"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat № 3238 "30" avqust 2006-cı il Nazir______________ Fikrət Məmmədov |
"Təsdiq edilmişdir" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının "09" avqust 2006-cı il tarixli № 10-2-li qərarı ilə Nazir________________ Fizuli Ələkbərov |
FƏHLƏ
PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD
TARİF-İXTİSAS SORĞU KİTABÇASI
(hissə
1)
Bölmə:
Bütün sahələr üçün ümumi olan fəhlə peşələri
Ümumi
müddəalar
Fəhlə
peşələri və işlərin Vahid Tarif-İxtisas
Sorğu Kitabçası (bundan sonra "Kitabça"
adlandırılacaqdır) Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 57-ci və 156-cı maddələrinin
2-ci hissələrinin tələblərinə uyğun olaraq
hazırlanmışdır.
Kitabça mülkiyyət
və təşkilati-hüquqi formasından asılı olmayaraq
bütün müəssisə, idarə və təşkilatlarda
çalışan fəhlələrə ixtisas dərəcələrinin
verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində,
fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin
ödəniş dərəcəsinin müəyyənləşdirilməsində,
onların konkret əmək funksiyalarını əks etdirən
peşə təlimatlarının hazırlanmasında, fəhlələrin
peşə hazırlığından asılı olaraq
onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq
səviyyələrindən asılı olaraq məşğulluğunun
səmərəli təmin edilməsində, işçilərin
attestasiyasının keçirilməsində və əmək
müqavilələrinin (kontraktlarının)
bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq
edilir.
Kitabçaya hər
hansı bir konkret istehsal sahəsi və işlər üzrə
spesifik xarakter daşımayan ümumi fəhlə peşələri
daxil edilmişdir.
Kitabça iki fəsildən
ibarətdir. Birinci fəsilə bütün sahələr üçün ümumi
olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən
fəhlə peşələri daxil edilmiş və Vahid Tarif
Cədvəlinə uyğun olaraq bu peşələr üzrə əməyin
ödəniş dərəcələri müəyyənləşdirilmişdir.
İkinci fəsilə
bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri
üzrə tarifləşdirilən fəhlə peşələri
və işləri daxil edilmişdir. Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli
üzrə əmək şəraiti nəzərə alınmadan
işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir.
Bu peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin
ödəniş dərəcələri peşələrin
ixtisas dərəcələri səviyyəsində təyin
edilir.
Kitabçada verilən
tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri
üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks
etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə
yetirilmə qaydası hər bir müəssisə, idarə və
təşkilatda texnoloji xəritələr, işçi təlimatlar
və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir.
Bu işlərdən əlavə fəhlə iş növbəsinin
qəbulu və təhvili, iş yerinin işə
hazırlığı və işin sonunda
yığışdırılması, avadanlıq və ləvazimatın
lazımi səviyyədə saxlanılması, təyin
edilmiş sənədləşdirmənin aparılması ilə
əlaqədar işləri də yerinə yetirməlidir.
Tarif-ixtisas xüsusiyyətlərinin "Bilməlidir" hissəsində
bütün peşələr üzrə yerinə yetirilən işlər
üzrə biliyə olan tələbat nəzərdə tutulur.
Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinin
bir çoxunda bölmələrində müvafiq dərəcəyə
aid olan iş nümunələri verilmişdir. Bu iş nümunələri
həmin peşə üzrə bütün iş nümunələrini əhatə
etmir. Ona görə də müəssisə, idarə və təşkilatlar
işçilərin əmək müqavilələrində həmin
peşəyə uyğun konkret iş nümunələrini müəyyən
edə bilərlər.
Kitabçada bu və
ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə
tutulduğu zamanda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə
aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən
əlavə özündən aşağı ixtisaslı fəhlənin
tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də
yerinə yetirmək qabiliyyətinə malik olmalıdır.
Ona görə də aşağı ixtisaslı dərəcələrin
tarif-ixtisas xüsusiyyətlərində nəzərdə
tutulmuş işlər, yüksək dərəcənin
tarif-ixtisas xüsusiyyətlərində öz əksini
tapmamışdır.
Aşağı dərəcəli
peşələrin ixtisas xüsusiyyətlərində göstərilir
ki, istehsal şəraitindən və ya yerinə yetirilən
işlərin xüsusiyyətindən asılı olaraq
ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı
işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi
altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli
fəhlə daha aşağı dərəcəli fəhlənin
işinə rəhbərlik etməyi bacarmalıdır.
Texnoloji prosesin aparılması ilə məşğul olan
yüksək dərəcəli fəhlə bu prosesdə
iştirak edən fəhlələrə rəhbərlik etməlidir.
Bu işlərlə
yanaşı fəhlə iş yerində əməyin səmərəli
təşkilini, görülən işlərin texnoloji prosesini,
avadanlıqların texniki istismar və onlara xidmət
qaydalarını, istifadə edilən alət və
inventarları, yanacağın, enerjinin, xammal və
materialın sərf normasını, zay məhsulun növlərini,
onun əmələ gəlməsi səbəblərini və
aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi
və sanitar-gigiyena normalarını, yanğından mühafizə
üçün istifadə edilən vasitələri və
yanğının söndürülmə üsullarını,
qaldırıcı-nəqletdirici avadanlıqların idarə
edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili
intizam qaydalarını da bilməlidir.
Bu tələblərdən
əlavə maşın və mexanizmlərin idarə edilməsi
ilə məşğul olan fəhlələr, maşinistlər,
motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar,
elektrik montyorları, təmirçilər, montajçılar,
aparatçılar, qəlibçilər və s. yerinə yetirdikləri
işlərlə yanaşı çilingər işini də
yaxşı bilməli, avadanlıq və maşınların
iş prosesində nasazlıqlarının aradan
qaldırılması və onun təmirində iştirak etməyi
də bacarmalıdırlar.
Dəmir yolu və
su nəqliyyatında, partlayış işlərinin yerinə
yetirilməsində, partlayış təhlükəli və zəhərli
maddələrin saxlanılması və istifadəsində
çalışan, qaldırıcı-nəqliyyat
avadanlığı, qazanxana qurğuları, təzyiq
altında işləyən aparat və qablara xidmət edən
fəhlə, qüvvədə olan qayda və təlimatları
bilməli, onlara riayət etməli, lazım gəldikdə
müvafiq peşə-ixtisas sənədinə, məsələn
partladıcı, qaynaqçı və s. diplomlara malik
olmalıdır.
Müəssisə,
idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi
Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında
aparılır. Bu zaman tarifləşdirilən işin
tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə
uyğun gəlib-gəlməməyi müqayisə edilərək
müəyyənləşdirilir.
Fəhlə
peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret
faktiki yerinə yetirilən işlər nəzərə
alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin
işlərini yerinə yetirən fəhləyə peşə
adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi
çəkisi çox olan işə əsasən müəyyən edilir.
İşlər
briqada tərəfindən həyata keçirilən zaman işlərin
tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların
həcmi və dərəcəsi nəzərə alınmaqla
müəyyənləşdirilir.
Fəhləyə
hər hansı bir dərəcənin verilməsi və yüksəldilməsi
məsələsinə fəhlənin ərizəsi və
müvafiq bölmənin rəhbərlərinin (ustanın, rəisin,
briqadirin və s.) təqdimatına əsasən işəgötürən
tərəfindən əmək qanunvericiliyinə uyğun
olaraq baxılır.
Fəhləyə
hər hansı və ya daha yüksək ixtisas dərəcəsinin
verilməsi üçün işəgötürən tərəfindən ixtisas
imtahanları təşkil edilir. İxtisas imtahanlarının
təşkilinə və keçirilməsinə həmin sahə
üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri
və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.
İxtisas
imtahanlarının keçirilmə müddəti və qaydası
işəgötürən tərəfindən müəyyənləşdirilərək
fəhlələrə çatdırılır. İxtisas
imtahanlarını müvəffəqiyyətlə vermiş
işçiyə yüksək ixtisas dərəcəsi verilə bilər.
İxtisas
imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin
verilməsi və ya artırılması onun yerinə yetirdiyi
işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata
keçirilir.
İxtisas
imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən
və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinə
uyğun olaraq "Bilməlidir" bölməsinə aid suallara
cavab verməli və "İşin xüsusiyyəti" bölməsində
göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq
yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə
təyin edilmiş hasilat, vaxt və xidmət normalarını
lazımı keyfiyyətlə yerinə yetirməlidir.
Briqada üzvü olan fəhləyə
ixtisas dərəcəsinin təyin edilməsi və ya
artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi
altında görülən işlərin mürəkkəbliyi üzrə
yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi
işlərin mürəkkəbliyi üzrə
aparılmalıdır.
Əsas işindən
əlavə briqadaya da rəhbərlik edən fəhləyə
ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında
həyata keçirilməlidir. Briqadaya rəhbərlik həmin fəhlənin
dərəcəsinin artırılması üçün əsas
sayılmır.
Bütün
sahələr üçün ümumi olan fəhlə peşələrinin
adları və dərəcələr diapazonu
I
FƏSİL. Bütün sahələr üçün ümumi olan, əməyin
ixtisas dərəcələri üzrə tarifləşdirilməyən
fəhlə peşələri
Sıra №-si |
Peşələrin adları |
Əməyin ödəniş dərəcələri
diapazonu |
Səhifə |
1 |
2 |
3 |
4 |
1 |
Abadlaşdırma üzrə fəhlə |
4-5 |
9 |
2 |
Avtomobil sürücüsü |
4-6 |
10 |
3 |
Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə
nəzarətçi |
4-5 |
11 |
4 |
Ayaqqabı təmizləyən |
1-2 |
12 |
5 |
Anbardar |
3-4 |
12 |
6 |
Arabaçı |
1-2 |
13 |
7 |
Bağban |
2-3 |
14 |
8 |
Bilet satıcısı |
3-6 |
15 |
9 |
Binalara, avadanlıq və qurğulara xidmət
və onların cari təmiri üzrə fəhlə |
3-4 |
16 16 |
10 |
Buraxılış-yoxlama məntəqəsinin
növbətçisi |
2 |
|
11 |
Vaqon və konteynerləri plomblayan |
2 |
17 |
12 |
Qapıçı |
1-2 |
17 |
13 |
Qarderobçu |
2 |
18 |
14 |
Qiymətli metal və xammal qəbulçusu |
3-4 |
18 |
15 |
Qulluqçu |
1-2 |
19 |
16 |
Dalandar |
3-4 |
19 |
17 |
Dezinfektor |
3-4 |
20 |
18 |
Dəyişək xidmətçisi |
2-3 |
21 |
19 |
Döşəməsilən |
2-3 |
21 |
20 |
Elektron-hesablama maşınlarının
operatoru |
4-6 |
22 |
21 |
Elektro və avto arabacığın sürücüsü |
2-3 |
23 |
22 |
Elektrik işıqçısı |
3-4 |
23 |
23 |
Eskalator növbətçisi |
2-3 |
24 |
24 |
İstehsalat hamamlarının fəhləsi |
1-2 |
24 |
25 |
İstehsalat sahəsini və xidmət
otaqlarını yığışdıran |
2-4 |
25 |
26 |
Yükdaşıyan |
4-6 |
26 |
27 |
Kinomexanik |
3-6 |
26 |
28 |
Kirayə məntəqəsinin qəbulçusu |
1-2 |
28 |
29 |
Kuryer |
1-2 |
29 |
30 |
Gözətçi |
2-3 |
30 |
31 |
Liftçi |
2-3 |
30 |
32 |
Mikrofilmlətdirmə və surətçıxarma
aparatlarının operatoru |
3-4 |
31 |
33 |
Motonəqliyyat vasitələrinin sürücüsü |
2-3 |
31 |
34 |
Neft məhsullarının
paylayıcısı |
2-3 |
32 |
35 |
Nəqledici-yığıcı
maşınların sürücüsü |
3-4 |
32 |
36 |
Oyun avtomatları, tir, idman və attraksion
zalının növbətçisi |
2-3 |
33 |
37 |
Ocaqçı |
1-2 |
33 |
38 |
Sənədləri cildləyən |
2-4 |
33 |
39 |
Serpentariya zoolaborantı |
3-5 |
34 |
40 |
Sulayıcı-yuyucu
maşınlarının doldurucusu |
2 |
35 |
41 |
Su qızdıran fəhlə |
1-2 |
35 |
42 |
Surətçıxaran və çoxaldan
maşınlarının operatoru |
2-5 |
35 |
43 |
Soyunub-geyinmə otağının növbətçisi |
2-3 |
36 |
44 |
Tərəziçi |
1-2 |
36 |
45 |
Faytonçu |
1-2 |
37 |
46 |
Xüsusi geyimin təmiri və yuyulması
maşinisti |
2-3 |
37 |
47 |
Hamam xidmətçisi |
1-2 |
37 |
48 |
Hesablayıcı maşınların
operatoru |
3-4 |
38 |
49 |
Herpetoloq |
7-8 |
38 |
50 |
Hidrotexniki obyektlərə baxan |
3-4 |
39 |
II
FƏSİL. Bütün sahələr üçün ümumi olan, əməyin
ixtisas dərəcələri üzrə tarifləşdirilən
fəhlə peşələri
Sıra №-si |
Peşələrin adları |
Əməyin ödəniş dərəcələri
diapazonu |
Səhifə |
1 |
2 |
3 |
4 |
1 |
Avadanlığın və metal məmulatların
konservləşdiricisi |
1-3 |
40 |
2 |
Avtomobil-yükboşaldıcının
maşinisti |
3-4 |
42 |
3 |
Akkumulyatorçu |
1-5 |
42 |
4 |
Akustik təcrübələr operatoru |
2-6 |
45 |
5 |
Asetilen qurğusunun generatorçusu |
2-4 |
48 |
6 |
Balon qəbulçusu |
2-3 |
49 |
7 |
Balonları dolduran |
2-4 |
50 |
8 |
Balon sınaqçısı |
3-5 |
51 |
9 |
Bucurqadçı |
2-3 |
52 |
10 |
Bunkerçi |
2-4 |
53 |
11 |
Buxar maşını və lokomobilin maşinisti |
3-4 |
54 |
12 |
Vaqonboşaldıcının
maşinisti |
2-5 |
55 |
13 |
Ventilyasiya və aspirasiya
qurğularının maşinisti |
2-3 |
56 |
14 |
Qazçı |
2-5 |
57 |
15 |
Qaz generatorçusu
|
2-5 |
60 |
16 |
Qaz generatoru stansiyasının maşinisti |
2-4 |
61 |
17 |
Qazdan xilasedici |
3-5 |
63 |
18 |
Qaz və maye nəzarətçi üzrə
defektoskopçu |
2-6 |
65 |
19 |
Qazantəmizləyən |
1-6 |
68 |
20 |
Qazların və tozun təhlili üzrə
laborant |
2-4 |
71 |
21 |
Qaz üfürücü maşının maşinisti |
2-5 |
72 |
22 |
Qazanxana maşinisti
|
2-6 |
73 |
23 |
Qazanxana operatoru |
2-6 |
76 |
24 |
Qəlibləmə və şixta
qatışıqlarının təhlili üzrə laborant |
2-3 |
78 |
25 |
Qəbuledici televiziya antenalarının radio
montyoru |
2-6 |
79 |
26 |
Daxiliyanma mühərriklərinin maşinisti |
2-6 |
81 |
27 |
Dezaktivatorçu |
2-5 |
83 |
28 |
Düzücü-qablaşdırıcı |
1-4 |
85 |
29 |
Dispetçer avadanlığı və
teleavtomatikanın elektrik montyoru |
1-6 |
87 |
30 |
Dozimetrist |
2-5 |
90 |
31 |
Eksqauster maşinisti |
3-4 |
91 |
32 |
Etiketlərə ştempel vuran |
1 |
92 |
33 |
Elektroakustika laborantı |
2-4 |
92 |
34 |
Elektromexaniki sınaqlar və ölçülər üzrə
laborant |
2-5 |
94 |
35 |
Elektrik avadanlıqlarına xidmət üzrə
elektrik montyoru |
2-6 |
97 |
36 |
Elektrik avadanlıqlarının təmiri və
xidməti üzrə elektrik montyoru |
2-6 |
100 |
37 |
Elektrik avadanlıqlarının təmiri üzrə
elektrik montyoru |
2-6 |
107 |
38 |
Elektroizoləedici materiallar üzrə laborant |
2-5 |
114 |
39 |
Elektrik mühərriklərinin motorçusu |
2-3 |
116 |
40 |
Emulsiya bişirən |
2-3 |
117 |
41 |
Əleyhqaz qutularının doldurucusu |
3 |
118 |
42 |
Ətirli qatran bişirən |
2 |
118 |
43 |
İstilik məntəqəsinin operatoru |
2-4 |
118 |
44 |
İş yerlərinin təminatçısı |
2-4 |
119 |
45 |
İşlənilmiş yağın
regeneratorçusu |
1-3 |
120 |
46 |
Yağlayıcı |
1-3 |
121 |
47 |
Yanğınsöndürənin doldurucusu |
2-3 |
123 |
48 |
Yanacaq doldurma stansiyasının operatoru |
2-5 |
124 |
49 |
Yapışqan bişirən |
1-4 |
126 |
50 |
Yardımçı fəhlə |
1-2 |
128 |
51 |
Yanğından mühafizə vasitələrinin
hopdurucusu |
2-4 |
128 |
52 |
Yuyucu maşınların maşinisti |
1-4 |
130 |
53 |
Yük nəqledici |
2-4 |
131 |
54 |
Yükləyicinin sürücüsü |
2-6 |
132 |
55 |
Yükləyici-boşaldıcının
maşinisti |
3-5 |
134 |
56 |
Kimyəvi-bakterioloji təhlil üzrə laborant |
2-3 |
135 |
57 |
Kimyəvi təhlil üzrə laborant |
2-5 |
136 |
58 |
Kompressor qurğularının maşinisti |
2-6 |
138 |
59 |
Kran maşinisti |
2-6 |
141 |
60 |
Laborant-kristallooptik |
3-4 |
145 |
61 |
Laborant-metalloqraf |
2-5 |
146 |
62 |
Laborant-mikrobioloq |
3-4 |
148 |
63 |
Laborant-qütb qrafikçisi |
3-4 |
149 |
64 |
Laborant-radiometrist |
3-6 |
150 |
65 |
Laborant-rentgenostrukturçu |
2-6 |
151 |
66 |
Laborant-sensitometrist |
3-4 |
154 |
67 |
Liftlər üzrə elektrik mexaniki |
1-6 |
155 |
68 |
Lüminoforların təhlili üzrə laborant |
4 |
159 |
69 |
Maqnit nəzarəti üzrə defektoskopçu |
2-5 |
159 |
70 |
Mineral təhlil üzrə laborant |
2-5 |
162 |
71 |
Metallarda qazların təhlili üzrə laborant |
2-5 |
163 |
72 |
Mexaniki belin motorçusu |
3 |
165 |
73 |
Mexanikləşdirilmiş və
avtomatlaşdırılmış anbarların operatoru |
2-5 |
166 |
74 |
Nasos qurğularının maşinisti |
2-6 |
169 |
75 |
Nümunə seçib götürən |
1-3 |
171 |
76 |
Ossiloqraflaşdırma və tenzometrləşmə
operatoru |
2-4 |
172 |
77 |
Pirometrist |
2-4 |
173 |
78 |
Radioaktiv tullantıların emalçısı |
2-6 |
174 |
79 |
Radioteleviziya aparatlarının təmiri və
xidməti üzrə radiomexanik |
3-6 |
176 |
80 |
Rentgen-qamma-qrafiya defektoskopçusu |
2-6 |
178 |
81 |
Rentgenospektral təhlil üzrə laborant |
2-6 |
181 |
82 |
Respirator və əleyhqazların təmirçisi |
2 |
184 |
83 |
Sionid məhlulunun
neytrallaşdırıcısı |
3 |
184 |
84 |
Sınaq təhlili üzrə laborant |
3-5 |
184 |
85 |
Skreper maşinisti (skreperist) |
3-4 |
186 |
86 |
Spektral təhlil üzrə laborant |
2-6 |
186 |
87 |
Soyuducu aparatların doldurucusu |
2-4 |
188 |
88 |
Soyuducu qurğuların maşinisti |
2-6 |
190 |
89 |
Suyun kimyəvi təmizlənməsi üzrə
aparatçı |
1-4 |
191 |
90 |
Süzücü-tökücü (doldurucu) |
2-4 |
193 |
91 |
Takelajçı |
2-5 |
194 |
92 |
Texnoloji sobaların ocaqçısı |
3-4 |
195 |
93 |
Təmizləyici |
1-4 |
196 |
94 |
Toz-qaz uducu qurğulara xidmət üzrə
operator |
2-4 |
199 |
95 |
Trafaret, şkala və plato hazırlayan |
1-4 |
200 |
96 |
Transportyorçu |
2-3 |
202 |
97 |
Traktorçu |
2-6 |
203 |
98 |
Ultrasəs nəzarəti üzrə defektoskopçu |
2-6 |
203 |
99 |
Ultrasəs texnikası üzrə laborant |
3-5 |
207 |
100 |
Üzçəkən |
1-5 |
209 |
101 |
Fiziki-mexaniki sınaqlar üzrə laborant |
2-6 |
212 |
102 |
Forsunka |
2 |
216 |
103 |
Havabölüşdürücünün aparatçısı |
2-6 |
216 |
104 |
Havabölüşdürücü qurğuların maşinisti |
2-5 |
219 |
105 |
Çatı quran |
2-6 |
220 |
106 |
Çirkab suların təmizlənməsi üzrə
aparatçı |
2-4 |
222 |
107 |
Çəkib-bükücü-qablaşdırıcı
maşının maşinisti |
2-5 |
224 |
108 |
Şüşə məmulatların süni köhnəlməsi
laboratoriyasının laborantı |
2 |
226 |
109 |
Ştabelformalaşdırıcı
maşının maşinisti |
5 |
227 |
I
FƏSİL
BÜTÜN
SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN İXTİSAS
DƏRƏCƏLƏRİ ÜZRƏ TARİFLƏŞDİRİLMƏYƏN
FƏHLƏ PEŞƏLƏRİ TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Natəmizliyin və
bərk çöküntülərin əl ilə və ya çömçə ilə
qazılmış çaladan və kanalizasiya quyularından
çıxarılması. Şəhər zibilliklərinin,
atılıb çürümüş bərk zibillərin üstünə torpaq
qatı tökməklə zərərləşdirilməsi. Xəstəlik
yaradan mikrobların məhvini təmin edən və milçəklərin
artmasının qarşısını alan şəraitin
yaradılması. Zibilliyə kəsəyənlərin gəlməsinin
mümkünlüyünün məhdudlaşdırılması və xoşa gəlməz
qoxuların qarşısının alınması. Heyvan cəsədlərinin
və zibilin yandırılması. Zibil çalalarının və
kanalizasiya quyularının qapağının açılması
və bağlanması. Zibil çalalarının, zibilliyin və
çirkab qəbulu stansiyası yerləşən binaların (məntəqənin)
dezinfeksiya edilməsi.
Bilməlidir: natəmizliyin
yığışdırılması üzrə sanitar
qaydalarını, zibilliyin və zibil çalalarının
dezinfeksiyasına, heyvan cəsədlərinin məhv
olmasına baytar-sanitariya nəzarəti qaydasını,
yanğından mühafizə qaydalarını.
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Qəbul
stansiyalarında (məntəqədə) tökülməni
müşahidə etməklə assenizasiya
maşınlarının və arabaların qəbulu.
Qarın boşaldılması yerini göstərməklə qar
atılan və əridilən yerlərdə qarla dolu
maşınların qəbulu. Gətirilən qarın və
ya maye natəmizliyin miqdarının uçotu və nəzarəti.
Yol sənədlərinin tərtibi.
Bilməlidir: qar
atılan və qar əridilən yerlərin qurulması və
istismarı üzrə sanitar qaydasını, yol sənədlərinin
tərtibi, bərk zibillərin
zərərsizləşdirmə metodlarını, yanğından
mühafizə qaydalarını.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yük götürmə
qabiliyyəti 3-dən 5 tona qədər yük
maşınlarının, bütün növdən olan minik avtomobillərinin
və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə
olunması. Özü-boşaldan, qaldırıcı mexanizmlərin,
avtokranın kran qurğusunun, avtoçənlərin nasos
qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb
yığışdıran mexanizmlərin və başqa
ixtisaslaşdırılmış və xüsusi avtomobillərin
avadanlığının texniki təhlükəsizliyə riayət
etməklə idarə olunması. Avtomobillərin yanacaqla,
sürtgü materialları və soyuducu mayelərlə
doldurulması. Avtomobilin texniki vəziyyətinin
yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu,
avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil
verilməsi və ona ayrılmış yerə qoyulması.
Avtomobillərin yükləmə zamanı yük altına verilməsi,
yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirilib
kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə
qarşıya çıxan və mexanizmin sökülməsini tələb
etməyən xırda nasazlıqların aradan
qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə
gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin
elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.
Bilməlidir: xidmət
edilən avtomobillərin dəzgah, mexanizm və
cihazlarının təyinatı, quruluşu, işləmə
prinsipini, avtomobillərin yol hərəkəti və texniki
istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin
əsaslarını, avtomobilin istismarı prosesində üzə
çıxan nasazlıqların əlamətlərini, səbəblərini
və təhlükəli nəticələrini, onların
aşkar edilib düzəldilməsi üsullarını; texniki xidmətin
aparılması qaydası və avtomobillərin qarajda,
açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator
batareyalarının və avtoşinlərin istismarı
qaydasını; təzə və kapital təmirdən
çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez
korlanan və təhlükəli yüklərin daşınması
qaydasını; avtomobili sürdükdə onun təhlükəsizliyinə
təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını
(imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin
minməsi və düşməsi üçün avtobusun dayanacağa yanalma
qaydasını və bu qaydanın yerinə yetirilməsinə
nəzarəti; yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin
təcili surətdə avtobuslardan boşaldılması
qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin
doldurulması qaydasını.
3-cü dərəcə:
yükqaldırma qabiliyyəti üç tona qədər, bütün tip və
markalardan olan yük avtomobillərinin idarə olunmasında.
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Təcili
yardım və xüsusi səs və işıq siqnalları ilə
təchiz olunmuş əməliyyat avtomobillərinin, 1 milyondan
çox əhalisi olan şəhərlərdə taksilərin,
yükgötürmə qabiliyyəti 5 tondan 7 tona qədər olan bütün növ
yük avtomobillərinin (avto-qatarların), uzunluğu 7 metrdən
9 metrə qədər olan avtobusların idarə olunması.
Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın
kran qurğusunun, avtoçənlərin nasos qurğusunun,
refrijeratorun soyuducu qurğusunun, süpürüb
yığışdıran mexanizmlərin və başqa
ixtisaslaşdırılmış və xüsusi avtomobillərin
avadanlığının texniki təhlükəsizliyə riayət
etməklə idarə olunması. Xidmət edilən avtomobilin
iş zamanı qarşıya çıxan və sökülməsi tələb
edilən istismar nasazlığın düzəldilməsi.
İş şəraitində texniki yardım olmadıqda
nizamlama işlərinin yerinə yetirilməsi.
Bilməlidir: xidmət
olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını,
quruluşunu, işləmə prinsipi və xidmət göstərilməsini
nasazlıqların əlamətləri və səbəblərinin
müəyyən edilməsi və aradan qaldırılması
üsullarını.
İşin
xüsusiyyəti.
6-cı
dərəcə
Yükgötürmə
qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin
(avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan
avtobusların idarə olunması. Özü-boşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin
nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb
yığışdıran mexanizmlərin və başqa
ixtisaslaşdırılmış və xüsusi avtomobillərin
avadanlığının texniki təhlükəsizliyə riayət
etməklə idarə olunması.
Bilməlidir:
avtoqatarların quruluşu və texniki xidmət
qaydalarını və yeni buraxılmış avtomobillərə
texniki xidmət qaydalarını, avtomobil işinin
ayrı-ayrı istismar göstəricilərinin
yükdaşımanın maya dəyərinə təsirini, hərəkət
vasitələrindən məhsuldar və səmərəli
istifadə üsullarını, hərəkət dəstələrinin
əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz
hərəkətə təsirini, avtomobil nəzəriyyəsi
elementlərini, avtonəqliyyat təsərrüfatının təhlükəsiz
hərəkət xidmətinin əsas müddəalarını.
7-ci dərəcə:
yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin
(avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan
avtobusların idarə olunması.
8-ci dərəcə:
yükgötürmə qabiliyyəti 15 ton-dan çox olan bütün növ yük avtomobillərinin
(avtoqatarların) və qabarit uzunluğu 12 metr-dən çox olan
avtobusların idarə olunması.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Avtomobillərin,
qoşquların, motosikletlərin, motonartın, aeroxizəyin,
traktor bazasında quraşdırılmış mexanizmlərin,
xətdən dayanacaqlara qayıdan, eləcə də təmirdən
və texniki xidmətdən sonra yol maşınlarının
texniki vəziyyətinə nəzarət və yoxlama.
Müvafiq qeydə
alınmaqla avtonəqliyyat vasitələri zədələndikdə
texniki və normativ sənədlərin, təmir və ya
nasazlıqların düzəldilməsi üçün sifarişlərin rəsmiləşdirilməsi.
Texniki tələblərdə
nəzərdə tutulmuş bütün işləri görməklə
təmirdən və son quraşdırmadan sonra avtonəqliyyat
vasitələrinin qovşaq və aqreqatlarının qəbulu
və nəzarəti.
Bilməlidir:
avtomobillərin, qoşquların, motosikletlərin, motorollerlərin,
motonartın, aeroxizəklərin, traktor bazasında
quraşdırılmış mexanizmlərin və yol
maşınlarının quruluşunu; xətdən qayıdan
və onların aqreqat və qovşaqlarının təmirini
apardıqdan sonra bu nəqliyyat vasitələrinin qəbuluna
qoyulan texniki tələbləri və qaydanı; nəqliyyat
vasitələrinə texniki xidmətin keyfiyyətinə,
aqreqatlarının və qovşaqların təmirinə gələn
reklamasiya sənədlərinin tərtib olunmasını.
5-ci dərəcə:
avtomobillərin texniki vəziyyətinin yoxlanılması
işini yerinə yetirdikdə.
İşin
xüsusiyyəti.
1-ci
dərəcə
Müştərinin
iştirakı ilə ayaqqabının təmizlənməsi,
ayaqqabıya içlik qoyulması, ayaqqabının çirkdən təmizlənməsi,
ayaqqabıların üzərinə bərabər
qalınlıqda xüsusi şotka ilə krem çəkilməsi, çəkmələrin
üzünü yumşaq şotka və məxmər ilə parıldayana
qədər silinməsi. Ustadan ayaqqabıların təmiri
üçün furnitur və ona qulluq etmək üçün başqa əşyaların
alınması və müştərilərə satılması.
Görülən işlər üçün pulun alınıb müəssisənin
kassirinə təhvil verilməsi, köşkün
yığışdırılması.
Bilməlidir:
ayaqqabının təmizlənmə üsul və qaydalarını,
xırda təmir növlərini, ayaqqabı çeşidlərini,
işin qiymətlərini, sanitariya və gigiyena
qaydasını, furnitur və ayaqqabının xırda təmiri
üçün əşyaların çeşidini.
2-ci dərəcə:
ayaqqabının xırda təmir işlərini yerinə
yetirdikdə.
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Yanacağın,
xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin,
alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi,
mühafizəsi və müxtəlif materialların anbardan
buraxılması. Qəbul olunmuş maddi sərvətlərin
müşayiətedici sənədlərə uyğunluğunun
yoxlanılması. Materialların mühafizə olunduğu yerə
aparılması (əl ilə və ya ştampellərin və
başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda
görünüşünə, keyfiyyətinə, təyinatına və
başqa əlamətlərinə görə çeşidlərə
ayrılması. Materialın və məhsulun xarab olması və
itkilərin qarşısını almaq məqsədi ilə
mühafizəsinin təşkili və təmin olunması.
Bilməlidir: mühafizə
olunan materialların, çeşidlərin və növlərin
nomenklaturasını, onların xassələrini və təyinatını,
iş alətlərinin, cihazların və s. quruluşunu və
onların işə yararlığının
yoxlanılması üsullarını, əşyaların, məhsulun
və xammalın boşaldılması, yüklənməsi və
anbarda saxlanılması zamanı qorunma üsullarını,
materialların və xidməti sahələrin yanğından
mühafizə qaydalarını, zəhərləyici maddələrin
yerdəyişmə və mühafizə qaydalarını, tez
alışan və partlayıcı materialların qorunma,
yanğından mühafizə və təhlükəsizlik
texnikası qaydalarını.
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Yükləmə,
boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi
işinə rəhbərlik. Müştərilərin sifarişlərinə
görə materialların dəstlərə komplektləşdirilməsi,
əhalinin şəxsi avtonəqliyyatını müvəqqəti
saxlamaq üçün lazım olan sənədlərin rəsmiləşdirib
qəbul edilməsi. Anbarda qorunub saxlanan materialların hərəkəti
ilə əlaqədar hesabat sənədlərinin və
onların uçotunun aparılması.
İnventarlaşdırmanın aparılmasında iştirak.
Bilməlidir: anbar təsərrüfatının
aparılma qaydasını, anbarda materialların hərəkəti,
mühafizəsi, uçotu qaydasını və onların müşayiət
edən sənədlərin rəsmiləşdirilmə
qaydasını, texnoloji sənədlər ilə müxtəlif
materiallar partiyasının komplektləşdirmə
qaydasını, anbarda ölçü vasitələrinin, alət və
mexanizmlərin tətbiqi qaydasını, onların işə
yararlı olmasının yoxlama üsullarını,
avtodayanacaqlarda avtonəqliyyatın saxlanılma
qaydasını. Mühafizə olunan materialların yerlərinin dəyişdirilməsi
və xidməti sahələrin saxlanılması zamanı təhlükəsizlik
texnikası və yanğından mühafizə qaydalarını.
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif yüklərin,
natəmiz zibillərin və başqa yüklərin at, öküz,
qatır və başqa işlək heyvanların vasitəsilə
və ya arabaya qoşmaqla və iş zamanı heyvanlara qulluq
etməklə daşınması. Əl ilə və ya nasos və
başqa xüsusi təyinatlı mexanizmlərin köməyi ilə
qazılmış çalanın, zibil qutularının, kanalizasiya
quyularının təmizlənməsi. Qazılmış
çalalarının və zibil qutularının dezinfeksiyası,
inventarın yağlanması. Zibilin yüklənməsi,
bağlanması, boşaldılması və yükü
daşıdıqda onun yolda qorunmasına
(tökülüb-dağılmamasına) nəzarət. Natəmizliyin və
zibilin ayrılmış yerlərə aparılması. Yol sənədlərinin
rəsmiləşdirilməsi.
Bilməlidir: at və
başqa işlək heyvanlara qulluq qaydasını,
daşınan yükün ən yüksək ağırlıq həddini,
natəmizliyin yığılmasında və
daşınmasındakı sanitariya qaydalarını və
qazılmış çalaların və zibil qutularının
dezinfeksiya olunma qaydasını, nəqliyyat və başqa
inventarlardan istifadə qaydasını, küçə hərəkəti
qaydasını, yükün qəbulunda və təhvil verilməsində
yol sənədlərinin rəsmiləşdirilməsi
qaydasını, qazılmış çalaların, kanalizasiya quyularının
və zibilliyin yerləşdiyi yeri.
2-ci dərəcə:
nəqliyyat vasitələrinin xırda təmiri və zibil
yeşiklərinin dezinfeksiyası daxil edilərkən.
11.
BAĞBAN
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Tinglərin, qələmlərin,
ağacların, kolların, gül bitkilərinin əkilməsi.
Dibin boşaldılması, mineral gübrələrin verilməsi
və bitkilərə qulluq edilməsi. Bitkilərin
tozlandırılması və dezinfeksiya vasitələri ilə
çilənməsi. Çalaların qazılması və bitkini əkdikdən
sonra doldurulması. Əkilənlərin dibinin
boşaldılması və sulanması. Paya
hazırlanması, basdırılması, bitkinin ona
bağlanması. Qurumuş ağac və kolların dibinin
boşaldılması və kökündən çıxarılması.
Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və
kol budaqlarının kəsilməsi, torpağın döyəcləyib
bərkidilməsi. Yaşıllaşdırılmış sahələrin
yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.
Zibilin
yandırılması. Çim hazırlanması və
ağacın qopmuş səthinə çəkilməsi.
Bilməlidir:
ağac, kol və başqa bitki növlərini, onların xassə
və xüsusiyyətlərini, toxumun səpilmə və
şitilin əkilmə üsulunu, bitkilərin sulanma
vaxtını və normasını, bitkiləri əkmək,
köçürmək və calamaq üsullarını, çeşidlərin,
peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini,
onların tətbiq üsullarını, bağ bostan alət və
inventarlarından istifadə qaydasını.
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Müəssisə və
təşkilatların yaşıllaşdırılacaq sahələrində
rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin
bədii tərtibatı. Əkiləcək materialların
hazırlanması. Xalçaya oxşar qazonların, çiçəkliklərin
forma ilə kəsilməsi, ağac çətirlərinin və
kolluqların biçilməsi. Ağacların soyuqdan qorunması, əhəng
məhlulunun çəkilməsi, calaqların və
ağacların qopmuş yerlərinin bağ palçığı
ilə malalanması. Toxum və şitil
yığılması və növlərə ayrılması.
Oranjereya və parnik təsərrüfatının təşkili
və aparılması. Parnik və oranjereyanın
havasının dəyişdirilməsi,
qızdırılması, səpin və bitkinin üstünün örtülməsi.
Yeşiklərin, dibçəklərin, rəflərin
hazırlanması və onlara toxum əkilməsi. Cərgələrin
qurulması, düzəldilməsi və boşaldılması.
Bilməlidir:
aqrotexnikanın və botanikanın əsaslarını, bitkilərə
aqrotexniki qulluq qaydalarını, ağac və kolların
budama üsullarını, torpağın becərilmə
qaydasını və bitkiləri əkmək üçün
hazırlıq işinin yerinə yetirilməsini, parnik, oranjereyanın
və istilikxanaların istilik rejimini, bitkilərin xəstəliyi
ilə mübarizə üsulları və onların
qarşısını almaq tədbirlərini.
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Müxtəlif nəqliyyat
(hava, dəniz, çay, dəmir yolu, avtomobil, şəhər
elektrik nəqliyyatı və s.) üçün biletlərin, abunə
biletlərinin, minik talonlarının, jetonların, başqa sərnişin
və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, teatrlara,
kinoteatrlara, sirkə, klublara, parklara, stadiona və başqa
tamaşa yerlərinə əl ilə və bilet çap edən
maşın və avtomatlardan, satışın
avtomatlaşdırılmış sisteminin terminal
aparatlarından istifadə etməklə biletlərin
satılması və yerlərin qabaqcadan saxlanılması.
Kassada satılmış biletlər, abunə biletləri və
minik talonları barədə və başqa sərnişin və
daşınma sənədlərinin qalığı
haqqında məlumat verilməsi. Bilet çap edən, bilet satan və
pul xırdalayan avtomatlara xidmət və sərnişinlərin
bilet çap edən avtomatlardan istifadə etməsi üçün pulun
xırdalanması. Biletlərin (abunə biletlərinin) qabaqcadan
sifariş ilə satışının; başqa sərnişin
və daşınma sənədlərinin rəsmiləşdirilməsi.
Pul vəsaitlərinin, sənəd blanklarının və
başqa maddi sərvətlərin alınması, mühafizəsi
və təhvilinin müvafiq qayda ilə aparılması. Vətəndaşlar
səfərdən, uçuşdan və s. imtina etdiyi hallarda biletlərin
geri alınması və bilet pulunun onlara qaytarılması.
Bilməlidir: sərnişin
və baqajların müvafiq nəqliyyat növü ilə
daşınması qaydasını, təyin edilmiş ödəmə
və yığımların və tariflərin tətbiq
edilməsi, nəqliyyatın bir növündən başqasına
keçdikdə səfər haqqının təzədən
hesablanması qaydasını, səfər sənədlərinin
formasını, biletlərin güzəştlə
satılması qaydasını; vaqonda, gəmidə, avtobusda
tamaşa zallarında və s. oturacaq yerlərin sxemini, nəqliyyat
qovşaqlarının uyğun sxemlərini; nəqliyyat hərəkət
cədvəlini və onun hərəkətinin əsas
marşrutlarını, pul vəsaitlərinin, sənəd
blanklarının və başqa maddi sərvətlərin
alınması, mühafizəsi və təhvil verilməsinə
aid təlimatları.
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Beynəlxalq,
qarışıq, düz (kabotajlı), yerli və şəhərətrafı
daşınmalarda nəqliyyatın növləri üzrə sərnişin
və daşınma sənədlərinin rəsmiləşdirilməsi
və satılması, ekskursiya səfərlərinə və
turist reyslərinə, kruiz reyslərinə əvvəlcədən
verilmiş sifarişlə kollektiv ərizələrə əsasən
"qatarla" gediş-gəliş sənədlərinin tərtib
edilməsi və satışı. Teatrların,
kinoteatrların, sirkin, klubların, parkların, stadionların
və başqa tamaşa idarələrinin kassaları (kassirləri)
arasında bilet və abunə biletlərinin bölüşdürülməsi.
Biletlərin satılması haqqındakı kassa
hesabatının qəbul olunmuş ardıcıllığa
uyğun tərtib edilməsi. İstifadə olunan
avadanlığın qurulması, təmiri və ona xidmət.
Bilməlidir: uçot
və hesabatın aparılması üzrə kassa və bank əməliyyatlarının
aparılması qaydasını; beynəlxalq və daxili
daşınmada nəqliyyat sənədlərinin
formasını; Xüsusi zonaya səfər üçün biletlərin
satışı və rəsmiləşdirilməsi
qaydasını; istifadə olunan avadanlığın təyinatını,
quruluşunu və xidmət qaydasını; qatarda, avtobusda, təyyarədə,
gəmidə boş qalmış yerlər haqqında məlumat
verilməsi qaydasını.
5-ci dərəcə:
kassalar arasında yerlərin və biletlərin
paylanılması və nəqliyyat yola düşdükdən sonra
boş yerlər haqqında məlumat verdikdə.
6-cı dərəcə:
xarici valyuta ilə işlədikdə.
15.
BİNALARA, AVADANLIQ VƏ QURĞULARA XİDMƏT VƏ
ONLARIN
CARİ
TƏMİRİ ÜZRƏ FƏHLƏ
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Binaların,
qurğu və avadanlıqların vaxtından əvvəl
xarab olub sıradan çıxmasının qarşısını
alan işləri görür, zədə və nasazlıqları
aradan götürür. Müayinə siyahısı əsasında tərtib
edilmiş cədvəl üzrə vaxtaşırı il ərzində
bina və qurğuların profilaktik və cari təmirini həyata
keçirir.
Bilməlidir: xidmət
etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini
və iş rejimini, təhlükəsizlik və yanğından
mühafizə tədbir və qaydalarını təmin edən təlimatları.
4-cü dərəcə:
bir qədər mürəkkəb texnikanın, qurğu və
avadanlığın təmiri, tənzimlənməsi və
saxlanılması işlərini gördükdə.
16.
BURAXILIŞ-YOXLAMA MƏNTƏQƏSİNİN NÖVBƏTÇİSİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Müəssisənin,
idarə və təşkilatın sahəsinə daxil olmaq
üçün, müəyyən olunmuş qaydaya uğun olaraq daimi, müvəqqəti
və bir dəfəlik icazə vərəqələrinin və
yaxud buraxılış sənədlərinin yazılması,
rəsmiləşdirilməsi və verilməsi işlərini
yerinə yetirir. Jurnalda və yaxud başqa ilkin sənədlərdə
verilmiş, geri qaytarılmış buraxılış sənədlərinin,
doldurulmamış blankların uçotunu aparır, Müxtəlif növ
buraxılış sənədlərinin verilməsi və
geri qaytarılması haqqında illik hesabat,
buraxılış sənədlərinin rəsmiləşdirilməsi
ilə əlaqədar olaraq müvafiq arayış
hazırlayır.
Bilməlidir: müəssisə,
idarə və təşkilatlarda nizama salınmış
buraxılış qaydasını, nizamnamələri, tövsiyələri
və başqa rəhbər sənədləri, normativ
materialları, icazə vərəqələrinin və yaxud
başqa buraxılış sənədlərinin verilməsi
qaydasını, geri qaytarılmış icazə vərəqələrinin,
blankların alınması, hesabı və saxlanılması
qaydasını, əməyin təşkilinin əsasını,
daxili nizam-intizam qaydasını; təhlükəsizlik
texnikası və yanğından mühafizə qaydalarını.
17.
VAQON VƏ KONTEYNERLƏRİ PLOMBLAYAN
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Vaqon və
konteynerlərin plomblanması işlərinin yerinə yetirilməsi.
Plombun açılması və plombun üzərinə möhür
vurulması. Əşyaya plombu bağlayarkən məftillə
burub bərkidilməsi və yaxud əşyanı plombsuz apararkən xüsusi bağlayıcı alətlərlə
bağlanılması. Plombun hər iki tərəfindən
möhürün aydın vurulmasının və
bağlanılmış məftilin möhkəmliyinin
yoxlanılması. Məntəqədə plombun, plomb məngənəsinin
və məftilin mühafizə olunması. Məngənənin
yağlanması və ona qulluq olunması. Ploblama
kitabının tərtibi və s.
Bilməlidir:
plomblama və məftilin burulub bağlanılması
qaydasını, plombun növünü, bağlanma üsullarını,
plombun vurulmasında istifadə olunan alət və
avadanlıqları; plomb kitabının və məngənənin
mühafizə qaydasını; plomb disklərində nəzarət
nişanlarının dəyişdirilməsini; yükün
növünü, uçotun
aparılması qaydasını, təhlükəsizlik
texnikası qaydalarını.
18.
QAPIÇI
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Mehmanxanalarda, çoxmərtəbəli
binalarda, kinoteatrlarda, sirklərdə, yeyinti, ticarət və
s. yerlərdə qapıların açılıb-örtülməsi,
müştərilərin (gəlib-gedənlərin) qəbul edilməsi,
onların istənilən yerə (nömrəyə, otağa,
zala, şöbəyə və s.) getməsinin istiqamətləndirilməsi,
gələnlərin binaya daxil olmaq üçün hüququ
olub-olmamasının yoxlanılması, baqajın
daşınmasına kömək göstərilməsi, binaya daxil
olanlara lazımi məlumatların verilməsi, hüququ
olmayanların binaya daxil olmasının və digər
xoşagəlməz təsadüfi halların
qarşısının alınması. Daxil olanlardan biletlərin
toplanılması, ictimai yerlərin qarderob və yaxud tualetlərə
nəzarət edilməsi. Sifarişlə taksi
çağırılması, giriş qapılarının təmiz
və saz vəziyyətdə olmasına nəzarət edilməsi.
Nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi.
Siqnalizasiya sisteminin, işıq reklamların saz işləməsinin
yoxlanılması və onların yandırılıb söndürülməsi.
Maşın dayanacağına nəzarət Digər fəhlələrin
işinə göz yetirmək.
Bilməlidir:
müştərilərə xidmət qaydasını, şöbələrin,
seksiyaların, ticarət zallarının yerləşməsini,
taksi sifariş etmək, təcili yardım maşını,
yanğın komandasını çağırmaq üçün telefon nömrələrini,
yaxınlıqda yerləşən yeməkxana, ticarət,
kommunal təsərrüfat və s. müəssisələrin
ünvanlarını, yanğından mühafizə və siqnalizasiya
vasitələrinin yerləşməsini və onlardan istifadə
qaydasını, gigiyena qaydalarını.
2-ci dərəcə: böyük
mehmanxanalarda qapıçı işlədikdə.
19.
QARDEROBÇU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Üst paltarın,
papaqların və başqa şəxsi əşyaların müəssisə
(idarə) işçilərindən və ya müştərilərdən
qəbulu və təhvil verilən əşyaların
qorunmasının təmin edilməsi, İşçilərin və
ya müştərilərə əşyaların mühafizə
yerinin nömrəsini göstərən jetonun verilməsi və jeton
təqdim olunduqda mühafizə üçün verilən əşyaların
geri qaytarılması. Qarderob ərazisinin səliqəli və
təmiz saxlanılmasının təmin edilməsi.
Ahıllara
və
əlilliyi
olan şəxslərə soyunub geyinməkdə
yardım göstərilməsi.[1]
Bilməlidir: şəxsi
əşyaların mühafizə və qəbulu qaydasını,
jeton itdiyi halda sənədlərin rəsmiləşdirmə
qaydasını, müəssisənin (idarənin) iş rejimini.
20.
QİYMƏTLİ METAL VƏ XAMMAL QƏBULÇUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qızıldan
olan köhnə diş protezlərinin, sikkə və
qırıntıların qiymətli metallar zavoduna yola
salınması. Tərkibində qiymətli metal olan
tullantıların Dövlət Fonduna təhvil verilməsi.
Qızıldan və başqa bahalı metaldan olan diş
protezlərinin hazırlanma prosesində (tibbi qeyd şöbəsindən
və anbarlardan diş texniki laboratoriyasına, kabinetlərə
keçməsi və geri qayıtması) iştirak etmək.
Hazır məhsulun çəkilməsi, ona məzənnə
qoyulması və sifarişçinin iştirakı ilə çəkisinin
yoxlanılması.
Bilməlidir: qəbulçunun
xəzinəsini təchiz etmə qaydasını, analitik tərəzilərdə
işləmə qaydasını, stomatoloji idarələrdə
bahalı metallardan dişlərin protezləşdirilməsi
üçün istifadə və uçotu barədə təlimatı.
21.
QİYMƏTLİ METAL VƏ XAMMAL QƏBULÇUSU
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Dişləri
protezləşdirmək üçün təchizat təşkilatlarından
və müştərilərdən qızılının və
başqa bahalı metalların alınması. Müştərilərdən
qəbul edilən qızılın reaktivlə
yoxlanılması. Diş məmulatı istehsal etmək üçün
qızılın diş texniklərinə verilməsi.
Qızılın qəbulu, sərf olunması,
qalığı barədə sənədlərin tərtib
edilməsi. Diş texniklərində və xəzinədə
olan qızılın və başqa bahalı metalın mədaxil
və sərfi uçotunun aparılması.
İnventarlaşdırmanın aparılmasında iştirak
etmək (işin xüsusiyyətini və yerli şəraiti nəzərə
almaqla, mühafizə təhvil qaydası stomatoloji idarənin rəhbəri
tərəfindən təyin olunur.)
Bilməlidir:
stamotoloji idarələrdə dişlərin protezləşdirilməsi
üçün bahalı metallardan istifadə və uçotu barədə təlimatı,
qızılın və başqa metalların alınması,
mühafizəsi, yerdəyişməsi və verilməsinin sənədləşdirilməsi
və aparılması qaydalarını, müştərilərdən
qəbul edilən qızılın reaktivlərlə
yoxlanılması metodunu.
22.
QULLUQÇU
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Mehmanxanaların,
yataqxanaların sanitariya qovşaqlarının və ona təhkim
olunan başqa sahələrin
yığışdırılması və təmiz saxlanılması.
Hər bir otaqdan sakin getdikdən sonra onun istifadə etdiyi əl-üz
dəsmalının və yataq ağlarının qəbul
edilməsi və dəyişdirilməsi. Uzun müddət
yaşayanların yataq ağlarının mehmanxanalarda daxili
nizam-intizam qaydalarına əsasən qoyulmuş vaxt ərzində
dəyişdirilməsi. Əmlakın və
avadanlığın xarab olmasını gördükdə, böyük
qulluqçunun və ya mərtəbə növbətçisinin xəbərdar
edilməsi. Yaşayanlardan məişət xidməti üçün
alınan sifarişlərin vaxtı-vaxtında yerinə
yetirilməsinin təmin edilməsi. Təhlükəsizlik texnikasından
istifadə edilməsi.
Bilməlidir:
mehmanxanalarda daxili nizam-intizam qaydalarını; təhlükəsizlik
texnikası qaydasını; elektrik tozsoranlarının,
döşəməsilənlərin quruluşunu, sanitariya və
gigiyena qaydalarını.
2-ci dərəcə:
böyük qulluqçu vəzifəsini yerinə yetirdikdə.
23.
DALANDAR
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Xidmət olunan
binanın (evin) ətrafındakı küçə, səki, meydança və
sahələrin təmizlənməsi. Səkilərin küçə
və körpülərin qar və buzdan vaxtında təmizlənməsi,
onlara qum səpilməsi. Yanğın qutularına sərbəst
keçmək üçün onlara gedən yolun vaxtaşırı təmizlənməsi.
Su yığmaq üçün balaca arx və çalaların qazılması
və təmizlənməsi. Küçələrdə qoyulmuş
zibil qutularının yuyulması və onların
vaxtaşırı zibildən təmizlənməsi.
Yaşayış binalarının həyətlərindəki
zibil qutularının, ictimai tualetlərin vaxtında təmizlənməsinə
və onların sanitar vəziyyətlərinə nəzarət.
Bütün ev avadanlıqlarının və əmlakın (çəpər,
pilləkən, su boruları, zibil qutusu, lövhələr və
s.) sazlığına və saxlanılmasına nəzarət.
Bayramlarda evlərin fasadlarına bayraqların asılması,
çıxarılması və mühafizə olunması. Xidmət
olunan sahədə işıqların vaxtında
yandırılması və söndürülməsi. Polis işçiləri
ilə birlikdə yoxlamalarda iştirak edilməsi. Qocalara, xəstələrə,
uşaqlara, bədbəxt hadisə zamanı zərər çəkənlərə
yardım edilməsi.
Bilməlidir:
binaların sanitariya, abadlıq cəhətdən təmiz
saxlanılması qaydasını; polis idarəsi bölmələrinin,
yerli sahə müfəttişliyinin, təcili tibbi yardım
stansiyasının, yanğına qarşı hissənin, əczaxananın,
uşaq evinin və s. ünvan və telefon nömrələrini.
4-cü dərəcə:
həyətyanı tualetlərin təmizlənməsi işlərini
gördükdə.
24.
DEZİNFEKTOR
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Paltarın, ev əşyalarının,
avadanlığın, maşının, xammalın,
yafımfabrikatın, nəqliyyat vasitələrinin, ərazinin,
istehsal yerlərinin, bina və tikililərin fiziki, kimyəvi
bioloji və kompleks metodlarla dezinfeksiyası (xəstəlik törədən
mikroorqanizmlərin və ya yoluxucu infeksiya yayanların məhv
edilməsi və ya zərərləşdirilməsi) və
dezodorasiyası. Əl ilə zəhərləyici kimyəvi
maddələrlə dezinfeksiya (ziyankar həşəratların
artmasının qarşısının alınması və
məhv edilməsi) deratizasiya və dezodorasiya (siçovul, siçan və
əkin gəmiricilərinin məhv edilməsi)
aparılması, dezinfeksiya olunan əşyaların dezinfeksiya
kameralarına gətirilməsi və onların yüklənməsi
və boşaldılması.
Bilməlidir:
dezinfeksiya, dezinseksiya, deratizasiya və dezodorasiya üçün işlədilən
maddələrin təyinatını, növlərini və xüsusiyyətlərini;
dezinfeksiya kameralarının doldurulma və boşaltma
üsullarını; dezinfeksiya, dezinseksiya, deratizasiya işlərini
gördükdə şəxsi və ictimai təhlükəsizlik tədbirlərini,
zəhərli, kimyəvi preparatlarla işlərin təhlükəsizlik
qaydalarını, xüsusi mühafizə vasitələrindən
istifadə qaydalarını.
25. DEZİNFEKTOR
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Zəhərli kimyəvi
maddələrlə və insektisidlərlə xüsusi
maşın və avadanlığın köməyi ilə
dezinfeksiya (ziyankar həşəratların artmasının
qarşısını almaq və qırmaq), deratizasiya
(siçovul, siçan və tarla gəmiricilərinin
qırılması) və dezodorasiya aparılması.
Dezinfeksiya üçün zəhərləyici və başqa maddələrin
hazırlanmasında işlədilən maşın və
avadanlığa xidmət göstərilməsi.
Təlimatın tələblərinə
uyğun olaraq, tələ yemini hazırlamaq üçün lazım olan ərzaq
və zəhərləyici maddələrin qəbulu, uçotu,
mühafizəsi və buraxılması. Mühafizə vasitələrinin
keyfiyyət və sazlığının yoxlanılması, əleyhqazlara,
xüsusi geyimlərə, inventarlara və s. zəhərləyici
maddələrin təsirinin yoxlanılması.
Bilməlidir:
dezinfeksiya, dezinseksiya, dezodorasiya və depatizasiyada istifadə
olunan maddələrin təyinatını, tərkibini və
hazırlanma üsullarını; kimyəvi zəhərlərlə
dezinfeksiya aparan maşın və aparatların işləmə
prinsipini və quruluşunu, dezinfeksiya kamerasının
quruluşu və iş rejimini; təzyiq altında işləyən
avadanlığın hidravlik sınama metodlarını, zəhərlənmənin
əlamətlərini və bu halda ilk yardım etmə
qaydalarını; kimyəvi zəhərli işlərdə təhlükəsizlik
qaydalarını; dezinfeksiya və dezodorasiya zamanı
ekspozisiya aparma müddətini;
26.
DƏYİŞƏK XİDMƏTÇİSİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Nimdaş
paltarların, yataq ağlarının və s. çeşidlərə ayrılması, onların yuyulmağa verilməsi, xırda təmiri
və yuyulduqdan sonra ütülənməsi. Lazımsız hala
salınmış xüsusi və sanitar geyimlərin
(ayaqqabıların, yataq ağlarının və başqa əşyaların)
silinməsi üçün aktların tərtib olunması.
Bilməlidir: xüsusi
və sanitar geyimlərin (ayaqqabıların, yataq
ağlarının və s.) dəyişdirilmə və
nişan vurma qaydasını.
27.
DƏYİŞƏK XİDMƏTÇİSİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Xüsusi geyimlərin,
xüsusi ayaqqabı, sanitar paltarı, yataq ağları,
çıxarıla bilən inventarların (üzlüklər, pərdələr
və s.) və qoruyucu ləvazimatın alınması,
yoxlanılması və verilməsi. Xüsusi geyimdən, yataq dəyişəyindən
və s. düzgün istifadə olunmasına nəzarət və
uçotun aparılması. Təyin edilmiş sənədlərin
rəsmiləşdirilməsi.
Bilməlidir: xüsusi
və sanitar paltarlarının, ayaqqabıların, yataq dəyişəyinin,
qoruyucu ləvazimatın alınıb-verilməsi, mühafizəsi
və köhnəlməsi ilə bağlı silinmə
qaydalarını, təyin edilmiş sənədlərin
aparılma qaydasını.
28.
DÖŞƏMƏSİLƏN
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Əvvəlcədən
silinməli sahənin boşaldılması və elektrik
döşəməsiləni ilə və ya ayaq şotkası ilə
döşəmənin silinməsi. Döşəmənin zibildən
və çirkdən təmizlənməsi. Elektrik döşəməsilənin
işində olan xırda nasazlığın düzəldilməsi.
Mastikanın və ya mumun hazırlanması, lakın
mastikanın və ya mumun döşəmə səthinə çəkilməsi.
Bilməlidir:
elektrik döşəməsilənin quruluşunu, işləmə
prinsipini və ondan istifadə qaydasını, lak, mastika, mum
çeşidlərini və onlardan istifadə qaydasını.
3-cü dərəcə:
xüsusi mastikadan istifadə etməklə, qiymətli ağac növlərindən
olan döşəməni əli ilə sildikdə.
29.
ELEKTRON HESABLAMA MAŞINLARININ OPERATORU
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
İdarəetmə
pultundan işçi təlimatlara əsasən, elektron hesablama
maşınlarında məlumatın emalı prosesinin
aparılması. Məlumatların texniki məlumat
daşıyıcılar və rabitə kanalları ilə
elektron hesablama maşınlarına verilməsi və
maşından çıxarılması. Maşından sonrakı əməliyyatlar
üçün alınan hesabat göstəricilərinin rabitə kanalları
ilə verilməsi. Mühəndis konstruktor hesabı ilə
hesablanmış məlumat göstəricilərinin cəmlənməsi
yolu ilə ilkin sənədlərin müxtəlif tipli hesablama
maşınlarında emalı. Məlumatı perfolentə
salmaqla hesab-fakturasının çıxarılışı və
siyahıların, cədvəllərin , yekun məlumatın,
hesabatın mexaniki üsulla tərtibi.
Hesablamaya nəzarət,
ilkin sənədlərlə tutuşdurulma. Maşının
işə hazırlanması, verilmiş işə idarəetmə
işinin və ya blok sxemin qoyulması. Perfokartın
perforasiyası, verifikasiyası, dublikasiyası,
reproduksiyası və tabulyasiyasının aparılması.
Kodlaşmış məlumatın dəliklərinin
vurulması və oxunulması.
İlkin sənədlərdən
məlumatın perfokarta keçirilmə düzgünlüyünün
"işığa" yoxlanılması və tabulyaqramda
uyğun göstəricilərin və yekunların düzəldilməsi.
Mexaniki üsulla tərtib
edilmiş tabulyaqrama nəzarət, yekun göstəricilərin
yoxlama rəqəmlər ilə tutuşdurulması,
tabulyaqrammanın sahəsində qeyd etməklə seçmə
balanslaşdırmanın aparılması, nəzarət rəqəmləri
jurnalına tabulyaqramların yekunlarının qeyd edilməsi,
yoxlanılmış tabulyaqramların tərtibi və
buraxılması. Kommutasiyanın sadə sxemi üzrə
maşının sazlanması və qeyri-mürəkkəb yenidən
kommutasiyalaşmanın sərbəst həyata keçirilməsi.
Perfokartların bir neçə dəfə buraxılmasını həyata
keçirmək üçün buraxılma xətkeşinin, söykənəcəyin
və tabulyasiya plastinin yerləşdirilməsi. Riyazi sorğu
kitabları və cədvəlləri ilə işləmək,
yerinə yetirilmiş işlərin naryadlarının və
müşayiətedici sənədlərinin rəsmiləşdirilməsi.
Bilməlidir:
hesablama maşınlarının texniki istismar xüsusiyyətlərini,
idarəetmə pultunun quruluşunu və EHM (Elektron Hesablama
Maşınları) texniki istismar qaydalarmı, yerinə
yetirilmiş texnoloji proseslərin mahiyyətini və
ardıcıllığını təyin edən rəhbər
materialları;
qüvvədə olan
şifr və kodları; məlumatın nəzarət texniki
daşıyıcılarını; hesablama işlərini və
hesablamanın aparılma metodlarını; kommutasiyanın və
maşının saxlanılmasında sadə blok sxemlərin əsaslarını;
ilkin və buraxılan sənədlərin formasını;
proqramlaşmanın orta ixtisas və ya ümumi təhsil həcmində
əsasını və kurs hazırlığını.
30.
ELEKTRON HESABLAMA MAŞINLARININ OPERATORU
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
İşçi
proqramına uyğun olaraq hesablama prosesinin
aparılmasının təminatı. Məlumatın texniki
daşıyıcılarının hazırlanması,
quruluşlarda verilənləri hazırlama və ona nəzarət.
Məlumatın yazılması və oxunması, məlumatın
bir daşıyıcı növündən başqasına
yazılması. EHM-in işini müşahidə; məlumatın
emalı prosesində EHM-in işində dayanma səbəblərinin
təyin olunması, maşın vaxtından istifadə və
maşının işində hiss olunan defektlər
haqqında maşın vaxtının uçotu jurnalına
yazılması.
Bilməlidir: EHM-in
texniki istismar qaydasını, məlumatın emalı üçün
işçi təlimatları, başqa rəhbər materialları,
məlumatın texniki daşıyıcılarını, EHM-də
tətbiq olunan kodları, EHM-də iş vaxtı
dayanmalarını aşkar etmək üçün çıxış cədvəllərinin
quruluşunu.
6-cı dərəcə:
xırda təmir işlərini yerinə yetirdikdə.
31.
ELEKTRO-AVTOARABACIĞIN SÜRÜCÜSÜ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Müxtəlif sistemli
elektrik-avtoarabacıqların, onların qaldırıcı
kran və platformalarının idarə olunması. Yüklərin
yüklənməsinə, bərkidilməsi və
boşaldılmasına nəzarət edilməsi, yaxud öz qüvvəsilə
yükləmə-boşaltma işlərinin görülməsi. Yüklərin
daşınması və mühafizəsinin təmin olunması.
Yükləri qəbul edib və təhvil verərkən sənədlərin
tərtib edilməsi. Elektrik- avtoarabacıqlarda yağlama
işlərinin aparılması.
Bilməlidir:
elektrik-avtoarabacıqların müxtəlif sistemlərinin
quruluşunu və onların hissələrinin daxili əlaqələrini;
onların maksimum yükqaldırma qabiliyyətini, əsas istismar
göstəricilərini; akkumulyatorların doldurma müddətləri
və üsullarını, yükün boşaltma və yükləmə
qaydalarını, yüklərin yığılması, bərkidilməsi
və qabarit hündürlüyünün gözlənilməsi; yanacaq və sürtgü
materiallarının növlərini, təhlükəsizlik
texnikası qaydalarını.
3-cü dərəcə:
cari təmir işlərini yerinə yetirdikdə.
32.
ELEKTRİK İŞIQÇISI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
İşin
partiturasına əsasən tamaşa və məşq
vaxtı səhnənin işıqlandırılması.
Elektrik işıqlandırma aparatının qurulması.
Tamaşada işıq effektini yaratmaq üçün aparatların
hazırlanması. İşıqlandırıcı aparat və
cihazların profilaktik təmiri. Səyyar tamaşalar və
qastrollar zamanı işıqlandırıcı səhnə
aparatlarının yığılması və nəql edilməsi.
Bilməlidir: işıqlandırıcı
cihazların quruluşunu, onların cərəyana
qoşulması, buraxıla biləcək gücü, sabit və dəyişən
cərəyanın xüsusiyyətini, səhnənin
işıqlandırma qaydalarını, yanğından mühafizə
qaydalarını, yüksək gərginlikli cərəyandan
istifadə edilən işlərdə texniki təhlükəsizliyi.
4-cü dərəcə:
daha mürəkkəb aparatlara xidmət etdikdə və səhnə
işıqçılarına rəhbərlikdə.
33.
ESKALATOR NÖVBƏTÇİSİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Metrolarda,
mağazada, hava, dəniz və dəmir yolu vağzallarında
və başqa ictimai müəssisə və təşkilatlarda
eskalatorların işə salınması, işləməsinə
nəzarət edilməsi, dayandırılmasını həyata
keçirən işlərin görülməsi. Eskalatordan istifadə
qaydaları haqqında sərnişinlərə radio ilə məlumat
verilməsi və müşahidə olunması. Sərnişinlərə
onları maraqlandıran məsələlər barədə məlumat
verilməsi. Uşaqlı sərnişinlərə, ahıllara
və
əlilliyi
olan şəxslərə eskalatora minib və
düşərkən köməklik göstərilməsi. Bədbəxt
hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə
ilk yardımın göstərilməsi. Eskalator xarab olduqda elektrik
çilingərinin və yaxud qəza xidmətinin
çağırılması.[2]
Bilməlidir:
eskalatorun və onun elektrik və radiotəchizat qurğusunun
iş prinsipini və istismarını, tibb məntəqəsinin,
təmir heyətinin və qəza xidməti işçilərinin
yerini; ilkin tibbi yardımın göstərilməsi
qaydalarını; növbənin qəbul və təhvil
qaydalarını; metropolitenin sxemini.
3-cü dərəcə:
iş zamanı eskalatorun işində meydana çıxan xırda
nasazlıqları aradan qaldırdıqda.
34.
İSTEHSALAT HAMAMLARININ FƏHLƏSİ
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Duş
qurğularının, kranların, duş süzgəcləri
torunun, pilləkən qəfəsinin, pəncərələrin
vəziyyətinə nəzarət. Müxtəlif yuyucu və
dezinfeksiyaedici məhsulların hazırlanması.
Çənlərin içməli su ilə doldurulması. Zibil
qablarının yerləşdirilməsi, onların təmizlənməsi
və dezinfeksiya edilməsi. İstehsalat hamamlarında tualetin,
duşxananın, qarderobun və başqa ümumi istifadədə
olan yerlərin yığışdırılması və
dezinfeksiya edilməsi.
Bilməlidir: sənaye
sanitariyası tələblərini, yuyucu və dezinfeksiyaedici
məhlulların lazımi konsentrasiyasını və xassəsini,
təyinatını, onların hazırlanma üsullarını və
tətbiqini, yığışdırma qaydasını və
yuma metodunu.
35.
İSTEHSALAT HAMAMLARININ FƏHLƏSİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Xüsusi geyimlərin
və ağların qəbulu, saxlanılması, növlərə
ayrılması və verilməsi. Yuyucu, kraxmallayıcı,
lilləyici məhsulların hazırlanması. İstehsalat təyinatlı
xüsusi geyimlərin, yataq ağlarının və başqa əşyaların
əllə və maşınla yuyulması. Qurudulma
barabanlarında (kamerada) və təbii şəraitdə
qurudulması, əl ilə və ya preslərdə ütülənməsi.
Xüsusi geyimlərin xırda təmiri.
Bilməlidir: xidmət
etdiyi avadanlığın istismarı qaydasını; yuyucu və
dezinfeksiyaedici vasitələrin lazımi konsentrasiyasını
və xassəsini, təyinatını, onların hazırlanma
üsullarını və tətbiqini; sənaye sanitariya tələblərini.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
İnzibati
binalarda yerləşən xidməti otaqların, dəhlizlərin,
pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və
s. yığışdırılması. Tozun alınması,
əllə və ya maşın və mexanizmlərin köməyi
ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin
və şüşələrin, mebel və xalça məmulatlarının
süpürülüb silinməsi və yuyulması. Zibil qablarının
kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə
yuyulması, zibilin yığılması və ona
ayrılmış yerlərə aparılması.
Unitazların, vannaların, rakovinanın və başqa sanitar
texniki avadanlığın təmizlənməsi və
dezinfeksiyası. Yığışdırılan yerlərdə
sanitar və gigiyena qaydasına riayət edilməsi.
Bilməlidir:
otaqların silinməsi və təmiz saxlanılmasında
sanitar və gigiyena qaydalarını, xidmət olunan avadanlıq
və mexanizmlərin təyinatı və quruluşunu,
yığışdırma qaydasını, yuyucu və
dezinfeksiyaedici vasitələrin konsentrasiyasını və
ondan istifadənin təhlükəsizlik qaydasını,
sanitar-texniki istismarı qaydasını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sexlərdə və
başqa istehsalat binalarında istehsalat tullantıların və
zibilin yığışdırılması. İstehsalat
binalarında tozun silinməsi, süpürgə və əl ilə və
ya maşınların və mexanizmlərin köməyi ilə
döşəmələrin, pilləkənlərin, pəncərə,
divar və s. təmizlənməsi. Tullantıların və
zibillərin istehsalat binasında onlar üçün ayrılmış
yerlərə nəql etdirilməsi.
Zibil
qablarının təmizlənməsi, dezinfeksiyası və
yerlərinə qoyulması. İstehsalatda ictimai istifadə
ayaqyolunun, duşxananın, qarderobun və başqa yerlərin
yığışdırılması və dezinfeksiyası.
Yuyucu və dezinfeksiyaedici məhlulların hazırlanması.
Yuyucu vasitələrin, inventarların və silici
materialların alınması.
Bilməlidir:
yığışdırma qaydasını, xidmət olunan
avadanlığın istismar qaydasını və
quruluşunu, sənaye sanitariyasının tələblərini,
dezinfeksiya edici və yuyucu vasitələrin təyinatını.
4-cü dərəcə:
ancaq ictimai ayaqyolularının
yığışdırılması zamanı.
İşin
xüsusiyyəti.
4-6-cı dərəcələr
Əl ilə və
ya nəqliyyat vasitələrindən (əl arabası və
başqa qaldırıcı, nəqledici mexanizmlərdən)
istifadə etməklə yüklərin yüklənib
boşaldılması, daşınması və anbar daxili
emalı. Yüklərin boşaldılması və yüklənməsi
üçün sadə avadanlıqların və qurğuların
qurulması. Nəqledici vasitələrdə və anbarda yükün
bağlanılması və üstünün örtülməsi. Nəqledici
vasitələrin təmizlənməsi və yağlanması.
Bilməlidir: nəqledici
vasitələrdən istifadə etməklə anbarda yükün
yığılması, bağlanması, üstünün örtülməsi
qaydasını; nəqledici vasitələrdən istifadə və
istismar qaydasını, qaldırıcı-nəqledici mexanizmlərlə
yükü yükləyib boşaltdıqda şərti
siqnallaşdırılmanı, anbarların və yüklərin
yüklənib boşaltma yerlərini.
4-cü dərəcə:
çəkisi 50 kiloqrama qədər olan yüklərin sex daxili
emalı; dəmir yolu vaqonlarına, avtomobillərə və
digər nəqliyyat vasitələrinə yüklənib
boşaltma işlərini yerinə yetirdikdə.
5-ci dərəcə:
çəkisi 50 kiloqramdan yuxarı olan, sağlamlıq üçün zərərli
və donmuş halda olan, yüklərin dəmir yolu vaqonlarına,
avtomobilə və digər nəqliyyat vasitələrinə və
sağlamlıq üçün zərərli olmayan yüklərin gəmiyə
yüklənib boşaltma işlərini yerinə yetirdikdə.
6-cı dərəcə:
isti metalın, aqlomeratın, şlakın, filizlərin,
kömürün, kömür briketinin, kreozoptun, anod kütlənin, asbestin, əhəngin
və mineral pambığın, sementin yüklənib
boşaldılması, sağlamlıq üçün zərərli və
çəkisi 50 kiloqramdan yuxarı olan bütün növ yüklərin yüklənib
boşaltma işlərini yerinə yetirdikdə.
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Ensiz plyonkalı
kinoproyeksion aparatlarla təchiz olunmuş kino qurğulara texniki
xidmət və kino filmlərin nümayiş etdirilməsi. Daha
yüksək ixtisaslı kinomexanikin rəhbərliyi altında 35
millimetrlik kino qurğularından filmin nümayiş etdirilməsi.
Filmləri nümayiş etdirmək üçün stasionar və səyyar
tipli kino qurğu avadanlığının və kinoproyeksion
aparatların işə hazırlanması. Aparatın təmizlənməsi
və yağlanması.
Bilməlidir: ensiz
plyonkalı aparatlarla təchiz olunmuş kinoproyeksion, səs əksetdirici
aparatın və köməkçi avadanlığın quruluşunu və
texniki göstəricilərini, ensiz plyonkalı kino qurğusunun
elektrik rabitəsini, 35 mm-lik kinoqurğusu
avadanlığının və aparatın əsas birləşmə
və hissələrinin texniki göstəricilərini və təyinatını,
əməyin mühafizəsi, təhlükəsizlik texnikası və
yanğından mühafizə qaydalarını.
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Avtomat qurğulu
kinogöstərən, stasionar və səyyar tipli 16, 35, 70
millimetrlik kinoproyeksion aparatla təchiz olunmuş
kino-qurğulara texniki xidmət və filmlərin nümayiş
etdirilməsi. Kinoqurğuların komplektinə daxil olan nəzarət-ölçü
cihazlarını və tərtibatları təqdim etməklə,
aparaturanın tənzimlənməsi və texniki baxış
keçirilməsi. Ensiz plyonkalı kinoproyeksion və səs əksetdirici
aparaturaların işindəki mexanizmin sökülməsini tələb
etmədən və quraşdırmanın lehimlərini
qoparmadan nasazlığın üzə çıxarılması və
düzəldilməsi ilə əlaqədar işlərin görülməsi.
Film-surətin yoxlanılması, yenidən sarınması, nəmləşdirilməsi,
texniki vəziyyətinin təyini və cari təmiri.
Kinoqurğunun texniki sənədlərinin aparılması.
Bilməlidir:
stasionar və səyyar kino qurğularında kinoproyeksion səsetdirici
aparaturanın və köməkçi avadanlığın
quruluşunu, texniki göstəricilərini, kino-qurğunun elementlərinin
xarici birləşmə sxemini, əsas ölçü və cihazlardan və
qurğularından istifadə qaydasını, texniki
baxışın və təmirin məzmunu, ensiz plyonkalı
kino qurğularında kinoproyeksiyadakı səsetdiricinin
nasazlığının düzəldilməsi üsullarını,
film-surətin zədələnmə səbəbini və onun
düzəldilməsi üsullarını, qəbul olunmuş normativ
texniki sənədləri.
41.
KİNOMEXANİK
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Stereoskopik
kinoteatrlarda geniş formatlı, panoramlı və stereoskop səsverməklə
filmlərin nümayiş etdirilməsi və kino-aparaturaya qulluq
edilməsi. İki-üç plyonkalı nümayişdə bir və ya
iki maqnit fonoqramında səsin kadrla birlikdə nümayişi ilə
sinxron əks etdirilməsi, filmin, dublyajın səsləndirilməsi
prosesində kadr həlqəsindən səsin əks etdirilməsi,
neqativə bərabər olan film-surətlərin nümayişi.
Kinoproyeksion və səs əksetdirici aparaturada mexanizmin sökülməsini
tələb etmədən və quraşdırmanın lehimlərini
qoparmadan aparaturanın işindəki nasazlığın üzə
çıxarılması və düzəldilməsi. Panoram film-surətlərin
və maqnit fonoqramlarının texniki vəziyyətinin müəyyən
edilməsi, təmiri və sinxronlaşdırılması.
Bilməlidir:
kinoproyeksion səs əksetdirici aparaturanın quruluşunu və
texniki göstəricilərini; avtomatlaşmış vasitələrlə
geniş formatlı, panoramlı stereoskopik kinoteatrlarda filmlərin
nümayişi, iki-üç plyonkalı film nümayiş etdirdikdə
kinoproyeksion aparatura ilə səsetdirici aparaturanın
sinxronizasiya prinsiplərini, kinoproyeksion və səsetdiricilərdə
nasazlığın düzəldilməsi üsullarını,
kinoqurğu avadanlığının və aparaturanın hissə
və düyümlərinə qoyulan texniki tələblərin əsaslarını,
film-surətinin texniki vəziyyətini təyin etmək üçün təlimatı,
panoram filmi-surətlərin və maqnit fonoqramlarının təmiri
texnikasını, elektronikanın, kinoproyeksion
texnikasının, kinogöstərmə avtomatikasının, səs
texnikası və akustikanın (kinoqovşaqlar üçün fəhlələr
hazırlayan təhsil müəssisələrinin proqramı həcmində)
əsaslarını.
42.
KİNOMEXANİK
İşin
xüsusiyyəti.
6-cı
dərəcə
Bütün növlərdən
olan kinoqurğulara texniki xidmət və filmlərin nümayiş
etdirilməsi. Geniş formatlı, panoramlı və stereoskopik
kinoteatrlarda kinoproyeksion, səsetdirici aparaturanın,
sinxronlaşdırma aparaturasının, elektrobölüşdürücü və
elektroqüvvəli qurğuların yoxlanılması, sahmana
salınması və tənzimlənməsi. Kino-texniki
avadanlığın dəyişdirilməsi və
quraşdırma işinin aparılması. Bütün tiplərdən
olan təzə və əsaslı təmirdən
çıxmış kinoaparaturanın və avadanlığın
sınağı və texniki yoxlanılması.
Kinoqurğuların elektrik avadanlığına və elektrik
qovşağına texniki nəzarət.
Bilməlidir:
kinoproyeksion aparaturanın və səs əksetdirici
qurğunun texniki göstəricilərini, quruluşunu, işləmə
prinsipini, tənzimləmə və sahmana salma
üsullarını, səsi təzədən yazdıqda şəklin
və səsin sinxronizasiya prinsipini, idarəetmə pultunun
istismarı qaydası və quruluşunu, dinamik
elektro-reklamın quruluş prinsipini, kinoqurğunun sxemi və cizgilərini.
43.
KİRAYƏ MƏNTƏQƏSİNİN QƏBULÇUSU
İşin
xüsusiyyəti.
1-ci
dərəcə
Kirayə atelyesində,
salonunda və məntəqələrində vətəndaşlara
müvəqqəti istifadə
üçün təsərrüfat və
mədəni-məişət təyinatlı əşyaların,
idman inventarları və başqa avadanlıqların verilməsi.
Müqavilə və ya qəbz tərtib edilməsi. Vətəndaşların
kirayə qaydası, qiymət preyskurantı, kirayə əşyalarının
istismarı qaydası ilə tanış edilməsi. Vətəndaşlardan
kirayəyə götürülən əşyaların geri
alınması, kirayə pulunun qəbulu. Kirayə verilən əşyaların
hərəkəti və başqa sənədlər üçün jurnal
aparılması. Kassa cədvəlinin tərtibi,
yığılan pulun təyin olunmuş qayda üzrə təhvil
verilməsi. Mövsümi xüsusiyyətli əşyaların təyin
olunmuş qayda üzrə mühafizə edilməsi.
Kənd təsərrüfatı
məhsullarının və xammalın qəbulu və növlərə
ayrılması. Məhsulun və xammalın çəkilməsi və
ya ölçülməsi. Kənd təsərrüfatı məhsullarının
və xammalın təyin olunmuş əlamətlərinə
görə növlərə ayrılması. Qəbul olunmuş məhsulun
mühafizəsi.
Bilməlidir: kirayə
qaydasını, qiymət preyskurantını, qoyulmuş qayda
üzrə uçot və hesabatın aparılmasını. Kənd təsərrüfatı
məhsullarının və xammalın qəbulu və növlərə
ayrılması qaydasını, kənd təsərrüfatı məhsullarının
və xammalın çəkilməsi və ya ölçülməsi
qaydasını, məhsulun və ya xammalın mühafizəsi
qaydasını.
44.
KİRAYƏ MƏNTƏQƏSİNİN QƏBULÇUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Vətəndaşlara
müvəqqəti istifadə etmək üçün təsərrüfat və
mədəni-məişət təyinatlı əşyaların,
idman inventarlarının və başqa avadanlıqların
verilməsi, onların saz və dəst olmasının
yoxlanılması. Bəzi kirayə əşyalarının
xırda təmiri. Nasaz kirayə əşyalarının təmirə
verilməsi, korlanmış inventarların silinməsi üçün akt
tərtib edilməsi. Kirayə fondunu avadanlıq və
inventarla doldurmaq üçün sifariş tərtib edilməsi. Vətəndaşlardan
geri alınan kirayə əşyalarının dəstliyinin və
sazlığının yoxlanılması, vətəndaşların
təsiri üzündən sıradan çıxmış əşyalara
akt tərtib edilməsi. Kənd təsərrüfatı məhsullarının
və xammalın qəbulu. Dövlət standartlarına və
texniki şərtlərə uyğun olaraq təhvil verilən
məhsulun keyfiyyətinin, eləcə də xammalın
çeşidi, növləri, məzənnəsi, sinfi, defektlik və
konservləşdirmə vəziyyəti, çəkisi və ölçülərinin
təyin edilməsi, qəbul olunmuş məhsulun qorunması
və alıcılara buraxılması. Müvafiq sənədlərin
tərtibi.
Bilməlidir: kirayə
qaydasını, kirayə fondunda olan avadanlıq və
inventarlardan istifadə qaydasını və quruluşunu, kirayə
fondundan istifadə və mühafizə, sıradan
çıxmış kirayə əşyaları üzrə aktı tərtib
etmə qaydasını; kənd təsərrüfatı məhsullarının
və xammalın qəbulu, təhvil verilmiş məhsulun
keyfiyyətini təyin etmə qaydasını, dövlət
standartlarını və texniki şərtləri,
qüsurları düzəltmə və onları əmələ gətirən
səbəbləri aşkar etmə üsullarını, təyin
olunmuş sənədlərin tərtibini.
45.
KURYER
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Yüksək vəzifəli
işçinin göstərişi ilə işgüzar
kağızların, zərflərin, məktubların,
kitabların və s. təyin olunmuş yerə
çatdırılması və eləcə də onların
başqa təşkilatlardan alınması və gətirilməsi.
Göndərilən və gələn işgüzar
kağızların qeydiyyat kitabında qeyd edilməsi.
İşçinin xidmət və bölmə rəhbərliyinin
yanına çağırılması.
Bilməlidir:
işgüzar kağızların, zərflərin, məktubların,
kitabların və s. təyin olunmuş yerə
çatdırılması, mühafizə və uçot qaydasını,
xidmət obyektlərinin yerləşdiyi yerləri.
2-ci dərəcə:
daha vacib işgüzar sənədlərin mənzil başına
çatdırılması işləri yerinə yetirdikdə.
46.
GÖZƏTÇİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Rəhbərliyin
nümayəndəsi və ya növbəni təhvil verən gözətçi
ilə birlikdə qorunan obyektdə qıfıl və başqa
bağlayıcı qurğuların, damğanın,
yanğına qarşı inventarın olmasını,
siqnalizasiyanı, telefonun sazlığını,
işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq
üçün təhvil aldığı vaxt nasazlıqlar üzə
çıxarsa - sındırılmış qapı, pəncərə,
qıfıl, damğanın və ya möhürün və s. olmaması
haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin
nümayəndəsinə və polis şöbəsinin növbətçisinə
xəbər verir və polis nümayəndəsi gələnə
qədər izin qorunmasını təmin edir. Obyektdə
yanğın baş verdikdə həyəcan siqnalının
verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin
növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi
üçün tədbirlərin görülməsi. Müəssisə, idarə, təşkilatın
girəcəyində növbə çəkdikdə işlərin,
müştərilərin, nəqliyyatın müəssisə, idarə,
təşkilatın ərazisinə və lazımi sənədlər
təqdim etdikdən sonra geri buraxılmasına nəzarət.
Faktiki yüklənmiş yükün sənədlərlə
tutuş-durulması, darvazanın açılıb
bağlanması. Jurnalda qeydlər aparmaqla növbənin qəbul
edilməsi və təhvil verilməsi.
Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində
saxlanılması.
Bilməlidir:
buraxılış rejiminə aid təlimat və əsasnamələri,
müəssisə, idarə və təşkilatlara gediş-gəliş
vəsiqələrinə, qiymətli materialları çıxarmaq
üçün buraxılış vərəqələrinə imza çəkib
icazə verən şəxslərin imza nümunəsini, daimi və
müvəqqəti buraxılış vərəqələrinin
nümunələrini, obyektlərin qorunma təlimatlarını və
qaydasını, qorunan obyektlərin sərhədini, rəhbərliyin
nümayəndəsinin və polis şöbəsi növbətçisinin
telefon nömrələrini.
47.
LİFTÇİ
İşin
xüsusiyyəti.
2-3-cü dərəcə
Liftin idarə
edilməsi və onun saz vəziyyətdə
saxlanılmasına nəzarət. Telefonun və ya qəza
siqnalizasiyasının, işıq və səs
siqnalizasiyasının, avtomatik qıfılların, bütün
dayanacaq məntəqələrində "Dayan" düymələrinin
sazlığının yoxlanılması və liftin işə
salınması. Liftin istismarına nəzarət. Sərnişinləri
və ya yükləri müşayiət etdikdə, sərnişinlərin
liftə minməsi və çıxmasına və ya yüklərin
yüklənib boşaldılmasına nəzarət. Nominal
yükqaldırma qabiliyyətinə riayət olunması. Liftin
işində nasazlıqlar aşkar edildikdə, xırda
nasazlıqların düzəldilməsi və ya dayandırılması və
növbətçi elektromexanikə xəbər verilməsi. Liftin kabinəsinin
və bütün dayanacaq məntəqələrindəki mərtəbə
meydançalarının təmiz saxlanılması. Növbənin qəbul-təhvil
jurnalının doldurulması.
Bilməlidir: liftin
quruluşunu, istismar qaydasını və təhlükəsizlik
cihazlarını; qapı qıfıllarının, qapı və
döşəməaltı kontaktların, konusvari açarların yerləşməsini
və təyinatını, idarəetmə aparatı
siqnalizasiyasının təyinatını, təhlükəsizlik
texnikası qaydasını, "Dövləttexnikinəzarət
müfəttişliyinin" təsdiq etdiyi sərnişin və
ya yük liftlərinin istismarı üçün nümunəvi təlimatları;
minimum yükqaldırmanı, liftin işə buraxılma
qaydasını.
2-ci dərəcə:
hərəkət sürəti 1 m san-dən çox olan liftlərin
idarə olunmasında;
3-cü dərəcə:
xırda təmir işləri yerinə yetirildikdə.
48.
MİKROFİLMLƏŞDİRMƏ VƏ SURƏTÇIXARMA
APARATLARININ
OPERATORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif sistemli
mikroçəkiliş və surətçıxarma aparatlarında, mətnli,
cizgili, yarımfon və müxtəlif rəngli sənədlərin
çəkilişi. Çəkilişin və ekspozisiyanın keçirilməsi
miqdarının təyini. Müxtəlif sistemli mikroçəkiliş
və surətçıxaran aparatlarda çəkiliş rejiminin təyin
edilməsi.
