«Qeyri-dövlət (özəl) mühafizə
fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi
aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Qeyri-dövlət
(özəl) mühafizə fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21
iyun tarixli 596 nömrəli Fərmanının 1.5-ci və
1.6-cı bəndlərinə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
«Özəl mühafizə müəssisəsi və ya
hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xüsusi vasitənin əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi hüququnu təsdiq edən
şəhadətnamənin forması», «Özəl
mühafizə müəssisəsi və ya hüquqi
şəxsin mühafizə bölməsi tərəfindən
xüsusi vasitənin əldə olunması, saxlanılması
və ondan təyinatı üzrə istifadə edilməsi
hüququnu təsdiq edən şəhadətnamənin
verilməsi Qaydası», «Özəl mühafizə
müəssisələri və ya hüquqi
şəxslərin mühafizə bölmələri
tərəfindən əldə oluna, saxlanıla və
təyinatı üzrə istifadə edilə bilən
xüsusi vasitələrin Siyahısı» və «Xüsusi
vasitənin özəl mühafizə müəssisəsi
və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən əldə olunması, saxlanılması
və ondan təyinatı üzrə istifadə edilməsi
üçün mühafizəçilərə verilməsi
Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİZADƏ
Bakı
şəhəri, 13 avqust 2007-ci il
№ 127
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 avqust tarixli 127
nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Özəl mühafizə müəssisəsi və
ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xüsusi vasitənin əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi hüququnu təsdiq edən
şəhadətnamənin
FORMASI
Gerb A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I N I N D a x i l i İ ş l ə r N a z i r l i y i _________________________________________________________________________ (şəhadətnaməni verən
strukturun adı) _____________ №-li
Ş Ə H A D Ə T N A M Ə «________»________________________20______-ci
ildə verilib ___________________________________________________________________________________________________________________ (özəl
mühafizə müəssisəsinin, hüquqi şəxsin ___________________________________________________________________________________________________________________ mühafizə bölməsinin adı
və ünvanı) ___________________________________________________________________________________________________________________ (xüsusi vasitələrin adları) əldə olunması,
saxlanılması və təyinatı üzrə
istifadə edilməsi hüququnu verir. [1]Lisenziyanın
nömrəsi və verilmə tarixi_________________________ ____________________________________________________________________________
[2] Rəis ______________________________________________
M.Y. |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 avqust tarixli 127
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Özəl mühafizə müəssisəsi və
ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xüsusi vasitənin əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi hüququnu təsdiq edən
şəhadətnamənin verilməsi
Q A Y D A S I
1.
Bu Qayda «Qeyri-dövlət (özəl) mühafizə
fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli
Fərmanının 1.5-ci bəndinə əsasən
hazırlanmışdır və özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xüsusi
vasitənin əldə olunması, saxlanılması və
ondan təyinatı üzrə istifadə edilməsi
hüququnu təsdiq edən şəhadətnamənin
verilməsi qaydasını müəyyən edir.
2.
Özəl mühafizə müəssisəsi və ya
mühafizə bölməsi yaradan hüquqi şəxslər
xüsusi vasitələrin əldə olunması,
saxlanılması və onlardan təyinatı üzrə
istifadə edilməsi hüququnu təsdiq edən
şəhadətnamənin alınması məqsədi
ilə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin müvafiq strukturlarına ərizə ilə
müraciət edirlər.
2.1.
Ərizə ilə birlikdə aşağıdakı
sənədlər təqdim olunur:
2.1.1.
hüquqi şəxslər - Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi tərəfindən verilmiş lisenziyanın və
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində
və ya Azərbaycan Respublikasının Vergilər
Nazirliyində dövlət qeydiyyatından keçməsi
barədə şəhadətnamənin surətləri;[3]
2.1.2.
mühafizə bölməsi yaradan: Azərbaycan
Respublikasının ərazisində xarici hüquqi
şəxslər və ya əcnəbi və ya
vətəndaşlığı olmayan şəxslər
tərəfindən təsis edilmiş hüquqi
şəxslər, o cümlədən birbaşa və ya
dolayı yolla xarici kapitalın iştirakı ilə
yaradılmış hüquqi şəxslər - Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən
verilmiş lisenziyanın
surəti;[4]
2.1.3.
mühafizə bölməsi yaradan digər hüquqi
şəxslər - Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi tərəfindən verilmiş lisenziyanın surəti.[5]
3.
