Azərbaycan Respublikasının Diasporla iş
üzrə Dövlət Komitəsi haqqında
Əsasnamənin və komitənin strukturunun təsdiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi
əsaslarını təkmilləşdirmək məqsədi
ilə qərara alıram:
1.
“Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2.
“Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin
(əlavə olunur).
3.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
3.1.
qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.3.
Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin aparatının
işçilərinin say həddini müəyyən etsin;
3.4.
bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
4.
“Azərbaycan Respublikasının Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 avqust tarixli 780 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
¹ 8, maddə 500; 2005-ci il, ¹ 10, maddə 910; 2008-ci il, ¹ 11,
maddə 970) qüvvədən düşmüş hesab
edilsin.
5.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 may 2009-cu il
¹ 95
|
|
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının Diasporla iş
üzrə Dövlət Komitəsi haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1.
Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi (bundan sonra – Komitə) Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54
nömrəli Sərəncamı ilə Azərbaycan
Respublikasının Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin əsasında yaradılmışdır.
Komitə
diasporla iş sahəsində dövlət siyasətinin
həyata keçirilməsini, xaricdə yaşayan
azərbaycanlılar, eləcə də onların təsis
etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələrin
genişləndirilməsini və inkişaf etdirilməsini,
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının
bu sahə ilə bağlı fəaliyyətinin
əlaqələndirilməsini təmin edən mərkəzi
icra hakimiyyəti orqanıdır.
2.
Komitə öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və bu Əsasnaməni
rəhbər tutur.
3.
Komitə öz vəzifələrini yerinə
yetirərkən və hüquqlarını həyata
keçirərkən digər icra hakimiyyəti orqanları,
yerli özünüidarəetmə orqanları,
qeyri-hökumət təşkilatları, Dünya
Azərbaycanlılarının Əlaqələndirmə
Şurası, Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik
nümayəndəlikləri, xaricdə yaşayan
azərbaycanlılar, eləcə də onların təsis
etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
4.
Komitə müstəqil balansa, qanunvericiliyə uyğun
sərəncamında olan dövlət əmlakına,
xəzinə və bank hesablarına, Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və
öz adı əks olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
5.
Komitənin saxlanma xərcləri və fəaliyyəti
Azərbaycan Respublikasının dövlət büdcəsi
və qanunvericiliklə nəzərdə tutulan
mənbələr hesabına maliyyələşdirilir.
6.
Komitə Bakı şəhərində yerləşir.
II. KOMİTƏNİN FƏALİYYƏT
İSTİQAMƏTLƏRİ
7.
Komitənin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
7.1.
diasporla iş sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu
siyasətin həyata keçirilməsini təmin edir;
7.2
diasporla iş sahəsinin inkişafını təmin edir;
7.3.
beynəlxalq hüququn qəbul edilmiş prinsip və
normalarına, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq,
eləcə də müvafiq xarici dövlətlərin
qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan
azərbaycanlıların əsas hüquq və
azadlıqlarının həyata keçirilməsinə
və onların öz milli varlığını
yaşatmasına və inkişaf etdirməsinə, ana dilini
öyrənməsinə və tətbiqinin
genişləndirilməsinə, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmasına və
inkişaf etdirməsinə köməklik göstərir;
7.4.
xaricdə yaşayan azərbaycanlıların, eləcə
də onların təsis etdiyi diaspor
təşkilatlarının, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporlarının Azərbaycan Respublikasının
dövlət orqanları və qeyri-hökumət
təşkilatları ilə əlaqələr qurmalarına
və inkişaf etdirmələrinə, Azərbaycan
Respublikasının daxili və xarici siyasəti,
ölkənin iqtisadi, sosial və mədəni həyatı
haqqında düzgün informasiya almalarına şərait
yaradır;
7.5.
