Əsaslı
tikintidə podrat müqavilələri haqqında qaydaların
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
İnvestisiya
prosesində iştirak edən tərəflərin iqtisadi
marağını və məsuliyyətlərini artırmaq,
müqavilə intizamını möhkəmləndirmək
və tikilən obyektlərdə maliyyə
vəsaitlərindən səmərəli istifadə
edilməsini təmin etmək məqsədi ilə,
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura
Komitəsinin İqtisadiyyat, Maliyyə, Ədliyyə
nazirlikləri ilə razılaşdıraraq təqdim etdiyi
«Əsaslı tikintidə podrat müqavilələri
haqqında qaydalar» təsdiq edilsin (əlavə olunur).
2.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, respublikanın yerli icra hakimiyyəti
orqanlarına, nazirlik, komitə, şirkət, konsern,
müəssisə və təşkilatlarına
tapşırılsın ki, 1994-cü ildən başlayaraq
obyektlərin tikintisində podrat müqavilələrinin
tərtib edilməsi üçün bu Qaydaları
rəhbər tutsunlar və əvvəllər
bağlanmış müqavilələrdə müvafiq
dəyişikliklər etsinlər.
3.
Əsaslı tikintidə podrat müqavilələrinin yeni
qaydalar əsasında tərtib edilməsinə lazım olan
metodoloji köməyin təşkili və zəruri izahatlar
verilməsi Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi həvalə edilsin.[1]
4.
Azərbaycan SSR Nazirlər Sovetinin 20 yanvar 1987-ci il tarixli, 23
saylı qərarının I bölməsinin 1, 2, 3, 5, 6, 7, 8,
9-cu bəndləri və II bölməsi, Azərbaycan SSR
Nazirlər Sovetinin 4 dekabr 1987-ci il tarixli, 433 saylı
qərarı ilə təsdiq edilmiş «Əsaslı tikinti
məsələləri üzrə Azərbaycan SSR
Hökumətinin tam təsərrüfat hesabına və
özünün maliyyələşdirməyə
keçirilmiş müəssisə, birlik və
təşkilatları barəsində qüvvəsini
itirmiş qərarların siyahısı»nın 13-cü
bəndi qüvvəsini itirmiş hesab edilsin.
5.
Qərarın icrasına nəzarət Azərbaycan
Respublikası Nazirlər Kabineti İşlər
İdarəsinin tikinti, inşaat materialları və tikinti
sənayesi şöbəsinə həvalə edilsin.
Baş nazir S.
HÜSEYNOV
Bakı
şəhəri, 7 iyun 1994-cü il
¹ 228
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
7 iyun 1994-cü il
tarixli, 228 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Əsas
tikintidə podrat müqavilələri haqqında Qaydalar [2]
I.
Ümumi müddəalar
1.1.
Bu «Qaydalar» əsaslı tikintidə podrat Müqaviləsinin
bağlanması və onun yerinə yetirilməsinin
əsaslarını, sifarişçi və
podratçıların hüquq və vəzifələrini,
həmçinin iqtisadi maraq və məsuliyyətini
müəyyən edir.
Podrat
Müqavilələrinin iştirakçıları bu
«Qaydaları» və qüvvədə olan digər normativ
sənədləri əsas götürürlər.
Dövlət
ehtiyacları siyahısına daxil olan obyektlər üzrə
bağlanan podrat müqavilələrinin şərtləri
Dövlət sifarişi haqqında Əsasnaməyə
uyğun müəyyənləşdirilir. Belə obyektlər
əsasən müsabiqə yolu ilə paylanır.
1.2.
Podrat Müqaviləsi sifarişçi və podratçı
təşkilat arasında qarşılıqlı
münasibətləri tənzimləyən əsas hüquqi
sənəddir.
Podratçı,
sifarişçinin tapşırığı ilə,
özünün və ya sifarişçinin materiallarından
istifadə etməklə, konkret işi müəyyən
olunmuş müddətdə mövcud norma və qaydalara,
həmçinin müqavilə şərtlərinə
uyğun yerinə yetirməyi öz öhdəsinə
götürür. Sifarişçi isə
görülmüş işi təhvil götürməyi
və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş
qiymətlə haqqını ödəməyi
öhdəsinə götürür.
Tikinti
üçün podrat Müqaviləsi əsaslı tikinti
və təmir, fəaliyyət göstərən
müəssisələrin, bina və qurğuların
yenidən qurulması, obyektin yerləşdiyi sahə ilə
bağlı olan quraşdırma, sazlama-işəsalma və
sair işlərin yerinə yetirilməsi üçün
bağlanır.
1.3.
Podrat Müqaviləsi üzrə tərəflərin
qarşılıqlı münasibətlərinin
başlıca prinsipi mövcud hüquqi əsaslar
çərçivəsində müstəqillikdir.
Bu
prinsip aşağıdakı əsaslar istiqamətində
həyata keçirilir:
istehsal
təsərrüfat sərbəstliyi:
Podratçı
iqtisadi, sosial, ekoloji və digər dövlət norma və
qaydalarına əməl edərək istehsalat
proqramını formalaşdırır, öz
fəaliyyətinin bütün texniki-iqtisadi
göstəricilərini işləyib hazırlayır və
təsdiq edir;
podrat
Müqaviləsinin üstünlüyü:
Podratçı
sifarişçilərlə olduğu kimi,
təhcizatçılarla, banklarla, layihə
təşkilatları və başqaları ilə
sərbəst müqavilə (kontrakt) bağlayır;
müqavilə
qiymətləri:
Podratçı
planlaşdırılmış dövr üçün
qüvvədə olan qayda və tövsiyələrə
uyğun, müqavilədə nəzərdə tutulmuş
işlərin maya dəyərinin hesabatını
hazırlayır.
İstehsalın
gözlənilən real xərclərini, həmçinin
gəlir normalarını və bazar şəraitini
nəzərə alan Podratçının təklif etdiyi
və Sifarişçinin qəbul etdiyi (bir qayda olaraq
sövdələşmələrdə) müqavilə
qiymətləri tərəflərin razılığı
olmadan dəyişdirilə bilməz.
1.4.
Tikinti-investisiya fəaliyyətində dövlət
tərəfindən bazar münasibətlərinin
aşağıdakı amillərinin tənzimlənməsi
nəzərdə tutulur:
istehlakçının
mənafeyinin hüquqi təminatı, vergiqoyma,
maliyyə-kredit siyasəti, lisenziyalaşdırma,
normalaşdırma, sertifikatlaşdırma, standartlaşma,
iqtisadi və sanitariya nəzarəti, inhisara qarşı
tədbirlər və sair.
1.5.
İnvestorlar (sərmayədarlar) özləri və ya
onların tapşırığı ilə Azərbaycan
Respublikasının vətəndaşları, həmçinin
xarici vətəndaşlar və hüquqi şəxslər
əsaslı tikinti üzrə Sifarişçi ola
bilərlər.
Sifarişçi
podrat Müqaviləsi ilə idarəetmə hüququnu
investisiya müddətində Sifarişçinin adından
çıxış edən və onun marağını
gözləyən vəkil edilmiş başqa hüquqi
şəxsə və ya vətəndaşa verə bilər.
Podrat
Müqaviləsi üzrə Sifarişçi
öhdəliklərin tam və ya lazımi səviyyədə
yerinə yetirilməməsinə görə podratçı
qarşısında əmlak məsuliyyəti daşıyır.
1.6.
Mülkiyyət formasından asılı olmayaraq
tikinti-quraşdırma, layihə-tikinti və başqa
təşkilat və ya müəssisələr,
həmçinin tikintinin yerinə yetirilməsində iştirak
edən ayrı-ayrı fiziki və hüquqi
şəxslər və yaxud öz üzərlərinə
işlərin koordinasiya edilməsi funksiyasını
götürmüş vasitəçi təşkilatlar
Podratçı ola bilərlər.
Tikinti-quraşdırma
işlərinin bir hissəsinin yerinə yetirilməsi
üçün əgər
müqavilədə işin yalnız podratçı
tərəfindən yerinə yetirilməsi nəzərdə
tutulmamışsa Podratçı, başqa subpodrat
təşkilatları cəlb edə bilər. Belə hallarda
işlərin müəyyən edilmiş müddətdə,
lazımi keyfiyyətlə yerinə yetirilməsi
üçün Sifarişçi qarşısında bütün
məsuliyyəti Baş Podratçı daşıyır
və o subpodratçı qarşısında
Sifarişçi kimi çıxış edir.[3]
1.7.
Podrat müqaviləsi, müqavilənin məğzindən
asılı olaraq tikinti, layihə və axtarış
işləri, elmi-tədqiqat və təcrübə-konstruktor
işləri müqavilələrinə ayrılır.
1.8.
Tikinti təcrübəsində aşağıdakı tip
podrat müqavilələri bağlanır:
«tamam-kamal» təhvil
müqaviləsi;
kompleks
müqavilələr;
ayrıca birbaşa
müqavilələr.
1.8.1.
Podratçı kompleks işləri və təchizatı
yerinə yetirərək, obyektin tikintisinə
məsuliyyəti öz üzərinə
götürürsə və tikintidə iştirak edən
başqa şəxslərə nəzarətçi və
Sifarişçi rolundadırsa, bu halda «tamam-kamal təhvil»
müqaviləsi bağlanır. Sifarişçi işin bir
hissəsini, təchizatı və başqa
öhdəlikləri öz üzərinə
götürdüyü hallarda da obyektin «tamam-kamal təhvil»
verilməsində tam məsuliyyət Podratçının
üzərinə düşür.
1.8.2.
Podratçı kompleks işin və təchizatın
məsuliyyətini öz üzərinə
götürürsə, o halda inşaat və mühəndis
işlərinin yerinə yetirilməsi, həmçinin
avadanlıq və sənaye qurğularının
təchizatı və quraşdırılması üçün
kompleks müqavilə bağlanır.
Kompleks
müqaviləyə əsasən Baş Podratçı,
işlərin koordinasiyasını öz üzərinə
götürür və həmin işlərə görə
Sifarişçi qarşısında məsuliyyət
daşıyır.
Obyektdə
bütün işlərin başa çatmasına cavabdeh olan
Sifarişçi həm də kompleks müqavilədə
nəzərdə tutulmuş işlərin digər müqavilələrdəki
işlərlə koordinasiyasını da təmin edir.
Kompleks
müqavilə bir qayda olaraq, obyektin tikintisinin və
təchizatının əsas hissəsini əhatə etdiyi
üçün, bu müqaviləyə Baş Müqavilə
kimi baxılır.
1.8.3.
Tikinti işlərinin avadanlıq və materilla
təminatından asılı olmayaraq, ayrıca birbaşa
müqavilələr, kompleksin bir hissəsini təşkil
edən ayrı-ayrı obyektlərdə müəyyən
edilmiş tikinti və ya xüsusi mühəndis
işlərinin yerinə yetirilməsi üçün
bağlanır.
Ayrıca
müqavilələr o vaxt bağlanır ki, tikilən
obyektdəki istehsalın texnologiyasının müəllifi
(sahibi) Sifarişçi özü olur.
Ayrıca
müqavilələrlə Podratçı ancaq
özünün birbaşa öhdəliklərinə,
özünün gördüyü işə və
xidmətlərinə görə məsuliyyət
daşıyır, bütövlükdə obyektin (kompleksin)
tikintisinin tamamlanması və bütün işlərin
koordinasiyasına görə isə bütün məsuliyyət
Sifarişçinin üzərinə düşür.
Subpodrat
müqavilələr baş podratçı üçün
birbaşa müqavilələr hesab olunur.
1.9.
Tərəflərin razılığı ilə
Sifarişçi material və avadanlıqların bir
hissəsinin təchizatını öz öhdəsinə
götürdüyü hallarda da Podratçı obyekti Müqavilədə
nəzərdə tutulmuş bütün
şərtlərlə Sifarişçiyə təhvil
verməlidir.
1.10.
Müqavilə sənədləri, qüvvədə olan
qanunlara və bu Qaydalara uyğun tərtib olunan podrat
Müqaviləsindən və bu müqavilənin tərkib hissəsi
olan müqavilə əlavələrindən ibarətdir.
