Dövlət əmlakının qorunub
saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında dövlət
əmlakının özəlləşdirilməsi
sahəsində qəbul olunmuş dövlət
proqramlarının icrası ilə bağlı son illər
həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində iqtisadiyyatın
bütün sahələrində sahibkarlığın
inkişafı geniş vüsət almış və
dövlətin iqtisadi qüdrətinin
möhkəmləndirilməsində özəl
bölmənin rolu xeyli artmışdır. Hazırda ümumi
daxili məhsulun istehsalında bu bölmənin xüsusi
çəkisi 80 faizə yaxınlaşsa da, hələlik
dövlət mülkiyyətində milyardlarla manat
dəyərində əmlakı olan çoxlu sayda
müəssisə və obyekt fəaliyyət göstərir.
Müşahidələr göstərir ki, bir sıra hallarda
dövlət müəssisələrinin idarə
edilməsində nöqsanlara yol verilir və onların
sərəncamında olan dövlət əmlakından
səmərəli istifadə təmin edilmir. Belə ki,
bəzi müəssisələrdə dövlət
əmlakının qeydiyyatdan yayındırılması,
borcların yaranması və həmin borclara görə
onların müflisləşmə təhlükəsi ilə
üzləşməsi, müəssisələrin
yerləşdiyi torpaq sahələrinin təyinatının
əsassız dəyişdirilməsi kimi hallara rast gəlinir.
Belə səbəblər üzündən ayrı-ayrı
müəssisələr yararsız hala düşərək
fəaliyyətlərini dayandırır, onların yüksək
ixtisaslı fəhlə və mütəxəssisləri
iş yerlərindən məhrum olurlar.
Müasir şəraitdə dövlət
müəssisələrinin idarə edilməsi və
dövlət əmlakından istifadə mexanizmlərini
təkmilləşdirmək, bu sahədə dövlət
nəzarətini gücləndirmək və
şəffaflığı artırmaq, dövlət
müəssisə və təşkilatlarında
restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin
sürətləndirilməsini təmin etmək
məqsədilə qərara
alıram:
1. «Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı» təsdiq edilsin (əlavə olunur—Əlavə I).
2. «Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları» təsdiq edilsin
(əlavə olunur—Əlavə II).
3. «Dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə
III).
4. «Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin
idarəetməyə verilməsi Qaydaları» təsdiq edilsin
(əlavə olunur—Əlavə IV).
5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23
dekabr tarixli, 432 nömrəli fərmanı ilə təsdiq
edilmiş «Özəlləşdirilən dövlət
əmlakının qiymətləndirilməsi haqqında
Əsasnamə» əlavə və dəyişikliklər
edilməklə yeni redaksiyada təsdiq edilsin (əlavə
olunur—Əlavə V).
6. Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi:
6.1. «Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı»nda nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsi məqsədilə
dövlət büdcəsinin, müəssisə və
təşkilatların vəsaitlərinin, qrantların və
digər maliyyə yardımlarının cəlb edilməsi
ilə əlaqədar müvafiq tədbirlər həyata
keçirsin;
6.2. Dövlət Proqramının icrası ilə
bağlı görülən işlər barədə
ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin;
6.3. özəlləşdirilən dövlət
müəssisələrinin borclarının qanunvericiliklə
nəzərdə tutulmuş qaydada tənzimlənməsi
məqsədilə səmərəli tədbirlərin
görülməsini təmin etsin;
6.4. dövlət müəssisələri və
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərlə bağlı məhkəmə
mübahisələrində dövlətin mənafeyinin
qorunması üçün zəruri tədbirlər
həyata keçirsin.
7. Azərbaycan Respublikasının mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının, dövlət
müəssisə və təşkilatlarının
rəhbərlərinə tapşırılsın:
7.1. sərəncamlarında olan dövlət
əmlakının və onun yerləşdiyi torpaq
sahələrinin qorunub saxlanmasını təmin etsinlər;
7.2. Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin razılığı
olmadan dövlət müəssisə və obyektlərinin
yerləşdiyi dövlət mülkiyyətində olan torpaq
sahələrində tikinti, yenidənqurma və digər quraşdırma
işlərinin aparılmasına yol verməsinlər və bu
sahədə mövcud pozuntuların aradan
qaldırılması üçün qanunvericiliyə
uyğun tədbir görsünlər;
7.3. balanslarında olan əmlak və onun
barəsində bağlanılmış əqdlər
barədə məlumatların Dövlət
Əmlakının Registrinə daxil edilməsi üçün
vaxtında Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim olunmasını təmin etsinlər;
7.4. dövlət əmlakından səmərəli
istifadənin təmin edilməsi, o cümlədən icarə
müqaviləsi olmadan dövlət əmlakının
üçüncü şəxslərin istifadəsinə
verilməsinə və istifadəsi mümkün olan
əmlakın balansdan silinməsinə yol verilməməsi
üçün zəruri tədbirlər görsünlər;
7.5. borclara görə dövlət
müəssisələrinin və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
əmlakının siyahıya alınması, hərraclarda
satışı və qiymətləndirilməsi hallarında
dövlət əmlakının qorunub saxlanması və
səmərəli istifadəsini, dövlətin mənafeyinin
qorunmasını və sui-istifadə hallarının
qarşısının alınmasını təmin
etsinlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bir ay müddətində:
8.1. özəlləşdirilən dövlət
əmlakının və torpaq sahələrinin
qiymətləndirilməsi, habelə daşınmaz
dövlət əmlakının (mənzil fondundan başqa)
icarəyə verilməsi üçün icarə
haqqının minimum məbləğinin müəyyən
edilməsi barədə mövcud normativ hüquqi aktlara
müvafiq dəyişikliklər etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu
fərmana uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
8.3. dövlət müəssisə və
təşkilatlarının balansında olan əmlakın
qorunub saxlanılması və səmərəli
istifadəsinin təmin edilməsi ilə bağlı həmin
müəssisə və təşkilatların vəzifəli
şəxslərinin hüquqi məsuliyyətinin gücləndirilməsi
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
8.4. bu fərmanın 1-ci bəndi ilə təsdiq
olunan «Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı»nın 9.2-ci bəndində göstərilən
xüsusi hesabatın formasını və orada
göstərilməli olan məlumatların
siyahısını təsdiq etsin;
8.5. Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin
mərkəzi aparatının və onun ərazi
bölmələrinin fəaliyyətinin səmərəli
təşkili məqsədi ilə işçilərin say
həddinin artırılması və maddi-texniki
təminatının yaxşılaşdırılması
ilə bağlı məsələləri həll etsin;
8.6. bu fərmandan irəli gələn digər
məsələləri həll etsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23
dekabr tarixli, 432 nömrəli fərmanı ilə təsdiq
edilmiş «Özəlləşdirilən dövlət
əmlakının qiymətləndirilməsi haqqında
Əsasnamə» (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹ 12, maddə 844; 2001-ci il, ¹ 7, maddə 470, ¹
10, maddə 640; 2002-ci il, ¹ 12, maddə 725; 2003-cü il, ¹ 9,
maddə 475, ¹ 10, maddələr 569, 585; 2004-cü il, ¹ 9,
maddə 678; 2005-ci il, ¹ 5, maddə 400; 2006-cı il, ¹ 7,
maddə 590) qüvvədən düşmüş hesab
edilsin.
10.
Bu fərman imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 iyun 2007-ci il
¹
586
|
|
Əlavə
I Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasında
dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə
DÖVLƏT PROQRAMI[2]
Giriş
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin həyata keçirdiyi siyasət
nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik
zəminində 1996-cı ildən etibarən Azərbaycan
Respublikasında ardıcıl iqtisadi islahatlar həyata
keçirilməyə başlanmış, iqtisadiyyatın
dövlətsizləşdirilməsi və idarəetmə
sistemində köklü dəyişikliklərin
aparılması istiqamətində mühüm işlər
görülmüşdür. Aparılan islahatlar
iqtisadiyyatın idarə edilməsi sahəsində
dövlətin inzibati müdaxiləsinin aradan
qaldırılmasına, mülkiyyət üzərində inhisarçılığın
və dövlətin təsərrüfatçılıq
funksiyalarının məhdudlaşdırılmasına,
sahibkarlığın və azad iqtisadi fəaliyyətin
bərqərar olmasına, dövlətin iqtisadi
qüdrətinin möhkəmləndirilməsinə və
vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılmasına xidmət etmişdir.
Görülmüş işlər nəticəsində bu
gün Azərbaycan iqtisadi inkişafın artım
sürətinə görə dünya ölkələri
arasında qabaqcıl yer tutur. Ölkədə azad bazar
iqtisadiyyatı və sosial ədalət prinsiplərinə
söykənən möhkəm təməlli iqtisadi sistem
formalaşır.
Azərbaycan Respublikasında həyata
keçirilən iqtisadi islahatların gedişində
dövlət əmlakının idarə edilməsinin yeni
sisteminin formalaşdırılması sahəsində də
müəyyən irəliləyişlərə nail
olunmuşdur. Dövlət əmlakının idarə
edilməsi sahəsində dövlət siyasətinin həyata
keçirilməsi funksiyalarını yerinə yetirən icra
hakimiyyəti orqanlarının strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilmişdir. Ötən dövrdə dövlət
əmlakının idarə edilməsi üzrə
dövlət siyasətinin mühüm struktur elementi kimi
əmlakın istifadə edilməsi və ona sərəncam
verilməsi ilə bağlı institusional
dəyişikliklərin həyata keçirilməsinə
xüsusi diqqət yetirilmişdir.
Eyni zamanda, ölkədə əldə
edilmiş yüksək iqtisadi artım şəraitində
dövlət əmlakının idarə edilməsinin daha da
təkmilləşdirilməsinə ehtiyac vardır. Mövcud
idarəetmə mexanizmləri bəzi hallarda dövlət
əmlakından səmərəli istifadəni və onun idarə
edilməsi ilə bağlı əsaslandırılmış
çevik qərarların qəbulunu təmin etmir.
Dövlət müəssisə və şirkətlərində
institusional yeniləşmələrin
sürətləndirilməsinə, bu sahəyə potensial
investorların daha geniş cəlb edilməsinə,
institusional dəyişikliklərin gedişində
şəffaflığın təmin olunmasına ehtiyac
yaranır.
Qeyd edilənlərlə əlaqədar
hazırkı şəraitdə dövlət əmlakının
idarə edilməsi ilə bağlı
məsələlərin həllinə yeni yanaşmaların
tətbiq edilməsi, bu sahədə mövcud mexanizmlərin
təkmilləşdirilməsi zərurəti
yaranmışdır. Bu baxımdan, Azərbaycan
Respublikasının qanunvericiliyinə, habelə dövlət
əmlakının idarə edilməsi sahəsində
əldə edilmiş təcrübəyə uyğun olaraq
hazırlanmış «Azərbaycan Respublikasında
dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı» (bundan sonra—Dövlət Proqramı) dövlət
əmlakının idarə edilməsinin
səmərəliliyinin artırılmasına xidmət edir.
