“Dənizçinin
şəxsiyyət sənədi haqqında Əsasnamə”nin
və “Dənizçinin şəxsiyyət sənədinin
spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq
olunması barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dənizçinin şəxsiyyət sənədi
haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
II. “Dənizçinin şəxsiyyət
sənədinin spesifikasiyası, təsviri və
nümunəsi” təsdiq edilsin (əlavə olunur).
III. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 1 fevral 2008-ci il
¹ 541-IIIQ
|
Azərbaycan
Respublikasının 2008-ci il 1 fevral
tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmişdir |
Dənizçinin
şəxsiyyət sənədi haqqında Əsasnamə
1. Dənizçinin şəxsiyyət sənədi
(bundan sonra - şəxsiyyət sənədi) gəmidə
(hərbi gəmi istisna olmaqla) dənizçinin
şəxsiyyətini təsdiq edən sənəd olmaqla,
sahibinə Azərbaycan Respublikasının 2006-cı il 12 may
tarixli Qanunu ilə qoşulmuş Beynəlxalq Əmək
Təşkilatının “Dənizçilərin
şəxsiyyət sənədləri haqqında” 2003-cü
il tarixli 185 nömrəli (dəyişdirilmiş)
Konvensiyasına (bundan sonra - Konvensiya) uyğun olaraq
işlədiyi gəmi ilə birlikdə və ya xaricdə
işlədiyi gəmiyə çatmaq üçün
fərdi qaydada Azərbaycan Respublikasından getmək və
Azərbaycan Respublikasına gəlmək hüququ verir.
1-1. Xaricdə işlədiyi
gəmiyə çatmaq üçün fərdi qaydada
ölkədən gedən vətəndaş
şəxsiyyət sənədi ilə birlikdə həmin
gəmi heyətinin tərkibində olmasını təsdiq
edən sənədi (tərtib olunmuş gəmi heyətinin
siyahısından çıxarış) sərhəd
nəzarətindən keçərkən təqdim etməlidir.[1]
2. Şəxsiyyət sənədi Azərbaycan
Respublikasında qeydiyyatda olan və dənizçilik
məqsədi ilə istifadə edilən gəmilərdə
hər hansı dənizçi vəzifəsində
işləyən Azərbaycan Respublikasının
vətəndaşlarına müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir.
3. Şəxsiyyət sənədi Konvensiyaya uyğun
olaraq, Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun
ərazisində istifadə üçün icarəyə
götürülmüş gəmidə dənizçi
vəzifəsində işləyən və Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazə
almış əcnəbilərə (bundan sonra -
əcnəbilər) və ya vətəndaşlığı
olmayan şəxslərə də verilir. [2]
4. Şəxsiyyət sənədi müstəqil
xarakter daşıyır və pasport hesab edilmir.
5. Şəxsiyyət sənədində Azərbaycan
Respublikasının adı, kodu, dövlət gerbi,
sənədin tipi, seriyası və nömrəsi, sahibinin
soyadı, adı, atasının adı,
vətəndaşlığı, cinsi, doğulduğu tarix və
yer, verilmə tarixi və etibarlıq müddəti,
dənizçinin şəxsiyyət sənədi sahibinin
şəxsi imzası, biometrik göstəriciləri,
şəxsin fərdi identifikasiya nömrəsi, şəxsin
səciyyəvi əlamətləri, dənizçinin
şəxsiyyət sənədini verən orqanın adı,
ünvanı, telefonu, faksı, elektron ünvanı, internet
səhifəsi, Beynəlxalq Mülki Aviasiya
Təşkilatının 9303 nömrəli (İCAO 9303)
tələblərinə uyğun fotoşəkli göstərilir.