Tərəflərin razılaşdığı xüsusi
şərtlər də müqavilənin tərkib hissəsi
hesab olunur.
Əlavələrə
lazımi izahlar, dəqiqləşdirmələr,
şərhlər smetalar, hesablamalar, texniki və başqa
sənədlər, avadanlıq və materiallar haqqında
məlumatlar, tikintinin dəyərinin dəyişməsi
haqqında hesablamalar və tərəflərin
razılığına (qərarına) əsasən başqa
sənədlər aid edilir.
1.11.
Xarakterinə görə müqavilə
şərtləri-ümumi, əlavə və xüsusi
şərtlərə ayrılır.
Ümumi
şərtlər bütün hallar üçün prinsip
etibarı ilə dəyişməz qalır. Tikinti norma və
qaydalarının, dövlət standartlarının
tələbləri belə şərtlərdir.
Əlavə
şərtlərdə tikilən obyektin konkret
xüsusiyyətləri və ya mürəkkəb yerli
şərait nəzərdə tutula bilər. Belə
şərtlərdə həmçinin tikintinin yerinə
yetirilməsi ilə bağlı tələblər də
əks etdirilir.
Əlavə
şərtlər Müqavilənin əsas
şərtlərinə zidd olmamalıdır.
Xüsusi
şərtlərin məzmununu, işlərin yerinə
yetirilməsi zamanı qarşıya çıxa bilən
mübahisə və ixtilafların (texniki, maliyyə, sosial-iqtisadi
və s.) aradan qaldırılması mexanizmi təşkil
edə bilər.
II.
Müqaviləqabağı işlər
2.1.
Müqaviləqabağı işlər Müqavilənin
bağlanmasına qədərki mərhələdir.
2.2.
Podratçının podrat bazarına çıxması
əsasən onun fəaliyyətinin reklamı yolu ilə
həyata keçirilir.
2.3.
Podratçı olmaq iddiasında olanlar, bütün potensial
sifarişçilərə öz ixtisaslaşma
səviyyəsi, maliyyə, istehsal və maddi imkanları
haqqında məlumatlar göndərməlidirlər.
Məlumatların
tərkibinə aşağıdakılar daxil olmalıdır:
təşkilatın
yaranma və inkişafı tarixinin qısa xülasəsi;
təşkilatın
yeri və strukturu;
işçilərin
sayı və onların ixtisas səviyyələri;
təşkilatın
yerinə yetirdiyi işlərin növü, həcmi və
imkanları;
təşkilatın
xüsusilə yaxşı yerinə yetirdiyi işlərin
və xidmətlərin adı;
bu və ya digər
tikinti fəaliyyəti növünə görə
lisenziyanın olması, onun müddəti və kim
tərəfindən verilməsi;[4]
son üç
ildə dövlət və digər sifarişçilər
üçün təşkilat tərəfindən yerinə
yetirilmiş əsas obyektlərin siyahısı;
öz partnyorları
— subpodratçılar və təchizatçılar haqqında
məlumat;
maliyyə
vəziyyəti;
təşkilat
tərəfindən yaxın 2-3 ildə yerinə yetirilə
biləcək işlərin maksimum və minimum həcmləri
(dəyər ifadəsində).
Belə
məlumatlar Sifarişçiyə, ona münasib olan
podratçıların seçilməsinə və
gələcək podrat müqavilələrinin
bağlanmasına imkan verir.
2.4.
Sifarişçi, obyektin (müəssisənin, binanın,
qurğunun və ya onların növbələrinin) tikintisinin
qiymətinin təyin olunması metodlarından asılı
olaraq, əsaslı tikinti üçün podrat
Müqaviləsinin tipini və onun bağlanması qaydalarını
müəyyən edir.
2.4.1.
Podrat müqavilələri aşağıdakı formalarda
bağlana bilər:
tikinti
tamamlanmış layihəyə görə müəyyən
edilmiş qəti qiymətə malik olduqda müsabiqə yolu
ilə və tenderlərin nəticələrinə
görə. Müsabiqənin şərtlərini
Sifarişçi müəyyən edir. Bu ənənəvi
podrat Müqaviləsi (kompleks Müqavilə),
layihələnməsi və tikintisi qısa
müddətdə başa gələn sənaye və
mülki tikinti obyektləri üçün bağlanır.
Sifarişçi
ilə Podratçının (Baş Podratçının)
birbaşa danışıqlarına əsasən bağlanan
müqavilə. Bu halda müqavilə qiymətinin əsas iki
variantı mümkündür:
1-ci
variant — Baş Podratçının xərcləri smeta
dəyəri, əsaslandırılan artıq xərclər
və təminatlı gəlirin cəmi şəklində
ödənilir (sabit müqavilə qiyməti).
2-ci
variant –- Podratçının tikinti müddətində faktiki
xərclərinin (faktiki qiymət üstəgəl
zəmanətli gəlir xərcləri) ödənilməsi
(açıq müqavilə qiyməti).
Açıq
müqavilə qiyməti variantında Podratçı
materialların, nəqliyyat xidmətinin və s.
qiymətlərinin qalxması ehtimalından sığorta
edilmiş olur. Bu halda bütün işlərin
gedişinə nəzarət Sifarişçi
tərəfindən aparılır. Sifarişçi təsdiq
edilmiş artıq xərcləri ödəməli,
Podratçının günahı üzündən baş
vermiş artıq xərcləri isə rədd etməlidir.
İnşası uzun müddətə başa gələn
iri, mürəkkəb tikintilərdə və ya tikintinin
qiymətini əvvəlcədən dəqiq müəyyən
etmək imkanı olmadıqda, habelə inflyasiya prosesinin
güclənməsi və qeyri-müəyyənliyi
üzündən podratçının ziyana düşmə
ehtimalının real olduğu şəraitdə bu variantdan
istifadə edilir.
2.5.
Podratçı seçildikdən sonra, Müqavilə
hazırlanan dövrdə tərəflər ilkin
müqavilə bağlaya bilərlər. İlkin
müqavilə bağlandıqdan sonra Podratçı öz
istehsalat-təsərrüfat fəaliyyətinin
planlaşdırılması, iş proqramının
təşkili, layihə-smeta sənədlərinin sifarişi
texnoloji-təşkilati layihələrin hazırlanması
və s. işləri görə bilər, həmçinin
müvafiq material və avadanlıqları sifariş edə
bilər.
2.6.
İlkin müqaviləyə aşağıdakılar daxil
edilir:
Sifarişçinin,
podratçının və ehtimal olunan subpodrat
təşkilatların adları;
obyektin adı və
onun haqqında əsas məlumatlar (işin həcmi,
qiyməti, tikintinin tikilib başa gəlməsinin təxmini
müddəti);
layihə-smeta
sənədlərinin və podrat Müqaviləsinin
bağlanmasına lazım olan sənədlərin tərkibi,
həcmi və təqdim edilməsi vaxtı;
tikinti
üçün ayrılan meydançanın
hazırlığı haqqında məlumat və
meydançanın azad olunması şərtləri;
tikintinin
avadanlıq, material və məmulatlarla təmin olunması
qaydaları:
podrat
Müqaviləsinin bağlanmasının vaxtı və
qaydaları, ilkin müqavilənin (razılaşmanın)
pozulmasında tərəflərin məsuliyyət
dərəcələri.
2.7.
İlkin müqavilə (razılaşma) Podratçıya
öz partnyorları ilə də belə müqavilələr
bağlamasına imkan verir. İlkin müqavilə bank
idarələrinə Podratçının fəaliyyəti
üçün kredit buraxmaq imkanı verir.
Sövdələşmənin
pozula biləcəyi halda, ilkin müqavilədə nəzərdə
tutulmuş mülki məsuliyyət tədbirləri,
tərəflərin mənafelərini qorumaq və
planlaşdırmaq üçün təminat yaradır.
Müqavilə
təqdim olunmamışdan əvvəl
tərəflərdən biri digərindən hüquqi
mötəbərlik şəhadətnaməsi tələb
etmək hüququna malikdir. Əgər
tərəflərdən birində belə hüquq yoxdursa,
qanuni qeydiyyatdan keçməyibsə və ya lisenziya
almayıbsa, onda bağlanmış müqavilə
qüvvəsini itirmiş sayılır.
III. Tikintidə
podrat müqaviləsi
3.1.
Podrat müqaviləsinin tərkibi onun ayrılmaz hissəsi
sayılan əlavə sazişlər, qoşmalar, cizgilər
(çertyojlar), təsnifatlar, smetalar, razılaşma
protokolları, cədvəllər və s. daxil olmaqla,
bütün sənəd və materialların
siyahısından ibarət olur.
Müqavilənin
mətnində sifarişçinin tapşırığı
(işlərin siyahısı, obyektin təsviri) ümumi
şəkildə şərh edilir və Müqavilə
qoşmalarında aşağıdakı kimi xırdalanır:
Sifarişçi
və Podratçının rekvizitləri və tam adları;
müqavilənin
dəyəri;
işlərin
başlanma və qurtarma müddəti;
ödəmə
və hesablaşmanın qayda və şərtləri;
tərəflərin
öhdəlikləri;
işlərin
görülməsi;
işlərin
təhvili və qəbulu;
işlərin və
materialların keyfiyyətinə nəzarət;
zəmanət və
təminat;
götürülən
öhdəliklərin yerinə yetirilməsində
tərəflərin məsuliyyət dərəcəsi;
müqavilənin pozulması
şərtləri və qaydaları;
başqa
şərtlər.
3.2.
Podrat müqaviləsinin məğzi (predmeti)
Podrat
müqaviləsinin predmeti tam tikilmiş və istismara
hazırlanmış obyekt və obyektin tikintisi
üçün lazım olan, yaxud da fəaliyyət
göstərən obyektin ehtiyacını ödəyən
(onun yenidən qurulması, texniki müsəlləhləşməsi,
bərpası və ya təmiri), yerinə yetirilmiş
müəyyən iş kompleksi (növü) ola bilər.
3.3.
Podrat müqaviləsinin dəyəri
3.3.1.
Podrat müqaviləsinin dəyəri Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qoyduğu qaydalara müvafiq
olaraq tikinti məhsullarının respublika Fövqəladə
Hallar Nazirliyinin tövsiyələrinə əsasən
hesablanan müqavilə qiymətləri ilə
müəyyənləşdirilir. Bu zaman yerli şəraiti
nəzərə alan əlavə sənədlərdən
də istifadə oluna bilər.[5]
3.3.2.
Tikinti məhsullarının aşağıdakı
müqavilə qiymətləri olur:
tikintinin başa
çatmasına qədər dəyişilməyən, sabit
qiymətlər.
İnflyasiya
da nəzərə alınmaqla, podratçının gözlənilən
bütün risklərini kompensasiya edən vəsaitlər bu
qiymətlərdə nəzərə alınır.
Göstərilən
vəsaitlərin miqdarı, tərəflərin
razılaşdırdığı proqnozlaşdırma
əmsalları və indeksləri əsasında
müəyyən edilə bilər. Bir qayda olaraq sabit
qiymətlər podrat ticarəti nəticəsində
müəyyənləşdirilir.
İşin
dəyəri sabit qiymətlər əsasında
müəyyən olunursa, bu halda Podratçının
nəzərdə tutulan xərclərdən artıq xərc
tələb etməyə ixtiyarı yoxdur;
müqavilədə
nəzərdə tutulmuş işin dəyərini
əvvəlcədən müəyyən etmək
mümkün olmadıqda açıq müqavilə
qiyməti.
Müqavilənin
əlavə şərtlərində nəzərdə tutulan
obyektiv səbəblərdən asılı olaraq,
açıq müqavilə qiyməti dəqiqləşdirilərək
artırılıb, azaldıla bilər.
Əlavə
xərclərin ödənilməsi məsələsi
tərəflərin razılığı əsasında
həll olunur. Əgər tərəflər
razılığa gələ bilməsələr,
məsələ məhkəmə qaydasında həll edilir.