I. ÜMUMİ HİSSƏ
1. Dövlət
Proqramının məqsədi və əsas
vəzifələri
Dövlət Proqramının
məqsədi dövlət əmlakının idarə
edilməsinin səmərəliliyinin artırılması,
dövlət əmlakının qorunub saxlanılması
və istifadəsi üzərində dövlət
nəzarətinin təkmilləşdirilməsi yolu ilə
dövlət müəssisələrinin rəqabət
qabiliyyətini yüksəltməkdən və
bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına
nail olmaqdan ibarətdir.
Dövlət Proqramının əsas
vəzifələri aşağıdakılardır:
dövlət əmlakının
idarəedilməsi sahəsində mükəmməl
tənzimləmə mexanizmi yaratmaq;
dövlət müəsissə və
təşkilatlarının istifadəsində olan
əmlakın qorunub saxlanmasını və
səmərəli istifadəsini təmin etmək;
təsərrüfat
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin (payların) idarə edilməsinin
səmərəliliyini artırmaq;
dövlət əmlakının
idarəetməyə verilməsi mexanizmini
təkmilləşdirmək;
investisiyaların cəlb edilməsi yolu
ilə dövlət müəssisələrinin
inkişafına nail olmaq, onların
özəlləşdirməqabağı
sağlamlaşdırılmasını təmin etmək.
2. Dövlət
Proqramının əsas istiqamətləri
Müəyyən olunmuş əsas
vəzifələrə uyğun olaraq Dövlət
Proqramında dövlət əmlakının idarə
edilməsinin aşağıdakı istiqamətlərdə
təkmilləşdirilməsi nəzərdə tutulur:
dövlət əmlakının
idarə edilməsinin normativ hüquqi bazasının
təkmilləşdirilməsi, müasir
tələblərə cavab verən uçot və qeydiyyat
sisteminin yaradılması;
təsərrüfat
cəmiyyətlərində dövlətə məxsus
payların və səhmlərin idarə edilməsinin
təkmilləşdirilməsi;
dövlət əmlakından istifadə
edilməsinə nəzarət mexanizminin
təkmilləşdirilməsi;
dövlət
müəssisələrinin və təsərrüfat
cəmiyyətlərinin restrukturizasiyası,
sağlamlaşdırılması və
özəlləşdirməyə hazırlanması;
dövlət
müəssisələrinin
özəlləşdirmədən sonra inkişafına
nəzarət mexanizminin formalaşdırılması.
3. Dövlət
Proqramının tətbiqindən gözlənilən
nəticələr
Dövlət Proqramının
icrasından aşağıdakı nəticələr
gözlənilir:
dövlət əmlakının
idarə edilməsinin səmərəli mexanizmlərinin
formalaşdırılması;
dövlət əmlakının
istifadəsindən dövlət büdcəsinə daxil olan
vəsaitin həcminin artması;
dövlət əmlakının qorunub
saxlanması və mühafizəsi, ondan səmərəli
istifadə edilməsinə mükəmməl nəzarətin
təmin edilməsi;
özəlləşdirilən
dövlət müəssisələrinə cəlb edilən
investisiyaların həcminin artması.
4. Dövlət
əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Tədbirlər Planı
4.1. Dövlət əmlakının
idarə edilməsinin təkmilləşdirilməsi
üzrə həyata keçirilməli olan konkret
tədbirlərin siyahısı, onların icra müddəti
və icrası üçün məsul orqanlar Dövlət
Proqramının ayrılmaz hissəsi olan Tədbirlər Planında
göstərilir.
4.2. Dövlət Proqramında, o
cümlədən Tədbirlər Planında
nəzərdə tutulan normativ hüquqi aktlar qəbul
edilənədək və digər tədbirlər yerinə
yetirilənədək dövlət əmlakının
idarə edilməsi Dövlət Proqramında və hazırda
qüvvədə olan qanunvericilik aktlarında
müəyyən olunmuş qaydada həyata keçirilir.
5. Dövlət
əmlakı və onun idarə edilməsinin əsasları
5.1. Dövlət Proqramının
məqsədləri üçün dövlət
əmlakı dedikdə, Azərbaycan Respublikasının
mülkiyyətində olan daşınmaz və daşınar
əşyalar, qiymətli kağızlar, habelə onlar
üzərində əmlak və əşya hüquqları
nəzərdə tutulur.
5.2. Dövlət əmlakının
idarə edilməsi dövlət mülkiyyətində olan
əmlak və hüquqi şəxslərin nizamnamə
kapitalında dövlətə məxsus paylar (səhmlər)
üzərində sahiblik, istifadə və sərəncam
vermək hüquqlarının dövlətin adından
həyata keçirilməsi, dövlət müəssisə
və obyektlərinin, dövlət əmlakı
əsasında fəaliyyət göstərən
təsərrüfat cəmiyyətlərinin
fəaliyyətinin dövlət siyasətinə uyğun olaraq
tənzimlənməsi deməkdir.
5.3. Dövlət əmlakının idarə
edilməsində qanunvericiliklə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının adından dövlət
əmlakı üzərində sərəncam verilməsini
həyata keçirən, dövlət
müəssisələrinin əmlakına dair dövlətin
adından mülkiyyətçi hüquqlarını
təmsil edən Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi, öz
səlahiyyətləri çərçivəsində
digər mərkəzi və yerli icra hakimiyyəti orqanları,
tabeliyində dövlət müəssisə və
obyektləri olan idarəetmə orqanları iştirak
edirlər.
5.4. Dövlət əmlakı
Azərbaycan Respublikasının dövlət orqanlarına
və dövlət büdcəsindən
maliyyələşən qeyri-kommersiya təşkilatlarına
onların vəzifə və funksiyalarının icrası,
habelə dövlət müəssisələrinə
onların təsərrüfat fəaliyyətinin təmin
edilməsi məqsədi ilə müəyyən edilmiş
qaydada istifadəyə verilir.
Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına, dövlət büdcəsindən
maliyyələşən təşkilatlara təhkim
edilmiş dövlət əmlakı onlar tərəfindən
kommersiya məqsədləri üçün istifadə
edilmir.
5.5. Kommersiya fəaliyyəti
göstərən dövlət
müəssisələrinə verilmiş əmlak onlar
tərəfindən yalnız müəssisələrin
nizamnamə məqsədlərinə uyğun olaraq istifadə
edilir.
5.6. Dövlət əmlakı
üzərində mülkiyyət hüquqlarının
dəyişdirilməsi dövlət əmlakının
özəlləşdirilməsini və bələdiyyə
mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik
aktlarına uyğun həyata keçirilir, dövlət
əmlakına sahiblik və istifadə hüquqlarının
verilməsi, dövlət əmlakının balansdan
silinməsi Dövlət Proqramına və müvafiq
qanunvericiliyə uyğun aparılır.
5.7. Dövlət əmlakının
idarə edilməsi aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
dövlət əmlakının
idarə edilməsində səmərəliliyin təmin
edilməsi, dövlət mənafelərinin qorunması;
dövlət əmlakının
idarə edilməsi prosesində müntəzəm hesabat
və nəzarət sisteminin tətbiq edilməsi;
dövlət əmlakı haqqında
vahid məlumat bazasının yaradılması;
idarəetmənin aşkarlıq və
şəffaflıq şəraitində həyata
keçirilməsi, onun üzərində dövlət və
ictimai nəzarətin təmin edilməsi;
dövlət əmlakının
idarə edilməsində qanunçuluğa riayət
edilməsi;
idarəetmə prosesinə
peşəkar kadrların cəlb olunması;
dövlət əmlakının
idarə edilməsi prosesində müasir idarəçilik
üsullarından və mütərəqqi maliyyə
mexanizmlərindən istifadə edilməsi.
5.8. Dövlət əmlakının
idarə edilməsi aşağıdakı yollarla və
üsullarla həyata keçirilir:
dövlət
müəssisələrinin yaradılması, idarəetmə
orqanlarının formalaşdırılması;
dövlət
müəssisələrinin və digər hüquqi
şəxslərin nizamnamə kapitalına daxil olan
dövlət əmlakından səmərəli
istifadəyə nəzarət edilməsi;
dövlət əmlakına dair
bağlanılmış əqdlərin qeydiyyata
alınması və qanunvericiliklə müəyyən
edilmiş hallarda onların bağlanılmasına
razılıq verilməsi;
dövlət
müəssisələrinə qanunvericiliklə
müəyyən edilmiş hallarda onların
fəaliyyətinin tənzimlənməsi üçün
icrası məcburi olan göstərişlərin verilməsi;
təsərrüfat
cəmiyyətlərində və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərdə
dövlətə məxsus səhmlərin (payların) üzərində
sərəncam verilməsi;
təsərrüfat
cəmiyyətlərində və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
idarə edilməsində qanunvericilikdə nəzərdə
tutulmuş qaydada iştirak edilməsi;
dövlət
müəssisələrinin, onların əmlakının,
habelə dövlətə məxsus səhmlərin
(payların) idarəetməyə verilməsi.
5.9. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin qeyri-dövlət hüquqi
şəxslərə və fiziki şəxslərə
verilməsi Azərbaycan Respublikasının dövlət
əmlakının özəlləşdirilməsi
haqqında qanunvericiliyində nəzərdə tutulmuş
hallarda və qaydada həyata keçirilir.
II. XÜSUSİ HİSSƏ
6. Dövlət
hakimiyyəti orqanlarının və büdcədən
maliyyələşən dövlət
təşkilatlarının istifadəsində olan
dövlət əmlakının idarə edilməsi
6.1. Dövlət əmlakı
Azərbaycan Respublikasının dövlət orqanlarına
və dövlət büdcəsindən
maliyyələşən təşkilatlara onların
hüquq, vəzifə və funksiyalarının icrası
məqsədi ilə verilir.
6.2. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, büdcədən
maliyyələşən digər dövlət
təşkilatlarının rəhbərləri
istifadədə olan dövlət əmlakının qorunub
saxlanılmasına, həmin əmlakdan yalnız
qanunvericiliklə müəyyən edilmiş vəzifə,
funksiya və hüquqların həyata keçirilməsi
məqsədi ilə istifadə edilməsinə görə
şəxsən məsuliyyət daşıyırlar.
6.3. Dövlət orqanlarının,
dövlət büdcəsindən maliyyələşən
təşkilatların qanunvericiliklə nəzərdə
tutulmuş fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri olan qeyri-yaşayış
sahələri ilə təmin olunması zamanı inzibati
və yardımçı vəzifə tutan dövlət
qulluqçuları, habelə digər əsas və texniki
işçi heyətinin ştat vahidi üçün normalar
əsas götürülür və müvafiq texniki,
köməkçi və digər əlavə
qeyri-yaşayış sahələrinin
ölçülərinin müəyyən edilməsi
həmin təşkilatların profili və fəaliyyət
istiqamətləri nəzərə alınmaqla həyata
keçirilir.
