Azərbaycan Respublikası
və Koreya Respublikası arasında 2007-ci il aprelin 23-ü
və 24-də Seul şəhərində imzalanmış
sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. Azərbaycan
Respublikası və Koreya Respublikası arasında 2007-ci il
aprelin 23-ü və 24-də Seul şəhərində
imzalanmış aşağıdakı sənədlər
təsdiq edilsin:
1.1.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və
Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi
arasında Yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının yaradılması sahəsində Anlaşma
Memorandumu;
1.2.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və
Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi
arasında şəhər nəqliyyatı
əməliyyatlarının intellektual idarəetmə
sisteminin yaradılması sahəsində Anlaşma Memorandumu;
1.3.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və
Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi
arasında dəmir yolu sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.4.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Nəqliyyat İnstitutu arasında elmi-texniki
əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.5.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
və Koreya Respublikasının fövqəladə halların
idarə olunması Milli Agentliyi arasında fövqəladə
halların idarə olunması sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.6.
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının
Ehtiyatlar Korporasiyası və Koreya Respublikasının Mineral
Ehtiyatlar Geoelmlər İnstitutu arasında mineral
ehtiyatların işlənməsi sahəsində
qarşılıqlı əməkdaşlığa dair
Anlaşma Memorandumu;
1.7.
Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi və Koreya Respublikasının Milli Gənclər
Komissiyası arasında gənclər sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.8.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə Koreya Respublikasının
İnformasiya və Rabitə Nazirliyi arasında elektron
hökumətin formalaşdırılması sahəsində
əməkdaşlıq üzrə Anlaşma Memorandumu;
1.9.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi ilə Koreya Respublikasının Koreya Elektrik Enerjisi
Korporasiyası arasında Anlaşma Memorandumu;
1.10.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
və Koreya Milli Neft Korporasiyası arasında Anlaşma Memorandumu;
1.11.
Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi və Koreya Respublikasının "STX ENERGY CO.
LTD" Şirkəti arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
1.1-1.11-ci bəndlərində göstərilən
sənədlərin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2007-ci il
¹ 2250
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının
Tikinti və Nəqliyyat Nazirliyi arasında Yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının
yaradılması sahəsində
ANLAŞMA MEMORANDUMU
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi (bundan
sonra "Tərəflər") Azərbaycan Respublikasında
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
yaradılması sahəsində əməkdaşlıq etmək
məqsədilə aşağıdakı Anlaşma
Memorandumunun (bundan sonra "Memorandum" adlandırılacaq)
imzalanması barədə razılığa gəldilər:
Maddə 1
Məqsədlər
1.
Bu Memorandum üzrə əməkdaşlığın
məqsədi Koreya Tikinti və Nəqliyyat Nazirliyi
tərəfindən Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının yaradılması, o
cümlədən müvafiq idarəetmə, texniki və
mütəxəssis baxımından dəstək göstərilməsi
sahəsində Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi ilə qarşılıqlı
əməkdaşlığın qurulmasıdır.
2.
Bu Memorandum iki ölkənin müvafiq qayda və qanunları
daxilində həyata keçiriləcəkdir.
Maddə 2
Əməkdaşlıq
sahələri
Memorandum
çərçivəsində əməkdaşlıq
aşağıdakı istiqamətləri əhatə edir:
a.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
mövcud vəziyyətinin
müəyyənləşdirilməsi;
b.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
yaradılması üçün planın işlənib
hazırlanması;
c.
Azərbaycan Respublikası mütəxəssislərinin
peşə bacarıqlarının artırılması
üçün Koreya Respublikasında dəniz limanı
sahəsində müvafiq ixtisasartırma kurslarının
təşkili;
d.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
yaradılması sahəsində qarşılıqlı
əməkdaşlıq;
e.
Tərəflər arasında birgə
qərarlaşdırılan hər hansı digər
əməkdaşlıq formalarını.
Maddə 3
İcra
Tərəflər bu
Memorandumun məqsədlərinə nail olmaq üçün
hökumət və ya özəl təşkilatlar və
digər qurumlar arasında birbaşa əlaqələri və
əməkdaşlığı
həvəsləndirəcək və sadələşdirəcək,
onlar arasında birgə proqramların tərtib edilməsini
dəstəkləyəcəklər.
Maddə 4
Məsləhətləşmələr
Tərəflər
hər hansı bir Tərəfin müraciəti
əsasında bu Memorandumun müddəaları ilə
bağlı məsələlərə dair
məsləhətləşmələr aparacaq və qarşıya
çıxa biləcək hər hansı çətinlik
və anlaşılmazlığın əməkdaşlıq
və qarşılıqlı inam ruhunda həll edilməsi üçün
birgə səy göstərəcəklər.
Maddə 5
Qüvvəyə minmə
və qüvvədən düşmə
1.
Bu Memorandum imzalandığı gündən
qüvvəyə minir və Tərəflərdən birinin bu
Memorandumu ləğv etmək niyyətindən 90 gün
əvvəl bu barədə yazılı müraciəti daxil
olana qədər qüvvədə qalır.
2.
Bu Memoranduma Tərəflərin qarşılıqlı
yazılı razılığı ilə
düzəlişlər edilə bilər.
Seul
şəhərində 23 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində olmaqla iki
nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni hüquqi qüvvəyə malikdir. Bu
Memorandumun müddəalarının təfsiri zamanı
mübahisələr yaranarsa, ingilis dilində olan mətnə
üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının Koreya
Respublikasının
Nəqliyyat Nazirliyi adından Tikinti və Nəqliyyat
Nazirliyi adından
(imza)
(imza)
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında
şəhər nəqliyyatı əməliyyatlarının
intellektual idarəetmə sisteminin yaradılması
sahəsində
ANLAŞMA MEMORANDUMU
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi (bundan
sonra "Tərəflər") şəhər
nəqliyyatı əməliyyatlarının intellektual
idarəetmə sisteminin (bundan sonra "İİS")
yaradılması sahəsində əməkdaşlıq
etmək məqsədilə,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Məqsədlər
1. Bu Anlaşma
Memorandumu (bundan sonra "Memorandum") üzrə əməkdaşlığın
məqsədi Koreya Respublikasının Tikinti və
Nəqliyyat Nazirliyinin İİS-in yaradılmasında fəal
iştirak etməsi, eləcə də Azərbaycan Respublikası
tərəfindən yaradılması nəzərdə tutulan
İİS-lə bağlı layihələr üzrə
inzibati, texniki və mütəxəssis baxımından
dəstək göstərilməsi, beləliklə də
Azərbaycan Respublikasında İİS-in uğurla
qurulmasına səy göstərilməsidir.
2. Bu Memorandum iki
ölkənin müvafiq qayda və qanunları
çərçivəsində həyata
keçiriləcəkdir.
Maddə 2
Əməkdaşlıq
sahələri
Bu Memorandum
çərçivəsində əməkdaşlıq
aşağıdakı istiqamətləri əhatə edir:
a.
İİS ilə əlaqədar müasir texnologiya və
innovasiya proqramları üzrə məlumatların
mübadiləsi;
b.
Bakı şəhərində mövcud olan nəqliyyat
problemlərinin həlli üçün
küçələrin, yolların və prospektlərin
buraxılış qabiliyyətinin artırılmasını,
tıxacların aradan qaldırılmasının və
nəqliyyat vasitələrinin nizamlı və
təhlükəsiz hərəkətini təmin etmək
məqsədilə İİS-in tətbiq edilmə
imkanlarının öyrənilməsi;
c.
Bu maddənin "b" alt bəndində nəzərdə
tutulmuş müddəaların
gerçəkləşdirilməsi məqsədilə
müvafiq tədqiqat işlərinin aparılması və
layihənin həyata keçirilməsi;
d.
İİS sahəsində mütəxəssislərin
hazırlanması;
e.
Şəhər nəqliyyatının tənzimlənməsi
və idarə olunmasını təmin edən normativ
hüquqi sənədlərin və standartların
işlənib hazırlanması;
f.
Tərəflər arasında birgə
razılaşdırıla biləcək hər hansı
digər əməkdaşlıq formaları.
