Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə
17, ¹ 5, maddə 323; 2002-ci il ¹ 5, maddə 236; 2003-cü il, ¹ 1,
maddələr 23, 24, ¹ 6, maddə 279; 2004-cü il, ¹ 7,
maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005-ci il, ¹ 4,
maddələr 277, 278; 2006-cı il , ¹ 2, maddə 64, ¹ 12,
maddə 1006; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68,
¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8 maddə
756; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə
1046) aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. 10.9-cu maddə
çıxarılsın;
2. Aşağıdakı məzmunda 14.5-ci
maddə əlavə edilsin:
“14.5. Bu Məcəllə ilə
vəkilin prosesdə məcburi iştirakı tələb
olunduğu hallarda işdə iştirak edən
şəxslərin vəkilin xidmətlərini ödəmək
üçün kifayət qədər vəsaiti olmadıqda,
onlar maraqlarının təmsil olunması və prosessual
hüquqlarının həyata keçirilməsi
üçün pulsuz (dövlət hesabına) peşəkar
hüquqi yardım almaq hüququna malikdirlər.”;
3. 19.2.2-ci maddədə “birbaşa
qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə”
sözləri “qohumudursa və ya qohumu olmuşsa”
sözləri ilə əvəz edilsin;
4. 19.3-cü maddədə “qohumluq əlaqəsində”
sözləri “qohum” sözü ilə əvəz edilsin;
5. 19-cu maddəyə
aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə
edilsin:
“Qeyd: Bu Məcəllədə “qohum”
dedikdə, babaya və nənəyə qədər
əcdadları ümumi olan şəxslər,
ər-arvadın yaxın qohumları, babanın,
nənənin, valideynin, övladlığa götürənin,
doğma və ögey qardaş və bacının,
uşağın, övladlığa götürənin
və ya nəvənin əri (arvadı) və ya onların
yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara
babalar, nənələr, valideynlər, övladlığa
götürənlər, doğma və ögey qardaşlar
və bacılar, ər-arvad, uşaqlar, övladlığa
götürənlər, nəvələr aiddirlər.”;
6. 3-cü fəslin adında “Aidiyyət”
sözü “Məhkəmə aidiyyəti” sözləri
ilə əvəz edilsin;
7. 26.1-ci maddədə
“şəxslərlə” sözü “şəxslər”
sözü ilə əvəz edilsin;
8. 32.1-ci maddədə “iddia qaldıra”
sözləri “ərizə verə” sözləri ilə
əvəz edilsin;
9. 32.4-cü maddədə “hakim”
sözündən sonra “işin aidiyyəti üzrə
göndərilməsi və ya aidiyyət haqqında
ərizənin rədd edilməsi barədə” sözləri
əlavə edilsin;
10. 32.5-ci maddədə “
11. Məcəlləyə
aşağıdakı məzmunda 32.6-cı və 32.7-ci
maddələr əlavə edilsin:
“32.6. İş bir
məhkəmədən başqa məhkəməyə aidiyyət
haqqında qərardaddan şikayət verilmə müddəti
başa çatdıqdan sonra göndərilir.