6.4. Dövlət orqanlarının,
dövlət büdcəsindən maliyyələşən
təşkilatların, dövlət
müəssisələrinin və təsərrüfat
cəmiyyətlərinin fəaliyyəti üçün
lazım olmayan və yararsız olan əmlakın onların
müraciətləri əsasında sərəncama
götürülməsi Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən, qanunvericiliyə müvafiq olaraq
müəyyən edilmiş normativlər əsasında
daşınmaz dövlət əmlakı obyektlərinin
dövlət orqanlarına, müəssisə və
təşkilatlarına verilməsi Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin təqdimatı əsasında
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən həyata keçirilir.
6.5. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin, o cümlədən binaların
və qeyri-yaşayış sahələrinin
büdcədən maliyyələşən dövlət
orqanları arasında bir-birinə verilməsi, Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna
olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən qəbul olunan qərarlar əsasında
həyata keçirilir.
6.6. Dövlət mülkiyyətində
olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin
digər dövlət orqanlarına və
təşkilatlarına verilməsi Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi ilə razılaşdırılmaqla
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
əsasında aparılır.
Dövlət mülkiyyətində olan
xüsusi əhəmiyyətli əsas vəsaitlərin meyar
göstəriciləri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
6.7. Dövlət mülkiyyətində
olan hüquqi şəxslərə məxsus əsas
vəsaitlərin dövlət ehtiyacları üçün
verilməsi Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin
təqdimatı əsasında Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən qəbul olunan
qərarlar əsasında həyata keçirilir.
6.8. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin verilməsi məqsədi ilə
müvafiq dövlət orqanı tərəfindən
məsələnin zəruriliyi və məqsədəuyğunluğu
göstərilməklə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə
müəyyən edilmiş müddətdə
müraciətə baxıldıqdan və Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin yazılı rəyi
alındıqdan sonra Azərbaycan Respublikasının
Nazirlər Kabineti müvafiq qərar qəbul edir.
6.9. Eyni mərkəzi və ya yerli icra
hakimiyyəti orqanı, habelə dövlət
təşkilatları daxilində əsas vəsaitlərin bir
struktur bölməsindən digərinə verilməsi
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin yazılı razılığı
alındıqdan sonra həmin mərkəzi və ya yerli icra
hakimiyyəti orqanının, dövlət
təşkilatının qərarı əsasında
həyata keçirilir.
6.10. Özəlləşdirilən
dövlət müəssisələrinin (birliklərinin)
sosial-mədəni və məişət-kommunal
təyinatlı obyektlərinin, ləğv olunmuş
dövlət orqanlarının istifadəsində olmuş
əmlakın digər dövlət orqanına verilməsi
qüvvədə olan qanunvericiliklə müəyyən
edilmiş qaydada tənzimlənir.
6.11. Tikintisi başa
çatdırılmamış obyektlərin verilməsi
layihə-smeta və texniki-normativ sənədlərinin, habelə
dövlət tərəfindən tikinti üçün
ayrılmış fondlara dair sənədlərin obyektləri
təhvil verən tərəfindən obyektləri qəbul
edən tərəfə təqdim edilməsi ilə həyata
keçirilir.
6.12. Dövlət əmlakının
Registrindən çıxarış olmadan müəssisə
və təşkilatların tabeliyindən asılı
olmayaraq dövlət mülkiyyətində olan daşınmaz
əmlakın verilməsinə yol verilmir.
6.13. Dövlət mülkiyyətində
olan əsas vəsaitlərin verilməsi müvafiq qaydada
təhvil-təslim aktlarının tərtib edilməsi, bu
barədə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə,
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə,
Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinə məlumat verilməsi və dövlət
əmlakının Registrində müvafiq qeydiyyatın
aparılması ilə başa çatmış hesab olunur.
7. Dövlət
müəssisələrinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus səhmlərin (payların) idarə edilməsi
7.1. Dövlət Proqramının
məqsədləri üçün dövlət
müəssisəsi dedikdə, tamamilə dövlət
mülkiyyətində olan, səhmlərinin (paylarının)
və ya əmlakının 2/3 hissəsindən çoxu
birbaşa və dolayısı dövlətə məxsus olan
hüquqi şəxslər başa düşülür.
7.2. Dövlət
müəssisələri, bir qayda olaraq, açıq və
qapalı səhmdar cəmiyyətləri, habelə məhdud
məsuliyyətli cəmiyyətlər formasında təsis
olunur.
7.3. Azərbaycan Respublikası adından
dövlət müəssisələrinin və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslərin təsisçisi və iştirakçısı
(səhmdarı, payçısı) kimi Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi çıxış edir. Digər
icra hakimiyyəti orqanları dövlət
müəssisələrinin və nizamnamə kapitalında dövlətin
payı olan hüquqi şəxslərin idarə olunmasında
Dövlət Proqramında nəzərdə tutulmuş
şərtlərlə və qaydada iştirak edirlər.
7.4. Dövlət Proqramı
qüvvəyə minənədək fəaliyyət
göstərən dövlət müəssisələrinin
təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması
məqsədi ilə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən təkliflər irəli sürülür.
7.5. Dövlət əmlakının
özəlləşdirilməsi haqqında qanunvericiliyə
əsasən özəlləşdirilməsi qadağan
olunmuş əmlak, müəssisə və obyektlər
dövlət mülkiyyətində saxlanılır. Bununla
yanaşı aşağıda göstərilən
istiqamətlər üzrə dövlət
müəssisələri yaradıla bilər:
özəlləşdirilməsi
qadağan olunan sahələr, dövlət
təhlükəsizliyinin təmin edilməsi, bu
məqsədlə məhsulların (işlərin,
xidmətlərin) istehsalı;
hərbi, müdafiə sənayesi,
təhlükəsizlik, fövqəladə hallar və bu
qəbildən olan sahələrə xidmət
göstərilməsi;
dövlət təhlükəsizliyi
ilə bağlı olan sahələrdə elmi və
elmi-texniki fəaliyyətin həyata keçirilməsi;
mülki dövriyyəsi qadağan
olunan, mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılan)
əşyaların istehsalı;
zəruri hallarda dövlət sirri
haqqında qanunvericilikdən irəli gələn
tədbirlərin həyata keçirilməsi;
sosial əhəmiyyət kəsb
edən, dövlət tərəfindən
tənzimlənən məhsul, iş və xidmətlərin
əhaliyə güzəştli qiymətlərlə
təqdim edilməsi sahəsində fəaliyyət
göstərilməsi;
qanunvericiliklə nəzərdə
tutulduğu hallarda və qaydada ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
dövlət ehtiyatlarının yaradılması;
qanunvericiliklə dövlət
mülkiyyətində saxlanması məqsədəuyğun
sayılan sosial-mədəni və məişət-kommunal
təyinatlı obyektlər;
təbii inhisar sahələrində
fəaliyyət göstərilməsi;
dövlətin sosial-iqtisadi
proqramlarından irəli gələn məsələlərin
həyata keçirilməsi;
qanunvericiliklə nəzərdə
tutulmuş digər hallar.
7.6. Dövlət əmlakının
özəlləşdirilməsinin aparıldığı
sahələrdə fəaliyyət göstərəcək
yeni dövlət müəssisələrinin
yaradılmasına Azərbaycan Respublikasının Prezidenti
və Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən olunan müstəsna
hallar istisna olmaqla, yol verilmir.
7.7. Dövlət
müəssisələrinin və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
yaradılması, yenidən təşkili,
təşkilati-hüquqi formasının və adının
dəyişdirilməsi, nizamnaməsində hər hansı
dəyişikliklərin edilməsi, hüquqi şəxsin
nizamnamə kapitalında dövlətə məxsus payın
həcminin dəyişdirilməsi zamanı, qanunvericiliyin bu
barədə qərar qəbul etməyə imkan verdiyi halda
dövlət qeydiyyatı və digər dövlət
qurumlarına müraciətlər Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən həyata
keçirilir.
7.8. Öz vəzifə və
funksiyalarına müvafiq olaraq yeni dövlət
müəssisəsi və ya nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxs təsis
edilməsi və ya Dövlət Proqramının 7.7-ci
bəndində göstərilən digər tədbirlərin
həyata keçirilməsi təşəbbüsü ilə
çıxış edən icra hakimiyyəti orqanları bu
barədə əsaslandırılmış təkliflə
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə müraciət
etməlidirlər.
Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi bu
bənddə göstərilən təklifi aldıqdan sonra 15
gün ərzində 7.7-ci bənddə göstərilən
müraciətləri etməli, bu müraciətləri
məqsədəuyğun hesab etmədiyi halda isə bunun
səbəbləri və əsasları göstərilməklə
təşəbbüslə çıxış etmiş icra
hakimiyyəti orqanına və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat
verməlidir. Bu halda Azərbaycan Respublikasının
Nazirlər Kabineti məsələ ilə bağlı
qərar qəbul etməklə aşağı icra
hakimiyyəti orqanlarına icrası məcburi olan
göstərişlər verə bilər.
7.9. Dövlət
müəssisələrinin və nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
təsisçisi və iştirakçısı
(payçısı, səhmdarı) kimi Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi aşağıdakı
məsələləri həll edir:
7.9.1. öz idarəçiliyində olan
dövlət müəssisələri və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslər barədə:
7.9.1.1. dövlət müəssisəsi
olan hüquqi şəxsin səhmdarlarının
(payçılarının) ümumi
yığıncağının səlahiyyətlərinə
aid olan bütün məsələlər üzrə
qərarlar qəbul edir;
7.9.1.2. hüquqi şəxslərin
nizamnamə kapitalında dövlətə məxsus paylar
(səhmlər) üzrə həmin payların
(səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə
uyğun olaraq hüquqi şəxslərin idarə edilməsi
üzrə qərarlar qəbul edir;
7.9.2. digər icra hakimiyyəti orqanlarının
idarəçiliyində olan dövlət
müəssisələri barəsində həmin orqanların
təklifləri əsasında:
7.9.2.1. hüquqi şəxsin
nizamnaməsini, nizamnamə kapitalının həcmini və
onlara edilən dəyişiklikləri təsdiq edir;
7.9.2.2. hüquqi şəxsin filial
və nümayəndəliklərinin açılması,
yenidən təşkili və ləğvi barədə
qərarlar qəbul edir;
7.9.3. digər icra hakimiyyəti
orqanlarının idarəçiliyində olan hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus paylar (səhmlər) üzrə həmin payların
(səhmlərin) imkan verdiyi dərəcədə və
idarəçiliyi həyata keçirən orqanın
təklifləri əsasında Dövlət Proqramının
7.9.2-ci bəndində göstərilən
məsələlər barəsində qanunvericiliyə
uyğun olaraq qərarlar qəbul edir;
7.9.4. Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş hallar
istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı
olan səhmdar cəmiyyətlərinin və birgə
müəssisələrin idarəetmə orqanlarında
dövlətin nümayəndəsini təyin edir.[3]
7.10. Dövlət
müəssisələrinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçiliyini
həyata keçirən icra hakimiyyəti orqanları aşağıdakı
məsələləri həll edir:
7.10.1. Dövlət Proqramının
7.9.2-ci və 7.9.3-cü bəndlərində
nəzərdə tutulmuş məsələlər üzrə
təkliflər verir;
7.10.2. dövlət
müəssisələrinin idarə edilməsi barədə:
7.10.2.1. idarəetmə
orqanlarının üzvlərini vəzifəyə təyin
və vəzifədən azad edir, müvafiq hallarda onlarla
əmək müqavilələri bağlayır, onların
səlahiyyətlərini müəyyən edir;
7.10.2.2. illik hesabatlarını,
mənfəətin (zərərin) bölgüsünü
təsdiq edir;
7.10.2.3. inkişaf istiqamətlərini
və əməkhaqqı sistemini müəyyən edir,
strukturunu təsdiq edir;
7.10.3. hüquqi şəxslərin
nizamnamə kapitalında dövlətə məxsus paylar
(səhmlər) üzrə həmin payların
(səhmlərin) imkan verdiyi dərəcədə
qanunvericiliyə uyğun olaraq Dövlət Proqramının
7.10.2-ci bəndində göstərilən
məsələlər barəsində qərarlar qəbul
edir.
