Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyasının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

MDB ölkələri, Gürcüstan və Baltikyanı dövlətlər ilə dövlətlərarası iqtisadi münasibətlərin səmərəliyinin, etibarlığının və sabitliyinin yüksəldilməsi , xalq təsərrüfatı kompleksinin və respublika əhalisinin maddi-texniki resurslarla və ən zəruri məhsullarla təmin edilməsi, hökumətlərarası sazişlərin vaxtında hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyası aşağıdakı tərkibdə yaradılsın.

 

V.Əhmədov

- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, komissiyanın sədri

 

 

A.Abbasov

- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, komissiyanın üzvü

 

 

Ə.Məmmədov

- Azərbaycan Respublikası Baş nazirinin müavini

 

 

H.Hacızadə

- Azərbaycan Respublikasının Moskva şəhərində səlahiyyətli nümayəndəsi

 

 

S.Bağırov

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti

 

 

F.Zeynalov

- Material ehtiyatları naziri

 

 

R.Qarayev

- Xarici iqtisadi əlaqələr naziri

 

 

Ə.Əliyev

- Dövlətstatkomun sədri

 

 

R.Hüseynov

- Ticarət naziri

 

 

R.Əşrəfov

- Kənd təsərrüfatı və ərzaq naziri

 

 

S.Abbasbəyli

- Rabitə naziri

 

 

Ə.Məmmədov

- Taxıl məhsulları naziri

 

 

Z.Tağıyev

- Dövlətiqtisadplankomu sədrinin müavini

 

 

İ.Vəliyev

- Dövlət Gömrük Komitəsinin sədri

 

 

Ə.Şabanov

- Dövlət Yanacaq Komitəsinin sədri

 

 

T.Hüseynov

- AzəriqazDövlət Şirkətinin Prezidenti

 

 

F.Sadıxov

-AzərkimyaDövlət Şirkətinin Prezidenti

 

 

C.Abdullayev

- Azərbaycan Respublikası Milli Bankının  Prezidenti

 

 

E.İsmayılov

- Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi

 

 

E.Hüseynov

- Azərittifaqın sədri

 

 

Ə.Əliyev

-Azərbaycan Hava Yolları” Konserninin sədri

 

 

Ə.Mustafayev

- “Xalq üçün mallar” Dövlət Konserni idarə heyətinin sədri

 

 

F.Quliyev

- “Bakkondisioner” İB baş direktoru

 

 

T.Əzizov

- “Nord” EİB-nin baş direktoru

 

2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyası haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1992-ci il 25 noyabr tarixli 456 saylı sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

 

 

 

Baş nazirin səlahiyyətlərini icra edən:  Ə.Məsimov

 

 

 

 

Bakı şəhəri 23 fevral 1993-cü il

 ¹ 121

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
             1993-cü il 23 fevral tarixli 121 nömrəli qərarı ilə
            təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyası haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar:

 

1.1. Mətndə Komissiya adlanan – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi Komissiyasının əsas məqsədi respublika nazirliklərinin, baş idarələrinin, müəssisə və təşkilatlarının MDB respublikaları, Gürcüstan və Baltikyanı dövlətlərin müəssisələri ilə dövlət iqtisadi əlaqələrinin səmərəliyinin, etibarlılığının və sabitliyinin yüksəldilməsidir.

1.2. Komissiyaya Azərbaycan Respublikası Baş nazirinin birinci müavini başçılıq edir.

1.3. Komissiyanın iclasları ehtiyac olduqca, lakin rübdə bir dəfədən az olmayaraq keçirilir.

2. Komissiyanın əsas vəzifələri bunlardır:

 

2.1. İstehsal-texniki təyinatlı məhsulların, xalq istehlakı və kənd təsərrüfatı mallarının (mətndə – məhsullar adlandırılacaq) gətirilməsi və aparılması üzrə dövlətlərarası iqtisadi əlaqələrin səmərəliyinin, etibarlılığının və sabitliyinin yüksəldilməsi, respublikanın iqtisadi mənafeyinin qorunması.

2.2. Bərabərliyin, əməkdaşlığın, yaxınlaşmanın geniş inkişafını, qarşılıqlı faydalı marağı təmin edən müqavilələr əsasında Azərbaycan Respublikasının digər dövlətlərlə iqtisadi münasibətlərinin tənzimlənməsi.

