"Təsdiq edilmişdir"

"Təsdiq edilmişdir"

Azərbaycan Respublikasının

Azərbaycan Respublikası

Prezidenti yanında Qiymətli Kağızlar üzrə

Milli Bankı İdarə Heyətinin

Dövlət Komitəsi

"14" sentyabr 2006-cı il

Əmr ¹ 0182

tarixli qərarı

"29" sentyabr 2006-cı il

Protokol ¹ 28  reyestr ¹____

 

İdarə Heyətinin

Sədr  _________________ G. Məmmədov

Sədri  _________________  E. Rüstəmov

 

"Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Milli Bankının REPO/əks-REPO əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydalar"ına əlavə və dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 29 yanvar 2001-ci il tarixli 4 saylı qərarı və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 07 fevral 2001-ci il tarixli 020 saylı əmri ilə təsdiq edilmiş "Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Milli Bankının REPO/əks-REPO əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydaları"na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. "Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Milli Bankının REPO/əks-REPO əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydaların" (irəlidə - Qaydalar) adı aşağıdakı məzmunda verilsin:

"Dövlət qiymətli kağızları ilə Azərbaycan Respublikası Milli Bankının REPO/əks-REPO əməliyyatlarının aparılması haqqında Qaydalar".

2. Qaydaların adında və mətnində "Dövlət qısamüddətli istiqrazları" ifadəsi ismin müvafiq hallarında "Dövlət qiymətli kağızları" ifadəsi ilə əvəz olunsun.

3. Qaydaların preambulası aşağıdakı məzmunda verilsin:

"Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Milli Bankı (irəlidə - "Milli Bank") tərəfindən dövlət qiymətli kağızları ilə (irəlidə "qiymətli kağızlar") REPO/əks-REPO əməliyyatlarının aparılması qaydalarını müəyyən edir."

4. Qaydaların mətnində "istiqrazlar" sözü ismin müvafiq hallarında "qiymətli kağızlar" ifadəsi ilə əvəz edilsin.

5. 1.3-cü bənd aşağıdakı məzmunda verilsin:

"Müvəkkil bank" - Milli Bank ilə REPO baş Sazişini bağlayan bankdır."

6. 1.5-ci bənd aşağıdakı məzmunda verilsin:

"REPO şəhadətnaməsi" -Milli Bankla müvəkkil bank arasında hər bir ayrıca REPO/əks-REPO əməliyyatının aparılmasını təsdiqləyən sənəddir."

7.  1.10-cu bənd çıxarılsın.

8.  1.11-ci və 1.12-ci bəndlərin ikinci cümlələri çıxarılsın.

9.  1.11-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə olunsun:

"Repo/əks-Repo əməliyyatlarının açılma qiymətinin hesablanması üsulu Milli Bank tərəfindən müəyyən edilir və bazar iştirakçılarının nəzərinə çatdırılır. Repo/əks-Repo-nun açılma qiymətinin hesablanması üsulu dəyişdikdə Milli Bank bu barədə bazar iştirakçılarına müvafiq qərarın qüvvəyə minməsinə ən azı 2 iş günü qabaqcadan xəbərdar edir."

10. 1.16-cı bənd aşağıdakı məzmunda verilsin:

"Fond birjası" - Milli Bankla müqavilə əsasında REPO/əks-REPO əməliyyatlarının aparılmasını təşkil edən və qiymətli kağızlar bazarında fond birjası fəaliyyətini həyata keçirən ticarət təşkilatçısıdır."

11. Qaydaların mətnində "Ticarət sistemi" ifadəsi ismin müvafiq hallarında "Fond birjası" ifadəsi ilə əvəz edilsin.

12. 1.17-ci bənd aşağıdakı məzmunda verilsin:

"Depozitar" - qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlər göstərən təşkilatdır."

13. Qaydaların mətnində "Depozitari" sözü "Depozitar" sözü ilə əvəz edilsin.

14. 1.18-ci bənd aşağıdakı məzmunda verilsin:

"Depo hesabı" - depozitarda qiymətli kağızların uçotunun aparıldığı hesabdır."

15.  1.19-cu bənddən "(Maliyyə Nazirliyi)" ifadəsi çıxarılsın.

16.  2.1-ci bənd aşağıdakı məzmunda verilsin:

"REPO/əks-REPO əməliyyatları pul siyasəti çərçivəsində qoyulmuş hədəflərə nail olmaq, qiymətli kağızlar bazarının və bank sisteminin likvidliyini tənzimləmək məqsədilə Milli Bank tərəfindən istifadə edilən vasitələrdən biridir.