xaricdə yaşayan azərbaycanlıları, eləcə
də onların təsis etdiyi diaspor
təşkilatlarını, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporlarını Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin və suverenliyinin
qorunmasına və möhkəmləndirilməsinə,
iqtisadi, sosial və mədəni inkişafına,
cəmiyyətin və dövlətin siyasi həyatına,
habelə Azərbaycan Respublikası ilə digər
dövlətlər arasında qarşılıqlı
surətdə faydalı münasibətlərin qurulması
və inkişaf etdirilməsi işinə cəlb edir;
7.6.
beynəlxalq hüquq normalarına və müvafiq
dövlətlərin qanunvericiliyinə uyğun olaraq
xaricdə yaşayan azərbaycanlıların
milli-mədəni muxtariyyətlər və ictimai birliklər
yaratmaq hüququnun həyata keçirilməsinə yardım
göstərir;
7.7.
xaricdə yaşayan azərbaycanlıların vəziyyəti
haqqında informasiyanın toplanmasını, təhlilini,
qiymətləndirilməsini və bu məqsədlə
xüsusi məlumat bankının yaradılmasını
təmin edir;
7.8.
qanunvericiliklə müəyyən edilmiş digər
istiqamətlərdə fəaliyyət göstərir.
III. KOMİTƏNİN VƏZİFƏLƏRİ
8.
Komitə bu Əsasnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq
aşağıdakı vəzifələri yerinə yetirir:
8.1.
xaricdə yaşayan azərbaycanlılara, onların
yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə
beynəlxalq hüquq normaları
çərçivəsində öz tarixi Vətəni
ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi
dəyərləri mənimsəmək, yaşatmaq və
inkişaf etdirmək, eləcə də Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmaq, onların
təcrübəsini öyrənmək məqsədi ilə
müxtəlif yönlü təşkilati, informasiya, maddi
və mənəvi yardım göstərmək;
8.2.
Azərbaycan Respublikasında həyata keçirilən
müstəqil, hüquqi və dünyəvi dövlət,
demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi
və mədəni inkişaf haqqında xarici
ölkələrdə yaşayan həmvətənləri,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını məlumatlandırmaq;
8.3.
dövlət proqramlarının və inkişaf
konsepsiyalarının həyata keçirilməsini öz
səlahiyyətləri daxilində təmin etmək;
8.4.
digər icra hakimiyyəti orqanlarının diaspor işi
ilə bağlı fəaliyyətini
əlaqələndirmək;
8.5.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata
keçirilməsini öz səlahiyyətləri daxilində
təmin etmək;
8.6.
dünya azərbaycanlılarının mənəvi
birliyinə və həmrəyliyinə xidmət edən
ümummilli ideyaları, milli-mənəvi dəyərləri
sistemləşdirmək, onların Azərbaycan Respublikasının
vətəndaşları və xarici ölkələrdə
yaşayan soydaşlarımız arasında
yayılmasını təmin etmək;
8.7.
xaricdə yaşayan azərbaycanlıların
mədəniyyət mərkəzlərinə,
mədəni-maarif təşkilatlarına, kitabxana, arxiv, muzey,
teatr, musiqi ansambllarına və yaradıcı
kollektivlərinə digər dövlət orqanları ilə
birgə yardım göstərmək;
8.8.
xaricdə yaşayan həmvətənləri Azərbaycan
Respublikasında həyata keçirilən iqtisadi islahatlar
prosesinə yaxından cəlb etmək, onların
Azərbaycanın iqtisadiyyatına investisiya qoyması və
ölkə ərazisində sərbəst surətdə
sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaları üçün əlverişli şərait
yaratmaq;
8.9.
xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə
əlaqə yaratmasına, təşkilatlanması
işinə dəstək vermək, yaradılan ictimai,
mədəni və digər birliklərin, habelə onların
əməkdaşlıq etdiyi digər diaspor
təşkilatlarının Azərbaycan Respublikası ilə
əlaqələrinin qurulmasına və inkişafına kömək
göstərmək;
8.10.