3.3.3.
Çoxtərəfli müqavilədə nəzərdə
tutulmuş işlərin və xidmətlərin ümumi
müqavilə qiymətləri, tam investisiya dövrü
nəzərə alınmaqla təyin olunur. Bu zaman
iştirakçıların investisiya
mərhələləri üzrə yerinə yetirdikləri
işlərin və xidmətlərin müqavilə
qiymətləri ayrıca göstərilir.
3.3.4.
Tikintinin Müqavilədə göstərilmiş
dəyəri, əgər bu Müqavilənin əlavə
şərtlərində əvvəlcədən qeyd olunubsa,
aşağıdakı hallarda dəyişilə bilər:
işin
həcmində və məzmununda Sifarişçinin
təklifi ilə dəyişiklik edilərsə;
təchizatçısı
Sifarişçi olan material və avadanlıqların nomenklaturu
dəyişdirilərsə:
Sifarişçinin
təklifi ilə tikintinin müddəti artırılarsa;
Sifarişçi
və Podratçının ikitərəfli
razılığı ilə müqavilənin
dəyərində dəyişikliklər edilərsə;
işin gedişi
prosesində tikinti materiallarının, konstruksiyaların,
avadanlıqların və enerji
daşıyıcılarının qiyməti,
həmçinin minimum əmək haqqı
dəyişilərsə;
Sifarişçidən
asılı olan səbəblərdən və ya
gözlənilməz hadisələrin təsirindən iş
dayanarsa;
müqavilənin
yerinə yetirilməsi dövründə normativ və
qanunvericilik aktları dəyişilərsə.
3.4.
İşlərin yerinə yetirilməsi müddəti
3.4.1.
İşlərin yerinə yetirilmə müddətini
tərəflər Müqavilədə obyektin təhvil
verilməsinin təqvim tarixini və ya obyektin tikilməyə
başlanmasından qurtarmasına qədər olan
dövrün müddətini göstərməklə,
qarşılıqlı razılaşma əsasında
müəyyənləşdirirlər.
Müqavilədə
göstərilən ilkin işlərdən
(bəndlərdən) (məsələn, Sifarişçinin
beh köçürməsi, inşaat meydançasının
Podratçıya təhvil verməsi və s.) ən gec
başlananın vaxtı, tikintinin başlanması vaxtı
sayılır.
3.4.2.
Podrat müqaviləsində obyektin tikilməyə
başlanmasından başa çatmasına qədərki
dövr dəqiq göstərilir.
Tərəflərin
razılaşdırdığı tikinti işlərinin
yerinə yetirilmə qrafikində aralıq müddətlər
də nəzərdə tutulur. Əgər tərəflərdən
biri qrafikdə nəzərdə tutulan işlərə
vaxtında başlamırsa və qrafik pozulursa, digər
tərəfin Müqavilədən imtina etmək və ona
dəyən zərərin ödənilməsini tələb
etmək hüququ var.
3.4.3.
Müqavilədə obyektin tikintisi müddətinin ya son
həddi (məsələn, obyektin inşasının
müddəti, başlanğıc tarixindən təminatla
istismara təhvil verilmə tarixinədək 24 aydan artıq
olmamalıdır) və ya Müqavilədə
nəzərdə tutulmuş bütün işlərin
görülüb başa çatmasının dəqiq tarixi
(məsələn, «obyekt təminatlı istismara sentyabr
ayının 1-də təhvil verilməlidir»)
göstərilir.
3.4.4.
Müqavilədə hər iki tərəfin
razılığı ilə iş əsnasında
işlərin görülməsi qrafikində dəyişiklik
edilməsi lüzumunun yaranması şərtləri də
əks etdirilə bilər.
3.4.5.
İşlərin yerinə yetirilmə müddətləri
günlə, on günlə, ayla və s. ilə
göstərilə bilər.
3.4.6.
Müqavilədə işin başa çatması vaxtı,
şərtləri və işlərin qəbulu qaydaları
göstərilir və ümumi halda tikintinin faktiki olaraq
başa çatması tarixi və ya tamamlanmış tikinti
obyektinin istismara verilməsi üçün qəbul
aktının imzalanma tarixi obyektin başa çatma vaxtı
hesab edilir.
3.4.7.
Çoxtərəfli podrat Müqaviləsində investisiya
dövrləri və mərhələləri üzrə
iştirakçılar tərəfindən yerinə
yetiriləcək işlərin və xidmətlərin
başlanmasının və qurtarmasının ümumi
vaxtları göstərilir.
3.4.8.
Öhdəliyin vaxtından əvvəl yerinə
yetirilməsinə görə Podratçıya
Sifarişçi tərəfindən əvvəlcədən
razılaşdırılmış həvəsləndirici
güzəşt və ya mükafat nəzərdə tutula
bilər.
3.5.
Hesablaşma və ödəmə
3.5.1.
Müqavilədə faktiki tamamlanmış işlərin
qəbulu və bu işlər üzrə hesablaşma
qaydaları, həmçinin tərəflərin
razılığı ilə iradların
(çatışmazlıqların) aradan
qaldırılması müddəti də göstərilir.
Müqavilədə konstruktiv elementlər,
mərhələlər üzrə görülmüş
ayrı-ayrı iş və xidmətlər üzrə də
hesablaşmalar nəzərdə tutula bilər.
Müqavilədə
maliyyələşdirmənin başqa şərtləri
nəzərdə tutulmayıbsa, tərəflər
Müqavilədəki işlərin tamamlanması
üçün maliyyə vəsaitinin miqdarını və
onlardan istifadə qaydalarını razılaşdırırlar.
3.5.2.
Müqavilədə Sifarişçiyə kompensasiya
ödənişi şərtləri də nəzərdə
tutulmalıdır. Bu şərtlər
aşağıdakılardır:
ödənişə
təqdim olunmuş işlərdə buraxılmış
səhvlərin düzəlişi üçün;
Sifarişçiyə
vurulmuş ziyan üçün;
görülmüş
işlərin qrafikdən geri qalma halları üçün.
3.5.3.
Obyektin və (və ya onun bir növbəsinin) təhvil verilməsinə
qədərki cari xərclər Podratçının öz
vəsaiti və ya bank krediti hesabına da ödənilə
bilər. Bank kreditindən istifadə olunduğu halda
Müqavilə qiymətinə bu kreditdən istifadə
üçün faiz ödəmə xərcləri də
əlavə olunur.
Razılaşmaya
görə Sifarişçi müqavilə qiymətinin 30
faizi qədər beh vermə yolu ilə,
Podratçının ilkin xərclərinin
ödənilməsində iştirak edə bilər. Beh (avans)
vermə şərtləri (behin miqdarı,
köçürülməsi vaxtı və b).
Müqavilədə göstərilir.
3.5.4.
Görülən işin ödənişi, bir qayda olaraq, obyektin
sifarişçi tərəfindən qəbulundan sonra
yerinə yetirilir. Müqavilədə başqa
ödəniş qaydası da (aralıq hesablaşmaları,
beh ödəmə, kredit vermək və s.) nəzərdə
tutula bilər.
Adətən
aralıq hesablaşmaların dəyəri obyektin tam
dəyərinin 95 faizini təşkil edir.
Əgər
Müqavilədə başqa müddət nəzərdə
tutulmayıbsa, tam hesablaşma, bir qayda olaraq, obyektin
bütünlüklə və ya bir növbəsinin, bir
buraxılış kompleksinin, yaxud da ayrı-ayrı
qurğuların istismara qəbulundan sonrakı bir ay
müddətində aparılır. Nağdsız hesablaşma
forması, qanunvericilik aktlarının müəyyən etdiyi
bank qaydalarına müvafiq olaraq
müəyyənləşdirilir. Razılaşmaya
görə tərəflərin müqavilədə bank
qaydalarının müəyyən etdiyi formalardan hər
hansı birini nəzərdə tutmaq ixtiyarları vardır.
3.6.
Tərəflərin öhdəlikləri
Müqavilənin
məzmunundan və onun yerinə yetirilməsindən
asılı olaraq, tərəflərin öhdəlikləri,
öhdəliklərin xırdalıqları və
icraçıya qarşı qoyulan tələblər
sövdələşənlər tərəfindən
sərbəst olaraq müəyyən edilir.
3.6.1.
Sifarişçinin öhdəlikləri:
tikinti
meydançasının hazırlanması;
elektrik və
rabitə xətlərinin çəkilməsinə,
nəqliyyat yollarının salınmasına müvafiq
təşkilatlardan icazə almaq;
tikinti aparılacaq
sahə üçün müvafiq təşkilatlardan
icazə almaq;
əgər
fəaliyyət göstərən müəssisənin
yenidən qurulması tələb olunursa, onda yeni texniki
vasitələrlə təmin edilmə və
genişlənmə işlərinin haqqında məlumat
toplamaq;
tikintinin su, qaz,
buxar, istilik və elektrik enerjisi ilə təmin edilməsi
üçün icazə almaq;
sahənin geodezi
yararlığı haqqında məlumat toplamaq;
tikinti
işlərinin başlanmasına qədər bankdan
özünün ödəmə qabiliyyətini bildirən
arayış alıb, Podratçıya təqdim etmək;
Müqavilənin
xüsusi şərtlərində nəzərdə
tutulmuş, müvafiq təşkilatlar tərəfindən
işlərin yerinə yetirilməsi üçün verilən
icazə sənədlərini vaxtında Podratçıya
çatdırmaq;
müəssisə,
bina və qurğuların tikilməsi üçün
ayrılmış sahəni (trassı) Baş
Podratçıya təqdim etmək, müəyyən
edilmiş qaydada təsdiq olunmuş texniki-iqtisadi
əsaslandırmanı və işçi layihəni
vermək, vaxtlı-vaxtında tikintinin
maliyyələşdirilməsi hesabının
açılmasını və tikintini fasiləsiz maliyyə
vəsaiti ilə təmin etmək, həmçinin yerinə
yetirilmiş tikinti-quraşdırma işlərinin
dəyərini ödəmək;
təhcizatçısı
özü olan avadanlıqların, material və
məmulatların, tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsi və obyektin təhvil verilməsi
müddətləri ilə sıx bağlı olan qrafikə
əsasən Podratçıya kompleks şəkildə
təhvil vermək;
quraşdırma
və ya başqa xüsusiləşdirilmiş
təşkilatlarla, o cümlədən sazlama-işəsalma
təşkilatları ilə bilavasitə
bağladığı Müqavilələrdəki
işlərin Podratçı ilə
razılaşdırılmış müddətdə
yerinə yetirilməsini təmin etmək;
istismara
veriləcək obyektləri kadrlarla vaxtında
komplektləşdirmək, bu obyektləri xammal və enerji
ehtiyatları ilə təmin etmək, obyektlərin
avadanlıqlarını sınaq yoxlanışından
keçirmək, hazır obyektləri işçi
komissiyasının aktı ilə baş podratçıdan
qəbul etmək, bu obyektləri baş podratçı və
subpodratçılarla birgə işə salmaq və
görülmüş işlərə görə haqq-hesab
aparmaq;
yeni çəkilmiş
elektrik, su, qaz, kanalizasiya, kabel və başqa kommunikasiya
xətləri və şəbəkələrinin
fəaliyyətdə olan xətlərə və
şəbəkələrə qoşulmasını təmin
etmək.[6]
Tikinti norma və
qaydalarının pozulması halları (tikinti norma və
qaydalarından kənarlaşmalar, iradlar) aşkarlandıqda,
Sifarişçi həmin halların aradan
qaldırılması üçün, lazım
gəldikdə isə işlərin dayandırılması
haqqında Podratçıya göstəriş verir və bu
hallar aradan götürülməyincə işlərin
haqqını ödəmir. Kənarlaşmaların
(iradların) aradan götürülməsi xərcləri
Podratçının hesabına ödənilir.
Yaşayış
binalarını, o cümlədən mənzilləri elektrik,
qaz və su sayğacları ilə təchiz etdikdən sonra
istismara qəbul üçün Dövlət qəbul
komissiyasına təqdim etmək.[7]
3.6.2.
