“TƏSDİQ  EDİRƏM”

Azərbaycan Respublikası Tələbə

Qəbulu üzrə Dövlət Komissiyasının

Sədri ______________ M. Abbaszadə

"28" mart 2006-cı il

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏKTƏBLƏRİNİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL QAYDALARI

(2006/2007-ci tədris ili üçün)

 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2006/2007-ci tədris ili üçün Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbulu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:

1. Ali məktəblərin magistratura pilləsinə qəbul olmaq hüququna ali təhsilin əsas peşə təhsili proqramı üzrə təhsilmi başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər.

Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalara digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız ödənişli əsaslarla qəbul oluna bilərlər.

2. Sənədlərin  qəbulu TQDK tərəfindən yaradılmış  Sənəd Qəbulu Komissiyalarında
aparılır.

3. Magistratura pilləsinə qəbul olmaq istəyən şəxslər  (bundan   sonra  bakalavrlar)   Sənəd Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim edərək "Bakalavrın ərizəsi" formasını şəxsən doldurmalıdırlar:

- bakalavr təhsilini bitirmək haqqında diplomu;

- məzunu olduqları təhsil müəssisəsindən bitirdikləri ixtisasın və onun aid olduğu istiqamətin şifrini, həmçinin orta qiymət balını göstərən arayışı;

- şəxsiyyət vəsiqəsini;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

- yeni çəkilmiş, hamısı eyni olan 3x4 sm ölçüdə dörd ədəd fotoşəkli.

Xarici ölkələrin vətəndaşlar və xaricdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Təhsil Nazirliyindən diplomlarının tanınmasını təsdiq edən, aldıqları ixtisasın və onun aid olduğu istiqamətin şifri, həmçinin orta qiymət balı göstərilmiş arayış təqdim etməlidirlər.

4. Qəbul imtahanlarında bakalavr test üsulu ilə məntiqi təfəkkürü, qəbul olmaq istədiyi ixtisas və xarici dil üzrə bilik səviyyəsi yoxlanılır.

Bakalavrlara məntiqi təfəkkürü yoxlanılması üzrə 50, xarici dil fənni üzrə 20, ixtisas üzrə 30 test tapşırığı təqdim olunur.

Dil fənni blokunda Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və rus dili, rus bölməsinin bakalavrlarına isə ingilis, alman, dünyagörüşünün yoxlanılması üçün nəzərdə tutulmuşdur.

Rus bölməsinin abituriyentləri "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının qanununa əsasən rus dili və ədəbiyyat fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər.

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyən abituriyentlər seçdikləri ixtisaslara uyğun olaraq müvafiq nazirlik və idarələrin müəyyən etdikləri fənlərdən imtahan verirlər.

5. Abituriyentlər dövlət və qeyri-dövlət ali məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan eyni ixtisas qrupuna aid 8-dək ixtisas kodunu (ali təhsilli abituriyentlər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları) seçə bilərlər. İxtisasların ardıcıllığı abituriyent tərəfindən müəyyənləşdirilir. Seçilmiş ixtisasların "Abituriyentin ərizəsi" formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi nəzərə alınır və abituriyent topladığı ballara əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

6. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər test imtahanlarından əvvəl qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanları TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları ərizələrində qabiliyyət imtahanından müvəffəq qiymət alan abituriyentlər göstərə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları da seçmək imkanı verilir.

7. Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin topladığı ümumi balı ilə yanaşı, onun imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı da TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilər nəzərə alınır:

- fənlərin   üstünlük   dərəcəsini   nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan
nisbi balların miqdar;

- bütün fənlər üzrə bütövlükdə abituriyentin düzgün cavablarının sayı;

- fənlərin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə abituriyentin düzgün cavablarının sayı.

8. Qəbul imtahanlarının nəticələri imtahan keçirildiyi gündən bir ay ərzində elan edilir.
Təhsil formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan
sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə  təqdim etməklə qeydiyyatdan
keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.

9. Nəticələr elan olunduqdan sonra boş qalan yerlərə əlavə yerləşdirmə aparıla bilər.

10. Ali məktəblərə qəbul olunmayan abituriyentlər topladıqları ballar əsasında orta ixtisas məktəblərinin ixtisaslarının (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) müsabiqəsində iştirak edə bilərlər.

11. Abituriyentlər imtahan nəticələri ilə əlaqədar müəyyən olunmuş müddətdə TQDK tərəfindən yaradılan apellyasiya komissiyalarına müraciət edə bilərlər.

Bir ali məktəbdən digərinə köçürülmək, təhsil formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə baxılmır.

12. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır.
Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlığa yolvermə) aşkar edildikdə onun   imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.