“Ərazi quruluşu və inzibati ərazi bölgüsü
haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ Q A N U N U
Azərbaycan
Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10,
maddə 709; 2004-cü il, № 1, maddə 6)
aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1.
2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
2. Bu Qanunda istifadə olunan
əsas anlayışlar
2.1.
Ərazi quruluşu - Azərbaycan Respublikası
Konstitusiyasının 7-ci və 11-ci maddələrinə
və bu Qanunda nəzərdə tutulmuş meyarlara
əsasən Azərbaycan Respublikasının unitar, vahid
əraziyə malik olan dövlət kimi müvafiq hissələrə
bölünməsidir.
2.2.
İnzibati ərazi bölgüsü - idarəetmənin, qanunçuluğun,
vətəndaşların hüquqlarının,
azadlıqlarının və qanuni mənafelərinin
dövlət hakimiyyəti orqanları tərəfindən
təmin edilməsinin səmərəli təşkili
məqsədi ilə Azərbaycan Respublikasının
ərazisinin unitar dövlət kimi müəyyən
hissələrə bölünməsidir.
2.3.
Yaşayış məntəqəsi - əhalinin
yığcam məskunlaşdığı və
yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra -
daimi yaşadığı), onların həyat
fəaliyyətinin təmin edilməsi üçün zəruri olan
yaşayış və digər bina və qurğulara, xüsusi
ada və qanunvericiliklə müəyyən olunmuş ərazi
hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin
hissəsidir (şəhər, qəsəbə, kənd).
2.4.
Ərazi vahidi - müəyyən sərhədlərlə
məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir
hissəsidir (rayon, şəhər, şəhər rayonu,
qəsəbə, kənd).
2.5.
İnzibati ərazi vahidi - hüdudlarında dövlət
hakimiyyəti orqanlarının yaradıldığı
ərazi vahididir (rayon, şəhər, şəhər
rayonu).
2.6.
İnzibati ərazi dairəsi - bir və ya daha çox
şəhər, qəsəbə və ya kənddən
ibarət olan, hüdudlarında yerli dövlət hakimiyyəti
orqanlarının yaradıldığı ərazi vahididir
(şəhər, qəsəbə, kənd).
2.7.
Rayon - Azərbaycan Respublikasının ümumi ərazisinin
idarə edilməsinin mərkəzləşdirilməsi,
dövlət funksiyalarının həyata keçirilməsinin
səmərəliləşdirilməsi, habelə dövlət
hakimiyyəti orqanlarının əhaliyə mümkün
qədər yaxınlaşdırılması məqsədi
ilə tarixən yaranmış, sabit və davamlı iqtisadi,
mədəni və sosial əlaqələri olan
ərazilərdən təşkil edilmiş, bir neçə
inzibati ərazi dairələrini birləşdirən
Azərbaycan Respublikasının inzibati ərazi vahididir.
2.8.
Şəhər - əhalisinin sayı 15.000 nəfərdən
yuxarı və onun əksəriyyəti sənayedə,
iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində
(dövlət və ya bələdiyyə qulluğunda, kommunal
təsərrüfatda, ictimai iaşə, mədəni və ya
tarixi obyektlərdə və s.) məşğul olan,
ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi
və ya mədəni mərkəzləri olan inzibati ərazi
vahididir.
2.9.
Şəhər rayonu - böyük ərazilərə malik olan
şəhərlərin idarə edilməsinin
səmərəliləşdirilməsi, o cümlədən
əhalinin sosial-mədəni və məişət
ehtiyaclarının ödənilməsi və qanunçuluğun
təmin edilməsi ilə bağlı olan qərarların
icrasının təşkil edilməsi məqsədilə
həmin şəhərlərin ərazilərinin
müəyyən hissələrə bölünməsi əsasında
yaradılan inzibati ərazi vahididir.
2.10.
Qəsəbə - əhalisinin əksəriyyəti iqtisadi,
sənaye, sosial, kommunal təsərrüfatı,
ictimai-iaşə, tarixi, mədəni, kurort
obyektlərində, dövlət idarəetmə və ya inzibati
orqanlarında və s. sahələrdə işləyən
ərazi vahididir.
2.11.
Kənd - əhalisinin əksəriyyəti kənd
təsərrüfatı ilə məşğul olan ərazi vahididir.”.