Podratçının öhdəlikləri:
razılaşdırılmış
qiymətə və müddətdə Müqavilədə
nəzərdə tutulmuş bütün işləri başa
çatdırıb, Sifarişçiyə təhvil
vermək;
tikintini
təşkilati-texnoloji xarakterli işçi layihə
sənədləri ilə təmin etmək;
lazımi material,
konstruksiya, hissə, komplektləşdirmə məmulatları
və inşaat texnikasının tikinti meydançasına
gətirilməsini təmin etmək;
təbiəti
mühafizə və yanğına qarşı mübarizə
tədbirlərinin həyata keçirilməsini, inşaat
meydançası və onun ətrafının təmizliyini
təmin etmək;
işin icrasında
təhlükəsizlik tədbirlərini təmin etmək;
subpodrat və ya
təchizatçı təşkilatlarla müqavilələr
bağlanması haqqında Sifarişçiyə məlumat vermək;
Sifarişçinin
inşaat meydançasına göndərdiyi yüklərin
boşaldılması, qəbulu, saxlanması və
qorunmasını, həmçinin bu məqsədlə
müvəqqəti bina və qurğuların tikilməsini
təmin etmək;
bütün
işlər başa çatdıqdan sonra, Sifarişçinin
göndərdiyi artıq qalan material və avadanlıqların
geri qaytarılmasını təmin etmək;
Müqaviləyə
uyğun olaraq təminatlı istismar dövründə (normal
istismar etmək şərtilə) aşkar olunmuş
qüsurları aradan götürmək.
3.6.3.
Yuxarıda sadalanan öhdəliklərdən əlavə,
sövdələşən tərəflərin qəbul
edəcəyi Müqavilənin mövzusundan və onun
yerinə yetirilmə şərtlərindən asılı
olaraq Müqavilədə, obyektin layihəsinin
işlənilməsi, inşası və istismarı,
böyük ölçülü yüklərin yerinə
çatdırılması, texnikanın,
avadanlığın, inşaat materiallarının, istehsalat
tullantılarının inşaat meydançasından
kənar edilməsi və s. haqqında da öhdəliklər
nəzərdə tutula bilər.
3.6.4.
Hər iki tərəfin razılığına əsasən,
qəbul edilmiş qanunvericilik aktlarının
tələblərindən asılı olaraq,
öhdəliklər dəyişilə və ya onlara
əlavələr edilə bilər.
3.7.
Müqavilə üzrə işlərin yerinə
yetirilməsi
Obyektin
layihələşdirilməsindən onun qəbul
edilməsinə qədər görülən işlərin
və əməliyyatların yerinə yetirilməsi
aşağıdakı tədbirlər kompleksindən
ibarətdir.
3.7.1.
Layihə ilə bağlı münasibətlər ancaq
layihə sənədlərinin tərkibi,
razılaşdırılması, təhvil verilməsinin
vaxtı və şərtləri ilə əlaqəli
məsələləri əhatə edir.
3.7.1.1.
Müqavilədə layihələşdirmənin
mərhələləri, layihə sənədlərinin
tərkibi və hər dövr üçün
Podratçıya veriləcək sənədlərin nüsxələrinin
sayı göstərilir.
3.7.1.2.
Müqavilədə layihənin mərhələ üzrə
razılaşdırılması məsələsinə
ayrıca baxıla bilər. Bu halda digər tərəf
işçi sənədləri bütünlüklə
(sənədlərin axırıncı hissəsini alandan
sonra) təhlil etmək və layihənin kəsirlərini aradan
qaldırmaq üçün layihəçilərə
göndərmək hüququnu özündə saxlayır.
Tərəfin
bu sənədlərin nöqsanı barədə fikrini
layihəçilərə bildirməsi üçün
müəyyən müddət qoyulmalıdır. Bu
müddət ərzində layihəçi layihənin
nöqsanları barədə irad və təkliflər almasa,
o halda layihə razılaşdırılmış hesab olunur.
3.7.1.3.
Layihə sənədlərinin çatdırılması
müddəti Müqavilənin mətnində və ya
əlavə olunan qrafiklə müəyyən
olunmalıdır. Bununla yanaşı Müqavilənin
mətnində verilən nüsxələrin sayı dəqiq
göstərilməlidir.
Layihənin
çatdırılması hər iki tərəfin imzaladıqları
aktla iki nüsxədə rəsmiləşdirilir və
aktın imzalandığı tarix faktiki olaraq
sənədlərin bu və ya digər tərəfə
çatdırılması tarixi hesab olunur. Aktlaşdırma
şərti Müqavilədə öz əksini
tapmalıdır.
3.7.1.4.
Müqavilədə layihələşdirmə
müddətində tərəflərdən hər birinin
əvvəllər razılaşdırılmış
layihə həllərini dəyişdirə bilməsi və
həmin dəyişmənin yerinə yetirilməsi üçün
layihə təşkilatına əlavə
tapşırıqlar verə bilməsi halları
nəzərdə tutula bilər. Sifarişçinin verdiyi tapşırıq
üstün hüquqi qüvvəyə malikdir.
Sifarişçinin
layihə həllərini dəyişə bilməsi hüququ
məhdudlaşdırılmır. Sifarişçinin
dəyişiklikləri ilə əlaqədar Müqavilənin
yerinə yetirilməsi müddətinin uzadılması
nəticəsində meydana çıxan müvafiq
əlavə xərcləri sifarişçi
Müqavilədə iştirak edən digər
tərəflərə ödəməyə borcludur.
Edilən dəyişikliklərə əsasən
görüləsi işlərin profili, istiqamətləri
Podratçının imkanlarına uyğun gəlmirsə,
həmin əlavə işlərin yerinə yetirilməsi
üçün icraçını Sifarişçi
özü tapmalıdır.
3.7.2.
Layihə sənədlərinin dəyişdirilməsi ilə
yanaşı, tikinti və quraşdırma işlərinin
yerinə yetirilməsi gedişində onların həcmi
və xarakterində dəyişikliklər edilməsinə
də imkan yaradıla bilər və bunların
Müqavilədə nəzərdə tutulması zəruridir.
3.7.2.1.
Görülən işlərin həcmi və xarakterində
dəyişikliklər edilməsi və əlavələr
edilməsi yazılı surətdə
rəsmiləşdirilir.
Podratçı
işlərdə dəyişmələri naturada o vaxt
yerinə yetirə bilər ki, bu dəyişiklikləri və
onların yerinə yetirilməsi xərclərini tərəflər
razılaşdırmış olsunlar.
3.7.2.2.
Əgər işlərin dəyişilməsi
müqavilənin qiymətinin artmasına və ya onun
yerinə yetirilməsi müddətinin uzadılmasına
səbəb olmursa, dəyişikliklər Müqavilədə
göstərilmək şərti ilə Sifarişçinin
səlahiyyətli nümayəndəsi tərəfindən
cizgilərdə və ya iş icrası jurnalında qeydlər
edilməsi, tərəfin yazılı surətdə
xəbərdarlıq edilməsi və ya iki tərəfin
də imzaladığı protokolun tərtib edilməsi yolu
ilə həyata keçirilir.
3.7.2.3.
Əgər işlərdə dəyişikliklər onların
dəyərinin artmasına və ya yerinə yetirilmə
müddətinin uzadılmasına səbəb olursa, bu halda
qarşılıqlı qəbul edilə bilən həllin
axtarışı üçün danışıqlar
aparılmasının mümkünlüyü Müqavilədə
nəzərdə tutulmalıdır. Bu danışıqlar,
əlavə işlərin icrasına başlanmazdan
əvvəl rəsmiləşdirilir.
3.7.3.
Subpodrat təşkilatların cəlb olunması ilə
görülən işlərin icrası üçün
subpodrat Müqavilələrin tərtibində
tərəflərin ixtisaslaşma səviyyəsi,
görəcəyi işlərin hüdudu,
təşkilatın daimi yerləşdiyi yer,
təşkilati-texniki imkanları və digər amillər
qarşılıqlı razılaşmalar əsasında
nəzərə alınır.
3.7.3.1.
Sifarişçi və Podratçının, subpodrat
təşkilatların cəlb olunmasına aid
məsələlərdə əlahiddə hüquqa malik
olmaları Müqavilədə ayrıca nəzərdə
tutulmalıdır.
Subpodrat
təşkilatın cəlb olunması ilk növbədə
Podratçının ixtiyarına verilə bilər. Bu halda
Podratçı Sifarişçini yalnız xəbərdar
etmək öhdəliyi götürür.
İkinci
halda, Podratçının təklifi və
Sifarişçinin yazılı şəkildə
razılığı nəzərdə tutulur.
Üçüncü
halda, Sifarişçinin zəmanətinə əsasən bir
neçə subpodrat təşkilatın cəlb olunması
nəzərdə tutulur.
Göstərilən
ilk iki halda subpodrat təşkilatların gördüyü
işlərin keyfiyyətinə tam məsuliyyəti
Podratçı daşıyır. Üçüncü halda
isə bu məsuliyyət Sifarişçinin üzərinə
düşür.
3.7.3.2.
Sifarişçi, onun və ya nümayəndəsinin
tələblərinə cavab verə bilməyən subpodrat
təşkilatı, işlərin icrasından
kənarlaşdırmağı Podratçıdan
tələb etmək hüququna malikdir.
3.7.3.3.
Bir qayda olaraq, subpodrat təşkilatlarla haqq-hesabı Podratçı
aparır. Bəzi müqavilələrdə haqq-hesabların
Sifarişçiyə aidiyyatı olması haqqında
şərtlər də nəzərdə tutula bilər.
Belə hallarda müvafiq əlavələr tərtib etmək
lazımdır.
Sifarişçinin
ödənişi gecikdirməsi səbəbindən
podratçının subpodrat təşkilatlara əlavə
xərcləri (əlavə götürülmüş ssudaya
görə faiz ödəmə xərci), Sifarişçi
tərəfindən ödənilir.
3.7.4.
İş icrası jurnalının aparılması
məsələlərində tərəflərin
münasibətləri, jurnalın formasına, məzmununa
və aparılma qaydasına görə tənzim olunur.
3.7.4.1.
İş icrası jurnalının forması TNvəQ-na
(Tikinti Norma və Qaydalarına) müvafiq
tipləşdirilmiş və ya tərəflərin
razılaşdırdığı fərdi şəkildə
olur. Fərdi jurnal, tərəflərdən biri xarici
təşkilat olduqda tərtib oluna bilər. Bu halda jurnalın
forması Müqaviləyə əlavə olunur.
Müqavilənin mətnində isə bu əlavənin
nömrəsinə istinad edilir.
3.7.4.2.
Jurnalın məzmununa dair tələblər Müqavilənin
mətnində şərh edilir. Jurnalda işin
icrasının gedişi və onunla bağlı
işlərin layihə sənədlərinə uyğun,
vaxtında və keyfiyyətlə görülməsi
nöqteyi-nəzərindən, tərəflərin
qarşılıqlı münasibətləri
üçün əhəmiyyətli olan şərait və
faktlar öz əksini tapır.
3.7.4.3.
Müqavilədə nəzərdə tutulmuş «İş
icrası Jurnalının aparılma qaydaları»
görülən işlərin qeyd olunma dövrünü
və obyektini, həmçinin jurnala münasibətdə
tərəflərin hüquq və vəzifələrini
müəyyən edir.
İşin
başlanğıcından onun qurtarmasına qədərki
dövrdə iş jurnalının aparılması
Podratçının vəzifəsinə daxildir.
Jurnalda
görülən işlər haqqındakı qeydlər
ayrı-ayrı obyektlər və qurğular üzrə,
həmçinin işin növlərinə görə
aparılır.
3.7.4.4.
Müqaviləyə görə sifarişçinin
səlahiyyətli nümayəndəsinə istənilən
vaxt iş icrası jurnalına baxmaq və orada işin
yerinə yetirilməsi gedişinə və jurnalın
Podratçı təşkilatın
mütəxəssisləri tərəfindən aparılmasına
aid öz fikrini və tələblərini qeyd etmək
hüququ verilir.
