Dövlət əmlakının qorunub
saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında dövlət
əmlakının özəlləşdirilməsi
sahəsində qəbul olunmuş dövlət
proqramlarının icrası ilə bağlı son illər
həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində iqtisadiyyatın
bütün sahələrində sahibkarlığın
inkişafı geniş vüsət almış və
dövlətin iqtisadi qüdrətinin
möhkəmləndirilməsində özəl
bölmənin rolu xeyli artmışdır. Hazırda ümumi
daxili məhsulun istehsalında bu bölmənin xüsusi
çəkisi 80 faizə yaxınlaşsa da, hələlik
dövlət mülkiyyətində milyardlarla manat
dəyərində əmlakı olan çoxlu sayda
müəssisə və obyekt fəaliyyət göstərir.
Müşahidələr göstərir ki, bir sıra hallarda
dövlət müəssisələrinin idarə
edilməsində nöqsanlara yol verilir və onların
sərəncamında olan dövlət əmlakından
səmərəli istifadə təmin edilmir. Belə ki,
bəzi müəssisələrdə dövlət
əmlakının qeydiyyatdan yayındırılması, borcların
yaranması və həmin borclara görə onların
müflisləşmə təhlükəsi ilə
üzləşməsi, müəssisələrin
yerləşdiyi torpaq sahələrinin təyinatının
əsassız dəyişdirilməsi kimi hallara rast gəlinir.
Belə səbəblər üzündən ayrı-ayrı
müəssisələr yararsız hala düşərək fəaliyyətlərini
dayandırır, onların yüksək ixtisaslı
fəhlə və mütəxəssisləri iş
yerlərindən məhrum olurlar.
Müasir şəraitdə dövlət
müəssisələrinin idarə edilməsi və
dövlət əmlakından istifadə mexanizmlərini
təkmilləşdirmək, bu sahədə dövlət
nəzarətini gücləndirmək və
şəffaflığı artırmaq, dövlət
müəssisə və təşkilatlarında
restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin
sürətləndirilməsini təmin etmək
məqsədilə qərara
alıram:
1. “Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı” təsdiq edilsin (əlavə olunur—Əlavə I).
2. “Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları” təsdiq edilsin
(əlavə olunur—Əlavə II).
3. “Dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları” təsdiq edilsin (əlavə olunur—Əlavə III).
4. “Səhmdar cəmiyyətlərində dövlətə
məxsus səhmlərin idarəetməyə verilməsi
Qaydaları” təsdiq edilsin (əlavə olunur—Əlavə IV).
5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən
dövlət əmlakının qiymətləndirilməsi
haqqında Əsasnamə” əlavə və
dəyişikliklər edilməklə yeni redaksiyada təsdiq
edilsin (əlavə olunur—Əlavə V).
[2]
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti (bundan
sonra – Dövlət Xidməti):[3]
6.1. “Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı”nda nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsi məqsədilə
dövlət büdcəsinin, müəssisə və
təşkilatların vəsaitlərinin, qrantların və
digər maliyyə yardımlarının cəlb edilməsi
ilə əlaqədar müvafiq tədbirlər həyata
keçirsin;
6.2. Dövlət Proqramının icrası ilə
bağlı görülən işlər barədə
ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin;
6.3. özəlləşdirilən dövlət
müəssisələrinin borclarının qanunvericiliklə
nəzərdə tutulmuş qaydada tənzimlənməsi
məqsədilə səmərəli tədbirlərin
görülməsini təmin etsin;
6.4. dövlət müəssisələri və
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərlə bağlı məhkəmə
mübahisələrində dövlətin mənafeyinin
qorunması üçün zəruri tədbirlər
həyata keçirsin.
7. Azərbaycan Respublikasının mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının, dövlət
müəssisə və təşkilatlarının
rəhbərlərinə tapşırılsın:
7.1. sərəncamlarında olan dövlət
əmlakının və onun yerləşdiyi torpaq
sahələrinin qorunub saxlanmasını təmin etsinlər;
7.2. Dövlət Xidmətinin razılığı
olmadan dövlət müəssisə və obyektlərinin
yerləşdiyi dövlət mülkiyyətində olan torpaq
sahələrində tikinti, yenidənqurma və digər
quraşdırma işlərinin aparılmasına yol
verməsinlər və bu sahədə mövcud pozuntuların
aradan qaldırılması üçün qanunvericiliyə
uyğun tədbir görsünlər; [4]
7.3. balanslarında olan əmlak və onun
barəsində bağlanılmış əqdlər
barədə məlumatların Dövlət
Əmlakının Registrinə daxil edilməsi üçün
vaxtında Dövlət Xidmətinə təqdim
olunmasını təmin etsinlər;
7.4. dövlət əmlakından səmərəli
istifadənin təmin edilməsi, o cümlədən icarə
müqaviləsi olmadan dövlət əmlakının
üçüncü şəxslərin istifadəsinə
verilməsinə və istifadəsi mümkün olan əmlakın
balansdan silinməsinə yol verilməməsi üçün
zəruri tədbirlər görsünlər;
7.5. borclara görə dövlət
müəssisələrinin və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
əmlakının siyahıya alınması, hərraclarda
satışı və qiymətləndirilməsi hallarında
dövlət əmlakının qorunub saxlanması və
səmərəli istifadəsini, dövlətin mənafeyinin
qorunmasını və sui-istifadə hallarının
qarşısının alınmasını təmin
etsinlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bir ay müddətində:
8.1. özəlləşdirilən dövlət
əmlakının və torpaq sahələrinin
qiymətləndirilməsi, habelə daşınmaz
dövlət əmlakının (mənzil fondundan başqa)
icarəyə verilməsi üçün icarə
haqqının minimum məbləğinin müəyyən
edilməsi barədə mövcud normativ hüquqi aktlara
müvafiq dəyişikliklər etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu
fərmana uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
8.3. dövlət müəssisə və
təşkilatlarının balansında olan əmlakın
qorunub saxlanılması və səmərəli
istifadəsinin təmin edilməsi ilə bağlı həmin
müəssisə və təşkilatların vəzifəli
şəxslərinin hüquqi məsuliyyətinin
gücləndirilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
8.4. bu Fərmanın 1-ci bəndi ilə təsdiq
olunan “Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı”nın 9.2-ci bəndində göstərilən
xüsusi hesabatın formasını və orada
göstərilməli olan məlumatların
siyahısını təsdiq etsin;
8.5. Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin
mərkəzi aparatının və onun ərazi
bölmələrinin fəaliyyətinin səmərəli təşkili
məqsədi ilə işçilərin say həddinin
artırılması və maddi-texniki təminatının
yaxşılaşdırılması ilə bağlı
məsələləri həll etsin;
8.6. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
8-1. Bu Fərmandan irəli
gələn məsələlər Azərbaycan İnvestisiya Holdinqinin
idarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” 2020-ci il 7 avqust tarixli 1120
nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanları və həmin
fərmanlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlar nəzərə
alınmaqla həyata keçirilir.[5]
8-2. Bu Fərmanın
müddəaları Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqinin (AZCON-un) öz əmlakına və onun
idarəetməsinə verilmiş dövlət
müəssisələrinə, habelə dövlət payı
olan təsərrüfat cəmiyyətlərinə və
publik hüquqi şəxslərə münasibətdə
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a)
tətbiq edilmir.[6]
8-3. Bu Fərmanın
müddəaları “Azərbaycan Biznesinin İnkişafı
Fondu” Açıq Səhmdar Cəmiyyətinin öz
əmlakına və onun tərəfindən hüquqi
şəxslərin yaradılması və yenidən
təşkili, hüquqi şəxslərdə iştirak
paylarının (səhmlərin) əldə edilməsi
vasitəsilə investisiya qoyuluşu etdiyi təsərrüfat
cəmiyyətlərinə və digər hüquqi
şəxslərə münasibətdə tətbiq edilmir.[7]
9. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən
dövlət əmlakının qiymətləndirilməsi
haqqında Əsasnamə” (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 12, maddə 844; 2001-ci il, ¹ 7,
maddə 470, ¹ 10, maddə 640; 2002-ci il, ¹ 12, maddə 725;
2003-cü il, ¹ 9, maddə 475, ¹ 10, maddələr 569, 585;
2004-cü il, ¹ 9, maddə 678; 2005-ci il, ¹ 5, maddə 400;
2006-cı il, ¹ 7, maddə 590) qüvvədən
düşmüş hesab edilsin.
10. Bu Fərman imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 iyun 2007-ci il
¹ 586
|
|
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasında
dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə
DÖVLƏT PROQRAMI[8]
Giriş
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin həyata keçirdiyi siyasət
nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik
zəminində 1996-cı ildən etibarən Azərbaycan
Respublikasında ardıcıl iqtisadi islahatlar həyata
keçirilməyə başlanmış, iqtisadiyyatın
dövlətsizləşdirilməsi və idarəetmə
sistemində köklü dəyişikliklərin
aparılması istiqamətində mühüm işlər
görülmüşdür. Aparılan islahatlar
iqtisadiyyatın idarə edilməsi sahəsində
dövlətin inzibati müdaxiləsinin aradan
qaldırılmasına, mülkiyyət üzərində inhisarçılığın
və dövlətin təsərrüfatçılıq
funksiyalarının məhdudlaşdırılmasına,
sahibkarlığın və azad iqtisadi fəaliyyətin
bərqərar olmasına, dövlətin iqtisadi
qüdrətinin möhkəmləndirilməsinə və
vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılmasına xidmət etmişdir.
Görülmüş işlər nəticəsində bu
gün Azərbaycan iqtisadi inkişafın artım
sürətinə görə dünya ölkələri
arasında qabaqcıl yer tutur. Ölkədə azad bazar
iqtisadiyyatı və sosial ədalət prinsiplərinə
söykənən möhkəm təməlli iqtisadi sistem
formalaşır.
Azərbaycan Respublikasında həyata
keçirilən iqtisadi islahatların gedişində
dövlət əmlakının idarə edilməsinin yeni
sisteminin formalaşdırılması sahəsində də
müəyyən irəliləyişlərə nail
olunmuşdur. Dövlət əmlakının idarə
edilməsi sahəsində dövlət siyasətinin həyata
keçirilməsi funksiyalarını yerinə yetirən icra
hakimiyyəti orqanlarının strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilmişdir. Ötən dövrdə dövlət
əmlakının idarə edilməsi üzrə
dövlət siyasətinin mühüm struktur elementi kimi
əmlakın istifadə edilməsi və ona sərəncam
verilməsi ilə bağlı institusional
dəyişikliklərin həyata keçirilməsinə
xüsusi diqqət yetirilmişdir.
Eyni zamanda, ölkədə əldə
edilmiş yüksək iqtisadi artım şəraitində
dövlət əmlakının idarə edilməsinin daha da
təkmilləşdirilməsinə ehtiyac vardır. Mövcud
idarəetmə mexanizmləri bəzi hallarda dövlət
əmlakından səmərəli istifadəni və onun idarə
edilməsi ilə bağlı əsaslandırılmış
çevik qərarların qəbulunu təmin etmir.
Dövlət müəssisə və şirkətlərində
institusional yeniləşmələrin
sürətləndirilməsinə, bu sahəyə potensial
investorların daha geniş cəlb edilməsinə,
institusional dəyişikliklərin gedişində
şəffaflığın təmin olunmasına ehtiyac
yaranır.
Qeyd edilənlərlə əlaqədar
hazırkı şəraitdə dövlət əmlakının
idarə edilməsi ilə bağlı
məsələlərin həllinə yeni yanaşmaların
tətbiq edilməsi, bu sahədə mövcud mexanizmlərin
təkmilləşdirilməsi zərurəti
yaranmışdır. Bu baxımdan, Azərbaycan
Respublikasının qanunvericiliyinə, habelə dövlət
əmlakının idarə edilməsi sahəsində
əldə edilmiş təcrübəyə uyğun olaraq
hazırlanmış “Azərbaycan Respublikasında
dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı” (bundan sonra—Dövlət Proqramı) dövlət
əmlakının idarə edilməsinin
səmərəliliyinin artırılmasına xidmət edir.
I. ÜMUMİ HİSSƏ
1.
Dövlət Proqramının məqsədi və əsas
vəzifələri
Dövlət Proqramının
məqsədi dövlət əmlakının idarə
edilməsinin səmərəliliyinin artırılması,
dövlət əmlakının qorunub saxlanılması
və istifadəsi üzərində dövlət
nəzarətinin təkmilləşdirilməsi yolu ilə
dövlət müəssisələrinin rəqabət
qabiliyyətini yüksəltməkdən və
bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına
nail olmaqdan ibarətdir.
Dövlət Proqramının əsas
vəzifələri aşağıdakılardır:
dövlət əmlakının
idarəedilməsi sahəsində mükəmməl
tənzimləmə mexanizmi yaratmaq;
dövlət müəsissə və
təşkilatlarının istifadəsində olan
əmlakın qorunub saxlanmasını və
səmərəli istifadəsini təmin etmək;
təsərrüfat
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin (payların) idarə edilməsinin səmərəliliyini
artırmaq;
dövlət əmlakının
idarəetməyə verilməsi mexanizmini
təkmilləşdirmək;
investisiyaların cəlb edilməsi yolu
ilə dövlət müəssisələrinin
inkişafına nail olmaq, onların
özəlləşdirməqabağı
sağlamlaşdırılmasını təmin etmək.
2.
Dövlət Proqramının əsas istiqamətləri
Müəyyən olunmuş əsas
vəzifələrə uyğun olaraq Dövlət
Proqramında dövlət əmlakının idarə
edilməsinin aşağıdakı istiqamətlərdə
təkmilləşdirilməsi nəzərdə tutulur:
dövlət əmlakının
idarə edilməsinin normativ hüquqi bazasının təkmilləşdirilməsi,
müasir tələblərə cavab verən uçot və
qeydiyyat sisteminin yaradılması;
təsərrüfat
cəmiyyətlərində dövlətə məxsus
payların və səhmlərin idarə edilməsinin
təkmilləşdirilməsi;
dövlət əmlakından istifadə
edilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi;
dövlət
müəssisələrinin və təsərrüfat
cəmiyyətlərinin restrukturizasiyası,
sağlamlaşdırılması və
özəlləşdirməyə hazırlanması;
dövlət
müəssisələrinin
özəlləşdirmədən sonra inkişafına
nəzarət mexanizminin formalaşdırılması.
3.
Dövlət Proqramının tətbiqindən
gözlənilən nəticələr
Dövlət Proqramının
icrasından aşağıdakı nəticələr
gözlənilir:
dövlət əmlakının
idarə edilməsinin səmərəli mexanizmlərinin
formalaşdırılması;
dövlət əmlakının
istifadəsindən dövlət büdcəsinə daxil olan
vəsaitin həcminin artması;
dövlət əmlakının qorunub
saxlanması və mühafizəsi, ondan səmərəli
istifadə edilməsinə mükəmməl nəzarətin
təmin edilməsi;
özəlləşdirilən
dövlət müəssisələrinə cəlb edilən
investisiyaların həcminin artması.
4.
Dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Tədbirlər
Planı
4.1. Dövlət əmlakının
idarə edilməsinin təkmilləşdirilməsi
üzrə həyata keçirilməli olan konkret
tədbirlərin siyahısı, onların icra müddəti
və icrası üçün məsul orqanlar Dövlət
Proqramının ayrılmaz hissəsi olan Tədbirlər
Planında göstərilir.
4.2. Dövlət Proqramında, o
cümlədən Tədbirlər Planında
nəzərdə tutulan normativ hüquqi aktlar qəbul
edilənədək və digər tədbirlər yerinə
yetirilənədək dövlət əmlakının
idarə edilməsi Dövlət Proqramında və hazırda
qüvvədə olan qanunvericilik aktlarında
müəyyən olunmuş qaydada həyata keçirilir.
5.
Dövlət əmlakı və onun idarə edilməsinin
əsasları
5.1. Dövlət Proqramının
məqsədləri üçün dövlət
əmlakı dedikdə, Azərbaycan Respublikasının
mülkiyyətində olan daşınmaz və daşınar əşyalar,
qiymətli kağızlar, habelə onlar üzərində
əmlak və əşya hüquqları nəzərdə
tutulur.
5.2. Dövlət əmlakının
idarə edilməsi dövlət mülkiyyətində olan
əmlak və hüquqi şəxslərin nizamnamə
kapitalında dövlətə məxsus paylar (səhmlər)
üzərində sahiblik, istifadə və sərəncam
vermək hüquqlarının dövlətin adından
həyata keçirilməsi, dövlət müəssisə
və obyektlərinin, dövlət əmlakı əsasında
fəaliyyət göstərən təsərrüfat
cəmiyyətlərinin fəaliyyətinin dövlət
siyasətinə uyğun olaraq tənzimlənməsi
deməkdir.
5.3. Dövlət əmlakının
idarə edilməsində qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının adından
dövlət əmlakı üzərində sərəncam
verilməsini həyata keçirən, dövlət
müəssisələrinin əmlakına dair dövlətin
adından mülkiyyətçi hüquqlarını
təmsil edən Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti (bundan sonra –
Dövlət
Xidməti),
öz səlahiyyətləri çərçivəsində
digər mərkəzi və yerli icra hakimiyyəti
orqanları, tabeliyində dövlət müəssisə
və obyektləri olan idarəetmə orqanları iştirak
edirlər. [9]
5.4. Dövlət əmlakı
Azərbaycan Respublikasının dövlət orqanlarına
və dövlət büdcəsindən maliyyələşən
qeyri-kommersiya təşkilatlarına onların vəzifə
və funksiyalarının icrası, habelə dövlət
müəssisələrinə onların təsərrüfat
fəaliyyətinin təmin edilməsi məqsədi ilə
müəyyən edilmiş qaydada istifadəyə verilir.
Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına, dövlət büdcəsindən
maliyyələşən təşkilatlara təhkim
edilmiş dövlət əmlakı onlar tərəfindən
kommersiya məqsədləri üçün istifadə
edilmir.
5.5. Kommersiya fəaliyyəti
göstərən dövlət
müəssisələrinə verilmiş əmlak onlar
tərəfindən yalnız müəssisələrin
nizamnamə məqsədlərinə uyğun olaraq istifadə
edilir.
5.6. Dövlət əmlakı
üzərində mülkiyyət hüquqlarının
dəyişdirilməsi dövlət əmlakının
özəlləşdirilməsini və bələdiyyə
mülkiyyətinə verilməsini tənzimləyən
qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət
əmlakına sahiblik və istifadə hüquqlarının
verilməsi, dövlət əmlakının balansdan
silinməsi Dövlət Proqramına və müvafiq
qanunvericiliyə uyğun aparılır.
5.7. Dövlət əmlakının
idarə edilməsi aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
dövlət əmlakının
idarə edilməsində səmərəliliyin təmin
edilməsi, dövlət mənafelərinin qorunması;
dövlət əmlakının
idarə edilməsi prosesində müntəzəm hesabat
və nəzarət sisteminin tətbiq edilməsi;
dövlət əmlakı haqqında
vahid məlumat bazasının yaradılması;
idarəetmənin aşkarlıq və
şəffaflıq şəraitində həyata
keçirilməsi, onun üzərində dövlət və
ictimai nəzarətin təmin edilməsi;
dövlət əmlakının
idarə edilməsində qanunçuluğa riayət
edilməsi;
idarəetmə prosesinə
peşəkar kadrların cəlb olunması;
dövlət əmlakının idarə
edilməsi prosesində müasir idarəçilik
üsullarından və mütərəqqi maliyyə
mexanizmlərindən istifadə edilməsi.
5.8. Dövlət əmlakının
idarə edilməsi aşağıdakı yollarla və
üsullarla həyata keçirilir:
dövlət
müəssisələrinin yaradılması, idarəetmə
orqanlarının formalaşdırılması;
dövlət
müəssisələrinin və digər hüquqi
şəxslərin nizamnamə kapitalına daxil olan
dövlət əmlakından səmərəli
istifadəyə nəzarət edilməsi;
dövlət əmlakına dair
bağlanılmış əqdlərin qeydiyyata
alınması və qanunvericiliklə müəyyən
edilmiş hallarda onların bağlanılmasına
razılıq verilməsi;
dövlət
müəssisələrinə qanunvericiliklə
müəyyən edilmiş hallarda onların
fəaliyyətinin tənzimlənməsi üçün
icrası məcburi olan göstərişlərin verilməsi;
təsərrüfat
cəmiyyətlərində və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərdə
dövlətə məxsus səhmlərin (payların) üzərində
sərəncam verilməsi;
təsərrüfat
cəmiyyətlərində və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
idarə edilməsində qanunvericilikdə nəzərdə
tutulmuş qaydada iştirak edilməsi;
dövlət
müəssisələrinin, onların əmlakının,
habelə dövlətə məxsus səhmlərin
(payların) idarəetməyə verilməsi.
