqla müəyyən edirlər.
17.3. Təhsil
müəssisələrində bədən tərbiyəsi
dərsləri müasir tələblərə müvafiq
surətdə, təhsil alan uşaq və gənclərin
maraqları, yaşı və sağlamlıq
səviyyələri nəzərə alınmaqla
təşkil edilməlidir.
17.4. Təhsil
müəssisələrində bədən tərbiyəsi
dərslərinin metodoloji və maddi-texniki bazası
müntəzəm olaraq inkişaf etdirilməli,
təkmilləşdirilməli və
möhkəmləndirilməlidir.
17.5. Təhsil
müəssisələrində bədən tərbiyəsi
və təhsilin təşkili aşağıdakıları
əhatə edir:
17.5.1. əsas təhsil
proqramları çərçivəsində dövlət
təhsil standartları ilə müəyyən edilmiş
həcmdə bədən tərbiyəsi üzrə məcburi
dərslərin, həmçinin əlavə təhsil
proqramları çərçivəsində əlavə
(fakültativ) bədən tərbiyəsi və idman
məşğələlərinin keçirilməsini;
17.5.2. təhsil alanlarla kompleks
bədən tərbiyəsi-sağlamlıq və idman
tədbirlərinin keçirilməsi üçün
müvafiq şəraitin yaradılmasını, o cümlədən
idman avadanlığı və alətləri ilə təchiz
edilməsini;
17.5.3. fərdi
xüsusiyyətləri və sağlamlığı
nəzərə alınmaqla, təhsil alan
şəxslərdə bədən tərbiyəsi
vərdişlərinin formalaşdırılması,
onların bədən tərbiyəsi və idmanla
məşğul olmağa cəlb edilməsi üçün
tədbirlərin həyata keçirilməsini;
17.5.4.
sağlamlığında qüsuru olan təhsil alanların
bədən tərbiyəsini;
17.5.5. gündəlik rejimdə
bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin
həyata keçirilməsini;
17.5.6. uşaqlarla
məktəbdənkənar bədən tərbiyəsi və
idman işinin aparılmasını, o cümlədən
uşaq və gənclərin asudə vaxtlarında və tətil
zamanı fəal bədən tərbiyəsi və idman
məşğələlərinə cəlb edilməsini;
17.5.7. bədən
tərbiyəsinin təşkilinə tibbi nəzarətin
həyata keçirilməsini;
17.5.8. valideynlərdə
uşaqların sağlamlığına və bədən
tərbiyəsinə məsuliyyətli münasibətin
formalaşdırılmasını;
17.5.9. şagirdlərin və
tələbələrin fiziki hazırlığı və
fiziki inkişafının illik monitorinqinin
keçirilməsini.
17.6.
Məktəbəqədər yaşlı uşaqların
bədən tərbiyəsi məktəbəqədər
təhsil proqramına həftədə on saatdan az olmamaqla
əyləncəli oyun xarakterli bədən tərbiyəsi
dərslərinin salınması və aparılması ilə
həyata keçirilir.
17.7. Sağlamlığında
və ya fiziki inkişafında qüsuru olan (xüsusi tibbi
qruplara aid edilmiş) təhsil alan şəxslərlə
ümumtəhsil, xüsusi təmayüllü, eləcə
də digər təhsil müəssisələrində
məsləhət görülmüş fərdi reabilitasiya
proqramı çərçivəsində məcburi
məşğələlər keçirilir.
17.8. Müvafiq icra hakimiyyəti
orqanı bədən tərbiyəsi dərslərinin və
idman məşğələlərinin yüksək
səviyyədə keçirilməsini, tədris planlarına
və təhsil standartlarına uyğun olaraq
çağırışaqədər yaşlı
gənclərin və
çağırışçıların hərbi
xidmətə zəruri fiziki hazırlığını
təmin edir, təhsil alanların üzməyi
öyrənməsi, müəyyən edilmiş idman
normativlərini yerinə yetirə bilməsi üçün
şərait yaradır.
17.9. Dərsdənkənar
bədən tərbiyəsi və idman işlərini
planlı surətdə daimi həyata keçirmək, idman
növləri üzrə bölmələrin fəaliyyətini
təşkil etmək, perspektivli gənc
idmançıların hazırlanmasına kömək
göstərmək, şagird və tələbələrin
bədən tərbiyəsi tədbirlərində və idman
yarışlarında fəal iştirakını təmin
etmək məqsədi ilə ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil
müəssisələrinin (o cümlədən özəl
təhsil müəssisələrinin) strukturunda idman
klubları yaradılır.
17.10. Təhsil
müəssisələri şagird və
tələbələrin hərbi-fiziki
hazırlığını hərbi komissarlıqlar,
gənclər təşkilatları, könüllü
hərbi vətənpərvərlik və texniki-idman
cəmiyyətləri və digər təşkilatlarla
birlikdə həyata keçirirlər.
Maddə 18. Səhiyyə sistemində bədən
tərbiyəsi və idman
18.0. Müvafiq icra hakimiyyəti
orqanı, bələdiyyələr və tibb
müəssisələri öz səlahiyyətləri
daxilində:
18.0.1. bədən
tərbiyəsindən xəstəliklərin profilaktikası və
müalicəsi vasitəsi kimi istifadə edirlər;
18.0.2. bədən
tərbiyəsi və idmanla, o cümlədən
idman-sağlamlıq turizmi ilə məşğul olan
şəxslər üzərində tibbi nəzarəti
həyata keçirirlər, ehtiyat idman qüvvələrinin
və idman növləri üzrə müxtəlif
səviyyəli milli yığma komandaların idman
yarışlarına hazırlığının tibbi
təminatında iştirak edirlər;
18.0.3. xəstəliklərin
profilaktikası və müalicəsində bədən
tərbiyəsinin və idmanın əsas
komponentlərindən səmərəli istifadə
məsələlərini, həmçinin idman
təbabəti, həkim nəzarəti və müalicə
bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislərin
hazırlığını və əlavə təhsilini
təşkil edir və həyata keçirirlər; [18]
18.0.4. vətəndaşlarla
bədən tərbiyəsi-sağlamlıq işini təmin
edən sağlamlaşdırma və reabilitasiya
mərkəzləri və məntəqələri, diaqnostika-məsləhət
məntəqələri və kabinetləri, tibbi-bədən
tərbiyəsi dispanserləri yaradır və onları
xüsusi cihaz və tibbi avadanlıqlarla təmin edirlər;
18.0.5.
vətəndaşların sağlamlığının
möhkəmləndirilməsi və sağlam həyat
tərzinin formalaşdırılmasında bədən
tərbiyəsi və idmanın imkanlarını təbliğ
edirlər.
Maddə 19. Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin inkişafı.
Vətəndaşların
Vətənin müdafiəsinə hazırlanması
19.1. Hərbi xidmət və ya
başqa növ xüsusi xidmət nəzərdə tutulan
müvafiq icra hakimiyyəti orqanlarında hərbi
qulluqçuların və xüsusi xidmət keçən
şəxslərin fiziki hazırlığı onların
öz xidməti vəzifələrinin
müvəffəqiyyətlə həyata keçirilməsini
təmin edir.
19.2. Hərbi
qulluqçuların və xüsusi xidmət keçən
şəxslərin idmanla daimi məşğul olmağa
cəlb edilməsi üçün müvafiq icra
hakimiyyəti orqanları yanında hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin inkişafını
və idmançıların hazırlanmasını həyata
keçirən təşkilatlar, idman klubları
yaradılır və fəaliyyət göstərirlər.
19.3. Bu Qanunun 19.2-ci
maddəsində qeyd olunan təşkilatlar müvafiq idman obyektlərində
hərbi qulluqçuların və xüsusi xidmət
keçən şəxslərin idmanla məşğul
olmaları üçün şərait yaradır, idman
növləri üzrə bölmələrin
təlim-məşq prosesini təşkil edir,
idmançıların respublika və beynəlxalq idman
tədbirlərində (yarışlarında) iştirakını
təmin edir, bədən tərbiyəsi və idman
sahəsində məşqçilərin və digər
mütəxəssislərin əlavə təhsili üzrə
tədbirlər həyata keçirirlər. [19]
19.4. Hərbi
qulluqçuların və xüsusi xidmət keçən
şəxslərin müxtəlif yaş qrupları
üzrə fiziki hazırlığının təmin
edilməsi məqsədi ilə müvafiq normativlər
(hərbi idman kompleksi) tətbiq olunur. Hərbi idman kompleksinin
normativləri üzrə testlər hər il hərbi qulluqçuların
və xüsusi xidmət keçən şəxslər
arasında məcburi formada keçirilir.
19.5. Müvafiq icra hakimiyyəti
orqanları respublika idman tədbirlərində və
beynəlxalq idman yarışlarında iştirak etmək
üçün müvafiq hərbi-tətbiqi və xidməti-tətbiqi
idman növləri üzrə milli yığma komandaları
formalaşdırır.
19.6. Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin inkişafı
proqramları, bədən tərbiyəsi və idman
tədbirlərinin təqvim planları, hərbi idman
kompleksinin normativləri müvafiq icra hakimiyyəti orqanları
tərəfindən təsdiq edilir.
19.7.
Çağırışaqədər yaşlı
gənclərin və
çağırışçıların fiziki
hazırlığı proqramları, bu
hazırlığın təmin edilməsinə
yönəlmiş idman növlərinin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur. Vətəndaşların
Vətənin müdafiəsinə fiziki
hazırlığının təmin olunması müvafiq
icra hakimiyyəti orqanı ilə bədən
tərbiyəsi-idman təşkilatları arasında
bağlanan müqavilələr əsasında həyata
keçirilə bilər.
19.8. Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 20. Vətəndaşların iş, yaşayış
və istirahət yerlərində bədən tərbiyəsi
və idmanın təşkili
20.1. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq bütün müəssisə, idarə
və təşkilatların rəhbərlikləri
tabeliklərində olan işçilər üçün
bədən tərbiyəsi və idman sahəsində
aşağıdakı tədbirləri həyata
keçirirlər:
20.1.1. işçilərə
bədən tərbiyəsi və idmanla, o cümlədən
iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə,
idman-sağlamlıq turizmi ilə məşğul ola
bilmələri üçün şərait yaratmaq, bu
məsələlər üzrə müvafiq
şərtləri kollektiv müqaviləyə və
əmək müqaviləsinə daxil etmək;
20.1.2. işçilərə
və onların ailə üzvlərinə bədən
tərbiyəsi və idmanla məşğul olmaq
üçün balansında olan idman obyektləri və
bazalarını təmənnasız təqdim etmək, bu idman
obyektləri və bazaların saxlanılmasını,
əsaslı və cari təmirini həyata keçirmək;
20.1.3. işçilərin idman
klublarında birləşməsinə, bədən
tərbiyəsi və idmanın inkişafı
məqsədilə digər struktur bölmələrinin yaradılmasına
dəstək olmaq.
20.2. Sanatoriya-kurort
müəssisələrinin, istirahət evlərinin və
turist bazalarının rəhbərləri
sağlamlığın möhkəmləndirilməsi,
xəstəliklərin profilaktikası və müalicəsi
məqsədilə müalicə prosesində bədən
tərbiyəsi və idmanın müxtəlif
komponentlərindən istifadə üçün
şərait yaradırlar.
20.3. Müvafiq icra hakimiyyəti
orqanları və bələdiyyələr öz
səlahiyyətləri daxilində vətəndaşların
yaşayış və istirahət yerlərində (yaşayış
massivlərində, məhəllələrdə, yataqxanalarda,
həyətlərdə, parklarda, şəhərkənarı
istirahət və turist bazalarında, digər istirahət
yerlərində) bədən tərbiyəsi və idmanın
inkişafı üçün şərait yaradır, bu
sahədə maraqlı olan təşkilatların
fəaliyyətlərini əlaqələndirir.