17.  2.8-ci və 2.9-cu bəndlər çıxarılsın.

18.  3.1-ci bənd aşağıdakı məzmunda verilsin:

"Milli Bank apardığı REPO/əks-REPO əməliyyatları üzrə illik faiz dərəcələrini sərbəst şəkildə və ya bu məqsədlə keçirilən hərraclar (irəlidə - "hərrac") vasitəsilə müəyyən edir."

19. Qaydaların mətnində "auksion" sözü "hərrac" sözü ilə əvəz edilsin.

20.  3.4-cü bəndin birinci cümləsi çıxarılsın.

21.  4.1-ci bənd aşağıdakı məzmunda verilsin:

"Hərrac günü müvəkkil banklar sifariş qəbulu üçün elan olunmuş müddət ərzində REPO/əks-REPO əməliyyatlarının aparılması üzrə sifarişləri (irəlidə - "sifariş") Bakı Fond Birjasına təqdim etmək hüququna malikdirlər".

22.  4.3-cü bənd aşağıdakı məzmunda verilsin:

"Sifarişlər müvəkkil banklar tərəfindən Bakı Fond Birjasının Ticarət sisteminə daxil edilir."

23.  4.10-cu bənd çıxarılsın.

24.  5.1-ci bəndin 2-ci cümləsi çıxarılsın.

25.  Qaydaların 1 saylı əlavəsi yeni məzmunda verilsin (Əlavə ¹ l).

26. Bu əlavə və dəyişikliklər təsdiq olunduğu gündən qüvvəyə minir.



Dövlət qiymətli kağızları ilə

Azərbaycan Respublikası Milli Bankının

REPO/əks-REPO əməliyyatlarının aparılması haqqında

Qaydalarına Əlavə 1

 

REPO BAŞ SAZİŞİ

 

"Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununu əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Milli Bankı (irəlidə - "Milli Bank"), _________(vəzifəsi) __________________________________ şəxsində bir tərəfdən və Nizamnamə əsasında fəaliyyət göstərən (irəlidə - "Bank")__________________________________bankı, İdarə

Heyəti Sədri ___________________________________________ şəxsində, digər tərəfdən (irəlidə

"tərəflər") bu REPO Baş Sazişini (irəlidə - Saziş) bağladılar.

 

1. Ümumi müddəalar

 

Bu Sazişin məqsədləri üçün aşağıda sadalanan terminlər qeyd olunan məna daşıyırlar.

1.1. "REPO əməliyyatı" - Milli Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satışı (REPO-nun açılması) və eyni zamanda müvəkkil bank tərəfindən həmin qiymətli kağızları Milli Banka satmaq, Milli Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

1.2. "Əks-REPO əməliyyatı" - müvəkkil bank tərəfindən qiymətli kağızların Milli Banka satışı (REPO-nun açılması) və eyni zamanda Milli Bank tərəfindən həmin qiymətli kağızları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Milli Bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.

1.3. "Müvəkkil bank" - Milli Bank ilə REPO baş Sazişini bağlayan bankdır.

1.4. "REPO Baş Sazişi" - REPO/əks-REPO əməliyyatları aparılan zaman Milli Bank və müvəkkil bank arasındakı qarşılıqlı münasibətləri tənzimləyən və REPO/əks-REPO əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirən sazişdir.

1.5. "REPO şəhadətnaməsi" - Milli Bankla müvəkkil bank arasında hər bir ayrıca REPO/əks-REPO əməliyyatının aparılmasını təsdiqləyən sənəddir.

1.6. "REPO-nun açılma tarixi" - REPO Şəhadətnaməsinə uyğun olaraq Milli Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür.

1.7. "Əks-REPO-nun açılma tarixi" - REPO Şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən qiymətli kağızların Milli Banka satıldığı gündür.

1.8. "REPO-nun bağlanma tarixi" - REPO Şəhadətnaməsinə uyğun olaraq Milli Bank tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür.

1.9. "Əks-REPO-nun bağlanma tarixi" - REPO Şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən qiymətli kağızların Milli Bankdan satın alındığı gündür.

1.10. "REPO-nun açılma qiyməti" - REPO-nun açıldığı gün Milli Bankın qiymətli kağızları müvəkkil banklara satışı qiymətidir.

1.11. "Əks-REPO-mın açılma qiyməti" - əks-REPO-nun açıldığı gün müvəkkil banklar tərəfindən qiymətli kağızların Milli Banka satışı qiymətidir.

