İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
qaydalarının təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Fərdi əmək müqavilələri
(kontraktları) haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 420 nömrəli
Sərəncamına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında
“İşçilərin əmək kitabçasının
forması və onun tərtibi qaydaları” Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
hazırlanmış və əlaqədar təşkilatlarla
razılaşdırılmış Əsasnamə təsdiq
edilsin (əlavə 1).
2. Əmək kitabçasının və onun
içliyinin forması
təsdiq edilsin (əlavə 2, 3).
Azərbaycan Respublikasının Baş
naziri A.RƏSİZADƏ
Bakı
şəhəri, 26 dekabr 1996-cı il
¹ 186
|
|
İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
QAYDALARI[2]
1. Ümumi müddəalar [3]
1.1. Əmək kitabçası işçinin
əmək fəaliyyətini və əmək stajını
təsdiq edən əsas sənəddir.
1.2. Əmək kitabçası işə
götürən tərəfindən 5 gündən artıq
işləyən bütün işçilər
üçün əsas iş yerində açılır.
1.3. İşə qəbul olunan işçi
əmək kitabçasını və şəxsiyyətini
təsdiq edən sənədi
işəgötürənə təqdim etməlidir. İlk
dəfə əmək müqaviləsi bağlanarkən
əmək kitabçası tələb edilmir.
1.4. Məcburi köçkün və ya
qaçqın statusuna malik olan şəxslərlə,
əcnəbilərlə və
vətəndaşlığı olmayan
şəxslərlə (qanunvericilikdə başqa hal
nəzərdə tutulmayıbsa) əmək kitabçası
təqdim edilmədən əmək müqaviləsi
bağlana bilər.
1.5. Azərbaycan Respublikası vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, əmək
kitabçalarının hazırlanması, verilməsi,
doldurulması və saxlanması qaydası Azərbaycan
Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə
tənzimlənir.
1.6. Əmək kitabçası 10 sm x 14 sm
ölçüdə, üz qabığı yaşıl
rəngdədir. Əmək kitabçası 4
bölmədən ibarətdir. 1-ci bölmə üz
qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü
bölmə iş haqqında məlumat, 4-cü bölmə
isə pensiya təyin edilməsi haqqında məlumatdır.
2. Əmək kitabçalarının
hazırlanması və verilməsi
2.1. Əmək kitabçalarının
hazırlanması və
işəgötürənlərə verilməsi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən həyata
keçirilir.
2.2. Əmək kitabçalarının
hazırlanması ilə əlaqədar vəsaitin
ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir.
3. Əmək kitabçasının
doldurulması
3.1. Əmək kitabçasının və ona
əlavə edilən içliyin doldurulması
işəgötürən və ya qanunvericiliklə
müəyyən edilmiş hallarda Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumları
tərəfindən Azərbaycan Respublikasının
dövlət dilində (Azərbaycan dili) aparılır.[4]
3.2. İşəgötürənlər
tərəfindən əmək kitabçasında
aşağıdakı qeydlər aparılır:
İşçinin soyadı, adı, atasının
adı (işçinin soyadı, adı və atasının
adı ixtisar olunmadan yazılır), doğulduğu gün,
ay, il, təhsili (o cümlədən başa
çatdırılmamış tam orta, orta ixtisas və ali
təhsil), peşəsi, ixtisası təsdiqedici
sənədlərə əsasən aparılır.
İşçinin işə
götürülməsi, bir işdən başqa işə
keçirilməsi və işdən azad edilməsi
haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə
bu qeydləri aparmağa əsas verən əmək
müqaviləsinə, əmrə, sərəncama (tarixi
və nömrəsi göstərilməklə, uyğun
aparılır.
“İş haqqında məlumat” bölməsinin
3-cü qrafasında başlıq formasında
işəgötürənin tam adı yazılır. Bu
başlıq altında 1-ci qrafada daxil edilən
yazılışın sıra nömrəsi, 2-ci qrafada
isə işçinin qəbul edildiyi tarix göstərilir.
3-cü qrafada işin adı, peşəsi, yaxud
vəzifəsi, həmçinin vahid tarif cədvəli
üzrə əməyin ödənilməsi
dərəcəsi konkret göstərilməklə hansı
sexə, şöbəyə, bölməyə,
sahəyə, peşə və ya vəzifəyə təyin
edilməsi yazılır.