6. Şəxsiyyət sənədi tərkibində
donanma və ya üzən nəqliyyat vasitəsi olan
müəssisələrin, idarələrin və
təşkilatların, o cümlədən dəniz təhsil
müəssisələrinin rəhbərlərinin
vəsatəti (1 nömrəli əlavə) və ya fərdi
qaydada fəaliyyət göstərən dənizçi
(və ya onun qanuni nümayəndəsi) tərəfindən
doldurulmuş ərizə-anket (2 nömrəli əlavə)
və dövlət rüsumunun ödənilməsini təsdiq
edən sənəd əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir. [3]
7. Şəxsiyyət sənədi 5 illik
müddətə verilir. Onun ilk 5 il qüvvədə olan
müddəti başa çatdıqdan sonra bu müddət 10
ildən artıq olmamaq şərtilə uzadıla bilər. [4]
8. Müvafiq icra hakimiyyəti orqanının məsul
əməkdaşı şəxsiyyət sənədinin
verilməsi barədə vəsatətin (ərizə-anketin)
düzgün doldurulmasını yoxlamalıdır. Bu
məqsədlə həmin məsul əməkdaş
barəsində şəxsiyyət sənədinin verilməsi
tələb olunan şəxsin ixtisas
şəhadətnaməsini (diplomunu) və
sağlamlığı haqqında tibbi arayışı tələb
etməli və nəzərdən keçirməlidir. Vəsatətdə
(ərizə-anketdə) qeyd edilmiş digər
məlumatların yoxlanılması üçün
şəxsiyyət vəsiqəsi, ilkin hərbi qeydiyyata
alınma haqqında vəsiqə və ya hərbi bilet,
əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
şəxsiyyətini təsdiq edən sənədlər
üzrə məlumatların elektron informasiya
sistemlərindən əldə edilməsi mümkün
olduğu hallarda həmin sənədlər
ərizəçidən tələb olunmur. [5]
9. Şəxsiyyət sənədini almaq
üçün dənizçi bir neqativdən eyni
ölçüdə çıxarılmış,
sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici
görkəm və əlamətlərlə (eynək, saqqal,
bığ və s.) yalnız öndən görünüşü
təsvir edilmiş fotoşəkilləri müvafiq icra
hakimiyyəti orqanına təqdim etməlidir.
Şəxsiyyət sənədinin verilməsinə
dair və Beynəlxalq Mülki Aviasiya
Təşkilatının 9303 nömrəli (İCAO 9303)
texniki tələbləri barədə məlumatlar müvafiq
icra hakimiyyəti orqanının binasında görünən
yerdə asılmalıdır.
10. Şəxsiyyət sənədini verən
müvafiq icra hakimiyyəti orqanının məsul
əməkdaşı şəxsiyyət sənədinin
verilməsi barədə vəsatət (ərizə-anket)
üzrə məlumatları yoxladıqdan sonra
vəsatətdə (ərizə-anketdə) həmin
məlumatların düzgünlüyünü öz
imzası və gerbli möhürlə təsdiq edərək,
dənizçinin şəxsi məlumatlarını
yoxlanılması üçün “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin vahid məlumat
bankına göndərir (ötürür) və oraya
sorğu verir. Sorğuya alınmış cavab əsasında
həmin məsul əməkdaşı dənizçiyə
şəxsiyyət sənədinin verilməsinin
mümkünlüyü haqqında qərar qəbul edir və
buna görə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyır. [6]
11. Şəxsin
ölkədən getmək hüququ Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində
göstərilmiş hallara əsasən müvəqqəti
məhdudlaşdırıldıqda, şəxsiyyət
sənədini verən müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə dənizçiyə
şəxsiyyət sənədinin verilməsindən imtina
edilir.[7]
12. Müvafiq icra hakimiyyəti orqanının məsul
əməkdaşı şəxsiyyət sənədini
doldurur və 15 gün müddətində sahibinə
verilməsi üçün müraciət etmiş
vəzifəli şəxsə və ya şəxsən
dənizçiyə (və ya onun qanuni
nümayəndəsinə) təqdim edir.
13. Şəxsiyyət sənədindəki yazılar
Azərbaycan Respublikasının dövlət dilində və
ingilis dilində göstərilir və müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxsi
tərəfindən imza və möhürlə təsdiq
edilərək sənədin rekvizitləri haqqında
məlumatlar “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin vahid məlumat
bankına daxil edilməsi üçün göndərilir
(ötürülür). [8]
14. Şəxsiyyət sənədinin sahibi
sənədi qorumalıdır.