Sifarişçinin
nümayəndəsinin qeydlərindəki tələblər
yerinə yetirildikdən sonra, Podratçının
mütəxəssisləri bu haqda jurnalda lazımi qeydlər
aparmalıdır.
3.7.4.5.
Tərəflərin biri xarici təşkilat olduqda
Müqavilədə iş icrası jurnalının hansı
dildə aparılacağı göstərilir.
3.7.5.
Örtülü işlər mövcud olarsa, ayrı-ayrı
işlərin və konstruksiyaların iş arası
qəbulu, mühəndis sistemlərinin iş arası
sınağı, ayrı-ayrı materialların laboratoriya
sınağı və sair aparılmalıdır.
Bu
işlərin təşkili və
sənədləşdirilməsi, həmçinin üstü
açılıb yenidən bağlanılası
işlərin görülməsində qaydalardan kənara
çıxılmasından törənən əlavə
xərclərin ödənilməsi ilə bağlı
məsələlərə tərəflərin
münasibəti Müqavilədə tənzimlənir.
3.7.5.1.
Müqavilədə iş arası qəbula ehtiyacı olan
işlərin siyahısı və iş arası sınaq
tələb edən mühəndis xətlərin və
materialların konkret siyahısı müəyyən olunur.
3.7.5.2.
Aralıq işlərin qəbulu və sınağının
nəticələri aktla sənədləşdirilir.
Müqavilədə bu aktların nüsxələrinin
sayı və əgər tərəflərdən biri xarici
təşkilatdırsa, əlavə olaraq aktın hansı
dildə tərtib olunması və ya hansı dilə
tərcümə edilməsi də göstərilir.
3.7.5.3.
Müqavilənin iş arası qəbul və ya iş
arası sınaq işlərinin təşkili hissəsində,
üstü bağlanacaq işlərin (örtülü
işlərin), konstruksiyaların və sistemlərin aralıq
qəbulunu keçirməyin zəruriliyi haqqında
Podratçının Sifarişçiyə məlumat
verə bilməsi üçün müddət qoyulur.
Əgər göstərilən müddətdə
Sifarişçinin nümayəndəsi iş arası
işin qəbuluna gəlməzsə, Müqavilədə
Podratçının birtərəfli akt tərtib etməsi
hüququ olduğu göstərilir. Bu halda üstü
bağlanacaq işlərin keyfiyyətinə görə
məsuliyyət Podratçının üstündən
götürülmür.
Bununla
belə Müqavilədə Sifarişçinin onun qəbul
etmədiyi örtülü işləri təkrar yoxlama
hüququ saxlanıla bilər. Əgər bu halda
Sifarişçi örtülü işlərin
layihəyə və texniki şərtlərə uyğun
yerinə yetirildiyi qənaətinə gələrsə, onda
o, Podratçının örtülü işlərin
üstünün təkrar açılıb bağlanması
ilə əlaqədar xərclərini ödəyir.
3.8.
İşlərin təhvili və qəbulu
3.8.1.
Müqavilədə obyektin hazır inşaat hissələrini
və ya onun müəyyən hissəsinin qəbulu
üçün aşağıdakı ilkin
mərhələlər nəzərdə tutula bilər:
avadanlığın fərdi sınaqdan sonra qəbulu;
avadanlığın kompleks sınağından sonra qəbulu;
obyektin tam qəbuluna qədər istismarı
nəzərdə tutulan, inşası tamamlanmış
binanın, qurğunun və tikilinin istismara qəbulu.
3.8.2.
Sifarişçinin və Podratçının
fəaliyyətinin tam koordinasiyasını tələb
edən təhvil-qəbul sınağı, həmçinin Sifarişçinin
belə sınaqların məzmunu ilə
əvvəlcədən tanış olmaq marağı
olduğu hallarda, Müqavilədə, avadanlığın
sınaq proqramının Podratçı tərəfindən
hazırlanmasının və razılaşdırmaq
üçün onu vaxtında (məsələn,
sınağa iki ay qalmış) Sifarişçiyə
verməsi nəzərdə tutulmalıdır.
Razılaşdırma müddəti mümkün qədər
qısa nəzərdə tutulur.
3.8.3.
Buraxılış dövründə obyektin istismara
buraxılması üçün şərait yaratmaq və
nəticələri üçün məsuliyyət
daşımaq vəzifələri tərəflər
arasında, Müqavilədə qəbul edilmiş
şərtlərdən asılı olaraq
bölüşdürülür.
Obyektin
tam qurtarmış şəkildə təhvili üzrə
bütün əsas vəzifələr və məsuliyyət
müqaviləyə görə, baş Podratçı
təşkilatın üzərinə düşür.
Podratçı avadanlıqların istismarı üzrə
bütün texniki təlimatları təqdim etməli,
lazımi tənzimləmə işlərini görməli,
texniki təhlükəsizlik tədbirlərini yerinə
yetirməli, nümunə sınaqlarına
başçılıq etmək üçün, təchizatçının
müvafiq mütəxəssisləri də daxil olmaqla,
kifayət qədər ixtisaslı heyət cəlb etməli,
buraxılış dövrü ərzində işin səmərəli
təmini üçün, öz hesabına ehtiyat
hissələri və istismar materialları (xammal və
təchizatı Sifarişçinin vəzifələrinə
daxil olan materiallardan başqa) göndərməli və
avadanlığa texniki qulluqla əlaqədar bütün
işləri yerinə yetirməlidir.
3.8.4.
Obyektin qəbulu gedişində aşkar edilən
qüsurların aradan qaldırılması və ya
buraxılış dövrünün uzadılması ilə
əlaqədar bütün əlavə xərclər, həmçinin
buraxılış dövründə təhlükəsizlik
qaydalarına əməl olunması və
avadanlığın istismarı qaydalarının pozulması
nəticəsində vurulan ziyan təqsirkarın hesabına
ödənilir.
Tərəflər
Müqavilədə hər bir qəbulun yol verilə bilən
gecikmə müddətini müəyyən edə
bilərlər. Bu müddət ərzində (10 gündən
30 günə qədər) əlavə xərclərin
ödənilməsi məsələsinə baxılmır.
Bütün bunlar öz əksini Müqavilədə tapıbsa,
təqsirkar tərəf özünün təqsirkar
olduğunu inkar etmirsə və ya onun təqsiri sübut
olunursa, təqsirkar tərəfindən ödənilməli
olacaq əlavə xərclərin məbləği, qoyulan
gecikmə müddətindən sonrakı günlər
üçün hesablanır.
3.9.
İşlərin və materialların keyfiyyətinə
nəzarət
3.9.1.
Tərəflər, layihə sənədlərinin,
tikinti-quraşdırma işlərinin, avadanlıqların
və materialların keyfiyyətinə nəzarətin və
onların yoxlanılması müddətini, qaydalarını
Müqavilədə razılaşdırırlar.
Bir
qayda olaraq layihənin keyfiyyətinə — layihə
sənədlərinin razılaşdırılmasında
və ekspertizasında, tikinti quraşdırma işlərinin
keyfiyyətinə — onların icrası və qəbulu
vaxtı, avadanlıqların keyfiyyətinə isə qəbul
sınaqları gedişində nəzarət edilir.
3.9.2.
İstifadə olunan materialların texniki pasportlarında
və sertifikatlarda istehsalçı zavod (müəssisə)
tərəfindən göstərilən texniki
xarakteristikaları olmalıdır. Lazım gəldikdə
tərəflərin razılığı ilə
Müqavilədə, istənilən materialların texniki
xarakteristikasının Sifarişçinin və ya
materialı istehsal edən zavodun nümayəndəsinin
iştirakı ilə yoxlanılması nəzərdə
tutula bilər.
Sınaqların
nəticələri aktlaşdırılır.
3.9.3.
Layihəçilər işçi cizgiləri
Sifarişçiyə təqdim edənə qədər,
sınaqlar da nəzərə alınmaqla bəzi material
nümunələrinin keyfiyyətinin yoxlanması
Müqavilədə nəzərdə tutula bilər. Bu halda
nümunələrin təqdim olunma müddəti
Müqavilənin mətnində öz əksini
tapmalıdır.
3.10.
Zəmanət və təminatlar
3.10.1.
Zəmanət işlərin yerinə yetirilməsində
etibarlı maliyyə təminatının olmasına xidmət
edir. Əgər tərəflər üçüncü
şəxsin zəmanətçi olmasını lazım
bilsələr, onda həm Podratçının, həm
də Sifarişçinin zəmanətçisi
olmalıdır.
Podratçı
Sifarişçidən onun ödəniş qabiliyyətini
təsdiq edən bank arayışı, bankdan və ya
başqa təşkilatdan Müqavilə ilə görülmüş
işlərin tam ödənilməsinə və ya aralıq
ödənişinə təminat, həmçinin öz
əmlakı ilə təminat verməyi də tələb
edə bilər.
Öz
növbəsində Sifarişçi də,
Podratçıdan ona dəyən ziyanı və
nəzərdə tutulan cərimələri
ödəməyə görə kredit verməyə qadir olan
hüquqi şəxsdən zaminlik öhdəliyi tələb
edə bilər.
Əgər
Müqavilədə başqa müddəalar nəzərdə
tutulmayıbsa, onda zaminlik pul vəsaitinin tutulması və ya
ödənilməsinin başqa vaxta keçirilməsi
(deponenti) yolu ilə həyata keçirilə bilər və
ya kredit verən təşkilatın zəmanəti hesabına
təmin oluna bilər.
Üzərinə
zaminliyi götürmə haqqında məlumat yazılı
formada verilir.
Əgər
zaminlik pul vəsaitinin deponenti yolu ilə yerinə yetirilirsə,
onda Podratçı müəyyən haqq
köçürməklə öz pulunu
razılaşdırılmış məlum bir kredit
təşkilatında (bankda) təcrid edilmiş konkret hesaba
qoymalıdır ki, tərəflər bu hesabdan yalnız
hər ikisinin iştirakı ilə istifadə edə
bilsinlər.
Əgər
Sifarişçi razılığa uyğun zaminlik hesabına
öz ödənişlərindən qismən pul tutmaq yolu
ilə pul tutarsa, onda o, Podratçıya tutulmuş pulun
miqdarını bildirməlidir və bu pulu bildirişdən
sonra razılaşdırılmış müddətdə
(məsələn 20 gün ərzində) seçilmiş
bankda təcrid edilmiş hesaba keçirməlidir.
Sifarişçi
müəyyən edilmiş vaxtdan gec olmayaraq, təminat
müddətində zaminlik pulunu qaytarmalıdır.
Əgər bu müddətə kimi onun iddiası tam
ödənilməyibsə, onda o, zaminlik pulunun müvafiq
miqdarını saxlaya bilər.
3.10.2.
Müqavilədə və onun əlavələrində
görülən işlərin təminatı və
təminatın qüvvəyə minməsi şərtləri
də göstərilməlidir.
Obyektin
təminatlı istismara verildiyi gündən başlayaraq onun
bütünlüklə fasiləsiz istismarına verilən
təminat müddəti göstərilməlidir.
Təminatın vaxtı, təminat müddətində obyektin
normal istismarı üçün meydana çıxan
qüsurların aradan qaldırılmasına sərf olunan vaxt
qədər uzadılır.
Podratçı
obyektin layihə göstəricilərinə istinad
edərək əsas kosntruksiyaların, qoruyucu panellərin
və daşıyıcı karkasın davamlığı
və uzunömürlülüyü haqqında obyektin tam
qəbulu protokolunun ikitərəfli imzalanmasından sonra,
binanı təyinatına görə istismarı, onun
lazımi qaydada qorunması və qulluq alması
şərtilə işin növündən asılı olaraq
müvafiq qanunvericilik və normativ aktlarla müəyyənləşdirilən
müddətdən az olmamaqla, konkret müddətə
təminat verir.