Bilməlidir: mikroçəkiliş
və surətçıxarma aparatlarının iş rejimini və
quruluşunu, yerinə yetirilmiş əməliyyatların
mahiyyətini və ardıcıllığını təyin
edən təlimatları və standartları; mikrofilmlərin
emalı texnologiyasını.
49. MİKROFİLMLƏŞDİRMƏ
VƏ SURƏTÇIXARMA APARATLARININ
OPERATORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Sənədlərin, jurnalın, kitabın, qəzetin, xəritənin və s. yanıb-sönən
mətnli müxtəlif sistemli mikroçəkiliş və surətçıxarma
aparatlarında işıq süzgəclərini tətbiq etməklə
çəkilməsi. Kameranın işlənməsini yoxlamaq üçün
baxış çəkilişin aparılması. Mikrofilmləşdirmə
və surətçıxarmada təcrübə işinin yerinə
yetirilməsi.
Bilməlidir: mikroçəkiliş
və surətçıxaran aparatların işləmə rejimini
və quruluşunu, işıq süzgəcinin və plyonkanın
spektral xüsusiyyətini və şəkilin əsasını;
işıq süzgəcin seçilmə qaydasını, yerinə
yetirilmiş işlərin mahiyyətini və
ardıcıllığını təyin edən təlimat və
standartları.
50.
MOTONƏQLİYYAT VASİTƏLƏRİNİN SÜRÜCÜSÜ
İşin
xüsusiyyəti.
2-3-cü dərəcə
Yol hərəkəti
qaydalarına riayət etməklə motosikl, motoroller və
"A" kateqoriyalı motonəqliyyat vasitələrinin yanacaq
və sürtgü materialları ilə doldurulması. Yol sənədlərinin
tərtib edilməsi. Xəttə çıxmamışdan qabaq
motonəqliyyat vasitələrinin texniki vəziyyətinin
yoxlanılması və qəbul edilməsi. Motonəqliyyat
vasitələrinin yük götürmək və ya sərnişin mindirmək
üçün lazımi yerə verilməsi. Yükləməyə və
yüklərin düzgün bərkidilməsinə nəzarət. Xətdə
motonəqliyyatın qarşıya çıxan kiçik
nasazlıqlarının aradan qaldırılması.
Bilməlidir:
işlədiyi motonəqliyyatın quruluşunu, hərəkət
prinsipini, məqsədini; aqreqatların, mexanizmlərin və
cihazların işini; yol hərəkəti qaydalarını,
təhlükəsiz yol hərəkəti qaydalarını; motonəqliyyatın
texniki istismar qaydalarını, onlara texniki xidməti; bədbəxt
hadisələrdə həkimə qədər ilk tibbi
yardım göstərilməsini; ilkin sənədlərin doldurulmasını,
yol-nəqliyyat hadisələrinin qarşısının
alınması üsullarını və s.
Ödəmənin
konkret dərəcəsi görülən işlərin tərkib və
həcmi nəzərə alınmaqla müəssisə tərəfindən
hər bir iş yerində təyin edilir.
51.
NEFT MƏHSULLARININ PAYLAYICISI
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Qurulmuş nasos
avadanlığına xidmət. Neft məhsullarının və
sürtgü materiallarının verilməsi. Soyuq suyun
hazırlanması və onunla teplovozun təmin edilməsi. Neft
məhsullarının qəbulu, tökülməsi və sərfinin
uçota alınması. Anbar binalarının və onların yerləşdiyi
sahənin təmizlənməsi və saxlanılması,
yanğına qarşı təhlükəsizliyə riayət
olunması.
Bilməlidir: nasos
aqreqatlarının və ölçü cihazlarının işləməsini
və quruluşunu; neft məhsullarının və sürtgü
materiallarının markasını və buraxılma normasını;
yanğına qarşı təhlükəsizlik texnikası
qaydalarını, yanğına qarşı inventarla işləmə
qaydasını.
3-cü dərəcə:
nasos avadanlığına texniki xidmət işlərini yerinə
yetirdikdə.
52.
NƏQLEDİCİ-YIĞICI MAŞINLARIN SÜRÜCÜSÜ
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Vağzalyanı və
stansiya ərazilərində, perronlardan və sərnişin
platformalarından, küçələrdən və s. zibil yükünün
yığılıb aparılması zamanı müxtəlif
sistemli və yükqaldırma qabiliyyəti olan nəqledici-yığıcı
maşınların idarə edilməsi.
Bilməlidir: nəqledici-yığıcı
maşınların quruluşunu və xidmət
qaydalarını, yanacaq və sürtgülərin növlərini, mühərrik
batareyalarının təyinatı, doldurulmasının üsul və
müddətlərini, yol hərəkəti müəssisəsinin ərazisində
və stansiyanın yollarında hərəkət
qaydalarını, qurulmuş siqnalizasiyanı.
4-cü dərəcə:
nəqledici-yığıcı maşınlarına texniki
xidmət göstərdikdə.
53.
OYUN AVTOMATLARI, TİR, İDMAN VƏ ATTRAKSİON ZALININ NÖVBƏTÇİSİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Oyun
avtomatlarına, tirlərə idman və attraksion
avtomatlarına qulluq və onlardan istifadə olunması.
Müştərilərin qəbulu və onlara avtomatlardan,
attraksion və tirlərdən istifadə qaydasının izah
edilməsi. Avadanlıq və avtomatların
sazlığının və müştərilərin qəbul
olunması hazırlığının yoxlanılması. Mədaxil
üzrə hesabat aparılması və pul vəsaitlərinin
qorunması üzrə nəzarətin həyata keçirilməsi.
Bilməlidir: istifadə
olunan avadanlıq və avtomatlardan istifadə olunmasına dair
təlimatları və qaydaları istifadə olunan avtomat və
avadanlıqların quruluşunu, işə salınma və
dayandırılma qaydasını; atıcı silahların
quruluşunu və hədəfə atəş
açıldıqda onların təhlükəsizliyinin təmin edilməsi
qaydalarını.
3-cü dərəcə:
istifadə olunan avadanlıq və avtomatların xırda təmir
işlərini yerinə yetirdikdə.
54.
OCAQÇI
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Sobaların bərk
və qaz halında olan yanacaqla yandırılması və
onlara yaşayış binalarında, mədəni-məişət,
tədris, xidmət otaqlarında və s. xidmət.
Yanacağın ocağa töküb doldurulması. Soba
ocağının şlakdan və küldən təmizlənməsi.
Şlakın və külün binadan kənar ona ayrılmış
yerə daşınması, qızdırılan binalarda
lazımi temperaturun saxlanılması. Odunun mişarlanması
və doğranması, kömürün xırdalanması,
yanacağın hazırlanıb sobaya gətirilməsi.
Yanacağın sərfi hesabının aparılması.
Yanacaq üçün sifarişin tərtib olunması və verilməsi.
Bilməlidir: bərk
və qaz halında olan yanacaqla istilik sobalarının
yandırılma qaydasını; yanacağın növlərini və
onların yandırma qaydasını; bacaların yerləşməsini,
yanacağın sərfi normasını, yanğınsöndürən
və başqa yanğına qarşı inventarlardan istifadə
qaydasını; yanacağa sifariş tərtib olunma
qaydasını.
2-ci dərəcə:
sobaların saz halda saxlanılmasına xidmət və
xırda təmir işlərini yerinə yetirdikdə.
55.
SƏNƏDLƏRİ CİLDLƏYƏN
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Sənədlərin
əl ilə cildlənməsi. Kartonun sökülməsi, növlərə
ayrılması və formatlarda kəsilməsi, texniki parçadan
köklük hazırlanması. Nömrə və formatlara görə sənədlərin
seçilməsi, vərəqlərin içləşdirilməsi, üstdən
və altdan karton vərəq qoyulması və formaya
salınması. Deşik açılması, sənədlərin
tikilməsi və köklüklərin
yapışdırılması, yarlığın
hazırlanması, üst qapağa və köklüyə
yapışdırılması, bıçaqların itilənməsi.
Bilməlidir:
standart formatları, karton və texniki parçanın kəsilmə
qaydalarını, onlara qoyulan texniki tələbləri, sənədlərin
komplektləşmə və broşuralaşma
qaydasını, deşiyin açılması, bıçaqların və
deşikaçanların itilənmə qaydasını.
56.
SƏNƏDLƏRİ CİLDLƏYƏN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qədim
kitabların, əlyazma və sənədlərin əl ilə
cildlənməsi. Sadə bərpa cildləmə işlərinin
aparılması, cırılmış ancaq blokları sökülməmiş
cildlərin bərpası, xarab olmuş cildin dezinfeksiyası,
qapağın, kantın, bucaqların bərpası, qiymətli,
nadir kitabların təzə cildə salınması,
sökülmüş köklüyün bərkidilməsi.
Bilməlidir: cildləmə
işinə texniki tələbatı, cildləmə və bərpa
işinin çeşidləri və metodlarını, cildlənəcək
kitab və sənədlərin materiallarının xüsusiyyətini,
cildləmə-bərpa işlərində işlədilən
yapışqanın resepturası və
hazırlanmasını.
Daha mürəkkəb
cildləmə-bərpa işlərini yerinə yetirdikdə;
müxtəlif görünüşlü forzasların hazırlanması (örtük
yapışdırılmış: tikilmiş, toxunmuş),
müxtəlif metod və üsullarla kitab bloklarının tikilməsi,
dəri kağızının hazırlanması. Dəri cilddə
olan kitabların bərpası, dəri cildlərin
yumşalması üçün sürtgünün hazırlanması, parça haşiyənin
hazırlanması.
4-cü dərəcə:
cildin bərpaçı-rəssamın rəhbərliyi altında
ayrı-ayrı elementlərinin çıxardılması və bərpasında
iştirak etdikdə.
57.
SERPENTARİYA ZOOLABORANTI
İşin
xüsusiyyəti.
3-5-ci dərəcələr
Tutulmuş zəhərli
ilanlara xidmət və onların çoxaldılması,
yetişdirilməsi. İlanların qəfəs və volyerdən
çıxarıb zəhər köçürülən yerə aparılması
və qaytarılması. Zəhərli ilanlardan zəhər
götürdükdə herpetoloqa kömək göstərilməsi. Tökülən
dişlərin pinsetlə çıxarılması, dərman preparatları
ilə ilanın ağzının emalı, elektrodların
yaxınlaşdırılması. İlanların və yemlənən
heyvanların yedizdirilməsi, qəfəsin, volyerin təmizlənməsi,
döşəmənin yuyulması, yatağın dəyişdirilməsi,
ifrazatların, qabıqların yığılması, qəfəsdən
vannacıqların və başqa inventarların
çıxarılması, onların yuyulması və dezinfeksiya
olunması. Serpentariyada temperatur, işıq, nəmlik rejiminin
saxlanılması və havanın dəyişdirilməsi.
Bilməlidir: qəfəsli
və volyerli serpentariya sisteminin quruluşunu və təyinatını,
zəhərli ilanlarda cinsin təyin edilməsi
qaydasını; ilanların yemlənmə və sulanma
gigiyenasını və qaydasını; iş yerlərinə
qoyulan sanitar tələbləri, dezinfeksiyanın təyinatı,
aparılma qaydası və üsullarını; serpentariyada
mikroiqlimin tənzimlənmə üsulların; hər ilan növünün
bioloji xüsusiyyətini, ilanlarla işləyən zaman əmək
təhlükəsizliyi qaydasını; ilan sancmasından xəsarət
alana ilk yardım metodlarının.
3-cü dərəcə:
təhlükəli zəhərli ilanla işlədikdə;
4-cü dərəcə:
daha çox təhlükəli zəhərli ilanla işlədikdə;
5-ci dərəcə:
bütün zəhərli ilanlarla işlədikdə və
aşağı kateqoriyalı zoolaborantların işinə rəhbərlik
etdikdə.
58.
SULAYICI-YUYUCU MAŞINLARIN DOLDURUCUSU
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Maşın çənlərinin
su ilə doldurulması, su tökmə borularının
sulayıcı-təmizləyici maşınların çənlərinə,
su kəməri quyusunun hidrantına və yanğın sütununa
birləşdirilməsi və ayrılması. Su kəməri
quyusunun qapağının açılması və
bağlanması. Su tökmə borusunun, stenderin və hidrantın
saz vəziyyətdə saxlanılması. Su tökmə borusunun
stenderi və yanğın hidrantının kiçik təmiri.
Bilməlidir:
hidrantın, stenderin quruluşunu və onlarda olan xırda
nasazlıqların düzəldilməsi qaydasını.
59.
SU QIZDIRAN FƏHLƏ
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Çənlərin su
ilə doldurulub elektrik qovşağına qoşulması.
Suyun qızdırılmasına nəzarət və
vaxtında çənlərin qovşaqdan açılması. Çoxdan
qalmış suyun boşaldılması. Çənlərdə
nasazlıqlar aşkar edildikdə montyorun və ya çilingərin
çağırılması. Su qaynatmaq üçün istifadə olunan
qazanlara xidmət. Sanitariya və gigiyena qaydalarına riayət
olunması.
Bilməlidir: xidmət
etdiyi avadanlığın quruluşunu və istismar
qaydasını; yanacaq növlərini və onların istilik
yaratma qabiliyyətlərini.
2-ci dərəcə:
çənlərdə xırda təmir işlərini yerinə
yetirdikdə.
60.
SURƏTÇIXARAN VƏ ÇOXALDAN MAŞINLARIN OPERATORU
İşin
xüsusiyyəti.
2-5-ci dərəcələr
Surətçıxaran,
elektroqrafik çoxaldan aparatlarda və müxtəlif sistem və
konstruksiyalı maşınlarda orijinalın kağız və
ya formalı plastin üzərində surətinin
çıxarılması. Surətin böyüdülməsi. Surətçıxarma
rejiminin təyin edilməsi, onların formalı plastinkadan və
ya plyonkadan çoxaldılması, surət çıxarmanın keyfiyyətinin
yoxlanılması. Çap olmuş vərəqələrin
orijinalla müqayisəsi və düzəldilməsi, komplektin məftillə
tikən maşında tikilməsi. Avadanlığın və
materialın işə hazırlanması, iş prosesində
avadanlığın təmizlənməsi və tənzimlənməsi.
Təyin olunmuş sənədlərin aparılması.
Bilməlidir:
elektroqrafik surətçıxaran və çoxaldan maşınların
çeşidlərini, onların işləmə prinsipi və
istismarı qaydasını, surətçıxarma rejiminin təyin
olunma qaydasını, vərəqseçən və məftillə
tikən maşınların istismar qaydasını, sənədlərin
aparılma qaydasını.
3-cü dərəcə:
surətçıxarma işlərini rəngli surətçıxaran
super-kompleksdə yerinə yetirdikdə;
4-cü dərəcə:
mətnli və cizgili orijinallardan çap formaları
hazırladıqda;
5-ci dərəcə:
qarışıq təsvirli orijinallardan çap formaları
hazırladıqda.
61.
SOYUNUB GEYİNMƏ OTAĞININ NÖVBƏTÇİSİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Müştərilərin
giriş biletlərini yoxlayır, onlara boş yerləri təklif
edir, dəsmal və mələfələrlə təchiz
edir. Müştərilərin şəxsi əşyalarının
saxlanılmasına nəzarət edir. Lazım gəldikdə
müştərilərdən üst paltarı, baş örtüyü, qaloş
və s. alıb saxlayır. Geyim və onların təcili təmiri,
yuyulması və ütülənməsi üçün onları qəbul edir. Ahıllara
və
əlilliyi
olan şəxslərə geyinib-soyunmaqda
köməklik göstərir.[3]
3-cü dərəcə:
növbə zamanı otağın sanitariya-texniki və gigiyena vəziyyətinin
saxlanılmasına xidmət etdikdə.
62.
TƏRƏZİÇİ
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif tipli və
konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi.
Yüklərin xarici görünüşünə və
qablaşdırılmasının düzgünlüyünə baxış.
Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin
müşayiətedici sənədlərə uyğunluğunun
yoxlanılması. Yükün çatışmazlığına və
xarab olmasına görə aktların tərtibi və müşayiətedici
sənədlərin rəsmiləşdirilməsi. Çəkilmiş
yüklərin uçotunun aparılması. Tərəzilərin düzgün
çəkilməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək
yüklərin tərəziyə qoyulmasında bilavasitə
iştirak və rəhbərlik, nəqliyyat tutumlarının
tam yüklənməsinə nəzarət.
Bilməlidir: çəkilən
yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini,
xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə
bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin
tənzimlənməsi və onların yoxlanılma
üsullarını, çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin,
yığılmanın və yükün mühafizəsi
qaydalarını, nəqliyyat tutumlarının növləri və
onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin
hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə
qaydalarını.
Ödəmənin
konkret dərəcəsi görülən işlərin tərkib və
həcmi nəzərə alınmaqla müəssisə tərəfindən
hər iş yerində təyin edilir.
2-ci dərəcə:
böyük tərəzilərdə (qapanlarda) yüklərin çəkilməsi
zamanı.
63.
FAYTONÇU
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Adamları
daşımaq üçün yüngül arabaya qoşulmuş atın yolda idarə
olunması. Atın arabaya qoşulub açılması. Yolda ata
xidmət edilməsi, onun yemlənib sulanması. Xidmət edilən
faytonun saz və təmiz vəziyyətdə
saxlanılması və qoşqunun təmizlənib
yuyulması və yağlanması.
Bilməlidir: atlara
qulluq və onlarla rəftar qaydasını, baytarlıq
minimumunu, küçələrin yerləşməsini və küçə hərəkəti
qaydasını.
2-ci dərəcə:
təmir işlərini yerinə yetirdikdə.
64.
XÜSUSİ GEYİMİN TƏMİRİ VƏ YUYULMASI ÜZRƏ
MAŞİNİST
İşin
xüsusiyyəti.
2-ci dərəcə
İstehsalat təyinatlı
xüsusi geyimin və başqa əşyaların, dəsmalların,
pərdələrin, yataq ağlarının və s.
maşında yuyulması. Qurudulma barabanlarında (kamerada) və
ya təbii şəraitdə qurudulması, preslə,
kalandrlarla və ya əllə ütülənməsi. Xüsusi geyimlərin
və yataq ağlarının əllə və tikiş
maşınında tikilməsi, yamağın gözənməsi.
Yuyucu, kraxmallayıcı və lilləyici məhsulların
hazırlanması. Xüsusi geyim və başqa əşyaların
qəbulu, növlərə ayırması və verilməsi. Təyin
olunmuş sənədlərin tərtibi.
Bilməlidir: müxtəlif
materiallardan olan xüsusi geyimlərin emalı
texnologiyasını; xidmət etdiyi avadanlığın
istismar qaydasını və quruluşunun çeşidini; tətbiq
olunan yuyucu və ağardıcı vasitələrin xüsusiyyəti
və onların hazırlanma və tətbiqi üsullarını;
təyin olunmuş sənədlərin tərtibi.
3-cü dərəcə:
xüsusi geyimlərin xırda təmir işlərini yerinə
yetirdikdə.
65.
HAMAM XİDMƏTÇİSİ
İşin
xüsusiyyəti.
1-ci
dərəcə
Müştərilərə xidmət. Giriş
biletləri ilə
müştərilərin içəri buraxılması, onlara boş
yerlərin verilməsi, seansın qurtarma vaxtının yada
salınması (seansla xidmət etdikdə). Müştərilərə
hamam ləvazimatının verilməsi, daxil olmuş
malların satılması, təcili yumaq üçün paltarların və
yataq ağlarının qəbul edilməsi, xırda təmiri,
ütülənməsi və başqa pullu xidmətlər göstərilməsi.
Müştərilərdən qiymətli və başqa əşyaların
mühafizəsi üçün alınması və onlarım
qorunmasının təmin edilməsi, şikəstlərə
və qocalara yardım edilməsi. Qarderob yerlərinin,
kranların, ventillərin, duş qurğularının, boru kəmərlərinin,
elektrik kaminlərinin və başqa avadanlığın saz vəziyyətdə
saxlanılması və bütün nasazlıqlar haqqında
vaxtında müdiriyyətə məlumat verilməsi. Yuyulma
inventarlarının lazımi qaydada saxlanılması, soyunma,
buğlanma və sabunlama yerlərində təmizliyin təmin
edilməsi. Havanın dəyişdirilməsi, buğlanma
şöbəsində buxar verilməsi rejiminin təmin edilməsi.
Hamama mənsub istifadə olunmuş əşyaların yuyulmaq
üçün təhvil verilməsi. Sanitariya və gigiyena qaydalarına nəzarət
edilməsi.
2-ci dərəcə:
avadanlıq və qurğuların xırda təmir işlərini
yerinə yetirdikdə.
Bilməlidir: hamamda
xidmətin sanitar norma və qaydasını;
avadanlığın quruluşunu və istismarını; təhlükəsizlik
texnikası və yanğından mühafizə qaydasını;
göstərilən xidmətlərin preyskurant üzrə qiymətlərini
və daxili nizam-intizam qaydalarını.
66.
HESABLAYICI MAŞINLARIN OPERATORU
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif tipli
hesablama maşınlarında ilkin sənədlərin işlənilməsi,
yekun göstəricilərin və hesablamanın nəticəsini
kağız baftada və ya onsuz çap edilməsi. Bir sətirli və
çox sətirli sənədlərin göstəricilərinin cəmləşdirilməsi
və yerinə qoyulması. Faizlərin, faiz nisbətlərinin
hesablanması, sabitlə əməliyyat, dərəcəyə
qaldırma, kökdən çıxarma, yaddaş qeydiyyatında rəqəmlərin
yığılması və saxlanılması. Növlərə
ayırma, qatla yığma, seçmə, arama, sorğu və
sorğu qruplaşma əlamətlərinə görə hesablama
maşınlarında perfokart massivlərinin birləşdirilməsi.
Məlumatların şifrinin açılması, perfokartlarda
deşilmiş şəkildə kodlaşmanın
aparılması, əzilmiş perfokartların təzədən
düzəldilməyə verilməsi, onlarda
"İşığa" və "Dəlməyə"
qarşı nəzarətin aparılması və texniki
daşıyıcıların çeşidləyici massivinə
qoyulması. Xüsusi nəzarət fəndləri ilə nəzarət
sxemi üzrə perforasiya olunmuş perfokart paketini buraxmaq yolu ilə
maşınların düzgün işləməsinin
yoxlanılması. Sənədlərin və ya texniki daşıyıcıların
texnoloji prosesin növbəti əməliyyatına verilməsi üçün
hazırlanması. Yerinə yetirilmiş işlərin nəticələrinin
təlimata uyğun olaraq tərtib edilməsi.
Bilməlidir:
hesablama maşınlarının texniki istismar
qaydasını; maşının işləməsinə nəzarət
metodlarını, işçi təlimatlarını, məlumatın
mexaniki emal maketlərini; emal olunan ilk sənədlərin
formasını və hazırlanma normasını.
4-cü dərəcə:
xırda təmir işlərini yerinə yetirdikdə.
67.
HERPETOLOQ
İşin
xüsusiyyəti
7-ci dərəcə
Herpetologiya
laboratoriyalarında müxtəlif növlərdən olan zəhərli
ilanların zəhərinin alınması. Əldə
edilmiş zəhərin qurudulub hazır vəziyyətə
çatdırılması. Zəhərin çəkilməsi.
Tutulmuş zəhərli ilanların qəbulu, ölçülməsi, çəkilməsi
və serpentarinin qəfəs və ya volyerlərində yerləşdirilməsi.
Bilməlidir: zəhərli
ilandan zəhərin alınmasında bioloji prosesi; müxtəlif
növdən olan ilanın bioloji xüsusiyyətini, ilanlar və zəhərlərlə
işlədikdə təhlükəsizlik qaydalarını, ilan
vurmasına qarşı profilaktik tədbirləri və ilan
vurmuş şəxsə ilk yardımın göstərilməsini.
Herpetoloji laboratoriyaların təchiz olunmasına dair
sanitar-texniki tələbləri.
8-ci dərəcə:
zəhərin zəhərləmə qabiliyyətini təyin
etdikdə.
68.
HİDROTEXNİKİ OBYEKTLƏRƏ BAXAN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Kanalların,
dambaların, bəndlərin və başqa analoji hidrotexniki
qurğuların təhlükəli yerlərini nəzərdən
keçirməklə xırda zədələrin aradan
qaldırılması. Hidrotexniki sulama və kollektor drenaj
qovşağında bağlanmış hissənin
qurğularına hidrometrik və başqa qurğulara xidmət
edilməsi. Qrunt sularının paslaşması, enişdə
sürüşmə halının qarşısını alan, sahilin
möhkəmliyini təmin edən əkin vəziyyətinin
müşahidə edilməsi. Daşma əleyhinə
materialların və tikinti materialların qəza
ehtiyatının hazırlanması, su təsərrüfatı təyinatlı
meşə əkinlərinin qorunması. Atlara qulluq, velosiped və
motosikletin saz saxlanılması.
Bilməlidir: münbitləşmə
qovşağı ilə xidmət olunan torpaqların münbitləşdirilmə
sahəsi və ondan kənd təsərrüfatı işləri
üçün istifadə edilməsini, kanalın uzunluğunu və yerləşmə
planını, hidrotexniki qurğuların və hidrometrik
qurğuların miqdarını və onların texniki vəziyyətini,
meşə əkininin və qurğularının vəziyyətini,
suvarma kanallarından və kollektor drenaj qovşağından,
hidrotexniki qurğulardan, hidrometrik quruluşlardan, münbitləşmə
üçün sudan istifadə qaydalarının əsasını, ata
qulluq qaydasını, motosiklet və velosipedin quruluşu və
onların idarə olunmasını.
69.
HİDROTEXNİKİ OBYEKTLƏRƏ BAXAN
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Kanalların maili
səthinə, qoruyucu dambalara, suyun iti axan yerlərinə, bənd
və başqa hidrotexniki qurğulara və onların
avadanlığına nəzəri baxış, onların
yuyulmuş və dağılmış yerlərinin təyin
edilməsi. Sudan istifadə edən təsərrüfatlara suyun
bölüşdürülməsi və verilməsi. Münbitləşmə
suyunun işlədilməsinə nəzarət.
Dağıntı yerləri aşkar edildikdə aktların və
sxematik şəkillərin tərtib olunması, su
intizamını pozanlara qarşı, meşə əkinlərinin
korlanması haqqında tərtib olunmuş aktların sahə
hidrotexnikinə verilməsi. Münbitləşmə qovşağına
və qurğulara texniki baxışda iştirak etmək. Xidmət
sahəsində yerləşən hidroqurğuların, eləcə də qəza və ayrıcı darvazaların, su buraxılan dyukerlərin qəza
və cari təmiri işində iştirak etmək.
Bilməlidir: əsas
hidrotexniki qurğuların təyinatını və
quruluşunu, sulama sistemlərinin texniki istismar qaydasını
və kənd təsərrüfatında sudan istifadə
qaydalarını; hidrologiyaya aid əsas məlumatları,
torpaq hidroqurğuları bərkitmə üsullarını,
enişlərin, dambanın və başqa qurğuların cari
təmir edilməsində texniki təhlükəsizlik
qaydasını.
II
F Ə S İ L
BÜTÜN
SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN İXTİSAS
DƏRƏCƏLƏRİ ÜZRƏ
TARİFLƏŞDİRİLMƏYƏN
FƏHLƏ PEŞƏLƏRİ TARİF-İXTİSAS
XÜSUSİYYƏTLƏRİ
İşin
xüsusiyyəti.
1-ci
dərəcə
Detal, məmulat,
ayrı-ayrı qovşaq, alət və buna oxşar digər
hazır məhsulun qısa və uzun müddət üçün üz hissələrinin
konservasiya edilməsi və yenidən işə
salınması. Hazır məhsulun isidilmiş yağ
vannalarında uzun müddət saxlanılması və
saxlanılmaması şərti ilə müxtəlif üsullarla əl
ilə təmizlənməsi, yuyulması və
yağlanması. Rəngləmə, yandırma, hopdurma və
bükülmə. Taranın hazırlanması və detalların, məmulatların,
ayrı-ayrı maşın qovşaqların və alətlərin
qablaşdırılması. Onların saxlama yerinə nəql
edilməsi. Sadə qaldırıcı nəqliyyat mexanizmlərindən
istifadə.
Bilməlidir:
işi dayandırma və yenidən işə salma növlərini
və əhəmiyyətini; konservasiya üçün daxil olan
detalların, məmulatların, avadanlığın
ayrı-ayrı qovşaqlarının və alətlərin
adlarını; korroziyanın növlərini; detalların, məmulatların,
avadanlığın ayrı-ayrı qovşaqlarının, alətlərin
və bunlara oxşar digər hazır məhsulun yuyulması,
təmizlənməsi və
hazırlanması, həmçinin onların
işinin dayandırılması və yenidən işə
salınması üçün istifadə olunan materialları və kimya məhlullarını;
konservasiya zamanı istifadə olunan qurğuların, stendlərin
və xüsusi avadanlığın təyinatı haqqında əsas
məlumatları; antikorroziyalı materialların əsas
xüsusiyyətlərini, markalarını və adlarını;
konservasiyanın texnoloji prosesini; antikorroziya emalının
rejimlərini; hazır məhsulun yığılıb
qablaşdırılması, görülən işin sənədləşdirilməsi
qaydasını, sadə nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiq olunma şərtlərini; sadə
qaldırıcı mexanizmlərin idarə olunması
qaydalarını.
İş
nümunələri.
1. Aqreqatlar və
aviamühərriklər-toz və çirkin xaricdən təmizlənməsi.
2. Alət -
işinin müvəqqəti dayandırılması, konservasiya
edilməsi və yenidən işə salınması.
3. Polad vərəqələr-yağlama.
4. İstilik
sisteminin borucuqları – işinin müvəqqəti dayandırılması.
2.
AVADANLIĞIN VƏ METAL MƏMULATLARIN
KONSERVLƏŞDİRİCİSİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Maşın, dəzgah,
mühərrik və aparatları uzun və qısa müddətdə
saxlamaq üçün üz hissələrinin konservasiya edilməsi və
yenidən işə salınması. Konservasiya üçün lazım
olan sürtgü materiallarının hazırlanması. Avadanlıq və
məmulatların təmizlənməsi, yuyulması,
yağlanması, rənglənməsi, yandırılması,
hopdurma və bükülməsi. Maşın, dəzgah, elektrik və
aviamühərrik aqreqatlarının və digər
avadanlığın qablaşdırılması. Yağqızdırıcı
qurğunun və qaldırıcı-nəqliyyat mexanizmlərinin
idarə olunması.
Bilməlidir:
maşın, dəzgah, mühərriklərin və digər
avadanlığın üz hissələrinin konservasiya edilməsi
və yenidən işə salınması növlərini və əhəmiyyətini,
onların əsas konstruksiya məlumatlarını;
korroziyanın yaranma səbəblərini və onunla mübarizə
metodlarını; qablaşdırma və konservasiya üçün istifadə
olunan materialları; yağların və
sürtgü materiallarının adlarını və
markalarını; qurğulardan, cihazlardan, avadanlıqdan istifadə
qaydalarını; sadə nəzarət-ölçü cihazlarının
quruluşunu; konservasiya olunası aqreqatların,
qovşaqların, detalların, maşın, dəzgah və
mühərriklərin adlarını və təyinatını.
İş
nümunələri.
1. Aviamühərriklər
- üz hissələrinin konservasiyası və
qablaşdırılması.
2. Benzin və
yağ nasosları-konservasiya.
3. Hava
kompressorları - üz hissələrinin konservasiyası və
yenidən işə salınması.
4. Reduktorlar -
yağın vurulması (çəkilməsi).
5. Baş sürtgü
qolunun silindrləri, porşenləri, vtulkaları - yenidən
işə salınması.
3.
AVADANLIĞIN VƏ METAL MƏMULATLARIN KONSERVLƏŞDİRİCİSİ
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Maşın, dəzgah,
aparat, aqreqat, aviasiya və digər dartıcı mühərrikləri
uzun müddət saxlamaq üçün üz və daxili hissələrinin qismən
söküb, yığıb və komplektləşdirməklə konservasiyası
və yenidən işə salınması. Aparatların və
avadanlığın xüsusi kameralarda isti hava ilə
qurudulması və isti yağ vurulması. Aviamühərrikin və
digər avadanlığın lazım aqreqatlarla və ehtiyat
hissələri ilə komplektləşdirilməsi və
plyonkadan olan üzlüklərlə qablaşdırılması. Mühərriklərin
konservasiyası üçün olan xüsusi kameraların və
qurğuların idarə olunması. Xidmət etdiyi
avadanlığın və alətlərin sazlanması və
cari təmiri.
Bilməlidir:
konservasiya növlərini və əhəmiyyətini;
maşınların, dəzgahların, aparatların
yuyulması və təmizlənməsi və konservasiyaya
hazırlamaq üçün istifadə olunan materialları və kimyəvi
məhlulları; korroziya növlərini və antikorroziya örtüklərini;
aviamühərrikin konstruksiyasında tətbiq olunan əsas
metalları, ərintiləri və qeyri-metal materialları və
onların xüsusiyyətlərini; konservasiya üzrə görülən
işlərə texniki sənədləri.
İş
nümunələri.
1. Aviamühərriklər
- konservasiya və yenidən işə salınma.
2. Aviamühərriklər
- isti yağın vurulması.
3. Hava
kompressorları - daxili hissələrin konservasiyası.
4.
AVTOMOBİL-YÜKBOŞALDICININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Yükləmə və
boşaltma işlərini yerinə yetirərkən eyni tipli
yükboşaldıcı avtomobillərin idarə olunması.
Yükboşaldıcı avtomobilin işə salınması və
dayandırılması. Avtomaşınların
boşaldılması üzərində nəzarət. Yağ kəmərləri,
nasoslar və hidrosistemin basma xətti vəziyyətinə nəzarət.
Süzgəclərin təmizlənməsi. Aqreqatda texniki
baxışın keçirilməsi.
Bilməlidir:
avtomobil boşaldıcısının quruluşunu,
aqreqatın işə hazırlanması qaydalarını;
hidrosistemin yağla doldurulması qaydasını və mühərrikin
və qaldırıcı mexanizmlərin
yağlanmasını; avtomobil boşaldıcıya texniki
baxışın aparılma qaydasını.
5.
AVTOMOBİL-YÜKBOŞALDICININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yükləmə və
boşaltma işlərini yerinə yetirərkən müxtəlif
tipli avtoyük boşaldıcıların idarə olunması.
Qaldırıcı mexanizmlərin ramaları və mühərrikin
düzgün torpağa birləşdirilməsinin yoxlanılması.
Rotor yuvalarında valın və kürəciklərin işlənilməsinin
yoxlanılması. Hidrosistemin işində nasazlıqların
aşkar edilməsi və aradan qaldırılması,
aqreqatın cari təmirinin aparılması, orta və əsaslı
təmirində iştirak.
Bilməlidir: müxtəlif
tipli avtomobil boşaldıcıların quruluşunu,
aqreqatın işə hazırlanması və cari təmirinin
aparılması; avtomobil boşaldıcıların işində
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması üsullarını.
6. AKKUMULYATORÇU
İşin
xüsusiyyəti.
1-ci
dərəcə
Daha yüksək
ixtisaslı akkumulyatorçunun rəhbərliyi altında
akkumulyatorların açılıb yığılması, akkumulyator
borularının yağlanması, süzülməsi və distillə
edilmiş suyun hazırlanması, doldurma stansiyaları
avadanlıqlarına xidmət. Akkumulyatorların təmirə
və doldurulmağa hazırlanması. Akkumulyator
borularının təmizlənməsi, yuyulub silinməsi. Lövhəciklərdə
birləşmə cərəyanlarının və
ucluqlarının qaynağından sonra yaranmış
qırıntıların və yığıntıların
təmizlənib düzəldilməsi. Turşu, elektrolit, distillə
edilmiş su olan butulkaların, aşındırıcı
kalium olan bankaların iş yeri daxilində yerdəyişməsi.
Bilməlidir: akkumulyator
batareyalarının quruluşu haqqında əsas məlumatları;
akkumulyator istehsalında əsas materialların, reaktivlərin
adını; turşuların, qələvilərin saxlanma və
onlarla işləmə qaydalarını, onların xarici
görünüş və digər əlamətlərə görə müəyyən
edilmə üsullarını, ən geniş yayılmış
sadə alətlərin və cihazların adlarını və
təyinatını.
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Bütün növ
akkumulyatorların açılıb yığılması. Doldurma
stansiyalarının (aqreqatların) avadanlığına xidmət.
Bütün növ akkumulyatorların və akkumulyator batareyalarının
doldurulması. Tıxaclarda rezin qapaqların dəyişdirilməsi,
aralıq qatların tədarükü. Akkumulyator batareyalarının
ayrı-ayrı elementlərində gərginliyin ölçülməsi.
Akkumulyator batareyalarında birləşmələrin lehimlənməsi.
Akkumulyatorların elementlərindəki elektrolitdə
sıxlığın və səviyyənin müəyyən -
edilməsi. Müəyyən edilmiş reseptura üzrə kristal
kaustikdən qələvi məhlulun və yaxud
qatılaşdırılmış məhlulun
hazırlanması. Qapaqlarla borular arasından çatların qaytanla
bağlanılması və üstünə isti mastikanın tökülməsi.
Bankaların distillə edilmiş su və elektrolit tökülüb
doldurulması. Ayrı-ayrı bankaların dəyişdirilməsi
və onların mastika ilə sürtülməsi. Doldurma
stansiyalarının (aqreqatların) istismarı üzrə qeydlər
aparılması.
Bilməlidir:
elektrotexnikadan elementar məlumatları; akkumulyator
batareyalarının quruluşu və təyinatını;
akkumulyator batareyalarının doldurulma və boşaldılma
qaydalarını və rejimlərini; istifadə olunan
turşuların, qələvilərin xüsusiyyətlərini və
onlarla işləmə qaydalarını; akkumulyator
batareyalarının elementlərində gərginliyi ölçmək
üçün nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi
şərtlərini.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif tipli və
həcmli akkumulyatorların, akkumulyator batareyalarının təmiri
üzrə sadə və orta ağırlıqlı işlərin
yerinə yetirilməsi. Batareya elementlərindəki zədələrin
aşkar edilməsi və onların aradan götürülməsi. Doldurma
aqreqatlarının cari təmiri. Akkumulyator batareyalarında
elektrolitin və separasiyanın (ayırma məhlulunun) dəyişdirilməsi.
Qəliblərin və aqreqatların tədarükü.
Qurğuşunlu birləşmə zolaqlarının və
ucluqların tökülməsi. Borulara dirəkli dayaq şüşələrin
və qurğuşunlu araqatların qoyulması. Müəyyən
olunmuş tərkib üzrə elektrolitin hazırlanması. Birləşmə
detallarını düzəltməklə akkumulyator batareyaları
elementlərinin qurulması və sökülməsi. İşləyən
batareyaların elementlərində şlamın təmizlənməsi.
Akkumulyatorların işə salınması üçün təlimatda nəzərdə
tutulmuş bütün işlərin yerinə yetirilməsi.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; eyni tipli akkumulyator
batareyalarının quruluşu və iş prinsipini; doldurma
aqreqatının prinsipial sxemini; lövhəciklərin birləşdirmə
qaydasını və onların qütblərini; akkumulyator
batareyalarının təmiri və xidmətində tətbiq
olunan aparat və cihazların quruluşunu; akkumulyator
batareyaları elementlərində zədə növlərini və
onların aradan götürülmə üsullarını; akkumulyator
batareyaları elementlərinin sökülüb yığılmasında
və təmirində iş fəndlərini və əməliyyatların
texnoloji ardıcıllığını; akkumulyatorların təmirində
tətbiq olunan materialların əsas fiziki və kimyəvi
xassələrini; müxtəlif tipli akkumulyatorlar və batareyalar
üçün elektrolitin hazırlanma qaydalarını; nəzarət-ölçü
cihazlarının quruluşunu.
İşin
xüsusiyyəti
4-cü dərəcə
Akkumulyatorların
və müxtəlif tipli və həcmli akkumulyator
batareyalarının təmiri üzrə mürəkkəb işlərin
yerinə yetirilməsi. Doldurma aqreqatlarının orta təmiri.
Doldurma zamanı gərginliyin və cərəyanın qüvvəsinin
tənzimlənməsi. Akkumulyator batareyalarında zədələrin
müəyyən edilməsi və aradan götürülməsi.
Maşın ötürücülərinə, civə düzləndiricilərinə,
cərəyan bölüşdürücü lövhələrə xidmət.
Akkumulyator batareyalarının sınaqdan keçirilməsi.
Akkumulyatorların və batareyaların sonrakı istismara
yararlı olmasının müəyyənləşdirilməsi.
Elementlərarası birləşmələrin
quraşdırılması. Elektrolitin keyfiyyətinin müəyyən
edilməsi. Akkumulyatorların və batareyaların təmirdən
əvvəl və təmirdən sonra texniki sənədlərinin
hazırlanması və rəsmiləşdirilməsi.
Bilməlidir: müxtəlif
tipli və həcmli akkumulyator batareyalarının konstruktiv
quruluşunu və iş prinsipini; doldurma aqreqatları
avadanlığının quruluşunu, akkumulyator
batareyalarının quraşdırma və qurulma şxemini;
elektrik-ölçü cihazlarını və turşularda, qələvilərdə
və qazlarda sıxlığı ölçmək üçün cihazları,
akkumulyatorların, distillatorların və doldurma
aqreqatlarının təmiri qaydalarını; akkumulyator
istehsalında istifadə olunan turşuların, qələvilərin,
qurğuşunun, boyaların fiziki və kimyəvi xassələrini;
batareya elementlərində qısa qapanmanın tapılma və
ləğv olunma metodlarını; köynəyin
hazırlanması üçün qurğuşunun ölçülərə və
çertyoja münasib düzəldilməsi və biçilməsi
üsullarını; işləyən dövrədən
ayrı-ayrı elementlərin çıxarılma qaydasını;
akkumulyatorların doldurulması və boşaldılması
zamanı gərginlik normalarını.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Akkumulyatorların
və müxtəlif tipli həcmli akkumulyator batareyalarının
təmiri və qəlibə tökülməsi üzrə xüsusən mürəkkəb
işlərin yerinə yetirilməsi. Akkumulyator
batareyalarının qəlibləmə və doldurma rejiminin
seçilməsi. Bütün tipli gəmi akkumulyatorlarında təmirdən
qabaq nöqsanların tapılması. Akkumulyatorların həcmindən,
gərginliyindən və doldurma aqreqatının gücündən asılı
olaraq akkumulyatorların birləşmə sxeminin və yük
(enerji) dövrəsində tənzimedici müqavimətin
hesablamalarının aparılması. Bütün tipli gəmi
stasionar və daşına bilən akkumulyatorların təftişi
və sınaqdan keçirilməsi. Distillatorların təmir həcminin
müəyyənləşdirilməsi. Bütün gəmi növlərində
zavod, hərəkət (sürət) və dövlət
sınağı dövründə akkumulyatorlara xidmət göstərilməsi
və onların sifarişçiyə təhvil verilməsi.
Elektrolitin kimyəvi tərkibinin düzəldilməsi. Geridə
qalan elementlərin qəliblənməsi. Doldurma
aqreqatlarının əsaslı təmiri. Hidrogen
aparatlarında qalay işlərinin görülməsi. Gərginlik
altında olan batareyaların təmiri üçün ayrı-ayrı
elementlərin kəsilmə sxeminin tərtib edilməsi.
Doldurma stansiyaları avadanlığının və
aparaturalarının təmiri və xidməti üzrə texniki sənədlərin
və uçotun aparılması.
Bilməlidir: fizika
və kimyanın əsaslarını; bütün tiplərdən və
həcmlərdən olan akkumulyator batareyalarının
konstruksiyasını; doldurma stansiyalarının
avadanlığını; akkumulyatorların həcmindən və
gərginliyindən və doldurma aqreqatının gücündən
asılı olaraq yük (enerji) dövriyyəsində akkumulyatorlarla tənzimləyici
müqavimətin birləşmə sxeminin hesablanma
qaydasını; elektrik-ölçü cihazlarının və
turşuların, qələvilərin və qazların
sıxlığını ölçmək üçün lazım olan
cihazların quruluşunu; gəmi akkumulyatorlarının,
distillatorlarının və doldurma aqreqatlarının təmir
qaydalarını; akkumulyator batareyalarının işinin uçota
alınma və zəruri texniki sənədlərin tərtib
olunma üsulu və qaydasını.
11.
AKUSTİK TƏCRÜBƏLƏR OPERATORU
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Yüksək
ixtisaslı operatorun rəhbərliyi altında hava səsinin və
titrəyişin ölçülməsi və spektral təhlili. Hava səsinin
ümumi səviyyəsinin ölçülməsi. Səs ölçənin (titrəyiş
ölçənin) işə hazırlanması, mikrofonun (titrəyiş
qəbuledicinin) qurulması, əqrəbli cihazlardan göstəricilərin
çıxarılması və jurnala qeyd edilməsi.
Bilməlidir: səs
ölçən və titrəyiş ölçən aparatlarla iş
qaydasını, onların iş prinsipini; səs və titrəyişin
fiziki təbiətini; elektrotexnika üzrə sadə məlumatları.
İş
nümunələri.
1.
Daşıyıcı aparatların qida bloku - iş qabiliyyətinin
yoxlanılması və elementlərin dəyişdirilməsi.
2. Titrəyiş
qəbuledicisi - təcrübə aparılan səthin üzərində
qurulması.
3. Mikrofon - səs
enerjisini əks etdirən səs mənbəyi və səthinin
qurulma nöqtəsinin düzgün seçilməsi.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Hava səsinin və
titrəyişin ölçülməsi və spektral təhlili. Yüksək
ixtisaslı operatorun rəhbərliyi altında özüyazanda və
ya maqnitofonda akustik proseslərin qeydiyyatı. Qoyulmuş sxemlər
üzrə Ölçü traktlarının tərtibatı, aparatların
kalibrləşməsi və onlara texniki xidmət.
Bilməlidir:
cihazların kälibrləşməsi qaydası və quruluşu
haqqında məlumatları; səsin ölçülməsi (titrəyişin
ölçülməsi) metodikasını; səslə mübarizənin
texnikası üzrə ümumi məlumatları; elektrotexnikanın əsaslarını.
İş
nümunələri.
1. Mikrofon kabeli - səsləndirilməsi.
2. Qoruyucular,
rezistorlar, kondensatorlar - dəyişdirilməsi.
3. Hava səsinin və
titrəyişin spektro-qrammının özüyazanda qeydiyyatı.
4. Ölçü traktı
(maqnitofon, spektrometr, özüyazan) - spektral təhlilin
aparılması.
13.
AKUSTİK TƏCRÜBƏLƏR OPERATORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Hava səsinin, səs
və aşağı tezlikli titrəyişin ölçülməsi, darxətli,
üçaktavalı və statistik təhliledicilərin köməyi ilə
akustik proseslərin spektral təhlili, özüyazıcıda,
mikrofonda və şleyfli ossilloqrafda qeydiyyat. Sualtı səsin
ölçülməsində iştirak etmək. Ölçü yekunlarının
işlənilməsi. Ölçü sxemlərinin sazlanması, aparatların,
amplituda-tezlik xüsusiyyətlərinin çıxarılması, onun
işində olan sadə nasazlıqların aradan
qaldırılması.
Bilməlidir: ölçü
cihazlarının iş prinsipini və blok-sxemini; səsin
maqnit yazısını; assilloqraflaşdırma və
tenzometrləşdirmənin prinsiplərini; ölçülərdə
buraxılan səhvlərin səbəbini və mənbəyini;
akustik təcrübələrin təşkili və aparılma
qaydasını; texniki akustikanın, səs və titrəyişlə
mübarizə texnikasının əsaslarını; hava və
sualtı səs və titrəyişin fiziki təbiətini;
elektrotexnikanın əsaslarını.
İş nümunələri.
1. Mexanizmin əsasının
titrəyiş səviyyəsinin spektroqrammı - oktava sahəsində
sürət üzrə səviyyəsinin yenidən hesablanması.
2. Təcrübə
titrəyiş lövhəsi - vericilərin qurulması, ölçü
traktının kalibrləşməsi, nəzarət ölçülərinin
seriyalarının aparılması.
4. Maqnit lentinə
yazılmış səslərin -səslənməsi və
spektrometr və ya statistik təhliledicinin köməyi ilə təhlili.
14.
AKUSTİK TƏCRÜBƏLƏR OPERATORU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Hava səsinin və
titrəyişin parametrlərinin gəmilərdə, sxemlərdə
və istehsalat binalarında, təcrübə lövhələrində
fəaliyyət göstərən sənədləşməyə
əsasən ölçülməsi. Maşın, avadanlıq, alətlər
və mexanizmlərin səs (titrəyiş) səviyyəsinin
və spektrlərin, gəmi mənbələrinin su altı səsinin
təhlili və ölçülməsi. Ölçülərin yekununun işlənilməsi,
protokol və digər akustik sənədləşmələrin
tərtib edilməsi. Ölçü və təhliledici aparatların
texniki xüsusiyyətinə nəzarət, ona xidmət,
sazlanması, çətin olmayan ayrı-ayn təmirin
aparılması.
Bilməlidir:
akustika aparatları sxemlərinin birləşmə və
elementlərinin qarşılıqlı əlaqəsini; hava səsi
və titrəyiş üzrə nəzarət qaydalarını və
normaları; akustik ölçü üçün aparatların texniki xidmətinin
qaydalarını; sənaye akustikasının və
elektronikanın, hidroakustika və elektroakustikanın elementlərini.
Orta ixtisas təhsili
tələb olunur.
İş
nümunələri.
1. Səs generatoru
- dəqiq tezlik ölçənlə yoxlama və qurulması.
2. Şlifləyici
pnevmatik əl maşını - titrəyişin ölçülməsi və
təhlili, normalarla müqayisəsi və rəy verilməsi.
3. Ölçü traktına
çıxış vaxtı faydalı siqnalın
olmamasının - sxemin birləşmə və elementləri
üzrə yoxlanılması.
4. Gəmi
havasının kondisionerləşməsi sistemi - kayutalarda səsin
səviyyəsi və spektrinin ölçülməsi.
15.
AKUSTİK TƏCRÜBƏLƏR OPERATORU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Bütün növ səs və
titrəyiş mənbələrinin, impulsu da daxil olmaqla
akustik təcrübələrinin həm stasionar, həm də səyyar
obyektlərdə aparılması. Su altı səsin, səs
izolə edilməsinin, titrəyiş izolə edilməsinin, səs
udulmasının ölçülməsi. Ölçülmənin nəticələrinin
işlənilməsi və tərtib edilməsi, tanış
metodikalara əsasən sadə hesabların aparılması, təcrübənin
iş planlarının işlənib hazırlanması. Ölçü
traktlarının blok sxeminin tərtib edilməsi, onların
montajı və sazlanması. Ölçü, təhvil və qeydiyyat
aparatlarına texniki xidmət, yüksək dəqiqlik cihazları
ilə iş. Cihazların yoxlanılması və təmiri.
Bilməlidir: səslə
mübarizə metodu və vasitələrini, səs və titrəyişin
nəzarəti və normalaşdırılması
qaydasını, onların reqlamentləşdirilməsi sənədlərini,
akustik ölçü qurğularını və sxemini; səsin
yazılması və səsləndirilməsini; akustikanın,
hidroakustikanın, elektrotexnika və sənaye
elektrotexnikasının əsaslarını; işdə istifadə
edilən cihazların kalibrləşməsi, sazlanması və
təmiri qaydalarını.
Orta ixtisas təhsili
tələb olunur.
İş
nümunələri.
1. Titrəyişi
izoləedən boru generatorunun asılması - lamla və
bünövrədə titrəyişin səviyyə və spektrlərinin
ölçülməsi, amortizatorların səmərəliliyinin müəyyənləşdirilməsi.
2. Gəmi dizelinin
işlənmiş qazının sistemi - sistemlə müəyyənləşdirilmiş
hərəkət körpüsü qanadlarında səsin səviyyəsinin
ölçülməsi və təhlili.
3. Ölçü gücləndirici
- nasazlığın aşkar edilməsi, təmir, sazlama,
tezlik xüsusiyyətlərinin çıxarılması.
4. Oktavlı filtrlər
- tezlik xüsusiyyətlərinin çıxarılması, onların
element sxemlərinin sazlanması və tənzimlənməsi.
16.
ASETİLEN QURĞUSUNUN GENERATORÇUSU
İşin
xüsusiyyəti
2-ci dərəcə
Asetilen
qazgeneratorlarının, 15 kub m. s-dək məhsuldarlığı
olan qurğu və ya stansiyaların təmiri və onlara xidmət.
Kalsium karbidi ilə qazgeneratorlarının və təmizləyici
kütlə ilə təmizləyicilərin doldurulması.
Kalsium karbidli
barabanların açılması, cəftələrdə su səviyyəsinin
yoxlanılması. Şlanqların və tıxac ventillərin
qoşulması. Borularda və su təmizləyicilərində
kondensasiya edən suyun boşaldılması.
Qazgeneratorların işinin və qazın keyfiyyətinin
müşahidə olunması. Balonların tərəzidə çəkilməsi.
Balonların qazla dozalaşdırılması. Təmir
zamanı qazgeneratorların açılıb
yığılması.
Bilməlidir: qazlar
haqqında fizika və kimyadan elementar məlumatları; kalsium
karbidindən asetilenin alınması prinsiplərini; asetilen
qazgeneratorlarının, tənzimləyicilərin və hidrocəftələrin
quruluşunu; asetilen qurğularından istifadə
qaydalarını; kalsium karbidin xassələrini və saxlanma
qaydalarını; qazholderin quruluşunu, həcmliyini və
maksimum qalxma hündürlüyünü; təmizləyicilərin yenidən
doldurma müddətlərini; xidmət olunan sahədə nəzarət-ölçü
cihazlarının təyinatı və tətbiqi
qaydalarını; kalsium karbidi olan barabanların açılma
qaydalarını.
17.
ASETİLEN QURĞUSUNUN GENERATORÇUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Asetilen
qazgeneratorlarının məhsuldarlığı 15-dən
artıq 50 kub m. s-dək olan qurğu və stansiyaların,
naviqasiya avadanlığı üçün məhsuldarlıqdan
asılı olmayan işıqlandırıcı asetilen
qazı hasil edən qazgeneratorların və qurğuların təmiri
və onlara xidmət. Quruducuların, yuyucuların, təmizləyicilərin
və əridicilərin yenidən doldurulması. Asetilendə
qatışıqların-ftorlu hidrogenin, hidrogen sulfidin,
havanın və s. asetilen qurğusunun yaxud stansiyanın
işlədiyi şəraitdə mövcudluğunun müəyyən
edilməsi. Asetilen kompressoruna xidmət və onun işindəki
nasazlıqların aradan qaldırılması. Boruların
balon ventillərinə birləşdirilməsi və
onların dolması üzərində müşahidə.
Qapaqların, araqatların və digər armaturanın yaxud hissələrin
dəyişdirilməsi.
Bilməlidir:
asetilendə
qatışıqların müəyyən edilməsi
üsullarını; müxtəlif asetilen qazgeneratorlarının, təmizləyicilərin,
quruducuların və hidrocəftələrin quruluşunu;
asetilen alınması üzrə texnoloji prosesi və onun təmizlənmə
və qurudulma qaydalarını; asetilen qurğusunun yaxud
stansiyanın kommunikasiya sxemini, ventil, qapaqların və digər
armaturanın yerləşməsini; balonların asetilenlə
doldurulma qaydasını; nəzarət-ölçü cihazlarının
quruluşunu.
18.
ASETİLEN QURĞUSUNUN GENERATORÇUSU
İşin
xüsusiyyəti
4-cü dərəcə
Asetilen
qazgeneratorların məhsuldarlığı 50 kub m. s-dən
yuxarı olan qurğuların yaxud stansiyaların təmiri və
onlara xidmət. Qazaoxşar asetilenin alınması və təmizlənməsi
üzrə texnoloji prosesin parametrlərinin təmizlənməsi.
Kalsium karbidi dolduran mexanikləşdirilmiş xəttin, karbid
bunkerlərini nəql edən xəttin, qazgenerator ötürücülərinin,
dövriyyə su təchizatının vəziyyətinin və tənzim olunmasının, nəzarət-ölçü aparatlarının
və siqnalizasiyanın idarə olunması və onların işləməsinə
nəzarət. Təmirdən çıxan avadanlığın qəbulu
və buraxılış-saxlama işlərinin
aparılması.
Bilməlidir:
qazaoxşar asetilenin istehsalı üçün texnoloji prosesi; müxtəlif
sistemli asetilen qurğularının konstruksiyasını; nəzarət-ölçü
aparatlarının tənzimlənmə üsullarını;
lazımi texnoloji sənədlərin tərtibi və
aparılma qaydalarını.
19.
BALON QƏBULÇUSU
İşin
xüsusiyyəti
2-ci
dərəcə
Boş
balonların qəbulu, uçotu və xarici baxışı.
Boş balonların növbəti doldurulmaya
yararlığının müəyyən edilməsi.
Balonların təmir üçün seçilməsi. Təmirə və
hidravlik sınağa göndərilən balonlar üçün sənədlər
tərtib edilməsi. Tədarükçülərə verilən
balonların və xarab balonların uçotunun aparılması.
Bilməlidir: müxtəlif
tipli balonların quruluşu və xarakteristikasını; maye
və sıxılmış qazlar üçün təyin olunmuş
balonlara qoyulan tələbləri; balonlarda buxarlanmayıb qalan
qazların miqdarının müəyyənləşdirmə
üsullarını; balonların maye və sıxılmış
qazla doldurulma normasını; tərəzilərin
quruluşunu və onların yoxlanılması və tənzimlənməsi
üsullarını; balonların nasazlığının müəyyən
edilməsi üsullarını; balonların sınaq müddətini;
balonların nəql etdirilməsi qaydasını; balonların
uçotu formalarını.
20.
BALON QƏBULÇUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Doldurulmuş
balonların qəbulu, uçotu və xarici baxışı.
Doldurulmanın germetikliyinin və ventillərin doldurulmadan
sonrakı işinin yoxlanılması. Özübağlanılan
klapanların vəziyyətinin yoxlanılması. Boş və
qazla doldurulmuş balonların nəzarət üçün çəkilməsi.
Balonların doldurulması jurnalında qeydiyyatın
aparılması. Avtomatik cihazların vəziyyəti və
işi barədə jurnalda qeydlərin aparılması.
Bilməlidir:
balonların sıxılmış və
durulaşdırılmış qazla doldurulması üzrə
avtomatik cihazların və özübağlanılan klapanların
quruluşunu; balonlardan buxarlanmayıb qalan
durulaşdırılmış qaz qalıqlarının
boşaldılması üsullarını; boş və
doldurulmuş balonların çəkilməsi qaydasını.
21.
BALONLARI DOLDURAN
İşin
xüsusiyyəti
2-ci dərəcə
Doldurucu rampalarda
balonların təzyiq altında qaz və kimyəvi maddələrlə
doldurulması. Kommunikasiya və rampa armaturuna xidmət.
Balonları doldurmaq üçün doldurucu rampaya verilməsi. Balonların
sıxılmış və mayeləşdirilmiş qazlarla
doldurulması üzrə avtomat cihazlarının işinin tənzimlənməsi.
Özü bağlayıcı klapanların vəziyyətinin
öyrənilməsi. Boru kəmərləri
avadanlığının, oksigenli armaturların və
doldurucu qurğuların cari təmirində iştirak etmək.
Doldurulmuş balonların rampadan nəql etdirilməsi və
anbarlaşdırılması. Qazların və kimyəvi maddələrin
təsnifatından asılı olaraq balonların rənglənməsi
və möhürlənməsi. Balonların doldurulması üzrə sənədlərin
aparılması. Balonlar üzrə pasportların doldurulması.
Bilməlidir:
təzyiq
altında qaz və kimyəvi maddələrin
alınmasının texnoloji prosesləri haqqında məlumatları;
doldurucu rampanın iş prinsipini; qapayıcı-tənzimləyici
armaturun, qoruyucu qurğuların və boru kəmərlərinin
yerləşmə sxemini; qazın və kimyəvi maddələrin
tərkibindən asılı olaraq balonların boyanmalı
olan rənglərini; qaz sızılmasının aşkar
edilməsi və boru kəmərlərində su olmasının
müəyyənləşdirilməsi və aradan
qaldırılmasını; təzyiq altında olan balonlarla
davranmaq qaydalarını; nəzarət-ölçü cihazlarının
təyinatını və tətbiqi şərtlərini.
22.
BALONLARI DOLDURAN
İşin
xüsusiyyəti:
3-cü
dərəcə
Stansiya və xüsusi qurğularda balonların
oksigen və digər qazlarla doldurulması. Balonların maye
xlor, ftorlu hidrogen və freonla doldurulması, stansiyaya verilməsi
və doldurulma üçün qoyulması. Balonların doldurulma səviyyəsinə
nəzarət. Stansiya və qurğularda balonların
doldurulması üzrə avtomatik cihazların iş rejiminin tənzimlənməsi.
Oksigenin boru kəmərləri ilə ötürülməsi. Doldurucu
rampanın, boru kəmərlərinin, armatur və
balonların cari təmiri.
23.
BALONLARI DOLDURAN
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Avtomobil
balonlarının qazdoldurucu kompressor stansiyalarının
qazdoldurucu kalonkalarında sıxılmış təbii qazla
doldurulması. Qaz balonlarına baxış qaz doldurucu
kalonların boru kəmərlərinin, şlanqların,
qapayıcı və qoruyucu armaturun birləşmə
germetikliyinin yoxlanılması və brakın ayrılması.
Avtomobil balonlarının qazın təzyiqi üzrə qazdoldurma
kalonlarında və avtomobil balonlarında doldurma səviyyəsinə
nəzarət. Nəzarət-ölçü cihazların və siqnalizasiya
vasitələrinin avtomobil balonlarının
sıxılmış qazla doldurulması işində
yoxlanılması. Avtomobil balonlarında olan qazın təzyiqi
və temperaturu barədə dispetçerə məlumatların
verilməsi. Qazdolduran kalonların və avtomobillərin
qoruyucu klapanlarının sazlığının
yoxlanılması. Qazdolduran kalonların cari təmirində
iştirak etmək.
Bilməlidir: qazdoldurucu
kalonların quruluşunu; avtomobil qazdoldurucu kompressor
stansiyasında sıxılmış təbii qazın
istehsalının texnologiyasını; təbii qazın
fiziki-kimyəvi xüsusiyyətlərini; müxtəlif tipli avtomobil
balonlarının quruluşunu və xarakteristikasını;
avtomobil balonlarının sıxılmış qazla
doldurulması qaydasını və normalarını;
buraxılmış qazın uçotunun forması və
qaydasını; xidmət olunan avtomobillərin qeyd edilmə
qaydalarını; nəzarət-ölçü cihazları və
avtomatlarının quruluşunu və tətbiqi
qaydalarını; xidmət olunan avadanlığın təhlükəsiz
istismarı qaydalarını.
24.
BALON SINAQÇISI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Balonların 15 MPa
(150 kqs\kv.sm)-dək olan təzyiq altında sınaqdan keçirilməsi.
Balonların sınağa hazırlanması: baxmaq,
yararlığını müəyyən etmək, ərzaq
qalıqlarından içini və üstünü təmizləmək, buxara
vermək, yumaq, qurutmaq və çəkmək. Balonların həcminin
yoxlanılması. Sınaq prosesində aşkar olunmuş
defektlərin aradan götürülməsi. Balonların üzərinə
sınağın göstəricilərini: nömrə, tarix, həcm
və kütləsinin basılması. Balonların pasport üzrə
qeydə alınması. Ventili yoxlayıb balona keçirilməsi.
Balonların sıra ilə yığılması.
Bilməlidir: xidmət
etdiyi avadanlığın quruluşu və
konstruksiyasını; balonların təsnifatını,
balonların sınağı üzrə qazanxana nəzarət
qaydalarını; texniki şərtlərə müvafiq olaraq
balonların sınaq və damğa vurma qaydalarını;
sınaq prosesində aşkarlanmış defektlərin aradan
qaldırılma metodlarını.
4-cü dərəcə:
balonlar 15-30 MPa (150-300 kqs\kv.sm-dən yuxarı) olan təzyiq
altında sınaqdan keçirildikdə.
5-ci dərəcə:
balonlar 30 MPa-dan (300 kqs\kv.sm-dan) yuxarı olan təzyiq
altında sınaqdan keçirildikdə.
25.
BUCURQADÇI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
100 kVt-dək
gücündə elektrik mühərriklərindən ötürücüsü olan yükgötürmə
mexanizmlər tətbiq etməklə yüklərin yerdəyişməsi
üzrə barabanlı bucurqadların idarə olunması və
xidmət göstərilməsi. Kanatların, trosların hərəkət
sürətinin tənzimlənməsi. Tormozların, şkivlərin
və barabanların yoxlanılması. Xəbərdarlıq
siqnallarının verilməsi. Trosların və stropların
birləşdirilməsi və müxtəlif düyünlərlə
bağlanılması. Mexanizmlərin yağlanması və
cari təmirinin yerinə yetirilməsi.
Bilməlidir:
barabanlı bucurqadın quruluşunu; yüklərin yerləşdirilməsi
üçün tətbiq olunan mexanizmlərin və götürmə
qurğularının tiplərini; şərti
siqnallaşdırmanı; bucurqadın işindəki
nasazlıqları müəyyən etmə üsullarını və
onların aradan qaldırılmasını.
26.
BUCURQADÇI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
100 kVt-dan
yuxarı gücündə elektrik mühərriklərindən, daxili yanma
mühərriklərindən, yüklərin yerdəyişməsi üçün
xüsusi meşəyükləmə oxlarla təchiz olunmuş səyyar
qurğulardan ötürücüsü olan barabanlı bucurqadların yükgötürmə
mexanizmləri tətbiq etməklə idarə olunması və
xidmət göstərilməsi. Kömür və şist
şaxtalarında və kəsiklərdə asma-kanat
bucurqadlarının idarə olunması və xidmət göstərilməsi.
Kanatların, trosların və stropların hərəkət
sürətinin tənzimlənməsi. Tormozların,
şkivlərin və barabanların yoxlanılması.
Barabanlı bucurqadların sazlanması.
Bilməlidir: müxtəlif
tipli bucurqadın quruluşunu; yüklərin yerləşdirilməsi
üçün tətbiq olunan mexanizmlərin və götürmə
qurğularının tiplərini; bucurqadın işindəki
nasazlıqları müəyyən etmə üsullarını və
onların aradan qaldırılmasını.
27.
BUNKERÇİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Daha yüksək
ixtisaslı bunkerçinin rəhbərliyi altında elevator,
konveyer, skip qaldırıcıların, boşaldıcı
kuzovu olan vaqonların, başqa qaldırıcı-nəqliyyat
mexanizmlərin vasitəsi ilə bunkerlərin tikə və ya
dənəvarı materiallarla doldurulması. Materialların dəmir
yolu vaqonlarına, avtoboşaldıcılara,
doğrayıb-xırdalayan qurğulara, transportyorlara verilməsinin
müşahidə edilməsi. Cəftələrin və
qidalandırıcı qurğuların idarə olunması.
Konveyerlərin işə salınması və
dayandırılması. Materialların qəbuledici qablara və
transportyorlara bərabər daxil olub yerləşməsinin tənzimlənməsi.
Ocaq qəfəsi aralarında lazımi məsafənin
saxlanılması və bunkerlərin dolmasının
müşahidə edilməsi. Materialın (dağ kütləsinin,
aqlomeratın və başqa materialların)
qatışdırılması. Havadan asılmaların, qalaqlaşmaların,
tıxacların ləğv edilməsi. Qeyri qabaritli tikələrin
sındırılması, iri tikələrin
buraxılış bunkerlərin torunda xırdalanması. Kənar
əşyaların uzaqlaşdırılması. Vaqonların
gətirilməsi, qurulması və doldurulması.
Doldurulmuş vaqonların qoşulması, açılması və
daşınması. Xidmət olunan bunkerin (lyukun) və iş
yerinədək uzanan yolun təmizlənməsi. Bunker cəftələrinin
cari təmiri. Vaqonları boşaltmağa qoymaq üçün konduktora
siqnalın verilməsi.
Bilməlidir:
bunkerin işə salma aparatının, səs və görmə
siqnalizasiya sisteminin quruluşunu; cəftələrin və
daşıma yollarının, konveyer xəttində ötürücü və
dartıcı stansiyaların nəqliyyat mexanizmlərinin
quruluşunu, bunkerin həcmini, qəbuledici qabların yük
götürmə qabiliyyətini, transportyor lentinə yol verilən
yüklənməni; boşaldılan materiala tələb olunan
texniki şərtləri, qeyri-qabaritli tikələrin
xırdalanma və materialın yaprıxlanmadan
qabağının alınması üsullarını; bunkerlərin
təmizlənməsi qaydalarını, qoşquların
konstruksiyalarını; doldurulmuş vaqonetlərin və dumpkarların
açılma və daşınma qaydalarını; səs və
görmə siqnallarının verilmə və qəbuletmə
qaydalarını; nəqliyyat vasitələrinin
boşaldılması qaydalarını.
28.
BUNKERÇİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Elevator, konveyer,
skip
qaldırıcıları, boşaldıcı kuzovu olan
vaqonetlər və digər qaldırıcı-nəqliyyat
mexanizmləri sistemi, avtomatik idarəetmə ilə təchiz
olunmuş pnevmatik nəqliyyatın köməyi ilə bunkerin tikə
və ya dənəvər materiallarla doldurulması. Mexanizmlərin,
pnevmonəqliyyat sistemlərinin, havasorucu qurğuların fasiləsiz
işinin müşahidə edilməsi. Xidmət olunan mexanizmlərin
işə salınması və dayandırılması.
Elektron göstəricilərinin köməyi ilə bunkerlərdə
materialların səviyyəsinə nəzarət. Maqnit
qurğu vasitəsilə metal qırıntılarının
ayrılması. Zəruri hallarda mexanizmlərin əl ilə
idarə olunması. Qəbuledici qurğulara xidmət.
Bilməlidir:
qaldırıcı-nəqliyyat mexanizmlərinin, pnevmonəqliyyat,
avtomatik idarəetmə, nəzarət-ölçü aparatları,
havasorucu və maqnit qurğuları sistemlərinin
quruluşunu və iş prinsipini; mexanizmlərin, cəftələrin
və yanacaq verən qurğuların əl ilə idarə
olunmasını; materialların (dənəvərmetrli tərkibin,
rütubətin, lazımsız qatışıqların) xassələrini
və onlara qoyulan tələbləri; bunkerlərin müxtəlif
materiallara doldurulma və onların bunkerlərdən
boşaldılma qaydalarını.
29.
BUNKERÇİ
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Germetik konveyerin
köməyi ilə bunkerin məsaməli dəmirlə doldurulma
prosesinin aparılması. Məsaməli dəmirin təsirsiz
qazlar atmosferində saxlanma və aktivsizləşdirmə
prosesinin aparılması. Şlüz yükləmə
qurğularının və boşaldılma cəftələrinin
işinə nəzarət. Bunkerdə təsirsiz qazların təzyiqinin
tənzimlənməsi. Havadəyişdirici sistemdə
hidrogenin və bunkerdə oksigenin müşahidə olunması.
Aktivsizləşdirmə prosesinə nəzarət etmək üçün
müxtəlif səviyyələrdə məsaməli dəmirin
temperaturunun ölçülməsi.
Bilməlidir:
şlüz yükləmə qurğularının və
boşaldılma cəftələrinin quruluşunu; məsaməli
dəmirin nəql etdirilməsi və saxlanılmasının
texnoloji prosesini; təsirsiz qazın təzyiq və istifadə
normalarının tənzimlənmə üsullarını;
qazverici və qazötürücü armaturanın kommunikasiyalarını;
qaz rejiminin tənzimlənməsi və temperaturun ölçülməsi
metodikasını; məsaməli dəmirin fiziki və kimyəvi
xassələrini; partlayıcı maddələrin yol verilən
son qatılıq dərəcəsini.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Gücü 30 kVt-a qədər
olan buxar maşını və lokomobilə xidmət,
maşının işlənib hazırlanmasında sürətinin
tənzimlənməsi, işə salınması və
dayandırılması. Qazan odluğunun yandırılması
və istiliyin yanma prosesinin tənzimlənməsi. Qazanın
su ilə qidalandırılması. Nəzarət-ölçü
cihazlarına əsasən lokomobilin qazanında təzyiqə
nəzarət. Qazanın təmizlənməsi, maşın və
köməkçi mexanizmlərin hissələrinin təmizlənməsi.
Buxar maşının və lokomobilin işində olan
nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir: buxar
maşını, lokomobil və köməkçi
avadanlığın quruluşunu və hərəkət
prinsipini; istilik texnikası haqqında əsas məlumatları;
buxar maşınının və lokomobilin işə
salınması və dayandırılması
qaydalarını; qazanların armaturunu və boru kəmərlərinin
sxemini; buxar qazanlarına xidmət üzrə qazan nəzarəti
qaydalarını; buxar qazanlarının təmizlənmə
üsulunu; avadanlığın işində ortaya çıxan
nasazlıqları və onların aradan qaldırılması
üsullarını; nəzarət-ölçü cihazlarının
quruluşunu.
4-cü dərəcə:
gücü 30 kVt-dan yuxarı olan buxar maşını və lokomobilə
xidmət zamanı.
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Vaqonların verilməsi
və vaqonboşaldıcısının qurulmasında vaqonitələyicilərin
və elektrik bucurqadların idarə olunması və
boşaltdıqdan sonra onların
yığışdırılması. Avtoqarmaqların
pazlanması. Sıxıcı qarmaqların yerində
oturması üzərində müşayiət. Vaqonun boşaltmaya
hazır olduğu haqda maşinistə siqnal verilməsi. Vaqonun qalan yükdən təmizlənməsi.
Vaqonboşaldıcıya giriş zamanı
işıqforların arxasınca qapıların və
lyukların bağlanılması. Mexanizmlərin təmizlənməsi
və yağlanması. Kanatların dəyişdirilməsində
və təmir işlərinin aparılmasında iştirak.
Bilməlidir: vaqonitələyənlərin
və elektrik bucurqadların işləmə prinsipini; yerli
siqnalizasiyanı; vaqonların qoyulma qaydalarını; sürtgü
materiallarının növlərini; dəmir yollarında
siqnalizasiya üzrə təlimatı.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Vaqonların yüklənməsi
və həddindən artıq yüklənməsi zamanı
vaqonboşaldıcıların idarə olunması.
Vaqonboşaldıcının işə salınması və
dayandırılması. Vaqonetkaların, tormozların vəziyyəti
və trosların bərkidilməsi üzərində müşayiət.
Vaqonboşaldıcının işi ilə bağlı siqnalların
qəbulu və verilməsi. Vaqonboşaldıcının
yağlanması, təmizlənməsi və
yığışdırılması. Xidmət olunan
avadanlığın işindəki xırda
nasazlıqların aradan qaldırılması.
Bilməlidir:
vaqonboşaldıcının quruluşunu;
vaqonboşaldıcının iş qaydalarını; yerli
siqnalizasiyanı; işlədilən sürtgü materiallarının
növlərini və xassələrini;
vaqonboşaldıcının işində nasazlıqların
aşkar olunma və aradan qaldırılma üsullarını.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Vaqonların
boşaldılmasında bütün sistemdən olan
vaqonboşaldıcının idarə olunması. Vaqonların
vəziyyətinin, trosların bağlanılmasının və
tormozların yoxlanılması. Vaqonboşaldıcının
işi ilə bağlı siqnalların qəbulu və verilməsi.
Kanatların və sıxıcı mexanizmlərin dəyişdirilməsi.
Mexanizmlərə xidmət göstərilməsi və
yağlanması. Aqreqatın cari təmirinin aparılması.
Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə
vaqonların boşaltma pultundan
vaqonboşaldıcıların, vaqonitələyicilərin və
vaqonların qurulmasının, yaxud
vaqonboşaldıcının, vaqonitələyicinin və ya
vaqonboşaldıcının və vaqonların
qurulmasının eyni vaxtda idarə olunması.
Bilməlidir:
xidmət
olunan avadanlığın və mexanizmlərin elektrik sxemlərini,
dəmir yollarında siqnalizasiya üzrə təlimatı; işlədilən
sürtgü materiallarının növləri və xassələrini;
xidmət olunan mexanizmlərin texniki xassələrini; avtomatika
və bloklamanın idarə olunma üsullarını və iş
prinsipini; dəmiryol nəqliyyatında hərəkət və
siqnalizasiya qaydalarını; cari təmirin aparılma
qaydalarını.
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Vaqonları
boşaltma pultundan vaqonboşaldıcının, vaqonitələyicinin
və vaqonların qurulmasının yaxud
vaqonboşaldıcının və vaqonitələyicinin və
ya vaqonların qurulmasının eyni vaxtda idarə olunması.
Vaqonların, tormozların vəziyyətinin və trosların
bərkidilməsinin yoxlanılması. Siqnal qurğuların
göstəriciləri üzrə mexanizmlərin verilmiş iş
rejiminə gətirilməsi. Mexanizmlərə xidmət və
yağlanması. Avadanlığın orta və əsaslı
təmirində iştirak. Vaqonların ayrılması, birləşdirilməsi,
tormozlanması və bərkidilməsi üzrə işlərə
rəhbərlik. İşin davamiyyətinin və
boşaldılmış vaqonların sayının uçota
alınması.
Bilməlidir: xidmət
olunan avadanlığın, mexanizmlərin və
buraxılış aparaturasının kinematik sxemlərini;
elektrotexnikanın əsaslarını; nəzarət-ölçü
cihazlarından və idarəetmə pultundakı siqnalizasiyadan
istifadə qaydalarını; sürtgü materiallarının növlərini;
aqreqatlarının işinin və sürtgü materialları sərfinin
uçot qaydasını; avadanlığın orta və əsaslı
təmirində iştirak etmə qaydasını.
İşin
xüsusiyyəti:
2-ci dərəcə
100 kVt-dək
gücündə elektrik mühərrikinin
havadəyişdirici və havasorucu qurğularına, süzgəclərə,
siklonlara və tüstüsoranlara xidmət. Avadanlığın
işə salınması, yağlanması, profilaktik baxışın
keçirilməsi. Aspirasiya borularının və siklonların
müntəzəm tənzimlənməsi. Qurğunun yeni yerə nəqli.
Yastıqları soyudan suyun dövr etməsi, tozlanan yerlərin
germetik olması və havasorucu qurğuları üzərində,
nəzarət-ölçü cihazlarının və buraxılış
qurğularının üzərində müşahidə. Xidmət
olunan avadanlığın təmirində iştirak. Xidmət
olunan avadanlığın təmizlənməsi,
yağlanması və sazlanması.
Bilməlidir:
tüstüsoranların, havadəyişdirici və havasorucu
qurğularının və köməkçi avadanlığın
iş prinsipini; nəzarət-ölçü cihazlarının və
buraxılış qurğularının təyinatını
və tətbiqi şərtlərini; yağlama yerlərini və
tətbiq olunan sürtgü materiallarını.
İşin
xüsusiyyəti
3-cü dərəcə
100 kVt-dan
yuxarı gücündə elektrik mühərrikləri olan havadəyişdirici
və havasorucu qurğularına, süzgəclərə, siklonlara
və tüstüsoranlara və köməkçi avadanlığa xidmət.
Süzgəcin borularındakı şiberlərin köməyi ilə
tüstüsoranların fırlanma tezliyinin və havasorucu
qurğularının işinin tənzimlənməsi. Xidmət
olunan avadanlığın sazlanması. Xidmət olunan
avadanlığın işindəki qüsurların aşkar edilməsi
və aradan qaldırılması. Qurğunun açılıb
yığılması ilə yeni yerə nəqli.
Bilməlidir: havadəyişdirici,
havasorucu qurğularının, tüstüsoranların və köməkçi
avadanlığın quruluşunu; havaburaxan qovşağın
yerləşməsi sxemini; qurğunun iş rejimini; nəzarət-ölçü
cihazlarının və buraxılış qurğusunun
quruluşunu; tüstüsoranların fırlanma tezliyinin tənzimlənmə
qaydasını; havasorucu şəbəkəsinin sazlanma və
tənzimlənmə qaydalarını; qurğuların və
mühərriklərin işində mümkün olan nasazlıqları,
onların qarşısının alınma tədbirlərini
və aradan qaldırma üsullarını.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Havaqızdırıcılara
xidmət, onların vəziyyətinin yoxlanılması və
ayrı-ayrı əridici, qızdırıcı, termik, dəmirçi,
bərkidici və başqa sobalarda qaz təsərrüfatı
avadanlığının işinə nəzarət, daha yüksək
ixtisaslı qazçının rəhbərliyi ilə
qızdırıcı aparatların havadan qaza və qazdan
havaya keçirilməsi. Qaz təmizləyici qurğulara, qaz
qarışdırıcı stansiyalara, qazholderlərinə,
qaz kəmərlərinə xidmət göstərildikdə, habelə
onların avadanlığının təmirində
iştirak. Qaz odluqlarının yanındakı sahənin təmizlənməsi
və avadanlığın sürtülən qovşaq hissələrinin
yağlanması.
Bilməlidir: sobalarda
metalın əridilməsi prosesi haqqında əsas məlumatları;
havaqızdırıcıların və qaz aparatlarının
quruluşunu; odluq qollarının xassələrini və
qazdan mühafizə aparatında və qaz təhlükəli mühitdə
işləmə qaydalarını.
38.
QAZÇI
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Havaqızdırıcılara
xidmət, onların vəziyyətinin yoxlanılması, və
100 tonadək tutumu olan ayrı-ayrı əridici,
qızdırıcı, termik, dəmirçi, bərkidici və
başqa sobalarda, domna sobasından başqa, qaz təsərrüfatı
avadanlığının işinə nəzarət. Əridici,
qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi
və bərkidici sobalarda lazımi istilik və üfürmə
rejiminin təmin olunması. Qazın təmizlənməsi
prosesində mühərriklərin, nasosların, skrubberlərin
işinin idarə olunması. Qazqarışdırıcı
stansiyaların və qaztəmizləyici qurğuların
avadanlığına xidmət. Lazımi təzyiqli və
kaloriyalı qazın alınmasının təmin edilməsi.
Rənglənmiş məmulatların verilmiş qurutma
temperatur rejiminin saxlanılması-fasiləsiz işə nəzarət,
qaz holderlərinin doldurulması və
boşaldılmasının tənzimlənməsi. Qaz kəmərlərinin
saz vəziyyətinin və onların germetik birləşməsinin
təmin olunması. Qaz klapanlarının su cəftələrində
suyun lazımi səviyyəsinin,
çalovların, navalçaların qurudulması üçün odluqların saz vəziyyətdə
saxlanılması. Generatorların, şlaklıqların və
sex klapanlarının tağ tavanlarının qaz keçiriciliyinə
nəzarət. Xidmət etdiyi obyektdə və ya sahədə
qaz kəmərlərinin və armaturaların təmirində
və təmizlənməsində iştirak.
Bilməlidir: əridici,
qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi
və bərkidici sobaların işində texnoloji proseslərin
əsaslarını; skrubberlərin, avtomatik tənzimləyicilərin,
qazholder avadanlığının quruluşunu; qaz kəmərlərinin
və köməkçi armaturanın sxemlərini.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Havaqızdırıcılara
və əridici sexlərin, yaxud üçədək müxtəlif
konstruksiyalı sobası olan sahələrin (domna sobasından
başqa) və ya 100 tondan artıq tutumlu ayrı-ayrı əridici,
qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi
və bərkidici sobaları olan sahələrin qaz təsərrüfatı
avadanlığına xidmət və nəzarət. Qaz kəmərlərinə
və onların köməkçi qurğularına, qaztəmizləyici
məntəqələrə və qazbölüşdürücü stansiyalara
xidmət. Cihazların vasitəsilə zəhərli
qazların müəyyən edilməsi. Xidmət olunan sobalara
lazımi istilik və üfürmə rejiminin təmin olunması.
Havaqızdırıcıların qazdan havaya və havadan qaza
keçirilməsi. Qazların təmizlənməsi və
qarışdırılması üzrə qurğulara və qaz kəmərləri
qovşağına xidmət. Qazın sərf olunmasına, təzyiqə
və üfürülmə temperaturuna, sulu üfürmədə buxarın sərfinə
nəzarət. Nəzarət-ölçü cihazlarının göstəricilərinin
uçotu və sobaların istilik rejiminə dair müəyyən
olunmuş sənədlərin rəsmiləşdirilməsi.
Xidmət olunan qaz qovşağı avadanlığının
və armaturun təmirində iştirak.
Bilməlidir: əridici,
qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi
və bərkidici sobaların işində texnoloji prosesi; hava əridici
və qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi
və bərkidici sobaların qaz aparatlarının konstruksiya
quruluşunu; qazların fiziki və kimyəvi xassələrini;
xidmət etdiyi sahədə qaz kəmərləri və hava
üfürücü qovşağın kommunikasiya sxemini.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Havaqızdırıcılarına
və əridici sexlərin, yaxud müxtəlif konstruksiyalı və
həcmli üçdən artıq sobası (domna sobasından
başqa) olan sahələrin qaz təsərrüfatı
avadanlığına xidmət və nəzarət. Xidmət
edilən sobalarda lazımi istilik və üfürülmə rejiminin
saxlanılması. Hava üfürücülərinin işinə, qazın təmizlənmə
keyfiyyətinə və texnoloji sobalar üçün qazın bərabər
daxil olmasına nəzarət. Kipkəc rəzələri və
flans birləşmələri vasitəsilə qaz
axınının qarşısının alınması və
aradan götürülməsi. Qaz qutularının iş rejiminin və
sxeminin tənzimlənməsi. Qaz sərfinin və təzyiqinin
uçota alınması və xidmət etdiyi sahədə müəyyən
olunmuş sənədlərin rəsmiləşdirilməsi.
Bilməlidir: əridici
və qızdırıcı sobaların işinin texnoloji
prosesini; havaqızdırıcıların və əridici,
qızdırıcı və bərkidici sobaların qaz
aparatlarının konstruksiya quruluşunu; sobalarda iş
prosesinin tənzimlənməsini; bir rejimdən digərinə
keçmə metodlarını; qazdan istifadə edilməsində
istehlakçıların xüsusiyyətlərini və fəaliyyətdə
olan aqreqatlarda işin xarakterini.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Hidravlik cəftələrin
və xam qaz kollektorlarının, qaz generatorlarının,
tozyığanlarının və fenollu tabaqların qatrandan və
fusdan təmizlənməsi. Qazgenerator qapaqlarının
yandırılma və söndürülməsi. Şlak təmizləyən
mexanizmlərin işinin müşahidə edilməsi. Şlak və
külün yığışdırılması, onların yüklənməsi
və müəyyən olunmuş yerə nəqli. Skrubberin
dayaqlarından və hidrocəftələrdən
şlakın çıxarılması. Hidrocəftələrin
fırlanan qapaqlarına xidmət. Hərəkətdə olan
mexanizmlərin yağlanması. Qaz generatorlarının yanacaqla
doldurulması, onun pikalarla
və pnevmatik alətlərlə
qarışdırılması işində iştirak. Yükləmə
avadanlığına xidmət. Daha yüksək ixtisaslı qaz
generatorçusunun rəhbərliyi altında qazgeneratorlara xidmət
üzrə digər işlərin görülməsi.
Bilməlidir: qaz
generatorların iş prinsipini şlak təmizləyən
mexanizmlərin konstruksiyasını və iş prinsipini;
hidravlik cəftələrin və qaz kollektorlarının yerləşməsi
və quruluşunu; hidrocəftələrin və qaz
kollektorlarının növləri və xüsusiyyətlərini; qaz
generatoru yanacağının növləri və xassələrini,
onun doldurulması və qarışdırılması
qaydasını; hidrocəftələrə suyun verilmə
sxemini; xidmət olunan avadanlığın və mexanizmlərin
işində nasazlıqların müəyyən və ləğv
edilməsi üsullarını; şlakın və külün
çıxarılması və nəql edilməsi
qaydalarını; istifadə olunan cihazları və
qurğuları; qazla zəhərlənmə və buxarlanma
hallarında ilkin yardım göstərilməsi qaydasını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Odun, torf, şist
və kömürlə işləyən kiçik məhsuldarlı qaz
generatorlarında energetik qazın alınmasının texnoloji
prosesinin aparılması. Qaz generatorlarının
doldurulmasının və buxar-hava üfürülməsinin tənzimlənməsi.
Kiçik məhsuldarlıqlı 10-a qədər
qazgeneratorlarına xidmət və onların fasiləsiz
işinin təmin olunması. Buxar-su üzlüklərə,
buxaryığıcılara xidmət. 20000 kub metr/ saatadək
olan qaztəmizləyici qurğularda, sistemlərdə,
aqreqatlarda qazın təmizlənməsi. Pikalarla və
pnevmatik alətlərlə yanacağın
qarışdırılması. Yanma zonalarının ölçülməsi
və qaz generatorlarının işində nasazlıqların
aradan götürülməsi. Generator bölməsində yanma, üfürmə,
temperatur rejimi və istilik mübadilə aparatının işinə
nəzarət. Qaz generator stansiyasının
avadanlığının təmiri üzrə işlərdə
iştirak.