15. Dənizçi şəxsiyyət sənədini
itirdikdə onu harada, nə vaxt və hansı
şəraitdə itirdiyini göstərməklə, bu
sənədi verən müvafiq icra hakimiyyəti orqanına
yazılı məlumat verməlidir.
Şəxsiyyət sənədinin itirildiyini
bildirən dənizçi həmin sənədi taparsa və
ya itirilmiş şəxsiyyət sənədi yeni
şəxsiyyət sənədi verildikdən sonra
tapılarsa, tapılmış sənədi dənizçi bu
sənədi verən müvafiq icra hakimiyyəti orqanına
təhvil verməlidir.
Şəxsiyyət sənədinin itirilməsi
təsdiq edildikdə və ərizəçinin
şəxsiyyəti müəyyənləşdirildikdə,
itirilmiş şəxsiyyət sənədi etibarsız hesab
edilərək, yeni şəxsiyyət sənədi verilir.
Şəxsiyyət sənədi oğurlandıqda,
dənizçi bu barədə cinayətin baş verdiyi yerin
polis orqanına müraciət etməlidir.
Belə ərizənin qəbul olunması haqqında
dənizçiyə arayış verilir və bu arayış
oğurlanmış şəxsiyyət sənədinin
əvəzinə yeni şəxsiyyət sənədinin
verilməsi üçün əsasdır.
16. Xarici ölkədə şəxsiyyət
sənədi itmiş, oğurlanmış, yararsız hala
düşmüş və ya etibarlıq müddəti
bitmiş dənizçinin yeni şəxsiyyət
sənədi ilə təmin edilməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən bu ölkədəki Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu və yaxud Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici
ölkədə Azərbaycan Respublikasının mənafeyini
ikitərəfli və ya çoxtərəfli beynəlxalq
müqavilələrlə müəyyən edilmiş qaydada
təmsil edən digər dövlətin diplomatik
nümayəndəliyi və ya konsulluğu vasitəsilə
həyata keçirilir.
17. Şəxsiyyət sənədinin etibarlıq
müddəti bitdikdə (dənizçi vəzifəsində
işləməyin davam etdirilməsi üçün), onun sahibinin
soyadı, adı, atasının adı
dəyişdirildikdə və ya şəxsiyyət
sənədinin yazılarında qeyri-dəqiqlik
müəyyən edildikdə, yaxud şəxsiyyət
sənədi yararsız hala düşdükdə dənizçi
bu sənədin dəyişdirməsi üçün onu
verən orqana müraciət etməlidir. [9]
18. Bu Əsasnamənin tələblərinə zidd
olaraq şəxsiyyət sənədinin verilməsindən
əsassız imtina edilməsinə, verilməsi
üçün dənizçidən qanunla nəzərdə
tutulmayan əlavə sənədlər tələb
edilməsinə və ya şəxsiyyət sənədinin
verilməsində (dəyişdirilməsində)
süründürməçiliyə yol verilməsinə,
habelə şəxsiyyət sənədinə
bilə-bilə yalan məlumatlar daxil edilməsinə, onun
həqiqi məzmununu təhrif edən düzəlişlərin
edilməsinə, şəxsiyyət sənədinin
itirilməsinə, onun verilməsi qaydalarının
pozulmasına, qanunsuz alınmasına və ya girov
götürülməsinə, qəsdən korlanmasına,
oğurlanmasına, saxtalaşdırılmasına,
satılmasına, qanunsuz hazırlanmasına və ya
bilə-bilə saxta sənəddən istifadə
edilməsinə görə təqsirli şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
|
“Dənizçinin
şəxsiyyət sənədi haqqında
Əsasnamə”yə 1 nömrəli
əlavə Dənizçinin
şəxsiyyət sənədinin verilməsi haqqında müəssisənin
(idarənin, təşkilatın) VƏSATƏTİ APPLICATION on issuing Seafarers`Identity Document from the organization (department,
institution) 1. Aşağıdakı
məlumatları nəzərə alaraq dənizçinin
şəxsiyyət sənədinin verilməsini xahiş
edirik. In accordance with the following we
hereby request to issue the Seafarers` Identity Document.