Maddə 3
İcrası
Tərəflər bu
Memorandumun məqsədlərinə nail olmaq üçün
hökumət və ya özəl təşkilatlar və
digər qurumlar arasında birbaşa əlaqələri və
əməkdaşlığı həvəsləndirən
yardım edəcək, onlar arasında birgə proqramların
tərtib edilməsini dəstəkləyəcəklər.
Maddə 4
Qüvvəyə minmə
və qüvvədən düşmə
1.
Bu Memorandum imzalandığı gündən
qüvvəyə minir və Tərəflərdən birinin bu
Memorandumu ləğv etmək niyyətindən 90 gün
əvvəl bu barədə yazılı müraciəti daxil
olana qədər qüvvədə qalır.
2.
Bu Memoranduma Tərəflərin qarşılıqlı
yazılı razılığı ilə
düzəlişlər edilə bilər.
Bu Memorandum Seul
şəhərində 23 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində olmaqla iki
nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni hüquqi qüvvəyə malikdir. Bu
Memorandumun müddəalarının təfsiri zamanı
mübahisələr yaranarsa, ingilis dilində olan mətnə
üstünlük veriləcəkdir.
Azərbaycan
Respublikasının Koreya
Respublikasının
Nəqliyyat Nazirliyi
adından Tikinti və Nəqliyyat
Nazirliyi adından
(imza) (imza)
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi
arasında dəmir yolu sahəsində
əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Tərəflər" adlandırılacaq Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi,
Azərbaycan
Respublikasında dəmir yollarının
təkmilləşdirilməsi və yenidən qurulması,
innovasiya proqramlarının və yeni texnologiyaların
tətbiqi sahəsində əməkdaşlıq etmək
məqsədilə,
aşağıdakılar
barədə razılığa gələrək bu Anlaşma
Memorandumunu (bundan sonra "Memorandum") imzaladılar.
Maddə 1
Məqsədlər
2006-cı ilin dekabr
ayında Koreya Respublikasının Tikinti və Nəqliyyat
Nazirliyinin məsul işçiləri Azərbaycan
Respublikasına səfər etmiş və Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyinin və Dövlət
Dəmir Yolunun məsul işçiləri ilə
Azərbaycan Respublikasında mövcud dəmir yollarında
sürətin artırılması və yüksək
sürətli sərnişin qatarlarının tikintisi
mövzusunda müzakirələr aparmışlar.
Tərəflər qarşılıqlı olaraq qərara
gəlmişlər ki, ümumi dəmir yolunun istismar
keyfiyyətlərinin (xarakteristikaları)
təkmilləşdirilməsinin tədricən
aparılması zəruridir və yüksək sürətli
dəmir yolunun tikintisinə, təkmilləşdirilmədən
sonra münasib vaxtda başlanılması zəruridir.
Məqsədə nail olmaq üçün,
Tərəflər dəmir yolunun Bakı - Böyük
Kəsik hissəsinin təkmilləşdirilməsinin Texniki
İqtisadi Əsaslandırılmasının
hazırlanması, Azərbaycanın dəmir yolu
mütəxəssisləri üçün Koreya
Respublikasında müvafiq ixtisasartırma kurslarının
təşkil edilməsi, treninq və əməkdaşlıq
seminarlarının keçirilməsi üzrə dəmir yolu
sahəsində əməkdaşlıq layihələrinin
həyata keçirilməsini qərara aldılar.
Maddə 2
Əməkdaşlıq
çərçivəsi
Bu Memorandum
çərçivəsində əməkdaşlıq
aşağıdakı səlahiyyəti əhatə edir:
a.
Azərbaycan Respublikasında Bakı - Böyük Kəsik
dəmir yolu xəttinin buraxılış qabiliyyətinin
artırılması;
b.
Tərəflərin dəmir yolu mütəxəssislərinin
dəvət edilməsi və müvafiq ixtisasartırma kurslarının
təşkil edilməsi;
c.
yeni dəmir yolu texnologiyaları sahəsində
əməkdaşlıq və ikitərəfli dəmir yolu
əməkdaşlığının
genişləndirilməsi üçün seminarların
keçirilməsi;
d.
dəmir yolu nəqliyyatı vasitələrinin
alınmasında inzibati dəstək verilməsi;
e.
hər iki ölkənin dəmir yoluna dair cari
məsələlərin həll edilməsi üçün
məsləhətləşmələr;
f.
yüksək sürətli dəmir yolu daxil olmaqla, dəmir
yolunun yenidən qurulması, inkişaf etdirilməsi,
təkmilləşdirilməsi və istismarı üzrə
əməkdaşlıq;
g.
dəmir yolu sektorunda qarşılıqlı maraq kəsb
edən məsələlər üzrə birgə tədqiqat
və işləmələrin həyata keçirilməsi;
h. Tərəflərin
və ya üçüncü ölkənin dəmir yolu
layihələrinin inkişaf etdirilməsi üzrə
qarşılıqlı əməkdaşlıq;
i. Tərəflərin
birgə razılaşdığı digər əməkdaşlıq
formaları.
Maddə 3
Əsas rollar
1. Tərəflər
bu Memorandumun məqsədlərinə nail olmaq
üçün hökumət və ya özəl
təşkilatlar və digər qurumlar arasında birbaşa
əlaqələri və əməkdaşlığı
həvəsləndirəcək və
sadələşdirəcək, onlar arasında birgə proqramların
tərtib edilməsini dəstəkləyəcəklər.
2. Tərəflər
əməkdaşlıq yollarının müzakirə
edilməsi və informasiya mübadiləsi üçün
birgə razılaşdırılmış zamanda və yerdə
mütəxəssislərin işçi səviyyəli
iclaslarım keçirə bilərlər.
3.
Tərəflərdən biri digər Tərəfdən 2-ci
maddədə müəyyən edilmiş istiqamətlər
daxilində zəruri olan məlumatları sorğu edə
bilər.
Maddə 4
Xərclər
Birgə
razılaşdırılmış digər hallar istisna
olmaqla, Tərəflər bu Memoranduma əsasən dəmir
yolu əməkdaşlığı üzrə
fəaliyyətə aid xərcləri özləri
ödəyəcəklər.
Maddə 5
Qüvvəyə
minmə və
qüvvədən düşmə
1.
Bu Memorandum imzalandığı gündən
qüvvəyə minir və Tərəflərdən birinin bu
Memorandumu ləğv etmək niyyətindən 90 gün
əvvəl bu barədə yazılı müraciəti daxil
olana qədər qüvvədə qalır.
2.
Bu Memoranduma Tərəflərin qarşılıqlı
yazılı razılığı ilə
düzəlişlər edilə bilər.
Bu Memorandum Seul
şəhərində 23 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində olmaqla iki
nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni hüquqi qüvvəyə malikdir. Bu Memorandumun
müddəalarının təfsiri zamanı
mübahisələr yaranarsa, ingilis dilində olan mətnə
üstünlük veriləcəkdir.
Azərbaycan
Respublikasının Koreya
Respublikasının
Nəqliyyat Nazirliyi
adından Tikinti və
Nəqliyyat Nazirliyi adından
(imza) (imza)
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Koreya
Nəqliyyat İnstitutu arasında elmi-texniki
əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra "Tərəflər"
adlandırılacaq Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi və Koreya Nəqliyyat İnstitutu öz
aralarında elmi-texniki əməkdaşlıq sahəsində
elmi mübadilənin və birgə tədqiqat
fəaliyyətinin ümumi maraqlara xidmət etdiyinə
əmin olaraq, öz aralarında Anlaşma Memorandumunu (bundan
sonra "Memorandum") qəbul etməyi qərara aldılar.
Maddə 1
Tərəflər
aralarında elmi mübadilə və birgə tədqiqat
fəaliyyətlərini genişləndirməyi təşviq
edəcəklər. Bu əməkdaşlıq aşağıdakı
istiqamətlərdə həyata keçiriləcəkdir:
qarşılıqlı
maraq kəsb edən məsələlər üzrə
birgə tədqiqat və işləmələrin həyata
keçirilməsi;
tədqiqat
materiallarının, nəşrlərin və elmi
məlumatların mübadiləsi;
əməkdaşlıq
və birgə tədqiqat proqramlarının həyata
keçirilməsi;
iri miqyaslı
nəqliyyat infrastrukturu layihələri üzrə elmi
araşdırmaların aparılması;
Tərəflərdən
birinin mümkün tədqiqat nəticələrinin digər
Tərəfə təklif edilməsi.