20.4. Əhalinin
yaşayış və istirahət yerləri üzrə
bədən tərbiyəsi və idmanın inkişafı
aşağıdakı məsələlərin həllini
əhatə edir:
20.4.1. bu Qanuna uyğun olaraq
idman klubları, idman məktəbləri, digər
bədən tərbiyəsi-idman təşkilatları və
idman obyektləri şəbəkələrinin yaradılmasını;
20.4.2. əhalinin
yaşayış yerləri üzrə bədən
tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim
planının işlənib hazırlanması və yerinə
yetirilməsini;
20.4.3. yaşayış
massivlərinin layihələndirilməsi
tapşırıqlarına bədən tərbiyəsi və
idmanla məşğul olmaq üçün obyektlərin, o
cümlədən idman şəhərciklərinin,
zalların, hovuzların, həyətlərdə, parklarda
və digər istirahət sahələrində sadə idman
meydançalarının, sağlamlıq zonalarının
və digər bədən tərbiyəsi-sağlamlıq
və idman obyektlərinin daxil edilməsini.
20.5. Yaşayış və
kütləvi istirahət yerlərində əhalinin
bədən tərbiyəsi və idmanla məşğul
olması üçün tələb olunan şəraitin
yaradılması, vətəndaşların asudə vaxtlarının
səmərəli təşkili müvafiq icra hakimiyyəti
orqanları və bələdiyyələr
tərəfindən maliyyələşdirilir.
Maddə 21. Cəzaçəkmə müəssisələrində
bədən tərbiyəsi və idman
21.1. Cəzaçəkmə
müəssisələrinin rəhbərliyi azadlıqdan
məhrum edilmiş şəxslərin bədən
tərbiyəsi və idmanla məşğul olması üçün
şəraiti təmin edir və idman tədbirlərinin
keçirilməsini təşkil edir.
21.2. Cəzaçəkmə
müəssisələrinin gün bölgüsündə
fiziki məşqlər, o cümlədən səhər
gimnastikası və gündə bir saatdan az olmayaraq idmanla
məşğul olma nəzərdə tutulur.
21.3. Cəzaçəkmə
müəssisələrində cəza çəkən
şəxslər müəyyən edilmiş
normativlərdən əlavə bədən tərbiyəsi və
idmanla məşğul olmaq üçün öz
vəsaitləri hesabına idman geyimi və alətləri
əldə etmək hüququna malikdirlər.
Maddə 22. Əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların adaptiv bədən tərbiyəsi, fiziki
reabilitasiyası[20]
22.1. Əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bədən
tərbiyəsi və idmanın inkişafı onların
reabilitasiyasına xidmət edir.
22.2. Müvafiq icra hakimiyyəti
orqanları və bələdiyyələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların bədən tərbiyəsi
və idmanla məşğul ola bilmələri
üçün şərait yaradır, xüsusi avadanlıq
və ləvazimatların alınmasında köməklik göstərir,
onların bədən tərbiyəsi və idman sisteminə
inteqrasiyasına dəstək olurlar. [21]
22.3. Əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların bədən tərbiyəsi
və idman vasitəsilə reabilitasiya prosesinin təşkili
və aparılması üçün xüsusi kadr
hazırlığını, elmi-metodiki və tibbi təminatını,
həkim nəzarətini müvafiq icra hakimiyyəti
orqanları həyata keçirirlər.
22.4. Əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların
reabilitasiyası və sosial bacarıqlarının
inkişafı, adaptiv bədən tərbiyəsi və adaptiv
idman metodlarından istifadə etməklə, “Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.[22]
22.5. Əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar üçün idmanın
inkişafı idmanla məşğul olmanın
üstünlüyü, yayılmasının
kütləviliyi və müəssərliyi
prinsiplərinə əsaslanır.
22.6. Müvafiq təhsil
müəssisələrində əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar üçün onların
fərdi qabiliyyətləri və
sağlamlıqlarının vəziyyəti nəzərə
alınmaqla, adaptiv bədən tərbiyəsi və adaptiv
idman vasitələrindən istifadə etməklə xüsusi
dərslər təşkil olunur.
22.7. Müvafiq icra hakimiyyəti
orqanları və bələdiyyələr, bədən
tərbiyəsi-idman təşkilatları, o cümlədən əlilliyi olan
şəxslərin bədən
tərbiyəsi-idman birlikləri əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların iştirakı ilə
bədən tərbiyəsi-idman və bədən
tərbiyəsi-sağlamlıq tədbirlərinin
keçirilməsini təşkil edir, uşaq-gənclər
idman-adaptiv məktəbləri, uşaq-gənclər adaptiv
fiziki hazırlıq klubları yaradırlar. [23]
22.8. Paralimpiya, Deflimpiya,
Xüsusi Olimpiya komitələri, onların yerli
şöbələri, idman klubları qanunvericiliyə
uyğun olaraq yerləşdikləri dövlət
mülkiyyətində olan binalardan və digər
obyektlərdən pulsuz istifadə edirlər.
V fəsil
Uşaq-gənclər
idmanı
Maddə 23. Uşaq-gənclər idmanı
sahəsində fəaliyyətin təşkili
23.1. Uşaq-gənclər
idmanı uşaq və gənclərin sağlam həyat
tərzinin təmin edilməsi, sağlamlığının
möhkəmləndirilməsi, şəxsiyyətin inkişafı,
fasiləsiz təhsil sisteminin təmin edilməsi və milli
yığma komandalara ehtiyat idman qüvvələrinin
hazırlanması məqsədini daşıyır.
23.2. Azərbaycan
Respublikasında uşaq-gənclər idmanının
təşkili və inkişafı ilə
aşağıdakılar məşğul olurlar:
23.2.1. müvafiq icra
hakimiyyəti orqanları;
23.2.2.
bələdiyyələr;
23.2.3. təhsil
müəssisələri, o cümlədən bədən
tərbiyəsi və idman sahəsində
məktəbdənkənar təhsil
müəssisələri, uşaq-gənclər idmanı
sahəsində çalışan məşqçilər;
23.2.4. uşaq və
gənclərlə idman-təhsil işlərini həyata
keçirən bədən tərbiyəsi və idman
yönümlü təşkilatlar, bədən
tərbiyəsi-sağlamlıq və idman birlikləri,
uşaq-gənclər idmanının inkişafına
kömək edən qeyri-hökumət təşkilatları.
Maddə 24. Uşaq və gənclərin bədən
tərbiyəsi sistemi
24.1. Uşaq və
gənclərin bədən tərbiyəsi sistemi uşaqlar
və gənclər arasında təlim-tədris prosesini,
kütləvi idman tədbirlərinin keçirilməsini,
idman məşğələlərində, yarışlarda,
o cümlədən beynəlxalq yarışlarda onların
iştirakını nəzərdə tutur.
24.2. Ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil
müəssisələrinin tədris proqramlarına
sağlamlığın möhkəmləndirilməsi, fiziki
inkişaf, hərəkət fəallığına
tələbatın ödənilməsi, habelə uşaq
və gənclərin fiziki hazırlıq
səviyyələrinin artırılması və
təkmilləşdirilməsi məqsədi ilə
təcrübənin qazanılması üçün
bədən tərbiyəsinin məcburi tədrisi daxil edilir.[24]
24.3. Bədən
tərbiyəsi sistemində uşaq-gənclər idman
məktəbləri, idman klubları, yüksək idman
ustalığı məktəbləri, olimpiya
hazırlığı mərkəzləri, idman
qurğuları və idman geyimlərinin istehsalı
üzrə təşkilatlar, uşaqların və gənclərin
bədən tərbiyəsinə yönəldilən ictimai
birliklər yaradıla və fəaliyyət göstərə
bilər.
Maddə 25. Bədən tərbiyəsi və idman
sahəsində məktəbdənkənar təhsil
müəssisələri
25.1. Bədən
tərbiyəsi və idman sahəsində
məktəbdənkənar təhsil
müəssisələrinə aşağıdakılar
aiddir:
25.1.1. uşaq-gənclər
idman məktəbləri;
25.1.2. uşaq-gənclər
texniki idman məktəbləri;
25.1.3. uşaq-gənclər
adaptiv idman məktəbləri;
25.1.4.
ixtisaslaşdırılmış olimpiya ehtiyatı
uşaq-gənclər idman məktəbləri;
25.1.5. yüksək idman
ustalığı məktəbləri;
25.1.6. olimpiya ehtiyatı
məktəbləri;
25.1.7. olimpiya
hazırlığı mərkəzləri.
25.2. Uşaq-gənclər idman
məktəbləri və uşaq-gənclər texniki idman
məktəbləri uşaq və gənclərin
ayrı-ayrı idman növləri üzrə daimi məşğul
olmağa cəlb edilmələrini, onların idmanda xüsusi
bilik və bacarıqlara yiyələnmələrini,
hərtərəfli inkişaf etmiş gənc
idmançıların hazırlanmasını və digər
bu kimi məsələlərin həllini təmin edir.
25.3. Mülkiyyət
formasından asılı olmayaraq uşaq-gənclər idman
məktəbləri və uşaq-gənclər texniki idman
məktəbləri öz fəaliyyətlərini müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş proqram və normativlər əsasında həyata
keçirirlər.
25.4. İxtisaslaşdırılmış
olimpiya ehtiyatı uşaq-gənclər idman
məktəbləri, yüksək idman ustalığı
məktəbləri, olimpiya ehtiyatı məktəbləri
və olimpiya hazırlığı mərkəzləri
müxtəlif idman növləri üzrə milli yığma
komandalara ehtiyat idman qüvvələrinin təmin edilməsi
məqsədi ilə hərtərəfli inkişaf etmiş
yüksək dərəcəli idmançıların
hazırlanmasını həyata keçirirlər.
25.5. Ehtiyat idman
qüvvələrinin, yüksək dərəcəli
idmançıların hazırlanması
mərhələləri və müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müxtəlif idman
növləri üzrə təsdiq edilmiş proqram və
normativlər əsasında müəyyən edilir.
Maddə 26. Uşaq-gənclər idman birlikləri
26.1. Uşaq-gənclər idman
birlikləri ehtiyat idman qüvvələrinin və
yüksək səviyyəli idmançıların
hazırlanmasını həyata keçirirlər.
26.2. Uşaq-gənclər idman
birlikləri aşağıdakılardır:
26.2.1. bədən
tərbiyəsi kollektivləri;
26.2.2. uşaq idman klubları;
26.2.3. məhəlli idman
klubları;
26.2.4. bədən
tərbiyəsi-sağlamlıq və idman bölmələri.
Maddə 27. Bədən tərbiyəsi və idmanla
məşğul olan uşaq və gənclərə həkim
nəzarəti
27.1. Bədən
tərbiyəsi dərslərinə, habelə idman
məşğələlərinə və
yarışlarına dövlət və bələdiyyə
tibb müəssisələrində tibbi müayinədən
keçən uşaqlar və gənclər
buraxılırlar.
27.2. Tibbi-bədən
tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik
yaşına çatmayanlar üçün
nəzərdə tutulan kabinetləri, sahə həkimləri
bədən tərbiyəsi və idman üzrə
məşqçilər və təlimatçılarla
birgə idmanla məşğul olan uşaq və
gənclərin qeydiyyatını aparır, onların
sağlamlıqlarının, fiziki inkişafının
vəziyyətinə və səviyyəsinə həkim
nəzarətini həyata keçirirlər.
27.3. Tibb
müəssisələri tərəfindən verilən
rəsmi tibbi icazə sənədləri olmadan bədən
tərbiyəsi və idmanla məşğul olmağa cəlb
edilmiş və idman yarışlarına buraxılmış
uşaq və gənclərin sağlamlıqlarına vurulmuş
zərərə görə müvafiq təhsil
məktəbdənkənar təhsil
müəssisələrinin və bədən
tərbiyəsi-idman təşkilatlarının rəhbərləri
məsuliyyət daşıyırlar.
Maddə 28. Ehtiyat idman qüvvələrinin
hazırlığı üçün maddi-texniki bazanın
və şəraitin yaradılması
28.1. Dövlət ehtiyat idman
qüvvələrinin hazırlığı və
inkişafı üçün maddi-texniki baza yaradır.