Bilməlidir: qaz
generatorlarının quruluşunu; energetik qazın
alınmasının texnoloji prosesini; yanacağın
qazlaşdırılması ilə bağlı fizika və
kimya üzrə əsas
məlumatları; energetik qazın tərkibi və onun
xassələrini; xam qaz kollektorunun yerləşməsini;
buxar, su və qaz kəmərlərinin sxemini; qaztəmizləyici
sistemin quruluşunu və qazın təmizlənməsinin
texnologiyasını; generatorların yanacaqla doldurulma
qaydasını; onun pikalarla və pnevmatik alətlərlə
qarışdırılması üsullarını.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Kömür, koks, antrasit
və digər bərk yanacaq növləri ilə işləyən
yüksək, məhsuldarlıqlı qaz generatorlarında energetik
qazın alınmasının texnoloji prosesinin
aparılması. Su generatorlarına, dəmir-buxar üsulu üzrə
hidrogen generatorlarına, həmçinin şistin emalı zamanı
buxar-oksigen üfürülmə generatoruna xidmət. Kiçik məhsuldarlıqlı
10-dan artıq qazgeneratora xidmət və onların fasiləsiz
işinin təmin olunması. Yanacaqla yüklənmənin,
yanmanın, üfürmənin, temperatur rejiminin və istilik mübadilə
aparatının müşahidəsi. Su itkilərinin təmizlənməsi.
Qazgeneratorlarının söndürülməsi, qurudulması,
yandırılması və onların qaz sisteminə
qoşulması. Yanma zonalarının söndürülməsi,
odluların, zonalarda əyriliklərin, ikili zonaların,
şlak tağtavanlarının və generatorların işindəki
başqa nasazlıqların aradan götürülməsi. Qaz-təmizləyici
qurğularda, sistemlərdə, məhsuldarlığı 20000
kub metr/saatdan - 40000 kub metr/saatadək olan aqreqatlarda qazın dəqiq
təmizlənməsi. Yanacağın, qazın və
qatranın keyfiyyətinin müəyyənləşdirilməsi.
Qazgenerator sexinin və ya stansiya avadanlığının
işə salınmasında və dayandırılmasında
iştirak.
Bilməlidir:
energetik qazın, sulu qazın və hidrogenin alınması ilə
bağlı fizika və kimyanın əsaslarını; bərk
yanacaqdan energetik qazın alınması üzrə texnoloji prosesi
və onun təmizlənməsi və keyfiyyətinin
yaxşılaşdırılması üzrə tədbirləri;
qazgenerator stansiyasının yaxud bölmənin kommunikasiya sxemini;
xam qaz kollektorlarının, toz qatlarının və qaz
axarlarının quruluşunu.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Qaynayan qatlar
rejimli bərk yanacağın bütün növlərində işləyən
güclü qazgeneratorlarında energetik qazın alınmasının
texnoloji prosesinin aparılması. Qaz təmizləyən
qurğularda, sistemlərdə və məhsuldarlığı
40000 kub metr/ saatdan artıq olan aqreqatlarda qazın zəif təmizlənməsi.
Bütün avadanlığın və generatorun və qaztəmizləyici
stansiyanın kommunikasiya qovşağının işi üzərində
müşahidə. Qazgeneratorı və təmizləyici
aparatların işində nasazlıqların vaxtında
aşkar edilməsi və aradan götürülməsi.
Qazgeneratorlarının yanma, üfürülmə və temperatur
rejiminin, habelə kollektorların, qaznovalarının və
qaztutumlarının qatranlardan təmizlənməsi vəziyyətinə
nəzarət. Qazın keyfiyyətinin yoxlanılması və
onun yaxşılaşdırılması üzrə tədbirlərin
keçirilməsi. Kollektor sistemində qazın təzyiqinin tənzimlənməsi.
Yeni quraşdırılmış, həmçinin təmirdən
sonra armaturanın və qaz aparatlarının Vəziyyətinin
yoxlanılıb qazgeneratorların qəbul olunması və
işə salınması. Qazgenerator və qaztəmizləyici
qurğuların avadanlıqlarının
quraşdırılmasında, sökülməsində və təmirində
iştirak.
Bilməlidir: müxtəlif
sistemli güclü qazgeneratorlarının və yüksək məhsuldarlıqlı
qaztəmizləyici qurğuların konstruksiyasını; hava
və qaz kəmərlərinin, hidravlik aparatların yoxlama
qaydalarını və hidravlik sınaqdan keçirilmə
üsullarını; qazgeneratorun işində nasazlıqların
aşkar edilməsi və aradan götürülməsi üsullarını;
lazımi texniki sənədlərin tutulma qaydasını.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Bərk yanacaqla
işləyən
"Simens" və
"Daxrost" tipli qurğusu olan aşağı məhsuldarlıqlı
qazgeneratoru stansiyasına xidmət.
Xidmət edilən avadanlığın işə salınmazdan əvvəl
yoxlanılması, işə salınması və nəzarət-ölçü
cihazlarının göstəricilərinə əsasən təmizlənməsi.
Mexanizmlərin hərəkət hissələrinin
yağlanması. Avadanlığın işinə nəzarət
və xırda nasazlıqların aradan qaldırılması.
Yüksək məhsuldarlıqlı qazgeneratoru qurğusunun
avadanlığına xidmət zamanı maşinist köməkçisi
kimi işin aparılması. Xidmət ediləni
avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: qaz
generatoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin,
mühərriklərin və digər xidmət edilən mexanizmlərin
iş prinsipini; bərk yanacağın
qazlaşdırılması zamanı energetik qazın
alınmasının texnoloji prosesi haqqında məlumatı;
nəzarət-ölçü cihazlarını təyinatını və
tətbiq edilmə şərtlərini, qaz, buxar, su və hava
kommunikasiyaların sxemini; istehsal olunan qazların xüsusiyyətlərini
və onların saxlanılması şərtlərini;
avadanlıqların yağlanması sistemini və sürtgü
materiallarının nomenklaturasını; diyircəkli
yastıqların qızmasının səbəbini və onun
aradan qaldırılması üsullarını; qazdan zəhərlənmə
və boğulma hallarında ilk yardım göstərilməsi
qaydalarını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Bərk yanacaqla
işləyən "Kommer" və "Qut-Retqer" PD-7
"Giproliz" tipli qurğulu yüksək məhsuldarlıqlı
qaz generatoru stansiyasına xidmət. Xidmət
avadanlığının yoxlanılması və
dayandırılması, onun işinin nəzarət-ölçü
cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi.
Avadanlığın işində olan nasazlıqların müəyyənləşdirilməsi
və aradan qaldırılması. Hərəkət mexanizmlərinin
yağlanması və soyudulması sisteminə nəzarət.
Stansiya avadanlığının cari təmirinin yerinə
yetirilməsi və orta və əsaslı təmirində
iştirak etmək. Qazgeneratoru qurğuları
avadanlığının işinə nəzarət və
uçot qeydlərinin aparılması.
Bilməlidir: qaz
generatoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin,
mühərriklərin və digər xidmət mexanizmlərinin
quruluşunu; bərk yanacağın
qazlaşdırılması prosesinin texnologiyasına əsasən
qaz generatoru stansiyasının kommunikasiya sxemini; nəzarət-ölçü
cihazlarının quruluşunu; istehsal olunan qazın keyfiyyətlərini,
nəql edilməsi və saxlanılması şərtlərini;
qaz generatoru stansiyasının avadanlığının
işindəki nasazlıqların müəyyən edilməsi və
onların aradan qaldırılması üsullarını.
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
QİAP tipli güclü
qurğularla təchiz olunmuş bərk yanacaqla işləyən
qaz generatoru stansiyasına eyni zamanda qazholder təsərrüfatı
və qazın zərif təmizlənməsi qurğusu olan
yüksək məhsuldarlıqlı qaz generatoru stansiyasına xidmət.
Qaz generatoru stansiyasının maşın bölməsinin bütün
mexanizmlərinin kompressor, nasos, havadəyişdiricilərin
verilmə sisteminin işə salınması və
dayandırılması. Buxar, su, hava və qaz boru kəmərlərinin,
təmizləyici aparatların, skrubberlərin və nəzarət-ölçü
cihazlarının işinə nəzarət. Qazholderlərin,
kondensat ayrıcıların, injektorların və qaz təzyiqinin
tənzimləyicilərinin normal işini təmin etmək.
Qazholderlərin qızdırıcı sisteminə və
şaybaların sürgülərində yağın səviyyəsinə
nəzarət etmək. Xidmət edilən
avadanlığın səsindən, taqqıltısından,
qızmasından yaranmış nasazlıqları aşkar etmək
və onları aradan qaldırmaq. Stansiya
avadanlığının cari təmirini yerinə yetirmək
və əsaslı təmirdə iştirak etmək. Qaz
generatoru və qaztəmizləyici qurğu
avadanlıqlarının işinə nəzarət və uçot
qeydlərini aparmaq.
Bilməlidir: mürəkkəb
qaz generatorları, qaztəmizləyici və digər
aparatların quruluşunu; müxtəlif növ yanacağın
qazlaşdırılmasının və qazların təmizlənməsinin
texnoloji prosesini; energetik qazın alınması və
saxlanılması üsullarını; təzyiq altında işləyən
qabların istismarı üzrə texniki nəzarət
qaydalarını. Qaz generatoru
stansiyasının avadanlığının və
qurğularının işində olan nasazlıqların müəyyən
edilməsi və aradan qaldırılması üsullarını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qazkeçən
qovşaqda sızmanın qarşısının
alınması və aradan götürülməsi. Respiratorların və
digər qazdan xilasedici aparatların
doldurub-boşaldılması, təmiri, qurudulması və təmizlənməsi.
Düzgün qazsızlaşdırma üzərində müşahidə.
İş yerlərində müşahidə vəziyyətlərinin
mövcudluğu və onların düzgün saxlanılmasının və
tətbiqinin yoxlanılması. Əleyhqazların dəyişdirilmə
qrafikinə, onlardan istifadə qaydalarına və fəhlələrin
qazlı atmosferdə qalması vaxtına riayət
olunmasına nəzarət. Fəhlələrin qazlı
atmosferdə qalma vaxtının uçota alınması. Zəhərli
buxarın çıxması ilə müşayiət olunan qəzalar
zamanı, habelə bədbəxt hadisələrdə
insanların xilas edilməsi. Qaz təhlükəli işlərdə
istehsalın, qaz təhlükəli yerlərdə havadəyişdiricinin
fasiləsiz işinin müşahidəsi. Qaz təhlükəli yerlərdə
havadan nümunənin götürülməsi. Binalarda və həcmlər
daxilində qaz təhlükəli və qaz elektrik qaynaq işlərinin
aparılmasında təhlükəsizliyin müəyyən edilməsi.
Qazla zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi.
Bilməlidir: qaz
generatorlarının, qaz və qazdan xilasetmə aparatların
quruluşunu; xidmət olunan sexlərdə qaz təhlükəsinin
xarakterini; qaz keçən qovşağın
kommunikasiyalarının söndürülməsi və qoşulması
üsullarını; qazdan xilasetmə aparatından istifadə
qaydalarını; havadan nümunə götürülməsi
qaydalarını; qazdan zəhərlənmə zamanı ilkin
yardım göstərilməsi üzrə tədbirləri.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Qeyri-mürəkkəb
şəraitdə qazdan xilasetmə işlərinin
aparılması. Qazın
sızmasının qabağını almaq
və aradan götürmək tədbirlərinin keçirilməsi.
Qaz keçirici qovşağın və qazdan xilasedici,
aparatların işləməsi üzərində müşahidə
və onların saz vəziyyətdə olmasının təmin
edilməsi. Sexlərdə qaz təhlükəsizliyi vəziyyətinə,
qaztutan və havadəyişdirici qurğularının
işinə, xilasedici və qoruyucu vasitələrin həmçinin
qəza şkaflarında alətlərin düzgün komplektləşdirilməsinə
nəzarət. Təhlükəsiz iş qaydaları haqqında fəhlələrin
təlimatlandırılması. Oksigencanlandırıcı
aparatın tətbiqi ilə zərərçəkənlərə
ilkin yardımın göstərilməsi.
Bilməlidir:
yanacağın qazlaşdırılmasının texnoloji
prosesini; istehsalatda rastlaşan qazların və buxarların tərkibi
və xassələrini, onların düzgün müəyyən edilməsini;
müəssisədə qaz təhlükəsi olan yerləri və
onlara xidmət göstərilməsi qaydalarını; təhlükəsiz
işləmək qaydalarını; qaz təsərrüfatına,
və müəssisənin başqa qaz təhlükəli sexlərinə
xidmət üzrə təlimatı.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Mürəkkəb
şəraitdə qazdan xilasetmə işlərinin
aparılması. Qazpartlayışlı-yanğın təhlükəli
olan sexlərdə, qurğularda, aqreqatlarda və
kommunikasiyalarda müvafiq nəzarət orqanlarının təlimatına
müvafiq yoxlamalar aparılması yolu ilə profilaktik işlərin
görülməsi. Qaztəhlükəli istehsalatlarda qəzaların və
bədbəxt hadisələrin qarşısının
alınması üzrə tədbirlərin işlənib
hazırlanması. Qazpartlayışı-yarığın təhlükəli
olan sexlərdə iş aparmaq və qazdan mühafizə
aparatlarından istifadə qaydaları haqqında fəhlə
və Mühəndis Texniki İşçilərə təlimat verilməsi.
Təhlükəsizlik texnikası üzrə sex kompleks təhqiqat
aparan, qaztəhlükəli iş yerlərinin
siyahısını işləyib hazırlayan və onları
təhlükə qruplarına bölən komissiyalarda iştirak.
Qazdan xilasetmə işləri üzrə nəzəri və
praktiki məşğələlərin keçirilməsi. Zəhərli
qazlar və buxarların çıxması ilə müşayiət
olunan qəzalar, həmçinin bədbəxt hadisələr
zamanı insanları xilas etmək işlərinə rəhbərlik.
Bilməlidir: qazdan
xilasetmə xidməti tərəfindən profilaktiki işin
aparılmasının əsas qayda və formalarını;
bütün qaz kəmərlərinin, həmçinin qaz təhlükəli
istehsalların bütün avadanlığının sxemlərini;
xidmət etdiyi müəssisədə qazdan mühafizə vasitələrinin
və qəzaları ləğv etmək üçün vasitələrin
yerləşməsini; qazpartlayış-yanğın təhlükəsi
olan sexlərdə işə nəzarət aparılması
haqqında müvafiq nəzarət orqanlarının təlimatını.
51.
QAZ VƏ MAYE NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Məmulat səthinin
və vakuum sistemlərinin hava ilə üfürülməsi və üfürüb
təmizlənməsi, vakuum şlanqlarının və vakuum
sistemlərinin çıxış qol borularının spirtlə
silib təmizlənməsi. Süzülən mayenin və adsorbsiya edən
örtüklərin çəkilməsi və təmizlənməsi. Məmulatlara
ultrabənövşəyi şüalarda baxılması. Helium və
haloid sızma axtaranların işə salınması və
iş rejiminə çatdırılması. Kvars diffuz sızma üzrə
sızma axtarıcıların heliuma reaksiyasının
yoxlanılması. Helium balonlarının və
reduktorların helium sisteminə qoşulması. Elektrik ölçü və
mexaniki cihazların köməyi ilə sistemlərdə qazın
və vakuumun artıq təzyiqinin ölçülməsi. Mexaniki və
buxar vuran vakuum nasoslarının istismarı.
Bilməlidir:
vakuumun alınmasına dair əsas məlumatları; ciyə-kvars
lampalarının, lüminessent cihazların: lövhəşəkilli-rotor,
lövhəşəkilli-stator, zolotniklərin-plunjer, buxar-vuran və
soyudan tələlərin iş prinsiplərini; vakuumun ölçülməsi
üçün olan nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi şərtlərini; boyaüfürücülərin, helium və
haloid sızmaaxtarıcıların iş prinsiplərini və
quruluşunu; sızmaaxtarıcıların konstruksiyasında
germetikliyi yoxlamaq üçün istifadə olunan metodları.
İş
nümunələri.
1. Sadə
konfiqurasiyalı tökmələr, döymə və ştamplama pəstahları
- ultrabənövşəyi şüalarla
yoxlama.
2. Artıq təzyiqin
və vakuumun ölçülməsi üçün cihazlar-manometrlərin, mexaniki və
elektrik vakuummetrlərin göstəricilərinin
çıxarılması.
3. Qovuşuq qaynaq
birləşmələri - ultrabənövşəyi
şüalarla yoxlama.
4.
Sızmaaxtarıcı - cihazın işə
hazırlanması və onun işə salınması.
52.
QAZ VƏ MAYE NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sınaqlara
hazırlıq-nəzarət (montaj) sxeminin
yığılması və artıq təzyiqdən istifadə
edərək helium şüaları vasitəsi ilə
ayrı-ayrı detalların üfürmə metodu ilə əməliyyatlararası
yoxlanılması. İstismar qaydalarının tələblərinə
və germetikliyə nəzarət üzrə təlimata müvafiq
helium və haloid sızmaaxtarıcıların istismarı.
Vakuumu və təzyiqi ölçmək üçün nəzarət-ölçü
cihazlarının seçilməsi. Yoxlanılan detalların
germetikliyinin sınaqları üzrə rəy. Stasionar şəraitində
və obyektlərdə məlumatların lüminessent və rəngli
yoxlanılması. Lüminessent defektoskopiya cihazları ilə
işləmək. Təlimata əsasən süzülən mayenin və
adsorbsiya edən örtüklərin hazırlanması. İndikator izləri
üzrə defektlərin qeyd olunması. Defektlərin şərh
edilməsi.
Bilməlidir: əsas
vakuumun alınması metodlarını; nasosla çəkmə
prosesinin əsaslarını; nasosun işləmə sürətini;
boru kəmərlərinin müqavimətini və xidmət etmə
qabiliyyətini; qazların axma rejimini; obyekti təmizləmək
üçün olan avadanlığın və aparatların quruluşunu; fırlanan
və qumvuran nasosların quruluşunu; vakuumu ölçmək üçün olan
nəzarət-ölçü cihazlarının quruluşunu;
sızmaaxtarıcıların elektrik, radiotexnik və vakuum
sistemlərində sadə nasazlıqları;
sızmaaxtarıcıların yoxlama və həssaslığının
tənzimləmə üsullarını; nəzarət obyektlərinin
sınaqdan keçirilmə metodlarını; nəzarət
metodlarının mahiyyətini üstünlüklərini və
çatışmazlıqlarını; lüminessent cihazların
quruluşunu; civə-kvars lampalarının elektrik parametrlərini;
ultra-bənövşəyi şüaların və flüoresensiyanın təbiətini;
mayenin fiziki xassələrini (isladılma, dözümlük, səthi
dartılma, kapillyar təzahürləri), rəngli defektoskopiya
növü üçün boyaq maddələrinin və lüminessent
defektoskopiyası üçün lüminessent maddələrinin növlərini;
penetrantın məmulatın səthinə vurulma və təmizləmə
metodlarını; məhlul hazırlayarkən dəqiq çəkilmiş
maddə miqdarını almaq üçün analitik tərəzidən
istifadə qaydalarını.
İş
nümunələri.
1. Metallurgiya və
energetika avadanlığının hissələri - döymə,
yayma və mexaniki emaldan sonra lüminessent və 4 rəngli metodlarla nəzarət.
2. Orta və mürəkkəb
quruluşlu tökmələr, döymələr və
ştamplanmış dəzgahlar - lüminessent və rəngli
metodlarla nəzarət.
3. Qazın və
vakuumun artıq təzyiqini ölçən cihazlar - istilik termobuxar
lampanın işçi cərəyanına qoyulması, boşalma
dərəcəsini müəyyən etmək üçün dərəcələrə
bölünmüş əyri istilik termobuxar lampaların tətbiqi.
4. Helium sistemləri
– manometrin göstəriciləri üzrə sıxlığın
yoxlanılması.
5. Vakuum sistemləri
və sınan kameraları - helium sıxlığının
yoxlanılması.
6. Hissələrdə
və obyektlərdə bucaq qaynaq birləşmələri -
lüminessent və rəngli metodlarla nəzarət.
7. Boru kəmərlərində
qaynaq qovuşuq yerləri - lüminessent və rəngli - metodlarla
nəzarət.
53.
QAZ VƏ MAYE NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yığma vahidlərinin,
qaynaq birləşmələrin və spirallı sistemlərin
germetikliyinə, germetikliyə nəzarət təlimatının
və helium və haloid sızmaaxtarıcıların
istismarına aid təlimatın tələblərinə
müvafiq, nəzarət aparılması. Kvars diffuziya
sızması üzrə yaxud təmiz hava kamerasının köməyi
ilə sızmaaxtarıcılarda həssaslığın
saxlanılması. Radioblokların iş rejimlərinin tənzimlənməsi.
Alçaq vakuumun və qazın təzyiqinin ölçülməsi üçün olan nəzarət-ölçü
cihazlarının dərəcələrinin ölçülməsi.
Stasionar şəraitdə və obyektlərdə məmulatlara
kompleks nəzarətin aparılması. İndikator izlərinin
xüsusiyyətinə görə defektin xarakterinin müəyyənləşdirilməsi. Sxematik
nəzarət xəritələrinin
tutulması. Nəzarət metodunun seçilməsi-lüminessent, rəngli,
kompleks-səthin vəziyyətindən və qaynaq birləşmənin
düzülüşündən asılı olaraq. Lüminessent aparatında,
frosselin, vakuum cəftələrinin, silfon ventillərin təmiri
daxil olmaqla, nasazlıqların aradan götürülməsi. Vakuum
nasoslarına baxış və onlara texniki xidmət göstərilməsi.
Bilməlidir:
fırlanan yağlı buxar vuran nasosların qurulma
qaydalarını; kütlə-spektrometrik
sızmaaxtarıcıların əsas hissələrinin
quruluşunu; elektrik hissənin vakuum sistemlərini, qidalanma və
idarə olunma bloklarını; germetikliyə nəzarət
metodlarını; sınaq qaydalarını; vakuumu ölçmək
üçün olan ionlaşma və mexaniki cihazların iş prinsipini;
qeyri-üzvi və üzvi kimyanın elementar əsaslarını;
maşınqayırma rəsmxəttinin əsaslarını; nəzarət
üçün tətbiq olunan məhlulların və boyaların təyinatını
və xassələrini; laboratoriya avadanlığına xidmət
etmə qaydalarını.
İş
nümunələri.
1. Vakuummetrlər
- istilik buxar lampasının yoxlanılması və dərəcələrə
bölünməsi.
2. Buxar turbinlərinin
kürəkcikləri - lüminessent və rəngli metodlarla nəzarət.
3. Sızmaaxtarıcılar
- maksimum həssaslığı təmin etmək məqsədi
ilə radiobloklarda iş rejimlərin yoxlanılması və
tənzimlənməsi.
54.
QAZ VƏ MAYE NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Məmulatların
yığılmış vəziyyətdə germetikliyinə vibrostendlərdə, buxarla
sınaq stendlərində, istilik vuran stendlərdə və
i.a. sınaqdan əvvəl və sonra nəzarət. Son
"qazla qovuşan yerlərə" nəzarət. Yoxlanılan məmulatlarda stend
sınaqlarından yaxud
"qazla qovuşan yerdə" keçirilmiş sınaqlardan əvvəl
və sonra ümumi qaz sıxlığı olmadığı
aşkar edildikdən sonra
lokal sızmaların
axtarışı. Diffuz,
kapillyar, məsaməli sızmaların və iynəvarı
süzmələrin dərəcələrə bölünməsi.
Sınaq stendində vakuum nasoslarının müxtəlif qazlar
üzrə sınaqdan keçirilməsi. Bütün tipli
sızmaaxtarıcılarda, kütlə-spektrometrik analizatorlarda nasazlıqların aradan
qaldırılması.
Bilməlidir: vəziyyətindən
(təzyiqindən, boşalmasından, temperaturundan)
asılı olaraq qazların mühüm xassələrini; obyektin təmizlənmə
sürətini və nasosun işlədiyi zaman qaz
axınının təzyiqini; boru kəmərinin müqavimətini
və buraxıcılıq qabiliyyətini; vakuum
texnikasının əsas tənliklərini; istilik-buxar tələlərinin,
vakuum ölçülməsi üçün olan maqnit və elektrik boşaldılma
cihazlarının quruluşunu; helium və haloid
sızmaaxtarıcılarda qovşaqların təyinatı və
quruluşunu; aşağı və yüksək tezlikli
generatorların dəyişən və daimi cərəyan gücləndiricilərinin,
düzləndiricilərin və sabitləşdiricilərin
prinsipial sxemlərini; elektrovakuum və qaz-boşaldıcı
cihazların tiplərini və iş prinsipini.
Orta ixtisas təhsilə
malik olmalıdır.
İş
nümunələri.
1. İstilik -
buxar, maqnit, elektrik boşaldıcı vakuummetrləri-sazlanma.
2. Spirala oxşar
konstruksiyalar - qaz sıxlığı olmayan yerlərin
axtarışı.
3.
Sızmaaxtarıcılar - diffuziya sobalarının dərəcələrini
yoxlamaq.
55.
QAZ VƏ MAYE NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Elektron
aparatlarını tətbiq etməklə montaj və təmir
şəraitində konstruksiyaların germetikliyinə nəzarət.
Texniki sənədlərin tələblərinə müvafiq
bütövlükdə konstruksiyada ümumi germetikliyi və onun
qovşaqlarında seyrək defektli yerləri aşkar etmək
üçün nəzarət üsulunun, aparatların və ləvazimatın
seçilməsi. Yığılmış konstruksiyalarda
aparılan nəzarətin nəticələrinə görə
son rəyin verilməsi. Konstruksiyalarda sınaq zamanı
aşkar edilmiş defektlərin həcminin sayca təhlili. Nəzarət
metodikasının işlənib hazırlanması üzrə
eksperimental işlərin yerinə yetirilməsi.
Alınmış işlərin nəticələrinin rəsmiləşdirilməsi.
Kütlə spektrometrik analizatorların elektron optikasının dəqiqləşdirilməsi.
Germetikliyə nəzarət üsullarının metodoloji təminatı.
Bilməlidir:
qazların
molekulyar-kinetik nəzəriyyəsinin elementlərini;
"qaz" və "buxar" anlayışlarını,
doymuş qazların təzyiqini; əsas qaz qanunlarını;
qazların sızma rejimlərini; vakuumu almaq üçün olan
nasosların quruluşunu və iş prinsiplərini;
yoxlanılan məmulatların konstruksiya və texnoloji xüsusiyyətlərini;
mayelərin fiziki xassələrini.
Orta ixtisas təhsilə
malik olmalıdır.
İş
nümunələri.
1. Boru taxtaları
- seyrək defektli yerləri müəyyənləşdirmə və
seyrək defektin həcminə qiymət verilmə.
2. Nəzarət
obyekti - nəzarət üsulunu və onun rejimlərini seçmə.
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Daha yüksək
ixtisaslı qazantəmizləyənin rəhbərliyi altında
bütün tipli qazanların xaricdən və daxildən qızan səthlərinin
ərpdən, yanıqdan, şlakdan, küldən, əl ilə
qazantəmizləyən alətlərini tətbiq etməklə
təmizlənməsi. Təmizləndikdən sonra
qazanların və boruların qızan səthlərinin üfürülməsi
və yuyulması. Sadə qazantəmizləyən alətin
sökülüb təmizlənməsi və yığılması.
Bilməlidir:
qazanların qızan səthlərinin adlarını və
yerləşməsini; qazanların qızan səthlərinin təmizlənməsində
istifadə olunan alətlərin və mexanizmlərin təyinatını;
qazanların qızan səthlərinin təmizlənmə
qaydalarını; əl ilə qazantəmizləyən alətin
sökülməsi, təmizlənib yığılması
üsullarını; fərdi mühafizə vasitələrindən və
yanğınsöndürən inventardan istifadə qaydalarını.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Suqızdırıcı
qazanların xarici və daxili səthlərinin qazantəmizləyən
alətlərini tətbiq etməklə ərpdən,
yanıqdan, şlakdan, küldən təmizlənməsi. Bütün
tipli qazanlarda odluqların, qaz yollarının, bacanın, peçdən
tüstü borusuna qədər olan hissəsinin (borovların),
elektrosüzgəclərin və bunkerlərin təmizlənməsi. Qazantəmizləyən alətin
cari təmiri.
Bilməlidir: xidmət
etdiyi qazan aqreqatlarının qısa xüsusiyyətlərini; tətbiq
olunan qazantəmizləyən alətin quruluşunu;
qazanların qızan səthlərinin və köməkçi
avadanlığın daxildən və xaricdən təmizlənməsi
üsullarını; qazantəmizləyən alətin cari təmiri
qaydalarını; xüsusi geyimin və fərdi mühafizə vasitələrinin
hazırlanması qaydasını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qazantəmizləyici
alətlərdən istifadə etməklə qazanların istilik
borularının və üfüqi-su borularının daxildən
şlakdan, küldən, ərpdən və digər
yığıntıdan təmizlənməsi.
Suqızdırıcı qazanlardan başqa bütün növdən olan
qazanların borulu hava qızdırıcılarının,
siklonlarının, skrubberlərinin, kollektorlarının,
hidrokülayırıcılarının, hərəkətedici
mexanizmlərinin, kül yollarının və üst təbəqələrinin
təmizlənməsi.
Ocağın
temperaturunun qeydə alınması ilə bütün növ qazanların
ocaq ekranlarının şlakdan təmizlənməsi.
Aşqarların hazırlanması və onların bunkerə və
ya müvafiq tutumlara doldurulması, qırıqların
(sınıqların) dəyişdirilməsi və bərpası.
Tələb olunan qatılıqda qələvi məhlulun
hazırlanması. Taxta-şalbanın və s. qurulması.
Bilməlidir: qazan
aqreqatlarının işinə təsir edən üst qatın
çirklənməsi xüsusiyyətlərini; çirklənmə dərəcəsindən
və üst qatın qızdırılmasının konstruktiv əlamətlərindən
asılı olaraq alətin seçilməsi qaydasını;
qırıqların dəyişdirilməsi və bərpası
qaydasını; kimyəvi aşqarların təyinatını;
qələvi məhlulların hazırlanması
üsullarını; işlərin yerinə yetirilməsi üçün
taxta-şalbanın qurulması qaydasını.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Qazantəmizləyici
alətlərdən istifadə etməklə şaquli suborulu
və qazborulu qazanların şlakdan, küldən və digər
yığıntılardan təmizlənməsi.
Bütün tipli qazanlarda
regenerasiya havaqızdırıcıların ekonomayzerlərin,
kondensatorların boru dəstlərinin,
su-buxarqızdırıcıların və soyuducuların təmizlənməsi.
Daha yüksək ixtisaslı qazan təmizləyənin rəhbərliyi
ilə turbinlərin təmizlənməsi. Bütün növ qazan təmizləmə
işlərinin keyfiyyətinə nəzarət, təmizlənmiş
avadanlığın hazırlanıb təhvil verilməsi.
Qazantəmizləyən alətin sazlanması. Xidmət edilən
avadanlığın işi haqqında texniki sənədlərin
aparılması.
Bilməlidir: qazan
aqreqatlarının və istiliyi mübadilə edən
avadanlığın quruluşunu; qazantəmizləmədə
əsas iş növlərinin texnoloji
ardıcıllığını; qazantərnizləmə
işlərinin keyfiyyətinə nəzarət
metodlarını; qazantəmizləyən alətlərin
saxlanma üsullarını; xidmət etdiyi avadanlığın
işi barədə texniki sənədlərin aparılma
qaydalarını.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Barabanlı
qazanların daxildən qızan səthlərinin qazantəmizləyən
alət tətbiq etməklə ərpdən, yanıqdan,
şlakdan, küldən təmizlənməsi. Turbinlərin, bütün
tipli qazanların ekranlı isti buxar alınan qızan səthlərinin
təmizlənməsi. Qazan aqreqatlarında və istilik mübadiləedicilərində
qızan səthlərin çirklənmə vəziyyətinə
görə işin həcminin müəyyən edilməsi. Çıxan
qazlarda temperaturun dəyişməsindən, qaz traktında sahələrin
müqavimətindən, soyuq havanın temperaturundan asılı
olaraq texniki kompleks təmizləmə vasitələrinin
vaxtında işə salınmasına və səmərəli
işləməsinə nəzarət. Qazantəmizləyən
alətin, tətbiq olunan qurğu və mexanizmlərin
sazlanması. Görülmüş işə aktların doldurulması.
Bilməlidir: bütün
tipli qazanxanaların və turbin qurğularının
konstruksiyasını və xüsusiyyətlərini; qazantəmizləmə
işlərinin texnologiyasını; qızan səthlərin
çirklənmə vəziyyətinə görə iş həcminin
müəyyənləşdirilmə metodlarını; texniki
kompleks təmizləmə vasitələrinin təyinatını;
qazantəmizləyən alətin, tətbiq olunan qurğu və
mexanizmlərin sazlama qaydalarını; görülən işlərə
aktların doldurulma qaydalarını.
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Düz axan
qazanların, utilizator qazanlarının daxildən qızan səthlərinin,
buxar-qaz qurğularının qazantəmizləyən alət
və avadanlıq tətbiq etməklə ərpdən,
yanıqdan, şlakdan, küldən təmizlənməsi.
Membranlı şirma, konvektiv isti buxar alıcıların,
ekranların, şaquli və üfüqi boru panellərin təmizlənməsi.
Qazan aqreqatlarının qızan səthlərinin təmizlənməsinin
texnoloji ardıcıllığı və optimal rejiminin ən
səmərəli üsulunun müəyyənləşdirilməsi.
Bütün tipli qazan aqreqatlarının qızan səthlərinin və
müxtəlif istilik mübadilə edən avadanlığın kimyəvi
təmizlənməsi. Qızan səthlərin texniki kompleks təmizləmə
vasitələrinin sazlanması və tənzimlənməsi.
Briqadaya rəhbərlik və bütün qazantəmizləmə
işlərinin keyfiyyətinə nəzarət.
Bilməlidir: istilik
texnikası və istilik mexanikasının əsaslarını;
qızan səthlərin optimal təmizləmə rejiminin müəyyənləşdirilmə
üsullarını; istilik enerji avadanlığının
qızan səthlərinin kimyəvi təmizləmə xüsusiyyətlərini;
qızan səthlərin texniki kompleks təmizləmə vasitələrinin
sazlama və tənzimləmə qaydalarını; qazan təmizləyən
vasitələrin işi haqqında texniki sənədləri,
sxemləri və təlimatları.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
İstehsalat
binalarında havanın sadə və orta mürəkkəbli
analizlərinin aparılması. Metallurgiya sobalarından
çıxan qazların analizi. Şaxtadakı havanın
tozluğunun analizi. Tozudanlarda filtrlərin işlənmiş
borularından keçən metal itkilərinin analizi.
Bilməlidir: toz-qaz
analizinin elementar əsaslarını; oksigenin və hidrogenin müəyyənləşdirilməsi
metodlarının qısa xarakteristikasını; qazların,
havanın və tozun əsas xassələrini; kimyəvi
reaktivlərdən, civə və maye azotdan istifadə
qaydalarını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
İstehsalat
binalarında havanın mürəkkəb analizlərinin
aparılması, tozluğun ölçülməsi. Qazların və tozun
ekspress analizlərinin aparılması. Yüksək keyfiyyətli
generatorlarda işləmək. Kütlə spektrometrlərində
və xromotoqrafda sonralar analiz aparmaq üçün qazların
yığılması. Havanın tərkibində qazların
və tozun olmasını analiz etmək üçün metodların seçilməsi.
Bilməlidir: toz-qaz
analizin əsaslarını; tozudanların, qazçıxanların,
duzluqların və müqavimət elektrik peçlərinin
quruluşunu; ionlaşdırıcı və
maqnitboşaldıcı manometrlərdən istifadə
qaydalarını; çəki və həcm analiz
metodlarını, üzvü, qeyri-üzvü kimya üzrə elementar məlumatları.
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Havanın xüsusi
mürəkkəb analizlərinin aparılması. Xromatoqrafda
qazın qatılığının müəyyənləşdirilməsi,
etalonlu qaz qatışıqlarının tərtib edilməsi.
Xromatoqrafın sazlanması və kalibrləşdirilməsi.
Pnevmometrik borucuqlarda əmsalların yoxlanılması. Defektlər
cədvəlini tutmaq üçün tozudanların tədqiqində
iştirak. Tozudanların, tüstüsoranların, havadəyişdiricilərin,
eksqausterlərin sınaqdan keçirilməsi və sazlanmasında,
avadanlığın, işini səciyyələndirmək və
tövsiyələndirmək üçün materialların işlənilməsində
iştirak. Qaz, maye, bərk fazaların kimyəvi və fiziki
xassələrinin müəyyənləşdirilməsi. Qaz-toz təmizləyən
qurğunun effektivliyinin müəyyən edilməsi. Titrlənmiş
məhlulların hazırlanması. Sexlərdə qurulmuş
stasionar cihazların göstəricilərinin düzgünlüyünün
yoxlanılması. Toz-qaz hesablamalarının yerinə yetirilməsi.
Texniki sənədlərin aparılması. Toz-qaz analizlərində
yeni metodların tətbiqi. Qazın aparatlar üzrə düzgün
bölüşdürülməsinin yoxlanılması.
Bilməlidir: qaz
xromotoqrafıya metodunu; analiz metodunu prinsiplərini və onun
fiziki mahiyyətini; toz və qazudan avadanlığın
sazlanma qaydalarını; cihazların həssaslığının
tənzimləmə üsullarını, xromotoqrafın qaz sxemini,
yarımavtomat reometrin sxemini və sazlama üsullarını;
texniki sənədlərin aparılma qaydalarını.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Texnoloji
qazların və havanın sıxılması və yerdəyişməsi
üçün müxtəlif tipli maşınlara: 3000 kub metr/s-dək qaz və
hava verən boruqazüfürücülərə, hava-qaz üfürücülərə
xidmət, onların işinə nəzarət və tənzimlənməsi.
Maşınların işə salınması və
dayandırılması. Qazın təzyiqi və temperaturuna nəzarət,
işlək hissələrin yağlanması, yağın
soyudulması. Kommunikasiya, nəzarət-ölçü cihazlarının
sazlığına nəzarət. Avadanlıqlara baxış
və cari təmiri, maşın, kommunikasiya, armatur və nəzarət-ölçü
cihazlarının sazlığına nəzarət. Nəzarət-ölçü
cihazlarının nasazlıqlarının müəyyənləşdirilməsi
və onların aradan qaldırılması.
Avadanlıqların planlı-xəbərdarlıqlı təmirində
iştirak etmək. Elektrik enerjisi və sürtgü materialları sərfinin
uçotunu aparmaq. İstehsalat jurnalında qeydlər aparmaq.
Bilməlidir: xidmət
edilən maşın və mühərriklərin quruluşunu;
görülən iş üzrə elektrotexnikanın əsaslarını;
kommunikasiya sxemini; sürtgü materiallarının əsas xüsusiyyətlərini;
yağlama qaydalarını; avadanlığın işində
yaranan nasazlıqların səbəbini və onların aradan
qaldırılması yollarını.
3-cü dərəcə:
saatda 3000-dən - 15000 kub metrədək qaz və hava üfürücü
maşınlara xidmət etdikdə.
4-cü dərəcə;
saatda 15000-dən - 75000 kub metrədək qaz və hava üfürücü
maşınlara xidmət etdikdə.
5-ci dərəcə:
saatda 75000 kub metrdən yuxarı qaz və hava üfürücü
maşınlara xidmət etdikdə.
Qeyd: 1.
Qazüfürücü maşının maşinist köməkçisi maşinistdən
2 dərəcə aşağı tarifləşdirilir, ancaq
onun dərəcəsi 2-ci dərəcədən
aşağı olmamalıdır.
2. Maşinistlər
eyni zamanda elektrik filtrlərinə, boruşəkilli və
sulayıcı soyuduculara xidmət üzrə işləri yerinə
yetirdikdə onlar 1 dərəcə yüksək tarifləşdirilir.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Ümumi istilik
istehsalı 12,6 QC/saat (3 Qkal/saatadək) olan su
qızdırıcı və buxar qazanlarına xidmət və
ya bərk yanacaqla işləyən, istilik istehsalı gücü 21
QC/saatadək (5 Qkal/saatadək) olan su qızdırıcı və
buxar qazanlarına xidmət. Yükgötürmə qabiliyyəti 25 tona qədər
olan dəmiryol kranlarının buxar qazanlarına xidmət.
Qazanların yandırılması, işə salınması,
dayandırılması və onun su ilə təchiz edilməsi.
Yanacağın qırılması, yüklənməsi və
qazanın qarışdırılaraq
qızdırılması. Yanacağın yanmasının tənzimlənməsi.
Qazanda suyun səviyyəsinə, buxar təzyiqi və
qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü
cihazlarının göstəriciləri üzrə nəzarət etmək.
Nasos, motor, havadəyişdiricilər və digər köməkçi
mexanizmlərin işə salınması və
dayandırılması. Qazanların armatur və
cihazlarının təmizlənməsi. Ümumi istilik qüvvəsi
42 QC/saatla (10 Qkal/ saatadək) olan əsas aqreqatlara, xidmət
zonasında yerləşən boyler istilik qurğularına və
ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş
buxarın təmizlənməsi və suyun deaerasiyası. Təyin
edilmiş təzyiqin, suyun və buxarın temperaturunun
saxlanılması. Qazanların yuyulması, təmizlənməsi
və təmirində iştirak etmək. İstehsal və
kommunal qazanxanaların və dəmkeş qaz
generatorlarının kül və şlakının əl ilə
təmizlənməsi. Həmçinin ocaq qəfəsinin, buxar
maşınlarının odluğunun, qazanların və dəmkeşlərin
əl ilə təmizlənməsi. Kül və şlak
tullantılarının sahmana salınması.
Bilməlidir: xidmət
edilən qazanların, forsunların, hava-buxar kəmərlərinin
iş prinsipini və onların tənzimlənməsi
üsullarını; buxar qazanlarının odluğunun
şlaklı və küllü bunkerlərin quruluşunu; istilik izoləedici
kütlələrin tərkibini və, qazan və buxarboru kəmərlərinin
əsas istilik izoləedici üsullarını; sadə və çox
mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiq edilmə şərtlərini; tozşəkilli
yanacağın hazırlanması mexanizminin, forsunka və
kül-şlak ayıran alət və ləvazimatların
quruluşunu; istilik-şəbəkə boyler
qurğularının və ya işlənmiş buxar
stansiyasının avadanlığının iş rejimi və
quruluşunu; buxar maşınının qazanının təmizlənməsi
zamanı təzyiq və havanın lazımi miqdarını;
atmosfer təzyiqinin ocağın divarlarına və alov
qutusuna təsirini; kül və şlakın əsas xüsusiyyətlərini;
dəmiryolu kranlarının yolu və xətti ilə hərəkət
qaydasını; şlak və kül tullantılarının yerləşdirilməsi
qaydasını.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Ümumi istilik
istehsalı 12,6-dan 42 QC/saatadək (3-dən 10 Qkal/saatadək)
olan su qızdırıcı və buxar qazanlarına və ya
qazanxanada 21-dən 84 QC/saatadək (5-dən 20 Qkal/saatadək)
istilik istehsal edən bərk yanacaqla işləyən
ayrı-ayrı su qızdırıcı və buxar
qazanlarına xidmət. 25 tondan artıq yükgötürmə qabiliyyəti
olan dəmiryol buxar kranlarına və ya buxar ekskavator
qazanlarına xidmət. Dartıcı və kül-şlak
ayırıcı qurğuların, stokerin, ekonomayzerlərin,
havaqızdırıcıların, buxar
qızdırıcıların və qidalandırıcı
nasosların işə salınması,
dayandırılması və onların işinin tənzimlənməsi.
Ümumi istilik yükü 42-dən 84 QC/saat (10-dan 20 Qkal/ saatadək), olan
əsas aqreqatların xidmət zonasında yerləşən
istilik şəbəkəsi boyler qurğusuna və ya işlənmiş
buxar stansiyasına xidmət. Qazanxana
avadanlığının fasiləsiz işinin təmin edilməsi.
İstilik kəmərləri sxemində xidmət edilən
aqreqatların işə salınması,
dayandırılması. Tədarükçülərə buraxılan
istiliyin hesabının aparılması. İstehlak və
kommunal qazanxanaları və dəmkeş qaz
generatorlarının kül və şlakının əl ilə
və ya mexaniki üsulla təmizlənməsi. Kül və
şlakın mexanizmlərin köməyi ilə vaqonetkalara və
ya vaqonlara yığılması və lazımi yerə nəql
etdirilməsi; kül və şlak təmizləyən mexanizmlərin,
qaldırıcı-nəqledici avadanlığın,
siqnalizasiyanın, cihaz, aparat və digər qurğuların
düzgün işlənilməsinə nəzarət. Kül və
şlakın xüsusi aparatlarla yuyulması. Xidmət olunan
avadanlığın təmirində iştirak etmək.
Bilməlidir:
işlədilən avadanlığın və mexanizmlərin
quruluşunu; qazanlarda yanacağın rasional yanması
üsullarını; istilik buxar və su kəmərləri və
xarici istilik şəbəkələrinin sxemini;
avadanlıqların iş yekunlarının və tədarükçülərə
buraxılan istiliyin uçotu qaydalarını; avadanlığa xidmət
və onun işində olan nasazlıqları aradan qaldırmaq
qaydalarını; xidmət göstərilən qazanların tiplərini,
şlak və külün yüklənməsi və nəql etdirilməsi
qaydasını və üsullarını; xidmət olunan aqreqat və
mexanizmlərin yağlanması və soyudulması sistemini;
kül-şlak təmizləyən mexanizm və
avadanlıqların işi barədə qeydlərin
aparılması qaydasını; nəzarət-ölçü cihazlarının
sadə və çox mürəkkəb olmayan qurğularını.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Ümumi istilik
istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal) olan su
qızdırıcı və buxar qazanlarına və ya ümumi
istilik istehsalı 84-dən 273 QC/saata (20-dən 65 Qkal/saatadək)
olan, bərk yanacaqla işləyən ayrı-ayrı su
qızdırıcı və buxar qazanlarına xidmət. Nəzarət-ölçü
cihazlarında suyun səviyyəsinə, təzyiqə və
buxarın, suyun və ayrılan qazların temperaturuna nəzarət.
Qazanların işinin tələb olunan buxar qrafikinə əsasən
tənzimlənməsi. İstilik verilməsinə nəzarət.
Ümumi istilik gücü 84 QC/saatdan (20 Qkal/saat) yuxarı olan, əsas
aqreqatlar yerləşən xidmət zonasındakı istilik
şəbəkəsi boyler qurğularına və ya işlənmiş
buxar stansiyalarına xidmət. Avadanlığın işində
olan nasazlıqları aşkar etmək və aradan
qaldırmaq.
Bilməlidir:
qazanların, köməkçi mexanizmlərin və armaturaların
quruluşunu və onlara xidmət qaydasını; istilik
texnikası üzrə əsas məlumatları; istiliyin müxtəlif
məhlullarını və istiliyin miqdarının qazan
aqreqatlarının istilik istehsalına və yanma prosesinə
təsir keyfiyyətini; suyun keyfiyyətinə qoyulan texniki
şərtləri və suyun təmizlənməsi
üsullarını; qazanxana qurğularının işindəki
nasazlıqların əmələ gəlmə səbəblərini
və onların aradan qaldırılması üzrə tədbirləri;
mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi üsullarını.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Ümumi istilik istehsal
gücü 84-dən 273 QC/saatadək (20-dən 65 Qkal/saata) olan su
qızdırıcı və buxar qazanlarına və ya istilik
istehsal gücü 273-dən 546 QC/saatadək olan bərk yanacaqla
işləyən ayrı-ayrı su qızdırıcı və
buxar qazanlarına xidmət. Qida xətlərinin dəyişdirilməsi.
Buxar xətlərinin doldurulması və
boşaldılması. Qazanlara, onların köməkçi mexanizmlərinə,
nəzarət-ölçü cihazlarına profilaktiki baxışda, qazan
aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində
iştirak etmək. Onların təmirdən sonra qəbulu və
işə hazırlanması.
Bilməlidir: su
qızdırıcı və buxar qazanlarının müxtəlif
sistemlərinin quruluşu və iş
prinsipini; qazanxana avadanlığı və mexanizmlərinin
istismar göstəricilərini;
avtomatik tənzimləmə aparatlarının quruluşunu;
cihazların göstəricilərindən asılı
olaraq qazanxanaların iş rejiminin aparılması
qaydasını; qazanxanada borukəmərləri
şəbəkəsinin və siqnalizasiyasının sxemini; nəzarət-ölçü
cihazlarının tənzimlənməsi
qaydalarını.
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Ümumi istilik
istehsalı gücü 273 QC/saatdan yuxarı olan (65 Qkal/ saatdan) su
qızdırıcı və buxar qazanlarına və ya
qazanxanada bərk yanacaqla işləyən 546 QC/saat- dan
yuxarı (l30Qkal/saatdan yuxarı) istilik istehsal edən
ayrı-ayrı su qızdırıcı və buxar
qazanlarına xidmət.
Bilməlidir: mürəkkəb
nəzarət-ölçü cihazlarının və avtomatik tənzimlənmə,
aparatlarının konstruktiv əsaslarını;
yanacağın fiziki xassələrini və istilik yaratma
qabiliyyətini; qazanların istilik balansı elementlərini və
onun tərtib edilməsini; qazanxana qurğularının
faydalı iş əmsalının müəyyənləşdirilməsi
qaydalarını.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Ümumi istilik
istehsalı saatda 12,6 QC-ə qədər (3 Qkal/saata qədər)
olan suqızdırıcı və buxar qazanlarına və ya
qazanxanada ümumi istilik istehsalı saatda 21 QC-ə qədər
olan maye və qaz şəkilli yanacaqla və ya elektrik
qızdırıcısı ilə işləyən
ayrı-ayrı su qızdırıcı və ya buxar
qazanlarına xidmət. Qazanların qızdırılması,
işə salınması və dayandırılması və
onların su ilə qidalandırılması. Qazanlarda suyun səviyyəsinə
buxar təzyiqinə və qızdırıcı sistemə
verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının
göstəricilərinə əsasən müşahidə. Ümumi
istilik yükü 42 QC/saata qədər (10 Qkal/saat) olan əsas
aqreqatlara xidmət zonasında yerləşən istilik
qovşağı boyler qurğularına və ya işlənmiş
buxar stansiyasına xidmət. İşlənmiş buxarın
təmizlənməsi və suyun deaerasiyası. Nasos, mühərriki,
hava dəyişdirici və digər köməkçi mexanizmlərin
işə salınması və dayandırılması.
Armatura və qazan cihazlarının təmizlənməsi. Xidmət
olunan avadanlığın təmirindən iştirak etmək.
Bilməlidir: xidmət
edilən qazanların iş prinsipini; istilik izoləedən
kütlənin tərkibini və qazan və buxar boru kəmərlərinin
istiliyi izolə etməsinin əsas üsullarını; təzyiq
altında işləyən avadanlıqdan və qazdan istifadə
qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi şərtlərini; istilik şəbəkəsi
boyler qurğuları avadanlıqlarının və işlənmiş
buxar stansiyasının quruluşunu və iş rejimini.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Ümumi istilik
istehsalı 12,6 QC/saatdan 42 QC/saata qədər (3-dən 10
Qkal/saatadək) olan maye və qazşəkilli istilikdə və
ya elektrik qızdırıcısı ilə işləyən
ümumi istilik istehsal gücü 21-dən 84 QC/saata qədər (5-dən-
20 Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı
və buxar qazanlarına xidmət, ümumi istilik yükü 42-dən 84
QC/saata qədər (10-dan-20 Qkal/saat) olan əsas aqreqatlara, xidmət
zonasında yerləşən istilik qovşağı boyler
qurğuları və ya işlənmiş buxar
stansiyalarına xidmət. Ekonomayzerlərin,
havaqızdırıcıların, buxarı yenidən
qızdırıcıların və qidalandırıcı
nasosların işə salınması,
dayandırılması, tənzimlənməsi və işinə
nəzarət. Qazanxana avadanlığın fasiləsiz
işinin təmin edilməsi. İstilik xətlərində
xidmət olunan aqreqatların işə salınması;
dayandırılması və istiqamətinin dəyişdirilməsi.
İstehlakçılara buraxılan istiliyin uçotu. Xidmət olunan
avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: xidmət
olunan qazanların quruluşunu; porşenli nasosların, elektrik
mühərrikinin və buxar mühərriklərinin quruluşunu və
iş prinsipini; qazanxana
qurğularının istilik, buxar və su kəmərlərinin
və istilik qovşağının sxemini;
avadanlıqların iş
yekunlarının və tədarükçülərə buraxılan
istiliyin uçotu qaydasını; sadə və orta
mürəkkəb nəzarət-ölçü cihazlarının
quruluşunu.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Ümumi istilik
istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal/saat) plan suqızdırıcı və
buxar qazanlarına və ya qazanxanada maye və qazşəkilli
istiliklə və ya elektrik qızdırıcı ilə
işləyən istilik istehsalı 84-dən 273 QC/saata qədər
(20-dən 65 Qkal/saat) olan ayrı-ayrı
suqızdırıcı və buxar qazanlarına xidmət
edilməsi. Ümumi istilik yükü 84 QC/saat (20 Qkal/saatdan artıq) olan əsas
aqreqatlara xidmət zonasında yerləşən istilik şəbəkəli
boyler qurğularına və ya işlənmiş buxar
stansiyasına xidmət edilməsi. Nəzarət-ölçü
cihazlarının göstəricilərinə əsasən
qazanlarda suyun səviyyəsinə, buxar, su və ayrılan
qazın təzyiqinə və temperaturuna nəzarət etmək.
Buxar tələbatı qrafikinə əsasən qazanların
işinin tənzimlənməsi. Avadanlığın işində
olan nasazlıqların qarşısının alınması
və aradaq qaldırılması.
Bilməlidir: eyni
tipli qazanların, həmçinin köməkçi mexanizm və qazan
armaturunun quruluşunu və xidmət qaydasını; istilik
texnikası haqqında ümumi məlumatı; istiliyin müxtəlif
xüsusiyyətlərini və istilik keyfiyyətinin qazan
aqreqatlarının yanma prosesinə və istilik istehsalına
təsirini; suyun keyfiyyətinə qoyulan texniki şərtləri
və onun təmizlənməsi üsullarını; qazanxana
qurğularının işində yaranan nasazlıqları və
onların aradan qaldırılması tədbirlərini; mürəkkəb
nəzarət-ölçü cihazlarının təyinatını və
tətbiqi şərtlərini.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Ümumi istilik
istehsalı 84-dən 273 QC/saata qədər (20-dən 65
Qkal/saat) olan suqızdırıcı və buxar qazanlarına
və ya qazanxanada maye və qazşəkilli yanacaqla və ya
elektrik qızdırıcı ilə işləyən, istilik
istehsal gücü 273-dən 546 QC/saata qədər (65-dən 130
Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı və
buxar qazanlarına xidmət etmək. Qidalandırıcı xətlərin
dəyişdirilməsi, magistraldan buxarın qoşulması
(birləşdirilməsi) və kəsilməsi
(dayandırılması). Qazanlara, onların köməkçi mexanizmlərinə,
nəzarət-ölçü cihazlarına profilaktik baxışın
keçirilməsi və qazan aqreqatlarının planlı-xəbərdarlıqlı
təmirində iştirak etmək. Qazan və onların
mexanizmlərinin alınması və işə
salınması.
Bilməlidir: müxtəlif
sistemli suqızdırıcı və buxar qazanlarının
quruluşunu və iş prinsipini; qazanxana
avadanlığının və mexanizminin istismar göstəricilərini;
avtomatik tənzimləyici aparatların quruluşunu;
cihazların göstəricilərinə əsasən
qazanxananın iş rejimi qaydasını; qazanxanada boru kəmərləri
şəbəkəsinin və siqnalizasiyanın sxemini; nəzarət-ölçü
cihazlarının sazlanması və tənzimlənməsi
qaydasını.
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Cəmi istehsal
gücü 273 QC/saat (65 Qkal/saatdan artıq) olan
suqızdırıcı və buxar qazanlarına və ya
qazanxanada yanacaq və ya elektrik qızdırıcısı ilə
işləyən istilik istehsalı 546 QC/saatdan (130 Qkal/saatdan
artıq) yuxarı olan ayrı-ayrı
suqızdırıcı və buxar qazanlarına xidmət etmək.
Bilməlidir: mürəkkəb
nəzarət-ölçü cihazlarının və avtomatik tənzimləmə
aparatlarının konstruktiv xüsusiyyətlərini;
yanacağın istilik yaratma qabiliyyətini və fiziki xüsusiyyətlərini,
qazanların yanacaq balansının elementlərini və onun tərtib
edilməsi, qazanxana qurğularının fəaliyyətinin
faydalılıq əmsalının müəyyənləşdirilməsi
qaydalarını.
76.
QƏLİBLƏMƏ VƏ ŞİXTA QATIŞIQLARININ TƏHLİLİ
ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Qəlibləmə,
şixta, özəkli qatışıqların, tikinti və
odadavamlı materialların xüsusi cihazlarda rütubətə,
mexaniki möhkəmliyə, dənəvərliyə, qaz keçirmə
qabiliyyətinə sınaqdan keçirilməsi. Üyüdülmədə
nazikliyin (incəliyin), həcmin, quruma və sıxılma mərhələsinin,
həcm kütləsinin və digər zəruri göstəricilərin
bərabər ölçülməsinin müəyyən edilməsi. Sınaq
üçün nümunələrin hazırlanması. Qəlibləmə,
şixta, özəkli və tikinti materiallarının keyfiyyətinin
iş yerlərində yoxlanılması. Materialın
istehsalatda düzgün tətbiq olunmasına və təyin edilmiş
texnoloji rejimlərə əməl olunmasına nəzarət. Sınaqların nəticələrinin müəyyən olunmuş formalar üzrə
yazılması.
Bilməlidir: qəlibləmə,
şixta, özəkli qatışıqların, tikinti və
odadavamlı materialların xassələrini və təyinatını;
sınaq üçün tətbiq edilən cihazların və
aparatların iş prinsipini; nümunələrə nəzarət
və düzgün sınaqdan keçirilməsi metodlarını; elektrik
qızdırıcı cihazlardan istifadə qaydalarını;
aparılmış sınaqların nəticələrinin
yazılış qaydasını.
77.
QƏLİBLƏMƏ VƏ ŞİXTA QATIŞIQLARININ TƏHLİLİ
ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Yüksək hərarətə
davamlı ərintilər üçün şixta və qəlibləmə
qatışıqların sınaqdan keçirilməsi. Sınaqda
istifadə olunan cihazların və aparatların sazlanması.
Çuqun, polad, əlvan tökmələrin və yüksək hərarətə
davamlı ərintilərin, tikinti və odadavamlı materiallar
üçün qəlibləmə, şixta və özəkli
qatışıqların hazırlanması reseptlərinin tərtib
edilməsi.
Bilməlidir: mümkün
olan bütün qəlibləmə, şixta, özəkli
qatışıqların, tikinti və odadavamlı
materialların xassələrini və
xarakteristikalarını; sınaq üçün istifadə olunan
cihazların və aparatların quruluşunu və onları
sazlama üsullarını; qəlibləmə, şixta, özəkli
qatışıqların, tikinti və odadavamlı
materialların hazırlanmasında texnoloji prosesi; qəlibləmə,
şixta, özəkli materialların və
qatışıqların keyfiyyətsiz hazırlanmasına görə
tökmələrdə zay məhsulun növlərini; qəlib və
özəklərin qurudulma rejimlərini.
78.
QƏBULEDİCİ TELEVİZİYA ANTENALARININ RADİO
MONTYORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Kollektiv qəbuledici
televiziya antenalarının müxtəlif binaların mənzillərində,
digər sahələrdə qurulması və təmiri
(materialların, alətlərin gətirilməsi). Kabelin çəkilişində
müxtəlif növ paylaşdırıcı qutuların və s.
qoyuluşunda iştirak etmək.
Bilməlidir:
elektrotexnika, radiotexnika haqqında ümumi məlumatı; kollektiv
qəbuledici televiziya sistemi avadanlıqlarının
quruluşunu; iş zamanı alətlərdən istifadə
qaydasını.
79.
QƏBULEDİCİ TELEVİZİYA ANTENALARININ RADİO
MONTYORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Kollektiv qəbuledici
televiziya antenalarının paylayıcı şəbəkəsinin
abonent və
magistral kabellərinin çəkilməsi üzrə işlərin
aparılması. Kabelin kəsilməsi və onun
paylayıcı qutu və televizor ştekerinə lehimlənməsi.
Müxtəlif növ televiziya
antenalarının fərdi və kollektiv qəbulu üçün
qurulması, montajı və təmiri üzrə işlərin
aparılmasında iştirak etmək. Fərdi otaq
antenalarının qurulması və
istiqamətləndirilməsi, televizorun işə
salınması və sınaq cədvəli üzrə
quraşdırılması, verilişlərin qəbul edilməsinin
yoxlanılması.
Bilməlidir:
elektrotexnika,
radiotexnika və televiziya üzrə elementar məlumatları; xidmət
edilən avadanlığın quruluşu, qurulması, təmiri
və istismarı qaydalarını və təlimatlarını;
magistral televiziya şəbəkəsinin
paylaşdırıcı qurğularının montajı və
kabellərin çəkilməsinin qayda və üsullarını;
televizorların növlərini; onların işə
salınması və qurulması qaydalarını; ampermetr və
alətlərdən istifadə qaydalarını və təyinatını.
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Dirəyinin
hündürlüyü 5 m-ə qədər olan metrli diapazon dalğalı fərdi
və kollektiv televiziya qəbulunda üç və beş elementli bir
kanallı və ikikanallı televiziya antenalarının
montajı, qurulması və təmiri üzrə işlərin
yerinə yetirilməsi. Metrlik diapazon dalğalı antenalardan
başqa bütün kollektiv və fərdi antenaların qurulması,
montajı, demontajı və təmiri üzrə işlərin
yerinə yetirilməsində iştirak etmək. Antena gücləndiricilərinin
təmiri, onların qurulması və birləşdirilməsi,
paylaşdırıcı şəbəkənin
avadanlıqlarının təmiri. Televiziya sınaq cədvəlindən
istifadə etməklə antenanın keyfiyyətinin müəyyənləşdirilməsi.
Hava kabel xətlərinin qurulması işində iştirak
etmək. Otaq televiziya antenalarının təmiri.
Bilməlidir:
elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını;
xidmət edilən avadanlığın texniki xüsusiyyətlərini
və konstruksiyasını; onların montaj sxemini; fərdi və
kollektiv qəbul antenalarının, paylaşdırıcı
şəbəkənin, kabel və hava keçidlərinin
qurulması, montajı qaydasını; televizor və
antenaların iş keyfiyyətinin yoxlanılması və qiymətləndirilməsi
üçün televiziya sınaq cədvəlinin elementlərinin təyinatını;
televiziya antenaları və paylaşdırıcı şəbəkənin
yoxlanılması və təmiri qaydalarını və
üsullarını; elektrik ölçüləri üçün istifadə olunan
cihazların təyinatını və onlardan istifadə
qaydalarını.
81.
QƏBULEDİCİ TELEVİZİYA ANTENALARININ RADİO
MONTYORU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Dirəyi 5 m-dən
9 m-ə qədər olan metrli və desimetrli diapazon
dalğalı fərdi və kollektiv televiziya
antenalarının, 200-ə qədər televizor və radioqəbuledici
birləşdirilən kollektiv televiziya qəbuledici
antenaların paylaşdırıcı şəbəkələrin
qurulması, montajı və təmiri işlərinin yerinə
yetirilməsi. Desimetrli diapazon dalğalı konventorların
qurulması. Lampalı antena gücləndiricilərinin təmiri.
Kollektiv antena və paylaşdırıcı şəbəkələrin
təhvili, qəbulu, quraşdırılması və
montajında və televiziya siqnallarının keyfiyyətinin
müəyyənləşdirilməsində iştirak etmək.
Bilməlidir:
desimetrli diapazon dalğalı fərdi və kollektiv
antenalarının növünü, konstruksiyasını və texniki
xüsusiyyətlərini; paylaşdırıcı şəbəkənin
avadanlığını; antena və
paylaşdırıcı televiziya şəbəkəsində
olan nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması metodlarını; ağ-qara
televizorların növünü; onların tənzimlənməsi,
qurulması üsullarını; əsas nəzarət-ölçü
cihazlarının tətbiqi qaydasını.
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Sinfazlı
çoxelementli antenaların, televiziya və radio verilişlərini
kollektiv qəbul edən çoxkanallı antenaların, hündürlüyü 9 m
olan dirəkli, ağır şəraitli qəbullar üçün nəzərdə
tutulan mürəkkəb antenaların qurulması, montajı və
təmiri, hava və yeraltı kabel keçidlərin qurulması üzrə
işlərin yerinə yetirilməsi. Tranzistorlu antena gücləndiricilərinin,
konventorların təmiri. Radio və televiziya verilişlərinin
kollektiv qəbulu üzrə yeni quraşdırılmış
antena sisteminin təhvili və qəbulu. 200-dən yuxarı
televiziya və radio-qəbuledicisi olan radio və televiziya
verilişlərinin kollektiv qəbuledici sisteminin
quraşdırılması, montajı və təmiri üzrə
işlərin yerinə yetirilməsi. Televiziya
siqnallarının ölçülməsi və bütün nümunəvi sxemlər
üzrə televiziya və radio verilişlərinin kollektiv qəbulu
sisteminin hesablanması.
Bilməlidir: fərdi
və kollektiv metrli və desimetrli diapazon dalğalı kollektiv
qəbuledici televiziya antenalarının, radio və televiziya qəbulu
üçün olan ümumi antenaların, paylaşdırıcı şəbəkə
avadanlığının növünü, konstruksiyasını və
texniki xüsusiyyətlərini; televizorların növlərini,
onların funksional sxemini; ağ-qara təsvirli televizorların
nasazlıqlarının aşkar edilməsi və aradan
qaldırılması metodlarını; televiziya və radio
verilişlərinin kollektiv qəbulu sisteminin ölçülməsi
metodlarını; nəzarət-ölçü aparatlarından istifadə
qaydasını və onların quruluşunu.
Orta ixtisas təhsili
tələb olunur.
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Gücü 73,5 kVt (100
a.g.-dək) olan bütün daxiliyanma mühərrik sisteminə xidmət.
Gücü 73,5-dən 735 kVt (100-dən 100Q ag.-dək) olan bir neçə
daxiliyanma mühərrikləri sistemindən ibarət olan
qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət.
Mühərriklərin işə salınması,
dayandırılması və onların işinin tənzimləndirilməsi.
Mühərriklərin doldurulması, birləşmə və köməkçi
mexanizmlərin yağlanması.
Bilməlidir: mühərrikin
iş prinsipini; mühərrikin işə salınması,
dayandırılması və xidməti qaydalarını; mühərrikin
yağlama, təchizetmə və soyudulma sxemini; nəzarət-ölçü
cihazlarının təyinatını və istifadə
qaydalarını; yanacaq və sürtgü materiallarının növlərini;
borukəmərlərinin və armaturların yerləşməsini.
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Gücü 73,5-dən 147
kVt (100-dən 200 a.g.-dək) olan daxiliyanma mühərriklərinin
bütün sistemlərinə xidmət. Cəmi gücü 735-dən 2205 kVt
(1000-dən yuxan 3000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərriklər
sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist
köməkçisi simasında xidmət. Mühərriklərin işinin
xidmət edilən istehsalat obyekti və ya sahəsinin
texnologiyasına uyğun olaraq tənzimlənməsi. Nəzarət-ölçü
cihazlarının göstəricilərinə nəzarət.
Bilməlidir: xidmət
edilən mühərriklərin quruluşunu; mühərriklərə,
generator, istilik nasosları və köməkçi mexanizmlərə
xidmət qaydalarını; istilik və elektrik texnikası üzrə
əsas məlumatları; nəzarət-ölçü cihazlarının
quruluşunu; mühərriklərin işinin uçotunu və yanacaq və
sürtgü materiallarının sərfini.
85.
DAXİLİYANMA MÜHƏRRİKLƏRİNİN
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Gücü 147 kVt-dan 551,2
kVt-dək (200-dən 750 a.g.-dək) olan daxiliyanma mühərriklərinin
bütün sistemlərinə və ya cəmi gücü 147 kVt-dan 735 kVt-a
(200 a.g.-dən 1000 a.g.-dək) olan bir neçə mühərriklərlə
təchiz edilmiş qurğulara (stansiyalara) xidmət. Cəmi
gücü 2205 kVt-dan (3000 a.g.-dən) çox olan bir neçə daxiliyanma mühərriklər
sisteminə maşinist köməkçisi kimi xidmət. İşə,
aqreqat, generator, istilik nasosları və köməkçi mexanizmlərə
nəzarət. Cari təmirin aparılması və mühərriklərin
orta və əsaslı təmirində iştirak. Mühərriklərin
təftişi zamanı onların açılması,
baxışı, yığılması və onlara nəzarət
qaydalarını.
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Gücü 551,2 kVt-dan çox
olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə və
ya 735 kVt-dən 2205 kVt-dək (1000-dən 3000 a.g.-dək) olan
bir neçə daxiliyanma mühərrikləri ilə təchiz
olunmuş qurğulara (stansiyalara) xidmət. Mühərriklərin
və onların ayrı-ayrı birləşmələrinin
işində nasazlıqları aşkara çıxarmaq və
aradan qaldırmaq.
Bilməlidir: xidmət
edilən mühərriklərin və köməkçi mexanizmlərin
elektrik və kinematik sxemlərini; nəzarət-ölçü
cihazlarının qurulması və tənzimlənməsi
qaydalarını; mühərriklərin işində
nasazlıqların aşkar edilməsi metodunu və onların
aradan qaldırılması üsullarını.
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Cəmi gücü 2205
kVt-dan (3000 a.g.-dən) çox plan müxtəlif sistemli daxiliyanma mühərriklər
qrupu ilə təchiz edilmiş qurğulara və ya stansiyalara
xidmət. Mühərriklərin quraşdırılması, sökülməsi
və sınaqdan çıxarılmasında iştirak etmək.
Bilməlidir: müxtəlif
tipli mühərriklərin konstruksiyasını, elektrik və
kinematik sxemini; mühərriklərin quraşdırılması,
sökülməsi və sınaqdan çıxarılması
qaydalarını.
88.
DEZAKTİVATORÇU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Xüsusi avtonəqliyyatın,
avadanlığın, inventar və binaların dezaktivasiya
avadanlığının köməyi ilə verilmiş metodikaya
əsasən və müxtəlif qurğular və tənzimləyici
dezaktivasiya məhlulları tətbiq etməklə dezaktivasiya
edilməsi. Dezaktivləşdirməyə daxil olan
avadanlığın sökülməsi. Zəhərlənmiş
obyektlərin, avadanlığın, inventarların və
binaların əridicilərlə (ağ neft, benzin və s.) zəhərləyici
maddələrdən yuyulması, zəhərlənmiş
torpaq və ya qar qatının götürülməsi və s. yolu ilə
əllə dezaktivləşdirmə. Deqazasiya maddələrinin
hazırlanması üçün lazımi materialların anbardan iş
yerinə gətirilməsi. Dezaktivləşdirmə
avadanlığının yerdəyişməsi üzrə nəqliyyat
və montaj işlərinin yerinə yetirilməsi. Dezaktivləşdirmə
məntəqəsində trapların və doldurucu çənlərin
təmizlənməsi.
Bilməlidir: səthlərin
dezaktivasiya və deqazasiya qaydalarını; əsas dezaktivasiya
və deqazasiya məhlullarının tərkibini və xassələrini;
iş inventarlarının saxlanma, takelaj işlərin və
radiasiya gigiyenasının aparılma qaydalarını;
dezaktivləşdirmə avadanlığının, dozimetrik və
radiometrik aparatların iş prinsipini; deqazasiya maddələrinin
nomenklaturunu.
89.
DEZAKTİVATORÇU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Xüsusi geyimlərin
və fərdi mühafizə vasitələrinin dezaktivasiya
avadanlığının köməyi ilə dezaktivasiyası.
Dezaktivasiya məhlullarının və yuyucu suların verilməsi
üçün nasosların, takelaj qurğuların, təmirxana
avadanlığının işə hazırlanması. Səthin
radioaktiv maddələrlə çirklənməsi növündən
asılı olaraq dezaktivasiya tərkibinin növünün müəyyən
olunması. Zəhərlənmiş obyektlərin,
avadanlıqların, alət və binaların deqazasiya məhlulları
ilə deqazasiya cihazlarının vasitəsi ilə
deqazasiyası. Verilmiş resepturaya görə dezaktivasiya tərkibinin,
deqazasiya məhlullarının hazırlanması.
İnventarın, avadanlıq və qurğuların cari təmirinin
yerinə yetirilməsi. Avadanlığın sazlanması.
Bilməlidir:
dezaktivasiya tərkiblərinin əsas fiziki-kimyəvi xassələrini;
dezaktivasiya tərkiblərinin və deqazasiya maddələrinin
hazırlanma, avadanlığa, mühafizə texnikasına təsir
etmə qaydalarını; fərdi mühafizə materialları və
vasitələrini; dezaktivasiya avadanlığının,
dozimetrik, radiometrik aparatlarının və deqazasiya
cihazlarının quruluşunu; radioaktiv çirklənmənin son
mümkün olan səviyyəsi və tündlük dərəcəsini;
radioaktiv maddələrlə və
ionlaşdırılmış şüalanma ilə işləməyin
sanitariya qaydalarını; nəzarət-ölçü cihazlarının
təyinatı və tətbiqi şərtlərini.
90.
DEZAKTİVATORÇU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Qiymətli
materialların, xüsusi geyimin və fərdi mühafizə vasitələrinin
ultrasəs vannalarında, əridici sobalarda, yuyucu bokslarda və
s. dezaktivasiyası. Avadanlığın və nəzarət-ölçü
cihazlarının sazlığının yoxlanılması və
işə hazırlanması. Avadanlığın
dezaktivasiyası zamanı demontaj və yığma işlərinin
aparılması. Dozimetrik nəzarətin köməyi ilə müəyyən
radioaktiv şüalanma növü üçün mümkün olan son səviyyəsi ilə
müqayisə etməklə dezaktivasiya prosesinin başa
çatmasının müəyyənləşdirilməsi.
Avadanlığın verilmiş iş rejimində
sazlanması.
Bilməlidir: ultrasəs
vannaların, əridici sobaların, yuyucu boksların və
tıxac armaturasının quruluşunu və idarə
olunmasını; dezaktivasiyanın texnoloji prosesini; tətbiq
edilən dezaktivasiya materiallarının fiziki-kimyəvi xassələrini;
nəzarət-ölçü cihazlarının quruluşunu.
91.
DEZAKTİVATORÇU
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Çirkabın və
yuyub təmizləyən suyun dezaktivasiyası.
Dezaktivasiyanın texnoloji prosesinin seçilməsi. Radioaktiv çirklənmə
və dezaktivasiya materiallarının növündən asılı
olaraq reseptin hesablanması və hazırlanması.
Dezaktivasiyada xidmət edilən maşın, aparat və nəzarət-ölçü
cihazlarının idarə olunması, işinin müşahidə
olunması və onlarda nasazlıqların aradan
qaldırılması. Prob analizlərin nəticələrinə
görə texnoloji rejim göstəricilərin tənzimlənməsi.
Hesabat sənədlərinin aparılması. Yeni dezaktivasiya
metodlarının mənimsənilməsi və tətbiqində
iştirak.
Bilməlidir: ultrasəs
vannalarının, əridici sobaların və yuyucu
boksların kinematik və elektrik sxemlərini; reagentlərin və
materialların fiziki-kimyəvi xassələrini, radioaktivlik
qanunlarını; bütün növlərdən olan ionizasiya
şüalanmanın xassələrini; nəzarət-ölçü
cihazlarının sazlama və tənzimləmə
qaydalarını; Xidmət etdiyi avadanlığın təmir
qaydalarını.
92.
DÜZÜCÜ - QABLAŞDIRICI
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Yarımfabrikat və
hazır məhsulun və ya onun ayrı-ayrı komponentlərinin
çəkilmədən, ölçülmədən və tərtibat edilmədən
taraya-paket, paçka, banka, tub, flakon, ampula, butulka, yeşik, kisəyə
və s. qablaşdırılması. Məmulat, detal və məhsulun
müxtəlif kağızlara bükülməsi, əl ilə
kağız, taxta, karton, metal və digər taraya
qablaşdırılması və komplektləşdirilməsi.
Kağız, şpaqat, etiketka, folqanın və s. tədarükü.
Bükücü materialın verilmiş ölçüdə və ya şablon üzrə
biçilməsi və kəsilməsi. Qablaşdırıcı
taraya izoləedici materiallardan üz çəkilməsi və ya ara
qatların qoyulması, yeşiklərin mıxlanması və
bağlanılması, yapışdırılması, kisələrin
ağzının tikilməsi, metal taraların ağzına
qapaqların keçirilməsi, əl ilə və ya dəzgahla
texniki şərtlərə uyğun bağlanılması.
Qablaşdırılmış məhsul üzrə fakturaların
yazılması. Mürəkkəb detalların və qiymətli məmulatların
yüksək ixtisaslı qablaşdırıcı ilə birlikdə
qablaşdırılması. Tara, bükücü material və büküləcək
məmulatın sex daxilində əl ilə və ya
qaldırıcı-nəqledici avadanlıqla
daşınması. Butulka, flakon, tub və s. müxtəlif
probkalarla ağzının bərkidilməsi. Bərkidilmənin
germetikliyinin yoxlanılması.
Bilməlidir:
qablaşdırılan detal, məmulat və ş. çeşidini,
növünü, ölçü və kütləsini; komplektləşdirmə və
qablaşdırmanın qaydası və üsullarını,
korroziyaya qarşı mübarizə üsulunu; qablaşdırma üzrə
sənədləşdirmənin aparılması
qaydasını; yüklərin qaldırılması,
daşınması qaydalarını; işçi, nəzarət-ölçü
alətləri və vasitələrinin təyinatını və
istifadə qaydalarını; hazır məhsula və
qablaşdırma keyfiyyətinə qoyulan tələbləri.
93.
DÜZÜCÜ-QABLAŞDIRICI
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Yarımfabfikat
hazır məhsul və ya onun ayrı-ayrı komponentlərinin
taraya-paket, paçka, tüb, flakon, ampula, sellafon lentlər, butulka,
yeşik, kisəyə və s. qablaşdırılması və
dozalaşdırılması. Əl ilə və ya
qaldırıcı mexanizmlərin köməyi ilə iri ölçülü və
ağır hazır məhsulun (qranitin, mərmərin, əhəngin
və s.) qablaşdırılması.
Yığılmış detalların, məmulat və məhsulun
texniki şərtlərə uyğun olaraq
qablaşdırılması. Qənnadı məmulatlarının
əl ilə eyni zamanda bir neçə kağıza (etiketin seçilməsi,
çərçivə və digər xüsusi tələbləri gözləmək
şərti ilə) bədii cəhətdən bükülməsi. Çəkilib
bükülmüş ət və süd məhsullarının düzülməsi və
qablaşdırılması. Qablaşdırıcı
detalların, məmulatların və digər məhsulun
uçotunun aparılması. Bükücü-qablaşdırıcı
materialın avtomat dəzgahda verilmiş ölçü və şablon
üzrə biçilməsi və kəsilməsi. Dəzgahın təmizlənməsi,
yalanması, cari təmiri və tənzimlənməsi.
Bilməlidir:
yarımfabrikat, hazır məhsul və ya onun ayrı-ayrı
komponentlərinin çəkilib dozalaşdırılması
qaydasını; qablaşdırıcı yarımavtomatın
və ya avtomatın iş prinsipini və onun hissələrinin
qarşılıqlı əlaqəsini, texniki şərtləri
və dövlət standartlarını; hesabat aparılması
qaydasını; büküləcək hər bir məhsulun,
detalın, əmtəənin ölçü və formasını; bərkidici
izoləedici və bükücü materialların növü, çeşidi və
ölçülərini.
94.
DÜZÜCÜ-QABLAŞDIRICI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Böyük həcmli
pardaqlanmış (cilalanmış) məmulatların qabaqcadan
rənginə, teksturası və nömrəsinə görə
komplektləşdirilərək qablaşdırılması. Zərif,
qiymətli, zəhərli, ziyanlı, təhlükəli,
yanğın və partlayış törədici yüklərin
qablaşdırılması. Daşınmada ehtiyatlılıq
tələb edən həssas dəqiq cihazların taraya möhkəm
bərkidilməsi ilə düzülməsi. Texniki şərtlərə
əsasən yığılmış məhsulun
qablaşdırılması.
Bilməlidir:
yarımfabrikatların, hazır məhsulların və ya
onların ayrı-ayrı komponentlərinin avtomat xətlərdə
qablaşdırılması və
dozalaşdırılmasını; avtomat qablaşdırma xəttinin
aqreqatlarının quruluşunu və onların
qarşılıqlı təsirini; qablaşdırılan yüklərin
texniki xüsusiyyətlərini; zərif, qiymətli, zəhərli,
ziyanlı, təhlükəli və yanğın və
partlayış törədə biləcək yüklərin
qablaşdırılmasına qoyulan texniki şərtləri.
95.
DÜZÜCÜ-QABLAŞDIRICI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Antibiotiklərin
avtomatın bunkerinə yüklənməsi. Baxışla və nəzarət-ölçü
cihazlarının göstəricilərinə əsasən
texnoloji prosesin gedişinə nəzarət və onun tənzimlənməsi.
İş prosesində avtomatların və onların
ayrı-ayrı birləşmələrin müstəqil surətdə
sazlanması. İş göstəricilərinin istehsalat
jurnalında qeydiyyatı. Avadanlıqların cari təmiri.
Monumental, bədii, heykəltəraşlıq əsərlərinin,
nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərin,
maketlərin qablaşdırılması, xüsusi taranın
hazırlanması və digər oxşar işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
qablaşdırma avtomatlarının quruluşunu; avtomat və
onların ayrı-ayrı birləşmələrinin
sazlanması qaydasını; iş fəndlərini; antibiotiklərə
qoyulan texniki şərtləri və tələbləri;
monumental, bədii, heykəltəraşlıq əsərlərinin,
nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərin
və s. qablaşdırılması qaydasını; xüsusi
taranın hazırlanmasının ölçüsünü, formasını və
qaydalarını.
96.
DİSPETÇER AVADANLIĞI VƏ TELEAVTOMATİKANIN ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Dispetçer
avadanlığı və teleavtomatika aparaturalarının
istismar-texniki xidməti və təmiri zamanı detalların dəyişdirilməsi,
yuyulması və təmizlənməsi üzrə sadə köməkçi
işlərin yerinə yetirilməsi. Nəzarət
maşını və ya voltmetrin köməyi ilə gərginliyin
yoxlanılması. Dəmir bəndlərin və boltların
hazırlanması. Mürəkkəb olmayan detalların ölçülər
üzrə çilingər emalı. Xarici görkəminə əsasən
məmulat və materialların seçilməsi və
ayrılması. Termik emal edilmədən səthlərin
hazır rənglərlə rənglənməsi və
markalanması.
Bilməlidir:
elektrotexnika, teleavtomatika, dispetçer avadanlığı və
aparaturası üzrə elementar məlumatı; sadə nəzarət
ölçü cihazları, yoxlayıcı və ölçü cihazlarının təyinatını
və tətbiqi şəraitini; metalların korroziyadan
qorunması üsullarını; polad, metal, izolə
materialları, sarğı materialları və sürtgü
materialları barədə ümumi məlumatı; yağlı rənglər
və əridicilərlə rəftar qaydasını; örtülü
lakların, rənglərin və kabel mastikalarının əsas
markalarını.
97.
DİSPETÇER AVADANLIĞI VƏ TELEAVTOMATİKANIN ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Dispetçer
avadanlığı və teleavtomatika aparaturasının
istismar-texniki xidməti, onların sökülməsi, təmiri və
yığılması. Yüksək ixtisaslı elektrik təmirçisinin
rəhbərliyi altında cihazların lövhə üzərində
qurulması və qoşulması. Bərk və yumşaq
lehimdən istifadə etməklə qalaylama və lehimləmə.
Bütün tipli qoruyucuların panellərdə montajı. Nəzarət
kabellərinin çəkilməsi, bölünməsi və calanması. Əlaqələrin
və əlaqə səthlərinin tənzimlənməsi.
Bilməlidir: xətt
və kabel qurğularının təmiri və xidməti üzrə
mürəkkəb olmayan işlərin yerinə yetirilməsi
qaydasını; xidmət edilən kabellərin, izolə
materiallarının, sarğı və montaj xətlərinin
konstruksiya və tipini; geniş yayılmış universal və
xüsusi ləvazimat və nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi şəraitini; qara və əlvan
metalların, izolə materiallarının emalı
üsullarını; hopdurucu və örtücü lakların və sürtgü
materiallarının xüsusiyyətlərini.
98.
DİSPETÇER AVADANLIĞI VƏ TELEAVTOMATİKANIN ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Dispetçer
avadanlığı, yüksək tezlikli kanalların, teleavtomatika
aparatlarının kabel və xətt qurğularına
istismar-texniki xidmət edilməsi, onların müəyyən
edilmiş iş rejimlərinin saxlanılması.
Radiolampaların emissiyasının yoxlanılması.
Lampaların,
şəbəkə və siqnallarda gərginliyin ölçülməsi.
Avtomatika sxemi relesinin mexaniki tənzimlənməsi.
Qidalandırıcı blokun təftişi, kontaktor və idarə
açarlarının təmiri və tənzimlənməsi.
Cihazların yoxlanılma üçün qoşulması ilə lövhələrdə
bərkidilməsi. Teleavtomatika zəncirlərinin tənzimlənməsi.
Montaj və prinsipial sxemin markalanmasının
yoxlanılması. İzoləedici materialların çertyoj üzrə
emalı. Zədələnmiş kabellərin dəyişdirilməsi.
Məmulatların qaynar lehimlənməsi. Sadə detallara eskiz
və çertyoj sxeminin tərtib edilməsi və onlar üzrə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
elektrotexnika və radiotexnikanın əsaslarını; yüksək
tezlikli əlaqələrin və elektrik keçirici üzrə
teleavtomatikanın əsaslarını; xidmət olunan
avadanlığın blok sxemini; yüksək tezlikli əlaqə
kanallarını, telemexanika və radioəlaqəni; nominal gərginlik
üzrə qoruyucuların seçilməsi, sabit və dəyişən
cərəyanla qidalanma mənbəyi haqqında ümumi məlumatları;
akkumulyator batareyalarının iş rejimini; universal və
xüsusi ləvazimatların, sadə və çox mürəkkəb
olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.
99.
DİSPETÇER AVADANLIĞI VƏ TELEAVTOMATİKANIN ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Teleavtomatika, rele
kommutatorlarının və sadə və çox mürəkkəb
olmayan kabel zəncirlərinin ştativ
avadanlığının, teleavtomatika kanallarının,
kanalizasiya qurğularının aparatura və yüksəktezlikli
sıxma sisteminin istismar-texniki xidməti və təmiri,
onlarda zədələnmələrin aşkar edilməsi və
aradan qaldırılması. Teleavtomatika aparaturası və
dispetçer avadanlığının elektrik
yoxlanışının aparılması. Səyyar obyektlər
və stasionar stansiyalarla əlaqə üçün radio-stansiyalara xidmət.
Teleavtomatika sxeminin yoxlanılması üçün kompleks sınaq
qurğularına xidmət. Sınaq sxemlərinin daha yüksək
ixtisaslı elektrik montyorunun rəhbərliyi altında
yığılması. Teleavtomatika sxeminin izolə zəncirlərinin
sınaqdan çıxarılması.
Bilməlidir:
elektrik ötürücü xətləri, çoxkanallı sistemlər üzrə xəbərlərin
verilməsi və qəbul edilməsi prinsiplərini; dispetçer
avadanlığının və teleavtomatika aparatlarının
əsas prinsipial və montaj sxemini; elektrik
qidalandırıcının verilmə, bölüşdürmə və
siqnalizasiya sxemini; xidmət olunan avadanlığın kabel zəncirlərinin
və teleavtomatika kanallarının sazlanmasının əsas
elektrik normalarını, onların yoxlanılması və
ölçülməsi metodlarını; kabel və xətt
qurğuları haqqında əsas məlumatları, onların
quruluşu və xidmət qaydasını; detal və
aparatlarda defektlərin müəyyənləşdirilməsi və
onların aradan qaldırılması üsullarını; mürəkkəb
nəzarət-ölçü cihazlarının quruluşunu və təyinatını.
100.
