Dövlət qulluğu haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır :
I. Dövlət qulluğu haqqında
Azərbaycan Respublikasının Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə
131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə
16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5,
maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci
il, № 6, maddələr 463, 475, № 10, maddə 874;
2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, №
8, maddə 657, № 11, maddə 927, № 12, maddələr
1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434,
№ 7, maddə 711; Azərbaycan Respublikasının 2007-ci il
1 oktyabr tarixli 420-IIIQD nömrəli Qanunu) 29-cu maddəsi
aşağıdakı redaksiyada verilsin:
Maddə 29. İnzibati vəzifələrin tutulması
29.1. İnzibati vəzifələrin
birinci - beşinci təsnifatlarına uyğun olan vəzifələrin
tutulması müsahibə keçirilməklə və ya qulluqda
yüksəliş yolu ilə həyata keçirilir.
29.2. Dövlət orqanlarında inzibati
vəzifələrin altıncı - doqquzuncu
təsnifatlarına uyğun olan vəzifələrin
tutulması həmin dövlət orqanı rəhbərinin
qərarı əsasında bu Qanunun 28-ci maddəsində
nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu
Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə
yolu ilə həyata keçirilir.
29.3. Dövlət orqanlarında inzibati
vəzifələrin altıncı - doqquzuncu
təsnifatlarına uyğun olan vəzifələrin həmin
dövlət orqanında və ya digər dövlət orqanında
inzibati vəzifələrdə çalışan dövlət
qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və
dövlət orqanında inzibatı vəzifələrdə
çalışmış şəxslər tərəfindən
tutulması müsahibə yolu ilə həyata keçirilir.
29.4. Müsahibə barədə elan inzibati
vəzifənin aid olduğu dövlət orqanı və ya
həmin dövlət orqanının müraciəti əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
kütləvi informasiya vasitələri ilə müsahibənin
keçirilməsi tarixinə bir ay qalmış verilir.
29.5. Müsahibədə barəsində
müsahibə keçirilən inzibati vəzifəyə uyğun
gələn ixtisas dərəcəsinin təsnifatından
ən çoxu iki təsnifat aşağı ixtisas dərəcəsinə
malik şəxslər iştirak edə bilərlər.
29.6. Müsahibə müvafiq dövlət orqanı
rəhbərinin yaratdığı komissiya
tərəfindən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində
nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti
orqanının nümayəndəsi də daxil olmaqla,
üzvlərinin sayı üç nəfərdən az olmayan
tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı
müsahibədə iştirak edən şəxsin bilik
səviyyəsi, peşə hazırlığı, ümumi
dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə
üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq
vəzifəyə yararlılığı müəyyən
edilir.
29.9. Müsahibə zamanı
aşağıdakı göstəricilər nəzərə
alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.2. attestasiyanın
nəticələri;
29.9.3. müvafiq vəzifənin
tələblərinə uyğun olaraq təkrar
hazırlıq keçilməsi və ixtisasın
artırılması.
29.10. Müsahibənin
nəticələrinə görə müvafiq inzibati vəzifənin
tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində
müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı
rəhbərinin həmin vəzifənin müsabiqə
əsasında tutulması barədə qərarı
əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə
tutulmuş qaydada müsabiqə keçirilə bilər..
II. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 7 dekabr 2007-ci il
№ 504-IIIQD