7.11. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi, Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna
olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən qəbul olunan qərar əsasında
həyata keçirilir.
7.12. Dövlət müəssisələrinin
tabeliyinin və hüquqi şəxslərin nizamnamə
kapitalında dövlətə məxsus payların
(səhmlərin) idarəçilik funksiyalarının
dəyişdirilməsi məqsədi ilə müvafiq
dövlət orqanı tərəfindən məsələnin
zəruriliyi və məqsədəuyğunluğu
göstərilməklə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə
müəyyən edilmiş müddətdə
müraciətə baxıldıqdan və Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin yazılı rəyi
alındıqdan sonra Azərbaycan Respublikasının
Nazirlər Kabineti müvafiq qərar qəbul edir.
7.13. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi,
işçilərin qanunvericiliklə müəyyən
edilmiş hüquq və mənafeləri qorunmaqla, hüquqi
şəxslərin bütün digər hüquq və
öhdəlikləri tam həcmdə saxlanılmaqla həyata
keçirilir.
7.14. Dövlət
müəssisələrinin tabeliyinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus payların (səhmlərin) idarəçilik
funksiyalarının dəyişdirilməsi müvafiq qaydada
təhvil-təslim aktlarının tərtib edilməsi, bu
barədə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinə
məlumat verilməsi və dövlət əmlakının
Registrində müvafiq qeydiyyatın aparılması ilə
başa çatmış hesab olunur.
7.15. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinin
razılığı olmadan dövlət
müəssisəsinin əmlakı (naturada və ya pul şəklində)
üzərində daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata alına bilən
yüklülüklər müəyyən edilə bilməz.
7.16. Fəaliyyət
məqsədlərinə nail olmağa təminat verən
dərəcədə istifadəsində olan daşınmaz
və daşınar əmlak üzərində dövlət
müəssisəsinin sərəncam hüququ onun nizamnaməsində
müəyyən edilmiş həddən artıq
olmamalıdır.
7.17. Dövlət mülkiyyətində
olan hüquqi şəxslərin əsas vəsaitlərinin
bir-birinə verilməsi Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinin
razılığı alınmaqla, Azərbaycan
Respublikasının mülki qanunvericiliyində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.
Daşınmaz dövlət əmlakının idarə
edilməsinin xüsusiyyətləri
8.1. Daşınmaz dövlət
əmlakı obyektlərinin mülki dövriyyəyə
cəlb edilməsinə və öz təyinatına uyğun
olaraq səmərəli istifadəsinə nail olmaq
məqsədi ilə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi:
daşınmaz dövlət
əmlakının müntəzəm
inventarlaşdırılmasını təşkil edir,
qanunvericilikdə müəyyən edilmiş qaydada
dövlət əmlakının Registrini aparır;
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada daşınmaz dövlət əmlakı
obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə
və icarəsinə verir;
ölkə iqtisadiyyatına
investisiyaların cəlb edilməsinə yönəldilmiş
kreditlərin təminatı kimi daşınmaz dövlət
əmlakından istifadə olunması məsələlərinə
baxır;
müəyyən edilmiş
normativlər əsasında daşınmaz dövlət
əmlakı obyektlərinin dövlət orqanlarının,
müəssisə və təşkilatlarının
balansına verilməsi, istifadə hüququ ilə təhkim
olunması (icarəyə verilməsi) barədə
təkliflər verir;
dövlət mülkiyyətində olan
hüquqi şəxslərə məxsus əsas
vəsaitlərin dövlət ehtiyacları üçün
verilməsi barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdimat verir;
mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, tabeliyində dövlət
müəssisə və obyektləri olan idarəetmə
orqanlarının, dövlət müəssisələrinin
və təsərrüfat cəmiyyətlərinin
fəaliyyəti üçün lazım olmayan və
yararsız olan əmlakın onların müraciətləri
əsasında sərəncama götürülməsi və
səmərəli istifadə olunması istiqamətində
tədbirlər görür;
daşınmaz dövlət
əmlakının texniki pasportlarını tərtib edir.
9. Dövlət
müəssisələrinin fəaliyyətinə və
dövlət əmlakından səmərəli istifadə
edilməsinə nəzarət
9.1. Dövlət
müəssisələrinin fəaliyyətinə birbaşa
nəzarət onların idarəçiliyini həyata
keçirən icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir.
9.2. Dövlət müəssisələrində
dövlət əmlakının qorunub saxlanılmasına
və ondan təyinatı üzrə səmərəli
istifadə olunmasına, daşınmaz dövlət
əmlakının təyinatının dəyişdirilməsinə
nəzarət Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən həyata keçirilir. Nəzarətin
həyata keçirilməsi məqsədi ilə dövlət
orqanları, sahə mənsubiyyətindən və
tabeliyindən asılı olmayaraq, bütün dövlət
müəssisələri təsdiq olunmuş forma üzrə
hər ilin əvvəlinə xüsusi hesabatlarını 1
aprel tarixindən gec olmayaraq, Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinə
təqdim etməlidirlər.[4]
Xüsusi hesabatın forması və
orada göstərilməli olan məlumatların
siyahısı Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq olunur.
9.3. Dövlət əmlakının
idarə edilməsinə və ondan səmərəli
istifadə olunmasına nəzarət etmək məqsədi
ilə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi,
tabeliyindən və sahə mənsubiyyətindən
asılı olmayaraq, dövlət
müəssisələrində, nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərdə
monitorinq və araşdırmalar aparır, onların
nəticəsi barədə Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə, həmçinin müvafiq
dövlət orqanlarına məlumat verir.[5]
10.
Dövlət müəssisələrinin restrukturizasiyası
və sağlamlaşdırılması, dövlət
əmlakının müqavilə əsasında
idarəetməyə verilməsi və
özəlləşdirməyə hazırlanması
10.1. Dövlət
müəssisələrinin restrukturizasiyası və
sağlamlaşdırılması
10.1.1. Dövlət
müəssisələrinin restrukturizasiyası və
sağlamlaşdırılması onların
fəaliyyətinin bərpası, yenidən qurulması,
özəlləşdirməyə hazırlanması, iş
yerlərinin bərpası və yeni iş yerlərinin
açılması, müasir texnologiyaların və
investisiyaların cəlb edilməsi məqsədi ilə
istehsal, texnoloji, təşkilati, idarəetmə və
maliyyə sahələrində aparılan
dəstəklənmə tədbirlərini nəzərdə
tutur.
10.1.2. Dövlət
müəssisələrinin iqtisadiyyatda rolu nəzərə
alınmaqla, onların restrukturizasiyası və
sağlamlaşdırılması barədə qərarlar
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
qəbul edilir və dövlət müəssisələrinin
restrukturizasiyası və sağlamlaşdırılması
müəssisə və təsərrüfat
cəmiyyətləri, habelə idarəetmə orqanları
tərəfindən hazırlanmış planlar əsasında
həyata keçirilir.
10.1.3. Müəssisənin
restrukturizasiyası və sağlamlaşdırılması
planında müəssisənin bazardakı mövcud
vəziyyəti, bazarın təhlili, yerinə yetirilməsi
nəzərdə tutulan tədbirlərin məqsəd və
vəzifələri, iş yerlərinin dinamikası,
dövlətin, müəssisənin və
işçilərin mənafeyi baxımından iqtisadi və
sosial nəticələrin proqnozu, investisiya qoyuluşları,
planın maliyyələşdirilməsi, müddətlər
və digər məsələlər əks etdirilməlidir.
10.1.4. Dövlət
müəssisələrinin və təsərrüfat
cəmiyyətlərinin restrukturizasiyası və
sağlamlaşdırılması ilə bağlı
tədbirlər dövlət əmlakının
özəlləşdirilməsindən daxil olan
vəsaitdən qanunvericiliklə müəyyən edilmiş
ayırmalar, müəssisələrin vəsaiti, beynəlxalq
qurumların və xarici donor təşkilatların qrantı
hesabına həyata keçirilir.
10.2. Dövlət əmlakının
müqavilə əsasında idarəetməyə verilməsi
10.2.1. Dövlət əmlakının
səmərəli istifadəsinin təmin edilməsi,
dövlət büdcəsinin gəlirlərinin
artırılması və ölkə iqtisadiyyatına investisiyaların
cəlb olunması məqsədi ilə dövlət
müəssisələri və dövlət əmlakı
müqavilə əsasında idarəetməyə verilə
bilər.
10.2.2. Dövlət
müəssisələri və dövlət əmlakı,
habelə hüquqi şəxslərin nizamnamə
kapitalında olan dövlətin payı (səhmləri)
müsabiqə yolu ilə idaretməyə verilir.
10.2.3 Dövlət əmlakının
müqavilə əsasında idarəetməyə verilməsi
qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
10.3. Dövlət əmlakının
özəlləşdirməyə hazırlanması
10.3.1. Dövlət
müəssisələrinin və obyektlərinin
özəlləşdirməyə hazırlanması
aşağıdakı qaydada həyata keçirilir:
müəssisələrin ölkə
iqtisadiyyatındakı rolu və əhəmiyyəti
nəzərə alınmaqla
təsnifatlaşdırılır və
özəlləşdirilməsi perspektivləri
araşdırılır;
inventarlaşdırma və monitorinq
aparılması yolu ilə müəssisələrin aktivləri
və öhdəlikləri müəyyən edilir;
müəssisələrin maliyyə
və təsərrüfat göstəricilərindən
asılı olaraq idarəetmə üsulları seçilir;
dövlətin mənafeləri
üçün əhəmiyyət kəsb etməyən,
ziyanla işləyən və özəlləşdirmə
perspektivləri olmayan müəssisələr zəruri hallarda
qanunvericilikdə müəyyən edilmiş qaydada
ləğv edilir;
zəruri hallarda
özəlləşdirilməsi nəzərdə tutulan
müəssisələrin restrukturizasiyası,
sağlamlaşdırılması proqramları
hazırlanır və Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən təsdiq edilərək həyata
keçirilir.