xaricdə yaşayan azərbaycanlıların öz milli
və vətəndaşlıq hüquqlarının təmin
edilməsi ilə bağlı həyata keçirdikləri
fəaliyyətə beynəlxalq sənədlərdə
təsbit olunmuş insan haqlarının müdafiəsi və
qorunması prinsipinə uyğun olaraq dəstək vermək,
bu məqsədlə azərbaycanlıların sıx
yaşadığı dövlətlərin aidiyyəti
strukturları ilə səmərəli iş mexanizmi qurmaq
və problemlərin həllinə kömək
göstərmək;
8.11.
xaricdə yaşayan azərbaycanlıların
keçirdikləri mühüm tədbirlərdə
Azərbaycan Respublikasının müvafiq dövlət və
qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakına kömək
göstərmək;
8.12.
Azərbaycan Respublikasının beynəlxalq aləmdə
təbliğ edilməsi və mənafelərinin
müdafiəsi işində Azərbaycana ənənəvi
müsbət münasibəti olan diasporların imkanlarından
istifadə etmək;
8.13.
diasporla iş sahəsinə ayrılan büdcə
vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə
vəsaitlərindən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin
etmək;
8.14.
qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və
məxfilik rejiminin qorunması üçün zəruri
tədbirlər, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirləri görmək;
8.15.
öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, internet saytının
yaradılmasının, malik olduğu və siyahısı
qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsini
təmin etmək;[1]
8.16.
diaspor işinin təşkili sahəsində kadr
hazırlığını təmin etmək,
həmçinin mütəxəssislərin hazırlanması
və əlavə təhsili üçün tədbirlər
görmək;[2]
8.17.
Komitənin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində öz
səlahiyyətləri daxilində tədbirlər
görmək;
8.18.
Komitənin fəaliyyəti ilə bağlı daxil olan
ərizə və şikayətlərə baxmaq və
qanunvericiliklə müəyyən edilmiş qaydada
tədbirlər görmək;
8.19.
xaricdə yaşayan azərbaycanlıların vəziyyəti
və onlarla aparılan iş, Azərbaycan diaspor
təşkilatlarının fəaliyyəti, habelə
Azərbaycana dost münasibət bəsləyən digər
xalqların diaspor qurumları ilə
əməkdaşlığın inkişafı sahəsində
görülmüş işlər haqqında
vaxtaşırı hesabatlar, illik məruzələr
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etmək;
8.20.
xarici ölkələrdə Azərbaycan diasporunun
formalaşmasına, mütəşəkkilliyinin
möhkəmlənməsinə yardım etmək, azərbaycanlıların
ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil
olunmasına, lobbiçilik fəaliyyətinin
gücləndirilməsinə, Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələrin
genişləndirilməsinə kömək etmək;
8.21.
xaricdə yaşayan azərbaycanlıların problemləri,
eləcə də Azərbaycan diaspor
təşkilatlarının fəaliyyəti ilə
bağlı dəyirmi masalar, seminarlar və konfranslar
keçirmək;
8.22.
xaricdə yaşayan azərbaycanlıların milli və
vətəndaş hüquqlarının müdafiəsinə
yönəlmiş tədbirlər həyata keçirmək,
onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi
problemlərini öyrənmək və həllinə dair
Azərbaycan Respublikasının dövlət strukturları,
eləcə də Xarici İşlər Nazirliyinin vasitəsi
ilə müvafiq xarici dövlətlər qarşısında
təkliflər irəli sürmək;
8.23.
azərbaycanlıların yığcam yaşadıqları
ölkələrdə və regionlarda Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəlikləri ilə birgə ana dilində
məktəblərin və Azərbaycan mədəniyyət
mərkəzlərinin açılmasını və
fəaliyyətini təşkil etmək;
8.24.
xaricdə yaşayan azərbaycanlıların, eləcə
də Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diaspor nümayəndələrinin
Azərbaycan dövlətinə və onun
vətəndaşlarına maddi, mənəvi və humanitar
yardımını təşkil etmək və aidiyyəti
üzrə istiqamətləndirmək;
8.24-1. tabeliyində olan qurum
vasitəsilə xaricdə
yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada sosial yardım göstərmək;[3]
8.25.