32.7. Bir məhkəmədən
digərinə göndərilən iş onun
göndərildiyi məhkəmə tərəfindən
baxılmağa qəbul edilməlidir. Məhkəmələr
arasında məhkəmə aidiyyətinə dair
mübahisələrə yol verilmir. Məhkəmələr
arasında fikir ayrılığı olduğu hallarda
apellyasiya instansiyası məhkəməsi
tərəfindən iş bir məhkəmədən
başqasına verilir.”;
12. 4-cü fəslin və 33-cü
maddənin adında “Məhkəmə” sözü “Ərazi” sözü
ilə əvəz edilsin;
13. 34-cü maddənin adı
aşağıdakı redaksiyada verilsin:
“Maddə 34. Mülki işlərə
birinci instansiya üzrə baxan məhkəmələr”
14. 36-cı maddədə:
14.1. 36.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“36.4. Azadlıqdan məhrum etmə
növündə cəza çəkən
şəxslərə qarşı nikahın pozulması
haqqında iddialar iddiaçının yaşadığı
yerə görə verilə bilər.”;
14.2. 36.13-cü maddədə “bu
maddəyə” sözləri “bu Məcəllənin 36.1-36.12-ci
maddələrinə” sözləri ilə əvəz edilsin;
15. 40.4-cü maddədə “bu
maddənin” sözləri “bu Məcəllənin 40.1-40.3-cü
maddələrinin” sözləri ilə əvəz edilsin;
16. 43-cü maddədə:
16.1. 43.1-ci maddəyə
aşağıdakı redaksiyada ikinci cümlə
əlavə edilsin:
“Bu məqsədlə iş
(işlər) bir-biri ilə əlaqəli işlərdən
birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə
göndərilməlidir.”;
16.2. 43.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“43.2. Bir-biri ilə əlaqəli olan
işlərin bir icraatda birləşdirilməsi həm
işdə iştirak edən şəxslərin
vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü
ilə həyata keçirilə bilər.”;
17. 45.2-ci maddədə “
18. 54.1-ci maddədən “, işi xitam
etmədən” sözləri çıxarılsın;
19. 54.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“54.2. İddiaçı
özünün əsl iddiaçı ilə və ya cavabdehin
əsl cavabdehlə əvəz edilməsinə razı
olmadıqda, məhkəmə işə irəli
sürülmüş tələblər üzrə baxır.”;
20. 54.3-cü maddə
çıxarılsın;
21. 56-cı maddə
çıxarılsın;
22. 57.2-ci maddədən “və ya
barışıq sazişi bağlamaq” sözləri
çıxarılsın;
23. 63.4-cü maddədə “qəsdən”
sözü “bilə-bilə” sözləri ilə əvəz
edilsin;
24. 65.6-cı maddədə “səhv”
sözü “yanlış” sözü ilə əvəz
edilsin;
25. 67-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“67.1. Kassasiya və əlavə kassasiya
şikayətləri, habelə məhkəmə aktına yeni
açılmış hallar üzrə yenidən
baxılması haqqında ərizələr yalnız
vəkil tərəfindən tərtib edildikdə icraata
qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında,
habelə məhkəmə aktına yeni
açılmış hallar üzrə yenidən
baxıldıqda işdə iştirak edən
şəxslər məhkəmə iclaslarında yalnız
vəkillə birgə iştirak edirlər.
67.2. Bu Məcəllə ilə
vəkilin prosesdə məcburi iştirakı tələb
olunduğu hallarda işdə iştirak edən
şəxslərin vəkilin xidmətlərini ödəmək
üçün kifayət qədər vəsaiti olmadıqda,
məhkəmə aktını qəbul etmiş məhkəmə
işdə iştirak edən şəxslərin yazılı
müraciəti əsasında vəkilin prosesdə
iştirakını təmin edir.”;
26. 74.2-ci maddədə “təmin”
sözü “etiraf” sözü ilə əvəz edilsin;
27. 82.2-ci maddə
çıxarılsın;
28. 82.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“82.3. Bir mülki iş üzrə qanuni
qüvvəyə minmiş məhkəmə qətnaməsi
ilə müəyyən edilmiş faktlar həmin işdə
iştirak edən şəxslər tərəfindən
başqa məhkəmə prosesində mübahisələndirilmir
və yenidən sübut edilmir.”
29. 98.3-cü maddədə “qəsdən”
sözü “bilə-bilə yalan” sözləri ilə
əvəz edilsin;
30. 119.5-ci maddədə “bu
maddədə” sözləri “bu Məcəllənin 119.1-119.4-cü
maddələrində” sözləri ilə əvəz edilsin;
31. 11-ci fəslin adı
aşağıdakı redaksiyada verilsin:
“Fəsil 11. Məhkəmə
sənədlərinin rəsmi qaydada verilməsi.