Maddə 2
Koreya Nəqliyyat
İnstitutu Azərbaycan Respublikasında nəqliyyat
sahəsində mövcud institutlar ilə əməkdaşlıq
əlaqələri yaradaraq, Nəqliyyat üzrə Elmi
Tədqiqat İnstitutunun yaradılmasında elmi, metodiki,
maddi-texniki dəstək göstərəcəkdir.
Maddə 3
Tərəflərin
razılığı əsasında birgə
layihələrin dəstəklənməsində
əməkdaşlığın bütün sahələri
üzrə təkliflər irəli sürülə bilər.
Hər bir əməkdaşlıq fəaliyyətinin
məqsədi, məzmunu, müddəti, xərcləri və
digər şərtləri Tərəflər arasında
qəbul ediləcək sazişlərdə öz əksini
tapacaqdır.
Maddə 4
Bu Memorandum
imzalandığı tarixdən qüvvəyə minir və
üç il ərzində qüvvədə qalacaqdır.
Əgər Tərəflərdən biri Memorandumun
qüvvədən düşməsi tarixindən altı ay
əvvəl xitam verilməsi barədə yazılı
şəkildə digər Tərəfə müraciət
etməzsə, o, avtomatik olaraq təzələnəcəkdir.
Bu Memorandum Seul
şəhərində 23 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində olmaqla iki
nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni hüquqi qüvvəyə malikdir. Bu
Memorandumun müddəalarının təfsiri zamanı
mübahisələr yaranarsa, ingilis dilində olan varianta
üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının Koreya
Respublikasının
Nəqliyyat Nazirliyi adından Tikinti və Nəqliyyat
Nazirliyi adından
(imza)
(imza)
Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və
Koreya Respublikasının Fövqəladə Halların İdarə
Olunması Milli Agentliyi arasında Fövqəladə
Halların İdarə Olunması Sahəsində
Əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Tərəflər" adlandırılacaq Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və
Koreya Respublikasının Fövqəladə Halların
İdarə Olunması Milli Agentliyi,
təbii və texnogen
mənşəli fövqəladə halların idarə
olunmasında dəstək və qarşılıqlı
əməkdaşlığın inkişaf
etdirilməsində öz arzularını təsdiq
edərək,
aşağıdakılar
barədə razılığa gəldilər:
1.
Hər iki ölkənin müvafiq qanunvericiliyinə uyğun
olaraq, Tərəflər təbii və texnogen
mənşəli fövqəladə halların idarə
olunması sahəsində əməkdaşlıq
edəcəklər.
2.
Bu Anlaşma Memorandumu müharibə və ya kimyəvi,
bioloji, radioloji və nüvə materialları ilə
bağlı qəzalar nəticəsində törədilən
fövqəladə halları əhatə
etməyəcəkdir.
3.
Bu Anlaşma Memorandumu heç bir beynəlxalq öhdəlik
yaratmayacaqdır.
4. Bu Anlaşma
Memorandumu çərçivəsində
əməkdaşlıq fəaliyyətləri müvafiq fond
və şəxsi heyətin mövcudluğundan
asılıdır və aşağıdakıları
əhatə edir:
a)
fövqəladə halların idarə olunması
üçün məlumat mübadiləsini;
b)
fövqəladə halların idarə olunmasında
axtarış-xilasetmə komandası və ekspertlərin
göndərilməsi və tədrisini;
c)
erkən xəbərdarlıq sistemləri daxil olmaqla,
fövqəladə halların idarə olunmasının
əsasının qoyulması və inkişaf etdirilməsi
üzrə birgə tədqiqatlar və beynəlxalq
təşkilatlarla əməkdaşlığı;
d)
yanğınsöndürmə texnologiyalarının və
məlumatların mübadiləsini;
e)
axtarış-xilasetmə və fövqəladə tibbi
xidmət üzrə əməliyyat təcrübəsinin
mübadiləsi və gələcək
təkmilləşdirmə üçün birgə
tədqiqatları;
f)
fövqəladə hallara məruz qalmış insanlara
yardımın göstərilməsi üçün
təcrübə və bilik mübadiləsini; və
g)
Tərəflərin birgə qərara alına bilinən,
öz səlahiyyətlərində olan digər başqa
fövqəladə halların idarə olunması ilə
bağlı fəaliyyətlərini.
5.
Bu Anlaşma Memorandumu imzalandığı gündən
qüvvəyə minir. Hər hansı bir Tərəf ən
azı altı (6) ay qabaq Anlaşma Memorandumuna xitam verilməsi
ilə bağlı niyyətini digər Tərəfə
yazılı şəkildə bildirməzsə, bu Anlaşma
Memorandumu qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu
Seul şəhərində 23 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində
imzalanmışdır. Bütün mətnlər autentikdir.
Təfsirində fikir ayrılığı
yarandığı təqdirdə, ingilis dilindəki mətn
əsas götürüləcəkdir.
Azərbaycan
Respublikasının
Koreya Respublikasının
Fövqəladə Hallar
Nazirliyi Fövqəladə Halların
İdarə Olunması
adından Milli
Agentliyi adından
(imza) (imza)
Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə Koreya Respublikasının Ehtiyatlar
Korporasiyası və Koreya Mineral Ehtiyatlar Geoelmlər
İnstitutu arasında mineral ehtiyatların işlənməsi
sahəsində qarşılıqlı
əməkdaşlığa dair
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Nazirlik" adlandırılacaq Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və "KREK" adlandırılacaq Koreya
Respublikasının Ehtiyatlar Korporasiyası və
"KGMEİ" adlandırılacaq (birlikdə
həmçinin "Tərəflər" kimi qeyd
ediləcəklər) Koreya Geoelmlər və Mineral Ehtiyatlar
İnstitutu,
bu Anlaşma
Memorandumunu imzalamaq niyyətlərini bəyan edərək,
KREK və KGMEİ
Azərbaycan Respublikasında mineral ehtiyat yataqlarının
işlənilməsi üzrə fəaliyyətlərdə
iştirak etmək niyyətini bildirərək,
Nazirlik KREK və
KGMEİ-nin Azərbaycan Respublikasında mineral ehtiyat
yataqlarının işlənilməsi üçün
sərmayə qoyulmasına marağını
dəstəkləyərək, aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma
Memorandumunun əsas məqsədi Tərəflərin
bərabərlik və qarşılıqlı
faydalılıq prinsipinə əsaslanan
əməkdaşlığı vasitəsilə Azərbaycan
Respublikasının mineral ehtiyat yataqlarının tədqiqi
və işlənilməsinə KREK və KGMEİ-nin
sərmayə qoyuluşlarmı təşviq etməkdir.
Maddə 2
Qarşılıqlı
əməkdaşlıq üçün maraq kəsb edən
sahələr
Tərəflər
arasında əməkdaşlıq məlumat mübadiləsi,
həmçinin qarşılıqlı maraq dairəsində
olan mineral ehtiyat yataqlarının birgə işlənilməsi
üzrə layihə və fəaliyyətlərin yerinə
yetirilməsində işbirliyi vasitəsilə həyata
keçiriləcəkdir. Tərəflərin
qarşılıqlı olaraq
razılaşdırdıqları hər hansı bir texniki
əməkdaşlıq razılaşması bu Anlaşma
Memorandumunun tərkib hissəsi ola bilər.
Memorandumun 1-ci
maddəsinə əsasən Tərəflər Azərbaycan
Respublikasında mineral ehtiyat yataqlarının tədqiqi
və işlənməsi üzrə fəaliyyətləri
təşviq edəcək və asanlaşdıracaqlar.
Tərəflər əməkdaşlıq
fəaliyyətlərində və layihələrdə
özəl sektorun iştirak etməsi üzrə
qarşılıqlı razılığa
gəlmişlər.
Bu Anlaşma Memorandumu
çərçivəsində həyata keçirilən
əməkdaşlıq fəaliyyətləri və
layihələr Tərəflərin maliyyə
dəstəyinə və kadr imkanlarına uyğunlaşdırılacaqdır.