28.2. Ehtiyat idman
qüvvələrinin hazırlanması məqsədi ilə
maddi-texniki baza əsasən aşağıdakılardan
ibarətdir:
28.2.1. uşaq-gənclər
idman məktəblərinin, olimpiya ehtiyatı
məktəblərinin, olimpiya hazırlığı
mərkəzlərinin profilləri üzrə bilavasitə
onlara məxsus olan tədris-idman bazaları, idman zalları
və digər idman obyektləri;
28.2.2. xüsusi idman
avadanlığı, ləvazimatı və alətləri
ilə təchiz edilmiş idman kompleksləri, təlim-idman
bazaları, üzgüçülük hovuzları, idman
zalları, idman-sağlamlıq düşərgələri
və sair;
28.2.3. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
normativlərə uyğun olaraq olimpiya ehtiyatı
məktəbləri və olimpiya hazırlığı
mərkəzləri üçün yataqxana
(yeməkxanası olmaqla);
28.2.4. idman
təkmilləşdirmə və yüksək idman
ustalığı qruplarında hazırlıq keçən
şəxslər, eləcə də idman növləri
üzrə ixtisaslaşdırılmış siniflərdə
təhsil alanlar üçün pulsuz qidalanma.
28.3. Müvafiq icra hakimiyyəti
orqanı öz imkanları daxilində ehtiyat idman
qüvvələrinin hazırlığını həyata
keçirən idman təşkilatlarının,
xüsusilə uşaq-gənclər idman
məktəblərinin, olimpiya hazırlığı
mərkəzlərinin idman qurğuları, idman
avadanlığı, texniki vasitələr, idman geyimi və
digər ləvazimatlarla təchiz edilməsinə yardım
göstərir.
28.4. Dövlət və
bələdiyyə təhsil müəssisələri onlara
məxsus idman obyektlərindən dərslərdən
sonrakı vaxtlarda, istirahət və tətil
günlərində müvafiq ərazilərdə
yerləşən bədən tərbiyəsi-idman
təşkilatlarının, o cümlədən bu sahə
üzrə məktəbdənkənar təhsil
müəssisələrinin tələbatlarına uyğun
istifadə edə bilmələrinə şərait və imkan
yaratmalıdırlar.
VI fəsil
Milli
yığma komandalar
Maddə 29. Milli yığma komandaların
təşkili
29.1. Milli yığma komandalar
müvafiq yaş qrupları üzrə əsas və ehtiyat
heyətlərdən ibarətdir.
29.2. Milli yığma
komandaların heyətinə daxil olan idmançılar,
məşqçilər və digər
mütəxəssislərin siyahısı müvafiq respublika
idman federasiyalarının rəyi nəzərə
alınmaqla, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunur.
29.3. Milli yığma
komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və
antidopinq təminatı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.
Maddə 30. Milli yığma komandaların
formalaşdırılması
30.1. Müxtəlif idman
növləri üzrə milli yığma komandalara namizəd
idmançıların siyahıları hər il respublika idman
federasiyaları tərəfindən
müəyyənləşdirilir və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
30.2. Milli yığma komandalara
namizəd idmançıların siyahılarının
formalaşdırılmasının ümumi prinsip və
meyarları, bu siyahıların təsdiq olunması qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
30.3. Milli yığma
komandaların beynəlxalq yarışlara
hazırlığı və beynəlxalq yarışlarda
iştirakı zamanı elmi-metodiki və tibbi təminatı
müvafiq icra hakimiyyəti orqanları, Milli Olimpiya, Paralimpiya,
Deflimpiya, Xüsusi Olimpiya komitələri və respublika idman
federasiyaları tərəfindən həyata keçirilir.
30.4. Milli yığma
komandaların beynəlxalq yarışlara
hazırlığı və beynəlxalq yarışlarda
iştirakı elmi-kompleks qrupları tərəfindən
işlənmiş və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş hazırlıq
proqramları və planları əsasında həyata
keçirilir.
Maddə 31. İdmanda dopinq vasitələrindən
və (və ya) üsullarından istifadəyə qarşı fəaliyyət[25]
31.1. İdmançılar
tərəfindən, habelə idman yarışlarında
iştirak edən heyvanlara münasibətdə dopinq
vasitələri və (və ya) üsullarından istifadə olunmasına yol
verilmir. İdmanda
istifadəsi qadağan olunmuş dopinq vasitələri və
(və ya) üsullarının siyahısı “İdmanda
dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq
Konvensiya və Ümumdünya Antidopinq Məcəlləsi
ilə müəyyən edilir.[26]
31.2. Dopinq nəzarəti “İdmanda
dopinq vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununun
tələblərinə uyğun olaraq, dopinq testinin
keçirilməsinin planlaşdırılması,
bionümunələrin toplanılması,
çatdırılması, laboratoriya tədqiqatları,
nəticələrin yoxlanılması, terapevtik istifadə
üçün icazə alınması,
dinləmələrin keçirilməsi və apellyasiya
baxışlarından ibarət olan prosesdir.[27]
31.3. Dopinq
vasitələrindən və (və ya) üsullarından istifadəyə qarşı
tədbirlər aşağıdakılardan ibarətdir:
31.3.1. beynəlxalq və
respublika idman yarışlarının keçirilməsi
zamanı icbari dopinq nəzarətinin müəyyən
edilməsi;
31.3.2. dopinq
vasitələrindən və (və ya) üsullarından istifadəyə,
həmçinin onlardan istifadəyə məcbur etməyə
və ya istifadəni təbliğ etməyə görə
məsuliyyətin müəyyən edilməsi;
31.3.3. dərman
vasitələrinin və qidaların tərkibinə dopinq
vasitələri əlavə etməklə onların
saxtalaşdırılmasına, belə dərman
vasitələrinin və qida məmulatlarının
satılmasına, həmçinin dopinq vasitələrinin
hazırlanmasının, istehsalının, istifadəsinin
vasitə və üsulları, onların əldə edilməsi mümkün olan
yerlər haqqında məlumatların yayılmasına
görə məsuliyyətin müəyyən edilməsi;
31.3.4. dopinq
vasitələrindən və (və ya) üsullarından istifadənin
qarşısının alınması;
31.3.5. dopinq nəzarətini
həyata keçirən mütəxəssislərin
peşəkarlığının artırılması;
31.3.6. bədən
tərbiyəsi və idman sahəsində fəaliyyət
göstərən təhsil müəssisələrinin
təhsil proqramlarına dopinq vasitələrindən və
(və ya) üsullarından istifadənin idmançı
orqanizminə zərəri barədə bölmələrin
daxil edilməsi;
31.3.7. kütləvi informasiya
vasitələrində antidopinq təbliğatının
aparılması;
31.3.8. dopinq nəzarətinin
yeni üsullarının işlənib
hazırlanması sahəsində elmi tədqiqatların
aparılması;
31.3.9. dopinq nəzarəti
qaydalarının pozulmasına görə bədən
tərbiyəsi-idman təşkilatlarının, idmançıların,
məşqçilərin, həkimlərin və digər
mütəxəssislərin məsuliyyətinin
müəyyən edilməsi.
31.4. Dopinq nəzarətinin yerinə
yetirilməsi qaydaları və bununla bağlı aşkar
edilmiş pozuntulara görə cavabdehlik, bu sahədə
idarəetməni həyata keçirən qurumların, idman
subyektlərinin hüquq və vəzifələri “İdmanda
dopinq vasitələrindən və üsullarından
istifadəyə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.[28]
31.5. Respublika idman
federasiyaları dopinq nəzarəti sahəsində
tədbirlər həyata keçirməli, dopinq
vasitələri və (və ya) üsullarından istifadə edən
idmançılara və onları dopinq vasitələri və
(və ya) üsullarından istifadə etməyə
məcbur edən şəxslərə qarşı müvafiq
tədbirlər görməlidirlər.
31.6. İdman tədbirlərinin
təşkilatçıları beynəlxalq idman
təşkilatlarının şərtlərinə,
qərarlarına və qanunvericiliyin tələblərinə riayət
etməklə dopinq nəzarətinin keçirilməsi
üçün şərait yaratmalıdırlar.
VII fəsil
Peşəkar
idman
Maddə 32. Peşəkar idman sahəsində
münasibətlərin hüquqi tənzimlənməsi
32.1. Peşəkar idman
sahəsində münasibətlər bu Qanunla və digər
normativ hüquqi aktlarla tənzimlənir.
32.2. Peşəkar idman
sahəsində əmək münasibətlərinin
tənzimlənməsi əsasən idmançıların
əmək funksiyalarına müvafiq idman növü (növləri)
üzrə yarışlara hazırlığını,
iştirakını və yüksək nəticələr
əldə edilməsini, işçilərin
(məşqçilərin və digər
mütəxəssislərin) əmək funksiyalarına
isə təlim-məşq prosesinin təşkili,
idmançıların yarışlarda iştiraklarına
və yüksək nailiyyətlər əldə edə bilmələrinə
rəhbərlik fəaliyyətlərinin daxil edilməsini
nəzərdə tutur.
32.3. Peşəkar idmanda
hazırlıq və iştiraka görə idmanı
peşəkar (əmək) fəaliyyəti seçmiş
idmançılar qanunvericiliyinə müvafiq surətdə əmək
haqqı və (və ya) pul mükafatı alırlar.
Maddə 33. İdman arbitrajı
33.1. Peşəkar idman
sahəsindəki mübahisələrə qanunvericiliyə
uyğun şəkildə, o cümlədən idman
arbitrajı vasitəsi ilə baxılır.
33.2. İdman arbitrajı
peşəkar idman sahəsindəki mübahisələrin
həlli üçün yaradılan müvəqqəti
orqandır. O, peşəkar idman sahəsindəki
mübahisənin idman arbitrajının icraatına
verilməsi barədə razılığın əldə
edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq
tərəflərin birgə qərarı ilə
yaradılır.
33.3. İdman arbitrajının
tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti,
mübahisəyə baxılma yeri, müddətləri,
arbitraja texniki yardımın təşkili
tərəflərin qarşılıqlı
razılığı ilə müəyyən olunur.
Arbitrajın sədri arbitrlər tərəfindən öz
sıralarından seçilir. Mübahisələrə
bədən tərbiyəsi və idman subyektlərinin
iştirakı ilə baxır.
33.4. İdman arbitrajının
qərarı səs çoxluğu ilə qəbul edilir
və protokolla rəsmiləşdirilir. Tərəflər
arbitrajın qərarı ilə razılaşmadıqda bu
barədə protokol tərtib edilir.
33.5. Tərəflər idman
arbitrajının qərarlarının məcburiliyi
barədə qabaqcadan razılığa
gəlmişlərsə, arbitrajın qərarı ilə
mübahisə qəti həll olunmuş hesab edilir və
mübahisənin davam etdirilməsinə yol verilmir.
VIII fəsil
Bədən
tərbiyəsi və idmanın qanunvericilik əsasları
Maddə 34. İdman növlərinin və idman
fənlərinin tanınması
34.1. Müvafiq icra hakimiyyəti
orqanı:
34.1.1. ölkə
ərazisində yayılan idman növlərinin və idman
fənlərinin müəyyən edilmiş qaydada
tanınması səlahiyyətini həyata keçirir;
34.1.2. idman növlərinin, o
cümlədən milli idman növlərinin dövlət
reyestrini, bu idman növlərinə daxil edilmiş idman
fənlərinin siyahılarını, idman növlərinin
və idman fənlərinin kodlarını
formalaşdırır və təsdiq edir.
34.2. Ölkə
ərazisində yayılan idman növlərinin və idman
fənlərinin tanınması qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yalnız
ölkə ərazisində tanınmış idman
növləri və fənləri üzrə bədən
tərbiyəsi və idman tədbirləri keçirilə
bilər.
Maddə 35. Respublika idman federasiyalarının
dövlət reyestri
35.1. Respublika idman
federasiyaları bu Qanunun 10.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada dövlət
akkreditasiyasından keçdikdən sonra respublika idman
federasiyalarının dövlət reyestrinə daxil edilir.