Məhkəmə bildirişləri”
32. 134.1-ci maddədə
“sənədləri” sözü “məhkəmə
sənədlərini” sözləri ilə əvəz edilsin;
33. 134.1.4-cü maddədə “çağırışını”
sözü “bildirişini” sözü ilə əvəz
edilsin;
34. 134.2-ci maddədə
“sənədləri də” sözləri “məhkəmə
sənədlərini də rəsmi qaydada” sözləri
ilə əvəz edilsin;
35. 135-140-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“Maddə 135. Məhkəmə sənədlərinin
çatdırılması və rəsmi qaydada verilməsi
135.1. Bu Məcəllənin 134-cü
maddəsində sadalanan məhkəmə sənədləri
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt
göndərişi (məktubu) ilə
çatdırılır. Zəruri hallarda məhkəmə
sənədinin çatdırılması hakim
tərəfindən məhkəmə işçisinə
tapşırıla və ya işdə iştirak edən
şəxsin razılığı ilə həmin
şəxsə həvalə edilə bilər.
135.2. Məhkəmə
sənədləri məhkəməyə qaytarılmalı
olan, forması müvafiq qaydada təsdiq edilmiş
qəbzə və ya sənədin kötüyünə imza
etdirilməklə, ünvan sahibinə rabitə orqanları,
yaxud məhkəmə sənədlərinin
çatdırılması tapşırılmış
şəxslər tərəfindən şəxsən verilir.
Hüquqi şəxsə ünvanlanmış
məhkəmə sənədləri müvafiq vəzifəli
şəxsə qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə verilir.
Məhkəmə sənədlərinin rəsmi qaydada
verilməsi məhkəmədə də həyata
keçirilə bilər.
135.3. Məhkəmə
sənədlərinin çatdırılması
vəzifəsi üzərinə düşən şəxs
ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi
yer üzrə tapmadıqda, həmin sənədlər
ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərindən
birinə (onların razılığı ilə), onlar
olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan
sahibinin yaşadığı yer üzrə yerli
özünüidarə orqanına, yaxud onun işlədiyi yer
üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə
məhkəmə sənədlərini qəbul etmiş
şəxs qəbzdə və ya sənədin
kötüyündə öz soyadını, adını,
atasının adını, ünvan sahibinə
münasibətini və ya tutduğu vəzifəni
göstərməli və imkan olan kimi məhkəmə
sənədlərini ünvan sahibinə verməlidir.
135.4. Məhkəmə
sənədlərinin çatdırılması
vəzifəsi üzərinə düşən rabitə
orqanları, yaxud məhkəmə sənədlərinin
çatdırılması tapşırılmış
şəxslər bunu məhkəmə sənədlərini
aldıqları tarixdən sonra gələn gündən gec
olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin
çatdırılması barədə bir gün
müddətində məhkəməyə xəbər
verməlidirlər.
135.5. Bu Məcəllənin 135.2-ci
və 135.3-cü maddələrində nəzərdə
tutulmuş hallarda məhkəmə sənədi rəsmi
qaydada verilmiş hesab edilir.
Maddə 136. Qəbzin məzmunu
136.0. Bu Məcəllənin 135-ci
maddəsində nəzərdə tutulmuş qəbzdə
aşağıdakılar göstərilməlidir:
136.0.1. məhkəmənin adı və
ünvanı;
136.0.2. məhkəmə
sənədlərinin verilməli olduğu şəxsin
soyadı, adı, atasının adı və ya hüquqi
şəxsin adı və yerləşdiyi ünvan;
136.0.3. verilən məhkəmə
sənədinin adı;
136.0.4. verilmənin vaxtı (tarix və
saat) və yeri;
136.0.5. məhkəmə sənədinin
verilməməsinin səbəbləri (almaqdan imtina,
göstərilən ünvanda olmama, səhv ünvan və
sair);
136.0.6. məhkəmə sənədinin
verildiyi şəxs;
136.0.7. məhkəmə sənədinin
çatdırılması tapşırılmış
şəxsin, yaxud rabitə orqanının
nümayəndəsinin imzası.
Maddə 137. Məhkəmə sənədlərini qəbul
etməkdən imtina
137.1. Məhkəmə
sənədlərinin ünvanlandığı şəxs
qanuni əsas olmadan onları qəbul etməkdən imtina
edərsə, məhkəmə sənədləri verildiyi
ünvanda qalmalıdır. Bu halda məhkəmə
sənədləri rəsmi qaydada verilmiş hesab olunur.