2.
6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
6. Azərbaycan
Respublikasının ərazi quruluşu və inzibati ərazi
bölgüsünə dair məlumatların nəşr edilməsi
Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən on
ildə bir dəfə “Azərbaycan Respublikasının
inzibati ərazi bölgüsü”nə dair məlumatları əks
etdirən toplu nəşr olunur.”.
3.
5-ci maddəyə aşağıdakı əlavə və
dəyişiklik edilsin:
Aşağıdakı
redaksiyada yeni 5.5-ci maddə əlavə edilsin və 5.5-ci, 5.6-cı,
5.7-ci və 5.8-ci maddələr müvafiq olaraq 5.6-cı, 5.7-ci, 5.8-ci
və 5.9-cu maddələr hesab edilsin:
“5.5.
Ayrı-ayrı hallarda əhalisinin sayı 15.000
nəfərdən az, lakin 12.000 nəfərdən yuxarı
olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura,
ərazisində ümumdövlət əhəmiyyətli
müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi
və mədəni abidələr yerləşən, habelə
gələcək inkişaf və əhalisinin sayının
artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və
mədəni mərkəzlər şəhərlər
kateqoriyasına aid edilə bilər.”.
4.
7.4.2-ci maddədən “inzibati ərazi vahidi və ya”
sözləri çıxarılsın.
5.
7.4.3-cü maddədə “mərkəzinədək, yaxın
dəmiryol stansiyasınadək, poçt şöbəsinədək”
sözləri “mərkəzinədək (poçt
şöbəsinədək), yaxın dəmiryol
stansiyasınadək” sözləri ilə əvəz edilsin.
6.
7.4.5-ci maddədə “1:5000 və ya 1:10000 miqyasında sxematik xəritə”
sözləri “, onların ərazisindən asılı olaraq
sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən
25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda -
1:50000 miqyaslı, döngə nöqtələrinin koordinatları
göstərilməklə xəritə” sözləri ilə
əvəz edilsin.
7.
7.5.2-ci maddədən “inzibati ərazi vahidi və ya”
sözləri çıxarılsın.
8.
7.6-cı maddədə “1:5000 və ya 1:10000 miqyasında
sxematik xəritə” sözləri “, onların ərazisindən
asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda -
1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən
100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən
artıq olduqda - 1:50000 miqyaslı, döngə nöqtələrinin
koordinatları göstərilməklə xəritə” sözləri
ilə əvəz edilsin, “əhalisinin” sözündən sonra
“(səsvermə hüququna malik olan şəxslərin sayı
göstərilməklə) sayı və onların” sözləri
əlavə edilsin.
9. 8.4.2-ci maddədən “inzibati
ərazi vahidi və ya” sözləri çıxarılsın.
10.
8.4.4-cü maddədən “və onların hər birində
işləyən şəxslərin” sözləri
çıxarılsın.
11.
8.4.5-ci maddədə “1:5000 və ya 1:10000 miqyasında sxematik
xəritə” sözləri “, onların ərazisindən asılı
olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən
25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda -
1:50000 miqyaslı, döngə nöqtələrinin koordinatları
göstərilməklə xəritə” sözləri ilə
əvəz edilsin.
12.
8-ci maddəyə aşağıdakı redaksiyada yeni 8.5-ci
maddə əlavə edilsin və 8.5-ci maddə 8.6-cı
maddə hesab edilsin:
“8.5.
Ərazi vahidinin inzibati tabeliyi dəyişdikdə (başqa
rayona və ya şəhərə verildikdə) bu Qanunun 8.4-cü
maddəsində göstərilmiş sənədlərə
inzibati tabeliyi dəyişən ərazi vahidində yaşayan
əhalinin (səsvermə hüququna malik olan şəxslərin
sayı göstərilməklə) sayı və onların ümumi
yığıncağının qərarı əlavə olunur.”.
13.
9.6.2-ci maddədən “inzibati ərazi vahidi və ya” sözləri
çıxarılsın.
14.
10.2-ci maddənin ikinci cümləsi çıxarılsın və
aşağıdakı redaksiyada 10.3-cü maddə əlavə
edilsin:
“10.3.