10.3.2. Dövlət müəssisə
və obyektlərinin özəlləşdirilməsinin
üsulları qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti və Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən müəyyən
edilir.
11. Dövlət əmlakının
idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Tədbirlər Planı[6]
|
Sıra ¹-si |
Tədbirin adı |
Tədbirin məqsədi |
İcraçılar |
İcra müddəti (illər üzrə) |
|
1 |
2 |
3 |
4 |
5 |
|
1.
NORMATİV HÜQUQİ BAZANIN
TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
|
1.1. |
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə dövlət
müəssisələrinin yaradılması və
fəaliyyətini tənzimləyən müddəalarla
əlaqədar əlavə və dəyişikliklər
edilməsi haqqında qanun layihəsinin hazırlanması |
Dövlət əmlakının səmərəli
idarə edilməsinin və dövlət əmlakı
əsasında yaradılan müəssisələrin
fəaliyyətinin tənzimlənməsi |
Ədliyyə Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Maliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
1.2. |
Dövlət müəssisələrinin
fəaliyyətinin tənzimlənməsi məqsədi
ilə Azərbaycan Respublikası Qanununun layihəsinin
hazırlanması |
Dövlət əmlakının səmərəli
istifadə etmə və sərəncam vermə
mexanizmlərinin formalaşdırılması
üçün hüquqi əsasların yaradılması |
Ədliyyə Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Maliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
1.3. |
Dövlət əmlakının Registrinin
aparılmasına dair mövcud normativ hüquqi aktların
təkmilləşdirilməsi barədə müvafiq
təkliflərin hazırlanması |
Dövlət əmlakı barədə dəqiq
qeydiyyat məlumatlarının əldə edilməsinin
operativliyinin və səmərəliliyinin
artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
1.4. |
Dövlət əmlakının etibarlı
idarəetməyə verilməsini tənzimləyən
normativ hüquqi aktların layihələrinin
hazırlanması |
Dövlət əmlakının idarə
edilməsinin hüquqi formalarının
genişləndirilməsi |
Ədliyyə Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Maliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
1.5. |
Dövlət orqanlarının, dövlət
büdcəsindən maliyyələşən
təşkilatların istifadəsinə verilən
qeyri-yaşayış sahələrinin normativlərinin
müəyyən edilməsi barədə təkliflərin
hazırlanması |
Daşınmaz əmlakdan istifadənin
səmərəliliyinin artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi |
2007 |
|
1.6. |
Dövlət mülkiyyətində olan xüsusi
əhəmiyyətli əsas vəsaitlərin kəmiyyət
və keyfiyyətcə xarakterizə edən meyar
göstəricilərinin müəyyən edilməsi
barədə təkliflərin hazırlanması |
Dövlət əmlakının verilməsi
qaydalarının təkmilləşdirilməsi və
istifadənin səmərəliliyinin artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi |
2007 |
|
2.
DÖVLƏT ƏMLAKININ UÇOTU VƏ QEYDİYYATI
SİSTEMİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
|
2.1. |
Dövlət əmlakının
inventarlaşdırılması və
dəqiqləşdirilmiş məlumatların Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim edilməsi |
Dövlət əmlakının qorunub saxlanması
vəziyyətinin öyrənilməsi və müvafiq
informasiya bazasının formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, müvafiq dövlət orqanları,
müəssisə, idarə və təşkilatlar |
Hər il martın 30-dək |
|
2.2. |
Dövlət müəssisə və
təşkilatları, nizamnamə kapitalında
dövlətin payı və dövlətə məxsus
səhm zərfləri olan təsərrüfat cəmiyyətləri
haqqında sistemləşdirilmiş məlumat
bankının yaradılması |
Dövlət əmlakının
vəziyyətinə nəzarət və onun istifadəsi
üzrə əsaslandırılmış qərarların
qəbuluna şərait yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika
Komitəsi, müvafiq dövlət orqanları |
2007 |
|
2.3. |
Dövlət Əmlakının Registri
məlumatlarının toplanması, işlənməsi
və sistemləşdirilməsi ilə əlaqədar
işlərin sürətləndirilməsi və
səmərəliliyin artırılması |
Dövlət əmlakı qeydiyyatının
əhatəliliyi və sistemliyinin təmin edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, müvafiq dövlət orqanları,
müəssisə, idarə və təşkilatlar |
mütəmadi |
|
2.4. |
Hüquqi şəxslərin nizamnamə
kapitalında dövlət paylarının
inventarlaşdırılması |
Təsərrüfat cəmiyyətlərində
dövlətin payı barədə informasiya bankının
yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, müvafiq dövlət orqanları |
2007 |
|
2.5. |
Dövlət idarə və
təşkilatlarının istifadəsində olan
daşınmaz əmlak obyektlərinin uçotunun və
hesabatının təqdim edilməsi qaydalarının
təkmilləşdirilməsi |
Daşınmaz əmlak obyektləri barədə
informasiya təminatının
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət Komitəsi,
Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,
Dövlət Statistika Komitəsi |
2007 |
|
2.6. |
Xarici ölkələrdə Azərbaycan
Respublikasına məxsus daşınmaz əmlakın
tərkibi və vəziyyətinin monitorinqinin həyata
keçirilməsi |
Xaricdə olan dövlət əmlakından
istifadəyə nəzarətin həyata keçirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi |
2007 |
|
2.7. |
Dövlət əmlakının idarə
edilməsinin Milli Avtomatlaşdırılmış Əmlak
İnformasiya Sisteminin təkmilləşdirilməsi |
Dövlət əmlakının idarə
edilməsinin müasir informasiya texnologiyalarından
istifadə etməklə çevik və səmərəli
sisteminin qurulması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007-2008 |
|
2.8. |
Dövlət müəssisə və
təşkilatlarının əmlakının və
istifadəsində olan torpaq sahələrinin texniki
inventarlaşdırılmasının həyata
keçirilməsi, texniki pasport və planlarının
tərtib olunması |
Dövlət əmlakının qorunub
saxlanılmasının səmərəliliyinin
artırılması, müvafiq informasiya bazasının
formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi |
2007-2008 |
|
3.
DÖVLƏT MÜƏSSİSƏ VƏ
TƏŞKİLATLARI TƏRƏFİNDƏN DÖVLƏT
ƏMLAKINDAN SƏMƏRƏLİ İSTİFADƏ
EDİLMƏSİNƏ NƏZARƏTİN
GÜCLƏNDİRİLMƏSİ |
||||
|
3.1. |
Dövlət müəssisə və
təşkilatlarında əmlakın mövcud
vəziyyətinin və ondan istifadənin
səmərəliliyinin araşdırılması
məqsədi ilə monitorinqlərin keçirilməsi |
Dövlət əmlakının qorunub
saxlanılması və istifadəsinin vəziyyəti
barədə dolğun informasiya əldə edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007-2010 |
|
3.2. |
Dövlət müəssisə və
təşkilatlarının nizamnamələrinin
(əsasnamələrinin) razılaşdırılması
prosedurlarının təkmilləşdirilməsi |
Dövlət müəssisələrinin
istifadəsində olan əmlakın səmərəli
istifadəsi və qorunub saxlanılması üçün
normativ əsasların formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.3. |
Dövlət Proqramı qüvvəyə
minənədək fəaliyyət göstərən
dövlət müəssisələrinin
təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması
barədə təkliflər hazırlanması |
Dövlət müəssisələrinin idarə
edilməsinin təkmilləşdirilməsi və
fəaliyyətinin qanunvericiliyə
uyğunlaşdırılması |
dövlət müəssisələri və
onların idarəetmə orqanları, Əmlak
Məsələləri Dövlət Komitəsi,
Ədliyyə Nazirliyi |
2007-2008 |
|
3.4. |
Dövlət müəssisələrinin
rəhbərlərinin təyin edilməsi qaydalarının
hazırlanması |
Dövlət əmlakının səmərəli
istifadə edilməsi üçün təminatların
formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.5. |
Dövlət müəssisə və
təşkilatlarının maliyyə hesabatlarının
hazırlanması və təqdim edilməsi
qaydalarının təkmilləşdirilməsi |
Dövlət əmlakının idarə edilməsinin
informasiya bazasının təkmilləşdirilməsinə
və əmlakının qorunmasına təminat
yaradılması |
Maliyyə Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
3.6. |
Dövlət müəssisələri və
dövlət orqanları tərəfindən hesabat ili
üçün Əmlak Məsələləri
Dövlət Komitəsinə təqdim olunan xüsusi
hesabatın formasının və orada göstərilməli
olan məlumatların siyahısının müəyyən
edilməsinə dair təkliflərin hazırlanması |
Dövlət müəssisələrinin
fəaliyyətinə və dövlət əmlakının
qorunub saxlanılmasına və ondan öz təyinatı
üzrə səmərəli istifadə olunmasına
nəzarətin həyata keçirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Statistika
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
3.7. |
Dövlət müəssisə və
təşkilatları tərəfindən daşınar
dövlət əmlakının icarəyə və
istifadəyə verilməsinə dair müraciətlərə
baxılması və razılıq verilməsi
qaydalarının hazırlanması |
Dövlət əmlakından istifadəyə
nəzarətin normativ bazasının
formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
3.8. |
Daşınar dövlət əmlakının
icarəyə və istifadəyə verilməsi
vəziyyətinin araşdırılması və onun
nəticələri üzrə zəruri tədbirlərin
həyata keçirilməsi |
Dövlət əmlakından istifadəyə
nəzarətin təmin edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007-2010 |
|
3.9. |
Dövlət əmlakının və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi
şəxslərə məxsus obyektlərin (əsas
vəsaitin) girov (ipoteka) qoyulmasına nəzarətin həyata
keçirilməsi |
Dövlət əmlakının qorunub
saxlanılmasına nəzarətin
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət Komitəsi,
Ədliyyə Nazirliyi |
2007 |
|
3.10. |
Dövlət əmlakının
sığortalanması vəziyyətinin təhlili və
onun təkmilləşdirilməsi barədə
təkliflərin hazırlanması |
Dövlətin əmlak mənafelərinin
qorunmasının yaxşılaşdırılması |
Maliyyə Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2007-2008 |
|
3.11. |
Dövlət müəssisə və
təşkilatlarının, nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərin
balansında olan əmlakın qorunub saxlanılması və
səmərəli istifadə edilməsinə
nəzarətin həyata keçirilməsi
qaydalarının hazırlanması |
Dövlət əmlakının qorunub
saxlanılmasına və istifadə edilməsinə
monitorinq sisteminin yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
4.