respublika və beynəlxalq əhəmiyyətli
tədbirlərdə xarici ölkələrdə yaşayan
azərbaycanlıların və onların ictimai
birliklərinin, habelə zərurət yarandıqda,
Azərbaycana dost münasibət bəsləyən digər
xalqların diaspor qurumlarının iştirakına
kömək etmək;
8.26.
xaricdə yaşayan azərbaycanlıların Azərbaycan
Respublikasının təhsil müəssisələrində
təhsil almasına, elmi və digər yaradıcılıq
fəaliyyəti ilə məşğul olmasına yardım
etmək;[4]
8.27.
xaricdə yaşayan azərbaycanlılar, onların təhsil
müəssisələri və digər mərkəzləri
üçün ana dili dərsliklərinin, müvafiq
təhsil proqramlarının və vəsaitlərinin
hazırlanmasında iştirak etmək;[5]
8.28.
fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
IV. KOMİTƏNİN HÜQUQLARI
9.
Komitə öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqlara malikdir:
9.1.
diasporla iş sahəsinə aid olan qanunvericilik
aktlarının layihəsini hazırlamaq və onların
hazırlanmasında iştirak etmək;
9.2.
diasporla iş sahəsi üzrə Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüs
irəli sürmək;
9.3.
diasporla iş sahəsi üzrə dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə zəruri məlumatlar
(sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
9.4.
xaricdə yaşayan azərbaycanlıların
hüquqlarının müdafiəsini təmin etmək
məqsədi ilə qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
9.5.
xarici dövlətlərin diasporla işin təşkili və
aparılması sahəsində təcrübəsini
öyrənmək, ümumiləşdirmək və
qabaqcıl təcrübənin tətbiq olunmasını
təmin etmək;
9.6.
fəaliyyət istiqamətləri üzrə rəy
vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
9.7.
xaricdə yaşayan azərbaycanlılar, onların təsis
etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə bağlı informasiya və nəşr
fəaliyyətini həyata keçirmək, internet saytı
yaratmaq və ondan istifadə etmək;[6]
9.8.
diasporla iş aparmaq məqsədi ilə Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəliklərinə Xarici İşlər
Nazirliyi tərəfindən təyin olunan işçilər
haqqında təqdimat vermək;
9.9.
xaricdə yaşayan azərbaycanlılar, onların təsis
etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların
diasporları ilə iş üzrə komissiyalar, koordinasiya
və ekspert şuraları, işçi qrupları yaratmaq;
9.10.
diasporla iş sahəsində mütəxəssislərin
hazırlanması və ixtisasının artırılması
üçün tədbirlər görmək;[7]
9.11.
müstəqil ekspertləri və mütəxəssisləri
qanunvericiliklə müəyyən edilmiş qaydada öz
fəaliyyətinə cəlb etmək;
9.12.
fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
V. KOMİTƏNİN FƏALİYYƏTİNİN
TƏŞKİLİ
10.
Komitənin aparatı və onun strukturuna daxil olan qurumlar
və tabeliyində olan digər qurumlar (hüquqi
şəxslər, təşkilatlar və sair) Komitənin
vahid sistemini təşkil edir. Komitə öz
fəaliyyətini bilavasitə və həmin qurumlar
vasitəsilə həyata keçirir.
11.
Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti
tərəfindən müəyyən edilir. Komitənin
strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi
şəxslərin, təşkilatların və sair)
siyahısını, həmçinin Komitənin
aparatının və onun strukturuna daxil olan qurumların
işçilərinin say həddini Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12.
Komitənin fəaliyyətinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
Komitənin sədri rəhbərlik edir. Komitənin sədri
Komitəyə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən
məsuliyyət daşıyır.
13.
Komitənin sədrinin Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən bir
birinci müavini və iki müavini vardır. Komitə
sədrinin müavinləri onlara sədr tərəfindən
həvalə edilmiş vəzifələri yerinə yetirir
və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.[8]
14.