5.9. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin qeyri-dövlət hüquqi
şəxslərə və fiziki şəxslərə
verilməsi Azərbaycan Respublikasının dövlət
əmlakının özəlləşdirilməsi
haqqında qanunvericiliyində nəzərdə tutulmuş
hallarda və qaydada həyata keçirilir.
II. XÜSUSİ HİSSƏ
6.
Dövlət hakimiyyəti orqanlarının və
büdcədən maliyyələşən dövlət
təşkilatlarının istifadəsində olan
dövlət əmlakının idarə edilməsi
6.1. Dövlət əmlakı
Azərbaycan Respublikasının dövlət orqanlarına
və dövlət büdcəsindən
maliyyələşən təşkilatlara onların
hüquq, vəzifə və funksiyalarının icrası
məqsədi ilə verilir.
6.2. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, büdcədən
maliyyələşən digər dövlət
təşkilatlarının rəhbərləri
istifadədə olan dövlət əmlakının qorunub
saxlanılmasına, həmin əmlakdan yalnız qanunvericiliklə
müəyyən edilmiş vəzifə, funksiya və
hüquqların həyata keçirilməsi məqsədi
ilə istifadə edilməsinə görə
şəxsən məsuliyyət daşıyırlar.
6.3. Dövlət orqanlarının,
dövlət büdcəsindən maliyyələşən
təşkilatların qanunvericiliklə nəzərdə
tutulmuş fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri olan qeyri-yaşayış
sahələri ilə təmin olunması zamanı inzibati
və yardımçı vəzifə tutan dövlət
qulluqçuları, habelə digər əsas və texniki
işçi heyətinin ştat vahidi üçün normalar
əsas götürülür və müvafiq texniki,
köməkçi və digər əlavə
qeyri-yaşayış sahələrinin
ölçülərinin müəyyən edilməsi
həmin təşkilatların profili və fəaliyyət
istiqamətləri nəzərə alınmaqla həyata
keçirilir.
6.4. Dövlət orqanlarının,
dövlət büdcəsindən maliyyələşən
təşkilatların, dövlət müəssisələrinin
və təsərrüfat cəmiyyətlərinin
fəaliyyəti üçün lazım olmayan və
yararsız olan əmlakın onların müraciətləri
əsasında sərəncama götürülməsi Dövlət
Xidməti tərəfindən, qanunvericiliyə
müvafiq olaraq müəyyən edilmiş normativlər
əsasında daşınmaz dövlət əmlakı
obyektlərinin dövlət orqanlarına, müəssisə
və təşkilatlarına verilməsi Dövlət Xidmətinin
təqdimatı əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
həyata keçirilir. [10]
6.5. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin, o cümlədən binaların
və qeyri-yaşayış sahələrinin
büdcədən maliyyələşən dövlət
orqanları arasında bir-birinə verilməsi, Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna
olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən qəbul olunan qərarlar əsasında
həyata keçirilir.
6.6. Dövlət mülkiyyətində
olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin
digər dövlət orqanlarına və
təşkilatlarına verilməsi Dövlət Xidməti
ilə razılaşdırılmaqla Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları
əsasında aparılır.
Dövlət mülkiyyətində olan
xüsusi əhəmiyyətli əsas vəsaitlərin meyar
göstəriciləri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
6.7. Dövlət mülkiyyətində
olan hüquqi şəxslərə məxsus əsas
vəsaitlərin dövlət ehtiyacları üçün
verilməsi Dövlət Xidmətinin təqdimatı
əsasında Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən qəbul olunan qərarlar
əsasında həyata keçirilir.
6.8. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin verilməsi məqsədi ilə
müvafiq dövlət orqanı tərəfindən
məsələnin zəruriliyi və
məqsədəuyğunluğu göstərilməklə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
müraciət edilir. Qanunvericiliklə müəyyən
edilmiş müddətdə müraciətə
baxıldıqdan və Dövlət Xidmətinin
yazılı rəyi alındıqdan sonra Azərbaycan
Respublikasının Nazirlər Kabineti müvafiq qərar
qəbul edir.
6.9. Eyni mərkəzi və ya yerli icra
hakimiyyəti orqanı, habelə dövlət
təşkilatları daxilində əsas vəsaitlərin bir
struktur bölməsindən digərinə verilməsi Dövlət
Xidmətinin yazılı razılığı
alındıqdan sonra həmin mərkəzi və ya yerli icra
hakimiyyəti orqanının, dövlət
təşkilatının qərarı əsasında
həyata keçirilir.
6.10. Özəlləşdirilən
dövlət müəssisələrinin (birliklərinin)
sosial-mədəni və məişət-kommunal
təyinatlı obyektlərinin, ləğv olunmuş dövlət
orqanlarının istifadəsində olmuş əmlakın
digər dövlət orqanına verilməsi qüvvədə
olan qanunvericiliklə müəyyən edilmiş qaydada
tənzimlənir.
6.11. Tikintisi başa
çatdırılmamış obyektlərin verilməsi
layihə-smeta və texniki-normativ sənədlərinin,
habelə dövlət tərəfindən tikinti
üçün ayrılmış fondlara dair
sənədlərin obyektləri təhvil verən
tərəfindən obyektləri qəbul edən
tərəfə təqdim edilməsi ilə həyata
keçirilir.
6.12. Dövlət əmlakının
Registrindən çıxarış olmadan müəssisə
və təşkilatların tabeliyindən asılı
olmayaraq dövlət mülkiyyətində olan daşınmaz
əmlakın verilməsinə yol verilmir.
6.13. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin verilməsi müvafiq qaydada
təhvil-təslim aktlarının tərtib edilməsi, bu
barədə Dövlət Xidmətinə, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinə
məlumat verilməsi və dövlət əmlakının
Registrində müvafiq qeydiyyatın aparılması ilə
başa çatmış hesab olunur.
7.
Dövlət müəssisələrinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus səhmlərin (payların) idarə edilməsi
7.1. Dövlət Proqramının
məqsədləri üçün dövlət
müəssisəsi dedikdə, tamamilə dövlət
mülkiyyətində olan, səhmlərinin (paylarının)
və ya əmlakının 2/3 hissəsindən çoxu
birbaşa və dolayısı dövlətə məxsus olan
hüquqi şəxslər başa düşülür.
7.2. Dövlət
müəssisələri, bir qayda olaraq, açıq və
qapalı səhmdar cəmiyyətləri, habelə məhdud
məsuliyyətli cəmiyyətlər formasında təsis olunur.
7.3. Azərbaycan Respublikası adından
dövlət müəssisələrinin və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslərin təsisçisi və
iştirakçısı (səhmdarı,
payçısı) kimi Dövlət Xidməti
çıxış edir. Digər icra hakimiyyəti
orqanları dövlət müəssisələrinin və
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərin idarə olunmasında Dövlət Proqramında
nəzərdə tutulmuş şərtlərlə və
qaydada iştirak edirlər.
7.4. Dövlət Proqramı
qüvvəyə minənədək fəaliyyət
göstərən dövlət müəssisələrinin
təşkilati-hüquqi formasının qanunvericiliyə
uyğunlaşdırılması məqsədi ilə Dövlət
Xidməti tərəfindən təkliflər irəli
sürülür.
7.5. Dövlət əmlakının
özəlləşdirilməsi haqqında qanunvericiliyə
əsasən özəlləşdirilməsi qadağan
olunmuş əmlak, müəssisə və obyektlər
dövlət mülkiyyətində saxlanılır. Bununla
yanaşı aşağıda göstərilən
istiqamətlər üzrə dövlət
müəssisələri yaradıla bilər:
özəlləşdirilməsi
qadağan olunan sahələr, dövlət
təhlükəsizliyinin təmin edilməsi, bu
məqsədlə məhsulların (işlərin,
xidmətlərin) istehsalı;
hərbi, müdafiə sənayesi,
təhlükəsizlik, fövqəladə hallar və bu
qəbildən olan sahələrə xidmət
göstərilməsi;
dövlət təhlükəsizliyi
ilə bağlı olan sahələrdə elmi və
elmi-texniki fəaliyyətin həyata keçirilməsi;
mülki dövriyyəsi qadağan
olunan, mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılan) əşyaların istehsalı;
zəruri hallarda dövlət sirri
haqqında qanunvericilikdən irəli gələn
tədbirlərin həyata keçirilməsi;
sosial əhəmiyyət kəsb
edən, dövlət tərəfindən
tənzimlənən məhsul, iş və xidmətlərin
əhaliyə güzəştli qiymətlərlə
təqdim edilməsi sahəsində fəaliyyət
göstərilməsi;
qanunvericiliklə nəzərdə
tutulduğu hallarda və qaydada ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
dövlət ehtiyatlarının yaradılması;
qanunvericiliklə dövlət
mülkiyyətində saxlanması məqsədəuyğun
sayılan sosial-mədəni və məişət-kommunal
təyinatlı obyektlər;
təbii inhisar sahələrində
fəaliyyət göstərilməsi;
dövlətin sosial-iqtisadi
proqramlarından irəli gələn məsələlərin
həyata keçirilməsi;
qanunvericiliklə nəzərdə
tutulmuş digər hallar.
7.6. Dövlət əmlakının
özəlləşdirilməsinin aparıldığı
sahələrdə fəaliyyət göstərəcək
yeni dövlət müəssisələrinin
yaradılmasına Azərbaycan Respublikasının Prezidenti
və Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən olunan müstəsna
hallar istisna olmaqla, yol verilmir.
7.7. Dövlət
müəssisələrinin və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
yaradılması, yenidən təşkili, təşkilati-hüquqi
formasının və adının dəyişdirilməsi,
nizamnaməsində hər hansı dəyişikliklərin
edilməsi, hüquqi şəxsin nizamnamə kapitalında
dövlətə məxsus payın həcminin
dəyişdirilməsi zamanı, qanunvericiliyin bu barədə
qərar qəbul etməyə imkan verdiyi halda dövlət
qeydiyyatı və digər dövlət qurumlarına
müraciətlər Dövlət Xidməti
tərəfindən həyata keçirilir.
7.8. Öz vəzifə və
funksiyalarına müvafiq olaraq yeni dövlət
müəssisəsi və ya nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxs təsis
edilməsi və ya Dövlət Proqramının 7.7-ci
bəndində göstərilən digər tədbirlərin
həyata keçirilməsi təşəbbüsü ilə
çıxış edən icra hakimiyyəti orqanları bu
barədə əsaslandırılmış təkliflə Dövlət
Xidmətinə müraciət etməlidirlər.
Dövlət
Xidməti bu bənddə
göstərilən təklifi aldıqdan sonra 15 gün
ərzində 7.7-ci bənddə göstərilən
müraciətləri etməli, bu müraciətləri
məqsədəuyğun hesab etmədiyi halda isə bunun
səbəbləri və əsasları
göstərilməklə təşəbbüslə
çıxış etmiş icra hakimiyyəti orqanına
və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat verməlidir. Bu halda Azərbaycan
Respublikasının Nazirlər Kabineti məsələ ilə
bağlı qərar qəbul etməklə aşağı
icra hakimiyyəti orqanlarına icrası məcburi olan
göstərişlər verə bilər.
7.9. Dövlət
müəssisələrinin və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
təsisçisi və iştirakçısı
(payçısı, səhmdarı) kimi Dövlət Xidməti
aşağıdakı məsələləri həll edir:
7.9.1. öz idarəçiliyində olan
dövlət müəssisələri və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslər barədə:
7.9.1.1. dövlət müəssisəsi
olan hüquqi şəxsin səhmdarlarının
(payçılarının) ümumi
yığıncağının səlahiyyətlərinə
aid olan bütün məsələlər üzrə
qərarlar qəbul edir;
7.9.1.2. hüquqi şəxslərin
nizamnamə kapitalında dövlətə məxsus paylar
(səhmlər) üzrə həmin payların (səhmlərin)
imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun
olaraq hüquqi şəxslərin idarə edilməsi
üzrə qərarlar qəbul edir;
7.9.2. digər icra hakimiyyəti
orqanlarının idarəçiliyində olan dövlət
müəssisələri barəsində həmin orqanların
təklifləri əsasında:
7.9.2.1. hüquqi şəxsin
nizamnaməsini, nizamnamə kapitalının həcmini və
onlara edilən dəyişiklikləri təsdiq edir;
7.9.2.2. hüquqi şəxsin filial
və nümayəndəliklərinin açılması,
yenidən təşkili və ləğvi barədə
qərarlar qəbul edir;
7.9.3. digər icra hakimiyyəti orqanlarının
idarəçiliyində olan hüquqi şəxslərin
nizamnamə kapitalında dövlətə məxsus paylar
(səhmlər) üzrə həmin payların
(səhmlərin) imkan verdiyi dərəcədə və
idarəçiliyi həyata keçirən orqanın
təklifləri əsasında Dövlət Proqramının
7.9.2-ci bəndində göstərilən
məsələlər barəsində qanunvericiliyə
uyğun olaraq qərarlar qəbul edir;
7.9.4. Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş hallar
istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı
olan səhmdar cəmiyyətlərinin və birgə
müəssisələrin idarəetmə orqanlarında
dövlətin nümayəndəsini təyin edir.[11]
7.10. Dövlət
müəssisələrinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçiliyini
həyata keçirən icra hakimiyyəti orqanları
aşağıdakı məsələləri həll edir:
7.10.1. Dövlət Proqramının
7.9.2-ci və 7.9.3-cü bəndlərində
nəzərdə tutulmuş məsələlər
üzrə təkliflər verir;
7.10.2. dövlət
müəssisələrinin idarə edilməsi barədə:
7.10.2.1. idarəetmə
orqanlarının üzvlərini vəzifəyə təyin
və vəzifədən azad edir, müvafiq hallarda onlarla
əmək müqavilələri bağlayır, onların
səlahiyyətlərini müəyyən edir;
7.10.2.2. illik hesabatlarını,
mənfəətin (zərərin) bölgüsünü
təsdiq edir;
7.10.2.3. inkişaf istiqamətlərini
və əməkhaqqı sistemini müəyyən edir,
strukturunu təsdiq edir;
7.10.3. hüquqi şəxslərin
nizamnamə kapitalında dövlətə məxsus paylar
(səhmlər) üzrə həmin payların
(səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə
uyğun olaraq Dövlət Proqramının 7.10.2-ci
bəndində göstərilən məsələlər
barəsində qərarlar qəbul edir.
7.11. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi, Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna
olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən qəbul olunan qərar əsasında
həyata keçirilir.
7.12. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi məqsədi
ilə müvafiq dövlət orqanı tərəfindən
məsələnin zəruriliyi və
məqsədəuyğunluğu göstərilməklə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
müraciət edilir. Qanunvericiliklə müəyyən
edilmiş müddətdə müraciətə
baxıldıqdan və Dövlət Xidmətinin
yazılı rəyi alındıqdan sonra Azərbaycan
Respublikasının Nazirlər Kabineti müvafiq qərar
qəbul edir.
7.13. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi, işçilərin
qanunvericiliklə müəyyən edilmiş hüquq və
mənafeləri qorunmaqla, hüquqi şəxslərin
bütün digər hüquq və öhdəlikləri tam həcmdə
saxlanılmaqla həyata keçirilir.
7.14. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi müvafiq qaydada
təhvil-təslim aktlarının tərtib edilməsi, bu
barədə Dövlət Xidmətinə, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinə
məlumat verilməsi və dövlət əmlakının
Registrində müvafiq qeydiyyatın aparılması ilə
başa çatmış hesab olunur.
7.15. Dövlət Xidmətinin
razılığı olmadan dövlət
müəssisəsinin əmlakı (naturada və ya pul
şəklində) üzərində daşınmaz
əmlakın dövlət reyestrində qeydiyyata alına
bilən yüklülüklər müəyyən edilə
bilməz.
7.16. Fəaliyyət
məqsədlərinə nail olmağa təminat verən
dərəcədə istifadəsində olan daşınmaz
və daşınar əmlak üzərində dövlət
müəssisəsinin sərəncam hüququ onun
nizamnaməsində müəyyən edilmiş həddən
artıq olmamalıdır.
7.17. Dövlət mülkiyyətində
olan hüquqi şəxslərin əsas vəsaitlərinin
bir-birinə verilməsi Dövlət Xidmətinin
razılığı alınmaqla, Azərbaycan
Respublikasının mülki qanunvericiliyində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.
Daşınmaz dövlət əmlakının idarə
edilməsinin xüsusiyyətləri
8.1. Daşınmaz dövlət
əmlakı obyektlərinin mülki dövriyyəyə
cəlb edilməsinə və öz təyinatına uyğun
olaraq səmərəli istifadəsinə nail olmaq
məqsədi ilə Dövlət Xidməti:
daşınmaz dövlət
əmlakının müntəzəm
inventarlaşdırılmasını təşkil edir,
qanunvericilikdə müəyyən edilmiş qaydada
dövlət əmlakının Registrini aparır;
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada daşınmaz dövlət əmlakı
obyektlərini fiziki və hüquqi şəxslərin
istifadəsinə və icarəsinə verir;
ölkə iqtisadiyyatına
investisiyaların cəlb edilməsinə yönəldilmiş
kreditlərin təminatı kimi daşınmaz dövlət
əmlakından istifadə olunması məsələlərinə
baxır;
müəyyən edilmiş
normativlər əsasında daşınmaz dövlət
əmlakı obyektlərinin dövlət orqanlarının,
müəssisə və təşkilatlarının
balansına verilməsi, istifadə hüququ ilə təhkim
olunması (icarəyə verilməsi) barədə
təkliflər verir;
dövlət mülkiyyətində olan
hüquqi şəxslərə məxsus əsas
vəsaitlərin dövlət ehtiyacları üçün
verilməsi barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdimat verir;
mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, tabeliyində dövlət
müəssisə və obyektləri olan idarəetmə
orqanlarının, dövlət müəssisələrinin
və təsərrüfat cəmiyyətlərinin
fəaliyyəti üçün lazım olmayan və yararsız
olan əmlakın onların müraciətləri
əsasında sərəncama götürülməsi və
səmərəli istifadə olunması istiqamətində
tədbirlər görür;
daşınmaz dövlət
əmlakının texniki pasportlarını tərtib edir.
9.
Dövlət müəssisələrinin
fəaliyyətinə və dövlət əmlakından səmərəli
istifadə edilməsinə nəzarət
9.1. Dövlət
müəssisələrinin fəaliyyətinə birbaşa
nəzarət onların idarəçiliyini həyata
keçirən dövlət
orqanları (qurumları) tərəfindən həyata keçirilir. [12]
9.2. Dövlət
müəssisələrində dövlət
əmlakının qorunub saxlanılmasına və ondan
təyinatı üzrə səmərəli istifadə
olunmasına, daşınmaz dövlət əmlakının
təyinatının dəyişdirilməsinə nəzarət
Dövlət Xidməti
tərəfindən həyata keçirilir. Nəzarətin
həyata keçirilməsi məqsədi ilə dövlət
orqanları, sahə mənsubiyyətindən və
tabeliyindən asılı olmayaraq, bütün dövlət
müəssisələri təsdiq olunmuş forma üzrə
hər ilin əvvəlinə xüsusi hesabatlarını 1
aprel tarixindən gec olmayaraq, Dövlət
Xidmətinə təqdim etməlidirlər.[13]
Xüsusi hesabatın forması və
orada göstərilməli olan məlumatların
siyahısı Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq olunur.
9.3.
Dövlət əmlakının idarə edilməsinə
və ondan səmərəli istifadə olunmasına
nəzarət etmək məqsədi ilə Dövlət Xidməti, tabeliyindən və
sahə mənsubiyyətindən asılı olmayaraq,
dövlət müəssisələrində, nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslərdə monitorinq və araşdırmalar
aparır, onların nəticəsi barədə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, həmçinin
müvafiq dövlət orqanlarına məlumat verir.[14]
10.
Dövlət müəssisələrinin restrukturizasiyası
və sağlamlaşdırılması, dövlət
əmlakının müqavilə əsasında
idarəetməyə verilməsi və
özəlləşdirməyə hazırlanması
10.1. Dövlət
müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması
10.1.1. Dövlət
müəssisələrinin restrukturizasiyası və
sağlamlaşdırılması onların
fəaliyyətinin bərpası, yenidən qurulması,
özəlləşdirməyə hazırlanması, iş
yerlərinin bərpası və yeni iş yerlərinin
açılması, müasir texnologiyaların və investisiyaların
cəlb edilməsi məqsədi ilə istehsal, texnoloji,
təşkilati, idarəetmə və maliyyə
sahələrində aparılan dəstəklənmə
tədbirlərini nəzərdə tutur.