Əgər
təminat dövründə, Sifarişçi
tərəfindən normal istismar şərtilə, obyektin
ayrı-ayrı hissələrində və ya
bütövlükdə obyektin özündə
Podratçının üzərinə götürdüyü
öhdəliklərin lazımi qaydada yerinə
yetirilməməsi nəticəsində əmələ
gələn qüsur və çatışmazlıqlar
aşkar olunarsa, Sifarişçi Podratçının
iştirakı ilə Müqavilə şərtlərinə
uyğun reklamasiya aktı tərtib edir. Aktda qüsurun
aşkarlanma tarixi və onun aradan qaldırılmasının
təxmini vaxtı qeyd olunmalıdır. Podratçı bu
qəbildən olan hər hansı bir qüsuru öz
gücü və vəsaiti hesabına ləğv etməyi
öhdəsinə götürməlidir.
Əgər
obyektin təminatlı istismarı prosesində sertifikata cavab
verməyən materiallar aşkar olunarsa, onda onların
dəyişdirilməsini Podratçı öz hesabına
həyata keçirir.
Əgər
Podratçı qüsuru inkar etmirsə və onları
razılaşdırılmış müddətdə
ləğv etməzsə, onda Sifarişçinin
üçüncü tərəfi bu işə cəlb
etməyə hüququ var. Bu halda çəkilmiş
xərclərin ödənişi Podratçının
üzərinə düşür.
Müqavilə
iştirakçıları bu «Qaydalar»da nəzərdə
tutulanlardan başqa da razılaşdırılmış
təminatlar və şərtlər nəzərdə tutmaq
hüququna malikdirlər.
Müqavilədə
başqa müddət qoyulmayıbsa, onda Podratçı onun
təqsiri üzündən buraxılmış və obyektin
istismara qəbulundan sonrakı 12 ay müddətində
üzə çıxmış qüsurları ləğv
etməyə borcludur.
3.11.
Sanksiyalar
Podrat
Müqaviləsində müqavilənin şərtlərini
pozanlara qarşı sanksiyalar nəzərdə tutulur.
Müqavilədə
onun mövzusunun xüsusiyyətlərini, həmçinin
qəbul edilən və ya müqavilə öhdəliklərinin
əhəmiyyətini əks etdirən əlavə sanksiyalar
da nəzərdə tutula bilər.
3.11.1.
Cərimə və penyanın miqdarı, qanunvericilikdə
başqa hal nəzərdə tutulmayıbsa,
tərəflərin razılığı ilə
müəyyən olunur.
3.11.2.
Əgər Podratçının günahı
üzündən işlərin görülməsi və ya
obyektin zəmanətli istismara təhvil verilməsi
müddətləri gecikirsə onda Sifarişçi
Podratçını işlərin görülməsindən
kənarlaşdıra bilər. Kənarlaşdırma
Podratçını Müqavilə üzrə
məsuliyyətdən azad etmir. Bu halda tərəflərin
hüquq və vəzifələrinə, Müqavilənin
pozulmasında Podratçının məsuliyyətini
nəzərdə tutan Müqavilə tələblərinə
uyğun baxılır.
3.12.
İşlərin dayandırılması və
Müqavilənin pozulması
3.12.1.
Müqavilədə hansı hallarda işlərin
dayandırılması və Müqavilənin pozulmasına
yol verildiyi göstərilməlidir. Eyni zamanda müzakirə
olunan problemlərin həlli üçün
razılığa gəlməkdən ötrü
müəyyən vaxt qoyulması da nəzərdə tutulmalıdır.
3.12.2.
Tərəflərdən biri işlərin
dayandırılmasına və ya Müqavilənin
pozulmasına razı deyilsə və onlar
şərtləşdirilmiş müddətdə
razılığa gələ bilmirlərsə, onda
işlərin dayandırılmasını lazım bilən
tərəf digər tərəfə, müvafiq əsaslandırmaları
göstərməklə, yazılı xəbərdarlıq
etməyə borcludur.
Müqavilədə
işlərin dayandırılması və Müqavilənin
pozulması haqqındakı qərarların qüvvəyə
minməsi tarixi göstərilməlidir. Eyni zamanda
Müqavilədə işin dayandırılmasının davam
etmə müddətinin hüdudu da
müəyyənləşdirilməlidir.
3.12.3.
İşlərin dayandırılması və
Müqavilənin pozulması hallarında, Sifarişçi
və Podratçı arasındakı
qarşılıqlı hesablaşma aşağıdakı
ardıcıllıqla aparılır: görülən
işlər üçün hesablaşmaq; cəriməni
və ya vurulmuş ziyanı ödəmək.
3.12.4.
Müqavilədə qarşısıalınmaz
qüvvələrin təsiri şəraitinin
müəyyən edilməsi qaydaları nəzərdə
tutulmalıdır. Müqavilədə müəyyən vaxt
qoyulmalıdır ki, bu müddətdən gec olmayaraq, belə
şəraitlə rastlaşan tərəf – digər
tərəfə bu haqda xəbər versin.
3.12.5.
Müqavilənin pozulması Podratçının
günahı üzündən baş verirsə, onda
Podratçı ilə aparılacaq haqq-hesab obyektin istismara
verilməsindən sonra da nəzərdə tutula bilər.
Əgər Müqavilənin pozulmasına Sifarişçi
təqsirkardırsa, onda görülmüş işlər
üçün hesablaşma Müqavilənin pozulmasından
sonra qısa müddətdə aparılmalıdır.
3.12.6.
Vurulan ziyanın ödənilməsi qaydası
Müqavilənin şərtlərindən biridir və
təqsirkarın hesabına ödənilir.
3.12.7.
Müqavilənin pozulması nəticəsində
tərəflər arasında ortaya çıxan mülki
mübahisələrin həlli qaydası müqavilədə
nəzərdə tutulmalıdır.
3.13.
Mübahisələrin həlli qaydası
3.13.1.
Tərəflər arasında mübahisələr
danışıqlar yolu ilə həll edilə
bilmədikdə, mübahisə məhkəmə qaydasında
həll edilir.
3.13.2.
Tərəflər respublikanın hüquqi şəxsləri
olduğu hallarda yaranmış mübahisələrə
məhkəmədə baxılması, Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun həyata keçirilir.
Əgər
tərəflərdən biri xarici təşkilatdırsa,
Müqavilədə mübahisəni həll edəcək
təşkilatın adı və yeri (ünvanı),
mübahisəyə baxılmasında istinad olunacaq
qanunvericiliyin seçilməsi nəzərdə tutulur.
4.
Sair (xüsusi) şərtlər
4.1.
Bazar münasibətlərinə keçid
şəraitində, bir sıra hüquq normalarının
öz qüvvəsini itirdiyi, digərlərinin isə
tövsiyə xarakteri daşıdığı və ya
formalaşma dövründə olduğu hallarda
müqavilənin bu bölməsi, tərəflər
arasında qarşılıqlı əlaqələr
nəticəsində yaranan istənilən öhdəlik
və məqsədlərin hüquqi normalarını əks
etdirir.
4.2.
Bu bölmədə həmçinin Müqavilənin
ayrılmaz hissəsi olan sənədlərin (onun
mətnindən başqa) adları göstərilir.
Adətən Müqaviləyə bütün
əlavələr belə sənədlər sayılır.
4.3.
Müqaviləyə xarici iştirakçılar cəlb olunduqda,
Müqavilənin müddəalarında onun yerinə
yetirilməsi üçün lazım olan maddi-texniki
ehtiyatların idxalı və ixracı üzrə
məsələlər də tənzimlənir.
Tərəflərin öhdəliklərində
göstərilən ehtiyatların alınma
müddətləri və belə öhdəliklərin
yerinə yetirilmədiyi halda sanksiyalar da nəzərdə
tutulmalıdır.
* kompleks podrat müqaviləsinin nümunəvi forması bu qaydalara əlavə olunur.
«Əsaslı
tikintidə podrat müqavilələri haqqında qaydalar»a
ƏLAVƏ
|
Tikinti üçün podrat
müqaviləsi («kontrakt» adlana bilər) ______________________________________________________________________________________ (tikinti obyektinin adı, tabeçiliyi,
tikintinin yeri) ______________________________________________________________________________________ Müqavilə bağlayan tərəflər: ______________________________________________________________________________________ (təşkilatın adı və
tabeçiliyi) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) __________________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Sifarişçi adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı və
tabeçiliyi) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən
hərəkət edən və bundan sonra (sənədin adı) Podratçı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı və
tabeçiliyi) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Subpodratçı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı və
tabeçiliyi) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Təchizatçı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı,
tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) İşəsalma-sazlama təşkilatı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı,
tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Layihə təşkilatı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı,
tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) İcra hakimiyyəti adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı,
tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Komplektləşdirmə təşkilatı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı,
tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________
şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________
əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Bank adlanan: Bu Müqaviləni aşağıdakılara
görə bağladıq: I. Müqavilənin mövzusu 1.1. Tərəflər
__________________________________________________________________
tikintisinin (obyektin adı) Müqavilədə nəzərdə tutulan
təminatını onun istismara verilməsi və
Müqavilədə göstərilmiş vaxtda tam layihə
gücünə çatdırılması öhdəliklərini
yerinə yetirməyi öz üzərlərinə
götürürlər. 1.2. ____________________________________________________________
öz gücü və vəsaiti hesabına (təşkilatın adı) |
|
_______________________________
gücünə malik |
____________________ |
____________________ |
|
(gücü) |
(son) |
(nəticə) |
|
o
cümlədən, ayrı-ayrı mərhələlər
(komplekslər) üzrə __________________________________________ (adı) tikintini
yerinə yetirir,
___________________________________________________________________ (layihəni
təsdiq edən layihə təşkilatının adı) ______________________________________________________________________________________ tərəfindən
təsdiq edilmiş,
_________________________________________________________________ (layihə) layihə-smeta
sənədlərinə tam uyğun gələn son
inşaat məhsulu olan ______________________________
kəmiyyət və keyfiyyətinin texniki
xüsusiyyətlərini təmin edirlər. II. Müqavilə qiyməti 2.3.
Müqavilə üzrə işlərin və
xidmətlərin ümumi dəyəri
____________________________ min. manat, o cümlədən:
layihələşdirmə işləri üçün
_______________________________ min.manat, inşaat işləri
üçün _______________________ min.manat,
işəsalma-sazlama işləri üçün
_________________________ min. manat, ayrı-ayrı mərhələlər
üzrə _______________________ min.manat, komplekslər
üzrə min. manat. Razılaşdırılmış
qiymət ________________________________________________
müqavilə qiymətidir. (sabit,
açıq) III. İşlərin yerinə yetirilməsi
müddətləri 3.4.
Müqavilə üzrə işlərin başlama vaxtı
______________________________________ qurtarma vaxtı _______________________________________________________
Müqaviləyə əsasən, investisiya proseslərinin
mərhələləri üzrə işlərin
başlanma və qurtarması, avadanlıq, material və digər
təchizatların alınma müddətləri
müqaviləyə əlavə edilən qrafikdə
göstərilir. IV. Tərəflərin hüquq və
vəzifələri 4.5.