Respublika idman federasiyalarının dövlət reyestrinin
aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
35.2. Respublika idman
federasiyalarının dövlət reyestrinə bu Qanunun 35.1-ci
maddəsində nəzərdə tutulmuş qaydalarda
müəyyən edilmiş sənədlər və
məlumatlar daxil edilir.
Maddə 36. İdman növlərinin dövlət
reyestri
36.1. Ölkə
ərazisində tanınmış idman növləri və
fənləri idman növlərinin dövlət reyestrinə
daxil edilir. İdman növlərinin dövlət reyestrinin aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
36.2. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən tanınmamış və idman
növlərinin dövlət reyestrinə daxil edilməmiş
idman növlərinin Azərbaycan Respublikası
ərazisində təbliği və yayılması
qadağandır.
Maddə 37. İdman adları, idman
dərəcələri, məşqçilərin təsnifat
kateqoriyaları, idman hakimlərinin təsnifat
dərəcələri
37.1. Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idman
sahəsində idman adları, idman dərəcələri,
məşqçilərin təsnifat kateqoriyaları və
idman hakimlərinin təsnifat dərəcələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
37.2. İdman adları, idman
dərəcələri, məşqçilərin təsnifat
kateqoriyaları və idman hakimlərinin təsnifat
dərəcələrinin tələb və normativləri müvafiq
idman növləri üzrə respublika idman
federasiyalarının təqdimatlarına uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir və Vahid idman təsnifatında öz
əksinin tapır.
Maddə 38. Respublika Vahid idman təsnifatı
38.1. Respublika Vahid idman
təsnifatı idman növlərinin dövlət reyestrinə
daxil edilmiş idman növləri üzrə müvafiq idman
adları, idman dərəcələri,
məşqçilərin təsnifat kateqoriyaları və
idman hakimlərinin təsnifat dərəcələrinin
verilməsi üçün zəruri normaları,
tələbləri və onların yerinə yetirilməsi
şərtlərini müəyyən edir. Respublika Vahid idman
təsnifatının əsasnaməsi ilə bu norma və
şərtlərin məzmunu, eləcə də idman
adları və dərəcələrinin verilməsi
qaydaları müəyyənləşdirilir. Respublika Vahid
idman təsnifatının əsasnaməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.2. İdman hakimlərinə
təsnifat dərəcələrinin verilməsi qaydaları,
müvafiq dərəcələr üçün
tələb olunan təsnifat norma və tələbləri,
eləcə də idman hakimlərinin hüquq və
vəzifələri idman hakimləri haqqında əsasnamə
ilə müəyyən edilir. İdman hakimləri haqqında
əsasnamə idman növləri üzrə respublika idman
federasiyalarının təqdimatına əsasən müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.3. Respublika Vahid idman
təsnifatı müvafiq icra hakimiyyəti orqanlarının,
idman növləri üzrə respublika idman
federasiyalarının, Milli Olimpiya, Paralimpiya, Deflimpiya,
Xüsusi Olimpiya komitələrinin təklifləri
nəzərə alınmaqla formalaşdırılır
və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
38.4. İdman adları, idman
dərəcələri, məşqçilərin təsnifat
kateqoriyaları, idman hakimlərinin təsnifat
dərəcələri və fəxri idman adları müvafiq
icra hakimiyyəti orqanı və onun tərəfindən
müəyyən edilmiş bədən tərbiyəsi-idman
təşkilatları tərəfindən verilir.
Maddə 39. Respublika və beynəlxalq miqyaslı
bədən tərbiyəsi və idman tədbirlərinin Vahid
təqvim planı
39.1. Respublika və beynəlxalq
miqyaslı bədən tərbiyəsi və idman
tədbirlərinin Vahid təqvim planı Azərbaycan
Respublikası ərazisində keçirilən bədən tərbiyəsi
və idman tədbirlərinin, kütləvi kompleks
tədbirlərin, respublika və beynəlxalq
yarışların, eləcə də milli yığma
komandaların beynəlxalq yarışlara hazırlıq
və iştirakını təmin edən tədbirlərin
siyahısını, keçirilmə vaxtı və yerini
müəyyən edən əsas sənəddir.
39.2. Respublika və beynəlxalq
miqyaslı bədən tərbiyəsi və idman
tədbirlərinin Vahid təqvim planı respublika idman
federasiyalarının təqdimatları əsasında müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
hazırlanır, yeni təqvim ilinin ərəfəsində
təsdiq edilir, müvafiq icra hakimiyyəti orqanlarına,
respublika miqyaslı bədən tərbiyəsi-idman
təşkilatlarına, respublika idman federasiyalarına
göndərilir. Bu sənəd həmçinin bədən
tərbiyəsi və idman üzrə mətbuat orqanlarında
ölkə idman ictimaiyyətinin məlumatlandırılması
üçün dərc edilir və yayımlanır.
39.3. Respublika və beynəlxalq
miqyaslı bədən tərbiyəsi və idman
tədbirlərinin Vahid təqvim planına daxil edilmiş
bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının
maliyyələşdirilməsi qaydaları və bu
tədbirlərin təşkili və keçirilməsinə
ayrılan xərclərin normaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 40. Bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
təşkili və keçirilməsi
40.1 Bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
təşkilatçıları tədbirlərin
keçirilməsi qaydalarını və şərtlərini
müəyyən edir, onların təşkili və keçirilməsinə
görə cavabdehdirlər. Təşkilatçılar
tədbirləri dayandırmaq, keçirilmə
vaxtlarını dəyişdirmək, yekunlaşdırmaq
və yekunlarını təsdiq etmək hüquqlarına
malikdirlər.
40.2. Bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
adlarından və simvollarından istifadə etmək
hüququ yalnız onun təşkilatçılarına
məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə
reklamların yerləşdirilməsi, tədbirlərin
televiziya və radio vasitəsi ilə
işıqlandırılması, eləcə də
yayımların yazılışlarının və
fotoçəkilişlərinin aparılması, tədbirlərdə
istifadə olunan idman geyimləri, avadanlığı və
ləvazimatlarının istehsalçılarının
müəyyən edilməsi hüquqları bu tədbirlərin
təşkilatçılarına məxsusdur.
40.3. Hüquqi və fiziki
şəxslər bu Qanunun 40.2-ci maddəsində
göstərilmiş hüquqlardan yalnız onlarla
tədbirlərin təşkilatçıları arasında
bağlanmış müqavilələr əsasında
istifadə edə bilərlər.
40.4. Bədən
tərbiyəsi-sağlamlıq tədbirləri və idman
yarışları onların təşkilatçıları
tərəfindən təsdiq olunmuş tədbirlər və
ya yarışlar haqqında əsasnamələrə
(reqlamentlərə) uyğun və müvafiq idman
növləri üzrə qaydalar əsasında təşkil
edilir və keçirilir.
40.5. Bədən
tərbiyəsi-sağlamlıq tədbirləri və idman
yarışlarının keçirilməsi zamanı
yarış iştirakçılarının,
tamaşaçıların təhlükəsizliyini və
ictimai asayişin təmin edilməsini müvafiq icra
hakimiyyəti orqanı və tədbirlərin
təşkilatçıları həyata keçirirlər.[29]
Maddə 40-1. Kütləvi idman
tədbirlərinin və idman yarışlarının
keçirilməsi zamanı zorakılığın
qarşısının alınması, ictimai
təhlükəsizliyin və ictimai asayişin təmin
edilməsi[30]
40-1.1.
Kütləvi idman tədbirlərinin və idman
yarışlarının keçirilməsi zamanı idman
obyektlərində, tamaşaçılar üçün
nəzərdə tutulmuş yerlərdə, eləcə
də idman obyektlərinə bitişik ərazilərdə
və təxliyyə yollarında zorakılığın
qarşısının alınması, yarış
iştirakçılarının və tamaşaçıların
təhlükəsizliyi və ictimai asayiş bu Qanuna və
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq təmin edilir.
40-1.2.
Kütləvi idman tədbirlərinin və idman
yarışlarının keçirilməsi zamanı idman
obyektlərinin ərazilərinə və
tamaşaçılar üçün nəzərdə tutulmuş
yerlərə yarış iştirakçılarının
və tamaşaçıların təhlükəsizliyinin
təmin olunması və ictimai asayişin mühafizəsi
məqsədi ilə aşağıdakı
şəxslərin və əşyaların
buraxılmasına yol verilmir:
40-1.2.1. idman
obyektlərinin ərazilərinə və
tamaşaçılar üçün nəzərdə
tutulmuş yerlərə keçməyə hüquq verən
giriş bileti və ya onu əvəz edən digər
sənədi olmayan şəxslər;
40-1.2.2.
sifətini maska ilə gizlədən şəxslər;
40-1.2.3.
şəxsi baxışdan və ya üzərindəki
əşyaların yoxlanılmasından imtina edən
şəxslər;
40-1.2.4.
bütün növ alkoqollu içkilər; narkotik
vasitələr, psixotrop maddələr, onların
analoqları, toksik təsir göstərən maddələr;
soyuq, odlu, qaz və digər tipli silahlar, silahların
ayrı-ayrı hissələri, partlayıcı
maddələr və döyüş sursatları, habelə
soyuq, odlu, qaz və digər silahlara, partlayıcı
maddələrə və döyüş sursatlarına
oxşar vasitələr; pirotexniki vasitələr;
insanların həyatına və sağlamlığına
təhlükə törədə, fiziki və hüquqi
şəxslərə maddi ziyan vura, kütləvi idman
tədbirlərinin keçirilməsinə maneələr
yarada bilən xüsusi hazırlanmış və ya
uyğunlaşdırılmış vasitələr;
40-1.2.5.
məzmunu ictimai qaydanı, vətəndaşların hüquq
və qanuni maraqlarını pozmağa yönəlmiş,
eləcə də zorakılığın, irqi, milli və
dini ayrı-seçkiliyin, müharibənin təbliği
ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar,
transparantlar və başqa vasitələr;
40-1.2.6.
sərxoşluq vəziyyətində olan, habelə narkotik
vasitələrin, psixotrop maddələrin, onların
analoqlarının, toksik təsir göstərən
maddələrin təsiri altında olan şəxslər;
40-1.2.7.
kütləvi idman tədbirlərinin keçirilməsi
qaydalarının pozulmasına yönəlmiş
hərəkətlərə yol verən, ictimai asayişin
və ictimai təhlükəsizliyin təmin edilməsinə
maneçilik törədən, digər şəxsləri bu
cür hərəkətlərə təhrik edən
şəxslər, qrup şəklində ifrat azarkeşlik
edən şəxslər.
40-1.3.
Vətəndaşların şəxsi baxışını
və onların üzərindəki əşyaların
yoxlanılmasını ictimai asayişi təmin edən
şəxslər xüsusi texniki vasitələrlə
həyata keçirirlər. Şəxsi baxış yalnız
həmin şəxslə eyni cinsdən olan şəxslər
tərəfindən həyata keçirilir.
40-1.4.
Kütləvi idman tədbirləri həyata keçirilən
zaman idman obyektlərinin ərazilərində və
tamaşaçılar üçün nəzərdə
tutulmuş yerlərdə aşağıdakılar
qadağandır:
40-1.4.1.
açıq odlu mənbələrdən istifadə etmək,
tütün çəkmək, alkoqollu
içkilər qəbul etmək, narkotik
vasitələrdən, psixotrop maddələrdən, onların
analoqlarından, habelə toksik təsir edən
maddələrdən istifadə etmək;[31]
40-1.4.2.
sifəti maska altında gizlətmək;
40-1.4.3.
plakatlardan və digər vasitələrdən istifadə etməklə,
eləcə də çıxışları və
fəaliyyətləri ilə zorakılığı, dini,
milli, irqi ayrı-seçkiliyi və müharibəni
təbliğ etmək;
40-1.4.4.
kütləvi idman tədbirlərinin keçirilməsi
zamanı xidməti vəzifələrini yerinə yetirən
şəxslərə, tədbir iştirakçılarına
və tamaşaçılara hər hansı formada mane olmaq,
ictimai asayişin və ictimai təhlükəsizliyin təmin
edilməsi sahəsindəki fəaliyyətin həyata
keçirilməsinə imkan verməmək;
40-1.4.5.
kütləvi idman tədbirlərinin təşkili və
keçirilməsi qaydalarını başqa
fəaliyyətlərlə pozmaq, bu işə digər
şəxsləri cəlb etmək.