DAŞINMAZ DÖVLƏT ƏMLAKININ İCARƏYƏ VƏ
İSTİFADƏYƏ VERİLMƏSİ
MEXANİZMLƏRİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ |
||||
|
4.1. |
Dövlət müəssisələrinin və
özəlləşdirilən müəssisələrin
yerləşdiyi dövlət torpaq sahələri haqqında
məlumat bankının yaradılması |
Torpaq sahələrinin idarə edilməsinin
informasiya bazasının formalaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.2. |
Dövlət müəssisələrinin
yerləşdiyi torpaq sahələrinin səmərəli
istifadəsinə nəzarət mexanizmlərinin
yaradılması |
Torpaq sahələrinin idarə edilməsinin
təkmilləşdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.3. |
Daşınmaz dövlət əmlakının
icarəyə verilməsinin monitorinqi, əmlakın
icarəyə verilməsi praktikasının təhlili və
müvafiq təkliflərin hazırlanması |
Daşınmaz dövlət əmlakının
istifadəsinə nəzarətin gücləndirilməsi
və icarəyə verilməsi qaydalarının
təkmilləşdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.4. |
Daşınmaz dövlət əmlakının
obyektlərinin müsabiqə əsasında icarəyə
verilməsi qaydalarının tətbiq edilməsi |
Dövlət əmlakına sərəncam
verilməsində şəffaflığın təmin
edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
4.5. |
Daşınmaz dövlət əmlakının
istifadə təyinatının dəyişdirilməsinə
dair müraciətlərə baxılması və
razılıq verilməsi qaydalarının
hazırlanması |
Daşınmaz dövlət əmlakından
istifadəyə nəzarətin təmin edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi |
2007 |
|
4.6. |
Başa çatdırılmamış tikinti
obyektlərinin təyinatının saxlanması hallarında
investorlara güzəştli şərtlərin tətbiq
edilməsi qaydalarının hazırlanması |
Özəlləşdirmənin gedişinin
sürətləndirilməsi və istifadəsiz qalan
əmlakın təsərrüfat dövriyyəsinə cəlb
edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
4.7. |
Dövlət müəssisələrinin və
dövlət əmlakının idarə edilməsi
sahəsində idarəetmə kadrlarının,
menecerlərin hazırlanması məqsədi ilə
dövlət orqanlarının, müəssisə və
təşkilatların işçiləri üçün
seminar və treninqlərin təşkili |
Dövlət əmlakının idarə
edilməsinin kadr təminatının
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
5.
TƏSƏRRÜFAT CƏMİYYƏTLƏRİNDƏ
DÖVLƏTƏ MƏXSUS PAYLARIN VƏ SƏHM
ZƏRFLƏRİNİN İDARƏ
EDİLMƏSİNİN SƏMƏRƏLİLİYİNİN
ARTIRILMASI |
||||
|
5.1. |
Dövlətə məxsus səhm zərfi olan
açıq səhmdar cəmiyyətinin idarəetmə
orqanlarında dövlətin nümayəndələrinin
təyin edilməsi və fəaliyyət qaydalarının
təkmilləşdirilməsi |
Dövlətə məxsus səhm zərflərinin
idarə edilməsinin təşkilinin
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
5.2. |
Dövlətə məxsus səhm zərflərinin
müqavilə əsasında idarəetməyə
verilməsi məqsədəuyğun sayılan səhmdar
cəmiyyətlərinin müəyyən edilməsi |
Ayrı-ayrı səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhm zərflərinin idarə edilməsinin
səmərəliliyinin yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
5.3. |
Müəssisələrin yeni
mülkiyyətçilər tərəfindən investisiya
qoyuluşlarını stimullaşdırmaq məqsədi
ilə orta və iri dövlət
müəssisələrinin çevrilməsi əsasında
yaradılan səhmdar cəmiyyətlərinin
səhmlərinin özəlləşdirilməsi üsullarının
təkmilləşdirilməsi |
Səhmdar cəmiyyətlərinin
özəlləşdirmədən sonra fəaliyyətinin
canlandırılmasına kömək göstərilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2008 |
|
5.4. |
Dövlətə məxsus səhm
zərflərinə olan potensial tələbi aşkara
çıxarmaq üçün marketinq
tədqiqatlarının həyata keçirilməsi |
Özəlləşdirməyə investorların
cəlb edilməsi imkanlarının müəyyən
edilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
5.5. |
Dövlətə məxsus səhmlərə
(paylara) görə dividendlərin hesablanması və
ödənilməsinə nəzarətin
təkmilləşdirilməsi barədə təkliflərin
hazırlanması |
Dövlətə məxsus səhm zərfindən
səmərəli istifadənin stimullaşdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi |
2007 |
|
5.6. |
Dövlətə məxsus səhm zərfinin
idarə edilməsi üzrə treninqlərin təşkili |
Dövlət əmlakının idarə
edilməsinin kadr təminatının
yaxşılaşdırılması |
Əmlak Məsələləri Dövlət Komitəsi |
2007 — 2010 |
|
6.
DÖVLƏT MÜƏSSİSƏLƏRİNDƏ
İNSTİTUSİONAL
DƏYİŞİKLİKLƏRİN
SÜRƏTLƏNDİRİLMƏSİ |
||||
|
6.1. |
Müəssisələrin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və
restrukturizasiyasına dövlət köməyi mexanizminin
hazırlanması |
Müəssisələrin
özəlləşdirməqabağı
hazırlığına dövlət köməyinin
qanunvericilik bazasının inkişaf etdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi |
2007 |
|
6.2. |
Sağlamlaşdırılma və restrukturizasiya tədbirlərinin
həyata keçirilməsi üçün
müəssisələrin siyahılarının
hazırlanması |
Müəssisələrin
özəlləşdirməqabağı
hazırlığının həyata keçirilməsi
və özəlləşdirmənin səmərəli
gedişinə təminat yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.3. |
Müəssisələrin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
proqramlarının hazırlanması və
razılaşdırılması |
Müəssisələrin
özəlləşdirməqabağı
hazırlığının təşkili |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.4. |
Qaz təchizatı sistemində restrukturizasiyanın
həyata keçirilməsi, qazpaylayıcı
şəbəkələrin idarəetməyə
verilməsi barədə təkliflərin hazırlanması |
Qaz təchizatı sistemində dövlət
əmlakından istifadənin səmərəsinin
yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və
Energetika Nazirliyi, «Azəriqaz» QSC |
2007 — 2008 |
|
6.5. |
Su təchizatı sistemində restrukturizasiyanın
həyata keçirilməsi barədə təkliflərin
hazırlanması |
Su təchizatı sistemində dövlət
əmlakından istifadənin səmərəsinin
yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, «Azərsu» SC |
2007 — 2008 |
|
6.6. |
İstilik təchizatı sisteminin
restrukturizasiyasının həyata keçirilməsi
barədə təkliflərin hazırlanması |
İstilik təchizatı sistemində dövlət
əmlakından istifadənin səmərəsinin
yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi,
«Azəristiliktəchizat» SC |
2007 — 2008 |
|
6.7. |
Mənzil-kommunal təsərrüfatı
sistemində restrukturizasiyanın həyata keçirilməsi
barədə təkliflərin hazırlanması |
Mənzil-kommunal təsərrüfatı sektorunda
idarəetmənin səmərəliliyinin
yüksəldilməsi və xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Bakı
Şəhər İcra Hakimiyyəti |
2007 — 2008 |
|
6.8. |
Özəlləşdirmədən sonra
müəssisələrə məsləhət
xidmətlərinin təşkili və kadr
hazırlığı sahəsində kömək
tədbirlərinin həyata keçirilməsi |
Özəlləşdirilmiş
müəssisələrin səmərəli
fəaliyyətinin təmin edilməsinə kömək
göstərilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi |
2007 — 2010 |
|
6.9. |
Dövlət müəssisələrinin
özəlləşdirilməsinə əlavə
investisiyaların cəlb edilməsinə dair təkliflər
zərfinin hazırlanması |
Özəlləşdirməyə cəlb edilən
investisiyaların həcminin artırılması
üçün əlverişli şərait və stimul
yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 |
|
6.10. |
Özəlləşdirmə prosesinə
qiymətləndiricilərin, hüquqi və maliyyə
məsləhətçilərinin cəlb edilməsi |
Özəlləşdirmənin səmərəli
həyata keçirilməsinə və
şəffaflığının təmin edilməsinə
şərait yaradılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
6.11. |
Dövlət əmlakının idarə edilməsi
sahəsində təcrübə və informasiya
mübadiləsi üzrə beynəlxalq
əməkdaşlıq əlaqələrinin qurulması |
İqtisadiyyatın dövlət sektorunda
idarəetmənin və əmlakdan istifadənin
səmərəliliyin artırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Xarici İşlər Nazirliyi |
mütəmadi |
|
6.12. |
Dövlət əmlakının
özəlləşdirilməsi haqqında informasiyaların
dolğunluq və etibarlılıq səviyyəsinin
yüksəldilməsi |
Özəlləşdirmədə
şəffaflığın yüksəldilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
7.
MÜƏSSİSƏLƏRİN
ÖZƏLLƏŞDİRMƏDƏN SONRAKI
İNKİŞAFINA NƏZARƏT MEXANİZMİNİN
FORMALAŞDIRILMASI |
||||
|
7.1. |
Dövlət əmlakının satışı
və uzunmüddətli idarəetməyə verilməsi
üzrə müqavilə şərtlərinin
təkmilləşdirilməsi ilə bağlı
tədbirlərin görülməsi |
Öhdəliklərin yerinə yetirilməsinə
dövlət nəzarəti şərtlərinin
müqavilədə əks etdirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
mütəmadi |
|
7.2. |
Dövlət əmlakının
özəlləşdirilməsi və uzunmüddətli
idarəetməyə götürülməsi ilə
bağlı qəbul edilmiş investisiya qoyuluşları
və sosial məsələlər üzrə
öhdəliklərə əməl edilməsi monitorinqinin
aparılması |
Müəssisələrin
özəlləşdirmədən sonrakı
inkişafına nəzarətin həyata keçirilməsi |
Əmlak Məsələləri Dövlət
Komitəsi |
2007 — 2010 |
|
7.3. |
Dövlət əmlakının
özəlləşdirilməsi və uzunmüddətli
idarəetməyə götürülməsi ilə
bağlı qəbul edilmiş investisiya qoyuluşları
və sosial məsələlər üzrə
öhdəliklərə əməl edilməsinə
dövlət nəzarətinin həyata keçirilməsi
ilə bağlı müqavilə əsasında
auditorların və mütəxəssislərin cəlb
edilməsinin təşkili |
Özəlləşdirmədən sonra
müəssisələrin inkişafına nəzarətin
səmərəli təşkili |
Əmlak Məsələləri Dövlət
Komitəsi, Auditorlar Palatası |
2007 — 2010 |
|
7.4. |
Özəlləşdirmədən sonra
müəssisələrin inkişafını və
fəaliyyət istiqamətlərini əks etdirən
kataloqların hazırlanması |
Müəssisələrin
özəlləşdirmədən sonrakı inkişafı
barədə ictimaiyyətə məlumatların
çatdırılması |
Əmlak Məsələləri Dövlət
Komitəsi, özəlləşdirilmiş
müəssisələr |
2007 — 2010 |
12. Yekun müddəa[7]
Azərbaycan
Respublikası Prezidentinin aktları ilə dövlət
əmlakına münasibətdə sərəncam vermək
hüququnun həyata keçirilməsi, o cümlədən
həmin əmlakın balansdan balansa, icarəyə və
istifadəyə verilməsi, dövlət
müəssisələrinin iştirak etdiyi birgə
layihələrə pay şəklində qoyulması ilə
bağlı digər hallar nəzərdə tutula bilər.
|
|
Əlavə
II Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Özəlləşdirilən
və idarəetməyə verilən
müəssisələrdə investisiya qoyuluşları
üzərində nəzarətin həyata keçirilməsi
QAYDALARI
1. ÜMUMİ
MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə, Torpaq
Məcəlləsinə, «Dövlət əmlakının
özəlləşdirilməsi haqqında» Azərbaycan
Respublikasının Qanununa, «Azərbaycan Respublikasında
dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət
Proqramı»na, «Azərbaycan Respublikasında dövlət
müəssisələrinin idarə olunmasının və
dövlət əmlakının
özəlləşdirilməsi prosesinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli
Fərmanına və digər normativ hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır və
özəlləşdirilən və idarəetməyə
verilən müəssisələrin yeni
mülkiyyətçiləri (idarəetməyə
götürən) tərəfindən bağlanmış
müqavilələrdə nəzərdə tutulmuş
öhdəlik və şərtlərin, o cümlədən
investisiya qoyuluşu, sosial, iqtisadi və digər
tələblərin yerinə yetirilməsi üzərində
nəzarət mexanizmini müəyyən edir.