137.2. Ünvan sahibi və ya digər
şəxs məhkəmə bildirişini qəbul
etməkdən imtina etdikdə, onu təqdim edən
şəxs məhkəmə bildirişində müvafiq qeydlər
etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda
məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab
olunur.
137.3. Məhkəmə bildirişinin
ünvan sahibi tərəfindən qəbul edilməsindən
imtina barədə qeyd onun yaşayış yeri üzrə
yerli özünüidarə orqanı, müvafiq icra
hakimiyyəti orqanı və ya onun iş yerinin
müdiriyyəti tərəfindən təsdiq edilir.
137.4. Məhkəmə bildirişinin
ünvanlandığı şəxs tərəfindən
həmin sənədləri qəbul etməkdən imtina
edilməsi işə baxılması üçün və
ya ayrı-ayrı prosessual hərəkətlərin
edilməsi üçün maneə deyildir.
Maddə 138. Məhkəmə bildirişləri
138.1. Məhkəmə işdə
iştirak edən şəxsləri məhkəmə iclasının
vaxtı və yeri, habelə ayrı-ayrı prosessual
hərəkətlər haqqında xəbərdar etməlidir.
138.2. İşdə iştirak edən
şəxslər məhkəmə iclasının vaxtı
və yeri, habelə ayrı-ayrı prosessual
hərəkətlərin yerinə yetirilməsi haqqında
məhkəmə bildirişi vasitəsilə xəbərdar
edilir, şahidlər, ekspertlər, mütəxəssislər
və tərcüməçilər isə məhkəmə
bildirişi vasitəsilə məhkəməyə
çağırılırlar.
138.3. İşdə iştirak edən
şəxslərin öz müdafiəsini hazırlamağa
və məhkəməyə vaxtında
gəlmələrinə imkan yaratmaq üçün məhkəmə
bildirişi onlara məhkəmə iclasının və ya
müvafiq prosessual hərəkətin tarixinə ən azı
10 gün qalmış verilir.
138.4. Zərurət olduqda və qanunla
nəzərdə tutulmuş hallarda işdə iştirak
edən şəxslər və prosesin digər
iştirakçıları məhkəmə bildirişinin
məzmununun ötürülməsini təmin edən
rabitə vasitələrindən istifadə edilməklə,
eləcə də məhkəmənin
tapşırığı ilə məhkəmə
işçisi tərəfindən xəbərdar edilə,
yaxud çağırıla bilərlər.
Maddə 139. Məhkəmə bildirişinin məzmunu
139.1. Məhkəmə bildirişi
məhkəmənin rəsmi sənədi olmaqla müvafiq
qaydada təsdiq olunmuş formada tərtib edilir.
139.2. Məhkəmə
bildirişində aşağıdakılar
göstərilməlidir:
139.2.1. məhkəmənin adı,
ünvanı və əlaqə üçün məlumatlar
(indeks, telefon, faks və s.);
139.2.2. gəlmə vaxtı (tarix və
saat) və yeri;
139.2.3. xəbər verilən, yaxud
məhkəməyə çağırılan şəxsin
soyadı, adı, atasının adı və ya hüquqi
şəxsin adı;
139.2.4. xəbər verilən, yaxud
məhkəməyə çağırılan şəxsin
ünvanı və ya hüquqi şəxsin yerləşdiyi
ünvan;
139.2.5. ünvan sahibinin kim qismində
xəbərdar edilməsi və ya
çağırılması;
139.2.6. ünvan sahibinin xəbərdar
edildiyi, yaxud çağırıldığı işin
adı;
139.2.7. işdə iştirak edən
şəxslərə iş üzrə onlarda olan
bütün sübutların təqdim edilməsinə dair
təklif;
139.2.8. ünvan sahibinin
olmadığı təqdirdə məhkəmə
bildirişini qəbul edən şəxsin imkan olan kimi onu
ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
139.2.9. xəbər verilən və ya
çağırılan şəxsin məhkəməyə gəlməməsinin
nəticələrinə və gəlməmənin
səbəbləri barədə məhkəməyə
məlumat vermək vəzifəsinə dair qeyd.