40-1.5. Bu Qanunun
40-1.2-ci və 40-1.4-cü maddələrinin
tələblərini pozan şəxslər idman
obyektlərinin ərazilərindən, tamaşaçılar
üçün nəzərdə tutulmuş yerlərdən
giriş biletlərinin dəyəri ödənilmədən
kənarlaşdırılır, Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə və Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
uyğun olaraq məsuliyyətə cəlb olunur.
Maddə 40-2. İdman yarışlarının
manipulyasiyası ilə mübarizə[32]
40-2.1. İdman yarışlarının
manipulyasiyası qadağandır. İdman
yarışlarının manipulyasiyasına qarşı
aşağıdakı tədbirlər həyata keçirilir:
40-2.1.1. idman yarışlarının
manipulyasiyasının qarşısının alınması
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı,
maliyyə bazarlarına nəzarət orqanı və respublika
idman federasiyaları (assosiasiyaları) tərəfindən
maarifləndirmə işlərinin, o cümlədən
kütləvi informasiya vasitələrində idman
yarışlarının manipulyasiyasına qarşı
təbliğatın aparılması;
40-2.1.2. respublika idman federasiyaları
(assosiasiyaları) tərəfindən idman klubunun
rəhbərinə və əməkdaşlarına,
idmançılara, idman hakimlərinə,
məşqçilərə, sponsorluq edən
şəxslərə, həmçinin idman
yarışlarının digər
iştirakçılarına və
təşkilatçılarına idman
yarışlarının manipulyasiyasının
yolverilməzliyi barədə xəbərdarlıq edilməsi
və bununla bağlı məsuliyyət nəzərdə
tutulduğunun onlara izah edilməsi;
40-2.1.3. idman yarışlarının
manipulyasiyasına şübhə olduğu halda, bədən
tərbiyəsi və idman subyektləri və idman mərc
oyunlarının operatorları tərəfindən dərhal
müvafiq icra hakimiyyəti orqanına, maliyyə bazarlarına
nəzarət orqanına və prokurorluğa məlumat
verilməsi;
40-2.1.4. müvafiq icra hakimiyyəti
orqanı və maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən idman yarışlarının manipulyasiyasına
qarşı mübarizə sahəsində aidiyyəti
beynəlxalq təsisatlarla əməkdaşlıq edilməsi;
40-2.1.5. idman yarışları
zamanı idman növünün qaydalarına və
yarışın əsasnaməsinə (reqlamentinə)
riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş
idman hakimlərinin mümkün qədər son
mərhələdə təyin edilməsi;
40-2.1.6. məlumat verən
şəxslərin müdafiəsi də daxil olmaqla, idman
yarışlarının manipulyasiyası halları ilə
bağlı istənilən məlumatın açıqlanmasına
yardım etmək üçün effektiv mexanizmlərin
yaradılması;
40-2.1.7. manipulyasiya risklərinə
məruz qala biləcək idman yarışlarının
gedişatına nəzarətin təmin olunması.
40-2.2. İdman yarışlarının
manipulyasiyası halları ilə mübarizə
aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 41. İdman növlərinin qaydaları
41.1. İdman növlərinin
dövlət reyestrinə daxil edilmiş idman növlərinin
qaydaları müvafiq idman növləri üzrə
beynəlxalq təşkilatların təsdiq etdikləri
qaydalara uyğun olaraq respublika idman federasiyaları
tərəfindən hazırlanır və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41.2. Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
41.3. Milli idman növlərinin
qaydaları idman növləri üzrə respublika idman
federasiyaları tərəfindən hazırlanır və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Maddə 42. İdmançıların hüquq və
vəzifələri
42.1. İdmançıların
hüquqları aşağıdakılardır:
42.1.1. maraq
göstərdikləri idman növünü (növlərini)
seçmək;
42.1.2. idman növlərinin
qaydalarına və yarışlar haqqında
əsasnamələrə uyğun olaraq seçdikləri idman
növü üzrə yarışlarda iştirak etmək;
42.1.3. respublika Vahid idman
təsnifatının tələblərini yerinə
yetirməklə idman dərəcələri və adları
almaq;
42.1.4. qanunvericiliklə
müəyyən edilmiş qaydada əmək
müqavilələri bağlamaq;
42.1.5. respublika və
beynəlxalq miqyaslı idman yarışlarına
hazırlıq tədbirlərində və yarışlarda
iştirak zamanı əsas iş yerində orta aylıq
əmək haqqını saxlamaq və təhsildən
müvafiq müddətlərə azad edilmək və
qanunvericiliklə müəyyən edilmiş
güzəştlərdən istifadə etmək;
42.1.6. idman yarışlarına
hazırlıq və yarışlarda iştirak zamanı
dövlət mülkiyyətində olan idman
obyektlərindən və idman avadanlıqlarından, tibbi xidmət
və nəzarətdən ödənişsiz istifadə
etmək, geyim, yol, yataq, yemək və digər
xərclərlə təmin olunmaq;
42.1.7. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq digər
hüquqlardan istifadə etmək.
42.2. İdmançıların
vəzifələri aşağıdakılardır:
42.2.1. respublika və
beynəlxalq idman yarışlarında mənsub olduqları
idman təşkilatlarını, rayonu, şəhəri,
ölkəni ləyaqətlə təmsil etmək;
42.2.2. təlim-məşq
proseslərində və digər hazırlıq
tədbirlərində fəal iştirak etmək,
məşqçilərin tapşırıq və
tələblərini yerinə yetirmək, idman
ustalıqlarının səviyyəsini daim
yüksəltmək;
42.2.3. təlim-məşq
proseslərində və yarışlarda iştirak zamanı
təhlükəsizlik qaydalarına və
tələblərinə riayət etmək;
42.2.4. müəyyən
olunmuş qaydalar əsasında məcburi dopinq
nəzarətindən keçmək, dopinq
vasitələrindən və (və ya) üsullarından istifadə etməmək;[33]
42.2.4-1. milli antidopinq qurumunun təsdiq
etdiyi antidopinq qaydalarına riayət etmək;[34]
42.2.5. idman sahəsində etik
normalara riayət etmək;
42.2.6. yarışlarda
iştirak zamanı yarışların əsasnaməsinə
və yarış təşkilatçılarının
tələblərinə riayət etmək;
42.2.7. mütəmadi olaraq tibbi
müayinədən keçmək, sanitariya-gigiyena və tibbi
norma və qaydaların tələblərinə riayət
etmək;
42.2.8. bədən
tərbiyəsi və idman, olimpiya və beynəlxalq idman
hərəkatı haqqında biliklərə
yiyələnmək;
42.2.9. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun digər
vəzifələri yerinə yetirmək.
Maddə 43. Məşqçilərin hüquq və
vəzifələri
43.1. Məşqçilərin
hüquqları aşağıdakılardır:
43.1.1. ixtisaslaşdıqları
idman növü (növləri) üzrə bədən
tərbiyəsi-idman təşkilatlarında, idman
məktəblərində məşqçi-müəllim vəzifəsini
tutmaq və bu sahədə əmək fəaliyyəti ilə
məşğul olmaq;
43.1.2. müvafiq normativ
tələblərə uyğun olaraq uşaq və gənclər
arasında seçim tədbirlərində iştirak
etmək, bu tədbirləri həyata keçirmək;
43.1.3. idman növlərinin
təlim-məşq proqramlarına əsasən
ibtidai-hazırlıq, təlim-məşq və
təkmilləşdirmə qruplarını
komplektləşdirmək, onların fəaliyyətini
təşkil etmək;
43.1.4. perspektivli və
yüksək dərəcəli idmançıların
hazırlanması üçün yaradılmış
imkanlardan istifadə etmək;
43.1.5. yüksək
nəticələr göstərən, milli yığma
komandaların heyətlərində yer tutmuş
yetişdirmələrinə görə
mükafatlandırılmaq və dövlət
təltiflərinə təqdim edilmək;
43.1.6. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq digər
hüquqlardan istifadə etmək.
43.2. Məşqçilərin
vəzifələri aşağıdakılardır:
43.2.1. fəaliyyət
göstərdikləri idman bölmələrində
təlim-məşq prosesini idman növünün
təlim-məşq proqramına uyğun olaraq təşkil
etmək;
43.2.2. idmanla məşğul
olanların müəyyən edilmiş dövrlərdə
tibbi müayinədən keçmələrini təmin
etmək;
43.2.3. idmançıların
məcburi dopinq nəzarətindən
keçmələrinə yardımçı olmaq, dopinq
vasitələrindən və qadağan edilmiş digər
vasitə və üsullardan istifadə edilməsinə yol verməmək;
43.2.3-1. milli antidopinq qurumunun təsdiq
etdiyi antidopinq qaydalarına riayət etmək;[35]
43.2.4. rəhbərlik etdiyi
qruplarda yüksək dərəcəli
idmançıların hazırlanmasını, onların idman
ustalıqlarının səviyyələrinin
artırılmasını təmin etmək;
43.2.5. təlim-məşq
prosesi zamanı idman qurğularından, texniki
vasitələrdən və digər idman
avadanlıqlarından müəyyən edilmiş qaydalara
və normalara uyğun olaraq səmərəli istifadə
etmək;
43.2.6. gənclərin
vətənpərvərlik ruhunda, mənəvi
cəhətdən hərtərəfli tərbiyə
olunması, Vətənin müdafiəsinə hazır
olmaları istiqamətində fəaliyyət göstərmək;
43.2.7. yetişdirmələrinin
milli yığma komandaların təlim-məşq
toplanışlarında, məşq proseslərində və
yarışlarda iştirakını təmin etmək;
43.2.8. öz üzərində
çalışmaq, peşə səviyyəsini artırmaq,
digər bilik və bacarıqlara yiyələnmək;
43.2.9. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun digər
vəzifələri həyata keçirmək.
Maddə 44. İdman fəaliyyəti haqqında
müqavilə
44.1. İdman fəaliyyəti
haqqında müqavilə idmançı (məşqçi,
mütəxəssis) və bədən tərbiyəsi-idman
təşkilatı arasında bağlanan razılaşmanın
yazılı formasıdır.
44.2. Bədən
tərbiyəsi-idman təşkilatı idmançının
yarışlara hazırlığını,
iştirakını, aylıq əmək haqqının
ödənilməsini, mükafatlarının verilməsini
və qanunvericiliyə zidd olmayan digər
öhdəliklərin yerinə yetirilməsini təmin edir.
44.3. Milli yığma
komandaların üzvü olan idmançılarla bağlanan
müqavilələr müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılaraq müvafiq idman növü
üzrə respublika idman federasiyasında qeydiyyata
alınır və müqavilənin şərtlərinin
icrası nəzarətdə saxlanılır.
Maddə 45. İdmançıların bir idman
təşkilatından digərinə keçməsi
45.1. İdmançı
müqavilədə göstərilən müddət başa
çatdıqda bir idman təşkilatından digər (eyni
zamanda xarici) idman təşkilatına keçmək
hüququna malikdir.
45.2. İdmançının
müqavilə müddəti başa çatmadığı
halda digər idman təşkilatına keçməsi hər
iki təşkilat və idmançı arasında
qarşılıqlı razılıq nəticəsində
baş tuta bilər.
45.3. İdmançıların
bir idman təşkilatından digər idman
təşkilatına keçməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, respublika
idman federasiyaları tərəfindən müəyyən
edilir və həyata keçirilir.