10.1.2. Dövlət
müəssisələrinin iqtisadiyyatda rolu nəzərə
alınmaqla, onların restrukturizasiyası və sağlamlaşdırılması
barədə qərarlar müvafiq qanunvericiliklə
müəyyən edilmiş qaydada qəbul edilir və
dövlət müəssisələrinin restrukturizasiyası və
sağlamlaşdırılması müəssisə və
təsərrüfat cəmiyyətləri, habelə
idarəetmə orqanları tərəfindən
hazırlanmış planlar əsasında həyata
keçirilir.
10.1.3. Müəssisənin
restrukturizasiyası və sağlamlaşdırılması
planında müəssisənin bazardakı mövcud
vəziyyəti, bazarın təhlili, yerinə yetirilməsi
nəzərdə tutulan tədbirlərin məqsəd və
vəzifələri, iş yerlərinin dinamikası,
dövlətin, müəssisənin və
işçilərin mənafeyi baxımından iqtisadi və
sosial nəticələrin proqnozu, investisiya qoyuluşları,
planın maliyyələşdirilməsi, müddətlər
və digər məsələlər əks etdirilməlidir.
10.1.4. Dövlət
müəssisələrinin və təsərrüfat
cəmiyyətlərinin restrukturizasiyası və
sağlamlaşdırılması ilə bağlı
tədbirlər dövlət əmlakının
özəlləşdirilməsindən daxil olan
vəsaitdən qanunvericiliklə müəyyən edilmiş
ayırmalar, müəssisələrin vəsaiti, beynəlxalq
qurumların və xarici donor təşkilatların qrantı
hesabına həyata keçirilir.
10.2. Dövlət əmlakının
müqavilə əsasında idarəetməyə verilməsi
10.2.1. Dövlət əmlakının
səmərəli istifadəsinin təmin edilməsi,
dövlət büdcəsinin gəlirlərinin
artırılması və ölkə iqtisadiyyatına investisiyaların
cəlb olunması məqsədi ilə dövlət
müəssisələri və dövlət əmlakı
müqavilə əsasında idarəetməyə verilə
bilər.
10.2.2. Dövlət
müəssisələri və dövlət əmlakı,
habelə hüquqi şəxslərin nizamnamə
kapitalında olan dövlətin payı (səhmləri)
müsabiqə yolu ilə idaretməyə verilir.
10.2.3 Dövlət əmlakının
müqavilə əsasında idarəetməyə verilməsi
qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
10.3. Dövlət əmlakının
özəlləşdirməyə hazırlanması
10.3.1. Dövlət
müəssisələrinin və obyektlərinin
özəlləşdirməyə hazırlanması
aşağıdakı qaydada həyata keçirilir:
müəssisələrin ölkə
iqtisadiyyatındakı rolu və əhəmiyyəti
nəzərə alınmaqla
təsnifatlaşdırılır və
özəlləşdirilməsi perspektivləri
araşdırılır;
inventarlaşdırma və monitorinq
aparılması yolu ilə müəssisələrin
aktivləri və öhdəlikləri müəyyən
edilir;
müəssisələrin maliyyə
və təsərrüfat göstəricilərindən
asılı olaraq idarəetmə üsulları seçilir;
dövlətin mənafeləri
üçün əhəmiyyət kəsb etməyən,
ziyanla işləyən və özəlləşdirmə
perspektivləri olmayan müəssisələr zəruri
hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada
ləğv edilir;
zəruri hallarda
özəlləşdirilməsi nəzərdə tutulan
müəssisələrin (Azərbaycan İnvestisiya
Holdinqinin idarəetməsinə verilmiş
dövlət
müəssisələri
istisna olmaqla)
restrukturizasiyası, sağlamlaşdırılması
proqramları hazırlanır və Dövlət Xidməti tərəfindən
təsdiq edilərək həyata keçirilir. [15]
10.3.2. Dövlət müəssisə
və obyektlərinin özəlləşdirilməsinin
üsulları qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti və Dövlət
Xidməti
tərəfindən müəyyən edilir. [16]
11. Dövlət əmlakının
idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Tədbirlər Planı[17]
|
Sıra ¹-si |
Tədbirin adı |
Tədbirin məqsədi |
İcraçılar |
İcra müddəti (illər üzrə) |
|
1 |
2 |
3 |
4 |
5 |
|
1.
NORMATİV HÜQUQİ BAZANIN TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
|
1.1. |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dövlət
müəssisələrinin yaradılması və
fəaliyyətini tənzimləyən müddəalarla
əlaqədar əlavə və dəyişikliklər
edilməsi haqqında qanun layihəsinin hazırlanması |
Dövlət əmlakının səmərəli
idarə edilməsinin və dövlət əmlakı
əsasında yaradılan müəssisələrin
fəaliyyətinin tənzimlənməsi |
Ədliyyə Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Maliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
1.2. |
Dövlət müəssisələrinin
fəaliyyətinin tənzimlənməsi məqsədi
ilə Azərbaycan Respublikası Qanununun layihəsinin
hazırlanması |
Dövlət əmlakının səmərəli
istifadə etmə və sərəncam vermə
mexanizmlərinin formalaşdırılması
üçün hüquqi əsasların yaradılması |
Ədliyyə Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Maliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
1.3. |
Dövlət əmlakının Registrinin
aparılmasına dair mövcud normativ hüquqi aktların
təkmilləşdirilməsi barədə müvafiq
təkliflərin hazırlanması |
Dövlət əmlakı barədə dəqiq
qeydiyyat məlumatlarının əldə edilməsinin
operativliyinin və səmərəliliyinin
artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
1.4. |
Dövlət əmlakının etibarlı
idarəetməyə verilməsini tənzimləyən
normativ hüquqi aktların layihələrinin
hazırlanması |
Dövlət əmlakının idarə
edilməsinin hüquqi formalarının
genişləndirilməsi |
Ədliyyə Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Maliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
1.5. |
Dövlət orqanlarının, dövlət
büdcəsindən maliyyələşən
təşkilatların istifadəsinə verilən
qeyri-yaşayış sahələrinin normativlərinin
müəyyən edilməsi barədə təkliflərin
hazırlanması |
Daşınmaz əmlakdan istifadənin
səmərəliliyinin artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi |
2007 |
|
1.6. |
Dövlət mülkiyyətində olan xüsusi
əhəmiyyətli əsas vəsaitlərin kəmiyyət
və keyfiyyətcə xarakterizə edən meyar
göstəricilərinin müəyyən edilməsi
barədə təkliflərin hazırlanması |
Dövlət əmlakının verilməsi
qaydalarının təkmilləşdirilməsi və
istifadənin səmərəliliyinin artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi |
2007 |
|
2.
DÖVLƏT ƏMLAKININ UÇOTU VƏ QEYDİYYATI
SİSTEMİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
|
2.1. |
Dövlət əmlakının
inventarlaşdırılması və
dəqiqləşdirilmiş məlumatların Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim edilməsi |
Dövlət əmlakının qorunub saxlanması
vəziyyətinin öyrənilməsi və müvafiq
informasiya bazasının formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, müvafiq dövlət orqanları,
müəssisə, idarə və təşkilatlar |
Hər il martın 30-dək |
|
2.2. |
Dövlət müəssisə və
təşkilatları, nizamnamə kapitalında
dövlətin payı və dövlətə məxsus
səhm zərfləri olan təsərrüfat cəmiyyətləri
haqqında sistemləşdirilmiş məlumat
bankının yaradılması |
Dövlət əmlakının
vəziyyətinə nəzarət və onun istifadəsi
üzrə əsaslandırılmış qərarların
qəbuluna şərait yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika
Komitəsi, müvafiq dövlət orqanları |
2007 |
|
2.3. |
Dövlət Əmlakının Registri
məlumatlarının toplanması, işlənməsi
və sistemləşdirilməsi ilə əlaqədar
işlərin sürətləndirilməsi və
səmərəliliyin artırılması |
Dövlət əmlakı qeydiyyatının
əhatəliliyi və sistemliyinin təmin edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, müvafiq dövlət orqanları,
müəssisə, idarə və təşkilatlar |
mütəmadi |
|
2.4. |
Hüquqi şəxslərin nizamnamə
kapitalında dövlət paylarının
inventarlaşdırılması |
Təsərrüfat cəmiyyətlərində
dövlətin payı barədə informasiya bankının
yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, müvafiq dövlət orqanları |
2007 |
|
2.5. |
Dövlət idarə və
təşkilatlarının istifadəsində olan
daşınmaz əmlak obyektlərinin uçotunun və
hesabatının təqdim edilməsi qaydalarının
təkmilləşdirilməsi |
Daşınmaz əmlak obyektləri barədə
informasiya təminatının
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Dövlət Statistika Komitəsi |
2007 |
|
2.6. |
Xarici ölkələrdə Azərbaycan
Respublikasına məxsus daşınmaz əmlakın
tərkibi və vəziyyətinin monitorinqinin həyata
keçirilməsi |
Xaricdə olan dövlət əmlakından
istifadəyə nəzarətin həyata keçirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi |
2007 |
|
2.7. |
Dövlət əmlakının idarə edilməsinin
Milli Avtomatlaşdırılmış Əmlak İnformasiya
Sisteminin təkmilləşdirilməsi |
Dövlət əmlakının idarə
edilməsinin müasir informasiya texnologiyalarından
istifadə etməklə çevik və səmərəli
sisteminin qurulması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007-2008 |
|
2.8. |
Dövlət müəssisə və
təşkilatlarının əmlakının və
istifadəsində olan torpaq sahələrinin texniki
inventarlaşdırılmasının həyata keçirilməsi,
texniki pasport və planlarının tərtib olunması |
Dövlət əmlakının qorunub
saxlanılmasının səmərəliliyinin
artırılması, müvafiq informasiya bazasının
formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi |
2007-2008 |
|
3.
DÖVLƏT MÜƏSSİSƏ VƏ
TƏŞKİLATLARI TƏRƏFİNDƏN DÖVLƏT
ƏMLAKINDAN SƏMƏRƏLİ İSTİFADƏ
EDİLMƏSİNƏ NƏZARƏTİN
GÜCLƏNDİRİLMƏSİ |
||||
|
3.1. |
Dövlət müəssisə və
təşkilatlarında əmlakın mövcud
vəziyyətinin və ondan istifadənin
səmərəliliyinin araşdırılması
məqsədi ilə monitorinqlərin keçirilməsi |
Dövlət əmlakının qorunub
saxlanılması və istifadəsinin vəziyyəti
barədə dolğun informasiya əldə edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007-2010 |
|
3.2. |
Dövlət müəssisə və
təşkilatlarının nizamnamələrinin
(əsasnamələrinin) razılaşdırılması
prosedurlarının təkmilləşdirilməsi |
Dövlət müəssisələrinin
istifadəsində olan əmlakın səmərəli
istifadəsi və qorunub saxlanılması üçün
normativ əsasların formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.3. |
Dövlət Proqramı qüvvəyə
minənədək fəaliyyət göstərən
dövlət müəssisələrinin
təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması
barədə təkliflər hazırlanması |
Dövlət müəssisələrinin idarə
edilməsinin təkmilləşdirilməsi və
fəaliyyətinin qanunvericiliyə
uyğunlaşdırılması |
dövlət müəssisələri və
onların idarəetmə orqanları, Əmlak
Məsələləri Dövlət Komitəsi,
Ədliyyə Nazirliyi |
2007-2008 |
|
3.4. |
Dövlət müəssisələrinin
rəhbərlərinin təyin edilməsi qaydalarının
hazırlanması |
Dövlət əmlakının səmərəli
istifadə edilməsi üçün təminatların
formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.5. |
Dövlət müəssisə və
təşkilatlarının maliyyə hesabatlarının
hazırlanması və təqdim edilməsi
qaydalarının təkmilləşdirilməsi |
Dövlət əmlakının idarə
edilməsinin informasiya bazasının
təkmilləşdirilməsinə və
əmlakının qorunmasına təminat yaradılması |
Maliyyə Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
3.6. |
Dövlət müəssisələri və
dövlət orqanları tərəfindən hesabat ili
üçün Əmlak Məsələləri
Dövlət Komitəsinə təqdim olunan xüsusi
hesabatın formasının və orada göstərilməli
olan məlumatların siyahısının müəyyən
edilməsinə dair təkliflərin hazırlanması |
Dövlət müəssisələrinin
fəaliyyətinə və dövlət əmlakının
qorunub saxlanılmasına və ondan öz təyinatı
üzrə səmərəli istifadə olunmasına
nəzarətin həyata keçirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
3.7. |
Dövlət müəssisə və
təşkilatları tərəfindən daşınar
dövlət əmlakının icarəyə və
istifadəyə verilməsinə dair müraciətlərə
baxılması və razılıq verilməsi qaydalarının
hazırlanması |
Dövlət əmlakından istifadəyə
nəzarətin normativ bazasının
formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.8. |
Daşınar dövlət əmlakının
icarəyə və istifadəyə verilməsi
vəziyyətinin araşdırılması və onun nəticələri
üzrə zəruri tədbirlərin həyata
keçirilməsi |
Dövlət əmlakından istifadəyə
nəzarətin təmin edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007-2010 |
|
3.9. |
Dövlət əmlakının və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslərə məxsus obyektlərin (əsas
vəsaitin) girov (ipoteka) qoyulmasına nəzarətin
həyata keçirilməsi |
Dövlət əmlakının qorunub
saxlanılmasına nəzarətin
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.10. |
Dövlət əmlakının
sığortalanması vəziyyətinin təhlili və
onun təkmilləşdirilməsi barədə
təkliflərin hazırlanması |
Dövlətin əmlak mənafelərinin
qorunmasının yaxşılaşdırılması |
Maliyyə Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007-2008 |
|
3.11. |
Dövlət müəssisə və
təşkilatlarının, nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
balansında olan əmlakın qorunub saxlanılması və
səmərəli istifadə edilməsinə
nəzarətin həyata keçirilməsi
qaydalarının hazırlanması |
Dövlət əmlakının qorunub saxlanılmasına
və istifadə edilməsinə monitorinq sisteminin
yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
4.
DAŞINMAZ DÖVLƏT ƏMLAKININ İCARƏYƏ VƏ
İSTİFADƏYƏ VERİLMƏSİ
MEXANİZMLƏRİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
|
4.1. |
Dövlət müəssisələrinin və özəlləşdirilən
müəssisələrin yerləşdiyi dövlət
torpaq sahələri haqqında məlumat bankının
yaradılması |
Torpaq sahələrinin idarə edilməsinin
informasiya bazasının formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.2. |
Dövlət müəssisələrinin
yerləşdiyi torpaq sahələrinin səmərəli
istifadəsinə nəzarət mexanizmlərinin
yaradılması |
Torpaq sahələrinin idarə edilməsinin
təkmilləşdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.3. |
Daşınmaz dövlət əmlakının
icarəyə verilməsinin monitorinqi, əmlakın
icarəyə verilməsi praktikasının təhlili və
müvafiq təkliflərin hazırlanması |
Daşınmaz dövlət əmlakının
istifadəsinə nəzarətin gücləndirilməsi
və icarəyə verilməsi qaydalarının
təkmilləşdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.4. |
Daşınmaz dövlət əmlakının
obyektlərinin müsabiqə əsasında icarəyə
verilməsi qaydalarının tətbiq edilməsi |
Dövlət əmlakına sərəncam
verilməsində şəffaflığın təmin
edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.5. |
Daşınmaz dövlət əmlakının
istifadə təyinatının dəyişdirilməsinə
dair müraciətlərə baxılması və
razılıq verilməsi qaydalarının
hazırlanması |
Daşınmaz dövlət əmlakından
istifadəyə nəzarətin təmin edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
4.6. |
Başa çatdırılmamış tikinti
obyektlərinin təyinatının saxlanması hallarında
investorlara güzəştli şərtlərin tətbiq
edilməsi qaydalarının hazırlanması |
Özəlləşdirmənin gedişinin
sürətləndirilməsi və istifadəsiz qalan
əmlakın təsərrüfat dövriyyəsinə
cəlb edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
4.7. |
Dövlət müəssisələrinin və
dövlət əmlakının idarə edilməsi
sahəsində idarəetmə kadrlarının,
menecerlərin hazırlanması məqsədi ilə
dövlət orqanlarının, müəssisə və
təşkilatların işçiləri üçün
seminar və treninqlərin təşkili |
Dövlət əmlakının idarə
edilməsinin kadr təminatının
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
5.
TƏSƏRRÜFAT CƏMİYYƏTLƏRİNDƏ
DÖVLƏTƏ MƏXSUS PAYLARIN VƏ SƏHM
ZƏRFLƏRİNİN İDARƏ
EDİLMƏSİNİN
SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI |
||||
|
5.1. |
Dövlətə məxsus səhm zərfi olan
açıq səhmdar cəmiyyətinin idarəetmə
orqanlarında dövlətin nümayəndələrinin
təyin edilməsi və fəaliyyət qaydalarının
təkmilləşdirilməsi |
Dövlətə məxsus səhm zərflərinin
idarə edilməsinin təşkilinin
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
5.2. |
Dövlətə məxsus səhm zərflərinin
müqavilə əsasında idarəetməyə
verilməsi məqsədəuyğun sayılan səhmdar cəmiyyətlərinin
müəyyən edilməsi |
Ayrı-ayrı səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhm zərflərinin idarə edilməsinin
səmərəliliyinin yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
5.3. |
Müəssisələrin yeni
mülkiyyətçilər tərəfindən investisiya qoyuluşlarını
stimullaşdırmaq məqsədi ilə orta və iri
dövlət müəssisələrinin çevrilməsi
əsasında yaradılan səhmdar cəmiyyətlərinin
səhmlərinin özəlləşdirilməsi
üsullarının təkmilləşdirilməsi |
Səhmdar cəmiyyətlərinin
özəlləşdirmədən sonra fəaliyyətinin
canlandırılmasına kömək göstərilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2008 |
|
5.4. |
Dövlətə məxsus səhm
zərflərinə olan potensial tələbi aşkara
çıxarmaq üçün marketinq
tədqiqatlarının həyata keçirilməsi |
Özəlləşdirməyə investorların
cəlb edilməsi imkanlarının müəyyən
edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
5.5. |
Dövlətə məxsus səhmlərə
(paylara) görə dividendlərin hesablanması və
ödənilməsinə nəzarətin
təkmilləşdirilməsi barədə təkliflərin
hazırlanması |
Dövlətə məxsus səhm zərfindən
səmərəli istifadənin
stimullaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi |
2007 |
|
5.6. |
Dövlətə məxsus səhm zərfinin
idarə edilməsi üzrə treninqlərin təşkili |
Dövlət əmlakının idarə
edilməsinin kadr təminatının
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.