Layihələr,
proqramlar və digər əməkdaşlıq
fəaliyyətləri Tərəflər arasında xüsusi
razılaşmalar və fərdi proqramlar əsasında
həyata keçiriləcəkdir. Hər bir razılaşmaya
ətraflı fəaliyyət proqramı və
iştirakçıların texniki ixtisaslaşma üzrə fəaliyyət
istiqamətləri, mülkiyyətlə bağlı
məlumatın saxlanılması, mübadilə olunması
və istifadəsi, nəticələr əsasında əqli
mülkiyyətlə bağlı anlaşmalar, eləcə
də əldə olunacaq nəticələrə müvafiq
olaraq hər bir layihənin istənilən xüsusi mövzusu
daxil olunmalıdır.
Maddə 3
Tərəflərin hüquqi
çərçivəsi
Anlaşma Memorandumu
çərçivəsində həyata keçirilən
əməkdaşlıq fəaliyyətləri hər iki
dövlətin qanun və qaydalarına uyğun olacaqdır.
Maddə 4
Mübahisələrin həlli
Anlaşma Memorandumunun
təfsiri və tətbiqi zamanı meydana çıxan
istənilən fikir ayrılığı Tərəflər
arasında qarşılıqlı razılaşma yolu ilə
həll ediləcəkdir.
Maddə 5
Yekun müddəalar
1.
Anlaşma Memorandumu imzalandığı gündən
qüvvəyə minəcək və 3 il müddətində
qüvvədə qalacaqdır. Bu müddətin başa
çatmasına ən azı 60 gün qalmış
Tərəflərdən birinin digər Tərəfə onun
ləğv edilməsinə dair yazılı bildiriş
təqdim etmədiyi təqdirdə, Anlaşma Memorandumu
növbəti 3 illik müddətdə qüvvədə
olacaqdır.
2.
Hər bir Tərəf 90 gün öncədən
yazılı bildiriş göndərməklə bu Sazişi
ləğv edə bilər.
Tərəflərin
qarşılıqlı razılığı ilə bu
Anlaşma Memorandumuna əlavələr və ya
düzəlişlər edilə bilər.
Seul
şəhərində 24 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində olmaqla, iki
nüsxədə imzalanmışdır.
Bu Anlaşma
Memorandumunun tətbiqi və ya təfsiri ilə bağlı
hər hansı fikir ayrılığı meydana
çıxdıqda ingilis dilində olan mətn əsas götürüləcəkdir.
Azərbaycan
Respublikasının Koreya
Respublikasının Ehtiyatlar
Ekologiya və Təbii Sərvətlər Korporasiyası
adından
Nazirliyi adından
(imza)
(imza)
Koreya
Geoelmlər və Mineral
Ehtiyatlar
İnstitutu adından
(imza)
Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
və Koreya Respublikasının Milli Gənclər
Komissiyası arasında gənclər sahəsində
əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Tərəflər" adlandırılacaq Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
və Koreya Respublikasının Milli Gənclər
Komissiyası,
iki ölkə
arasında dostluq əlaqələrinin
gücləndirilməsi və genişləndirilməsinə
töhfə vermək arzusu ilə,
gənclər
mübadiləsi sahəsində
əməkdaşlığı və
qarşılıqlı maraqları inkişaf etdirmək
və təşviq etmək məqsədilə,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
1.
Bu Anlaşma Memorandumunun məqsədi Tərəflər
arasında gənclər məsələlərinə dair
əməkdaşlığı gücləndirmək və
təşviq etməkdir.
Bu Anlaşma Memorandumu
ilə nəzərdə tutulan tədbirlər iki
ölkənin müvafiq milli qanunları və qaydaları
və müvafiq Tərəflərin maliyyə imkanları
çərçivəsində həyata
keçiriləcəkdir.
Maddə 2
Bu Anlaşma Memorandumu
çərçivəsində əməkdaşlıq
aşağıdakı formalarda ola bilər:
a)
gənclərin, gənclər təşkilatları
təmsilçilərinin və gənclər siyasətinə
məsul hökumət rəsmilərinin mübadiləsi;
b) hər iki
Tərəfin ərazisində keçirilən gənclər
düşərgələri, festivallar, seminar və konfranslar
kimi digər gənclər tədbirlərinə digər
Tərəfin gənclərinin, gənclər
təşkilatlarının və müvafiq hökumət
rəsmilərinin dəvət olunması;
c)
gənclərin məsələlərinə dair çap
materialları və digər məlumatın mübadiləsi;
və
d)
Tərəflərin birgə qərar verə biləcəyi
hər hansı digər əməkdaşlıq
fəaliyyətləri.
Maddə 3
1.
Tərəflər, 15-24
yaş arası gənclər, gənclər təşkilatları
təmsilçiləri, gənclər siyasətinə məsul
hökumət rəsmiləri də daxil olmaqla, 20 nəfər
gənclərdən ibarət nümayəndə heyətinin
illik mübadiləsinə çalışacaqlar və bu
mübadilələri təşviq edəcəklər.
2.
Nümayəndə heyəti üzvlərinin dəqiq sayı
və səfərlərinin planını Tərəflər
hər ilin əvvəlində birgə
qərarlaşdıracaqlar.
Maddə 4
Tərəflər
arasında digər birgə qərar qəbul edilməzsə,
3-cü maddədə göstərilmiş nümayəndə
heyətləri mübadiləsi aşağıdakı şərtlərlə
həyata keçiriləcəkdir:
a)
göndərən Tərəf öz nümayəndə
heyətinin beynəlxalq nəqliyyat xərclərinə məsuldur;
b)
qəbul edən Tərəf səfər etmiş
nümayəndə heyətinin onun ölkəsində
qalmasından meydana gələn xərclərə məsuldur
və buraya yaşayış, yemək, nəqliyyat və
tərcümə xərcləri daxildir;
c)
qəbul edən Tərəf digər Tərəfin
nümayəndə heyətinin tibbi xidmətlərlə
təmin etməyə məsuldur və göndərən
Tərəf xəstənin, yaralının və vəfat
etmiş şəxsin nəqliyyatı da daxil olmaqla bu tibbi xərclərin
ödənilməsinə məsuldur;
d)
bu Anlaşma Memorandumu ilə nəzərdə tutulan
tədbirlərə dair digər maliyyə
məsələləri Tərəflər arasında
məsləhətləşmələr vasitəsilə
həll ediləcəkdir.
Maddə 5
Tərəflər,
qabaqcadan razılaşdırılmış
şəkildə, öz ərazilərində digər
Tərəfin mütəşəkkil gənclər
qruplarına, müvafiq nümayəndələrinə
yardım etməyə səy göstərəcəklər.
Maddə 6
Tərəflər bu Anlaşma
Memorandumunun həyata keçirilməsini müzakirə
etmək və növbəti il üçün birgə
əməkdaşlıq planının tərtib olunması
məqsədilə öz aralarında
məsləhətləşmələr aparacaqlar.
Maddə 7
Bu Anlaşma
Memorandumuna Tərəflərin qarşılıqlı
razılığı əsasında dəyişikliklər
edilə bilər. Belə dəyişikliklər bu Anlaşma
Memorandumunun 9-cu paraqrafına uyğun olaraq qüvvəyə
minəcəkdir.
Maddə 8
Bu Anlaşma
Memorandumunun həyata keçirilməsindən və ya
təfsirindən meydana çıxan mübahisə və
fikir ayrılıqları Tərəflər arasında danışıqlar
və məsləhətləşmələr yolu ilə
həll ediləcəkdir.
Maddə 9
1.
Bu Anlaşma Memorandumu imzalandığı gündən
qüvvəyə minəcəkdir.
2. Bu Anlaşma
Memorandumu ilkin olaraq üç il müddətində
qüvvədə olacaq və əgər
Tərəflərdən biri müvafiq müddətin başa çatmasından
ən azı altı ay əvvəl digər Tərəfə
bu Anlaşma Memorandumunu ləğv etmə niyyəti barə
də yazılı məlumat verməzsə, o, avtomatik surətdə
növbəti birillik müddətlərə uzadılır.
3.
Bu Anlaşma Memorandumunun ləğv olunması ləğv
olunma tarixindən əvvəl keçirilməsi qərara
alınmış tədbirlərin etibarlılığına
və müddətinə təsir etməyəcəkdir.