Repo/əks-Repo əməliyyatlarının açılma qiymətinin hesablanması üsulu Milli Bank tərəfindən müəyyən edilir və bazar iştirakçıların nəzərinə çatdırılır. Repo/əks-Repo-nun açılma qiymətinin hesablanması üsulu dəyişdikdə Milli Bank bu barədə bazar iştirakçılara müvafiq qərarın qüvvəyə minməsinə ən azı 2 iş günü qabaqcadan xəbərdar edir.

1.12. "REPO-nun bağlanma qiyməti" - REPO-nun bağlandığı gün Milli Bank tərəfindən qiymətli kağızları müvəkkil banklardan geri satın alma qiymətidir.

1.13. "Əks-REPO-nun bağlanma qiyməti" - əks-REPO-nun bağlandığı gün Milli Bankın qiymətli kağızları müvəkkil banklara satışı qiymətidir.

1.14. "REPO/əks-REPO-nun bağlanma qiyməti" -REPO/əks-REPO əməliyyatının 360 gün əsasında hesablanan və əməliyyatın faktiki fəaliyyət müddəti, REPO/əks-REPO-nun açılma qiyməti və illik faiz dərəcəsi nəzərə alınmaqla aşağıdakı düsturla hesablanır:

            

                Q* t

Ps=Po *( 1+ -----------)

                 360

 

burada:

Q - REPO-nun adi illik faiz dərəcəsidir;

Po - əməliyyatın açılma qiymətidir;

Ps - əməliyyatın bağlanma qiymətidir;

t - REPO-nun açılma və bağlanma tarixləri arasındakı dövr (günlə).

 

1.16. "Fond birjası" - Milli Bankla müqavilə əsasında REPO/əks-REPO əməliyyatlarının aparılmasını təşkil edən və qiymətli kağızlar bazarında fond birjası fəaliyyətini həyata keçirən təşkilatdır.

1.17. "Depozitar" - qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlər göstərən təşkilatdır.

1.18. "Depo hesabı" - depozitarda qiymətli kağızların uçotunun aparıldığı hesabdır.

1.19. "Qiymətli kağızların ödənilməsi" - qiymətli kağızların Emitent tərəfindən dövriyyədən çıxarılması və sahiblərin hesablarına onlara məxsus qiymətli kağızların nominal dəyəri miqdarında pul vəsaitin köçürülməsidir.

 

2. Sazişin predmeti

 

2.1. Tərəflər razılığa gəlmişlər ki, bu Sazişin qüvvədə olması müddətində onlar qiymətli kağızlarla REPO/əks-REPO əməliyyatları (irəlidə - "REPO əməliyyatları") aparacaqlar. Bu əməliyyatlar zamanı bir tərəf (Satıcı) qiymətli kağızları REPO-nun açılış qiyməti ilə digər tərəfə (Alıcıya) satır və eyni zamanda REPO Şəhadətnaməsində nəzərdə tutulmuş müddətdə Satıcı pul vəsaitini Alıcının hesabına köçürülməsi yolu ilə həmin qiymətli kağızları REPO-nun bağlanma qiyməti ilə satın almağı öhdəsinə götürür.

2.2. Tərəflər qiymətli kağızlarla REPO əməliyyatlarını apararkən bu Sazişi, REPO Şəhadətnaməsini və qüvvədə olan qanunvericiliyi rəhbər tuturlar.

2.3. Bakı Fond Birjası - Milli Bankla müqavilə əsasında REPO əməliyyatları üzrə Fond Birjası vəzifələrini həyata keçirir.

2.4. Bakı Fond Birjası qiymətli kağızlarla depozitar əməliyyatları üzrə Depozitar vəzifələrini həyata keçirir.

2.5. Tərəflər REPO əməliyyatı qüvvədə olduğu müddət ərzində onun şərtlərini dəyişdirmək və REPO əməliyyatının obyekti olan qiymətli kağızlar üzərində sərəncam vermək hüququna malik deyillər.

2.6. REPO/əks-REPO əməliyyatları Fond Birjasında Milli Bankla razılaşdırılmış reqlamentə uyğun keçirilir.

3. Sazişin icrası

 

3.1. REPO əməliyyatı tərəflər arasında Saziş əsasında keçirilir və REPO Şəhadətnaməsi ilə rəsmiləşdirilir.

3.2. REPO əməliyyatlarının müddəti bir gün və daha çox ola bilər. Bu zaman REPO-nun bağlanma tarixi qiymətli kağızların ödəniş tarixindən azı 5 gün qabaq olmalıdır. REPO əməliyyatının bağlanma tarixi qeyri-iş gününə düşdükdə əqd növbəti ilk iş günü icra edilir.