DÖVLƏT MÜƏSSİSƏLƏRİNDƏ
İNSTİTUSİONAL
DƏYİŞİKLİKLƏRİN
SÜRƏTLƏNDİRİLMƏSİ |
||||
|
6.1. |
Müəssisələrin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və
restrukturizasiyasına dövlət köməyi mexanizminin
hazırlanması |
Müəssisələrin
özəlləşdirməqabağı
hazırlığına dövlət köməyinin
qanunvericilik bazasının inkişaf etdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
6.2. |
Sağlamlaşdırılma və restrukturizasiya
tədbirlərinin həyata keçirilməsi
üçün müəssisələrin
siyahılarının hazırlanması |
Müəssisələrin
özəlləşdirməqabağı
hazırlığının həyata keçirilməsi
və özəlləşdirmənin səmərəli
gedişinə təminat yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.3. |
Müəssisələrin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
proqramlarının hazırlanması və
razılaşdırılması |
Müəssisələrin
özəlləşdirməqabağı
hazırlığının təşkili |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.4. |
Qaz təchizatı sistemində restrukturizasiyanın
həyata keçirilməsi, qazpaylayıcı
şəbəkələrin idarəetməyə
verilməsi barədə təkliflərin hazırlanması |
Qaz təchizatı sistemində dövlət
əmlakından istifadənin səmərəsinin
yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və
Energetika Nazirliyi, “Azəriqaz” QSC |
2007 — 2008 |
|
6.5. |
Su təchizatı sistemində restrukturizasiyanın
həyata keçirilməsi barədə təkliflərin
hazırlanması |
Su təchizatı sistemində dövlət
əmlakından istifadənin səmərəsinin
yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, “Azərsu” SC |
2007 — 2008 |
|
6.6. |
İstilik təchizatı sisteminin
restrukturizasiyasının həyata keçirilməsi
barədə təkliflərin hazırlanması |
İstilik təchizatı sistemində dövlət
əmlakından istifadənin səmərəsinin
yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, “Azəristiliktəchizat”
SC |
2007 — 2008 |
|
6.7. |
Mənzil-kommunal təsərrüfatı
sistemində restrukturizasiyanın həyata keçirilməsi
barədə təkliflərin hazırlanması |
Mənzil-kommunal təsərrüfatı sektorunda
idarəetmənin səmərəliliyinin
yüksəldilməsi və xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Bakı
Şəhər İcra Hakimiyyəti |
2007 — 2008 |
|
6.8. |
Özəlləşdirmədən sonra
müəssisələrə məsləhət
xidmətlərinin təşkili və kadr
hazırlığı sahəsində kömək
tədbirlərinin həyata keçirilməsi |
Özəlləşdirilmiş
müəssisələrin səmərəli
fəaliyyətinin təmin edilməsinə kömək
göstərilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi |
2007 — 2010 |
|
6.9. |
Dövlət müəssisələrinin
özəlləşdirilməsinə əlavə
investisiyaların cəlb edilməsinə dair təkliflər
zərfinin hazırlanması |
Özəlləşdirməyə cəlb edilən
investisiyaların həcminin artırılması
üçün əlverişli şərait və stimul
yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
6.10. |
Özəlləşdirmə prosesinə
qiymətləndiricilərin, hüquqi və maliyyə
məsləhətçilərinin cəlb edilməsi |
Özəlləşdirmənin səmərəli
həyata keçirilməsinə və
şəffaflığının təmin edilməsinə
şərait yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.11. |
Dövlət əmlakının idarə edilməsi
sahəsində təcrübə və informasiya
mübadiləsi üzrə beynəlxalq
əməkdaşlıq əlaqələrinin qurulması |
İqtisadiyyatın dövlət sektorunda
idarəetmənin və əmlakdan istifadənin
səmərəliliyin artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Xarici İşlər Nazirliyi |
mütəmadi |
|
6.12. |
Dövlət əmlakının
özəlləşdirilməsi haqqında informasiyaların
dolğunluq və etibarlılıq səviyyəsinin
yüksəldilməsi |
Özəlləşdirmədə
şəffaflığın yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
7.
MÜƏSSİSƏLƏRİN
ÖZƏLLƏŞDİRMƏDƏN SONRAKI
İNKİŞAFINA NƏZARƏT MEXANİZMİNİN
FORMALAŞDIRILMASI |
||||
|
7.1. |
Dövlət əmlakının satışı
və uzunmüddətli idarəetməyə verilməsi
üzrə müqavilə şərtlərinin
təkmilləşdirilməsi ilə bağlı
tədbirlərin görülməsi |
Öhdəliklərin yerinə yetirilməsinə
dövlət nəzarəti şərtlərinin
müqavilədə əks etdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
mütəmadi |
|
7.2. |
Dövlət əmlakının özəlləşdirilməsi
və uzunmüddətli idarəetməyə
götürülməsi ilə bağlı qəbul
edilmiş investisiya qoyuluşları və sosial
məsələlər üzrə öhdəliklərə
əməl edilməsi monitorinqinin aparılması |
Müəssisələrin
özəlləşdirmədən sonrakı
inkişafına nəzarətin həyata keçirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
7.3. |
Dövlət əmlakının
özəlləşdirilməsi və uzunmüddətli
idarəetməyə götürülməsi ilə
bağlı qəbul edilmiş investisiya qoyuluşları
və sosial məsələlər üzrə
öhdəliklərə əməl edilməsinə
dövlət nəzarətinin həyata keçirilməsi
ilə bağlı müqavilə əsasında
auditorların və mütəxəssislərin cəlb
edilməsinin təşkili |
Özəlləşdirmədən sonra
müəssisələrin inkişafına nəzarətin
səmərəli təşkili |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Auditorlar Palatası |
2007 — 2010 |
|
7.4. |
Özəlləşdirmədən sonra
müəssisələrin inkişafını və
fəaliyyət istiqamətlərini əks etdirən
kataloqların hazırlanması |
Müəssisələrin
özəlləşdirmədən sonrakı inkişafı
barədə ictimaiyyətə məlumatların
çatdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, özəlləşdirilmiş
müəssisələr |
2007 — 2010 |
12. Yekun müddəa[18]
Azərbaycan
Respublikası Prezidentinin aktları ilə dövlət
əmlakına münasibətdə sərəncam vermək
hüququnun həyata keçirilməsi, o cümlədən
həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə
verilməsi, dövlət müəssisələrinin
iştirak etdiyi birgə layihələrə pay
şəklində qoyulması ilə bağlı digər
hallar nəzərdə tutula bilər.
|
|
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Özəlləşdirilən
və idarəetməyə verilən
müəssisələrdə investisiya qoyuluşları
üzərində nəzarətin həyata keçirilməsi
QAYDALARI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə, Torpaq Məcəlləsinə, “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının
Qanununa, “Azərbaycan Respublikasında dövlət
əmlakının özəlləşdirilməsinin II
Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında
dövlət müəssisələrinin idarə
olunmasının və dövlət əmlakının
özəlləşdirilməsi prosesinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 23 avqust tarixli 453
nömrəli
Fərmanına və digər normativ hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır və
özəlləşdirilən və idarəetməyə
verilən müəssisələrin yeni
mülkiyyətçiləri (idarəetməyə götürən)
tərəfindən bağlanmış
müqavilələrdə nəzərdə tutulmuş
öhdəlik və şərtlərin, o cümlədən
investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin
yerinə yetirilməsi üzərində nəzarət
mexanizmini müəyyən edir.
1.2. Bu Qaydaların 1.1-ci bəndində
göstərilən nəzarəti təmin edən
dövlət orqanının funksiyalarını Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra—dövlət orqanı)
həyata keçirir.[19]
2.
DÖVLƏT ORQANI TƏRƏFİNDƏN HƏYATA
KEÇİRİLƏN NƏZARƏTİN FORMALARI
2.1. Bu Qaydalara uyğun olaraq
dövlət orqanı tərəfindən nəzarət
aşağıdakı formalarda həyata keçirilir:
2.1.1. dövlət
müəssisələrinin özəlləşdirilməsinə
və idarəetməyə verilməsinə dair
müqavilələrdə investisiya qoyuluşu, sosial, iqtisadi
və digər tələblərin müəyyən
edilməsi və onların yerinə yetirilməsinə dair
hesabatların alınması;
2.1.2. dövlət
müəssisələrinin qanunvericiliklə və
müqavilələrlə müəyyən olunmuş qaydada
özəlləşdirmədən sonrakı
fəaliyyətinin monitorinqinin aparılması;
2.1.3. dövlət
müəssisələrinin, habelə
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi dövlət
mülkiyyətində olan torpaq sahələrindən
təyinatı üzrə istifadə olunması vəziyyətinin
monitorinqinin aparılması, torpaq sahələrinin başqa
fiziki və hüquqi şəxslərin icarəsinə və
istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə,
həmin torpaq sahələrində tikinti, yenidənqurma və
quraşdırma işlərinin aparılmasına
razılıq verilməsi;
2.1.4. Dövlət
mülkiyyətində olan torpaqlarda, habelə
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki
və hüquqi şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin əmlakı,
dövlət müəssisələrindən fiziki və
hüquqi şəxslərə verilmiş əmlak,
özəlləşdirmə prosesində yaradılan
səhmdar cəmiyyətlərinin (müəssisələrin)
özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən
əmlak əsasında təsis edilən və sonradan
təşkilati-hüquqi formasını dəyişən
(ləğv edilən) hüquqi şəxslərin əmlakı
üzərində mülkiyyət hüquqlarının
rəsmiləşdirilməsi və dövlət
qeydiyyatına alınması barədə
şəhadətnamələrin verilməsi. [20]
3.
DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRİLMƏSİNƏ VƏ
İDARƏETMƏYƏ VERİLMƏSİNƏ DAİR
MÜQAVİLƏLƏRDƏ İNVESTİSİYA
QOYULUŞU, SOSİAL, İQTİSADI VƏ DİGƏR TƏLƏBLƏRİN
MÜƏYYƏN EDİLMƏSİ VƏ ONLARIN YERİNƏ
YETİRİLMƏSİNƏ DAİR HESABATLARIN TƏLƏB
EDİLMƏSİ
3.1. Dövlət
müəssisələri fərdi layihələr üzrə
və ya müsabiqə vasitəsilə
özəlləşdirildikdə və idarəetməyə
verildikdə, alqı-satqı və idarəetmə
müqaviləsində müəyyən edilmiş qaydada
və müddətdə dövlət orqanı
tərəfindən alıcının (investorun) və
idarəetməyə götürənin hesabatları
tələb edilir.
3.1.1. Hesabat
aşağıdakıları əhatə etməlidir:
investisiya proqramının
mərhələlər üzrə yerinə yetirilməsinin
vəziyyətini;
hesabat dövründə hər bir
texnoloji sahə üzrə həyata keçirilmiş
mənbəyi göstərilməklə, faktiki investisiya
və çəkilən bütün xərclərin təyinatı,
vaxtı və məbləğini;
istehsal olunan məhsulun çeşidi
və müəssisənin iştirakçısı
olduğu bazarlarda struktur dəyişikliklərini;
müəssisənin rəqabət
qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi üzrə tədbirləri;
istehsal prosesində yeni texnologiyalardan
və ixtiralardan istifadəni;
təsdiq edilmiş iqtisadi və
maliyyə göstəricilərinə nail olunmasını;
əməkhaqqı və ona
bərabər tutulan borcların ödənilməsi
vəziyyətini;
müəssisədə iş
yerlərinin açılmasının vəziyyətini;
müəssisənin fəaliyyət
rejimi və maliyyə vəziyyəti üçün
təhlükə yarada bilən halları;
müəssisənin torpaq
sahəsindən təyinatı üzrə istifadənin
vəziyyətini;
ekoloji və sosial tələblərin
yerinə yetirilməsinin vəziyyətini.
3.1.2. Hesabata hər bir istiqamət
üzrə həyata keçirilmiş faktiki investisiya və
çəkilən bütün xərcləri
açıqlayan sənədlərin surəti və müəssisənin
müstəqil auditor tərəfindən təsdiq edilmiş
maliyyə hesabatları əlavə olunmalıdır.
3.1.3. Alqı-satqı və ya
idarəetmə müqaviləsində müəyyən
edilmiş qaydada müəssisənin fəaliyyətinin,
müqavilədən irəli gələn öhdəliklərin
və investisiya proqramının icrası vəziyyətinin
araşdırılması məqsədilə dövlət
orqanı tərəfindən auditor, mütəxəssis
və müvafiq icra hakimiyyəti orqanlarının
nümayəndələri cəlb olunmaqla, monitorinq aparıla
bilər.
3.1.4. Monitorinq zamanı, o
cümlədən müəssisənin balansında olan
daşınmaz əmlakın, torpaq sahələrinin öz
təyinatına uyğun və səmərəli
istifadəsi, əməyin mühafizəsi və ekoloji
normaların tələblərinə riayət edilməsi
araşdırıla bilər.
3.2. Dövlət
müəssisələri digər üsullarla
özəlləşdirilərkən, qanunvericilikdə
nəzərdə tutulmuş hallarda alqı-satqı
müqaviləsində müəssisənin profilinin
müəyyən müddətə saxlanılması,
istifadəsində olan torpaq sahəsinin təyinatının
dəyişdirilməməsi, ödənişlərin mərhələlər
üzrə aparılması və sair bu kimi şərtlər
nəzərdə tutulur.
3.3. Müqavilə
öhdəliklərinə əməl edilməməsi
qanunvericiliklə müəyyən olunmuş qaydada
məsuliyyətin yaranmasına və müqavilənin
ləğvinə səbəb ola bilər.
4.
DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏDƏN SONRAKI
FƏALİYYƏTİNİN MONİTORİNQİNİN
APARILMASI
4.1. Dövlət
müəssisələrinin səhmdar
cəmiyyətlərinə çevrilməsi
nəticəsində yaradılan və səhmləri
özəlləşdirilmiş səhmdar
cəmiyyətlərində aparılan monitorinqin
məqsədi müəssisələrə perspektiv inkişaf
istiqamətlərinin
müəyyənləşdirilməsində və
investisiyaların cəlb edilməsində kömək
göstərmək, müəssisələrin yeni sahibləri
tərəfindən investisiya qoyuluşları
üzərində dövlət nəzarətini təmin
etməkdən, özəlləşdirilən
müəssisə və obyektlərin yenidən
təşkilinin və ləğvinin qanunvericiliyə uyğun
olub-olmamasının təhlilindən ibarətdir.
4.2. Özəlləşdirmə
prosesində yaradılan və səhmləri özəlləşdirilmiş
səhmdar cəmiyyətlərinin fəaliyyət növü
və istehsal etdiyi məhsul, nizamnamə kapitalı,
səhmdarlarının say tərkibi və onların
dislokasiyası üzrə qruplaşdırılaraq,
dövlət orqanı tərəfindən aparılan
müvafiq informasiya sisteminə daxil edilir.
4.3. Ölkə iqtisadiyyatının,
habelə əmtəə bazarlarının ümumi inkişaf
meylləri nəzərə alınmaqla,
müəssisələrin fəaliyyəti təhlil edilir.
4.4. Təhlilin nəticəsindən
asılı olaraq, monitorinqin hansı məsələlər
üzrə keçirilməsi müəyyən edilir.
4.5. Monitorinqin məqsədindən
asılı olmayaraq, aşağıdakı
məsələlərin araşdırılması
məcburidir:
müəssisəyə investisiya
qoyuluşunun perspektivləri;
faktiki qoyulmuş investisiyaların və
çəkilən bütün xərclərin
təyinatı, vaxtı və məbləği;
istehsal olunan məhsulun çeşidi
və müəssisənin iştirakçısı
olduğu bazarlarda struktur dəyişiklikləri;
müəssisənin rəqabət
qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi üzrə tədbirlərin
görülməsi;
istehsal prosesində yeni texnologiyalardan
və ixtiralardan istifadə olunması;
müəssisənin fəaliyyət
rejimi və maliyyə vəziyyəti üçün
təhlükə yarada bilən halların mövcudluğu;
səhmdarların sayı və say
tərkibində olan dəyişikliklər;
icarəsində olan torpaq
sahələrinin təyinatı üzrə istifadəsi və
icarə müqaviləsinin şərtlərinə
əməl olunması.
4.6. Monitorinqin nəticələrinə
görə müəssisənin inkişaf
istiqamətlərinə dair tövsiyələr verilə
bilər, müəssisənin fəaliyyətinin dəstəklənməsi
və yeni investisiyaların cəlb edilməsi ilə
bağlı tədbirlər görülə bilər,
kadrların peşə səviyyəsinin
yüksəldilməsi və yeni kadrların
hazırlanmasında köməklik edilə bilər.
4.7. Monitorinq zamanı qanun pozuntuları
aşkar edildikdə, nəzarət orqanı
tərəfindən aidiyyəti orqanlar qarşısında
məsələlər qaldırılır.
5. TORPAQ
SAHƏLƏRİNDƏN İSTİFADƏNİN
VƏZİYYƏTİ ÜZRƏ MONİTORİNQİN
APARILMASI
5.1. Özəlləşdirilən
müəssisələrin mülkiyyətçiləri
tərəfindən investisiya qoyuluşunun obyekti və ya
investisiyaların cəlb edilməsi üzrə vasitə kimi
dövlət, habelə özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi
dövlətə məxsus torpaq sahələrindən öz
təyinatı üzrə istifadə edilməsinə
dövlət nəzarətinin həyata keçirilməsi
məqsədi ilə dövlət orqanı
tərəfindən həmin torpaq sahələrinin monitorinqi
aparılır.
5.2. Aparılan monitorinqlər
aşağıdakı məsələləri əhatə
etməlidir:
torpaq sahəsindən istifadənin
hüquqi əsaslarının araşdırılması;
istifadədə olan torpaq sahəsinin
hüdudları, təyinatı və dəyəri;
torpaq sahəsi üzərində olan
məhdudiyyətlər və servitutların
araşdırılması;
torpaq sahəsinin üzərində
yerləşən daşınmaz əmlak və infrastruktur
obyektlərinin vəziyyəti;
torpaq sahələrində tikinti,
yenidənqurma və quraşdırma işlərinin
aparılma vəziyyəti;
torpaq sahələrinin başqa hüquqi
və fiziki şəxslərə verilməsi, habelə
əsassız istifadə hallarının
araşdırılması;
torpağa investisiyaların qoyuluşu,
habelə investisiyaların cəlb edilməsi məqsədi
ilə torpağın təminat vasitəsi kimi istifadə
olunması vəziyyətinin araşdırılması;
icarə müqaviləsinin
şərtlərinə riayət edilməsi və icarə
haqlarının (torpaq vergisinin) ödənilməsi
vəziyyətinin araşdırılması.
5.3. Monitorinqin nəticələrinə
görə torpaq sahəsindən səmərəli
istifadə edilməsinə dair göstərişlər
(tövsiyələr) verilə bilər, torpaq sahəsindən
investisiyaların cəlb edilməsi məqsədilə
istifadəsi ilə bağlı layihələrin,
biznes-planların hazırlanmasında və həyata keçirilməsində
köməklik göstərilə bilər, eyni zamanda, qanun
pozuntuları müəyyən edildikdə, onların aradan
qaldırılması tələb olunur, qısa müddət
ərzində qanun pozuntuları aradan qaldırılmazsa,
qanunvericiliklə müəyyən edilmiş tədbirlər
görülür.
5.4. Dövlət
müəssisələrinin, özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi
dövlət mülkiyyətində olan torpaq sahələrinin
başqa fiziki və hüquqi şəxslərin
icarəsinə və istifadəsinə verilməsinə,
təyinatının dəyişdirilməsinə, həmin
torpaq sahələrində tikinti və yenidənqurma
işlərinin aparılmasına razılıq alınması
üçün dövlət orqanına
aşağıdakı sənədlər təqdim
olunmalıdır:
torpaq sahəsindən imtinanın, onun
təyinatının dəyişdirilməsinin, tikinti və
yenidənqurma işlərinin aparılmasının
zəruriliyini əsaslandırmaqla ərizə;
torpaq sahəsinin qanuni istifadədə
olduğunu təsdiq edən sənəd (müvafiq icra
hakimiyyəti orqanının sərəncamı, icarə
müqaviləsi və s.);
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti.
5.4-1. Dövlət
müəssisələrinin, özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi
dövlət mülkiyyətində olan torpaq sahələrinin
başqa fiziki və hüquqi şəxslərin
icarəsinə və istifadəsinə verilməsinə,
təyinatının dəyişdirilməsinə, həmin
torpaq sahələrində tikinti və yenidənqurma
işlərinin aparılmasına razılıq alınması
üçün tələb olunan sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət qurumundan əldə
edilməsi mümkün olduqda, həmin sənədlər
və ya məlumatlar ərizəçidən tələb
edilmir. Belə sənədlərin və ya məlumatların
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
əldə edilməsi mümkün olmadığı hallarda
onların təqdim edilməsi ərizəçinin
razılığı ilə sorğu əsasında
müvafiq dövlət qurumundan tələb olunur və ya
ərizəçi tərəfindən təmin edilir.[21]
5.5. Təqdim olunan
sənədlərə dövlət orqanı
tərəfindən 10 (on) gün müddətində
baxılır, zəruri hallarda yerlərdə
araşdırmalar aparılır, habelə müvafiq icra
hakimiyyəti orqanlarına sorğular verilir.
5.6. Araşdırmaların
nəticələrinə görə
ərizəçilərə razılıq və ya imtina
barədə rəsmi cavab verilir.
6.
