2009-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında

 

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2009-cu ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 20, 21 sentyabr Ramazan bayramı, 27, 28 noyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 11 dekabr 2008-ci il

№ 274