3.3. REPO açıldıqda qiymətli kağızlar Milli Bankın "depo" hesabının müvafiq bölməsində bloklaşdırılır.

3.4. REPO bağlandıqda Milli Bank REPO şəhadətnaməsinə əsasən aşağıdakıları həyata keçirir:

==> "depo" hesabının "qiymətli kağızlarla REPO əməliyyatları üzrə tələblər" adlı bölməsində REPO əməliyyatı üzrə bloklaşdırılmış qiymətli kağızlan sərbəstləşdirir;

==> "depo" hesabının "qiymətli kağızlarla əks-REPO əməliyyatları üzrə öhdəliklər" adlı bölməsində əks-REPO əməliyyatı üzrə bloklaşdırılmış qiymətli kağızları sərbəstləşdirir və Bankın "depo" hesabına köçürür.

3.5. Satıcı pul vəsaiti Alıcının hesabına REPO Şəhadətnaməsində müəyyən edilmiş müddət ərzində köçürmədiyi təqdirdə Alıcının REPO Şəhadətnaməsi üzrə alınmış qiymətli kağızlar üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması dayandırılır.

3.6. REPO əməliyyatlarının aparılması zamanı Bank və onun xidmət göstərdiyi investorlar arasında yaranan münasibətlər Bankla investorlar arasında bağlanmış və Sazişin şərtlərinə zidd olmayan müvafiq müqavilə ilə tənzimlənir.

3.7. Bank Sazişin və ya REPO Şəhadətnaməsinin şərtlərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə Milli Bank REPO əməliyyatının aparılmasından imtina etmək hüququna malikdir.

 

4. REPO hərraclarının keçirilməsi qaydası

 

4.1. REPO əməliyyatları üzrə hərraclar Fond Birjasında keçirilir.

4.2. Milli Bank REPO əməliyyatları üzrə hərraclar barədə məlumat yayır.

4.3. Hərrac günü Bank sifariş qəbulu üçün elan olunmuş müddət ərzində REPO əməliyyatının aparılması üzrə sifarişlər (irəlidə - "sifariş") vermək hüququna malikdir.

4.4. Sifarişdə aşağıdakılar göstərilməlidir:

==> Bankın adı;

==> REPO əməliyyatının növü;

==> qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

==> Alınan/satılan qiymətli kağızların sayı;

==> REPO əməliyyatı üzrə faiz dərəcəsi (yüzdə bir dəqiqliyi ilə);

==> REPO-nun bağlanma tarixi və s. zəruri məlumat.

 

4.5. Sifariş göstərilən şərtlərlə Milli Banka REPO əməliyyatının aparılması üçün Bankın təklifi hesab olunur.

4.6. Hərraca təqdim olunmuş sifarişlər orada göstərilən faiz dərəcələri ilə Milli Bankın REPO əməliyyatı üzrə müəyyən edilmiş qiymət şərtlərinə uyğun gəldikdə icra edilir.

4.7. Milli Bank hərracın keçirildiyi gün hərracın nəticələrini Bankın nəzərinə çatdırır.

4.8. Hərracın yekunları üzrə müvafiq hesablaşmalar aparıldıqdan sonra sifarişi icra olunmuş hər Banka REPO şəhadətnaməsi təqdim olunur.

4.9. Hərrac günü REPO əməliyyatı üzrə öhdəliyin icrası üçün kifayət qədər pul vəsaitinin və ya qiymətli kağızların olmasını təmin etməyən Bank REPO-nun bağlanma qiymətilə REPO əməliyyatın həcminin 5 faizi məbləğində cərimə ödəyir.

 

5. Hərracdankənar REPO əməliyyatların aparılması qaydası

 

5.1. Milli Bank hərracdankənar REPO/əks-REPO əməliyyatlarını aparır.

5.2. Hərracdankənar REPO/əks-REPO əməliyyatları ticarət sessiyası zamanı aparılır.

5.3. Ticarət sessiyası zamanı REPO/əks-REPO əməliyyatları Milli Bank və Bank tərəfindən qarşılıqlı sifarişlərin verilməsi ilə aparılır.

5.4. Bank öz adından və öz hesabına sifariş vermək hüququna malikdir.

5.5. Sifarişdə aşağıdakılar əks olunmalıdır:

==> Müvəkkil bankın adı;

==> REPO əməliyyatının növü;

==> qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;

==> qiymətli kağızların sayı;

==> REPO-nun bağlanma tarixi və s. zəruri məlumat.