Seul
şəhərində 23 aprel 2007-ci il tarixində
Azərbaycan, Koreya və ingilis dillərində olan iki
nüsxədə imzalanmışdır. Təfsirdə
hər hansı fikir aynlığı olduğu
təqdirdə, ingilis dilində olan mətn əsas
götürüləcəkdir.
Azərbaycan
Respublikasının Koreya
Respublikasının
Gənclər və İdman
Nazirliyi Milli Gənclər Komissiyası
adından adından
(imza) (imza)
Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə Koreya Respublikasının
İnformasiya və Rabitə Nazirliyi arasında elektron hökumətin
formalaşdırılması sahəsində
əməkdaşlıq üzrə
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Tərəflər" adlandırılacaq Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə Koreya Respublikasının
İnformasiya və Rabitə Nazirliyi,
hər iki
ölkənin sosial və iqtisadi inkişafı
çərçivəsində informasiya və kommunikasiya
texnologiyaları sahəsində qarşılıqlı
faydalı əməkdaşlığı inkişaf
etdirmək və möhkəmləndirməyi arzu
edərək,
hər iki
ölkədə ictimaiyyət üçün
səmərəli və dayanaqlı xidmətlərin yerinə
yetirilməsi ilə əlaqədar ümumi məqsəd
və maraqları bölüşərək,
əməkdaşlığın
hazırkı səviyyəsi və ümumi maraq kəsb
edən ideyalar, məlumatlar, bilik və
təcrübələr baxımından mübadilə yolu
ilə təkmilləşdirilməsinin Tərəflər
üçün faydalı olacağını hesab edərək,
Elektron hökumətin
formalaşdırılması sahəsində
tərəfdaşlığın, tədqiqat işlərinin,
təcrübə mübadiləsinin və inkişaf
məsələlərinin təşviq olunmasında və
dəstəklənməsində hər iki ölkənin
qarşılıqlı fayda və maraqlarını əsas
götürərək,
beynəlxalq arenada əməkdaşlıq
münasibətlərini inkişaf etdirmək niyyəti
ilə,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər
qarşılıqlı fayda əsasında, hər iki
ölkənin milli qanunvericiliyinə, beynəlxalq hüququn
normalarına və bu Anlaşma Memorandumunun
müddəalarına uyğun olaraq ikitərəfli
əməkdaşlığı inkişaf etdirəcək
və təkmilləşdirəcəklər.
Maddə 2
Tərəflər
Elektron hökumətin formalaşdırılması
sahəsində aşağıdakı ümumi
əməkdaşlıq istiqamətlərini müəyyən
edirlər:
(a)
Elektron hökumətin yaradılması, müşayiət edilməsi
və inkişaf etdirilməsi və kadr təminatı;
(b)
Elektron imza xidməti;
(c)
Elektron hökumətin formalaşdırılması
üçün zəruri olan kadr heyətinin yenidən
hazırlanması;
(d)
Genişzolaqlı şəbəkə və
e-xidmətlərin inkişaf etdirilməsi;
(e)
E-hökumət sahəsində standartlaşdırma və
sertifikatlaşdırma;
(f)
İnformasiya təhlükəsizliyi;
(g)
Milli identifikasiya sistemi və açıq açar
infrastrukturu;
(h)
Tərəflərin qarşılıqlı
razılaşdığı digər sahələr.
Maddə 3
Bu Memoranduma uyğun
olaraq əməkdaşlıq tədbirləri
aşağıdakı formalarda olacaqdır:
a)
informasiya və kommunikasiya texnologiyaları siyasəti
sahəsində əməkdaşlıq;
b)
birgə layihələrə yardım etmək;
c)
mütəxəssislərin, peşəkarların və
nümayəndə heyətlərinin təcrübə
mübadiləsi və qarşılıqlı işgüzar səfərlər;
d)
bu Memorandumun 2-ci maddəsində qeyd olunmuş sahələr
üzrə informasiya və təcrübə mübadiləsi;
e)
birgə texniki sərgilər, seminarlar və simpoziumların
keçirilməsi;
f)
əməkdaşlığın Tərəflər
arasında razılaşdırılmış hər hansı
digər formaları.
Maddə 4
Tərəflər bu
Memorandumdan irəli gələn əməkdaşlıq
tədbirlərinin inkişafına və bu Memoranduma dair
digər məsələlərin müzakirə olunması və
hə yata keçirilməsi üçün E-hökumət
üzrə işçi qrup yaradacaqlar. İşçi qrup
Tərəflərin təklif edəcəkləri
nümayəndələrdən ibarət olacaq və
Tərəflərin razılaşdırıldıqları
qrafik əsasında əməkdaşlıq
edəcəklər.
İşçi qrupun
hər bir iclasından əvvəl Tərəflər
İşçi qrupun tərkibini və müzakirə olunacaq
məsələləri razılaşdıracaqlar.
Bu Memorandumdan irəli
gələn məsələlərin həyata
keçirilməsi üzrə Tərəflərin təyin
etdikləri nümayəndələrin
qarşılıqlı fəaliyyəti zamanı ingilis dili
işçi dildir.
Maddə 5
Bu Memorandumun 2-ci,
3-cü və 4-cü maddələrində nəzərdə
tutulan bütün əməkdaşlıq tədbirlərini
hər bir ölkənin qanunvericiliyinə,
Tərəflərin öhdəlik və funksiyalarına,
eləcə də Tərəflərin imzaladıqları
beynəlxalq konvensiya və razılaşmalara uyğun
aparacaqlar.
Bu Memorandumun 2-ci,
3-cü və 4-cü maddələrində nəzərdə
tutulan bütün əməkdaşlıq tədbirlərinin
həyata keçirilməsi Tərəflərin maliyyə
və digər resurslarının mövcudluğundan
asılı olacaqdır. Əməkdaşlıq
tədbirləri üzrə xərclər qarşılıqlı
razılaşdırma şəklində Tərəflər
arasında bölüşdürüləcəkdir.
Maddə 6
Tərəflərdən
heç biri bu Memorandumdan irəli gələn
əməkdaşlıq tədbirlərinin həyata
keçirilməsi zamanı ötürülən hər
hansı konfidensial informasiyanı, digər Tərəfin
yazılı icazə verdiyi hallar istisna olmaqla,
üçüncü Tərəfə
açıqlamayacaqdır. Göstərilən müddəa
hətta müddətin başa çatması və ya
ləğv olunması nəticəsində Memorandum artıq
qüvvədə olmadıqda belə, etibarlı
sayılacaqdır.
Maddə 7
Tərəflərin
birgə qərarı ilə yazılı şəkildə bu
Memoranduma düzəlişlər edilə bilər. Bu cür
birgə qərarlar bu Memorandumun ayrılmaz hissəsi olacaq
və qüvvəyə minməsi bu Memorandumun 9-cu
maddəsində qeyd edilmiş yolla həyata
keçiriləcəkdir.
Maddə 8
Bu Memorandumun
müddəalarının təfsiri və ya tətbiqində
mübahisələr yarandığı təqdirdə,
Tərəflər onları
məsləhətləşmələr yolu ilə həll
edəcəklər.
Maddə 9
Bu Memorandum imzalandığı
tarixdən qüvvəyə minir və 5 (beş) il
müddətinə bağlanılır. Əgər müvafiq
beşillik müddətin başa çatmasına ən
azı 6 (altı) ay qalmış Tərəflərdən biri
digər Tərəfə onun qüvvəsini ləğv
etmək niyyəti barədə yazılı bildiriş
göndərməzsə, bu Memorandum avtomatik olaraq
növbəti beşillik müddətə uzadılır.
Bu Memoranduma xitam
verilməsi inkişaf mərhələsində olan 2-ci və
3-cü maddələrdə qeyd olunmuş
əməkdaşlıq tədbirlərinə təsir
etməyəcəkdir.
Bu Memorandum Seul
şəhərində 23 aprel 2007-ci il tarixində hər biri
Azərbaycan, Koreya və ingilis dillərində olmaqla iki
nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni qüvvəyə malikdir.
Bu Memorandumun
təfsirində fikir ayrılığı
yarandığı təqdirdə, Tərəflər ingilis
dilində olan mətnə müraciət edəcəklər.