Komitənin sədri:
14.1.
Komitənin fəaliyyətini təşkil edir və ona
rəhbərlik edir;
14.2.
Komitənin aparatının struktur bölmələrinin
və tabeliyində olan qurumların əsasnamələrini
təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin
nizamnamələrini isə təsdiq edilməsi
üçün müəyyən olunmuş qaydada təqdim
edir;[9]
14.3.
müəyyən edilmiş struktur, əməkhaqqı fondu
və işçilərin say həddi daxilində Komitənin
aparatının, yerli və digər qurumlarının (“Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı
ilə müəyyən edilmiş hal istisna olmaqla)
strukturunu, ştat cədvəlini və ayrılmış
büdcə təxsisatı daxilində onların
xərclər smetasını təsdiq edir;[10]
14.4.
Komitənin aparatının işçilərini və
strukturuna daxil olan qurumların və “Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan
Diasporuna Dəstək Fondunun yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170
nömrəli Fərmanı ilə müəyyən
edilmiş hal istisna olmaqla, tabeliyində olan digər
qurumların (hüquqi şəxslərin,
təşkilatların və sair) rəhbərlərini
vəzifəyə təyin və vəzifədən azad edir,
həmçinin digər işçilərini
vəzifəyə təyin edir və vəzifədən azad
edir, onlar barəsində həvəsləndirmə və
intizam tənbeh tədbirləri görür;[11]
14.5.
qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr
və sərəncamlar verir, normativ hüquqi aktları
təsdiq edir (imzalayır), onların icrasını
təşkil edir və nəzarəti həyata keçirir;
14.6.
Komitənin fəaliyyəti barədə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə mütəmadi
olaraq hesabatlar və məlumatlar təqdim edir;
14.7.
Komitənin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.8.
Komitəni təmsil edir;
14.9.
qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri
həyata keçirir.
15.
Komitədə Komitə sədrindən (kollegiyanın
sədri), onun müavinlərindən və Komitənin
digər rəhbər işçilərindən ibarət
kollegiya yaradılır. Komitənin kollegiyasının
tərkibinə mütəxəssislər və alimlər
də daxil edilə bilər.
16.
Komitənin kollegiyasının üzvlərinin sayı və
tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
17.
Komitənin kollegiyası öz iclaslarında Komitənin
fəaliyyəti ilə bağlı məsələləri
müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18.
Komitənin kollegiyasının iclasları onun
üzvlərinin yarıdan çoxu iştirak etdikdə
səlahiyyətlidir. Komitənin kollegiyasının
qərarları onun üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir. Komitənin
kollegiyasının qərarları qəbul edilərkən
səslər bərabər olarsa, kollegiyanın sədrinin
səsi həlledici hesab edilir.
19.
Komitənin kollegiyasının qərarları protokolla
rəsmiləşdirilir və Komitənin sədri
tərəfindən təsdiq edilir.
20.
Komitənin kollegiyasının üzvləri arasında fikir
ayrılığı yarandığı hallarda, Komitənin
sədri bu barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat verərək, öz
qərarını həyata keçirir. Komitənin
kollegiyasının üzvləri şəxsi fikirlərini
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
çatdıra bilərlər.
21.
Komitənin kollegiyasının iclaslarına zəruri hallarda
digər icra hakimiyyəti orqanlarının və
təşkilatların, həmçinin xaricdə yaşayan
azərbaycanlıların və onların ictimai
birliklərinin nümayəndələri dəvət edilə
bilər.
22.
Diasporla iş sahəsində qabaqcıl təcrübənin
öyrənilməsi və həyata keçirilməsi
üçün Komitədə ictimai əsaslarla
fəaliyyət göstərən elmi-metodiki şura
yaradıla bilər. Elmi-metodiki şura haqqında
əsasnamə Komitənin sədri tərəfindən
təsdiq edilir.
|
|
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının Diasporla iş
üzrə Dövlət Komitəsinin
STRUKTURU
Azərbaycan
Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin aparatı (şöbələr
və sektorlar).