Şəhadətnamələr Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin müvafiq strukturları
tərəfindən özəl mühafizə
müəssisəsinə və yaxud mühafizə
bölməsi yaradan hüquqi şəxslərə
müraciət daxil olduğu vaxtdan 3 iş günü
müddətində verilir.
4.
Şəhadətnamə özəl mühafizə
fəaliyyətinin həyata keçirilməsi
üçün verilmiş xüsusi razılığın
(lisenziyanın) qüvvədə olduğu müddətdə
etibarlıdır.[6]
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 avqust tarixli 127
nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Özəl mühafizə müəssisələri
və ya hüquqi şəxslərin mühafizə
bölmələri tərəfindən əldə oluna,
saxlanıla və təyinatı üzrə istifadə
edilə bilən xüsusi vasitələrin
S İ Y A H I S I
1.
Əl-qolu bağlama vasitəsi – qandal. 2. Rezin
dəyənək. 3. Canqoruyucu jilet
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 13 avqust tarixli 127
nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Xüsusi vasitənin özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi üçün
mühafizəçilərə verilməsi
Q A Y D A L A R I
1.
Bu Qaydalar «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının
1.6-cı bəndinə əsasən
hazırlanmışdır və xüsusi vasitənin
özəl mühafizə müəssisəsi və ya hüquqi
şəxsin mühafizə bölməsi tərəfindən
əldə olunması, saxlanılması və ondan
təyinatı üzrə istifadə edilməsi
üçün mühafizəçilərə verilməsi
qaydalarını müəyyən edir.
2.
Özəl mühafizə müəssisəsi və
mühafizə bölməsi yaradan hüquqi şəxslər
xüsusi vasitələri birbaşa istehsalçıdan və
yaxud qanunvericiliklə müəyyən olunmuş qaydada
xüsusi vasitələrin satışı ilə
məşğul olan müəssisələrdən ala bilərlər.
3.
Xüsusi vasitələr siqnalizasiya sistemləri ilə
təchiz olunmuş, bu məqsədlə nəzərdə
tutulmuş xüsusi otaqlarda, dəmir şkaflarda
saxlanılır.
4.
Xüsusi vasitələrin uçotu və qeydiyyatı
özəl mühafizə müəssisəsinin və yaxud
mühafizə bölməsinin məsul işçisi
tərəfindən ayrıca kitabda bu Qaydaların 1
nömrəli əlavəsinə uyğun aparılır.
5.
Xüsusi vasitələr xidmətə başlayan mühafizəçiyə
bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun
olaraq «Xüsusi vasitələrin
mühafizəçilərə verilib-alınmasının
qeydiyyatı jurnalı»nda imza etdikdən sonra verilir və
yalnız xidmət aparılan ərazidə istifadə olunur.
6.
Xidmət başa çatdıqdan sonra mühafizəçilər
xüsusi vasitələri özəl mühafizə
xidmətinin məsul işçisinə təhvil verirlər.
7.
Özəl mühafizə müəssisəsinin və
hüquqi şəxsin mühafizə bölməsinin
işçilərinə aşağıdakılar
qadağandır:
7.1.
xüsusi vasitələri mühafizə olunan obyektin
hüdudlarından kənara çıxartmaq;
7.2.
xidməti istifadə üçün verilmiş xüsusi
vasitələri kənar şəxslərə vermək.
8.
Xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda bu
barədə dərhal Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyinə və prokurorluq orqanlarına
məlumat verilməlidir.
9.
Xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal
barədə özəl mühafizə müəssisəsinin
və ya hüquqi şəxsin mühafizə bölməsinin
rəhbəri xidməti yoxlama aparmalı, xüsusi
vasitənin tətbiqinin qanunauyğun olub-olmaması
barədə müvafiq rəy hazırlamalıdır.