2.3. Respublikanın sabit istehsal vasitələri və istehlak malları bazarının yaradılması.

2.4. Aşağıdakı məsələlər üzrə tövsiyələrin təhlili və hazırlanması:

məhsulun satışı, alınması və mübadiləsi ilə bağlı kommersiya təkliflərinin qarşılıqlı əlaqələndirilməsi;

ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq, müəssisələrdə mövcud olan maliyyə, maddi-texniki ehtiyatlardan, istehsal sahələrindən və güclərindən daha səmərəli istifadə məsələləri.

2.5. Respublika ərazisində və eləcə də xaricdə tələb və təklif konyunkturunun öyrənilməsi əsasında istehsal güclərinin və müştərək müəssisələrin yaradılmasına və inkişafına (konversiyasına) yardım etmək.

 

3. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiya:

 

3.1. Məhsul göndərilməsi üzrə təsərrüfat müqavilələrinin bağlanılması gedişini və uzadılmasını təhlil edir və nəzarətdə saxlayır, dövlətlərarası iqtisadi əlaqələrin səmərəliyinin yüksəldilməsi və möhkəmləndirilməsi üzrə Azərbaycan Respublikasının Baş naziri ilə razılaşdırılmış qərarlar qəbul edir.

3.2. Azərbaycan Respublikası xalq təsərrüfatının istehsal-texniki təyinatlı məhsullara və xalq istehlakı mallarına olan ehtiyacının daxili mənbələr hesabına və MDB ölkələri, Gürcüstan və Baltikyanı dövlətlərlə birbaşa əlaqələr yaradılması yolu ilə ödənilməsi imkanlarını müəyyən edir.

3.3. Respublika nazirlikləri, baş idarələri, dövlət və kooperativ müəssisələri və təşkilatları ilə birlikdə məhsulların, o cümlədən dövlət sifarişindən artıq istehsal olunmuş və birbaşa əlaqələr üzrə satılan məhsulların göndərilməsinin (gətirilməsinin və aparılmasının) tənzimlənməsi sahəsində tədbirlərə baxır və onları həyata keçirir və bu zaman həmin məhsulların respublika istehsal vasitələri bazarının zənginləşdirilməsinə, maddi-texniki ehtiyatlarının mübadilə fondunun yaradılmasına yönəldilməsini nəzərdə tutur.

3.4. Dövlətlərarası iqtisadi əlaqələr üzrə bağlanmış müqavilələrin yerinə yetirilməsi gedişini təhlil edir.

3.5. Digər dövlətlərdə Azərbaycan Respublikasının iqtisadi nümayəndəliklərinin yaradılması üzrə təkliflər hazırlayır.

3.6. Öz iclaslarında dövlətlərarası iqtisadi əlaqələr sahəsində işin təşkili üzrə nazirliklərin, baş idarələrin və müəssisələrin rəhbərlərinin hesabat və məlumatlarını dinləyir.

3.7. Zəruri hallarda hökumətin həll etməli olduğu məsələlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər verir.

4. Komissiya bu hüquqlara malikdir:

 

4.1. Komissiyanın səlahiyyətinə aid olan məsələlər üzrə nazirliklərdən, baş idarələrdən, müəssisələrdən və dövlətlərarası iqtisadi əlaqələrin digər iştirakçılarından lazımi məlumatları almaq.

4.2. Komissiyanın səlahiyyətinə aid olan məsələlər üzrə rəylərin, təklif və tövsiyələrin hazırlanması üçün müəyyən edilmiş qaydada nazirliklərin, baş idarələrin və təşkilatların mütəxəssislərini cəlb etmək.

4.3. Azərbaycan Respublikası Dövlətstatkomundan, nazirliklərdən, müəssisə və təşkilatlardan Komissiyanın fəaliyyəti üçün zəruri olan statistik məlumatları almaq.

4.4. Dövlətlərarası iqtisadi əlaqələrin inkişafı və səmərəliyinin yüksəldilməsi ilə bağlı ayrı-ayrı problemlərin işlənilməsini Azərbaycan Respublikasının nazirliklərinə və baş idarələrinə tapşırmaq.

4.5. Bağlanmış müqavilələrə əməl edilməsinə və respublikalararası məhsul göndərilməsi həcmlərinin operativ tənzimlənməsinə nəzarət üzrə idarələrarası komissiya və şuralar təşkil etmək.

4.6. Komissiyanın səlahiyyətinə aid məsələlər üzrə izahatlar, tövsiyələr və göstərişlər vermək.

4.7. Bu əsasnaməni yerinə yetirməyən və ya pozan şəxslərin məsuliyyətə cəlb olunması məsələsini qaldırmaq.