MÜLKİYYƏT HÜQUQLARININ
RƏSMİLƏŞDİRİLMƏSİ VƏ
DÖVLƏT QEYDİYYATINA ALINMASI MƏQSƏDİLƏ
DÖVLƏT ORQANI TƏRƏFINDƏN ŞƏHADƏTNAMƏLƏRİN
VERİLMƏSİ
6.1. Mülkiyyət hüququnu təsdiq
edən şəhadətnamə almaq üçün
dövlət orqanına aşağıdakı
sənədlər təqdim edilməlidir:
6.1.1. Dövlət torpaqlarında,
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki
və hüquqi şəxslər tərəfindən inşa
edilmiş (və ya qanuni yolla əldə edilmiş)
müəssisə və obyektlərə dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
torpaq sahəsinin qanuni istifadədə
olduğunu təsdiq edən sənəd (müvafiq icra
hakimiyyəti orqanının sərəncamı, icarə
müqaviləsi və s.);
obyektin inşaat pasportu;
obyektin layihə sənədləri;
obyektin istismara qəbul aktı;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
6.1.2. Dövlət
müəssisələrindən fiziki və hüquqi
şəxslərə verilmiş əmlaka dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
əmlakın dövlət
müəssisəsinin balansında olduğunu təsdiq
edən sənədlər;
əmlakın verilməsini
əsaslandıran sənədlər (müvafiq razılıq,
əmr, alqı-satqı müqaviləsi,
qiymətləndirmə və təhvil-təslim aktları);
verilən əmlakın dəyərinin
ödəniş sənədləri;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
6.1.3. Özəlləşdirmə
prosesində yaradılan səhmdar cəmiyyətlərinin
(müəssisələrin)
özgəninkiləşdirilən əmlakına dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
əmlakın səhmdar cəmiyyətinə
(müəssisəyə) məxsus olduğunu təsdiq
edən sənədlər (emissiya prospektindən və
əsas vəsaitlərin siyahısından
çıxarış, mülkiyyət
şəhadətnaməsi və s.);
əmlakın
özgəninkiləşdirilməsinə icazə
sənədi (ali idarəetmə orqanlarının
qərarları);
səhmlərin və əmlakın
yüklülüyünə dair arayış (reyestrdən
çıxarış);
alqı-satqı müqaviləsi və
ödəniş sənədləri;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
6.1.4. Özəlləşdirilən
əmlak əsasında təsis edilən və sonradan
təşkilati-hüquqi formasını dəyişən
(ləğv edilən) hüquqi şəxslərin
əmlakına dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
ləğvetmə sənədləri
(ləğvetmə qərarı, əmlakın
təsisçilər (iştirakçılar) arasında
bölüşdürülməsinə dair sənədlər,
hüquqi şəxsin dövlət qeydiyyatının
ləğv edilməsini təsdiq edən sənəd).
6.2. Təqdim olunan sənədlər
nəzarət orqanı tərəfindən
araşdırılaraq, 10 gün müddətində
ərizəçilərə mülkiyyət hüququnu
təsdiq edən şəhadətnamə verilir və ya
rəsmi cavabla şəhadətnamənin verilməsindən
imtina edilir.
6.3. Dövlət orqanı
tərəfindən verilən şəhadətnamələr
qanunvericilikdə müəyyən olunmuş qaydada
daşınmaz əmlakın dövlət reyestrində
hüquqi və fiziki şəxslərin mülkiyyət
hüquqlarının rəsmiləşdirilməsi və
dövlət qeydiyyatına alınması üçün
əsasdır. [22]
|
|
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
QAYDALARI[23]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında”
Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan
Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət Proqramı”na,
“Azərbaycan Respublikasında dövlət
müəssisələrinin idarə olunmasının və
dövlət əmlakının
özəlləşdirilməsi prosesinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 23 avqust tarixli 453
nömrəli Fərmanına
və qüvvədə olan digər normativ hüquqi aktlara
uyğun olaraq hazırlanmışdır və dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsini, bu
barədə təkliflərin hazırlanması və
qəbul edilmiş qərarların icrası qaydalarını
tənzimləyir.
1.2. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası—müəssisələrin
fəaliyyətinin tam və ya qismən bərpası,
yenidən qurulması, özəlləşdirməyə
hazırlanması, iş yerlərinin açılması, müasir
texnologiyaların və investisiyaların cəlb edilməsi,
maliyyə vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə
əsaslı şəkildə dəyişdirilməni və
təkmilləşdirilməni əhatə edən
təşkilati idarəetmə, istehsal, texnoloji, struktur,
hüquqi və maliyyə tədbirləri kompleksidir.
2. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏQABAĞI
SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURIZASIYASI
TƏDBİRLƏRİNİN TƏTBİQİNİN MƏQSƏDLƏRİ
VƏ ONLARIN TƏTBİQ EDİLMƏSİ ÜÇÜN
ƏSAS MEYARLAR
2.1. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsinin məqsədləri
aşağıdakılardır:
dövlət
müəssisələrinin
özəlləşdirilməyə hazırlanması və
özəlləşdirmənin sürətləndirilməsi;
özəlləşdirməyə
açılmış müəssisələrin investorlar
üçün cəlbediciliyinin artırılması;
özəlləşdirməyə
açılmış müəssisələrin
dəyərinin yüksəldilməsi;
istehsal olunan məhsulların
rəqabət qabiliyyətinin artırılması;
müəssisələrə müasir
texnologiyaların tətbiqinin genişləndirilməsi;
sağlamlaşdırma tədbirləri
nəticəsində dövlət əmlakının idarə
olunmasından büdcəyə daxilolmaların həcminin
artırılması;
müəssisələrin
fəaliyyətinin dirçəldilməsi
nəticəsində iş yerlərinin açılması
və əhalinin məşğulluq səviyyəsinin
artırılması.
2.2. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirləri aşağıdakı formalarda həyata
keçirilə bilər:
müəssisənin əmlak kompleksinin
strukturunun dəyişdirilməsi, o cümlədən
strukturların bölünməsi, birləşdirilməsi
və digər səmərəli formada yenidən
təşkili;
əsaslandırılmış
layihələr əsasında müəssisədə hər
hansı məhsulun (işin və xidmətin)
istehsalının maliyyə cəhətdən dəstəklənməsi
və ya müəssisəyə digər məqsədli
maliyyə yardımlarının göstərilməsi;
müəssisənin texnoloji
cəhətdən yenidən qurulması və
avadanlıqların modernləşdirilməsi;
müəssisənin fəaliyyət
profilinin dəyişdirilməsi və ya
genişləndirilməsi;
müəssisənin borclarının
restrukturizasiyası və silinməsinə (və ya
dondurulmasına) dair təkliflərin verilməsi;
müəssisənin idarəetmə
strukturunun yeniləşdirilməsi və ya
idarəetməyə kənar idarəçinin cəlb
olunması.
2.3. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin tətbiq edilməsi üçün
müəssisələrin müəyyən edilməsi
zamanı aşağıdakı meyarlar nəzərə
alınır:
ölkə iqtisadiyyatında
mühüm əhəmiyyət kəsb etməsi;
regional inkişaf üçün
əhəmiyyətli rol oynaması və əlverişli
mövqe tutması;
istehsal edilən məhsulun ixracyönümlü
olması;
yerli xammalın emalının həyata
keçirilməsi;
yerli xammaldan istifadə edilməsi
əsasında idxalı əvəz edən məhsulların
istehsalı;
sağlamlaşdırma
tədbirlərinin həyata keçirilməsi
nəticəsində yeni iş yerlərinin
açılması;
layihə üzrə tələb olunan
investisiya qoyuluşu həcminin nisbətən az,
səmərəlilik səviyyəsinin isə yüksək
olması;
həyata keçirilən
tədbirlərin ekoloji problemlərin və
sosialyönümlü məsələlərin həllinə
əhəmiyyətli təsir edə bilməsi;
özəlləşdirmə perspektivi
az olan müəssisələrin özəlləşdirmə
prosesinə cəlb olunması.
2.4. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin maliyyələşdirilməsi aşağıdakı
mənbələr hesabına həyata keçirilir:
dövlət əmlakının
özəlləşdirilməsindən dövlət
büdcəsinə daxil olan vəsaitlərdən
qanunvericiliklə müəyyən edilmiş ayırmalar;
müəssisələrin xüsusi
vəsaitləri;
beynəlxalq qurumların və xarici
donor təşkilatların qrantları;
digər qanuni mənbələr.
3. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏQABAĞI SAĞLAMLAŞDIRILMASI
VƏ RESTRUKTURIZASIYASI TƏDBİRLƏRİNİN HƏYATA
KEÇİRİLMƏSİ BARƏDƏ
TƏKLİFLƏRİN HAZIRLANMASI VƏ QƏRARLARIN
QƏBULU
3.1. Azərbaycan İnvestisiya
Holdinqinin idarəetməsinə verilmiş
dövlət
müəssisələri
istisna olmaqla, dövlət müəssisələrinin özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsi barədə
təkliflər və təkliflərin həyata
keçirilməsi barədə proqramlar (layihələr)
müəssisələr tərəfindən hazırlanaraq
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidmətinə (bundan sonra –
Dövlət
Xidməti) təqdim edilir. İdarəetməsinə
verilmiş
dövlət
müəssisələrinə
münasibətdə
Dövlət
Xidmətinin bu Qaydalarla müəyyən
edilən səlahiyyətlərini Azərbaycan İnvestisiya
Holdinqi həyata keçirir. [24]
3.2. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin tətbiqinin məqsədəuyğun
olduğu müəssisələr üzrə həmin
tədbirlərin daha əlverişli formasını
müəyyən etmək məqsədilə Dövlət Xidməti tərəfindən 1 (bir) ay
müddətində müəssisələrin təqdim
etdikləri layihələrinin, müəssisələrin
iqtisadi göstəricilərinin və maliyyə-təsərrüfat
fəaliyyətinin təhlili aparılır. Bu
məqsədlə maliyyə məsləhətçiləri,
auditor, ekspertlər və digər mütəxəssislər
cəlb oluna bilər. [25]
3.3. Dövlət
Xidməti:
a) özəlləşdirməyə
açılmış müəssisənin əmlak
kompleksinin strukturunun dəyişdirilməsi nəzərdə
tutulduğu halda, həmin müəssisənin restrukturizasiya
planını;
b) müəssisələrin texnoloji
cəhətdən yenidən qurulması nəzərdə tutulduğu
halda, bu tədbirlərin həyata keçirilməsi
üzrə biznes-planı;
c) müəssisənin borclarının
restrukturizasiyası nəzərdə tutulduğu halda,
müvafiq restrukturizasiya sxemini;
d) müəssisəyə maliyyə
yardımının göstərilməsi nəzərdə
tutulduğu halda, müvafiq biznes-plana uyğun olaraq həmin
yardımın həcminin və istiqamətlərinin
əsaslandırılmasını özündə əks
etdirən proqramları təsdiq edir.
3.4. Bu Əsasnamə ilə
müəyyən edilmiş meyarlar əsasında Dövlət Xidməti tərəfindən
müəssisədə restrukturizasiya və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi barədə qərar qəbul edilir.
Mövcud qanunvericiliyə əsasən
restrukturizasiya və sağlamlaşdırma tədbiri
barədə qərar qəbul etmək Dövlət
Xidmətinin
səlahiyyətlərinə aid olmadıqda və bu
barədə təkliflər daxil olduqda, Dövlət
Xidməti müvafiq
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edir.
3.5. Müəssisənin
sağlamlaşdırılması və restrukturizasiyası
üzrə təsdiq olunmuş proqramlarda
(layihələrdə) nəzərdə tutulmuş tədbirlərin
maliyyələşdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş bölgü
əsasında Dövlət
Xidməti
tərəfindən zəruri sənədlər əlavə
edilməklə, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə müraciət edilir.
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi təqdim olunmuş sənədlər
əsasında restrukturizasiya və sağlamlaşdırma
tədbirlərinin maliyyələşdirilməsi üçün
dövlət əmlakının
özəlləşdirilməsindən dövlət
büdcəsinə daxil olan vəsaitdən qanunvericiliyə
uyğun olaraq maliyyə ayrılmasını təmin edir.
3.6. Dövlət
Xidməti ayrılmış
maliyyə vəsaitinin müəssisənin bu məqsəd
üçün açılmış xüsusi bank
hesabına köçürülməsini təmin edir.
3.7. Dövlət
müəssisələrinin təklifləri əsasında Dövlət Xidməti tərəfindən həyata
keçirilməsi barədə qərar qəbul olunmuş
restrukturizasiya və sağlamlaşdırma tədbirləri
başqa mənbələr hesabına maliyyələşdirildikdə,
vəsait müəssisənin bu məqsəd
üçün açılmış xüsusi bank
hesabına köçürülür.
3.8. Təsdiq olunmuş
sağlamlaşdırma və restrukturizasiya proqramında
(layihədə) nəzərdə tutulmuş tədbirlərin
vaxtında və nəzərdə tutulmuş
ardıcıllıqla icrasını təmin etmək
məqsədilə Dövlət
Xidməti ayrılmış
maliyyə vəsaitinin müəssisələrin hesabına
hissə-hissə köçürülməsini,
səmərəli istifadə olunmadıqda, onun
dayandırılmasını həyata keçirə bilər.
3.9. Müəssisə
tərəfindən təqdim edilmiş restrukturizasiya və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi məqsədilə edilən
təkliflər məqsədəuyğun hesab
edilmədikdə, bu barədə 1 (bir) ay müddətində
müəssisəyə əsaslandırılmış
məlumat verilir.
4.
DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏQABAĞI
SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURİZASİYASI
BARƏDƏ TƏDBİRLƏRIN İCRASİ
4.1. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
barədə tədbirlər qanunvericiliyə uyğun olaraq
müvafiq proqramlar və ya biznes-planlar əsasında
həyata keçirilir.
4.2. Sağlamlaşdırma və
restrukturizasiya tədbirlərinin həyata
keçirilməsinə, bu məqsədlə
ayrılmış vəsaitin xərclənməsinə,
sifarişlərin formalaşdırılmasına və
yerləşdirilməsinə, icraçılarla
müqavilələrin bağlanılmasına, yerinə
yetirilən işlərin qəbuluna qanunvericilikdə
nəzərdə tutulan qaydada nəzarət Dövlət Xidməti tərəfindən həyata
keçirilir.
4.3. Vəsait ayrılan
müəssisələr Dövlət
Xidməti tərəfindən
müəyyən edilmiş formalarda və
müddətlərdə hesabat təqdim etməlidirlər.
4.4. Dövlət
müəssisələrində
özəlləşdirməqabağı restrukturizasiya və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi ilə bağlı hesabatlar müvafiq
qanunvericiliyə uyğun qaydada hazırlanır və Dövlət Xidmətinə təqdim edilir.
4.5. Dövlət
Xidməti
tərəfindən özəlləşdirməqabağı
sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin
həyata keçirilməsi vəziyyətinin
araşdırılması ilə bağlı dövlət
müəssisələrində araşdırmalar və
monitorinqlər həyata keçirilə bilər.
4.6. Dövlət
Xidməti dövlət
müəssisələrində
özəlləşdirməqabağı
sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin
həyata keçirilməsi barədə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim
edir.
4.7. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsi məqsədilə
dövlət büdcəsindən ayrılmış
vəsaitin təyinatı üzrə xərclənməsi
təmin edildikdə, həmin vəsait məqsədli
maliyyə yardımı hesab edilir və onların geri
qaytarılması tələb olunmur. Lakin bu Qaydaların 2.1-ci
bəndində nəzərdə tutulan
məqsədlərə nail olunmadığı
təqdirdə, büdcədən ayrılmış
vəsaitin geri qaytarılması üçün müvafiq
tədbirlər görülür. Digər
mənbələrdən maliyyələşdirmə
hallarında vəsaitlərin
qaytarılıb-qaytarılmaması qarşılıqlı
razılaşma əsasında həll olunur.
4.8. Ayrılmış vəsaitin
təyinatı üzrə xərclənməməsinə,
hesabatların təqdim edilməməsinə və vəsait
ayrılarkən bu Qaydaların 2.1-ci bəndində
nəzərdə tutulan məqsədlərə nail olunmamasına
görə müəssisələr və onların
rəhbərliyi məsuliyyət daşıyırlar.[26]
|
|
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin idarəetməyə
verilməsi
QAYDALARI[27]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan
Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət Proqramı”na,
“Azərbaycan Respublikasında dövlət
müəssisələrinin idarə olunmasının və
dövlət əmlakının
özəlləşdirilməsi prosesinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 23 avqust tarixli 453 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara
uyğun olaraq hazırlanmışdır və səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin müqavilə əsasında
idarəetməyə verilməsi qaydalarını müəyyən
edir.
1.2. Bu Qaydalara uyğun olaraq idarəetmə—səhmdar
cəmiyyətlərinin dövlət mülkiyyətində
olan səhmlərinin daha səmərəli idarə olunması,
müəssisənin investorlar üçün
cəlbediciliyinin artırılması, səhmlər
üzrə dövlət büdcəsinə daha çox
dividendlərin daxil olması və müasir korporativ
idarəetmə üsullarının tətbiqi
məqsədilə səhmlərin müəyyən
müddətə dövlətin iqtisadi maraqlarına müvafiq
şəkildə müsabiqə əsasında
seçilmiş hüquqi və fiziki şəxslər
tərəfindən idarə edilməsi üzrə
fəaliyyətdir.
1.3. Səhmdar cəmiyyətlərinin ilkin
dövrdə dövlətin mülkiyyətində
saxlanılan səhmlərinin 100 faizi, səhmlərin
nəzarət zərfi (51 faiz) və ya məhdudlaşdırıcı
hissəsi (25,5 faiz), habelə özəlləşdirilməsi
tam başa çatmamış səhmdar
cəmiyyətlərin satılmayan səhmləri bu Qaydalara
müvafiq olaraq idarəetməyə verilə bilər.
1.4. Səhmdar cəmiyyətlərinin
dövlətə məxsus səhmlərinin
idarəetməyə verilməsi, Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. [28]
1.5. Səhmləri idarəedən qismində
Azərbaycan Respublikasının qanunvericiliyinə və bu
Qaydalara uyğun olaraq səhmləri müqavilə
əsasında idarəetməyə götürmək
niyyətində olan və idarəetməyə verənin
irəli sürdüyü şərtlərə uyğun
olaraq fəaliyyət proqramı (biznes-plan) təqdim edən
hüquqi və fiziki şəxslər çıxış
edə bilər.
1.6. Səhmdar cəmiyyətlərinin
dövlətə məxsus səhmləri
bütövlükdə və ya onların bir hissəsi
idarəetməyə verilə bilər. Bir səhmdar cəmiyyətinin
ayrı-ayrı səhm zərfləri (hissələri) bir
neçə şəxsə idarəetməyə verilə
bilər.
1.7. İdarəetməyə verən səhmlərin
idarəetməyə verilməsi ilə əlaqədar
maliyyə məsləhətçilərini cəlb edə
bilər.
1.8. Bu Qaydalar Azərbaycan İnvestisiya Holdinqinin
idarəetməsinə verilmiş dövlət müəssisələrinə şamil edilmir.[29]
2.
SƏHMLƏRİN İDARƏETMƏYƏ VERİLMƏSİ
HAQQINDA QƏRAR QƏBUL EDİLMƏSİ
2.1. “Azərbaycan Respublikasında dövlət
əmlakının özəlləşdirilməsinin II
Dövlət Proqramı”“nın 2.2-ci və 2.3-cü
bəndlərində göstərilən
müəssisələrin çevrilməsi
nəticəsində yaradılmış səhmdar
cəmiyyətlərinin, o cümlədən ilkin
dövrdə səhmlərinin 100 faizi, səhmlərin
nəzarət zərfi (51 faiz) və ya
məhdudlaşdırıcı hissəsi (25,5 faiz)
dövlətin mülkiyyətində saxlanılan səhmdar
cəmiyyətlərinin səhmlərinin idarəetməyə
verilməsi barədə qərarlar müvafiq olaraq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı
əsasında Azərbaycan Respublikasının Prezidenti
tərəfindən və Dövlət Xidməti
tərəfindən qəbul edilir. [30]
2.2. Dövlət müəssisələrinin
çevrilməsi nəticəsində yaradılmış
səhmdar cəmiyyətlərinin
özəlləşdirmə planında (emissiya
prospektində) satışı nəzərdə tutulmuş,
lakin özəlləşdirilməyə
çıxarıldıqdan sonra azı 1(bir) il
müddətində satılmamış səhmlərin
idarəetməyə verilməsi barədə qərarlar,
iqtisadi cəhətdən məqsədəuyğunluğu
nəzərə alınmaqla, Dövlət Xidməti
tərəfindən qəbul edilir.
2.3. Səhmdar cəmiyyətlərində
səhmlər üzrə dövlət büdcəsinə
daxil olan dividendlərin həcminin az olması, səhmlərin
özəlləşdirməyə çıxarıldıqdan
sonra azı 1 (bir) il müddətində satılmaması,
səhmdar cəmiyyətinin maliyyə vəziyyətinin
pisləşməsi, istehsal (xidmət) prosesində
kəmiyyət və keyfiyyət göstəricilərinin
aşağı düşməsi, korporativ idarəetmənin
təşkili və həyata keçirilməsində problemlərin
mövcudluğu, sahibkarların təşəbbüsü
və qanunvericiliklə nəzərdə tutulmuş digər
hallar səhmlərin idarəetməyə verilməsi
haqqında qərarların qəbulu üçün əsas
ola bilər.
3.