1.2. Bu Qaydaların 1.1-ci bəndində
göstərilən nəzarəti təmin edən
dövlət orqanının funksiyalarını Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi (bundan sonra—dövlət orqanı)
həyata keçirir.[8]
2. DÖVLƏT
ORQANI TƏRƏFİNDƏN HƏYATA
KEÇİRİLƏN NƏZARƏTİN FORMALARI
2.1. Bu Qaydalara uyğun olaraq
dövlət orqanı tərəfindən nəzarət
aşağıdakı formalarda həyata keçirilir:
2.1.1. dövlət
müəssisələrinin
özəlləşdirilməsinə və
idarəetməyə verilməsinə dair müqavilələrdə
investisiya qoyuluşu, sosial, iqtisadi və digər
tələblərin müəyyən edilməsi və
onların yerinə yetirilməsinə dair hesabatların
alınması;
2.1.2. dövlət
müəssisələrinin qanunvericiliklə və
müqavilələrlə müəyyən olunmuş qaydada
özəlləşdirmədən sonrakı fəaliyyətinin
monitorinqinin aparılması;
2.1.3. dövlət
müəssisələrinin, habelə
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi dövlət
mülkiyyətində olan torpaq sahələrindən
təyinatı üzrə istifadə olunması
vəziyyətinin monitorinqinin aparılması, torpaq sahələrinin
başqa fiziki və hüquqi şəxslərin
icarəsinə və istifadəsinə verilməsinə,
təyinatının dəyişdirilməsinə, həmin
torpaq sahələrində tikinti, yenidənqurma və
quraşdırma işlərinin aparılmasına
razılıq verilməsi;
2.1.4. Dövlət
mülkiyyətində olan torpaqlarda, habelə
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki
və hüquqi şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin əmlakı,
dövlət müəssisələrindən fiziki və
hüquqi şəxslərə verilmiş əmlak,
özəlləşdirmə prosesində yaradılan
səhmdar cəmiyyətlərinin (müəssisələrin)
özgəninkiləşdirilən əmlakı,
özəlləşdirilən əmlak əsasında
təsis edilən və sonradan təşkilati-hüquqi
formasını dəyişən (ləğv edilən)
hüquqi şəxslərin əmlakı üzərində
mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi
və dövlət qeydiyyatına alınması barədə
şəhadətnamələrin verilməsi. [9]
3. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRİLMƏSİNƏ VƏ
İDARƏETMƏYƏ VERİLMƏSİNƏ DAİR
MÜQAVİLƏLƏRDƏ İNVESTİSİYA
QOYULUŞU, SOSİAL, İQTİSADI VƏ DİGƏR
TƏLƏBLƏRİN MÜƏYYƏN EDİLMƏSİ
VƏ ONLARIN YERİNƏ YETİRİLMƏSİNƏ
DAİR HESABATLARIN TƏLƏB EDİLMƏSİ
3.1. Dövlət
müəssisələri fərdi layihələr üzrə
və ya müsabiqə vasitəsilə
özəlləşdirildikdə və idarəetməyə
verildikdə, alqı-satqı və idarəetmə
müqaviləsində müəyyən edilmiş qaydada
və müddətdə dövlət orqanı
tərəfindən alıcının (investorun) və idarəetməyə
götürənin hesabatları tələb edilir.
3.1.1. Hesabat
aşağıdakıları əhatə etməlidir:
investisiya proqramının
mərhələlər üzrə yerinə yetirilməsinin
vəziyyətini;
hesabat dövründə hər bir
texnoloji sahə üzrə həyata keçirilmiş
mənbəyi göstərilməklə, faktiki investisiya
və çəkilən bütün xərclərin
təyinatı, vaxtı və məbləğini;
istehsal olunan məhsulun çeşidi
və müəssisənin iştirakçısı
olduğu bazarlarda struktur dəyişikliklərini;
müəssisənin rəqabət
qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi üzrə tədbirləri;
istehsal prosesində yeni texnologiyalardan
və ixtiralardan istifadəni;
təsdiq edilmiş iqtisadi və
maliyyə göstəricilərinə nail olunmasını;
əməkhaqqı və ona
bərabər tutulan borcların ödənilməsi
vəziyyətini;
müəssisədə iş
yerlərinin açılmasının vəziyyətini;
müəssisənin fəaliyyət
rejimi və maliyyə vəziyyəti üçün
təhlükə yarada bilən halları;
müəssisənin torpaq
sahəsindən təyinatı üzrə istifadənin
vəziyyətini;
ekoloji və sosial tələblərin
yerinə yetirilməsinin vəziyyətini.
3.1.2. Hesabata hər bir istiqamət
üzrə həyata keçirilmiş faktiki investisiya və
çəkilən bütün xərcləri
açıqlayan sənədlərin surəti və müəssisənin
müstəqil auditor tərəfindən təsdiq edilmiş
maliyyə hesabatları əlavə olunmalıdır.
3.1.3. Alqı-satqı və ya
idarəetmə müqaviləsində müəyyən
edilmiş qaydada müəssisənin fəaliyyətinin,
müqavilədən irəli gələn öhdəliklərin
və investisiya proqramının icrası vəziyyətinin
araşdırılması məqsədilə dövlət
orqanı tərəfindən auditor, mütəxəssis
və müvafiq icra hakimiyyəti orqanlarının
nümayəndələri cəlb olunmaqla, monitorinq aparıla
bilər.
3.1.4. Monitorinq zamanı, o
cümlədən müəssisənin balansında olan
daşınmaz əmlakın, torpaq sahələrinin öz
təyinatına uyğun və səmərəli
istifadəsi, əməyin mühafizəsi və ekoloji
normaların tələblərinə riayət edilməsi
araşdırıla bilər.
3.2. Dövlət
müəssisələri digər üsullarla
özəlləşdirilərkən, qanunvericilikdə
nəzərdə tutulmuş hallarda alqı-satqı
müqaviləsində müəssisənin profilinin
müəyyən müddətə saxlanılması,
istifadəsində olan torpaq sahəsinin təyinatının
dəyişdirilməməsi, ödənişlərin
mərhələlər üzrə aparılması və sair
bu kimi şərtlər nəzərdə tutulur.
3.3. Müqavilə
öhdəliklərinə əməl edilməməsi qanunvericiliklə
müəyyən olunmuş qaydada məsuliyyətin
yaranmasına və müqavilənin ləğvinə
səbəb ola bilər.
4. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏDƏN SONRAKI
FƏALİYYƏTİNİN MONİTORİNQİNİN
APARILMASI
4.1. Dövlət
müəssisələrinin səhmdar
cəmiyyətlərinə çevrilməsi nəticəsində
yaradılan və səhmləri
özəlləşdirilmiş səhmdar
cəmiyyətlərində aparılan monitorinqin
məqsədi müəssisələrə perspektiv inkişaf
istiqamətlərinin
müəyyənləşdirilməsində və
investisiyaların cəlb edilməsində kömək
göstərmək, müəssisələrin yeni sahibləri
tərəfindən investisiya qoyuluşları
üzərində dövlət nəzarətini təmin
etməkdən, özəlləşdirilən
müəssisə və obyektlərin yenidən təşkilinin
və ləğvinin qanunvericiliyə uyğun
olub-olmamasının təhlilindən ibarətdir.
4.2. Özəlləşdirmə
prosesində yaradılan və səhmləri
özəlləşdirilmiş səhmdar
cəmiyyətlərinin fəaliyyət növü və
istehsal etdiyi məhsul, nizamnamə kapitalı,
səhmdarlarının say tərkibi və onların
dislokasiyası üzrə qruplaşdırılaraq,
dövlət orqanı tərəfindən aparılan
müvafiq informasiya sisteminə daxil edilir.
4.3. Ölkə iqtisadiyyatının,
habelə əmtəə bazarlarının ümumi inkişaf
meylləri nəzərə alınmaqla,
müəssisələrin fəaliyyəti təhlil edilir.
4.4. Təhlilin nəticəsindən
asılı olaraq, monitorinqin hansı məsələlər
üzrə keçirilməsi müəyyən edilir.
4.5. Monitorinqin məqsədindən
asılı olmayaraq, aşağıdakı
məsələlərin araşdırılması
məcburidir:
müəssisəyə investisiya
qoyuluşunun perspektivləri;
faktiki qoyulmuş investisiyaların və
çəkilən bütün xərclərin
təyinatı, vaxtı və məbləği;
istehsal olunan məhsulun çeşidi
və müəssisənin iştirakçısı
olduğu bazarlarda struktur dəyişiklikləri;
müəssisənin rəqabət
qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi üzrə tədbirlərin
görülməsi;
istehsal prosesində yeni texnologiyalardan
və ixtiralardan istifadə olunması;
müəssisənin fəaliyyət
rejimi və maliyyə vəziyyəti üçün
təhlükə yarada bilən halların mövcudluğu;
səhmdarların sayı və say
tərkibində olan dəyişikliklər;
icarəsində olan torpaq
sahələrinin təyinatı üzrə istifadəsi və
icarə müqaviləsinin şərtlərinə
əməl olunması.
4.6. Monitorinqin nəticələrinə
görə müəssisənin inkişaf
istiqamətlərinə dair tövsiyələr verilə
bilər, müəssisənin fəaliyyətinin dəstəklənməsi
və yeni investisiyaların cəlb edilməsi ilə
bağlı tədbirlər görülə bilər,
kadrların peşə səviyyəsinin
yüksəldilməsi və yeni kadrların
hazırlanmasında köməklik edilə bilər.