İşçinin qəbul edildiyi işin,
peşənin, yaxud vəzifənin adı haqqında qeyd
fəhlə peşələri və qulluqçu
vəzifələri üzrə ümumrespublika
təsnifatına və müvafiq sahələr üzrə
fəhlə peşələrinin və qulluqçu
vəzifələrinin vahid tarif ixtisas sorğu
kitabçalarına və digər müvafiq
sənədlərə əsasən aparılır.
İşəgötürən hüquqi şəxsin
adı dəyişdirildikdə, fəhlə və
qulluqçuya yeni dərəcə verildikdə, ştat
cədvəlində; vəzifələrdə, əmək
şəraitinin şərtlərində
dəyişikliklər aparıldıqda əmək
kitabçasında dəyişikliklər
işəgötürənin əmrinə
(sərəncamına) müvafiq aparılır.
Əmək kitabçasının birinci
səhifəsində işçi haqqında məlumatları
işçi şəxsi imzası ilə təsdiq edir.
Pensiya təyin olunması haqqında məlumatda
pensiyanın təyin olunması tarixi (gün, ay, il) və
təyin olunan pensiya növü göstərilməlidir.
3.2-1. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti tərəfindən
əmək kitabçasında aşağıdakı
qeydlər aparılır:
[5]
“İş
haqqında məlumat” bölməsinin 3-cü qrafasında
başlıq formasında Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin tam adı yazılır, 1-ci qrafada daxil edilən
yazılışın sıra nömrəsi, 2-ci qrafada
qüvvədə olan əmək müqaviləsi
bildirişinin qüvvədən düşmüş hesab
edilməsi tarixi (gün, ay, il) göstərilməklə,
4-cü qrafada isə bu qeydləri aparmağa əsas verən
müvafiq qərara (tarixi və nömrəsi
göstərilməklə) uyğun qeydlər aparılır.
3.2a Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin yerli qurumları tərəfindən əmək
kitabçasında aşağıdakı qeydlər
aparılır:[6]
“İş haqqında məlumat” bölməsinin
3-cü qrafasında başlıq formasında Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumunun tam adı
yazılır, 1-ci qrafada daxil edilən yazılışın
sıra nömrəsi, 2-ci qrafada isə Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumlarının və ya “DOST”
mərkəzlərinin göndərişi ilə aktiv məşğulluq
tədbirlərinə cəlb olunmuş şəxslər
üçün aktiv məşğulluq tədbirlərinin
başlanması və başa çatdırılması
tarixi (gün, ay, il) göstərilməklə, həmin qurumların təklifi ilə bir şəhər və (və ya)
rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi
vahidindən digərinə işə
göndərilənlər üçün göndərildiyi
tarix (gün, ay, il) göstərilməklə, işsizlikdən
sığorta ödənişi alanlar üçün isə
sığorta ödənişinin başlanması və
dayandırılması tarixi (gün, ay, il)
göstərilməklə, 4-cü qrafada isə bu qeydləri
aparmağa əsas verən müvafiq qərara (tarixi və
nömrəsi göstərilməklə) uyğun yazılar
aparılır.[7]
3-cü qrafada Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri
tərəfindən aktiv
məşğulluq tədbirlərinə cəlb olunmuş
şəxslər üçün aktiv məşğulluq
tədbirlərinin adı göstərilməklə, aktiv
məşğulluq tədbirləri barədə, həmin qurumun
təklifi ilə bir şəhər və (və ya) rayon
(şəhər rayonları istisna olmaqla) inzibati ərazi
vahidindən digərinə işə
göndərilənlər üçün göndərildiyi şəhərin və (və ya)
rayonun adı və iş yeri göstərilməklə
işə göndərilməsi barədə, işsizlikdən sığorta
ödənişi alanlar üçün isə -
sığorta ödənişinin təyin edilməsi və
ödənilməsinin dayandırılması
barədə yazılar aparılır.[8]
3.2.b. Xarici ölkədə işləmiş
Azərbaycan Respublikası vətəndaşının
əmək kitabçasında onun xarici ölkədəki
əmək fəaliyyəti ilə bağlı qeydlər
xarici işəgötürənlə bağladığı
əmək müqaviləsi və məcburi dövlət
sığortasının həyata keçirildiyini təsdiq
edən sənəd əsasında Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən aparılır
və təsdiq edilir.[9]
3.2.c. "Əvəzçilik üzrə əmək
fəaliyyəti haqqında əmək kitabçasında
qeydlər əvəzçilik üzrə əmək
müqaviləsinin surəti əsasında işçinin
arzusu ilə əsas iş yerində aparılır. [10]
3.3. Mükafatlandırmalar,
həvəsləndirmələr və əmək
intizamının pozulmasına görə işçiyə
verilmiş tənbehlər əmək kitabçasına yazılmır.
