Avtomobil nəqliyyatı haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının ərazisində
avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının
hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir,
bu sahədə dövlət orqanları (qurumları),
daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və
yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan
münasibətləri tənzimləyir.[1]
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1.
Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakılardır:
1.0.1. avtonəqliyyat
vasitəsi – sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil
yolları ilə daşınması üçün nəzərdə tutulmuş
mühərriklə hərəkətə gətirilən
nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat
vasitəsindən ibarət);
1.0.1-1. avtonom nəqliyyat vasitəsi – avtomatlaşdırılmış
idarəetmə sistemi vasitəsilə hərəkət
edə bilən və aşağıdakı meyarlara cavab verən mülki
təyinatlı nəqliyyat vasitəsidir: [2]
1.0.1-1.1. insan tərəfindən birbaşa
və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü
hərəkət edə bilən;
1.0.1-1.2. yol hərəkətinin
təhlükəsizliyi pozulduqda özü-özünü təhlükəsiz
hərəkət rejiminə gətirə bilən;
1.0.1-1.3. avtomatlaşdırılmış idarəetmə
sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə
sistemi yalnız “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 46-3-cü maddəsinin II hissəsində
nəzərdə tutulmuş ərazidə bütün sürüş funksiyalarını
və ətraf mühitin monitorinqini tam həyata keçirə
bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə
müstəqil şəkildə keçirə bilmə imkanına malik olma)
və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə
sistemi istənilən ərazidə bütün sürüş funksiyalarını
və ətraf mühitin monitorinqini tam həyata keçirə
bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə
müstəqil şəkildə keçirə bilmə imkanına malik olma)
səviyyələrində olan;
1.0.1-1.4. “Avtonom nəqliyyat
vasitəsi” tanınma nişanı ilə təchiz edilən;
1.0.2. avtomobil
nəqliyyatı – avtonəqliyyat vasitələrindən və
avtomobil nəqliyyatının infrastruktur
obyektlərindən istifadə edilməklə, sərnişin
və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü;[3]
1.0.3. avtomobil
nəqliyyatı ilə daşımaların təşkilatçısı – özünün və ya
sifarişçinin adından sərnişinlərin və ya yüklərin
daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların
təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi
və ya fiziki şəxs;
1.0.4. avtomobil
nəqliyyatı ilə kommersiya məqsədli daşımalar – sərnişin
və ya yük daşınması müqaviləsi yaxud digər qanuni
əsaslarla, daşınma haqqı ödənilməklə yerinə
yetirilən daşımalar;
1.0.5. avtomobil
nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar –
hüquqi şəxslər və fərdi sahibkarlar
tərəfindən sərəncamlarında olan avtonəqliyyat
vasitələri ilə işçilərinin və ya yüklərinin
daşınması məqsədilə və öz hesabına yerinə
yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan
avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin
və ya fərdi sahibkarların işçiləri tərəfindən
idarə olunmalıdır;
1.0.6. avtomobil
nəqliyyatının infrastruktur
obyektləri – avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşımaları üçün istifadə olunan avtomobil yolları,
avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil nəqliyyatı parkları,
avtomobil duracaqları, terminallar və digər qurğular, habelə
avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən
texniki-təmir sahələri və texniki-təmir stansiyaları,
yanacaqdoldurma məntəqələri;[4]
1.0.7. avtobus – sürücünün
oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan,
sərnişin daşımaları üçün nəzərdə tutulmuş
avtonəqliyyat vasitəsi;
1.0.8. baqaj – daşınmaq
üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat
vasitəsilə göndərilən və ya səfər boyu
müşayiət edilən, qabariti, çəkisi və
xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük;
1.0.8-1. ərizəçi – bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan icazənin alınması üçün müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edən, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;[5]
1.0.9. daşıyıcı – daşınma müqaviləsi (haqq
müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun
müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində
nəzərdə tutulmuş sərnişin və yük daşımalarını
yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə
nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;[6]
1.0.9-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra -
operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq
sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz,
maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi
ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq
səviyyəsinə dair tələblərə cavab verən,
müvafiq icazəsi olan
hüquqi və ya fiziki şəxs;[7]
1.0.9-2. operatorun məsul şəxsi – operatorun nəqliyyat
fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə
əsasında idarə edən, eləcə də peşəkarlıq
səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs;
1.0.10. əl yükü –
sərnişinə məxsus və öz xüsusiyyətlərinə,
ölçülərinə, çəkisinə görə sərnişin
avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə
verilən əşyalar;
1.0.11. gediş sənədi
(bilet) – sərnişinin avtobusda gediş hüququnu, sərnişin və
daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən
və müəyyən edilmiş formada rəsmiləşdirilən
sənəd;
1.0.11-1. ödəniş aləti – şəhərdaxili (rayondaxili)
müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda
gediş haqqının elektron qaydada ödənilməsi üçün
nəzərdə tutulmuş vasitə;[8]
1.0.12. sərnişin
avtonəqliyyat vasitəsi – konstruksiyasına və təchiz
edilmiş avadanlığına görə insanların və baqajın daşınması üçün
nəzərdə tutulmuş nəqliyyat vasitəsi;
1.0.13. sərnişin –
avtonəqliyyat vasitəsində gediş hüququ verən
sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan
fiziki şəxs;
1.0.14. sərnişin
daşınması – sərnişinlərin avtonəqliyyat vasitəsilə
yoladüşmə məntəqəsindən təyinat
məntəqəsinə çatdırılması;
1.0.15. sifariş –
avtomobil nəqliyyatı ilə sərnişin və ya yük daşımalarının
sifarişçisi ilə daşıyıcı arasında münasibətləri
tənzimləyən müqavilə;
1.0.16. sifarişçi –
sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi
barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun
tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi
şəxs, habelə sərnişin və ya yük daşımaları barədə
daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs;
1.0.17. sürücü –
avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar
prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda
daşıyıcını təmsil edən şəxs;
1.0.17-1. taksometr – taksi minik avtomobilinin qət etdiyi
məsafənin və boşdayanmanın müddətinin uçotunun
aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu
barədə sərnişinin məlumatlandırılmasını təmin
edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal
yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatı;[9]
1.0.18. taksi minik avtomobili
– xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş,
sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan
çox olmayan avtonəqliyyat vasitəsi;
1.0.19. ümumi
istifadədə olan avtomobil nəqliyyatı –
tənzimlənən və ya elan edilmiş tariflər tətbiq
edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər
üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti
əsasında yerinə yetirilən sərnişin və yük daşımalarında
istifadə olunan nəqliyyat vasitəsi;
1.0.20. yük – avtomobil
daşıyıcısı tərəfindən təyinat
məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş
əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;
1.0.21. yük avtonəqliyyat
vasitəsi – konstruksiyasına və təchiz edilmiş avadanlığına
görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat
vasitəsi;
1.0.22. yükgöndərən
– adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi
və ya fiziki şəxs;
1.0.23. yükalan –
avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və
ya digər müvafiq sənədlərə əsasən yükü almaq
səlahiyyəti olan hüquqi və ya fiziki şəxs;
1.0.24. analoq taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, avtonəqliyyat
vasitəsinin hərəkətinə, o cümlədən qət
edilmiş məsafəyə, hərəkətin sürətinə,
habelə sürücülərin iş və istirahət dövrlərinə
dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq
məqsədilə həmin avtonəqliyyat vasitəsində
quraşdırılan elektromexaniki nəzarət cihazı;[10]
1.0.25. rəqəmsal
taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat
vasitəsinin hərəkətinə, o cümlədən qət
edilmiş məsafəyə, hərəkətin sürətinə,
habelə sürücülərin iş və istirahət dövrlərinə
dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq
məqsədilə həmin avtonəqliyyat vasitəsində
quraşdırılan elektron nəzarət cihazı;
1.0.26. rəqəmsal
taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə
dair məlumatların, habelə rəqəmsal taxoqrafla
işləmək üçün tələb olunan digər məlumatların
saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;
1.0.27. sürücünün
taxoqraf kartı – avtonəqliyyat vasitəsini idarə
edərkən sürücünün iş və istirahət dövrlərinə dair
müvafiq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin
eyniləşdirilməsi üçün istifadə edilən rəqəmsal
kart;
1.0.28. operatorun
taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə
dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün
istifadə edilən operatora məxsus rəqəmsal kart;
1.0.29. emalatxana
taxoqraf kartı – rəqəmsal taxoqrafların quraşdırılması,
yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi,
kalibrlənməsi və onlara texniki xidmətin
göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan
məlumatların yüklənilməsi üçün istifadə edilən
rəqəmsal kart;
1.0.30. nəzarətçi
taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə
dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün
istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus
rəqəmsal kart;
1.0.31. formulyar
– qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər
barədə məlumatı əks etdirən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada
doldurulan sənəd;
1.0.32. bilet-uçot
vərəqi – şəhərlərarası (rayonlararası)
müntəzəm sərnişin daşımalarında satılmış biletlərin
uçotunun aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada
doldurulan sənəd;
1.0.33. taksi
sifarişi xidməti – telekommunikasiya vasitələrindən
istifadə etməklə, taksi minik avtomobili sifariş etmək
istəyən şəxsdən sifarişi qəbul edib həmin
daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə
bağlı ödənişli xidmət;
1.0.34. taksi
sifarişi operatoru – taksi minik avtomobilləri ilə sərnişin
daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi
xidməti göstərən hüquqi şəxs və ya fərdi
sahibkar;
1.0.35. buraxılış
vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq,
hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin
və ya yük daşımaları sahəsində fəaliyyət
göstərməsi üçün verilən icazə;
1.0.36. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi
şəxslər və ya fərdi sahibkarların mülkiyyət,
icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat
vasitələrinə verilən, icazənin əlavəsi olan
kart.[11]
Maddə 2.
Avtomobil nəqliyyatı haqqında qanunvericilik
2.1. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından,
Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Nəqliyyat haqqında”
Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, habelə həmin
sahəni tənzimləyən digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Avtomobil nəqliyyatı
sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin
göstərilməsi ilə bağlı münasibətlər Azərbaycan
Respublikası Mülki Məcəlləsinin, “Nəqliyyat
haqqında” və “Nəqliyyat-ekspedisiya fəaliyyəti
haqqında” Azərbaycan Respublikası qanunlarının
tələblərinə uyğun olaraq tənzimlənir.[12]
Maddə 3.
Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşınması xidmətlərinin göstərilməsi,
həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri
ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin
sahibləri və avtomobil
nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan
hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur.[13]
3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:
3.2.1. kommunal və təcili tibbi yardım
xidmətlərə məxsus, həmçinin müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təxirəsalınmaz təcili
xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri
ilə yerinə yetirilən daşımalara;[14]
3.2.2. müdafiə, ictimai asayişin qorunması və
fövqəladə halların aradan qaldırılması ilə əlaqədar
olan avtomobil daşımalarına;
3.2.3. dövlət orqanlarının (qurumlarının), büdcə
təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının,
Azərbaycan Respublikası Mərkəzi
Bankının, büdcədənkanar dövlət fondlarının, xarici
ölkələrin diplomatik və konsulluq
nümayəndəliklərinin, beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəsmi və xidməti
istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat
vasitələri ilə yerinə yetirilən daşımalara;[15]
3.2.4. hüquqi şəxslərin və fərdi sahibkarların
xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik
avtomobilləri ilə yerinə yetirilən daşımalara;
3.2.5. hüquqi şəxslərin və fərdi sahibkarların
ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə
yetirdiyi texnoloji və təsərrüfatdaxili
(müəssisələrin, obyektlərin daxilində) avtomobil
nəqliyyatı ilə daşımalarına;
3.2.6. fiziki şəxslərin mülkiyyətində yaxud
istifadəsində olan avtonəqliyyat vasitələri ilə
şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara.
Maddə 4.
Avtomobil nəqliyyatı ilə daşımaların növləri
4.0. Avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:
4.0.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımaları –
şəhərin (rayonun) inzibati-ərazi hüdudları daxilində
yerinə yetirilən sərnişin daşımaları;
4.0.2. şəhərlərarası (rayonlararası) sərnişin
daşımaları – ayrı-ayrı şəhərlərin (rayonların) inzibati
ərazisində yerləşən yaşayış məntəqələri
arasında yerinə yetirilən sərnişin daşımaları;
4.0.3. müntəzəm sərnişin daşımaları – işin başlanması
və başa çatması vaxtları, sərnişinlərin avtomobil
nəqliyyatına minməsi və ondan düşməsi yerləri,
habelə tariflər müəyyən edilməklə, müvafiq
cədvəl (hərəkət intervalı) və marşrut üzrə
yerinə yetirilən sərnişin daşımaları;
4.0.4. qeyri-müntəzəm sərnişin daşımaları - sifarişçi
ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı
tərəfindən yerinə yetirilən və müntəzəm
daşımalara aid olmayan sərnişin daşımaları;
4.0.5. ölkədaxili yük daşımaları – Azərbaycan
Respublikasının hüdudları daxilində yerinə yetirilən yük
daşımaları;
4.0.6. beynəlxalq daşımalar – avtonəqliyyat
vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən
digər dövlətlərə və ya digər
dövlətlərdən Azərbaycan Respublikasının
ərazisinə, habelə Azərbaycan Respublikasının
ərazisindən tranzitlə keçməklə yerinə
yetirilən sərnişin və ya yük daşımaları;
4.0.7. ölkədaxili sifarişli
daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna
olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və
ölkədaxili yük daşımaları.[16]
Maddə 5.
Avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas
prinsipləri
5.0. Avtomobil nəqliyyatı sahəsində işlərin
görülməsi və xidmətlərin göstərilməsi aşağıdakı
prinsiplərə əsaslanır:
5.0.1. avtomobil nəqliyyatı sahəsində
fəaliyyət göstərən bütün subyektlərin mülkiyyət
növündən asılı olmayaraq hüquq bərabərliyi;
5.0.2. avtomobil nəqliyyatı sahəsində
fəaliyyətin dövlət tənzimlənməsinin sosial
yönümlüyü və ictimai maraqların üstünlüyünün təmin olunması;
5.0.3. avtomobil nəqliyyatı xidmətlərinin
istehlakçıları tərəfindən daşıyıcının azad seçilməsi;
5.0.4. avtomobil nəqliyyatı sahəsində
fəaliyyətin təhlükəsizliyinin vahid norma, standart və
qaydalar əsasında təmin olunması.
Maddə 6.
Avtonəqliyyat vasitələrinə və avtomobil
nəqliyyatının infrastruktur
obyektlərinə dair ümumi tələblər[17]
6.1. Avtonəqliyyat vasitələrinin kütlə, qabarit
ölçüləri və digər texniki göstəriciləri
hərəkətin təhlükəsizliyi, əməyin və
ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının
müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun
olmalıdır.
6.2. Avtonəqliyyat vasitələrinin əlavə
avadanlıqla, o cümlədən müxtəlif təyinatlı
nəzarət cihazları ilə təchiz edilməsinə dair
tələblər Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktları ilə müəyyən olunur.
6.3. Ümumi istifadədə
olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm
sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı
üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər
avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
qaydaları ilə müəyyən olunur. Müntəzəm sərnişin
daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq
məntəqələri yerlərinin müəyyən
edilməsi, onların quraşdırılması, idarə edilməsi və
saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təmin edilir.[18]
6.4. Avtomobil nəqliyyatının infrastruktur
obyektləri sərnişin və yük daşımalarının yerinə
yetirilməsinə, yol hərəkətinin
təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə
dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları
ilə müəyyən olunmuş digər tələblərə
cavab verməlidir.[19]
6.5. Avtomobil nəqliyyatının
infrastruktur obyektlərinin (dayanacaq məntəqələri
istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil
nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə
yenidən qurulması sərnişin və yük axınının həcminə,
həmçinin nəqliyyat xidmətləri istehlakçılarının
tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə
alınmaqla Azərbaycan Respublikasının şəhərsalma və tikinti
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.[20]
6.6. Müvafiq yol-nəqliyyat,
sosial, mədəni, ictimai-iaşə, inzibati,
mühəndis-kommunikasiya təminatı və digər bu kimi
xidmətlərin kompleks qaydada təqdim edilməsi
məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla
bilər.[21]
Maddə 7.
Avtovağzallara (avtostansiyalara) dair tələblər
7.1. Avtovağzallar (avtostansiyalar) şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını
yerinə yetirən daşıyıcılara və sərnişinlərə
xidmət göstərilməsi məqsədilə ayrı-ayrı
şəhərlərdə və rayonların inzibati
mərkəzlərində, habelə sərnişin axını intensiv
olan iri nəqliyyat qovşaqlarında təşkil olunur.[22]
7.1-1. Əhalisinin sayı üç yüz
min nəfərədək olan yaşayış
məntəqələrində bir, əhalisinin sayı üç yüz min
nəfərdən çox olan yaşayış
məntəqələrində iki və ya daha çox avtovağzal
(avtostansiya) təşkil oluna bilər.[23]
7.2. Avtovağzalda 75-dən artıq sərnişin tutan
gözləmə zalı, ən azı inzibati bina və ya xidməti
otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama
kamerası, iaşə, mədəni-məişət və
sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım və polis
məntəqələri, sürücülərin istirahət otağı,
sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların
reyslərarası dayanması üçün meydança və təmizləmə
postu, habelə şəhər nəqliyyatının və taksi minik
avtomobillərinin dayanması üçün vağzalyanı sahə olmalıdır.
7.3. Avtostansiyada 75-dək sərnişin tutan gözləmə
zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik
təyinatlı sahə, sərnişinlərin minib-düşməsi üçün
perron olmalıdır.
7.4. Avtovağzallarda (avtostansiyalarda) aşağıdakı növ
xidmətlər göstərilir:
7.4.1. gediş sənədlərinin (biletlərin) satışı;
7.4.2. sərnişin avtonəqliyyat vasitələrinin
gəlməsinin və yola düşməsinin idarə olunması;
7.4.3. sərnişin avtonəqliyyat vasitələrinin
sanitar-gigiyenik vəziyyətinə, müvafiq avadanlıq və
ləvazimatlarla təchiz olunmasına nəzarət;
7.4.4. ticarət və məişət xidmətləri;
7.4.5. sərnişinlər və daşıyıcılar
tərəfindən avtonəqliyyat vasitəsilə sərnişin
və baqaj daşınması qaydalarına riayət olunmasına nəzarət.