2. Müəssisənin
(idarənin, təşkilatın) Organization (department, institution)
II. Dənizçinin şəxsiyyət
sənədini verən dövlət orqanı
tərəfindən doldurulan hissə: a)
Dənizçinin şəxsiyyət sənədini verən
dövlət orqanının məsul əməkdaşı
tərəfindən müəssisənin (idarənin,
təşkilatın) vəsatətinin yoxlanılması
ilə bağlı qeydlər: Notes made by the
official of the authority issuing the Seafarers`Identity Document with regard
to the application submitted by the organization (department, institution):
8. Yoxlama zamanı aşağıdakı
sənədlər nəzərdən keçirilmişdir: The following documents were checked during the examination:
11.
Məlumatları yoxlamış məsul işçinin: Executive
official
B)
Dənizçinin şəxsiyyət sənədinin
ərizəçiyə verilməsi ilə əlaqədar
qeydlər: Note
with regard to issuing Seafarers`Identity Document to the applicant
14.
Xüsusi qeydlər: Special
remarks: |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Dənizçinin
şəxsiyyət sənədi haqqında
Əsasnamə”yə
I.
Dənizçi və ya onun qanuni nümayəndəsi
tərəfindən doldurulan hissə: Part
fillied by the seafarer or his legal representative Aşağıdakı
məlumatları nəzərə alaraq dənizçinin
şəxsiyyət sənədinin verilməsini xahiş
edirəm 1.
Dənizçinin şəxsiyyət sənədi sahibinin: Holder
of the Seafarers`Identity Document:
2.
Ərizə dənizçinin qanuni nümayəndəsi
tərəfindən verilərsə onun: In
case of the application was submitted by the legal representative, his
II. Dənizçinin şəxsiyyət
sənədini verən dövlət orqanı
tərəfindən doldurulan hissə: a)
Dənizçinin şəxsiyyət sənədini verən
dövlət orqanının məsul əməkdaşı
tərəfindən dənizçinin və ya onun qanuni
nümayəndəsinin ərizəsinin yoxlanılması
ilə bağlı qeydlər:
7.
Yoxlama zamanı aşağıdakı sənədlər
nəzərdən keçirilmişdir: The
following documents were checked during the examination:
10.
Məlumatları yoxlamış məsul işçi Executive
official
b)
Dənizçinin şəxsiyyət sənədinin
ərizəçiyə verilməsi ilə əlaqədar
qeydlər: Notes
with regard to issuing the Seafarers`Identity Document to the applicant
13.
Xüsusi qeydlər: Special
remarks: |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Azərbaycan
Respublikasının |
Dənizçinin şəxsiyyət
sənədinin spesifikasiyası
Dənizçinin şəxsiyyət sənədi
yüksək keyfiyyətli, şəffaf plastik örtük
(laminat) arasında yerləşdirilmiş və beynəlxalq
standartlara uyğun dənizçinin şəxsiyyət
sənədinin istehsalında istifadə olunan plastik adlanan
materialdan ibarətdir.
Plastik çap üçün əlverişli olan
sintetik, donuq, yüksək temperatura və kimyəvi
maddələrin təsirinə müqavimətli,
rütubətə davamlı, fototəsvirin keyfiyyətini
yüksəltməklə yanaşı, onun
saxtalaşdırılmasının qarşısını
almaq xassəsinə malikdir.
Dənizçinin şəxsiyyət sənədi
şəffaf plastikdən istifadə olunmaqla, isti sıxma
üsulu ilə hazırlanır.
Dənizçinin şəxsiyyət sənədinin
qalınlığı 0,76 mm-dir. Künclər
Optik nəzarət oxunuşu maşınında oxuna
bilmək üçün dənizçinin
şəxsiyyət sənədinin səthi hamardır.
Dənizçinin şəxsiyyət sənədinin
ön hissəsinin altı boyunca maşında oxuna bilən
iki zolaqlı Optik Nəzarət Oxusu hissəsi vardır.
