Azərbaycan
Respublikası Hesablama Palatasının 2007-ci il üçün
xərclər smetası haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
2007-ci
ildə Azərbaycan Respublikası Hesablama Palatasının
və onun aparatının fəaliyyətinin
səmərəliliyini təmin etmək məqsədi ilə
«Hesablama Palatası haqqında» Azərbaycan Respublikası
Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikası Hesablama Palatasının 2007-ci il üçün
xərclər smetası 1.813.025 (bir milyon səkkiz yüz on üç min
iyirmi beş) manat məbləğində təsdiq edilsin.
2.
Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il
üçün xərclər smetası aşağıdakı qaydada
bölüşdürülsün:
2.1. Əməyin ödənişi |
1.456.129 (bir milyon dörd yüz əlli
altı min yüz iyirmi doqquz) manat. |
2.1.1. Hesablama Palatası üzvlərinin
əmək haqqı |
124.344 (yüz iyirmi dörd min üç yüz qırx
dörd) manat. |
2.1.2. Hesablama Palatası
işçilərinin əmək haqqı |
424.008 (dörd yüz iyirmi dörd min səkkiz)
manat. |
2.1.3. Ştatdankənar işçilərin
əmək haqqı |
94.800 (doxsan dörd min səkkiz yüz) manat. |
2.1.4. Əməyin ödənilməsi
ilə bağlı sair pul ödəmələri |
178.362 (yüz yetmiş səkkiz min üç yüz
altmış iki) manat. |
2.1.5. Əməyin ödənişi
üzrə nəzərdə tutulan artım |
363.357 (üç yüz altmış üç min üç yüz
əlli yeddi) manat. |
2.1.6. Dövlət Sosial Müdafiə Fonduna
ayırmalar |
260.672 (iki yüz altmış min altı
yüz yetmiş iki) manat. |
2.1.7. İcbari dövlət
sığortası |
10.586 (on min beş yüz səksən
altı) manat. |
2.2. Malların (işlərin və
xidmətlərin) satın alınması |
271.707 (iki yüz yetmiş bir min yeddi yüz
yeddi) manat. |
2.2.1. Dəftərxana və
təsərrüfat xərcləri |
21.570 (iyirmi bir min beş yüz yetmiş)
manat. |
2.2.2. Mətbəə xərcləri |
1.800 (min səkkiz yüz) manat. |
2.2.3. İdarənin digər
xərcləri |
19.348 (on doqquz min üç yüz qırx
səkkiz) manat. |
2.2.4. Cari təmir |
20.000 (iyirmi min) manat |
2.2.5. Gündəlik yemək
xərcləri (ölkə daxili) |
7.300 (yeddi min üç yüz) manat. |
2.2.6. Mehmanxana (mənzil) və yol
xərcləri (ölkə daxili) |
16.929 (on altı min doqquz yüz iyirmi
doqquz) manat. |
2.2.7. Gündəlik yemək
xərcləri (ölkə xarici) |
18.000 (on səkkiz min) manat. |
2.2.8. Mehmanxana (mənzil) və yol
xərcləri (ölkə xarici) |
69.000 (altmış doqquz min) manat. |
2.2.9. Yanacaq və sürtkü
materiallarının alınması |
21.294 (iyirmi bir min iki yüz doxsan dörd)
manat. |
2.2.10. Digər nəqliyyat
xidmətləri |
5.766 (beş min yeddi yüz altmış
altı) manat. |
2.2.11. Elektrik enerjisi haqqının
ödənilməsi |
500 (beş yüz) manat. |
2.2.12. Qaz haqqının
ödənilməsi |
500 (beş yüz) manat. |
2.2.13. Su haqqının
ödənilməsi |
400 (dörd yüz) manat. |
2.2.14. İstilik enerjisi (yanacaq)
haqqının ödənilməsi |
1.000 (bir min) manat. |
2.2.15. Kanalizasiya xidmətləri
haqqının ödənilməsi |
100 (bir yüz) manat. |
2.2.16. Ölkə daxili telefon
danışıq haqlarının ödənilməsi |
9.400 (doqquz min dörd yüz) manat |
2.2.17. Beynəlxalq telefon
danışıq haqlarının ödənilməsi |
10.000 (on min) manat. |
2.2.18. Poçt xidmətlərinin
ödənilməsi |
600 (altı yüz) manat. |
2.2.19. İnternet xidməti
haqqının ödənilməsi |
2.200 (iki min iki yüz) manat. |
2.2.20. İnventarın alınması |
9.000 (doqquz min) manat. |
2.2.21. Avadanlığın
alınması |
5.000 (beş min) manat. |
2.2.22. Digər alışlar və
xidmətlər |
20.000 (iyirmi min) manat. |
2.2.23. İş qabiliyyətini
müvəqqəti itirməyə görə verilən
müavinətlər |
12.000 (on iki min) manat. |
2.3. Digər xərclər |
85.189 (səksən beş min yüz
səksən doqquz) manat. |
2.3.1. İcarə və muzdlu
xidmətlər |
37.726 (otuz yeddi min yeddi yüz iyirmi
altı) manat. |
2.3.2. Sair xərclər |
20.687 (iyirmi min altı yüz səksən
yeddi) manat. |
2.3.3. Bank xərcləri |
6.776 (altı min yeddi yüz yetmiş
altı) manat. |
2.3.4. Digər maşın və
avadanlıqların alınması |
20.000 (iyirmi min) manat. |
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
O.ƏSƏDOV
Bakı şəhəri, 28 noyabr
2006-cı il
№
188-IIIQR.