7.5. Gün ərzində eyni vaxtda müvafiq xidmətlər
göstərilə bilən sərnişinlərin sayından, binaların,
tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin
göstərilən xidmətlərin çeşidindən və
səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən hər bir avtovağzala (avtostansiyaya)
kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın
(avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi
sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın)
fəaliyyət göstərməsinə, habelə avtovağzalın
(avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji
prosesinin pozulmasına görə təqsirkar şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar. Pasportun
verilməsinə görə “Dövlət
rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş məbləğdə
dövlət rüsumu ödənilir.[24]
7.6. Avtovağzalların (avtostansiyaların) göstərdiyi
xidmətlərin onlara verilmiş pasporta uyğunluğuna nəzarət
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Avtovağzalın
(avtostansiyanın) göstərdiyi xidmətlərin səviyyəsi ona
verilmiş pasportda qeyd edilmiş kateqoriyadan aşağı olduqda, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) pasportun qüvvəsini dayandıra və ya pasportla
müəyyən olunmuş kateqoriyanı aşağı sala bilər.
7.7. Avtovağzalların (avtostansiyaların) vəzifə və
funksiyaları, fəaliyyətinin xüsusiyyətləri və
texnoloji prosesi, həmçinin avtovağzallara (avtostansiyalara) pasportun
verilməsi və onların müvafiq kateqoriyalara aid edilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir.
Maddə 7-1.
Avtonəqliyyat vasitələrinə texniki xidmət
göstərilməsinə dair tələblər[25]
7-1.1.
Avtonəqliyyat vasitələrinə texniki xidmət
göstərən texniki-təmir stansiyaları (sahələri)
avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki
xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların
etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji
yararlılığı üzrə kompleks işlərin təminatlı
şərtlərlə yerinə yetirilməsi məqsədi
ilə yaradılır.
7-1.2.
Göstərilmiş texniki xidmətin təminatlı şərtləri
yerinə yetirilmiş işlərin nəticələrinin
təhlükəsizliyinə və xidmətdən sonra yenidən
yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət
ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət
göstərənin maddi və hüquqi məsuliyyətini
nəzərdə tutur.
7-1.3.
Texniki-təmir stansiyalarında avtonəqliyyat
vasitələrinə texniki xidmət və onların təmiri
üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir.
7-1.4.
Texniki-təmir sahələrində avtonəqliyyat
vasitələrinə texniki xidmət və onların təmiri
üzrə müəyyən növ təminatlı texniki xidmətlər
göstərilir.
7-1.5.
Texniki-təmir stansiyalarında (sahələrində) çalışan
şəxslər həmin stansiyalar (sahələr)
tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq etdiyi metodiki
göstərişlərlə tanış edilir.[26]
7-1.6.
Texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki
bazası, texnoloji təchizatı və istehsalat sahələrində
texnoloji prosesin təşkili müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi sahə
standartlarının tələblərinə uyğun olmalıdır.
Texniki-təmir stansiyalarının (sahələrinin) müəyyən
olunmuş sahə standartlarının tələblərinə uyğunluğuna nəzarət
müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
7-1.7.
Texniki-təmir stansiyaları (sahələri) tərəfindən
bu Qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə
standartlarının tələblərinin pozulmasına görə
şəxslər Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
və Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Maddə 8. Avtonəqliyyat
vasitələrinin qeydiyyatı
8.1. Sərnişin və yük daşımaları üçün istifadə olunan
avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət
qeydiyyatına alınmalıdır. Həmin avtonəqliyyat vasitəsi yalnız bir
dövlətdə qeydiyyata alına bilər.
8.2. Avtonəqliyyat vasitələrinin dövlət
qeydiyyatının aparılması qaydası Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən olunur.
8.3. Dövlət qeydiyyatına alınmamış avtonəqliyyat
vasitəsindən istifadə olunması qadağandır.
Maddə 9.
Avtomobil nəqliyyatında əmək münasibətlərinin
tənzimlənməsi
9.1. Avtomobil nəqliyyatı sahəsində əmək
münasibətləri Azərbaycan Respublikasının əmək
qanunvericiliyi və digər müvafiq normativ hüquqi aktları ilə
tənzimlənir.
9.2. Beynəlxalq sərnişin
və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş
və istirahət rejimi, nəqliyyat vasitələrinin
taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara
xidmət və fəaliyyətinə nəzarət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[27]
9.2-1. Sürücü, operator, emalatxana və ya
nəzarətçi taxoqraf kartlarının verilməsi və ya
yenilənməsi, müvafiq olaraq sürücünün, operatorun, emalatxananın
və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla), habelə bu sahədə
fəaliyyət göstərən digər fiziki və ya hüquqi
şəxslərlə bağlanılmış müqavilə əsasında həyata
keçirilir.
9.2-2. Bu Qanunun 57-1-ci
maddəsinə uyğun olaraq, operatorlar, taxoqrafların quraşdırılması,
yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara
texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə
yetirən xidmət mərkəzlərinin (servis
emalatxanalarının) texniki heyət üzvləri, operatorların məsul
şəxsləri və sürücüləri, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı taxoqrafdan
istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından
istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xüsusi proqram
üzrə hazırlıq keçməlidir. Xüsusi proqram üzrə hazırlıq müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət
və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil
müəssisələri tərəfindən müqavilə
əsasında həyata keçirilir.[28]
9.3.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə
beynəlxalq və ölkədaxili sərnişin və yük
daşımalarını yerinə yetirən sürücülərin iş və
istirahət rejiminə, iş şəraitinin
xüsusiyyətlərinə nəzarət müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən həyata keçirilir.[29]
II fəsil
AVTOMOBİL NƏQLİYYATI SAHƏSİNDƏ
DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ İDARƏETMƏSİ
Maddə 10.
Avtomobil nəqliyyatı sahəsində dövlət
idarəetməsinin və tənzimlənməsinin əsas
vəzifələri
10.1. Avtomobil nəqliyyatı sahəsində dövlət
idarəetməsinin əsas vəzifələri aşağıdakılardır:
10.1.1. vahid dövlət siyasətinin həyata
keçirilməsi;
10.1.2. Azərbaycan Respublikasının normativ hüquqi aktları
ilə nəzərdə tutulmuş qayda və
tələblərə riayət olunmasına nəzarət
edilməsi;
10.1.3. avtomobil nəqliyyatı ilə daşımaların yerinə
yetirilməsi zamanı texnoloji və ekoloji təhlükəsizliyin
təmin olunması üçün şərait yaradılması.
10.2. Avtomobil nəqliyyatı sahəsində dövlət
tənzimlənməsinin əsas vəzifələri
aşağıdakılardır:
10.2.1. iqtisadiyyatın və əhalinin avtomobil
nəqliyyatı ilə daşımalara, həmçinin digər nəqliyyat
xidmətlərinə olan ehtiyaclarının təmin olunmasına
şərait yaradılması;
10.2.2. avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımaları sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar
arasında azad rəqabətin təmin olunması, habelə avtomobil
nəqliyyatı xidmətlərindən istifadə edən hüquqi
və fiziki şəxslərin qanuni maraqlarının dövlət
tərəfindən qorunması;
10.2.3. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının
beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin
artırılması üçün əlverişli şəraitin yaradılması;
10.2.4. avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşıyıcılarının ölkədaxili və beynəlxalq avtomobil daşımaları
bazarına çıxışının tənzimlənməsi;
10.2.5. avtomobil nəqliyyatı xidmətlərinin ixracının
stimullaşdırılması;
10.2.6. avtomobil nəqliyyatı ilə daşımaların vahid norma
və qaydalar əsasında təhlükəsiz yerinə
yetirilməsi üçün şərait yaradılması;
10.2.7. avtomobil nəqliyyatı ilə ölkədaxili daşımalar
bazarının qorunması;
10.2.8. avtomobil nəqliyyatı ilə daşımalar bazarında
inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin
inkişaf etdirilməsi;
10.2.9. ümumi istifadədə olan avtomobil nəqliyyatında
tarif siyasətinin formalaşdırılması;
10.2.10. avtomobil nəqliyyatı ilə daşımalar yerinə
yetirilərkən ətraf mühitin qorunması.
Maddə 11. Avtomobil
nəqliyyatı xidmətlərinin tarifləri
11.1. Avtomobil nəqliyyatı xidmətlərinin
tarifləri Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
nəzərdə tutulmuş qaydada müəyyən olunur.
11.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı
ilə daşınma tariflərinin yuxarı həddi Azərbaycan
Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq müəyyən
edilir.
Maddə 12.
Avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin
olunması və avtomobil daşıyıcılarının fövqəladə halların
nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi
12.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları
avtomobil nəqliyyatının səfərbərlik hazırlığının
zəruri səviyyədə saxlanmasını təmin
etməlidirlər.
12.2. Təbii və ya texnogen xarakterli fövqəladə
hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların
nəticələrinin aradan qaldırılmasını idarə edən
dövlət orqanlarının qanuni tələblərini yerinə
yetirməyə borcludurlar.
12.3. Fövqəladə halların nəticələrinin
aradan qaldırılmasına cəlb olunmuş avtomobil daşıyıcılarının
qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi
zamanı çəkdiyi xərclərin və ya onlara dəymiş
zərərin əvəzi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.
12.4. Avtomobil nəqliyyatının səfərbərlik
hazırlığı və avtomobil daşıyıcılarının fövqəladə halların
nəticələrinin aradan qaldırılmasına cəlb olunması qaydası
Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə
müəyyən olunur.
Maddə 13. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları sahəsində icazə
13.1. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının
qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət
və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin,
ətraf mühitin və əməyin mühafizəsinin təmin
olunması məqsədilə avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları ilə məşğul olmaq
istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu
Qanunun və “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar:
13.1.1. Azərbaycan Respublikası ilə
xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları
yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük
və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış
vəsiqəsi;
13.1.2. ölkədaxili sifarişli daşımalara
buraxılış vəsiqəsi;
13.1.3. taksi minik avtomobilləri ilə
sərnişin daşımalarına buraxılış vəsiqəsi;
13.1.4. taksi sifarişi operatoru
fəaliyyətinə icazə;
13.1.5. avtomobil nəqliyyatı ilə
müntəzəm şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut
üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında
müqavilə.
13.2. Bu Qanunun 13.1-ci maddəsində
nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan
və ya digər şəxslərə məxsus icazə
əsasında yerinə yetirilməsi qadağandır.
13.3. Bu Qanunun 13.1.1 – 13.1.4-cü
maddələrində nəzərdə tutulan icazələr 7
(yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə
tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində
nəzərdə tutulan müddətə verilir.
13.4. Bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü
maddələrində nəzərdə tutulan icazələrin
və buraxılış kartlarının verilməsinə görə “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
rüsumu tutulur.
Maddə 14. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları sahəsində icazənin alınması
üçün tələb olunan sənədlər (məlumatlar)
14.1. Bu Qanunun 13.1.1-ci maddəsində
nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və
ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı
sənədləri (skan edərək) və məlumatları
elektron qaydada təqdim edir:
14.1.1. müraciət edən şəxs hüquqi
şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri
haqqında məlumatları (soyadı, adı, atasının adı və
vəzifəsi);
14.1.2. məsul şəxslər haqqında
məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya
nömrəsi), məsul şəxslərin müəyyən olunmasını
təsdiq edən sənədləri;
14.1.3. beynəlxalq daşımalarda istifadə
edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə
və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat
vasitələrinin dövlət qeydiyyat
şəhadətnamələrini;
14.1.4. barəsində məlumat
təqdim olunan avtonəqliyyat vasitələrindən hər
biri üzərində mülkiyyət, istifadə və ya icarə
hüququnu təsdiq edən sənədləri;
14.1.5. sürücüləri (avtonom nəqliyyat
vasitəsi istisna olmaqla) haqqında məlumatları (adı, soyadı və
atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı)
sürücülük vəsiqələrini və əmək
müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni
şəxs olan hal istisna olmaqla); [30]
14.1.6. avtonəqliyyat vasitələrinə
texniki xidmət göstərilməsi, onların saz
vəziyyətdə saxlanılması və təmiri üçün
texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq
edən sənədləri və ya belə xidmətləri
göstərəcək şəxslə bağlanılmış müqaviləni;
14.1.7. fərdi sahibkarın və ya hüquqi
şəxsin idarəetmə orqanının rəhbərlərinin,
məsul şəxslərinin həyat və sağlamlıq
əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi
fəaliyyət sahəsində, hərəkət
təhlükəsizliyi və nəqliyyat vasitələrinin
istismarı qaydaları əleyhinə, insan alveri və narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar,
qulluq mənafeyi əleyhinə olan ağır və (və ya)
xüsusilə ağır cinayətlərə görə məhkumluğunun
olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq
fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə
ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı;
14.1.8. ərizənin verildiyi
günədək kənar (müstəqil) auditor tərəfindən
təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını,
aktivləri barədə məlumatı və ya maliyyə
vəziyyəti barədə bank arayışını;
14.1.9. operatorun məsul
şəxslərinin, habelə sürücülərinin bu Qanunun 50.2-ci
maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq
edən sənədləri;
14.1.10. operatorun və sürücülərin
taxoqraf kartlarının olması barədə məlumatı;
14.1.11. “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci
maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənədi (bu maddə ilə
nəzərdə tutulan digər sənədlərdə
çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.2. Bu Qanunun 13.1.2-ci maddəsində
nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və
ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) aşağıdakı sənədləri (skan
edərək) və məlumatları elektron qaydada təqdim edir:
14.2.1. fərdi sahibkar olduqda,
şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs
olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı;
14.2.2. vergi ödəyicisi kimi uçota alınması
haqqında şəhadətnaməni;
14.2.3. hüquqi şəxsin və ya fərdi
sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ
əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət
qeydiyyat şəhadətnamələrini;
14.2.4. sürücünün narkotik sərxoşluq
vəziyyətinin, narkotik vasitələrin və psixotrop
maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün
aparılan tibbi müayinənin nəticəsi barədə
məlumatı;[31]
14.2.5. avtonəqliyyat vasitələrinin
texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin
reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə
sənədləri və ya müvafiq xidmətlərdən
istifadə olunmasına dair texniki məntəqə və tibb
məntəqəsi ilə müqavilələri;
14.2.6. ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin
xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
14.2.7. qeyri-müntəzəm sərnişin
daşımalarına münasibətdə həmçinin:
14.2.7.1. avtonəqliyyat vasitəsi ilə
daşınan sərnişinlərin fərdi qəza sığortası;
14.2.7.2. avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin, həmçinin
avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən
müvafiq icbari sığortası;
14.2.7.3. bu Qanunun 27.2-ci maddəsində
nəzərdə tutulan halların təsdiqedici
sənədləri.
14.3. Bu Qanunun 13.1.3-cü və 13.1.5-ci
maddələrində nəzərdə tutulan icazələrin
alınması üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı
sənədləri (skan edərək) və məlumatları
elektron qaydada təqdim edir:
14.3.1. sürücülərin (avtonom nəqliyyat
vasitəsi istisna olmaqla) müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük
vəsiqələrini; [32]
14.3.2. hüquqi şəxsin və ya fərdi
sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ
əsasında malik olduğu avtonəqliyyat vasitələrinin
dövlət qeydiyyat şəhadətnamələrini;
14.3.3. ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin,
o cümlədən taksi minik avtomobillərinin sürücülərinin
xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
14.3.4. avtonəqliyyat vasitələrinin
texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin
reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə
sənədləri və ya müvafiq xidmətlərdən
istifadə olunmasına dair texniki məntəqə və ya
tibb məntəqəsi ilə müqavilələri;[33]
14.3.5. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi hallarda müntəzəm
sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə
tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron
qaydada ödənilməsi üçün ödəniş alətləri ilə
təchiz olunması barədə məlumatı;
14.3.6. taksi minik avtomobillərində
taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında
həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan
keçməsini təsdiq edən şəhadətnaməni;
14.3.7. sürücünün (avtonom nəqliyyat
vasitəsi istisna olmaqla) narkotik sərxoşluq vəziyyətinin,
narkotik vasitələrin və psixotrop maddələrin istehlakı
hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin
nəticəsi barədə məlumatı; [34]
14.3.7-1. müntəzəm beynəlxalq
və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına
münasibətdə həmçinin:[35]
14.3.7-1.1. avtonəqliyyat vasitəsi
ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
14.3.7-1.2. avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin, həmçinin
avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən
müvafiq icbari sığortası.
14.3.8. beynəlxalq marşrut üzrə
müntəzəm sərnişin daşınmasına münasibətdə,
həmçinin bu Qanunun 14.1.1-ci, 14.1.2-ci, 14.1.5-ci (sürücülərlə
bağlanmış əmək müqavilələrinə münasibətdə),
14.1.6 – 14.1.10-cu maddələrində nəzərdə tutulan
sənədləri və məlumatları;
14.3.9. “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci
maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənədi (bu maddə ilə
nəzərdə tutulan digər sənədlərdə
çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.4. Bu Qanunun 13.1.4-cü maddəsində
nəzərdə tutulan icazəni almaq istəyən hüquqi
şəxslər və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı
sənədləri (skan edərək) və məlumatları
elektron qaydada təqdim edir:
14.4.1. müraciət edən şəxsin
internet informasiya ehtiyatı və taksi sifarişi operatoru
fəaliyyəti üçün istifadə etdiyi bütün telekommunikasiya
vasitələri, o cümlədən mobil tətbiqlər
barədə məlumatları;
14.4.2. taksi sifarişi xidmətinin
göstərilməsi üçün Azərbaycan Respublikasının
ərazisində yerləşən filial və ya
nümayəndəliyi barədə məlumatları;
14.4.3. “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci
maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənədi (bu maddə ilə
nəzərdə tutulan digər sənədlərdə
çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.5. Bu Qanunun 14.1 – 14.4-cü
maddələrində qeyd olunan sənədlərin və
məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün
olduqda həmin sənədlər və ya məlumatlar
müraciət edən şəxsdən tələb edilmir. Belə
sənədlərin və ya məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi müraciət edən
şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət
orqanından (qurumundan) tələb olunur və ya müraciət
edən şəxs tərəfindən təmin edilir.
Maddə 15. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımalarına icazənin tətbiqi
xüsusiyyətləri
15.1. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci
maddəsində nəzərdə tutulmuş icazələr və
onların əlavələri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada
verilir. İcazəni almış şəxs həmin icazəni çap edə
və kağız daşıyıcıda istifadə edə bilər.
15.2. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya
elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı verilir.
Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud
avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda,
hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının
verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı
daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin
və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik
olduğunu təsdiq edir. Buraxılış kartının hüquqi qüvvəsinin
dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının
verilməsi “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.
15.3. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) bu Qanunda və “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulan hallarda və qaydada avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş
icazənin dublikatını verir, icazəni yenidən
rəsmiləşdirir, dayandırır, bərpa edir və ləğv edir.
15.4. Avtomobil nəqliyyatı
xidmətlərinin səmərəliliyinin və
keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan
avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə
sərnişin axınlarının paylanmasının optimallaşdırılması
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) taksi minik avtomobilləri ilə
sərnişin daşımaları üçün icazələrin və onların
əlavələrinin sayına məhdudiyyətlər tətbiq
edə bilər. Məhdudiyyətlər tətbiq edilməzdən
60 (altmış) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) müvafiq əsasları göstərməklə,
mediada məlumat verməlidir.
