“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli və “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli fərmanlarına dəyişikliklər və əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 1, maddə 28; 2002-ci il, ¹ 8, maddə 495; 2005-ci il, ¹ 12, maddə 1111) 3-cü bəndinin üçüncü abzasında “29.4-cü maddəsində” sözləri “29.4-cü və 30-1.7-ci maddələrində” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 88) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 13.5-ci bənd əlavə edilsin və 13.5-13.10-cu bəndlər müvafiq olaraq 13.6-13.11-ci bəndlər hesab edilsin:[1]

“13.5. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə sənədlər;”.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 dekabr 2007-ci il

                      ¹ 691

 


 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       11 fevral 2019-cu il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 226)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 11 fevral 2019-cu il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 226) ilə 2-ci bənd ləğv edilmişdir.