“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
I. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9,
maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11,
maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8
maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2,
maddə 57, № 11, maddə 901; 2005-ci il, №4, maddə
277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il,
№ 12, maddə 1027; 2007-ci il, № 6, maddə 560, № 11,
maddələr 1053, 1091; 2008-ci il, № 2, maddə 49, № 6,
maddələr 453, 463; № 7, maddə 602)
aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
1. 66-cı maddəyə
aşağıdakı məzmunda III, IV, V və VI
hissələr əlavə edilsin:
“III. 5.40, 5.42, 5.44, 5.46 yol
nişanları müvafiq zonanın başladığı
yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın
qurtardığı yerdə quraşdırılır. 5.40,
5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən
bütün yollarda qüvvədə olur.
IV. Qəza dayanacağı yerləri
təcili rabitə telefonu və ya
yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 və 5.48.2
“Qəza dayanacağı yeri” yol nişanlarının
aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol
nişanları quraşdırılır.
V. 5.49.1, 5.49.2 və 5.49.3 yol
nişanları tunellərdə maksimum 50 metr bir-birindən
aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda
quraşdırılır və qəza çıxışlarının
istiqamətini və məsafəsini göstərir.
VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol
nişanları avtomagistraldan çıxış
yerlərinədək olan məsafəni göstərir.”.
2. 69-cu maddənin VI hissəsinin 10-cu
bəndində “3.28 nişanı” sözləri “3.28, 5.40
nişanları” sözləri ilə əvəz edilsin.
3. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununa 4 saylı əlavə
- “Yol nişanları”nın:
3.1. “I. Xəbərdarlıq
nişanları” qrupu üzrə:
3.1.1. 1.6 yol nişanı
çıxarılsın və 1.6.1-1.6.6 “Eyni əhəmiyyətli
yolların kəsişməsi” yol nişanları əlavə
edilsin;
3.1.2. 1.16 yol nişanı 1.16.1 yol
nişanı hesab edilsin və 1.16.2 “Çökmüş yol” və 1.16.3
“Qabarıq yol” yol nişanları əlavə edilsin;
3.1.3. 1.33 “Tıxac yaranmış
sahəyə yaxınlaşma barədə xəbərdarlıq”
yol nişanı əlavə edilsin;
3.2 “V. Məlumatverici-göstərici
nişanlar” qrupuna 5.40 “Durmaq qadağandır zonası”, 5.41
“Durmaq qadağandır zonasının qurtaracağı”, 5.42
“Müəyyən vaxtda durmaq qadağandır zonası”, 5.43
“Müəyyən vaxtda durmaq qadağandır zonasının
qurtaracağı”, 5.44 “Duracaq zonası”, 5.45 “Duracaq
zonasının qurtaracağı”, 5.46 “Maksimal sürətin
məhdudiyyəti zonası”, 5.47 “Maksimal sürətin
məhdudiyyəti zonasının qurtaracağı”, 5.48.1
və 5.48.2 “Qəza dayanacağı yeri”, 5.49.1, 5.49.2 və 5.49.3
“Qəza çıxışlarının istiqaməti və məsafəsi”,
5.50.1, 5.50.2 və 5.50.3 “Avtomagistraldan çıxış
yerinə qədər məsafə”, 5.51 “Yaşayış
zonası” və 5.52 “Yaşayış zonasının
qurtaracağı” yol nişanları əlavə edilsin;
3.3. “VI. Servis nişanları” qrupuna 6.17
“Təcili əlaqə telefonu” və 6.18
“Yanğınsöndürən” yol nişanları əlavə
edilsin.
II. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 fevral 2009-cu
il
№
769-IIIQD