15.5. Müntəzəm və taksi minik
avtomobili ilə sərnişin daşımalarında, habelə
qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan
avtonəqliyyat vasitələrinin texniki göstəriciləri,
daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə
uyğun olmalıdır. Həmin tələblərə cavab
verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının
verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə
hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.[36]
Maddə 15-1. Taksi sifarişi operatorları
15-1.1. Taksi sifarişi operatorları, “Fərdi məlumatlar
haqqında”
Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, fərdi məlumatların
informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və
həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi
məlumatların mühafizəsi ilə bağlı tələblərə
riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir
taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən
adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və
istirahət rejimlərinə riayət olunmasına nəzarət
məqsədilə sürücü barədə məlumatların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt
rejimində ötürülməsini təmin etməlidirlər.
15-1.2. Taksi sifarişi operatoru
tərəfindən taksi minik avtomobilləri ilə sərnişin
daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin
təşkili imkanı barədə sənədləri və ya müvafiq
xidmətlərdən istifadə olunmasına dair texniki
məntəqə və ya tibb məntəqəsi ilə
müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı
və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq
keçməsini təsdiq edən sənədi olmayan sürücüyə
taksi sifarişi xidmətinin göstərilməsi qadağandır.[37]
Maddə 16.
Avtomobil nəqliyyatının standartlaşdırılması, metroloji təminatı
və sertifikatlaşdırılması
16.1. Avtomobil nəqliyyatında standartlaşdırma, metroloji
təminat və sertifikatlaşdırma Azərbaycan Respublikasının müvafiq
normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada yerinə
yetirilir.
16.2. Avtomobil nəqliyyatında dövlət metroloji
nəzarət Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktlarına uyğun olaraq aparılır.
16.3. Avtomobil nəqliyyatı sahəsində
fəaliyyət, yol hərəkətinin və daşımaların
təhlükəsizliyi, insanların həyat və sağlamlığı, ətraf
mühitin mühafizəsi, habelə digər norma və
tələblərə uyğun olmalıdır.
III fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ
DAŞIMALARIN YERİNƏ YETİRİLMƏSİNİN ÜMUMİ ƏSASLARI
Maddə 17.
Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların
yerinə yetirilməsinin hüquqi əsasları
17.1. Avtomobil nəqliyyatı ilə kommersiya
məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında
müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması
haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə
avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların
sifarişçiləri (sərnişinlər, yükgöndərənlər,
sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında
bağlanan digər müqavilələr əsasında yerinə yetirilir.
17.2. Ən azı iki nəqliyyat növündən istifadə
edilməklə yerinə yetirilən sərnişin və yük
daşımaları (qarışıq daşımalar) daşıyıcılarla daşımaların sifarişçiləri
(təşkilatçıları) arasında bağlanılan müqavilələr əsasında
yerinə yetirilir.
Maddə 18.
Avtomobil nəqliyyatı ilə sərnişin, baqaj və yük daşınması
qaydaları
Avtomobil nəqliyyatı ilə sərnişinlərin və
yüklərin daşınmasının təşkili və yerinə yetirilməsi
qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
Maddə 19. Ümumi
istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar
19.1. Daşıyıcının hər hansı hüquqi və ya fiziki şəxsin
sifarişi (müraciəti) ilə tənzimlənən və ya elan
edilmiş tariflər üzrə daşımaları yerinə yetirmək
öhdəliyi, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə
kommersiya məqsədli daşınma hesab edilir.
19.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşımalarını yerinə yetirən
daşıyıcı daşımaların şərtlərinin, o cümlədən tariflər
barədə məlumatların şəffaflığını təmin etməlidir.
Maddə 20. Taksi
minik avtomobilləri ilə sərnişin daşımaları
20.1. Taksi minik
avtomobilləri ilə sərnişin daşımaları taksometrin
göstəriciləri və ya taksi sifarişi xidmətinə
qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram
təminatı vasitəsilə müəyyən olunan qiymət
üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi
və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə
yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına
buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə
məxsus buraxılış vəsiqəsi əsasında taksi minik
avtomobilləri ilə sərnişin daşımalarının yerinə
yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat
vasitələrinin sərnişindaşımada istismar edilməsi,
həmçinin taksometrin göstəriciləri və ya taksometr
funksiyalarını yerinə yetirən proqram təminatı
vasitəsilə müəyyən olunan qiymətdən
əlavə ödənişin tələb edilməsi qadağandır.[38]
20.2. Taksi minik avtomobilləri ilə sərnişin
daşımaları buraxılış kartında
müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı
şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə
yerinə yetirilir.[39]
20.3. Taksi minik avtomobilləri ilə sərnişin
daşımalarını yerinə yetirən daşıyıcı sifariş
gözləyərkən yalnız xüsusi
olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş
taksi minik avtomobillərinin duracaq yerlərindən
istifadə etməlidir.[40]
20.4. Taksi minik avtomobilləri ilə sərnişin
daşımalarının xüsusiyyətləri “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə müəyyən
olunur.
Maddə 21.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin
daşımalarının sifarişi
21.1. Avtomobil nəqliyyatı ilə müntəzəm
beynəlxalq, şəhərlərarası (rayonlararası) və
şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin
olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən marşrut şəbəkəsi
müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır.
21.2. Daşıyıcılar avtomobil nəqliyyatı ilə
müntəzəm beynəlxalq, şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin
daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi
müsabiqə əsasında cəlb olunurlar. Müsabiqədə iştiraka görə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi
məbləğdə ödəniş edilir.[41]
21.3. Sifarişçi müsabiqəyə müntəzəm avtobus
marşrutlarını və ya daşımaların intensivliyini, həmçinin
rentabelliyini nəzərə alaraq marşrutların müvafiq
reyslərini çıxarır.
21.4. Müsabiqənin qalibləri müntəzəm marşrutlar
və ya marşrutların müəyyən reysləri üzrə
sərnişindaşıma xidmətləri göstərmək hüququnu
əldə edirlər.
21.5. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını
nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək,
lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair
isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə
müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının
təşkili) haqqında müqavilə bağlayır. Müsabiqənin qalibi olan
daşıyıcı dövlət sifarişi əsasında sərnişin daşımalarını
yerinə yetirə bilmədikdə yaxud lazımi qaydada yerinə
yetirmədikdə və ya onunla bağlanmış müqavilənin digər
şərtlərini pozduqda sifarişçi həmin müqaviləni
birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək
hüququna malikdir.
21.6. Müəyyən marşrut üzrə müsabiqədə yalnız
bir iddiaçı olan daşıyıcı iştirak etdikdə, müvafiq müqavilə yalnız
həmin daşıyıcının müsabiqənin bütün tələblərinə
uyğun olduğu halda bağlanılır.
21.7. Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin
keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21.8. Beynəlxalq müntəzəm
marşrutların Azərbaycan Respublikasının ərazisində
yerləşən, şəhərlərarası (rayonlararası)
müntəzəm marşrutların isə şəhərlərin (rayon
mərkəzlərinin) və ya qəsəbələrin
ərazisində yerləşən başlanğıc, aralıq və son
təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya)
olmalıdır.
21.9. Şəhərlərarası
(rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot
vərəqi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi
üzərindən elektron qaydada doldurulur.[42]
Maddə 21-1.
Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin
daşımaları[43]
21-1.1. Avtomobil
nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları
(taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla),
sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat
vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında
əvəzi ödənilməklə yerinə yetirilir.
21-1.2.
Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya,
kütləvi tədbirlər və istirahət yerlərinə
yerinə yetirilən, habelə müntəzəm sərnişin
daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.
21-1.3. Avtomobil
nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının
yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:
21-1.3.1.
müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş
hərəkət cədvəlləri ilə daşımaları
yerinə yetirmək;
21-1.3.2.
müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaq məntəqələrində
sərnişinləri mindirmək və düşürmək.[44]
21-1.4.
Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin
daşımalarının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən avtomobil nəqliyyatı ilə
sərnişinlərin və baqajın daşınmasına dair təsdiq
edilən qaydalarla
müəyyən edilir.
Maddə 22.
Nəqliyyat sənədləri
22.1. Sərnişin və ya yük daşımalarının yerinə
yetirilməsi üçün tələb edilən sənədlərin
forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur.
22.2. Sərnişin və ya yük daşınması məqsədilə
avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində
elektron qaydada doldurulan elektron yol vərəqəsi
ilə rəsmiləşdirilir.[45]
22.3. Müntəzəm marşrut üzrə sərnişin daşımaları
yerinə yetirilərkən hər bir sərnişin gediş
sənədinə (biletə) (gediş
haqqının elektron qaydada ödənildiyi hallar istisna olmaqla), baqaj
ödəniş əsasında daşındıqda isə, həmçinin onun daşınma
haqqının ödənildiyini təsdiq edən sənədə (baqaj
qəbzinə) malik olmalıdır. Müvafiq gediş sənədinin (biletin)
satışını və sərnişinin baqajının daşınma haqqının ödənildiyini
təsdiq edən sənədin verilməsini daşıyıcı və ya
avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı təmin etməlidir.[46]
22.3-1. Bilet-uçot
vərəqi olmadan şəhərlərarası (rayonlararası)
müntəzəm sərnişin daşımalarının həyata
keçirilməsinə yol verilmir.[47]
22.4. Qeyri-müntəzəm
sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin
daşınması istisna olmaqla) formulyar vasitəsilə
rəsmiləşdirilir. Formulyarın formasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Formulyarı doldurmadan
qeyri-müntəzəm sərnişin daşınmasının həyata
keçirilməsinə yol verilmir.[48]
22.5. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması elektron
əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq
ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı
müddət ərzində sürücüdə saxlanılmalıdır.[49]
Maddə 23.
Avtomobil nəqliyyatı ilə daşımaların marşrutu
23.1. Avtomobil daşıyıcısı sərnişinləri və ya yükü
müvafiq avtonəqliyyat vasitəsi üçün daşımanın sifarişçisi
tərəfindən müəyyən olunmuş marşrut üzrə
daşımalıdır. Marşrut müəyyən edilmədikdə avtomobil
daşıyıcısı sərnişinləri və ya yükü ən qısa marşrut üzrə
daşımalıdır.
23.2. Daşınmanın daha uzun marşrutla yerinə yetirilməsi
məqsədəuyğun olduqda, avtomobil daşıyıcısı həmin marşrutu
daşınmanın sifarişçisi ilə əvvəlcədən
razılaşdırmalıdır.
23.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları
üzrə müntəzəm marşrutların müəyyən edilməsi
və rəsmiləşdirilməsi qaydası “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə müəyyən
olunur.
Maddə 24.
Avtonəqliyyat vasitələrinin daşınmanın sifarişçisinə
təqdim olunması
24.1. Daşıyıcı sərnişin və ya yük daşımalarının yerinə
yetirilməsi üçün yararlı və saz vəziyyətdə olan
avtonəqliyyat vasitəsini sifarişçiyə təqdim etməlidir.
24.2. Avtonəqliyyat vasitəsinin avtomobil daşınmasının
sifarişçisinə təqdim edilməsi vaxtı avtonəqliyyat
vasitəsinin sifarişçinin müəyyən etdiyi
məntəqəyə gəldiyi və sürücü
tərəfindən daşınmanın yerinə yetirilməsi üçün
tələb edilən sənədlərin təqdim olunduğu
vaxtdan hesablanır.
24.3. Avtomobil daşınmasının sifarişçisi müqavilə
şərtlərinə uyğun olmayan və ya müvafiq avtomobil
daşınmasının yerinə yetirilməsi üçün yararsız hesab etdiyi
avtonəqliyyat vasitəsindən imtina etmək hüququna malikdir.
Bu halda avtonəqliyyat vasitəsi sifarişçiyə təqdim
olunmamış hesab edilir.
Maddə 25. Avtomobil
nəqliyyatı ilə daşımaların sığortalanması
25.1. Avtomobil nəqliyyatı ilə daşımalar yerinə
yetirilərkən icbari və ya könüllü sığorta tətbiq olunur.
25.2. Avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin sığortası və
sərnişin daşımaları xidmətini həyata keçirən
avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin
(şəhərdaxili və ya qəsəbədaxili daşınan
sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada
həyata keçirilir.
25.3. Avtonəqliyyat vasitəsi sürücüsünün
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından sığortası “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.
25.4. Daşıyıcının
avtonəqliyyat vasitəsinin, habelə bu Qanunun 53-cü, 54-cü
və 55-ci maddələri ilə nəzərdə tutulmuş
məsuliyyətinin sığortası könüllü qaydada həyata keçirilir.[50]
Maddə 26.
Avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin
və ətraf mühitin mühafizəsinin təmin olunması
26.1. Avtomobil nəqliyyatı ilə daşımaların
təhlükəsizliyinin təmin olunması aşağıdakı
istiqamətlər üzrə tədbirlərin keçirilməsini
nəzərdə tutur:
26.1.1. avtomobil nəqliyyatının təhlükəsiz və
davamlı fəaliyyətinin, habelə ətraf mühitin
mühafizəsinin təmin olunmasına yönəlmiş nəzarət,
idarəetmə və hüquqi tənzimləmə;
26.1.2. yol hərəkəti təhlükəsizliyinin
təmin olunmasına yönəlmiş proqramların hazırlanması və icrası.
26.2. Sərnişin və yük daşımaları ilə məşğul olan
hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz
yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə
dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının
tələblərinə riayət etməlidirlər.
26.3. Avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin
reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil
etməlidirlər.
26.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) mövcud normativ hüquqi aktlar, texniki qaydalar və
təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşmalarının təhlükəsizliyinə, habelə bu
daşımalarda istifadə edilən avtonəqliyyat
vasitələrinin istismarına və saxlanılmasına nəzarəti
təmin edir.[51]
IV fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ
SƏRNİŞİN VƏ BAQAJ DAŞINMASI
Maddə 27. Avtonəqliyyat vasitələrinin sürücülərinə
dair tələblər[52]
27.1. Avtobuslarla sərnişin
daşımalarına:[53]
27.1.1. “D” kateqoriyası və “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək
hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı
23-dən az və 65-dən çox olmayan və “B”, “C”
kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə
etmək sahəsində təcrübəsi beş ildən az olmayan);[54]
27.1.1-1. “D1E” altkateqoriyası üzrə
nəqliyyat vasitələrini idarə etmək hüququnu
təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az
və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1”
altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini
idarə etmək sahəsində təcrübəsi iki ildən az
olmayan);[55]
27.1.2. “DE” kateqoriyası üzrə
nəqliyyat vasitələrini idarə etmək hüququnu
təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və
65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat
vasitələrini idarə etmək sahəsində
təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılır.
27.2. Taksi minik avtomobilləri ilə, habelə qeyri-müntəzəm sərnişin daşımalarına “B”
və ya “BE” kateqoriyaları kateqoriyası üzrə
nəqliyyat vasitələrini idarə etmək hüququnu
təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq
müddətdə mülkiyyətində, icarəsində və ya
istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.[56]
27.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və
ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən
sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
peşə fəaliyyətinə və davranışına, habelə iş
və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq
keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını
tənzimləyən normativ hüquqi aktlar barədə zəruri
biliklərə malik olmalıdırlar. Taksi
minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil
nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən
normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi
minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın
keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir. Xüsusi hazırlığın təşkili
və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət
və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil
müəssisələri tərəfindən müqavilə
bağlanılmaqla təmin edilir.[57]
27.4. Xüsusi hazırlığın
nəticələrinə dair daşıyıcılarla və ya
sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il
müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilmiş sənəd verilir. Qiymətləndirmənin aparılmasına
görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.[58]
Maddə 28.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi
28.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması
müqaviləsinə görə daşıyıcı, sərnişini və onun baqajını
yola düşmə yerindən təyinat məntəqəsinə
çatdırmağı, sərnişin isə daşınma haqqını ödəməyi
öhdəsinə götürür.
28.2. Müntəzəm marşrutlar üzrə avtomobil
nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması
sərnişinə verilmiş bilet və baqaj qəbzi ilə, yaxud gediş haqqının ödəniş
alətindən istifadə etməklə ödənilməsi
ilə təsdiq olunur.[59]
28.3. Gediş sənədlərinin (biletlərin) və ödəniş alətinin
sərnişinlərə satışı, o
cümlədən ödəniş alətinə vəsaitin
yüklənilməsi imkanı daşıyıcı və ya avtomobil nəqliyyatı
ilə daşımaların təşkilatçısı tərəfindən təşkil
edilə bilər.[60]
28.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması
müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq
normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 29.
Sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə)
müqaviləsi
29.1. Sərnişin daşınması icarə (fraxtetmə)
müqaviləsi əsasında yerinə yetirildikdə, daşıyıcı hüquqi
və ya fiziki şəxslərin sifarişinə əsasən bir
və ya bir neçə avtonəqliyyat vasitəsini haqqı sifarişçi
tərəfindən ödənilmək şərti ilə bir və
ya bir neçə reys üçün onlara təqdim etmək öhdəliyini
üzərinə götürür.
29.2. Sərnişin avtonəqliyyat vasitələrinin
icarəsi (fraxtetmə) müqaviləsinin bağlanması qaydası
Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə
müəyyən edilir.
Maddə 30.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili
haqqında müqavilə
30.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının
təşkili haqqında müqavilə əsasında daşımanın təşkilatçısı
sifarişçinin tapşırığı ilə və onun hesabına sərnişinin və
onun baqajının özü tərəfindən və ya üçüncü
şəxslər (avtomobil nəqliyyatı ilə daşıyıcılar)
vasitəsilə təyinat məntəqəsinə
çatdırılmasını təşkil edir.
30.2. Müntəzəm və qeyri-müntəzəm
marşrutlarda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının
yerinə yetirilməsi üçün hüquqi və fiziki şəxs (daşınmanın
sifarişçisi) daşıyıcı və ya daşınmanın təşkilatçısı ilə
sərnişin daşınmasının təşkili haqqında müqavilə bağlaya
bilər.
30.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının
təşkili haqqında müqavilədə daşınmanın marşrutu, qrafiki və
cədvəli, istifadə olunacaq avtonəqliyyat vasitəsinin
növü və ona dair tələblər, daşınma xidmətlərinin
siyahısı, gediş haqqının məbləği və onun ödənilməsi
qaydası, avtomobil nəqliyyatı ilə daşımaların həcmi və buna
görə hesablaşma qaydası və digər şərtlər
müəyyən edilə bilər.
30.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının
təşkili haqqında müqavilənin əsasında sərnişin daşınması
müqaviləsi bağlanıla bilər.
30.5. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının
təşkili haqqında müqavilədə digər qayda
nəzərdə tutulmamışdırsa, gediş haqqı sərnişin
tərəfindən müəyyən olunmuş tariflər üzrə
ödənilir.