Maddə 140. Məhkəmə
sənədinin ünvan sahibinə çatdırmaq
üçün qəbul etməkdən imtinaya və ya
səhlənkarlıq nəticəsində çatdırılmamasına
görə məsuliyyət
Məhkəmə sənədini
ünvan sahibinə çatdırmaq üçün qəbul
etməkdən imtina edən və ya onu səhlənkarlıq
nəticəsində ünvan sahibinə çatdırmayan
orqanlar, vəzifəli şəxslər, yaxud
məhkəmə sənədinin çatdırılması
tapşırılmış digər şəxslər bu
Məcəllənin 126-cı maddəsində
nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında
cərimə edilir.”;
36. 141-145-ci maddələr
çıxarılsın;
37. 146-cı maddənin ikinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
“Belə məlumat olmadıqda,
məhkəmə bildirişləri məhkəməyə
məlum olan axırıncı ünvana
çatdırılır və çağırılan
şəxs artıq həmin ünvanda yaşamasa da,
məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.”;
38. 147-ci maddədə
“çağırış vərəqəsini”
sözləri “məhkəmə bildirişini” sözləri
ilə, “çağırış vərəqəsi”
sözləri “məhkəmə bildirişi” sözləri
ilə əvəz edilsin;
39. 149.2.3-cü maddədən “qanunlara
və digər normativ hüquqi aktlara əsaslanan
tələbin əsaslandırıldığı hüquqi tövsif,
” sözləri çıxarılsın;
40. 153.4-cü maddədə “verilməli
və ya göndərilməlidir” sözləri “rəsmi
qaydada verilməlidir” sözləri ilə əvəz edilsin;
41. 154.2.3-cü maddədən “qanuna
və digər normativ hüquqi aktlara, həmçinin”
sözləri çıxarılsın;
42. 168-ci maddədə:
42.1. maddənin adında “göndərilməsi”
sözü “rəsmi qaydada verilməsi” sözləri ilə
əvəz edilsin;
42.2. 168.1-ci maddənin birinci
cümləsində “iddia ərizəsinin surətini və ona
əlavə edilmiş sənədləri cavabdehə
göndərir və ya təqdim edir” sözləri “iddia
ərizəsinin surətinin və ona əlavə edilmiş
sənədlərin cavabdehə rəsmi qaydada verilməsini
təmin edir” sözləri ilə əvəz edilsin;
42.3. 168.2-ci maddənin birinci
cümləsində “cavabdehə” sözündən, ikinci
cümləsində isə “sənədlərin”
sözündən sonra “rəsmi qaydada” sözləri
əlavə edilsin;
43. 169.4-cü maddədə “Bu
maddədə” sözləri “Bu Məcəllənin 169.1-169.3-cü
maddələrində” sözləri ilə əvəz edilsin;
44. 170.3-cü maddədə “Bu
maddədə” sözləri “Bu Məcəllənin 170.1-ci
və 170.2-ci maddələrində” sözləri ilə
əvəz edilsin;
45. 172.1-ci maddədə “qətnamə”
sözü “həmin işin həllinə dair qətnamə
və ya qərardad” sözləri ilə əvəz edilsin;
46. 172.3-cü maddədə
“qətnamə” sözü “onların həllinə dair
qətnamə və ya qərardad” sözləri ilə
əvəz edilsin;
47. 176.5-ci maddənin birinci
cümləsində “və ya maqnitofon yazısından”
sözləri “, həmçinin məhkəmənin
icazəsi ilə kompyuterdən istifadə etməklə”
sözləri ilə əvəz edilsin və ikinci
cümlə aşağıdakı redaksiyada verilsin:
“Məhkəmə iclasında
qeydlərin səsyazan vasitələrdən istifadə
etməklə aparılmasına, habelə kino və fotoçəkilişə,
videoyazıya, canlı yayıma (o cümlədən, mobil
rabitə vasitələri ilə) işdə iştirak
edən şəxslərin rəyi nəzərə
alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.”;
48. 179.1-ci maddədə
“çağırış vərəqələrinin”