Xüsusi mühafizə dərəcələri olan bu
sənəd müasir texniki imkanlar vasitəsi ilə
saxtalaşdırıla, yaxud surətçıxarma üsulu
ilə hazırlana bilməz.
|
Azərbaycan
Respublikasının |
Dənizçinin şəxsiyyət
sənədinin təsviri
Dənizçinin şəxsiyyət sənədi
85.6x54 mm ölçülüdür, Beynəlxalq Mülki
Aviasiya Təşkilatının 9303-cü sənədinə
uyğundur.
Dənizçinin şəxsiyyət sənədinin
üz tərəfinin yuxarı sağ küncündə
Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli
təsviri verilmiş, sol tərəfdə soldan sağa
“AZƏRBAYCAN RESPUBLİKASI”, altında “REPUBLIC OF AZERBAIJAN”
və onun sağında “Dənizçinin şəxsiyyət
sənədi”, altında “SEAFARERS’ IDENTITY DOCUMENT”
sözləri yazılmışdır. Alt sətirdə “This
document is a seafarers’ identity document for the purpose of the Seafarers'
Identity Documents Convention (Revised), 2003, of the International Labour
Organization. This document is a stand-alone document and not a passport.”
sözləri yazılmışdır.
Dənizçinin şəxsiyyət sənədində:
Azərbaycan Respublikasının kodu, sənədin
tipi, onun seriyası və nömrəsi
yazılmışdır;
dənizçinin şəxsiyyət sənədinin
üz tərəfində 3x4 sm ölçülərində
fotoşəkil üçün yer qoyulmuşdur;
ortada “Soyadı/Surname”, “Adı, Atasının
adı”/ “Given name, patronymic”,
“Vətəndaşlığı/Nationality”, “Cinsi/Sex”,
“(FİN)/PIN”, “Doğulduğu tarix/Date of birth”,
“Doğulduğu yer/ Place of birth”, “Verilmə tarixi/Date of issue”,
“Verildiyi yer/Place of issue”, “Etibarlıdır/Date of expiry”,
“Sahibinin imzası”/”Holder` signature”, “Səciyyəvi
əlamətləri/Distinctive marks”, “Möhür”/”Stamp”
sözləri yazılmışdır;
dənizçinin şəxsiyyət sənədinin
arxa tərəfində biometrik məlumatlar və
maşınla oxuna bilən məlumatlar zonası
üçün yer ayrılmışdır “AZ - STATE MARITIME AGENCY”, “Ünvan / Address, “Telefon /
Phone”, “Faks / Fax”, “E-mail”, “URL” göstərilmişdir.[10]
Dənizçinin şəxsiyyət sənədi
üzərindəki yazılar Azərbaycan və ingilis
dillərindədir.
Dənizçinin şəxsiyyət sənədinin
nümunəsi
(üz tərəfi)
AZƏRBAYCAN
RESPUBLİKASI
DƏNİZÇİNİN
ŞƏXSİYYƏT SƏNƏDİ This
document is a seafarers’ identity document for the purpose of the
Seafarers' Identity Documents Convention Tip / Type: Ölkənin kodu / Code of
state No: 000000 Soyadı / Surname Adı, atasının adı
/ Given name, patronymic Vətəndaşlığı
/ Nationality
Cinsi/Sex
FİN/PİN Doğulduğu tarix / Date of
birth Doğulduğu yer / Place of
birth Verilmə tarixi / Date of
issue Etibarlıdır/Date of expiry
Holder’s signature |
Dənizçinin şəxsiyyət sənədinin
nümunəsi
(arxa tərəfi)
AZ - STATE
MARITIME AGENCY
E-mail:
URL:
|
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
1. 2
oktyabr 2008-ci il tarixli 694-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr
2008-ci il, ¹ 243, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, ¹ 10, maddə 886)
2. 21 iyun 2013-cü
il tarixli 700-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü
il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 07, maddə 792)
3. 17
oktyabr
2014-cü il tarixli 1068-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 noyabr 2014-cü
il, ¹ 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 11, maddə 1348)
4. 1 fevral 2019-cu il tarixli 1473-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 188)
5. 30 mart 2020-ci il tarixli 42-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 aprel
2020-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 4, maddə 393)
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
[1] 17
oktyabr
2014-cü il tarixli 1068-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 noyabr 2014-cü
il, ¹ 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 11, maddə 1348) ilə yeni məzmunda
1-1-ci maddə əlavə edilmişdir.
