“Hərbi qulluqçuların statusu
haqqında” Azərbaycan Respublikasının Qanununa,
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886
saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul
xidmətləri nizamnaməsi”nə və Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nə
dəyişikliklər və əlavələr edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. “Hərbi qulluqçuların
statusu haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci
il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan
Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il,
№ 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16;
1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il,
№ 6, maddə 362, 363, № 11, maddə 694, № 12,
maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3,
maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə
507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, №
12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, №11,
maddə 933; 2007-ci il, №6, maddə 560, №8, maddə 756,
№11, maddələr 1053, 1078; 2008-ci il, №3, maddə 156)
aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. 27-ci maddənin birinci
hissəsi aşağıdakı redaksiyada verilsin:
“Hərbi qulluqçuların
hərbi xidmət (toplanışlar) dövründə həlak
olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya)
alması, səhhətinin (sağlamlığının)
pozulması (xəstəliklə əlaqədar
sağlamlığına ziyan dəydikdə), habelə
hərbi xidmət vəzifələrini yerinə yetirməsi
ilə bağlı bədbəxt hadisələrin
nəticələrinin ehtimalına qarşı hərbi
qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət
tərəfindən icbari şəxsi sığorta edilirlər.”;
2. 27-ci maddənin üçüncü
hissəsi çıxarılsın;
3. 28-ci maddənin adında
və mətnində “həlak olmuş” sözlərindən sonra
mötərizədə “ölmüş” sözü, “həlak olduğu”
sözlərindən sonra isə mötərizədə “öldüyü” sözü
əlavə edilsin.
II. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci
il, № 22 (əlavə), maddə 347; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133, № 5,
maddə 312; 2007-ci il, № 8, maddə 756, № 11, maddə
1078) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Qarnizon və qarovul
xidmətləri nizamnaməsi”nə aşağıdakı
dəyişikliklər və əlavə edilsin:
1. 39-cu maddənin ikinci
hissəsinin iyirminci abzasında “yaralanmasına və
ölməsinə” sözləri “xəsarət (yaralanma, travma,
kontuziya) almasına və ya həlak olmasına
(ölməsinə)” sözləri ilə əvəz edilsin;
2. 158-ci və 166-cı
maddələrdə “(ağır yaralandıqda) və ya
həlak olduqda” sözləri “, ağır xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda
(öldükdə)” sözləri ilə əvəz edilsin;
3. 168-ci maddənin ikinci
hissəsində “həlak olduqda” sözlərindən sonra
mötərizədə “öldükdə” sözü əlavə edilsin;
4. 178-ci maddədə
“(yaralandıqda)” sözü “, xəsarət (yaralanma, travma, kontuziya)
aldıqda” sözləri ilə əvəz edilsin.
III. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci
il, № 22, maddə 364; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 312, № 6,
maddə 415; 2007-ci il, № 8, maddə 756) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 4-cü
maddəsinin dördüncü abzasında “yara, kontuziya” sözləri
“xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə
əvəz edilsin.
IV. Bu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
İlham
Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4
iyul 2008-ci il
№
668-IIIQD