Sifarişçi: §
tikinti
aparılacaq sahə üçün müvafiq
təşkilatlardan icazə alır; §
tikintini
su, qaz, buxar, istilik və elektrik enerjisi ilə təmin
etmək üçün ____________________ gec olmayaraq
icazə alır; §
maliyyələşdirmə
hesabının açılmasına qədər,
Podratçıya özünün ödəmə
qabiliyyətini göstərən bank arayışı
təqdim edir; §
podrat
müqaviləsi bağlanandan sonra
maliyyələşdirməni 15 gündən gec olmayaraq
açır və Müqavilə şərtlərinə
görə müqavilə qiymətinin _________________ faizi
miqdarında beh pulu, görülən işlərin,
göstərilən xidmətlərin və
göndərilmiş avadanlıq, konstruksiya və
materialların haqqını
razılaşdırılmış qiymətlə
ödəyir; §
layihələşdirmə
və mühəndis axtarış işləri üzrə
normativ sənədlərə uyğun, layihə
tapşırığını və ona əlavə olunmuş
əsas məlumatları və materialları ________________
də layihə təşkilatına verir; (tarix) §
layihə
alınan gündən sonrakı 45 təqvim günü
ərzində layihəni nəzərdən keçirir
və müvafiq təşkilatların
razılıqlarından sonra, layihə üzrə öz
rəylərini və layihənin təsdiqi tarixini layihə
təşkilatına yazılı surətdə bildirir; §
layihə-smeta
sənədlərini razılaşdırmaq üçün
____________________-də(da) (tarix) §
Podratçıya
verir; §
Podratçının
layihə-smeta sənədləri üzrə
qeydlərinə 10 gün ərzində baxır və öz
qərarını ona bildirir; §
_______________________-dən(dan)
gec olmayaraq, təsdiq olunmuş investisiya prosesinin qrafikdə
nəzərdə tutulmuş müddətdə və
layihələndirmə normativlərinin təyin etdiyi
sənədlərin tərkibində yerinə yetirilməli
olan bütün işin layihə-smeta və işçi
sənədlərini Podratçıya verir; §
lazım
olan hallarda, genişləndirilməli, yenidən qurulmalı,
yeni texniki vasitələrlə təmin olunmalı
fəaliyyət göstərən
müəssisələrin, bina və qurğuların
müayinə sənədlərini və tikintidən
ötrü ayrılmış sahəni obyektin tikintisi
üçün maneçilik törədən bütün
əşyalardan təmizlənmiş halda aktla
Podratçıya təhvil verir; §
tikinti
üçün geodezi bölgü əsası yaradır
və tikinti-quraşdırma işlərinin başlanmasından
ən azı 10 gün qabaq texniki sənədlərin və
tikinti sahəsində bərkidilmiş bu əsasın
nişanlarını və nöqtələrini, onların
naturada yoxlanması ilə birgə aktla Podratçıya
verir; §
geodezi
bölgü əsaslarının inşaat üzrə
normativ sənədlərin tələblərinə uyğun
gəlməsinə təminat verir; §
işləri
görmək üçün müvafiq
təşkilatların verdikləri icazə
sənədlərini Podratçıya verir; §
Müqaviləyə
əlavə olunan qrafikə uyğun, təchizatı
Sifarişçinin üzərinə düşən material
və avadanlıqları adbaad göstərməklə Podratçıya
verir; §
zəruri
hallarda Podratçı, Subpodratçı və
işəsalma-sazlama təşkilatlarının
işçilərini tikinti müddətində
yerləşdirmək üçün icarə
müqaviləsi üzrə yaşayış yerləri
ilə təmin edir; §
tikinti
meydançasında Podratçını telefon rabitəsi
ilə təmin edir və ya bu məqsədlə
çəkilmiş xərcləri ödəyir; §
tikinti
meydançasında səhiyyə yardımı
məntəqəsinin yaradılmasını təmin edir
və ya bu məqsədlə çəkilən
xərcləri ödəyir; §
şəhər
nəqliyyatı əlaqəsi olmadıqla, Podratçı
təşkilatların işçilərinin
yaşayış yerindən inşaat meydançasına
və geriyə tərəflərin
razılaşdırdıqları qrafikə əsasən,
avtobuslarda və xüsusi ayrılmış maşınlarda
daşınmasını və ya belə xərclərin
ödənməsini təmin edir. 4.6.
Layihəçi: §
sifarişçinin
verdiyi əsas məlumatlara və layihə
tapşırığına uyğun mühəndis axtarış
işləri aparır və layihə-smeta
sənədlərini işləyib hazırlayaraq
bağlanmış müqavilədə nəzərdə
tutulmuş müddətdə Sifarişçiyə
təqdim edir; §
layihə
hazırlanan vaxtı rayon planlaşdırılması
layihələri və sxemlərini, şəhərlərin,
qəsəbələrin, kənd yaşayış məntəqələrinin
baş planlarını, sənaye zonalarının
planlaşdırılması layihələrini, qəbul
edilmiş qanunların, layihələndirmə, tikinti və
memarlıq üzrə normativ aktların
tələblərini nəzərə alır; §
sifarişçinin
və layihə təşkilatlarının (baş
layihəçinin, subpodrat layihə və
layihə-axtarış təşkilatlarının), İcra
hakimiyyəti orqanlarının, podrat
təşkilatlarının (baş podratçının,
subpodrat, xüsusiləşdirilmiş tikinti-quraşdırma
təşkilatlarının), məhəlli və yerli
dövlət nəzarət, hidrometeoroloji və geoloji
xidmət orqanlarının və başqa marağı olan
təşkilatların iştirakı ilə torpaq, su,
meşə qanunvericiliyinə və başqa normativ aktlara
uyğun inşaat meydançasının (trassanın)
seçilməsi üçün
əsaslandırılmış hesablamaları və
tövsiyələri verir; §
Sifarişçinin
və podrat təşkilatların layihə-smeta
sənədlərilə əlaqədar qeydlərinə
baxır və 30 gün müddətində bu
qeydlərlə əlaqədar qərar qəbul edir; §
tikinti
aparıldığı bütün dövr ərzində,
obyekt layihə gücünə çatdırılana
qədər və istismara qəbul dövrü
müddətində obyektin tikintisinə, görülmüş
işlərin layihə həllərinə uyğunluğuna,
işlərin təsdiq edilmiş smeta dəyərinə,
tikinti-quraşdırma və başqa növ
avadanlıqların quraşdırılması
işlərinin icrasının keyfiyyətinə və
texnologiyasına, tikilən obyektin yerləşdiyi
ərazidə yanğın və partlayış təhlükəsizliyinə
müəlliflik nəzarətini həyata keçirir; §
müəlliflik
nəzarətinə əsaslanıb, tikintinin gedişində
Sifarişçiyə tikintinin dəyərinin aşağı
salınmasına, keyfiyyətinin
yaxşılaşdırılmasına, tikinti
müddətinin qısaldılmasına,
tikinti-quraşdırma işlərinin icrası
texnologiyasının təkmilləşdirilməsinə aid
təkliflər vermək ixtiyarına malikdir. §
tikintinin
gedişatında onun təkmilləşdirilməsi haqqında
Sifarişçinin və podrat təşkilatlarının
verdiyi təkliflərə baxır və 10 gün
müddətində özünün qəbul etdiyi qərar
haqqında onlara məlumat verir; §
əlavə
haqq almadan razılaşdırılmış işlərin
görülməsi qrafikinin yerinə yetirilməsini təmin
edən müddətdə, Sifarişçinin
qeydlərinə əsasən layihə
sənədlərinə düzəlişlər edir. 4.7. Memarlıq layihəsi yaratmaq
üçün bağlanmış müqavilədə
başqa şərtlər nəzərdə tutulmayıbsa,
həmin layihə bir dəfədən artıq istifadə
edilə bilməz. [8] 4.8.
Layihə axtarış işlərinin yerinə
yetirilməsi haqqında Sifarişçi və
Layihəçinin imzaladıqları qəbul aktı,
layihə-axtarış işlərinin ödənilməsi
üçün əsasdır. 4.9. Bu
müqavilənin 4.6. maddəsində göstərilən,
layihə-smeta sənədlərinin verilməsi
müddətinin pozulmasına görə, Layihəçi
Sifarişçiyə hər gecikdirilən gün
üçün ______________________________
məbləğində cərimə verir. 4.10.
Podratçı: §
layihə-smeta
sənədlərini sifarişçidən aldıqdan sonra
45 gün ərzində layihəni araşdırıb öz
fikrini bildirməlidir. Əgər bu müddətdə
Sifarişçiyə özünün irad və
təkliflərini bildirməsə layihə-smeta sənədləri
razılaşdırılmış hesab olunur; §
tikinti
norma və qaydalarını gözləməklə,
layihə-smeta sənədlərinə tam uyğun
gələn obyektin tikilməsini öz gücü və
______________________________________________________________ (sifarişçinin
və ya özünün vəsaiti, bank krediti) hesabına
Müqavilədə nəzərdə tutulan vaxtda yerinə
yetirir, tikintisi qurtarmış obyekti istismara təhvil verir,
onun tam layihə gücünə çıxmasını
təmin edir; §
tikintini
işçi sənədlərlə təmin edir; §
öhdəliklərə
müvafiq olaraq, qrafik üzrə, müqavilə
qiymətləri dəyərində, tikintiyə lazım olan
materialları, avadanlıqları, konstruksiyaları,
komplektləşdirici məmulatları və inşaat
texnikasını inşaat meydançasına gətirir,
öz gücü və vəsaiti hesabına onların
qəbulunu, boşaldılmasını, anbara
yığılmasını və işlərin görülməsi
üçün onların buraxılmasını
təşkil edir. Podratçı, obyekt istismara
verilənə qədər, bu maddədə
göstərilən əmlaka mülkiyyət hüququ və
əmlakın təsadüfi məhv olması riski
hüquqlarını saxlayır; §
inşaat
meydançasına göndərilən və
Sifarişçinin əmlakı olan inşaat
materiallarının, maşınların,
avadanlıqların boşaldılmasını, akt
üzrə qəbulunu, saxlanılmasını, anbara
yığılmasını və işlərin
görülməsi üçün buraxılmasını
yerinə yetirir; §
lazım
gəldikdə işlərin yerinə yetirilməsi
üçün istifadə olunan maşın, avadanlıq,
uyğunlaşdırılmış alət və
qurğuların təmirini, onlara texniki xidməti yerinə
yetirir; §
işlərin
icrası dövründə, inşaat meydançasında
yanğına qarşı tədbirlərin,
təhlükəsizlik texnikası və ətraf mühitin
mühafizəsi tədbirlərinin yerinə yetirilməsini
təmin edir, inşaat meydançasında işıq
qurğularını quraşdırır və
meydançanı hasarlayır: §
Sifarişçi
ilə razılaşdırılmış qaydada texniki
və başqa vasitələrlə inşaat
meydançasının mühafizəsini təmin edir; §
Müqavilə
üzrə tikinti işlərinin yerinə yetirilməsi
üçün inşaat meydançasında lazım olan
müvəqqəti qurğu və kommunikasiyaların
tikintisini yerinə yetirir; §
Tikintinin
gedişi prosesində müntəzəm olaraq inşaat
meydançasını inşaat tullantılarından
təmizləyir və tikinti işləri tamamlandıqdan
sonra isə son təmizləmə işlərini təmin
edir; §
Bünövrələrin
tikintisini, hidroizolyasiya və s. işləri müayinə
üçün Sifarişçiyə təqdim
edərək, onunla bu haqda akt tərtib edir; §
Gizli
işlərin müayinə aktlarını və
mühüm konstruksiyaların aralıq qəbul
aktlarını işçi qəbul komissiyasına verir,
işləmək üçün subpodratçılara
şərait yaradır; §
Subpodrat
təşkilatlarla və ya təchizatçılarla
bağlanmış Müqavilələr haqqında
Sifarişçiyə məlumat verir; §
Subpodrat
təşkilatların gördüyü işləri,
tamamlanmış inşaat obyektinin tərkibində təhvil
vermək üçün hazırlayır, bu işlərin
təhvilini subpodrat təşkilatların iştirakı
ilə aparır və onların gördüyü
işlərin dəyərini ödəyir. §
Obyektin
bu Müqavilədə göstərilmiş istismara
verilmə müddətinin pozulmasına görə
Sifarişçiyə, hər gecikmə günü
üçün ___________________ §
Cərimə
(penya) ödəməlidir. §
Sifarişçinin
Podratçı və Subpodratçının
nümayəndələrinin iştirakı ilə tərtib
etdikləri akta əsasən işlərdə və
konstruksiyalarda müəyyən olunmuş qüsurların
vaxtında aradan qaldırılmadığı
təqdirdə Podratçı Sifarişçiyə və
ya istismarçı təşkilata, qüsurları
ləğv edənə qədər ötən hər
gün üçün ________________________
məbləğində cərimə verməlidir. §
Görülmüş
işlərin dəyərinin ödənilməsi və
digər müqavilə öhdəlikləri
Sifarişçi tərəfindən vaxtlı-vaxtında
yerinə yetirildiyi halda, obyekt Podratçının
günahı üzündən Müqavilədə
nəzərdə tutulmuş vaxtda istifadəyə
verilməzsə, tikintinin başa çatdırılması
Podratçının öz vəsaiti hesabına
aparılır. 4.11.