Maddə 31.
Sərnişinin əsas hüquqları
31.0 Sərnişin aşağıdakı əsas hüquqlara malikdir:
31.0.1. marşrut üzrə gediş bileti əldə etmək (gediş haqqı ödəniş aləti ilə
ödənildiyi hallar istisna olmaqla), avtonəqliyyat
vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer
göstərilmədikdə, yaxud
gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə
boş yeri tutmaq və gedişi həyata keçirmək;[61]
31.0.1-1. ödəniş aləti
əldə etmək və ona vəsait yükləmək;[62]
31.0.2. müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili)
avtobuslar istisna olmaqla) ayrıca yer tutmadan, gediş haqqı
ödəmədən 5 yaşına qədər bir uşağı özü ilə
aparmaq;[63]
31.0.2-1. müntəzəm
şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gediş haqqı
ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq;[64]
31.0.3. müvafiq normalar həddində özü ilə
ödənişsiz əl yükünü aparmaq;
31.0.4. çəkisi və ölçüləri müəyyən edilmiş
normalardan artıq olmayan baqaj aparmaq;
31.0.5. real dəyərindən yüksək olmamaqla baqajın
qiymətini elan etmək;
31.0.6. daşınma üçün təqdim olunan avtonəqliyyat
vasitəsilə gediş tarifi alınmış gediş sənədinin (biletin)
qiymətindən yüksək olarsa, gedişi əvvəl əldə
olunmuş gediş bileti ilə əlavə pul ödəmədən
həyata keçirmək;
31.0.7. daşıyıcı daşınma haqqı sərnişinin aldığı gediş
sənədinin (biletin) qiymətinə nisbətən aşağı olan
avtonəqliyyat vasitəsi istifadə edərsə, gediş
sənədini (bileti) qaytarmaq və ya gediş üçün faktiki
ödədiyi məbləğlə bu halda ödənilməli
məbləğ arasındakı fərqi geri alaraq gedişi həyata
keçirmək;
31.0.8. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə müəyyən
olunmuş qaydada gediş sənədini (bileti) geri qaytarmaq və
ödənilmiş pulun tam məbləğini və ya müvafiq hissəsini
geri almaq;
31.0.9. daşıyıcının təqsiri üzündən vurulmuş
zərərə və ziyana görə kompensasiya almaq;
31.0.10. sığorta olunanın “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və
Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş
hüquqlarından istifadə etmək.[65]
Maddə 32.
Sərnişinin əsas vəzifələri
32.0. Sərnişinin əsas vəzifələri aşağıdakılardır:
32.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları”na, habelə sərnişin
daşımalarını tənzimləyən digər normativ hüquqi aktların
tələblərinə riayət etmək, daşıyıcı ilə
bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək;
32.0.2. öz təqsiri üzündən daşıyıcıya və digər
şəxslərə vurulmuş zərərin əvəzini
ödəmək;
32.0.3. gediş sənədini (bileti) almaq (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar
istisna olmaqla), gediş haqqını vaxtında və tam həcmdə
ödəmək və gediş müddətində gedişə hüquq
verən müvafiq sənədlərə (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar
istisna olmaqla) malik olmaq;[66]
32.0.4. müəyyən edilmiş hallarda baqaj və əl
yükünün daşınmasına görə daşınma haqqını ödəmək.
Maddə 33.
Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə
yetirilməsi ilə əlaqədar daşıyıcının əsas hüquqları
33.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını
yerinə yetirən daşıyıcı aşağıdakı əsas hüquqlara malikdir:
33.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları”nın, habelə Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarının
tələblərinə və daşınma müqaviləsinin
şərtlərinə riayət edilməsini sərnişindən
tələb etmək;
33.0.2. avtomobil nəqliyyatı ilə sərnişin daşınmasına
görə daşınma haqqını almaq;
33.0.3. qanunvericiliklə nəzərdə tutulmuş hallar
istisna olmaqla, daşınma haqqını təyin etmək;
33.0.4. sərnişinin təqsiri üzündən vurulmuş
zərərin ödənilməsini Azərbaycan Respublikasının normativ
hüquqi aktlarına və müqavilə şərtlərinə uyğun olaraq
ondan tələb etmək;
33.0.5. bu Qanunun 36-cı maddəsində nəzərdə
tutulmuş hallarda sərnişin daşınması üzrə müqavilə
öhdəliklərinin yerinə yetirilməsindən imtina
etmək;
33.0.6. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə nəzərdə
tutulmuş digər hüquqlara malik olmaq.
Maddə 34.
Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə
yetirən daşıyıcının əsas vəzifələri
34.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının
yerinə yetirilməsi ilə əlaqədar daşıyıcının əsas
vəzifələri aşağıdakılardır:
34.0.1. sərnişin və baqaj daşımalarını “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları”na, habelə Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarının
tələblərinə uyğun olaraq yerinə yetirmək;
34.0.2. sərnişinlərin hüquqlarının təmin olunmasını
və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada
sərnişinlərin icbari sığortalanmasını təşkil etmək;[67]
34.0.3. daşınmanın şərtləri və yerinə
yetirilməsi qaydaları haqqında sərnişinlərə zəruri
məlumatlar vermək;
34.0.4. yol hərəkətinin və daşımaların
təhlükəsizliyini təmin etmək, ekoloji və sanitar
normalara riayət etmək;
34.0.5. daşınma üzrə öhdəlikləri icra
etmədikdə və ya lazımi qaydada icra etmədikdə
Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq
sərnişinlərə vurulmuş ziyanın əvəzini və
zərəri ödəmək;
34.0.6. texniki və ya digər səbəblərdən,
o cümlədən, öz təqsiri üzündən daşınma dayandırıldıqda, öz
hesabına sərnişinlərin təyinat məntəqəsinə
çatdırılmasını təmin etmək.
Maddə 35.
Avtomobil nəqliyyatı ilə baqaj daşınması
35.1. Daşıyıcı daşınma üçün qəbul edilmiş baqaja görə
sərnişinə baqaj qəbzi verməlidir.
35.2. Daşıma başa çatdıqdan sonra baqaj sərnişinə və
ya baqajı almaq səlahiyyəti olan şəxsə baqaj qəbzi
təqdim edildikdə verilir.
35.3. Tələb olunmamış baqaj daşıyıcıda saxlanılır. 30 gün
keçdikdən sonra tələb olunmamış baqaj “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə müəyyən
olunmuş qaydada satıla bilər.
35.4. Baqajın satılmasından sonrakı altı ay ərzində
sərnişin və ya baqaj qəbzini təqdim edən şəxs
onun satışı ilə əlaqədar çəkilmiş xərclər
çıxılmaqla, baqajın satılmasından daşıyıcının əldə etdiyi
məbləği almaq hüququna malikdir.
Maddə 36.
Daşıyıcının avtomobil nəqliyyatı ilə sərnişin daşımasından
imtina etməsi
36.0. Aşağıdakı hallarda avtomobil daşıyıcısının
sərnişinləri daşımaqdan imtina etmək hüququ vardır:
36.0.1. sərnişin avtonəqliyyat vasitəsində boş
yer olmadıqda;
36.0.2. sərnişin ictimai asayiş qaydalarını pozduqda;
36.0.3. sərnişinin xəstə və ya sərxoş
vəziyyətdə olması digər sərnişinlər üçün
narahatlıq yaratdıqda;
36.0.4. sərnişin daşınması qadağan edilmiş əşyaların
və maddələrin olduğu baqajı və ya əl yükünü aparmaq
niyyətində olduqda;
36.0.5. sərnişin baqajın daşınmasına görə haqqı
ödəmədikdə;
36.0.6. sərnişində olan gediş sənədinin (biletin)
yerinə yetirilən avtomobil daşınmasına uyğunsuzluğu aşkar
edildikdə, yaxud sərnişin gediş
haqqını müəyyən edilmiş qaydada ödəmədikdə;[68]
36.0.7. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə gediş haqqının
bilavasitə daşınma prosesində ödənilməsi
nəzərdə tutulduğu hallarda sərnişin gediş haqqını
ödəmədikdə və ya tam ödəmədikdə;
36.0.8. sərnişin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları”na əməl olunması
barədə sürücünün və ya digər səlahiyyətli
şəxsin qanuni tələblərini yerinə yetirməkdən
imtina etdikdə.
V fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ
YÜK DAŞINMASI
Maddə 37.
Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi
37.1. Avtomobil nəqliyyatı ilə yük daşınması
müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən
tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu
yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə
təhvil verməyi, yükgöndərən, yükalan və ya onların
səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma
haqqını ödəməyi öhdəsinə götürür. [69]
37.2. Avtomobil nəqliyyatı ilə yük daşınması
müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq
normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 38. Yük
daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi
(fraxtetmə) müqaviləsi
38.1. Yük daşınması üçün avtonəqliyyat vasitəsinin
icarəsi (fraxtetmə) müqaviləsinə görə daşıyıcı hüquqi
və ya fiziki şəxslərin (daşınmanın sifarişçisinin) sifarişi
ilə haqqı ödənilməklə yük daşınması üçün yararlı olan bir
və ya bir neçə avtonəqliyyat vasitəsinin tutumunu bütövlükdə
və ya qismən bir və ya bir neçə reys üçün digər
tərəfə vermək öhdəliyini üzərinə götürür.
38.2. Yük daşınması üçün nəzərdə tutulmuş
avtonəqliyyat vasitəsinin icarəsi haqqında müqavilənin
bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktları ilə müəyyən edilir.
Maddə 39.
Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında
müqavilə
39.1. Avtomobil nəqliyyatı ilə mütəmadi yük
daşınmasının yerinə yetirilməsi zərurəti yarandıqda,
daşınmanın sifarişçisi (yükgöndərən, avtomobil nəqliyyatı
ilə daşımaların təşkilatçısı) yük daşınmasının təşkili haqqında
daşıyıcı ilə uzunmüddətli müqavilə bağlaya bilər.
39.2. Avtomobil nəqliyyatı ilə yük daşınmasının
təşkili haqqında müqaviləyə əsasən daşıyıcı yükü
müəyyən olunmuş müddətdə qəbul etməli,
yükgöndərən isə şərtləşdirilmiş həcmdə yükü
daşınmaq üçün təqdim etməlidir.
39.3. Avtomobil nəqliyyatı ilə yük daşınmasının
təşkili haqqında müqavilədə daşımaların həcmi,
müddəti, marşrutu, qrafiki, istifadə olunacaq avtonəqliyyat
vasitələrinin növü, daşınma ilə əlaqədar digər
xidmətlərin siyahısı, yük daşınması üçün avtonəqliyyat
vasitələrinin və yükün daşıyıcıya təqdim edilməsinin
şərtləri, hesablaşmaların qaydası, tərəflərin
məsuliyyəti, yük daşınmasının təşkilinin digər
şərtləri müəyyən edilir.
39.4. Avtomobil nəqliyyatı ilə yük daşınmasının
təşkili haqqında müqavilə yükgöndərən və yük
daşınmasının təşkilatçısı arasında bağlana bilər.
39.5. Avtomobil nəqliyyatı ilə yük daşınmasının
təşkili haqqında müqavilə yük daşınması müqaviləsinin və
icarə (fraxtetmə) müqaviləsinin bağlanması zəruriliyini
istisna etmir.
Maddə 40.
Avtomobil nəqliyyatı ilə yük daşınmasının
rəsmiləşdirilməsi
40.1. Avtomobil nəqliyyatı
ilə əmtəə təyinatlı yüklərin daşınması müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində
elektron qaydada doldurulan elektron əmtəə-nəqliyyat
qaiməsi əsasında həyata keçirilir. Elektron əmtəə-nəqliyyat qaiməsi ilə
rəsmiləşdirilməmiş əmtəə təyinatlı
yüklər daşınma üçün qəbul edilə bilməz.[70]
40.2. Elektron
əmtəə-nəqliyyat qaiməsi Azərbaycan
Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən
olunmuş formada tərtib edilir. Yük daşıma müqaviləsində başqa
qayda nəzərdə tutulmamışdırsa, elektron əmtəə-nəqliyyat qaiməsi
yükgöndərən tərəfindən tərtib edilir.[71]
40.3 Elektron
əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar
göstərilir:[72]
40.3.1. yük alanın ünvanı;
40.3.2. yükün çatdırılma yeri;
40.3.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və
brutto çəkisi;
40.3.4. yükün göndərilmə vaxtı və avtonəqliyyat
vasitəsinin növü;
40.3.5. yük qiymətli obyekt olduqda – onun dəyəri;
40.3.6. xüsusi təhlükəli və potensial
təhlükəli yük olduqda - təhlükənin konkret növü və
belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;
40.3.7. qaimənin tərtib edildiyi yer və tarix;
40.3.8. yükgöndərənin adı və ünvanı;
40.3.9. daşıyıcının adı və ünvanı;
40.3.10. yükləmənin yeri və tarixi;
40.3.11. yük yerlərinin adı və nömrələri;
40.3.12. daşımanın qiyməti (yük daşınması üçün haqq,
əlavə xərclər);
40.3.13. zərurət olduqda, daşımanın şərtləri
barəsində yükgöndərənin xüsusi göstərişləri.
40.4. Zəruri hallarda elektron
əmtəə-nəqliyyat qaiməsində aşağıdakı
məlumatlar göstərilə bilər:[73]
40.4.1. yükün boşaldılıb başqa nəqliyyat
vasitələrinə yüklənməsinin qadağan edilməsi;
40.4.2. tərəflərin öz üzərinə
götürdükləri və ya bir-birinə verdiyi avansın
məbləğləri;
40.4.3. yük alanın daşıyıcıya ödədiyi məbləğ;
40.4.4. yükün dəyəri;
40.4.5. yükün sığortalanmasına dair yükgöndərənin
göstərişi;
40.4.6. yükün daşınması üçün şərtləşdirilmiş
müddətlər;
40.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş
sənədlərin siyahısı.
40.5. Yük daşınması müqaviləsinin tərəfləri
zəruri hesab etdikləri digər məlumatları elektron əmtəə-nəqliyyat
qaiməsinə daxil edə bilərlər.
40.6. Beynəlxalq avtomobil yük daşımaları yerinə
yetirilərkən beynəlxalq nümunəli
əmtəə-nəqliyyat qaiməsi və ya elektron əmtəə-nəqliyyat qaiməsi
tərtib olunur.[74]
40.7. Qeyri-əmtəə təyinatlı yüklərin, o
cümlədən torpaq və qar kütləsinin, məişət və
digər tullantıların daşınması ölçmə aktı və ya
tərəzidə çəkmə aktı ilə
rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib
edilməsi, habelə qeyri-əmtəə təyinatlı
yüklərin qəbul edilməsi və təhvil verilməsi
qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
40.8. Avtomobil nəqliyyatı ilə əhalinin
yüklərinin daşınması elektron əmtəə-nəqliyyat
qaiməsi və ya sifariş-tapşırıqla rəsmiləşdirilə
bilər. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin
daşınması “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na əsasən təşkil olunur və yerinə
yetirilir.
Maddə 41. Yük
müşayiətedici digər sənədlər
41.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları
ilə müəyyən olunmuş yük müşayiətedici digər
sənədlər tələb olunduğu hallarda (uyğunluq
sertifikatı, baytarlıq və fitosanitar sertifikatı, malın mənşə
sertifikatı) əvvəlcədən
rəsmiləşdirilərək yükgöndərən
tərəfindən elektron əmtəə-nəqliyyat
qaiməsinə əlavə olunmalıdır.
41.2. Daşıyıcı yük müşayiətedici əlavə
sənədlərin düzgünlüyünü yoxlamaq vəzifəsini daşımır.
41.3. Yük müşayiətedici əlavə
sənədlərdən lazımi qaydada istifadə
etmədikdə və ya həmin sənədlər
itirildikdə əmlak məsuliyyəti daşıyıcının üzərinə
qoyulur.
Maddə 42. Yükün
daşınma üçün hazırlanması və təqdim edilməsi
42.1. Avtonəqliyyat vasitəsi daşıyıcı və ya daşımanın
təşkilatçısı tərəfindən təqdim
edilənədək yükgöndərən yükü yüklənmək üçün
hazırlamalı və müəyyən olunmuş tələblərə
uyğun olaraq onu daşınma üçün təqdim etməlidir.
42.2. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın tələbləri və avtomobil daşınması müqaviləsinin
şərtləri pozulmaqla daşınma üçün təqdim edilmiş yük təqdim
edilməmiş hesab olunur. Bu halda yükgöndərən yük daşınması
müqaviləsinə və Azərbaycan Respublikasının normativ hüquqi
aktlarına uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək
üçün təqdim edilməsi ilə bağlı daşıyıcıya vurulmuş
zərəri ödəməlidir.
42.3. Yükgöndərənin yükü onun həqiqi
dəyərindən artıq olmayan məbləğdə elan olunmuş
qiymətlə daşınmaq üçün təqdim etmək hüququ vardır.
42.4. Müxtəlif növ yüklərin daşınma üçün hazırlanması
və təqdim edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” və Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları ilə müəyyən edilir.
Maddə 43. Yükün
daşınma üçün qəbul edilməsi
43.1. Daşıyıcı yükü daşınma üçün qəbul edərkən elektron əmtəə-nəqliyyat
qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici
görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda
onun temperaturunu yoxlamalıdır.[75]
43.2. Sistern və konteynerlərdə yaxud qalaq və
füruş şəkildə olan yüklər daşınma üçün qəbul
edildikdə, onların ümumi çəkisi müəyyən edilməli
və elektron
əmtəə-nəqliyyat qaiməsində
göstərilməlidir.
43.3. Yükün ümumi çəkisi və yük yerlərinin sayı
yükgöndərən və daşıyıcı tərəfindən birlikdə
müəyyən edilir və yoxlanılır.
43.4. Müxtəlif növ yüklərin ümumi çəkisinin
müəyyən edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
43.5. Sürücü tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsinin
imzalanmış nüsxəsi yükgöndərənə verildikdən sonra yük
daşınma üçün qəbul edilmiş hesab olunur.
43.6. Elektron
əmtəə-nəqliyyat qaiməsinə müvafiq
qeydlər edilməmişdirsə, daşınma üçün qəbul edildiyi anda
yük və onun qablaşdırılması lazımi vəziyyətdə, yükün ümumi
çəkisi, yük yerlərinin sayı və markalanması isə elektron
əmtəə-nəqliyyat qaiməsində olan
göstəricilərə uyğun olduğu kimi hesab edilir.[76]
43.7. Yük daşınması müqaviləsində başqa hal
nəzərdə tutulmamışdırsa, yükləmə yükgöndərən
tərəfindən həyata keçirilir.
43.8. Avtonəqliyyat vasitələrinin yüklənməsi
üçün müəyyən edilmiş normalara riayət edilməsi, habelə
avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin
və yükün qorunub saxlanmasının təmin edilməsi məqsədi
ilə daşıyıcı yükün düzgün yerləşdirilməsinə və
bərkidilməsinə nəzarət etməlidir.