SƏHMLƏRİN İDARƏETMƏYƏ
VERİLMƏSİNİN MƏQSƏD VƏ
ŞƏRTLƏRİ
3.1. Səhmlərin idarəetməyə verilməsi
aşağıdakı məqsədlərlə həyata
keçirilə bilər:
səhmdar cəmiyyətinin fəaliyyətinin
sağlamlaşdırılması;
səhmdar cəmiyyətinin
özəlləşdirməyə hazırlanması;
səhmdar cəmiyyətinin menecmentinin
yüksəldilməsi;
istehsal olunan məhsulların (göstərilən
xidmətlərin) çeşidinin və rəqabət
qabiliyyətinin artırılması;
səhmdar cəmiyyətinə investisiyaların
cəlb edilməsi;
səhmdar cəmiyyətinin borclarının
azaldılması;
ödəmə qabiliyyəti aşağı olan
səhmdar cəmiyyətlərinin
müflisləşməsinin qarşısının
alınması;
dividendlər hesabına dövlət
büdcəsinə gəlirlərin artırılması;
iş yerlərinin bərpası və yeni iş
yerlərinin açılması;
əmək kollektivi üzvlərinin sosial-iqtisadi
durumunun yaxşılaşdırılması;
ekoloji problemlərin həlli.
3.2. Səhmlərin idarəetməyə verilməsi
aşağıdakı tələblərə riayət
edilməklə həyata keçirilir:
idarəetməyə verilən səhmlər
üzrə mülkiyyət hüququnun keçməməsi;
səhmlərin idarəedənə girov və
digər yüklülüklərdən azad şəkildə
verilməsi;
müqavilənin qüvvədə olduğu
müddət ərzində idarəetməyə verən
tərəfindən səhmlərin digər hüquqi
şəxslərin nizamnamə kapitalına qoyulmasına
və ya hər hansı şəkildə
yüklülüyünə gətirib çıxaran
əqdlərin bağlanmasına yol verilməməsi;
müqavilənin qüvvədə olduğu
müddətdə idarəedən tərəfindən
bütün hüquq və vəzifələrin öz
adından yerinə yetirildiyinə, lakin bunu idarəedən
qismində çıxış edərək həyata
keçirdiyinə istinad etməsi;
fəaliyyət proqramının (biznes-planın)
gerçəkləşdirilməsi məqsədilə
idarəetməyə verənin qanunvericiliklə
müəyyən edilmiş qaydada sağlamlaşdırma
üçün nəzərdə tutulmuş vəsait və
dividendlərdən, eləcə də digər qanuni
mənbələr hesabına (kredit və qrantlar,
məqsədli maliyyə yardımları, bank kreditləri
və s.) maliyyə dəstəyi göstərmək
hüququnun olması.
3.3. Səhmlər idarəetməyə verildiyi
müddətdə səhmdar cəmiyyətinin ümumi
yığıncaqlarında və digər idarəetmə
orqanlarında aşağıdakı məsələlər
üzrə yalnız idarəetməyə verənin
yazılı rəyi əsasında idarəedən öz
münasibətini bildirməlidir:
səhmdar cəmiyyətinin ləğvi və
yenidən təşkili;
səhmdar cəmiyyətinin nizamnaməsinin və
nizamnamə kapitalının dəyişdirilməsi;
törəmə təsərrüfat
cəmiyyətlərinin yaradılması və səhmdar
cəmiyyətinin digər hüquqi şəxslərin
nizamnamə kapitalında iştirakı;
səhmlərin əlavə emissiyası və ya
yerləşdirilmiş səhmlərin geri alınması;
qanunvericiliklə müəyyən olunan və
müqavilə ilə nəzərdə tutulmuş digər
məsələlər.
3.4. Digər məsələlərin müzakirəsi
zamanı idarəedən iclaslarda rəy bildirilməkdə
və səsvermədə sərbəstdir.
3.5. Müddətinə görə səhmlərin
idarəetməyə verilməsi aşağıdakı
üç formada həyata keçirilə bilər:
qısamüddətli—5 ilədək;
ortamüddətli—5 ildən 10 ilədək
uzunmüddətli—10 ildən çox.
Hər konkret hal üçün idarəetmənin
hansı formasının tətbiq olunması səhmdar
cəmiyyətinin mövcud durumu, idarəetməyə
verilən səhmlərin nominal dəyəri,
səhmlərə görə ödənilən
dividendlərin məbləği, ehtimal olunan investisiyaların
həcmi, investisiyaların özünüödəmə
müddəti və digər amillər nəzərə
alınmaqla, müsabiqə komissiyası tərəfindən
müəyyən edilir. İdarəetmənin konkret
müddəti isə potensial iddiaçıların
təkliflərinə əsasən qarşılıqlı
razılaşma yolu ilə idarəetməyə verənlə
idarəedən arasında imzalanan müqavilədə öz
əksini tapır.
3.6. Səhmlərin idarəetməyə verilməsi
zamanı digər məqsədlərlə yanaşı,
prioritet məqsəd kimi menecmentin
yaxşılaşdırılması qarşıya qoyulduqda,
səhmlər qısamüddətli idarəetməyə,
səhmdar cəmiyyətinə investisiyaların cəlb
edilməsi qarşıya qoyulduqda isə, səhmlər orta
və uzunmüddətli idarəetməyə verilir.
3.7. Müqavilədə digər hal nəzərdə
tutulmadıqda, idarəetməyə verilmiş
səhmlərə görə əldə edilmiş
mənfəət (idarəedənin mükafatı
çıxılmaqla) dövlət büdcəsinə
köçürülür.
3.8. İdarəetmə ilə əlaqədar
idarəedənin Dövlət Xidmətinə
təqdim etməli olduğu hesabatlara dair tələblər
müqavilə ilə müəyyən edilir.
3.9. İdarəedənin mükafatının
məbləği və ödənilməsi qaydası
müqavilədə öz əksini tapır. Müqavilənin
şərtlərindən asılı olaraq, idarəedənin
mükafatı dövlət əmlakının
özəlləşdirilməsindən dövlət
büdcəsinə daxil olan vəsaitlərdən
qanunvericiliklə müəyyən edilmiş ayırmaların
sağlamlaşdırma tədbirləri üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada nəzərdə
tutulan hissəsi hesabına və ya dövlətə
çatan dividendlərin müqavilə ilə
müəyyən olunan (50 faizdən çox olmayan)
hissəsinin idarəetməyə verənin
sərəncamında qalması yolu ilə ödənilir.
3.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və müqavilədə nəzərdə
tutulmuş qaydada idarəetməyə verənin və ya
idarəedənin təşəbbüsü ilə
idarəetmə müqaviləsinə vaxtından əvvəl
xitam verilə bilər. Bu zaman yarana biləcək
mübahisələr Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həll
edilir.
4.
SƏHMLƏRİN İDARƏETMƏYƏ
VERİLMƏSİ İLƏ BAĞLI
MÜSABİQƏNİN TƏŞKİLİ
4.1. Səhmlərin idarəetməyə verilməsi
idarəetməyə verən tərəfindən
açıq müsabiqə əsasında həyata
keçirilir.
4.2. Müsabiqənin keçirilməsi
məqsədilə idarəetməyə verən
tərəfindən üzvlərinin sayı 7 (yeddi)
nəfərdən ibarət müsabiqə komissiyası (bundan
sonra - komissiya) yaradılır. Komissiyanın tərkibinə
hər birindən 1 (bir) nəfər olmaqla, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti
yanında Mərkəzi
Bankının və aidiyyəti icra hakimiyyəti
orqanının nümayəndələri daxil edilir. Qalan
üzvlər idarəetməyə verən
tərəfindən müəyyən edilir və komissiyanın
sədri idarəetməyə verən tərəfindən, onu
komissiyada təmsil edən üzvlərdən təyin olunur.[31]
Göstərilən orqanlar Dövlət Xidmətinin
müraciəti əsasında öz
nümayəndələrini müsabiqə komissiyasının
tərkibinə daxil etmək üçün təqdim
edirlər.
4.3. Müsabiqənin keçirilməsi ilə
əlaqədar idarəetməyə verən:
iddiaçılardan müsabiqədə iştirak
etmək üçün ərizə və bu Qaydalarda
göstərilən sənədləri qəbul edir, hər
bir ərizəyə nömrə, verilmə tarixi və
vaxtını qoymaqla (gün, ay, il, saat), müvafiq kitabda
onların qeydiyyatını aparır;
iddiaçılardan daxil olmuş ərizələri
və onlara əlavə edilmiş sənədləri
ərizələrin qəbulu müddəti başa
çatdıqdan sonra komissiyaya təqdim edir;
müsabiqənin nəticələri haqqında
komissiyanın protokolunu təsdiq edir;
müsabiqənin nəticələri haqqında
məlumatı mediada dərc etdirir; [32]
müsabiqənin qalibi ilə idarəetməyə dair
müqavilə bağlayır;
müsabiqənin qalibi tərəfindən
idarəetmə müqaviləsinin şərtlərinə
riayət edilməsinə nəzarəti həyata keçirir.
4.4. Müsabiqənin keçirilməsinə dair
məlumat müsabiqənin keçirilməsi
günündən azı 30 (otuz) gün əvvəl mediada
dərc edilir.
4.5. Məlumat aşağıdakıları
əhatə etməlidir:
səhmləri idarəetməyə verilən
səhmdar cəmiyyətinin adı, hüquqi ünvanı
və ya yerləşdiyi ünvan;
müsabiqənin vaxtı, yeri və forması, predmeti
və keçirilmə qaydası;
səhmlərin növü, nominalı, ümumi
dəyər;
müsabiqə iştirakçıları
qarşısında irəli sürülən
şərtlər;
iddiaçılardan ərizə və
sifarişlərin qəbulunun başlanması və
qurtarması müddəti (gün və saat), qəbul yerinin
ünvanı;
iddiaçılar tərəfindən
müsabiqədə iştirak üçün tələb
olunan sənədlərin siyahısı və onların
tərtibatı üçün müəyyən edilmiş
tələblər;
komissiya tərəfindən müsabiqə qalibinin
müəyyən edilməsi tarixi, vaxtı, ünvanı;
müsabiqənin qalibi ilə müqavilənin
bağlanılması müddəti.
4.6. Komissiya aşağıdakı tədbirləri
həyata keçirir:
idarəetmə barədə qəbul edilmiş
qərara uyğun olaraq müsabiqənin şərtlər
toplusunu hazırlayıb təsdiq edir;
iddiaçılardan qəbul edilmiş
ərizələri və onlara əlavə olunmuş
sənədləri araşdırır və onların
qanunvericiliyə uyğun olmasını müəyyən edir;
iddiaçıların müsabiqədə iştirak
etməsi və ya müsabiqəyə buraxılmaması
barədə qərar qəbul edir və bu barədə
iddiaçılara bildiriş göndərir;
müsabiqə iştirakçılarının
təkliflərini təhlil edir və müsabiqənin qalibini
müəyyən edir;
zəruri hallarda ekspertlər cəlb edir.
4.7. Komissiyanın iclasında üzvlərinin azı
2/3 hissəsi iştirak etdikdə, komissiya səlahiyyətli
hesab olunur.
4.8. Komissiyanın qərarları iclasda iştirak
edən üzvlərinin adi səs çoxluğu ilə
qəbul edilir. Komissiyanın hər bir üzvü bir
səsə malikdir. Səslər bərabər olduqda, komissiya
sədrinin səsi həlledici hesab olunur.
4.9. Müsabiqə qalibini müəyyən etmək
üçün komissiya tərəfindən
qiymətləndirmə meyarları və müvafiq bal sistemi
hazırlanır.
4.10. İdarəetməyə verilən
səhmlərin həcmi səhmdar cəmiyyətinin
səhmlərinin ümumi sayının 51 faizindən çox
olduqda, komissiyanın qərarı ilə iddiaçılar
qarşısında birbaşa investisiya qoyuluşuna dair
tələb irəli sürülə bilər.
Komissiya tərəfindən belə tələb qoyulmadıqda,
iddiaçı öz təşəbbüsü ilə
səhmdar cəmiyyətinə investisiya qoyuluşuna dair
təklif irəli sürə bilər və bu zaman
investisiyaların qaytarılması mexanizmi və yeni
yaradılmış aktivlərin mənsubluğu
müqavilə ilə razılaşdırılır.
4.11. Meyarlar hazırlanarkən komissiya
aşağıdakıları mütləq nəzərə
almalı və müsabiqə zamanı
qiymətləndirməlidir:
iddiaçının təqdim etdiyi fəaliyyət
proqramı;
dividendin minimal və maksimal məbləği;
idarəetməyə götürənin
mükafatının minimal və maksimal hədləri;
iddiaçının mövcud fəaliyyəti və
peşəkarlığı;
qoyulacaq investisiyaların həcmi (nəzərdə
tutulduqda).
5.
MÜSABİQƏNİN KEÇİRİLMƏSİ
5.1. Qanunvericiliyə əsasən müsabiqədə
iştirak etmək üçün müəyyən
olunmuş qaydada müvafiq sənədləri təqdim
edən, nizamnamə kapitalında dövlətin payı
20%-dən çox olmayan hüquqi şəxslər və
fiziki şəxslər iştirak edə bilərlər.
5.2. Müsabiqədə iştirak etmək
üçün iddiaçılar müsabiqə
komissiyası tərəfindən müəyyən edilmiş
müddətdə aşağıdakı sənədləri
təqdim etməlidirlər:
idarəetməyə verən tərəfindən
müəyyən edilmiş formada ərizə (açıq
zərfdə);
hüquqi şəxslərin dövlət
reyestrindən çıxarışın notarius
tərəfindən təsdiq edilmiş surəti, fiziki
şəxslər üçün şəxsiyyəti
təsdiq edən sənədin surəti (açıq
zərfdə);
zəruri hallarda komissiya tərəfindən
müəyyən edilmiş formada zəmanət məktubu
(qapalı zərfdə);
səhmlərin idarə edilməsi ilə bağlı
fəaliyyət proqramı (qapalı zərfdə);
idarəetmə ilə bağlı illik
mükafatın məbləğinə dair yazılı
təkliflər (qapalı zərfdə).
Açıq zərflərdə təqdim olunmalı
sənədlərin nümunəvi formaları
idarəetməyə verən tərəfindən təsdiq
olunur.
Zəmanət məktubu banklardan və nüfuzlu
və yüksək reytinqə malik olan
müəssisələrdən alına bilər.
5.2-1. Müsabiqədə iştirak
etmək üçün tələb olunan
sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət qurumundan əldə edilməsi mümkün
olduqda, həmin sənədlər və ya məlumatlar
iddiaçıdan tələb edilmir. Belə
sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onların
təqdim edilməsi iddiaçının
razılığı ilə sorğu əsasında
müvafiq dövlət qurumundan tələb olunur və ya
iddiaçı tərəfindən təmin edilir.[33]
5.3. İddiaçılar aşağıdakı
hallarda müsabiqəyə buraxılmırlar:
iddiaçı qanunvericiliyə müvafiq olaraq
iştirakçı kimi tanınmadıqda;
iddiaçının nümayəndəsinin
səlahiyyətləri qanunvericiliklə müəyyən
edilmiş qaydada təsdiq olunmadıqda;
müsabiqədə iştirak üçün
ərizə və digər sənədlər məlumatda
göstərilən müddət bitdikdən sonra
verildikdə;
formal tələblərdan sui-istifadə halları
istisna olmaqla, müəyyən edilmiş sənədlər
tam həcmdə (bu Qaydaların
5.2-1-ci bəndinin müddəaları nəzərə
alınmaqla) və ya lazımi qaydada tərtib
edilmədikdə;[34]
müqavilədə nəzərdə tutulan
öhdəliklərin təminatı kimi, komissiyanın
müəyyən etdiyi müvafiq zəmanət təqdim
olunmadıqda.
5.4. İddiaçı idarəetməyə
verənə yazılı bildiriş verməklə,
ərizələrin qəbul müddəti bitənədək
ərizəsini geri götürə bilər. Bu halda,
ərizənin geri götürülməsi
idarəetməyə verən tərəfindən qeydə
alınmalıdır.
5.5. İdarəetməyə verən komissiyanın
iclasında baxılanadək iddiaçılar
tərəfindən təqdim olunmuş ərizə və
təkliflərin məxfiliyini təmin edir.
5.6. Komissiya tərəfindən ərizələrin
qəbulu protokolu imzalandığı andan iddiaçı
müsabiqənin iştirakçısı hesab olunur.
5.7. Komissiya tərəfindən müsabiqədə
iştiraka buraxılmamış iddiaçılara
ərizələrin qəbulu haqqında protokol
imzalandığı gündən ən geci 3 (üç)
gün müddətində iştirakının rədd
edilməsi səbəbləri göstərilməklə,
müvafiq bildiriş göndərilir.
5.8. Müsabiqə aşağıdakı hallarda
baş tutmamış hesab edilir:
müsabiqədə iştirak etmək
üçün ərizə verilmədikdə;
iddiaçıların heç biri
iştirakçı kimi tanınmadıqda;
iddiaçı bir şəxs (hüquqi və ya fiziki
şəxs) olduqda;
qalib müəyyən edilmədikdə;
müsabiqənin qalibi bu Qaydalarla müəyyən
edilmiş müddətdə idarəetmə müqaviləsini
imzalamadıqda.
5.9. Müsabiqə aşağıdakı qaydada və
ardıcıllıqla keçirilir:
müsabiqə iştirakçıları
tərəfindən təqdim edilən qapalı zərflər
açılmamışdan əvvəl komissiya onların
bütövlüyünü yoxlayır və bu barədə
müsabiqənin nəticələri haqqında protokolda qeyd
edilir;
müəyyən edilmiş gün və vaxtda komissiya
daxil olmuş sifarişlərdən ibarət zərfləri
onların idarəetməyə verənə təqdim
olunması ardıcıllığı ilə açır;
komissiya müsabiqə
iştirakçılarının təkliflərinə
qəbul edilmiş təcrübəyə və işgüzar
adətlərə istinad etməklə, müsabiqənin
müəyyən edilmiş şərtlərini və qalibi
müəyyən etmək meyarlarını rəhbər
tutaraq baxır.
5.10. Müsabiqənin iştirakçıları
tərəfindən Azərbaycan dilində təqdim edilmiş
təkliflər iştirakçıların özləri
və ya onların nümayəndələri
tərəfindən imzalanmalı, təkliflərdə
göstərilmiş məbləğlər rəqəm
və sözlə göstərilməlidir. Sözlə
rəqəm arasında fərq aşkar edildikdə, komissiya
sözlə ifadə olunmuş yazı variantını əsas
götürür.
5.11. Müsabiqənin nəticələri haqqında
komissiyanın protokolu 3 (üç) nüsxədə
tərtib olunur, komissiyanın sədri, komissiyanın
iclasında iştirak edən üzvləri və
müsabiqənin qalibi tərəfindən imzalanır və
həmin gün təsdiq olunmaq üçün
idarəetməyə verənə təqdim edilir.
5.12. Protokol idarəetməyə verən
tərəfindən 5 (beş) gün müddətində
təsdiq edilir. İdarəetməyə verən
tərəfindən təsdiq olunduğu gündən protokol
qalibin idarəetmə müqaviləsi bağlamaq hüququnu
təsdiq edən sənəd hesab edilir.
5.13. Müsabiqənin qalibi müsabiqənin
nəticələri haqqında protokol idarəetməyə
verən tərəfindən təsdiq edildiyi gündən 30
(otuz) gün müddətində idarəetmə
müqaviləsini imzalamalıdır. Həmin müddət
ərzində müsabiqənin qalibi müqaviləni
imzalamaqdan imtina edərsə və ya müəyyən
edilmiş müvafiq şərtləri yerinə
yetirməzsə, müsabiqənin nəticələri
ləğv edilir.
6.
MÜQAVİLƏNİN
RƏSMİLƏŞDİRİLMƏSİ VƏ İCRASINA
NƏZARƏT
6.1. Digər hal müəyyən edilmədikdə,
Azərbaycan Respublikası Prezidentinin qərarı ilə
idarəetməyə verilən səhmlərlə bağlı
müqavilələr idarəetməyə verən
tərəfindən imzalandıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
edilir.
İdaretməyə verənin qərarı ilə
idarəetməyə verilən səhmlərlə
bağlı müqavilələr idarəetməyə
verən tərəfindən imzalanır və həmin gündən
qüvvəyə minir.
6.2. İdarəetmə prosesində
şəffaflığın təmin edilməsi
məqsədilə idarəedən qanunvericilikdə, habelə
müqavilədə nəzərdə tutulan məlumatları
müəyyən edilmiş müddətdə və qaydada mediada
dərc etdirməlidir.