sözləri “məhkəmə bildirişlərinin”
sözləri ilə əvəz edilsin;
49. 185.2-ci maddədə
“çağırış vərəqəsi” sözləri
“məhkəmə bildirişi” sözləri ilə
əvəz edilsin;
50. 185.7-ci maddə
çıxarılsın;
51. 191.1-ci maddənin ikinci
cümləsində “ərizələrdə”
sözündən sonra “də” bağlayıcısı
əlavə edilsin və “olunmalıdır” sözü “oluna bilər”
sözləri ilə əvəz edilsin;
52. 220.6-cı maddədən “və
qətnaməni dərhal icraya yönəltdiyi” sözləri
çıxarılsın;
53. 227.2-ci maddədə ikinci
cümlə üçüncü cümlə hesab edilsin
və aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
“Bu halda məhkəmə
qətnamənin nəticə hissəsinin elan olunduğu
gün onun təsdiq olunmuş surətini işdə
iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.”;
54. 227.3-cü maddədə
“göndərilməli və ya təqdim edilməlidir”
sözləri “rəsmi qaydada verilməlidir” sözləri
ilə əvəz edilsin;
55. 229.3-cü maddədə “etmək
və ya əlavə qətnamənin
çıxarılması barədə məhkəmə
qərardadından” sözləri “barədə qərardaddan
və ya əlavə qətnamədən” sözləri
ilə əvəz edilsin;
56. 233.2-ci maddə
çıxarılsın;
57. 234-cü maddədə “Dərhal icra
edilmə halları istisna olmaqla, qətnamə” sözləri
“Qətnamə” sözü ilə əvəz edilsin;
58. 235-ci maddə
çıxarılsın;
59. 236-cı maddədə “dərhal
icraya yönəlməyən” sözləri
çıxarılsın;
60. 237-ci maddə
çıxarılsın;
61. 239-cu maddədə
“çağırış vərəqəsi” sözləri
“məhkəmə bildirişi” sözləri ilə
əvəz edilsin;
62. 241.5-ci maddədə “iddianın”
sözündən sonra “və ya onun hissəsinin”
sözləri əlavə edilsin;
63. 243-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 243. Qiyabi qətnamənin
surətinin rəsmi qaydada verilməsi
Qiyabi qətnamə
çıxarıldıqdan sonra 10 gündən gec olmayan
müddətdə işdə iştirak edən
şəxslərə rəsmi qaydada verilir.”;
64. 244-cü maddədə
“qətnaməni aldıqdan” sözləri “qətnamənin ona
rəsmi qaydada verilməsindən” sözləri ilə
əvəz edilsin;
65. 251-ci maddənin adı
aşağıdakı redaksiyada verilsin:
“Maddə 251. İşə
baxılmanın təzələnməsi”;
66. 253.2.1-ci maddədə
“maddəsində” sözü “və 251-ci
maddələrində” sözləri ilə əvəz edilsin;
67. 253.2.3-cü maddə
çıxarılsın;
68. Məcəlləyə
aşağıdakı məzmunda 255.0.7-ci maddə
əlavə edilsin:
“255.0.7. qəyyumluq və
himayəçilik orqanının iş üzrə rəy
verməsi tələb olunduqda.”;
69. 256.0.2-ci maddədə
“axtarışınadək” sözləri
“axtarışının nəticələri məlum
olanadək” sözləri ilə əvəz edilsin;
70. 265.1, 265.2, 265.3, 265.6-cı
maddələr çıxarılsın;
71. 266-cı maddədə:
71.1. maddənin adında
“göndərilməsi” sözü “rəsmi qaydada verilməsi”
sözləri ilə əvəz edilsin;
71.2. 266.1-ci maddədə
“göndərilir və ya şəxsən təqdim olunur”
sözləri “rəsmi qaydada verilir” sözləri ilə
əvəz edilsin;
71.3. 266.2-ci maddədə
“göndərilərkən, həmin qərardadların
təqdim edilməsi” sözləri “rəsmi qaydada
verilərkən, bu” sözləri ilə əvəz edilsin;
72. 268.1-ci maddədə “təqdim
edildikdən və ya tərəf onu aldıqdan” sözləri
“rəsmi qaydada verildikdən” sözləri ilə əvəz
edilsin;