Azərbaycan Respublikasının
Rabitə və Koreya Respublikasının
İnformasiya
Texnologiyaları Nazirliyi İnformasiya və
Rabitə Nazirliyi
adından adından
(imza) (imza)
Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə
Koreya Respublikasının Koreya Elektrik Enerjisi Korporasiyası
arasında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Tərəflər" adlandırılacaq Azərbaycan
Respublikası, Bakı şəhəri AZ1066 Niyazi
küç. 23 ünvanında yerləşən Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan
sonra "İİN"),
və
baş qərargahı
Koreya Respublikası, Seul şəhəri 135-79, Samseong-Dong,
Gangnam-Gu 167 ünvanında yerləşən Koreya Elektrik
Enerjisi Korporasiyası (bundan sonra "KEPCO")
ı. 11 may 2006-cı
il tarixində imzalanmış "Azərbaycan Respublikası
və Koreya Respublikası arasında münasibətlərin
və əməkdaşlığın prinsipləri
haqqında Birgə Bəyannamə"nin
müddəalarını rəhbər tutaraq,
ıı. KEPCO-nun
Azərbaycanın energetika sektorunun inkişafında iştirak
etmək marağım nəzərə alaraq,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Məqsədlər
1.1.
Bu Anlaşma Memorandumu
çərçivəsində Tərəflər
Azərbaycanın elektrik enerjisi sektorunda
qarşılıqlı faydalı
əməkdaşlığı inkişaf
etdirəcəklər.
1.2.
Tərəflər Azərbaycanın elektrik enerjisi
istehsalının stabilliyini möhkəmləndirmək
üçün KEPCO-nun malik olduğu müasir texnologiyalar,
idarəetmə bacarıqları, nou-hau və ya
təcrübələrin tətbiqi üçün
bütün səylərini göstərəcəklər.
Maddə 2
Əməkdaşlığın
çərçivəsi
2.1.
İkitərəfli əməkdaşlıq
çərçivəsində KEPCO birbaşa və ya öz
tərəfdaşları və/və ya
məsləhətçiləri vasitəsilə Tik-Sahib
ol-İşlət sxemi ilə layihə -
maliyyələşdirmə mexanizmi əsasında
maliyyələşəcək Azərbaycanda Müstəqil
Elektrik Stansiyasının (MES) Tikintisi ilə bağlı
Texniki İqtisadi Əsaslandırma (TİƏ) və Son
Təklifi təqdim edəcəkdir. İİN ədalətli
və qərəzsiz şəkildə Azərbaycanda Elektrik
Stansiyasının tikintisi ilə bağlı KEPCO-nun
təqdim etdiyi Son Təklifi qiymətləndirəcəkdir.
2.2.
Tərəflər aşağıda göstərilən
sahələrdə əməkdaşlıq
edəcəklər:
A.
Elektrik stansiyasının planı, mühəndis
işləri, inşası, əməliyyatı və
istismarı da daxil olmaqla, MES-in inkişafı sahəsində
elektrik enerjisi biznesi barədə məlumatların
mübadiləsi; və ya
B.
MES layihəsinin inkişafı sahəsində
təcrübəli ekspertlər, mühəndis və
peşəkarların səfərlərinin mübadiləsi;
C.
Azərbaycanın elektrik enerjisi sektorunda məsləhət
və məşvərət xidmətlərinin
göstərilməsi.
2.3.
Anlaşma Memorandumuna uyğun olaraq hər hansı xüsusi
birgə fəaliyyət üçün zərurət
yarandığı hallarda, Tərəflər bu cür
əməkdaşlığın xüsusi və
təfsilatlı çərçivəsi barədə ayrıca
saziş və/və ya müqavilənin tərtib edilməsi
üçün müzakirələr apara bilər.
Maddə 3
Məxfilik
3.1. Tərəflər
bu Anlaşma Memorandumuna aid hər hansı sənəd,
informasiya və ya məlumatı Azərbaycan Respublikası
və ya Koreya Respublikasından xaric üçüncü bir
tərəf və ya şəxsə, aşağıdakı
hallar istisna olmaqla, açıqlamayacaqlar:
A.
Açıqlama qanun, məhkəmə, komissiya və ya
digər hüquqi və ya inzibati qurumlar tərəfindən
tələb olunarsa;
B.
Hər hansı məlumatın açılması
üçün digər Tərəfin
əvvəlcədən yazılı razılığı
əldə olunarsa;
C.
İİN KEPCO ilə Layihənin həyata keçirilməsi
məqsədilə bu Anlaşma Memorandumuna müvafiq olaraq
KEPCO tərəfindən təqdim ediləcək TİƏ-nin
nəticələri və digər məlumatlardan yalnız
KEPCO ilə əməkdaşlıq məqsədləri
üçün istifadə edəcəkdir.
Maddə 4
Anlaşma Memorandumunun xüsusiyyəti
4.1. Bu Anlaşma
Memorandumunun heç bir müddəası istənilən
tərəf üçün qanuni öhdəlik yaradan
müddəa kimi nəzərdən
keçirilməyəcəkdir və bu Anlaşma Memorandumu
çərçivəsində heç bir Tərəf
digər Tərəf qarşısında baş vermiş ziyan
və ya itkilərə görə məsuliyyət
daşımır; eyni zamanda, Tərəflər sənədin
3, 7 və 8-ci maddələrinin hər bir Tərəf
üçün öhdəlik yaratdığı ilə
aşkar şəkildə razılaşırlar.
Maddə 5
Bildiriş
5.1. Bu Anlaşma
Memorandumuna müvafiq olaraq bütün qeydlər
aşağıdakı ünvanlara göndərilməlidir:
İİN
üçün: Nazir
müavini
İqtisadi
İnkişaf Nazirliyi
Niyazi
küçəsi 23
Bakı, AZ1066
Azərbaycan
Respublikası
Faks: +994 12 4925895
KEPCO üçün:
Baş Vitse Prezident
Koreya Elektrik Enerjisi
Korporasiyası
167, Samseong-Dong,
Gangnam-Gu,
Seul 135-791, Koreya
Respublikası
Faks: +822 3456 5599 yaxud
+822 569 3193
Maddə 6
Müxtəlif şərtlər
6.1. Bu Anlaşma
Memorandumuna müvafiq olaraq əməkdaşlığın
həyata keçirilməsi üçün rəsmi
dillər ingilis və Azərbaycan dilləri olacaqdır.
Təfsirdə fikir ayrılığı olduğu
təqdirdə, ingilis dilindəki mətnə istinad
ediləcəkdir.
6.2. Bu Anlaşma
Memorandumunun təfsiri və yaxud həyata
keçirilməsindən irəli gələn hər bir
mübahisə Tərəflər arasında müzakirə,
məsləhət və danışıqlar vasitəsilə
dostcasına həll ediləcəkdir.
Maddə 7
Dəyişikliklər və
düzəlişlər
7.1. Bu Anlaşma
Memorandumuna hər hansı dəyişikliklər və
düzəlişlər Tərəflər arasında
yazılı razılaşma əsasında edilə bilər.
Maddə 8
Qüvvəyə minmə
və ləğv edilmə
8.1.
Bu Anlaşma Memorandumu imzalandığı tarixdə
qüvvəyə minəcəkdir və ləğv
edilməsinə qədər tam qüvvədə
qalacaqdır.
8.2.
Bu Anlaşma Memorandumu hər hansı bir Tərəfin
Anlaşma Memorandumunu ləğv etmək niyyəti
barədə digər Tərəfə yazılı
bildiriş təqdim etməsindən otuz (30) gün sonra
ləğv ediləcəkdir.
24 aprel 2007-ci il
tarixində Seul şəhərində Azərbaycan, Koreya
və ingilis dillərində imzalanmışdır və
bütün mətnlər autentikdir. Bu Anlaşma Memorandumunun
təfsiri ilə bağlı hər hansı fikir
ayrılığı yarandıqda ingilis dilində olan mətn
üstün götürüləcəkdir.
İqtisadi İnkişaf
Nazirliyi Koreya Elektrik Enerjisi
Korporasiyası
adından adından
(imza) (imza)
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti və Koreya Milli Neft
Korporasiyası arasında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan
Respublikası qanunları əsasında lazımi
şəkildə təsis edilmiş və mövcud olan,
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1000,
Neftçilər prospekti 73 ünvanında qeydiyyatdan
keçmiş Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti ("ARDNŞ")
və
Koreya Respublikası
qanunları əsasında lazımi şəkildə təsis
edilmiş və mövcud olan, baş ofisi 1584-14, Gvanyang-donq,
Dongan-gu, Anyang, Gyeonggi-do, 431-711, Koreya ünvanında
yerləşən Koreya Milli Neft Korporasiyası ("KMNK")
arasında bağlanmışdır.