45.4. Milli yığma
komandaların tərkibinə daxil edilmiş
idmançıların bir idman təşkilatından (idman
klubundan və digər idman yönümlü qurumdan)
digərinə, habelə xarici idman klublarına
keçməsi müvafiq icra hakimiyyəti orqanının
rəsmi razılığı ilə həyata keçirilir.
IX fəsil
Bədən
tərbiyəsi və idmanın kadr, elmi-metodiki və tibbi
təminatı
Maddə 46. Bədən tərbiyəsi və idman
sahəsində mütəxəssislərin hazırlanması
46.1. Bədən
tərbiyəsi və idman sahəsində
mütəxəssislərin hazırlanması təhsil
haqqında qanunvericiliyə uyğun olaraq həyata
keçirilir.
46.2. Dövlət bədən
tərbiyəsi və idman sahəsində təhsil
müəssisələrində maddi-texniki bazanın
möhkəmləndirilməsinə dəstək olur.
Maddi-texniki bazanın möhkəmləndirilməsi
bədən tərbiyəsi-idman qurğuları kompleksinin,
avadanlığının olmasını nəzərdə
tutur.
Maddə 47. Bədən tərbiyəsi və idman
işçilərinin əlavə təhsili[36]
47.1. Müvafiq icra hakimiyyəti
orqanı bədən tərbiyəsi-idman
təşkilatlarının işçilərinin
bədən tərbiyəsi və idman sahəsində
əlavə təhsilinə şərait yaradır.[37]
47.2. Müvafiq icra hakimiyyəti
orqanlarının, bələdiyyələrin və
bədən tərbiyəsi-idman təşkilatlarının
işçilərinin əlavə təhsili təhsil
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilə bilər. [38]
Maddə 48. Bədən tərbiyəsi və idman
sahəsində peşəkar pedaqoji fəaliyyət və
müalicə-bədən tərbiyəsi sahəsində
peşəkar fəaliyyət
48.1. Bədən
tərbiyəsi və idman sahəsində peşəkar
pedaqoji fəaliyyətə yalnız müvafiq təhsil
müəssisələri tərəfindən verilən
bədən tərbiyəsi və idman sahəsində ali
və ya orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər
buraxılırlar. [39]
48.2. Müalicə-bədən
tərbiyəsi sahəsində peşəkar
fəaliyyətə yalnız bu sahə üzrə müvafiq
hazırlıq istiqamətləri və ixtisasları üzrə
təhsil müəssisələri tərəfindən
verilən ali və ya orta ixtisas təhsili haqqında
dövlət sənədlərinə malik şəxslər buraxılırlar.
48.3. Ölkədə
bədən tərbiyəsi və idman
mütəxəssislərinə olan tələbatı
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
48.4. Müvafiq idman növü
üzrə idman ustası normativini yerinə yetirmiş və
xüsusi məşqçilik kursları keçmiş
şəxslər bədən tərbiyəsi və idman
yönümlü təşkilatlarda, idman
məktəblərində məşqçilik
fəaliyyəti göstərə bilərlər.
Maddə 49. Bədən tərbiyəsi və idman
sahəsində könüllülük əsasında iş
aparan təşkilatçılar (idman volontyorları)
49.1. Bədən
tərbiyəsi və idman sahəsində
könüllülük əsasında iş aparan
məşqçilər, idman növləri, istehsalat
gimnastikası üzrə təlimatçılar, idman
hakimləri, əhali ilə bədən tərbiyəsi-sağlamlıq
və idman işinin təşkilatçıları (idman
volontyorları) siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən bədən
tərbiyəsi-idman təşkilatlarında xüsusi
hazırlıq keçirlər.
49.2. Xüsusi hazırlıq
keçməmiş idman volontyorları bədən
tərbiyəsi və idman tədrisinə, həmçinin
rəsmi bədən tərbiyəsi-idman
tədbirlərinə cəlb edilə bilməzlər.
Maddə 50. Bədən tərbiyəsi və
idmanın elmi-metodiki və elmi-texniki təminatı
Bədən tərbiyəsi
və idman sahəsində elmi-tədqiqat işlərinin
aparılması öz fəaliyyətlərini dövlət
və digər sifarişlər əsasında həyata
keçirən bədən tərbiyəsi və idman
sahəsində yaradılmış elmi mərkəzlər,
elmi-tədqiqat institutları, laboratoriyalar, eləcə də
təhsil müəssisələri tərəfindən
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
həyata keçirilir.
Maddə 51. Bədən tərbiyəsi və idmanla
məşğul olan şəxslərin tibbi təminatı
51.1. Bədən
tərbiyəsi və idmanla məşğul olan
şəxslərin tibbi təminatı özündə
aşağıdakıları nəzərdə tutur:
51.1.1. bu şəxslərin
sağlamlığına mütəmadi nəzarəti;
51.1.2. bu şəxslərin
fiziki yükünün onların sağlamlıq
vəziyyətinə uyğunluğunun
qiymətləndirilməsini;
51.1.3. bu şəxslərin
profilaktikasını, aldıqları zədə və
xəstəliklərin müalicəsini, onların tibbi
reabilitasiyasını;
51.1.4. onların
sağlamlığının bədən tərbiyəsi
və idman məşğələlərində istifadə
edilən metod və vasitələrlə bərpasını.
51.2. Bədən
tərbiyəsi və idman tədbirlərinin
təşkilatçıları normativ
sənədlərlə müəyyən edilmiş
müddətdə tibbi müayinədən keçməyən,
yaxud tibbi müayinənin nəticələrinə
görə bədən tərbiyəsi və idman
tədbirlərində iştiraka buraxılmayan
şəxslərin belə tədbirlərdə iştirakına
yol verməməlidirlər.
51.3. Bədən
tərbiyəsi və idman tədbirlərinin
təşkilatçıları tədbirlərin
iştirakçılarını tibbi xidmət və
yardımla təmin etməlidirlər.
51.4. Bədən
tərbiyəsi və idmanla məşğul olan
şəxslər məcburi ilkin və dövri tibbi
müayinələrdən, eləcə də
yarışlardan əvvəl tibbi müayinədən
keçməlidirlər. Yalnız məcburi tibbi
müayinədən keçmiş idmançılar
yarışlarda iştirak etmək hüququ əldə
edirlər.
51.5. Müvafiq icra hakimiyyəti
orqanı tibbi yardımla təmin edilməmiş idman
yarışlarını və digər idman tədbirlərini
dayandırmaq, həmçinin məcburi tibbi müayinədən
keçməmiş şəxsləri təlim-məşq
proseslərindən və bədən tərbiyəsi-idman
tədbirlərindən kənarlaşdırmaq hüququna
malikdirlər.
X fəsil
Bədən
tərbiyəsi və idmanın maddi-texniki təminatı
Maddə 52. İdman obyektləri
52.1. İdman obyektləri sosial
infrastruktur obyektlərinə aiddir.
52.2. İdman obyektlərinin
yerləşdirilməsi müvafiq qanunvericiliyə uyğun
həyata keçirilir.
52.3. İdman obyektlərinin
layihələndirilməsi və tikintisi həmin
obyektlərə əlilliyi olan şəxslərin maneəsiz keçməsinin
təmin edilməsi haqqında tələblərə
riayət etməklə həyata keçirilir. [40]
52.4. Yaşayış
sahələrinin tikinti planlarında bədən
tərbiyəsi, sağlamlıq və idman obyektlərinin
tikintisi nəzərdə tutulmalıdır. Yaşayış
sahələrinin qəbulu üzrə komissiyaların
tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının
bədən tərbiyəsi və idman üzrə nümayəndələri
də daxil edilir.
52.5. Yaşayış
yerlərinin bədən tərbiyəsi, sağlamlıq
və idman obyektləri ilə təmin olunma normativləri
əhalinin sıxlığından və yerli iqlim şəraitindən
asılı olaraq müvafiq icra hakimiyyəti orqanları
tərəfindən müəyyən edilir.
52.6. Bütün növ
təhsil müəssisələrinin tikintisi və ya
yenidən qurulması planlarına bədən
tərbiyəsi, sağlamlıq və idman obyektlərinin
tikintisinin salınması məcburidir.
52.7. Mülkiyyətində
və ya tabeliyində idman obyektləri olan hüquqi və
fiziki şəxslər bədən
tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
keçirilməsi yerlərini texniki reqlamentlərə,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş norma, qayda və
tələblərə, sanitariya-gigiyena norma və
qaydalarına uyğun texniki avadanlıqla təchiz edirlər.
52.8. Dövlət
mülkiyyətində olan idman obyektlərinin
özəlləşdirilməsi Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
olunmuş qaydada həyata keçirilir.
52.9. İdman
obyektlərindən yalnız bədən
tərbiyəsi-sağlamlıq tədbirlərinin, idman
yarışlarının, mədəni tədbirlərin
keçirilməsi üçün istifadə oluna bilər.
52.10. Müvafiq icra
hakimiyyəti orqanları və bələdiyyələr onlara
məxsus olan idman obyektlərində keçirilən idman
yarışlarına giriş tariflərini idman tədbirinin təşkilatçıları
ilə birlikdə, vətəndaşların belə
obyektlərdən istifadə etmələri üçün
abonementlərin qiymətlərini tənzimləyir. Olimpiya, paralimpiya, Avropa
oyunlarının və dünya, Avropa və ölkə
çempionatlarının keçirilməsi zamanı
giriş biletlərinin tarifləri və satışı
qaydası, daha çox tamaşaçının
iştirakına imkan verməklə, idman tədbirinin
təşkilatçısı
(təşkilatçıları) tərəfindən
müəyyən edilir. Bilet satışına nəzarət
yolu ilə rəqib tamaşaçı qruplarının
ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir.
İdman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması
və idman tədbirinin təşkilatçısı
(təşkilatçıları) tərəfindən
müəyyən olunmuş tariflərdən yüksək qiymətə
satılması Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq
məsuliyyətə səbəb olur. [41]
52.11. Ölkədə
fəaliyyət göstərən olimpiya komplekslərinin
nəzdində kompleksin imkan və şəraitlərinə
uyğun olan olimpiya idman növləri üzrə olimpiya hazırlığı
mərkəzləri yaradılır və
fəaliyyətləri təmin edilir.
Maddə 53. Bədən tərbiyəsi,
sağlamlıq və idman obyektləri üçün
istifadə olunan torpaqların statusu
53.1. Bədən
tərbiyəsi, sağlamlıq və idman obyektləri
üçün torpaq sahələrinin ayrılması və
onlardan istifadə edilməsi qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunur.
53.2. Kütləvi bədən
tərbiyəsi və idman tədbirlərinin
keçirilməsini təmin edən dövlət və
bələdiyyə mülkiyyətində olan bədən
tərbiyəsi-idman təşkilatlarının, habelə
bədən tərbiyəsi və idman üzrə
mütəxəssislər hazırlayan dövlət ali və
orta ixtisas təhsili müəssisələrinin stasionar idman
obyektləri yerləşən torpaq sahələri onların
daimi istifadəsindədir.
Maddə
53-1. İdman mərc oyunlarının təşkili və
keçirilməsi[42]
53-1.1.
İdman mərc oyunları bədən tərbiyəsi və
idmanın inkişafına maliyyə dəstəyinin
göstərilməsi, bədən tərbiyəsi və
idmanın təbliği və təşviqi məqsədi
ilə keçirilir.
53-1.2.
İdman mərc oyunları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada akkreditasiya olunmuş
hüquqi şəxs (idman mərc oyunlarının operatoru)
tərəfindən həyata keçirilir.[43]
53-1.3.
İdman mərc oyunlarının təşkili və
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
53-1.4.
İdman mərc oyunlarının keçirilməsi
üçün iştirakçılar tərəfindən
ödənilən vəsaitlərin müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş hissəsi bədən tərbiyəsi və
idmanın inkişafına yönəldilir.
53-1.5.