6.3. Müqavilədə aşağıdakı
müddəalar əks etdirilməlidir:
səhmlərin idarəetməyə verilməsi
qaydası və müddəti;
tərəflərin öhdəlikləri və
məsuliyyəti;
müqavilə öhdəliklərinin yaranması
və başaçatma müddəti;
idarəedən tərəfindən təklif olunan
fəaliyyət proqramının icrası mexanizmi;
idarəedən tərəfindən
idarəetməyə verənə təqdim olunmalı
hesabatların təqdim edilmə qaydası və
müddətləri;
müqavilənin vaxtında və vaxtından
əvvəl ləğv edilməsi nəticəsində
qarşılıqlı hesablaşmaların aparılması
şərtləri;
müqavilənin müddətinin uzadılması qaydası;
səhmləri idarəetməyə verilmiş
səhmdar cəmiyyətinin ümumi
yığıncaqlarının və idarəetmə
orqanlarının iclaslarının keçirilməsi qaydası;
idarəetmə müddətində səhmlərin
özəlləşdirilməsi haqqında qərar qəbul
edildikdə, idarəedənlə idarəetməyə
verənin münasibətlərinin tənzimlənməsi
qaydası;
digər məsələlər.
6.4. İdarəetməyə verən müqavilə
şərtlərinin yerinə yetirilməsinə
nəzarət edir və bununla bağlı
idarəedəndən hesabatlar tələb etmək, monitorinq
keçirmək və sənədli təftiş aparmaq
hüquqlarına malikdir. Zərurətdən asılı
olaraq, idarəetməyə verən bu məqsədlə
müstəqil auditor və ekspertlər cəlb edə
bilər.
6.5. İdarəedən rübdə 1 (bir) dəfə
və hər ilin sonunda səhmlərin idarə olunmasına
dair idarəetməyə verənin müəyyən etdiyi
formada idarəetməyə verənə hesabat təqdim
etməlidir. Hesabatın forması, təqdim edilməli
məlumat və sənədlər, habelə hesabatların
ümumi dövriliyi müqavilədə nəzərdə
tutulur.
6.6. İdarəedən tərəfindən
müqavilə şərtlərinə əməl
olunmaması və ya lazımınca icra edilməməsi
müqavilənin müəyyən edilmiş qaydada
ləğv edilməsi və vurulmuş zərərin, o
cümlədən itirilmiş faydanın
ödənilməsinin tələb edilməsi
üçün əsasdır. Müqavilə
şərtlərini pozduğu üçün
idarəetməyə verənə dəyən
zərərə görə idarəedən tam maddi
məsuliyyət daşıyır.
|
|
|
Özəlləşdirilən
dövlət əmlakının qiymətləndirilməsi
haqqında
ƏSASNAMƏ[35]
1. Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında”, “Mühasibat
uçotu haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan
Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət Proqramı”na
və digər normativ-hüquqi aktlara uyğun olaraq
hazırlanmışdır.
2. Bu Əsasnamə dövlət əmlakının
özəlləşdirilməsi prosesində
müəssisə və obyektlərin start (satış)
qiymətini və ya dövlət müəssisələrinin
bazasında yaradılan səhmdar cəmiyyətlərinin
nizamnamə kapitalını hesablamaq məqsədilə
onların əmlakının, habelə birgə
müəssisələrin nizamnamə kapitalındakı
dövlət paylarının qiymətləndirilməsi
qaydalarını müəyyən edir.
3. Dövlət müəssisələrinin
(obyektlərinin) və birgə müəssisələrin
nizamnamə kapitalındakı dövlətin payının
özəlləşdirilməsi zamanı əmlakın real
qiymətləndirilməsini həyata keçirmək məqsədilə
bu Əsasnaməyə uyğun olaraq
qiymətləndiricilər və maliyyə
məsləhətçiləri cəlb edilə bilər.
4. Özəlləşdirilən müəssisə
və obyektin start (satış) qiyməti və ya
dövlət müəssisələrinin bazasında
yaradılan səhmdar cəmiyyətinin nizamnamə
kapitalı, onun balans aktivlərinin ümumi dəyəri
ilə balans öhdəliklərinin ümumi dəyərinin
fərqinə bu Əsasnamə ilə müəyyən
edilmiş əmsallar tətbiq edilməklə
müəyyən edilir.
Birgə müəssisələrin nizamnamə
kapitalındakı dövlət paylarının inventarizasiya
olunaraq qiymətləndirilməsi nizamnamə kapitalında
iştirak payına uyğun olaraq və müəssisə
tərəfindən təqdim olunmuş son balansın
məlumatları əsasında aparılır. Birgə müəssisənin
qiymətləndirilməsini həyata keçirmək
məqsədilə qiymətləndiricilər və maliyyə
məsləhətçiləri cəlb edildiyi hallarda,
qiymətləndirmə müəssisənin kommersiya
fəaliyyətinin gəlirliliyi, o cümlədən
gözlənilən gəlirlərin proqnozu
(diskontlaşdırılmış həcmi), fəaliyyət
göstərdiyi sektordakı xüsusi çəkisi,
müəssisənin bazardakı mövqeyi və digər bu
kimi amillər nəzərə alınmaqla həyata
keçirilir.
5. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı
təqdim edilmiş son balansın məlumatları
əsasında aşağıdakı qayda ilə
müəyyən edilir:
Nk =
(Ad—Öd) x Ma x Xə
X Gə x Zə
Kiçik dövlət
müəssisəsinin start (satış) qiyməti təqdim
edilmiş son balansın məlumatları əsasında
aşağıdakı qayda ilə müəyyən edilir:
Kq =
(Ad—Öd) x Ma x Gə
x Yə
Dövlət müəssisəsinin
hüquqi şəxs olmayan struktur bölməsi (filial, istehsal
sahəsi, sex və s.) ayrıca
özəlləşdirildikdə, onun start (satış)
qiyməti və ya nizamnamə kapitalı
özəlləşdirmə anına tərtib olunmuş
bölünmə balansının (bölünmə
aktının) məlumatları əsasında
aşağıdakı qayda ilə müəyyən edilir:
Sq =
(Ad—Öd) x Ma x Yə
İcarəyə verilmiş və ya
istifadəsiz olan daşınmaz dövlət
əmlakının start (satış) qiyməti
aşağıdakı qayda ilə müəyyən edilir:
İq =
İd x Yə
burada:
Nk—səhmdar cəmiyyətinin
nizamnamə kapitalı;
Kq—kiçik dövlət
müəssisəsinin start (satış) qiyməti;
Sq—dövlət müəssisəsinin
hüquqi şəxs olmayan struktur bölməsinin start
(satış) qiyməti;
İq—icarəyə verilmiş və ya
istifadəsiz olan daşınmaz dövlət
əmlakının start (satış) qiyməti;
Ad—müəssisənin balans
aktivlərinin ümumi dəyəri;
Öd—müəssisənin balans
öhdəliklərinin ümumi dəyəri;
Ma—müəssisənin maliyyə
asılılığı əmsalı;
Xə—müəssisənin yerli xammalla
təchiz olunma əmsalı;
Gə—müəssisənin gəlirlilik
əmsalı;
Zə—müəssisənin zona
əmsalı;
Yə—müəssisənin (obyektin)
yerləşmə əmsalı;
İd—icarəyə verilmiş və ya
istifadəsiz olan daşınmaz dövlət
əmlakının müəssisənin mühasibat uçotu
məlumatlarına və ya bu Əsasnamənin 28-ci
bəndinə əsasən hesablanmış qalıq
dəyəridir.
Dövlət müəssisəsinin
balansında olan daşınar əmlak (əsas
vəsaitlər) ayrıca qanunvericilikdə nəzərdə
tutulmuş qaydada özəlləşdirildikdə, onun start
(satış) qiyməti müəssisənin məlumatları
əsasında həmin daşınar əmlakın (əsas
vəsaitlərin) qalıq dəyəri kimi müəyyən
edilir.
Müəssisənin maliyyə
asılılığı əmsalı
qiymətləndirmə anına onun maliyyə
vəziyyətini xarakterizə edir və təqdim edilmiş
son balansın məlumatları üzrə kreditor
borclarının (bank kreditləri, kreditorlarla hesablaşmalar
və sair kreditorlar) onun qiymətləndirilən
aktivlərinin dəyərinə
(özəlləşdirilən müəssisənin
əmlakının tərkibindən çıxarılan
əmlakın dəyəri nəzərə alınmamaqla) olan
nisbəti əsasında müəyyən edilir.
Müəssisənin maliyyə asılılığı
əmsalı müəyyən edilərkən
qanunvericiliyə əsasən silinməsi nəzərdə
tutulan borclar nəzərə alınmır. Lakin həmin
borcların uçotdan silinməsi müvafiq qaydada
rəsmiləşdirilənədək müəssisənin
balansında qeyd olunur.
Müəssisənin yerli xammalla
təchiz olunma əmsalı onun yerli xammaldan (və ya idxal
olunan xammaldan) asılılığını xarakterizə
edir və istifadə olunan yerli xammal növlərinin (xammal,
yarımfabrikat, komplektləşdirici məmulat və s.)
ümumilikdə istifadə olunan xammal növlərinə olan
nisbəti kimi müəyyən edilir.
Müəssisənin gəlirlilik
əmsalı onun fəaliyyətinin rentabellik səviyyəsini
xarakterizə edir və müəssisənin balans
mənfəətinin onun qiymətləndirilən əsas
vəsaitlərinin dəyərinə olan nisbəti kimi
müəyyən edilir.
Müəssisənin zona əmsalı
və müəssisənin (obyektin) yerləşmə
əmsalı müəssisə və obyektin yerləşdiyi
əraziyə görə şərti müəyyən
olunmuş əmsallardır.
6. Özəlləşdirilən
dövlət müəssisəsinin (obyektinin)
qiymətləndirilən əmlakının tərkibinə
onun əsas vəsaitləri və sair
dövriyyədənkənar aktivləri, ehtiyat və
məsrəfləri, pul və sair maliyyə vəsaitləri,
digər maddi və qeyri-maddi aktivləri daxildir.
7. Əsas vəsaitlərə və sair
dövriyyədənkənar aktivlərə
aşağıdakılar daxildir:
a) binalar, qurğular,
ötürücü qurğular, maşın və
avadanlıqlar, nəqliyyat vasitələri, iş
alətləri, istehsal və təsərrüfat
inventarları, iş heyvanları, məhsuldar heyvanlar,
çoxillik əkmələr, digər növ əsas
vəsaitlər, torpaqların
yaxşılaşdırılmasına (meliorasiya, qurudulma,
irriqasiya və s. işlər), habelə başqa
işlərə qoyulan kapital qoyuluşları və başqa
əmək vasitələri;
b) balansda əks olunan qeyri-maddi
aktivlər, torpaq, su və təbii ehtiyatlardan
(sərvətlərdən) istifadə hüquqları,
əmlak hüquqları, patentlər, lisenziyalar, “nou-hau”,
proqram məhsulları, inhisar və imtiyaz (üstünlük)
hüquqları (xüsusi fəaliyyət növünə
verilən lisenziyalar da daxil olmaqla), təşkilati
xərclər, ticarət markaları, əmtəə
nişanları və digər qeyri-maddi aktivlər;
c) müəssisənin
quraşdırılmamış avadanlıqları və
başa çatdırılmamış əsaslı tikintisi;
ç) müəssisənin
uzunmüddətli maliyyə qoyuluşları, o
cümlədən digər müəssisələrin
qiymətli kağızlarına (səhm, istiqraz və s.),
dövlət və digər borclar üzrə faizli istiqrazlara,
ölkə ərazisində yaradılmış digər
müəssisələrin nizamnamə fondlarına,
müəssisənin xaricdəki kapitalına və sair
uzunmüddətli maliyyə qoyuluşları;
d) müəssisə balansının
aktivindəki “Əsas vəsaitlər və sair
dövriyyədənkənar aktivlər” bölməsinin
digər maddələri.
8. Ehtiyatlar və məsrəflər
istehsal ehtiyatları (xammal, yanacaq, ehtiyat hissələri,
yarımfabrikat və komplektləşdirici məmulatlar,
əsas və köməkçi materiallar, taralar və
material ehtiyatları), az qiymətli və tez köhnələn
əşyalar, bitməmiş istehsal, gələcək
dövrün xərcləri, hazır məhsul, mallar və
müəssisə balansının aktivindəki “Ehtiyatlar
və məsrəflər” bölməsinin digər
maddələrindən ibarətdir.
9. Pul vəsaitləri, hesablaşmalar
və sair aktivlərə müəssisənin banklardakı
hesablarında və kassasında olan pul vəsaitləri,
yüklənmiş malların dəyəri, debitorlarla hesablaşmaları,
qısamüddətli maliyyə qoyuluşları (bir ildən
çox olmayan) və balansın aktivindəki “Pul
vəsaitləri, hesablaşmalar və sair aktivlər”
bölməsində əks etdirilən dövriyyə
aktivlərindən ibarətdir.
10. Qiymətləndirilən
əmlakın tərkibinə müəssisənin mühasibat
uçotunda müxtəlif səbəblərdən əks
etdirilməyən əmlak, müvəqqəti olaraq
təmirdə və ehtiyatda olan əmlak, icarədə və
ya müddətli istifadədə olan əmlak da daxil edilir.
11. Özəlləşdirilən
dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi
torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq
qiymətləndirilən əmlakın tərkibinə daxil
edilmir və Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə əsasən müəyyən edilmiş
qaydada ayrıca özəlləşdirilir.
Özəlləşdirilən torpaq sahəsinin
qiymətləndirilməsi müvafiq normativ-hüquqi aktlarla
tənzimlənir.
12. Dövlət müəssisəsinin
əmlakının icarəyə verilməsi yolu ilə
yaradılmış icarə müəssisələrinin
və icarəyə verilmiş əmlakın özəlləşdirilməsi
zamanı qiymətləndirmə bu Əsasnaməyə
uyğun olaraq aparılır.
İcarəçinin öz gəliri
hesabına əldə etdiyi əmlakın tərkibi müvafiq
sənədlər əsasında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən müəyyən edilir. [36]
13. Müəssisənin balans
öhdəliklərinə borc vəsaitləri və
kreditlər, kreditorlarla hesablaşmalar, alıcı və
sifarişçilərdən alınmış avanslar və
sair cəlb edilmiş vəsaitlər daxildir.
Müəssisənin balans
aktivlərindən çıxılan balans
öhdəliklərinə gələcək dövrün
gəlirləri, qarşıdakı xərclər və
ödəmələr üzrə ehtiyatlar, şübhəli
borclar üzrə ehtiyatlar, balansın hesablaşmalar və
sair passivlər bölməsində əks etdirilən
digər öhdəliklər də aiddir.
14. Özəlləşdirilən
dövlət müəssisəsinin start (satış) qiyməti
və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı
müəyyən edilərkən əmlakın
tərkibindən bu Əsasnamənin 13-cü bəndində
göstərilən balans öhdəlikləri ilə
yanaşı, qüvvədə olan qanunvericiliyə
əsasən, özəlləşdirilməsi qadağan
olunmuş əmlakın, dövlət mülkiyyətində
saxlanılan, habelə yerli özünüidarəetmə
(bələdiyyə) orqanlarının və müvafiq
təşkilatların balansına verilən
sosial-mədəni və məişət-kommunal
təyinatlı obyektlərin, habelə müəssisənin
əmlak kompleksinin tərkibindən çıxarılaraq
ayrıca özəlləşdirilən əmlakın
dəyəri də çıxılır.
15. Özəlləşdirmə
prosesində dövlət müəssisələrinin
əmlakının bu Əsasnaməyə uyğun olaraq
qiymətləndirilməsi müəssisə rəhbərliyinin
iştirakı ilə özəlləşdirmə
komissiyası (kiçik müəssisələr istisna olmaqla)
tərəfindən müəssisənin əmlakının
inventarlaşdırılması əsasında həyata
keçirilir.
Özəlləşdirmə
prosesində kiçik dövlət
müəssisələrinin (obyektlərinin)
əmlakının bu Əsasnaməyə uyğun olaraq
qiymətləndirilməsi müəssisə rəhbəri
və baş mühasib tərəfindən
müəssisənin (obyektin) əmlakının inventarlaşdırılması
əsasında həyata keçirilir. Kiçik dövlət
müəssisələri (obyektləri)
özəlləşdirilərkən, bu Əsasnamə ilə
özəlləşdirmə komissiyasının
hüquqlarına aid edilən digər hüquqlar da
göstərilən qaydada həyata keçirilir.
16. Əsas vəsaitlər onların
balans dəyərindən qiymətləndirmə
dövrünə amortizasiya normaları əsasında
köhnəlmə məbləği çıxılmaqla
müəyyən edilmiş qalıq dəyəri ilə
qiymətləndirilir.
Əsas vəsaitlərin (daşınmaz
və daşınar əmlakın) bu qayda ilə
hesablanmış dəyəri qiymətləndirmə
dövrünə eyni və ya analoji növlü əsas
vəsaitlərin qiymətlərinə uyğun
gəlmədikdə (az və ya çox olduqda),
müəssisənin özəlləşdirmə
komissiyası qiymətləndirmə fəaliyyəti
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən müəssisənin əmlakının
qiymətləndirilməsini təşkil edir. Bu halda, əsas
vəsaitlərin dəyərini bazar prinsipləri
əsasında müəyyən etmək məqsədilə
aparılan qiymətləndirmə müəssisə
rəhbərinin və ya özəlləşdirmə
komissiyasının təşəbbüsü ilə
qanunvericiliyə uyğun olaraq qiymətləndiricilər
və maliyyə məsləhətçiləri
tərəfindən həyata keçirilir.
Həmin məqsədlə
müəssisə ilə qiymətləndiricilər
arasında müqavilə bağlanılır.
Qiymətləndiricilər (hüquqi və fiziki
şəxslər) dövlət əmlakının
düzgün qiymətləndirilməsinə görə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq məsuliyyət daşıyırlar.
Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin
əmlakı Dövlət
Xidmətinin təşəbbüsü ilə təkrar
qiymətləndirildikdə, “Qiymətləndirmə fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən
qiymətləndiricilərlə (maliyyə
məsləhətçiləri ilə) müqavilə
bağlanılır. Bu halda qiymətləndiricilərə
xidmət haqqı “müvəffəqiyyətə görə
ödəniş” prinsipi əsasında dövlət
əmlakının alıcısının vəsaiti
hesabına və ya dövlət əmlakının
özəlləşdirilməsindən daxil olan vəsaitdən
Dövlət Xidmətinə qanunvericiliklə müəyyən
edilmiş ayırmalar hesabına həyata keçirilir. [37]
17. Əsas vəsaitlərin təkrar
qiymətləndirilməsinə dair tərtib edilmiş
sənədlər özəlləşdirmə komissiyası
tərəfindən Dövlət
Xidmətinə təqdim edilir. Qiymətləndirmə
sənədləri müəyyən olunmuş qaydada
təsdiq edildikdən sonra qiymətləndirmənin
nəticələri müəssisənin mühasibat və
statistika uçotu və hesabatlarında
düzəlişlər etmək üçün istifadə
olunur.
18. Əsas vəsaitlərin balans
dəyəri inventarlaşdırmanın nəticələri
nəzərə alınmaqla mühasibat uçotu
məlumatları (uçot kitabları, inventar kartları
və s.) əsasında müəyyən edilir.
İnventarlaşdırma
nəticəsində qalıq kimi aşkar edilmiş, lakin
mühasibat uçotunda əks etdirilməyən əsas
vəsaitlərin balans dəyəri bu Əsasnamənin 16-cı
bəndinə uyğun olaraq qiymətləndirilir.
19. Normativ istismar müddəti
bitmiş, lakin istifadəyə yararlı olan əsas
vəsaitlərin və ya onların ayrı-ayrı
hissələrinin (detallarının, qovşaqlarının
və s.) gələcəkdə istifadə olunmaq dərəcəsi
nəzərə alınmaqla qalıq bərpa dəyəri
müəyyən edilir. İstifadəyə yararlı olan
əsas vəsaitlərin qalıq bərpa dəyəri fiziki
və mənəvi aşınma vəziyyəti
nəzərə alınmaqla müəssisənin
özəlləşdirmə komissiyası
tərəfindən qiymətləndirilir.
20. Tikintisi başa
çatdırılmamış obyektlərin və
quraşdırılmamış avadanlıqların
özəlləşdirmə dövründə dəyəri
bu Əsasnamənin 16-cı bəndində nəzərdə
tutulmuş qaydada müəyyən edilir.