43.9. Daşıyıcının göstərişi ilə yükgöndərən yükün
yerləşdirilməsində və bərkidilməsində yol
verilmiş pozuntuları aradan qaldırmalıdır.
43.10. Beynəlxalq daşımalar istisna olmaqla, yük daşınması üçün
qapalı yük yerləri ilə təchiz edilmiş avtonəqliyyat
vasitələri və ya digər nəqliyyat avadanlığı
istifadə edildikdə, yükün yükgöndərən
tərəfindən plomblanmasına yol verilir. Bu haqda elektron əmtəə-nəqliyyat
qaiməsində müvafiq qeyd edilməlidir. Yükün plomblanması qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.
43.11. Avtomobil nəqliyyatı ilə yükün daşınma üçün
qəbul edilməsinin digər şərtləri Azərbaycan
Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən
edilir.
Maddə 44. Yükün
yükalana təhvil verilməsi
44.1. Daşıyıcı yükü təyinat məntəqəsində
yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük
yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə
uyğun olaraq təhvil verir.
44.2. Qalaq və ya füruş şəkildə, yaxud avtomobil
sisternində daşınan yüklərdə çatışmazlıq
əlamətləri yoxdursa və yükalanda bu çatışmazlığı
müəyyən etmək üçün lazımi vasitələr olmadıqda,
həmin yüklər ümumi çəkisi yoxlanılmadan yükalana və ya yükü
almağa səlahiyyəti olan şəxsə təhvil verilir.
44.3. Beynəlxalq daşımalar istisna olmaqla,
qeyri-əmtəə təyinatlı yük daşındıqda, daşıyıcı onu yükalana
və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil
vermək vəzifəsindən yükgöndərən
tərəfindən azad oluna bilər. Bu halda daşıyıcının üzərinə
həmin yükü yükgöndərən tərəfindən
müəyyən edilmiş yerdə boşaltmaq vəzifəsi qoyulur.
44.4. Yükün çəkisi tərəzi vasitəsilə
müəyyən edildikdə, elektron
əmtəə-nəqliyyat qaiməsində göstərilən
yükün çəkisi ilə onun faktiki çəkisi arasında olan fərq
təbii azalma normasını və ya tərəzidə
çəkilmə dəqiqliyini keçmirsə, daşıyıcı yükün çəkisinin
fərqinə görə məsuliyyət daşımır.[77]
44.5. Yükün təhvil alınması yükalan tərəfindən elektron əmtəə-nəqliyyat
qaiməsində imza edilməklə və yükalan möhürə
(ştampa) malik olduqda, möhür (ştamp) vurulmaqla təsdiq olunur.
Maddə 45.
Yükalanın yükü almaqdan imtina etməsi və ya başqa ünvana çatdırılması
haqda tələbi
45.1. Yükün xarab olması və zədələnməsi ilə
əlaqədar xüsusiyyətlərini dəyişməsi
nəticəsində ondan təyinatı üzrə tam və ya
qismən istifadə etmək mümkün olmadıqda, yükalan yükü almaqdan
imtina edə bilər.
45.2. Yükalan yükü almaqdan imtina, yaxud onun başqa ünvana
çatdırılmasını tələb etdikdə, bu haqda elektron əmtəə-nəqliyyat qaiməsində
müvafiq qeyd etməlidir.
45.3. Yükalan yükü almaqdan imtina etdikdə, müqavilədə
digər hal nəzərdə tutulmamışdırsa daşıyıcı bu yük
barəsində yükgöndərənin yazılı göstərişlərini
almalıdır.
45.4. Yükalan yükü almaqdan imtina etdikdə, yükün saxlanılması,
satılması, yükgöndərənə geri qaytarılması və ya yeni ünvana
çatdırılmasına görə daşıyıcının çəkdiyi əlavə
xərcləri yükgöndərən ödəməlidir.
Maddə 46. Yükün
yüklənməsi, çatdırılması və boşaldılması müddətləri
46.1. Avtonəqliyyat vasitəsinin yükləmə altında
olduğu müddət onun daşıyıcı tərəfindən yüklənmək
üçün verildiyi vaxtdan hesablanır.
46.2. Avtonəqliyyat vasitəsinin boşaldılma altında olduğu
müddət yükün boşaldılma yerində onun sürücüsü
tərəfindən elektron
əmtəə-nəqliyyat qaiməsinin yükalana təqdim
edildiyi vaxtdan hesablanır.
46.3. Yüklənən və ya boşaldılan yük
barəsində lazımi qaydada rəsmiləşdirilmiş elektron əmtəə-nəqliyyat
qaiməsi və bütün digər zəruri sənədlər
avtonəqliyyat vasitəsinin sürücüsünə təqdim edildikdə,
yükləmə və ya boşaltma başa çatmış hesab olunur.
46.4. Avtonəqliyyat vasitəsinin yükləmə və
boşaldılma yerlərinə gəlməsi və çıxması vaxtı
barədə yükgöndərən və yükalan elektron əmtəə-nəqliyyat qaiməsində
müvafiq qeyd etməlidirlər.
46.5. Yükləmə, çatdırılma və boşaldılma
müddətləri, o cümlədən yükləmə və boşaldılma
ilə əlaqədar digər əməliyyatların yerinə
yetirilməsi müddəti Azərbaycan Respublikasının müvafiq normativ
hüquqi aktları, o cümlədən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”, həmçinin avtomobil nəqliyyatı ilə yük daşınması
müqaviləsi ilə müəyyən edilir.
Maddə 47. Avtomobil
nəqliyyatı ilə təhlükəli yüklərin daşınması
47.1. Avtomobil nəqliyyatı ilə daşımalar zamanı partlayışa
və (və ya) yanğına, insanların və (və ya) heyvanların
tələfatına, xəstələnməsinə,
xəsarət almasına, zəhərlənməsinə,
şüalanmasına səbəb ola bilən, habelə nəqliyyat
vasitələrinin, tikililərin və digər infrastruktur
obyektlərinin zədələnməsinə gətirib çıxaran
və (və ya) ətraf mühitə ziyan vurma
xüsusiyyətlərinə və güclü təsirə malik
maddələr, materiallar, məhsullar və tullantılar
təhlükəli yüklər hesab edilir.
47.2. Bu cür daşımalar zamanı yükgöndərən elektron
əmtəə-nəqliyyat qaiməsində təhlükəli
yük barədə məlumatları göstərməlidir.
47.3. Təhlükəli yüklərin daşınması qaydası
Azərbaycan Respublikasının normativ hüquqi aktlarının
tələblərinə uyğun olaraq müəyyən edilir.
Maddə 48.
Avtomobil nəqliyyatı ilə iriqabaritli və ağırçəkili
yüklərin daşınması
48.1. Yükünün qabaritləri və çəkisi, yaxud texniki
göstəriciləri müvafiq normativlərlə
müəyyənləşdirilmiş məhdudiyyətlərdən
kənara çıxan avtonəqliyyat vasitələrinin ümumi
istifadədə olan yollarla, o cümlədən, yaşayış
məntəqələrinin küçələri ilə hərəkətinə
bu Qanunun
48.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən edilmiş hərəkət marşrutu üzrə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi əsasında yol verilir.[78]
48.1-1. Aşağıdakı hallardan biri və ya bir
neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə
müşayiət edilməlidir:[79]
48.1-1.1. mühafizə avtomobili ilə:
48.1-1.1.1. nəqliyyat vasitəsinin eni
2,55 metrdən artıq olduqda;
48.1-1.1.2. nəqliyyat vasitəsinin
hündürlüyü 4 metrdən artıq olduqda;
48.1-1.1.3. nəqliyyat vasitəsinin
uzunluğu 24 metrdən artıq olduqda;
48.1-1.1.4. nəqliyyat vasitəsinin ümumi
kütləsi 50 tondan artıq olduqda;
48.1-1.2. mühafizə və müşayiət
avtomobili ilə:
48.1-1.2.1. nəqliyyat vasitəsinin eni 3,5
metrdən artıq olduqda;
48.1-1.2.2. nəqliyyat vasitəsinin
uzunluğu 30 metrdən artıq olduqda;
48.1-1.2.3. nəqliyyat vasitəsinin ümumi
kütləsi 80 tondan artıq olduqda;
48.1-1.2.4. hərəkət zamanı
nəqliyyat vasitəsi əks istiqamətdəki
hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində
nəzərdə tutulmuş qayda ilə müəyyən edilən
hədlərdən artıq tutduqda;
48.1-1.2.5. daşınma prosesində iriqabaritli
və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz
hərəkətinin təmin edilməsi məqsədilə
yol hərəkətinin tənzimlənməsi üzrə bu
Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda
ilə müəyyən edilən tədbirlərin həyata
keçirilməsinə zərurət olduqda.
48.1-2. İriqabaritli və ağırçəkili
nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil
yolları ilə hərəkət etməsinə icazənin verilməsinə
görə “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat
vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci
maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat
vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun
48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə
müəyyən edilən hallarda hərəkət marşrutunun
müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş məbləğdə xidmət haqqı tutulur.
48.1-3. Ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsinə icazənin
verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir.
Ərizəçinin müraciətinə “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq baxılır.
48.1-4. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) ərizəçinin müraciətinə
baxarkən:
48.1-4.1. bu Qanunun 48.1-1.1-ci və
48.1-1.2-ci maddələrinə uyğun olaraq iriqabaritli və
ağırçəkili nəqliyyat vasitəsinin müvafiq nəqliyyat
vasitələri ilə müşayiət olunması ilə bağlı
məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təqdim
edilməsi üçün həmin orqana (quruma) müraciət edir;
48.1-4.2. hərəkət marşrutunun
müəyyən edilməsi ilə bağlı məlumatların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim
edilməsi üçün həmin orqana (quruma) müraciət edir.
48.1-5. Bu Qanunun 48.2-ci maddəsində
nəzərdə tutulmuş qayda ilə müəyyən edilən
hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iriqabaritli və ağırçəkili
nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil
yolları ilə hərəkət marşrutunun aidiyyəti
hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz,
dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər
mülkiyyətçiləri ilə razılaşdırılmasını həyata keçirir.
48.1-6. Nəqliyyat vasitəsinin
istehsalçısının müəyyən etdiyi texniki xarakteristikası
ərizədə göstərilən iriqabaritli və
ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat
vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut
üzrə hərəkət etməsi mümkün deyilsə və ya
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi alternativ marşrut üzrə
hərəkətə daşıyıcı razılaşmazsa daşıyıcıya icazənin
verilməsindən imtina edilir.
48.2. Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin
hərəkət etməsi, onların hərəkətinə xüsusi icazənin verilməsi qaydası, habelə iriqabaritli və
ağırçəkili avtonəqliyyat vasitələrinin
hərəkət etməsinə görə ödənişlərin
dərəcələri və ümumi
istifadədə olan avtomobil yolları ilə hərəkət
edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[80]
Maddə 49.
Qarışıq yük daşımalarının yerinə yetirilməsi
49.1. Ən azı iki nəqliyyat növündən istifadə
edilməklə, bütün hərəkət yolu (göndərilmə
məntəqəsindən təyinat
məntəqəsinədək) üçün tərtib edilmiş vahid
nəqliyyat sənədi əsasında yerinə yetirilən
sərnişin və yük daşımaları qarışıq daşımalar hesab olunur.
49.2. Qarışıq yük daşınmasının yerinə yetirilməsi üçün
daşıyıcılar digər nəqliyyat növləri ilə daşıyıcılarla
və ya daşımaların təşkilatçıları ilə Azərbaycan
Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq yük
daşımalarının təmin edilməsi haqqında müqavilələr
bağlayırlar.
VI fəsil
AVTOMOBİL NƏQLİYYATI İLƏ
BEYNƏLXALQ DAŞIMALAR
Maddə 50. Avtomobil nəqliyyatı ilə
beynəlxalq daşımaların təşkili
50.1. Avtomobil nəqliyyatı ilə
beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən
tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq operator tərəfindən
yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti
və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara,
operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair
tələblərə cavab verməlidir.
50.2. Operatorun məsul şəxsləri,
habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata
keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq
səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq
və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil
müəssisələri tərəfindən müqavilə
bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin
nəticələrinə dair operatorla və ya
sürücülərlə (məsul şəxslərlə) bağlanmış
müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış
qiymətləndirməyə əsasən operatorun məsul
şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində
etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş
sənəd verilir. Hazırlığın keçirilməsi və
qiymətləndirmənin aparılması qaydası, habelə
qiymətləndirmənin aparılmasına görə haqqın
məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
50.3. Operatorun işgüzar nüfuz, maliyyə
vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı
meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair
tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük
daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.
50.4. İcazə sistemi tətbiq edən
xarici dövlətlərə yerinə yetirilən beynəlxalq
daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə
edilən (əldə edilən) və verilən “İcazə”
blankları (jurnalları) əsasında yerinə yetirilir. “İcazə”
blankları (jurnallar) növbəlilik, bazar payı və ya malik olduğu
nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla
operatorlar arasında bölüşdürülür. “İcazə” blankının (jurnalının)
üzərində onun verildiyi operatorun adı və onu
fərdiləşdirməyə imkan verən digər məlumatlar
qeyd edilir. “İcazə” blanklarının (jurnalların) verilməsinə
görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə
haqq ödənilir.
50.5. “İcazə” blankları (jurnalları)
Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli
beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil
əlaqələri haqqında hökumətlərarası sazişlərə
uyğun olaraq kvotalar üzrə mübadilə edilir və ya
çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilir.
50.6. “İcazə” blanklarının (jurnallarının)
doldurulması zamanı məlumatların təhrif olunması, pozulması və
yenidən yazılması, habelə “İcazə” blankının (jurnalının) başqa
şəxslərə ötürülməsi qadağandır.
50.7. Xarici dövlət qeydiyyat nişanlı
avtomobil nəqliyyatı vasitəsi ilə ölkədaxili sərnişin
və yük daşımalarının həyata keçirilməsi qadağandır.
50.8. Avtomobil nəqliyyatı
ilə beynəlxalq sərnişin və yük daşımaları
sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin şərtlərinin Azərbaycan
Respublikasının ərazisində yerinə yetirilməsini müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət
orqanları (qurumları) ilə birlikdə təmin edir.[81]
Maddə 51. Avtonəqliyyat
vasitələrinin, yüklərin və baqajın (əl yükünün)
Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi
Avtonəqliyyat vasitələri, yüklər və baqaj
(əl yükü) Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük işinə dair və digər normativ
hüquqi aktlarına uyğun olaraq keçirilir.
VII fəsil
AVTOMOBİL NƏQLİYYATININ
FƏALİYYƏTİ SAHƏSİNDƏ MƏSULİYYƏT
Maddə 52.
Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsindən irəli
gələn öhdəliklərə görə məsuliyyət
52.1. Avtomobil nəqliyyatı ilə daşınma
müqaviləsindən və daşınma ilə əlaqədar mülki
qanunvericiliklə nəzərdə tutulmuş digər
müqavilələrdən irəli gələn öhdəliklərin
icra edilməməsinə və ya lazımi qaydada icra
edilməməsinə görə müqavilə üzrə
tərəflər bu Qanunla, Azərbaycan Respublikasının digər
normativ hüquqi aktları və tərəflər arasında bağlanmış
müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
52.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil
nəqliyyatı ilə daşınma müqaviləsi üzrə
qanunvericiliklə müəyyən edilmiş məsuliyyətin
məhdudlaşdırılması yaxud aradan qaldırılması barədə
tərəflərin razılaşması etibarsızdır.
Maddə 53.
Avtonəqliyyat vasitəsinin yüklənmək üçün
verilməməsinə görə daşıyıcının məsuliyyəti
53.1. Avtomobil nəqliyyatı ilə daşınma
müqaviləsinə uyğun olaraq avtonəqliyyat vasitəsinin
yüklənmək üçün verilməməsinə və ya
vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı Azərbaycan
Respublikasının qanunvericiliyi, habelə tərəflər arasında
bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
53.2. Avtonəqliyyat vasitəsinin yüklənmək üçün
verilməməsi və ya vaxtlı-vaxtında verilməməsi
qarşısıalınmaz qüvvənin təsiri və ya səlahiyyətli
dövlət orqanları (qurumları) tərəfindən
müəyyən istiqamətdə avtomobil nəqliyyatı ilə
daşımaların məhdudlaşdırılması, yaxud dayandırılması
nəticəsində baş verdikdə, daşıyıcı
məsuliyyətdən azad olunur.[82]
Maddə 54. Yükün
və ya baqajın qorunub saxlanılmamasına və əl yükünün
zədələnməsinə görə avtomobil daşıyıcısının
məsuliyyəti
54.1. Yükün və ya baqajın daşınma üçün qəbul edildiyi
vaxtdan yükalana, sərnişinə və ya digər
səlahiyyətli şəxsə təhvil verilənədək
itirilməsinin, əskik çıxmasının və ya
zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri
olmadan baş verdiyi sübut edilmədikdə, daşıyıcı məsuliyyət
daşıyır.
54.2. Daşıyıcı yükün və ya baqajın avtomobil nəqliyyatı
ilə daşınması zamanı vurulmuş zərəri aşağıdakı miqdarda
ödəyir:
54.2.1. yük və ya baqaj itirildikdə, yaxud əskik
çıxdıqda - müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış yükün və ya
baqajın dəyəri miqdarında;
54.2.2. yük və ya baqaj zədələndikdə (xarab
olduqda) - onun dəyərinin azaldığı miqdarda,
zədələnmiş yükü bərpa etmək mümkün olmadıqda isə,
onun tam dəyəri miqdarında;
54.2.3. qiyməti elan olunmaqla avtomobil nəqliyyatı
ilə daşınmaq üçün təhvil verilmiş yük və ya baqaj
itirildikdə - həmin yük və ya baqajın elan olunmuş qiyməti
miqdarında. Daşıyıcı həmin yükün və ya baqajın həqiqi
dəyərinin elan olunmuş qiymətdən aşağı olduğunu sübut
etdikdə isə - yükün və ya baqajın həqiqi dəyəri
miqdarında.
54.3. Yükün və ya baqajın həqiqi dəyərinin
müəyyən edilməsi üçün onların daşınma müqaviləsində
yaxud hesablaşma sənədində göstərilmiş qiyməti
əsas götürülür. Daşınma müqaviləsində yükün və ya baqajın
qiyməti müəyyən edilmədikdə, yaxud hesablaşma
sənədi olmadıqda isə, analoji malların mövcud bazar qiyməti
əsas kimi götürülür.
54.4. Daşıyıcı yükün və ya baqajın itirilməsi, əskik
çıxması və ya zədələnməsi (xarab olması) ilə
əlaqədar müəyyən edilmiş zərəri
ödəməklə yanaşı, həmin yükün və ya baqajın daşınmasına
görə alınmış daşınma haqqını da (daşınma haqqı yükün və ya baqajın
dəyərinə daxil olmadıqda) yükgöndərənə
(yükalana), sərnişinə və ya səlahiyyəti olan
digər şəxsə qaytarır.
