Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il,
№ 3, maddə 143, № 6, maddə 362, № 11,
maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1,
maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il,
№ 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10,
№ 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413,
№ 7, maddə 505, № 9, maddə 672, № 12, maddə
981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, №
7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001,
№ 12, maddə 1094; 2006-cı il, № 3, maddələr
220, 222, № 5, maddə 385, № 11 maddə 923, № 12,
maddələr 1004, 1025, 1030; 2007-ci il, № 5, maddələr
401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11,
maddələr 1049, 1053; 2008-ci il, № 3, maddə 156, №
7, maddələr 600, 602, № 10, maddə 887, № 11,
maddə 960) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1.
25-ci maddədə:
1.1.
2-ci hissə aşağıdakı redaksiyada verilsin:
2.
Danışıqlara başlamaq üçün yazılı təklif alan
tərəf 10 təqvim günü ərzində
danışığa başlamalı və kollektiv
danışıqların aparılması təşəbbüsü
ilə çıxış edən tərəfə
danışıqlarda onun tərəfindən iştirak
edəcək nümayəndələr barədə məlumat
təqdim etməklə cavab göndərməlidir. Kollektiv
danışıqların aparılması təşəbbüsü
ilə çıxış edən tərəfin qeyd edilən
cavab məktubunu aldığı gündən sonrakı gün
kollektiv danışıqların başlanması günü
sayılır.;
1.2.
maddəyə aşağıdakı məzmunda 6-cı
hissə əlavə edilsin:
6.
İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti
orqanlarını, yerli özünüidarəetmə orqanlarını,
eləcə də onların yaratdığı və ya
maliyyələşdirdiyi təşkilatları təmsil
edən şəxslərin işçilərin adından kollektiv
danışıqlar aparmasına və kollektiv
müqavilələr, sazişlər bağlamasına yol verilmir..
2.
28-ci maddəyə aşağıdakı məzmunda 3-cü
hissə əlavə edilsin:
3.
Kollektiv müqavilə müəssisənin özündə, onun
filiallarında, nümayəndəliklərində və digər
müstəqil struktur bölmələrində bağlanıla
bilər. Müəssisənin filialında,
nümayəndəliyində və ya digər müstəqil struktur
bölmələrində kollektiv danışıqların
aparılması, kollektiv müqavilənin hazırlanması,
bağlanması və ya onlarda dəyişikliklərin
edilməsi məqsədi ilə həmin bölmənin
rəhbərinə işəgötürən tərəfindən
zəruri səlahiyyətlər verilir..
3.
32-ci maddənin:
3.1.
3-cü hissəsində bağlananadək sözündən sonra , lakin
ən çoxu üç il müddətədək sözləri əlavə
edilsin;
3.2.
4-cü hissəsində dəyişikliklərin edilməsi,
sözlərindən sonra işəgötürənlə əmək
müqaviləsinə xitam verilməsi, sözləri əlavə
edilsin;
3.3.
6-cı hissəsində ləğv olunduğu
sözlərindən sonra və ya birləşmə, bölünmə
və yaxud ayrılma formasında yenidən təşkil
olunduğu sözləri və ləğvetmə sözündən
sonra və ya yenidən təşkiletmə sözləri
əlavə edilsin.
4.
42-ci maddənin 1-ci hissəsinin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
Əmək
münasibətləri yaratmayan və ya yaratmaq istəməyən
heç kəs əmək müqaviləsi bağlamağa məcbur
edilə bilməz..
5.
43-cü maddənin 2-ci hissəsinin:
5.1.
a bəndinə ünvanı sözündən sonra ,
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,
verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən
orqanın adı sözləri əlavə edilsin;
5.2.
b bəndi aşağıdakı redaksiyada verilsin:
b)
işəgötürən hüquqi şəxs olduqda onun adı və
hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxs olduqda isə onun
adı, soyadı, atasının adı, ünvanı, vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,
verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən
orqanın adı;.
6.
45-ci maddədə:
6.1.
4-cü hissədə hallarda sözündən sonra , bu
Məcəllənin 47-ci maddəsi ilə müəyyən
edilən hallar istisna olmaqla, sözləri əlavə edilsin;
6.2.
maddəyə aşağıdakı məzmunda 5-ci hissə
əlavə edilsin:
5.
Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən
artıq müddətə davam edərsə, müddətsiz
əmək müqaviləsi hesab edilir..
7.
46-cı maddənin 5-ci hissəsinin üçüncü cümləsində
əmək müqaviləsi sözlərindən sonra həmin
şərtin (şərtlərin) daxil edildiyi tarixdən
asılı olmayaraq sözləri əlavə edilsin.