5.6. Aparılmış REPO əməliyyatlarının yekunları üzrə müvafiq hesablaşmalar aparıldıqdan sonra Fond Birjası Banka REPO əməliyyatının aparılmasını təsdiqləyən REPO
şəhadətnaməsini təqdim edir.

 

6. Hesablaşmaların aparılması qaydası

 

6.1. REPO-nun açılma/bağlanma günü Bank REPO əməliyyatı üzrə öhdəliyin icrası üçün lazımi qədər pul vəsaitinin və qiymətli kağızların olmasını təmin etməlidir.

6.2. REPO əməliyyatları üzrə hesablaşmalar həmin gün REPO Şəhadətnamələrinə uyğun aparılır. Hesablaşmalar Milli Bankın Hesablaşmalar departamenti tərəfindən həyata keçirilir.

6.3. Hesablaşmalar Bankın hesabına müvafiq vəsaitin köçürülməsi/silinməsi vasitəsilə həyata keçirilir.

 

7. Tərəflərin məsuliyyəti

 

7.1. Bir tərəfin REPO Şəhadətnaməsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi həmin REPO şəhadətnaməsi üzrə digər tərəfi öhdəlikləri yerinə yetirməkdən azad edir.

7.2. Öhdəliyi pozmuş tərəf digər tərəfin xeyrinə REPO-nun bağlanma qiymətilə REPO əməliyyatın həcminin 5 faizi məbləğində cərimə ödəyir.

7.3. REPO Baş Sazişi və ya REPO Şəhadətnaməsi üzrə Bank öz öhdəliklərini yerinə yetirmədikdə Milli Bank müəyyən olunmuş cəriməni Bankın Milli Bankda açılmış müxbir hesabından Bankın sərəncamı olmadan, mübahisəsiz qaydada silmək hüququna malikdir.

7.4. Tərəflərdən biri REPO-nun bağlanma tarixinə REPO Şəhadətnaməsinin şərtlərini yerinə yetirmədiyi təqdirdə REPO əməliyyatı baş tutmamış hesab edilir. Alıcının REPO Şəhadətnaməsinə uyğun aldığı qiymətli kağızlar üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına son qoyulur və qiymətli kağızlar hər-hansı bir şərt və mülkiyyət hüququ üzərində məhdudiyyət olmadan Satıcıdan Alıcıya keçir.

 

8. Sazişin qüvvədə olma müddəti və şərtləri

 

8.1. Saziş tərəflər onu imzaladığı gündən qüvvəyə minir.

8.2. Saziş imzalandığı gündən bir il müddətində qüvvəyə malikdir. Tərəflərdən biri digərini Sazişə xitam vermək niyyəti haqqında yazılı şəkildə xəbərdar etmədiyi təqdirdə o növbəti il üçün uzadılmış hesab olunur.

8.3. Bu Saziş tərəflərin əlavə sazişi əsasında dəyişdirilə və ya tamamlana bilər.

8.4. Saziş, tərəflərin hərəsinə bir nüsxə təqdim etmək şərti ilə iki həqiqi nüsxədə tərtib olunmuşdur.

 

9. Sazişin bağlanması və ləğv edilməsi

 

9.1. Saziş Milli Banka təqdim olunan ərizə əsasında bağlanılır.

9.2. Bu Saziş aşağıdakı qaydada ləğv edilir:

==> Sazişdən çıxma haqqında ərizə əsasında;

==> Bankın ləğv edilməsi ilə əlaqədar olaraq;

==>  Bank  Sazişin,  REPO  Şəhadətnaməsinin şərtlərini,  qüvvədə olan  qanunvericiliyi pozduqda.

9.3. Bank yenidən təşkil edildikdə Sazişin qüvvəsi onun varisinə şamil edilmir.

 

10. Mübahisələrin həlli

 

10.1. Bu Sazişin   icrası zamanı fikir ayrılıqları meydana çıxdıqda tərəflər onların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər.

10.2. Tərəflərin  qarşılıqlı  razılığını  əldə  etmək   mümkün  olmadıqda  mübahisələrə
məhkəmədə qanunla müəyyən edilmiş qaydada baxılır.

 

11. Tərəflərin rekvizitləri

 

Azərbaycan Respublikası Milli Bankı

Müvəkkil bank

R. Behbudov küç. 32

 

 

(Vəzifəsi)

 

 

_______________________________

_______________________________