3.4. Əmək kitabçasında işə
qəbul, başqa daimi işə keçirmək, yaxud
işdən azad etmək haqqında bütün qeydlər
işəgötürən tərəfindən əmr
(sərəncam) verildikdən 5 gündən gec olmamaq
şərtilə, işdən azad etmək haqqında isə
işçinin işdən çıxarıldığı
gün edilir. Bütün qeydlər əmək
müqaviləsinin, əmrin (sərəncamın) məzmununa
uyğun olmalıdır. Gün və ay ikirəqəmli
ərəb rəqəmləri ilə yazılmalıdır.
Əmək kitabçasının birinci
səhifəsində işçinin özü haqqında
məlumatları işçi öz imzası ilə təsdiq
edir.
3.5. İşə qəbul, daimi başqa işə
keçirmək barəsində səhv və qeyri-dəqiq
yazılır aşkar edildikdə düzəliş
işəgötürən tərəfindən
aparılır. İş yerini dəyişdikdə belə
hallar aşkar olunarsa, yeni iş yerindəki
işəgötürən bu barədə işçiyə
lazımi köməklik göstərməlidir. 3.2a
bəndində müvafiq aparılmış yazılarda
səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə
düzəliş Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumları
tərəfindən aparılır.
3.6. Əmək kitabçasında və onun
əlavə içliyində “İş haqqında məlumat”
bölməsində qeydin dəyişdirilməsi zəruri
olduqda, onda müvafiq sıra nömrəsi və qeydin
yazılma tarixi göstərilməklə 3-cü qrafada
belə yazılır: “......” nömrəli qeyd
etibarsızdır”.
3.7. Əgər əmək kitabçasında
səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış
aparmış hüquqi şəxs ləğv
edilmişdirsə, düzəlişlər hüquqi varis
tərəfindən, hüquqi varis olmadığı hallarda
isə onun tabe olduğu yuxarı orqan tərəfindən
aparılır.
3.8. İşəgötürən
işçiyə, onun xahişi ilə əmək
kitabçasından iş fəaliyyəti haqqında
çıxarış verir.
3.9. Əmək müqaviləsinin, əmrin
(sərəncamın) itdiyi və saxlanmadığı
digər hallarda iş haqqında düzəliş başqa
təsdiqedici sənədlərə əsasən
aparılır.
Şahid ifadələri əsasında əmək
kitabçasında düzəlişlər edilməsinə
yol verilmir.
3.10. Əmək kitabçası oğurlandıqda,
yandıqda, itdikdə, yararsız hala salındıqda,
işçi işə yenidən bərpa edildikdə
qanunvericiliklə müəyyən edilən qaydada
işçinin xahişi ilə ona əmək
kitabçasının dublikatı verilməlidir.
3.11. Əmək kitabçası
işəgötürən və ya
işəgötürənin müəyyən etdiyi məsul
şəxs tərəfindən imzalanır. Əmək
kitabçası ilk dəfə hansı işverən
tərəfindən doldurulursa, onun da möhürü ilə
təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxs
işçinin əmək kitabçasında
aparılmış qeydləri imzası ilə təsdiq edir.
3.12. İşçinin soyadının, adının,
atasının adının əmək kitabçasında
dəyişdirilməsi son iş yerində
işəgötürən tərəfindən müvafiq
sənədlərə əsasən aparılır. Belə
halda hansı sənədlərə istinad edilməsi
göstərilməlidir. Dəyişikliklər əmək
kitabçasının birinci səhifəsində edilir.
Təhsil, peşə, ixtisas haqqında
dəyişikliklər də eyni qaydada aparılır.
3.13. Əmək müqaviləsinin
şərtlərində, ştat cədvəlində və
vəzifələrdə aparılan dəyişikliklər,
habelə fəhlə və qulluqçuya yeni
dərəcələrin verilməsi haqqında
dəyişikliklər işəgötürənin
əmrinə (sərəncamına) əsasən
aparılır.
4. İş haqqında
məlumatların daxil edilməsi
4.1. İşçinin əmək kitabçasında
işdən çıxmaq səbəbi qüvvədə olan
qanunvericiliyin müddəalarına uyğun
göstərilməlidir. İşəgötürənin
və ya onun müəyyən etdiyi məsul şəxsin
imzası və həmin müəssisənin,
təşkilatın, idarənin möhürü ilə, fiziki
şəxs olduqda isə tək imzası ilə təsdiq
edilir.