Subpodratçı: [1] §
Müqaviləyə
əlavə olunmuş qrafikdə göstərilən
tərkibdə, həcmdə və müddətdə
subpodrat işlərini işçi çertyojlara uyğun
yerinə yetirməyi öhdəsinə götürür;
özünün quraşdırdığı
avadanlığı fərdi sınaqdan keçirir;
avadanlığın kompleks yoxlanılmasında, qurtarmış
binanın, qurğunun, inşa obyektinin, buraxılışa
hazırlanmış məhsulun və ya görülən
xidmətin işçi komissiyaya təhvil verilməsində
iştirak edir, obyektin Müqavilədə
göstərilmiş vaxtda istismara verilməsini
Podratçı və Sifarişçi ilə birgə
təmin edir; §
avadanlıqların,
materialların Müqaviləyə əlavə olunmuş
qrafikdə göstərilən həcmdə və
müddətdə təchizatını təmin edir; §
Sifarişçi
və ya Podratçı tərəfindən ona verilən
avadanlıq və materialların qəbulunu və onların
saxlanılmasını təmin edir; §
öz
aldığı materialların boşaldılmasını,
qəbulunu təmin edir; §
kabel
barabanlarının vaxtında qaytarılmasına, onun
ünvanına gəlmiş nəqliyyat vasitələrinin
vaxtında boşaldılmasına görə
Podratçı qarşısında məsuliyyət
daşıyır, öz təqsiri üzündən baş
vermiş nəqliyyat boşdayanmaları üçün
________________________ cərimə verir. §
Sifarişçi
və Podratçının inşaat müddəti
üçün ona istifadəyə verdikləri istehsalat,
sanitar-məişət, yaşayış yerlərinin və
başqa xidmətlərin haqqını ödəyir; §
tikintinin
gedişi prosesində müntəzəm olaraq iş
yerlərini artıq materiallardan, tullantılardan
təmizləyir və tikinti işləri qurtardıqdan sonra
isə son təmizləmə işlərini yerinə yetirir;
§
subpodrat
işlərin yerinə yetirilməsinin Müqavilədə
göstərilən müddətinin gecikdirilməsinə
görə, işlərin faktiki olaraq başa çatdırılması
gününə qədər baş podratçıya,
ötən hər gün üçün
___________________________ həcmdə cərimə verir. 4.12.
Təchizatçı: [2] §
bu
Müqaviləyə əlavə olunmuş qrafikdə
göstərilən müddətdə avadanlıqların,
materialların, konstruksiya və məmulatların təchizatını
təmin edir; §
göndərdiyi
avadanlığın, materialların, konstruksiya və
məmulatların layihə sənədlərindəki
təsnifata, dövlət standartlarına, texniki
şərtlərə, etalonlara, nümunələrə,
həmçinin onların keyfiyyətini
təsdiqləyən sertifikatlara, texniki pasportlara və
başqa sənədlərə uyğun gəlməsinə
təminat verir; §
avadanlıq,
material, konstruksiya və məmulatların tam
komplektləşdirilməməsi və ya aşağı
keyfiyyətli olması aşkar edildikdə,
Sifarişçinin tələbindən keçən 20
gün ərzində onları komplektləşdirir, keyfiyyətli
məhsul və ya avadanlıqla əvəz edir; §
avadanlıq,
material, konstruksiya və məmulatların
təchizatını gecikdirdikdə və ya yarımçıq
həyata keçirdikdə, Sifarişçiyə
göndərmədiyi məhsul və ya avadanlığın
qiymətinin 8,0 faizi qədər cərimə ödəyir; §
komplektləşdirilməmiş
avadanlığın quraşdırmağa
göndərilməsi üçün
Sifarişçiyə, həmin avadanlığın
qiymətinin 20 faizi qədər cərimə ödəyir; §
keyfiyyətinə
görə standarta, texniki şərtlərə, pasportlara
uyğun gəlməyən məhsulun (materialların,
konstruksiyaların, məmulatların) göndərilməsi
üçün Sifarişçiyə keyfiyyətsiz
məhsulun qiymətinin 20 faizi məbləğində
cərimə ödəyir; §
avadanlıqların
və məhsulların standartlara və texniki
şərtlərin tələblərinə cavab vermədiyi
şəkildə — tarasız,
qablaşdırılmamış və ya
paketləşdirilməmiş (bağlanmamış)
şəkildə göndərilməsi üçün
Sifarişçiyə, belə şəkildə
göndərilmiş məhsulların qiymətlərinin 5
faizi miqdarında cərimə ödəyir. 4.13.
İşəsalma-sazlama təşkilatları: §
bu
müqaviləyə əlavə olunmuş qrafikdə
göstərilən vaxtda və tərkibdə
işəsalma-sazlama işlərini yerinə yetirir; §
quraşdırma
dövründə Sifarişçinin
mütəxəssislərinə işəsalma-sazlama
işlərinin yerinə yetirilməsini, texnoloji və
ümumzavod avadanlıqlarının və mühəndis
sistemlərinin boşuna iş sınağını
keçirməyi öyrədir; §
Müqavilənin
bağlanmasından __________ gün sonra, obyektin normal
istismarı üçün lazım olan
mütəxəssislərin ixtisası və sayı
haqqında hesablamaları və tövsiyələri
Sifarişçiyə verir. §
Müqavilədə
göstərilmiş müddətdə obyektin tam layihə
gücünə çatdırılmasını təmin
edir; §
işəsalma-sazlama
işlərinin qrafikdə göstərilmiş
müddətlərinin pozulması üçün
Sifarişçiyə, hər gecikdirilən gün
üçün _________________ cərimə ödəyir; §
Sifarişçinin,
Podratçının və Subpodratçının
iştirakı ilə tərtib edilmiş aktda
aşkarlanmış qüsurların aradan qaldırılması
vaxtının gecikdirilməsi üçün
Sifarişçiyə və ya istismarçı
təşkilata hər gecikdirilmiş gün
üçün ___________________ cərimə ödəyir. 4.14.
İcra hakimiyyəti orqanı:[3]
§
Tikinti
üçün torpaq sahəsi ayrılması haqqında
qərarı 10 gün müddətinə
Sifarişçiyə verir; §
Torpaq
sahəsinin ayrılması haqqındakı qərarın
dəyişdirilməsi ilə bağlı
Müqavilədə iştirak edən
tərəflərə vurulan ziyanı ödəyir. 4.15.
Bank: §
Sifarişçinin
tapşırığı ilə kapital qoyuluşunun
maliyyələşdirilməsini həyata keçirir; §
lazım
gəldikdə, Müqavilə üzrə
tərəflərdən birinin xahişi ilə tikintinin
yerinə yetirilməsi ilə əlaqədar onun
müvəqqəti ehtiyacı üçün kredit verir; §
Müqavilə
üzrə tərəflərin gördükləri
işə, verilən material və avadanlıqlara
göstərilən xidmətlərə görə
hesablaşma əməliyyatlarını yerinə yetirir; 4.16.
Tərəflər arasında yaranan mübahisəli
məsələlər, «Əsaslı tikintidə podrat
müqavilələri haqqında Qaydalar»a və bu
Müqavilədə göstərilmiş müddəalara,
habelə qanunvericilik aktlarına əsasən həll edilir. Xüsusi
şərtlər:
__________________________________________________________________________
______________________________________________________________________________________
______________________________________________________________________________________ 4.17. Bu
Müqavilədəki şərtlər yalnız
bütün tərəflərin razılığı
ilə dəyişdirilə bilər. Müqavilə
imzalandığı andan qüvvəyə minir. Müqavilə
________________________ nüsxədə tərtib olunmuşdur. Tərəflərin
ünvanı: |
|
__________________________________________ (adı,
atasının adı, soyadı) __________________________________________
__________________________________________
__________________________________________
__________________________________________ |
__________________________________________ (təşkilat
və vəzifəsi) __________________________________________
__________________________________________
__________________________________________
__________________________________________ |
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
1. 14 oktyabr
1998-ci il tarixli 202 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹10, maddə 623)
2. 29 oktyabr
2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹1, maddə 74)
3.
7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹11, maddə 675)
4.
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432)
5.
16 iyul
2010-cu il tarixli 136
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
702)
6.
16 iyul 2010-cu il tarixli 136 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 07, maddə 702)
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
[1] Müqavilənin imzalanmasında subpodratçı
iştirak etməzsə, göstərilən maddələr
sifarişçinin və ya podratçının
vəzifəsinə aid edilə bilər.
[2] Müqavilə imzalanmasında təchizatçı
iştirak etməzsə, göstərilən maddələr
sifarişçinin və ya podratçının
vəzifəsinə aid edilə bilər.
[3] Müqavilənin imzalanmasında İcra hakimiyyəti iştirak
etməzsə, göstərilən maddələr
Sifarişçinin vəzifəsinə aid edilə bilər.
[1] 6 may 2008-ci il tarixli
109 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə 3-cü
bəndində «Dövlət
Tikinti və Arxitektura Komitəsinə» sözləri «Fövqəladə Hallar Nazirliyi»
sözləri ilə əvəz edilmişdir.
[2] 7 noyabr 2002-ci il tarixli
173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹11, maddə 675) ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli, 228
nömrəli qərarı ilə təsdiq edilmiş
"Əsaslı tikintidə podrat müqavilələri haqqında
Qaydalar"a aşağıdakı dəyişikliklər
edilmişdir.
a) 1.4-cü bəndin 2-ci abzasından "lisenziyalaşdırma"
sözü çıxarılmışdır;
b) 1.6-cı bəndin 1-ci abzasında "iştiraka hüququ
(lisenziyası) olan" sözləri "iştirak edən" sözləri ilə
əvəz edilmişdir;
c) 2.3-cü bəndin 8-ci abzası
çıxarılmışdır;
ç) 2.7-ci
bəndin 3-cü abzasının 2-ci cümləsi
çıxarılmışdır.
[3] 29 yanvar 2001-ci il tarixli 25
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹1, maddə 74) ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228
nömrəli qərarı ilə təsdiq edilmiş
"Əsaslı tikintidə podrat müqavilələri haqqında
Qaydalar"ın 1.6-cı bəndinin ikinci abzasının
birinci cümləsində "Sifarişçinin
razılığı ilə (əgər bu razılıq
müqavilə şərtlərində nəzərdə
tutulubsa)" sözləri "əgər
müqavilədə işin yalnız podratçı
tərəfindən yerinə yetirilməsi nəzərdə
tutulmuşsa" sözləri ilə əvəz
edilmişdir.
[4] 7
noyabr 2002-ci il tarixli
173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹11, maddə 675) ilə 2.3-cü bəndin
8-ci abzası çıxarılmışdır.
[5] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə
«Əsaslı tikintidə podrat müqavilələri
haqqında Qaydalar»ın 3.3.1-ci bəndində «Dövlət Tikinti və
Arxitektura Komitəsinin» sözləri «Fövqəladə Hallar Nazirliyinin» sözləri
ilə əvəz edilmişdir.
[6] 16 iyul 2010-cu il tarixli
136 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 702) ilə
“Əsaslı tikintidə podrat müqavilələri
haqqında Qaydalar”ın 3.6.1-ci bəndinin on
dördüncü abzasında “yeni
çəkilmiş” sözlərindən sonra “elektrik,” sözü
əlavə edilmişdir.
[7] 16
iyul 2010-cu il tarixli 136
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
702) ilə “Əsaslı tikintidə podrat
müqavilələri haqqında Qaydalar”ın 3.6.1-ci
bəndinə on altıncı abzas əlavə edilmişdir.
[8] 14 oktyabr 1998-ci il tarixli 202
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹10, maddə 623) ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228
nömrəli qərarı ilə təsdiq edilmiş
«Əsaslı tikintidə podrat
müqavilələri haqqında Qaydalar»a əlavənin
4.7-ci bəndi yeni redaksiyada verilmişdir.