DİSPETÇER AVADANLIĞI VƏ TELEAVTOMATİKANIN ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Yüksəktezlikli
sıxlıq sistemin yarımkeçirici aparatların, özüyazan
teleavtomatikanın və elektronlu
qeydedici cihazların və
kabel zəncirlərinin mürəkkəb ştativ
avadanlığının istismar-texniki xidməti və təmiri.
Xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi
və aradan qaldırılması. Açar və sayğacların
tənzimlənməsi.
Teleavtomatika
sxeminin yoxlanılması və sazlanması. Sınaq sxemlərinin
yığılması. Avadanlıqların sökülməsi,
yığılması həmçinin mexaniki və elektrik tənzimlənməsi.
Avadanlığın montajı və modernləşdirilməsi.
Texniki sənədləşdirmənin aparılması.
Detalların işlənib köhnəlməsi səbəblərinin
aşkar edilməsi. Teleavtomatika aparatlarının tənzimlənməsi
və sınağı üçün təyin edilmiş mürəkkəb
elektrik sxemli xüsusi qurğuların sazlanması. Saat
stansiyasının təmiri və ona xidmət. Teleavtomatika
sxemi zəncirinin sınağı və sazlanması. Əlaqələndirici
rele aparatlarının təmiri və sazlanması.
Bilməlidir:
xidmət
olunan avadanlığın texniki xüsusiyyətlərini;
çoxkanallı yüksəktezlikli sıxlıq sisteminin, teleavtomatika
və kommutatorların prinsipial və quraşdırma sxemlərini;
qrup generatorlu və ictimai avadanlıqların iş prinsipini və
prinsipial sxemini; teleavtomatika kanallarının və
avadanlıqlarının elektrik normalarını; özüyazan və
elektron qeydedici cihazların quruluşunu; cərəyanın
qidalanma mənbəyinin quruluşunu; mürəkkəb nəzarət-ölçü
cihazlarının sazlanması və tənzimlənməsi
qaydalarını.
101.
DİSPETÇER AVADANLIĞI VƏ TELEAVTOMATİKANIN ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Yeni
quraşdırılmış elektrik və mexaniki tənzimləyicisi
olan sınaq avadanlıqlarının istismar-texniki xidməti.
Sıxlıq sisteminin qurulması və tənzimlənməsi.
Yeni avadanlığın sazlanması və yoxlanılması.
Montaj sxeminin tərtib edilməsi və teleavtomatika
aparatlarının sıxlıq sisteminin montajı üzrə
işlərin yerinə yetirilməsi. Avadanlığın
ayrı-ayrı sahələrinin zədələnmələrinin
aradan qaldırılması. Elektron ölçü
aparatlarının-ossiloqrafların,
yüksək tezlikli ölçücülərin və generatorların işdə
istifadə edilməsi. Daha mürəkkəb yoxlama
aparatlarının sazlanması və təmiri. Teleavtomatika
aparatlarının qeyri tipli xüsusi sınaqların
aparılması üçün sxemlərin yığılması.
Amplitudlu və tezlikli xüsusiyyətlərin
çıxarılması. Teleavtomatika aparatlarının mürəkkəb
qurğusunun yoxlanılması.
Bilməlidir:
elektronika və yarımkeçirici texnikanın əsaslarını;
dispetçer avadanlığının sazlanması və
yoxlanılması üsullarını və qaydalarını;
materialların çeşidini və xüsusiyyətlərini;
kommutasiya sxemini, teleavtomatika aparatlarının iş rejimini və
xüsusiyyətlərini; avadanlıqların montaj sxeminin prinsiplərini;
amplitudlu və tezlikli xüsusiyyətlərin
çıxarılması və qurulmasını.
Orta ixtisas təhsili
tələb olunur.
102.
DOZİMETRİST
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Müxtəlif səthlərin,
xüsusi geyimlərin, xüsusi ayaqqabının, fərdi müşahidə
vasitələrinin və s. alfa-beta və qamma-aktiv maddələrlə
çirklənməsinin ölçülməsi. Müvafiq dozimetrik və radiometrik
cihazların köməyi ilə ionlaşdırıcı
şüalanmanın doza və gücünün müəyyənləşdirilməsi.
Xarici mühitdən nümunələrin seçilməsi, fərdi
dozimetrik nəzarətin həyata keçirilməsi. Müvafiq ilkin sənədlərin
aparılması.
Bilməlidir:
ionlaşdırıcı şüalanmanın əsas xüsusiyyətlərini
və onların qeydə alınma metodlarını;
ionlaşdırıcı şüalanmanın bioloji təsirini; tətbiq
olunan dozimetrik və radiometrik cihazların iş prinsipini;
radio-aktiv maddələrlə və ionlaşdırıcı
şüalanma mənbələri ilə işin sanitar
qaydalarını; radiometrik və dozimetrik ölçü və xarici
mühitdən nümunənin seçilmə üsullarını.
103.
DOZİMETRİST
İşin xüsusiyyəti.
3-cü dərəcə
Nəzarət mənbələri
vasitəsi ilə dozimetrik və radiometrik cihazların həssaslığının
müəyyənləşdirilməsi. İş yerlərində
radiasiya təhlükəsizliyinə nəzarət. Dozimetrik və
radiometrik ölçü və fərdi dozimetrik nəzarəti nəticələrinin
ilkin işlənilməsi.
Bilməlidir: atomun
quruluşu haqqında, radioaktivlik haqqında elementar məlumatı,
ionlaşdırıcı şüalanmanın əsas xüsusiyyətlərini
və onların qeydə alınması metodlarını;
ionlaşdırıcı şüalanmadan zədələnməyə
qarşı mühafizə vasitələrini və
üsullarını; orta səviyyədə mürəkkəb
dozimetrik və radiometrik cihazlarının quruluşunu və həssaslığına
nəzarət metodlarını; orta ağırlıqlı
dozimetrik və radiometrik ölçü metodlarını; xarici mühitdən
nümunənin seçilməsi, hazırlanması və ölçülməsi
metodlarını; ərazinin radiometrik çəkilişinin
aparılması metodikasını.
104.
DOZİMETRİST
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Müxtəlif
aparatlar vasitəsilə ayrı-ayrı şüalanmanın növlərinin
dozimetrik və radiometrik ölçülməsi. Daha məsuliyyətli
işlər görülərkən dozimetrik nəzarətin
aparılması. İş yerlərinin
ionlaşdırıcı şüalanmadan qorunmasına əməl
edilməsinə nəzarət. Ərazinin radiometrik çəkilişi
və yolların avtoqamma-çəkilişi. Dozimetrik və radiometrik
şüalanmanın və fərdi dozimetrik nəzarətin nəticələrinin
işlənilməsi. Qrafiklərin, diaqrammaların, xəritələrin,
cədvəllərin tutulması.
Bilməlidir: nüvə
fizikasına dair əsas məlumatları; əsas radioaktivlik
qanunlarını; ionlaşdırıcı şüalanmanın
xüsusiyyətlərini və onların qeydə alınma
metodlarını; mürəkkəb dozimetrik və radiometrik
cihazların quruluşunu və həssaslığına nəzarət
metodlarını; dozimetrik və radiometrik ölçmə
metodlarını; nümunələrin seçilmə üsullarını;
onların hazırlanması və ölçülməsini.
105.
DOZİMETRİST
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Müxtəlif aparatlar
vasitəsilə müxtəlif
mürəkkəbli ionlaşdırıcı şüalanmanın
bütün növləri üzrə dozimetrik
və radiometrik ölçülməsi.
Bioloji mühafizənin effektivliyini öyrənib ölçmək üçün işlərin
aparılması. Radiasiya cəhətdən ən təhlükəli
işlər üzərində bilavasitə nəzarət.
Dozimetrik və radiometrik aparatların işinə nəzarət
və istismar prosesində onların çıxdaş edilməsi.
Bioloji mühafizənin effektivliyinin ölçü nəticələrinin
ilkin qiymətləndirilməsi. Dozimetrik və radiometrik ölçü nəticələrinin
statistik işlənilməsi. Yekun sənədinin tutulması.
Dozimetrik nəzarət üzrə hesabatların tərtibində,
nəzarət texnikasının mənimsənilməsində
iştirak.
Bilməlidir: nüvə
fizikasının əsaslarını; radioaktivlik qanunlarını;
ionlaşdırıcı şüalanmanın xassələrini və
onların qeydə alınması metodlarını; bütün növ
ionlaşdırıcı şüalanmadan mühafizənin
hesablanmasını; xüsusən mürəkkəb olan dozimetrik və
hər hansı bir dərəcədə mürəkkəb olan
radiometrik cihazların quruluşunu, onların dərəcələrə
bölünmə, etalonlaşdırma və həssaslığına
nəzarət etmə metodikasını; ölçü cihazlarının
izahı metodikasını.
Orta ixtisas təhsili
tələb olunur.
106.
EKSQAUSTER MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Eksqauster və köməkçi
avadanlığa: qidalandırıcı mexanizmlərə,
şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya zəncirlərinə
və ötürücü qayışlara, yağ nasoslarına, filtrlərə
və s. yüksək ixtisaslı maşinistin rəhbərliyi
altında xidmət. Avadanlığın təmirində
iştirak etmək.
Bilməlidir: xidmət
edilən avadanlığın, mexanizmin və işə salma
aparatların quruluşunu; mexanizmin yoxlanılması
vaxtını və qaydasını; işıq və səs
siqnallaşdırmasının qaydalarını.
107.
EKSQAUSTER MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Eksqausterlərə
və köməkçi avadanlıqlara; qidalandırıcı mexanizmlərə,
şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya və
ötürücü zəncirlərə, yağ nasoslarına, filtrlərə
və s. xidmət. Eksqausterlərin qızdırılması və
onların təmirdən sonra mərkəzə
uyğunlaşdırılması. Qazların sovrulması üçün
nasosların tənzimlənməsi və sobalarda havanın
yaxşı çəkilməsi, yüngül çəkili materialların:
tükün, yunun, taxta qırıntılarının və s. sərbəst
yerdəyişməsi üçün seyrəkliyin
saxlanılmasının tənzimlənməsi. Nəzarət-ölçü
cihazlarının göstəricilərinin qeydə
alınması.
Bilməlidir:
kinematikanın və xidmət olunan avadanlığın,
mexanizm və aparatların elektrik sxemini; dəyişən cərəyanlı
yüksək müqavimətə malik mühərriklərin quruluşunu;
sürtgü yağlarının növlərini.
108.
ETİKETLƏRƏ ŞTEMPEL VURAN
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Etiketlərə
ştempel vurulması və ya etiket, banderol, ampula və s. əl
ilə və ya maşının köməyi ilə
etiketlərin
ştamplanması və
komposterlənməsi. Rənglərin
hazırlanması. Maşına
kağızın və rəngin
doldurulması. Ştempel maşınının işinin
tənzimlənməsi.
Bilməlidir:
ştempel maşınının iş prinsipini; məhsulların
çeşidini; ştempelləmə üsullarını; ştempelləmə
və komposterləmə üsullarını; işlədilən
rənglərin növlərini.
109.
ELEKTROAKUSTİKA LABORANTI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Maqnit lentlərinin
və tozların elektrik nəzarət-ölçü cihazlarının
köməyi ilə daha yüksək ixtisaslı elektroakustika
laborantının rəhbərliyi altında impuls və ya
ayrı-ayrı elektroakustik və maqnit sınağı.
Bilməlidir: maqnit
lentlərin və tozların elektroakustik və maqnit
sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan
qurğuların iş prinsipini; elektrik siqnallarının
maqnit yazısının əsas prinsiplərini; elektrik nəzarət-ölçü
cihazlarının təyinatını və tətbiq olunma
şərtlərini.
110.
ELEKTROAKUSTİKA LABORANTI
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Maqnit lentlərinin
və tozların elektrik nəzarət-ölçü cihazlarının
köməyi ilə impuls və ya ayrı-ayrı elektroakustik və
maqnit sınaqları. Maqnit lentində impuls siqnallarının
ölçülməsi və getmə tezliyinin qurulması. Daha yüksək ixtisaslı
elektroakustika laborantının rəhbərliyi ilə maqnit
lentlərin və tozların elektroakustik və maqnit
sınaqları.
Bilməlidir: maqnit
lentlərini və tozları elektroakustik və maqnit
sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan
qurğuların quruluşunu; elektrik nəzarət-ölçü
cihazlarının quruluşunu; maqnit lentlərinin və
tozların impuls sınağının aparılma
qaydalarını və üsullarını.
111.
ELEKTROAKUSTİKA LABORANTI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Elektrik nəzarət-ölçü
cihazlarının köməyi ilə maqnit lentlərin və
tozların elektroakustik və maqnit sınaqları. Gərginliyin,
cərəyan gücünün və tezliyin, maqnit lentində
amplitudanın uzunluğunun və məsaməliyinin ölçülməsi
və təyin edilməsi. Yazı-etalon və sınaq lentində
sinusoidal və impuls siqnallarının əks etdirilməsi.
Nisbi həssaslığın, qeyri-bərabər həssaslığın,
tezlik xarakteristikasının, lentin öz səsinin, modulyasiya səsinin,
maqnitsizləşdirmənin, kopir-effektin, təhriflərin
qeyri-xəttiliyinin, maqnitliyin kənar edilməsində cərəyanın
optimallığının, ferromaqnit lentin və tozun
xarakteristikalarının müəyyən olunması. Elektrik nəzarət-ölçü
cihazlarının kalibrlənməsi və sıfıra
qoyulması və tənzimlənməsi. Maqnit lentlərinin
ayrı-ayrı tiplərinin qəbulçuya, istehlakçıya təqdim
edilməsi. Hazır məhsula pasportların yazılıb rəsmiləşdirilməsi.
Bilməlidir: maqnit
lentlərin və tozların elektroakustik və maqnit
sınağının keçirilməsi üçün olan qurğuların
sazlama qaydasını; elektrotexnika, radiotexnika, elektroakustika,
elektrik və radio ölçülərinin əsaslarını; elektrik
siqnallarının maqnit yazısının fizika əsaslarını;
maqnit lentlərinin hazırlanmasının texnoloji prosesini;
elektroakustik və maqnit sınaq metodlarını.
112.
ELEKTROMEXANİKİ SINAQLAR VƏ ÖLÇÜLƏR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Eskizlər və
çertyojlar üzrə sadə sınaq sxemlərinin
yığılması. Plastik kütlə, kompaund, lak plyonka, maye
dielektrik nümunələrinin dielektrik xarakteristikalarında
yoxlama ölçmələrin aparılması. Elektrik elementlərində
izolə keyfiyyətinin yoxlanılması. Dielektriklərin və
elektrik elementlərinin elektrik xassələrinə, nəmliyə
nəzarət etməklə uzun müddətli iqlim
sınağından keçirilməsi. Bərk dielektriklərin müxtəlif
temperatur şəraitində uzanmaya, zərbliyə, əyilməyə
və sıxılmaya qarşı sınaqlar keçirmək yolu ilə
onların mexaniki xassələrinin müəyyənləşdirilməsi.
Etalonlarla müqayisə etmək metodu ilə daimi və dəyişən
cərəyanlı cihazların
yoxlanılması. Ampermetrləri və voltmetrləri yoxlamaq
üçün sxemlərin yığılması. Daimi cərəyan
yerində müqavimətin ölçülməsi. Polietilendən, ftoroplastdan
olan nümunələri və məmulatları presləmək
üçün materialın, sınaq və ölçmək üçün plastik kütlənin
hazırlanması. Elektrik elementlərinin lak, emal və digər
mürəkkəb elektroizolə tərkiblərlə (kompaundlarla)
izolə edilməsi. Avtoklavlarda və barokameralarda sınaqlar və
ölçülər üzrə işlərin yerinə yetirilməsi. Cihazlar
üzrə maye materiallarda özlülük dərəcəsinin müəyyənləşdirilməsi.
Elektromühərrikin fırlanma tezliyinin, Om müqavimətinin ölçülməsi.
Solenoid ötürücülü asinxron mühərriklərdə
sarğının sınaqdan keçirilməsi.
Aşağıvoltlu elektromühərrikin gərginlik altında
işinin yoxlanılması. 40 kVt gücə malik
aşağıvoltlu elektromühərriklərin,
aşağıvoltlu və qaynaq transformatorların elementar
sınaqdan keçirilməsi. Sarğılarda meqometr vasitəsi ilə
izolə müqavimətinin sınağı. Cihazlar üzrə bərkliyin
müəyyənləşdirilməsi. İzolə olunmuş
elektrik elementlərinin yoxlama sınaqları. Tutumluğun, izolə
müqavimətinin ölçülməsi, izolə materiallarının
qırılmaya, girəcəklərin düzgün yerləşməsinə,
qısaqapanma burumların yoxluğuna və s. yoxlanılması.
Sınaq üçün nümunələr
hazırlayarkən
termostatlarda temperatur rejimlərinin aparılması. Köçürmə
cədvəllərinin köməyi ilə bərklik kəmiyyətinin
bir şkaladan digərinə köçürülməsi. Sınaq nəticələrinin
jurnala yazılması.
Bilməlidir:
elektrotexnikanın əsas qanunlarını; elektrik mühərriklərinin,
transformatorların işləmə prinsipini və onların
xarakteristikalarını; nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi şərtlərini; sınaq zamanı sənaye
elektrik qurğularının göstəricilərini ölçmək üçün
sadə sxemləri; aşağı voltlu elektrik
avadanlığının elementar sınaqlar keçirilməsi
qaydalarını; əsas komponentlərin, tətbiq olunan
elektroizolə lakların, yapışqanların və
başqa mürəkkəb izolə materiallarının təyinatını:
avtoklavlarla, barokameralarla, vakuum-hopdurucu
qurğularla və hidravlik preslərlə və digər
laboratoriya sınaq avadanlığı ilə işləmə
qaydalarını; materialların mexaniki sınaq
metodikasını; nümunələrin, sıxılmaya, əyilməyə,
xüsusi zərbəli özlülüyə və uzanmaya qarşı
mexaniki sınaq üçün cihaz və qurğuların və istiliyə
davamlığı müəyyənləşdirmək üçün
cihazların quruluşunu; cihazların xarici maqnit və ya
elektrostatik sahələrindən mühafizə üsullarının təsnifatını;
elektrikölçən cihazların yoxlama qaydalarını.
113.
ELEKTROMEXANİKİ SINAQLAR VƏ ÖLÇÜLƏR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Tutumluğun,
dielektrik itkilərin bucaq tangensinin, elektrik dəqiqliyinin, izolənin
xüsusi, həcmi və səthi müqavimətin ölçülməsi və
hesablamaların aparılması. Nümunəvi cihazın seçilməsi,
yoxlanan cihazda xətaların qiymətləndirilməsi. Yüksək
voltlu qurğuda tutuşdurma metodu ilə kilovoltmetrin
yoxlanılması. Nümunəvi yerlərdə daimi cərəyan
körpülərinin və mağazanın yoxlanılması.
Pirometrik millivoltmetrlərin və potensiometrdə
özüyazanların yoxlanılması. Tutuşdurma vattmetri yoxlamaq
üçün sxemin yığılması. Lampalı voltmetrin tezlik xətasının
çıxarılması. Sınan materialların və məmulatların
proporsionallıq, axıcılıq və möhkəmlik hədlərinin
müəyyənləşdirilməsi. Uzadıldıqda nisbi
uzanmanın və yığılmada nisbi qısalmanın müəyyən
olunması. Orta mürəkkəbli montaj elektrik sxemlərinin
işlənib hazırlanması. Sadə elektron
qovşaqlarının yustirlənməsi və sazlanması.
40 kVt-dan yuxarı gücə malik aşağıvoltlu elektrik mühərriklərinin,
10 kV-dək gərginliyə, 560 kV.A-dək gücə malik transformatorların
sınağı. Elektrik mühərrikində izolə
burumlarının sınağı. Sınaq obyektlərində
defektlərin aşkar olunması və onların aradan
qaldırılması. Gördüyü işin həcmində sınaq
avadanlığında, mexanizmlərdə və cihazlarda təmir
işlərinin yerinə yetirilməsi.
Bilməlidir:
elektrik mühərriklərinin, transformatorların və nəzarət-ölçü
cihazlarının quruluşunu; hesablama düsturlarını
sınaq metodikasına aid dövlət standartlarını; izolə
materiallarının təyinatı haqqında ümumi məmulatları
və onların dielektrik xassələrini; istifadə olunan
elektrodio-ölçü cihazlarını və avadanlığının
texniki xarakteristikalarını və onların üzərində
ölçmə texnikasını; lak, emal və başqa mürəkkəb
elektroizolə materiallarının əsas xassələrini və
təyinatını; elektrotexnika maşınları və
cihazlarını izoləedici elementlərinə qoyulan texniki tələbləri
və bu tələbləri təmin edən texnoloji prosesləri;
yoxlanan cihazların quruluşunu; materialların mexaniki xassələrini
sınaqdan keçirmək üçün nəzərdə tutulmuş
maşın və cihazların işləmə prinsipini;
termoparla və temperaturu ölçmək üçün olan başqa cihazlarla
işləmə qaydalarını; quruducu şkaflarla işləmə
qaydalarını; elektroçilingər işlərini; sınaq üçün
elektrik maşınlarının və transformatorların
açılması, yığılması və qurulmasında
iş üsullarını və əməliyyatların
ardıcıllığını; ayrı-ayrı
qovşaqların və mexanizmlərin sınaq
metodikasını və sınaq nəticələrinin
yazılışını.
114.
ELEKTROMEXANİKİ SINAQLAR VƏ ÖLÇÜLƏR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Sınaqdan
keçirilmiş mürəkkəb elektromexaniki cihazların və
orta mürəkkəbli
elektron qovşaqlarının yoxlanılması, sazlanması və
təhvil verilməsi. Müxtəlif iqlim şəraitində
cihazların əsas parametrlərinin yoxlanılması. Orta mürəkkəbli
elektron qovşaqlarının yustirlənməsi və
sazlanması. Yüksəkvoltlu elektrik avadanlığının
sınağı. Burumlarda Om müqavimətinin, transformasiya
xarakteristikalarının ölçülməsi. Yeni izolə
materiallarının sınağı. Vakuum kameraların,
avtoklavların və pres avadanlığının köklənməsi
və tənzimlənməsi. Sınaq və ölçü nəticələri
üzrə texniki sənədlərin hazırlanması. İzolə
materiallarının bütün mürəkkəb dielektrik
xarakteristikalarının ölçülməsi və hesablamaların
aparılması, yüksək rütubətlik, yuxarı və
aşağı temperaturlar, aşağı təzyiq şəraitində
izolə materiallarının uzunmüddətli sınaqdan keçirilməsi.
Mürəkkəb izolə materiallarının polimerləşmə
proseslərinin elektrik metodlarla sınaqdan keçirilməsi. Özüyazan
cihazların göstəricilərinin emalı. Cihazlarda şkala
göstəricilərinin cızılması. Yüksək dəqiqlik
sinfindən olan aparaturanın sazlanması və tənzimlənməsi.
Elektrik sxemlərinin və qeyri-standart aparaturanın
yığılması, dərəcələrə bölünməsi
və sazlanması. Yüksək dəqiqlik sinfindən olan
cihazların və yüksək tezlikli cihazların
yoxlanılması. Generator mühərriklərinin, asinxron
maşınların dəyişdirici sxemi üzrə yük
altında, voltartıran maşınla və onsuz
qarşılıqlı yüklənmə metodu ilə daimi cərəyan
maşınlarının hazırlanması və tədqiqi.
İri yağ söndürücülərin sınağı. Sınaq
prosesində elektrik avadanlığı üzrə montaj və təmir
işlərinin yerinə yetirilməsi. 10 kV-dan artıq gərginliyə
və 560 kV.A-dan artıq gücə malik güc transformatorların və
yüksəkvoltlu avadanlığın daha yüksək ixtisaslı
laborantın rəhbərliyi altında sınağı.
Bilməlidir: yüksək
tezlikli zəif və güclü cərəyanlar üzrə elektrotexnika
və radiotexnikanın əsas qanunlarını; sınaq
stansiyası və laboratoriyanın mürəkkəb sahəsinin
tam elektrik, sxemini; mürəkkəb elektrik ölçü cihazlarının
quruluşunu və işə salma üsullarını; sənaye
qurğularının sınağı üçün ölçü sxemlərini;
cihazların və maşınların sınağı
zamanı defektləri aşkar etmə və onları aradan
qaldırma metodlarını; elektron lampalarda rejimlərin seçilmə
qaydalarını; işdə tətbiq olunan elektro və
radioölçü cihazların və maşınların texniki
xarakteristikalarının; materialların mexaniki xassələrini
sınaqdan keçirmək üçün nəzərdə tutulmuş
maşın və cihazların quruluşunu; tətbiq olunan
izolə materiallarının əsas dielektrik xassələrini;
dielektrik sınaqların metodikaları üzrə dövlət
standartlarını və texniki şərtləri;
maşın və aparaturanın tənzimlənmə, sazlama və
yoxlama üsullarını və yüksək və aşağı
temperaturlarda mexaniki sınaq metodlarını.
115.
ELEKTROMEXANİKİ SINAQLAR VƏ ÖLÇÜLƏR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Mürəkkəb
konstruksiyalı elektrik avadanlığı və elektrik
aparaturasının mürəkkəb sınaq sxemlərinin
yığılması. Mürəkkəb elektrik
maşınlarının cihazlar üzrə texniki
xarakteristikalarının sınağı, işinin
yoxlanılması və çıxarılması. Yüksəkvoltlu
avadanlığın və 10 kV-dan yüksək gərginliyə və
560 kV.A-dan yüksək gücə malik güc transformatorlarının,
generatorların və daimi cərəyanlı mühərriklərin
sınaqdan keçirilməsi. Transformasiya əmsalının,
burumların Om müqavimətinin, izolənin nəmlik dərəcəsini
ötüb keçən xarakteristikalarının, dielektrik itkilər
bucağının ölçülməsi. Transformatorlarda gərginlik dəyişdiricilərinin
yük altında dartılmanı tənzim etməklə işinin
yoxlanılması. İmpuls gərginliklə
avadanlığın sınaqdan keçirilməsi. Elektron aparatura
qovşaqlarının yoxlanılması və sınaqdan
keçirilməsi. Sınaq zamanı avadanlığın və
aparaturanın yığılması, təmiri üzrə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
elektrotexnikanın, elektromexanikanın və elektronikanın əsaslarını;
mürəkkəb generatorların dəyişən və daimi cərəyanlı
elektrik mühərriklərin, güc və ölçü
transformatorlarının konstruksiyasını; sınaq
stansiyasının və ya laboratoriyanın tam
elektrik sxemini; xüsusilə mürəkkəb sənaye
qurğularının sınaqdan keçirilməsi üçün ölçü
sxemlərini.
Orta ixtİsas təhsili
tələb olunur.
116.
ELEKTRİK AVADANLIQLARINA XİDMƏT ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Sadə qoşulma
sxemi olan güc və işıqlandırıcı elektrik
qurğularına xidmət edilməsi. Elektrik stansiyalarında,
transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi
ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi
altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi,
xidmət edilən obyektdə və ya sahədə elektrik
avadanlıqlarının qoşulması, söndürülməsi. Güc və
işıqlandırıcı şəbəkələrdə
tənzimləyici aparatlarda və elektrik mühərriklərində
nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin
aradan qaldırılması. Gərginliyin 1000 V-ə qədər
olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə
edilməsi və lehimlənməsi.
Mürəkkəb
olmayan işıqlandırıcı armaturanın elektrik
açarlarının, ştepsel qablarının, divar
patronlarının və sənaye projektorlarının
sazlanması və qurulması. Elektrik mühərriklərinin
stator və rotorlarının sarğılarının və
paylaşdırıcı şəbəkənin izolyasiya
müqavimətinin meqometrlə yoxlanılması. Siqnalizasiya
elektrik cihazlarının qurulması və tənzimlənməsi.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; elektrik mühərriklərinin,
sabit və dəyişən cərəyanlı
generatorların, paylayıcı qurğu aparatlarının,
elektrik cihazlarının iş prinsipini; elektrotexniki
materialların əsas növlərini, onların xüsusiyyətlərini
və təyinatını; aşağı gərginlikli xətlərin
calanması və lehimlənməsi üsullarını; elektrik cərəyanından
zədələnmədən ilk yardımın göstərilməsi
qaydasını; xidmət olunan sahədə elektrik
avadanlıqlarının yerləşməsi və
qidalandırılması sxemini; rele mühafizəsi və onun müxtəlifliyi
haqda ümumi məlumatları; işıqlandırıcı
armatur qurğuları, elektrik zəngləri və digər
siqnalizasiya cihazlarının sazlanması və
qurulmasını; daha çox yayılmış universal və
xüsusi ləvazimatların təyinatını və tətbiqi
şəraitini; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü
cihazlarını.
117.
ELEKTRİK AVADANLIQLARINA XİDMƏT ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Çox da mürəkkəb
olmayan qoşulma sxemli güc və işıqlandırıcı
elektrik qurğularına xidmət.
Elektrik
stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin
tam kəsilməsi, transformatorların, elektrik
açarlarının, ayırıcıların və onun birləşmələrinin
təftişi ilə sadə işlərin yerinə yetirilməsi.
Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi.
Maqometrlə izolyasiyanın vəziyyətinin
yoxlanılması, onun elektrik mühərriklərində,
transformatorlarda və kabel şəbəkələrində
müqavimətin ölçülməsi. Güc və
işıqlandırıcı elektrik şəbəkələrində,
həmçinin elektrik mühərriklərində və texnoloji
avadanlığın elektrik sxemində nasazlıqların və
zədələnmələrin aşkar edilməsi və aradan
qaldırılması. Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin
kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və
lehimləndirilməsi. Gücü 100 kVt-a qədər olan elektrik mühərriklərinə,
elektro-ölçü cihazlarına və elektrik sayğacına xidmət,
onların qurulması və qoşulması. Mürəkkəb
işıqlandırıcı armaturun sazlanması və ona
xidmət edilməsi, lüminessentli çıraqların qurulması.
Bilməlidir: xidmət
edilən sabit və dəyişən cərəyan
generatorlarının, elektrik mühərriklərinin, transformatorların,
paylaşdırıcı qurğu aparatlarının, elektrik
şəbəkəsi və elektrik cihazlarının,
qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik
kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin
və s. quruluşunu; yüksək gərginlikli xətlərin calanması
və lehimlənməsi fəndini və üsullarını; rele
mühafizəsinə qoyulan tələbləri; elektrik şəbəkəsində,
elektrik maşınının işində nasazlıqların
aşkar edilməsi və aradan qaldırılması
üsullarını; sönən reostatların,
avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin
iş prinsipini; transformator, elektrik mühərriki, kabel və xətlərin
yüklənməsinin müəyyənləşdirilməsini;
universal və xüsusi ləvazimatın quruluşunu; sadə və
çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının
quruluşunu.
118.
ELEKTRİK AVADANLIQLARINA XİDMƏT ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Mürəkkəb
sxemli qoşulmanın güc və işıqlandırıcı
elektrik qurğularına xidmət. Elektrik stansiyası,
yarımelektrostansiya transformatorlarında gərginliyin tam kəsilməsi
ilə çox mürəkkəb olmayan işlərin yerinə yetirilməsi.
Kommutasiya müdafiəsi və kommutasiya aparaturasının idarə
edilməsi sxeminin yoxlanılması və ona xidmət. Gərginliyi
1000 V-dan yuxarı olan şəbəkələrdə
paylayıcı qurğu avadanlıqlarının, gücü 100
kVt-dan yuxarı olan elektrik mühərriklərinin və
"kosinus-fi"ni avtomatik tənzimləyən statistik
kondensator qurğularının yoxlanılması və xidməti.
Lüminessentli işıqlandırıcılarda tənzimləyici
aparaturaların dəyişdirilməsi və armaturun təmiri.
Qaldırıcı kranı olan nəqliyyat
qurğularının elektrik sxemində nasazlıqların
aşkar edilməsi və aradan qaldırılması. Çoxmühərrikli
aqreqatların və dəzgahların elektrik
avadanlıqlarına xidmət. Gücü 1000 kVt-a qədər olan
yüksəktezlikli qurğuların və civəli bərk düzləndiricilərin
sazlanması. Gərginliyi 1000 V-a qədər olan qurğularda
gərginliyin kəsilməsi və 1000 V-dan yuxarı olan
qurğularda yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi
altında işlərin yerinə yetirilməsi.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; aktiv və reaktiv
enerjili elektrik qeydiyyatlarının transformator vasitəsi ilə
cərəyan və gərginliyə qoşulması sxemini;
kabel elektrik şəbəkələrində zədələnmiş
yerlərin aşkar edilməsi üsullarını və
onların aradan qaldırılması üsullarını; elektrik
avadanlıqlarının artıq gərginlikdən mühafizəsi
üsullarını; yükqaldırıcı və nəqledici
qurğuların elektrik avadanlıqlarının elektrik sxemini;
yüksəktezlikli qurğuların iş prinsipini və
quruluşunu; elektrik şəbəkəsində gərginliyi
kəsmədən işləmək qaydasını; mürəkkəb
nəzarət-ölçü alətlərinin təyinatını və
tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın
konstruksiyasını.
119.
ELEKTRİK AVADANLIQLARINA XİDMƏT ÜZRƏ ELEKTRİK MONTYORU
İşin xüsusiyyəti.
5-ci dərəcə
Daha mürəkkəb
qoşulma sxemli güc və işıqlandırıcı
qurğulara xidmət. Təkrar kommutasiya və sadə rele
müdafiəsi sxeminin sökülməsi və yığılması.
Yarımstansiya, transformatorlu yarımstansiyalarda nəzarət-ölçü
cihazlarının və ölçü transformatorlarının dəyişdirilməsi.
Axın xəttinə birləşdirilmiş elektrik
avadanlığı, maşın və aqreqat sxeminə xidmət.
Yarımstansiyaların elektrotexniki avadanlıqlarının və
texnoloji maşınlarının avtomatika və telemexanika
cihazlarının mürəkkəb sxem və quruluşunun
yoxlanılması və nasazlıqların aradan
qaldırılması. Axınlı nəqledici texnoloji xətlərin
avtomatik idarə edilməsinin elektrik sxeminə xidmət edilməsi.
Elektron sxemli idarəetmə qaynaq avadanlıqlarına, həmçinin
yüksək tezlikli lampalı generatorlara xidmət. Əlaqələndirici
releionlu və elektromaqnit xətlərinin işinə xidmət
və nasazlıqların aradan qaldırılması.
Elektromaqnitlə idarə olunan dəzgah və aqreqatların
elektrik avadanlıqlarına xidmət. 1000 V-dan yuxarı olan gərginliyi
kəsməməklə paylayıcı qurğularda işlərin
yerinə yetirilməsi. Müxtəlif rejim və yükləmələrdə
"kosinus-fi"nin yaxşılaşdırılması üzrə
hesabatların aparılması ilə tədbirlərin işlənib
hazırlanması. Gücü 1000 kVt-dan yuxarı olan yüksək tezlikli
qurğuların və civəli bərk düzləndiricilərin
sazlanması. Texnoloji avadanlıqlarda relelərin mürəkkəb
komando-aparat qeydiyyatlarının sazlanması.
Bilməlidir:
telemexanika və elektronikanın əsaslarını; müxtəlif
elektrik maşınlarının, aparat, ölçü cihazları,
avtomatik tənzimləyici və telemexanikanın elektrik sxemini
və quruluşunu; yüksək tezlikli tiristorlu inventarların
iş prinsipini; elektrik avadanlıqlarının, kabel və
hava qovşağının siqnalının aparılması metodunu;
xidmət olunan obyektin və ya sahənin tam elektrik
sxemini; mürəkkəb elektrik cihazlarının sazlanması və
təmiri qaydalarını; civəli düzləndirici və
aparatları; maşınlı və lampalı generatorların
yüksək tezlikli qurğularının iş prinsipini; nəzarət-ölçü
cihazlarının sazlanması və tənzimlənməsi
qaydasını.
120.
ELEKTRİK AVADANLIQLARINA XİDMƏT ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
İlkin və təkrar
kommutasiya və distansion idarə sxemləri üzrə sex və
istehsalat sahələrinə xidmət. Təkrar kommutasiya və
mürəkkəb rele müdafiəsi sxeminin difaza, distansiya,
ehtiyatların avtomatik işə salınma sxeminin sökülməsi
və yığılması. Məsuliyyətli və xüsusən
mürəkkəb avtomat xətlərin eksperimental sxeminin
sazlanması, tənzimlənməsi və təmiri. Özüyazan
elektrik və elektron cihazlarının tənzimlənməsi,
sazlanması və onlara xidmət. İqnitronlu qaynaq
aparatlarının, həmçinin ultrasəs, elektron və
elektroimpuls qurğularının sazlanması və onlara xidmət.
Elektrik mühərriklərinin, elektrik aparatları və
transformatorların kompleks sınağı. Tranzistor və nəzəri
elementlərdə yarımkeçirici qurğuların sazlanması
və ona xidmət.
Bilməlidir: mürəkkəb
elektrik maşınlarının, aparat, cihaz və avtomat xətlərin
konstruksiyası və elektrik sxemini; teleidarənin avtomatik tənzimlənməsi
sxemini və onların sazlanması üsullarını; mürəkkəb
rele və elektron sistemli cihazların konstruksiyasını;
elektronikalı iqnatron qaynaq aparatlarına xidmət
qaydasını; gərginlik sabitləşdiricinin sxemini;
yarımkeçirici və selenli düzləndiricilərin sxemini;
operativ işıqlandırıcının və operativ idarə
pultunun telemetrik sxemini.
121.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ VƏ XİDMƏT
ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Yüksək ixtisaslı
elektrik montyorunun rəhbərliyi altında elektrik
avadanlıqlarının təmiri üzrə mürəkkəb
olmayan ayrı-ayrı işlərin yerinə yetirilməsi.
Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin
və işıqlandırıcı armaturun montajı və təmiri.
Elektrik avadanlıqlarının hissələrinin
açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi
və sıxılmış hava ilə üfürülməsi. Gərginliyi
1000 V-a qədər olan naqillərin kəsilməsi,
bitişdirilməsi, izolə edilməsi, kabel və naqillərin
basdırılması. Gücü 50 kVt-a qədər olan günəş
və külək enerji qurğularının xidməti və təmiri.
Elektrik avadanlıqlarının təmiri zamanı sadə
çilingər, montaj və dülgər işlərinin yerinə
yetirilməsi. Elektrik avadanlıqlarının işə
salınması və dayandırılması, sadə ölçülərin
aparılması. Pnevmo və elektrik alətləri ilə
iş görülməsi. Sadə yükqaldırıcı vəsait və
kranlardan istifadə etməklə takelaj işlərinin
aparılması. Elektrik mühərriklərinin stator və
rotorların, transformator sarğılarının,
paylayıcı şəbəkələrinin müqavimətinin
meqometrlə yoxlanılması və ölçülməsi.
Bilməlidir:
elektrik mühərriklərinin, generator, transformator, kommutasiya və
tənzimləyici aparatların, akkumulyator və elektrik
cihazlarının quruluşunu və iş prinsipini;
elektrotexniki materialların əsas növlərini, onların
xüsusiyyətlərini və təyinatını; elektrik
avadanlıqlarının montaj və təmiri
qaydalarını və üsullarını; fəhlələrin
istifadə etdikləri nəzarət-ölçü alətlərinin təyinatı
və onlardan istifadə qaydalarını; II qrupun ixtisası həcmində
elektrik qurğularına xidmət zamanı təhlükəsizlik
texnikasından istifadə qaydalarını.
İş
nümunələri:
1.
İşıqlandırıcı armaturların cərəyan
açarlarının, ştepsel rozetkaları və
patronlarının şəbəkəyə qoşulmaqla
qurulması.
2. Kabellərin
daxil edilməsi və çıxarılması zamanı müqavimət
izolyasiyasının yoxlanılması.
3. Sadə
detalların hazırlanması və
quraşdırılması.
4.
İllminasiyanın quraşdırılması.
5. Kabel və məftillərin
uclarının kəsilməsi, preslənməsi və
sonluqların lehimlənməsi.
6. Elektrik
cihazlarının polad və digər metallardan olan
konstruksiyalarının hazırlanması və qurulması.
7.
Kontaktorların, rele nəzarətçi, komanda-aparatların
yoxlanılması, təmizlənməsi.
8. Məişət
elektrik cihazlarının sökülməsi, təmiri və
yığılması.
9. Xətt və
trosların (hava) montajı, sökülməsi, təmiri və dəyişdirilməsi.
10. Qaynaq transformatorlarının
sökülməsi, mürəkkəb olmayan təmiri,
yığılması.
11. Elektrik
lampalarının lehimlənməsi.
12.
Paylayıcı lövhə və qutuların dəyişdirilməsi,
qoruyucuların və qoşucuların qurulması.
13. Sadə sxemli
güc lövhələri və ya işıqlandırıcı
şəbəkənin hazırlanması və qurulması.
14. Elektrik mühərrikləri
və generatorları-hissələrin yığılması,
təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.
15. Torpaqla birləşən
elektrodların qurulması və bərkidilməsi.
122.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ VƏ XİDMƏTİ
ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müəssisə
elektrik stansiyalarında, transformatorlu elektrik
yarımstansiyalarında mürəkkəb olmayan işlərin -
onların söndürülməsi, transformatorların, cərəyan
açarlarının, ayırıcıların və s. konstruktiv
elementlərinin sökülməsi ilə yerinə yetirilməsi.
Elektrik avadanlıqlarının yüklənməsinin tənzimlənməsi.
Partlayış təhlükəsi olmayan armaturun təmiri,
sazlanması və qurulması. Gərginliyi 1000 V-dan yuxarı
olan naqillərin kəsilməsi, birləşməsi, izoləsi
və lehimlənməsi. Gücü 50 kVt-dan yuxarı olan günəş
və külək enerji qurğularına xidmət və
onların təmiri. Elektrik avadanlıqlarının təmiri,
onlara baxış və texniki xidmətində iştirak etmək,
elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik
sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə
işlərin yerinə yetirilməsi. Transformator, elektrik
açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər
və digər mürəkkəb olmayan aparaturanın təmiri.
Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi
altında müxtəlif mürəkkəb işlərin yerinə
yetirilməsi. Kran və yükqaldırıcı
maşınlardan istifadə etməklə takelaj əməliyyatlarının
yerinə yetirilməsi. Trassa kabeli və xətlərin çəkilməsində
iştirak etmək. Akkumulyator batareyalarının
sazlanması. Cihaz və avadanlıqların xaricdən rənglənməsi.
Elektrik avadanlıqlarının yenidən
quraşdırılması. Çertyoj üzrə izoləedici
materialların emalı. Sadə montaj və prinsipial sxemlərin
markalanmasının yoxlanılması.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; sabit və dəyişən
cərəyan haqqında məlumat; elektrik mühərriklərinin,
generatorlarının, paylayıcı qurğu
aparatlarının, yağ açarlarının,
qoruyucularının, akkumulyator, nəzarət, civə və
kremni düzləndiricilərinin və digər elektrik
aparatları və elektrik cihazlarının iş prinsipini;
yüksək gərginlikli naqillərin lehimlənməsi və dəyişdirilməsi
üsullarını; təhlükəsiz iş fəndini; elektrik
avadanlıqlarının sökülməsi və təmiri işlərinin
ardıcıllığını; nəzarət-ölçü aləti
və ləvazimatlarının quruluşu və təyinatını;
elektrik ölçülərinin qeydiyyatı üsullarını; elektrik şəbəkəsində
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması üsullarını; kabellərin binalarda,
yeraltından və asma troslardan çəkilməsi
qaydasını;
III ixtisas qrupu həcmində
təhlükəsizlik texnikası qaydalarını.
İş
nümunələri:
1. Ampermetr və
voltmetrlərin xüsusi şəraitdə yoxlanılması.
2. Reostatların,
maqnit buraxıcılarının, yeşiklərin və s.
sökülməsi, təmiri, yanmış hissələrin
çıxarılması ilə yığılması.
3. Yayma dəzgahları
maqnit stansiyasının buraxıcıları
aparatlarının sökülməsi, təmiri,
yığılması.
4. Tormoz
aparatları və kənar açarların təmiri və
quraşdırılması.
5. Selenli düzləndiricilərin
yoxlanılması və təmiri.
6. Elektroaparaturalar
üçün mürəkkəb konfiqurasiyalı detalların
hazırlanması.
7. Kabellərin
manometrlə izolə edilməsi vəziyyətinin
yoxlanılması.
8. Qazma
qurğuların idarə stansiyası nəzarətçilərinin
yoxlanılması və təmiri, yığılması və
qurulması.
9. Liman
kranları, konteyner yükləyicilərinin sökülməsi, təmiri,
əlaqələndiricilərin, komando-aparatların, rele,
qoşucunun və s. yığılması.
10 Xüsusi yükləyicilərin
sökülməsi, təmiri və yığılması.
11. Elektrik mühərriklərinin
podşipniklərinin dəyişdirilməsi, təmiri.
12. Közərdici
soba və quruducu avadanlıqların potensiometriklərinin
montajı, təmiri.
13. Temperatur və
təzyiqin avtomatik ölçülməsi cihazlarının sadə
nasazlıqlarının
aradan qaldırılması, dəyişdirilməsi.
14. Elektrik
qidalandırıcı kabel xətlərinin qaz borularında dəzgaha
gətirilməsi.
15. Avtotənzimləyici
relesinin yoxlanılması və dəyişdirilməsi.
16.
İşıq reklamlarının montajı.
17. Qoşucu və
ayırıcıların eyni zamanda söndürülüb
yandırılması əlaqələrinin tənzimlənməsi.
18. Sentrifuqa
qablarının tənzimlənməsi ilə təftişi.
19. Güc lövhələri
və ya işıqlandırma qovşağının
hazırlanması və quraşdırılması.
20. Gücü 500 kVt-a qədər
olan fazalı rotorlu assinxron elektrik mühərriklərinin sökülməsi
və yığılması.
21.GÜCÜ 1000 kVt-a qədər
olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi
və yığılması.
22.
Partlayış təhlükəsi olmayan gücü 50 kVt-a qədər
olan elektrik mühərriklərinin sökülməsi və
yığılması.
23. Elektrik alətlərinin
sökülməsi, təmiri, yığılması.
24. Lövbərlərin,
maqnit makaralarının, elektrik maşınlarının
şotka tutumlarının təmiri və dəyişdirilməsi.
123.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ VƏ XİDMƏTİ
ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi
altında müxtəlif təyinatlı bütün növdən və qabaritdən olan elektrik
avadanlıqlarının sökülməsi və əsaslı təmiri.
Elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən
sonra tənzimlənməsi və yoxlanılması. Gücləndiricilərin,
işıq və səs siqnalizasiyalarının, nəzarətedicilərin,
idarə postlarının, maqnit stansiyalarının təmiri.
Güc və işıqlandırıcı elektrik
qurğularına xidmət. Elektrik stansiyaları, transformator
yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə
işlərin yerinə yetirilməsi. Lüminessentli işıqlandırıcı
sxemin quraşdırılması və təmiri. Gərginliyi
35 kV-a qədər olan kabel xətlərində kabellərin
açılması, kəsilməsi, çəkilməsi, giriş
qurğularının və birləşdirici muftaların
montajı. Kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi,
elektrik dövrəsinin torpaqlanma müqavimətinin, kabel örtüyünün
potensialının ölçülməsi. Bərk və yumşaq lehimlə
lehimləmə. Çertyoj və sxem üzrə işlərin yerinə
yetirilməsi. Elektrik mühərrikləri üçün işəsalma
müqavimətlərinin seçilməsi.
Bilməlidir:
elektronikanın əsaslarını; sabit və dəyişən
cərəyanlı elektrik avadanlıqlarının müxtəlif
tiplərinin quruluºunu; müdafiə və ölçü cihazlarının,
kommutasiya aparatlarının quruluşunu; elektrik mühərrikləri
və aparatlarının yoxlanılması, təmiri,
yığılması, qurulması və xidməti üzrə səmərəli
üsulları; rele müdafiəsinin təyinatını;
yarımkeçirici və düzləndiricilərin quruluşu və
iş prinsipini; bütün tiplərdən olan elektrik xətlərinin
çəkilməsinə qoyulan texniki tələbləri; təmirdən
sonra tənzimləyici aparaturası olan elektrik
avadanlıqlarının tənzimləyici-təhvil işlərinin
aparılması metodunu; xidmət edilən
avadanlığın tənzimlənməsinin əsas elektrik
normalarını; avadanlıq və qidalandırma mənbələrinin
iş prinsipini; mürəkkəb nəzarət-ölçü alətlərinin
quruluşunu; təyinatı və tətbiqi şərtlərini;
universal və xüsusi ləvazimatın konstruksiyasını; IV
ixtisas qrupu həcmində təhlükəsizlik texnikası
qaydalarını.
İş
nümunələri:
1. Elektromaqnit və
elektrotexniki blokirovkanın təmiri və tənzimlənməsi.
2. Yağlı cərəyan
açarlarının hazırlanması və əlaqələndiricilərin
dəyişdirilməsi ilə təmiri, eyni zamanda üç fazalı
birləşmənin tənzimlənməsi.
3.
Komandoaparatların, icraçı mexanizmlərin temperatur göstərənlərinin
yoxlanılması, təmiri və sazlanması.
4. Yayma dəzgahlarının
qaldırıcı stollarının idarə
komando-aparatlarının yoxlanılması və təmiri.
5. Liman
kranlarının, konteyner yükləyicilərinin elektrik
avadanlıqlarının cari təmiri, tənzimlənməsi
və sınağı.
6. Yüksək gərginlikli
elektrik qidalandırıcıları xətlərinin gərginlik
altında yoxlanılması.
7. Pnevmatik yükləyicilərin
texniki xidməti, əsaslı təmiri və tənzimlənməsi.
8. Bütün güclərdən
olan elektrik mühərriklərinin diyirlədici podşipniklərinin
şaberlənməsi.
9. Quruducu və
közərdici sobaların elektrik avtomatik tənzimləmə
potensiometrlərinin təmiri və sazlanması.
10. Vaxt relesinin
yoxlanılması.
11. Selenli düzləndiricilərin
şaybalarının dəyişdirilməsi.
12.
Tutqunlaşdırıcıların sonluqlu cərəyan
açarlarının, şotkaların və mikrodəyişdiricilərinin
hazırlanması ilə təmiri.
13. Təkrar
kommutasiya zəncirlərinin induktorlarının
yoxlanılması.
14. Yüksək voltlu
paylayıcı lövhələrin armatura qoyulması ilə
quraşdırılması.
15. Gücü 500 kVt-dan
yuxarı asinxron və gücü 1000 kVt-dan yuxarı elektrik mühərriklərinin
sökülməsi, yığılması.
16. Gücü 50 kVt-dan
artıq olan partlayış təhlükəsi törətməyən
elektrik mühərriklərinin sökülməsi, təmiri və
yığılması.
17.
Qidalandırıcı kran elektrik kolonkalarının sökülməsi,
təmiri, yığılması və tənzimlənməsi.
18. Elektrik filtrlərinin
yoxlanılması, təmiri və quraşdırılması.
124.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ VƏ XİDMƏTİ
ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Gərginliyi 15
kV-a qədər olan müxtəlif tipli yüksək voltlu elektrik
maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və mərkəzləşdirilməsi.
Müdafiə vasitələrinin mürəkkəb qurğularında
və avtomatika və telemexanika cihazlarında sxemlərin
sazlanması və defektlərin aradan qaldırılması.
Güc və işıqlandırma qurğularının daha mürəkkəb
sxemlərinin və maşın və aqreqatların və
texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqlar sxeminə
xidmət. Gərginliyi 35 kV-dan yuxarı olan kabel şəbəkələrinin
giriş qurğuları və birləşdirici muftalarla
quraşdırılması və təmiri. Civəli düzləndiricilərin
və gücü 1000 kV-dan yuxarı olan yüksək tezlikli
qurğuların təmiri, qurulması və sazlanması.
Domna, poladəritmə sobalarının, yayma dəzgahlarının,
blokirovka, siqnallaşdırma, tunel sobalarının idarə
qurğularının dispetçer avtomatlaşdırma idarəsinin,
texnoloji xətlərin axın nəqliyyatının, qaynaq
avadanlığının və elektromaqnit idarə sistemli dəzgahların
iş rejimini avtomatik tənzimləyən qurğularına
xidmət, onların qurulması, təmiri və sazlanması.
Quruducu və vakuum sobalarının, maksimal cərəyan və
avtomatik lentli nadir avtomatların mürəkkəb elektrik
avadanlıqlarının təmiri. Elektrik
maşınlarının rotorlarının
balanslaşdırılması, titrəyişin aşkar edilməsi
və aradan qaldırılması.
Bilməlidir:
telemexanikanın əsaslarını; müxtəlif elektrik
maşın, aparat, cihazların
quruluşunu və elektrik sxemini; elektrik avadanlığı və
kabel şəbəkələrinin sınağının
aparılması metodlarını; elektrik mühərrikləri və
digər xidmət edilən elektrik
avadanlıqlarının sxemini; müxtəlif sistem relelərinin
quruluşunu və onların
yoxlanılması üsullarını; elektrik qurğularında
istifadə edilən müdafiə vasitələrindən istifadə
qaydalarını; işləyən elektrik
avadanlıqlarına nəzarət və xidməti; yüksək
tezlikli maşınlı və
lampalı generatorlarla iş prinsipini; kosinus-finin
artırılması üçün statistik kondensatora
tələbatın hesablanması; elektrik mühərriklərinin
mərkəzləşməsi və
balanslaşdırılması üsullarını; yüksək
tezlikli müdafiənin təyinatını və növlərini; nəzarət-ölçü
alətlərinin sazlanması və tənzimlənməsi
qaydalarını; IV ixtisas qrupu həcmində təhlükəsizlik
texnikası qaydalarını.
İş
nümunələri:
1. Kokskimya
zavodlarının avtomatik söndürmə qüllə
qurğularının təmiri və elektrosxemin sazlanması.
2. Yüksək voltlu
yağlı cərəyan açarlarının əsaslı təmiri.
3. Yüksək gərginlikli
kabellərin zədə almış yerlərinin
axtarılması, kəsilməsi və yenisinin
quraşdırılması.
4. Əlaqələndiricilərin,
maqnit nəzarətçilərinin, yol dəyişdiricilərinin təmiri
və tənzimlənməsi.
5. Yüksək gərginlikli
paylayıcı qurğuların və avadanlıqların təmiri
və quraşdırılması.
6. Maqnitelektrik
yükqaldırıcı məhdudlaşdırıcıların
yoxlanılması, tənzimlənməsi və sazlanması.
7. Əymə dəzgahlarının
yüksək voltlu elektrik mühərriklərinin idarəetmə
panelləri və maqnit stansiyalarının yoxlanılması
və təmiri.
8. Yükləyici,
pnevmoyükləyici və digər xüsusi maşınların əsaslı
təmiri və elektrik avadanlıqlarının tam həcmdə
tənzimlənməsi.
9. Potensiometr və
selsi göstəricinin detallarının hazırlanması və təmiri.
10. Radioizotop
cihazlarının quraşdırılması və
sazlanması.
11. Operator
işıqlandırmasının idarə pultunun təmiri və
montajı.
12. Maksimal rele,
fotorelenin yoxlanılması, təmiri və tənzimlənməsi.
13. Elektrik mühərriklərinin
rotorunun balanslaşdırılması, titrəyişin
aşkar edilməsi və aradan qaldırılması.
14. Avtomat sprederlərinin
nasazlığının aşkar edilməsi, təmiri, sökülməsi.
15. Domna
sobalarının yüklənmə mexanizmlərinin elektrosisteminin
tam təmiri və sazlanması.
16. Metallurgiya
zavodları aqreqatlarında telemexaniki qurğuların xüsusi idarə
sisteminin hesab sxemi elementlərinin təmiri, sazlanması və
quraşdırılması.
17. Yüksək voltlu
elektrik mühərriklərinin əsaslı təmiri,
yığılması, qurulması, mərkəzləşdirilməsi.
18. Maqnit
stansiyalı və mürəkkəb sxemli avtomatika və
blokirovkanın çoxmühərrikli elektrik keçiricilərinin
yoxlanılması və təmiri.
19. Bütün sistemdən
olan elektriksaatlı stansiyaların orta və əsaslı təmiri.
125.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ VƏ XİDMƏTİ
ÜZRƏ ELEKTRİK MONTYORU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Gərginliyi 15
kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik
maşın və aparatlarının sökülməsi, əsaslı
təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi.
Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və
distansion idarə edilən istehsalat sexləri və sahələrinə
xidmət edilməsi. Texnoloji avadanlıqların vacib, mürəkkəb
və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb
elektrik sxemlərinin, nadir və presizion metal emalı
avadanlıqlarının vacib və eksperimental elektrik
maşınlarının, elektrik aparatlarının və
elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi,
özüyazan elektrik və elektron cihazlarına xidmət, onların tənzimlənməsi,
sazlanması. Elektronika, ultrasəsli, elektronlu, elektroimpulslu
qurğuları olan iqnitronlu qaynaqedici aparatlara və tranzistorlu
və məntiqi elementlərdə yarımkeçirici qurğulardan
istifadə etməklə mürəkkəb sxemlərə xidmət
və onların sazlanması. Ölçü transformatorlarının dəqiqlik
sinfinin yoxlanılması. Təzyiq altında yağ və
qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin
təmiri, montajı və sökülməsi işlərinin
aparılması. Yüksək voltlu kabel şəbəkələrində
epoksid ucların ayrılması, mis və alüminium kabelləri
arasında birləşdirici muftaların montajı. Əsaslı
təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin,
aparatlarının və transformatorların kompleks
sınağı.
Təmir
edilmiş elektrik avadanlıqlarının istismara təhvil
verilməsi.
Bilməlidir: müxtəlif
güclü və gərginlikli elektrik maşınların,
aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi
üsulu və qaydalarını; teleidarənin və avtomatik tənzimlənmənin
sxemini və onların sazlanması üsullarını; elektron
sistemli relenin və
cihazların
quruluşunu və mürəkkəb
konstruksiyasını; elektrik maşın, aparat və
cihazların kompleks sınağı qaydalarını; elektrik
qidalandırma şəbəkəsində elektrik
avadanlıqları və elektrik sxemləri üzrə sənədlərin
tərtibi qaydalarını; paylayıcı qurğuların
ilkin və ikinci kommutasiyasının elektrik sxemini; yüksək
tezlikli blokirovkadan müdafiə hərəkətinin prinsipini; gərginlik
stabilizatorlarının, yarımkeçiricilərin, selenli düzləndiricilərin,
operativ işıqlandırmanın telemetrik idarəsinin və
operativ idarə pultunun sxemini; IV ixtisas qrupu həcmində təhlükəsizlik
texnikası qaydalarını.
Orta ixtisas təhsili
tələb olunur.
İş
nümunələri:
1. Elektron relesi və
termotənzimləyici olan maye komponentli avtomatik
dozalaşdırıcı aparatların yoxlanılması, təmiri
və elektrosxemin sazlanması.
2. Sabit cərəyan
generatorunun əsaslı təmiri, tənzimlənməsi və
sazlanması.
3. Liman kranlarının,
konteynerli yükləyicilərin elektrik avadanlığının
əsaslı təmiri.
4. Sabit cərəyan
maşınlarının kollektorlarının
yığılması, şablonların hazırlanması.
5. Metalkəsici dəzgahların
avtomat xəttinin mürəkkəb təmiri və elektrik sxeminin
sazlanması.
6. Axın xətlərinin
təmiri və sazlanması.
7. Tikişli,
çoxnöqtəli elektrik qaynağı maşınlarının təmiri
və sazlanması.
8. Yüksək
tezlikli elektroəridici sobaların və möhkəmləndirici
qurğuların yoxlanılması, nasazlıqların aradan
qaldırılması və sazlanması.
9. Elektron sistemi
cihazları və aparatlarının təmiri və
sazlanması.
10. Kokskimya
zavodlarının söndürülməsinin elektron qülləsi relesinin təmiri,
qurulması və sazlanması.
11. Rentgen
aparatlarının yoxlanılması, defektlərin aradan
qaldırılması və sazlanması.
12. Trister idarə
sisteminin sazlanması.
13. Sprederlərin,
yükqaldırıcı elektromaqnitlərin elektrik
avadanlıqlarının əsaslı təmiri, tənzimlənməsi
və sazlanması.
14. Elektronika və
fotoelementlərin tətbiqi ilə mürəkkəb elektrik sxemlərinin
yoxlanılması, təmiri və sazlanması.
15. Avtomatik
distansion idarənin elektrik sxemlərinin yoxlanılması və
sazlanması.
16. Mürəkkəb
idarə sxemli elektrik keçiricilərinin iş rejiminin
distilliqrafiyası.
126.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ ÜZRƏ ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Elektrik mühərriklərinin,
aparatlarının və cihazların mürəkkəb olmayan birləşmə
və detalların sökülməsi, təmiri və
yığılması. Sadə işıqlandırma armaturu və
böyük olmayan projektorların sazlanması və qurulması.
Paylayıcı qutuların, qoruyucu lövhələrin
qurulması, sökülməsi, təmiri. Sadə işəsalıcı-tənzimləyici
aparatların yoxlanılması və təmiri. Elektrik
avadanlıqların kran-balkalarının, elektrik
kranlarının və bucurqadların köməyi ilə
daşınmasında takelaj işlərinin yerinə yetirilməsi.
Böyük güclü və gərginlikli elektrik maşınlarında
çilingər-təmir və yığma işlərinin yüksək
ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yerinə
yetirilməsi. Qaz borularında, rolikdə və izolyatorlarda
quraşdırıcı xətt və kabellərin çəkilməsi.
Lampalarının sayı 5-ə qədər olan
çıraqların qurulması və şəbəkəyə
qoşulması. Transformator sarğılarının müqavimətinin,
gərginliyi 2500 V-a qədər meqometrli giriş və
çıxış kabellərinin yoxlanılması və ölçülməsi.
Hündürlüyü 9 m-ə qədər olan dayaqların dəyişdirilməsi
və bərkidilməsi, onların izolyatorlarla təchiz edilməsi.
Bilməlidir:
elektrik maşınlarının sabit və dəyişən
cərəyanlı elektrik mühərriklərinin,
transformatorların, elektrik aparat və cihazlarının iş
prinsipini; elektrik maşınlarının təmiri işlərinin
aparılması qaydası və üsullarını; kabel xətlərinin
və hava elektrik şəbəkə xətlərinin çəkilməsi
qaydalarını; elektrik materiallarının əsas növlərini
və təyinatını; kabel çəkilməsi zamanı torpaq
işlərinin aparılması qaydasını; nəzarət-ölçü
alətlərinin; elektrik avadanlığının yerdəyişməsində
takelaj işlərinin aparılması üsullarını.
İş
nümunələri:
1.
İşıqlandırıcı armaturun şəbəkəyə
qoşulmaqla qurulması.
2. Yağlı
elektrik cərəyanı açarının yağının
boşaldılması, baxılması və izolyatorların tənzimlənməsi
3. Sadə
detalların: spiral yayların, bəndlərin, əlaqələndiricilərin
və ucluqların
hazırlanması.
4.
İllüminasiyanın quraşdırılması.
5. Kabel
ucluqlarının kəsilməsi.
6. Elektrik
maşınları kollektorlarının təmizlənməsi.
7. Elektrik
cihazlarının polad və digər metallardan olan konstruksiyalarının
hazırlanması və qurulması.
8. Məişət
elektrik cihazlarının sökülməsi, təmiri və
yığılması.
9. Hava naqilləri
və trosların açılması, təmiri,
yığılması və dəyişdirilməsi.
10. Qaynaq
transformatorlarının sökülməsi və təmiri.
11. Elektrik lampalarının
sokolunun uclarının qaynaq edilməsi.
12.
Paylayıcı lövhə və qutuların qoruyucularının
və qoşucuların dəyişdirilməsi və
qurulması.
13. Sadə sxemli
güc lövhələri və işıqlandırıcı şəbəkələrin
hazırlanması və qurulması.
14. Torpağa birləşdirilmə
elektrodlarının qurulması və bərkidilməsi.
127.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ ÜZRƏ ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Gərginliyi 10
kV-a qədər olan elektrik maşın və aparatların
sökülməsi, orta təmiri, yığılması, qurulması
və mərkəzləşməsi. Elektrik aparatları və
elektrik cihazları altında qrup lövhələrin və mürəkkəb
metalkonstruksiyaların hazırlanması və
quraşdırılması. Lüminessensiyalı
işıqlandırmanın mürəkkəb olmayan sxemlərinin
montajı və təmiri. Gərginliyi 10 kV-a qədər olan
kabelin açılması, hazırlanması, fazalanması və çəkilməsi.
Podşipniklərin dəyişdirilməsi. Partlayış təhlükəsinə
qarşı armaturun təmiri, sazlanması və qurulması.
Güc ıə işıqlandırıcı elektrik xətlərinin
çertyoj üzrə ölçülməsi. Elektrik xətlərinin çəkilməsi
üçün dayaqların möhkəmləndirilməsi, armatur və bərkidilməsi
və xətlərin dartılması. İzolə sinfin 10 kV-a
qədər olan yağ və ölçü, soba, qaynaq
transformatorlarının tam təmiri. Elektrik cihazları,
elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi,
təmiri, yığılması və tənzimlənməsi
işlərinin aparılması. Daha yüksək ixtisaslı
elektrik quraşdırıcısının rəhbərliyi
altında mürəkkəb çilingər-yığma işlərinin
yerinə yetirilməsi və yüksək gərginlikli elektrik
maşınlarının təmiri. Gərginliyi 2500 V-dan yuxarı
olan transformator sarğılarının, daxil olan və
çıxan kabellərin yoxlanılması və müqavimətin
ölçülməsi. Hündürlüyü 9 m-dən yuxarı olan dayaqların dəyişdirilməsi
və qurulması, onların izolyatorlarla təchiz edilməsi.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; eynitipli elektrik
maşınlarının, sabit və dəyişən cərəyan
mühərriklərinin quruluşunu; müxtəlif elektrik
materiallarının növlərini, onların xüsusiyyətini və
təyinatını; işə salıcı, tənzimləyici
və nəzarətedicilərin quruluşunu və təyinatını;
meqometrlə izolyasiya sınağının qayda və
normalarını; yüksək və aşağı gərginlikli
xətlərin qəbulu, dəyişdirilməsi, calaq və
qaynaq edilməsi üsullarını; evlərdə, torpaq
altında və asma troslarda kabellərin çəkilməsi
qaydasını; elektromaqnit, maqnitoelektrik və elektrodinamik
sistemlərin cihazlarının sxemini; elektrik
maşını, aparat və cihazlarının qəbulu, təmiri
və quraşdırılması qayda və üsullarını;
xüsusi ləvazimat, sadə və mürəkkəb nəzarət-ölçü
alətlərinin quruluşunu.
İş
nümunələri:
1. Elektromaqnit və
maqnitoelektrik sistemi ampermetrlərinin və voltmetrlərinin
yoxlanılması.
2. İşə
salıcı-tənzimləyici aparatların-reostatların,
maqnit işəsalıcıların, işəsalıcı
yeşiklərin və s. sökülməsi, təmiri və
yığılması.
3. Yayma dəzgahları
maqnit stansiyasının aparatlarının sökülməsi, təmiri
və yığılması.
4. Tormoz
aparatları və kənar cərəyan açarlarının təmiri
və quraşdırılması.
5. Selenli düzləndiricilərin
yoxlanılması və təmiri.
6. Elektrik
lampalarından olan zəncirlərin paralel və ardıcıl
birləşdirilməsi ilə hazırlanması.
7. Elektrik
aparatları üçün mürəkkəb konfiqurasiyalı
detalların-fiksator, rubilnik, barmaqlar və müqavimət
yeşiklərinin hazırlanması.
8. Kabellərin çəkilmədən
əvvəl və sonra meqometrlə izolə edilməsi vəziyyətinin
yoxlanılması.
9. Qazma
qurğularının idarə stansiyalarının nəzarətedicilərinin
yoxlanılması, təmiri, yığılması və
quraşdırılması.
10. Elektrik
maşınları bəndlərinin və borularının təmiri
və birləşmə sxeminin yoxlanılması ilə dəyişdirilməsi.
11. Elektrik
qidalandırıcı kabel xətlərinin qaz borusunda dəzgaha
gətirilməsi.
12. Aralıq avtotənzimləyici
relesinin yoxlanılması və dəyişdirilməsi.
13.
İşıq reklamlarının montajı.
14. Qoşucu və
ayırıcıların eyni zamanda açılıb
bağlanılması əlaqələrinin tənzimlənməsi.
15.
Sentrifuqaların qablarının tənzimlənməsi ilə
təftişi.
16. Mürəkkəb
sxem, güc lövhəsi və işıq qovşağının
hazırlanması və qurulması.
17. Gücü 500 kVt-a qədər
olan faza rotorlu asinxron elektrik mühərriklərin sökülməsi və
yığılması.
18. Gücü 1000 kVt-a qədər
olan qısa qapanmalı elektrik mühərriklərin sökülməsi və
yığılması.
19. Gücü 50 kVt-a qədər
olan partlayış təhlükəsizlikli elektrik mühərriklərin
sökülməsi, təmiri və yığılması.
20. Elektrik alətlərinin
sökülməsi, təmiri və yığılması.
21. Elektrik
maşınlarının vallarının, maqnit çarxları və
şotka saxlayıcıların təmiri və dəyişdirilməsi.
22. Müqavimət
yeşiklərinin sökülüb quraşdırılması, sxem üzrə
birləşdirilməsi.
128.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ ÜZRƏ ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Gərginliyi 10
kV-a qədər olan elektrik maşın və aparatların
sökülməsi, əsaslı təmiri, yığılması və
mərkəzləşməsi və gərginliyi 10 kV-dan
yuxarı olan müxtəlif tipli və sistemli yüksək voltlu
elektrik maşın və aparatlarının orta təmiri.
Xüsusi şəraitdə induksiya və elektrostatik sisteminin
elektrik cihazlarının sazlanması və təmiri. Gücü 1000
kVt-a qədər olan civə düzləndiriciləri və yüksək
tezlikli qurğuların təmiri, montajı, qurulması və
sazlanması. Gərginliyi 35 kV-a qədər olan kabel
qovşağının montajı və təmiri. Gərginliyi
10 kV-a qədər olan paylayıcı qurğuların birləşmə
və detallarının hazırlanması ilə təmiri və
montajı. Elektrik şəbəkəsinin mürəkkəb və
qapalı ötürücülərin qurğusunun montajı və təmiri.
Kabelin açılması, kəsilməsi, dozalaşması, çəkilməsi,
giriş qurğularının və birləşdirici muftaların,
gərginliyi 10-dah 35 kV-a qədər olan kabel xəttində kənar
qapanmaların montajı. Elektrik maşmı və kabel
qurğularının əmr-işarə aparatlarının təmiri,
ayrı-ayrı detal və birləşmələrinin dəyişdirilməsi,
qüsur və nasazlıqların aradan qaldırılması ilə
izoləsindən 10-dan 35 kV-a qədər olan ölçü, soba, quru
qaynaq və yağ transformatorlarının tam təmiri. Rele
mühafizəsi panellərində qüsurların yoxlanılması,
yığılması və aradan qaldırılması.
Bilməlidir:
elektronikanın
əsaslarını; dəyişən və sabit cərəyanın
elektrik mühərriklərinin transformatorların, mühafizə və
ölçü elektrik qurğularının müxtəlif növlərinin
quruluşunu; elektrotexniki materialların nomenklaturasını,
onların xüsusiyyətlərini və bir-birini əvəzetmə
qabiliyyətini; relenin sazlanması, yoxlanılması və tənzimlənməsi
üsullarını; elektrik mühərriklərinin,
transformatorların və elektrik aparatlarının
yoxlanılması, sökülməsi, təmiri,
yığılması və qurulmasının daha rasional
üsulunu; güc kabellərinin, kabel aparatlarının və daxilolma
qurğularının təyinatını və
konstruksiyasını; trassanın müxtəlif vəziyyətlərində
kabellərin quraşdırılmasının texnoloji prosesini;
müdafiə və avtomatika qurğularına qoyulan ümumi tələbləri;
elektrik maşın və cihazların yoxlanılması və
sınağı metodlarını; universal və xüsusi ləvazimatın
quruluşunu; mürəkkəb nəzarət-ölçü alətlərinin
quruluşunu, təyinatını və tətbiqi şərtlərini.
İş
nümunələri:
1. Elektromaqnit və
elektromexaniki bloklayıcı qurğuların təmiri və tənzimlənməsi.
2. Elektrik mühərrikləri
valının sıxılması.
3. Komanda aparatları,
icra mexanizmləri, hərarət vericilərinin
yoxlanılması, təmiri və tənzimlənməsi.
4. Yayma dəzgahının
qaldırıcı stollarının idarəetmə komanda
aparatlarının yoxlanılması və təmiri.
5. Yüksək gərginlikli
elektrik qidalandırıcısı xəttinin müqavimət
altında yoxlanılması.
6. Müxtəlif güclü
elektrik mühərriklərinin podşipniklərinin şaberlə
yonulması.
7. Vaxt
relesi-elektromaqnit xətlərində qüsurların
yoxlanılması və aradan qaldırılması.
8. Selen düzləndiricisinin
şaybanın dəyişdirilməsi ilə təmiri, sədlərin
tənzimlənməsi və sazlanması ilə
hazırlanması.
9. Təkrar
kommutasiya zəncirlərinin induktorlarının
yoxlanılması.
10. Şotka və
mikrocərəyan dəyişdirici açarların dəyişdirilməsi,
tutqunlaşdırıcıların sonluqlarının
hazırlanması ilə təmiri.
11. Mürəkkəb
sxemli yüksək voltlu paylaşdırıcı lövhələrin
armaturun qurulması ilə montajı.
12. Gücü 500 kVt-dan
artıq asinxronlu və gücü 1000 kVt-dan yuxarı olan qısa
qapanmalı elektrik mühərriklərinin sökülməsi və zədələrinin
aradan qaldırılması ilə yığılması.
13.
Partlayış təhlükəsizlikli gücü 50 kVt-dan yuxarı olan
elektrik mühərriklərinin sökülməsi, təmiri və
yığılması,
14. Elektrik filtrlərinin
yoxlanılması, təmiri və quraşdırılması.
129.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ ÜZRƏ ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Gərginliyi 10,
kV-dan 15 kV-a qədər olan müxtəlif tipli, yüksək voltlu
elektrik maşın və aparatlarının sökülməsi, əsaslı
təmiri, yığılması və
quraşdırılması. Müdafiə vasitələrinin,
avtomatika və telemexanika cihazlarının mürəkkəb
qurğularında defektlərin aşkar edilməsi və
sazlanması. Kontak-rele, ion və elektrikmaqnit ötürücülərinin
sxemlərində nasazlıqların aradan
qaldırılması və aparatların tənzimlənməsi.
Gərginliyi 35 kv-dan yuxarı olan kabel şəbəkələrinin
quraşdırılması və təmiri. Gücü 1000 kVt-dan yuxarı
ciyə düzləndiricilərinin və yüksək tezlikli
qurğuların təmiri, quraşdırılması,
qurulması və sazlanması. Gərginliyi 10 kV-dan yuxarı
olan paylayıcı qurğu avadanlığının birləşmə
və detallarının hazırlanması ilə təmiri və
montajı. Domna, poladəridici soba və yayma
maşınlarının, blokirovkalayıcı,
siqnalizasiyalaşdırıcı və tuneli sobaların idarə
qurğularının iş rejiminin avtomatik tənzimləyici
qurğularının montajı, təmiri və sazlanması.
Müxtəlif sistemli və təyinatlı elektrik və elektron
cihazlarının mexaniki və elektrik hissələrinin sökülməsi,
mürəkkəb təmiri və yığılması. Elektrik
maşınların rotorlarının
balanslaşdırılması, titrəyişin aşkar edilməsi
və aradan qaldırılması.
İki və üç
sarğılı güc transformatorlarının əsaslı təmiri,
ölçü, soba, dartıcı, qaynaqedici, yağlı və xüsusi
transformatorların tam təmiri. Mühəndis-texniki heyətin nəzarəti
altında elektrik maşınlarının sınağı və
yoxlanışı üçün işə salınması.
Bilməlidir:
telemexanikanın əsaslarını; kinemexanika və elektrik
sxemlərini; elektrik maşınlarının, güc və ölçü
transformatorlarının, paylayıcı qurğu
avadanlıqlarının ölçü cihazlarının dəqiqliyinin
yoxlanılması, avtomatik tənzimlənməsi və
telemexanikanın yoxlanılması üsullarını; elektrik
kabel və hava qovşağının siqnalının
aparılması metodlarını; müxtəlif sistemli relelərin,
maşınlı və lampalı generatorun yüksək tezlikli
qurğularının quruluşunu; müxtəlif şəraitlərdə
kabel və hava qovşaqlarının təmiri üzrə işlərin
fəndi və qaydasını; elektrik mühərriklərinin,
transformatorların və elektrik aparatlarının sxemini və
sınağı qaydalarını; elektrik mühərriklərinin
mərkəzləşdirilməsi və
balanslaşdırılması üsullarını; yüksək
tezlikli müdafiənin növlərini və təyinatını; nəzarət-ölçü
cihazlarının sazlanması və tənzimlənməsi
qaydalarını.
İş
nümunələri:
1. Kokskimya
zavodlarının söndürülmə qüllələrinin avtomatik
qurğularının elektrik sxemlərinin təmiri və
sazlanması.
2. Yüksək voltlu
yağlı elektrik açarlarının əsaslı təmiri.
3. Yüksək gərginlikli
kabellərin zədələrinin tapılması, kəsilməsi
və quraşdırılması.
4. Əlaqələndiricilərin,
maqnit nəzarətçisinin, yol elektrik açarlarının təmiri
və
tənzimlənməsi.
5. Yüksək gərginliyin
bölüşdürülməsi qurğularının avadanlıq və
aparatlarının
təmiri və montajı.
6. İdarə
paneli və yayma lampalarının yüksək voltlu elektrik mühərriklərinin
maqnit
stansiyalarının təmiri və yoxlanılması.
7. Operator
işıqlandırıcısının idarə pultunun təmiri
və montajı.
8. Potensiyametrlərin,
selsi göstəricilərin hissələrinin hazırlanması ilə
təmiri.
9. Maksimal rele,
fotorelenin yoxlanılması, təmiri, tənzimlənməsi,
10. Elektrik mühərriklərinin
rotorunun balanslaşdırılması, titrəyişin
aşkar edilməsi və aradan qaldırılması.
11. Marten
sobalarının hava qızdırıcılarının
klapanlarının, rolqanq avtomatları sxeminin təmiri və
tənzimlənməsi.
12. Domna peçlərinin
yüklənmə mexanizmlərinin elektrik sxemlərinin tam təmiri
və sazlanması.
13. Metallurgiya
zavodları aqreqatlarında telemexanika qurğularının təmiri,
montajı və sazlanması,
14. Maqnit
stansiyalı, avtomatik və blokirovka sxemli çox mühərrikli
elektrik
ötürücülərinin yoxlanılması və təmiri.
15. Yüksək voltlu
elektrik mühərriklərinin təmiri, yığılması və
mərkəzləşməsi.
130.
ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ ÜZRƏ ELEKTRİK
MONTYORU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Gərginliyi 15
kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik
maşın və elektrik aparatlarının sökülməsi, əsaslı
təmiri, yığılması və qurulması. Xüsusi mürəkkəb
elektrik maşınları, elektrik aparatları və elektrik
cihazlarının təmiri, yığılması və tənzimlənməsi
üzrə işlərin yerinə yetirilməsi. Çox dəqiq və
nadir metal emalı
avadanlıqlarının, mürəkkəb elektrik, avtomat xətlərin
məntiqi sxeminin və həmçinin rəqəmli proqram idarəetmə
sxeminin elektrik, inteqral sxeminin təmiri və sazlanması. Ölçü
transformatorlarının dəqiqlik sinfinin yoxlanılması. Təzyiq
altında qaz ilə və ya yağ ilə doldurulmuş xüsusi
boru kəmərlərində kabel xətlərinin təmiri,
montajı və sökülməsi üzrə işlərin yerinə
yetirilməsi. Yüksək voltlu kabel şəbəkələrində
mürəkkəb epoksidli sonluqların hazırlanması, həmçinin
alüminium və mis kabellərarası birləşdirici
halqaların montajı. Elektrik mühərriklərinin, elektrik
aparatlarının və transformatorların əsaslı təmirdən
sonra kompleks sınağı. Təmir olunmuş elektrik
avadanlıqlarının istismara verilməsi.
Bilməlidir: müxtəlif
elektrik maşınlarının, elektrik aparatlarının,
gücü və gərginliyi
müxtəlif olan cihazların quruluşunu, dəqiqliyinin
yoxlanılması üsulları və
qaydalarını; teleidarə və avtomatik tənzimlənmənin
sxemini; mürəkkəb məntiqi
sxemlərə xidmət qaydalarını; elektrik
maşınlarının, elektrik aparatları və
cihazlarının kompleks sınağı metodunu; epoksid
materiallar ilə iş texnologiyasını;
partlayış təhlükəli, yanğın təhlükəli və
digər mürəkkəb şəraitlərdə kabel şəbəkələrinin
təmiri və montajı qaydalarını; elektrik
qidalandırıcı şəbəkəsində elektrik avadanlıqları üzrə
elektrik sxemlərin və digər texniki sənədlərin tərtib
edilməsi qaydasını; elektrik mühərriklərinin,
transformatorlarının kabel və müxtəlif gərginlikli
naqil xətlərinin yüklənməsi normasını; paylayıcı
qurğuların birinci və ikinci kommutasiyasının elektrik
sxemini; yüksək tezlikli blokirovka ilə müdafiənin hərəkət
prinsipini.
Orta ixtisas təhsil
tələb olunur.
İş
nümunələri:
1. Elektronlu rele və
termotənzimləyici maye komponentlər üçün avtomatik dozalaşdırıcı
aparatların elektrosxeminin yoxlanılması, təmiri və
sazlanması.
2. Daimi cərəyan
generatorlarının əsaslı təmiri, tənzimlənməsi
və sazlanması.
3. Daimi cərəyan
maşınlarının kollektorunun yığılması,
şablonların və kollektor
vallarının əl
ilə hazırlanması.
4. Avtomatik metalkəsici
dəzgahlar xəttinin mürəkkəb təmiri və elektrik
sxeminin
sazlanması.
5.
Sinxronlaşdırılmış və
avtomatlaşdırılmış ötürücülü axın xəttinin təmiri
və sazlanması.
6. Elektrik
qaynağı maşınlarının təmiri və
sazlanması.
7. Elektrik əridici
sobaların və yüksək tezlikli möhkəmləndici
qurğuların yoxlanılması, nasazlıqların aradan
qaldırılması və sazlanması.
8. Elektrik sistemli
cihaz və aparatların təmiri və sxeminin sazlanması.
9. Kokskimya
zavodlarının söndürülməsinin elektron qülləsinin relesinin
təmiri,
qurulması və sazlanması.
10. Rentgen
aparatlarının yoxlanılması, nasazlıqların aradan
qaldırılması və sazlanması.
11. Elektronika və
fotoelementlərin tətbiq edilməsi ilə mürəkkəb
elektrik sxemlərinin yoxlanılması, təmiri və sazlanması.
12. Avtomatik
distansiyadan idarəetmənin elektrik sxeminin yoxlanılması,
təmiri və sazlanması.
13. Mürəkkəb
sxemli idarəetmənin elektrik ötürücülərinin iş rejiminin
distilliqrafiyası.
14. Yayma dəzgahlarının
baş ötürücü elektrik maşınlarının sxeminin yığılması.
131.
ELEKTROİZOLƏ MATERİALLARI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Maye materiallarda
özlülüyün (qatılığın) müəyyən edilməsi.
Texnoloji təlimatlara
uyğun olaraq laklar, yapışqanlar və kompaund nümunələrinin
hazırlanması, onların
komponentlərini hazırlamaq üçün
qabaqcadan görülən işlərin: vakuumda qurutma,
yandırılma, ələnmə və digər əməliyyatların
aparılması. Polietilen, ftoroplast və digər plastik kütlədən
olan nümunələri və məmulatları presləmək
üçün materialların hazırlanması. Sadə konstruksiyalı
elektrik elementlərinin laklarla, emal və kompaundlarla təcrübi
izolə proseslərinin aparılması. Avtoklavlarda və
barokameralarda işləmək. Sınaq zamanı
temperatur rejimlərinin təmin olunması. Görülmüş işlər
üzrə yazıların aparılması. İzoləedilən,
yapışdırılan və preslənən detallar üzərində
çəkilmiş çertyojların oxunması. Dövlət
standartları tələblərinə uyğun nümunələrin
hazırlanması, plastik kütlə, kompaundların, lak çəkilmiş
plyonkaların, maye dielektriklər nümunələrində
xarakteristikaların yoxlama ölçülərinin aparılması.
Dielektriklərə və elektrik elementlərinin elektrik xassələrinə
aralıq nəzarət etməklə onlarda uzunmüddətli
iqlim, rütubət və başqa sınaqların keçirilməsi.
İstilik kameralarında elektrik materialların nümunələrinin
sınaqdan keçirilməsi.
Bilməlidir:
hazırlanan lakların, yapışqanların, kompaundların
və başqa izoləedici materialların əsas komponentlərinin
təyinatını; avtoklavların, barokameraların,
vakuum-hopdurucu qurğuların, hidravlik preslərin və xidmət
olunan digər avadanlığın iş prinsipini; texniki və
analitik tərəzilərdən istifadə qaydalarını;
temperaturu ölçmək üçün olan cihazlarla işləmə
qaydalarını; elektrik elementlərinin lak, emal və
kompaundlarla izolə etmənin əsas proseslərinə
texnoloji təlimatları; nəzarət olunan izolə
materiallarına və elektroelementlərə dövlət
standartları və texniki şərtlərin tələblərini;
uzunmüddətli sınaqlar üçün olan xüsusi avadanlığın və
cihazların texniki göstəricilərini və onlarla işləmə
qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi şərtlərini; elektrotexnika üzrə əsas
məlumatları.
132.
ELEKTROİZOLƏ MATERİALLARI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Elektroelementlərin
izolə edilməsi üzrə texnoloji rejimlərin işlənilməsi
prosesində təcrübələrin keçirilməsi. Vakuum-kameraların
və avtoklavların hazırlanması. Mürəkkəb
konstruksiyalı elektro-elementlərin təcrübi izolə edilməsi.
İzolə olunmuş elementlərin keyfiyyətinə nəzarət,
qırıqların olmadığını yoxlamaq, izolənin
müqavimətini ölçmək və s.
Dəqiq məmulatların yapışdırılması.
Müxtəlif plastik kütlədən olan nümunələrin və məmulatların
preslənməsi. Jurnallarda iş yazılarının
aparılması; ölçülərin nəticələrinə görə
protokolların və asılılıq qrafiklərinin
tutulması. Dielektrik xarakteristikaları ölçmək üçün nümunələrin
hazırlanması. Tutumun, elektrik möhkəmliyin, müqavimətin (həcmi
və səthi) ölçülməsi və hesablamaların
aparılması. Dövlət standartına və texniki şərtlərə
uyğun olaraq dielektriklərin sınaqdan keçirilməsi. Daha
yüksək ixtisaslı laborantın rəhbərliyi ilə sadə
elektrik sxemlərinin tərtib edilməsi.
Bilməlidir: üzvi
kimya və elektrotexnika üzrə əsas məlumatları; izoləedici
materialların təyinatını və onların dielektrik
xassələrini; lak, emal və başqa izoləedici
materialların təyinatını və əsas xassələrini;
nəzarət-ölçü cihazları və alətlərinin
quruluşunu; dielektriklərin sınaq metodikası üzrə dövlət
standartlarının hesab düsturlarını; avtoklavların,
barokameraların, hidravlik preslərin və başqa xidmət
edilən avadanlığın quruluşunu.
133.
ELEKTROİZOLƏ MATERİALLARI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
İstehsalat təlimatına
uyğun olaraq yeni izolə materiallarının və
yapışqanların texnoloji xassələrinin
yoxlanılması. Dövlət standartlarına və texniki şərtlərə
müvafiq izolə materiallarının nəzarət
sınağı. Məmulatların və elektroelementlərin
izoləetmə, yapışdırma və presləmə üçün
texnoloji rejimlərinin seçilməsi. Vakuum kameraların,
avtoklavların və pres avadanlığının
sazlanması və tənzimlənməsi. İzolə
materiallarının bütün dielektrik xarakteristikalarının
ölçülməsi və hesablamaların aparılması. Yüksək
rütubətlilik, yüksək və aşağı temperatur,
aşağı təzyiq şəraitində materialların
uzun müddətli sınaqdan keçirilməsi. Kompaundların və
s. polimerləşdirmə proseslərin elektrik metodlarla tədqiqi.
Sınaq nəticələrinin təhlili və işlənilməsi,
protokolların və asılılıq qrafiklərinin
tutulması. Ölçü aparatlarında sadə nasazlıqları
aşkar edib aradan qaldırılması. Temperaturu ölçmək
üçün özüyazan, tənzimləyən cihazlarla işləmək.
Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə
elektrik sxemlərinin tərtib edilməsi.
Bilməlidir: üzvi
kimyanın əsaslarını və lakların,
emalların, kompaundların,
yapışqanların və plastik kütlələrin əsas
fiziki-mexaniki və dielektrik xassələrini; tətbiq olan
materiallara texniki şərtləri və dövlət standartlarına
uyğun sınaq metodikalarını; sxemlərin texniki
xarakteristikalarını; vakuum-hopdurucu qurğuların
quruluşunu; izolə materiallarının əsas dielektrik xassələrini;
dielektrik sınaq metodikaları üzrə dövlət
standartlarını və texniki şərtləri.
134.
ELEKTROİZOLƏ MATERİALLARI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Yeni izolə
materiallarının xassələrinin yoxlanılması və
müxtəlif mürəkkəbli yeni məmulatların izolə edilməsi
üzrə texnoloji proseslərin işlənilməsində
iştirak. Laboratoriyadakı müxtəlif texnoloji avadanlıqla
işləmək. İzolə materiallarının dielektrik
xarakteristikalarının ölçülməsi və işlənilməsi.
Texniki tapşırıqlara müvafiq olaraq metodikanın seçilməsi
və müxtəlif şəraitdə sınaqların keçirilməsi.
Sınaq nəticələrinin sənədləşdirilməsi
və təhlilin aparılması. Yüksək dəqiqlik sinfi
olan aparatlarla işləmək. Elektrik sxemlərin tərtib
olunması və mürəkkəb olmayan qeyri-standart
aparatların yığılması, dərəcələrə
bölünməsi, sazlanması. Müxtəlif mexanizmlərin
hazırlanması.
Bilməlidir: müxtəlif
izolə materiallarının xassələrini və təyinatını;
ızolə edilən elementlərə qoyulan tələbləri;
izolə materiallarının hopdurma, tökmə, üzləmə,
yapışdırma və presləmə proseslərinə
texnoloji təlimatları.
Orta ixtisas təhsil
tələb olunur.
135.
ELEKTRİK MÜHƏRRİKLƏRİNİN MOTORÇUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Havadəyişdirici
və tüstüsorucu qurğulara, şlakqaldırıcılara,
eksqausterlərə, skreper
bucurqadlara, qazanxana və istilik ötürücü qurğulara və ya
elektrik mühərriklərinin cəmi gücü 100 kVt-a qədər
olan qurğulara xidmət. Xidmət olunan avadanlığın
işə hazırlanması, salınması, iş rejiminin tənzimlənməsi
və saxlanılması. Mexanizm və aqreqatların işindəki
nasazlığın müəyyənləşdirilməsi. Cari təmirin
aparılması, orta və əsaslı təmirdə
iştirak etmək. Nəzarət-ölçü cihazlarının göstəricilərinin
jurnalda qeyd edilməsi.
Bilməlidir: xidmət
olunan avadanlığın iş prinsipini; elektrotexnika üzrə əsas
məlumatları; şiberlərin qazanxanada yerləşməsi
və onların düzgün idarə edilməsi qaydalarını;
kültutma prinsipini; qurğuların istehsal gücünün tənzimlənməsi
üsullarını; qazan və qazanxana qurğularının
iş prinsipini və qaz yollarının sxemini; nəzarət-ölçü
cihazlarının təyinatını və onlardan istifadə
qaydalarını; qazların sovrulması və hava
axını prosesinin qazanların iş rejiminə təsirini.
Cəmi gücü 100
kVt-dan çox olan elektrik mühərriklərinə xidmət zamanı
- 3-cü dərəcə.
136,
EMULSİYA BİŞİRƏN
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Müəyyən
edilmiş reseptə əsasən emulsiya, qarışıq,
suspenziya, pasta, kütlə və yağlayıcıların
hazırlanması, kimyəvi məhlulların resept üzrə çəkilməsi
və onların qazan, çən, vanna və reaktorlara yüklənməsi.
Kimyəvi materialların bişirilməsi və
qarışdırıcıların işinə nəzarət.
Emulsiya, qarışıq və s. hazır olmasının müəyyənləşdirilməsi
və onların durulducu çənlərə verilməsi və ya
göstərilən yerlərə daşınması. Material sərfi
jurnalının aparılması. Xidmət olunan
avadanlığın təmizlənməsi.
Bilməlidir:
emulsiya, qarışıq, suspenziya, pasta, kütlə və s.
hazırlanmasının reseptini, üsulunu və onların
hazır olmasının müəyyənləşdirilməsi
metodunu; emulsiya, qarışıq, pasta, və s.
hazırlanmasına lazım olan materialların kimyəvi
xüsusiyyətlərini; qarışdırıcının
iş prinsipini və quruluşunu.
137.
EMULSİYA BİŞİRƏN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Dozalaşdırıcı
kimyəvi məhlulların temperaturunu saxlayan avtomatik sistem tətbiq
etməklə müəyyən olunmuş reseptə əsasən,
emulsiya, qarışıq, suspenziya, pasta, mastika və kütlələrin
tərtib edilməsi. Kimyəvi məhlulların reseptlər
üzrə çəkilməsi və onların hazırlıq
tutumlarına yüklənməsi. Kimyəvi məhlulların
dozalaşdırılması və boru kəmərləri ilə
reaktorlara tökülməsi. Kimyəvi materialların bişirilməsinə
və reaktor qarışdırıcısının işinə
nəzarət. Reaktor və tutumlarda verilmiş temperaturu
saxlayan avtomatik sistemlərə nəzarət. Distillatorun
işinə nəzarət.
Emulsiya və
qarışıqların hazır olmasının müəyyənləşdirilməsi,
onların nasos və kompressorlar vasitəsi ilə durulducu çənlərə
və istehlak tutumlarına ötürülməsinə nəzarət.
Materialların sərfi
və hazır emulsiya və qarışıqların
laboratoriya təhlili üzrə jurnalın aparılması.
Avadanlığın cari təmirində iştirak etmək.
Bilməlidir:
emulsiya, qarışıq, suspenziya, pasta, mastika, kütlə və
s. hazırlanmasının reseptini, üsulunu və
qaydalarını; emulsiya, qarışıq və s.
hazırlanmasına lazım olan kimyəvi materialların
xüsusiyyətlərini; reaktor, qarışdırıcı,
distillator və digər xidmət olunan avadanlıqlarda
temperaturun saxlanılmasının avtomatik sxeminin quruluşunu.
138.
ƏLEYHQAZ QUTULARININ DOLDURUCUSU
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Əleyhqazların
qazlardan qoruyucu qutularının doldurulması və təkrar
doldurulması. Qutunun nəzarət-ölçü cihazlarının vasitəsi
ilə uducu qabiliyyətinin, germetikliyinin və müqavimət göstərilməsinin
sınaqdan keçirilməsi. Əleyhqazların qazlardan qoruyucu
qutularının hava üfürülməklə regenerasiyası.
Bilməlidir:
qazlardan qoruyucu qutuların markasını, onların təyinatını;
hər marka üçün uducuların tərkibini və uducuların
xüsusiyyətlərini; əleyhqazların qazlardan qoruyucu
qutularının uducu tərkiblərinin, habelə adsorbentlərin
və onların əvəzedicilərinin doldurulma, təkrar
doldurulma və regenerasiya qaydalarını.
139.
ƏTİRLİ QATRAN BİŞİRƏN
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Müəyyən
edilmiş reseptura üzrə qazanlarda və aparatlarda müxtəlif ətirli
qatranın bişirilməsi və ya surğucun əridilməsi
prosesinin aparılması. Bişirilmənin gedişinin
müşahidə edilməsi. Bişirilmə temperaturunun tənzimlənməsi.
Buxarın verilməsi. Bişirilmiş qatranın süzülməsi.
Nümunə götürülməsi və yapışqanlığın, bərkliyin,
sıxlığın, möhkəmliyin, yumşalma temperaturunun və
s. sınaqdan keçirilməsi. Qatranın hazır olmasının
müəyyənləşdirilməsi, onun barabanlara və ya həcmlərə
tökülməsi, ölçülməsi. Qatranın markalanması və anbara
verilməsi. İlkin uçotun aparılması. Odla bişirilən
zaman-sobanın hazırlanması, yanacağın verilməsi və
yandırılması.
Bilməlidir: ətirli
qatranın hazırlanma reseptini; qatranın yumşalma
temperaturuna görə təsnifatını; müxtəlif markalı
qatranların bişirilməsi üçün temperatur rejimini və
bişirilmə prosesində qatranın
kristallaşmasının qarşısını alma
metodlarını; nümunə götürülmə qaydasını və
qatranın yapışqanlığının, bərkliyinin,
sıxlığının, möhkəmliyinin sınaqdan keçirilməsi
qaydalarını və qatrana, surğuca qoyulan texniki şərtləri;
qatranı sınaqdan keçirmək üçün olan cihazların
quruluşunu və onlardan istifadə qaydalarını.
140.
İSTİLİK MƏNTƏQƏSİNİN OPERATORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Məhsuldarlığı
42 QC/saata (10 Qkal/saat)- dək olan istilik şəbəkəli
boyler qurğularının, işlənmiş buxar
stansiyası, günəş və geotermal qurğuların fasiləsiz
və səmərəli işinin təşkil edilməsi.
Şəbəkədə su və buxarın təzyiqinin,
lazımi temperaturun saxlanılması. İşlənmiş
buxarın təmizlənməsi və suyun deaerasiyası.
Şəbəkə və kondensat nasoslarının işinə
nəzarət. Avadanlıqların işindəki
nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.
Qəza vəziyyətinin ləğv edilməsi. Operativ sənədləşdirmənin
aparılması. Xidmət olunan boyler qurğularının,
işlənmiş buxar stansiyasının günəş və
geotermal qurğularının təmirində iştirak etmək.
Bilməlidir:
qurulmuş avadanlığın quruluşunu və iş prinsipini;
teplofikasiya qurğularının istilik sxemini;
istehlakçıların iş qrafikini və istilik rejimlərini; nəzarət-ölçü
cihazlarının və tənzimləyicilərin qurulduğu
yeri, təyinatını və iş prinsipini; istilik
texnikasının elementar əsaslarını.
3-cü dərəcə
- məhsuldarlığı 42-dən 84 QC/saata (10-dan 20
Qkal/saatadək) qədər olduqda;
4-cü dərəcə
- məhsuldarlığı 84 QC/saatdan (20 Qkal/saat) artıq
olduqda.
141.
İŞ YERLƏRİNİN TƏMİNATÇISI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Mürəkkəb
çeşidli məmulat buraxan və müxtəlif istehsalat
kooperasiyası olan sexə və sahəyə yuxarı
ixtisaslı təminatçının rəhbərliyi altında
xidmət və ya sadə çeşidli məmulat istehsal edən və
məhdud istehsalat kooperasiyası olan sahələrə müstəqil
xidmət. İş yerlərinin detal, yarımfabrikat, alət,
iş naryadları və digər texniki sənədlərlə
təmin edilməsi. Sahə üçün yarımfabrikat və tədarükün
alınması. Hazır detalların anbara təhvil verilməsi.
Digər sex və sahələrdə əməliyyatlararası
emaldan keçən detalların təhvili və sayca qəbul edilməsi.
Bilməlidir: xidmət
olunan sahələrin istehsalat tapşırığını
və iş yerlərinin yüklənmə qrafikini; əsas
detalların emalını; xidmət edilən sahədə
emal olunan birləşmə və detalların çeşidini;
detal və qoyulmuş sənədlərin uçotu
qaydasını; detalların nəql edilməsi
qaydasını.
142.
İŞ YERLƏRİNİN TƏMİNATÇISI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif
istehsalat kooperasiyası olan mürəkkəb çeşidli məmulatlar
buraxan sahə və sexə xidmət. İş yerlərinin
detallarla, yarımfabrikatlarla, alətlərlə, iş
naryadları və texniki sənədlərlə növbə tapşırığında
qoyulmuş tələblərə uyğun olaraq təmin edilməsi.
Tədarük və yarımfabrikatların sahəyə qəbulu
və hazır məhsulun anbara təhvil verilməsi. Növbə-gün
istehsalat tapşırıqlarının hazırlanmasında,
iştirak etmək, həmçinin yerinə yetirilən işlərin
uçotunun aparılması.
Bilməlidir: xidmət
olunan sahənin növbə-gün istehsalat
tapşırığını və iş yerlərinin yüklənməsinin
qrafikini; detalların emalının texnoloji
ardıcıllığını; birləşmə və
detalların çeşidini; onların saxlanılması və müəyyən
olunmuş sənədlərin tərtibi qaydasını; ilkin
ödəniş sənədlərinin tərtib edilməsi
qaydasını.
143.
İŞ
YERLƏRİNİN TƏMİNATÇISI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Geniş çeşiddə
və adda məsul və qiymətli detalların, mexanizm, birləşmələrin
sahələrdə qəbulu, buraxılması və
saxlanılması. İş yerlərinin məsul, qiymətli
material, tədarük, yarımfabrikat, həmçinin vəsait, alət
və texniki sənədlərlə təmin edilməsi. Uçot və
hesabatın aparılması. Başa çatmamış
istehsalın qalıqlarının çıxarılması. Detal və
mexanizmlərin hərəkəti üzrə cədvəllərin
tərtib edilməsi. Detal, mexanizm və birləşmələrin
çatışmazlığı aşkar edildikdə aktların
yığılması və tərtib edilməsi. Məmulat və
birləşmələrin keçidinin qrafik üzrə uçotu.
Bilməlidir: detal və
mexanizmlərin çeşidini və indekslərini; istifadə
olunan alət və vəsaitin təyinatını;
materialların növünü və markirovkasını;
yığılmanın texnoloji
ardıcıllığını; görülən işlərin
uçotu qaydasını; ilkin sənədlərin qəbulu və
tərtibi qaydasını; detal, mexanizm və birləşmələrin
yığıcılardan qəbulu və saxlanılması
qaydasını.
144.
İŞLƏNİLMİŞ YAĞIN REGENERATORÇUSU
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Yağ təmizləyici
maşına xidmət. Yağın sentrifuqada təmizlənməsi
və süzgəcdə süzülməsi. Yağın bir tutumdan digərinə
yağ nasosu və vakuum qurğusunun köməyi ilə ötürülməsi.
Süzgəc kağızının süzgəc presində dəyişdirilməsi.
Ağardıcı torpağın qurudulması və
yağın təmizlənməsi və regenerasiyası üçün
sorbentlərin salınması. Yağ qablarının
yuyulması və təmizlənməsi. Yağların
durulducu ilə təmizlənməsi. Çənlərin və
adsorberlərin regenerasiyadan sonra təmizlənməsi.
İşlənilmiş yağın regenerasiyası, yağtəmizləyici
maşınların sökülməsi, təmizlənməsi və
yığılması işinin yüksək ixtisaslı
regeneratorçunun rəhbərliyi altında yerinə yetirilməsi.
Bilməlidir: süzgəc
presin sentrifuqasının quruluşu haqqında ümumi məlumatı;
yağ nasoslarını; yağ yollarının sxemini; aparat və
yağ təsərrüfatı avadanlığının yerləşməsini
və təyinatını; avadanlığın idarə edilməsi
qaydasını; sürtgü yağlarının növlərini;
yolların təmizlənməsi, qurulması və
regenerasiyasının təyin edilməsini; geniş
yayılmış sadə vəsait və nəzarət-ölçü alətlərinin
təyinatını və tətbiqi şərtlərini.
145.
İŞLƏNİLMİŞ
YAĞIN REGENERATORÇUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Ağardıcı
torpaq, ammiak, silikagel və oksidlə aktivləşdirilmiş
alüminiumla işlənilmiş yağın regenerasiyaşı.
Doldurulmuş buks materialının regenerasiyası. Məhsul
qalığının yağtəmizləyici maşın və
vakuum altında buxarla təmizlənməsi və
qurudulması. Yağın təmizlənməsi və
regenerasiyası prosesinin gedişinə nəzarət.
Yağın təhlili üçün nümunənin seçilməsi.
Yağın vəziyyətinin rəngə və iyə görə
müəyyənləşdirilməsi. Yağtəmizləyici
maşın, sentrifuqa, filtr-preslərin, aparatların və digər
xidmət olunan avadanlığın sökülməsi, təmizlənməsi,
yığılması və cari təmiri.
Bilməlidir:
yağtəmizləyici avadanlığın iş prinsipini;
yağ və doldurucu buks materialının təmizlənməsi
və regenerasiyasının əsas metodlarını; istifadə
olunan sorbentlərin və aktivatorların xüsusiyyətini;
universal və xüsusi vəsaitin təyinatını və tətbiqi
şərtlərini; nəzarət-ölçü alətinin təyinatını.
146.
İŞLƏNİLMİŞ YAĞIN REGENERATORÇUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
İşlənilmiş
yağların regenerasiyası və dəqiq təmizlənməsi.
Hərəkət heyətinin buksu üçün döşəməsilən
şotkaların və sürtgü materiallarının
regenerasiyası. Asetonun buxarlandırma metodu ilə regenerasiyası.
Yağların çirklənməsi və köhnəlmə dərəcəsindən
asılı olaraq avadanlıqların sxeminin və lazımi
materialların seçilməsi və yağların təmizlənməsi
və regenerasiyası rejiminin seçilməsi. Silikagelin, aktiv
alüminium oksidinin aparatlara doldurulmaqdan əvvəl qurudulması
rejiminin müəyyənləşdirilməsi. Təhlil etmədən
yağların keyfiyyətinin müəyyənləşdirilməsi.
Yağların qısaldılmış fiziki-kimyəvi təhlilinin
aparılması. Yağların bərpası dərəcəsinin
müəyyənləşdirilməsi. Elektrik gərginliyinin
altında işləyən aparatlarda yağın təmizlənməsi.
Vakuumlu sentrifuqada yağların tərkib hissələrə
ayrılması. Yağın su ilə yuyulması.
Yağın buxarla qızdırılması və onun vakuum
altında qurudulması. Transformator yağının nümunəsinin
sınaqdan keçirilməsi. Yağtəmizləyici maşın və
aparatın işə salınması və sazlanması,
onların təmirində iştirak etmək.
Bilməlidir:
yağtəmizləyici avadanlıq və aparatların
quruluşunu; yağların əsas fiziki və kimyəvi
xüsusiyyətlərini və onların tətbiqi sahəsini;
yağların regenerasiya və təmizlənməsi
metodlarını; yağların stabilləşdirilməsi və
qarışdırılması üsullarını; xüsusi və
universal vəsaitlərin quruluşunu və nəzarət-ölçü
cihazlarını; yağ yollarının sxemini və
avadanlıqların əsas hissələrinin
qarşılıqlı əlaqəsini; yağların köhnəlməsinin
əsas əlamətlərini; hərəkət heyətinin
buksu üçün istifadə olunan döşəməsilən
şotkaların və sürtgü materiallarının regenerasiya
üsullarını və təyinatını.
147.
YAĞLAYICI
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Maşın,
mexanizm, mühərrik, aqreqat, avtomobil, traktor və digər
avadanlıq və maşın hissələrinin təyin
olunmuş vaxt ərzində yağlanması. Reduktor və
qutuların, lubrikatorların və avtomatik hərəkət
edən cihazların təzyiq altında yağlanması üçün
sürtgü materiallarının dəyişdirilməsi və
doldurulması. Yağların yağ qabına tökülməsi,
işlənmiş yağların təmizlənmək üçün
yığılması. Transmissiya vallarının toz və
çirkabdan təmizlənməsi.
Bilməlidir: xidmət
olunan avadanlığın sahədə yerləşməsini;
yağlanmalı olan hərəkətedici hissələri;
sürtgü materiallarının növü, çeşidi və təyinatını;
xidmət olunan avadanlıq və maşınların yağ
yollarının sxemini; maşın və avadanlıqların
yağlanması və təmizlənməsi qaydası, müddəti
və dövrlülüyünü; avadanlığın hərəkət edən
hissələrinə qalxmaq üçün pilləkən, nərdivan və
digər vasitələrin qurulması üsullarını;
yağlama, təmizləmə və yuyulmada istifadə edilən
sadə alət və vəsaitlərin təyinatını.
148.
YAĞLAYICI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Avadanlıq, cihaz
və aparatların hərəkət edən mexanizmlərinin
müəyyən edilmiş müddətdə tənzimlənməsi
və yağlanması. Xidmət olunan sahədə və ya
sexdə yağ yolları sisteminin saz vəziyyətdə
saxlanılmasına nəzarət. Vaqon bukslarının və
digər hərəkət heyəti detallarının
baxışı, doldurulması və yağlanması.
Yararsız yağ qablarının dəyişdirilməsi və
yağ yollarında olan defektlərin aradan
qaldırılması, sürtgü materiallarının xüsusiyyətindən
və təyinatından asılı olaraq seçilməsi. Sürtgü və
yağlayıcı materialın alınması,
saxlanılması və uçotu.
Bilməlidir: yağ
yollarının,
yağlanılan qurğuların sxemini və bütün
avadanlıqların yağlanılması dövrlüyünü; sürtgü
yağlarının tərkibi və xüsusiyyətlərini;
yağlama sisteminin növlərini-halqavarı, təzyiq
altında, doldurulmuş; yağ nasoslarının, filtrlərinin
quruluşunu və onların tənzimlənməsi
qaydasını; sürtgü yağlarının saxlanılması və
uçotu qaydalarını; işlənmiş yağların
regenerasiyası haqqında əsas məlumatları.
149.
YAĞLAYICI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qiymətli, məsul,
nadir avadanlıq, aparat və mexanizmlərin hərəkət
hissələrinin mürəkkəb vəsait və cihazların
köməyi ilə yağlanması.
Avadanlıqların
əl çata bilməyən yerlərinin işlədiyi vaxt
yağlanması. Yağların yararlığının
istismar tələblərinə uyğun olaraq laboratoriya təhlilinin
yekunlarına əsasən müəyyənləşdirilməsi.
Sürtgü materiallarının xüsusiyyətlərinə və təyinatına
əsasən seçilməsi. Rezervuarların, avtomatik və əl
stansiyalarının qatı və maye sürtgü materialları ilə
doldurulması.
Bilməlidir:
yağlamanın montaj sxeminin növlərini; yarımavtomat və
avtomat yağlama aparaturasının quruluşunu;
avadanlıqların növünə müvafiq olaraq yağların keyfiyyətinə
qoyulan texniki şərtləri; istismar olunan yağların
nümunəsinin götürülməsi qaydasını; laboratoriyada
yağların kimyəvi təhlilini.
150. YANĞINSÖNDÜRƏNİN DOLDURUCUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Köpüklü, tozlu, karbon
qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin
yoxlanılması, təmiri, doldurulması və təkrar
doldurulması üzrə hazırlıq işlərinin yerinə
yetirilməsi. Yanğınsöndürənlərin qəbulu, ilkin
baxışın aparılması boşaldılması,
balonların təmizlənməsi və yuyulması,
onların rənglənməsi və sınağa
hazırlanması. Maddələrlə dolu kolbaların və
qutuların açılması və onların
qablaşdırılması, qablaşdırma
materiallarından təmizlənməsi.
Yanğınsöndürənləri doldurmaq üçün məhlulların
hazırlanması. Korpusların hidravlik sınaqdan keçirilməsi,
doldurulması və nasaz yanğınsöndürənlərin
çıxdaş edilməsi, daha yüksək ixtisaslı
yanğınsöndürən doldurucusunun rəhbərliyi altında
balonların, armaturaların və qoruyucu mexanizmlərin təmiri.
Bilməlidir: müxtəlif
tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin
iş prinsipini; yanğınsöndürənlərin
sınağı və doldurulması zamanı alətlərin
və ölçü cihazlarının təyinatı və tətbiqi
qaydalarını; kimyəvi maddələrin xassələrini;
onların daşınma və saxlanma qaydalarını;
yanğınsöndürənlərin boşaldılması və
doldurulması, korpusların və armaturanın rənglənməsi
və təmiri üsullarını.
151.
YANĞINSÖNDÜRƏNİN DOLDURUCUSU
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Köpüklü, tozlu, karbon
qazlı və freonlu təyyarə yanğınsöndürənlərin
doldurulması və təkrar doldurulması. Doldurma keyfiyyətinin,
armatura və qoruyucu mexanizmlərdə
sazlığının yoxlanılması. Korpusların
hidravlik sınağı, balonların, armaturanın və
qoruyucu mexanizmlərin təmiri, nasaz yanğınsöndürənlərin
çıxdaş edilməsi. Doldurulmuş yanğınsöndürənlərin
hesabının (uçotunun) aparılması və lazımi sənədlərin
hazırlanması. Yanğınsöndürənləri doldurarkən
və sınaqdan keçirərkən doldurma stansiyası
avadanlığına, kompressorlara və cihazlara xidmət. Xidmət
olunan avadanlığın cari təmiri və daha mürəkkəb
təmirlərdə iştirak.
Bilməlidir: müxtəlif
tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə
yanğınsöndürənlərinin quruluşunu;
yanğınsöndürənlərin doldurma maddələrinə
daxil olan komponentlərin kimyəvi tərkibi və xassələrini;
balonların korpuslarının, ventillərin və qoruyucu
mexanizmlərin yoxlanılması və sınaqdan keçirilmə
qaydalarını; yanğınsöndürənlərin nəql edilmə
(daşınma) şərtlərini; doldurma
stansiyalarının tiplərini; yanğınsöndürənlərin
doldurulmasında tətbiq edilən aparat və cihazların
iş prinsipini; doldurulmuş yanğınsöndürənlərə
texniki sənədlərin hazırlanması qaydasını.
152.
YANACAQ DOLDURMA STANSİYASININ OPERATORU
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Avtomobil, motonəqliyyat,
traktor, gəmi və digər nəqliyyat vasitələrinin,
müxtəlif qurğuların əl ilə və yanacaq
paylaşdırıcı kolonkaların köməyi ilə yanacaq
və sürtgü materialları - benzin, kerosin, yağ və s. ilə
doldurulması. Bu materialların nəqliyyat vasitələrinin
sürücülərinə buraxılması. Şinlərdə
havanın təzyiqinin yoxlanılması. Neft məhsullarının
kiçik qablarda buraxılması. Ehtiyat hissələrinin
satılması. Neft məhsullarının və sürtgü
materiallarının qəbulu. Laboratoriya təhlillərinin
keçirilməsi üçün nümunələrin götürülməsi. Qəbul edilən
və satılan məhsullar üzrə sənədlərin tərtib
edilməsi. Növbə ərzində hesabatın
aparılması.
Bilməlidir:
doldurucu avadanlığın iş prinsipini; neft məhsullarının
təyinatını və xarici fərqlərini; satılan
neft məhsullarının adı, markası və növünü, nəzarət-ölçü
cihazlarının tətbiqi şərtlərini; qəbul edilən
və satılan neft məhsulları üzrə sənədlərin
tərtibi qaydalarını; neft məhsullarının
saxlanılması və buraxılması qaydalarını.
153.
YANACAQ DOLDURMA STANSİYASININ OPERATORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Avtomobil, motonəqliyyat,
traktor, uçuş aparatların, gəmilərin və digər nəqliyyat
vasitələrinin mexaniki və yarım avtomat vasitələrin
köməyi ilə yanacaq və sürtgü materialları - benzin,
kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı
dəqiqədə 500 l-ə qədər olan hərəkətedici
doldurma vasitələri ilə uçuş aparatlarının
doldurulması. Suyun radiatora doldurulması və mühərrik
mayesinin süzülməsi. Avadanlığın təmiri üzrə
sifarişlərin təqdim edilməsi və onların təmirdən
sonra qəbulu. Neft məhsullarının doldurma məntəqəsinə
daşınması üzrə sifarişlərin təqdim edilməsi.
Maddi-hesabat sənədlərinin aparılması. Ölçü
cihazları və aparatlarının yoxlanılması müddətinə
nəzarət. Xidmət olunan avadanlığın xırda,
nasazlıqlarının aradan qaldırılması, təmizlənməsi
və yağlanması.
Bilməlidir: xidmət
olunan doldurucu avadanlığın, nəzarət-ölçü
cihazlarının quruluşunu; neft məhsullarının
fiziki və kimyəvi xüsusiyyətlərini; qış və
yay vaxtlarında istifadə edilən bütün neft məhsullarının
adı, markası və növlərini; sifariş və
maddi-hesabat sənədlərinin tərtib edilməsi
qaydalarını; ölçü cihazları və aparatlarının
yoxlanılması müddətini.
154.
YANACAQ DOLDURMA STANSİYASININ OPERATORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Avtomobil, motonəqliyyat,
traktor, uçuş aparatlarının, gəmilərin və digər
nəqliyyat vasitələrinin distansion idarə edilməklə
avtomat və mexaniki vasitələrin köməyi ilə yanacaq və
sürtgü materialları - benzin, kerosin, yağ və s. ilə
doldurulması. Məhsuldarlığı dəqiqədə
500 l-dən yuxan olan səyyar doldurma vasitələri ilə
uçuş aparatlarının doldurulması. Yanacaq və yağ
bölüşdürücü avadanlıqların, idarəetmə avtomatlarının
və elektrik paylayıcı lövhələrin
sazlığının yoxlanılması. Yanacaq
paylayıcı kolonkaların və ölçü qurğularının
yoxlanışa təqdim etmə müddətinə nəzarət
etmək. Avadanlığın təmirə verilməsi üzrə
sifarişləri tərtib edir və onları təmirdən
sonra qəbul edir. Səyyar avtodoldurucu stansiyaların
qidalandırma mənbəyinə birləşdirilməsi,
daxiliyanma mühərrikli benzin elektrik aqreqatının, generatorun
və elektrik lövhəsinin işçi vəziyyətinə gətirilməsi.
Doldurma vasitələrinin distansion idarə edilməsi
avtomatında xırda nasazlıqların aradan
qaldırılması.
Bilməlidir:
rezervuar, texnoloji boru kəmərlərinin, yanacaq
paylayıcı avadanlıqların və elektron-avtomat idarəetmə
sisteminin istismar qaydalarını; uçuş aparatların yanacaq və
yağ sistemlərinin sxemini; təyyarələrin mərkəzi doldurma sisteminin istismar
qaydasını; aviasiya yanacaq-sürtgü materiallarının tərkibindəki
suyun və mexaniki qatışıqların avtomatik və kimyəvi
metodla müəyyən edilməsinin və onların keyfiyyətinə
operativ-aerodrom nəzarətinin aparılması qaydalarını;
səyyar avtomobil doldurma stansiyasının
avadanlıqlarının texniki istismar qaydalarını.
Səyyar avtomobil
doldurma stansiyasının iş yerində qurulması və
elektrik qidalandırıcısı ilə birləşdirilməsi
qaydasını; daxiliyanma mühərrikinin hazırlanma və işə
salınma qaydalarını.
155.
YANACAQ DOLDURMA STANSİYASININ OPERATORU
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
İnformasiyaların,
aparat blokunun və perforatorun işə salınmasının
və əks etdirmənin elektron qurğulu kredit kartları üzrə
yanacaq və sürtgü materialları ilə doldurulmasının
avtomat sistemə xidmət edilməsi. Avtomobil doldurma
kolonkalarının buraxdığı yanacağın dəqiqliyinin
yoxlanılması və nəzarət. Tabloda verilən
informasiyanın, perfolentdəki yazının düzgünlüyünə nəzarət.
Perfolentin informasiyadan çıxarılması, kasetlərin dəyişdiriləsi,
blok yaddaşında yazının aparılması. İş
prosesində xidmət olunan avadanlığın sazlanması,
təmirdə iştirak etmək və sistemin nasaz hissələrinin
və birləşmələrinin dəyişdirilməsi.
Bilməlidir: kredit
kartları üzrə neft məhsullarının
buraxılmasının avtomat sisteminin istismarının konstruksiyası və
istismarı qaydalarını; blokun yaddaşına salmaq üçün
informasiyanın hazırlanması və daxil olmasının əsas
metodlarını; nəqliyyat vasitələrinin kredit
kartları üzrə doldurulma prosesinin aparılması
ardıcıllığını; neft məhsullarının
kredit kartları üzrə buraxılması və ödənilməsi
haqqında təlimatı.
156.
YAPIŞQAN BİŞİRƏN
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif növ
hazır yapışqanlardan: dekstrin, kazein, silikat, xarrat və
s. antiseptiklərdən istifadə etməklə
yapışqan məhlulunun isladılması, bişirilməsi,
həll edilməsi. Yapışqan məhlulundan ibarət
komponentlərin gətirilməsi, xırdalanması, doldurub
boşaldılması, ələkdən keçirilməsi və
qarışdırılması. Yapışqan məhlullarının
hazır olmasının müəyyənləşdirilməsi.
Hazır yapışqan məhlullarının isidilib qablara
tökülməsi. Qazanların, bakların vannaların,
yapışqan bişirilən qabların və yapışqan
məhlulu bişirmək üçün istifadə olunan başqa
inventarın təmizlənib yuyulması.
Bilməlidir:
yapışqan məhlullarının hazırlanma
qaydalarını; yapışqan məhlullarını
hazırlayıb bişirmək üçün olan avadanlığın
quruluşu və iş prinsipi haqqında əsas məlumatları.
157.
YAPIŞQAN BİŞİRƏN
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Hazır
yapışqanlardan soyuq yaxud isti üsulla müxtəlif növ yapışqan
məhlullarının hazırlanması. Yapışqan maddələrinin
emalı üçün resept və rejimlərin seçilməsi. Seçilmiş
rejimə müvafiq temperaturun tənzimlənməsi.
Ayrı-ayrı komponentlər əlavə etməklə
qatılığın tənzimlənməsi. Areometr və
yaxud yapışqanlığı ölçənlə məhlulda
qatılığın yoxlanılması. Hazır məhlulun
istehsala verilməsi. Yapışqan məhlullarını
hazırlamaq üçün materialların yararlığının müəyyənləşdirilməsi.
Yapışqanların zahiri əlamətlərə görə
növləşdirilməsi.
Bilməlidir:
yapışqan məhlullarının reseptini; yapışqan məhlullarının
hazırlanma qaydalarını və bişirilmə rejimlərini;
yapışqan maddələrinin və yapışqan məhlullarının
xüsusiyyətlərini; yapışqan məhlullarını əmələ
gətirən ilkin materiallara, habelə
yapışdırılan məmulatların strukturundan və təyinatından
asılı olaraq yapışqan məhlullarına verilən tələbləri;
qazanlarını, bakların, vannaların, yapışqan
bişirilən qabların quruluşunu; temperaturu və
siqnalizasiyanı tənzimləyən, nəzarət edən
cihazların təyinatını və istifadə
qaydalarını.
158.
YAPIŞQAN BİŞİRƏN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Hazır
yapışqanlardan (sintetik qatranlardan olan yapışqanlardan
başqa) müxtəlif növ və təyinatlı yapışqan məhlullarının
hazırlanması. Yapışqan məhlullarının təzyiq
altında bişirilməsi prosesinin aparılması.
Hazırlanan yapışqanların və yapışqan məhlullarının
yapışqanlı plyonkanın özlülüyə,
yapışqanlığa, bərkliyə yoxlanılması.
Yapışqanın aqreqat vannalarına tökülməsi. Aqreqat
vannalarında yapışqanın tələb olunan
konsistensiyasının saxlanılması. Xammal və
materialların ölçülməsi. Hazırlanmış
yapışqanın boşaldılıb təhvil verilməsi.
Yapışqanın bişirilmə prosesinin müşahidə
edilməsi və hazır olduğunun müəyyənləşdirilməsi.
Daha yüksək ixtisaslı yapışqan bişirənin rəhbərliyi
ilə bitum-kanifollu və yapışdırıcı
emulsiyaların hazırlanması üçün texnoloji prosesin
aparılması. Yapışqan materiallarının və məhlullarının
saxlanılması və istifadəsinə nəzarət.
Bilməlidir: təzyiq
altında işləyən yapışqan bişirilən
qazanların quruluşunu; yapışqan materiallarına dövlət
standartlarını və texniki şərtləri; xidmət
etdiyi avadanlığın quruluşunu; yapışqanların
və yapışqan məhlullarının,
yapışqanlı plyonkanın özlülüyə,
yapışqanlığa, bərkliyə yoxlanılması
üsullarını; yapışqanların və yapışqan məhlullarının
təyinatından asılı olaraq növlərini; müxtəlif
yapışqanların, yapışqan materialların, məhlul
və emulsiyaların saxlanılma və istifadə
qaydalarını.
159.
YAPIŞQAN BİŞİRƏN
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Verilmiş rejimə
müvafiq olaraq yapışqan bişirilən qazanlarda və
reaktorlarda müxtəlif növlü və təyinatlı sintetik
qatranlardan yapışqanın hazırlanması və
bişirilməsi. Komponentlərin (sidik cövhəri, formalin,
etilenqlikol, aşındırıcı natrium, ammonyakın)
dozalaşdırılması. Bitum-kanifollu və
yapışdırıcı emulsiyaların
hazırlanmasında texnoloji prosesin aparılması. Yapışqanın
hazırlanmasında texnoloji prosesin nəzarət-ölçü
cihazlarının vasitəsi ilə tənzimlənməsi.
Yapışqanın, qatranın və emulsiyanın bişirilmə
prosesinə nəzarət. Hazırlanmış
yapışqanın yapışqan plyonkasının özlülüyə,
yapışqanlığa və bərkliyə
yoxlanılması, su ilə sürtülmə qabiliyyətinin
sınaqdan keçirilməsi. Hazır emulsiyaları saxlamaq üçün
baklara boşaldılması.
Bilməlidir: maddələrin
fiziki-kimyəvi və texnoloji xüsusiyyətlərini,
yapışqan və emulsiyanın hazırlanması reseptini və
üsullarını; xidmət etdiyi avadanlığın, aparat və
kommunikasiyaların quruluşunu və iş prinsipini; nəzarət-ölçü
cihazlarının quruluşu və təyinatını və
onlardan istifadə qaydalarını; sınaqdan keçirmə
üsulunu; yapışqanın və əhəngin saxlanılma
qaydalarını; hazır məhsulun keyfiyyətinə tələbləri.
160.
YARDIMÇI FƏHLƏ
İşin
xüsusiyyəti.
1-ci dərəcə
İstehsalat sahələrində,
tikinti meydançalarında, anbar, baza və s. yardımçı və
köməkçi işlərin yerinə yetirilməsi. Ehtiyatlı
olmağı tələb etməyən (rulon materialların,
parketin, yeşik, çəllək, karton, kağız, faner,
mişar materialların və s.) yüklərin yüklənməsi,
boşaldılması, əl ilə və ya arabacıqla
daşınması və ştabelə
yığılması. Toz şəklində olmayan tökülən
materialların (çınqılın, qumun, şlakın, kömürün,
zibilin, taxta kəpəyinin, metal qırıntılarının
və digər istehsalat tullantılarının) yüklənməsi,
boşaldılması, əl ilə və ya arabacıqlarla
daşınması və yığılması. Ərazinin,
yolların, yeraltı yolların təmizlənməsi. Sexlərin,
tikinti meydançalarının və sanitar-məişət
binalarının yığışdırılması.
Döşəmənin, pəncərə, tara, qab, detal və məmulatların
yuyulması.
Bilməlidir: yüklərin
yüklənməsi və nəql edilməsi norma və
qaydalarını; taraların quruluşunu və daşman yüklərin
bərkidilməsi üsullarını.
161.
YARDIMÇI FƏHLƏ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Ehtiyatlı olmağı tələb edən
yüklərin (şüşənin, yanğın təhlükəli
və zəhərli maye ilə doldurulmuş butulkaların və
s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin,
gipsin və s.) əl ilə və arabacığın köməyi
ilə daşınması, yüklənməsi və boşaldılması.
Bütün növ yüklərin əl arabası və at arabasında
daşınması. Təkər cütlərinin yonulmaq üçün dəzgahlara,
hərəkət arabacıqlarının lokomotiv və
vaqonlara diyirlədib gətirilməsi.
Bilməlidir:
ehtiyatlı olmağı tələb edən yüklərin və
tozşəkilli materialların yüklənməsi,
boşaldılması, yerdəyişməsi və qoyulması
üsullarını; qəbul-təhvil sənədlərinin tərtib
edilməsi qaydasını; yüklərin növləşdirilməsi
qaydalarını.
162.
YANĞINDAN MÜHAFİZƏ VƏSAİTLƏRİNİN
HOPDURUCUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Sadə ağac məmulatı
və konstruksiyaların, müxtəlif material və parçaların
yanğından mühafizə tərkibli məhlulla fırça ilə
və vannada və ya rəng pultlarının və püskürücülərin
köməyi ilə örtülməsi. Müxtəlif ağac məmulatlarının
və konstruksiyaların, material və parçaların
yanğından mühafizə emalı üçün hazırlıq işlərinin
yerinə yetirilməsi. Verilmiş reseptura üzrə
yanğından mühafizə tərkibli məhlulların
hazırlanması. Daha yüksək ixtisaslı hopdurucunun rəhbərliyi
altında mürəkkəb hopdurucu işlərinin yerinə
yetirilməsində iştirak etmək.
Bilməlidir: taxta məmulatların
və konstruksiyaların, material və parçaların
yanğından mühafizə tərkibi ilə hopdurulması
haqqında ümumi məlumatı; zəhərli kimyəvi maddələr,
tərkib və qatışıqlarla işləmək
qaydasını; yanğından mühafizə tərkiblərinin
hazırlanması və saxlanılması şərtlərini;
yanğından mühafizə tərkiblərinin taxta məmulatlara
və konstruksiyalara, material və parçalara hopdurulması
qaydasını və üsullarını.
163.
YANĞINDAN MÜHAFİZƏ VƏSAİTLƏRİNİN
HOPDURUCUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Mürəkkəb və
əhəmiyyətli taxta məmulatlar və konstruksiyalar, qiymətli
material və parçaların, teatr dekorasiyalarının, bədii
lövhə və maketlər, kanatlar üçün üzvi yayların
yanğından mühafizə tərkibləri ilə emalı və
örtülməsi. Müxtəlif yanğından mühafizə tərkibləri
və qatışıqların hazırlanması. Hopdurucu
materialların nümunələrinin hazırlanması və
onların yanğına davamlılığının
yoxlanılması. Mexaniki üsullarla qatışıqların
hazırlanması və hopdurma işlərində mexanizmlərin
idarə edilməsi. Görülən işlərin, sərf edilən
materialların və kimyəvi maddələrin uçotu. Xidmət
edilən avadanlıqların cari təmiri, orta və əsaslı
təmirdə iştirak etmək.
Bilməlidir: mürəkkəb
taxta məmulatlar və konstruksiyaların, qiymətli material və
parçaların, teatr dekorasiyalarının, bədii lövhə və
maketlərin, kanatlar üçün üzvi yayların yanğından mühafizə
tərkibləri ilə hopdurulması qaydalarını; zəhərli
və kimyəvi maddələrin əsas xüsusiyyətlərini;
onlarla iş qaydasını; yanğından mühafizə
qatışıq və məhlullarının texniki şərtlərini
və dövlət standartlarını; yanğından mühafizə
məhlullarının hazırlanmasında işlənilən
avadanlıqların iş prinsipini; kimyəvi maddələrin
və materialların sərfinin uçotu qaydasını və
onların yerinə yetirilməsi üzrə texniki sənədləşdirmənin
tərtib edilməsi.
164.
YANĞINDAN MÜHAFİZƏ VƏSAİTLƏRİNİN
HOPDURUCUSU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Xüsusi qiymətli bədii
teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər
sənət əsərlərinin yanğından mühafizə tərkibi
ilə örtülməsi və emalı. Reagentlərin işlənib
hazırlanması və daha əhəmiyyətli hopdurucular
üçün tərkiblərin hazırlanması. Nümunənin seçilməsi
və tətbiq edilən qatışıq və məhlulların
keyfiyyətinin yoxlanılması. Kimyəvi maddələrin
seçilməsi və bir-biri ilə əvəz edilməsi.
Bilməlidir: qiymətli
bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və
digər sənət əsərlərinin yanğından
mühafizə hopdurucusu ilə hopdurulması qaydası və
texnologiyasını, zəhərli və kimyəvi maddələrin
xüsusiyyətlərini, onlarla davranış qaydasını;
yanğından mühafizə hopdurucusunun texniki şərtlərini
və dövlət standartlarının; material və kimyəvi
maddələrin sərfi uçotun və yerinə yetirilən
işlər üzrə texniki sənədləşdirmənin tərtib
edilməsi qaydalarını; qatışıq və məhlulların
hazırlanmasında istifadə edilən avadanlıqların
quruluşunu.
165.
YUYUCU MAŞINLARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
1-ci
dərəcə
Ayrı-ayrı
hissələri, detal və birləşmələri
çıxarmadan maşın və avadanlıqların əl aləti
və vəsaitdən istifadə etməklə yuyulması və
dezinfeksiyası. Xammal, material, detal, tara,
məmulat və yarımfabrikatın vannalarda su, kerosin, benzin,
aseton, qələvi, turşu və digər
məhlullarla yuyulması. Yüksək konsentratlı olmayan müxtəlif
turşulu və qələvili yuyucu
məhlulların hazırlanması. Yuyucu məhlulların doldurulması
və boşaldılması, yuma prosesində material, detal,
tara, məmulat və digər əşyaların yüklənib-boşaldılması.
İş yerinin, avadanlığın və köməkçi
inventarın yuyulma prosesində hazırlanması. Əşyaların
qabaqcadan silinmə, çırpılma, qaşınma ilə təmizlənməsi,
buxar, dezinfeksiya maddələri və əridicilərlə
emalı. Detal və məmulat səthlərinin
yağsızlandırılması. Detal və məmulatların
sortlaşdırılması, markirovkası və
qablaşdırılması.
Bilməlidir: əl
alətinin, inventarın və vəsaitlərin təyinatını;
yuyulma qaydalarını və yuma keyfiyyətinə qoyulan tələbləri;
yuyucu məhlulların hazırlanması və onlarla rəftar
qaydalarını; istifadə edilən məhlul və əridicilərin
xüsusiyyətlərini; yuyulacaq əşyaların əvvəlcədən
təmizlənməsi üsullarını; markirovka
qaydalarını; detal və məmulatların
qablaşdırılması qaydasını.
166.
YUYUCU MAŞINLARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Maşın və
avadanlıqların ayn-ayrı hissələrinin, detal, birləşmələrinin
çıxarılması ilə iri ölçülü
birləşmələrin
və hərəkət heyətinin detallarının,
kimyəvi qabların, metalların, həmçinin asanlıqla
sınan və formasını asanlıqla dəyişə bilən
məmulatların maşın və müxtəlif
konstruksiyalı aparatlardan istifadə etməklə
yuyulması, dezinfeksiyası və sterilizə etdirilməsi.
Filtr lövhələrinin, manjet, kisə və torların
yuyulması və hopdurulması və yuyulduqdan sonra
sıxılması, buxara verilməsi, qurudulması, üfürülməsi
və növbələnməsi.
Əşyaların
hava ilə, su ilə və ya məhlullarla təzyiq altında
yuyulması üçün emalı.
Bilməlidir: xidmət
edilən yuyucu maşınların və avadanlığın
iş prinsipini; yumaya və dezinfeksiyaya qoyulan tələbləri;
məhlulların hazırlanması üsullarını; yuma
rejimini; məhlulların konsentrasiyasının dəyişilməsi
və onların yuyulma prosesində
ardıcıllığını; yuyucu və
dezinfeksiyalaşdırıcı vasitələrin tərkibi,
xüsusiyyətləri və dozalaşma qaydalarını.
167.
YUYUCU MAŞINLARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Əsas
maşın və avadanlıqların ayrı-ayrı hissələrinin,
detal və birləşmələrinin çıxarılaraq
yuyulması, dezinfeksiyası və sterilizə edilməsi, həmçinin
bakların, balonların, sistern və digər xüsusi
taraların yuyucu avtomat maşınlarında yuyulması. Çirkləndirici
qalıq maddələrin qabaqcadan təhlili, onların kimyəvi
tərkibinin müəyyənləşdirilməsi. Yuyucu məhlulun
reseptinin seçilməsi. Qalıq maddələrinin
neytrallaşdırılması. Maşın və
avadanlıqların cari təmiri və sazlanması.
Bilməlidir: müxtəlif
növ maşın və avadanlığın quruluşu və
sazlanması qaydasını; yuyucu məhlulların keyfiyyət
və kəmiyyət tərkibinin müəyyənləşdirilməsi
ilə əlaqədar hesablamaları; yuyucu məhlulların
kimyəvi xüsusiyyətlərini.
168.
YUYUCU MAŞINLARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Axınlı-konveyer
xəttində birləşmiş maşın avtomatlarda müxtəlif aparat,
detal və birləşmələrin,
maşın və avadanlıqların yuyulması prosesinin
aparılması. Avtomat maşınlar sisteminin idarə pultunun
işə salınması. Nəzarət-ölçü
cihazlarının, idarə pultunun avtomat sisteminin göstəricilərinə
əsasən maşınların iş rejiminin tənzimlənməsi.
Vibroqidalandırıcının və qidalandırıcı
sistemin tənzimlənməsi. Avtomatların işində olan
kənarlaşma hallarının aşkar edilməsi və
aradan qaldırılması və avtomatik sazlanmasında
iştirak etmək.
Bilməlidir: xidmət
edilən maşın-avtomatların quruluşunu və
konstruktiv xüsusiyyətlərini; avtomatın ayrı-ayrı birləşmələrinin
qarşılıqlı əlaqələnmə prinsipi və
idarə pultunun avtomat cihazların göstəricilərinə əsasən
maşının iş rejiminin tənzimlənməsi, yuyucu məhlulların
kimyəvi xüsusiyyətlərini; müxtəlif növ yuyucu
maşınların və avadanlığın sazlanması
qaydalarını.
169.
YÜK NƏQLEDİCİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Arabacıqlarda və
digər nəqliyyat vasitələrində, həmçinin
trosların köməyi ilə müxtəlif istehsalat yüklərinin:
xammal, yarımfabrikat, detal, məmulat, alət, cihaz və s.
daşınması. Yüklərin anbara aparılması və təhvil-qəbul
sənədlərinin tərtib edilməsi. Kimyəvi maddələrin
və boyaqların tərəziyə gətirilməsi. Digər
sex və sahələrdə əməliyyatlararası emaldan
keçən yarımfabrikat, detal, məmulatların verilməsi və
qəbulu. Nəql ediləcək yüklərin yerləşdirilməsi
və çeşidlənməsi.
Bilməlidir:
daşınmalı və aparılmalı olan yüklərin
adlarını: xidmət edilən sahələrin istehsalat
tapşırığını və iş yerlərinin yüklənməsi
qrafikini; material, detal, birləşmə və s.
emalının texnoloji ardıcıllığını; yüklərin
yüklənməsi və nəql edilməsi qaydalarını;
yüklərin qablaşdırılması üsullarını;
daşınan yüklərin bərkidilməsi üsullarını;
taraların quruluşunu; təhvil-qəbul sənədlərinin
tərtib etmə qaydasını.
170.
YÜK NƏQLEDİCİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif
istehsalat yüklərinin: xammal, material, yarımfabrikat, detal, məmulat,
alət, cihaz və s. ehtiyatlılıq tələb edən
yüklərin, yanğın və partlayış təhlükəli
maddələrin əl ilə və ya arabacıqlarla və digər
nəqliyyat vasitələrində iş yerinə
daşınması. Yüklərin anbara gətirilməsi, təhvil
verilməsi üzrə qəbul-təhvil sənədlərinin tərtib
edilməsi.
Bilməlidir:
daşınan yüklərin adlarını; material, detal və
birləşmələrin emalının texnoloji
ardıcıllığını; zərərli,
yanğın və partlayış təhlükəli maddələrin
nəql edilmə qaydasını, onların yerləşdirilməsi
üsullarını; qəbul-təhvil sənədlərinin tərtib
etmə qaydasını.
171.
YÜK NƏQLEDİCİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Əl ilə və
arabacıqlar və digər nəqliyyat vasitəsi ilə
iş yerinə monumental, bədii, heykəltəraşlıq əsərlərinin,
nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərinin,
xüsusi ehtiyatlılıq tələb edən yüklərin
daşınması.
Bilməlidir: məmulatların
daşınması, partlayış təhlükəli maddələrin
yerləşdirilməsi qaydalarını; təhvil-qəbul sənədlərinin
tərtib edilmə qaydasını.
172.
YÜKLƏYİCİNİN SÜRÜCÜSÜ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Traktora yükvuran və
yükboşaldanların, vaqona yükvuran və yükboşaldanların,
bütün xüsusi yüktutma mexanizmlərin və qurğuların daha yüksək
ixtisaslı sürücünün rəhbərliyi altında idarə
olunması. Müxtəlif yüklərin yüklənməsi,
boşaldılması, yerləşdirilməsi və
ştabellərə yığılması; Yükləmə-boşaltma
və yüktutma mexanizmlərinin və qurğuların
planlı-xəbərdarlıq təmirində iştirak.
Bilməlidir: xidmət
olunan yükvuranların və yükboşaldan mexanizmlərin və
onların aqreqatlarının
quruluşu
haqqında əsas məlumatları;
onların istismarı, montajı, işə salınması,
sürülüb yoxlanılmasının tənzimlənməsi üzrə təlimatı;
yağların və sürtgü materiallarının xassələrini;
nasazlıqların səbəblərini və onların aradan
götürülmə metodlarını.
173. YÜKLƏYİCİNİN SÜRÜCÜSÜ
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Yüklərin yüklənməsi,
boşaldılması, yerdəyişməsi və ştabellərə
yığılmasında akkumulyatorlu yükvuranların və
bütün xüsusi mexanizmlərin və qurğuların idarə
olunması. Yükvuranın və bütün mexanizmlərinin cari təmiri
və texniki xidməti. Yükvuranın və onun mexanizmlərinin
işində nasazlıqların müəyyənləşdirilməsi
və onların ləğv edilməsi, çıxarıla bilən
qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi.
Yükvurma və yüktutma mexanizm və qurğuların planlı-xəbərdarlıq
təmirinin aparılmasında iştirak. Akkumulyatorun
doldurulması.
Bilməlidir: akkumulyatorlu
yükvuranın quruluşunu; bütün nəqliyyat növlərində yüklərin
yüklənib boşaldılması üsullarını; yerdəyişmə
və yığılma qaydalarını; yol hərəkəti,
müəssisəsinin ərazisi, stansiyaya yaxın yollar üzrə hərəkət
qaydalarını və siqnalizasiyasını; elektrotexnika üzrə
elementar məlumatları.
174.
YÜKLƏYİCİNİN SÜRÜCÜSÜ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
73,5 kVt (100 a.g.)
gücə malik traktora yükvuranın, vaqona yükvuranların, vaqondan
yükboşaldanın və bütün yüktutma mexanizminin və
qurğuların idarə olunması. Yüklərin yüklənməsi,
boşaldılması, yerdəyişmə və ştabellərə
yığılması. Yükvuranın və onun bütün mexanizminin
cari təmiri və texniki xidmət. Yükvuranın işindəki
nasazlıqların müəyyən edilməsi. Çıxarıla bilən
yüktutma qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi.
Yükvurma və yüktutma mexanizminin və qurğunun planlı-xəbərdarlıq
təmirinin aparılmasında iştirak.
Bilməlidir:
yükvuranın və akkumulyator batareyalarının quruluşunu,
yüklərin bütün nəqliyyat növlərində yükləmə və
boşaltma üsullarını; yüklərin qaldırılma, yerdəyişmə
və yığılma qaydalarını; yol hərəkəti,
müəssisə ərazisində və stansiyaya yaxın yollarda
hərəkət qaydalarını və qoyulmuş
siqnalizasiyanı; istifadə olunan yanacaq və sürtgü
materiallarının növlərini; akkumulyator istehsalında əsas
materialların adlarını; turşu, qələvilərin
saxlanma və onlardan istifadə qaydalarını.
5-ci dərəcə:
73,5 kVt-dan artıq (100 a.g.-dən artıq) gücə malik traktor
yükvuranda işlədikdə və buldozer, skreper, ekskavator və
başqa maşınlar kimi istifadə edərək 147 kVt-dək
(200 a.g.-dək) olan yükvuranda işlədikdə.
6-cı dərəcə:
147 kVt-dan (200 at gücündən) artıq gücü olan yükvuranda işlədikdə
və ondan buldozer, ekskavator və digər maşın kimi
istifadə etdikdə.
175.
YÜKLƏYİCİ-BOŞALDICININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Pnevmatik yükləyici-boşaldıcı
maşının kameralı qurğularının idarə
edilməsi, işə salınması və
dayandırılması. Nəzarət-ölçü cihazlarının
göstəricilərinə əsasən pnevmatik yükləyici-boşaldıcının
kameralı qurğu mexanizmlərinin işində olan defektlərin
aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı
mexanizmlərinin planlı-xəbərdarlıqlı təmirində
iştirak etmək.
Bilməlidir:
pnevmatik yükləyici-boşaldıcı maşının
kameralı qurğusunun quruluşunu; nəzarət-ölçü alət
və vəsaitlərinin quruluşunu; təyinatını və
tətbiqi şərtlərini; yükləyici-boşaldıcının
kameralı qurğusunun təmiri qaydalarını.
176.
YÜKLƏYİCİ-BOŞALDICININ
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Hidravlik yükləyici-boşaldıcının güc qurğularının idarə
edilməsi, işə salınması və
dayandırılması. Pnevmatik və hidravlik yükləyici
boşaldıcının və köməkçi mexanizmlərinin
işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə
əsasən tənzimlənməsi. Dizel-generatorun, turbonasosun,
boru kəmərlərinin və digər mexanizmlərin
işinə nəzarət. Yükləyici boşaldıcı mexanizmlərinin
işindəki nasazlıqların müstəqil olaraq aşkar
edilməsi və aradan qaldırılması.
Bilməlidir:
hidravlik yükləyici boşaldıcının və köməkçi
mexanizmlərin quruluşunu; aqreqatların işində olan
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması üsullarını; yükləyib-boşaldıcı
mexanizmlərin tənzimlənməsini, mürəkkəb-ölçü alət
və vəsaitlərin təyinatını və tətbiqi
şərtlərini; yükləyici-boşaldıcı
maşının və onun mexanizmlərinin təmirinin
aparılması qaydasını.
177.
YÜKLƏYİCİ-BOŞALDICININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Üzücü pnevmatik yükləyici-boşaldıcı
maşının güc qurğularının idarə edilməsi,
işə salınması və dayandırılması. Nəzarət-ölçü
cihazlarının göstəricilərinə əsasən
aqreqatların məhsuldarlığından maksimum istifadə
etməklə yükləyici-boşaldıcı
maşının mexanizmlərinin işinin tənzimlənməsi.
Onların işində ortaya çıxan nasazlıqların
aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı
maşına xidmət edən fəhlələrə təlimatların
verilməsi.
Bilməlidir: üzücü
pnevmatik yükləyici-boşaldıcı maşın və köməkçi
mexanizmlərin quruluşunu və pnevmatik sxemini; aqreqatların
işindəki nasazlıqların aşkar edilməsi və
onların aradan qaldırılması üsullarının; üzücü
pnevmatik maşının mexanizmlərinin tənzimlənməsi;
nəzarət-ölçü alət və vəsaitlərinin
sazlanması.
178.
KİMYƏVİ-BAKTERİOLOJİ TƏHLİL ÜZRƏ
LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Nümunələrin
sınaqlara və analizlərə hazırlanması. Xammal
nümunələrinin, pambığın tərkibində nəmliyin
olmasını yoxlamaq üçün laboratoriya sınağının
keçirilməsi, uduculuq qabiliyyətinin,
kapillyarlığının müəyyənləşdirilməsi.
Suyun, yeyinti məhsullarının, xammalın,
yarımfabrikatların və hazır məmulatların daha
yüksək ixtisaslı laborantın rəhbərliyi altında
müxtəlif kimyəvi-bakterioloji analizlərin aparılması.
Qamışın rənginə görə yetişməsinin müəyyənləşdirilməsi.
Qamışın rütubətliyə və zibillənməyə
analizlərin aparılması.
Bilməlidir: nümunələrin
seçilmə və sənədləşdirmə
qaydasını; analiz edilən materialların, xammalın və
yanmfabrikatların əsas xassələrini; laboratoriya
avadanlığının təyinatını və onlarla rəftar
qaydalarını.
179.
KİMYƏVİ-BAKTERİOLOJİ TƏHLİL ÜZRƏ
LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Suyun, yeyinti məhsullarının,
xammalın, yarımfabrikatların və hazır məhsulların
təsdiq olunmuş metodikalar üzrə müxtəlif kimyəvi-bakterioloji
analizlərinin aparılması. Turşuluğun, yağlı
karbonlu maddələrin, duzların
sıxlığının və i.a. kapillyarlığın,
xlorlu, sulfatturşulu və kalsium duzlarının
olmasının, yağlı və muma oxşar maddələrin
və s. olmasının müəyyənləşdirilməsi. Nəzarət-uçot
qeydlərinin aparılması.
Bilməlidir: gördüyü
iş həcmində kimyanın əsaslarını və
bakteriologiyanın elementar əsaslarını; kimyəvi-bakterioloji
analizlərin aparılmasına qoyulan dövlət
standartlarının tələblərini; nümunələrin
seçilmə və onların sınağa hazırlanma
qaydalarını; sınağın lazım olan həcmini;
işlək və titrlənmiş məhlulların
hazırlanması, bakterioloji mühitin sterilizə
üsullarını; sınaq nəticələrinin qeyd sistemini və
onların statistik emalı metodlarını.
180.
KİMYƏVİ TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Qəbul olunmuş metodika
üzrə komponentləri
qabaqcadan ayırmadan sadə bir birinə oxşar analizlərin
aparılması: elektrolitin və digər maddələrin,
reaktivlərin, filtr kağızının, çini lövhəciklərin
köməyi ilə damcı halında analizin aparılması. Din
və Stark üzrə suyun olmasını. Mor və Vestfel tərəziləri
ilə mayelərin xüsusi çəkisinin, açıq putada və
Marteks-Pensk üzrə alışma temperaturunun, Enqler üzrə
özlülüyün, Ors aparatında qazın tərkibinin müəyyənləşdirilməsi.
Neft məhsullarının və başqa maye maddələrin
Enqler üzrə təkrar distillə olunması. Sadə lak-boya məhsullarının
xüsusi aparatlarda sınaqdan keçirilməsi. Vurtis aparatında
(oksigen cərəyanında) yonqarın yandırılması
yolu ilə karbonun miqdarının müəyyən olunması.
Karbonlu və aşqarı az olan poladların kimyəvi
analizinin aparılması. Areometr vasitəsi ilə maye maddələrdə
sıxlığın, mühitdə qələviliyin və
damcıdüşmə temperaturunun müəyyən olunması.
Yanacaq materiallarının ərimə və soyuma temperaturunun
müəyyən edilməsi. Titrlənmiş məhlulların və
qalay aşqarlarının hazırlanmasında iştirak. Kimyəvi-texniki
tərəzilərin tətbiqi ilə analiz olunan materiallarda
rütubət faizinin tapılması. Mis əsaslı olan ərintilərdə
kimyəvi tərkibin analizi. Analiz üçün maye və bərk
materialların orta nümunələrinin hazırlanması. Latekslərin
və hopdurucu məhlulların qatılığının müəyyənləşdirilməsi,
quru qalığa görə axıdılması. İnqrediyentlər
ələnən zaman ələkdəki qalığın müəyyənləşdirilməsi.
Plastifikatorun hazırlanması, bərk ərinti tozu ilə
onun qarışdırılması. Laboratoriya qurğusunun
işi üzərində müşahidə, daha yüksək ixtisaslı
laborantın rəhbərliyi altında onun göstəricilərinin
yazılması.
Bilməlidir: sadə
analizlərin aparılma metodikasını; ümumi və analitik
kimyanın elementar əsaslarını; laboratoriya avadanlığına,
aparaturaya və nəzarət-ölçü cihazlarına xidmət
qaydalarını; analiz edilən maddədə olan bu və ya
digər elementə xas rəngləri; turşuların, qələvilərin,
indikatorların və istifadə olunan digər reaktivlərin
xassələrini; orta nümunələrin qaydalarını.
181.
KİMYƏVİ TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qəbul
olunmuş metodika üzrə komponentləri qabaqcadan ayırmadan
orta mürəkkəbli analizlərin aparılması. Analiz olunan
materiallarda müxtəlif metodlarla maddələrin faiz tərkibinin
müəyyən edilməsi. Piknometr vasitəsi ilə materiallarda
və maddələrdə özlülüyün, ərimə qabiliyyətinin,
xüsusi çəkinin, Reyd üzrə buxarın möhkəmliyinin, analiz
olunan məhsulların induksiya müddətinin, turşuluğun və
kokslaşma dərəcəsinin, bağlı putada neft və
neft məhsullarının alışma temperaturunun və
soyumanın müəyyən olunması. Mürəkkəb olmayan
titrlərin qoyulması və yoxlanılması. Müxtəlif
filiz nümunələrin, xrom, nikel, xromlu nikel poladların, çuqun və
alüminium ərintilərin, metallurgiya prosesləri məhsullarının,
aşqarların, yanacağın və mineral yağların
kimyəvi tərkibinin müxtəlif növ analizlərinin
aparılması. Neft və neft məhsullarında kükürd və
xloridin müəyyənləşdirilməsi. Mürəkkəb
analizlərin keçirilməsi və xüsusi avadanlıqda lak-boya məhsullarının
və sementin fiziki-kimyəvi xassələrinin müəyyənləşdirilməsi.
Lak-boya materialları üçün əridicilərin seçilməsi. Analiz
olunan materialların analitik tərəzilərdə çəkilməsi.
Laboratoriya avadanlığının sazlanması. Daha yüksək
ixtisaslı laborantın rəhbərliyi altında mövcud sxemlər
üzrə laboratoriya qurğularının
yığılması. Laboratoriya qurğusunun işi üzərində
müşahidə və göstəricilərinin yazılması.
Bilməlidir: ümumi və
analitik kimyanın əsaslarını; titrlərin qurulma və
yoxlama üsullarını; tətbiq edilən reaktivlərin xassələrini
və onlara qoyulan tələbləri; orta mürəkkəbli
analizlərin aparılma metodikasını və istifadə
olunan reagentlərin xassələrini; yerinə yetirilən
analizlərə dövlət standartlarını və xidmət
olunan sahə üzrə əmtəə məhsullarını;
analitik tərəzilərdən, elektroliz qurğusundan,
fotokalorimetrdən, refraktometrdən və başqa oxşar
cihazlardan istifadə qaydalarını; nümunələrin və
aparılan analizlərin keyfiyyətinə qoyulan tələbləri;
həll olma, süzmə, ayırma və kristallaşma proseslərini;
laboratoriya avadanlığının sazlama qaydalarını.
182.
KİMYƏVİ TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Təyin
olunmuş metodika üzrə pulpa, məhlullar, reaktivlər,
konsentratlar, səthi və buruq suları, neft və neft məhsulları,
hazır məhsul, köməkçi materiallar, tullantılar, gübrələr,
turşular, duzların tərkibinin mürəkkəb analizinin
aparılması. Müxtəlif əlvan ərintilərin, ferroərintilərin,
yüksək aşqarlı poladların kimyəvi tərkibinin müxtəlif
növ analizlərinin keçirilməsi. Titan, nikel, volfram, kobalt,
molibden və niobium əsaslı ərintilərdə əsas
aşqar elementlərin kəmiyyətinin təyin olunmuş
metodika üzrə müəyyən olunması. Mürəkkəb titrlərin
qurulması və yoxlanılması. Turşularda nitrozluğun
və tündlüyün müəyyənləşdirilməsi. Məhlulların
qatılıq dərəcəsinə görə ələk və
elektroçəki metodları ilə analizin yerinə yetirilməsi.
Çox təsirli zəhərlərin, partlayıcı maddələrin
analizi. VTİ aparatlarında, qaz fraksion aparatlarda və
xromatoqraflarda qazların tam analizi. Mürəkkəb reaktivlərin
tərtib edilməsi və onların
yararlılığının yoxlanılması. Verilmiş
metodika üzrə laboratoriya şəraitində sintezin
aparılması. Ammonyakın konversiya dərəcəsinin
yaxud nitroz qazlarının oksidləşməsinin müəyyən
edilməsi. Yanacağın istilik törətmə qabiliyyətinin
müəyyənləşdirilməsi. Analiz nəticələrinin
sənədləşdirilməsi və hesablanması. Mövcud
sxemlər üzrə laboratoriya qurğularının
yığılması. Xüsusi cihazlarda-vezerometrdə, tropik
iqlim kamerasında, Meger cihazında və s. məmulat örtüklərinin
sınaqdan keçirilməsi. Sadə və orta arbitraj analizlərinin
aparılması.
Bilməlidir:
analitik və fiziki kimyanın ümumi əsaslarını; istifadə
olunan reaktivlərin təyinatı və xassələrini;
laboratoriya qurğularının yığılma
qaydalarını; kimya preparatlarının kütləsi və həcminin
müəyyən olunma üsullarını; mürəkkəb titrlənmiş
məhlulların hazırlanma üsullarını; analitik tərəzidə
çöküntülərin ölçülmə qaydalarını və analizin nəticələrinə
görə zəruri hesablamaların aparılmasını; müxtəlif
tipli nəzarət-ölçü cihazlardan və tərəzilərdən
istifadə qaydalarını; aparılan analizlərə texniki
şərtləri və dövlət standartlarını; yerinə
yetirilmiş işlərə texniki sənədlərin
aparılma qaydalarını.
183.
KİMYƏVİ TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Nikel, kobalt, titan və
niobium əsasında olan ərintilərin cihaz və aparatlar tətbiq
etməklə təyin olunmuş metodikalar üzrə ən mürəkkəb
analizlərinin aparılması. Nadir, torpaqda seyrək olan və
nəcib metalların analizinin aparılması. Radioaktiv elementlər
tətbiq etməklə analizlərin aparılması. Müxtəlif
tipli və konstruksiyalı xromatoqraflar tətbiq etməklə
elektron sxemlərin tətbiqinə əsaslanan metodla və
xromaqramların mürəkkəb hesabından istifadə edərək
partlayıcı üzvi maddələr
qatışıqlarının analizinin aparılması. Kimyəvi
analizlər üçün yeni metodikaların işlənib
hazırlanmasında iştirak. Atom-absorbsiya metodu ilə analizlərin
aparılması. Mürəkkəb arbitraj analizlərinin
aparılması. Qeyri-standart analizlərin nəticələrinin
metroloji qiymətləndirilməsi. Dövlət standartı ilə
tövsiyə edilmiş metodikaların aprobasiyası. Xidmət
olunan avadanlığın sazlanması.
Bilməlidir: tətbiq
olunan cihazlardan və aparatlardan istifadə qaydalarını və
konstruksiyasını; ümumi, analitik və fiziki kimyanın əsaslarını;
fiziki-kimyəvi analiz metodlarını; analizin keçirilmə
metodikasının işlənib hazırlanma və seçmə əsaslarını;
nəcib metalların bölünmə və müəyyənləşdirilmə
üsullarını; radioaktiv elementlərin xassələrini və
onlarla işləmə qaydalarını.
Orta ixtisas təhsil
tələb olunur.
184.
KOMPRESSOR QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Təhlükəsiz
qazla işləyən müxtəlif mühərriklərdən hər
birindən 5 kub m./saniyədə 1 MPa-dək təzyiq (10
kqs/kv.sm) ötürən stansionar kompressor və turbokompressorlarına
xidmət. Kompressorların və köməkçi
avadanlığın işinə nəzarət. Kompressor
mexanizmlərinin hərəkət edən hissələrinin
yağlanması və soyudulması. Kompressorların işində
olan nasazlıqları aşkar etmək, aradan qaldırmaq və
onun qoruyucu qurğularının işinə nəzarət.
Ötürücü mühərriklərə xidmət. Qəza və sərf
baklarına yağın doldurulması və
boşaldılması. Kompressor stansiyası
avadanlığının təmirində iştirak etmək.
Bilməlidir:
porşenli kompressorların, turbokompressorların, buxar
maşınlarının və elektrik mühərriklərinin hərəkət
prinsipini; kompressor və mühərriklərin işində olan
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması üsullarını; nəzarət-ölçü
cihazlarının və idarəetmə avtomatlarının təyinatını
və tətbiqi üsullarını; kompressor stansiyası boru kəmərlərinin
sxemini; havanın müvafiq temperaturunu və dərəcələr
üzrə iş təzyiqini; xidmət edilən aqreqat birləşmələrinin
qızdırılma temperaturunu; artıq qızdırılma
hallarının qarşısının alınması və
mexanizmlərin yağlanması üçün yağların növünü və
markasını.
185.
KOMPRESSOR QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Hər biri 5-dən
- 100 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi
1 MPa-dək (10 kqs/kv.sm) olan və ya hər biri 5 kub metr/dəqiqəyədək
ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqli
müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz
qazlarla işləyən stasionar kompressor və
turbokompressorlarına xidmət. Hər biri 5 kub metr/dəqiqəyədək
ötürücü ilə 1 MPa (10 kqs/kv.sm)-dək təzyiqli təhlükəli
qazlarla işləyən stasionar kompressor və
turbokompressorlarına xidmət. Kompressor, mühərrik və
turbokompressorlarının işə salınması və
iş rejiminin tənzimlənməsi. Kompressorların və
ayrı-ayrı aqreqatların tələb edilən iş
parametrlərinin saxlanılması.
Kompressor stansiyasının işində olan qeyri-normal
halların aşkar edilməsi və qarşısının
alınması. Kompressor, maşın və mexanizmlərin
işi barədə hesabat-texniki sənədlərin
aparılması. Kompressor stansiyası aqreqatlarının təmirində
iºtirak etmək.
Bilməlidir:
porşenli kompressorların, turbokompressorların, daxili yanma mühərriklərinin,
buxar maşınlarının və elektrik mühərriklərinin
quruluşunu, onların texniki xüsusiyyətini və xidmət
qaydalarını; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü
cihazlarının, avtomatik aparatların və armaturanın
quruluşunu, kompressor stansiyasının hesabat-texniki sənədlərini;
termodinamikanın və elektrotexnikanın əsaslarını;
kompressorların işlədiyi zaman təzahür edən
qazların xüsusiyyətlərini.
186.
KOMPRESSOR QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Hər biri 100-dən
- 500 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa (10
kqs/kv.sm-dək) təzyiqi olan və ya hər biri 5-100 kub metr/dəqiqəyədək
ötürməklə 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqli müxtəlif
mühərriklərdən ötürülən təhlükəsiz olmayan qazla
işləyən stasionar kompressor və turbokompressorlarına
xidmət. Hər biri 5 kub metr/dəqiqədə ötürməklə
təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) və ya hər biri
5-100 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi
1 MPa-dan (10 kqs/kub sm-dan) yuxarı təhlükəli qazla işləyən
stasionar kompressorlara və turbokompressorlarına xidmət.
Kompressorların səmərəli iş rejiminin təyin edilməsi
və saxlanılması. Mühərriklərin, kompressorların,
cihaz, köməkçi mexanizmlər və digər
avadanlıqların sazlığına nəzarət etmək.
3-cü dərəcəli çilingərin ixtisası səviyyəsində
kompressor qurğularının təmirində və onlara
baxışda iştirak etmək.
Bilməlidir: müxtəlif
tipli kompressorların, turbokompressorların, daxili yanma mühərriklərinin,
buxar maşınlarının, buxar turbinlərinin və
elektrik mühərriklərinin, köməkçi mexanizmlərin, mürəkkəb
nəzarət-ölçü cihazlarının, aparat və armaturların
quruluşunu və konstruktiv xüsusiyyətlərini. Buxar kəmərlərinin,
boru kəmərlərinin, armaturların və kompressor
stansiyasının çənlərinin yerləşmə sxemini;
işlərin tənzimlənməsi və avadanlıqların
tədric edilməsi üçün avtomatik qurğuların yerləşmə
sxemini; xidmət edilən kompressorların əsas texniki
xüsusiyyətlərini; elektrik enerjisinin və
sıxılmış havanın və ya qazların
istehsalına lazım olan materialların sərfi
normalarını.
187.
KOMPRESSOR QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
500-dən - 1000
kub dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dək (10
kqs/ kv.sm-dək) və ya hər biri 100-dən-250 kub metr/dəqiqədə
ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı olan
müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz
qazla iş zamanı stasionar kompressorlara və turbokompressorlara
xidmət. 100-dən-250 kub metr/dəqiqəyədək ötürməklə
1 MPa-dək (10 kqs/kv.sm-dək) təzyiqlə təhlükəli
qazla işləyən və ya hər biri 5-dən 100 kub metr/dəqiqəyədək
ötürməklə 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqlə
işləyən kompressor və turbokompressorlara xidmət. Məhsuldarlığı
100 kub metr/dəqiqəyədək olan
avtomatlaşdırılmış kompressor stansiyalarına xidmət.
Kompressor stansiyası avadanlığının söndürülməsi
və ehtiyata və təmirə çıxarılması. Stansiya
məhsulu istehsalının texnoloji prosesinin tənzimlənməsi.
Kompressor stansiyası avadanlığının təmiri üzrə
defekt cədvəllərinin tərtib edilməsi. 4-cü dərəcəli
çilingərin ixtisası səviyyəsində kompressor
stansiyası avadanlığının təmiri. Səhra
şəraitində daxili yanma mühərriklərinin və
kompressorların təmiri.
Bilməlidir:
kompressor, turbokompressorları, buxar maşınları, elektrik
mühərrikləri və daxiliyanma mühərriklərinin kinematik
sxemini; yüksək təzyiqli kompressorların quruluşunu;
kompressor, turbokompressor qurğularının, buxar və elektrik
mühərriklərinin istismar xüsusiyyətlərini; stansiya məhsulu istehsalının texnoloji
prosesinin sxemini; kompressorların faydalı iş əmsalını.
188.
KOMPRESSOR QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Təzyiqi 1 MPa-dək
(10 kqs/kv.sm-dək) olan və 1000 kub metr/dəqiqədə
artıq ötürən və ya təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dən)
artıq olan və hər biri 250 kub metr/dəqiqədə
artıq verilən təhlükəli qazla işləyən müxtəlif
mühərriklərlə iş zamanı stasionar kompressorlara və
turbokompressorlara xidmət. Təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək)
olan və 250 kv. metr/dəqiqədən artıq verilən və
ya təzyiqi 1 MPa-dan artıq (10 kqs/kv.sm-dən) olan və hər
biri 100 kub metr/dəqiqədə artıq verilən təhlükəli
qazla iş zamanı stasionar kompressor və turbokompressorlara xidmət.
100 kub metr/dəqiqədə artıq ötürən
avtomatlaşdırılmış kompressor stansiyasına xidmət.
Kompressor stansiyasının bütün avadanlığının
işinə nəzarət. Stansiya məhsulu istehsalının
texnoloji prosesinin tənzimlənməsi. Kompressor stansiyası
avadanlığının təmiri üzrə defekt cədvəllərinin
tərtib edilməsi. 5-ci dərəcəli çilingərin
ixtisası səviyyəsində kompressor stansiyası
avadanlığının təmirinin aparılması.
Bilməlidir: müxtəlif
tipli və sistemli turbokompressorların və güc
avadanlıqlarının kinematik sxemi və
konstruksiyasını.
Qeyd: Kompressor və
turbokompressor stansiyasının maşinist köməkçisi
maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir,
ancaq 2-ci dərəcədən aşağı olmamaq şərti
ilə.
Səyyar kompressor
qurğularının maşinisti "Tikinti, montaj və təmir-tikinti
işləri" VTİSK üzrə tarifləşdirilir.
189.
KRAN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Müxtəlif növ yüklərin
yükləmə, boşaltma, yerdəyişmə və nəql
etdirilməsi üzrə sadə işlərin yerinə yetirilməsində
yükgötürmə qabiliyyəti 3 tona qədər olan müxtəlif
yüktutan vasitələrlə təchiz edilmiş körpülü və
şlüzlü kranların idarə olunması. Monorelsli
arabacıqların, konsol kranların və krantirlərin idarə
edilməsi. Trosların bərkidilməsinin düzgünlüyünün
yoxlanılması, tormozların və qoruyucu qurğuların
tənzimlənməsi. xidmət olunan kranın təmirində
iştirak etmək.
Bilməlidir: xidmət
edilən kranların quruluşunu, iş prinsipini və istismar
qaydalarını; kran, tros və zəncirlərin yükgötürmə
qabiliyyətini; yüklərin yerdəyişmə
qaydalarını; mühərrik və nəzarətçilərin
işə salınma sistemini; elektrotexnika və çilingər
işinin əsaslarını.
190.
KRAN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Yükləmə,
boşaltma, yerdəyişmə və nəql etdirilmə üzrə
sadə işlərin yerinə yetirilməsində yükgötürmə
qabiliyyəti 3-dən 15 tona qədər olan körpülü və
şlüzlü, yükgötürmə qabiliyyəti 3 tona qədər olan
özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5
tondan yuxarı olan qülləli stasionar və eşşəkli
kranların idarə edilməsi. Taxta-şalban (meşə)
(uzunluğu 3 m-dən 6 m-ə qədər) yüklərinin və
ona uyğun digər yüklərin daşınmasında çox da mürəkkəb
olmayan işlərin yerinə yetirilməsində yükgötürmə
qabiliyyəti 10 tona qədər olan, müxtəlif yük tutan vasitələrlə
təchiz edilmiş körpülü və şlüzlü kranların idarə
edilməsi. Detal, məmulat və birləşmələrin dəzgahda
qurulması, quraşdırma mexanizmi və vasitələrinin
yerinin dəyişdirilməsi. Müxtəlif işlərin yerinə
yetirilməsində elektrik tallarının, dəyişdirici
kranların idarə edilməsi.
Yüklərin stellaja
qoyulması, ordan çıxarılması, yükləmə
meydançalarına gətirilməsi və konteyner, paket və
altlıqlara yığılması işlərinin yerinə yetirilməsində
yükgötürmə qabiliyyəti 1 tona qədər olan, stellajlı
kranların, müxtəlif yüktutan mexanizm və vasitələrlə
təchiz edilmiş qalaqlayan kranların idarə edilməsi.
Bilməlidir: xidmət
edilən kran və onun mexanizmlərinin quruluşu və
iş prinsipini; xarici görkəminə
görə yüklərin kütləsinin müəyyən edilməsi
üsullarını; detal, məmulat və birləşmələrin
dəzgah bərkidilməsi üzrə istismar qaydalarını; müəyyən
edilmiş nomenklaturaya və ixtisaslaşmaya uyğun olaraq
stellajlara məhsulların doldurulması qaydasını; yüklərin
anbardaxili yerdəyişməsinin texnoloji prosesini; yüklərin
stellajlara yığılması və saxlanılması
qaydasını; elektrotexnika və çilingər işinin əsaslarını.
191.
KRAN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yüklərin (dənəvər,
dənə, 3 m-ə qədər uzunluqda meşə və digər
analoji yüklərinin) boşaldılması, yüklənməsi və
yerdəyişməsi zamanı sadə işlərin yerinə
yetirilməsində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı
olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 t-dan 15
t-dək olan qülləli özüyeriyən, özüqalxan portal-manivelli,
yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-dək olan qülləli
stasionar və eşşəkli müxtəlif yüktutan vasitələrlə
təchiz edilmiş kranların idarə edilməsi. Çox da mürəkkəb
olmayan işlərdə uzunluğu 3 m-dən 6 m-dək olan
yüklərin yüklənməsi, boşaldılması, yerdəyişdirilməsi
işlərinin yerinə yetirən yükgötürmə qabiliyyəti
10 t-dan 25 t-dək olan yüktutan vasitələrlə təchiz
edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi.
Mürəkkəb işlərdə (6 m-dən uzun olan yüklərin
körpülü və şlüzlü kranlarda, 3 m-dən artıq olan yüklərin
qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranlarda)
ehtiyatlı olmağı tələb edən yüklərin yüklənməsi,
boşaldılması və yerdəyişdirilməsində, həmçinin
texnoloji avadanlığın və onlarla əlaqədar
konstruksiyaların quraşdırılması, məmulat,
aqreqat, qovşaq, maşın və mexanizmlərin stapelli və
seksiyalarla yığılması və sökülməsi ilə əlaqədar
işlərin yerinə yetirilməsi zamanı körpü
altılıqlarının və digər
quraşdırıcı vasitələr və mexanizmlərinin
yerdəyişməsi. Yükgötürmə qabiliyyəti 10 t-dək
olan körpülü və şlüzlü kranların, yükgötürmə qabiliyyəti
3 t-dək olan qülləli özüyeriyən, özüqaldıran,
portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 5 t-dək
olan qülləli stasionar və eşşəkli, müxtəlif
yüktutanlarla təchiz edilmiş kranların idarə edilməsi.
Yükgötürmə qabiliyyəti 3 t-dək olan müxtəlif yüktutan vəsaitlərlə
təchiz edilmiş kabelli kranların idarə edilməsi.
Yükgötürmə
qabiliyyəti 10 t-dək olan, müxtəlif yüktutma vasitələrlə
təchiz edilmiş (tikinti-quraşdırma və təmir-tikinti
işlərindən başqa işlərin aparılmasında)
tırtıllı və pnevmatik təkərli kranların idarə
edilməsi.
Yüklərin yüklənməsi,
boşaldılması, yerdəyişməsi, onların
stellajlarda yerləşdirilməsi və oradan istehsal sahələrinə
çatdırılması üzrə işlərin yerinə yetirilməsində
yükgötürmə qabiliyyəti 1 t-dan yuxarı olan ştabelli
kranların, avtomatik idarə edilən ştabelli kranların və
müxtəlif yüktutma mexanizmləri və vəsaitləri ilə
təchiz olunmuş körpülü ştabel kranlarının idarə
edilməsi. Anbarlaşdırılan qiymətli materialların
uçotu. Radioidarə ilə təchiz edilmiş kranların idarə
edilməsi.
Bilməlidir: xidmət
edilən kranların və onların mexanizmlərinin
quruluşunu; yüklərin yerdəyişmə üsullarını;
texnoloji avadanlığın quraşdırılmasını;
məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin
yığılması və sökülməsi üzrə texnoloji
prosesinin əsaslarını; bina və qurğuların
yığma konstruksiyasının elementlərini; xarici görkəminə
görə yükün kütləsinin müəyyənləşdirilməsi;
stellajların yüklənməsinə qoyulan texniki şərtləri
və tələbləri; xidmət olunan istehsalat sahələrinin
yerləşdirilməsini; elektrotexnika və çilingər
işini.
192.
KRAN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Uzunluğu 3 m-dən
6 m-ə qədər ağac-taxta məmulatları (meşə
yükü) və ona uyğun yüklərin yüklənməsi,
boşaldılması, yerdəyişməsi və nəql
etdirilməsi ilə əlaqədar orta mürəkkəbli işlərin
aparılmasında yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı
olan, müxtəlif yük tutan vasitələrlə təchiz
edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi:
detal, birləşmə və məmulatların dəzgaha
qurulması; körpü altı və digər
quraşdırıcı vasitə və mexanizmlərin yerdəyişdirilməsi.
Uzunluğu 3 m-ə qədər olan taxta-şalban, dənəvər,
ədədi və buna oxşar digər yüklərin yüklənib-boşaldılması
və nəql etdirilməsi ilə əlaqədar sadə
işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti
15 t-dan yuxarı olan qülləli özüqaldıran portal-manivelli
kranların, yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan,
müxtəlif yüktutan qurğularla təchiz edilmiş qülləli
stasionar və eşşəkli kranların idarə edilməsi.
Uzunluğu 6 metrdən
yuxarı olan yüklərin-körpülü və şlüzlü kranlarda,
uzunluğu 3 metrdən artıq olan yüklərin-qülləli,
özüyeriyən, özüqaldıran, portal-manivelli, qülləli stasionar və
eşşəkli kranlarda yüklənib-boşaldılması və
daşınması ilə əlaqədar mürəkkəb
işlərin yerinə yetirilməsində, həmçinin texnoloji
avadanlıqların quraşdırılması və məmulat,
aqreqat, birləşmə, maşın və mexanizmlərin bərkidilməsi
və qızdırıcı sobalardan tökmə və hazır
məhsulların verilməsi, metalın süzülməsi, məmulat
və maşın detallarının
kantlaşdırılması, yüksək ehtiyatlılıq tələb
edən detal, məmulat və birləşmələrin dəzgaha
qurulması və tikinti-quraşdırma və təmir-tikinti
işlərinin yerinə yetirilməsində yükgötürmə
qabiliyyəti 10 t-dan 100 t-a qədər olan körpülü və
şlüzlü kranların, yükgötürmə qabiliyyəti 3 tondan 15 tonadək
olan qülləli özüyeriyən və özüqaldıran portal-manivelli
kranların, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-a qədər
olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş
qülləli stasionar və eşşəkli kranların idarə
edilməsi.
Bütün növ işlərin
yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3 t-dan
10 t-a qədər olan kabelli kranların və yükgötürmə
qabiliyyəti 10 t-a qədər olan müxtəlif yüktutan vasitələri
ilə təchiz edilmiş üzücü kranların idarə edilməsi.