4.2. Pensiya təyin edilən zaman pensiya təyin
edən orqanları tərəfindən əmək
kitabçasının pensiya təyin edilməsi haqqında
məlumat bölməsində “Pensiya təyin edilmişdir”
ştampı vurulur.[11]
5. Əmək kitabçasına
əlavə içlik
5.1. Əmək kitabçasının müvafiq
bölmələrinin bütün səhifələri dolduqda
ona əmək kitabçasının son səhifəsində
“___” seriyalı “___” nömrəli içlik
açılmışdır”, qeydi aparılmaqla əlavə
içlik verilir. Əlavə içlik əmək
kitabçasının içərisinə tikilir və
əmək kitabçasının doldurulduğu qaydada
işçinin əsas iş yerində
işəgötürən tərəfindən aparılır.
5.2. Əmək kitabçasına verilən
əlavə içiliyin birinci (titul) səhifəsinin sağ
yuxarı küncündə “əmək kitabçasına
əlavə içlik” sözləri yazılır,
seriyası və nömrəsi göstərilir.
5.3. Əmək kitabçası olmadan əlavə
içlik etibarsızdır.
6. Əmək müqaviləsi xitam
edildikdə işçiyə əmək
kitabçasının verilməsi
6.1. İşdən çıxan
işçilərə əmək kitabçası fərdi
əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu
iş günü) verilir.
6.2. İşdən çıxan gün
işçinin işdə olmadığı hallarda
işəgötürən həmin gün, poçt
vasitəsilə ona bildiriş göndərir.
Əmək kitabçasının poçt
vasitəsilə göndərilməsinə yalnız
işdən çıxan işçinin
razılığı ilə yol verilir.
6.3. İşçi vəfat etdikdə əmək
kitabçası onun ailə üzvlərinə verilir və
yaxud onların tələbi ilə poçt vasitəsilə
göndərilir.
7. Əmək kitabçasının
dublikatı
7.1. Bu əsasnamənin 3.10 bəndinə əsasən
dublikat almaq hüququna malik olan işçi
axırıncı iş yeri üzrə
işəgötürənə əmək kitabçası
və ona əlavə içliyin verilməsi haqqında
müraciət etməlidir. İşəgötürən 15
gün ərzində bu müraciətə baxıb onu həll
etməlidir.
Əmək kitabçası itdikdə və ya
yararsız hala düşdükdə işçiyə
verilən yeni əmək kitabçasının işçi
haqqında məlumat səhifəsinin yuxarı sağ
tərəfində iri hərflərlə “Dublikat” sözü
yazılır.
7.2. Əmək kitabçası, yaxud əlavə
içliyin dublikatı ümumi qayda üzrə doldurulur.
7.3. Əmək kitabçasının və onun
əlavə içliyinin dublikatı verildiyi zaman həmin
vaxta qədər əmək stajına malik olan
işçilərin əmək stajı müvafiq
əmrə (sərəncama) əsasən
müəyyənləşdirilir və dublikatda qeyd olunur.
Keçmişdəki iş haqqında əmək
kitabçasında yuxarıda göstərilən məlumat
tam dərəcədə olmadığı hallarda,
əmək kitabçasının dublikatına yalnız
sənəddəki məlumat daxil edilir.
8. Əmək kitabçaları
üçün ödəmlər və onların
saxlanılması
8.1. Əmək kitabçası (əlavə
içlik) verilən zaman işçidən əmək
kitabçasına çəkilmiş xərclərin
dəyəri tutulur
Əmək kitabçası və ona əlavə
içlik işəgötürənin təqsiri
üzündən xarab olarsa, əmək
kitabçasının xərci işəgötürən
tərəfindən ödənilir.
8.2. İşdən çıxan zaman
müəyyən səbəblər üzündən
götürülməyən əmək kitabçaları
iki il müddətinə işdə olan işçilərin
əmək kitabçalarından ayrı
işəgötürəndə saxlanılır.
İşdən çıxmış
şəxslərin əmək kitabçaları,
əlavə içliklər alınmadıqda həmin
işəgötürənin arxivində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş müddətdə
müvəqqəti mühafizə olunur. Həmin müddət
başa çatdıqdan sonra arxiv fondu sənədləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may
tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Arxiv fondu sənədlərinin daimi dövlət
mühafizəsinə təhvil verilməsi qaydası”na
uyğun olaraq daimi dövlət mühafizəsinə
təhvil verilir.[12]
8.3. İşəgötürənlər lazım olan
miqdarda təmiz əmək kitabçaları və
əlavə içliklərin ehtiyatını
saxlamalıdırlar.
