Müharibə
və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə
əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün təsis edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə
olmaqla və ya döyüş əməliyyatları aparılan
ölkələrdə beynəlmiləl borcu yerinə
yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini
(xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar
hadisələri ilə əlaqədar sağlamlıqlarını
itirərək əlilliyi
müəyyən edilmiş şəxslərin mərdlik və
şücaətlərini qeyd edərək onların sosial müdafiəsini
gücləndirmək və onlara dövlət qayğısını artırmaq
məqsədi ilə qərara alıram: [2]
1. “Müharibə
və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə
əlaqədar əlilliyi olan şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin
və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin:[3]
1.1. orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;[4]
1.2. orqanizmin
funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;[5]
1.3. orqanizmin
funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400
(dörd yüz) manat.[6]
2. Müəyyən edilsin ki: [7]
2.1. bu Fərmanın 1-ci hissəsi ilə
təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü
dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən
ödənilir;[8]
2.2. bu Fərmanın 1-ci
hissəsi ilə müəyyən edilən Azərbaycan
Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha
yüksəyi verilir.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2008-ci il
№ 823
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 avqust 2013-cü
il tarixli 952 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08,
maddə 895)
2.
17 mart 2014-cü il tarixli 129 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 3, maddə 249)
3.
19 yanvar 2016-cı il tarixli 746 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-cı il, № 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 68)
4.
15 may 2018-ci il tarixli 69 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№ 5, maddə 937)
5.
15 aprel 2019-cu il tarixli 639 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 639)
6.
30 dekabr 2020-ci il tarixli 1230 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492)
7.
18 avqust 2021-ci il tarixli 1430 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 20 avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 922)
8.
13 yanvar 2023-cü il tarixli 1968 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il,
“Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1,
maddə 56)
9.
12 iyun 2025-ci il tarixli 410 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2025-ci il, “Xalq”
qəzeti, 13 iyun 2025-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, № 6, maddə 548)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 aprel 2019-cu il tarixli 639
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel
2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, №4, maddə 639)
ilə adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20
Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan
şəxslərə” sözləri ilə əvəz edilmişdir.
[2] 15 aprel 2019-cu il tarixli 639
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16
aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №4, maddə 639)
ilə preambulada “yetirərkən”
sözündən sonra “, habelə
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”
sözləri əlavə edilmişdir və “əlil olan” sözləri “əlilliyi
müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.
[3] 28 avqust 2013-cü
il tarixli 952 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08,
maddə 895) ilə 1-ci
hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
I qrup müharibə
əlillərinə – 90 manat
II qrup müharibə
əlillərinə – 70 manat
III
qrup müharibə əlillərinə – 50 manat.
17 mart 2014-cü il tarixli 129
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 249) ilə 1-ci
hissəsinin birinci-üçüncü bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
I qrup müharibə əlillərinə -
110 manat
II qrup müharibə əlillərinə -
85 manat
III qrup müharibə
əlillərinə - 60 manat
19 yanvar 2016-cı il tarixli 746 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-cı il, № 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01,
maddə 68) ilə 1-ci hissəsinin birinci-üçüncü
bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
I qrup müharibə əlillərinə -
150 manat
II qrup müharibə əlillərinə -
130 manat
III qrup müharibə
əlillərinə - 100 manat.
15 may 2018-ci il tarixli 69
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 937) ilə
1.1-1.3-cü bəndləri yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.1. I qrup
əlillərə – 165 manat
1.2. II qrup
əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat.
15 aprel 2019-cu il tarixli 639
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel
2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, №4, maddə 639)
ilə 1.1-1.3-cü bəndləri yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.1. I qrup əlillərə -
182 manat;
1.2 II qrup əlillərə -
158 manat;
1.3. III qrup əlillərə -
121 manat.
[4] 30 dekabr 2020-ci il tarixli 1230
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6
yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 1.1-ci bənddə “250” rəqəmləri “400”
rəqəmləri ilə əvəz edilmişdir.
18 avqust 2021-ci il tarixli 1430
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20
avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə
1.1-ci bənddə “I
dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100
faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.
13 yanvar 2023-cü il tarixli 1968
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il,
“Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56) ilə 1.1-ci bənddə “400” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilmişdir.
12 iyun 2025-ci il tarixli 410
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 iyun 2025-ci il, “Xalq” qəzeti, 13 iyun
2025-ci il, № 120,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6,
maddə 548) ilə 1.1-ci
bənddə “500 (beş yüz)”
sözləri “600 (altı yüz)”
sözləri ilə əvəz edilmişdir.
[5] 30 dekabr 2020-ci il tarixli 1230
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6
yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 1.2-ci bənddə “230” rəqəmləri “350”
rəqəmləri ilə əvəz edilmişdir.
18 avqust 2021-ci il tarixli 1430
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20
avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə
“II
dərəcə əlilliyi olan” sözləri “orqanizmin
funksiyalarının 61-80 faiz pozulmasına görə
əlilliyi müəyyən
edilmiş” sözləri ilə əvəz edilmişdir.
13 yanvar 2023-cü il tarixli 1968
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il,
“Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56) ilə 1.2-ci bənddə “350” rəqəmləri “400 (dörd yüz)” sözləri ilə əvəz edilmişdir.
12 iyun 2025-ci il tarixli 410
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 iyun 2025-ci il, “Xalq” qəzeti, 13 iyun
2025-ci il, № 120,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6,
maddə 548) ilə 1.2-ci
bənddə “400 (dörd yüz)”
sözləri “500 (beş yüz)”
sözləri ilə əvəz edilmişdir.
[6] 30 dekabr 2020-ci il tarixli 1230
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6
yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 1.3-cü bənddə “210” rəqəmləri “300”
rəqəmləri ilə əvəz edilmişdir.
18 avqust 2021-ci il tarixli 1430
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20
avqust 2021-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 8, maddə 922) ilə “III dərəcə əlilliyi
olan” sözləri
“orqanizmin
funksiyalarının 31-60 faiz pozulmasına görə
əlilliyi müəyyən
edilmiş” sözləri ilə əvəz edilmişdir.
13 yanvar 2023-cü il tarixli 1968
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 yanvar 2023-cü il,
“Xalq” qəzeti, 14 yanvar 2023-cü il, № 8, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 56) ilə 1.3-cü bənddə “300” rəqəmləri “330 (üç yüz otuz)” sözləri
ilə əvəz edilmişdir.
12 iyun 2025-ci il tarixli 410
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 12 iyun 2025-ci il, “Xalq” qəzeti, 13 iyun
2025-ci il, № 120,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6,
maddə 548) ilə 1.3-cü
bənddə “330 (üç yüz otuz)”
sözləri “400 (dörd yüz)”
sözləri ilə əvəz edilmişdir.
[7] 15 aprel 2019-cu il tarixli 639
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16
aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №4, maddə 639)
ilə 2-ci hissə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi
ilə təsis edilən təqaüd dövlət büdcəsində
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş
xərclər hesabına həmin nazirlik tərəfindən
ödənilir.
[8] 30 dekabr 2020-ci il tarixli 1230
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6
yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1492) ilə 2.1-ci bəndə “təsis
edilən” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin” sözləri
əlavə edilmişdir və həmin bənddə “ödəyir” sözü “tərəfindən ödənilir” sözləri ilə
əvəz edilmişdir.