Tikinti quraşdırma və təmir-tikinti işlərindən
başqa bütün işlərin yerinə yetirilməsi zamanı
yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, yükgötürmə
qabiliyyəti 10 t-dan 25 t-a qədər olan tırtıllı və
pnevmo-təkərli kranların və müxtəlif yük tutan vasitələrlə
təchiz edilmiş özüyeriyən dəmiryolu kranlarının idarə
edilməsi. Tikinti-quraşdırma və təmir-tikinti işlərinin
yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10, t-a qədər
olan tırtıllı və pnevmo-təkərli kranların,
yükgötürmə qabiliyyəti 15 t-a qədər olan, müxtəlif
yüktutan vasitələrlə təchiz edilmiş özüyeriyən dəmiryolu
kranlarının idarə edilməsi.
Bilməlidir: xidmət
edilən kran və mexanizmlərin quruluşu və kinematik
sxemini; texnoloji avadanlığın
quraşdırılması, məmulat, aqreqat, birləşmə,
maşın və mexanizmlərin stapel və seksiyalar üzrə
yığılması və sökülməsinin texnoloji prosesini;
bina və qurğuların yığma elementlərinin
konstruksiyasını; elektrotexnikanı və çilingər
işini.
193.
KRAN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
6-cı
dərəcə
Uzunluğu 6 m-dən
artıq olan meşə yüklərinin (taxta-şalban) və digər
yüksək ehtiyatlıq tələb edən oxşar yüklərin
yüklənib-boşaldılması, yerdəyişməsi və
nəql etdirilməsində, eyni zamanda texnoloji
avadanlığın və onunla
əlaqədar konstruksiyaların, stapel və seksiyalı
məmulatların, aqreqatların, birləşmə,
maşın və mexanizmlərin yığılması,
sökülməsində, qızdırıcı sobalardan tökmə və
hazır məhsulların, metalın süzülməsi, çəkic və
preslərdə məmulat və maşın detallarının
kantlaşdırılması üzrə yüksək
ehtiyatlılıq tələb edən detal, məmulat və
birləşmələrin dəzgaha
quraşdırılması və tikinti-quraşdırma və
təmir-tikinti işlərinin yerinə yetirilməsində
yükgötürmə qabiliyyəti 100 t-dan yuxarı olan, müxtəlif
yüktutan vasitələrlə təchiz edilmiş, körpülü və
şlüzlü kranların idarə edilməsi. Uzunluğu 3 m-dən
yuxarı olan meşə yüklərinin (taxta-şalban), yüksək
ehtiyatlılıq tələb edən digər oxşar yüklərin
yüklənib-boşaldılması, yerdəyişməsi və
nəql etdirilməsində eyni zamanda texnoloji
avadanlığın və onunla əlaqədar
konstruksiyaların quraşdırılması, məmulat,
aqreqat, birləşmə, maşın və mexanizmlərin
stapel və seksiyalı məmulatların
yığılıb-sökülməsində və
tikinti-quraşdırma və təmir-tikinti işlərində
yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan qülləli
özüyeriyən özüqalxan, portal-manivelli kranların, yükgötürmə
qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə
təchiz edilmiş qülləli stasionar və eşşəkli
kranların idarə edilməsi.
Müxtəlif növ
işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti
10 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə təchiz
olunmuş kranların idarə edilməsi.
Müxtəlif növ
işlərin yerinə yetirilməsində
(tikinti-quraşdırma və təmir-tikinti işlərindən
başqa) yükgötürmə qabiliyyəti 25 t-dan artıq olan müxtəlif
yüktutan vasitələrlə təchiz edilmiş
tırtıllı, pnevmatik təkərli və özüyeriyən dəmiryolu
kranlarının idarə edilməsi. Tikinti-quraşdırma və
təmir-tikinti işlərində müxtəlif yüktutan vasitələrlə
təchiz edilmiş yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı
olan tırtıllı və pnevmatik təkərli kranların
və yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan
kranların idarə edilməsi.
Bilməlidir: kran və
mexanizmlərin quruluşunu; kinematik və elektrik sxemlərini;
xidmət edilən istehsalat sahələrinin yerləşməsini,
elektrotexnikanı və çilingər işini.
Qeyd: 1.
Yuxarıda göstərilən işlər və peşələr
Qara metallurgiyaya aid olan VTİSK-in müvafiq bölmələri üzrə
tarifləşdirilir.
2. Kranlı
traktorlarda işləyən sürücülər "traktorçu"
peşəsi üzrə tarifləşdirilir.
3. Kranlı
avtomaşınlarda işləyən sürücülər VTİSK üzrə
tarifləşdirilmir.
4. Özüyeriyən dəmiryolu
kranlarının maşinist köməkçisi, rəhbərliyi
altında işləyən
maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir.
Əgər kranı idarə edərsə və sürərsə
bu zaman
maşinistdən 1 dərəcə aşağı tarifləşdirilməlidir.
5. Kranın kabinəsi
48 m hündürlükdə və daha hündür yerləşən qülləli
kranların
maşinisti, kranın yükgötürmə qabiliyyətindən
asılı olmayaraq 6-cı dərəcə üzrə tarifləşdirilir.
6. Hazırkı
tarifləşdirmə qara metallurgiyanın iki əsas metal
istehsalının texnoloji prosesində, maşınqayırma
müəssisələrinin metallurgiya sexlərində işləyən
maşinistlərə, elektrik körpü-stripper kranlarında işləyən
maşinistlərə aid edilmir.
7.
Tikinti-quraşdırma və təmir-tikinti işlərinin
bilavasitə yerinə yetirilməsi ilə əlaqədar
olmayan yüklənib-boşaltma işləri yükləmə-boşaltma
işlənin mürəkkəbliyi qrupuna uyğun olaraq xüsusiyyətlərdə
nəzərdə tutulduğu kimi tarifləşdirilir.
194.
LABORANT-KRİSTALLOOPTİK
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Elektrolitin kriolitə
qarşı təhlili. Giltorpaqın faza tərkibinin leykositar
maşınkada nöqtə-nöqtə hesablamaqla müəyyənləşdirilməsi,
boksitin mineraloji tərkibinin və təhlil olunan maddələrin
strukturunun müəyyən edilməsi. Ələklərdə
gözlərin böyüklüyünün müəyyənləşdirilməsi. Nazik
şliflərin hazırlanması. Görünən sahə intensiv
işıqlandığı zaman mikroskop altında dənələrin
zahiri hesablanması. Nümunələrin seçilməsi və yoxlama
təhlilin aparılması. Təhlilin nəticələrinin
jurnala yazılması.
Bilməlidir: fiziki
kimyanın və kristallooptikanın əsaslarını;
kristallooptik təhlilin aparılma metodları və texniki
şərtlərini; elektrolitin, giltorpaqın, boksitin, kriolitin,
xlorlu kalsiumun, ftorlu; alüminiumun, istifadə olunan duzların,
reaktivlərin və turşuların əsas xassələrini;
reaktivlərlə və turşularla işləmə
qaydalarını və şliflərin hazırlanma qaydalarını; mikroskopların,
cilalayıcı dəzgahların, tigel peçlərin, quruducu
şkafların, elektrik cihazların, analitik və texniki tərəzilərin
quruluşunu; təhlilin düzgün aparılmasına nəzarət
metodlarını, platin qablardan istifadə və analitik və
texniki tərəzilərdə çəkmə qaydalarını;
aparılmış təhlilin yazma qaydasını.
195.
LABORANT-KRİSTALLOÖPTİK
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Müxtəlif
markalı xüsusi giltorpaqın faza və dənəmetrik tərkibinin
immersion metodla müəyyənləşdirilməsi. Abraziv istehsalı məhsullarının mineraloji
və dənəmetrik tərkibinin
müəyyənləşdirilməsi. Dispersion mineraloji (keyfiyyət
və kəmiyyət) və struktur təhlillərinin
aparılması. Zənginləşdirmə və metallurgiya
istehsalının müxtəlif
minerallarından keyfiyyətli şliflərin və
cilaların hazırlanması. Müxtəlif markalı
giltorpaqın və korundun alınma prosesində tədqiqat
işləri aparıldığı zamanı qeyri-standart
kompleks təhlillərin yerinə yetirilməsi. Giltorpaq
istehsalında susuzlaşdırma sobalarının rejiminin və
abraziv istehsalında sedimentasiya, hidrotəsnifat, xırdalanma, səpilmənin
texnoloji siklinin işlənilməsi. Təhlilin nəticələrinin
jurnala yazılması.
Bilməlidir:
mineralogiyanın əsaslarını; metallurgiya, zənginləşdirmə
istehsalı məhsullarının mineraloji və struktur təhlilinin
və giltorpaq istehsalının aparılma metodikasını və
texniki şərtlərini; tədqiq olunan məhsulların
istehsal texnologiyasını və əsas xüsusiyyətlərini;
pardaqlayıcı-cilalayıcı dəzgahların quruluşu
və iş prinsipini; şliflərin və
cilalayıcıların hazırlanma texnikasını, mineral dənələrinin
ölçülərini; immersion mayelərin tərkibini və
yığılma qaydalarını; qiymətli komponentlərin
minerallar üzrə, həmçinin boş dənələr, mineral
zoğları arasında bölgüsünü müəyyən etmə
üsullarını; tədqiqat nəticələrinin sistemləşdirilməsinə
və işlənilməsinə dair texniki tələbləri.
196.
LABORANT-METALLOQRAF
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Karbonlu poladlardan,
çuqunlardan xüsusi ərintilərin və alüminium, maqnezium və
mis əsaslı ərintilərin metalloqrafik analizi. Xüsusi ərinti
nümunələrinin metalloqrafik sınağa hazırlanması.
Nümunələri qələvi və turşu məhlullarında
aşındırma. Metalların əsas struktur tərkibinin və
etalonlar üzrə defektlərin müəyyənləşdirilməsi.
Rokvell, Brinell və Vikkers cihazlarında istiliklə emal
olunmuş yoxlama nümunələrinin bərkliyinin
yoxlanılması. Karbonsuzlaşdırma qatının dərinliyinin
və dənənin ölçülərinin müəyyənləşdirilməsi.
Maqnit metalloqrafiya metodu ilə austenit və austenit-ferrit sinfindən
olan poladlarda alfa-fazanın müəyyən edilməsi.
Bilməlidir: makro və
mikroşliflərin hazırlanma üsullarını; keçirilmə bərklik
cədvəlləri; stolüstü metalloqrafik mikroskopların
quruluşunu və onlara qulluq etmə qaydalarını; bərkliyi
müəyyən etmək üçün olan Rokvell, Brinell və Vikkers
cihazlarının quruluşunu; laboratoriya elektrik peçlərində
və vannalarında işləmə qaydalarını; makro və
mikroşlifləri aşındırmaq üçün istifadə olunan əsas
reaktivləri; metalloqrafiyanın elementar əsaslarını; dəmirkarbonlu
ərintilərin vəziyyətinin diaqramını; analitik tərəzinin
quruluşunu, onlara qulluq və onlarla işləmə
qaydalarını.
197.
LABORANT-METALLOQRAF
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Mürəkkəb
poladların, qara və əlvan metalların nümunələrinin
makro və mikrostrukturunun metalloqrafik üsulla struktur və kəmiyyət
analizi. Mikro və makroşliflərin hazırlanması və
onların markalanması. Metalların qeyri-metal qoşmalarla
çirklənmə dərəcəsinin təyin edilməsi.
Poladın mikro və makrostrukturu üzrə, texniki şərtlərlə
və standartlarla müəyyən olunmuş etalonlara və ballara
müvafiq sınağı üzrə defektlərin təsnifləşdirilməsi.
Ərintilərdə qazla doymuş qatın dərinliyinə nəzarət.
Ərimə, əymə, döymə və ştamplama zamanı
optiki pirometrlə temperatura nəzarət. Kristalitarası
korroziyaya meylliliyin sınaqdan keçirilməsi. Bilavasitə məmulatlarda
hazırlanmış yerləri aşındırdıqda
defektlərin xarakteri və ölçüsünün təyin edilməsi.
Strukturun tədqiq edilməsi və foto çəkiliş üçün
mikroskopların sazlanması. Mikro və makrostrukturun foto şəkilinin
çəkilməsi. Bərkliyin kateqoriyasını müəyyənləşdirmək
üçün nümunələrin və detalların peçlərdə istiliklə
emalı.
Bilməlidir:
poladın markalarını və onların kimyəvi tərkibini:
müxtəlif materialların, ərintilərin metalloqrafik üsulla
analiz aparma metodikasını və texnologiyasını;
sınaqdan keçirilən metalların dövlət
standartlarını; metalloqrafik mikroskopların, optiki pirometrlərin,
fotoaparatların, ikiokulyarlı optik şüşələrin, nəzarət-ölçü
cihazlarının quruluşunu, onların sazlanma və qulluq
etmə qaydalarını; qalvanometrin, voltmetrin, termoparın və
ampermetrin iş prinsipini; mürəkkəb poladlarla tipik makro və
mikrostrukturun xarakteristikasını; dənə ölçüsünü müəyyən
etmə üsullarını; termo emalın əsas
növlərini; mexaniki sınağın nəticələrinə
görə poladlarda bərkliyin xarakteristikasını; termik emalla
metalın strukturu arasında qarşılıqlı əlaqəni;
poladlarda, tökmələrdə, döymələrdə,
ştamplanmış pəstahlarda, qaynaq birləşmələrində,
yaymalarda defektlərin növ müxtəlifliyini.
198.
LABORANT-METALLOQRAF
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yüksək səviyyədə
mürəkkəb və xüsusi poladların, həmçinin əlvan
metallardan olan ərintilərin makro və mikrostrukturunun
metalloqrafik struktur və kəmiyyət analizi. Eksperimental
işlər əsasında metal və ərintilərin termik və
kimyəvi-termik emalı rejimlərinin tutulması.
Metalların və ərintilərin termik və kimyəvi-termik
emalı üzrə defektlərin səbəblərinin, metal
konstruksiyaların sınma səbəblərinin analizi və
onlar üzrə rəyin tərtib edilməsi. Yüksək səviyyəli
mürəkkəb və alət polad ərintilərinin əridilməsinə
nəzarət. Laboratoriya metodları ilə poladın közərmə
qabiliyyətinin və onun buraxılış kövrəkliyə
meylliliyinin müəyyən edilməsi. Yoxlama arbitraj analizlərin
aparılması.
Bilməlidir:
metalloqrafiyanın əsaslarını; metalların fiziki-kimyəvi
xassələrini; tətbiq olunan istilikölçən cihazların
iş prinsipini; aşındırma üçün makro və mikroşliflərin
və reaktivlərin hazırlanma qaydasını; polad, çuqun, əlvan
metalların və ərintilərin termik emalı əsaslarını;
yuxarıda göstərilən materialların termik və kimyəvi-termik
emalının texnoloji proseslərini; poladların, çuqunun, əlvan
metalların və ərintilərin əsas xüsusiyyətlərini;
dənənin ölçüsünün, sementləşdirmə, azotlaşdırma,
sulfidləşdirmə və s. zonalarının müəyyənləşdirilməsi;
səthi su vermə metodlarını, onların xüsusiyyətlərini
və tətbiq sahəsini.
199.
LABORANT-METALLOQRAF
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Xüsusi ərintilərin
və çətin əriyən metalların makro və mikrostrukturunun
metalloqrafik analizi. Tədqiqatın nəticələrinə
görə rəylərin və tövsiyələrin tərtib
olunması. Vakuum rəngləmə metodu ilə istiliyə
davamlı ərintilərdə ikinci fazanın müəyyənləşdirilməsi.
Yüksək temperaturlu "vakuum metalloqrafiyası" metodu ilə
metalların və ərintilərin qurğularda strukturunun tətbiq
edilməsi. Austenit dənəsinin inkişaf
kinetikasının müəyyən edilməsi. Martensit nöqtəsinin
müəyyən edilməsi. Yüksək temperaturla vakuumda nümunələrin
uzadıldığı zaman sınaqdan keçirilməsi. Dəyişmə
proseslərinin kinoçəkilişinin aparılması.
Bilməlidir:
metallar fizikasının əsaslarını; yüksək
temperaturlu vakuum qurğularının və yüksək
temperaturlu kameraların quruluşunu; vakuumda yüksək temperatur
altında nümunələrin uzanmaya sınaqdan keçirilmə
qaydalarını; yüksək temperaturlu mikroskopların
quruluşunu və sazlanmasını; vakuummetrdən,
potensiometrdən, mikrofototaxmalardan və kinokameralardan istifadə
qaydalarını.
Orta ixtisas təhsili
tələb olunur.
200.
LABORANT-MİKROBİOLOQ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Spora vasitəsi ilə
çoxalan materialın əkilməsi və analizlərin
aparılması üçün bəsləyici mühitin, reaktiv məhlulların
hazırlanması, təqribi titrlərin qurulması,
kolbaların montajı. PH, sterilliyin, yodometriya və
polyarimetriya üzrə aktivliyin bioloji və başqa metodlarla müəyyənləşdirilməsi.
Bəsləyici mühitin Petri kasasına, sınaq şüşələrinə
tökülməsi. Əkin materialının hazırlanması.
Kolbalarda əkilməsi. Daha yüksək ixtisaslı laborantın
rəhbərliyi altında laboratoriya
avadanlığının yığılması,
preparatların və yarımməhsulların zəhərliliyə
və pirogenliyə farmakoloji yoxlanılması və
sınaqdan keçirilməsi. Qabların və köməkçi
materialların sterilləşdirməyə hazırlanması.
Təyin olunmuş forma üzrə sənədləşdirmənin
aparılması.
Bilməlidir:
mikrobiologiyanın əsaslarını; təqribi titrlərin
qoyulma üsullarını; tətbiq olunan reaktivlərin xüsusiyyətlərini
və onlara qoyulan tələbləri; bəsləyici mühitlərin
hazırlanmasının texnoloji prosesini; analitik tərəzilərin,
fotokalorimetrlərin, polyarimetrlərin və digər analoji
cihazların tənzimləmə qaydalarını; sınaq
heyvanlarına, probların keyfiyyətinə və aparılan
analizlərə qoyulan tələbləri; farmakoloji
sınağın aparılma şərtlərini.
201.
LABORANT-MİKROBİOLOQ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Antibiotiklərin və
biosintezin digər preparatlarının laboratoriya şəraitində
fermentləşdirmə prosesinin aparılması. Dəqiq və
mürəkkəb titrlərin qoyulması və
yoxlanılması. Laboratoriya avadanlığının
yığılması. Preparatların və yarımməhsulların
toksikliyə (zəhərlənməyə) və pirogenliyə
qarşı farmakoloji yoxlanılması və sınaqdan
keçirilməsi. Potensiometrik və mikrobioloji sınaqların
keçirilməsi. Hazır məhsulun və yarımməhsulun
aktivliyinin bioloji metodla müəyyən edilməsi.
Preparatların və köməkçi materialların sterilliyinə
riayət olunması. Analizlərin nəticələrinin sənədləşdirilməsi
və hesablanması.
Bilməlidir: gördüyü
iş həcmində mikrobiologiyanın, mikrologiyanın və
kimyanın əsaslarını; tətbiq olunan reaktivlərin əhəmiyyəti
və xassələrini; laboratoriya qurğularının
yığılma qaydalarını; dəqiq və mürəkkəb
titrlərin qurulma qaydalarını; nəzarət-ölçü
cihazlarının quruluşunu və istifadə
qaydalarını; aparılan analizlərə texniki şərtləri
və dövlət standartlarını; görülən işlərə
texniki sənədləşdirmənin aparılma
qaydalarını.
202.
LABORANT QÜTB QRAFİKÇİSİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müəyyən
olunmuş metodika üzrə qütb qrafikası metodu ilə quru nümunələrin
və məhsulların sadə eynicinsli iki-üç növbəli analizlərinin
aparılması. Alınmış əyrilərin formaları
üzrə elektrolitin keyfiyyətcə və kəmiyyətcə
müəyyənləşdirilməsi, analizlərin nəticələrinin
yazılması.
Bilməlidir: nümunə
materiallarının və
məhsullarının əsas xassələrini; analizin keçirilmə
metodikasını; analizlərin nəticələrinin
yazılış qaydasını.
203.
LABORANT QÜTB QRAFİKÇİSİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Müəyyən
olunmuş metodika üzrə dərin vakuum və ya yüksək təzyiq
altında işləyən aparatlar tətbiq etməklə
quru nümunələrin və məhlulların qütb-standart analizlərinin
aparılması. Məhlulda ionların
qatılığının müəyyən olunması. Metal
nümunələrin (külçə şəklində olan sink və s.)
analizlərinin aparılması. Xidmət olunan
avadanlığın cari təmiri.
Bilməlidir: müxtəlif
tipli polyaroqrafların, analitik tərəzilərin və
elektrik cihazlarının quruluşunu, analitik kimyanın və
qütb qrafikalı analizlərin əsaslarını, analizlərin
keçirilmə metodikasını, nümunələrin keyfiyyətinə
qoyulan tələbləri; xidmət olunan avadanlığın
cari təmirinin aparılma qaydalarını.
204.
LABORANT-RADİOMETRİST
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif
qurğularda probların radiometrik ölçülməsi. Sayğacların
göstəricilərinin (xarakteristikalarını)
çıxarılması. Hesab xarakteristikaların qrafiklərinin
qurulması və iş nöqtəsinin seçilməsi. Natura fonu və
etalonun ölçülməsi. Jurnalda yazıların aparılması.
Müxtəlif izotop tərkibli nümunələrin xüsusi fəallığının
(aktivliyinin) müəyyən edilməsi üzrə bütün
hesablamaların yerinə yetirilməsi.
Bilməlidir:
radioaktivlik və radioaktiv parçalanmanın nəzəriyyəsini
və əsaslarını; reaktiv şüalanmanın maddə ilə
qarşılıqlı əlaqəsini; aktivliyin nisbi ölçülmə
metodunun əsaslarını; yenidən hesablanma
qurğularının iş prinsipi və əsas
qovşaqlarını; radioaktiv maddələrlə işləməyin
sanitar qaydalarını; elektron aparatura və radioaktiv
şüalanma mənbələri ilə təhlükəsiz işləmə
qaydalarını.
205.
LABORANT-RADİOMETRİST
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Radioaktiv
şüalanmanın kompleks radiometrik ölçülməsi. Yoxlama ölçülərinin
nəticələrinin işlənilməsi. Udma və
parçalanma əyrilərinin çıxarılması və
qurulması. Amplituda analizatorlarında radioaktiv şüalanma
spektrlərin alınması. Radioaktiv şüalanmanın amplituda
spektrlərinin çıxarılması ilə bağlı
yazıların və hesablamaların jurnalda aparılması.
Spektrin qrafikinin qurulması.
Bilməlidir:
radioaktiv şüalanma spektrləri və spektrometrik metodlar
haqqında əsas məlumatları; stsintillyasiya spektrometriya
metodunun fiziki əsaslarını; amplituda
analizatorlarının əsas qovşaqlarını və
iş prinsipini.
206.
LABORANT-RADİOMETRİST
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Çoxkanallı
amplituda analizlərindən və üst-üstə düşmə və
düşməmə sxemlərindən istifadə edərək
radioizotopların spektrlər üzrə eyniləşdirilməsi.
Sadə (üç komponentdən çox olmayaraq) spektrlər üzrə
radioizotopların aktivliyinin hesablanması və mütləq
metodla nümunənin aktivliyi müəyyənləşdirilərkən
düzəlişlərin hesablanması. Radioizotopların parçalanma
və udma əyriləri üzrə eyniləşdirilməsi.
Riyazi statistika metodları vasitəsilə analiz nəticələrinin
işlənilməsi.
Bilməlidir: nüvə
fizikası, radiokimyanın əsaslarını və radioaktiv
şüaların maddələrlə qarşılıqlı əlaqəsi
üzrə nəzəriyyələri, yarımkeçirici
detektorların köməyi ilə radioaktiv şüalanmanın fiziki
əsaslarını; radioaktiv şüalanma spektrlərinin sadə
şərhi üsullarını; texnoloji rejimlərin prosesləri
və parametrlərini.
207.
LABORANT-RADİOMETRİST
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Radioaktiv şüalanmanın
müxtəlif spektrlərinin izah olunması. Radiometrik aparatura
qovşaqlarından eksperimental işlər üçün sxemlərin tərtib
edilməsi. Radiometrik analiz üzrə aparaturanın və yeni
metodların mənimsənilməsi və tətbiqi.
İşlək etalon mənbələrinin və maye stsintillyatorların
hazırlanması. Preparatların hazırlanması və
onların nəticələrinin sonradan işlənilməsi
ilə 4P- sayğacında ölçülməsi. Radiometrik aparaturanın
cari təmiri. Daha aşağı dərəcəli laborantlar
tərəfindən yerinə yetirilən prob ölçülərinə
və hesablamalara nəzarət. İstilik kameralarında məsafə
(distansion) manipulyatorlarla işləmə. Spektrlər (üç
komponentlərdən artıq) üzrə radioizotopların
aktivliyinin hesablanması.
Bilməlidir:
radiotexnika, radioelektronika və ali riyaziyyatın əsaslarını;
radiometrik aparaturanın əsas qovşaqlarının
quruluşunu; radioaktiv şüalanmanın amplituda spektrlərinin
izahetmə metodlarını; məsafə (distansion)
manipulyatorların və istilik kameralarının quruluşunu.
Orta ixtisas təhsili
tələb olunur.
208.
LABORANT - RENTGENOSTRUKTURÇU
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Fotoqeydiyyat rentgen
aparatlarının işə hazırlanması və iş
prosesində onlara xidmət. Yoxlama üçün nəzərdə
tutulmuş nümunələrin hazırlanması. Kameraların
işə hazırlanması. Rentgen plyonkasının foto
emalı. Fotoüsulla çəkiliş zamanı ekspozisiyanın
aparılması.
Bilməlidir: rentgen
trubkaların quruluşunu; rentgen trubkalarına və
kenotronlara qulluq qaydalarını; aparatların şəbəkəyə
qoşulma qaydalarını; rentgen qurğuları ilə
iş qaydalarını; kameraların doldurulmasını
(simmetrik və asimmetrik); nümunələrin hazırlanma və
onların kameralarda yüstirləmə prinsiplərini;
rentgenoqramların emalı-foto emalı, rentgenoqramların
komparatorda ölçülməsi; rentgen plyonkalarının
aydınlaşdırılması, fiksaj edilməsi,
yuyulması və qurudulması; rentgen plyonkalarının
saxlama şərtlərini; debaeqramların hesablaması və
qrafik d-sırasının tapılması.
İş
nümunələri:
1. Rentgen
trubkaları - təlim, məşq.
209.
LABORANT-RENTGENOSTRUKTURÇU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Metallar, ərintilər
və s. nümunələrin istehsalı və onların tədqiqat
aparmaq üçün hazırlanması. Rentgen şüaları dəsti
altında nümunələrin kameralarda və söykəmələrdə
yüstirlənməsi. Rentgen qurğularına xidmət.
Rentgenoqramaların və diaqram lentlərin emalı-ionizasiya
aparatlarında yazılışı.
Bilməlidir:
rentgen şüalarının mənşəyini; rentgen
şüaların orqanizmə təsirini; kristalloqrafik müstəvilər
sistemindən əks olmanın mövcudluğu şərtlərini
(Vulf-Breqq tənliyi); müstəvilərarası məsafələr,
şəbəkə parametrləri, sinqoniyalar haqqında ilkin
məlumatları; idarəetmə pultunun ayrı-ayrı
elementlərinin, habelə genotronların, rentgen aparatları
sisteminin mühafizə örtüklərinin təyinatını;
rentgenostruktur və ionizasiya qurğularında, aparatlarda əsas
işləmə qaydalarını, asimmetrik çəkiliş
metodunu; rentgen kameralarında düz nümunələrin çəkiliş
metodunu (birtərəfli rentgenoqramlar üçün); Zaksın tərsinə
çəkiliş metodunu; aydınlaşdırıcıların və
fiksajların hazırlanma qaydalarını; rentgenoqramların
ölçülməsi və onların hesablanmasını;
debaeqramların açılmasını; rentgenoqramların
fotometriya metodikasını.
İş
nümunələri:
1. URS-60 tipli
aparatlar - rentgen trubkalarını və
kenotronları qurma.
2. Rentgen
kameraları - aparatda qurulma, şüa dəstinə qarşı
yüstirləmə.
3. Toz nümunələri
- istehsal etmə.
4. Silindrvari nümunələr
- rentgen kameralarında qurulma və yüstirləmə.
5. Metallar, ərintilər
və s. nümunələr-ionizasiya aparatlarında qurulma.
6. Rentgen
plyonkaları və sayğaclar-keyfiyyətini müəyyənləşdirmə.
210.
LABORANT-RENTGENOSTRUKTURÇU
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Rentgenostruktur
aparaturaya xidmət və onun profilaktik təmiri. Tədqiq
olunan materialın xarakteristikalarına müvafiq olaraq ekspozisiya
rejiminin seçilməsi. Rentgenoqram və difraktoqramların
açılması. Faza analizin aparılması. Elementar özəklərin,
kub və orta sinqoniya materialların parametrlərinin
hesablanması. Rekristallaşma proseslərinin əks çəkilişinin
rentgenoqamlar üzrə tədqiqi.
Bilməlidir: rentgen
şüaların xassələrini; rentgen spektrlərin yaranma və
rentgen şüaların kristalda difraksiyası mənşəyini;
yüksəkvoltlu generatorların, idarəetmə
pultlarının, soyuducu qurğuların quruluşunu və təyinatını;
rentgenostruktur tədqiqatlarda tətbiq olunan aparatların
xarakteristikalarını; rentgen kameralarının
konstruksiyasını; bəzi selektiv-hopdurma süzgəclərinin
hazırlanma metodlarını; rentgenoqramların
emalını; mikrofotometrlərin quruluşunu, onlarla işləmə
qaydalarını; rentgenoqramların vizual fotometrlənmə və
intensivliyinin fotomaterialda yazılışını; planimetrin
köməyi ilə xəttin inteqral eninin ölçülməsini; ionizasiya
qurğusunda iş qaydalarını və əsas
nasazlıqları; impulslar sayğacının işlək
xarakteristikalarının müəyyənləşdirilməsi,
iş vaxtının seçilməsi və xarab olduqda
sayğacın dəyişdirilməsini; trubkada və
sayğacdakı çatın seçilib dəyişdirilməsini;
potensiometrdə diaqram lentinin müxtəlif surətlərdə
qurulmasını; "nöqtələr üzrə" xəttin kəsiyinə
görə intensivlik bölgüsünün yazılışını; kristal
şəbəkənin gərginliyi və səhvləri
haqqında ümumi məlumatı.
İş
nümunələri:
1. Yayma dəzgahının
valları - qalıq austenitin miqdarını müəyyənləşdirilmə.
2. Plyonkanı
simmetrik və asimmetrik qoymaqla debaeqramlar və əks çəkiliş
rentgenoqramları - komparatorda ölçmə.
3. Difraktoqramlar -
potensiometrdə çəkiliş.
4. İmpuls
sayğacları - qurma və onların vəziyyətini yoxlama.
5. Trubkalar -
ionizasiya qurğusuna montaj edilmə.
211.
LABORANT-RENTGENOSTRUKTURÇU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Fotoüsulla tədqiqat
aparmaq üçün stasionar və səyyar aparatların və
qurğuların, rentgenostruktur analiz üçün rentgen difraktometrlərinin
montajı və sazlanması. Strukturanaliz üçün müxtəlif
kameraların və tərtibatların yüstirlənməsi. Adi
temperaturlu, tekstur, kiçik bucaqlı kameralar və tərtibatlar tətbiq
etməklə tədqiqatlar zamanı çəkilişin metodu,
rejimi və sxeminin seçilməsi. Materialların quruluşunu, tərkibinin
öyrənilməsi və nəzarəti, makro və mikrotəzyiqlərin
analizi üzrə rentgenoqrafik işlər. Rentgenoqramların
monoxromatik şüalanmada alınması və onların
hesablanması. Alınmış nəticələrin emalı
və sənədləşdirilməsi.
Bilməlidir: rentgen
şüalarının xassələrini və
kristalloqrafiyanın əsaslarını; rentgen
şüalarının difraksiya nəzəriyyəsini;
metalların və ərintilərin quruluş əsaslarını;
metalların mexaniki, termik və digər emal üsullarının
prinsiplərini, metallar və ərintilərin tərkibinin və
strukturundakı dəyişikliklərin rentgenodifraksiya mənzərəsinə
təsirini; rentgenostruktur analizin ümumi və xüsusi
metodlarını; rentgen aparatlarının, difraktometrlərin
quruluşunu; monoxromatokameraların, temperaturlu kiçik bucaqlı,
tekstur kameraların və tərtibatların
konstruksiyasını; rentgen honiometrlərinin
konstruksiyasını; onların qurulma və yüstirləmə
qaydalarını; qrafikləri, cədvəllərin və
nomoqramların tətbiq edilməsi ilə rentgenoqramların
müxtəlif düzəlişlərlə hesablama və açılma
metodlarını; intensivliyin müəyyənləşdirilməsini;
difraksiya xətlərinin forma və enliyinin analiz
metodlarını.
Orta ixtisas təhsil
tələb olunur.
İş
nümunələri:
1. Bloklar - düzəldilmiş
metal nümunəsində ölçünü və mikrosəhvləri müəyyənləşdirmə.
2. Radioaktiv nümunələr
- tədqiq etmə.
3. Köhnələn ərintilər
- müxtəlif t-da şəbəkə parametrlərini müəyyənləşdirmə.
4. Obyektlər üçün
qütb fiqurlar - qurulma.
212.
LABORANT-RENTGENOSTRUKTURÇU
İşin
xüsusiyyəti.
6-cı
dərəcə
Difraktometrin idarə
olunan kompleksləri - Kompüter tətbiq etməklə
rentgenostruktur tədqiqatların yerinə yetirilməsi. Kimyəvi
və faza tərkibi üzrə mürəkkəb olan nümunələrin
rentgenostruktur analizi. Xüsusiləşdirilmiş kiçik qabaritli
aparaturanın köməyi ilə iri qabaritli obyektlərdə tədqiqatların
aparılması. Obyekt səthinin tədqiq üçün
hazırlanması. Rentgenoqramları almaq üçün şəraitin
seçilməsi. Eksperimental məlumatların alınması və
emalı, rəyin verilməsi və hesabatların tərtib
edilməsi.
Bilməlidir:
difraktometrin idarə olunan komplekslərinin - kompüterin işləmə
prinsipini və onlara xidmət qaydalarını; idarə olunan
komplekslərdən istifadə edərək rentgenostruktur tədqiqatların
metodoloji qurulması əsaslarını; "fasiləsiz
yazı" zamanı eksperimental məlumatların alınma
metodikasını; "inteqral", "nöqtələr üzrə"
və "fonun ölçülməsi" rejimlərində ölçüləri.
Orta ixtisas təhsil
tələb olunur.
İş
nümunələri:
1. Daşına
bilən aparatlar - nəzarət şərtinin seçilməsi,
yüstirləmə.
2. İdarə
olunan komplekslər - teksturanın analizi.
3. İri qabaritli
obyektlər - makrogərginliyin müəyyənləşdirilməsi.
213.
LABORANT-SENSİTOMETRİST
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Kino-foto məmulatların
plyonka qatının möhkəmliyinə, plyonkanın emulsiya
qatının, kontrqatının ərimə temperaturunu müəyyənləşdirməyə
və plyonkanın emulsiya qatının qabarmaya (şişməyə)
qarşı sensitometrik sınaqdan keçirilməsi; daha yüksək
ixtisaslı laborant-sensitometristin rəhbərliyi ilə
fotoqrafiya göstəricilərinin işığa həssaslığının,
optik və sıx təzadlar əmsalının,
bucağın optik sıxlığının, fotoqrafiya
enliyinin, maksimum optik sıxlığın və digər foto
göstəricilərin müəyyən edilməsi. Kino-foto məmulatların
pozitiv sortlarının sensitometrik sınağı. Plyonka
nümunələrinin sınağa hazırlanması.
Bilməlidir: xidmət
olunan cihazların - densitometrlərin, sensitometrlərin,
aydınlaşdırıcı cihazların, rezelvometrlərin,
spektroqrafların, denzoqrafların və s. iş prinsipini;
fotoemulsiyaların sintezi, işığa həssas olan
qatların sulanması haqqında ümumi məlumatları;
reseptura üzrə kompozisiyanın seçilməsini; qaranlıqda
işləyən zaman alışqanlı maddələrlə
və zəhərlərlə rəftar qaydalarını.
214.
LABORANT-SENSİTOMETRİST
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Kino-foto məmulatların
plyonka qatının möhkəmliyinə, plyonkanın emulsiya
qatının, kontrqatının ərimə temperaturunu müəyyənləşdirməyə
və plyonkanın emulsiya qatının qabarmaya qarşı
sensitometrik sınaqdan keçirilməsi; İlk vəziyyətinə
qayıda bilən (dönən) plyonkaların və reversiv
fotokağızın sensitometrik sınaqdan keçirilməsi.
Fotoqrafiya qatlarında qalınlığın ölçülməsi.
Qaranlıq otaqlarda işıqlandırmanın qeyri-aktivliyinin
yoxlanılması. Təsvir kadrın düzgün yerləşdirilməsi
və ölçüsünün və film surətlərində səsin
yoxlanılması. Sınaq nümunələrinin, emulsiyaların
sabitliyinin, yarımfabrikat və hazır məhsul
oxlarının sensitometrik sınaqdan keçirilməsi. Nümunələrə
sensitometrdə ekspozisiya verilməsi. Nümunələrin foto məhlullarla
emalı. Optik sıxlığın densitometrlərdə
ölçülməsi. Optik sıxlığın ekspozisiya loqarifmindən
xarakterik asılılıq əyrilərinin qurulması.
İşığa həssas, təzad əmsalı,
dayağın optik sıxlığı, fotoqrafiya enliyi,
maksimum və optik sıxlığın və digər foto
göstəricilərin müəyyənləşdirilməsi. Optik
cihazların tənzimlənməsi. Sınağın nəticələrinin
yazılması.
Bilməlidir: xidmət
olunan cihazların - densitometr, sensitometr,
aydınlaşdırıcı cihazlar, rezelvometr, spektroqraflar,
densoqrafların və s.
quruluşunu; kimya və fotokimyanın əsaslarını;
fotoemulsiyaların sintezi, işığa həssas qatların
sulanma, reseptura üzrə kompozisiyanın seçilmə
qaydalarını və üsullarını; plyonkaların fotoməhlullarla
emalı qaydalarını; qrafik hesablamaların
aparılması; kino-foto plyonkalara və film surətlərinə
texniki şərtləri; filmsurətlərində təsvir
kadrların və səsin yerləşməsinə dövlət
standartlarını və kinoplyonkanın həndəsi ölçülərini.
215.
LİFTLƏR ÜZRƏ ELEKTRİK MEXANİKİ
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Ölçülərə
riayət etmədən detalların çilingər emalı. Sadə
detalların şablon üzrə biçilməsi. Polad kanatların əl
ilə kəsilməsi. Detalların yuyulması və
yağlanması. Siqnal və işıqlandırıcı
lampaların dəyişdirilməsi.
Bilməlidir: çilingər
emalının fəndlərini; çilingər alətinin, sadə
ölçü alətinin təyinatını və tətbiqi şərtlərini;
bərkidici detallarda istifadə edilən yivlərin ən çox
işlənilən ölçülərini; sürtgü materiallarının təyinatını
və adlarını; liftlərdə işlədilən elektrik
naqillərinin markasını və kəsilməsini; elektrik
aparatlarının quruluşunu və təyinatı barədə
ümumi məlumatları.
İş
nümunələri:
1. Boltların,
vint və qaykaların yivlərin açılması.
2. Lövhəli və
künclü poladdan detalların üst səthinin mişarlanması.
3. Hamar, yumru və
künclü polad - hazır ölçülər ilə kəsilmə.
4. Mexanizmin
söküldükdən sonra birləşməsi və detallarının
təmizlənməsi, yuyulması və yağlanması.
216.
LİFTLƏR ÜZRƏ ELEKTRİK MEXANİKİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Detalların
11-14-cü kvalitetlər üzrə çilingər emalı. Kanatın
buxtadan açılması və lazımi uzunluğun ölçülməsi.
Hazır biçimlər üzrə boruların hazırlanması və
bərkidilməsi. Alətin doldurulması. Ara qatların
çertyoj və eskizlərə əsasən biçilməsi və kəsilməsi.
Mexaniki və avtomat kilidlərin, mərtəbə
açarlarının və bərkidicilərin sökülməsi və
yığılması. İşıqlandırma və
siqnalizasiya şəbəkəsindəki nasazlıqların müəyyənləşdirilməsi
və aradan qaldırılması. Liftlərin sadə çertyoj və
elektrik sxemlərinin oxunması.
Bilməlidir:
detalların çilingər emalı əməliyyatlarının fəndini
və ardıcıllığını; sadə birləşmə
və mexanizmlərin sökülməsi və
yığılmasını; metalların xüsusiyyətini və
markalanmasını; polad kanat və zəncirlərlə rəftar
qaydasını; qaldırıcı mexanizmlərin
quruluşunu; liftlərin quruluşu və təyinatı
haqqında əsas məlumatları; liftlərin zəncir,
işıqlanma və siqnalizasiyasının elektrik və
elektrogüc sxemini; birsürətli liftlərin zəncirindəki
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması; elektrotexnikanın əsaslarını;
dəyişən cərəyanlı elektrik mühərriklərinin
quruluşunu və iş prinsipini; sadə elektrik ölçü
cihazlarından (ampermetr, voltmetr, ommetrdən) istifadə
qaydalarını.
İş
nümunələri:
1. Bolt, qayka və
vintlər - yivlərin kəsilməsi.
2. Zolaqlı və
künclü poladlardan olan sadə detallar - ölçülmə, nişanlanma və
deşilmə.
3. Elektrik ölçücü
cihazlar - gərginliyin müəyyənləşdirilməsi.
4. Çilçıraq,
patron, elektrik açarları, əlaqələndiricilər -
sazlanması və qurulması.
5. 10 kVt gücündə
olan elektrik mühərrikləri - sökülmə, təmizlənmə
və yığılma.
6.
İşıqlandırıcı və
siqnallaşdırıcı elektrik xətləri -
hazırlanma və çəkilmə.
217.
LİFTLƏR ÜZRƏ ELEKTRİK MEXANİKİ
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Detalların
7-11-ci kvalitetlər üzrə çilingər emalı. Liftlərin
avtomatik və mexaniki qapı kilidlərinin, mərtəbə
açarlarının, sürət məhdudlaşdırıcılarının,
çağırış və siqnal aparatlarının
qurulması və tənzimlənməsi. Qaldırıcı
mexanizm və tormoz qurğularının sökülməsi, yığılması və
tənzimlənməsi. Xətlərin və kabellərin
hazırlanması və onların borulara salınması.
Birsürətli, yol çağırışı olmayan liftlərin zəncirlərindəki
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması. Bir sürətli ötürücülü liftlərin
kinematik və elektrik sxeminin çox mürəkkəb olmayan çertyojunun
oxunması. Polad kanatların dəyişdirilməsi və
onların kabinənin birləşmələrinə bərkidilməsi.
Mexanizm və detalların bərkidilməsi və müxtəlif
lehimlərlə lehimlənməsi.
Bilməlidir: lift
avadanlığının montaj və təmirinə texniki
şərtləri; mexaniki birləşmə və elektrik
aparatlarının sökülməsi və yığılması
ardıcıllığını; asinxronlu elektrik mühərrikinin
transformator və avtotransformatorların, müxtəlif rele və
maqnit buraxıcıların və s. quruluşunu və iş
prinsipini; bir siqnallı dispetçer idarə pultunun quruluşunu və
iş prinsipini; elektrotexnikanın əsaslarını.
İş
nümunələri:
1. İdarəetmə
stansiyası - elektrik aparatlarının, əlaqələndiricilərin
tənzimlənməsi.
2. Birfazalı və
üçfazalı transformatorlar - elektrik naqilləri qoşmaqla yeni yerə
qurulması.
3. 10 kVt-dan
yuxarı gücündə elektrik mühərriki - sökülmə, yığma,
qurulma və tələb
olunan gərginlikdə işə salma.
218.
LİFTLƏR ÜZRƏ ELEKTRİK MEXANİKİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Lift
avadanlığının təmiri və montajı üzrə
sadə və çox da mürəkkəb olmayan işlərin yerinə
yetirilməsi. Montaj və təmir işlərinin
istehsalını tezləşdirən və asanlaşdıran
qurucu və nişanlayıcı şablon və ləvazimatların
hazırlanması. Yol çağırışı olmayan birsürətli
ötürücülü liftlərin idarə zəncirinin elektrik xəttinin çəkilməsi.
Hərəkət sürəti saniyədə 1 m-ə qədər,
birsürətli ötürücüsü olan liftlərin mexaniki və elektrik
avadanlığının sazlanması və tənzimlənməsi.
Liftlərin mürəkkəb çertyoj və elektrosxemlərinin
oxunması. Lazımi texniki sənədləşdirmənin
aparılması.
Bilməlidir: lift
avadanlığının mürəkkəb və məsuliyyətli
birləşmələrinin yığılması və
sökülməsi texnologiyasını; yol çağırışı
olmayan, hərəkət sürəti 1 m/san-yə qədər
olan liftlərin prinsipial elektrik sxemini; elektrotexnikanın və
radiotexnikanın əsaslarını; liftlərin dispetçer idarəsində
ikitərəfli səsucaldıcı əlaqələrin
iş prinsipini: hərəkət liftlərinin idarə zəncirlərində
nasazlıqların aşkar edilməsini və aradan
qaldırılmasını.
İş
nümunələri:
l. Selen düzləndiriciləri
- yığılma, dəyişdirilmə və birləşdirilmə.
2. Müxtəlif tipli
bucurqadlar - sökülmə, yığılma, tənzimlənmə,
salniklərin, podşipniklərin dəyişdirilməsi.
3. Liftlərin dəmirməsaməli
və karkaslı asılma şaxtaları - montaj və
quraşdırma,
çertyoj üzrə ölçülərin yoxlanılması.
219.
LİFTLƏR ÜZRƏ ELEKTRİK MEXANİKİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Hərəkət
sürəti saniyədə 1 m-ə qədər olan ikisürətli
ötürücüsü olan liftlərin quraşdırılması,
sazlanması və sınağı üzrə mürəkkəb
işlərin çertyoj və sxemlərə əsasən yerinə
yetirilməsi. Hərəkət sürəti saniyədə 1 m-dən
yuxarı olan birsürətli ötürücüsü olan liftlərin mexaniki və
elektrik avadanlığının yerlərinin təyin edilməsi
və montajı. İkisürətli ötürücüsü olan liftlərin idarə
zəncirinin elektrik xəttinin çəkilməsi. Üçsiqnallı və
altısiqnallı dispetçer idarə pultunun montajı, təmiri
və sazlanması. İkitərəfli səs ucaldıcı əlaqələrin
montajı. Liftlərin elektrik sxeminin və daha mürəkkəb
çertyojlarının oxunması.
Bilməlidir: liftlərin
mexaniki və elektrik avadanlıqlarının montajı, təmiri
və sınağına dair texniki şərtləri,
detalların xidmət müddətini və onların
uzadılması tədbirlərini, elektrik mühərrikləri və
sabit cərəyan generatorlarını konstruktiv quruluşunu və
iş prinsipini; radioelektron texnikasının əsaslarını,
üçsiqnallı və altisiqnallı dispetçer pultunun prinsipial
sxemini; iki tərəfli səsucaldıcının prinsipial
sxemini; hərəkət sürəti saniyədə 1 m-ə qədər
olan çağırışlı liftlərin elektrik sxemini.
İş
nümunələri:
1. Yarımkeçirici
düzləndiricilər - diod və selen disklərin seçilməsi və
dəyişdirilməsi.
2. Şaxta
qapıları və lift kabinələrin avtomatik bağlanma
mexanizmləri - yığma və
tənzimləmə;
3. Elektrik
maşın və elektromaqnit gücləndiriciləri, sabit cərəyanlı
elektromühərriklər və generatorlar - sökülmə,
yırtılma və daxildən birləşdirmə.
220.
LİFTLƏR ÜZRƏ ELEKTRİK MEXANİKİ
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Hərəkət
sürəti 1 m/san.-dən yuxarı olan ikisürətli ötürücü liftlərin
montajı, təmiri və tənzimlənməsi, qrupla və
cüt idarəedilən liftlərin elektrik xətlərinin çəkilməsi.
Yarımkeçirici elementlərin xüsusiyyətlərinin
çıxarılması. Sürət liftlərinin statistik və
dinamik sınaq üçün hazırlanması. Liftlərin
nasazlıqlarının müəyyənləşdirilməsi və
aradan qaldırılması. Kəlbətin tipli tutucuların
montaj və tənzimlənməsi.
Bilməlidir: liftlərin
montajı və təmiri üzrə texniki şərtləri;
radioelektronikanın əsaslarını; yağ buferlərinin
quruluşunu və iş prinsipini; kəlbətin tipli
tutucuların quruluşunu və iş prinsipini; sürət maddələrində
işlədilən elektrik maşınlarının daxili birləşmə
sxemini; qrup və cüt idarə edilən liftlərin elektrik
sxemini; avadanlığın titrəyişinin əmələ
gəlməsi səbəblərini; nəzarət-ölçü
cihazlarından istifadə qaydasını.
İş
nümunələri:
1. Yağ buferləri
- montaj və sınaqdan keçirmə.
2. Avtomatik ötürücülü
şaxta və kabina qapıları olan liftlər - montaj və
sazlanma.
221.
LÜMİNOFORLARIN TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Müəyyən
olunmuş metodikalar üzrə rəngli televiziya üçün
lüminoforların analizinin
aparılması. Piknometrik
metodla - toz nümunəsinin
sıxlığının müəyyənləşdirilməsi.
Müxtəlif fraksiyaların çökmə vaxtının
hesablanması. Toz nümunəsinin mayedə çökmə əyrisinin
çıxarılması. Çökmə əyrisinin işlənilməsi
və lüminoforun dənəmetrik tərkibinin hesablanması.
Sökülən elektron-şüa trubkasında yaxud sökülən elektron
topda lüminoforların aydınlığının müəyyənləşdirilməsi.
Lüminoforların spektral xarakteristikalarının
çıxarılması, onun rəng koordinatlarının ölçülüb
hesablanması. Yüksək vakuumlu avadanlığa xidmət.
Bilməlidir: optika,
elektrik işığının, analitik və fiziki
kimyanın əsaslarını; fiziki-kimyəvi analizin əsaslarını;
induksiyalama mənbələrinin sxemlərini; tətbiq edilən
cihazların və aparatların quruluşunu və onlardan
istifadə qaydalarını.
222.
MAQNİT NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Sadə və orta
konfiqurasiyalı detalların maqnit metodu ilə nəzarəti,
silindrik və yastı formalı məmulatları cərəyan
buraxan metodu ilə nəzarət. Maqnit və elektromaqnit
defektoskopların qoşulması və sazlanması. Daha yüksək
ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb
konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət. Maqnit
suspenziyaların hazırlanması. Uçot jurnalının
aparılması.
Bilməlidir: maqnit
və elektromaqnit defektoskopların iş prinsipini; elektrotexnika
və radiotexnika üzrə elementar məlumatları; maqnit
suspenziyasının tərkibinə daxil olan komponentlərin təyinatını
və xassələrini; maqnitləşdirmə və maqnitsizləşdirmə
hallarını.
İş
nümunələri:
1. Hamar val dilçək
- qalıq maqnitləşdirməyə maqnitli tozla nəzarət.
2. Kran detalı -
maqnitli tozla nəzarət.
3. Avarlı vintin
pərləri - kökündən kəsiyə nəzarət.
4. Boru - defektli sahələri
nişanlayıb yığmaqla cərəyan buraxan cihazlarla nəzarət.
5. Vertolyotun
aparıcı vintinin dayaqları və vtulka halqaları -
maqnitli tozla nəzarət.
223.
MAQNİT NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Stasionar və
keçirici defektoskoplarda bilavasitə
aqreqatlarda onları çıxarmamaq şərtilə orta
konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət.
Silindrik məmulatlara cərəyan
buraxan cihazlarla nəzarət və defektoqramlar üzrə defektlərin
yerləşməsinin açılması. Səthdəki defektlərin açılması. Qaynaq birləşmələrinin keyfiyyətinə maqnitoqrafiya metodu
ilə - maqnit plyonkasına yazmaqla
nəzarət. Qaynaq
tikişin keyfiyyətinin qiymətləndirilməsi.
Lüminessent, ultrasəs və rentgen analizlərin nəticələrinə görə
etalonların seçilməsi.
Ferritin sayına görə
austenit poladların maqnit
keçiriciliyinin müəyyən edilməsi.
Bilməlidir:
maqnit,
elektromaqnit və maqnitoqrafik defektoskopların quruluşunu;
metalların texnologiyası və
qaynaq istehsalının əsaslarını;
maqnit və elektromaqnit defektoskopiyanın təyinatını;
maqnit, maqnitoqrafik və cərəyan buraxanın nəzarəti
üzrə texniki şərtləri və təlimatları; iri
detalları maqnitləşdirmə üsullarını.
İş
nümunələri:
1. Austenit sinfindən
olan poladdan detal - tablamadan sonra ferrit faza kəmiyyətini
cihazla müəyyənləşdirmə.
2. Nəzarət
nümunələri - defektoqramların hazırlanması.
3. Cərəyan
buraxanla nəzarət zamanı yazı və markalama sistemi -
sazlama və tənzimləmə.
4. Qaynaq flans,
halqa, aralıq ştuser və borularla nippelin birləşmələri
– maqnitli tozla nəzarət.
5. Vertolyotun
çıxarılmayan yüngül əl çatan qovşaq və detalları,
- maqnitli tozla nəzarət.
6. Austenit sinfindən
olan poladlarda qaynaq yerləri - ferrit fazasının bölgüsünü
cihazla qeydə alma.
224.
MAQNİT NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
İstiliklə
emal olunmuş detalların keyfiyyətinin müəyyənləşdirilməsi
və materialın markaları üzrə çeşidlənməsi. Məmulatların
ferrit fazasının miqdarına görə safçürük edilməsi. Qalvanik
örtüklərin qalınlığının ölçülməsi. Maqnitləşdirmə
əyrilərinin qurulması. Azmaqnitli və maqnitli məmulatların
cərəyan buraxan metodu ilə nəzarət etdikdə
maqnitləşdirmə rejiminin seçilməsi. Məmulatlara cərəyan
buraxan metodu ilə nəzarətin optimal rejiminin seçilməsi.
Bilməlidir: maqnit,
elektromaqnit və maqnitoqrafiya defektoskoplarının kinematik və
elektrik sxemlərini; qalvanik örtüklərin istiliklə
emalının əsaslarını; elektromaqnit induksiya
defektoskoplarının təmir qaydalarını; ferrit
fazasının maqnit keçiricilik qabiliyyətini müəyyən etmək
üçün cihazların quruluşunu.
İş
nümunələri:
1. Ferrozond vericiləri
- həssaslığının müəyyən edilməsi.
2. Polad detallar -
xrom örtüyünün qalınlığını müəyyən etmə.
3. Yayma pəstahları
- çatların müəyyənləşdirilməsində maqnitli
toz metodu.
4. Gisterezis əyrisi
- maqnitləşdirilmənin müəyyənləşdirilməsi.
5. Qaynaqlı
çıxıntıların, məsul ştuperlərin və
borulu qaynaq birləşmələri - maqnitli tozla nəzarət.
6. Qaz-turbin mühərriklərinin
işlək forsunkaları - qalaylanmış boru kəmərlərinə
maqnitli tozla nəzarət.
225.
MAQNİT NƏZARƏTİ ÜZRƏ DEFEKTÖSKOPÇU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Bütün növ maqnit və
elektromaqnit defektoskoplarda maqnit defektoskopiyasının
aparılması. Məmulatların hazırlandığı
materialların maqnit və elektrik parametrlərinin ölçülməsi
üçün olan dəqiq ölçü cihazları və qurğularla iş.
Defektoskopların sınaqdan keçirilməsi və sazlanması.
Ferrozond vericilərin hazırlanması və onların həssaslığının
müəyyənləşdirilməsi. Ferrozond vericili aparatlardan məlumatın
açılması. Defektlərin ölçülərinin və yerləşdiyi
yerin dərinliyinin müəyyənləşdirilməsi. Detal
yaxud qaynaq yerləri üzrə maqnit keçiriciliyinin bölgü
kartoqramının qurulması.
Bilməlidir: maqnit
və elektromaqnit nəzarəti üzrə bütün iş növlərini;
qalınlıq ölçmə tiplərini, materialın maqnit
xarakteristikasını çıxarmaq üçün olan cihazların
quruluşunu; cihazların dərəcələrə bölünmə
üsullarını.
Orta ixtisas təhsil
tələb olunur.
İş
nümunələri:
l. Avarlı vintlərin
pərləri - kök çatlarında defektlərin yerləşməsi,
dərinliyinin və ölçülərinin müəyyənləşdirilməsi.
2. Ballistik
qurğular - dərəcələrinin yoxlanılması.
3. Sapfa, ox
şarnirin korpusu (gövdəsi), vertolyotun aparıcı vintinin
vtulka pərlərinin lingləri - maqnitlə nəzarət.
4. Cüt çarxların
elementləri-maqnitlə nəzarət.
226.
MİNERAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Mineraloji analiz üçün
orta nümunələrin hazırlanması. Gil
materiallarının şlix üçün
dezinteqrasiya edilməsi və ayrılması. Ələk dəstində
silkələməklə yumşaq (boş) və ya
dezinteqrasiya edilmiş süxurların analizi. Müxtəlif maqnitlərin
köməyi ilə maqnit və
elektromaqnit fraksiyasının ayrılması.
Çıxışların iri parçalarının çəkilməsi və
hesablanması, həmçinin maqnit,
elektromaqnit və qeyri-maqnit fraksiyaların
çıxışlarının hesablanması.
Bilməlidir:
mineralogiyaya dair adi məlumatları; orta nümunələrin
hazırlanma üsullarını; ələklə analizlərin
keçirilmə metodikasını; texniki tərəzilərin,
maqnitlərin və quruducu şkafların quruluşunu və
onlara xidmət qaydalarını.
227.
MİNERAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Ağır mayelərdə
bölüşdürücü qıfın vasitəsi ilə və çini qablarda
mineralların şlixdən ayrılması. Dalğalı
bölüşdürücünün və ya kvartanın köməyi ilə nümunələrin
azaldılması. Fraksiyaları turşularda qaynatmaq yolu ilə
dəmir hidroksid plyonkalarından azad olunması. Yatağın
əsas mineralının monomineral fraksiyasına
ayrılması. Binokulyar mikroskop altında monomineral fraksiyada
qatışıqların zahirən müəyyən edilməsi.
Analizlərin nəticələrinin sənədləşdirilməsi
və qeyd edilməsi.
Bilməlidir:
mineralogiyanın əsaslarını, mineralların, tətbiq
olunan ağır mayelərin, turşuların və digər
reaktivlərin xassələrini və onlardan istifadə etmə
qaydalarını; binokulyar mikroskopun quruluşunu; analizlərin
nəticələrinin sənədləşdirilməsi
qaydalarını.
228.
MİNERAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Titan-sirkon filizlərindən
olan nümunələrin, ilkin xammalın, aralıq məhsulların
və hazır məhsulun təsdiq olunmuş metodikaya müvafiq kəmiyyətcə
analizi. Lüminessent işıqlandırıcı tətbiq etməklə
distensillimanit qatışığının kəmiyyətcə
mineroloji analizi. Minerallar arasındakı kəmiyyət nisbətini
müəyyən etməklə şlixlərin ayrılması.
Monomineral fraksiyaların ayrılması və mineralın
sıxlığının müəyyənləşdirilməsi.
Müxtəlif xüsusi çəkisi olan ağır mayelərin
alınması. İmmersiya metodu ilə mineralların müəyyən
edilməsi. Bütün məhsullar üzrə bütün mineralların müvafiq
oksidlərə hesablanması. Analizlərin nəticələrinin
hesablanması və jurnala qeyd edilməsi.
Bilməlidir:
geologiya və kristalloqrafiyanın əsaslarını;
mineralların fiziki və kimyəvi xüsusiyyətlərini;
mineraloji analizlərin aparılması metodikasını;
ağır və immersion mayelərin xassələrini və
onlardan istifadə etmə qaydalarını; aparılan analizlərin
texniki şərtlərini və dövlət standartlarını.
229.
MİNERAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Titan-sirkon filizlərinin
qeyri standart çox komponentli nümunələrinin müxtəlif tipli
mikroskoplar altında tam kəmiyyətcə mineraloji analiz
metodikasının seçilməsi və
aparılması. Süni rutil nümunələrinin və konsentratlar əsasında
alınan yeni növ
məhsulların analizi. Şlixlərin və zənginləşdirmə
məhsullarının, mineralların
miqdarının zahirən müəyyənləşdirilib tam təsvir
etməklə kəmiyyətcə mineraloji analizi.
Yoxlama analizlərinin aparılması. Mikroskopların
sazlanması. Yeni mineraloji analiz metodlarının işlənib
hazırlanmasında iştirak etmək.
Bilməlidir:
kristallooptikanın əsaslarını; analizlərin
aparılma metodikasının işlənilməsi və seçilməsinin
əsaslarını; mineralların maqnit xassələrini və
onların öyrənilmə metodlarını; analizləri yerinə
yetirərkən tətbiq olunan cihazların və
qurğuların quruluşunu və iş prinsipini; minerallarda
xüsusi çəkinin müəyyən olunması metodlarını;
mineralları təsvir etmə qaydalarını; görülən
işlər üzrə sənədləşmənin aparılma
qaydalarını.
230.
METALLARDA QAZLARIN TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Vakuum-isitmə
metodu ilə vakuum qurğularında metallardakı qazın müəyyənləşdirilməsi.
Nümunələrin hazırlanması və onların analitik tərəzidə
çəkilməsi. Vakuum qurğularının işə
hazırlanması. Termoparın köməyi ilə temperaturun
ölçülməsi. Yüksüz vəziyyətdə boş-boşuna təcrübələrin
aparılması. Hesablama formulası üzrə metallarda
qazların müəyyənləşdirilməsi. Vakuummetr vasitəsi
ilə vakuumun ölçülməsi. Şüşə və kvars məmulatlarının
təmizlənib yuyulması. Tökülmüş civənin
yığılması. Süzmə, mexaniki və sublimasiya
üsulları ilə civənin təmizlənməsi.
Bilməlidir: əvvəlcədən
boşaldan (forvakuum), yüksək vakuumlu (diffuz) nasosların, civə
manometrlərinin iş prinsipini; oksigenin və hidrogenin müəyyənləşdirilməsi
metodlarının qısa xarakteristikasını; qazların
metalların xüsusiyyətlərinə təsirini; vakuum-isitmə
metodunun fiziki-kimyəvi əsaslarını; qazların analiz
metodlarını; aşağı temperaturlu kondensasiya metodunun
kimyəvi əsaslarını; müqavimət elektrik peçinin
quruluşunu; kimya reaktivləri, civə və maye azotla işləmə
qaydalarını; şüşədən civə-vakuum
qurğularında işləmək üzrə təlimatları.
231.
METALLARDA QAZLARIN TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Vakuum-əridilmə,
kütlə-spektral və xromatoqrafiya metodları ilə müxtəlif
qurğularda metallardakı qazların müəyyənləşdirilməsi.
İzotop metodu ilə analiz aparıldıqda nümunələrin
kütlələrinin seçilməsi. İzotop mübadiləsinin keçirilməsi.
Kütlə-spektrometrin qoşulması və ona sürət verilməsi.
Kütlə-spektrometrdə və xromotoqrafda sonradan analiz etmək
üçün qazların yığılması. Vakuum qurğularında
sızmaların aşkar olunması. Civənin kimyəvi təmizlənməsi.
Bilməlidir: vakuum-əridilmə
qurğularının, xromatoqrafların qabaqcadan boşaldan
(forvakuum), yüksək vakuumlu (diffuziya) nasoslarının
quruluşunu; ionlaşdırıcı və maqnit
boşaldıcı manometrlərdən istifadə etmə
qaydalarını; vakuum-əridilmə metodunun və
xromatoqrafiyanın fiziki-kimyəvi əsaslarını; müxtəlif
izotopların xassələrini; izotopla durultma metodunu; yüksəktezlikli
induksion isitmənin fiziki əsaslarını; əsas
metalların ərimə temperaturunu; metallardan çıxan
qazların metal sublimasiyası məhsulları ilə udulma
üsullarını; sublimasiya məhsulları ilə mübarizə
metodlarını; metallarda qazları analiz etmək üçün izotoplu
metaldan istifadə şüşə, civə, sürtgü materialı,
yağın və s. vakuum materiallarının xassələrini;
vakuumun ölçülməsinin fiziki əsaslarını.
232.
METALLARDA QAZLARIN TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Vakuum-əridilmə
metodu ilə metallarda qazların qeyri-standart üsulla müəyyənləşdirilməsi.
Kütlə-spektrometri, xromatoqrafı tətbiq etməklə eyni
vaxtda bir neçə qazın tərkibinin müəyyənləşdirilməsi.
Vakuum-əridilmə qurğularında müəyyənləşdirilmə
səhvlərinin qiymətləndirilməsi. Analiz şərtlərinin-temperaturun,
analizin aparılma uzunluğunun və s. seçilməsi. İzotop
və xromatoqrafik zirvələrin ölçülməsi. Ölçmə nəticələrinin
yazılıb işlənilməsi. Kütlə-spektrometrin ölçmələr
aparılmasına hazırlanması - vakuum sistemlərində
lazımi vakuumun yaradılması, blokların
qızdırılması, gücləndiricilərin sazlanması.
Analiz edilən qazın izotop tərkibinin hesablanması. Analiz
edilən nümunədə qazın miqdarının
hesablanması. Qazların kütlə-spektrometrdə izotop analizi.
Fon zirvələrinin açılması. Kütlə-spektrometrlərdə
qaz qatışıqlarında qazların kəmiyyətcə
müəyyənləşdirilməsi.
Bilməlidir:
ionlaşdırıcı və maqnitboşaldıcı
manometrləri olan vakuummetrlərin,
xromatoqrafik kolonkaların, PH- metrlərin - detektorların
iş prinsipini; qazlarla metalların
bir-birinə təsirinin əsas qanunauyğunluqlarını;
sorbsiya və həll olunmanın əsas prinsiplərini;
radioaktiv və sabit izotopları; elektronikanın əsaslarını;
izotopla durultmaq
(izotop qatmaq) metodunun mahiyyətini, ondan metallarda qazları
analiz etmək üçün
istifadə edilməsini; vakuum ölçülməsinin fiziki əsaslarını;
kütlə-spektrometriyanın fiziki
əsaslarını; vakuum gigiyenasını; kütlə-spektrometrdə
işləmə qaydalarını; vakuum-əridilmə
qurğularında bir neçə qazın miqdarının eyni
vaxtda müəyyənləşdirilməsinin xüsusiyyətlərini;
səhvlərin (xətaların) tapılması
metodlarını.
233.
METALLARDA QAZLARIN TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Etalonlu qaz
qatışıqlarının tərtib edilməsi.
Xromatoqrafın, kütlə-spektrometrin civə, karbon oksidi, azot,
hidrogen və etalonlu qaz qatışıqları üzrə
sazlanması. Kütlə-spektrometrdə sızmanın
aşkarlanması və onun aradan qaldırılması. Qaz
qatışığının tərkibinin müəyyənləşdirilməsi.
İzotopla durultmaq metodu ilə qazı metallarda müəyyənləşdirmək
üçün istifadə olunan dozalaşdırıcının
hazırlanması. Dərəcələrə bölmək üçün
qaz qatışıqlarının hazırlanması.
Qazların köməyi ilə kütlə-spektrometrin və
xromatoqrafların dərəcələrə bölünməsi.
Dozalaşdırıcı nümunələrdə kütlə və
atom faizlərinin hesablanması. Vakuum sistemlərinin həcmlərini
kalibrləmə. Xidmət olunan avadanlığın cari təmiri.
Bilməlidir: kütlə-spektrometrin
blok sxemini; analiz edilən qazın buraxma sistemini, ionların mənbəyini,
maqnit analizatorunu, ionların qəbuledicisini, ölçü sistemini, yüksək
vakuumun alınma və ölçülmə sistemini; kütlə-spektrometrlərdə
qazların izotop və ümumi analizini; izotopların ayrılma
metodlarını; metalşünaslığın əsaslarını;
oksigen-metal sistemini; hidrogen-metal sistemini, azot-metal sistemini,
qazların metalların xassələrinə təsirini;
metallarda qazların müəyyənləşdirilməsi
metodlarını; metallarda oksidlərin bərpa edilməsi
metodlarını və temperaturunu; nitritlərin istiliklə
parçalanması, nitritlərin karbonla ayrılmasını;
sızmaları tapmaq və ləğv etmək
metodlarını.
Orta ixtisas təhsili
tələb olunur.
234.
MEXANİKİ BELİN MOTORÇUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Mexaniki belə
xidmət. Yüklərin boşaldılması zamanı mexaniki
belin fasiləsiz işinin
təmin edilməsi. Mexaniki belin nasazlığının
aşkar edilməsi və aradan qaldırılması. Emal
olunan materialların növündən asılı olaraq aqreqatın
işinin tənzimlənməsi. Elektrik
motorlarının qurulması və mərkəzləşdirilməsi.
Elektrik güc xətlərinin montajı və
demontajı. Mexaniki belin cari təmirinin aparılması.
Bilməlidir:
mexaniki belin və köməkçi mexanizmlərin quruluşunu; materialların yüklənib-boşaldılması
və yer dəyişməsi zamanı siqnalizasiya metodunu və
qaydasını; elektrik quraşdırma işlərində
elementar məlumatları; trosun birləşdirilməsi
üsullarını.
235.
MEXANİKLƏŞDİRİLMİŞ VƏ AVTOMATLAŞDIRILMIŞ
ANBARLARIN OPERATORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Konveyer, bucurqad,
elektro və avtoarabacıqlar, qaldırıcı bloklar və
digər analoji qaldırıcı-nəqliyyat mexanizmi və ləvazimatlardan
istifadə etməklə anbarda, bazada, vaqonlarda, gəmi və
avtomobillərdə, konteyner meydançalarında, soyuducu kameralarda
komplektləşdirici və qablaşdırıcı sahələrdə
müxtəlif növ yüklərin yükləmə, boşaltma, nəql
etdirmə və anbardaxili emal işlərinin növləşdirilməsi,
aparılması, yerdəyişməsi və bərabər
paylanılmasının yerinə yetirilməsi. Daha yüksək
ixtisaslı operatorun rəhbərliyi altında müxtəlif növ
yüklərin yükləyici, boşaldıcı, yüktutucu mexanizm və
ləvazimatlarla yüklənib boşaldılması, yerdəyişməsi
və ştabelə yığılması. Kütləsi 5 t-a qədər
olan müxtəlif növ yüklərin yerdəyişməsi,
qoyulması, bərkidilməsi və arabacıq və ya
platformada tutma, bağlama və takelaj işlərinin yerinə
yetirilməsi. Müxtəlif növ yüklərin, məmulat, detal,
yarımfabrikat, hazır məhsulun möhürlənməsi,
ştabelləşdirilməsi, etiketlərin
yapışdırılması üzrə müxtəlif markirovka
edici vəsait və avadanlıqlardan istifadə etməklə
markirovkası. Qələvi, turşu, əridici və su
qatışıqlarının qəbulu, qablara süzülməsi və
doldurulması. Mexanizmlərin köməyi ilə yarımfabrikat və
hazır məhsulların çəkilib qablaşdırılması.
Qaldırıcı mexanizmlərin köməyi ilə məmulat,
detal və məhsulun qablaşdırıcı maşına
qoyulması və texniki şərtlərə uyğun olaraq
müxtəlif taralara qablaşdırılması.
Bilməlidir:
qaldırıcı-nəqliyyat vasitələrinin mexanizmlərini,
tərəzidən istifadə edərək yüklərin yüklənməsi,
boşaldılması, nəql etdirilməsi və
boşaldılması qaydalarını və anbardaxili emalı prosesini, onların
quruluşunu; yüklərin yüklənməsi və
boşaldılması zamanı şərti siqnalizasiyanı;
üstü açıq hərəkət heyətinə, avtomobilə, gəmiyə
və soyuducu kameraya yükləmə zamanı yüklərin yol verilən
ölçülərini; anbarların yerləşməsini və yüklərin
yüklənib boşaldılma yerini; strop və takelaj vasitələrindən
istifadə qaydalarını; çəkiləsi yüklərin
çeşidini; növünü və assortimentini; yüklərin
saxlanılması qaydasını, qablaşdırma, qurulma və
ştabelləşdirilmə üsullarını; yüklərin
şifrini və markirovka zamanı şərti işarələrini;
yarımfabrikat və hazır məhsulların çəkilib bükülməsi,
dozalaşdırılması qaydalarını; maye məhsulların
qəbulu, süzülməsi və qablara doldurulmasının norma və
qaydalarını.
236.
MEXANİKLƏŞDİRİLMİŞ VƏ
AVTOMATLAŞDIRILMIŞ ANBARLARIN OPERATORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Yükgötürmə
qabiliyyəti 15 t-a qədər olan körpülü, 5 t-a qədər
olan eşşəkli, daşıyıcı kranlardan,
kran-blok, akkumulyatorlu yükləyicilər, mexaniki bel, eynitipli
avtomobil yükləyicilərindən istifadə edərək
anbar, baza, vaqon, gəmi, avtomobil, konteyner meydançalarında və
komplektləşdirmə və qablaşdırma sahələrində
müxtəlif növ yüklərin yüklənib - boşaldılması, nəql
etdirilməsi və anbardaxili emalı. Kütləsi 5-dən 25 t-a
qədər olan müxtəlif yüklərin arabacıqlarda; və
platformalarda yerdəyişməsi. İş prosesində yüklərin;
bortların və qapıların bağlanılması ilə
vaqonların itələnməsi və daşınması.
Neft və kimyəvi məhsulların qəbulu, qablara süzülməsi
və doldurulması. Yükgötürmə qabiliyyəti 1 t-a qədər
olan stellajlı kran-ştabellərlə müxtəlif yüklərin,
stellaja qoyulub çıxarılması, yükləmə
meydançalarına gətirilməsi və onların konteyner, paket
və altlıqlara qoyulması. Nasaz avadanlıq, alət və
cihazlar üzrə defekt cədvəllərinin tərtib edilməsi.
Bilməlidir:
qaldırıcı kranların və onların mexanizmlərinin
quruluşu, və istismarı qaydalarını; körpülü, eşşəkli və daşıyıcı kranlardan,
kran-bloklardan, akkumulyatorlu yükləyici mexanikikürəcik, birtipli
avtomobil yükləyiciləri və yüktutucu vasitələrdən
istifadə etməklə yüklərin anbardaxili yüklənib
boşaldılması, nəql edilməsi və texnoloji
prosesini; yüklərin yerdəyişməsi və qurulması
üçün texnoloji vasitələrdən, istifadə
qaydalarını; süzülüb doldurulan məhsulların əsas
fiziki-kimyəvi xüsusiyyətlərini; məhsulların stellaja
yüklənməsi qaydasını.
237.
MEXANİKLƏŞDİRİLMİŞ VƏ
AVTOMATLAŞDIRILMIŞ ANBARLARIN OPERATORU
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Yükgötürmə
qabiliyyəti 15 t-dan yuxarı olan körpülü kranlardan, yükgötürmə
qabiliyyəti 5 t-dan 25 t-a qədər olan eşşəkli
kranlardan, tırtıllı, pnevmo-təkərli kranlardan,
traktor, avtomobil və vaqon yükləyicilərindən, müxtəlif
növ yüktutma vasitələrindən, portdaxili nəqliyyat
maşınlarından istifadə etməklə anbarlarda,
bazalarda, vaqonlarda, soyuducu kameralarda, gəmilərdə
avtomobillərdə, konteyner meydançalarında, komplektləşdirmə
və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib-boşaldılması və
anbardaxili emalı.
Vaqonlardan səpələnən
və qalaqlanan yüklərin boşaldılmasında maşın
və mexaniki qurğuların idarə edilməsi. Avtomobil, dəmiryolu,
çay və dəniz sement daşıyıcılarını
dolduran müxtəlif mexanizmlərin idarə edilməsi. Səpələnən
və qalaqlanan yüklərin qəbulu, çəkilməsi və
anbar, baza və stansiyalarda vaqon və avtomobillərə yüklənib
göndərilməsi prosesinin əl rejimində işləyən
idarə pultundan aparılması. Kütləsi 25 t-dan ,artıq
olan yüklərin
daşınması, qoyulması, bərkidilməsi,
arabacıq və platformada qurulması üzrə stropla tutma,
bağlama və takelaj işlərinin aparılması. Anbar
konveyerinin idarə edilməsi. Sarı, qırmızı
fosforun, sıxılmış karbohidrogenin və toksiki maddələrin
qəbulu, tutumlara süzülməsi və doldurulması. Stellajlara
yükləyici və digər nəqliyyat vasitələrinin
qoyulması və çıxarılması
və yüklərin stellajlardan istehsal sahələrinə
çatdırılması; yükgötürmə qabiliyyəti 1 t-dan
yuxarı olan stellajlı kran-ştabellərin idarə
olunması.
Bilməlidir: xidmət
edilən körpülü, eşşəkli, tırtıllı və
pnevmo-təkərli kranlardan, traktor, avtomobil yükləyicilərindən,
avtomobil və vaqon boşaldıcılarından istifadə etməklə
anbardaxili yüklərin yüklənməsi, boşaldılması, nəql
etdirilməsi qaydalarını və texnoloji prosesini; avtomat və
idarə pultunun istismar qaydasını və onların
quruluşunu; ağır yüklərin stropla tutma
üsullarını və takelaj vasitələrindən istifadə
qaydalarını; süzülən fosfor, sıxılmış
karbohidrogen və toksiki maddələrlə rəftar
qaydasını; xarici görkəminə əsasən kütlənin
müəyyən edilməsi üsullarını; stellajların yüklənməsinə
qoyulan texniki tələbləri; xidmət edilən istehsal sahələrinin
yerləşməsini.
238.
MEXANİKLƏŞDİRİLMİŞ VƏ
AVTOMATLAŞDIRILMIŞ ANBARLARIN OPERATORU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Yükgötürmə
qabiliyyəti 25 t-dan artıq olan eşşək kranlardan
istifadə etməklə anbar, baza, vaqon, avtomobil və gəmilərdə,
konteyner meydançaları, komplektləşdirmə və
qablaşdırma sahələrində müxtəlif növ yüklərin
yüklənib-boşaldılması, nəql etdirilməsi və
daxili emalı. Səpələnən və qalaqlanan yüklərin
avtomatik rejimdə işləyən idarə pultundan qəbulu,
çəkilməsi və vaqon və avtomobillərə yüklənməsi
prosesinin aparılması. Müxtəlif növ yüklərin anbara daxil
olması və bərabər paylanılmasının avtomatika
və nəzarət-ölçü cihazları vasitəsi ilə
müşahidəsi, nəzarəti və tənzimlənməsi.
Yüklərin qəbul bunkerlərinə verilməsinə,
onların doldurulmasına, boş və dolu vaqon və
avtomobillərin çəkilməsinə, onların yüklə
doldurulmasına nəzarət. Yüklərin dövlət
standartlarına uyğunluğuna nəzarət etmək. Qəbul,
nəqletdirmə və göndərilmə proseslərini aparan anbar
fəhlələrinə, rəhbərlik etmək. Tətbiq edilən avtomatika sisteminin
sazlanması.
Bilməlidir: yüklərin
saxlanıldığı anbarlarda yüklənib-boşaldıcı
avadanlıqların quruluşunu və sxemini; avtomatika, nəzarət-ölçü
cihazlarının təyinatını, quruluşunu və
xüsusiyyətlərini; yüklərin yüklənməsi, çəkilməsi,
uçotu və nəql etdirilməsinin qayda və üsullarını
dövlət standartlarının tələblərini, avtomatika
sisteminin sazlanması qaydası və üsullarını.
239.
NASOS QURĞULARININ-MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Saatda cəmi 1000
kub metrə qədər su, turşu, qələvi və digər
qatı olmayan maye vuran porşenli və mərkəzdənqaçma
nasosları ilə təchiz edilmiş nasos qurğularına və
saatda 50 t-a qədər neft, mazut, qatran və digər qatı
maye ötürən nasos qurğularına xidmət. Hər bir nasosu
saatda 100 kub metr ötürən iynə filtrli qurğulara və
tikinti meydançalarında və səhra şəraitində yerləşən
nasos aqreqatlarına və nasoslara xidmət. Saatda cəmi 6000
kub metrə qədər metanlı hava
qarışığı ötürən kömür şaxtalarının
deqazlaşdırılması üzrə vakuum-nasos
qurğularına xidmət. Qazın ölçülməsi. Suyun və
vurulan digər mayelərin tənzimlənməsi. Neft və
mazutun çən və baklardan süzülməsi və vurulması. Maye
yanacağının süzülməsi zamanı
qızdırılması və onun saxlanılma və ya tələbat
yerinə verilməsi. Neft magistrallarının üfürülməsi.
Filtrlərin vəziyyətinə və onların təmizlənməsinə
nəzarət. Avadanlıqların işində olan
nasazlıqların aşkarlanması və aradan
qaldırılması, qurğuların işi haqqında
jurnalda qeydlərin aparılması. Avadanlıqların cari təmiri
və daha mürəkkəb təmir işlərinin yerinə
yetirilməsi.
Bilməlidir: mərkəzdənqaçma,
porşenli və digər nasos qurğuları
avadanlıqlarının iş prinsipini; suyun, neftin və
vurulan digər mayelərin və qazın fiziki və kimyəvi
xüsusiyyətini; onların yüklənməsini; nasos qurğularının
kommunikasiya sxemini; bərkidici armaturun və qoruyucu
qurğuların yerləşməsini; nasos
qurğularının işində olan nasazlıqların
aradan qaldırılması yollarının; qrinel şəbəkəsinə
xidmət qaydalarını; yağların növü və
markasını; qurğuların yağlanma sistemini.
240.
NASOS QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Saatda cəmi
1000-dən 3000 kub metrə qədər su, pulpa və digər
qatı olmayan mayelər ötürən porşenli və mərkəzdənqaçma
nasosları ilə təchiz edilmiş nasos qurğularına və
saatda cəmi 50 t-dan yuxarı neft, mazut, qatran və digər
qatı mayelər vuran nasos qurğularına xidmət. Sahə
şəraitində tikinti meydançalarında hər biri saatda
100-dən 1000 kub metrə qədər su vuran nasos və ya
nasoslu aqreqatlara və hər bir nasosu saatda 100-dən 600 kub metrə
qədər vuran iynə filtrli qurğulara xidmət. Saatda cəmi
6000 kub metrdən 18000 kub metrə qədər metanlı hava
qarışığı ötürən kömür şaxtalarının
deqazlaşdırılması üzrə vakuum-nasos
qurğularına xidmət. Mühərrik və nasosların
işə salınması və dayandırılması, su və
ötürülən digər mayelərin verilən təzyiqinin
saxlanılması, və borukəmərlərinin xidmət
edilən sahələrinin nasos, mühərrik və armaturunun
fasiləsiz işinə nəzarət. Qurğu
avadanlıqların işindəki nasazlıqların aşkar
edilməsi və aradan qaldırılması. Qurğunun
işi haqqında texniki uçot və hesabatın
aparılması. Nasos
avadanlığının cari təmirinin yerinə
yetirilməsi, orta və əsaslı təmirdə iştirak
etmək.
Bilməlidir:
suyun,
maye yanacağın və digər mayelərin vurulması üzrə
porşenli və mərkəzdənqaçma nasoslarının
quruluşunu; hava kəmərlərinin, sovurucuların və
sıxıcı kompressorların və təmizləyici
qurğuların sxemini; klinket və filtrlərin
konstruksiyasını; elektrotexnika, hidravlika və mexanika üzrə
elementar məlumatları; avadanlıqların işində olan
nasazlıqların aşkar edilməsi və qəzaların
aradan qaldırılması üsullarını; nəzarət-ölçü
cihazlarının təyinatını və tətbiqi şəraitini;
avadanlıqların işinin uçotu və aparılması
qaydasını.
241.
NASOS QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Müxtəlif sistemli
nasos və boru nasosları ilə təchiz edilmiş, saatda cəmi
3000-dən 15000 kub metrə qədər su, pulpa və digər
qatı olmayan mayelər ötürən nasos qurğularına
xidmət. Mühərrik və nasosların işə
salınması, iş rejiminin tənzimlənməsi və
dayandırılması.
Sahə şəraitində, tikinti və sənaye
meydançalarında hər biri saatda 1000-dən
3000 kub metrə qədər su ötürən nasos və nasoslu
aqreqatlara və hər biri saatda 600 kub
metrdən artıq ötürən vakuumlu nasos və iynəfiltrli
qurğulara xidmət. İstehsal gücü
18000 kub metrdən yuxarı metanlı hava
qarışığı olan kömür şaxtaların
deqazlaşması
üzrə vakuum-nasos qurğularına xidmət. Xidmət edilən
sahə şəbəkəsində verilən su və
pulpun lazımi təzyiqlə təmin edilməsi. Nasos
qurğuları avadanlığının işindəki
nasazlıqların
aşkar edilməsi və onların aradan
qaldırılması.
Bilməlidir: müxtəlif
sistemli mərkəzdənqaçma, porşenli və vakuum
nasoslarının və boru nasoslarının
konstruksiyasını; elektrotexnika, hidravlika, mexanika üzrə əsas
məlumatları; avankamera, borukəməri, tor, quyu və nəzarət-ölçü
, cihazlarının quruluşunu və yerləşməsini;
bütün nasos qurğuları avadanlığının işə
salınması və dayandırılması
qaydalarını; avadanlığın işindəki
nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması üsullarını.
242.
NASOS QURĞULARININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Müxtəlif sistemli
nasos və boru nasoslarla təchiz edilmiş, saatda 5000-7000 kub
metrə qədər su və pulpa ötürən güclü nasos
qurğularına xidmət. Sahə şəraitində və
texniki meydançalarda saatda 3000 kub metr su vuran nasos və nasoslu
aqreqatlara xidmət. Nasosların, mühərriklərin, armatur və
boru kəmərlərinin fasiləsiz işinin təmin edilməsinə
və suyun təzyiqinə nəzarət. Dövr edən suyun
soyudulması üçün qradirnə xidmət. Nasosların, su
qurğularının, nəzarət cihazlarının, avtomatların və qoruyucu
qurğuların
tənzimlənməsi və onlara baxış. Nasos
qurğularının işindəki nasazlıqların müəyyənləşdirilməsi
və onların aradan qaldırılması.
Bilməlidir: müxtəlif
növlü mühərrik, nasos və boru nasoslarla təchiz edilmiş
yüksək güclü nasos qurğularının quruluşunu və
konstruksiyasını; avankamer, quyu, boru kəmərləri və
filtrlərin konstruksiyası və yerləşmə sxemini;
xidmət edilən sahənin su təchizatının qrafikini.
6-cı dərəcə:
saatda 7000 kub metrdən yuxarı su, pulpa və qeyri özlü maddə
ötürən nasos qurğularına xidmət.
243.
NÜMUNƏ SEÇİB GÖTÜRƏN
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Filiz, metal, xammal,
yarımfabrikat, hazır məhsul, qatışıqlar, neft məhsulları,
bərk mineral yanacaq, tikinti materialları və sairdən nümunə
götürənin köməyi ilə, əl ilə və ya xüsusi vasitələrlə
nümunənin seçilməsi və hazırlanması. Laborantın rəhbərliyi
ilə təhlilin, yoxlanılmanın və mexaniki
sınağın aparılması. Nümunələrin
qablaşdırılması və etiketlə tərtibatı,
onların laboratoriyaya gətirilməsinin təmin edilməsi.
Nümunə götürmək üçün istifadə edilən qabın yuyulub
saxlanılması. Götürülən nümunələrin uçotunun
aparılması.
Bilməlidir: müxtəlif
anbar və istehsalat şəraitində nümunə götürülməsi
qaydası və üsullarını; nümunə üçün götürülən
material, xammal və hazır məhsulun xüsusiyyətlərini;
nümunənin keyfiyyətinə qoyulan tələbləri; nümunə
götürənin quruluşunu.
244.
NÜMUNƏ SEÇİB GÖTÜRƏN
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Aqressiv və
ya zəhərli maddələrdən nümunə götürənin
köməyi ilə və ya təzyiq və vakuum altında yerləşən respirator
və aparatlardan istifadə etməklə nümunələrin
seçilib götürülməsi. Trixinellez
üçün nümunənin götürülməsi. Nümunələrin çəkilməsi,
ölçülməsi, daşınması, paketlər üzrə
paylanması. Orta nümunənin hazırlanması. Bərk mineral
yanacağın seçilməsi və hazırlanması zamanı
nümunə götürücü və nümunə hazırlayıcı
maşınların işinə nəzarət etmək. Nümunələrin
bölünməsi və təbəqələnməsi. Seçilib
götürülmüş və hazırlanmış nümunələrin
uçotunun aparılması və müvafiq aktların tərtib edilməsi.