9. Əmək kitabçalarının
uçotu
9.1. Doldurulmuş və doldurulmamış əmək
kitabçalarının, əlavə içliklərin
uçotu aşağıdakı qaydada aparılır:
Əmək kitabçaları və əlavə
içliklər hərəkətinin uçotu kitabı
işə qəbul və işdən
çıxarılmasını rəsmiyyətə salan
şəxs tərəfindən aparılır.
Əmək kitabçaları, (əlavə
içliklər) mədaxil-məxaric və onların
hərəkətləri, uçotu kitablarında qeydə
alınır.
Mədaxil-məxaric kitabına əmək
kitabçalarının və əlavə içliklərin
sifarişi və alınması ilə əlaqədar
bütün əməliyyatlar yazılır (seriya və
nömrələr göstərilir). Kitab
işəgötürənlərin mühasibatı
tərəfindən aparılır.
Mədaxil-məxaric kitabı, əmək
kitabçaları və əlavə içliklərin
hərəkəti, uçot kitabı
nömrələnməli, qaytanlanmalı və
işəgötürənin imzası olmaqla
möhürlə təsdiq edilməlidir.
Əmək müqaviləsinin xitamı ilə
əlaqədar işdən çıxan işçiyə
əmək kitabçası qaytarıldıqda (verildikdə)
ona şəxsi vərəqəsində və əmək
kitabçalarının uçotu kitabında imza etdirilir.
9.2. Doldurulmamış əmək kitabçaları
və əlavə içliklər ciddi hesabat
sənədləri kimi işəgötürənlərin
mühasibatında saxlanılır. Əmək
kitabçalarının saxlanılması üçün
məsul olan şəxslər onları təhvil-təslim qaydası
ilə verir.
Əmək kitabçalarının uçotunun
aparılmasına məsuliyyət daşıyan şəxs
hər ay əmək kitabçalarının, (əlavə
içliklərin) vəziyyəti, əmək
kitabçalarına (əlavə içliklərə)
çəkilmiş xərclərin dəyərinə
görə alınmış məbləğlər
haqqında (kassaya mədaxil edilməklə)
işəgötürənə hesabat verir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
|
||
|
|
|
|
|||
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 30 avqust 1999-cu il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə
536)
2. 27 noyabr 2001-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
729)
3. 5 may 2005-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 5, maddə
450)
4. 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 9, maddə 819)
5. 20 noyabr 2008-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
1039)
6. 19 oktyabr 2009-cu il
tarixli 168 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə 857)
7. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə
264)
8. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 5, maddə
449)
9. 28 dekabr 2017-ci il tarixli 602 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
dekabr 2017-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, II kitab,
maddə 2547)
10. 14 mart
2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 17 mart 2019-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
531)
11. 9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 iyul 2019-cu il, ¹ 150, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1319)
12. 5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, ¹ 56,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
3, maddə 275)
13. 11 oktyabr 2022-ci il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı, 12 oktyabr
2022-ci il, “Xalq” qəzeti, 14 oktyabr 2022-ci il, ¹ 224, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 10, maddə 1216)
14. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr
2024-cü il, ¹ 206,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 9, maddə 1090)
15. 12 may 2025-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
13 may 2025-ci il, “Xalq” qəzeti, 17 may
2025-ci il, ¹ 101,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
5, maddə 506)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 12 may 2025-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
13 may 2025-ci il, “Xalq” qəzeti, 17 may
2025-ci il, ¹ 101,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
5, maddə 506) ilə ləğv edilmişdir.
[2] 30 avqust
1999-cu il tarixli 141
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə
536) ilə "Əmək kitabçalarının
tətbiqi qaydası haqqında" Əsasnaməyə
aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
qərarın adında, mətnində
və bir nömrəli əlavədə "Əmək
kitabçasının tətbiqi qaydası haqqında
Əsasnamə sözləri əvəzinə
"İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
qaydaları" sözləri yazılsın;
həmin qərarın ikinci bəndində
və iki nömrəli əlavənin adında
"nümunəsi" sözü əvəzinə
"forması" sözü yazılsın;
bir nömrəli əlavənin 3.2
bəndinin üçüncü abzasında "bu qeydlər
aparmağa əsas verən" sözlərindən sonra
"əmək müqaviləsinə" sözləri
əlavə edilsin;
bir nömrəli əlavənin 3.2.