8.
47-ci maddənin:
8.1.
c bəndindən , işçinin müxtəlif işləri
yerinə yetirmək bacarığını yoxlamaq
zəruriyyəti olduğu, işçilərin sosial
məsələlərinin həll edilməsi sözləri
çıxarılsın;
8.2.
d bəndində çatanadək sözü çatdıqda sözü ilə
əvəz edilsin.
9.
50-ci maddənin 5-ci hissəsində öz mülahizəsinə
görə sözləri müəyyən edilmiş qaydada sözləri
ilə əvəz edilsin.
10.
52-ci maddənin 4-cü abzası səkkizinci abzas hesab edilsin,
üçüncü abzasından sonra aşağıdakı məzmunda yeni
abzaslar əlavə edilsin:
hamilə
və üç yaşına çatmamış uşağı olan
qadınlara, habelə üç yaşınadək
uşağını təkbaşına böyüdən
kişilərə;
təhsil
müəssisələrini bitirdiyi ildə ixtisası
(peşəsi) üzrə ilk dəfə işə götürülən
şəxslərə;
ödənişli
seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki
ay müddətinədək əmək müqaviləsi
bağlanılan şəxslərə;.
11.
54-cü maddənin 1-ci hissəsinin onuncu abzası on birinci abzas
hesab edilsin və aşağıdakı məzmunda onuncu abzas
əlavə edilsin:
işçilərə
əmək funksiyasının icrası üçün zəruri olan
avadanlıqların, materialların, alətlərin, texniki
və digər sənədlərin vaxtında verilməsi
və onların lazımi keyfiyyətdə olması;.
12.
58-ci maddənin:
12.1.
1-ci hissəsinin birinci cümləsində başqa iş
yerində sözləri başqa iş yerlərində
sözləri ilə əvəz edilsin, ikinci cümləsində
ikinci sözü çıxarılsın, birinci əmək
müqaviləsi bağlanan sözləri əmək kitabçası
saxlanılan sözləri ilə əvəz edilsin.
12.2.
1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
Əvəzçilik
üzrə əmək müqaviləsi əmək kitabçası
təqdim edilmədən bağlanılır.;
12.3.
3-cü hissəsinin birinci cümləsində iş yerində
sözləri iş yerlərində sözləri ilə
əvəz edilsin.
13.
59-cu maddədə həmçinin sözündən sonra əmək
müqaviləsinə əlavə və dəyişikliklər
edilməklə və ya sözləri əlavə edilsin.
14.
61-ci maddənin 1-ci hissəsində on beş gündən çox
müddətdə sözləri iş sözü ilə əvəz
edilsin.
15.
62-ci maddənin 3-cü hissəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
Üzrlü
səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi
müayinədən keçməyən işçilər işdən
kənarlaşdırıldıqda, onlara işdən kənar
edildiyi vaxt ərzində boşdayanma qaydasında
əməkhaqqı ödənilir..
16.
70-ci maddənin:
16.1.
ç bəndindən sonra aşağıdakı məzmunda d
bəndi əlavə edilsin:
d)
sınaq müddəti ərzində işçi özünü
doğrultmadıqda.;
16.2.
Qeyd hissəsindən , habelə müəssisənin direktorlar
şurası, elm və təhsil müəssisələrinin elmi
şurası, pedaqoji şurası sözləri
çıxarılsın.
17.
77-ci maddədə:
17.1.
9-cu hissədən , işçilərin sayının və
ştatlarının ixtisarı halları sözləri
çıxarılsın, işçinin sözündən sonra müddətli
sözü əlavə edilsin;
17.2.
9-cu hissəyə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
Müddətli
həqiqi hərbi xidmətə çağırılanadək
müvafiq müəssisədə işləmiş
şəxslər, hərbi xidmətdən buraxıldıqdan
ən geci 60 təqvim günü keçənədək həmin
müəssisədə əvvəlki və ya buna bərabər
vəzifəyə (peşəyə) qayıtmaq hüququna
malikdirlər..
18.
79-cu maddənin 1-ci hissəsinin:
18.1.
ikinci abzasında qadınların sözündən sonra , üç
yaşınadək uşağını təkbaşına
böyüdən kişilərin sözləri əlavə edilsin;
18.2.
yeddinci abzası səkkizinci abzas hesab edilsin və
hissəyə aşağıdakı məzmunda yeddinci abzas
əlavə edilsin:
öhdəsində
sağlamlıq imkanları məhdud 18 yaşınadək
və ya I qrup əlil ailə üzvü olan işçilərin;.