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
21 dekabr 2009-cu
il tarixli 195 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr
2009-cu il, ¹ 289)
2.
15 fevral 2011-ci
il tarixli 381
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)
3.
3 may 2017-ci il tarixli 1365 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, ¹ 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 769)
4.
27 dekabr 2017-ci il tarixli 1764 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 28 dekabr 2017-ci il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2332)
5.
4 dekabr
2018-ci il tarixli 380
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 6 dekabr
2018-ci il, ¹ 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2537)
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
[1] 21 dekabr
2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»nin 8.15-ci bənddə «məlumatlandırılmasını»
sözündən sonra «,
internet saytının yaradılmasının, malik olduğu
və siyahısı qanunvericiliklə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın
həmin saytda yerləşdirilməsinin və bu
informasiyanın daimi yeniləşdirilməsini»
sözləri əlavə edilmişdir.
[2] 21
dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»nin 8.16-cı bənddə «təmin etmək» sözlərindən sonra «, həmçinin
mütəxəssislərin hazırlanması və
ixtisasının artırılması üçün
tədbirlər görmək» sözləri əlavə
edilmişdir.
15
fevral 2011-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə
8.16-cı bənddə “ixtisasının
artırılması” sözləri “əlavə təhsili” sözləri ilə
əvəz edilmişdir.
[3] 3
may 2017-ci il tarixli 1365
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 4 may 2017-ci il, ¹ 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 5, maddə 769) ilə
yeni məzmunda 8.24-1-ci yarımbənd əlavə
edilmişdir.
4 dekabr 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 6 dekabr
2018-ci il, ¹ 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2537) ilə “Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə”nin 8.24-1-ci bəndinə “xaricdə” sözündən
əvvəl “tabeliyində olan
qurum vasitəsilə” sözləri əlavə
edilmişdir.
[4] 15
fevral 2011-ci il tarixli
381 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹
38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
85) ilə 8.26-cı bənddə “tədris” sözü “təhsil”
sözü ilə əvəz
edilmişdir.
[5] 15
fevral 2011-ci il tarixli
381 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹
38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
85) ilə 8.27-ci bənddə “məktəb”
sözü “təhsil
müəssisələri” sözləri ilə, “tədris” sözü “təhsil” sözü ilə
əvəz edilmişdir.
[6]
21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»nin 9.7-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək»
sözləri çıxarılmışdır.
[7]
21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin
9.10-cu bənd çıxarılmışdır.
[8] 27
dekabr 2017-ci il tarixli 1764
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 28 dekabr 2017-ci il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 12, I kitab, maddə 2332) ilə “Azərbaycan
Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi haqqında Əsasnamə”nin 13-cü
hissəsinin birinci cümləsində “birinci müavini və” sözləri “bir birinci müavini və iki”
sözləri ilə əvəz edilmişdir.
[9]
21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»nin 14.2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
14.2. Komitənin aparatının
struktur bölmələrinin və strukturuna daxil olan
qurumların və tabeliyində olan digər qurumların
(hüquqi şəxslərin, təşkilatların və
sair) əsasnamələrini (nizamnamələrini) təsdiq
edir;
[10]
21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»nin 14.3-cü bənddə «Komitənin» sözündən sonra «aparatının,» sözü əlavə
edilmişdir.
4 dekabr 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 6 dekabr
2018-ci il, ¹ 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2537) ilə “Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə”nin 14.3-cü bəndinə “qurumlarının”
sözündən sonra “(“Azərbaycan
Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna
Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli
Fərmanı ilə müəyyən edilmiş hal istisna
olmaqla)” sözləri əlavə edilmişdir.
[11] 4 dekabr 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 6 dekabr
2018-ci il, ¹ 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2537) ilə “Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə”nin 14.4-cü bəndinə “tabeliyində”
sözündən əvvəl “Azərbaycan
Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna
Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli
Fərmanı ilə müəyyən edilmiş hal istisna
olmaqla,” sözləri əlavə edilmişdir.