Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın təşkil edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Qanunun
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli
Fərmanı ilə əlaqədar Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır: [1]
1. Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə Komissiya aşağıdakı tərkibdə
(əlavə olunur) təşkil edilsin. [2]
2. Rayon və şəhər icra hakimiyyəti
orqanları, aidiyyəti nazirlik, komitə, idarə və
təşkilatlar Əsasnamədə nəzərdə
tutulmuş məsələlərin həlli üçün
lazımi tədbirlər görsünlər.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 30 sentyabr tarixli 526 ¹-li qərarının I
bəndi və 1995-ci il 6 mart tarixli 48 ¹- li qərarı
qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 aprel 1997-ci
il
¹ 32
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 29 aprel tarixli 32 nömrəli qərarına
Əlavə
Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Yetkinlik yaşına
çatmamışların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyanın [3]
T Ə R K İ B İ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin İşlər müdiri A. HACIYEV
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25
oktyabr 2001-ci il tarixli 168 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 10, maddə
663)
2.
11
aprel 2002-ci il tarixli 62 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 4, maddə
206)
3.
10
sentyabr 2002-ci il tarixli 144 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 574)
4.
2
may 2006-cı il tarixli 119 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5,
maddə 463)
5.
1
aprel 2008-ci il tarixli 82
nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə
305)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 10 sentyabr 2002-ci il tarixli 144 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 574) ilə
qərarın adı yeni redaksiyada verilmişdir və
qərarın preambulası yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
"Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Yetkinlik
Yaşına Çatmamışların İşləri
üzrə Komissiyanın təşkil edilməsi
haqqında"
[2] 10 sentyabr 2002-ci il tarixli 144 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 574) ilə 1-ci
bənddə "Yetkinlik Yaşına
Çatmamışların İşləri üzrə
Komissiya" sözləri "Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiya" sözləri ilə
əvəz edilmişdir.
1
aprel 2008-ci il tarixli 82
nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə
305) ilə qərarının 1-ci bəndi
qüvvədən düşmüş hesab edilmişdir.
[3] 10 sentyabr 2002-ci il tarixli 144
nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə
574) ilə qərara əlavədə "Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Yetkinlik
Yaşına Çatmamışların İşləri
üzrə Komissiyanın tərkibi" sözləri
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyanın"
sözləri ilə əvəz edilmişdir.
[4] 11 aprel
2002-ci il tarixli 62 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 4, maddə
206) ilə Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Yetkinlik Yaşına Çatmamışların
İşləri üzrə Komissiyanın tərkibindən
L.Rəsulova, S.Təbrizli, A.Rəfiyev, F.Axundov
çıxarılmışlar və Komissiyanın
tərkibinə bir sıra üzvlər daxil edilmişlər.
[5] 25 oktyabr 2001-ci il tarixli 168 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 10, maddə 663) ilə
«Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Yetkinlik Yaşına
Çatmamışların İşləri üzrə
Komissiyanın Tərkibi»ndə «Gənclər və İdman»
sözləri «Gənclər,
İdman və Turizm» sözləri ilə əvəz
edilmişdir.
2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 463) ilə “Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiya”nın beşinci abzasında “P. Bülbüloğlu -
mədəniyyət naziri” sözləri “Ə. Qarayev -
mədəniyyət və turizm naziri” sözləri ilə,
yeddinci abzasında isə “Ə. Qarayev - gənclər, idman
və turizm naziri” sözləri “A. Rəhimov - gənclər
və idman naziri” sözləri ilə əvəz
edilmişsdir.