73. 272.2-ci maddədə
“hərəkətlərə” sözündən sonra “də”
bağlayıcısı əlavə edilsin;
74. 291.3-cü maddə
çıxarılsın;
75. 300.4-cü maddənin birinci
cümləsində “alındığı” sözü
“rəsmi qaydada verildiyi” sözləri ilə əvəz
edilsin;
76. 359-cu maddə
çıxarılsın;
77. 360-cı maddədə “təqdim
olunan (alınan)” sözləri “rəsmi qaydada verildiyi”
sözləri ilə əvəz edilsin;
78. 361.1.4-cü maddədən “və
qanunlara, digər normativ aktlara” sözləri
çıxarılsın;
79. 361.5-ci maddə
çıxarılsın;
80. 364-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“Birinci instansiya məhkəməsi
apellyasiya şikayətinin bu Məcəllənin 361-ci
maddəsinin tələblərinə uyğunluğunu
yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə
cavab verən apellyasiya şikayəti ona əlavə
olunmuş sənədlərlə və işlə
birlikdə apellyasiya şikayətinin verilmə müddəti
bitdikdən sonra 7 gün müddətində apellyasiya
instansiyası məhkəməsinə göndərilir.”;
81. 367-ci maddədə:
81.1. maddənin adı
aşağıdakı redaksiyada verilsin:
“Apellyasiya şikayətinin rəsmi
qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və
apellyasiya şikayətinə dair izahatların verilməsi”;
81.2. 367.1-ci maddədə “apellyasiyanı”
sözü “apellyasiya şikayətini” sözləri ilə,
“rəsmən təqdim edir (göndərir)” sözləri
“rəsmi qaydada verir” sözləri ilə əvəz edilsin;
81.3. 367.2-ci maddədə “surətini aldıqda,”
sözləri “surəti onlara rəsmi qaydada verildikdən sonra”
sözləri ilə əvəz edilsin;
82. 371-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“Maddə 371. Apellyasiya instansiyası
məhkəməsində yeni sübutların qəbul
edilməsi
Yeni sübutlar apellyasiya instansiyası
məhkəməsi tərəfindən o halda qəbul edilir
ki, işdə iştirak edən şəxslər həmin
sübutların birinci instansiya məhkəməsində təqdim
edilməsinin onlardan asılı olmayan səbəblərə
görə mümkün olmadığını əsaslandırsın.”;
83. 391-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“Bu Məcəllənin 19-cu və 20-ci
fəsillərində göstərilən əsaslar olduqda
işin icraatına xitam verilməklə və ya ərizə
baxılmamış saxlanılmaqla məhkəmənin
qətnaməsi ləğv edilməlidir.”;
84. Məcəlləyə
aşağıdakı məzmunda 392-1-ci maddə əlavə
edilsin:
“Maddə 392-1. Apellyasiya instansiyası
məhkəməsinin əlavə qətnaməsi
Apellyasiya instansiyası
məhkəməsinin əlavə qətnaməsi bu
Məcəllənin 229-cu maddəsi ilə müəyyən
edilmiş hallarda və qaydada çıxarılır.”;
85. 393-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“Apellyasiya instansiyası
məhkəməsinin qətnaməsindən şikayət
verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay
keçdikdən sonra qanuni qüvvəyə minir.”;
86. 394.1-ci maddədə “265-ci”
sözü “265.4-cü və 265.5-ci” sözləri ilə
əvəz edilsin;
87. 396.1-ci maddədə “təqdim
edilən gündən” sözləri “qaydada verildikdən sonra”
sözləri ilə əvəz edilsin;
88. 403.1-ci və 403.2-ci
maddələrdən “qanuni qüvvəyə minmiş”
sözləri çıxarılsın;
89. 404.1.2-ci maddədə “qərarlarından”
sözü “qərardadlarından” sözü ilə