Maddə 55.
Sərnişin avtonəqliyyat vasitəsinin yola düşməsinin
ləngidilməsi və ya təyinat məntəqəsinə
çatmasının gecikdirilməsinə görə avtomobil daşıyıcısının
məsuliyyəti
55.1. Avtobusun yola düşməsinin, yaxud təyinat
məntəqəsinə çatmasının gecikdirilməsinin
(şəhərdaxili daşımalar istisna olmaqla) qarşısıalınmaz qüvvənin
təsiri nəticəsində və ya daşıyıcıdan asılı olmayan
digər səbəblərdən baş verdiyi sübut olunmadıqda, daşıyıcı
“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” ilə müəyyən
olunmuş qaydada və məbləğdə sərnişinə
dəbbə pulunu ödəyir.
55.2. Avtonəqliyyat vasitəsinin ləngiməsi
səbəbindən sərnişinin daşımadan imtina etdiyi hallarda
daşıyıcı (avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı)
daşınma haqqını tam məbləğdə sərnişinə geri
qaytarmalıdır.
Maddə 56.
Sərnişinin həyatına və ya sağlamlığına vurulmuş
zərərə görə avtomobil daşıyıcısının məsuliyyəti
56.1. Avtomobil nəqliyyatı ilə daşımalar yerinə
yetirilərkən sərnişinlərin həyatına və ya
sağlamlığına vurulmuş zərərin qarşısıalınmaz qüvvənin
təsiri və ya zərərçəkənin təqsiri
nəticəsində baş verdiyini sübut edə bilmədikdə,
daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır.
56.2. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması
müqavilələrində sərnişinin həyatına və ya
sağlamlığına vurulmuş zərərə görə daşıyıcının daha
yüksək maddi məsuliyyəti nəzərdə tutula bilər.
Maddə 57.
Avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi
ilə əlaqədar sifarişçinin daşıyıcı qarşısında
məsuliyyəti
57.1. Daşımanın sifarişçisi avtomobil nəqliyyatı ilə
daşınma müqaviləsinin şərtlərinin pozulmasına, təqdim
edilmiş avtonəqliyyat vasitəsindən vaxtlı-vaxtında istifadə
edilməməsinə görə daşıyıcı qarşısında müvafiq qanunvericiliklə
və tərəflər arasında bağlanmış müqavilə ilə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
57.2. Sifarişçi onun təqsiri üzündən avtomobil
daşıyıcısına, habelə daşıyıcının məsuliyyət daşıdığı digər
şəxslərin əmlakına vurduğu zərərə görə
məsuliyyət daşıyır.
57.3. Yük müşayiətedici sənədlərdə
göstərilmiş düzgün olmayan, qeyri-dəqiq yaxud dolğun olmayan
məlumatlarla əlaqədar və ya zəruri yük
müşayiətedici sənədlərin olmaması səbəbindən
daşıyıcıya və üçüncü şəxslərə vurulmuş
zərərə görə məsuliyyəti yükgöndərən
daşıyır.
57.4. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsi
üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi
qaydada icra edilməməsi qarşısıalınmaz qüvvənin təsiri,
müəyyən istiqamətlərdə daşımaların dayandırılması,
yaxud məhdudlaşdırılması səbəbindən, habelə ondan
asılı olmayan digər hallarda baş verdikdə, sifarişçi
məsuliyyətdən azad olunur.
Maddə 57-1. Beynəlxalq sərnişin və yük
daşımalarında taxoqrafdan istifadə
57-1.1. Operatorlar beynəlxalq daşımaları
həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla
təchiz etməlidirlər.
57-1.2. Operatorlar və
beynəlxalq daşımaları yerinə yetirən sürücülər
tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə
taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq
möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması
pozulmuş, tamamilə və ya hər hansı funksiyası
işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı
məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol
verilmir.[83]
Maddə 58.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları
ilə əlaqədar pretenziyalar[84]
58.1. Müqavilənin tərəfləri avtomobil
nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia
qaldırmazdan əvvəl Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861-ci maddəsi, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə
pretenziya verməlidirlər.[85]
58.2. Avtomobil nəqliyyatı ilə yük daşınması
müqavilələrindən irəli gələn
tələblər üzrə iddia müddəti 1 ildir.[86]
58.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması
müqavilələrindən irəli gələn
tələblər üzrə iddia müddəti 6 aydır.
VIII fəsil
AVTOMOBİL NƏQLİYYATI
SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİ
Maddə 59.
Avtomobil nəqliyyatı ilə daşımalara dair qayda və
tələblərə riayət edilməsinə dövlət
nəzarətinin təşkili
Avtomobil nəqliyyatı ilə beynəlxalq və
ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və
tələblərə, habelə bu sahədə Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin müddəalarına riayət
edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
IX fəsil
YEKUN MÜDDƏALAR
Maddə 60.
Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə riayət edilməməsinə görə
məsuliyyət
Bu Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarının
tələblərinə riayət etməyən avtomobil
daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların
təşkilatçıları, sərnişinlər və digər şəxslər
Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda məsuliyyətə cəlb olunurlar.[87]
Maddə 61. Qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 1 aprel 2008-ci il
№ 556-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 276)
2.
30 sentyabr 2010-cu il tarixli 1084-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 21 sentyabr 2010-cu il, № 229,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10,
maddə 841)
3.
22 oktyabr 2013-cü il tarixli 787-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 5 noyabr 2013-cü il, № 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il,
№ 11, maddə 1302)
4.
4 aprel 2014-cü il tarixli 936-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 4 may 2014-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il,
№ 04, maddə 342)
5.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903)
6.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439)
7.
12 fevral 2016-cı il tarixli 127-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02,
II kitab, maddə 221)
8.
16 dekabr 2016-cı il tarixli 469-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral
2017-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№ 02, maddə 140)
9.
31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№ 12, I kitab maddə 2211)
10.
15 dekabr 2017-ci il tarixli 952-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar
2018-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№ 1, maddə 22)
11.
30 noyabr 2018-ci il tarixli 1375-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2510)
12.
18 dekabr 2018-ci il tarixli 1399-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№ 12, I kitab, maddə 2517)
13. 1 fevral 2019-cu il tarixli 1476-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
15 mart 2019-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 3, maddə 374)
14. 12 iyul 2019-cu il tarixli 1657-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1379)
15. 24 aprel 2020-ci il tarixli 60-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
№ 6, maddə 663)
16. 26 noyabr 2020-ci il tarixli 209-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 yanvar 2021-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il,
№ 1, maddə 1)
17. 29 dekabr 2020-ci il tarixli 245-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 yanvar 2021-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il,
№ 1, maddə 10)
18. 17 fevral 2023-cü il tarixli 814-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 452)
19. 24 fevral 2023-cü il tarixli 831-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 11 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 12 aprel 2023-cü il, № 75,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 462)
20. 14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I
kitab, maddə 1121)
21. 25 iyun 2024-cü il tarixli 1186-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 15 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 16 avqust
2024-cü il, № 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 932)
22. 31 oktyabr 2025-ci il tarixli 280-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan”
qəzeti, 29 noyabr 2025-ci il, № 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11,
maddə 1010)
23. 16 dekabr 2025-ci il tarixli 312-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 15
yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 16 yanvar
2026-cı il, № 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1,
maddə 2)
24. 3 mart 2026-cı il tarixli 375-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213)
25.
10 iyul 2026-cı il
tarixli 438-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 4 avqust 2026-cı il № 137)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
preambulaya “orqanları”
sözündən sonra “(qurumları)”
sözü əlavə edilmişdir.
[2]
10 iyul 2026-cı il tarixli 438-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 4 avqust 2026-cı il № 137) ilə 1-ci maddəyə yeni məzmunda
1.0.1-1-ci maddə əlavə edilmişdir.
[3]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
1.0.2-ci maddədə “infrastrukturundan”
sözü “infrastruktur
obyektlərindən” sözləri ilə əvəz edilmişdir.
[4] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 1.0.6-cı maddədə “təminatlı” sözü çıxarılmışdır.
14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 1.0.6-cı maddədə “infrastrukturu” sözü “infrastruktur obyektləri”
sözləri ilə əvəz edilmişdir və həmin
maddəyə “məntəqələri,”
sözündən sonra “avtomobil
nəqliyyatı parkları,” sözləri əlavə edilmişdir.
[5] 24 fevral 2023-cü il tarixli 831-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 aprel 2023-cü il,
“Azərbaycan” qəzeti, 12 aprel 2023-cü il, № 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 462) ilə yeni məzmunda
1.0.8-1 maddə
əlavə edilmişdir.
[6] 24 aprel 2020-ci il tarixli 60-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci
il, № 104,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6,
maddə 663) ilə
1.0.9-cu maddəyə “əsaslarla”
sözündən sonra “haqq
müqabilində” sözləri, “yerinə
yetirən” sözlərindən sonra “, mülkiyyət, icarə və ya istifadə hüququ ilə
nəqliyyat vasitələrinə malik olan” sözləri
əlavə edilmişdir.
3 mart 2026-cı il tarixli 375-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 31 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213) ilə 1.0.9-cu
maddədə “daşınma
müqaviləsi və ya digər qanuni əsaslarla haqq
müqabilində” sözləri “daşınma
müqaviləsi (haqq müqabilində) və ya digər qanuni
əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci
maddələrində nəzərdə tutulmuş” sözləri
ilə əvəz edilmişdir.
[7] 12 iyul 2019-cu il tarixli 1657-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1379) ilə yeni məzmunda 1.0.9-1–1.0.9-2-ci
maddələr əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
1.0.9-1-ci maddədə “müvafiq
icra hakimiyyəti orqanı tərəfindən uçota alınan”
sözləri “müvafiq icazəsi olan”
sözləri ilə əvəz edilmişdir.
[8] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə yeni
məzmunda 1.0.11-1-ci maddə əlavə edilmişdir.
[9]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 1.0.17-1-ci maddə əlavə edilmişdir.
[10] 18 dekabr 2018-ci
il tarixli 1399-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2517) ilə 1.0.23-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 1.0.24-cü maddə
əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 1.0.24-cü maddə yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.0.24. taxoqraf – avtonəqliyyat
vasitəsinin hərəkətinə, o cümlədən qət
edilmiş məsafəyə, hərəkətin sürətinə,
habelə sürücülərin iş və istirahət dövrlərinə
dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya
qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat
vasitəsində quraşdırılan elektromexaniki və ya elektron
nəzarət cihazı.
[11]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 1.0.25 –1.0.36-cı maddələr əlavə
edilmişdir.
[12]
16 dekabr 2025-ci il tarixli 312-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 15
yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 16 yanvar
2026-cı il, № 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1,
maddə 2) ilə 2-ci maddənin mətni 2.1-ci maddə
hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə
edilmişdir.
[13]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
3.1-ci maddəyə “orqanları”
sözündən sonra “(qurumları)”
sözü əlavə edilsin və həmin maddədə “nəqliyyat” sözü “avtomobil nəqliyyatı” sözləri
ilə əvəz edilmişdir.
[14]
25
iyun 2024-cü il tarixli 1186-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 16 avqust 2024-cü il, № 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 932) ilə 3.2.1-ci maddədə, 7.5-ci maddənin
birinci cümləsində, 7.6-cı maddənin birinci və ikinci
cümlələrində, 9.3-cü maddədə və 27.3-cü
maddənin üçüncü cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)”
sözləri ilə əvəz edilmişdir.
[15] 5 mart 2010-cu il tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu
il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 3, maddə 276) ilə 3.2.3-cü maddəsində “Milli
Bankının” sözləri “Mərkəzi Bankının”
sözləri ilə əvəz edilmişdir.
25
iyun 2024-cü il tarixli 1186-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 16 avqust 2024-cü il, № 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 932) ilə 3.2.3-cü maddədə “hakimiyyəti
orqanlarının” sözləri “orqanlarının
(qurumlarının)” sözləri ilə əvəz edilmişdir.
[16]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1121) ilə 4.0.6-cı maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 4.0.7-ci maddə əlavə
edilmişdir.
[17]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
6-cı maddənin adında “infrastrukturuna”
sözü “infrastruktur
obyektlərinə” sözləri ilə əvəz edilmişdir.
[18]
31 oktyabr 2025-ci il tarixli 280-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 29 noyabr 2025-ci il, № 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1010) ilə 6.3-cü
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
6.3.
Ümumi istifadədə olan sərnişin avtonəqliyyat
vasitələrinə, habelə ümumi istifadədə olan
sərnişin avtomobil nəqliyyatı üçün dayanacaqlara dair ümumi
tələblər “Avtomobil nəqliyyatı ilə sərnişin
və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.
[19]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
6.4-cü maddədə “infrastrukturu”
sözü “infrastruktur obyektləri”
sözləri ilə əvəz edilmişdir.
[20] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 6.5-ci maddədə “təminatlı” sözü çıxarılmışdır, “stansiyalarının” sözündən sonra “(sahələrinin)” sözü və “yaxud” sözündən sonra “təyinatı avtomobil nəqliyyatının
digər infrastruktur obyektinə dəyişdirilməklə”
sözləri əlavə edilmişdir.
30 noyabr 2018-ci il tarixli 1375-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12,
I kitab, maddə 2510) ilə 6.5-ci və 21.1-ci
maddələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”
sözləri ismin müvafiq hallarında “müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”
sözləri ilə əvəz edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1121) ilə 6.5-ci maddəyə “məntəqələrinin,”
sözündən sonra “avtomobil
nəqliyyatı parklarının,” sözləri əlavə edilmişdir.
31 oktyabr 2025-ci il tarixli 280-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 29 noyabr 2025-ci il, № 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1010) ilə 6.5-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
6.5.
Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o
cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq
məntəqələrinin, avtomobil
nəqliyyatı parklarının, avtomobil duracaqlarının, terminalların
və digər qurğuların, habelə avtonəqliyyat
vasitələrinə texniki xidmət göstərən
texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma
məntəqələrinin yerləşdirilməsi yaxud təyinatı
avtomobil nəqliyyatının digər infrastruktur obyektinə
dəyişdirilməklə yenidən qurulması sərnişin və yük
axınının həcminə, həmçinin nəqliyyat xidmətləri
istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun)
rəyi nəzərə alınmaqla qanunvericiliklə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
[21]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 6.6-cı maddə əlavə edilmişdir.
[22] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 7.1-ci maddədə “şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm”
sözləri çıxarılmışdır.
[23]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 7.1-1-ci maddə əlavə edilmişdir.
[24] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 7.5-ci maddəyə yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[25] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə yeni məzmunda 7-1-ci maddə
əlavə edilmişdir.
[26]
25
iyun 2024-cü il tarixli 1186-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 16 avqust 2024-cü il, № 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 932) ilə 7-1.5-ci maddəyə “orqanının”
sözündən sonra “müəyyən etdiyi
orqanın (qurumun)” sözləri əlavə edilmişdir.
[27] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 9.2-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
9.2.
Avtomobil nəqliyyatı işçilərinin ayrı-ayrı kateqoriyalarının iş
və istirahət rejimi, iş şəraitinin xüsusiyyətləri
Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə
müəyyən olunur.
18 dekabr 2018-ci il tarixli 1399-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№ 12, I kitab, maddə 2517) ilə 9.2-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
9.2. Ümumi
istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq
və ölkədaxili sərnişin və yük daşımalarını yerinə
yetirən sürücülərin iş və istirahət rejiminə, iş
şəraitinin xüsusiyyətlərinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
9.2-ci maddədən “və
ölkədaxili (şəhərlərarası və rayonlararası)”
sözləri çıxarılmışdır.
[28]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 9.2-1-ci və 9.2-2-ci maddələr əlavə
edilmişdir.
[29] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə yeni məzmunda 9.3-cü maddə
əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 9.3-cü maddədən “və ölkədaxili” sözləri
çıxarılmışdır.
[30]
10 iyul 2026-cı il tarixli 438-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 4 avqust 2026-cı il № 137) ilə 14.1.5-ci maddəyə “sürücüləri” sözündən sonra “(avtonom nəqliyyat vasitəsi istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[31]
3 mart 2026-cı il tarixli 375-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel 2026-cı il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2026-cı il, № 3, maddə 213) ilə 14.2.3-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda 14.2.4 –
14.2.7-ci maddələr əlavə edilmişdir.
[32]
10 iyul 2026-cı il tarixli 438-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 4 avqust 2026-cı il № 137) ilə 14.3.1-ci maddəyə “sürücülərin” sözündən sonra “(avtonom nəqliyyat vasitəsi istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[33]
3 mart 2026-cı il tarixli 375-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 31
mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213) ilə 14.3.4-cü
maddədən ikinci halda “ya”
sözü çıxarılmışdır.
[34]
10
iyul 2026-cı il tarixli 438-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 4 avqust 2026-cı il № 137) ilə 14.3.7-ci maddəyə “sürücünün” sözündən sonra “(avtonom nəqliyyat vasitəsi istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[35]
3 mart 2026-cı il tarixli 375-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 31
mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213) ilə yeni
məzmunda 14.3.7-1-ci maddə əlavə edilmişdir.
[36]
3 mart 2026-cı il tarixli 375-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 31
mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213) ilə 15.5-ci
maddənin birinci cümləsinə “daşımalarında”
sözündən sonra “, habelə
qeyri-müntəzəm sərnişin daşımalarında” sözləri
əlavə edilmişdir.
[37] 22 oktyabr 2013-cü il tarixli 787-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 5 noyabr 2013-cü il, № 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il,
№ 11, maddə 1302) ilə 14.2.5-ci maddəsində “texniki baxışdan” sözlərindən
əvvəl “qanunla
müəyyən edilmiş hallarda” sözləri əlavə
edilmişdir.
4 aprel 2014-cü il tarixli 936-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 4 may 2014-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il,
№ 04, maddə 342) ilə 14.2.8-ci maddədə “avtonəqliyyat vasitəsi sahibinin
mülki məsuliyyətinin” sözləri “bu Qanunun 14.1.4-cü maddəsinə uyğun olaraq müvafiq” sözləri ilə
əvəz edilmişdir.
4 aprel 2014-cü il tarixli 936-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 4 may 2014-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il,
№ 04, maddə 342) ilə 14.1.4-cü maddə yeni redaksiyada
verilmişdir.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 14.1-ci maddə (14.1.1-14.1.4-cü
maddələr istisna olmaqla) yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
14.1.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının
yerinə yetirilməsinə xüsusi razılıq (lisenziya) aşağıdakı
şərtlərlə verilir:
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 14-cü maddənin adı yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq
(lisenziya) verilməsinin şərtləri
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 13.3.1-ci maddədə “(rayondaxili)” sözündən sonra,
13.3.2-ci maddədə “(rayonlararası)”
sözündən sonra və 13.3.3-cü maddədə “beynəlxalq” sözündən sonra “müntəzəm” sözü əlavə edilmişdir.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 903) ilə yeni məzmunda
15-1-ci maddə əlavə
edilmişdir.