Xidmət edilən maşın və mexanizmlərin təmirində
iştirak etmək.
Bilməlidir: nümunə
götürücü və nümunə bölüşdürücü maşın və mexanizmlərin
quruluşunu və hərəkət prinsipini; aqressiv və zəhərli
maddələrin nümunələrinin təzyiq və vakuum
altında olan aparatlardan götürülməsi qaydası və
üsullarını; nümunələrin hazırlanması
üsullarını; zəhərli və yanacaq maddələrdən
istifadə qaydalarını.
245.
NÜMUNƏ SEÇİB GÖTÜRƏN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Domna
sobalarının koloşnikinin radiusu üzrə qaz nümunəsinin
götürülməsi. Domna sobalarının şaxtalarından qaz nümunəsinin
götürülməsi üçün dəlik və gözlüklərin təmizlənməsi.
Şaxtanın müxtəlif səthlərində və domna
sobasının aşağı hissəsində temperaturun və
təzyiqin ölçülməsi. Furma zonasında temperaturun müəyyənləşdirilməsi
və furmalar üzrə hava sərfinin ölçülməsi. Çuqun və
şlak - nümunələrinin seçilib götürülməsi. Nümunə
götürülməsi üçün avadanlığın sazlığının
yoxlanılması.
Bilməlidir: domna
sobalarının quruluşunu; çuqunun əridilmə prosesinin əsaslarını;
qaz, çuqun və şlakın kimyəvi
və fiziki xüsusiyyətlərini; temperatur və təzyiqin
sobalarda ölçülməsi üçün işlədilən cihazların
quruluşunu; qaz, çuqun və şlak nümunələrinin seçilib
götürülməsi qaydasını; oksigen aparatlarında iş
qaydasını və aparatların quruluşunu.
246.
OSSİLLOQRAFLAŞDIRMA VƏ TENZOMETRLƏŞMƏ OPERATORU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Tenzodatçiklərin
konstruksiyaya yapışdırılması. İş vaxtı
lazım olan qeyri mürəkkəb ləvazimatların
hazırlanması. Sınaq sxemlərinin
quraşdırılması və daha yüksək ixtisaslı
operatorun rəhbərliyi altında ossilloqrafiya və tenzometriya
üçün cihazların sazlanması. Naqilli tenzodatçiklərin termik
emalı. Resept üzrə aydınlaşdırıcının
hazırlanması;
Bilməlidir:
işıqşüalı ossilloqraflarla, tenzodatçiklərdə
iş qaydalarını; tenzodatçiklərin tipini və xüsusiyyətlərini;
elektrotexnikanın əsaslarını; müxtəlif
sınaqların sinifləşdirilməsini; fotosənədlər
haqqında əsas məlumatları və emalı
üsullarını.
247.
OSSİLLOQRAFLAŞDIRMA VƏ TENZOMETRLƏŞMƏ OPERATORU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Tenzodatçiklərin
köməyi ilə konstruksiyalarda cərəyanın
ossilloqraflaşdırılması.
Ossilloqramların şifrinin açılması. Sınaq sxemlərinin
quraşdırılması və ossilloqrafiya
və tenzometriya üçün cihazların sazlanması. Ossilloqrafiya və
tenzometriya cihazlarının
sınağa hazırlanması. Tenzodatçiklərin müqavimət və
tenzohəssaslıq üzrə seçilməsi,
göstəricilərin çıxarılması. Cihazların xırda
təmiri.
Bilməlidir:
ossilloqrafiya və tenzometriya cihazlarının struktur sxemini;
metal və ərintilərin mexaniki xüsusiyyətlərini;
cihazların texniki göstəricilərini; mexaniki gərginliyin
sınaq metodikasını.
248.
OSSİLLOQRAFLAŞDIRMA VƏ TENZOMETRLƏŞMƏ OPERATORU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Ossilloqrafiya və
tenzometriya üçün cihazların seçilməsi. İş rejiminin seçilməsi
və cihazların sazlanması. Bütün sxemin iş qabiliyyətinin
yoxlanılması. Aşağı və yüksək
temperaturlarda detalların gərginliyinin ölçülməsi. Gərginlik
diaqramının qurulması. İstifadə olunan cihazların
təmiri. Tenzometrlərin yerinin çəkilməsi üçün
qurğuların hazırlanması. Ossilloqramların foto
emalı.
Bilməlidir:
ossilloqrafiya və tenzometriya cihazlarının prinsipial sxemini və
sazlama
qaydalarını; materialların müqaviməti və radiotexnika
haqqında əsas məlumatları;
tenzometrik sınaqların yekununun emalı; xətaların müəyyənləşdirilməsi
üsulları və
qaydalarını.
249.
PİROMETRİST
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Daşma bilən
pirometrik və nəzafət-ölçü cihazlarının köməyi ilə
əridici, qızdırıcı və quruducu sobalarda, həmçinin
metalın buraxılması və tökülməsi zamanı
temperaturun müəyyən edilməsi. Temperatur ölçülərinin və
verilmiş texnoloji rejimdən kənarlaşmaların
qeydiyyatı. Cihazların tənzimlənməsi və
termobuxar qatının yanmış hissəsinin dəyişdirilməsi.
Cədvəllərin köməyi ilə temperaturun ölçülərinin
bir şkaladan başqa şkalaya keçirilməsi.
Bilməlidir:
daşına bilən pirometrik cihazların iş prinsipini;
pirometrik və nəzarət-ölçü cihazlarının təyinatını
və tətbiqi şərtlərini; əridici,
qızdırıcı və quruducu sobaların texnoloji
temperatur rejimini; maye metalın tökülməsinin başlanma və
qurtarma temperaturunu; müşahidə yekunlarının və
temperaturunun qeydiyyatı qaydalarını; temperatur ölçüləri
göstəricilərinin bir şkaladan başqa şkalaya verilməsi
üçün cədvəllərdən istifadə qaydasını;
termobuxarın yanmış qatının dəyişdirilməsi
üsullarını.
250.
PİROMETRİST
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Stasionar
pirometrik və nəzarət-ölçü
cihazları vasitəsi ilə əridici,
qızdırıcı və quruducu sobalarda temperaturun müəyyən
edilməsi. Cihazların göstəricilərinin
düzgünlüyünün yoxlanılması. Möhkəmlədici vannaların
temperaturunun ölçülməsi. Pirometrik cihazların tənzimlənməsi
və cari təmiri. Termobuxarın yoxlanılması.
Termobuxarın iş yerində qurulması.
Bilməlidir:
stasionar və daşma bilən pirometrik və nəzarət-ölçü
cihazlarının quruluşunu və iş prinsipini; pirometrlərdə
nasazlıqları yaradan səbəblərin əsasını
və onların qarşısının alınması
üsullarını; temperaturun qeyd edilməsi və ölçülməsi
qaydasını; metalın əridilməsi və tökülməsinin
temperatur rejimini, termik emalını və qurudulmasını;
elektrotexnika üzrə ümumi məlumatı.
251.
PİROMETRİST
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Optik və
radiasiya pirometrlərinin köməyi ilə əridilmiş
metalın, duzun, qaz mühitinin və sıxılmış
qazın temperaturunun müəyyən edilməsi. Pirometrik
cihazların qurulması və sazlanması. Pirometrik
millivoltmetrlərin, özüyazan cihazların, avtomatik potensiometr və
körpülərin tənzimləyici göstəricilərinin tənzimlənməsi
və nəzarət. Verilmiş mühitin temperaturunun ölçülməsi
üçün metodun və lazımi aparatların seçilməsi. Pirometrik
cihazların təmiri.
Bilməlidir:
pirometrik cihazların kinematik və elektrik sxemini;
metalşünaslıq, elektrotexnika və radiotexnikanın əsaslarını;
radiasiya pirometrlərində istifadə olunan radiolampaların,
yüksək tezlikli generatorların və elektron gücləndiricilərinin
növlərini; xidmət olunan sahələrdə metalın, duzun
və qazların texnoloji temperaturunu.
252.
RADİOAKTİV TULLANTILARIN EMALÇISI
İşin
xüsusiyyəti.
2-cidərəcə
Maye və bərk
radioaktiv tullantıların yüklənməsi üçün tutumların
hazırlanması. Bərk tullantılar üçün nəzərdə
tutulmuş tutumlarda lövhələrin açılması və
bağlanılması. Maye tullantılar üçün rezervuarlarda
lyukların açılması və bağlanılması.
Tutumların səthlərinin və giriş yollarının təmiri:
asfalt-beton çəkilməsi, tozun, çirkabın, qarın və s.
yığılması.
Bilməlidir:
universal və xüsusi ləvazimatın təyinatını və
istifadə qaydalarını; radiasiya gigiyenası
qaydalarını.
253.
RADİOAKTİV TULLANTILARIN EMALÇISI
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Müxtəlif ləvazimatdan
istifadə etməklə xüsusi avtomaşınlardan bərk
radioaktiv tullantıların boşaldılması. Radioaktiv
tullantıların boşaldılması zamanı
tozlanmanın qarşısını almaq məqsədi ilə
su pərdəsinin qoşulması. Radioaktiv tullantıların
tutumların üst qatında yerləşdirilməsi. Sement
qatışığının, asfaltbitum kütləsinin beton
qarışdırıcının, hərəkətedici
qazanın köməyi və ya əl ilə
hidroizolyasiyasının istehsalı üçün hazırlanması.
Tikişlərin cındırla kəlitkələnməsi və
onların sement qatışığı və ya asfaltbitum
kütləsi ilə tutulması. Doldurulmuş tutumların üst
qatının hamarlanması, bəndlənməsi və örtülməsi.
Bilməlidir: beton
qarışdırıcının quruluşunu, beton və
asfaltbitum qarışığının əsas xüsusiyyətlərini;
sement məhlulunun hazırlanması üsullarını və
onların xüsusiyyətlərini; radiasiya təhlükəsizliyi
qaydalarını; universal və xüsusi ləvazimatların
quruluşunu.
254.
RADİOAKTİV TULLANTILARIN EMALÇISI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Maye radioaktiv
tullantıların xüsusi maşınlardan tutumlara
boşaldılması. İonlaşdırıcı
şüalanma mənbələri olan konteynerlərin
boşaldılması və onların xüsusi saxlanılan yerlərdə
basdırılması. Radioaktiv mayelərin mərkəzəqaçma
nasosları ilə ötürülməsi. Radioaktiv mayelərdə sementləşdirmə
üzrə qurğuda sement qatışığının
hazırlanması. Tutum və avadanlıqların vəziyyətinə
nəzarət. Avadanlığın və inventarın cari təmiri.
Tutumların radioaktiv mayelərlə doldurma səviyyəsinə
nəzarət.
Bilməlidir:
radioaktiv maddələrin əsas xüsusiyyətlərini;
radioaktiv şüalanmadan müdafiə üsullarını; radioaktiv maddələrin
lazımi konsentrasiyasını və şüalanma səviyyəsini;
istifadə edilən avadanlığın quruluşunu və
kinematik sxemini; universal və xüsusi ləvazimatların
konstruksiyasını.
255.
RADİOAKTİV TULLANTILARIN EMALÇISI
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Bərk radioaktiv
tullantıların preslənməsi, mayelərin tutumlarda
sementləşdirilməsi.
Bərk və maye radioaktiv tullantıların sement-beton monolitdə
basdırılması. İdarə pultuna
xidmət və sementləşdirmə üzrə
qurğuların vəziyyətinə nəzarət etmək;
baxış, yağlanma,
salniklərin doldurulması, möhkəmliyin yoxlanılması və
s.
Radioaktiv
tullantıların mürəkkəb aparatlarda və qurğularda
yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında
emalı. Növbə jurnalının müəyyən edilmiş
qaydada aparılması.
256.
RADİOAKTİV TULLANTILARIN EMALÇISI
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Bərk, maye,
bioloji, qazşəkilli və digər radioaktiv
tullantılarının presləmə, yandırma, bitumlama,
sementləmə, buxarlandırma, şüşələmə
metodu ilə mürəkkəb texnoloji aparat və qurğularda
ciddi reqlamentləşdirilmiş proseslərdə bişirilməsi
və emalı. Nəzarət-ölçü cihazlarına, avtomatik
cihazlara, dozimetriya və radiometriya üzrə texnoloji rejimə nəzarət
və tənzimləmə. Avadanlığın işində
nasazlıqların aradan qaldırılması. Nəzarət-ölçü
cihazlarının göstəricilərinin növbə ərzində
emalı və tərtib edilməsi.
Bilməlidir:
kimyanın və fizikanın əsaslarını; radioaktiv
tullantıların emalı üzrə müxtəlif proseslərin texnologiyasını və
cihazların konstruksiyasını.
257.
RADİOTELEVİZİYA APARATLARININ f ƏMİRİ VƏ
XİDMƏTİ ÜZRƏ RADİOMEXANİK
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
II sinifdən
yuxarı olmayan radioaparatları, maqnitofon, televizor və radioqəbuledici
qurğularının sökülüb yığılması və təmizlənməsi.
Radiolampalarının yoxlanılması. Otaq televiziya
antenalarının təmiri. Radioteleaparatların
qoruyucularının dəyişilməsi, ştekerin, idarə
qollarının təmiri, blokirovkanın pis
kontaktlarının aradan qaldırılması,
qidalandırıcı şnurun ştepsel çəngəli ilə
dəyişdirilməsi və təmiri. III sinifdən
yuxarı olmayan televizor kineskopunun, blokların, televizor
proqramlarının dəyişdiricilərinin və kanallar dəyişdiricisinin
çıxarılması və quraşdırılması. Bir
proqramlı radioqəbuledicilərin,
avtodayandırıcısız elektrik proiqrıvatel
qurğularının nasazlıq səbəblərinin
aşkar edilməsi və təmiri.
Bilməlidir:
elektrotexnika, radiotexnika və televiziya haqqında əsas məlumatları,
ağ-qara televizorların, radioqəbuledicilərin və digər
radioaparatların quruluşunu, funksional sxemini və əsas
birləşmələrinin işini; rəngli təsvirlərin
verilməsi və qəbulu haqqında ümumi məlumatları;
radiolampaların, yarım-keçirici diodların
xarakteristikasını; ağ-qara təsvirli televizor və digər
radioaparatların sökülüb yığılması
ardıcıllığını; ağ-qara təsvirli
televizorların, radioqəbuledicilərin və digər
radioaparatlarının nasazlıqlarının aşkar edilməsi,
onların təmiri metodlarını, otaq antenalarının
tipi və konstruksiyalarını; televizor və radioqəbuledicilərin
quraşdırılması qayda və üsullarını,
onların antenaya birləşdirilməsini;
quraşdırıcı-tənzimləyici alətlərin təyinatı
və tətbiq edilməsi.
258.
RADİOTELEVİZİYA APARATLARININ TƏMİRİ VƏ
XİDMƏTİ ÜZRƏ RADİOMEXANİK
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
Bütün siniflərdən
olan ağ-qara təsvirli televizorların qurulması.
Yarımkeçirici cihazların (tranzistorların, diodların)
yoxlanılması. Lampalı ağ-qara təsvirli
televizorların nasazlıqlarının səbəblərini
aşkar etmək və qeyri-periodik qüsurların aradan qaldırılması
ilə konturların dəyişdirilməsi və
sazlanması, çap platolarının, qaletli, dilli dəyişdiricilərin
təmiri ilə əlaqədar olmayan təmirlərin
aparılması və avtomatik tənzimləyicinin zəncirlərində
mürəkkəb defektlərin aradan qaldırılması (qüvvənin
avtomatik tənzimlənməsi, tezliyin avtomatik qurulması).
Nasazlıqların səbəbinin aşkar edilməsi,
lampalı radioqəbuledicilərin və IV və III sinif
radiolaların, IV sinif maqnitofonlarının, elektrofonların
bütün növ elektrik idarə pultlarının (stereofonikdən
başqa), üç proqramlı radioqəbuledicilərin təmiri.
Bilməlidir:
elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını;
rəngli televiziya təsvirləri üzrə əsas məlumatları,
yarımkeçirici cihazların xüsusiyyətlərini; ağ-qara təsvirli
televizorların, radioqəbuledicilərin, digər
radioaparatların quruluşunu lampalı və
lampalı-yarımkeçiricili televizorların, II sinifdən
yuxarı olmayan radioqəbuledicilərin, III sinifdən
yuxarı olmayan maqnitofonların və digər
radioaparatların prinsipial və montaj sxemini; bu aparatların
nasazlığının növləri, onların
yoxlanılması, tənzimlənməsi, sazlanması və təmiri
metodlarını və üsullarını; radioteleviziya
aparatlarının təmiri zamanı tətbiq edilən nəzarət-ölçü
cihazlarının təyinatını və istifadə
qaydasını; televiziya antenalarının quraşdırılması
və montajı üsullarını və qaydasını.
259.
RADİOTELEVİZİYA APARATLARININ TƏMİRİ VƏ
XİDMƏTİ ÜZRƏ RADİOMEXANİK
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Bütün siniflərdən
olan lampalı-yarımkeçirici və I sinifdən olan lampalı
ağ-qara təsvirli televizorların işindəki
nasazlıqların səbəbinin aşkar edilməsi və
qeyri-periodik defekt və nasazlıqlarla əlaqədar olmayan təmirin aparılması. Rəngli
televizorların qurulması və təmirində
iştirak etmək. Lampalı və tranzistorlu radioqəbuledicilərin
və radiolampaların, II-III sinif maqnitofon və III sinif
tranzistlorlu maqnitofonların, stereofonik elektrofonların,
stereofonik elektrik idarəetmə pultunun, antena gücləndiricilərinin
nasazlıqlarının aşkar edilməsi, təmiri, tənzimlənməsi
və quraşdırılması.
Bilməlidir: bütün növ
ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin
və maqnitofonların yoxlanılması, sazlanması və təmiri
metodlarını və üsullarını; rəngli
televizorların quruluşunu və qurulması
qaydalarını, prinsipial sxemini; rəngli televizorların
qurulması və televiziya antenalarının
quraşdırılması zamanı istifadə edilən nəzarət-ölçü
cihazlarından istifadə qaydalarını.
260.
RADİOTELEVİZİYA APARATLARININ TƏMİRİ VƏ
XİDMƏTİ ÜZRƏ RADİOMEXANİK
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Bütün siniflərdən
olan ağ-qara təsvirli lampalı və
lampalı-yarımkeçiricili televizorların
nasazlıqlarının səbəbinin aşkar edilməsi və
onların sazlanması üzrə işlərin
yerinə yetirilməsi. Rəngli televizorların qurulması. Rəngli,
ağ-qara yarımkeçiricili
televizorların, desimetrli diapazon
konventerlərinin, lampalı və radioqəbuledicili
tranzistorların birinci və əla sinifdən radiolaların,
bütün növdən olan stereofonik, avtomobil radioqəbuledicilərinin,
lampalı və II və I sinif tranzistorlu maqnitofonların
nasazlıqlarının səbəblərinin aşkar edilməsi
və təmiri.
Bilməlidir: bütün
növ televizorların, radio-qəbuledicilərin və digər
aparatlarının prinsipial, montaj sxemini; ağ-qara təsvirli
televizorların, radioqəbuledicilərin və digər
radioaparatların mürəkkəb təmir işlərinin
aparılması metodlarını; rəngli televizorların təmiri
üsullarını; detalların dəyişdirmə metod və
üsullarını; təmirdə istifadə olunan nəzarət-ölçü
aparatlardan istifadə qaydalarını.
Orta ixtisas təhsili
tələb olunur.
261.
RENTGEN-QAMMAQRAFİYA DEFEKTOSKOPÇUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Daha yüksək
ixtisaslı defektoskopçunun rəhbərliyi altında məmulatların
işığa salınması. Məmulatların
işığa salınmasına hazırlanması.
Verilmiş nəzarət parametrlərinə görə məmulatlar
işığa salınarkən sahələrin
nişanlanması və markalanması. Rentgen plyonkasının
aydınlaşdırılması və fiksasiya edilməsi.
Bilməlidir:
qamma-defektoskopiya üçün rentgen qurğularının və
aparatlarının iş prinsipini; şüalanma növlərini və
mənbələrini və onların təmirini; şüanın
maddələrdən keçməsini; rentgen plyonkalarının
müxtəlif növlərinin xüsusiyyətlərini və onların
keyfiyyətinin yoxlanılması üsullarını; kasetlərin
doldurulmasını.
İş
nümunələri:
1. Plastinkaların
nümunələri – qaynaqçı dərəcəsinə attestasiya
keçirilərkən işığa salınma,
2. Qovuşuq birləşmələri
- işığa salınma.
3. Silindrlərin və
korpus örtüklərinin uzununa
tikilən yerləri-işığa salınma.
262.
RENTGEN-QAMMAQRAFİYA DEFEKTOSKOPÇUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sadə məmulatların
işığa salınması. Daha yüksək defektoskopçunun rəhbərliyi
altında məsuliyyətli boru kəmərlərinin
işığa salınması. Sadə və orta mürəkkəbli
məmulatların ionizasiya və stsintilyasiya nəzarəti. Zəruri
şüalanma mənbələrinin seçilməsi və
ekspozisiyasının müəyyənləşdirilməsi.
Radioaktiv izotopun fəallığını müəyyən etmək
məqsədilə baxılması. Rentgen və qammaqrafiya
aparatının tənzimlənməsi.
Bilməlidir: rentgen
qurğularında sürətləndirici texnikanın, qammaqrafiya,
ionizasiya və stsintiliyasiya nəzarəti üçün aparatların
iş prinsipini; elektrotexnika və metalşünaslığın əsaslarını;
metalların və tökmələrin
müxtəlif qaynaq növlərinin texnologiyasını;
qaynaq birləşmələrinin növlərini və qaynaq
texnologiyasını; defektlərin qaynaq yerlərinə verilən
tələblərini; dozimetriyanın əsaslarını;
metallardan şüalanma keçdiyi zaman onların
zəiflədici xüsusiyyətlərini; rentgen, qammaqrafiya üçün tətbiq
olunan metalların xassə və
xüsusiyyətlərini; şüalanma mənbələrinin,
işığa salma parametrlərinin və lazımi
ekspozisiyaların seçilməsini.
İş
nümunələri:
1. Tökmə məmulatları-işığa
salma.
2. Damğalı və
zolaqlı birləşmələr –işığa salma.
3. Qaynaq
borular-işığa salma.
4. Vertolyotun
aparıcı vintinin boruları, vtulkaları-işığa
salma.
5. Balon və
silindrlərin dairəvi tikiş yerləri-işığa
salma.
263.
RENTGEN-QAMMAQRAFİYA DEFEKTOSKOPÇUSU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Orta mürəkkəbli
məmulatların işığa salınması. Mürəkkəb
məmulatların ionizasiya və stsintiliyasiya nəzarəti.
Sürətləndirici texnikanın və
qamma-qurğularının vasitəsi ilə məmulatların
işığa salınması. Məsuliyyətli boru kəmərlərinin
işığa salınması. Kseroqrafiya qurğularında
işləmək. Rentgen və radioqrafiya aparatlarının
cari təmiri və sazlanması. Şüalanma mənbələrinin
doldurulması və yenidən doldurulması.
Bilməlidir:
ionizasiya və stsintilyasiya nəzarəti üçün rentgen, radioqrafiya
aparatlarının elektrik sxemlərini; çoxlu enerji
şüalanması ilə işığa salınan maddənin
qarşılıqlı fəaliyyətini; kseroqrafiyanın əsaslarını;
mümkün şüalanma dozalarının, şüalanma mənbələrinin
və verilmiş məsafədə qalma müddətinin
(vaxtının) hesablamasını; müxtəlif sürətləndiricilərin
quruluşu haqqında əsas məlumatları.
İş
nümunələri:
1. Silindrik və
kürə səthlərdə qaynaqlar-işığa salma.
2. Aviamühərrikin
yanacaq kollektoru-işığa salma və rentgenoqrammanın
açılması.
3. İşlək
konteynerləri-izotoplarla yenidən doldurulması.
.4. Metallurgiya sexləri
üçün metal və xəlitə-işığa salma.
264.
RENTGEN-QAMMAQRAFİtA DEFEKTOSKOPÇUSU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Mürəkkəb
konfiqurasiyalı məmulatların stasionar və səyyar
şüalanma mənbələrinin vasitəsi ilə
işığa salınması. Rentgen-qamma defektoskopiyası,
ionizasiya və stsintiliyasiya nəzarəti üçün tətbiq olunan
aparatların sazlanması. Rentgenoqramların açılması.
Yoxlanılan nümunələrin, detalların və
qovşaqların texniki şərtlərə yararlı
olmasının qiymətləndirilməsi. Nəzarət üçün
alət və ləvazimatların eskizlərinin işlənib
hazırlanması. Rentgen-televiziya qurğularında işləmək.
Bilməlidir:
işığa salmağa nəzarət etmək üçün tətbiq
edilən bütün aparatların sxemlərini və işini; müxtəlif
növ şüalanmanın alınma və işığa
salınmış maddə ilə onların qarşılıqlı
fəaliyyət göstərmə prinsiplərini; şüalanmadan
mühafizənin hesablanmasını; müəssisədə qüvvədə
olan radioaktiv mənbələrin alınma və saxlanılma
qaydalarını.
Iş
nümunələri:
1. Avtomatika
aqreqatları və qaz-turbin mühərriklərinin
forsunkaları-işığa salma və rentgenoqramların
açılması.
2. Avarlı vintlər-işığa
salma və rentgenoqramların açılması.
3. Domna
sobalarında şaxta və hava
qızdırıcıların örtükləri-qaynaq yerlərinin
işığa salınması.
4. Amortizasiya
şassi dayaqları-işığa salıb
rentgenoqramların açılması.
5. Vertolyotun əyilmə
avtomatının boşqabı (sinc, disk) - işığa
salma və rentgenoqramların açılması.
6. Boru kəmərləri
və qaz kəmərləri-qaynaq yerlərinin
işığa salınması.
265.
RENTGEN-QAMMAQRAFİYA DEFEKTOSKOPÇUSU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Ən mürəkkəb
məmulatların müxtəlif şəraitdə stasionar və
səyyar şüalanma mənbələrinin vasitəsi ilə
işığa salınması. Rentgen plyonkalarının
açılması. Daxil olan detalların işığa salma
rejimlərinin müəyyənləşdirilməsi üzrə
eksperimental işlərin aparılması. Alınmış nəticələrin
işlənilməsi və rəsmiləşdirilməsi. Rəylərin
verilməsi və hesabatların tərtib edilməsi. Texnoloji sənədlərin
işlənib hazırlanması. Rentgeno-qamma-defektoskopiya,
ionizasiya, stsintiliyasiya nəzarəti üçün tətbiq olunan
aparatlarda nasazlıqların müəyyənləşdirilməsi
və təmiri. Sürətləndiricilərdə
buraxılış-sazlama işləri.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; müxtəlif şüalanma
növlərinin alınma və onların maddələrlə
qarşılıqlı fəaliyyət göstərmə prinsiplərini
və nəzəriyyəsini; rentgeno-qammaqrafiya üçün istifadə
olunan avadanlığın quruluşunu; metallurgiya, texnoloji,
istismar mənşəli defeklərin növlərini və qaynaq
yerlərinin defektlərini; metallarda qüsurların yol verilən
normalarını; ionizasiya və stsintiliyasiya nəzarəti
üçün müxtəlif sayğacların və aparatın seçilmə
prinsiplərini.
Orta ixtisas təhsili
tələb olunur.
İş
nümunələri:
1. Aviamühərrikin
turbin və reduktor karteri-işığa salma və
rentgenoqramların açılması,
2. Füzelyajın
sentroplanla birləşmə qovşaqları, təyyarələrdə
mühərriklərin taxılma qovşaqları,
rentgeno-qammaqrafiya.
266.
RENTGENOSPEKTRAL TƏHLİL , ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Nümunələrin
(probların) analizə və rentgenospektral aparatın işə
hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi
altında qəbul olunmuş metodikalar üzrə analizlərin
yerinə yetirilməsi. Dərəcələrə bölünmə asılılığın hesablanması. Analiz olunan elementlərin doyma dərəcəsini
müəyyən etmək üçün hesablamaların yerinə yetirilməsi.
Jurnalda qeydlər edilməsi.
Bilməlidir:
rentgenospektral analizin prinsipini; aparatların ayrı-ayrı
qovşaqlarının təyinatını və onların
iş prinsipini; sadə qeydiyyat aparatlarında işləmə
qaydalarını; rentgen şüalanmanın qeydə alınma
qaydalarını; nümunələrin keyfiyyətinə qoyulan tələbləri;
metalların və ərintilərin quruluşu haqqında əsas
məlumatları; analiz olunan nümunələrdə (problarda)
komponentlərin faiz tərkibinin sadə hesablanma
qaydalarını; reaktivlərlə və turşularla işləmə
qaydalarını; elektrotexnika, optika üzrə ümumi məlumatları;
rentgenospektral cihazlarda təhlükəsiz işləmə
qaydalarını.
267.
RENTGENOSPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Qəbul
olunmuş metodika üzrə bir çox nümunələrin rentgenospektral
keyfiyyət və kəmiyyət analizlərinin
aparılması. Analiz üçün olan nümunələrin (probların)
hazırlanması və onların keyfiyyətinə nəzarət.
Sintetik etalonların və məhlulların hazırlanması.
Bir çox nümunələrin analizini aparmaq üçün planın
tutulması. Rentgenospektral aparatın dərəcələrə
bölünməsi. Analitik qrafiklərin etalonlar üzrə düzəldilməsi.
Aparaturanın işinə nəzarət.
Cihazların göstəricilərinin dərəcələrə
bölünmüş qrafiklər və cədvəllər üzrə
işlənilməsi. Analiz göstəricilərinin işlənilməsi
və sənədləşdirilməsi. Rentgenospektral
aparatın müxtəlif iş rejimlərinə keçirilməsi.
Bilməlidir: rentgen
səciyyəvi spektri və dayandırma spektri haqqında ümumi
məlumatı; rentgen şüaların xassələrini və
onların maddələrlə qarşılıqlı əlaqəsini;
qıcıqlandırılan probların flüoressensiya spektri
haqqında əsas məlumatları; kristal-difraksiya ölçülərinin
fiziki əsaslarını; yüksək voltlu generatorların
prinsipial sxemlərini; rentgen spektrometrin optik sxemini;
aparatların şəbəkəyə qoşulma
qaydalarını; rentgen trubkasının quruluşunu və
tiplərini; kenotronların, mühafizə örtüklərinin və
idarə etmə pultunun ayrı-ayrı elementlərinin
təyinatını; rentgenospektral analizdə tətbiq olunan
aparatların xarakteristikasını;
rentgenospektral aparatlarında işləmək üçün əsas
üsulları və qaydalarını; dərəcələrə
bölünmüş qrafikin tutulma metodunu; probun tərkibindəkilərin
faiz dərəcəsinin
hesablanma qaydasını; analiz olunan məhsulların tərkibini;
probların, etalonların
və analizlərin keyfiyyətinə qoyulan tələbləri;
rentgenospektral analizin aparılma
metodikası və mərhələlərini; xətaların
mənbələrini.
268.
RENTGENOSPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü
dərəcə
İki-üç növ
material üçün bir neçə komponentlərin qəbul olunmuş
metodikalar üzrə seriyalı kəmiyyət və keyfiyyət
rentgenospektral analizlərin aparılması. Analiz edilən
elementin doyma dərəcəsinə müvafiq olaraq probların
ölçülmə metodikası və optimal rejiminin seçilməsi.
Etalonların seçilməsi və onlar üzrə analitik qrafiklərin
qurulması. Qeyri-standart (tək-tək) analizlərin və məlum
olmayan materialların analizinin aparılması. Məhlulların
absorbsiya rentgenospektral metodla analizi. Ayrı-seçkilik
(diskriminasiya) rejiminin düzgün verilməsinin yoxlanılması.
Rentgenospektral aparatlarda xırda nasazlıqların aradan
qaldırılması, rentgen trubkaların, qeyd sistemində
ayrı-ayrı blokların dəyişdirilməsi. Metroloji
hesabatların işlənilməsi və sənədləşdirilməsində
və metodiki işdə iştirak. İmpulslar
sayğacında işlək xarakteristikaların müəyyənləşdirilməsi.
İş vaxtının seçilməsi və xarab olduqda
sayğacların dəyişdirilməsi. Sayğaclarda
yarıqların tapılıb dəyişdirilməsi.
Spektrometrdə və EHM-lərdə işləyərkən səhv
və qəza vəziyyətinin analizi.
Bilməlidir:
fizikanın, ümumi və analitik kimyanın əsaslarını;
rentgenospektral aparatlarda blokların quruluşunu, təyinatını
və iş prinsipini, ilkin və ikinci spektrlərin
qıcıqlandırılması; rentgen şüalarının
spektrdə parçalanmasını; rentgen şüaların kristallarda
difraksiyasını; ikinci rentgen şüalanma intensivliyinin analiz
olunan obyektin tərkibindən
asılılığını; kristal-analizatorların fokusu
tapma metodlarını; keyfiyyət və kəmiyyət
rentgenospektral analizin sxemini; analizin həssaslığını
və onun tətbiqi sahəsini; rentgenospektral analizdə mümkün
olan səhvləri, onların aradan qaldırılma və uçotu
üsullarını; nəzarət edilən texnoloji proseslərin əsas
parametrlərini; analiz üçün probların seçilmə və
hazırlanma sxemini və əməliyyatlar üzrə parametrlərini;
analiz olunan məhsulların tərkibini və onların
alınma texnologiyasını; hesab şkalasını düzəltmə
və rentgen şüaların spektrə parçalanması
metodlarını.
269.
RENTGENOSPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Qısadalğalı
və uzundalğalı spektrometrlərdə, kvantometrlərdə
və analizatorlarda, daxili standart və standartfon üsulları ilə
daha mürəkkəb qeyri-standart kəmiyyət və keyfiyyət
rentgenospektral analizlərin yerinə yetirilməsi. Mürəkkəb
kimyəvi və faza tərkibli obyektlərin (oksidlərin,
duzların, ftoridlərin, flüslərin, şlakların,
metalların, ərintilərin, aşqarların) analizi. Zərif
qatlarda rentgenospektral analiz. Bir neçə elementlərə sintetik
etalonların və yoxlama nümunələrinin
hazırlanması. Ərintilərdə qaynaq yerlərinin və
defektlərin lokal rentgenospektral analizi. Analiz metodunun və
optimal şəraitin seçilməsi. Stasionar və səyyar
rentgenospektral aparatların quraşdırılması və
sazlanması. Analizatorların radioaktiv izotoplarla yenidən
doldurulması. Spektrometrlərdə hesab-qeyd traktlarının
yoxlanılması. Yeni aparaturanın mənimsənilməsində
və rentgenospektral analizin müxtəlif metodlarından istifadə
edərək metodikaların işlənib hazırlanmasında
iştirak. Elektron və klavişli hesablayıcı
maşında analizin nəticələrinin işlənilməsi.
Elementlərdə analitik xətlərin intensivliyinin kompleks
ölçülməsi. Skoplama spektrometrində keyfiyyət analizinin
aparılması.
Bilməlidir: rentgen
texnikası və proqramlaşdırmanın əsaslarını;
rentgenospektral aparatların iş prinsipini və əsas
qovşaqlarını; radioaktiv izotoplarla işləməkdə
sanitar qaydalarını; atomun quruluşunu, radio-aktivliyini,
rentgen şüalanmanın maddələrlə
qarşılıqlı əlaqəsini; rentgenospektral analizin
metodikasını; müxtəlif metodların dəqiqliyi və həssaslığını;
səhvlərin təsnifatını; kristalların qoyulma və
yüstirləmə qaydalarını; rentgenospektral analizin ümumi və
xüsusi metodlarını (xarici standart, standartfon).
270.
RENTGENOSPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Avtomatlaşdırılmış
analitik rentgen sistemlərindən (kvantometr üstəgəl
hesablayıcı maşın) istifadə zamanı müxtəlif
aqreqat vəziyyətində olan nümunələrin kəmiyyət
və keyfiyyət analizlərinin yerinə yetirilməsi və
bu sistemlərə xidmət. Kimyəvi və faza tərkibi mürəkkəb
olan obyektlərdə elementlərin qeyri-standart müəyyənləşdirilməsi.
Müxtəlif hesablama üsullarından istifadə edərək rabitə
tənliklərinin həlli əsasında elementlərin doyma dərəcəsinin
tapılması. Spektrin zərif strukturunun tədqiqində
rentgenospektral analizin tətbiqi. Aparılmış ölçülərə
və hesablamalara nəzarət. Rentgenospektral analizin yeni
metodlarının mənimsənilməsi və tətbiqi.
Hesablayıcı maşında xırda nasazlıqların
aradan qaldırılması. Texnoloji proseslərin avtomatlaşdırılmış
idarə etmə sisteminə informasiyanın verilməsi.
Rentgenospektral analiz üçün yeni aparaturanın mənimsənilməsi.
Bilməlidir:
avtomatlaşdırılmış analitik rentgen sistemlərinin
qurulma strukturunu; rentgen laboratoriyasının metroloji
bazasının qurulma əsaslarını; hesablayıcı
maşınların iş prinsipi və onların
rentgenospektral analizatorlarla əlaqəsini; orta ixtisas tədris
müəssisəsinin proqramı həcmində rentgen
fizikasının, riyazi statistikanın, elektronikanın,
hesablayıcı texnikanın və proqramlaşdırmanın
əsaslarını.
271.
RESPİRATOR VƏ ƏLEYHQAZLARIN TƏMİRÇİSİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Respirator və əleyhqazların
sökülməsi və yığılması. Filtrlərin tozdan təmizlənməsi
və üfürülməsi. Respirator və əleyhqazların
yoxlanılması, təmiri və yararsız hissələrinin
dəyişdirilməsi, yuyulması, qurudulması. Respirator və
əleyhqazların buraxılması, qəbulu və
saxlanılması.
Bilməlidir:
respirator və əleyhqazların quruluşunu; respirator və əleyhqazların
yoxlanılması, təmiri və sınağı
üsullarını; respirator və əleyhqazların
saxlanılması
qaydalarını.
272.
SİONİD MƏHLULUNUN NEYTRALLAŞDIRICISI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sionid və digər
zəhərli tullantı və termik istehsal taralarının
elektrod sobalarında, neytrallaşdırıcı vannalarla və
digər avadanlıqlarda neytrallaşdırma prosesinin
aparılması. Əzilmiş sionid duzunun porsiyalarla elektrod
sobalarına və neytrallaşdırıcı vannalara yüklənməsi.
Zərərsizləşdirici reagentlərin hazırlanması.
Mexanizm, nasos, buxarlı quruducu, elektrod sobası, sentrifuqa və
qarışdırıcı çənin işinə nəzarət
edilməsi.
Bilməlidir:
elektrod sobasının, neytrallaşdırıcı
vannaların və digər avadanlığın quruluşunu;
neytrallaşdırıcı maddələri; müxtəlif zəhərli
tullantı və taranın neytrallaşdırılması üçün
onların dozasını; müxtəlif tullantıların vanna və
sobalarda saxlanılma dərəcəsini; sionidli birləşmələrlə
zəhərlənmə zamanı ilk yardımın göstərilməsi
qaydasını.
273.
SINAQ TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Məmulatlarda, ərintilərdə, qalaylarda, yarımfabrikatlarda və
istehsal tullantılarında qiymətli metalların
olmasını yoxlamaq üçün sadə və orta mürəkkəbli
analizlərin aparılması. Əlvan metallardan olan
qalayların, istehsal tullantılarının
yandırılmasından alınmış külün qəbul edilməsi,
metodika üzrə təhlili. Titrlənmiş və faizli məhsulların
və oksidləşdirilmiş qatışıqların
hazırlanması. Nümunələrdə, xəlitə düzəltmə,
yandırma, əritmə, həlletmə, süzmə, şerberləmə
və kupelyasiya proseslərinin aparılması. Qiymətli
metalların çəkilməsi. Qızdırıcı cihazlara
xidmət. Analizin nəticələrinin yazılması.
Bilməlidir: tərkibində
qiymətli metalların olmasını yoxlamaq üçün analizin
aparılma metodlarını; tətbiq olunan reaktivlərin təyinatını
və xassələrini; mufelli peçləri; elektrik
cihazlarının və laboratoriya avadanlığının
quruluşunu; texniki və analitik tərəzilərdən,
viskozimetrlərdən, areometrlərdən və s. istifadə
qaydalarını; proseslərin temperatur rejimlərini;
yanacağın yandırılma və havanın verilmə
rejimlərini.
274.
SINAQ TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Məmulatlarda, ərintilərdə,
yarımfabrikatlarda materiallarda və istehsal
tullantılarında qiymətli metalların olmasını
yoxlamaq üçün mürəkkəb analizlərin aparılması.
İstehsal sahələrindən (aşındırma, passivləşdirmə,
qələvi) alınmış məhlulların yoxlama kimyəvi
analizi, qızıllaşdırma, gümüşləndirmə
vannalarının və qalvanik ayırmada sənaye
sularının və s. analizi. Qiymətli metallar olan məmulatların
korroziyaya, istiliyə davamlılığa və kimyəvi
davamlılığa qarşı sınaqdan keçirilməsi. Qiymətli
metalların ərimə və emalı üzrə texnoloji proseslərin
müxtəlif mərhələlərində probların yoxlama
analizləri.
Bilməlidir: qiymətli
metalların ərimə və emalı üzrə texnoloji prosesləri;
əlvan metalların analiz metodlarını;
qızıllaşma və gümüşləşmə rejimini;
metalların mexaniki, fiziki və kimyəvi xassələrini;
laboratoriya avadanlığının eynitipli modellərinin
kinematik sxemlərini və dəqiqliyini yoxlama
qaydalarını.
275.
SINAQ TƏHLİLİ ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Qızıl və
platin ərintilərinin, habelə onların tullantılarının
sınaq borularında daha mürəkkəb analizlərinin
aparılması. Tərkibində qiymətli metallar olan
qalayların daha mürəkkəb analizləri.
Bilməlidir: qiymətli
metalların sınaq borularında analiz metodlarını; müxtəlif
modelli avadanlıqların kinematik, elektrik sxemlərini və dəqiqliyini
yoxlamaq üsullarını; xidmət olunan avadanlığın
konstruksiyasını.
Orta ixtisas təhsili
tələb olunur.
276.
SKREPER MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Yüklənib-boşaltma
işlərində çalovunun həcmi 2,25 kub metr olan yükləyib-boşaldıcı
skreper maşının idarə edilməsi və ona xidmət.
Yükləyici-boşaldıcı skreper maşının bütün
mexanizmlərinin cari təmirinin aparılması.
Bilməlidir: xidmət
edilən maşının quruluşunu; siqnallaşdırma
qaydalarını; cari təmir qaydalarını; nəzarət-ölçü,
xüsusi və universal alət və ləvazimatların təyinatı
və tətbiqi şərtlərini.
277.
SKREPER MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Yüklənib-boşaltma
işlərində çalovunun həcmi 2,25 kub metrdən yuxarı
olan skreper yükləyib-boşaldıcısının idarə
edilməsi və ona xidmət. Yükləyib-boşaldıcısı
skreperin bütün mexanizmlərinin orta və əsaslı təmirində
iştirak etmək.
Bilməlidir: müxtəlif
tipli yükləyib-boşaldıcısı skreperlərin
quruluşunu; təmir işlərinin yerinə yetirmə
qaydalarını; skreperin işində ortaya çıxan
nasazlıqların aradan qaldırılması yollarını,
nəzarət-ölçü, xüsusi və universal alətlərin
quruluşunu.
278.
SPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Keyfiyyət və
kəmiyyətcə spektral analizlərin aparılması.
Elektrodların və nümunələrin analizə
hazırlanması. Aydınlaşdırıcı və fiksaj
standart məhlulların hazırlanması. Spektral
aparaturanın hazırlanması, çəkilişi,
fotoplyonkaların foto emalı və spektroqramların ölçülməsi.
Kvantometrin yandırılıb söndürülməsi. Çuqun, karbonlu və
orta aşqarlı poladların aşqarlı elementlərinin,
onların əsasında əlvan metalların və ərintilərin
fotoqrafik kəmiyyət spektral analizinin daha yüksək
ixtisaslı laborantın rəhbərliyi altında yerinə
yetirilməsi.
Bilməlidir: optika,
fotoqrafiya, elektrik enerjisi və kimya haqqında ümumi məlumatları;
üç etalonlar metodunun mahiyyətini; aşqar elementlərin kimyəvi
işarələrini; spektral analiz üçün müxtəlif
elektrodların təyinatını; reaktivlər və
turşularla rəftar qaydalarının; nümunələrin və
analizlərin keyfiyyətinə qoyulan tələbləri;
keyfiyyət və kəmiyyət analizi metodlarının əsas
müddəalarını.
279.
SPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sadə obyektlərin
keyfiyyətli spektral analizini yerinə yetirmək məqsədi
ilə çəkiliş planının tutulması və
spektroqramların çəkilişi. Fotoelektrik aparaturanın düzgün
işləməsinin loqarifmləmə, elektrik və
fotoelektrik yenidən təkrarlama qabiliyyətinin
yoxlanılması. Nümunənin məhlula və ya oksidə
keçirilməsi. Çuqun, karbonlu və orta aşqarlı elementlərin,
onların əsasında əlvan metalların və ərintilərin
fotoqrafik kəmiyyət spektral analizinin yerinə yetirilməsi.
Stiloskoplarda orta aşqarlı poladların yarımkəmiyyət
analizi.
Bilməlidir: optika,
fotoqrafiya, elektrik enerjisi və kimyanın əsaslarını;
spektral cihazların optik sxemlərini və tiplərini;
mikrofotometrin quruluşunu; hərəkətə gətirmə
mənbələrinin prinsipial sxemlərini; intensivliyi ölçmə
metodlarını; dərəcələrə bölünmə qrafiklərinin
qurulma metodlarını; paralel analizlərin arasındakı
mümkün olan ayrılıqları; spektrlərin fotometriya
metodlarını; metalların və ərintilərin strukturu
haqqında əsas məlumatları.
280.
SPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Spektrokimyəvi
üsulla qeyri-standart (tək) analizlərin yerinə yetirilməsi.
Metal nümunələrin, elektrodların hazırlıq keyfiyyətinə
nəzarət. Kiçik konsentrasiyaların və aşqar elementlərin
spektrokimyəvi analiz metodlarında işlək təlimatlara
uyğun probların kimyəvi hazırlanması. Metal oksidlərinin
alınması. Sintetik etalonların və standart məhlulların
hazırlanması. Spektrokimyəvi metodla nümunələrdə
kəmiyyət analizlərinin aparılması. İstiliyə
davamlı korroziyaya qarşı möhkəm poladlarda, ərintilərdə
və titan ərintilərində tərkibin kəmiyyətcə
və keyfiyyətcə müəyyənləşdirilməsi.
İşlək təlimatlar üzrə dağ süxurlarında,
filizlərdə, onların zənginləşmə və
metallurgiya emalı məhsullarında, aşqarlı poladlarda,
alüminium və mis ərintilərində
aşqar elementlərin kəmiyyət fotoqrafik və fotoelektrik
spektral analizinin aparılması. Kobalt tozu nümunələrində
silisiumun olmasına analiz. Nikelin (anodların, qalayların, əsasın)
analizi. Dəmir spektrin köməyi ilə spektral xətlərin
dalğa uzunluğunun ölçülməsi. Ərintilərdə hidrogen
və oksigenin olmasına, analizin aparılması. Əlvan ərintilərin
stiloskopik analizi. Əlvan ərintilərin və orta
aşqarlı poladların lokal spektral analizinin
aparılması.
Bilməlidir:
spektral xətlərin hərəkətə gətirmə
şərtlərini; spektral xətlərin intensivliyinin müəyyənləşdirilən
elementin qatışığından
asılılığını; işığın mənbələrini;
prizmalı və difraksiyalı spektral cihazların əsas
xarakteristikalarını; fotoemulsiya əyrisinin
xarakteristikasını; məhlulların və ərintilərin
analizini; xalis maddələrin analiz metodlarının mahiyyətini; generatorların
quruluşunu və elektrik sxemini.
281.
SPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Fotoelektrik,
fotoqrafik metodlarla qeyri-standart (tək) analizlərin
aparılması. Oksidlərin, duzların, ftoridlərin, flüs və
şlakların analizi. Duzlara, oksidlərə, flüslərə və
şlaklara sintetik etalonların hazırlanması. Titr məhlullarının
hazırlanması. Ərintilərdə qaynaq yerlərinin,
defektlərin lokal spektral analizinin aparılması. Fotoqrafik,
spektrokimyəvi, fotoelektrik, lokal və digər spektral analiz
metodlarından istifadə etməklə metodiki işlərdə
iştirak.
Bilməlidir:
spektrin hərəkətə gəlmə səbəblərini;
spektral cihazları, spektrləri qeydə alma metodlarını;
spektral xətlərin xarakteristikalarını, ərintilərin,
məhlulların, oksidlərin, duzların, ftoridlərin, flüslərin,
şlakların keyfiyyət və kəmiyyət analizi metodlarını;
kiçik qatışıqların müəyyən olunmasını;
titrlənmiş məhlulların hazırlanma
üsullarını, əlavələr metodunu.
Orta ixtisas təhsili
tələb olunur.
282.
SPEKTRAL TƏHLİL ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Məlum olmayan
nümunələrin keyfiyyət analizinin yerinə yetirilməsi.
Hesablayıcı texnikadan istifadə edərək
aparılmış qeyri-standart analizlərin metroloji qiymətləndirilməsi.
Qabaqcadan ilkin oksid etalonları hazırlayıb qlobus qövs metodu
ilə standart nümunələrin materiallarının attestasiya analizi.
Arbitraj analizinin aparılması. Spektroqafların,
mikrofotoelektorların, kvantometrlərin, spektroprojektorların və
digər spektral avadanlığın və proyeksiya
cihazlarının qurulması, yüstirlənməsi, fokusun
tapılması, sazlanması. Hazır məhsula laboratoriyalararası
nəzarət. Aşağı ixtisasdan olan laborantların
işinə rəhbərlik.
Bilməlidir:
spektral cihazların quruluşunu və onların optik sxemlərini;
əsas metroloji anlayışları; analiz metodikasının
dəqiqliyi və təkrar istehsalı qabiliyyətini hesablamaq
üçün düsturları; spektrləri qeydə alma metodlarını;
nümunələrin qabaqcadan zənginləşdirmə
metodlarını; kiçik qatışıqları müəyyən
etmə üsullarını; analitik
xətlər atlasını; xidmət olunan spektral
avadanlığın yüstirləmə və sazlama
qaydalarını.
Orta ixtisas təhsili
tələb olunur.
283.
SOYUDUCU APARATLARIN DOLDURUCUSU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Hopma çənlərinin
natrium xromatın sulu məhlulu ilə doldurulması. Sulu
ammonyak məhlulunu soyutmaq üçün vakuum-nasosların, hopdurma çənlərinin,
soyuducu qurğuların, doldurucu stendlərin və boru kəmərlərin
işini müşahidə etmək. Hidrogenli və ammonyaklı
balonların dəyişdirilməsi. Doldurma stansiya
aparatlarının işi haqqında qeydlər
aparılması. Soyuducu aparatların doldurmaq üçün
daşınması. Doldurma stansiyası aparatlarının cari
təmirində iştirak.
Bilməlidir:
doldurma stansiyasında avadanlığın, soyuducu
qurğuların, vakuum-nasosların, doldurma stendlərin iş
prinsipini; natrium xromatın sulu məhlulu ilə hopdurma çənlərinin
doldurulması və hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi
üsullarını.
284.
SOYUDUCU APARATLARIN DOLDURUCUSU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Soyuducu
aparatların sulu ammonyak məhlulu, hidrogenlə doldurulması
və onların dolma keyfiyyətinin yoxlanılması. Sulu
ammonyak məhlulunun hopdurma çənlərində
hazırlanması. Məhlulun doyması üçün soyudulmuş suyun
verilməsinin tənzimlənməsi və hopdurma çənlərində
təzyiqin tənzimlənməsi. Soyuducu aparatların doldurmaq
(vakuumlaşdırmaq, hidrogenlə üfürmək, təkrar
vakuumlaşdırmaq) üçün hazırlanması. Doldurucu ştuserin
germetikliyinin yoxlanılması. Doldurma stansiyasının cari təmiri
və təmirdən sonra sınaqdan keçirilməsi.
Bilməlidir:
doldurma stansiyası avadanlığının əsas hissələrin,
doldurma stendlərinin, soyuducu qurğuların,
vakuum-nasosların, kollektorların, tənzimləmə
cihazlarının, boru kəmərlərinin və
armaturanın quruluşunu və təyinatını; məhlulu
doldurmaq üçün verilən soyudulmuş suyun tənzimlənmə
qaydalarını; məişət soyuducularında
aparatların quruluşunu; doldurma vaxtı soyuducu aparatlarla rəftar
qaydasını; ammonyakın, hidrogenin və məhlulların
görülən işlər daxilində fiziki-kimyəvi xüsusiyyətini.
285.
SOYUDUCU APARATLARIN DOLDURUCUSU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Sulu ammonyak məhlulunu
qarışdırmaq üçün hidrogenin hopdurma çənlərinə
verilməsinin tənzimlənməsi. Təhlil üçün nümunənin
seçilməsi. Ammonyakın yüksək
qatılığı zamanı məhlulun həll olunması
və yaxud təhlilin nəticələrinə görə məhlulun
qatılığı kifayət qədər olmadıqda
ammonyakın artırılması.
Bilməlidir:
doldurma stansiyası avadanlığını; doldurma stendlərinin,
soyuducu qurğularının, vakuum-nasosların,
kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin
və armaturanın quruluşunu; xidmətdə olan nəzarət-ölçü
cihazların quruluşunu; təhlil üçün ammonyak məhlulundan
nümunə götürmə qaydalarını və
ardıcıllığını; hopdurma çənlərində
sulu ammonyak məhlulunu həll edərkən hidrogenin və
ammonyakın verilməsinin tənzimlənmə
qaydasını.
286.
SOYUDUCU QURĞULARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında kompressor,
nasos, kondensator,
buxarlandırıcı, havasoyuducu, boru kəmərləri və
soyuducu qurğuların armaturlarına, həmçinin buz
istehsalı üçün qurğulara xidmət. Qurğu mexanizmlərinin
tənzimlənməsi, yağlanması, aparaturanın, xidmət
edilən avadanlığın, boru kəmərlərinin cari və
planlı-xəbərdarlıqlı təmirində iştirak
etmək.
Bilməlidir:
soyuducu qurğuların kompressor, nasos, kondensator,
buxarlandırıcı, havasorucu və digər avadanlıqlar
haqqında məlumatları; nəzarət-ölçü
cihazlarının, boru kəmərlərinin və armaturun
quruluş sxeminin yerləşdirilməsini; qurğunun
işində olan nasazlıqların aşkar edilməsi və
aradan qaldırılması üsullarını; soyuducu agentlərin
nomenklaturasını; xidmət edilən maşınların
yağlanması qaydalarını; işlədilən sürtgü
yağlarının növü və çeşidini.
287.
SOYUDUCU QURĞULARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Cəmi soyuqluq
istehsal gücü saatda 2,1 mln. kC-dək (saatda 500000 kkal) olan soyuducu
qurğulara və buz istehsal edən qurğulara xidmət.
Soyuducu qurğuların daha keyfiyyətli iş rejiminin
saxlanılması. Ammonyak və su nasosları
kompressorlarının, resiverlərin, kondensatorların,
buxarlandırıcıların və soyuducu qurğuların
digər mexanizmlərinin tənzimlənməsi. Mühərrik,
boru kəməri, armatur, cihaz və aparatların
sazlığına nəzarət. Soyuducu qurğuların
aqreqat və aparatlarının işində olan
nasazlıqların müəyyənləşdirilməsi və
aradan qaldırılması. Təftişin aparılması və
avadanlığın, kommunikasiyanın təmirində defekt cədvəllərinin
tərtib edilməsi. Bütün təmir işlərində
iştirak etmək. Təmirdən çıxmış
avadanlığın qəbulu və sınağı.
İndikator diaqramlarının çıxarılması.
Buxarlandırıcıya verilən soyuducu agentin, kompressorda təzyiq
və temperaturun keyfiyyətinə nəzarət. Daha
aşağı dərəcəli maşinistin işinə nəzarət;
Qurğunun, soyuducu agentin və elektrik enerjisinin sərfi üzrə
qeydlərin aparılması.
Bilməlidir: müxtəlif
sistemli soyuducu qurğuların konstruktiv quruluşunu; soyuducu
prosesi üzrə fizikanın əsas qanununu; boru kəmərlərinin,
armaturun, avtomatik tənzimləmə cihazlarının və nəzarət
cihazlarının yerləşmə sxemini; soyuqluq istehsalı
üzrə texnoloji prosesi və soyuducu qurğulardan istifadənin
faydalı əmsalını; izotop-səviyyə ölçənin,
elektron körpülərin, solenoidli fırlandırıcıların
və digər nəzarət-ölçü cihazlarının
quruluşunu; elektrik xətlərinin yandırıb-söndürülməsini;
avadanlığın təmirdən sonra qəbulu və
sınağını; qurğuların texniki və hesabat sənədlərinin
aparılması formasını.
4-cü dərəcə:
cəmi soyuqluq istehsalı saatda 2,1-dən 6,3 mln. kC (saatda
500000-dən 1,5 mln. kkal - qədər) olan qurğulara xidmət
etdikdə;
5-d dərəcə:
cəmi soyuqluq istehsalı saatda 6,3-dən 12,6 mln. kC (saatda
1,5-dən 3 riıln. kkal-dək) olan qurğulara xidmət
etdikdə;
6-cı dərəcə:
cəmi soyuqluq istehsalı saatda 12,6 mln. kC-dən artıq
(saatda 3 mln. kkal-dan çox) olan qurğulara xidmət etdikdə.
288.
SUYUN KİMYƏVİ TƏMİZLƏNMƏSİ ÜZRƏ
APARATÇI
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Suyun kimyəvi təmizlənməsi
üzrə ayrı-ayrı aqreqatlara xidmət zamanı
yardımçı işlərin yerinə yetirilməsi və daha
yüksək ixtisaslı aparatçının rəhbərliyi
altında dozalaşdırıcı gurluların işinin tənzimlənməsi.
Verilmiş reseptlər üzrə reagent məhlullarının düzəldilməsində,
dozatorların doldurulmasında, əhəngin söndürülməsində,
kaustik, fosfat və xlor məhlullarının
hazırlanmasında iştirak. Kimyəvi preparatların və
materialların iş yeri daxilində daşınması və
gətirilməsi. Bakların təmizlənməsi və
mexaniki süzgəclərin yuyulması. Diyircəkli
yastıqların və mexanizmlərin yağlanması.
Bilməlidir: xidmət
etdiyi aparatların və süzgəclərin quruluşu
haqqında əsas məlumatları; su kəmərlərinin,
kran və ventillərin yerləşməsini; əsas süzmə
materiallarının tərkibi və xüsusiyyətlərini;
suyun mexaniki və kimyəvi təmizlənməsinin əsas
üsullarını; buxar vuran injektorun təyinatını; süzgəclərin,
həcmlərin və aparatların təmizlənmə və
yuyulma qaydalarını.
289.
SUYUN KİMYƏVİ TƏMİZLƏNMƏSİ ÜZRƏ
APARATÇI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Suyun kimyəvi təmizlənməsi
prosesinin aparılması: məhsuldarlığı 70 kub
metr/saatda olan qurğuda (aqreqatda) xlorlaşdırma,
duzsuzlaşdırma, silisiumsuzlaşdırma,
natrium-kationlaşdırma, əhəngləşdirmə və
s. Suyu hazırlayan aqreqatların və kondensatı təmizləyən
aqreqatların, qızdırıcıların, doldurucu çənlərin,
saturatorların, deaeratorların, kation və mexaniki süzgəclərin
işinin tənzimlənməsi və onlara xidmət. Reagentlərin
regenerasiyası, aparatların yuyulub təmizlənməsi. Nəzarət-ölçü
cihazlarının göstəriciləri üzərində müşahidə.
Kimyəvi üsulla təmizlənmiş suyun bərkliliyinin, qələviliyinin
və digər keyfiyyət göstəricilərinin müəyyən
edilməsi. Reaktivlərin hazırlanması və qələvilərin
dozalaşdırılması.
Xidmət olunan avadanlığın və aparatların
gözdən keçirilməsi və cari təmiri. Qurğuların
işi barədə jurnalda qeydlərin aparılması.
Bilməlidir: xidmət
etdiyi avadanlığın, su hazırlayan qurğuların,
müxtəlif sxemli
süzgəclərin, nasosların, dozatorların, doldurucu çənlərin
və saturatorların, suyun
kimyəvi təmizlənməsi prosesində istifadə olunan
digər aparatların iş prinsipini; içməli
suyun durulaşdırma, yumşaldılma,
passivləşdirmə və turşusunu artırma kimi əsas
kimyəvi proseslərini, suyun kimyəvi təmizlənməsində
istifadə olunan kimyəvi reagentləri, reaktivləri; nəzarət-ölçü
cihazlarının təyinatı və tətbiqi
qaydalarını; buxar və su kəmərlərini, kran və
ventillərin yerləşməsini; normal və qəza şəraitində
aqreqatların işə salınma və dayandırılma
qaydalarını; qurğuların işindəki
nasazlıqların müəyyən və ləğv edilməsi
üsullarını; xidmət edilən mühərriklərin və
mexanizmlərin yağlama və soyutma sistemlərini.
290.
SUYUN KİMYƏVİ TƏMİZLƏNMƏSİ ÜZRƏ
APARATÇI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Məhsuldarlığı
70-dən 300 kub metr/saatadək olan qurğularda (aqreqatlarda)
suyun kimyəvi təmizlənməsi prosesinin aparılması:
xlorlaşdırma, duzsuzlaşdırma, silisumsuzlaşdırma,
natrium-kationlaşdırma, əhəngləşdirmə və
s. Kationit və anionit süzgəclərdə və ionit adsorbsiya
kolonlarında daha yüksək ixtisaslı aparatçının rəhbərliyi
altında ion mübadiləsi metodu ilə suyun dərin
duzsuzlaşdırılması prosesinin aparılması.
Natrium-kation süzgəclərinin regenerasiyası. Birpilləli ion
mübadilə süzgəclərində suyun duzlardan təmizlənməsi
prosesinin aparılması. Xammalın hazırlanması: ion
mübadilə qatranlarının xırdalanıb ələnməsi,
suyun durudulması və qızdırılması, verilmiş
qatılıqda məhlulların hazırlanması. İdarəetmə
pultundan və ya əl üsulu ilə suyun sonrakı texnoloji
istehsal mərhələlərinə verilməsinin tənzimlənməsi.
Kationit, anionit qurğularının turşu duz və qələvi
məhlullar ilə regenerasiyası. Reqlamentlə nəzərdə
tutulmuş texnoloji rejimin parametrlərinin: regenerasiya edən məhsulların
konsentrasiyasının, temperaturun, təzyiqin nəzarət-ölçü
cihazlarının göstəricilərinə və kimyəvi
analizin nəticələrinə görə tənzimlənməsi.
Kondensatın, buxarın, içməli və yanacaq suyunun kimyəvi
analizinin aparılması. Xidmət olunan avadanlığın
işə salınması və dayandırılması. Avadanlığın
və kommunikasiyaların işindəki nasazlıqların
aşkar və ləğv edilməsi.
Bilməlidir: xidmət
olunan avadanlığın quruluşunu; suyun təmizlənməsi
prosesinin aparılmasında texnoloji sxemi; duz, turşu, qələvi
məhlullarının fiziki-kimyəvi xassələrini; duzsuzlaşdırılmış
suya texniki şərtlərlə qoyulan tələbləri; təhlillərin
aparılma metodikasını; suyun qazanlara qədər və
qazandaxili təmizlənməsi qaydasını və
normasını; aqreqatların normal və qəza şəraitində
işə salınması və dayandırılması
qaydasını.
291.
SUYUN KİMYƏVİ TƏMİZLƏNMƏSİ ÜZRƏ
APARATÇI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Suyun kimyəvi təmizlənməsi
prosesinin aparılması: məhsuldarlığı 300 kub
metr/saatdan artıq olan qurğuda (aqreqatda) xlorlaşdırma,
duzsuzlaşdırma. Kationit və anionit süzgəclərdə və
adsorbsiya kolonlarında olan ion mübadilə metodu ilə suyun dərin
duzsuzlaşdırılması prosesinin aparılması.
Reqlamentdə nəzərdə tutulmuş texnoloji rejimin
parametrlərinə: regenerasiya edən məhlulların
qatılığına, temperaturuna, təzyiqə, suyun verilmə
sürətinə, nəzarət-ölçü cihazlarının göstəricilərinə
və kimyəvi analiz nəticələrinə görə nəzarət.
Duzsuzlaşdırılmış suyun elektrik keçiriciliyinin
ölçülməsi. Tələb olunan xammal miqdarının və məhlul
çıxışının hesablanması. Çəkilmiş
koaqulyasiya hissəciklərin sudan çıxarılması və
soda-əhənglə suyun yumşaldılması. Daxil olan
suyun keyfiyyəti dəyişdikcə suyun kimyəvi təmizlənməsinin
bütün rejiminin dəyişdirilməsi. Bütün su
hazırlığı sisteminin saz işləməsinin,
aparatların vaxtında yuyulub təmizlənməsinin və
mexanizmlərin bütün hissələrinin yağlanmasının təmin
edilməsi. Avadanlığın təmirə
hazırlanması və təmirdən sonra qəbul edilməsi.
Suyun kimyəvi təmizlənməsi göstəricilərinin
istehsalat jurnalında qeyd edilməsi.
Bilməlidir: suyun
kimyəvi təmizlənməsi prosesinin tənzimlənmə
qaydalarını; xidmət edilən avadanlığın
kinematik sxemlərini; təhlil və hesablamaların
aparılma metodikasını.
292.
SÜZÜCÜ-TÖKÜCÜ (DOLDURUCU)
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Turşu, qələvi,
süd, patka, əridici, su qatışıqlarının müxtəlif
tutumlara qəbulu. Mayenin rezervuara, baka, çənə, konteynerə,
çəlləklərə və digər qablara çəkilməklə,
ölçülməklə, etiketlərin yapışdırılması,
süzgəcdən keçirilməsi ilə tökülməsi. Məhsulun əl
ilə qablara tökülməsi. Doldurulmuş qabların
ağzının qapanması, daşınması,
sarınması və yağlanması. Süzücü maşının
və vəsaitlərin yuyulması və təmizlənməsi.
Nasosların, tutum və süzücü şəbəkə
kommunikasiyasının cari təmiri və yağlanması.
Bilməlidir: süzülən-doldurulan
məhsulların fiziki və kimyəvi xüsusiyyətlərini;
maye məhsullarının qəbulu, ötürülməsi və süzülməsi
qaydalarını; taralara və onların qapanmasının
keyfiyyətinə qoyulan dövlət standartları tələblərini;
məhsulun qablara tökülmə normalarını.
293.
SÜZÜCÜ-TÖKÜCÜ (DOLDURUCU)
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Benzinin, kerosinin,
neft və digər neft məhsullarının, yağlı
antiseptiklərin, müxtəlif qatı maddələrin, ərimiş
kaustikin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun,
akril emulsiyasının, piyli spirtlərin, heksaxloranın,
perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların,
paronitro-xlorbenzolun, dinitroxlorbenzolun müxtəlif anbarlara qəbulu.
Məhsulun avtomatik və yarımavtomatik maşınlardan müxtəlif
taraya süzülməsi. Vaqon-çənlərin dəmiryolu
estakadalarının süzücü dayanacaqları altında düzülməsi.
Süzücü şlanqların çənlərin ağzına
buraxılması. Sürgülərin açılması və
bağlanılması. Vaqon-çənlərin məhsul
artığından təmizlənməsi. Çən və
kommunikasiyaların qızdırılması. Süzülən və doldurulan məhsulların uçotunun
aparılması.
Bilməlidir: süzülən,
doldurulan məhsulların əsas fiziki-kimyəvi xassələrini;
zərərli və zəhərli məhsullarla rəftar
qaydasını; maye məhsulların qəbulu, ötürülməsi və
süzülməsi qaydasını; taralara və onların
qapanmasının keyfiyyətinə qoyulan dövlət
standartları tələblərini; məhsulun qablara tökülmə
normalarını.
4-cü dərəcə:
sarı və qırmızı fosforun, mayeləşdirilmiş
qazın süzülməsi zamanı.
294.
TAKELAJÇI
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Kütləsi 5 t-a qədər
olan müxtəlif yüklərin, avadanlığın, məmulatın
və s. arabacıq, domkrat, ayaqlıq və digər vasitələrdən
istifadə etməklə daşınması,
bağlanılması, bərkidilməsi və qurulması üzrə
şaquli və üfüqi vəziyyətdə takelaj işlərinin
yerinə yetirilməsi. Müvəqqəti bəndlərin, körpülərin
və dirəklərin qurulması. Takelajın növlər və
ölçülər üzrə yuyulması, təmizlənməsi,
yağlanması, qurudulması, seçilməsi və dolanması.
Birkaların asılması və takelajın yüklənib göndərilməyə
hazırlanması. Sadə takelajın hazırlanması.
Bilməlidir: yük,
avadanlıq və məmulatın yerdəyişməsi
zamanı sadə takelaj vasitələrindən istifadə
qaydalarını və onların quruluşunu; müvəqqəti
bənd, körpü, dirəklərin qurulması qaydalarını;
takelajın seçilməsi, yağlanması, qurudulması və
saxlanılması üsullarını; sadə takelaj
qurğularının növlərini və onların
hazırlanması yollarını; çilingər və dülgər
işinin əsaslarını.
295.
TAKELAJÇI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Kütləsi 5-dən
25 t-a qədər olan maşın, mexanizm, dəzgah və digər
yüklərin üfüqi və şaquli istiqamətdə yerdəyişməsi,
özəl üzərində, platformada və ya arabacıqda
yığılması, sökülməsi və
quraşdırılması üzrə takelaj işlərinin yerinə
yetirilməsi. Xüsusi ehtiyatlılıq tələb edən yüklərin:
pianino, royal, laboratoriya avadanlığı və s. əl ilə
müxtəlif mərtəbələrə daşınması,
qaldırılması və aşağı salınması.
Yük götürmə qabiliyyəti 10 t-a qədər olan blokların,
talların, ləngərlərin, dorların və s.
qurulması, montajı və sökülməsi. Minik avtomobillərinin
platformaya qoyulması. Diametri 25 mm-ə qədər olan metal
trosların və 40 mm-ə qədər olan kanatların birləşdirilməsi.
Bütün növ yük tutanların hazırlanması. Lazım olan çilingər
və dülgər işlərinin yerinə yetirilməsi.
Bilməlidir:
yükqaldırıcı mexanizm və takelaj vasitələrindən
müxtəlif yüklərin daşınması və qurulması
üçün istifadə qaydasını və quruluşunu; trosların,
kanat, zəncir və takelaj vasitələrinin yüklənmə
normalarını; takelajın çıxarılması, təmiri və
qurulması üsulu və qaydasını; takelaj işlərinə
qoyulan əsas tələbləri.
296.
TAKELAJÇI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Kütləsi 25-dən
50 t-a qədər olan maşın, mexanizm və dəzgahların
üfüqi və şaquli istiqamətdə yerdəyişməsi,
yığılması, sökülməsi və özülə qoyulması
üzrə takelaj işlərinin yerinə yetirilməsi. Yükgötürmə
qabiliyyəti 10 t-dan yuxarı olan blok, tal, ləngərlərin,
dorların və s. qurulması, montajı və sökülməsi,
tros, kanat, zəncir və digər takelaj vasitələrinin
yoxlanılması, sınağı.
Estakadaların
qurulması. Diametri 25 mm olan metal trosların və diametri 40 mm
olan kanatların birləşdirilməsi.
Bilməlidir:
yükqaldırıcı mexanizm və takelaj vasitələrindən
istifadə qaydasını və onların quruluşunu,
onların sınaq və qurulması üsullarını; tros və
kanatların sürtünmə vaxtını və sınağı
qaydasını; avadanlıq, maşın, mexanizm və dəzgahların
qaldırılması və yerdəyişməsi.
297.
TAKELAJÇI
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Kütləsi 50 t-dan
yuxarı olan, takelajçıdan xüsusi dəqiqlik, cavabdehlik və səliqəlilik
tələb edən maşın, mexanizm və dəzgahların
kran, bucurqad, tal və digər xüsusi vasitələrdən
istifadə etməklə üfüqi və şaquli yerdəyişməsi,
yığılması, quraşdırılması.
Daşınılan və quraşdırılan aqreqat və
konstruksiyaların kütləsinin və ağırlıq mərkəzinin
müəyyənləşdirilməsi. Trosların, kanat, zəncir
və xüsusi ləvazimatın yükün kütləsinə və
konfiqurasiyasına müvafiq seçilməsi və sınağı.
Bilməlidir: müxtəlif
yükqaldırma mexanizmi və takelaj vasitəsinin
konstruksiyasını; ağır yüklərin, aqreqat və
konstruksiyaların daşınması, yığılması,
quraşdırılması qaydası və üsullarını;
müxtəlif şəraitli yerlərdə və vəziyyətlərdə
takelaj işlərinin yerinə yetirilməsi qaydasını;
qaldırılan və daşman məmulat, konstruksiya və
qurğuların kütləsini və ağırlıq mərkəzinin
müəyyənləşdirilməsi üsullarını; tros, kanat,
zəncir və xüsusi vəsaitin kütlə və qabaritindən
asılı olaraq seçilməsi və sınağı
qaydasını.
298.
TEXNOLOJİ SOBALARIN OCAQÇISI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Bərk, maye və
qazaoxşar yanacağın quruducu barabanların, bişirmə,
mufelli və digər texnoloji sobaların müxtəlif tipli
odluqlarında yandırılma prosesinin aparılması. Kolbasa
və donuz qaxaclarının qızardılıb hisə verilməsi
üzrə iki mərtəbəyədək hündürlüyü olan kameralara
xidmət göstərilməsi. Xidmət etdiyi avadanlıqda yanma,
üfürmə, havanı çəkmə prosesinin və temperatur
rejiminin tənzimlənməsi. Avadanlığın və
yanacağın işə hazırlanması: odluğun
şlakdan və küldən təmizlənməsi,
forsunkaların, mazut süzgəclərinin təmizlənməsi,
odluqda tirlər hörümünün saz olması, şiberlərin vəziyyəti
və işinin, qığılcımtutan qurğuların saz
olması, forsunkaların, havadəyişdiricilərin, tənzimləyici
və nəzarət-ölçü aparatlarının vəziyyətinin
yoxlanılması. Odluğun iş rejiminin seçilməsi.
Odluğun, nasosların, mühərriklərin, qaz
kommunikasiyaların, hava üfürənlərin, eksqausterlərin və
s. işinin müşahidə edilməsi. Xidmət etdiyi
avadanlığın cari təmiri.
Bilməlidir: müxtəlif
tipli texnoloji sobalarda odluqların, havadəyişdiricilərin,
nasosların, mühərriklərin, hava üfürənlərin,
eksqausterlərin, nəzarət-ölçü cihazlarının
quruluşunu; avadanlıqdan səmərəli istifadə
metodlarını; yanacağın istiliktörətmə qabiliyyətini;
normal texnoloji rejimi və yanacağın yanmasını tənzimləmə
qaydalarını.
299.
TEXNOLOJİ SOBALARIN OCAQÇISI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Bərk, maye və
qazaoxşar yanacağın çoxdibli və sodalı sobaların
odluqlarında yandırılma prosesinin aparılması. Kolbasa
və donuz qaxaclarının qızardılıb hisə verilməsi
üzrə iki mərtəbədən yuxarı hündürlüyü olan
kameralara xidmət göstərilməsi. Xidmət etdiyi avadanlıqda yanma,
üfürmə, havanı çəkmə prosesinin və temperatur
rejiminin tənzimlənməsi. Avadanlığın və
yanacağın işə hazırlanması: odluğun
şlakdan və küldən təmizlənməsi,
forsunkaların, mazut süzgəclərinin təmizlənməsi, olduqda
tirlər hörümünün saz olması, şiberlərin vəziyyəti
və işinin, qığılcımtutan qurğuların saz
olması, forsunkaların, havadəyişdiricilərin,
buraxıcı-tənzimləyici və nəzarət-ölçü;
aparatlarının vəziyyətinin yoxlanılması.
Odluğun iş rejiminin seçilməsi. Odluğun, nasosların,
mühərriklərin, qaz kommunikasiyaların, hava üfürənlərin
və s. işinin müşahidə edilməsi. Xidmət etdiyi
avadanlığın cari təmiri.
Bilməlidir:
çoxdibli və sodalı sobaların, odluqların, havadəyişdiricilərin,
hava üfürənlərin, nəzarət-ölçü cihazların
quruluşunu; avadanlıqdan səmərəli istifadə
metodlarını; yanacağın istiliktörətmə qabiliyyətini;
normal texnoloji rejimi və yanacağın yanmasını tənzimləmə
qaydalarını.
300.
TƏMİZLƏYİCİ
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Detallarının
çıxarılması tələb edilməyən maşın;
rezervuar, avadanlıq, çən, tutum və sairinin təmizlənməsi,
yağlanması, buxara verilməsi, dezinfeksiyası.
Detalların, birləşmələrin, xırda taranın
şotka, maşa, sumbata ilə, əllə və ya mexaniki
üsulla təmizlənməsi.
Avadanlıq və
köməkçi inventarın təmizlənməsi üçün
hazırlanması. Yüksək konsentrasiyalı olmayan müxtəlif
yuyucu turşu və qələvi məhlullarının
hazırlanması. Təmizləyici əşyaların
sarınması, çırpılması, qaşınması,
silinməsi. Avadanlıq və maşının təmizlənmədən
sonra təhvil verilməsi.
Bilməlidir: istifadə
edilən avadanlığın quruluşu haqqında əsas məlumatı;
təmizləmə qaydasını və təmizlənməyə
qoyulan tələbləri; mexaniki vasitələrdən istifadə
qaydalarını və onların təyinatını; məhlulların
hazırlanması qaydasını və qarışıq və
əridicilərlə rəftar qaydasını; məhlulların
və əridicilərin xüsusiyyətini.
301.
TƏMİZLƏYİCİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Maşın,
avadanlıq, rezervuar, sistern, tutum və digər birləşmələrin
hisdən, qırdan, şlamdan, məhsul qalığından əl
ilə şotka və ya mexaniki üsulla detalların qismən
çıxarılması ilə təmizlənməsi,
yağlanması, buxara verilməsi və dezinfeksiyası.
Maşın və avadanlığın sterilizə edilməsi.
Sadə, kiçik həcmli detalların ultrasəs
qurğularında dəmir yanığından, korroziyadan,
şlakdan, məhsul qalığından və korroziyaya
qarşı örtüklərdən təmizlənməsi. Təmizləmə
əşyalarının hava, su və ya məhlul ilə təzyiq
altında emal edilməsi. Müxtəlif növ bərk və ya maye
yanacaqla işləyən istehsal-texnoloji təyinatlı
qazanxana qurğularının ocaqlarının,
qızdırıcı sobaların, tüstü borularının və
tüstü bacalarının yoxlanılması, kül və hisdən təmizlənməsi
və yandırılması. Tüstü bacalarında olan
yığıntının təmizlənməsi. Müxtəlif
yuyucu, qələvi, turşu və digər məhlulların təyin
edilmiş resept üzrə hazırlanması. Bacaların,
boruların təmizlənməsində istifadə olunan alətlərin
təmiri.
Bilməlidir: istifadə
olunan avadanlığın iş prinsipini; ayrı-ayrı
maşın və avadanlığın çıxarılması və
qurulması qaydalarını; maşın və
avadanlıqların üst səthinin emalına qoyulan tələbləri;
istifadə edilən mexaniki vasitələrin quruluşunu; məhlullardan
istifadə qaydalarını və onların xüsusiyyətlərini;
tüstü bacalarının, onların yollarının, boruların
təmizlənməsi qaydası və müddətini, onların
quruluşunu və yerləşməsini; kərpicin düzülməsi
qaydalarını və boru və bacaların
yarıqlarının tutulması üçün məhlulun
hazırlanması üsullarını; hisin təmizlənməsi
qaydası və üsullarını.
302.
TƏMİZLƏYİCİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Maşın,
avadanlıq, birləşmə, rezervuar, çən, tutum və s.
tozdan, hisdən, şlamdan, çöküntüdən, məhsul
qalığından şotka və ya maşa ilə əllə
və ya mexaniki üsulla detalların çıxarılması ilə
təmizlənməsi,
yağlanması, buxara verilməsi, dezinfeksiyası. Qaynaq
məftillərinin abraziv qırıntıları olan bunkerdən
çıxarılması yolu ilə təmizlənməsi.
Maşın və avadanlıqların detallarının
çıxarılması ilə sterilizə edilməsi. Yuyucu məhlulun
reseptinin seçilməsi. Metal tozundan olan lövhə və lentlərin
iri və lazımlı detallarının ultrasəs
qurğularında qızdırılıb bitişdirildikdən
sonra yuyulması. Avadanlıqların və bak aparaturanın vəziyyətinə
nəzarət. Bunkerin kömür qalıqlarından, konsentrat və sənaye
tullantılarından təmizlənməsi. Bunkerdə
qazın miqdarının ölçülməsi. İstifadə edilən
maşın və avadanlığın cari təmiri və
sazlanması.
İstehsal-texnoloji
təyinatlı tüstü borularının, boyler və quruducu
qurğuların qızdırıcıların, buxar
bacalarının və mərkəzi buxar
qızdırıcılarının qazanxana
qurğularının, sənaye sobalarının, restoran tipli
sobaların, çörək bişirilən sobaların, qazla
qızdırıcı sistemin və qurğuların, qaz
yollarının yoxlanılması, kül və hisdən təmizlənməsi.
Kaloriferlərin, sənaye
tipli qaz soyuducularının, istehsalat hava dəyişdiricilərinin
kanallarının, tozuducu
qurğuların təmizlənməsi. Bütün sənaye
sobalarının, qaz yolları və bacaların,
qazanxanaların istehsalat havadəyişdirici sistemlərinin
texniki və yanğından mühafizə vəziyyəti barədə
yazılı nəticənin tərtib edilməsi.
Bilməlidir: istifadə
olunan avadanlıqların quruluşunu; maşın və
avadanlığın detallarının çıxarılması və
qurulması qaydalarını; mexaniki ləvazimatdan istifadə
qaydalarını; tüstü borularının,
qızdırıcıların, istehsal-texnoloji təyinatlı
mərkəzi buxar qızdırıcılarının,
qazanxana qurğularının tüstü bacaları və qaz
yollarının, qazla qızdırıcı qurğuların,
quruducu, bişirici, çörəkbişirmə sobalarının,
restoran pilətələrinin, kaloriferlərin və qaz
soyuducularının təmizlənməsi qaydasını və
müddətini; qızdırıcı, soba, qaz yolları və
tüstü bacalarının yoxlanılması üsullarını; qaz
şəkilli yanacağın xüsusiyyətini və partlayış təhlükəli
qatışıqların əmələgəlmə səbəblərini;
tüstü bacaları, qaz yolları və qızdırıcılar
sistemində tıxanmaların aradan qaldırılması
üsullarını; maşın və
avadanlıqların
sazlanması qaydalarını.
303.
TƏMİZLƏYİCİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Çoxmərtəbəli
istehsalat sobalarının, qaz yollarının və
bacalarının əritmə, metaləridən, termik
sobaların, qurğuların, rəngsaz kamerasının,
buxarlayıcı kolonkaların və qənnadı
sobalarının yoxlanılması və hisdən və küldən
təmizlənməsi.
İstehsalat havadəyişdiricisinin
kanallarının mürəkkəb hissələrinin
yoxlanılması və təmizlənməsi. Mürəkkəb
istehsalat və xüsusi sobaların texniki və yanğından
mühafizə vəziyyətinin nəzəri yoxlanılması və
onlar haqqında yazılı nəticənin tərtib edilməsi.
Çoxmərtəbəli evlərdə və sənaye obyektlərində
qaz yollarının deşik açan və bənd edənlərin
sxemlərinin tərtib edilməsi. Qüvvədə olan
yanğından mühafizə qayda və normalarına əsasən
soba və qurğuların müvafiq qaz yanacağına keçirilməsi
imkanlarının müəyyənləşdirilməsi.
Qızdırıcı, soba, qaz yolları və bacaların təmizlənməsində
istifadə edilən bütün növ alət və ləvazimatların
tam təmiri. Gəmilərin tanklarının və
dibarası bölmələrinin təmizlənməsi.
Bilməlidir: çoxmərtəbəli
istehsalat, əritmə, termik, kürə və digər xüsusi
sobaların konstruktiv quruluşunu; onlara qoyulan texniki və yanğından
mühafizə tələblərini; istehsalat sobalarının və
qurğularının təmiri üsullarını; sobaların,
qızdırıcıların, qaz yolları və
bacaların, istehsalat hava dəyişdiricilərinin vəziyyətinə
dair texniki sənədlərin tərtib edilməsi
qaydasını.
304.
TOZ-QAZ UDUCU QURĞULARA XİDMƏT ÜZRƏ OPERATOR
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Siklonların,
novçaların, sərf ölçən boruların, toz
kameralarının, skrubberlərin və bunkerlərin qaynar
tozlardan təmizlənməsi. Qol filtrlərinin kamera və
klapanlarının oksidlərdən təmizlənməsi.
Tozun yığılması və yüklənməsi. Tozun
qıfdan əl ilə
və ya mexaniki üsulla
buraxılması. Tozun nəql etdirilməsi. Yolların təmizlənməsi.
Toz kamerasının möhkəmliyinin təmin edilməsi. Filtrlərdən
qolcuqların çıxarılması, təmizlənməsi və
təmiri, yenilərinin hazırlanması, dəyişdirilməsi.
Bilməlidir:
tozların əsas xüsusiyyətlərini; kameraların,
qıfın, qollu filtrlərin, skrubberlərin, siklon və
boruların quruluşunu; qaz hərəkəti və hava dəyişdiricilərinin
sxemini; qolcuqların keyfiyyətinə qoyulan tələbləri.
305.
TOZ-QAZ UDUCU QURĞULARA XİDMƏT ÜZRƏ OPERATOR
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Kuperdən keçirməklə
siklonda, skrubberdə qazların forsunka ilə
tozlaşdırılaraq soyudulması prosesinin aparılması
və onların müxtəlif toz tutucu sistemlərlə tozdan təmizlənməsi.
Pulpanın doldurulması və skrubberlərin su ilə bərabər
sulanması. Skrubberlərin, silkələyici mexanizmlərin və
əks üfürən havadəyişdiricilərin, nasosların,
qolcuqlu və kisəli filtrlərin, elektrik filtrlərinin,
multisiklonlu boşaldıcı qurğuların, nəqliyyat toz
xətlərinin və pnevmonəqliyyatın xidmət edilməsi.
Hava çəkmənin, qaz temperaturunun, suyun skrubberlərə
verilməsinin, avadanlığın yüklənməsi, qazın
kameralar və sistemlər üzrə paylanması, parçanın
müqavimətinin, təzyiqin, pulpanın xüsusi çəkisinin və
onun filtrə verilməsinin təmizlənməsində
iştirak etmək. Kuperlərin təmizlənməsi,
çıxış borularının, toz uducuların,
qapayıcıların və digər avadanlığın təmizlənməsi.
Izolyatorların və qaz yollarının qazın
konsentrasiyasını azaltmaqla təmizlənməsi.
Bilməlidir:
elektrotexnikanın əsaslarını; suvarma kommunikasiya
sxemini; elektroaparatları, nəzarət-ölçü cihazları və
avtomatika ilə davranış üsullarını; çox seksiyalı
qolcuqlu filtrlərin, havadəyişdiricilərin,
elevatorların, vintli konveyerlərin, hava soyuducularının,
toz uducularının, qaz bölüşdürücülərin, qaz
qarışdırıcıların, soyuducu, silkələyici,
buraxıcı mexanizmlərin və
digər avadanlıqların quruluşunu; materialların təyinatını
və onların verilmə qrafikini.
306.
TOZ-QAZ UDUCU QURĞULARA XİDMƏT ÜZRƏ OPERATOR
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Tozların quru və
yaş qazla təmizlənməsi və elektrostatik çökdürülməsi;
prosesinin aparılması. Elektrikli və qolcuqlu filtrlərin və
köməkçi avadanlıqların idarə edilməsi və
onların vəziyyətinə nəzarət. Kameraların
yandırılması və söndürülməsi, qaz yollarının
dəyişdirilməsi, izolyatorların vəziyyətinin
yoxlanılması. Düzləndiricilərin, silkələyici
mexanizmlərin, koronirləyici və müdafiə
avadanlıqların işinin təmizlənməsi,
aqreqatların və avadanlıqların yüklənməsinin tənzimlənməsi,
qazların kamera və sistemlərə paylanılması.