bəndinin yeddinci abzasında "ştat
cədvəlində" sözlərindən sonra
"və" bağlayıcısıvergül durğu
işarəsi ilə əvəz edilsin,
"vəzifələrdə" sözündən sonra
"əmək şəraitinin şərtlərində"
sözləri əlavə edilsin;
yeddinci abzasdan sonra "Əmək
kitabçasının birinci səhifəsində
işçi haqqında məlumatları işçi
şəxsi imzası ilə təsdiq edir" yeni abzası
əlavə edilsin;
bir nömrəli əlavənin 3.4.
bəndinin 1-ci cümləsində "yaxud işdən azad
etmək" sözləri çıxarılsın;
bir nömrəli əlavənin 3.4.
bəndinin 2-ci cümləsində "bütün
qeydlər" sözlərindən sonra "əmək
müqaviləsinin" sözləri əlavə edilsin;
bir nömrəli əlavənin 3.4.
bəndinin 2-ci abzası çıxarılsın;
bir nömrəli əlavənin 3.9
bəndinin 1-ci abzasında "əmrin (sərəncamının)"
sözlərindən əvvəl "Əmək
müqaviləsinin" sözləri əlavə edilsin;
bir nömrəli əlavənin 3.11
bəndinin 1-ci cümləsi aşağıdakı redaksiyada
verilsin: "Əmək kitabçası
işəgötürən və ya işəgötürənin
müəyyən etdiyi məsul şəxs
tərəfindən imzalanır";
bir nömrənin əlavənin 3.11
bəndinin sonuna aşağıdakı cümlə
əlavə edilsin: "Hüquqi şəxs yaratmadan,
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxs işçinin əmək
kitabçasında aparılmış qeydləri imzası
ilə təsdiq edir";
bir nömrəli əlavənin 3.12
bəndinin 1-ci mümləsində
"tərəfindən" sözündən sonra
"müvafiq" sözü əlavə edilsin;
bir nömrəli əlavənin 3.13-cü
bəndində "Ştat cədvəlində"
sözlərindən əvvəl "Əmək
müqaviləsinin şərtlərində," sözləri
əlavə edilsin;
bir nömrəli əlavənin 4.1-ci
bəndinə aşağıdakı cümlə əlavə
edilsin: "İşəgöürənin və ya onun
müəyyən etdiyi məsul şəxsin imzası və
həmin müəssisənin, təşkilatın, idarənin
möhürü ilə, fiziki şəxs olduqda isə tək
imzası ilə təsdiq edilir";
bir nömrəli əlavənin 5.1
bəndində "səhifələri dolduqda ona"
sözlərindən sonra "əmək
kitabçasının son səhifəsində " "
seriyalı " " nömrəli içlik
açılmışdır" və "qeydi
aparılmaqla" sözləri əlavə edilsin.
[3] 27 noyabr
2001-ci il tarixli 189
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
729) ilə «İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
qaydaları»na aşağıdakı əlavələr
edilsin:
a) 3.1-ci
bəndində «işəgötürən»
sözündən sonra «və ya qanunvericiliklə
müəyyən edilmiş hallarda Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Baş Məşğulluq İdarəsinin yerli orqanları»
sözləri əlavə edilsin;
b)
aşağıdakı redaksiyada yeni 3.2a bəndi əlavə
edilsin:
«3.2a
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Baş Məşğulluq
İdarəsinin yerli orqanları tərəfindən
əmək kitabçasında aşağıdakı
qeydlər aparılır:
«İş
haqqında məlumat» bölməsinin 3-cü qrafasında
başlıq formasında Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Baş Məşğulluq İdarəsinin yerli
orqanının tam adı yazılır, 1-ci qrafada daxil
edilən yazılışın sıra nömrəsi, 2-ci
qrafada isə Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş
Məşğulluq İdarəsinin yerli orqanlarının
göndərişi ilə təqaüd almaqla peşə
hazırlığı, yenidən hazırlıq
keçənlər və ixtisasını artıranlar
üçün təhsilin başlanması və başa
çatdırılması tarixi (gün, ay, il)
göstərilməklə, işsizlik müavinətləri
alanlar üçün isə işsizlik müavinətinin
ödənilməsinin başlanması, dayandırılması
və başa çatdırılması tarixi (gün, ay, il)
göstərilməklə, 4-cü qrafada isə bu qeydləri
aparmağa əsas verən müvafiq qərara (tarixi və
nömrəsi göstərilməklə) uyğun yazılar
aparılır.