Yuxanda adları
çəkilən şirkətlər, onların müvafiq
vasitələri və təyin olunmuş
nümayəndəlikləri (əgər varsa) mətndən
asılı olaraq ayrılıqda "Tərəf və ya
birgə "Tərəflər" adlandırıla
bilərlər.
Nəzərə alaraq
ki:
ARDNŞ yerli və
beynəlxalq neft və qaz sənayesindən kəşfiyyat,
işlənmə və hasilat biznesilə məşğul
olur;
KMNK yerli və
beynəlxalq neft və qaz sənayesində kəşfiyyat,
işlənmə və hasilat biznesilə məşğul
olur;
Tərəflər neft
və qaz kəşfiyyatı, işlənməsi və
hasilatı layihələrinin axtarışı,
danışıqlar və zəmanəti işlərinə
fəal cəlb olunmuşlar;
Tərəflər
qarşılıqlı mənfəətli
əməkdaşlığın sonrakı
inkişafını təmin etmək
niyyətindədirlər;
Bununla təsdiq edilir
ki, Tərəflər aşağıdakılar barədə
razılığa gəldilər:
1. Əhatə
dairəsi
1.1.
ARDNŞ KMNK-nın Azərbaycan Respublikasında neft və qaz
yataqlarının ("Layihələr") birgə
işlənməsinə tərəfdaş kimi cəlb olunması
məqsədilə tərəfdaşlara danışıqlar
aparmağa çalışacaqdır.
1.2.
KMNK-nın Layihələrdə iştirakı barədə
müsbət qərar qəbul olunduğu halda maraqlı
tərəflər müvafiq Hasilatın Pay Bölgüsü
Sazişlərinin ("HPBS") müddəalarına və
şərtlərinə əsaslanan danışıqlar
aparacaq və sazişlər imzalayacaqlar.
1.3.
KMNK Koreyada və/və ya üçüncü
ölkələrdə müxtəlif layihələrdə
ARDNŞ-nin iştirakı üçün öz
tərəfdaşları ilə danışıqlar
aparmağa çalışacaqdır.
1.4.
Tərəflər yeni biznes imkanlarının həyata
keçirilməsi və bu cür biznes imkanlarının icra
edilməsi üzrə təşəbbüs qrupunun
formalaşdırılması müvafiq hesab edildiyi halda,
razılığa gələcək və ayrıca saziş
imzalayacaqlar.
1.5.
Buna görə Tərəflər işçi heyətinin
mübadiləsi və ezamiyyətini həyata keçirmək
və təlim proqramları, eləcə də
Tərəflərin təşviq edə biləcəkləri
istənilən seminar və maarifləndirmə
tədbirlərinin təşkil olunması üzrə
əməkdaşlıq edəcəklər.
2.
Məxfilik
Tərəflər bu
Anlaşma Memorandumu və onun tətbiqinə dair
məlumatları ciddi məxfilikdə saxlamağa
razılaşdılar.
3.
Müddət
Bu Anlaşma Memorandumu
Tərəflər onu imzaladıqdan sonra qüvvəyə
minəcək və bir il qüvvədə qalacaqdır, sonra
isə Tərəflərin qarşılıqlı razılığı
ilə onun qüvvədə olma müddəti uzadıla
bilər.
Bu Memorandum
imzalandığı tarixdən qüvvəyə minir.
Seul
şəhərində 23 aprel 2007-ci il tarixində, iki
nüsxədə Azərbaycan, Koreya və ingilis
dillərində imzalanmışdır, bütün
mətnlər autentikdir. Bu Anlaşma Memorandumunun
müddəalarının təfsiri zamanı
mübahisələr yaranarsa, ingilis dilində olan mətn
əsas götürüləcəkdir.
Azərbaycan Respublikası Koreya
Milli
Dövlət Neft Şirkəti Neft Korporasiyası
(imza) (imza)
Azərbaycan Respublikası
Sənaye və Energetika Nazirliyi və Koreya
Respublikasının "STX ENERGY CO., LTD" Şirkəti
arasında əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra
"Tərəflər" adlandırılacaq Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi (bundan
sonra "SEN"), rəsmi ünvanı Azərbaycan
Respublikası, Bakı şəhəri, H. Zərdabi
küçəsi 88, AZ1012 və Koreya Respublikasının
"STX ENERGY CO., LTD" Şirkətlər Qrupu (bundan sonra
"STX ENERGY CO., LTD"), rəsmi ünvanı Koreya
Respublikası, Seul 135-791, Gangnam-Gu, Samsehg-Döng 167,
elektroenergetika
sahəsində əməkdaşlıq əlaqələrinin
qurulması və inkişaf etdirilməsi məqsədilə,
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi və
Koreya Respublikasının Ticarət, Sənaye və Energetika
Nazirliyi arasında Yanacaq və Enerji Ehtiyatları
sahəsində əməkdaşlıq üzrə 11 may
2006-cı il tarixli Anlaşma Memorandumuna əsaslanaraq,
Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyinin
respublikanın sənaye və yanacaq-energetika kompleksi
üzrə mərkəzi icra hakimiyyəti orqanı olaraq bu
sahələrdəki inkişaf siyasətini həyata
keçirdiyini nəzərə alaraq,
bazar iqtisadiyyatı
şəraitində Azərbaycan və Koreya
Respublikalarının təsərrüfat subyektləri
arasında iqtisadi əməkdaşlığın
aparıcı rolunu vurğulayaraq,
Tərəflər
arasındakı enerji sektorunda əməkdaşlıq
barədəki 16 dekabr 2006-cı il tarixli Niyyət Protokolunun
maddələrini nəzərə alaraq,
Azərbaycan və
Koreya Respublikalarının müəssisə və
təşkilatları arasında birbaşa
əlaqələrin qurulması və inkişaf etdirilməsi
üçün əlverişli şəraitin
yaradılmasını təmin etmək məqsədilə,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Məqsədlər
1.1. Bu Anlaşma
Memorandumu Tərəflərin qarşılıqlı
faydaları üçün Azərbaycanda sənayenin
qeyri-neft sahəsində və eləcə də
elektroenergetika sahəsində ikitərəfli
əməkdaşlıq əlaqələrinin
inkişafının təmin edilməsi məqsədini
daşıyır.
1.2. Tərəflər
əməkdaşlıq layihələrinin faydalı
inkişafının davam etdirilməsinin təşviqi
üçün bütün səylərini
göstərəcəklər.
1.3. Tərəflər
Azərbaycanda alternativ və bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində müasir
texnologiyalar, idarəetmə bacarıqları, nou-hau və
təcrübələrinin tətbiqi üçün
bütün səylərini göstərəcəklər.
Maddə 2
Tərəflərin
öhdəlik və vəzifələri
2.1.
Bu Anlaşma Memorandumuna uyğun olaraq birgə
fəaliyyətlər aşağıdakılardan ibarətdir:
mövcud qanunvericilik
çərçivəsində informasiya mübadiləsi;
texnologiya
mübadiləsi: tədqiqatların aparılması,
məlumat bazasının yaradılması;
elektroenergetika
sahəsindəki layihələrə investisiya qoyuluşunun
təşviqi;
elektroenergetika
sahəsində hər iki ölkənin
sərmayədarlarının digər üçüncü
ölkənin ərazisində birgə tədqiqat,
araşdırma, istehsal və inkişaf sahələrində
əməkdaşlığı;
elektroenergetika
sahəsində avadanlıqların istismarı və
təmiri;
elektrik enerjisinin
istehsalında, çatdırılmasında və
ötürülməsində
əməkdaşlığın qurulması;
günəş və
külək enerjisi kimi bərpa olunan enerji
sahələrində əməkdaşlığın
təşviqi;
elektroenergetika
sahəsində mütəxəssislər üçün
təlim proqramlarının təşkili;
elektroenergetika
sahəsində qarşılıqlı investisiyaların
inkişafı məqsədilə seminarlar və
görüşlərin təşkili;
külək elektrik
stansiyasının dizayn, mühəndislik, inşaat,
fəaliyyət və təchizatını da əhatə
etməklə, Layihələrin həyata keçirilməsi
ilə bağlı məlumat və informasiya mübadiləsi;
külək elektrik
stansiyası Layihəsinin təkmilləşdirilməsi
ilə əlaqədar mütəxəssis, mühəndis
və peşəkarların mübadiləsi;
Azərbaycanın
elektrik enerjisi sektorunda məsləhətçi və
konsultasiya xidmətlərinin göstərilməsi.