Özəlləşdirilməsi nəzərdə tutulan
tikintisi başa çatdırılmamış perspektivsiz
obyektlər özəlləşdirmə komissiyası və
ya qiymətləndirici tərəfindən onların
tikintisinə sərf olunmuş yararlı tikinti
materiallarının (konstruksiyalarının) dəyəri
nəzərə alınmaqla qiymətləndirilir. Bu zaman
obyektin perspektivsizlik göstəricilərinin
müəyyən edilməsi Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
qaydalara uyğun aparılır.
21. Az qiymətli və tez
köhnələn əşyaların dəyəri onların
balans dəyərindən hesablanmış köhnəlmə
çıxılmaqla müəyyən edilir.
22. Uzunmüddətli maliyyə
qoyuluşları balans dəyəri üzrə
qiymətləndirilir.
23. Qeyri-maddi aktivlər onların balans
dəyərindən köhnəlmə məbləği
çıxılmaqla qiymətləndirilir.
24. Ehtiyatlar və məsrəflər
mövcud vəziyyətə olan balans dəyəri ilə
qiymətləndirilir.
25. Pul vəsaitləri, hesablaşmalar
və sair dövriyyə aktivləri balans dəyəri ilə
qiymətləndirilir.
26. Müəssisənin valyuta
hesablarında olan pul vəsaitləri, valyuta ilə
ödənilməsi nəzərdə tutulan debitor borcları
qiymətləndirmə tarixinə manatın Azərbaycan
Respublikasının Mərkəzi Bankı
tərəfindən müəyyən edilmiş
məzənnə əsasında qiymətləndirilir.[38]
27. Bu Əsasnaməyə uyğun olaraq
müəssisənin hesablanmış ilkin qiymətinə
tətbiq edilən əmsallar (bazar konyunkturu nəzərə
alınmaqla) Dövlət
Xidmətinin təqdimatı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
28. Bina və tikililərin bir
hissəsində yerləşən qeyri-yaşayış
sahələrinin qalıq dəyəri aşağıdakı
qaydada müəyyən edilir:
Qd = K x Sü
x Bə x Hə x Mə
x Aə
burada:
Qd—bina və tikililərin bir
hissəsində yerləşən qeyri-yaşayış
sahəsinin qalıq dəyəri;
K—özəlləşdirmə zamanı
1 kv.m sahənin qəbul edilən normativ dəyəri;
Sü—qiymətləndirilən ümumi
sahə;
Bə—bina əmsalı;
Hə—hündürlük əmsalı;
Mə—mərtəbəlilik
əmsalı;
Aə—bina və tikilinin
köhnəlmə əmsalıdır.
Bina və tikililərin bir
hissəsində yerləşən qeyri-yaşayış
sahəsinin qalıq dəyərinin müəyyən
edilməsi üçün tətbiq edilən əmsallar Dövlət Xidmətinin təqdimatı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
29. Bina və tikililərin bir
hissəsində yerləşən dövlət
müəssisə və obyektlərinin start (satış)
qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı
müəyyən edilərkən onlara aid olan sahələrin
(qeyri-yaşayış, istehsal və digər təyinatlı
sahələrin) bu Əsasnamənin 28-ci bəndinə
uyğun olaraq hesablanmış qalıq dəyəri
qiymətləndirilən əsas vəsaitlərin ümumi
dəyərinə daxil edilir.
30. Müəssisənin
özəlləşdirmə komissiyası
tərəfindən əsas vəsaitlərin, mal-material
qiymətlilərinin, başa çatdırılmamış
tikililərin, quraşdırılmamış
avadanlıqların, uzunmüddətli maliyyə
qoyuluşlarının, qeyri-maddi aktivlərin, ehtiyat və
məsrəflərin, xarici valyutada pul vəsaitlərinin
(debitor borclarının) qiymətləndirilməsi aktları Dövlət Xidmətinin müəyyən etdiyi formalarda
tərtib olunur.
31. Özəlləşdirilən
dövlət müəssisəsinin
özəlləşdirmə komissiyası
tərəfindən təqdim olunmuş əmlakın
inventarlaşdırılması və
qiymətləndirilməsi aktları müəyyən
edilmiş qaydada ekspertiza edildikdən sonra Dövlət Xidməti tərəfindən təsdiq olunur.
Dövlət müəssisəsinin rəhbəri, baş
mühasibi və özəlləşdirmə
komissiyasının üzvləri Dövlət
Xidmətinə təqdim edilən əmlakın
inventarlaşdırılması və
qiymətləndirilməsi aktlarının, habelə digər
özəlləşdirmə sənədlərinin
dürüstlüyü üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət
daşıyırlar.
32. Müəssisənin
özəlləşdirmə sənədlərinə
(özəlləşdirmə planına) qanunvericiliklə
özəlləşdirilməsi qadağan olunmuş obyektlərin,
müəssisənin balansında olan və
özəlləşdirmədən sonra dövlət
mülkiyyətində saxlanılan, yerli
özünüidarəetmə (bələdiyyə)
orqanlarının və müvafiq təşkilatların
balansına verilən sosial-mədəni və
məişət-kommunal təyinatlı obyektlərin,
habelə müəssisənin əmlak kompleksinin
tərkibindən çıxarılaraq ayrıca
özəlləşdirilən obyektlərin siyahısı
əlavə edilir.
33. Dövlət müəssisəsinin
(obyektinin) əmlakının qiymətləndirilməsi
aktları təsdiq edildiyi gündən onun
özəlləşdirilməsi barədə alqı-satqı
müqaviləsi bağlananadək və ya səhmlərin
nəzarət zərfi satılanadək əsas
vəsaitlərin silinməsi və
özgəninkiləşdirilməsi yalnız mövcud
qanunvericiliyə uyğun Dövlət
Xidmətinin razılığı alınmaqla həyata
keçirilə bilər.
34. Müəssisə rəhbərliyi
əmlakın (səhmlərin və ya hissələrin)
satışa çıxarıldığı tarixə
müəssisənin (obyektin) start (satış) qiyməti
və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı
hesablanarkən qiymətləndirmə aktlarında
göstərilmiş əmlakın tərkibində
(dəyərində) baş vermiş dəyişikliklər
barədə Dövlət
Xidmətinə zəruri məlumatları (sənədləri)
təqdim etməlidir. Əmlakın tərkibində
(dəyərində) baş vermiş
dəyişikliklərə dair müəssisə tərəfindən
təqdim edilən sənədlərə Dövlət Xidməti tərəfindən baxılır
və həmin dəyişikliklər nəzərə
alınmaqla satışa çıxarılanadək
müəssisənin start (satış) qiyməti və ya
səhmdar cəmiyyətin nizamnamə kapitalı
dəyişdirilir.
35. Bu Əsasnamənin
tələblərinə riayət edilməsi Azərbaycan
Respublikası ərazisində yerləşən bütün
dövlət müəssisələri üçün məcburidir
və həmin tələblərin pozulması
özəlləşdirilən əmlakın
qiymətləndirilməsinin etibarsız hesab edilməsi
üçün əsasdır.
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
5
mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti
6 mart 2009-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə 163)
2.
10
fevral 2010-cu il tarixli 216
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
80)
3.
2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610)
4.
14 may 2014-cü il tarixli 164
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, ¹
101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 5, maddə 477)
5.
13 iyul 2016-cı il
tarixli 989 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 iyul
2016-cı il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 7, maddə 1260)
6.
10 avqust 2016-cı il
tarixli 1016 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 avqust
2016-cı il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 8, maddə 1377)
7.
16 avqust 2016-cı il
tarixli 1023 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹
178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)
8.
16
iyun 2017-ci il tarixli 1464
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2017-ci il, ¹ 130, “Xalq” qəzeti, 22 iyun 2017-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1080)
9.
6 iyun 2018-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 7 iyun 2018-ci il, ¹ 127,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1200)
10.
13 dekabr 2021-ci il tarixli 1486 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1351)
11.
20 aprel 2023-cü il
tarixli 2118 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 20 aprel
2023-cü il, “Xalq”
qəzeti, 21 aprel 2023-cü il, ¹ 83, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 503)
12.
2 avqust 2023-cü il tarixli 2282 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 2 avqust
2023-cü il, “Xalq”
qəzeti, 3 avqust 2023-cü il, ¹ 162, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 8, I kitab, maddə 1149)
13.
30 may 2024-cü il tarixli 77
nömrəli
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan”
qəzeti, 31 may 2024-cü
il, ¹ 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹ 5, I kitab, maddə 529)
14.
15 yanvar 2025-ci il
tarixli 286 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 15 yanvar
2025-ci il, “Xalq” qəzeti, 16 yanvar
2025-ci il, ¹ 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
1, maddə 26)
15.
15 aprel 2025-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 15 aprel 2025-ci il,
“Azərbaycan”
qəzeti, 16 aprel 2025-ci il, ¹ 74, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 4, I kitab,
maddə 333)
16.
10 dekabr 2025-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 10 dekabr
2025-ci il, “Xalq”
qəzeti, 11 dekabr 2025-ci il, ¹ 261)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə 6-cı, 7.2-ci, 7.3-cü və 8.5-ci
bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət
Komitəsi" sözləri ilə əvəz
edilmişdir.
[2] 15 aprel 2025-ci il tarixli 366
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 15
aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 16 aprel 2025-ci il, ¹ 74, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 4, I kitab, maddə 333) ilə
5-ci hissəsi ləğv edilmişdir.
[3] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1351) ilə 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat
Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilmişdir.
[4] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1351) ilə 7.2-ci və 7.3-cü bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri
ismin müvafiq
hallarında
“Dövlət Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[5] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1351) ilə yeni məzmunda
8-1-ci hissə əlavə edilmişdir.
[6] 15
yanvar 2025-ci il tarixli 286
nömrəli
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 15 yanvar
2025-ci il, “Xalq” qəzeti, 16 yanvar
2025-ci il, ¹ 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
1, maddə 26) ilə yeni məzmunda 8-2-ci hissə
əlavə edilmişdir.
[7] 10 dekabr 2025-ci il tarixli 545 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 10 dekabr
2025-ci il, “Xalq”
qəzeti, 11 dekabr 2025-ci il, ¹ 261) ilə yeni məzmunda 8-3-cü hissə
əlavə edilmişdir.
[8]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı"nın 5.3-cü, 6.4-cü, 6.6-cı, 6.7-ci,
6.8-ci, 6.9-cu, 6.13-cü, 7.3-cü, 7.4-cü, 7.7-ci, 7.8-ci, 7.9-cu,
7.12-ci, 7.14-cü, 7.15-ci, 7.17-ci, 8.1-ci, 9.2-ci, 9.3-cü,
10.3.1-ci, 10.3.2-ci bəndlərində ismin müvafiq
hallarında "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[9] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1351) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat
Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri
ilə əvəz edilmişdir.
[10] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1351) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü (hər iki halda), 6.6-cı, 6.7-ci bəndlərdə, 6.8-ci bəndin birinci
cümləsində, 6.9-cu, 6.13-cü bəndlərdə, 7.3-cü bəndin birinci cümləsində,
7.4-cü, 7.7-ci bəndlərdə, 7.8-ci bəndin birinci
və ikinci abzaslarında, 7.9-cu
bənddə, 7.12-ci bəndin ikinci cümləsində,
7.14-cü, 7.15-ci, 7.17-ci bəndlərdə, 8.1-ci
bəndin birinci abzasında, 9.2-ci
bəndin birinci abzasının birinci və ikinci cümlələrində
və 9.3-cü
bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin
müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.
[11] 13 iyul 2016-cı il tarixli 989
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 17 iyul 2016-cı il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7, maddə 1260) ilə 7.9.3-cü yarımbəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 7.9.4-cü
yarımbənd əlavə olunmuşdur.
[12] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 14 dekabr 2011-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1351) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 9.1-ci bəndində “icra hakimiyyəti orqanları” sözləri
“dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilmişdir.
[13] 13 iyul 2016-cı il tarixli 989
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 17 iyul 2016-cı il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7, maddə 1260) ilə 9.2-ci bəndin birinci və ikinci cümlələri
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət müəssisələrində
dövlət əmlakının qorunub saxlanmasına və
ondan öz təyinatı üzrə səmərəli
istifadə olunmasına nəzarət öz
səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən həyata
keçirilir. Nəzarətin həyata keçirilməsi
məqsədi ilə dövlət müəssisələri
və dövlət orqanları Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə hər il aprelin 1-dək
əvvəlki il üçün xüsusi hesabat təqdim edir.
[14] 13 iyul 2016-cı il tarixli 989
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 17 iyul 2016-cı il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7, maddə 1260) ilə 9.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
9.3. Dövlət müəssisələrində
dövlət əmlakının qorunub saxlanmasına və
ondan səmərəli istifadə olunmasına nəzarət
məqsədi ilə hesabatlarda göstərilən
məlumatların araşdırılması üçün
ehtiyac olduqda, Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi həmin
müəssisələrdə monitorinqlər keçirir
və onların nəticəsi barədə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, habelə
zəruri hallarda müvafiq dövlət orqanlarına
məlumat verir.
[15] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Azərbaycan
Respublikasında dövlət
əmlakının
idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 10.3.1-ci yarımbəndin altıncı abzasına “müəssisələrin” sözündən sonra “(Azərbaycan İnvestisiya Holdinqinin
idarəetməsinə verilmiş dövlət müəssisələri istisna
olmaqla)” sözləri əlavə olunsun və
həmin yarımbənddə “Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət
Komitəsi” sözləri
“Dövlət Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[16] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Azərbaycan
Respublikasında dövlət
əmlakının
idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 10.3.2-ci yarımbəndində “Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi” sözləri
“Dövlət Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[17]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Dövlət əmlakının idarə
edilməsinin təkmilləşdirilməsi üzrə
Tədbirlər Planı"nın
"İcraçılar" sütununun 1.1-7.4-cü
bəndlərində "Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri ilə,
"Tədbirin adı" sütununda 2.1-ci və 3.6-cı
bəndlərdə "Dövlət
Əmlakının İdarə Edilməsi üzrə Dövlət
Komitəsinə" sözləri "Əmlak Məsələləri Dövlət
Komitəsinə" sözləri ilə əvəz
edilmişdir.
[18] 6 iyun 2018-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 7 iyun 2018-ci il, ¹ 127,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1200) ilə “Azərbaycan
Respublikasında dövlət əmlakının idarə
edilməsinin təkmilləşdirilməsi üzrə
Dövlət Proqramı”na yeni məzmunda 12-ci hissə
əlavə edilmişdir.
[19]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları"n 1.2-ci
bənddə "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri "Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri ilə
əvəz edilmişdir.
13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Özəlləşdirilən və idarəetməyə
verilən müəssisələrdə investisiya
qoyuluşları üzərində nəzarətin həyata
keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “Əmlak
Məsələləri Dövlət
Komitəsi” sözləri
“İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[20] 2 iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları"n 2.1.4-cü
bənd çıxarılmışdır.
[21] 20 aprel 2023-cü il tarixli 2118 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel
2023-cü il, ¹ 83,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 503) ilə “Özəlləşdirilən
və idarəetməyə verilən
müəssisələrdə investisiya qoyuluşları
üzərində nəzarətin həyata keçirilməsi
Qaydaları”na yeni məzmunda 5.4-1-ci bənd əlavə
edilmişdir.
[22]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları"n 6-cı bənd
çıxarılmışdır.
[23]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları"nın 3.1-3.8-ci və 4.2-4.6-cı
bəndlərində "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[24] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Dövlət
müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və
restrukturizasiyası Qaydaları”nın 3.1-ci bəndində “Dövlət” sözü “Azərbaycan İnvestisiya
Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələri istisna
olmaqla, dövlət” sözləri
ilə, “Əmlak
Məsələləri Dövlət
Komitəsinə” sözləri
“İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidmətinə (bundan sonra – Dövlət Xidməti)” sözləri
ilə əvəz edilmişdir
və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[25] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Dövlət
müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və
restrukturizasiyası Qaydaları”nın 3.2-ci bəndin birinci
cümləsində, 3.3-cü bənddə, 3.4-cü bəndin birinci və ikinci (hər iki halda) abzaslarında, 3.5-ci bəndin birinci abzasında, 3.6–3.8-ci və 4.2–4.6-cı
bəndlərdə ismin müvafiq
hallarında “Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət
Komitəsi” sözləri
ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[26] 16 iyun 2017-ci il
tarixli 1464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2017-ci il, ¹ 130, “Xalq” qəzeti, 22 iyun 2017-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1080) ilə “Dövlət
müəssisələrinin özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları”nın 4.8-ci bəndində “xərclənməsinə” sözü “xərclənməməsinə”
sözü ilə, “edilməsinə”
sözü “edilməməsinə”
sözü ilə və “olunmasına”
sözü “olunmamasına”
sözü ilə əvəz edilmişdir.
[27]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin
idarəetməyə verilməsi Qaydaları"nın
1.4-cü, 2.1-ci, 2.2-ci, 3.8-ci və 4.2-ci bəndlərində
"Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[28] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Səhmdar cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi Qaydaları”nın 1.5-ci
bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz
edilmişdir.
[29] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi Qaydaları”na
yeni məzmunda 1.8-ci bənd əlavə edilmişdir.
[30] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi
Qaydaları”nın 2.1-ci, 2.2-ci və 3.8-ci bəndlərdə,
4.2-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi” sözləri
ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[31] 5 mart 2009-cu il tarixli 71 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə
163) ilə Əlavə IV
- “Səhmdar cəmiyyətlərində dövlətə
məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları”nın
4.2-ci bəndindən “Prezidenti
yanında” sözləri
çıxarılmışdır.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 16 may 2014-cü il, ¹ 101, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 5,
maddə 477) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi Qaydaları”nın
4.2-ci bəndində “İqtisadi
İnkişaf” sözləri “İqtisadiyyat
və Sənaye” sözləri ilə əvəz edilmişdir.
10 avqust 2016-cı il tarixli 1016 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 12 avqust 2016-cı il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 8, maddə 1377) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi
Qaydaları”nın 4.2-ci bəndinin birinci yarımbəndinin
ikinci cümləsində “Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin”
sözləri “Maliyyə
Bazarlarına Nəzarət Palatasının” sözləri
ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8,
maddə 1384) ilə 4.2-ci
bənddən “və Sənaye”
sözləri çıxarılmışdır.
2 avqust 2023-cü il tarixli 2282
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Xalq” qəzeti, 3 avqust
2023-cü il, ¹ 162,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1149) ilə “Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin
idarəetməyə verilməsi Qaydaları”nın 4.2-ci
bəndinin ikinci cümləsində “Maliyyə Bazarlarına Nəzarət Palatasının”
sözləri “Mərkəzi
Bankının” sözləri ilə əvəz
edilmişdir.
[32]
30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may
2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, ¹ 113,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, I kitab, maddə 529) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi
Qaydaları”nın 4.3-cü bəndinin beşinci abzasında,
4.4-cü və 6.2-ci bəndlərində “kütləvi
informasiya vasitələrində” sözləri “mediada”
sözü ilə əvəz edilmişdir.
[33] 20 aprel 2023-cü il tarixli 2118 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel
2023-cü il, ¹ 83,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 503) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi Qaydaları”na
yeni məzmunda 5.2-1-ci bənd əlavə edilmişdir.
[34] 20 aprel 2023-cü il tarixli 2118 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel
2023-cü il, ¹ 83,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 503) ilə “Səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin idarəetməyə verilməsi
Qaydaları”nın 5.3-cü bəndin beşinci abzasına “tam həcmdə”
sözlərindən sonra “(bu
Qaydaların 5.2-1-ci bəndinin müddəaları
nəzərə alınmaqla)” sözləri əlavə
edilmişdir.
[35]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə "Özəlləşdirilən
dövlət əmlakının qiymətləndirilməsi
haqqında Əsasnamə"nin 12-ci, 16-cı, 17-ci, 27-ci,
28-ci, 30-cu, 31-ci, 33-cü və 34-cü bəndlərində
ismin müvafiq hallarında "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında
"Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[36] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”nın 12-ci
hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri
“İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilmişdir.
[37] 13 dekabr 2021-ci il tarixli 1486
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 14 dekabr 2011-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1351) ilə “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”nın 16-cı
hissənin dördüncü abzasının birinci və ikinci cümlələrində, 17-ci hissənin
birinci cümləsində, 27-ci hissədə, 28-ci
hissənin on birinci abzasında,
30-cu hissədə, 31-ci hissənin birinci və ikinci cümlələrində, 33-cü hissədə, 34-cü hissənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi” sözləri
ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri
ilə əvəz edilmişdir.
[38] 10 fevral 2010-cu il tarixli 216
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
80) ilə "Özəlləşdirilən dövlət
əmlakının qiymətləndirilməsi haqqında
Əsasnamə"nin 26-cı bəndində "Milli Bankı"
sözləri "Mərkəzi
Bankı" sözləri ilə əvəz edilmişdir.