3-cü
qrafada Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq
İdarəsinin yerli orqanları tərəfindən
peşə hazırlığına, yenidən
hazırlığa və ixtisasını artırmağa
göndərilənlər üçün təlim
keçdiyi peşənin adı göstərilməklə
peşə hazırlığı, yenidən hazırlıq
keçmək və ixtisasını artırmaq barədə,
işsizlik müavinəti alanlar üçün
isə—müavinətin təyin edilməsi,
ödənilməsinin dayandırılması və başa
çatması barədə yazılar aparılır.».
ñ) 3.5-ci
bəndinə aşağıdakı redaksiyada yeni
cümlə əlavə edilsin:
«3.2a
bəndində müvafiq aparılmış yazılarda
səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə
düzəliş Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş
Məşğulluq İdarəsinin yerli orqanları
tərəfindən aparılır.».
[4] 10 may 2011-ci il tarixli 76
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 5, maddə
449) ilə təsdiq edilmiş
"İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
Qaydaları"nın 3.1-ci bəndində, 3.2a bəndinin
birinci abzasında, ikinci abzasında hər iki halda,
üçüncü abzasında və 3.5-ci bəndində
"Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Baş Məşğulluq İdarəsinin"
sözləri "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Xidmətinin" sözləri ilə
əvəz edilmişdir.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 mart
2021-ci il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 3, maddə 275) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”nın 3.1-ci bəndində və 3.5-ci
bəndin üçüncü cümləsində “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidmətinin yerli
orqanları” sözləri “Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumları”
sözləri ilə əvəz edilmişdir.
11 oktyabr 2022-ci il tarixli 389
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı, 12 oktyabr
2022-ci il, “Xalq” qəzeti, 14 oktyabr 2022-ci il, ¹ 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 10, maddə 1216) ilə
“İşçilərin
əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci
bəndinə “hallarda” sözündən sonra “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və” sözləri
əlavə edilmişdir.
[5] 11 oktyabr 2022-ci il tarixli 389
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı, 12 oktyabr
2022-ci il, “Xalq” qəzeti, 14 oktyabr 2022-ci il, ¹ 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 10, maddə 1216) ilə
“İşçilərin
əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir.
[6] 5 may 2005-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹ 5, maddə 450) ilə "İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi qaydaları"na yeni əlavələr
edilmişdir.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 mart
2021-ci il, ¹ 56, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə
275) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”nda 3.2a bəndin birinci abzasında “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidmətinin yerli
orqanları” sözləri “Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumları”
sözləri ilə əvəz edilmişdir.
[7] 28 dekabr 2017-ci il tarixli 602 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
dekabr 2017-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, II kitab,
maddə 2547) ilə “İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
Qaydaları”nın 3.2a bəndinin ikinci abzasda “işsizlik müavinətləri alanlar üçün
isə işsizlik müavinətinin ödənilməsinin
başlanması, dayandırılması və başa
çatdırılması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar
üçün isə sığorta ödənişinin
başlanması və dayandırılması”
sözləri ilə əvəz edilmişdir.
14 mart
2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 17 mart 2019-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
531) ilə İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”nın 3.2a bəndində ikinci abzasda “təqaüd almaqla peşə
hazırlığı, əlavə təhsilalanlar
üçün təhsilin” sözləri “aktiv məşğulluq
tədbirlərinə cəlb olunmuş şəxslər
üçün aktiv məşğulluq tədbirlərinin”
sözləri ilə, “göndərişi
ilə bir yaşayış məntəqəsindən
digərinə köçməklə işə”
sözləri “təklifi ilə
bir şəhər və (və ya) rayon (şəhər
rayonları istisna olmaqla) inzibati ərazi vahidindən
digərinə işə” sözləri ilə əvəz
edilmişdir.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 mart
2021-ci il, ¹ 56, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 275)
ilə “İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
Qaydaları”nda 3.2a bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidmətinin yerli
orqanının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumunun” sözləri
ilə, “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Xidmətinin yerli orqanlarının”
sözləri “Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumlarının”
sözləri ilə və “orqanların”
sözü “qurumların”
sözü ilə əvəz edilmişdir.