2.2. Əməkdaşlığın
inkişafı istiqamətində SEN-in görəcəyi
tədbirlər:
SEN
Azərbaycanda elektroenergetikanın inkişafında "STX
ENERGY CO., LTD"-nin investisiyalarının və
təcrübələrinin cəlb edilməsində
maraqlıdır;
SEN Azərbaycan
Respublikasında qanuni və dinc üsulla layihələrin
həyata keçirilməsi üçün lazımi
icazələrin və təsdiqlərin, qeydiyyatların və
lisenziyaların alınmasında və Azərbaycanın
digər dövlət orqanları ilə
əməkdaşlığın yaxından koordinasiya
edilməsində "STX ENERGY CO., LTD"-yə kömək
göstərəcəkdir;.
SEN Azərbaycan
Respublikasının mövcud qanun, qayda və
tənzimləmələrinə müvafiq olaraq "STX ENERGY
CO., LTD"-nin ilk Şirkət kimi Layihələrin icrası
ilə əlaqədar investisiyanın təşviqedici stimullar
əldə etməsinə kömək
göstərəcəkdir.
2.3.
"STX ENERGY CO., LTD"-nin görəcəyi
tədbirlər: "STX ENERGY CO., LTD" Azərbaycanda
elektroenergetika sahəsində əməkdaşlıq
etməkdə çox maraqlı olduğunu ifadə edir;
"STX ENERGY CO.,
LTD" əməkdaşlıq üzrə Layihənin
inkişaf etdirilməsinə sərmayə qoymaqda fəal
şəkildə iştirak edəcəyini vurğulayır;
SEN-in Azərbaycan
Respublikasında Layihənin icrası ilə bağlı
razılaşdırılacaq ehtiyaclarına müvafiq olaraq
"STX ENERGY CO., LTD" öz resurslarını
ayıracaqdır.
2.4.
Anlaşma Memorandumu çərçivəsində digər
spesifik əməkdaşlıq fəaliyyətlərinə
ehtiyac olarsa, Tərəflər bu cür
əməkdaşlıq üçün lazım olan spesifik
və fərqli bir razılaşmanın müzakirəsinə
başlaya bilərlər.
Maddə 3
Külək elektrik
stansiyasının tikintisi Layihəsi
3.1.
Tərəflər 16 dekabr 2006-cı ildə imzalanmış
Niyyət Protokoluna müvafiq olaraq enerji sektorunda
əməkdaşlıq layihələrinin hazırlanması
məqsədilə İşçi Qrup yaratmışlar.
İlkin layihənin Azərbaycanda külək elektrik
stansiyasının qurulması layihəsi olacağı
razılaşdırılmışdır.
3.2.
Azərbaycanda külək elektrik stansiyasının
quraşdırılması üçün
Tərəflərin İşçi Qrupları tədqiqat
aparacaqlar. Tədqiqatların və müvafiq Proqramların
hazırlanması üzrə işlərin
maliyyələşdirilməsi "STX ENERGY CO., LTD"
Şirkətlər Qrupu tərəfindən həyata
keçiriləcəkdir.
3.3.
Külək enerjisi stansiyasının
yerləşəcəyi ərazinin Qobustan olacağı
nəzərdə tutulur;
3.4.
Qobustan ərazisində külək elektrik
stansiyasının
Texniki-İqtisadi Əsaslandırma sənədlərinin
hazırlanmasında və qurulmasında "STX ENERGY CO.,
LTD"-nin 6 (altı) ay müddətində müstəsna
hüququna zəmanət verilməsinə qanunvericilik
çərçivəsində baxılacaqdır.
3.5.
SEN Azərbaycan haqqında lazımi məlumat və informasiya/hesabatlar
ilə "STX ENERGY CO., LTD"-ni təmin edəcəkdir.
Maddə 4
Məxfilik
4.1.
Tərəflər, bu Anlaşma Memorandumuna aid hər hansı
sənəd, informasiya və ya məlumatı Azərbaycan
Respublikası və ya Koreya Respublikasından xaric
üçüncü bir tərəf və ya
şəxsə aşağıdakı hallar istisna olmaqla
açıqlamayacaqlar:
Açıqlama qanun,
məhkəmə, komissiya və ya digər hüquqi və ya
inzibati qurumlar tərəfdən tələb olunarsa;
İstənilən
məlumatın açıqlanması üçün
digər tərəfin əvvəlcədən yazılı
razılığı olduqda;
SEN, "STX ENERGY CO.,
LTD"-nin Layihənin inkişafı ilə bağlı
təqdim etdiyi TİƏ və digər informasiya və
məlumatları istifadə edəcəkdir.
Maddə 5
Müxtəliflik
5.1. Bu Anlaşma
Memorandumunun icrası ilə əlaqədar
əməkdaşlıqda istifadə olunan rəsmi dil ingilis dilidir.
5.2. Tərəflər
Anlaşma Memorandumu ilə əlaqədar hər hansı bir
xüsusi məqsəd üçün informasiya və/və
ya məlumat mübadiləsində düzgün və qanuni
olmayan məsələlərdən imtina edirlər.
Tərəflər mümkün dərəcədə bu
cür məlumat və/və ya informasiyanın reallıq
dərəcəsini və məqsədəuyğunluğunu
göstərməyə cəhd etməlidirlər.
5.3. Bu Anlaşma
Memorandumunun təfsiri və ya icrası ilə əlaqədar
meydana çıxa biləcək hər hansı bir
mübahisə Tərəflər arasında dinc yolla
müzakirə, məsləhətləşmə və
danışıq yolu ilə həll olunacaqdır.
Maddə 6
Dəyişikliklər və
düzəlişlər
6.1. Bu Anlaşma
Memorandumuna hər hansı dəyişikliklər və
düzəlişlər Tərəflər arasında
yazılı razılaşma ilə edilə bilər.
6.2. Bu Anlaşma
Memorandumuna edilmiş dəyişikliklər və ya
düzəlişlər bu cür dəyişiklik və ya
düzəlişin qüvvəyə minməsindən
əvvəl əldə olunmuş hüquq və
öhdəliklərin tam həcmdə
reallaşdırılmasına xələl
gətirmədən qüvvəyə minir.
Maddə 7
Qüvvəyə minmə və müddət
7.1.
Bu Anlaşma Memorandumu imzalandığı gündən
qüvvəyə minir.
7.2.
Bu Anlaşma Memorandumu SEN və "STX ENERGY CO., LTD"-nin
külək elektrik stansiyası quraşdırılması
barədə razılığa gəlinənə
qədər və ya Anlaşma Memorandumunun imzalanmasından
etibarən altı (6) ay müddətində (hər hansı
biri əvvəl gələrsə) qüvvədə
olacaqdır;
7.3. Bu Anlaşma
Memorandumuna xitam vermək istəyən Tərəf digər
Tərəfə 3 (üç) ay qabaqcadan xitam vermək
niyyəti barədə yazılı məlumat verməlidir. Bu
cür ləğv etmə bu Memorandum
çərçivəsində həyata keçirilən
Layihələrin tamamlanmasına xələl
gətirməyəcəkdir.
24 aprel 2007-ci il
tarixində Seul şəhərində Azərbaycan, Koreya
və ingilis dillərində imzalanmışdır və
bütün mətnlər autentikdir. Bu Anlaşma Memorandumunun
tətbiqi və təfsiri ilə bağlı hər hansı
fikir ayrılığı meydana çıxdıqda ingilis
dilində olan mətn üstün götürüləcəkdir.
Azərbaycan Respublikasının Koreya
Respublikasının
Sənaye və Energetika Nazirliyi "STX ENERGY CO., LTD"
adından
Şirkəti adından
(imza) (imza)