[2] 17
oktyabr
2014-cü il tarixli 1068-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 noyabr 2014-cü
il, ¹ 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 11, maddə 1348) ilə 3-cü maddədə “daimi
yaşama statusu” sözləri “daimi yaşamaq
üçün icazə” sözləri ilə əvəz edilmişdir.
1 fevral 2019-cu il tarixli 1473-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹2, maddə 188) ilə 3-cü
maddədə “verilə
bilər” sözləri “verilir”
sözü ilə əvəz edilmişdir.
[3] 21 iyun 2013-cü il tarixli 700-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 07, maddə 792) ilə “Dənizçinin
şəxsiyyət sənədi haqqında Əsasnamə”nin
6-cı maddəsində “qəbz”
sözü “sənəd”
sözü ilə əvəz edilmişdir.
[4] 1 fevral 2019-cu il tarixli 1473-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 188) ilə 7-ci maddənin ikinci cümləsi
çıxarılmışdır.
[5] 1 fevral 2019-cu il tarixli 1473-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 188) ilə 8-ci maddənin ikinci cümlədə “şəxsiyyət
vəsiqəsini, ixtisas diplomunu, sağlamlığı
haqqında tibbi arayışı, hərbi vəzifəsi haqqında
hərbi biletini və ya təhkim şəhadətnaməsini,
lazım olarsa, əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
şəxsiyyətini təsdiq edən sənədləri”
sözləri “ixtisas
şəhadətnaməsini (diplomunu) və
sağlamlığı haqqında tibbi arayışı”
sözləri ilə əvəz edilmişdir və yeni
məzmunda üçüncü cümlə əlavə
edilmişdir.
[6] 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 oktyabr 2008-ci il, ¹ 243, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 10, maddə
886) ilə “Dənizçinin şəxsiyyət
sənədi haqqında Əsasnamə”nin 10-cu maddəsinin
birinci cümləsində “Giriş-Çıxış”
İdarələrarası Avtomatlaşdırılmış
Məlumat Axtarış Sisteminin (AMAS)” sözləri “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin” sözləri ilə əvəz edilmişdir.
[7] 17
oktyabr
2014-cü il tarixli 1068-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 noyabr 2014-cü
il, ¹ 245; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 11, maddə 1348) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
11. Şəxsiyyət sənədini
verən müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə dənizçiyə şəxsiyyət
sənədinin verilməsindən imtina edilməklə, onun
ölkədən getmək və ölkəyə
gəlmək hüququ “Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununda göstərilmiş
əsaslar olduqda müvəqqəti
məhdudlaşdırıla bilər.
[8] 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 oktyabr 2008-ci il, ¹ 243, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 10, maddə
886) ilə “Dənizçinin şəxsiyyət
sənədi haqqında Əsasnamə”nin 13-cü
maddəsində “Giriş-Çıxış”
İdarələrarası Avtomatlaşdırılmış
Məlumat Axtarış Sisteminin (AMAS)” sözləri “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin” sözləri ilə əvəz edilmişdir.
[9] 1 fevral 2019-cu il tarixli 1473-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 188) ilə 17-ci maddəyə “sahibinin”
sözündən əvvəl “etibarlıq
müddəti bitdikdə (dənizçi vəzifəsində
işləməyin davam etdirilməsi üçün), onun”
sözləri əlavə edilmişdir.
[10] 30 mart 2020-ci il tarixli 42-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 aprel
2020-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 4, maddə 393) ilə “Dənizçinin
şəxsiyyət sənədinin təsviri”nin yeddinci
abzasında və “Dənizçinin şəxsiyyət sənədinin
nümunəsi (arxa tərəfi)”ndə “ADMINISTRATION” sözü “AGENCY” sözü ilə əvəz edilmişdir.