29 may 2015-ci il tarixli 1303-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 avqust 2015-ci
il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 8, maddə 903) ilə
yeni məzmunda 14.1-1-ci maddə
əlavə edilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
14.1.4. hüquqi şəxsin və ya fərdi sahibkarın mülki
məsuliyyətin icbari sığortası.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 15.4-cü maddənin üçüncü
cümləsində “və
nəticəsi barədə müraciət edən şəxsə
yazılı formada bildirilir” sözləri çıxarılmışdır və yeni
məzmunda dördüncü cümlə əlavə edilmişdir.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 15.3-cü maddənin ikinci
cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Avtonəqliyyat vasitəsindən icarə və ya
etibarnamə əsasında istifadə edildikdə, lisenziya kartının
etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma
müddətindən artıq olmamaqla, icarə müqaviləsinin yaxud
etibarnamənin qüvvədə olma müddəti ilə
müəyyən edilir.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 14.2.7-ci maddədə “sərnişin avtonəqliyyat vasitələrinin,”
sözlərindən sonra “o
cümlədən taksi minik avtomobillərinin,” sözləri
əlavə edilmişdir.
29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə 14.2.9-cu maddədə “lisenziya almaq üçün” sözləri “lisenziyalaşdırmaya təqdim edilmiş
hər bir avtonəqliyyat vasitəsi üçün” sözləri ilə
əvəz edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439) ilə 14.1.2-ci
maddədə “buraxılmış”
sözündən sonra “Azərbaycan
Respublikasının dövlət standartları ilə müəyyən edilmiş
tələblərə cavab verən” sözləri
əlavə edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439) ilə 14.2.4-cü
maddədə “məlumat”
sözündən sonra “(ərizədə
qeyd olunmaqla)” sözləri əlavə edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439) ilə 14.2.5-ci
maddədə “həmin
avtonəqliyyat vasitələrinin” sözləri “Azərbaycan Respublikasının dövlət
standartları ilə müəyyən edilmiş istismar müddəti
tələblərinə cavab verdiyini təsdiq edən
avtonəqliyyat vasitələrinin buraxılış ili haqda və”
sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439) ilə 15.5-ci
maddənin birinci cümlədə “sərnişin”
sözü “Taksi minik avtomobilləri
ilə sərnişin daşımaları istisna olmaqla, sərnişin”
sözləri ilə əvəz edilmişdir və yeni məzmunda
üçüncü cümlə əlavə edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439) ilə 15.4-cü
maddənin dördüncü cümləsində “üçün” sözündən sonra “(avtonəqliyyat
vasitəsinin başqası ilə əvəz olunması halları istisna
olmaqla)” sözləri əlavə edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2015-ci
il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 12, maddə 1439) ilə 15.2.6-cı maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunla müəyyən edilmiş
hallarda” sözləri əlavə edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2015-ci
il, № 283) ilə 15.1-ci
maddəyə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2015-ci il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1439) ilə yeni
məzmunda 14.2.8-1-ci maddə əlavə edilmişdir.
1 fevral 2019-cu il tarixli 1476-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
15 mart 2019-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 3, maddə 374) ilə 14.2.6-cı maddəyə “kateqoriyalı”
sözündən sonra “(altkateqoriyalı)”
sözü əlavə edilmişdir.
24 aprel 2020-ci il tarixli 60-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci
il, № 104,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6,
maddə 663) ilə
14.2.5-ci maddədə “və
digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə
və s.)” sözləri “,
icarə və ya istifadə” sözləri ilə əvəz
edilmişdir.
24 aprel 2020-ci il tarixli 60-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci
il, № 104,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6,
maddə 663) ilə
14.2.4-cü maddədə “və
digər qanuni əsaslarla sərəncamında” sözləri “, icarəsində və ya
istifadəsində” sözləri ilə əvəz
edilmişdir.
24 aprel 2020-ci il tarixli 60-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
№ 6, maddə 663) ilə 14.1.2-ci maddədə “hüququ və ya digər qanuni əsaslarla” sözləri “, icarə və ya istifadə
hüququ ilə” sözləri ilə əvəz edilmişdir.
17 fevral 2023-cü il tarixli 814-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 452) ilə 15.7-ci maddəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 13 – 15-1-ci maddələr yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Maddə 13. Avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılması
13.1. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının
qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının
alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və
əməyin mühafizəsinin təmin olunması məqsədilə
bu fəaliyyət növləri ilə məşğul olan hüquqi
şəxslərin və fərdi sahibkarların fəaliyyəti
lisenziyalaşdırılır.
13.2. Bu Qanunla müəyyən edilmiş hallar
istisna edilməklə, xüsusi razılıq (lisenziya) olmadan və ya
digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya)
əsasında sərnişin və yük daşımalarının yerinə
yetirilməsinə yol verilmir.
13.3. Xüsusi razılıq (lisenziya) avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarının aşağıdakı
növlərinin yerinə yetirilməsi üçün verilir:
13.3.1. şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarına;
13.3.2. şəhərlərarası
(rayonlararası) müntəzəm sərnişin daşımalarına;
13.3.3. beynəlxalq müntəzəm sərnişin daşımalarına;
13.3.4. taksi minik avtomobilləri ilə
sərnişin daşımalarına;
13.3.5. ölkədaxili yük daşımalarına;
13.3.6. beynəlxalq yük daşımalarına.
13.4. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşınması sahəsində fəaliyyət
üçün bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş
hər bir daşıma növü üzrə ayrıca xüsusi razılıq (lisenziya)
tələb olunur.
13.5. Avtomobil nəqliyyatı ilə
beynəlxalq yük daşınmasına verilmiş xüsusi razılıq (lisenziya)
əsasında yük daşıyıcısı ölkədaxili yük daşımalarını yerinə
yetirmək hüququna malikdir.
13.6. Hüquqi şəxslər və ya
fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan
avtonəqliyyat vasitələri ilə təsərrüfat
ehtiyacları üçün öz işçilərinin və ya yüklərinin daşınmasına
xüsusi razılıq (lisenziya) tələb olunmur.
13.7. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşınmasına xüsusi razılıq (lisenziya)
qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
5 il müddətinə verilir.
Maddə 14. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın
və xüsusi razılığın (lisenziyanın) şərtləri
14.1. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın
şərtləri aşağıdakılardır:
14.1.1. hüquqi şəxsin və ya fərdi
sahibkarın vergi orqanlarında qeydiyyatda olması;
14.1.2. hüquqi şəxsin və ya fərdi
sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququ
ilə təyinatına,
konstruksiyasına, habelə daxili və xarici avadanlıqla
təchizatına görə yük və sərnişin daşımalarının yerinə
yetirilməsi üçün nəzərdə tutulmuş və
qanunvericiliklə müəyyən edilmiş qaydada yol
hərəkətinə buraxılmış Azərbaycan
Respublikasının dövlət standartları ilə müəyyən edilmiş
tələblərə cavab verən avtonəqliyyat
vasitələrinə malik olması;
14.1.3. hüquqi şəxsin və ya fərdi
sahibkarın müəyyən edilmiş tələblərə cavab
verən və bu Qanunun 27.3-cü və 50.5-ci maddələri
ilə nəzərdə tutulmuş xüsusi hazırlıq keçmiş
avtonəqliyyat vasitələrinin sürücüləri ilə
əmək müqaviləsinin olması;
14.1.4.
avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin
(şəhərdaxili və ya qəsəbədaxili daşınan
sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası
üzrə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi
sürücüsünün bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması.
14.1-1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın) şərtləri
aşağıdakılardır:
14.1-1.1. müvafiq icra hakimiyyəti orqanının avtomobil nəqliyyatı ilə
sərnişinlərin, baqajın və yüklərin daşınmasına dair
müəyyən etdiyi qaydalara riayət edilməsi;
14.1-1.2. avtomobil nəqliyyatı ilə daşınan
sərnişinlərin (şəhərdaxili və ya
qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla)
fərdi qəza sığortası üzrə və avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması;
14.1-1.3. avtomobil nəqliyyatı ilə sərnişin və
yük daşımaları sahəsində vergi qanunvericiliyinin
tələblərinə əməl olunması;
14.1-1.4. avtonəqliyyat vasitələrinin
sürücülərinin iş və istirahət rejiminə, iş şəraitinin
xüsusiyyətlərinə dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi tələblərə əməl olunması;
14.1-1.5. ümumi istifadədə olan
sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən
taksi minik avtomobillərinin, habelə beynəlxalq yük
daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin
sürücülərinin xüsusi hazırlıq keçmələri.
14.2. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün
hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən
lisenziya verən dövlət orqanına aşağıdakı sənədlər
və məlumatlar təqdim edilir:
14.2.1. müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi formada ərizə;
14.2.2. hüquqi şəxsin dövlət qeydiyyatı
haqqında şəhadətnaməsinin və ya hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışının surəti;
14.2.3. ərizəçinin vergi orqanları
tərəfindən qeydiyyata alınması haqqında müvafiq
sənədin surəti;
14.2.4. mülkiyyətində,
icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin
ümumi və növlər üzrə sayı haqqında məlumat (ərizədə qeyd olunmaqla);
14.2.5. sərnişin və ya yük daşımaları
üçün istifadə olunması nəzərdə tutulmuş avtonəqliyyat
vasitələrinin hər biri üçün müvafiq hüquqi şəxsin və
ya fərdi sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən
sənədlərin, habelə Azərbaycan
Respublikasının dövlət standartları ilə müəyyən edilmiş
istismar müddəti tələblərinə cavab verdiyini
təsdiq edən avtonəqliyyat vasitələrinin buraxılış ili
haqda və qanunla
müəyyən edilmiş hallarda
texniki baxışdan keçdiyi haqda məlumatın göstərildiyi dövlət
qeydiyyatı şəhadətnaməsinin surəti;
14.2.6. sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük
vəsiqəsinin və qanunvericiliklə nəzərdə
tutulmuş hallarda zəruri iş stajı və ya sürücülük təcrübəsi
barədə təsdiqedici sənədlərin surəti;
14.2.7. ümumi istifadədə olan
sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik
avtomobillərinin,
habelə beynəlxalq yük daşımalarında istifadə edilən
avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq
keçməsini təsdiq edən sənədlərin
surətləri;
14.2.8. bu Qanunun 14.1.4-cü
maddəsinə uyğun olaraq müvafiq icbari sığorta şəhadətnaməsinin surəti;
14.2.8-1.
taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün
nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz
olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya
olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında
şəhadətnamə.
14.2.9. lisenziyalaşdırmaya
təqdim edilmiş hər bir avtonəqliyyat vasitəsi üçün dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənəd (bu maddə ilə
nəzərdə tutulmuş digər sənədlərdə
çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.3. Xüsusi razılıq (lisenziya) verən müvafiq
icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşımalarına xüsusi razılıq (lisenziya) verərkən bu
Qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş qaydada
avtonəqliyyat vasitəsinin müəyyən olunmuş
tələblərə uyğunluğunu nəzərə almalıdır.
14.4. Sərnişin və yük daşımalarına xüsusi
razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar
tərəfindən təqdim edilmiş sənədlərdəki
məlumatların düzgünlüyünə görə həmin şəxslər
məsuliyyət daşıyır.
Maddə 15. Avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının
xüsusiyyətləri
15.1. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımalarına verilən xüsusi razılığa
(lisenziyaya) onu almış daşıyıcının sərəncamında olan
avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq lisenziya
kartları əlavə edilir. Lisenziya
kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə
sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi
razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir və müvafiq xüsusi
razılıq (lisenziya) verilərkən təqdim edilir.
15.2. Lisenziya kartında aşağıdakılar
göstərilir:
15.2.1. lisenziya kartının nömrəsi və
verilmə tarixi;
15.2.2. xüsusi razılığın (lisenziyanın) qeydiyyat
nömrəsi, tarixi və qüvvədə olma müddəti;
15.2.3. xüsusi razılıq (lisenziya) sahibinin adı
və ünvanı;
15.2.4. avtonəqliyyat vasitəsinin
markası, növü və dövlət qeydiyyat nişanı barədə
məlumatlar;
15.2.5. daşımaların növü (müntəzəm
sərnişin daşımalarında müvafiq müntəzəm marşrutun nömrəsi
göstərilməklə);
15.2.6. bu
Qanunla müəyyən edilmiş hallarda avtonəqliyyat
vasitəsinin rüblük texniki yoxlamadan keçməsi barədə
qeydlər;
15.2.7. lisenziya kartını vermiş
səlahiyyətli orqanın möhürü və vəzifəli şəxsinin
imzası;
15.2.8. lisenziya kartının etibarlılıq
müddəti.
15.3. Lisenziya kartının etibarlılıq müddəti
xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə
eynidir. Avtonəqliyyat
vasitəsindən icarə və ya digər əşya hüquqları
əsasında istifadə edildikdə, lisenziya kartının etibarlılıq
müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma
müddətindən artıq olmamaqla, icarə müqaviləsinin yaxud
digər əşya hüquqlarının qüvvədə olma müddəti ilə
müəyyən edilir.
15.4. Sərəncamında olan
avtonəqliyyat vasitələrinin sayı dəyişdikdə yaxud
avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda,
hüquqi şəxs və ya fərdi sahibkar sərnişin və yük
daşınmasına xüsusi razılıq (lisenziya) vermiş orqana əlavə lisenziya
kartlarının verilməsi haqqında ərizə ilə müraciət
etməlidir. Ərizəyə bu Qanunun 14.2.4-cü, 14.2.5-ci,
14.2.6-cı və 14.2.7-ci maddələrində müəyyən
edilmiş sənədlər əlavə olunmalıdır. Əlavə
lisenziya kartlarının verilməsi haqqında ərizəyə 10 gün
müddətində baxılır və nəticəsi barədə
müraciət edən şəxsə yazılı formada bildirilir. Sənədlərdə çatışmazlıqlar
müəyyən edilmədikdə hər bir avtonəqliyyat
vasitəsi üçün (avtonəqliyyat vasitəsinin başqası ilə
əvəz olunması halları istisna olmaqla) dövlət rüsumunun
ödənildiyini təsdiq edən sənəd təqdim olunur.
15.5. Taksi
minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla,
sərnişin və yük daşımaları üçün avtonəqliyyat
vasitəsinə lisenziya kartı verilərkən, habelə
lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin
avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik
və ekoloji tələblərə uyğunluğu Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yoxlanılır. Həmin yoxlamanın aparılması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Taksi minik avtomobilləri ilə
sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən
və həmin avtomobillərlə sərnişin daşımalarının
həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin
texniki, istismar, təhlükəsizlik və ekoloji
tələblərə uyğunluğu “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu
ilə müəyyən edilir.
15.6. Sərnişin və yük daşınmasına
verilmiş xüsusi razılıq (lisenziya) ləğv edildikdə, qüvvəsi
dayandırıldıqda və ya daşımalarda istifadə edilən sərnişin
və ya yük avtonəqliyyat vasitəsi rüblük texniki yoxlamadan
keçmədikdə, lisenziya kartları daşıyıcıdan geri alınır.
15.7. Nəqliyyat xidmətlərinin
səmərəliliyinin və keyfiyyətinin artırılması
məqsədilə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı
ilə daşımaların və ya avtonəqliyyat vasitələrinin
müəyyən növləri üçün xüsusi razılığın (lisenziyanın) yaxud
lisenziya kartlarının sayına məhdudiyyətlər tətbiq
edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı
məhdudiyyətləri tədbiq etməzdən 60 gün əvvəl
mediada
məlumat verir.
Maddə 15-1. Avtomobil nəqliyyatı ilə
sərnişin və yük daşımalarına verilmiş xüsusi razılığın (lisenziyanın)
qüvvəsinin dayandırılması və ya ləğv edilməsi
15-1.1. Müvafiq icra hakimiyyəti orqanı avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi
razılığın (lisenziyanın) qüvvəsini aşağıdakı hallarda dayandırır:
15-1.1.1. lisenziya almış hüquqi şəxs və ya fərdi
sahibkar tərəfindən müvafiq ərizə təqdim
edildikdə;
15-1.1.2. lisenziya almış hüquqi şəxsin və ya fərdi
sahibkarın fəaliyyəti dayandırıldıqda;
15-1.1.3. hüquqi şəxs və ya fərdi sahibkar bu Qanunun
14.1-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi razılığın
(lisenziyanın) şərtlərini pozduğuna görə il ərzində
azı beş dəfə inzibati məsuliyyətə cəlb
edildikdə.
15-1.2. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın
qüvvəsinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5
gün müddətində yazılı şəkildə lisenziya almış hüquqi
şəxsə və ya fərdi sahibkara, habelə müvafiq icra
hakimiyyəti orqanına məlumat göndərir. Lisenziyanın
qüvvəsinin dayandırılması müddəti lisenziyanın qüvvədə olma
müddətinə təsir etmir.
15-1.3. Lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb
olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın qüvvəsi lisenziya
almış hüquqi şəxsin və ya fərdi sahibkarın müraciətinə
əsasən bərpa edilir. Müvafiq icra hakimiyyəti orqanı
lisenziyanın qüvvəsinin bərpa edilməsi barədə
qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı
şəkildə lisenziya almış hüquqi şəxsə və ya fərdi sahibkara,
habelə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərir.
15-1.4. Müvafiq icra hakimiyyəti orqanı avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi
razılığı (lisenziyanı) aşağıdakı hallarda ləğv edir:
15-1.4.1. lisenziya almış hüquqi şəxs və ya fərdi
sahibkar tərəfindən müvafiq ərizə təqdim
edildikdə;
15-1.4.2. məhkəmənin müvafiq qərarı olduqda;
15-1.4.3. lisenziya almış hüquqi şəxs ləğv edildikdə
və ya fərdi sahibkar vəfat etdikdə;
15-1.4.4. lisenziya verilməsi üçün təqdim edilən
sənədlərdə yanlış məlumat aşkar edildikdə;
15-1.4.5. lisenziya almış hüquqi şəxs və ya fərdi
sahibkarın müflisləşməsi faktı “Müflisləşmə və iflas
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq
edildikdə.
15-1.5. Müvafiq icra hakimiyyəti orqanı lisenziyanın ləğv
edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində
yazılı şəkildə lisenziya almış hüquqi şəxsə və ya
fərdi sahibkara, habelə müvafiq icra hakimiyyəti orqanına
məlumat göndərir.
15-1.6. Hüquqi
şəxs və ya fərdi sahibkar bu Qanunun 15-1-ci maddəsinə
əsasən qəbul edilmiş qərarlardan inzibati və məhkəmə
qaydasında şikayət etmək hüququna malikdir.
3 mart 2026-cı il tarixli 375-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 31 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213) ilə 15-1.2-ci
maddədən ikinci halda “ya” sözü çıxarılmışdır.