İstilik və
havadəyişdirici qurğuların kanallarında təzyiqin
dəyişməsi ilə qaz tullantılarının
temperaturunun tənzimlənməsi, avadanlığın
işinə, parçanın verilən məhsulun sərfinə aid
göstəricilərinin uçotun aparılması.
Bilməlidir: xidmət
olunan avadanlığın kinematik və elektrik sxemini; düzləndirici
elektrik aqreqatlarının idarə lövhələrinin
quraşdırma sxemini; elektrofiltrlərə yüksək gərginlikli
cərəyan çatdırma sxemini; havaçəkmənin qazların
konsentrasiyasına təsirini; qaz və tozların əsas
xüsusiyyətlərini və temperaturunu; avadanlığın
işində olan nasazlıqların aşkar edilməsi və
aradan qaldırılması metodunu; qaz-toz ölçülməsi
metodlarını; qazların nəmliyi və tərkibinin müəyyənləşdirilməsi
metodikasını.
Qeyd. Ancaq
tozuducu qurğulara xidmət zamanı ixtisasın (peşənin)
adını "Tozuducu qurğuların maşinisti"
adlandırmaq lazımdır.
307.
TRAFARET, ŞKALA VƏ PLATO HAZIRLAYAN
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif cihazlar
və məmulatlar üçün şkalaların preslərdə
və diyirlədici dəzgahlarda hazırlanması. Foto-çap
metodu ilə şkalaların və lövhələrin
hazırlanması. Əl ilə trafaret tətbiq etməklə,
yaxud daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi
altında dəzgah arxasında sxemlərin platolara keçirilməsi.
Plato və şkalaların sxemləri və ya digər təsvirlərinin
çapa hazırlanması. Biçilmə, torun çərçivədə
sıxılıb bərkidilməsi. Torların
yağsızlaşdırılması və qurudulması.
Kağız şkalaların platolara
yapışdırılıb sonradan isə qurudulub bərkidilməsi.
Trafaret yaxud izi salınmış kontur üzrə şkal
sektorunun tuşla rənglənməsi. Daha yüksək
ixtisaslı hazırlayıcının rəhbərliyi
altında verilmiş reseptə görə foto-çap üçün xüsusi məhlulların
düzəldilməsi. Fotoştampların hazırlanması.
Hazırlanmış ştampların keyfiyyətinin zahirən
yoxlanılması.
Bilməlidir: xidmət
edilən qurğular haqqında əsas məlumatları; çap
boyalarının klişe və puansona vurulma qaydasını,
tətbiq olunan yapışqanların, boyaların və
lakların təyinatını və xassələrini; foto-çap
üçün məhlulun hazırlanma qaydalarını və onlardan
istifadəni; şkalaların və platoların sxemlərinin
çapına hazırlanma üsullarını.
308.
TRAFARET, ŞKALA VƏ PLATO HAZIRLAYAN
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Müxtəlif cihazlar
və məmulatlar üçün çertyojlu, çertyojlu-bölücü, yaxud diyirlədici
dəzgahlarda, onların müstəqil sazlanması
üsullarının hazırlanması və ya tuşla
şkalalara nişanların, hərflərin, rəqəmlərin
və başqa işarələrin köçürülməsi. Çertyojlara
müvafiq olaraq cihazlar və məmulatlar üçün şkalaların, cədvəllərin
və lövhələrin foto-çap və aşındırma metodu
ilə hazırlanması. Foto-çap üçün lazımi komponentlərin
seçilməsi və verilmiş resept üzrə məhlulların düzəldilməsi.
Platolara əl ilə trafaret tətbiq etməklə və ya dəzgahda
sxemlərin çəkilməsi. İşığa həssas
emulsiyanın və fotorezistorun çap platoları, şkalaları
üçün olan tədarükə çəkilməsi. İşığa həssas
qabın nümayiş etdirilməsi,
aydınlaşdırılması, bərkidilməsi və
aşılanması. Plyonka neqativlərinin hazırlanması.
Metalın qalvanikləşdirilməsinin artırılması
üzərində platoların montajı. Torun hazırlanması və
təsvir surətinin tora keçirilməsi. Kağız
şkalaların güzgülü şkalaları olan müxtəlif
cihazların platolarına yapışdırılması. Güzgü
qoymaqla şkalada fasonlu pəncərənin açılması. Çap
olunmuş şkala və platoların retuşlanması.
Bilməlidir:
xidmət
etdiyi avadanlığın iş prinsipini; çap üçün
işığa həssas emulsiyaların və boyaların
reseptini və hazırlanma üsullarını; tətbiq olunan
boyaların və lakların xüsusiyyətlərini; neqativlərin
təyinatını və onların hazırlanma
qaydalarını; şkalalara, platolara, cədvəllərə
və lövhələrə verilən texniki tələbləri;
tətbiq olunan materialların saxlanılma şərtlərini.
309.
TRAFARET, ŞKALA VƏ PLATO HAZIRLAYAN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif cihazlar
və məmulatlar üçün çertyoj və xüsusi şkala
maşınlarında şkalaların hazırlanması. Relyef
təsvirli fotokimya-oyma metodu ilə kiçik cədvəllər,
lövhələr, sxemlər, plastin və panellərin
hazırlanması. Düzsəthli dəzgahlarda, yarımavtomat və
avtomatlarda platolar üzərində şkala və sxemlərin və
üzlük panellərin çapı. Elektrolitlərin düzəldilməsi.
Tora bənzər trafaretlərin hazırlanması.
Platoların qalvanik emaldan sonra aşındırılması.
Fotoçapların retuşlanması. İki tərəfli çap sxemlərinin
surətinin çıxarılması. Müxtəlif cihazların
şkalalarına nişan, hərf, rəqəm və xətlərin
yapışdırılması. Fotoaşındırma metodu ilə
siferblatları çap etmək üçün matrisanın hazırlanması.
Xidmət edilən avadanlığın sazlanması.
Bilməlidir: xidmət
etdiyi avadanlığın quruluşunu və sazlama
üsullarını; gördüyü işin həcmində kimya və
elektrotexnika üzrə əsas məlumatları; metalın qalvanik
çökmə və aşılanma proseslərini; fotokimya-oyma
üsullarını; aşınma üçün məhlulların tərkibini
və hazırlanması üsullarını.
310.
TRAFARET, ŞKALA VƏ PLATO HAZIRLAYAN
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Çap sxemlərinin,
maskaların, rəqəmli və hərfli trafaretlərin
hazırlanması. Fotokimya, elektrokimya və birləşdirilmiş
metodlarla platoların hazırlanması. Çap sxemlərinin ferrit
tədarüklərinə köçürülməsi. Çap platolarına mikroskop
altında nəzarət və düzəldilməsi. Müxtəlif
cihazlar üçün manqanın folqa üzərində sxemlərin və
qabarıq təsvirli məmulatların fotokimya-oyma metodu ilə
hazırlanması. Elektrolitlərin tərtib edilməsi.
Xidmət etdiyi
avadanlığın sazlanması və tənzimlənməsi.
Bilməlidir:
xidmət
etdiyi avadanlığın konstruksiyasını və sazlanma
qaydalarını; müxtəlif metodlarla platoların hazırlanma
qaydalarını; çap platolarına nəzarət və düzəldilmə
üsullarını; manqanın folqa üzərində sxemlərin
hazırlanma xüsusiyyətlərini; nəzarət-ölçü
cihazlarının təyinatını və istifadə
qaydalarını.
311.
TRANSPORTYORÇU
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Nəqliyyat
mexanizmlərinin lentli, vintli və digər konveyerlərin
(vintli və çalovlu elevatorlardan başqa) konveyer mexanizminin
nasazlığının yoxlanılması. Onların işə
salınması və dayandırılması. Xammal, yarımfabrikat,
hazır məhsul və materialların texnoloji prosesi pozmadan
istehsalata vaxtında verilməsinin təmin edilməsi. Mexanizmlərin
sazlığına nəzarət edilməsi, sürətin tənzimlənməsi,
zəncirlərin dartılması, kəmər və lentlərin
təzədən tikilməsi. Mexanizmlərin işində
xırda defektlərin aradan qaldırılması. Xidmət
olunan avadanlığın təmizlənməsi və
yağlanması.
Bilməlidir:
elektrotexnika üzrə əsas məlumatları; materialların
xidmət olunan sahəyə verilməsi qaydasını; nəqliyyat
mexanizmlərinin iş prinsipini və quruluşunu; mexanizmlərin
işindəki nasazlıqların səbəbini və
onların aradan qaldırılması vasitələrini; sürtgü
materiallarının növlərini və onlardan istifadə etmək
qaydasını.
3-cü dərəcə:
vintli konveyer və çalovlu elevatorlara xidmət zamanı.
312.
TRAKTORÇU
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Mühərrikin gücü
25,5 kVt-a (35 a.g.) qədər olan, maye yanacaqla işləyən
traktorların müxtəlif yük, maşın və mexanizm, metal
konstruksiya və müxtəlif kütləli qurğuların
daşınması zamanı yedəkli vasitələrdən
istifadə etməklə idarə edilməsi. Daşınan
yükün yüklənməsinə, bərkidilməsinə və
boşaldılmasına nəzarət. Traktorun yanacaqla
doldurulması, traktorun və yedəkli qurğuların
yağlanması. Traktorun işindəki nasazlıqların
aşkar edilməsi və aradan qaldırılması, cari təmirin
aparılması, traktorların və yedəkli
qurğuların müxtəlif növ təmirində iştirak etmək.
Bilməlidir: xidmət
olunan traktorun iş prinsipini və quruluşunu; küçə hərəkəti
qaydalarını; müxtəlif növ yüklərin yüklənməsi,
boşaldılması, bərkidilməsi qaydalarını;
traktorun işində olan nasazlıqların aşkar edilməsi
və aradan qaldırılmasını; mühərrikin gücünü; təhvil-qəbul
sənədlərinin tərtibi qaydasını.
3-cü dərəcə:
mühərrikinin gücü 25,7-dən 44,1 kVt-a qədər (35-60 a.g.)
traktorun idarə edilməsində.
4-cü dərəcə:
mühərrikinin gücü 44,1-dən 73,5 kVt-a qədər olan traktorun
idarə edilməsində.
5-ci dərəcə:
mühərrikinin gücü 73,5 kVt-dan yuxarı olan traktorun idarə edilməsində.
Qeyd:
1. Buldozer
maşinistləri bu bölmə ilə yox, gördüyü işlərin
xarakterindən asılı olaraq "Tikinti, quraşdırma və
təmir-tikinti işləri" bölməsi və "Dağ-mədən
işləri üzrə ümumi peşələr" bölməsi üzrə
tarifləşdirilir.
2. Gəmi
tikintisi, quyuqazma, neft və qaz emalı, geoloji kəşfiyyat
və topoqrafiya-geodeziya kəşfiyyat işlərində,
poçt vaqonlarının daşınması, iri
qabaritli ağır yüklərin
şəhər içərisində daşınması zamanı
traktoristlər traktorun gücünə əsasən 1 dərəcə
yuxan tarifləşdirilir.
3. Qamışların biçilməsində
işləyən traktoristlər bu bölmə ilə tarifləşdirilmirlər.
313.
ULTRASƏS NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Pəstahlara və
detallara ultrasəs nəzarəti. Detalların və
qovşaqların ultrasəs nəzarətə
hazırlanması. Sadə defektoskopların işə
salınması və sazlanması. Metalın
qalınlığının ölçülməsi. Defektoskopda nəzərdə
tutulmuş qalınlıq dərəcəsində
saxlanmış cihazla təbəqələşmə
zonalarının mövcudluğu və ölçülərinin müəyyənləşdirilməsi.
Ultrasəs nəzarəti üzrə daha yüksək ixtisaslı
defektoskopçunun rəhbərliyi altında mürəkkəb
konfiqurasiyalı detallarda defektlərin müəyyənləşdirilməsi.
Uçot jurnalının aparılması.
Bilməlidir: maili və
düz ultrasəs defektoskoplarının və dəyişdiricilərin
iş prinsipini; defektoskopun əsas idarəetmə
orqanlarının təyinatını, elektrotexnika üzrə əsas
məlumatları.
İş
nümunələri.
1. Poladdan olan flans
pəstahları - ultrasəs nəzarəti.
2. Silindrik döyülmüş
polad parçaları - ultrasəs
nəzarəti.
3. Təbəqə
polad -
qalınlığının ölçülməsi və təbəqələşmənin
müəyyənləşdirilməsi.
314.
ULTRASƏS NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Karbonlu və az
aşqarlı yayma, tökmə, döymə və qaynaq birləşmələrinə
ultrasəs nəzarəti. Orta mürəkkəbli ultrasəs
defektoskoplarının etalonlar üzrə işə
salınması və sazlanması. Dərinlik ölçənin göstəricilərinin
düzgün olub olmamasının yoxlanılması,
defektoskopların, düzləndiricilərin yoxlanılması. Bir
şuplu sxem üzrə düz və mail axtarıcılarla işləmək.
Defektlərin koordinatlarının və ölçüsünün müəyyənləşdirilməsi.
Dəyişdiricilərin başlıq və birləşdirici
kabellərin təmiri.
Bilməlidir: ultrabənövşəyi
defektoskopların və dəyişdiricilərin quruluşunu;
ultrasəs defektoskoplarını və dəyişdiriciləri
yoxlamaq üçün standart və sınaq nümunələrini; ultrasəs
nəzarət metodlarını; əks-səda-impuls, kölgə,
güzgü-kölgə və rezonans kimi ultrasəs metodların fiziki
mahiyyətini; metalların qalınlığını və təbəqələşməsini
müəyyən etmə metodikasını; dalğaların əsas
tiplərini; ultrasəs dalğaları doğuran və akustik
kontaktı təmin edən üsulları; defektlərin növlərini;
qaynaq birləşmələrin tiplərini; nəzarət səthinə
verilən tələbləri (nahamarlıqların parametrlərini);
elektrotexnika və metalşünaslığın əsaslarını;
müxtəlif qalınlıqlı karbonlu və az aşqarlı
poladdan yayma, tökmə, döymə və qaynaq birləşmələrə
nəzarət etmə metodikalarını.
İş
nümunələri.
1. Yükqaldırma
mexanizmlərin detalları-ultrasəs nəzarəti.
2. Poladtökmə
çalovları-ultrasəs nəzarəti.
3. Şan
konstruksiyaları - tikişlərin yapışmayan
zonalarını aşkarlama.
4. Polad vərəqələr-defektoskopun
köməyi ilə defektlərin ölçüsünün və
koordinatlarının müəyyənləşdirilməsi.
5. Turbin rotorunun və
qazturbin mühərriklərinin kompressor belləri-haşiyəyə
ultrasəs nəzarəti.
6. Gəmi korpusu
konstruksiyalarının qaynaq damğa birləşmələri-ultrasəs
nəzarəti.
315.
ULTRASƏS NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Mürəkkəb
poladlardan, ərintilərdən və əlvan metallardan müxtəlif
qaynaq növü ilə yerinə yetirilmiş müxtəlif tipli qaynaq
birləşmələrinə ultrasəs nəzarəti. Mürəkkəb
ultrasəs səyyar, laborator və stasionar defektoskopların
standart və sınaq nümunələri üzrə iş rejiminə
sazlanması. Düz və maili dəyişdiricilərin
yoxlanılması. Defektoqramların açılması. Ultrasəs
nəzarətinin nəticələrinə və texniki
şərtlərə görə yaymaların, tökmələrin,
döymələrin və qaynaq birləşmələrin keyfiyyətinin
qiymətləndirilməsi. Ultrasəs defektoskopik aparatların
əsas parametrlərə uyğun olmasının
yoxlanılması. Maili dəyişdiricilərin giriş
bucaqlarının hesablanması və eksperimental müəyyən
olunması.
Defektoskopların
cari təmiri.
Bilməlidir:
defektoskopların kinematik və elektrik sxemlərini;
elektronikanın əsaslarını; qaynaq növlərini və
üsullarını; yaymalarda, tökmələrdə və qaynaq birləşmələrində
rastlaşan defektlərin növlərini; iki mühitin sərhədində
müxtəlif materiallarda ultrasəs titrəyişlərinin
sınma bucaqlarının hesablanmasını; ultrasəs titrəyişinin
materiallarda yazılmasının əsas
qanunauyğunluqlarını; ultrasəs keçən iki mühit sərhədində
baş verən fiziki hadisələri; əsas nəzarət
parametrlərini; ultrasəsin detalların strukturunda, profilin dəyişməsində
və digər amillərdə əks olunması ilə yaranan
saxta siqnalları əsas siqnallardan fərqləndirmə
üsullarını.
İş
nümunələri.
1. Yayma dəzgahların
valları-ultrasəs nəzarəti.
2. Vertolyotun
aparıcı və sükan vintlərinin detalları-ultrasəs nəzarəti.
3. Poladdan tökmə
detallar-ultrasəs nəzarəti.
4. Təbəqə
yaymalar-ultrasəs nəzarəti.
5. Yüngül ərintilərdən
külçələr-ultrasəs nəzarəti.
6. Divarların
qalınlığı 15 mm-dək olan qaynaq birləşmələr-ultrasəs
nəzarəti.
7. Şpanqout
profillərin qoşmaları-ultrasəs nəzarəti.
8. Korroziyaya
davamlı poladdan qayırılmış və əyilmə
yerlərində divarların
qalınlığı 4 mm-dək olan
borular-qalınlığın ölçülməsi.
316.
ULTRASƏS NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Əlvan
metallardan, iri kristallı quruluşa malik poladdan olan
detalların və məmulatların ultrasəs nəzarəti.
Xüsusi mürəkkəb və dəqiq defektoskopların və göstəriciləri
məsafəyə ötürən avtomatik ultrasəs nəzarət
qurğularının standart və sınaq nümunələri
üzrə iş rejiminə sazlanması. Sınaq nümunələrinin
hazırlanması, eskizlərin tərtibi. Nəzarət nəticələrinin
yenidən işlənilməsi. Ultrasəs nəzarəti cədvəlinin
və xəritələrin tutulması. Diaqramlar üzrə:
amplituda, məsafə, diametr-attenüatorun köməyi ilə
cihazların həssaslığının sazlanması.
Ayrıcı-əvəzedici dəyişdiricilərlə
ultrasəs nəzarətinin aparılması.
Bilməlidir: müxtəlif
quruluşlu cisimlərdə uzununa, eninə və səthi
ultrasəs titrəyişlərinin yazılma
qanunlarını; iki mühit sərhədindən keçən ultrasəs
titrəyişinin əsas əks olunma və sınma
qanunlarını; elektrovakuum və yarımkeçirici cihazların
quruluşunu; xüsusən mürəkkəb və dəqiq ultrasəs
defektoskoplarının prinsipial sxemlərini və konstruktiv
xüsusiyyətlərini; onların tənzimləmə və
yüstirləmə üsullarını; cihazlar işləyərkən
nasazlıqların yaranma səbəblərini və onların
aradan qaldırılma üsullarını;
metalşünaslığın və qaynağın əsaslarını.
İş
nümunələri.
1. İçiboş
silindrik avarlı vallar-ultrasəs nəzarəti.
2. Avarlı vintlər-qaynaq
yerlərin ultrasəs nəzarəti.
3. Diyircəkli
yastıqların içlikləri və yastıqları-ultrasəs
nəzarəti.
4. Qazan
kollektorlarının dibləri-ultrasəs nəzarəti.
5. Vərdənələnmiş
kvadrat pəstahlar-ultrasəs nəzarəti.
6. Plastik kütlə,
rezin-ultrasəs nəzarəti.
7. Müxtəlif
formalı və ölçülü döyülmüş metal parçalan-ultrasəs nəzarəti.
8. Divarların
qalınlığı 15 mm-dən yuxarı olan qaynaq birləşmələr-ultrasəs
nəzarəti.
9. Korroziyaya davamlı
poladdan qayırılmış və əyilmə yerlərində
divarların qalınlığı 44 mm-dən yuxarı olan
borular-qalınlığın ölçülməsi.
10. Cüt çarxların
elementləri-ultrasəs nəzarəti.
317.
ULTRASƏS NƏZARƏTİ ÜZRƏ DEFEKTOSKOPÇU
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Müxtəlif metodlarla
möhkəm titrəyişlərin sönmə əmsallarının
müəyyənləşdirilməsi. İki mühitin ayrılma sərhədində
ultrasəsin əks olunma və keçmə əmsallarının
müəyyənləşdirilməsi. Cihazın həssaslığının
sazlanması və nümunələrsiz, yaxud standart
və sınaq nümunələrinin qısaldılmış
sayında defektlərin ekvivalent ölçülərinin qiymətləndirilməsi.
Nəzarət və eksperimental nomoqramların qurulma
metodikası işlənərkən eksperimental işlərin
yerinə yetirilməsi. Ultrasəs nəzarəti üzrə
istehsal şəraitində rastlaşan bütün iş növlərinin
yerinə yetirilməsi. Ultrasəs nəzarəti aparmaq üçün alətlərin
hesablanması və hazırlanması. Ultrasəs titrəyişlərinin
sürətinin ixtisaslaşdırılmış sənaye
cihazları ilə ölçülməsi. Avtomatik qurğulardan alınan
defektoqramların açılması. Avtomatik qurğulardakı nasazlıqların
aradan qaldırılması.
Bilməlidir:
avtomatik qurğuların kinematik və elektrik sxemlərini; tətbiqi
və fiziki mexanikanın, telemexanika və metrologiyanın əsaslarını;
nomoqramların qurulmasında əsas olan akustika
traktının tənliyini; ultrasəsin sönməsinin və
yayılma sürətinin müəyyən olunması prinsiplərini;
mövcud olan ultrasəs defektoskopların, qalınlıq ölçənlərin
və qurğuların tiplərini; lembi dalğalarının əsas
yayılma qanunauyğunluqlarını və onların köməyi
ilə ultrasəs nəzarətinin üsullarını.
Orta ixtisas təhsili
tələb olunur.
318.
ULTRASƏS TEXNİKASI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Ultrasəs dəyişdiricilərin
hesablanması, istehsal olunması,
razılaşdırılması və sınaqdan keçirilməsi.
Texnoloji və fiziki emal effekti üzrə ultrasəs titrəyişlərin
optimal parametrlərinin təyin edilməsi. Metodik sənədlərin
aparılması. Dalğa səthli düz birpaketli ultrasəs elektron akustik dəyişdiricilərlə
eksperimental sxemlər üzrə verilmiş kompleks işlərin
yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşan elementlərinin
hesablanması və istehsalı, eksperimentin qoyulmasına aid
metodikaya və qüvvədə olan normativ sənədlərə
müvafiq daha yüksək ixtisaslı laborantın rəhbərliyi
altında sınaqdan keçirilməsi.
Bilməlidir:
metodika üzrə nəzərdə tutulmuş eksperimentin
qoyulmasına dair energetik, akustik, elektrik ölçən, mexaniki, xüsusi
laboratoriya avadanlığının, cihazların və
aparatların quruluşunu və sazlama qaydalarını;
dalğa səthli düz birpaketli xüsusi texnoloji
təyinatlı elektroakustik dəyişdiricilərin istehsal
texnologiyasını; akustik sisternləri elementlərinin onlara
verilən tələblərə və eksperimentin
qoyulmasına aid metodikaya müvafiq quraşdırılma
texnologiyasını və uzlaşdırılma
qaydalarını; eksperimental sxemin elementlərinin məmulatlar
emalı rejimində uzlaşdırma qaydalarını;
eksperimental sxemin elementləri olan elektrik ölçü cihazlarının
və yazan qurğuların uzlaşdırma, kalibrləmə və
tənzimləmə qaydalarını; izoləedici
materialların, lakların, yapışqanların, lehimlərin,
flüslərin, həlledicilərin, reaktivlərin təyinatını,
emal texnologiyasını, işlərin yerinə yetirilməsi
zamanı onlardan istifadə qaydalarını; ultrasəs elektroakustik dəyişdiricilərin
istehsalı üçün tətbiq olunan əsas materialların
xarakteristikasını, təyinatını, emal
qaydalarını; energetik, elektrikölçən və mexaniki
avadanlığın cari təmirinin aparılma
qaydalarını; elektrotexnika, sənaye elektrotexnikası,
cihazqayırma: texnologiyasının əsaslarını;
müşahidə və oturtmalara dair məlumatları, metallar
fizikasının, metalşünaslığın, qeyri-üzvi və
üzvi kimyanın elementar əsaslarını; rəqs nəzəriyyəsinin, elektroakustikanın,
hidroakustikanın, elektro və radio ölçülərin,
defektoskopiyanın, optiki xətti ölçülərin və bucaq kəmiyyətlərin
fiziki əsaslarını.
319.
ULTRASƏS TEXNİKASI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Birpaketli
elektroakustik sistemlər üzrə verilmiş kompleks işləri
yerinə yetirərkən emalın texnoloji və fiziki effektinə
görə dalğa səthi mürəkkəb olan ultrasəs rəqslərin
optimal
parametrlərinin müəyyən edilməsi. Daha yüksək ixtisaslı
laborantın rəhbərliyi altında
hidrodinamik dəyişdiricilərin hesablanması, istehsalı,
razılaşdırılması və sınaqdan
keçirilməsi üzrə dalğa səthi düz və ya həcmi -
simmetrik olan çoxpaketli elektroakustik
sistemlər üzrə işlərin yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşdırılan lementlərinin hesabı,
istehsalı və sınaqdan
keçirilməsi.
Bilməlidir:
dalğa səthi mürəkkəb olan birpaketli, dalğa səthi
düz və ya həcmi simmetrik olan çox paketli xüsusi texnoloji təyinatlı
hidrodinamik və elektroakustik sistemlərin istehsalı
texnologiyasını; akustik sistemlərin uzlaşan elementlərinin
istehsalı texnologiyasını; hidrodinamik ultrasəs dəyişdiricilərin
istehsalında tətbiq olunan əsas materialların emalı
texnologiyasını; akustik avadanlığın istismara
etibarlılığının sınaqdan keçirilmə
metodlarını; müşahidə və oturtmalar sistemlərini.
320.
ULTRASƏS TEXNİKASI ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Verilmiş işlər
kompleksini yerinə yetirərkən dalğa səthi düz və
həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion
və yaxud ferrit dəyişdiricilər əsasında
hazırlanmış elementlərdən və ya birlikdə
qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan
hidrodinamik dəyişdiricilər və çoxpaketli elektroakustik
sistemlər üzrə texnoloji və fiziki emal effektinə görə
ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən
edilməsi.
Bilməlidir: xüsusi
texnoloji təyinatlı dalğa səthi düz və ya həcmi
simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion, yaxud
ferrit dəyişdiricilər əsasında
hazırlanmış elementlərdən, qovşaqlardan ibarət
dalğa səthi mürəkkəb olan çoxpaketli hidrodinamik və
elektroakustik sistemlərin istehsalı texnologiyasını;
metodika ilə nəzərdə tutulmuş formulalar üzrə
koordinat oxlarında verilmiş evolventləri; parabola, hiperbola,
şar tipli bir-birinə bərkitmə və şüavermə səthi
olan akustik elementlərin istehsalı texnologiyasını;
metallar fizikasının, metalşünaslıq, üzvi və
qeyri-üzvi kimyanın əsaslarını.
Orta ixtisas təhsili
tələb olunur.
321.
ÜZÇƏKƏN
İşin
xüsusiyyəti.
1-ci dərəcə
Xarrat məmulatlarının
təmiri zamanı üzlük materiallarının
çıxarılması. Astar materialın (tük, pambıq və s.)
işə hazırlanması. Yapışqanın
hazırlanması. Bərk və yarıyumşaq mebelə yüksək
ixtisaslı üzçəkənin rəhbərliyi altında üz çəkilməsi.
Bilməlidir: adi
xarrat məmulatlarından üzlük materialın sökülməsi və
çıxarılması
üsullarını; tikiş və haşiyələrin əsas
növlərini; sadə ləvazimatların və üz çəkmə
alətlərinin
istifadə qaydasını; üzlüklərin çəkilməsi üçün
lazım olan materialların adlarını.
İş
nümunələri.
1. Pambıq knopka və
rozetkaların hazırlanması.
2. Yarıyumşaq mebelin dəyişdirilməsi
və təmiri üçün sökülməsi.
322.
ÜZÇƏKƏN
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Bərk və
yarıyumşaq mebelin rəsm və eskizlər üzrə ucuz
qiymətli materiallarla
üzlənməsində sadə və orta mürəkkəbli
işlərin aparılması. Üzlük materialların ülgü (biçim)
və şablonlar üzrə biçilib kəsilməsi və tikiş
maşınlarında tikilməsi. Məftil hörgünün yaylı
əsasın altına dartılıb çəkilməsi və
hörülməsi, yaylı əsasın altına pambıq
materialların
döşənməsi. Sadə ülgülərin və
şablonların çəkilməsi və hazırlanması.
Defektlərin aradan
qaldırılması və üzlük materialların boyanması.
Bilməlidir: sadə
bərk və yarıyumşaq mebelin xarrat məmulatlarının
quruluşunu; üzlük materialların biçilməsi qaydasını;
üzlük materialların növü və
təyinatını,
istifadə qaydasını; tikiş
maşınlarının iş prinsipini; sadə tikiş
növünü; üzlük materialların düzəldilməsi; görünməyən tikişlərin və
s. vurulması.
İş
nümunələri.
1. Qapılar - üz çəkilməsi.
2.
Açılıb-yığılan çarpayı (taxt) –qalın kətan
parça ilə üzlənməsi.
3. Yazı
stollarının üstü - dermantin və mahudla örtülməsi.
4. Kiş,
qalın kətan, mahud-şablon və ülgülərlə biçilməsi
və maşında düz tikişlə tikilməsi.
5. Döşək,
divan və stul yayları - komplektlərinin seçilməsi,
yığılması və əsasa bərkidilməsi.
6. Divan və
döşəklər üçün çərçivələr - qalın kətanın
dartılıb çəkilməsi və üzlənməsi.
7. Oturacağı
və söykənəcəyi möhkəm və tükdən olan stullar
- üzlük çəkilməsi.
8. Avtomobillərin
oturacaqları, söykənəcəkləri, döşəkcələri
- sadə, baha olmayan materiallardan üzlük çəkilməsi.
9.
Açılıb-yığılan taburetkalar, yelləncək və
şezlonqlar - qalın kətan və xalçadan üz çəkilməsi.
10. Dairəvi
taburetkalar - üzlük çəkilməsi.
323.
ÜZÇƏKƏN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Bərk və
yarıyumşaq mebelin üzlənməsi üzrə, mürəkkəb
və yumşaq mebelin çertyoj və eskizlər üzrə ucuz
materiallarla üzlənməsi üzrə sadə və orta mürəkkəbli
işlərin yerinə yetirilməsi. Ucuz materiallarla üzlənmiş
yumşaq mebelin təmiri və bərpası. Tikiş
maşınlarında drapirovka, pərdə və s. tikilməsi.
Ucuz materialların biçilməsi və kəsilməsi.
Yaşayış, istehsalat binalarının muzey və s.
daxildən üzlüklə işlənilməsi. Çertyoj və eskizlər
üzrə mürəkkəb ülgü, şablon və trafaretlərin
hazırlanması. Bütün sistemdən olan tikiş
maşınlarının sazlanması.
Bilməlidir:
yumşaq mebelin çeşidi və quruluşunu; otaqların daxildən
üzlənməsi üsullarını; müxtəlif üzlük
materiallarının çeşidi, xüsusiyyəti, keyfiyyəti və
təyinatını; üzlük alətlərinin və ləvazimatlarının
ümumi və xüsusi
quruluşunu;
tikiş
maşınlarının sazlanması yollarını; üzlük
materiallarda defektlərin düzəldilməsi
üsullarını.
İş
nümunələri.
1. Minik, yük
avtomobilləri və avtobuslar - maşınların kabinə və
oturacaqlarının üzlənməsi.
2. Açıq və
kupeli, yük, poçt və rayonlararası bərk vaqonlar - daxili üzləmə.
3. Dəri ilə
örtülmüş yaylı yastıqlar - hazırlanma.
4. Divan və düz
taxtlar, yaylı döşəklər - yenilərinə ucuz
materiallardan üz çəkilməsi və köhnələrin təmiri.
5. Ambulatoriya üçün
tüklə doldurulmuş yarıyumşaq taxtlar - dəridən üz
çəkilməsi.
6. Hava ilə
doldurulmuş xəzlər (dəmirçilikdə) - rezinli
parçalardan hazırlanması.
7. Yaylı döşək,
divan və stullar - şpaqatla sarınması, oturdulması və
hörülməsi (örtülməsi).
8. Saat qutuları,
ölçü toxmaqları (bəndləri), rəsmxətt alətlərinin
komplekti (qotovalnya), zərgərlik və digər məmulatlar
üçün qutular - üz çəkilməsi və
yapışdırılması.
9. Şirmalar (pərdə və ya
örtük) – ucuz materiallardan üzləmə.
324.
ÜZÇƏKƏN
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Çertyoj və eskizlər
üzrə bədii yumşaq mebelə üz çəkilməsinə otaqların
qiymətli materiallarla dəri, atlas, pluşla haşiyələnməsi
(bəzənməsi) üzrə mürəkkəb işlərin yerinə
yetirilməsi. Qiymətli materiallarla örtülmüş yumşaq mebelin
təmir edilməsi və bərpası. Çertyoj və eskiz üzrə
qiymətli üzlük materiallarının biçilməsi. Bütün sistemdən
olan tikiş maşınlarının sazlanması. Üzlük
materialların rəsm, naxış və tonlarının
seçilməsi. Üzlük materialların növü, xüsusiyyəti və keyfiyyətinin,
görülən iş üçün onların yararlı olmasının müəyyənləşdirilməsi.
Bilməlidir: bədii
mebelin növü, stili və konstruksiyasını; mürəkkəb üzləmə
üçün şablon və ülgülərin hazırlanması
üsullarını; həndəsi qurumların əsasını;
çertyoj və eskizlərə əsasən bədii üzləmə
işlərinin yerinə yetirilməsi üsullarını və
metodlarını; müxtəlif tipli tikiş
maşınlarının quruluşu və sazlanma
üsullarını.
İş
nümunələri.
1. Minik avtomobilləri,
avtobuslar - salonların daxili işlənilməsi (haşiyələnməsi).
2. Yumşaq, kupeli
və xidməti vaqonlar - daxili üzləmə.
3. Kabinet
divanları, yumşaq kreslolar - dəridən üz çəkilməsi.
4. Salonlarda, teatr və
klubların, muzeylərin foyesində radiuslu və bucaqlı,
yumşaq, 2-3 hissədən ibarət müxtəlif kəsiklərlə
bəzədilmiş divanlar - dəri və digər qiymətli
materiallarla sarmaşıq, yelpik və ya dama formada üzlənməsi.
5. Yumşaq kreslo,
stul, yarım kreslolar - dəri, məxmər, atlas, ipəklə
üzlənmə, tesma və baxrama ilə haşiyələmə
(bəzəmə).
6. Otaqlar - rəng,
rəsm, naxışları seçməklə simmetrik və düz
tona riayət etməklə drapirovkası, qiymətli parçadan üz
çəkilməsi.
7. Təyyarə,
gəmi kayutaları - daxili və xarici üzlənmə,
yapışdırma.
8. Divar, lövhə,
vitrin-boyaq və şəkillərin seçilməsi ilə qiymətli
parçalarla (plyuş, məxmər) drapirovka.
9. Bədii
şirmalar - şəkillər dəstindən və bir neçə
rəng çalarından istifadə etməklə qiymətli
materiallarla üz çəkilməsi.
325.
ÜZÇƏKƏN
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Çertyoj, şəkil
və eskizlərə əsasən müxtəlif stildə bədii
yumşaq mebelin hazırlanması və üzlənməsi üzrə
xüsusən mürəkkəb işlərin yerinə yetirilməsi.
Mürəkkəb konfiqurasiyalı mebelin üzlənməsi və təmiri.
Daxili və xarici üzləmə - qiymətli sintetik materiallarla
yapışdırma.
Bilməlidir: xüsusən
mürəkkəb bədii mebelin tipi, stili və
konstruksiyasını; daxili və xarici üzləməni - daha mürəkkəb
yumşaq mebelin yapışdırılması
üsullarını; müxtəlif stilli drapirovka və daha mürəkkəb
pərdələr və astarlı çexolların biçilmə və
tikilmə texnikasını.
İş
nümunələri.
1. Qapı və
mebel - "sayka" formasında üzləmə.
2. Müxtəlif
stilli bədii divanlar - dəridən, məxmər, atlas və
ipəkdən tesma və baxrama ilə haşiyələnərək
üz çəkilməsi.
3. Kareta və
muzey mebeli - bərpa etmə.
4. Kareta və
taxt-tac - üzləmə.
326.
FİZİKİ-MEXANİKİ SINAQLAR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Metalların,
xammalın, məmulatların, ərintilərin, müxtəlif
materialların, yarımfabrikatların və hazır məhsulun
nəzarət-yoxlama qurğularında, Rokvell, Brinel və s.
cihazlarda, qüvvədə olan təlimatlara müvafiq, möhkəmliyə,
uzanmaya, əyilməyə, istiliyə
davamlılığına, sıxılmağa, çıxma, götürmə
və tıxanma qüvvəsinə, qırılmağa, bərkliyə,
hava keçirilməzliyə, suyadavamlığa, özlülüyə, tiftiklənməyə,
burulmaya, qalınlığa, nəmliyə,
yağlılığa və digər keyfiyyət göstəricilərinə
görə fiziki-mexaniki sınaqdan keçirilməsi. Elektrik müqavimətin
körpü döşəmə metodu və ampervoltmetr metodu ilə ölçülməsi.
Hidrostatik çəkilməklə sıxlığın müəyyənləşdirilməsi.
Qovşaq və birləşmələrdə
sıxlığın və özəklərin ölçülərinin
yoxlanılması. Sıxılma və yapışma faizinin müəyyən
edilməsi. Sınaqların müəyyən olunmuş yoxlama uçot
yazılarının aparılması. Sınaqlar üçün nümunələrin
hazırlanması və
yağsızlaşdırılması. Cihazların və
aparatların seçilməsi və sınağa
hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi
altında cihaz və aparatların sazlanması. Verilmiş
resept üzrə aydınlaşdırıcının və
fiksajın hazırlanması, fotokağızın, plyonka və
lövhəciklərin emalı, fotoneqativlərdən şəkillərin
çıxarılması.
Bilməlidir:
fiziki-mexaniki
sınaqların təsnifatını; sınaqdan keçirilən
metal və materialların əsas fiziki-mexaniki xassələrini;
metalların və qeyri-metaldan olan materialların elektrik xassələrinə
dair elementar məlumatları; xüsusi elektrik müqavimətini;
elektrolitdə sıxlığı müəyyən etmə
üsullarını; nümunələrin sınaq üçün hazırlanma
metodikasını; gördüyü işin həcmində
elektrotexnikanın əsaslarını;
fotomaterialların-kimya reaktivləri, fotokağız, fotoplastinkaların saxlanma və
işlədilmə qaydalarını resept üzrə
aydınlaşdırıcı və fiksajın hazırlama
üsullarını; analiz aparılan material, xammal, yarımfabrikat
və hazır məhsulun növləri və xassələrinə
görə nümunələrin seçilmə və tərtib etmə
qaydalarını; xidmət etdiyi avadanlığın iş
prinsipini; analiz və sınaqların keçirilməsi prosesində
onların işlədilmə qaydalarını; sınaqlar üzrə
nəticələrin yazılma sistemini, sınaqların
keçirilməsinə dövlət standartlarını və texniki
şərtləri; nəzarət-ölçü cihazlarının, alətlərin
təyinatını və onlardan istifadə etmə
qaydalarını.
327.
FİZİKİ-MEXANİKİ SINAQLAR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Xammalın,
materialın, yarımfabrikatın və hazır məhsulun
fiziki-kimyəvi sınaqdan keçirilməsi və
aparılmış sınaqlar üzrə nəticələrin
ümumiləşdirilməsi üzrə işlərin yerinə
yetirilməsi. Xammalın, materialın yarımfabrikatın və
hazır məhsulun keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi
üzrə hesablamaların aparılması. Sınaqdan keçirilən
nümunələrin dövlət standartlarına və texniki şərtlərə
uyğun gəlməsinin müəyyən edilməsi. Təcrübə
nümunələrinin laboratoriya şəraitində
hazırlanması.
Materialların
üyüdülmə nazikliyinin, həcmin bərabər dəyişməsinin,
tutma müddətlərinin və həcm kütləsinin müəyyənləşdirilməsi.
Nümunələrin istiliyə davamlılığını
sınaqdan keçirərkən termoparın köməyi ilə
temperaturun müəyyən edilməsi. Termoparın
quraşdırılması. Soyuq lehimləmə temperaturuna düzəlişlər
edilməsi. Normal möhkəmlik modulun və yerdəyişmə
modulun radiotexnika metodu ilə tapılması, modulların
tapılması üçün olan qurğunun
etalonlaşdırılması. Maqnit keçiciliyin ballistik
qurğuda ölçülməsi. Nümunələrin həndəsi ölçülərinə
düzəlişlərin daxil edilməsi. Nümunənin uzunluğu
boyu bərabər qızmasının tənzimlənməsi,
termoparalarla qızma temperaturuna nəzarət. Termopar vakuummetrlə
174-1,3 Pa-dək (1,31-10-2 mm c.st.-dək) olan
seyrəklənmənin
ölçülməsi. Forvakuum nasosunda yağın dəyişdirilməsi.
Sınaqların keçirilməsi prosesində laboratoriya
avadanlığının yoxlanılması və
sazlanması. Xammalın, materialın və
yarımfabrikatların sınaq partiyasının istehsalatdan
keçməsinin müşahidə edilməsi. Sınaq nəticələrinin
qrafik təsviri.
Bilməlidir:
istismar edilən avadanlığın quruluşunu; sınaqdan
keçiləsi olan materialların, xammalın,
yarımfabrikatların və hazır məhsulun reseptini, təyinatı
və xüsusiyyətlərini; müxtəlif mürəkkəb
fiziki-mexaniki sınaqların, onların emalı və ümumiləşdirilməsi
üzrə işlərin aparılma qaydalarını; maqnit
keçiciliyini müəyyən etmək üçün ballistik qurğuların
iş prinsipini; forvakuum və diffuziya nasosların, termopar
vakuummetrlərin vakuum sistemlərinin əsas
qovşaqlarını; nümunələrin fiziki xassələrinin
müəyyən edilməsində əsas metodları; maqnit cisimlərin
əsas xassələrini; ərintilərin termik üsulla
genişləndirilməsini; dilatometrlərdə xətti genişləndirmə
əmsallarını və kritik nöqtələri müəyyən
etmə metodikasını; yüksək və aşağı
temperaturlu termometrlərin köməyi ilə temperaturun ölçmə
metodikasını; metalların və ərintilərin möhkəmlik
xassələrini; nümunələrin həndəsi ölçülərinə
dəyişikliklərin edilməsi qaydalarını; qrafiklərin
qurulma metodlarını; aparılan sınaqları qeydə
alan sistemi və nəticələrini ümumiləşdirmək
üçün metodikanı.
328.
FİZİKİ-MEXANİKİ SINAQLAR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Maqnit həssaslığının,
maqnit keçiciliyinin, qalıq induksiyanın, koersitiv qüvvənin müəyyən
olunması. Permeametrdən qisterezis ilməyinin
çıxarılması. Məftilin (simin) qomogenliyə və
etalonlarla termoelektrohərəkət qüvvəsinə
yoxlanılması. Termoparların soyuq lehimlərinin
termostatlaşdırilması. Nümunələrin soyuma və
qızma termik sikllərindən çıxarılması.
Qurğularda yüksək vakuum yaradılması və onun
vakuummetrlə ölçülməsi. İstilik keçirmə, istilik tutumu və
elektrik keçiriciliyin müəyyən edilməsi. Vakuum dilatometrində
termik genişlənmə əmsallarının və kritik
(böhranlı) nöqtələrin tapılması. Tətbiq edilən
cihazların sazlanması. Diaqram üzrə metalın son
axıcılıq həddinin müəyyən edilməsi. Hesab cədvəllərinin
tutulması. Temperatur şkalasını hazırlamaq və dəqiqləşdirmək
üçün termoparların və dilatometrlərin dərəcələrə
bölünməsi. Civəli inersion termometrlərlə
torpağın temperaturunun ölçülməsi. Yoxlama
sınaqlarının aparılması. İşıq-şüa
ossilloqraflarla işləmək. Lazımi vibratorun seçilməsi,
onun maqnit blokuna quraşdırılması. Verilmiş ölçülərə
əsasən halqa metodu ilə qalıq gərginliyin
hesablanması. Ossilloqrafın optik sistemlərinin və vaxt
nişanlayıcılarının yüstirlənməsi.
Ossilloqramların işlənilməsi.
Bilməlidir:
permeametrlərin quruluşunu; daimi maqnit sahələrində
metalların maqnit xassələrini müəyyən etmək üçün
qurğuları, temperatur nəzarəti üçün potensiometri, istilik
keçirməni, istilik tutumunu və elektrik keçirməni müəyyən
etmək üçün qurğuları, işıq-şüa
ossilloqrafları, ionlaşdırıcı və
maqnit-boşaldıcı manometrləri; ferro-, dia- və
paramaqnit materialları; maqnit keçiciliyin sahədən
asılılığını, maqnit xassələrinin müəyyənləşdirilməsində
əsas metodlarını; permometrdə, ferrotesterdə, maqnit həssaslığını
müəyyən etmək üçün olan qurğularda işləmə
metodikasını; materialşünaslığın əsaslarını;
yüksək vakuumu ölçmə metodlarını; sizmaları müəyyən
etmə və aradan götürmə metodlarını; metalların və
ərintilərin istilik xassələrini; istilik keçirmə və
istilik tutumunu müəyyən etmə metodlarını;
metalşünaslığın və istiliklə emalın əsaslarını;
sınaqdan keçirilən materiallara mümkün olan yüklənmənin və
gərginliyin miqdarını; dartılma və əyilmə
zamanı möhkəmlik və axıcılıq hədlərini;
yorğunluq hədlərini, maksimum gərginlik dərəcələrini.
329.
FİZİKİ-MEXANİKİ SINAQLAR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
5-ci
dərəcə
Bütün növ qaynaq birləşmələrin,
müxtəlif diametrli boruların, təbəqə və profilli yaymanın fiziki-mexaniki
sınaqdan keçirilməsi və texniki tələblərə və
şərtlərə müvafiq bütün xarakteristikaların
alınması. Müxtəlif qeyri-standart sınaqların keçirilməsi.
Hazır qovşaqların, məmulatların və
halqaların, zəncirlərin sınağı, fırlanma
anına tənzim olunan xüsusi alətlərin tarasının təyin
edilməsi. Qeyri-standart sınaqlar üçün sxemlərin və
cihazların yığılması. Qeydə alan və yazan
aparatların tarasının təyin olunması. Müxtəlif
tenzometrlər tətbiq etməklə sınaqların
aparılması. Yoxlama termoparları hazırlayarkən
anizometrdən çox soyudulmuş austenitin, parçalanma əyrilərinin
və temperatur əyrilərinin çıxarılması. Avtomat
yüksək temperaturlu dilatometrdə xətti genişlənmə
əmsallarının müəyyən olunması. Elektronla
qızdırılan kalorimetrdə maddələrin istilik xassələrinin
müəyyən olunması. Aşağı tezlikli intervalda nümunələrin
sönmə dekrementinin müəyyən olunması. Maye helium
temperaturunda qalıq müqavimətini ölçmə metodu ilə zona əridilməsindən
sonra metalların saflığının müəyyən
olunması. Qabların sıxılmış və mayeləşdirilmiş
qazla doldurulması. İstifadə olunan avadanlığın
cari təmiri və sazlanması.
Bilməlidir: müxtəlif
qaynaq birləşmələrin, boruların, yaymanın,
hazır qovşaq və məmulatların mexaniki sınaqdan
keçirilmə metodikasını; qeyri-standart standart sınaqlar
üçün sxemlərin hesablanma və tərtib olunma prinsiplərini;
işıq-şüa ossiloqrafların, tenzometrlərin və
tenzometrik aparatların quruluşunu; avtomatik yüksək temperaturlu
dilometrlərin, metallarda daxili sürtünməni təyin etmək
üçün qurğuların, kalorimetrlərin, müxtəlif tipli metallarda
və ərintilərdə qalıq elektromüqaviməti müəyyən
edən qurğuların, anizometrin quruluşunu; gördüyü işin
həcmində dilatometriyanın əsaslarını; dəmir
karbonun vəziyyətini əks etdirən diaqramı;
aşqarlı elementlərin, metalların və ərintilərin
fiziki xassələrinə təsirini; yüksək temperaturlu
dilatometrdə təsirsiz qazlar mühitində termik genişlənmənin
müəyyən olunma metodikasını; maye azot, yağ və maye
qalay vannalarından istifadə edərək çox soyudulmuş
austenitin aşağı və yüksək temperaturlarda izotermik
ayrılma diaqramının çəkilmə qaydalarını; təsirsiz
qazların xassələrini; eksperimental məlumatların
riyazi işlənilməsini; maye azotla işləmə qaydalarını; materialların fiziki xassələrini
müəyyən etmə metodikasını.
Orta ixtisas təhsili
tələb olunur.
330.
FİZİKİ-MEXANİKİ SINAQLAR ÜZRƏ LABORANT
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Mikron kəsiyi
olan nümunələrdə elektrik keçiriciliyini və temperatur əmsalını
müəyyən etmək üçün yüksək mürəkkəbli
fiziki-mexaniki sınaqların aparılması. Anizometrdə və
dilatometrdə - 196 S və daha yuxarı temperaturlarda
termokinematik əyrilərin çıxarılması. Elektronla
bombardman etmək metodu ilə maddələrin istilik xassələrinin
müəyyənləşdirilməsi. Yüksək temperaturlu
qızdırıcıların qoşulması, xidmət edilməsi
və söndürülməsi. Elektrik keçiriciliyin, istilik keçiriciliyin,
termik genişlənmə əmsalının, vakuumda və təsirsiz
mühitdə yüksək temperaturlar altında qaralıq əmsalının
ölçülməsi. Kriogen temperaturlar altında termoelektrod
materialların xarakteristikalarının çıxarılması.
Yüksək tezlik və yüksək temperatur sahəsində sönmə
dekrementinin müəyyən edilməsi. Yeni ərintilərə
metodikaların işlənib hazırlanmasında və
qurğuların metroloji attestasiyadan keçirilməsində
iştirak etmək.
Bilməlidir: yüksək
temperaturla qızdırılma prinsiplərini; qızma
temperaturunun istehlak olunmuş gücdən
asılılığını; istiliyi qoruyan ekranların
rolunu; elektronla bombardman etməklə maddələrin
qızdırılma prinsipini; elektron
qızdırılmanın və nümunənin elektronla bombardman
edilməsi zamanı temperaturun bölüşdürülməsinin əsas
qanunauyğunluqlarını; 1000 S-dən yuxarı temperaturda
materialların fiziki xassələrini müəyyən etmə
metodikasını; etalon pirometrlərin köməyi ilə yüksək
temperaturların ölçmə metodikasını; termoparların
etalon pirometrlər üzrə dərəcələrə bölünməsi
metodlarını; yüksək temperaturlu qurğuların quruluşundakı xüsusiyyətləri;
istilik itkilərini azaltmaq yollarını; istilik itkilərini
uçota almaq üsullarını və ölçü nəticələrinin
riyazi üsulla işlənilməsi zamanı istilik itkilərinə
düzəlişlər edilməsini.
Orta ixtisas təhsili
tələb olunur.
331.
FORSUNKA
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Avadanlığın
vəziyyəti və verilmiş texnoloji rejimə uyğun
olaraq sobanın və ya qazanların qızdırılması
üçün istiliyin və havanın daxil olmasının tənzimlənməsi.
Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət.
Forsunkaların və onunla əlaqədar kommunikasiyaların təmizlənməsi
və dəyişdirilməsi.
Bilməlidir: sobaların,
forsunkaların, buxar hava yollarının və neft xətlərinin
quruluşunu, onların işinin tənzimlənməsi
üsullarını; forsunkaların çıxarılması,
qurulması və təmizlənməsi üsullarını;
forsunkaların təmizlənməsi üçün olan alət və
cihazlardan istifadə etmə qaydasını və
quruluşunu.
332.
HAVABÖLÜŞDÜRÜCÜNÜN APARATÇISI
İşin
xüsusiyyəti.
2-ci
dərəcə
Daha yüksək
ixtisaslı aparatçının rəhbərliyi altında
oksigenli və oksigen-arqonlu qurğulara xidmət. Quruducu
batareyaların, rütubəti ayıran hava kompressorlarının
və karbonsızlaşdırıcıların üfürülməsi,
maye oksigenin stasionar və nəqliyyat tanklarına
boşaldılması. Xidmət edilən avadanlığın
yağlanması. Qurğu avadanlığının və
aparaturasının cari təmirində iştirak edilməsi.
Rampadakı təzyiqin vəziyyətinin müşahidəsi və
balonların doldurulmasında iştirak edilməsi.
Balonların anbarlara diyirləndirilməsi və yerləşdirilməsi.
Doldurulmuş qazdan asılı, olaraq balonların müxtəlif rəngə
boyanması. Aparaturanın və tutumların su və həlledicilərlə
yuyulması. Balonların doldurulmasına aid sənədlərin
aparılması. Balon pasportlarının yoxlanılması və
doldurulması.
Bilməlidir: oksigen
və oksigen-arqon istehsalının texnoloji sxemi haqqında ən
sadə məlumatı; alınan qazların əsas xassələrini
və onların itkisinin müəyyən edilməsi və aradan
qaldırılması üsullarını; doldurucu rampanın
işləmə prinsipini və üstündəki qaz ventillərin
yerlərini; maye oksigenin tökülməsi üçün stasionar və nəqliyyat
tankların, mexanizmlərin quruluşunu və onların
işlənmə qaydalarını, balonların quruluşunu və
doldurulma, sınaq və saxlama qaydalarını; doldurulmuş
qazdan asılı olaraq balonların rənglərini və
balonların həcmlərini; ölçü cihazlarının təyinatını
və tətbiqi şərtlərini.
333.
HAVABÖLÜŞDÜRÜCÜNÜN APARATÇISI
İşin
xüsusiyyəti.
3-cü
dərəcə
Saatda 100 kub metrədək
oksigen istehsal edən oksigen qurğusunda (aqreqatda) oksigen
istehsalı üzrə texnoloji prosesin aparılması.
Bölüşdürücü aparatın tənzimlənməsi. Qaz analizinin
aparılması. Qaz sayğaclarının və diferensial
manometrlərin işinə, maye və qaz şəklində olan
oksigenin, azotun, arqonun və maye havanın
buxarlandırıcıda dəyişməsinə nəzarət.
Balonların doldurulması və maye oksigenin stasionar və nəqliyyat
çənlərinə doldurulub boşaldılmasına nəzarət.
Balonları mayeləşdirilmiş və
sıxılmış qazla dolduran avtomatik cihazların
işinin tənzimlənməsi. Qurğu
avadanlığının və aparatların cari təmiri.
Qurğunun işinə dair nəzarət-uçot
qeydiyyatlarının aparılması. Doldurucu rampa və
bütövlükdə onun boru kəmərlərinin, ventilin və nəzarət-ölçü
aparatlarının vəziyyətinin tədqiq edilməsi.
Doldurulmuş balonların nəql edilməsi və
saxlanılmasına nəzarət.
Bilməlidir: oksigen
istehsalında texnoloji sxemi; doldurucu rampanın quruluşunu;
oksigen qurğularının quruluşunu və ayrı-ayrı
qovşaqların təyinatını; nəzarət-ölçü
cihazlarının göstəricilərinə görə
aparatların tənzim olunma qaydasını; fizika, kimya və
elektrotexnikaya dair əsas məlumatları; təsirsiz
qazların xassələrini; qurğunun işi haqqında nəzarət-ölçü
qeydiyyatlarının aparılma qaydasını; qazlarda təhlilin
aparılma metodlarını; maye oksigenin tanklara süzülməsi,
balonların qazla doldurulması; doldurulmuş balonlarla rəftar
və onların saxlanma qaydasını; nəzarət-ölçü
cihazlarının quruluşunu.
334.
HAVABÖLÜŞDÜRÜCÜNÜN APARATÇISI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Saatda 100-800 kub
metr oksigen və azot, 15 kub metrədək xam arqon və 500 litrədək
maye oksigen və azot istehsal edən oksigen, azot-oksigen və
oksigen-arqon qurğularında (aqreqatlarda) xam arqonu seçib qaz
halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin
aparılması. Hava bölüşdürücü blokun, asetilen adsorberlərinin
texnoloji qızdırılması. Adsorbsiya quruducu
qurğuların regenerasiyası. Qazlarla bir neçə təhlilin
aparılması. Qazholderin, rampanın, maye oksigen nasosun,
detanderin vəziyyətinin, kommunikasiya və aparatların germetikliyi
və saz olmasının müşahidə edilməsi. Qurğu
avadanlığının və aparatların orta və əsaslı
təmirində iştirak. Qoruyucu qurğulara, ventilyasiyaya,
telefon və işıq-səs siqnalizasiyasına nəzarət.
Bilməlidir: fizika,
kimya və elektro- texnikanın əsaslarını; arqon
istehsalında texnoloji sxemi; oksigen və arqon
qurğularının ayrı-ayrı aqreqatlarının və
avadanlıq qovşaqlarının quruluşunu və
onların oksigen, arqon və azot istehsalının ümumi texnoloji
sxemində təyinatını; aparatların,
avadanlığın və həcmlərin yuyulma və
sınaqdan keçirilmə üsullarını; qurğuların
işində nasazlıqların aşkar və ləğv
edilməsi; mürəkkəb nəzarət-ölçü
cihazlarının, qoruyucu qurğuların və siqnalizasiya
vasitələrinin quruluşunu və təyinatını;
buraxılan məhsulun keyfiyyətinə qoyulan tələbləri;
avadanlığın, armatura və aparatların təmiri üzrə
işlərin görülməsi qaydalarını.
335.
HAVABÖLÜŞDÜRUCUNUN APARATÇISI
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Saatda 800-dən
12000 kub metrədək oksigen və azot, 15-dən 140 kub metrədək
xam arqon və 500-dən 1000 litrədək maye oksigen və
azot istehsal edən azot-oksigen və oksigen-arqon
qurğularında (aqreqatlarda) qaz halında oksigen və azot
istehsalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək
ixtisaslı aparatçının rəhbərliyi altında
kripton-ksenon qatışığının istehsalı üzrə
texnoloji prosesin aparılması. Oksigen qurğuları
avadanlıqlarının germetikliyinin yoxlanılması.
Qurudulma, üfürülmə, rütubəti ayırma balonunun, kompressorun və
skrubberdə cərəyanın dəyişdirilməsi. Qaz
holderlərin oksigenlə, azotla və arqonla doldurulması və
bu qazlarla doldurulma dərəcəsinə, həmçinin elektrik,
qaz sayğaclarının, manometrlərin, difmanometrlərin və
qoruyucu qapaqların işinə nəzarət. Süzgəclərin
yığılıb açılması.
Bilməlidir: azot
istehsalının texnoloji sxemini; oksigen və kripton
qurğularında ayrı-ayrı aqreqatların və
qovşaqların konstruksiyasını; qurğu
aqreqatlarının işində nasazlıqların ləğv
edilməsini; oksigen qurğu avadanlığının və
aparatının germetikliyinin yoxlanılması
üsullarını; təzyiq altında işləyən
borucuqların işləmə qaydalarını; maye oksigen və
azot üçün stasionar və nəqliyyat tanklarının
quruluşunu; arqon qollarının (kolonkalarının), arqonun
zərif kimyəvi təmizləmə blokunun quruluşunu.
336.
HAVABÖLÜŞDÜRÜCÜNÜN APARATÇISI
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Saatda 12000 kub metrdən
artıq oksigen və azot, 140 kub metrdən artıq xam arqon və
1000 kub litrdən artıq maye oksigen və azot istehsal edən
oksigen, azot-oksigen və oksigen-arqon qurğularında
(aqreqatlarda), habelə iki rejimdə işləyərək eyni
zamanda beş-yeddi havanı bölüşdürüb yüksək dərəcədə
təmiz məhsul alınan qurğularda xam arqonu seçib təmizləməklə
qaz halında oksigen və azot istehsalı üzrə texnoloji
prosesin aparılması. Kripton-ksenon
qatışığının istehsalı üzrə texnoloji
prosesin aparılması. Asetilen absorberlərinin və süzgəclərin
üfürülmə və dəyişdirilməsi, elektrik və ya su ilə
işləyən qaz sayğaclarının, manometrlərin və
difmanometrlərin işinə nəzarət. Detander süzgəclərinin
yuyulması, açılıb yığılması üzərində
müşahidə, həcmlərin və balonların maye oksigenlə
doldurulmasına nəzarət.
Bilməlidir: qaz və
maye oksigenin, arqonun, azotun və kriptonun texnoloji istehsal sxemini;
müxtəlif tipli oksigen qurğularının quruluşunu və
yenidən qurulmasını; oksigen qurğuları
avadanlığının və aparatların yuyulma
üsullarını; istismar prosesində oksigen
avadanlığının partlamamasının təmin
olunması üsullarını.
337.
HAVABÖLÜŞDÜRÜCÜ QURĞULARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Saatda 100 kub metrədək
oksigen və azot verməklə havabölüşdürücü qurğuya
(aqreqata) xidmət. İşə buraxılmazdan əvvəl
yoxlama avadanlığın işə salınması və
onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə
görə tənzimlənməsi. Avadanlığın işinin
müşahidəsi və işindəki kiçik nasazlıqların
aradan qaldırılması. Qurğu
avadanlığının işləməsi haqqında nəzarət-uçot
qeydlərinin aparılması, kompressorların vaxtında
yağlanması, nəzarət və hava bölüşdürücü qurğu
avadanlığının təmirində iştirak.
Bilməlidir: xidmət
olunan avadanlığın iş prinsipini; oksigenin
alınmasında texnoloji sxemi; nəzarət-ölçü
cihazlarının təyinatını və tətbiqi şərtlərini;
sürtgü materiallarının texniki şərtlərini və xassələrini;
təzyiq altında işləyən avadanlığa və
aparatlara xidmət qaydalarını; qazların fiziki və kimyəvi
xassələri haqqında əsas məlumatları.
338.
HAVABÖLÜŞDÜRÜCÜ QURĞULARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Saatda 100-dən
800 kub metrə oksigen və azot, 15 kub metrədək xam arqon və
500 litrədək maye oksigen və azot verməklə
bölüşdürücü aparatları olan havaböİüşdürücü qurğusuna
xidmət. İşə buraxmazdan əvvəl yoxlanılması,
xidmət olunan avadanlığın işə salınması
və nəzarət-ölçü cihazlarının göstəricilərinə
görə işinin tənzimlənməsi.
Avadanlığın
işindəki nasazlıqların müəyyənləşdirilməsi
və onların aradan qaldırılması.
Avadanlığın, qurğuların cari təmirinin aparılması. Avadanlığın
və qurğuların işi haqqında nəzarət-uçot
qeydlərinin aparılması. Kompressorların, su, yağ və
digər avadanlığın, yağlama və soyutma sistemləri
üzərində müşahidə.
Bilməlidir: xidmət
olunan havabölüşdürücü qurğunun kompressor, nasos və digər
avadanlığının quruluşunu; xidmət olunan
avadanlığın yağlama və soyutma sistemlərini;
qazların fiziki və kimyəvi xassələri və nəzarət-ölçü
cihazları haqqında əsas məlumatları.
339.
HAVABÖLÜŞDÜRÜCÜ QURĞULARIN
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Saatda 800-dən
12000 kub metrədək oksigen və azot, 15-140 kub metrdən
yuxarı arqon və 500-1000 litrədək maye oksigen və azot
verən bölüşdürücü aparatı olan havabölüşdürücü
qurğulara xidmət. Yüksək ixtisaslı maşinistin rəhbərliyi
ilə kripton-ksenon məhlulu istehsalı üzrə qurğulara
xidmət. Xidmət edilən avadanlığın
yoxlanılması, işə salınması və onun
işinin nəzarət-ölçü cihazlarının göstəriciləri
üzrə tənzimlənməsi. Kompressorların, su və
yağ nasoslarının və digər mexanizmlərin
yağlanması və soyudulması sisteminə nəzarət
etmək. Avadanlıq və qurğuların işi haqqında
nəzarət-uçot qeydlərinin aparılması. Qurğu
avadanlıqlarının cari və qəza təmirinin
aparılması.
Bilməlidir: xidmət
edilən havabölüşdürücü qurğunun nasos, kompressor və digər
avadanlıqlarının quruluşunu; oksigenin, arqonun, azotun
alınmasının texnoloji sxemini; onların
sıxılması və bölüşdürülməsi prosesinin mahiyyətini.
340.
HAVABÖLÜŞDÜRÜCÜ QURĞULARIN MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Saatda 12000 kub metrdən
yuxarı oksigen və azot, 140 kub metrdən yuxarı xam arqon və
1000 litrdən yuxarı maye oksigen və azot verən
bölüşdürücü aparatları olan havabölüşdürücü qurğulara xidmət.
Bütün mexanizm və qurğuların yoxlanılması və
işə hazırlanması. Xidmət edilən
avadanlığın işə salınması və
dayandırılması. Kripton-ksenon məhlulunun istehsalı
üzrə qurğulara xidmət. Qurğu
avadanlığının orta və əsaslı təmirində
iştirak etmək. Kompressor və nasosların işindəki
nasazlıqları təyin etmək və onları aradan
qaldırmaq. Avadanlıq və qurğuların işi barədə
istehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: xidmət
edilən havabölüşdürücü qurğunun kompressor, nasos və digər
avadanlığının quruluşunu; oksigen, arqon, azot və
digər qazların alınması üzrə qurğuların
işinin texnoloji sxemini; kompressor, turbo kompressorların, havaüfürücülərin,
su və yağ nasoslarının
sökülüb-yığılması və təmirinin
ardıcıllığını və qaydasını;
fizikanın əsaslarını və qazların
sıxılması və bölüşdürülməsi prosesinin mahiyyətini.
341.
ÇATI QURAN
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Sadə məmulat,
detal, uzunluğu 3 m-ə qədər olan meşə yükü və
kütləsi 5 t-a qədər olan digər oxşar yüklərin
qaldırılması, daşınması və yerləşdirilməsi
üçün çatın qurulması və bağlanması. Çatın bərkidilməsi.
Kran maşinistinə siqnal verilməsi və yükün
qaldırılması, daşınması və qoyulması
zamanı yükə nəzarət edilməsi. Yükün kütləsi və
ölçülərinə əsasən lazımi çatın seçilməsi.
Çatıların yararlı olub olmamasının müəyyənləşdirilməsi.
Bilməlidir:
daşman yükün kütləsinin baxışla müəyyən
edilməsini; çatı qurmağın qaydasını; yük
qaldırılan zaman şərti siqnalizasiya işarəsini;
çatıların təyinatını və tətbiqi
qaydalarını; kranların və çatıların yüklənmə
məhdudiyyətini; yüklərin daşınması üçün
çatıların lazımi uzunluğu və diametrini.
342.
ÇATI QURAN
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sadə məmulat,
detal, uzunluğu 3 m-ə qədər olan meşə yükləri
və kütləsi 5 t-dan 25 t-a qədər olan digər oxşar
yüklərin qaldırılması, daşınması və
qoyulması üçün çatın qurulması və bağlanması.
Orta mürəkkəb və uzunluğu 3 m-dən 6 m-ə qədər
olan meşə yüklərinin, məmulat, detal və birləşmələrin,
onların dəzgaha bərkidilməsi ilə, körpü və digər
montaj vəsaiti və mexanizmlərinin, həmçinin kütləsi 5
t-a qədər olan digər oxşar yüklərin
qaldırılması, daşınması və qoyulması
üçün çatın qurulması və bağlanması. Yüklərin tez
və təhlükəsiz çatı qurulması və
daşınması üçün üsulların seçilməsi.
Çatıların müxtəlif düyünlərlə birləşdirilməsi
və bağlanması.
Bilməlidir:
daşınan yüklərin baxışla kütləsinin və
ağırlıq mərkəzinin müəyyənləşdirilməsini;
sadə ağır və çox da mürəkkəb olmayan yüklərin
çatının qurulması, qaldırılması və
qoyulması qaydasını; yüklərə çatı qurmaq üçün əlverişli
yerlərin seçilməsini; çatıların istismar müddətini və
onların yükgötürmə qabiliyyətini; çatıların birləşdirilməsi
və bağlanması üsullarını; yük tutucu vasitələrin
iş prinsipini.
343.
ÇATI QURAN
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Sadə məmulat,
detal, uzunluğu 3 m-ə qədər olan meşə yükü və
kütləsi 25 t-dan yuxan olan digər oxşar yüklərin
qaldırılması, daşınması və yerləşdirilməsi
üçün satının qurulması və bağlanması. Orta mürəkkəb
yüklərin, uzunluğu 3-dən 6 m-ə qədər olan
meşə yüklərinin, məmulat, detal və birləşmələrin
dəzgaha, körpücüklərə və digər montaj vəsaitinə
qurulmaqla, həmçinin kütləsi 5-dən 25 t-a qədər olan
oxşar yüklərin qaldırılması, daşınması
və yerləşdirilməsi üçün çatın qurulması və
bağlanması. Uzunluğu 6 m-dən artıq olan meşə
yükünün, xüsusi ehtiyatlılıq tələb edən məmulat,
detal və birləşmənin, texnoloji avadanlığın
və onunla əlaqədar olan konstruksiya, məmulat, birləşmə,
maşın və mexanizmlərin yığılması,
sökülməsi, həmçinin maşın, aparat, bina və
qurğuların yığma elementlərinin
konstruksiyalarının və kütləsi 5 t-a qədər olan
oxşar mürəkkəb yüklərin qaldırılması,
montajı, daşınması və yerləşdirilməsi
üçün satının qurulması və bağlanması. Çatın
uclarının toxunması. Yüklərin kütləsi və növündən
asılı olaraq çatın seçilməsi.
Bilməlidir:
ağır yüklərə çatın qurulması
üsullarını; yüktutucu vəsaitin quruluşunu;
çatıların birləşdirilməsi qaydası və
üsullarını; çatıların istismarı müddətini və
onların yükqaldırma qabiliyyətini.
344.
ÇATI QURAN
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Orta mürəkkəbli
yüklərin, uzunluğu 3 m-dən 6 m-ə qədər olan
meşə yüklərinin, məmulat, detal və birləşmələrin
dəzgaha, körpücüklərə və digər montaj vəsaitləri
və mexanizmlərinə qurulmaqla, həmçinin kütləsi 25
t-dan yuxarı olan oxşar yüklərin qaldırılması,
daşınması və yerləşdirilməsi üçün çatın
qurulması və bağlanması. Uzunluğu 6 m-dən
artıq olan meşə yüklərinin, xüsusən məsul, məmulat,
birləşmə, maşın və mexanizmlərin bilavasitə
yığılması və sökülməsi, həmçinin kütləsi
5-dən 50 t-a qədər olan oxşar mürəkkəb yüklərin
maşın, aparat, bina və qurğuların yığma
elementlərinin konstruksiyalarının yığılması
və sökülməsi zamanı çatın qurulması və
bağlanması.
Bilməlidir: yüklərin
əyilməkdən və xarab olmaqdan qorunması üçün
qaldırılması və daşınması zamanı
istifadə edilən vəsaitlərin quruluşunu;
çatıların sınağı metodu və müddətini.
345.
ÇATI QURAN
İşin
xüsusiyyəti.
6-cı dərəcə
Uzunluğu 6 m-dən
artıq olan meşə yüklərinin, xüsusən məsul məmulat,
birləşmə, maşın və mexanizmlərin bilavasitə
yığılması və sökülməsi, həmçinin kütləsi
50 t-dan yuxarı olan maşın, aparat, bina və
qurğuların yığma elementlərinin
konstruksiyasının və digər oxşar mürəkkəb
yüklərin qaldırılması, montajı,
daşınması üçün çatın qurulması və
bağlanması.
Bilməlidir: xüsusən
məsul yüklərə çatı qurulması qaydası və
üsullarını; məsul yüklərin qaldırılması və
daşınması üçün istifadə edilən vəsaitlərin
konstruksiyasını.
346.
ÇİRKAB SULARIN TƏMİZLƏNMƏSİ ÜZRƏ APARATÇI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Sənaye
çirkabının və ya radioaktiv suların
qarışıqlardan təmizlənməsi və texnoloji
prosesində istifadə etmək üçün çökdürmə, süzmə,
neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin
tutulması proseslərinin aparılması. Daha yüksək
ixtisaslı aparatçının rəhbərliyi altında reagentlərin
hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən
asılı olaraq onların dozalaşdırılması və
aparatlara yaxud hovuzlara doldurulması. Təmizlənmiş
suların, radioaktiv şlamın və çöküntülərin çəkilib
vurulması və ayrılması. Aparatların və
kommunikasiyaların şlamdan təmizlənməsi.
İstehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: süzgəclərin,
qızdırıcıların, dozatorların və
nasosların iş prinsipini; sənaye çirkabının və
radioaktiv suların təmizlənməsi prosesində texnoloji
rejimlər barədə adi (elementar) məlumatları; sadə
və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının
təyinatını və tətbiqi şərtlərini;
radioaktiv maddələrlə işləməyin sanitariya
qaydalarını.
347.
ÇİRKAB SULARIN TƏMİZLƏNMƏSİ ÜZRƏ APARATÇI
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Sənaye
çirkabının və ya radioaktiv suların
qarışıqlardan təmizlənməsi və texnoloji
prosesində istifadə etmək üçün çökdürmə, süzmə,
neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin
tutulması proseslərinin aparılması. Soda, əhəng
südü,
aşındırıcı natrium reagentlərinin
hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən
asılı olaraq onların dozalaşdırılması,
aparatlara və ya hövzələrə doldurulması.
İonlu-mübadilə süzgəclərin regenerasiyası.
Çirkabın tam təmizlənməsi üçün yoxlama təhlillərinin
aparılması, nəzarət-ölçü cihazlarının göstəricilərinə
və təhlil nəticələrinə görə təmizləmə
prosesinin aparılması. Avadanlığın və
kommunikasiyaların işindəki nasazlıqların aşkar və
ləğv edilməsi. Avadanlığın təmirə
hazırlanması və təmirdən sonra qəbulu. Daha yüksək
ixtisaslı aparatçının rəhbərliyi altında
çirkabların ionlu-mübadilə təmizlənmə və ya
biokimyəvi oksidləşmə prosesinin aparılması.
Bilməlidir: süzgəclərin,
qızdırıcıların, dozatorların və
nasosların quruluşunu; təmizləmə prosesinin texnoloji
rejimlərini - sənaye
çirkabının və radioaktiv suların çökdürülməsi, süzülməsi
və neytrallaşdırılması, təmizləmə
qurğularında istifadə olunan kimyəvi reaktivləri; sadə
və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının
quruluşunu; analizlərin aparılması metodikasını;
mühitin PH dəyişməsinə görə sorbsion siklinin müəyyənləşdirilməsini;
fizika və kimyanın əsaslarını.
348.
ÇİRKAB SULARIN TƏMİZLƏNMƏSİ ÜZRƏ APARATÇI
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Sənaye
çirkabının ionlu-mübadilə yolu ilə təmizlənməsi,
yaxud biokimyəvi oksidləşdirmə metodu ilə
qarışıqlarda təmizləmə prosesinin
aparılması. Radioaktiv suların buxarlandırıcı
qurğularda buxarla təmizlənməsi. Qatran, maqnezit,
ammonyak, turşu və s. reagentlərin hazırlanması, daxil
olan çirkabın miqdarından və tərkibindən
asılı olaraq onların dozalaşdırılması və
aparatlara doldurulması. Ammonyak qollarında (kolonkalarında)
qatranüstü sulardan ammonyakın ayrılması, uçan ammonyakın
üfürülməsi və reaktorda qeyri-sərbəst ammonyakın
ayrılması proseslərinin aparılması.
Çirkabının ionlu-mübadilə süzgəclərinə yaxud
aerotanklara qəbulu, aerasiyanın intensivliyinin və süzülmə
prosesinin müşahidə edilməsi. Radioaktiv suların texnoloji
sorbsiya (təmizləmə) prosesinin tənzimlənməsi.
Qatranın və yağların regenerasiyası. Qatranlanın
regenerasiyası prosesində kimyəvi
preparatların dozalaşdırılması və verilmə
sürətinin tənzimlənməsi. Qatranın generasiya məhlulundan
yuyulub təmizlənməsi və onların sonrakı mərhələyə
hazırlanması. Nəzarət-ölçü cihazları vasitəsi ilə
təhlillərin nəticələrinə görə aerotanklar
üzrə oksigenin daxil olmasına, çirkabın miqdarına, toksiki
maddələrin olmasına, çirkabın təmizlənmə dərəcəsinə,
aerotanklardakı suyun üzərində olan köpüyün miqdarına, qələvi
və turşu məhlullarının qatılığına
nəzarət və onların tənzimlənməsi.
Aerotanklarda ionlu-mübadilə süzgəclərinə, kommunikasiyalar
və armatura yerləşdiyi idarəetmə qalereyasına, həmçinin
nəzarət-ölçü cihazlarına xidmət göstərilməsi.
Avadanlığın işində nasazlıqların aradan
qaldırılması.
Bilməlidir:
çirkabın ionlu-mübadilə yolu ilə təmizlənməsi,
biokimyəvi oksidləşmə və aerasiya proseslərini,
qatranın regenerasiyasının texnoloji rejimlərini; xidmət
etdiyi sahənin sxemini; ionlu-mübadilə, biokimyəvi, mexaniki
süzgəclərin, buğlandırıcı qurğuların,
armatura və kommunikasiyaların quruluşunu; mürəkkəb nəzarət-ölçü
cihazlarının təyinatını və tətbiqi şərtlərini;
texnoloji təmizləmə rejiminin parametrlərini və
prosesi tənzimlənmə qaydalarını; istilik
texnikası əsaslarını.
349.
ÇƏKİB-BÜKÜCÜ-QABLAŞDIRICI MAŞININ
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Yüksək
ixtisaslı maşinistin rəhbərliyi altında hazır məhsulun
və məmulatın bükücü-qablaşdırıcı
maşınlarda bükülüb-qablaşdırma prosesinin
aparılması. Bükülmə və etiketlərin
yapışdırılmasına vaxtaşırı nəzarət.
Bükülmüş məmulatların hesab üzrə sayının
yoxlanılması. Müxtəlif məmulatların əl ilə
ötürülməklə bükücü maşın-yarımavtomatlarda
kağıza, sellofan və digər bükmə materiallarına
bükülməsi.
Müxtəlif maye məhsulun
bankaya, butulkaya, flakona, şüşəyə, çənə, dozatora
və s. süzülməsi və yarımavtomatlarda ağzının
bağlanması prosesinin aparılması. Taraların doldurulma
səviyyəsinin tənzimlənməsi. Xidmət olunan
avadanlığın işindəki nasazlıqların aradan
qaldırılması.
Bilməlidir: xidmət
edilən avadanlığın iş prinsipini; nəzarət-ölçü
alətlərinin təyinatını və tətbiqi şərtlərini;
məhsulun keyfiyyətinə qoyulan tələbləri; bükülmə
və qablaşdırmaya qoyulan dövlət standartlarını və
texniki şərtləri; bükücü-qablaşdırıcı
materialların maşına salınması üsullarını;
mayenin süzülməsi və taranın tıxaclanmasının
texnoloji rejimini.
350.
ÇƏKİB-BÜKÜCÜ-QABLAŞDIRICI MAŞININ
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
3-cü dərəcə
Dozalaşdırıcı,
ölçücü, çəkici, tələb olunan həcmdə və ya sayda məhsulu
(əmtəəni) ayıran qurğuları olan çəkib-bükücü-qablaşdırıcı
maşın, avtomat və yarımavtomatlarda verilmiş həcmdə,
kütlədə və sayda müxtəlif növ bərk, pasta şəkilli,
dənəvər və tək-tək məhsul (əmtəə)
və məmulatların çəkilib-bükülməsi və
qablaşdırılması prosesinin aparılması. Məhsulun
(əmtəənin) porsiyalarla hazır paketlərə,
qutulara, kisələrə və s. avtomatik
qablaşdırılması. Paketlərin, kisə və
qutuların tikilməsi və etiketlərin yapışdırılması
(bükülməsi). Dozalaşdırıcı qurğunun bunkerinə
məhsulun yüklənməsi. Dolayıcı-bükücü
materialların - kağızın, perqamentin, folqanın,
sellofanın və digər bükücü materialın bükücü
maşın - avtomatlara, çəkib-qablaşdırıcı
aqreqatlara salınması. Ayrı-ayrı məlumatların
kağıza, folqaya, sellofana və digər bükücü materiala bükücü
maşın-avtomatlarda, çəkib-bükücü-qablaşdırıcı
aqreqatlarda avtomatik qidalandırıcı, özü qatlayıb-açan və
digər nəqliyyat qurğuları vasitəsilə ötürülərək
bükülməsi. İstehsal gücü saatda 12000 butulka olan avtomatik
maşınlarda müxtəlif maye məhsullarının taraya
süzülməsi və tıxaclanması prosesinin aparılması.
Xidmət edilən avadanlığın cari təmiri.
Bilməlidir: xidmət
edilən avadanlığın quruluşunu; məhsulun bükülməsi
və qablaşdırılmasının keyfiyyətinə və
qablaşdırılmasının tərtibinə qoyulan tələbləri;
dozatorların verilmiş həcmə, kütləyə və kəmiyyətə
uyğun tənzimlənməsi qaydalarını; çəkilib-bükülmə
prosesində məhsulun və bükücü materialın itkisinə
qoyulan normaları; avadanlığın işində olan
nasazlıqların aradan qaldırılması
üsullarını; çəkilib-bükülən məhsulun assortimentini,
say, kütlə və həcm standartını və çəkilib
qablaşdırılan məhsulun fərqləndirici xüsusiyyətlərini;
məmulatın bükülməsinə qoyulan texniki şərtləri;
məhsulun keyfiyyətinə və butulkaların xarici tərtibatına
qoyulan tələbləri.
351.
ÇƏKİB-BÜKÜCÜ-QABLAŞDIRCI MAŞININ
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
4-cü dərəcə
Müxtəlif növ maye
məhsulun istehsal gücü saatda 12000 və daha çox butulka olan avtomat
maşınlarda taralara doldurulması və tıxaclanması
(bağlanması). Çaxırın çöküntüdən ayrılması və
şampanın filtrdən keçirilməsi və tam doldurulması
üçün çaxır və şampanın bir butulkadan digər butulkaya
xüsusi aparat və ləvazimat vasitəsilə süzülməsi. Məhsulun
avtomatlarda termik sıxılmış polietilen plyonkalara
qablaşdırılması, banderollaşdırlması
prosesinin aparılması. Plyonkaların maşınlara
doldurulması. Maşınların məhsul
kommunikasiyalarına birləşdirilməsi. Süzmə xəttinin
avtomatik maşınlarına-dozalaşdırıcı, bükücü,
süzücü, bərkidici, çalxalandırıcı, etiketləyici,
qoyucu, qablayıcı maşınlara xidmət. Süzülən məhsulun
temperaturunun və təzyiqinin tənzimlənməsi. Məhsulun
ölçülməsi və çəkilməsi. İş rejiminin sərbəst
təyin edilməsi, avadanlığın təmirində
iştirak etmək.
Bilməlidir:
avtomatik maşınlarda doldurulmanın texnoloji rejimini; xidmət
edilən maşın və nəqliyyat sisteminin quruluşunu;
nəzarət-ölçü cihazlarının quruluşunu;
elektrotexnikanın əsaslarını;
banderollaşdırılmış və plyonkaya bükülmüş məhsulun
termik emalını.
352.
ÇƏKİB-BÜKÜCÜ-QABLAŞDIRICI MAŞININ
MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Pres-qablaşdırıcı
maşınına xidmət. Xidmət
avadanlığının yoxlanılması, işə
hazırlanması, işə salınması və onun
işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə
əsasən tənzimlənməsi. Boş paketlərin verilməsi
və qol borularına keçirilməsi. Avtomat və bloklama vasitələri
cihazlarının işinə, yağın və
sıxılmış havanın təzyiqinə nəzarət.
Xidmət olunan avadanlığın sazlanması.
Maşınların yağlanması, maşın və köməkçi
vasitələrin işindəki nasazlıqların aşkar
edilməsi, orta və əsaslı təmirdə iştirak etmək.
Bilməlidir:
hidravlik pres-qablaşdırıcı maşınların və
köməkçi aqreqatların, mexanizmlərin, nasos, filtr, tərəzi,
qaytançəkənlərin quruluşunu; yağ borularının
sxemini; yağlanma rejimini.
353.
ŞÜŞƏ MƏMULATLARININ SÜNİ KÖHNƏLMƏSİ
LABORATORİYASININ
LABORANTI
İşin
xüsusiyyəti.
2-ci dərəcə
Şüşədən
olan məmulatların (termometrlərin-texniki, kimyəvi, kontakt
meteoroloji və s.) köhnəlmə elektrik peçində süni köhnəlmə
prosesinin aparılması. Məmulatların elektrik peçinə
yüklənməsi. Cihazların göstəricilərinə görə
və termometrin konstruksiyasından və şüşənin
markasından asılı olaraq peçlərin temperatur rejiminin tənzimlənməsi.
Bilməlidir:
elektrik peçin iş prinsipini; köhnəlmənin temperatur rejimini;
temperaturun enib-qalxmasının köhnəlmənin keyfiyyətinə
təsirini; görülən işin həcmində elektrotexnikanın
elementar əsaslarını; cihazların istehsalında istifadə
olunan şüşələrin əsas markalarını.
354.
ŞTABELFORMALAŞDIRICI MAŞININ MAŞİNİSTİ
İşin
xüsusiyyəti.
5-ci dərəcə
Dəmir filizi
xammalının, yüklərin kisələrdə, paketlərdə
daşınması, proqramlaşdırıcı
qurğuların köməyi ilə müəyyən olunmuş
hündürlükdə yığılması zamanı
ştabelformalaşdırıcı maşının idarə
olunması. Maşının işə hazır olması,
onun proqramlaşdırıcı qurğuların köməyi ilə
avtomatik işə keçirilməsi. Maşının işinə,
havanın təzyiqinə və yağın səviyyəsinə
nəzarət. Hava filtrlərinin yoxlanılması və suyun
oradan boşaldılması. Fotorelenin, işinin
yoxlanılması, onların sazlanması və linzaların təmizlənməsi.
Dəmir filizi xammalının, kisədə və paketdə
olan yüklərin maşına vaxtında verilməsinə nəzarət.
Maşının işində olan nasazlıqların aşkar
edilməsi. Maşının cari təmirinin aparılması.
Bilməlidir:
ştabelformalaşdırıcı maşının
quruluşunu, kinematikasını, idarəetmə sxemini, tənzimləmə
və yağlama qaydalarını; köməkçi mexanizm və
aqreqatların qarşılıqlı əlaqəsini; nəzarət-ölçü
cihazlarının quruluşunu; maşının tələb
olunan iş rejiminə sazlanması qaydalarını.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
3 may 2019-cu il tarixli 190500031 nömrəli Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 3 may 2019-cu il tarixli 190500031 nömrəli
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı ilə “I FƏSİL BÜTÜN SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN
İXTİSAS DƏRƏCƏLƏRİ ÜZRƏ TARİFLƏŞDİRİLMƏYƏN FƏHLƏ PEŞƏLƏRİ
TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə
“19.QARDEROBÇU”
peşəsinin “İşin xüsusiyyəti” hissəsinin ikinci
abzasında “Əlillərə və qocalara” sözləri “Ahıllara və əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.
[2] 3 may 2019-cu il tarixli 190500031 nömrəli
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Kollegiyasının Qərarı ilə “I FƏSİL BÜTÜN SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN
İXTİSAS DƏRƏCƏLƏRİ ÜZRƏ TARİFLƏŞDİRİLMƏYƏN FƏHLƏ PEŞƏLƏRİ
TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə
“33.ESKALATOR
NÖVBƏTÇİSİ” peşəsinin “İşin
xüsusiyyəti” hissəsinin dördüncü cümləsində “əlil və qocalara” sözləri “ahıllara və əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.
[3] 3 may 2019-cu il tarixli 190500031 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə “I FƏSİL BÜTÜN SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN İXTİSAS DƏRƏCƏLƏRİ ÜZRƏ TARİFLƏŞDİRİLMƏYƏN FƏHLƏ PEŞƏLƏRİ TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” üzrə “61.SOYUNUB GEYİNMƏ OTAĞININ NÖVBƏTÇİSİ” peşəsinin “İşin xüsusiyyəti” hissəsinin beşinci cümləsində “Qoca və əlillərə” sözləri “Ahıllara və əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.