[8] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 3, maddə 264) ilə təsdiq edilmiş
«İşçilərin əmək kitabçasının
forması və onun tərtibi Qaydaları»nın 3.2-ci
bəndinin ikinci abzasında «orta»
sözü «tam orta, orta ixtisas»
sözləri ilə, 3.2a-ci bəndinin ikinci abzasında
«yenidən hazırlıq keçənlər və
ixtisasını artıranlar» sözləri «əlavə
təhsilalanlar» sözləri ilə, üçüncü
abzasında «yenidən
hazırlığa və ixtisasını artırmağa»
sözləri «əlavə
təhsilə» sözləri ilə, «yenidən hazırlıq keçmək və
ixtisasını artırmaq» sözləri «əlavə təhsili» sözləri ilə
əvəz edil
28 dekabr 2017-ci il tarixli 602 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
dekabr 2017-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, II kitab,
maddə 2547) ilə “İşçilərin əmək
kitabçasının forması və onun tərtibi
Qaydaları”nın 3.2a bəndinin üçüncü abzasda
“işsizlik müavinəti
alanlar üçün isə - müavinətin təyin
edilməsi, ödənilməsinin dayandırılması
və başa çatması” sözləri “işsizlikdən sığorta
ödənişi alanlar üçün isə -
sığorta ödənişinin təyin edilməsi və
ödənilməsinin dayandırılması”
sözləri ilə əvəz edilmişdir.
14 mart
2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
17 mart 2019-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
531) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”nın 3.2a bəndinin
üçüncü abzasında “peşə hazırlığına, əlavə
təhsilə göndərilənlər üçün
təlim keçdiyi peşənin adı
göstərilməklə peşə hazırlığı,
əlavə təhsili barədə, həmin orqanlar
tərəfindən bir yaşayış
məntəqəsindən digərinə
köçməklə işə” sözləri “aktiv məşğulluq
tədbirlərinə cəlb olunmuş şəxslər
üçün aktiv məşğulluq tədbirlərinin adı
göstərilməklə, aktiv məşğulluq
tədbirləri barədə, həmin orqanın təklifi
ilə bir şəhər və (və ya) rayon
(şəhər rayonları istisna olmaqla) inzibati ərazi
vahidindən digərinə işə” sözləri
ilə, “yaşayış
məntəqəsinin” sözləri “şəhərin və (və ya) rayonun” sözləri
ilə əvəz edilmişdir.
9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 iyul
2019-cu il, ¹ 150, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1319) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”nın 3.2a bəndinin ikinci və
üçüncü abzaslarına ismin müvafiq
hallarında “yerli orqanları”
sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri”
sözləri əlavə edilmişdir.
5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 mart
2021-ci il, ¹ 56, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə
275) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”nda 3.2a bəndin üçüncü
abzasında “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Xidmətinin yerli orqanları”
sözləri “Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin yerli qurumları”
sözləri ilə və “orqanın”
sözü “qurumun”
sözü ilə əvəz edilmişdir.
[9] 20 noyabr 2008-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 11, maddə 1039) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi Qaydaları”na yeni məzmunda 3.2.b. bəndi
əlavə edilmişdir.
[10] 19 oktyabr 2009-cu il
tarixli 168 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə 857) ilə təsdiq edilmiş
"İşçilərin əmək
kitabçasının forması və onun tərtibi Qaydaları"na
3.2.c. bəndi əlavə edilmişdir.
[11] 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 819) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi qaydaları”nın 4.2-ci bəndində “rayon (şəhər) Əhalinin
Sosial Müdafiəsi Mərkəzləri” sözləri “pensiya təyin edən
orqanları” sözləri ilə əvəz edilmişdir.
[12] 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 sentyabr
2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr
2024-cü il, ¹ 206,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 9, maddə 1090) ilə “İşçilərin
əmək kitabçasının forması və onun
tərtibi qaydaları”nın 8.2-ci bəndinin ikinci
abzasının birinci cümləsində “50 il müddətində saxlanılır”
sözləri “Milli arxiv fondu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş müddətdə
müvəqqəti mühafizə olunur” sözləri
ilə əvəz edilmişdir və ikinci cümlə yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Göstərilən müddət (50 il)
keçdikdən sonra qanunla nəzərdə tutulan qaydada
məhv edilməsi üçün ayrılır.
[13] 29
mart 2010-cu il tarixli 53
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə
264) ilə təsdiq edilmiş əlavə
2-«Əmək kitabçasının forması»nın «II Titul
vərəqi» bölməsinin yeddinci abzasında «natamam orta, orta, orta ixtisas»
sözləri «başa
çatdırılmamış ümumi təhsil, tam orta, orta
ixtisas» sözləri ilə əvəz edilmişdir.