əvəz edilsin;
90. 405-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“405. Apellyasiya instansiyası
məhkəməsinin aktlarından kassasiya şikayəti
aşağıdakı müddətlərdə verilə
bilər:
405.0.1. qətnamə işdə
iştirak edən şəxslərə rəsmi qaydada
verildiyi gündən 2 ay müddətində;
405.0.2. qərardad işdə iştirak
edən şəxslərə rəsmi qaydada verildiyi
gündən 10 gün müddətində.”;
91. 407.3-cü maddənin birinci
cümləsində mötərizədə “qanuni
nümayəndəsi” sözlərindən sonra “və ya
nümayəndəsi” sözləri, ikinci cümləsində
“Qanuni nümayəndə” sözlərindən sonra “və ya
nümayəndə” sözləri əlavə edilsin;
92. 408.1.1-ci maddədə “kassasiya şikayəti”
sözlərindən əvvəl “kassasiya şikayəti bu
Məcəllənin 407.1-ci maddəsinin tələblərinə
cavab vermirsə,” sözləri əlavə edilsin;
93. 409-cu maddə aşağıdakı
redaksiyada verilsin:
“Apellyasiya instansiyası
məhkəməsi kassasiya şikayətinin bu
Məcəllənin 407-ci maddəsinin
tələblərinə uyğunluğunu yoxlayır. Bu
Məcəllənin 407-ci maddəsinin tələblərinə
cavab verən kassasiya şikayəti ona əlavə olunmuş
sənədlərlə və işlə birlikdə kassasiya
şikayətinin verilmə müddəti bitdikdən sonra 7
gün müddətində kassasiya instansiyası
məhkəməsinə göndərilir.”;
94. 412-ci maddədə:
94.1. maddənin adında “təqdim
edilməsi” sözləri “verilməsi” sözü ilə
əvəz edilsin;
94.2. 412.1-ci maddədə “təqdim olunur”
sözləri “verilir” sözü ilə əvəz edilsin;
94.3. 412.2-ci maddədə “surətini
aldıqdan” sözləri “surəti onlara rəsmi qaydada
verildikdən” sözləri ilə əvəz edilsin;
95. 413-cü maddə
çıxarılsın;
96. Məcəlləyə
aşağıdakı məzmunda 417.1.6-cı maddə
əlavə edilsin:
“417.1.6. müvafiq apellyasiya
instansiyası məhkəməsində işə
təkrarən baxılmasının yolverilməzliyi
müəyyən edildikdə işin baxılmasını
başqa apellyasiya instansiyası məhkəməsinə
həvalə edə bilər.”;
97. 418.4.3-cü maddədə
“qərardad” sözü “qətnamə və ya qərardad”
sözləri ilə əvəz edilsin;
98. 424.2.3-cü maddə
çıxarılsın;
99. 425-ci maddədə “
100. 426.3-cü maddədə
“göndərilir” sözü “rəsmi qaydada verilir”
sözləri ilə əvəz edilsin;
101. Məcəlləyə
aşağıdakı məzmunda 429.0.6-cı maddə
əlavə edilsin:
“429.0.6. müvafiq apellyasiya
instansiyası məhkəməsində işə təkrar
baxılmasının yolverilməzliyi müəyyən
edildikdə işin baxılmasını başqa apellyasiya
instansiyası məhkəməsinə həvalə etmək.”;
102. 430.3-cü maddədə
“göndərilir” sözü “rəsmi qaydada verilir”
sözləri ilə əvəz edilsin;
103. 461.4-cü maddədə “Bu
maddə” sözləri “Bu Məcəllənin 461.1- 461.3-cü
maddələri” sözləri ilə əvəz edilsin;
104. 472.2-ci maddədə
“Çağırış vərəqəsinin ona təqdim
edilməsi” sözləri “Məhkəmə bildirişinin ona
rəsmi qaydada verilməsi” sözləri ilə əvəz olunsun;
105. Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinə “İtirilmiş
məhkəmə icraatının və ya icra üzrə
icraatın bərpa edilməsi” Əlavəsindən 9-cu
bənd çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 may 2009-cu il.
¹
819-IIIQD