[38] 14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 20.1-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
20.1. Taksi minik
avtomobilləri ilə sərnişin daşımaları xüsusi razılığa
(lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji
yoxlamadan keçmiş taksometrin göstəriciləri üzrə, ödəniş
əsasında yerinə yetirilir.
[39]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə
1121) ilə
20.2-ci maddəyə “daşımaları”
sözündən sonra “buraxılış kartında”
sözləri əlavə edilmişdir.
[40] 15 dekabr 2017-ci il tarixli 952-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar
2018-ci il, № 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1,
maddə 22) ilə 20.3-cü
maddədə “avtonəqliyyat
vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan”
sözləri “xüsusi olaraq
müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi
minik avtomobillərinin duracaq yerlərindən” sözləri
ilə əvəz edilmişdir.
[41]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
21.2-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[42]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 21.8-ci və 21.9-cu maddələr əlavə
edilmişdir.
[43] 29 may 2015-ci il tarixli 1303-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 8, maddə 903) ilə yeni məzmunda 21-1-ci maddə
əlavə edilmişdir.
[44]
31 oktyabr 2025-ci il tarixli 280-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 29 noyabr 2025-ci il, № 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1010) ilə 21-1.3.2-ci
maddədə “dayanacaqlarda”
sözü “dayanacaq
məntəqələrində” sözləri ilə
əvəz edilmişdir.
[45]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
22.2-ci maddədə “müvafiq
formada tərtib edilən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan
elektron” sözləri ilə əvəz edilmişdir.
[46] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə 22.3-cü
maddənin birinci cümləsinə “(biletə)”
sözündən sonra “(gediş haqqının
elektron qaydada ödənildiyi hallar istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[47]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 22.3-1-ci maddə əlavə edilmişdir.
[48] 14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 22.4-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
22.4.
Qeyri-müntəzəm sərnişin daşınması müvafiq formada tərtib
edilən formulyar (sərnişinlərin siyahısı) ilə
rəsmiləşdirilə bilər.
[49]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
22.5-ci maddəyə “əmtəə-nəqliyyat”
sözlərindən əvvəl “elektron”
sözü əlavə edilmişdir.
[50] 4 aprel 2014-cü il tarixli 936-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü
il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 342) ilə 25.2-ci, 25.3-cü və 25.4-cü maddələr
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
25.2. Avtomobil nəqliyyatı ilə daşınan
sərnişinlər “Sərnişinlərin icbari sığortası haqqında”
Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada
icbari sığorta olunmalıdırlar.
25.3. Yol-nəqliyyat hadisələri
nəticəsində şəxslərin sağlamlığına və
əmlakına vurulmuş zərərə görə avtonəqliyyat
vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası “Azərbaycan Respublikasında nəqliyyat vasitələri
sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
25.4.
Sərnişinlərin, avtomobil nəqliyyatı ilə daşımaların
yerinə yetirilməsi ilə əlaqədar olan heyət
üzvlərinin həyatının, sağlamlığının və əmlakının, baqajın,
yükün, avtonəqliyyat vasitəsinin və kommersiya risklərinin,
habelə daşıyıcının məsuliyyətinin sığortalanması müvafiq sığorta
müqavilələri əsasında həyata keçirilir.
[51]
26 noyabr 2020-ci il tarixli 209-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar
2021-ci il, № 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1,
maddə 1) ilə 26.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı”
sözləri “müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”
sözləri ilə əvəz edilmişdir.
[52] 29 dekabr 2020-ci il tarixli 245-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 yanvar
2021-ci il, № 8,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1,
maddə 10) ilə
27-ci maddənin adında “Sərnişin
avtomobil nəqliyyatı” sözləri “Avtonəqliyyat” sözü ilə əvəz edilmişdir.
[53]
30 sentyabr 2010-cu il tarixli 1084-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21
sentyabr
2010-cu il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 10, maddə 841) ilə 27.1-ci
maddədə "yaşı 21-dən"
sözlərindən sonra ",
"DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini
idarə etmək hüququnu təsdiq edən sürücülük
vəsiqəsi olan, yaşı 24-dən" sözləri
əlavə edilmişdir.
12 fevral 2016-cı il tarixli 127-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02,
II kitab, maddə 221) ilə 27.1-ci
maddəsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
27.1.
Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat
vasitələrini idarə etmək hüququnu təsdiq edən
sürücülük vəsiqəsi olan, yaşı 21-dən , "DE"
kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə
etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan,
yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə
etmək sahəsində təcrübəsi üç ildən az olmayan
sürücülər buraxılır.
[54] 1 fevral 2019-cu il tarixli 1476-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 mart 2019-cu il, № 60, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 374) ilə
27.1.1-ci maddəyə “kateqoriyası”
sözündən sonra “və “D1”
altkateqoriyası” sözləri, “avtonəqliyyat
vasitələrini” sözlərindən əvvəl “B”, “C” kateqoriyalarına və ya “C1”
altkateqoriyasına daxil olan” sözləri əlavə edilmişdir.
[55] 1 fevral 2019-cu il tarixli 1476-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 mart 2019-cu il, № 60, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 374) ilə
yeni məzmunda 27.1.1-1-ci maddə əlavə edilmişdir.
[56] 30 sentyabr 2010-cu il tarixli 1084-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21
sentyabr
2010-cu il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 10, maddə 841) ilə 27.2-ci
maddədə "B"
kateqoriyası" sözləri "B"
və ya "BE" kateqoriyaları" sözləri ilə
əvəz edilmişdir.
20 oktyabr 2015-ci il tarixli 1405-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2015-ci
il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 12, maddə 1439) ilə 27.2-ci maddədə “19-dan və avtonəqliyyat vasitələrini idarə
etmək sahəsində təcrübəsi bir ildən az olmayan”
sözləri “21-dən az olmayan,
iki ildən artıq müddətdə mülkiyyətində və ya
digər qanuni əsaslarla istifadəsində (icarə,
etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə
edən” sözləri ilə əvəz edilmişdir.
24 aprel 2020-ci il tarixli 60-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci
il, № 104,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6,
maddə 663) ilə
27.2-ci maddədə “və ya
digər qanuni əsaslarla istifadəsində (icarə,
etibarnamə və s.)” sözləri “, icarəsində və ya istifadəsində”
sözləri ilə əvəz edilmişdir.
3 mart 2026-cı il tarixli 375-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 31
mart 2026-cı il, “Azərbaycan” qəzeti, 1 aprel
2026-cı il, № 53, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 213) ilə 27.2-ci
maddəyə “avtomobilləri
ilə” sözlərindən sonra “,
habelə qeyri-müntəzəm” sözləri əlavə
edilmişdir.
[57] 20 oktyabr 2015-ci il tarixli 1405-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2015-ci
il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 12, maddə 1439) ilə 27.3-cü maddədən “, o cümlədən taksi minik avtomobillərinin”
sözləri çıxarılmışdır və yeni məzmunda ikinci – dördüncü
cümlələr əlavə edilmişdir.
16 dekabr 2016-cı il tarixli 469-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral
2017-ci il, № 26,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02,
maddə 140) ilə 27.3-cü
maddənin birinci cümləsində “sərnişin avtonəqliyyat vasitələrinin
sürücüləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən peşə fəaliyyətinə və
davranışına” sözləri “avtomobil
nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin
və yük daşımalarını yerinə yetirən sürücülər
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən peşə fəaliyyətinə və
davranışına, habelə iş və istirahət rejiminin
xüsusiyyətlərinə” sözləri ilə, “sərnişin daşımalarını”
sözləri “yük və sərnişin
daşımalarını” sözləri ilə əvəz edilmişdir.
30 noyabr 2018-ci il tarixli 1375-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12,
I kitab, maddə 2510) ilə 27.3-cü maddənin dördüncü
cümləsində və 59-cu maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz
edilmişdir.
29 dekabr 2020-ci il tarixli 245-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 yanvar
2021-ci il, № 8,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1,
maddə 10) ilə
27.3-cü maddənin birinci cümləsindən “beynəlxalq və” sözləri
çıxarılmışdır.
14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 27.3-cü maddənin
dördüncü cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Xüsusi hazırlıq müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təşkil edilir və keçirilir.
[58]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
yeni məzmunda 27.4-cü maddə əlavə edilmişdir.
[59] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə 28.2-ci
maddəyə “baqaj qəbzi
ilə” sözlərindən sonra “,
yaxud gediş haqqının ödəniş alətindən istifadə
etməklə ödənilməsi ilə” sözləri əlavə
edilmişdir.
[60] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə 28.3-cü
maddəyə “(biletlərin)”
sözündən sonra “və ödəniş
alətinin” sözləri, “satışı”
sözündən sonra “, o
cümlədən ödəniş alətinə vəsaitin
yüklənilməsi imkanı” sözləri əlavə edilmişdir.
[61] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə 31.0.1-ci
maddəyə “əldə
etmək” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar
istisna olmaqla)” sözləri əlavə edilmişdir və
həmin maddədə “isə”
sözü “, yaxud gediş haqqı ödəniş
aləti vasitəsilə ödənildikdə” sözləri
ilə əvəz edilmişdir.
[62] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə yeni
məzmunda 31.0.1-1-ci maddə əlavə edilmişdir.
[63] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə 31.0.2-ci
maddəyə “marşrutlarında”
sözündən sonra “(şəhərdaxili
(rayondaxili) avtobuslar istisna olmaqla)” sözləri əlavə
edilmişdir.
[64] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə yeni
məzmunda 31.0.2-1-ci maddə əlavə edilmişdir.
[65] 4 aprel 2014-cü il tarixli 936-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü
il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 342) ilə 31.0.9-cu maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 31.0.10-cu maddə əlavə edilmişdir.
[66] 31 oktyabr 2017-ci il tarixli 843-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12,
I kitab maddə 2211) ilə 32.0.3-cü
maddəyə “almaq” və “müvafiq sənədlərə”
sözlərindən sonra “(gediş
haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[67] 4 aprel 2014-cü il tarixli 936-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü
il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 342) ilə 34.0.2-ci maddədə “Azərbaycan Respublikasının normativ hüquqi aktları”
sözləri “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə
əvəz edilmişdir.
[68] 31 oktyabr 2017-ci il tarixli 843-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2211) ilə
36.0.6-cı maddəyə “aşkar
edildikdə” sözlərindən sonra “, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada
ödəmədikdə” sözləri əlavə edilmişdir.
[69] 24 aprel 2020-ci il tarixli 60-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci
il, № 104,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6,
maddə 663) ilə
37.1-ci maddəyə “təyinat
məntəqəsinə” sözlərindən əvvəl “haqq müqabilində olduğu yerdən”
sözləri əlavə edilmişdir
və həmin maddədə “yükgöndərən
isə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa,”
sözləri “yükgöndərən,
yükalan və ya onların səlahiyyətləndirdiyi digər
şəxs isə” sözləri ilə əvəz edilmişdir.
[70]
14 iyul 2023-cü il tarixli 973-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8,
I kitab, maddə 1121) ilə 40.1-ci maddənin
birinci cümləsi yeni redaksiyada verilmişdir və ikinci
cümləsinə “əmtəə-nəqliyyat”
sözlərindən əvvəl “elektron”
sözü əlavə edilmişdir.
birinci cümləsinin əvvəlki redaksiyada deyilirdi:
Avtomobil nəqliyyatı ilə əmtəə
təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat
qaiməsi ilə rəsmiləşdirilir.
[71]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
40.2-ci maddənin birinci cümləsində “Əmtəə-nəqliyyat” sözləri “Elektron
əmtəə-nəqliyyat” sözləri ilə əvəz
edilmişdir və həmin maddənin ikinci cümləsinə “əmtəə-nəqliyyat”
sözlərindən əvvəl “elektron”
sözü əlavə edilmişdir.
[72]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
40.3-cü maddənin birinci abzasında “Əmtəə-nəqliyyat”
sözləri “Elektron
əmtəə-nəqliyyat” sözləri ilə əvəz
edilmişdir.
[73]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
40.4-cü, 40.5-ci maddələrə və
40.8-ci maddənin birinci cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən
əvvəl “elektron” sözü
əlavə edilmişdir.
[74]
31 oktyabr 2025-ci il tarixli 280-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 29 noyabr 2025-ci il, № 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1010) ilə 40.6-cı
maddəyə “qaiməsi”
sözündən sonra “və ya elektron
əmtəə-nəqliyyat qaiməsi” sözləri
əlavə edilmişdir.
[75]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
43.1-ci, 43.2-ci, 43.5-ci maddələrə və 43.10-cu
maddənin ikinci cümləsinə “əmtəə-nəqliyyat”
sözlərindən əvvəl “elektron”
sözü əlavə edilmişdir.
[76]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
43.6-cı maddədə “Əmtəə-nəqliyyat”
sözləri “Elektron
əmtəə-nəqliyyat” sözləri ilə əvəz
edilmişdir və həmin maddəyə “əmtəə-nəqliyyat” sözlərindən
əvvəl “elektron” sözü
əlavə edilmişdir.
[77]
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
41.1-ci, 44.4-cü, 44.5-ci, 45.2-ci, 46.2-ci, 46.3-cü, 46.4-cü və 47.2-ci
maddələrə “əmtəə-nəqliyyat”
sözlərindən əvvəl “elektron”
sözü əlavə edilmişdir.
[78] 24 fevral 2023-cü il tarixli 831-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 aprel 2023-cü il,
“Azərbaycan” qəzeti, 12 aprel 2023-cü il, № 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 462) ilə 48.1-ci
maddədə “əvvəlcədən təyin edilmiş xüsusi marşrut üzrə, müvafiq icra hakimiyyəti orqanının” sözləri “bu Qanunun 48.2-ci
maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən edilmiş hərəkət marşrutu üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə
əvəz edilmişdir.
[79] 24 fevral 2023-cü il tarixli 831-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 aprel 2023-cü il,
“Azərbaycan” qəzeti, 12 aprel 2023-cü il, № 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 462) ilə yeni məzmunda 48.1-1
– 48.1-6-cı maddələr əlavə edilmişdir.
[80] 24 fevral 2023-cü il tarixli 831-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 aprel 2023-cü il,
“Azərbaycan” qəzeti, 12 aprel 2023-cü il, № 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 462) ilə 48.2-ci
maddədən “xüsusi” sözü və “, habelə iriqabaritli və ağırçəkili
avtonəqliyyat vasitələrinin hərəkət
etməsinə görə ödənişlərin
dərəcələri” sözləri çıxarılmışdır, həmin maddədə “Azərbaycan
Respublikasının müvafiq icra
hakimiyyəti orqanı” sözləri “müvafiq icra
hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə
əvəz edilmişdir.
[81] 12 iyul 2019-cu il tarixli 1657-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1379)
ilə 50.1-ci maddəyə “uyğun olaraq” sözlərindən sonra “operator tərəfindən” sözləri və yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
12 iyul 2019-cu il tarixli 1657-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1379)
ilə 50.4-cü maddədə “daşıyıcılar” sözü “daşıyıcıları” sözü ilə əvəz edilmişdir.
12 iyul 2019-cu il tarixli 1657-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1379)
ilə 50.5-ci maddə yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
50.5.
Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat
vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair
beynəlxalq konvensiyalar, sazişlər və digər
sənədlər, habelə bu daşımaların xüsusiyyətləri
barədə zəruri biliklərə malik olmaq üçün müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş proqram
üzrə xüsusi hazırlıq keçməlidirlər.
12 iyul 2019-cu il tarixli 1657-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №8, maddə 1379)
ilə yeni məzmunda 50.6-cı
maddə əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
50-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 50. Avtomobil nəqliyyatı
ilə beynəlxalq daşımaların təşkili
50.1. Avtomobil nəqliyyatı ilə
beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən
tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq operator
tərəfindən
yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə
vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı
meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq
səviyyəsinə dair tələblərə cavab verməlidir.
50.2. Avtomobil nəqliyyatı ilə
beynəlxalq sərnişin və yük daşımaları sahəsində
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin şərtlərinin Azərbaycan Respublikasının
ərazisində yerinə yetirilməsini müvafiq icra hakimiyyəti
orqanı aidiyyəti dövlət orqanları ilə birlikdə təmin
edir.
50.3. Barəsində icazə sistemi
tətbiq edilən xarici dövlətlərə yerinə
yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilən “İcazə” blankları əsasında
yerinə yetirilir.
50.4. Azərbaycan Respublikasının
ərazisində xarici avtomobil daşıyıcıları tərəfindən ölkədaxili
daşımalarının yerinə yetirilməsinə yol verilmir.
50.5.
Operatorun məsul şəxsi (şəxsləri), habelə
beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən
sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram
üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın
keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir
və keçirilir. Tədrisin nəticələrinə
əsasən operatorun məsul şəxsinə və ya
sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş sənəd verilir.
50.6. Operatorun işgüzar nüfuz,
maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi
ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə
dair tələblər, habelə operatorların uçotunun aparılması
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.
[82]
25
iyun 2024-cü il tarixli 1186-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 16 avqust 2024-cü il, № 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 932) ilə 53.2-ci maddəyə “orqanları”
sözündən sonra “(qurumları)” sözü
əlavə edilmişdir.
[83] 18 dekabr 2018-ci il tarixli 1399-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2517) ilə yeni məzmunda
57-1-ci maddə əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 973-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab,
maddə 1121) ilə
57-1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 57-1. Beynəlxalq və ölkədaxili
(şəhərlərarası və rayonlararası) sərnişin və yük
daşımalarında taxoqrafdan istifadə ilə bağlı daşıyıcıların və
sürücülərin vəzifələri
Beynəlxalq və ölkədaxili
(şəhərlərarası və rayonlararası) sərnişin və yük
daşımalarını təşkil edən daşıyıcılar həmin daşımaları
həyata keçirən yük avtonəqliyyat vasitələrini və
ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrini
taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları
təşkil edən daşıyıcılar və yerinə yetirən
sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın
yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür
olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş,
tamamilə və ya hər hansı funksiyası işləməyən
taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla
yerinə yetirilməsinə görə qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
[84] 4 aprel 2014-cü il tarixli 936-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü
il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 342) ilə 58-сi maddənin adında “pretenziya və iddialar”
sözləri “pretenziyalar” sözü
ilə əvəz edilmişdir.
[85] 24 aprel 2020-ci il tarixli 60-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci
il, № 104,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6,
maddə 663) ilə 58.1-ci maddəyə “əvvəl” sözündən sonra “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
861-ci maddəsi,” sözləri əlavə edilmişdir.
[86] 4 aprel 2014-cü il tarixli 936-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü
il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 342) ilə 58.2-ci və 58.3-cü maddələr
ləğv edilmişdir.
[87] 4 aprel 2014-cü il tarixli 936-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2014-cü
il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 342) ilə 60-cı
maddədə “qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada” sözləri “Mülki, İnzibati Xətalar və
Cinayət məcəllələrində nəzərdə
tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.