19.
87-ci maddəyə aşağıdakı məzmunda 7-ci
hissə əlavə edilsin:
7.
Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında
əmək kitabçasında qeydlər əvəzçilik üzrə
əmək müqaviləsinin surəti əsasında işçinin
arzusu ilə əsas iş yerində aparılır..
20.
Məcəlləyə aşağıdakı məzmunda
105-1-ci maddə əlavə edilsin:
Maddə
105-1. Səsvermə günü
Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikasında
bələdiyyə üzvlərinin seçkiləri, həmçinin
referendum zamanı səsvermə günü seçki (referendum)
keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə
günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir..
21.
107-ci maddənin adında və mətnində istirahət
sözündən sonra səsvermə, sözü əlavə edilsin.
22.
108-ci maddənin adı və 1-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
Maddə
108. İstirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn günü
qabağı günlərdə iş gününün müddəti
1.
Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində
nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş
yerlərində səsvermə, bu Məcəllənin 105-ci
maddəsində göstərilən iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn günü
qabağı iş gününün müddəti həftəlik iş
günlərinin sayından asılı olmayaraq bir saat
qısaldılır..
23.
109-cu maddə aşağıdakı redaksiyada verilsin:
Maddə
109. İstirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn günü
işə cəlb olunmuş işçilərin əməyinin
ödənilməsi
Bu
Məcəllənin 107-ci maddəsi ilə yol verilən
müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn günü
işə cəlb edilən işçilərin əməyi 164-cü
maddədə nəzərdə tutulan qaydada ödənilir..
24.
112-ci maddənin b bəndi aşağıdakı redaksiyada
verilsin:
b)
sosial məzuniyyət;.
25.
114-cü maddənin 5-ci hissəsi 6-cı hissə hesab edilsin
və maddəyə aşağıdakı məzmunda 5-ci
hissə əlavə edilsin:
5.
Mövsümi işlərdə çalışan işçilərə
əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər
iş ayına görə iki təqvim günündən az olmayan
müddətə verilir..
26.
129-cu maddənin:
26.1.
1-ci hissəsində və sözü və ya sözləri ilə
əvəz edilsin.
26.2.
2-ci hissəsində müddəti sözündən sonra altı aydan
çox olmayaraq sözləri əlavə edilsin.
27.
130-cu maddədə:
27.1.
birinci abzasdan və işəgötürənin
razılığı sözləri çıxarılsın,
ilə sözündən sonra bir iş ilində sözləri
əlavə edilsin;
27.2.
h bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və maddəyə
aşağıdakı məzmunda x və i bəndləri
əlavə edilsin:
x)
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqları olan işçilərə - 14 təqvim
gününədək;
i)
ailə, məişət və başqa sosial
məsələləri həll etmək üçün
işçilərə -7 təqvim gününədək..
28.
131-ci maddənin 1-ci hissəsində əmək
məzuniyyəti hüququ sözləri əmək
məzuniyyətindən istifadə etmək hüququ sözləri
ilə əvəz edilsin.
29.
133-cü maddəyə aşağıdakı məzmunda 4-cü
hissə əlavə edilsin:
4.
Müəssisədə işlədiyi müddətdən
asılı olmayaraq işçinin arzusu ilə əmək
məzuniyyəti arvadının hamiləliyə və
doğuşa görə məzuniyyətdə olduğu dövrdə
verilir..
30.
137-ci maddənin:
30.1.
1-ci hissəsinin birinci cümləsində işçinin arzusu
sözlərindən sonra və işəgötürənin
razılığı sözləri əlavə edilsin;
30.2.
3-cü hissəsində tərəflərin
razılığı ilə ya sözlərindən sonra
işə başladığı gündən etibarən
əməkhaqqı hesablanır və sözləri əlavə
edilsin.
31.
153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
Əməyin
vaxtamuzd ödənilməsi sistemində işçilərə
normalaşdırılmış tapşırıqlar,
eləcə də ayrı-ayrı funksiyaların və iş
həcmlərinin yerinə yetirilməsi məqsədi ilə
xidmət və işçilərin say normaları müəyyən
edilə bilər..
32.
157-ci maddənin 3-cü hissəsindən ona sözü
çıxarılsın.
33.
159-cu maddənin mətni 1-ci hissə hesab edilsin və
maddəyə aşağıdakı məzmunda 2-ci hissə
əlavə edilsin:
2.
Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri
ilə müəyyən edilmiş qısaldılmış iş
vaxtı şəraitində çalışan işçilərin
əməkhaqları normal iş vaxtı üçün müəyyən
edilən tam məbləğlərdə ödənilir..
34.
161-ci maddənin 2-ci hissəsində Digər hallarda
peşələr sözləri Peşələr sözü ilə
əvəz edilsin.
35.
164-cü maddə aşağıdakı redaksiyada verilsin:
Maddə
164. İstirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən
işə görə əməkhaqqının ödənilməsi
1.
İstirahət, səsvermə, iş günü hesab edilməyən
bayram günləri və ümumxalq hüzn günü görülən işə
görə əməkhaqqı aşağıdakı kimi
ödənilir:
əməyin
vaxtamuzd ödənilmə sistemində gündəlik tarif
maaşının iki mislindən aşağı olmamaqla;
əməyin
işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd
qiymətlərindən aşağı olmamaqla;
aylıq
maaş alan işçilərə iş aylıq iş vaxtı
norması çərçivəsində görülmüşsə, maaşdan
əlavə gündəlik vəzifə maaşı
məbləğindən aşağı olmamaqla, əgər
iş aylıq iş vaxtı normasından artıq vaxtda
görülmüşsə, maaşdan əlavə gündəlik
vəzifə maaşının ikiqat məbləğindən
aşağı olmamaqla.
2.
İstirahət, səsvermə, iş günü hesab edilməyən
bayram günləri və ümumxalq hüzn günü işləmiş
işçinin arzusu ilə ona əməkhaqqı
əvəzinə başqa istirahət günü verilə bilər..
36.
172-ci maddənin 3-cü hissəsində və Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə 1-ci
əlavənin Əmək şəraitinin
şərtləri adlı 4-cü paraqrafının 4.5-ci
bəndində istirahət sözündən sonra , səsvermə,
ümumxalq hüzn günü sözləri əlavə edilsin.
37.
173-cü maddənin 3-cü hissəsinin ikinci cümləsi
çıxarılsın.
38.
174-cü maddənin 3-cü hissəsində
39.
209-cu maddənin on ikinci abzası aşağıdakı
redaksiyada verilsin:
təhsil,
ixtisasartırma və yenidən hazırlanma
müəssisələrində əməyin mühafizəsi üzrə
mütəxəssislərin hazırlanması, ixtisaslarının
artırılması və yenidən hazırlanması;.
40.
211-ci maddənin 1-ci hissəsində:
40.1.
ikinci abzas aşağıdakı redaksiyada verilsin:
işçilərə
pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona
bərabər tutulan məhsulların verilməsi üçün
zərərli, ağır və yeraltı əmək
şəraitli istehsalatların, peşə və
vəzifələrin;;
40.2.
dördüncü və doqquzuncu abzaslar çıxarılsın,
beşinci-səkkizinci abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar
hesab edilsin;
40.3.
yeddinci abzasda işlərin sözündən sonra respublika üzrə
vahid, əhatəli siyahılarını və onların
tətbiqi qaydalarını təsdiq edir. sözləri
əlavə edilsin.
41.
217-ci maddənin 2-ci hissəsində əsasında
sözündən sonra bədbəxt hadisənin istehsalatla
bağlılığının araşdırılması
və onun təhqiqatının aparılması məqsədi
ilə sözləri əlavə edilsin, və baş vermiş
bədbəxt hadisənin təhqiqatının
aparılmasını təşkil edir sözləri
çıxarılsın.
42.
223-cü maddənin:
42.1.
1-ci hissəsində müəssisələrində sözündən
sonra işçilərin sayı əlli nəfərdən çox
olduqda sözləri əlavə edilsin;
42.2.
2-ci hissəsinə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
İşçilərinin
sayı əlli nəfərdən çox olan
müəssisələrdə əməyin mühafizəsi üzrə
mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz
nəfərdən artıq olduqda isə müəssisə
rəhbərinin (baş mühəndisinin) əməyin
mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir..
42.2.
4-cü hissəsində xidmətinin sözündən sonra
rəhbərləri və sözləri əlavə edilsin.
43.
225-ci maddənin 3-cü hissəsi çıxarılsın.
44.
233-cü maddənin 2-ci hissəsində iş yerlərində
sözlərindən sonra və ya ilin soyuq vaxtında, temperaturu
müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü,
lakin isidilməyən binalarda sözləri əlavə edilsin, bu
hissədə və Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə 2-ci əlavənin 1-ci
bəndində
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 fevral 2009-cu
il.
№
771-IIIQD