İdman mərc oyunlarının təşkili və
keçirilməsinə nəzarət maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən həyata keçirilir.[44]
53-1.6. İdman mərc oyununun
iştirakçıları ilə idman mərc
oyunlarının operatoru arasındakı bütün
əlaqələr mərkəzi mərc sisteminə
bağlı olaraq idman mərc oyunlarının
satıcısı tərəfindən təmin edilir. İdman
mərc oyunlarının satıcısı idman mərc
oyunlarının operatoru ilə bağlanmış
müqaviləyə əsasən fəaliyyət
göstərir.[45]
53-1.7. İdman mərc oyunlarının
operatorları idman mərc oyunlarının təşkili
və keçirilməsinə nəzarəti həyata
keçirən maliyyə bazarlarına nəzarət
orqanına həmin orqan tərəfindən müəyyən
edilmiş məbləğdə və qaydada haqlar
ödəyir.[46]
53-1.8. İdman mərc
oyunlarının operatorları “Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş tələblərə
əməl etməlidirlər.[47]
53-1.9. Yetkinlik yaşına
çatmayanların idman mərc oyunlarında birbaşa və
ya dolayı iştirakına yol verilmir. Bu maddənin
tələbinin pozulmasına görə idman mərc oyunlarının
satıcısı Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə
cəlb olunur. [48]
Maddə 54. Bədən tərbiyəsi və
idmanın maliyyələşdirilməsi
Bədən tərbiyəsi
və idman Azərbaycan Respublikasının dövlət
büdcəsindən ayrılan, bədən tərbiyəsi
və idman tədbirlərinin keçirilməsindən
əldə olunan, idman lotereyasının, idman mərc
oyunlarının keçirilməsindən daxil olan
vəsaitlər, fiziki və hüquqi şəxslərin
ianələri hesabına və qanunvericiliklə qadağan
olunmayan digər mənbələrdən
maliyyələşdirilir.
Maddə 55. Bədən tərbiyəsi və idman
sahəsində investisiya siyasəti
55.1. Dövlət investisiya
proqramları qanunvericiliyə müvafiq olaraq bədən
tərbiyəsi-idman təşkilatlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi və
inkişafına kapital qoyuluşları üçün
büdcə vəsaitlərinin məqsədli
ayrılmasını təmin edir.
55.2. Bədən
tərbiyəsi və idman sahəsinə
büdcədənkənar investisiyaların cəlb edilməsi
məqsədi ilə bədən tərbiyəsi və
idmanın inkişafına investisiya yönəldən
hüquqi və fiziki şəxslər üçün
güzəştlər nəzərdə tutula bilər.
Maddə 56. Bədən tərbiyəsi və idman
sahəsində vergi və gömrük siyasəti
56.1. Bədən
tərbiyəsi və idman sahəsində vergi və
gömrük siyasəti Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
56.2. Milli yığma
komandaların hazırlığı ilə bağlı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ölkəyə gətirilən idman avadanlığı,
texnikası və malları gömrük rüsumundan
azaddırlar.
XI fəsil
Bədən
tərbiyəsi və idman sahəsində dövlət sosial
təminatlar sistemi
Maddə 57. Bədən tərbiyəsi və idman
sahəsində sponsorluq fəaliyyəti
Azərbaycan Respublikasında
bədən tərbiyəsi və idmanın inkişafına,
yüksək səviyyəli idmançıların və
komandaların hazırlanmasına hüquqi və fiziki
şəxslərin qanunvericilikdə müəyyən
olunmuş qaydada sponsorluq etməsinə icazə verilir.
Maddə 58. Bədən tərbiyəsi və idman
sahəsində dövlət sosial təminatları
58.1. Dövlət yüksək
nailiyyətlər idmanında xüsusi qabiliyyət
nümayiş etdirmiş vətəndaşlara
aşağıdakı vasitələrlə dəstək olur:
58.1.1. olimpiya və paralimpiya
oyunlarında, beynəlxalq idman yarışlarında milli
yığma komandaların tərkibində
çıxış etmək imkanı yaradır;
58.1.2. olimpiya və paralimpiya
oyunlarına vəsiqə qazanmış idmançılara
müvafiq müddətə xüsusi dövlət
təqaüdləri müəyyən edir;
58.1.3. olimpiya, paralimpiya,
deflimpiya, xüsusi olimpiya oyunlarında, dünya və Avropa
çempionatlarında və onlara bərabər tutulan
digər beynəlxalq yarışlarda iştirakın
nəticələrinə görə mükafatlar
müəyyən edir;
58.1.4. beynəlxalq
yarışlara hazırlıq və onlarda iştirakla
bağlı digər ödənişləri həyata
keçirir.
58.2. İdmançılara
təqaüdlərin və digər ödənişlərin
verilməsi meyarları və qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
58.3. Dövlət və
bələdiyyə bədən tərbiyəsi-idman
təşkilatlarında aztəminatlı ailələrdən
olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlara, məktəbəqədər
yaşlı uşaqlara, əlilliyi olan şəxslərə, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara bədən tərbiyəsi-idman
xidmətləri pulsuz göstərilir.
58.4. Dövlət və
bələdiyyə bədən tərbiyəsi-idman
təşkilatlarında təhsil alan şəxslərə,
pensiyaçılara və müvafiq icra hakimiyyəti
orqanı (bələdiyyələr) tərəfindən
müəyyən edilmiş digər kateqoriyalardan olan
şəxslərə bədən tərbiyəsi və idman
xidmətləri güzəştli şərtlərlə
göstərilir. Güzəştlərin siyahısı
və onların həcmi dövlət bədən
tərbiyəsi-idman təşkilatlarına
münasibətdə müvafiq icra hakimiyyəti orqanı,
bələdiyyə bədən tərbiyəsi-idman
təşkilatlarına münasibətdə isə
bələdiyyələr tərəfindən
müəyyən olunur.
58.5. Bələdiyyələr,
Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya
komitələri, respublika bədən tərbiyəsi-idman
təşkilatları və idman birlikləri, olimpiya
oyunlarının, dünya və Avropa
çempionatlarının qaliblərinə və
mükafatçılarına, eləcə də yüksək
idman adlarına malik idmançılara və
mütəxəssislərə, milli yığma
komandaların tərkibinə daxil olan idmançılara
və onların məşqçilərinə aylıq pul
müavinətləri təyin edə bilərlər.
Maddə 59. Yüksək dərəcəli
idmançıların və idman işçilərinin
əməyinin qiymətləndirilməsi
Bədən tərbiyəsi
və idman sahəsində göstərdikləri böyük
xidmətlərə və əldə etdikləri yüksək
nailiyyətlərə görə Azərbaycan
Respublikasının vətəndaşlarına
qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi
olimpiya təqaüdləri, fərdi təqaüdlər,
dövlət mükafatları və fəxri adlar verilə
bilər.
Maddə 60. Bədən tərbiyəsi və idmanla
məşğul olan vətəndaşların
sığortası
60.1. Bədən tərbiyəsi ilə
məşğul olan şəxslər, idmançılar,
idman hakimləri, məşqçilər, bədən
tərbiyəsi və idman sahəsində digər
mütəxəssislər peşəkar (əmək)
fəaliyyətləri ilə əlaqədar “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir.[49]
60.2. Beynəlxalq yarışlarda
iştirak edən idmançıların sığortası
onları ezam edən təşkilatlar tərəfindən
həyata keçirilir.[50]
XII fəsil
Yekun
müddəalar
Maddə 61. Bədən tərbiyəsi və idman
sahəsində beynəlxalq əməkdaşlıq
61.1. Bədən
tərbiyəsi və idman sahəsində beynəlxalq
əməkdaşlıq beynəlxalq müqavilələrə
və qanunvericiliyə əsasən həyata keçirilir.
61.2. Respublika bədən
tərbiyəsi-idman təşkilatları beynəlxalq
əlaqələrində müstəqildirlər. Onlar xarici
ölkələrin idman təşkilatları ilə münasibətlərində
beynəlxalq idman təşkilatları tərəfindən
təsdiq olunmuş reqlament və tələblərə
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə riayət edirlər.
61.3. Ölkə
ərazisində beynəlxalq bədən tərbiyəsi-idman
təşkilatları və onların filialları və
nümayəndəlikləri yaradıla bilər. Respublika
bədən tərbiyəsi-idman təşkilatları
qanunvericiliklə müəyyən edilmiş qaydada öz
fəaliyyətlərinin həyata keçirilməsinə
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri cəlb etmək, həmçinin
xarici dövlətlərdən, beynəlxalq
təşkilatlardan, xarici təşkilatlardan,
əcnəbilərdən və
vətəndaşlığı olmayan şəxslərdən
aldıqları maliyyə vəsaitləri və başqa
növ əmlak üzərində müstəqil
sərəncam vermək hüququna malikdirlər.
61.4. Beynəlxalq bədən
tərbiyəsi-idman təşkilatlarının Azərbaycan
Respublikası ərazisində fəaliyyətini həyata
keçirən strukturlarının tərkibinə
dövlət və ya bələdiyyə qulluğunda
vəzifələr tutan şəxslər qanunvericiliklə
müəyyən edilmiş qaydada daxil ola bilərlər.
61.5. Beynəlxalq
yarışlarda Azərbaycan Respublikasını rəsmi
təmsil etmək hüququ müvafiq icra hakimiyyəti
orqanına, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya
komitələrinə, respublika idman federasiyalarına və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatlarına
məxsusdur.
Maddə 62. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunun pozulmasına
görə fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının Mülki,
İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda
məsuliyyət daşıyırlar.[51]
Maddə 63. Qanunun qüvvəyə minməsi
63.1. Bu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
63.2. Bu Qanun qüvvəyə
mindiyi gündən “Bədən tərbiyəsi və idman
haqqında” 1997-ci il 23 dekabr tarixli 417-IQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 11, maddə
642; 2001-ci il, ¹ 12, maddə 736; 2005-ci il, ¹ 8, maddə 684; 2007-ci
il, ¹ 5, maddə 401; 2008-ci il, ¹ 7, maddə 602)
qüvvədən düşmüş hesab edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
¹ 847-IIIQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 31 may 2010-cu il tarixli 1019-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 12 iyun 2010-cu il, ¹ 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə
489)
2. 21 dekabr 2010-cu
il tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71)
3. 22 oktyabr
2013-cü il tarixli 765-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr
2013-cü il, ¹ 264; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 11, maddə 1281)
4. 4 aprel
2014-cü il tarixli 934-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23
aprel 2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 340)
5. 28 aprel 2015-ci il
tarixli 1271-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 may 2015-ci il, ¹ 096,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 507)
6. 4 mart 2016-cı il tarixli 154-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 420)
7. 11 noyabr 2016-cı il tarixli 410-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2016-cı il, ¹ 291,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 12, maddə 2021)
8. 29 noyabr 2016-cı il tarixli 423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, ¹ 18, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹1 , maddə 11)
9. 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul
2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272)
10. 31 may 2018-ci il tarixli 1163-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul
2018-ci il, ¹ 153, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1393)
11. 12 iyun 2018-ci il tarixli 1192-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 iyul
2018-ci il, ¹ 150,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
7, I kitab, maddə 1412)
12. 1 oktyabr 2018-ci il tarixli 1263-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr
2018-ci il, ¹ 246,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
10, maddə 1966)
13. 29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 797)
14. 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, ¹ 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 670)
15. 19 may 2020-ci il tarixli 112-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830)
16. 18 dekabr 2020-ci il tarixli 219-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral 2021-ci il, ¹ 28)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 1.0.21-ci,
1.0.24-cü, 4.0.9-cu, 5.0.13-cü, 11.4-cü, 16.1-ci, 16.6.2-ci
və 58.3-cü maddələrdə ismin müvafiq
hallarında “sağlamlıq
imkanları məhdud uşaqlar və əlillər”
sözləri ismin müvafiq hallarında “əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar” sözləri ilə əvəz edilmişdir.
[2] 31 may 2010-cu il tarixli 1019-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyun 2010-cu il, ¹ 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə
489) ilə 1.0.26-cı maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və Qanuna 1.0.27-ci maddə əlavə edilmişdir.
