Azərbaycan
Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
MƏCLİSİNİN QƏRARI
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Əliyeva Çimnaz Rizvan qızı Milli Məclisin Mədəniyyət
məsələləri daimi komissiyasının üzvlüyündən
azad edilib Sosial siyasət daimi komissiyasının üzvü və Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Hacıyev Asəf Hacı oğlu Milli Məclisin Büdcə
məsələləri daimi komissiyasının üzvlüyündən
azad edilib Elm və təhsil məsələləri daimi
komissiyasının üzvü seçilsinlər.
Azərbaycan
Respublikası Milli Məclisinin sədri
M. ƏLƏSGƏROV.
Bakı şəhəri, 7 fevral 1997-ci il.
№ 239-I QR.