Xüsusi vasitələrin tətbiqinin qanunauyğun
olub-olmaması barədə müvafiq rəy özəl mühafizə
müəssisəsinin və ya hüquqi şəxsin
mühafizə bölməsinin rəhbəri
tərəfindən 3 gün müddətində Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə və prokurorluq
orqanlarına, Azərbaycan Respublikasının
ərazisində xarici hüquqi şəxslər və ya
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxslər tərəfindən təsis edilmiş
hüquqi şəxslər, o cümlədən birbaşa
və ya dolayı yolla xarici kapitalın iştirakı ilə
yaradılmış hüquqi şəxslər isə
Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinə və prokurorluq
orqanlarına təqdim edilməlidir. [7]
10.
Xüsusi vasitə itirildikdə, bu barədə dərhal
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinə məlumat verilməlidir.
«Xüsusi vasitənin özəl
mühafizə müəssisəsi və ya hüquqi
şəxsin mühafizə bölməsi
tərəfindən əldə olunması,
saxlanılması və ondan təyinatı üzrə
istifadə edilməsi üçün
mühafizəçilərə verilməsi Qaydaları»na 1
nömrəli ƏLAVƏ (üz qabığı) _____________________________________________________________________________________ (özəl mühafizə
müəssisəsinin və ya hüquqi şəxsin
mühafizə bölməsinin adı) XÜSUSİ
VASİTƏLƏRİN UÇOTU VƏ QEYDİYYATI J U R N A L I Başlanılıb
«______»______________20_____il Qurtarıb «______»______________20_____il (səhifələri)
|
«Xüsusi vasitənin özəl
mühafizə müəssisəsi və ya hüquqi
şəxsin mühafizə bölməsi
tərəfindən əldə olunması,
saxlanılması və ondan təyinatı üzrə
istifadə edilməsi üçün
mühafizəçilərə verilməsi Qaydaları»na 2 nömrəli Əlavə (üz
qabığı) _____________________________________________________________________________________ (özəl mühafizə
müəssisəsinin və ya hüquqi şəxsin
mühafizə bölməsinin adı) XÜSUSİ VASİTƏLƏRİN
MÜHAFİZƏÇİLƏRƏ VERİLİB-ALINMASININ QEYDİYYATI J U
R N A
L I Başlanılıb
«______»____________20_____il Qurtarıb «______»____________20_____il (səhifələri)
|
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
1. 4 sentyabr 2008-ci il tarixli 202
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə
853)
2. 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 6
oktyabr 2016-cı il tarixli 392
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, № 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10,
maddə 1710) ilə “Xüsusi
razılığın (lisenziyanın)” sözləri “Lisenziyanın” sözü
ilə əvəz edilmişdir.
[2] 6
oktyabr 2016-cı il tarixli 392
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, № 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10,
maddə 1710) ilə “Etibarlılıq
müddəti” sözləri
çıxarılmışdır.
[3] 4 sentyabr 2008-ci il tarixli 202
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə
853) ilə «Özəl mühafizə müəssisəsi
və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xüsusi vasitənin əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi hüququnu təsdiq edən
şəhadətnamənin verilməsi Qaydası»nın
2.1.1-ci yarımbəndində «Ədliyyə
Nazirliyində» sözlərindən sonra «və ya Azərbaycan Respublikasının Vergilər
Nazirliyində» sözləri əlavə edilmişdir.
[4] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
ilə “Özəl mühafizə müəssisəsi və
ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən xüsusi vasitənin əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi hüququnu təsdiq edən
şəhadətnamənin verilməsi Qaydası”nın
2.1.2-ci yarımbəndində “Milli
Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə
əvəz edilmişdir.
[5] 6
oktyabr 2016-cı il tarixli 392
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, № 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10,
maddə 1710) ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü
yarımbəndlərdə “xüsusi
razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü
ilə əvəz edilmişdir.
[6] 6
oktyabr 2016-cı il tarixli 392
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, № 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10,
maddə 1710) ilə 4-cü hissə ləğv
edilmişdir.
[7] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
ilə “Xüsusi vasitənin özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən əldə
olunması, saxlanılması və ondan təyinatı
üzrə istifadə edilməsi üçün mühafizəçilərə
verilməsi Qaydaları”nın 9-cu hissəsində “Milli Təhlükəsizlik
Nazirliyinə” sözləri “Dövlət
Təhlükəsizliyi Xidmətinə” sözləri
ilə əvəz edilmişdir.