Ərazi vahidlərinin statusunun dəyişdirilməsi üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının və ya Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin vəsatətinə aşağıdakı
sənədlər əlavə olunur:
10.3.1.
müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin
statusunun dəyişdirilməsinə dair qərarı;
10.3.2.
müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati
ərazi dairəsi üzrə nümayəndəliyinin
vəsatəti;
10.3.3.
ərazi vahidinin harada yerləşməsi, onun statusunun
dəyişdirilməsinin əsaslandırılması (bu
Qanunun 5.3-cü maddəsində göstərilmiş meyarlara müvafiq
olaraq), əhalisinin sayı və əsas
məşğuliyyətə görə tərkibi barədə
müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;
10.3.4.
statusunun müəyyən edilməsi və
dəyişdirilməsi təklif olunan ərazi vahidinin
qonşu ərazi vahidləri ilə sərhədlərinin
təsvirini verən, ərazi vahidinin inkişafına dair
baş plana görə mövcud və perspektiv sərhədləri
göstərən müvafiq icra hakimiyyəti orqanında təsdiq
edilmiş, onların ərazisindən asılı olaraq
sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən
25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda -
1:50000 miqyaslı, döngə nöqtələrinin koordinatları
göstərilməklə xəritə.”.
15.
11-ci maddədə aşağıdakı
dəyişikliklər edilsin:
1)
11.2-ci maddənin ikinci cümləsində “verilən və müvafiq
icra hakimiyyəti orqanında təsdiq edilmiş sxematik
xəritə 1:5000 və ya 1:10000 miqyasda” sözləri “müvafiq icra
hakimiyyəti orqanında təsdiq edilmiş, onların
ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə
qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə
qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda -
1:50000 miqyaslı, döngə nöqtələrinin koordinatları
göstərilməklə xəritə” sözləri ilə
əvəz edilsin.
2)
11.3-cü maddənin birinci cümləsində “kənd və ya
qəsəbə” sözləri “şəhər,
qəsəbə və ya kənd” sözləri ilə, ikinci cümləsində
“mərkəzi olan kənd və ya qəsəbənin”
sözləri “mərkəzinin” sözləri ilə əvəz
edilsin.
16.
12-ci maddəyə aşağıdakı
dəyişikliklər və əlavə edilsin:
1)
Maddənin adında “şəhərlərdə rayonların”
sözləri “şəhər rayonlarının” sözləri
ilə əvəz edilsin.
2)
12.1-ci maddədə “şəhərlərdə rayonların”
sözləri “şəhər rayonlarının” sözləri
ilə əvəz edilsin.
3)
12.2-ci maddədə “şəhərlərdə rayonların”
sözləri “şəhər rayonlarının” sözləri
ilə əvəz edilsin.
4)
12.3-cü maddədə “şəhərlərdə rayonlar”
sözləri “şəhər rayonları” sözləri ilə
əvəz edilsin.
5)
12.3.1-ci maddədə “rayonun” sözündən sonra “və
şəhər rayonunun” sözləri əlavə edilsin,
“onların hər birində işləyənlərin sayı,”
sözləri çıxarılsın və “rayon
mərkəzindən” sözləri “rayon və şəhər
rayonu mərkəzindən (poçt şöbəsindən)”
sözləri ilə əvəz edilsin.
6)
12.3.2-ci maddədə hər iki halda “rayonun” sözündən sonra
“və şəhər rayonunun” sözləri əlavə edilsin
və “1:5000 və ya 1:10000 miqyasında sxematik xəritə”
sözləri “, onların ərazisindən asılı olaraq
sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən
25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda -
1:50000 miqyaslı, döngə nöqtələrinin koordinatları
göstərilməklə xəritə” sözləri ilə
əvəz edilsin.
17.
13.2-ci maddədə “onların statusunu müəyyən edən
qanunun nüsxəsi,” sözləri çıxarılsın və “1:5000
və ya 1:10000 miqyasında sxematik xəritə” sözləri “,
onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə
qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə
qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda -
1:50000 miqyaslı, döngə nöqtələrinin koordinatları
göstərilməklə xəritə” sözləri ilə
əvəz edilsin.
18.
15.2-ci maddənin birinci cümləsində “2.10-cu və 2.11-ci”
sözləri “2.8-ci və 5.5-ci” sözləri ilə əvəz
edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2007-ci
il
№ 321-IIIQD