22 oktyabr 2013-cü il tarixli 765-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, ¹ 264;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 11, maddə 1281) ilə 1.0.27-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.0.27. idman
mərc oyunları — idman yarışlarının
nəticəsinin əvvəlcədən təxmin
edilməsinə əsaslanaraq oynanılan və iştirak
edənlər arasında düzgün təxmin
edənlərə əvvəlcədən elan olunmuş
meyarlar əsasında mükafat qazandıran oyunlar.
[3] 22 oktyabr 2013-cü il tarixli 765-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, ¹ 264;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 11, maddə 1281) ilə 1.0.28-ci
maddə əlavə edilmişdir.
[4] 11 noyabr 2016-cı il tarixli 410-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2021) ilə 1.0.28-ci
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.0.29-cu və 1.0.30-cu
maddələr əlavə edilmişdir.
[5] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 2-ci maddəyə “bu
Qanundan,” sözlərindən sonra “İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunundan,”
sözləri əlavə edilmişdir.
[6] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 3.0.4-cü
maddədə “sağlamlıq
imkanları məhdud uşaqlar, əlillər”
sözləri “əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar”
sözləri ilə əvəz edilmişdir.
[7] 11 noyabr 2016-cı il tarixli 410-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2021) ilə 3.0.8-ci
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.0.9-cu maddə əlavə edilmişdir.
[8] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 4.0.16-cı maddədə “yenidən hazırlanması və
ixtisaslarının artırılmasının təşkili”
sözləri “və
əlavə təhsilinin təşkili” sözləri
ilə əvəz edilmişdir.
[9] 11 noyabr 2016-cı il tarixli 410-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2021) ilə 4.0.40-cı
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.0.41-ci maddə əlavə edilmişdir.
[10] 12 iyun 2018-ci il tarixli 1192-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 iyul 2018-ci il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1412) ilə 8.0.6-1-ci
və 8.0.6-2-ci maddələr əlavə edilmişdir.
[11] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 11.1.3-cü maddədə “yenidən hazırlanması, ixtisaslarının
artırılması” sözləri “əlavə təhsili” sözləri ilə
əvəz edilmişdir.
[12] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 11.2.6-cı maddədə “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz
edilmişdir.
[13] 11 noyabr 2016-cı il tarixli 410-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2021) ilə 11.2.7-ci
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 11.2.8-ci maddə əlavə edilmişdir.
[14] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 11.2.8-ci maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 11.2.9-cu və 11.2-1-ci
maddələr əlavə edilmişdir.
[15] 12 iyun 2018-ci il tarixli 1192-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 iyul 2018-ci il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1412) ilə 12-1-ci
maddə əlavə edilmişdir.
[16] 29 noyabr 2016-cı il tarixli 423-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 yanvar 2017-ci il, ¹ 188, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 11) ilə 13.2-ci
maddəsində “və
yayımı qaydası” sözlərindən sonra “, habelə idman mərc
oyunlarının reklamına dair tələblər”
sözləri əlavə edilmişdir, “müvafiq qanunla” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə” sözləri ilə əvəz edilmişdir.
[17] 4 aprel 2014-cü il tarixli 934-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2014-cü il,
¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 04, maddə 340) ilə 16.8-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
16.8. Respublika və beynəlxalq
miqyaslı yarışlarda iştirak zamanı
idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya
komitələri tərəfindən icbari qaydada sığorta
olunurlar.
[18] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 18.0.3-cü maddədə “ixtisaslarının
artırılmasını” sözləri “əlavə təhsilini” sözləri ilə
əvəz edilmişdir.
[19] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 19.3-cü maddədə “ixtisaslarının
artırılması” sözləri “əlavə təhsili” sözləri ilə
əvəz edilmişdir.
[20] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 22-ci
maddənin adında, 22.1-ci, 22.3-cü və 22.5-ci
maddələrdə ismin müvafiq hallarında “Sağlamlıq imkanları
məhdud uşaqlar və əlillər” sözləri ismin
müvafiq hallarında “Əlilliyi
olan şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar”
sözləri ilə əvəz edilmişdir.
[21] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 22.2-ci
və 22.6-cı maddələrdə ismin müvafiq
hallarında “sağlamlıq
imkanları məhdud uşaqlar və əlillər”
sözləri ismin müvafiq hallarında “əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar” sözləri ilə əvəz edilmişdir.
[22] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 22.4-cü
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
22.4. Adaptiv bədən
tərbiyəsi və adaptiv idman metodlarından istifadə
etməklə sağlamlıq imkanları məhdud
uşaqların və əlillərin fiziki reabilitasiyası
və sosial adaptasiyası reabilitasiya
mərkəzlərində, əlillərin bədən
tərbiyəsi-idman klublarında, eləcə də digər
bədən tərbiyəsi-idman təşkilatlarında
həyata keçirilir.
[23] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 22.7-ci
maddədə “əlillərin”
sözü “əlilliyi olan
şəxslərin” sözləri ilə və “sağlamlıq imkanları
məhdud uşaqların və əlillərin”
sözləri “əlilliyi olan
şəxslərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqların”
sözləri ilə əvəz edilmişdir.
[24] 29 mart 2019-cu il tarixli 1552-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
26 may 2019-cu il, ¹ 115, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 797) ilə 17.9-cu maddədə “ümumtəhsil,
ilk peşə-ixtisas” sözləri “ümumi təhsil, peşə” sözləri ilə,
24.2-ci maddədə “Ümumtəhsil,
ilk peşə-ixtisas” sözləri “Ümumi təhsil, peşə” sözləri ilə
əvəz edilmişdir.
[25] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə adında, 31.1-ci maddənin birinci cümləsində,
31.3-cü, 31.3.2-ci, 31.3.4-cü, 31.3.6-cı, 31.5-ci (hər iki
halda) maddələrində “metodlarından”
sözü “üsullarından”
sözü ilə, 31.3.3-cü maddədə “metodları” sözü “üsulları” sözü ilə, 31.3.8-ci
maddədə “metodlarının”
sözü “üsullarının”
sözü ilə əvəz edilmişdir.
[26] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 31.1-ci maddənin ikinci cümləsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İdmanda istifadəsi
qadağan olunmuş dopinq vasitələri və (və ya)
metodlarının siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunur.
[27] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 31.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
31.2. Dopinq nəzarəti
idmançıların orqanizmində və idman
yarışlarında iştirak edən heyvanlarda dopinq
vasitələrinin mövcud olması və ya
idmançılar tərəfindən idman
yarışlarına hazırlıq zamanı dopinq
vasitələri və (və ya) metodlarından istifadə
olunması faktının müəyyən edilməsi
məqsədi ilə bioloji nümunələrin
götürülməsi və onların tədqiqidir.
[28] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 31.4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
31.4. Dopinq nəzarətinin
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunur.
[29] 28 aprel 2015-ci il tarixli 1271-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 may 2015-ci il, ¹ 096, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
507) ilə 40.5-ci
maddə ləğv edilmişdir.
[30] 28 aprel 2015-ci il tarixli 1271-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 may 2015-ci il, ¹ 096, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
507) ilə yeni
məzmunda 40-1-ci maddə əlavə edilmişdir.
[31] 1 oktyabr 2018-ci il tarixli 1263-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 noyabr
2018-ci il, ¹ 246,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
10, maddə 1966) ilə
40-1.4.1-ci maddəsində “siqaret” sözü “tütün” sözü
ilə əvəz edilmişdir.
[32] 11 noyabr 2016-cı il tarixli 410-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, ¹ 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2021) ilə yeni
məzmunda 40-2-ci maddə əlavə edilmişdir.
[33] 13 iyun 2017-ci il tarixli 712-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1272) ilə 42.2.4-cü maddədə “metodlarından” sözü “üsullarından” sözü ilə, 43.2.3-cü
maddədə “metodlardan”
sözü “üsullardan”
sözü ilə əvəz edilmişdir.
[34] 12 iyun 2018-ci il tarixli 1192-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 iyul 2018-ci il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1412) ilə 42.2.4-1-ci
maddə əlavə edilmişdir.
[35] 12 iyun 2018-ci il tarixli 1192-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 iyul 2018-ci il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1412) ilə 43.2.3-1-ci
maddə əlavə edilmişdir.
[36] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 47-ci maddənin adında “ixtisasının
artırılması” sözləri “əlavə təhsili” sözləri ilə
əvəz edilmişdir.
[37] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə 47.1-ci maddədə “ixtisaslarının
artırılmasına” sözləri “əlavə təhsilinə” sözləri ilə
əvəz edilmişdir.
[38] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il,
¹ 02, maddə 71) ilə
47.2-ci maddədə “ixtisaslarının
artırılması təhsil müəssisələri
ilə bağlanılan müqavilələr əsasında”
sözləri “əlavə
təhsili təhsil haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq”
sözləri ilə əvəz edilmişdir.
[39] 18 dekabr 2020-ci il tarixli 219-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral 2021-ci il, ¹ 28) ilə 48.1-ci və 48.2-ci maddələrində
“nümunəli
sənədlərə (diplomlara)” sözləri “sənədlərinə”
sözü ilə əvəz edilmişdir.
[40] 19 may 2020-ci il tarixli
112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 52.3-cü
maddədə “əlillərin”
sözü “əlilliyi olan
şəxslərin” sözləri ilə əvəz
edilmişdir.
[41] 28 aprel 2015-ci il tarixli 1271-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 may 2015-ci il, ¹ 096, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
507) ilə 52.10-cu
maddədə “giriş
tariflərini” sözlərindən sonra “idman tədbirinin təşkilatçıları
ilə birlikdə” sözləri əlavə edilsin və
maddəyə yeni məzmunda yeni cümlələr
əlavə edilmişdir.
[42] 31 may 2010-cu il tarixli 1019-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyun 2010-cu il, ¹ 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə
489) ilə Qanuna 53-1-ci
maddə əlavə olunmuşdur.
[43] 22 oktyabr 2013-cü il tarixli 765-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, ¹ 264;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 11, maddə 1281) ilə 53-1.2-ci
maddəyə “hüquqi
şəxs” sözlərindən sonra “(idman mərc oyunlarının operatoru)”
sözləri əlavə edilmişdir.
[44] 4 mart 2016-cı il tarixli 154-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 420) ilə 53-1.5-ci
maddəsində “dövlət
nəzarəti müvafiq icra hakimiyyəti orqanı”
sözləri “nəzarət
maliyyə bazarlarına nəzarət orqanı”
sözləri ilə əvəz edilmişdir.
[45] 22 oktyabr 2013-cü il tarixli 765-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, ¹ 264;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 11, maddə 1281) ilə 53-1.6-cı
maddə əlavə edilmişdir.
[46] 4 mart 2016-cı il tarixli 154-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 420) ilə yeni məzmunda
53-1.7-ci maddə əlavə edilmişdir.
[47] 31 may 2018-ci il tarixli 1163-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
13 iyul 2018-ci il, ¹ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1393) ilə yeni məzmunda 53-1.8-ci maddə
əlavə edilmişdir.
[48] 8 may 2020-ci il tarixli 92-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 6, maddə 670) ilə yeni
məzmunda 53-1.9-cu maddə əlavə edilmişdir.
[49] 4 aprel 2014-cü il tarixli 934-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel
2014-cü il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 04, maddə 340) ilə 60.1-ci maddə
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
60.1. Bədən tərbiyəsi və idmanla məşğul olan vətəndaşların,
habelə idmançı və idman hakiminin sığorta
olunmasının qayda və şərtləri Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə və bədən
tərbiyəsi və idman yönümlü
təşkilatlarla bağlanmış müqaviləyə
əsasən müəyyən olunur.
[50] 4 aprel 2014-cü il tarixli 934-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2014-cü il,
¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 04, maddə 340) ilə 60.2-ci
maddə ləğv edilmişdir.
[51] 4 aprel 2014-cü il tarixli 934-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2014-cü il,
¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 04, maddə 340) ilə 62-ci
maddədə “müvafiq
qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar
və Cinayət məcəllələrində
nəzərdə tutulmuş hallarda” sözləri ilə
əvəz edilmişdir.