4.7. Monitorinq zamanı qanun pozuntuları
aşkar edildikdə, nəzarət orqanı
tərəfindən aidiyyəti orqanlar qarşısında
məsələlər qaldırılır.
5. TORPAQ
SAHƏLƏRİNDƏN İSTİFADƏNİN
VƏZİYYƏTİ ÜZRƏ MONİTORİNQİN
APARILMASI
5.1. Özəlləşdirilən
müəssisələrin mülkiyyətçiləri
tərəfindən investisiya qoyuluşunun obyekti və ya
investisiyaların cəlb edilməsi üzrə vasitə kimi
dövlət, habelə özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi
dövlətə məxsus torpaq sahələrindən öz
təyinatı üzrə istifadə edilməsinə
dövlət nəzarətinin həyata keçirilməsi
məqsədi ilə dövlət orqanı
tərəfindən həmin torpaq sahələrinin monitorinqi
aparılır.
5.2. Aparılan monitorinqlər
aşağıdakı məsələləri əhatə
etməlidir:
torpaq sahəsindən istifadənin
hüquqi əsaslarının araşdırılması;
istifadədə olan torpaq sahəsinin
hüdudları, təyinatı və dəyəri;
torpaq sahəsi üzərində olan
məhdudiyyətlər və servitutların araşdırılması;
torpaq sahəsinin üzərində
yerləşən daşınmaz əmlak və infrastruktur
obyektlərinin vəziyyəti;
torpaq sahələrində tikinti,
yenidənqurma və quraşdırma işlərinin
aparılma vəziyyəti;
torpaq sahələrinin başqa hüquqi
və fiziki şəxslərə verilməsi, habelə
əsassız istifadə hallarının
araşdırılması;
torpağa investisiyaların qoyuluşu,
habelə investisiyaların cəlb edilməsi məqsədi
ilə torpağın təminat vasitəsi kimi istifadə
olunması vəziyyətinin araşdırılması;
icarə müqaviləsinin
şərtlərinə riayət edilməsi və icarə
haqlarının (torpaq vergisinin) ödənilməsi
vəziyyətinin araşdırılması.
5.3. Monitorinqin nəticələrinə
görə torpaq sahəsindən səmərəli
istifadə edilməsinə dair göstərişlər
(tövsiyələr) verilə bilər, torpaq sahəsindən
investisiyaların cəlb edilməsi məqsədilə
istifadəsi ilə bağlı layihələrin,
biznes-planların hazırlanmasında və həyata
keçirilməsində köməklik göstərilə
bilər, eyni zamanda, qanun pozuntuları müəyyən
edildikdə, onların aradan qaldırılması tələb
olunur, qısa müddət ərzində qanun pozuntuları
aradan qaldırılmazsa, qanunvericiliklə müəyyən
edilmiş tədbirlər görülür.
5.4. Dövlət
müəssisələrinin, özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi
dövlət mülkiyyətində olan torpaq sahələrinin
başqa fiziki və hüquqi şəxslərin
icarəsinə və istifadəsinə verilməsinə,
təyinatının dəyişdirilməsinə, həmin
torpaq sahələrində tikinti və yenidənqurma
işlərinin aparılmasına razılıq alınması
üçün dövlət orqanına
aşağıdakı sənədlər təqdim
olunmalıdır:
torpaq sahəsindən imtinanın, onun
təyinatının dəyişdirilməsinin, tikinti və
yenidənqurma işlərinin aparılmasının
zəruriliyini əsaslandırmaqla ərizə;
torpaq sahəsinin qanuni istifadədə
olduğunu təsdiq edən sənəd (müvafiq icra
hakimiyyəti orqanının sərəncamı, icarə
müqaviləsi və s.);
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti.
5.5. Təqdim olunan
sənədlərə dövlət orqanı
tərəfindən 10 (on) gün müddətində
baxılır, zəruri hallarda yerlərdə
araşdırmalar aparılır, habelə müvafiq icra
hakimiyyəti orqanlarına sorğular verilir.
5.6. Araşdırmaların
nəticələrinə görə
ərizəçilərə razılıq və ya imtina
barədə rəsmi cavab verilir.
6.
MÜLKİYYƏT HÜQUQLARININ
RƏSMİLƏŞDİRİLMƏSİ VƏ
DÖVLƏT QEYDİYYATINA ALINMASI MƏQSƏDİLƏ
DÖVLƏT ORQANI TƏRƏFINDƏN ŞƏHADƏTNAMƏLƏRİN
VERİLMƏSİ
6.1. Mülkiyyət hüququnu təsdiq
edən şəhadətnamə almaq üçün
dövlət orqanına aşağıdakı
sənədlər təqdim edilməlidir:
6.1.1. Dövlət torpaqlarında,
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki
və hüquqi şəxslər tərəfindən inşa
edilmiş (və ya qanuni yolla əldə edilmiş)
müəssisə və obyektlərə dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
torpaq sahəsinin qanuni istifadədə
olduğunu təsdiq edən sənəd (müvafiq icra
hakimiyyəti orqanının sərəncamı, icarə
müqaviləsi və s.);
obyektin inşaat pasportu;
obyektin layihə sənədləri;
obyektin istismara qəbul aktı;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
6.1.2. Dövlət
müəssisələrindən fiziki və hüquqi
şəxslərə verilmiş əmlaka dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
əmlakın dövlət
müəssisəsinin balansında olduğunu təsdiq
edən sənədlər;
əmlakın verilməsini
əsaslandıran sənədlər (müvafiq razılıq,
əmr, alqı-satqı müqaviləsi,
qiymətləndirmə və təhvil-təslim aktları);
verilən əmlakın dəyərinin
ödəniş sənədləri;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
6.1.3. Özəlləşdirmə
prosesində yaradılan səhmdar cəmiyyətlərinin
(müəssisələrin)
özgəninkiləşdirilən əmlakına dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
əmlakın səhmdar
cəmiyyətinə (müəssisəyə) məxsus
olduğunu təsdiq edən sənədlər (emissiya
prospektindən və əsas vəsaitlərin
siyahısından çıxarış, mülkiyyət
şəhadətnaməsi və s.);
əmlakın
özgəninkiləşdirilməsinə icazə
sənədi (ali idarəetmə orqanlarının
qərarları);
səhmlərin və əmlakın
yüklülüyünə dair arayış (reyestrdən
çıxarış);
alqı-satqı müqaviləsi və
ödəniş sənədləri;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
6.1.4. Özəlləşdirilən
əmlak əsasında təsis edilən və sonradan
təşkilati-hüquqi formasını dəyişən
(ləğv edilən) hüquqi şəxslərin
əmlakına dair:
ərizə;
fiziki şəxslər üçün
şəxsiyyət vəsiqəsinin surəti;
hüquqi şəxslər
üçün təsis və dövlət qeydiyyatı
sənədlərinin surəti;
dövlət orqanı
tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.
ləğvetmə sənədləri
(ləğvetmə qərarı, əmlakın
təsisçilər (iştirakçılar) arasında
bölüşdürülməsinə dair sənədlər,
hüquqi şəxsin dövlət qeydiyyatının
ləğv edilməsini təsdiq edən sənəd).
6.2. Təqdim olunan sənədlər
nəzarət orqanı tərəfindən
araşdırılaraq, 10 gün müddətində
ərizəçilərə mülkiyyət hüququnu
təsdiq edən şəhadətnamə verilir və ya
rəsmi cavabla şəhadətnamənin verilməsindən
imtina edilir.
6.3. Dövlət orqanı
tərəfindən verilən şəhadətnamələr
qanunvericilikdə müəyyən olunmuş qaydada
daşınmaz əmlakın dövlət reyestrində hüquqi
və fiziki şəxslərin mülkiyyət
hüquqlarının rəsmiləşdirilməsi və
dövlət qeydiyyatına alınması üçün
əsasdır. [10]
|
|
Əlavə
III Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
QAYDALARI[11]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar «Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında» Azərbaycan Respublikasının Qanununa,
«Azərbaycan Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət
Proqramı»na, «Azərbaycan Respublikasında dövlət
müəssisələrinin idarə olunmasının və
dövlət əmlakının
özəlləşdirilməsi prosesinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli
Fərmanına və qüvvədə olan digər normativ
hüquqi aktlara uyğun olaraq hazırlanmışdır
və dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsini, bu
barədə təkliflərin hazırlanması və
qəbul edilmiş qərarların icrası qaydalarını
tənzimləyir.
1.2. Dövlət
müəssisələrinin özəlləşdirməqabağı
sağlamlaşdırılması və
restrukturizasiyası—müəssisələrin
fəaliyyətinin tam və ya qismən bərpası,
yenidən qurulması, özəlləşdirməyə
hazırlanması, iş yerlərinin açılması,
müasir texnologiyaların və investisiyaların cəlb
edilməsi, maliyyə vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə
əsaslı şəkildə dəyişdirilməni və
təkmilləşdirilməni əhatə edən
təşkilati idarəetmə, istehsal, texnoloji, struktur,
hüquqi və maliyyə tədbirləri kompleksidir.
2. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏQABAĞI
SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURIZASIYASI
TƏDBİRLƏRİNİN TƏTBİQİNİN
MƏQSƏDLƏRİ VƏ ONLARIN TƏTBİQ
EDİLMƏSİ ÜÇÜN ƏSAS MEYARLAR
2.1. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsinin məqsədləri
aşağıdakılardır:
dövlət
müəssisələrinin
özəlləşdirilməyə hazırlanması və
özəlləşdirmənin sürətləndirilməsi;
özəlləşdirməyə
açılmış müəssisələrin investorlar
üçün cəlbediciliyinin artırılması;
özəlləşdirməyə
açılmış müəssisələrin
dəyərinin yüksəldilməsi;
istehsal olunan məhsulların
rəqabət qabiliyyətinin artırılması;
müəssisələrə müasir
texnologiyaların tətbiqinin genişləndirilməsi;
sağlamlaşdırma tədbirləri
nəticəsində dövlət əmlakının idarə
olunmasından büdcəyə daxilolmaların həcminin
artırılması;
müəssisələrin
fəaliyyətinin dirçəldilməsi
nəticəsində iş yerlərinin açılması
və əhalinin məşğulluq səviyyəsinin
artırılması.
2.2. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirləri aşağıdakı formalarda həyata
keçirilə bilər:
müəssisənin əmlak kompleksinin
strukturunun dəyişdirilməsi, o cümlədən
strukturların bölünməsi, birləşdirilməsi
və digər səmərəli formada yenidən
təşkili;
əsaslandırılmış
layihələr əsasında müəssisədə hər
hansı məhsulun (işin və xidmətin) istehsalının
maliyyə cəhətdən dəstəklənməsi və
ya müəssisəyə digər məqsədli maliyyə
yardımlarının göstərilməsi;
müəssisənin texnoloji
cəhətdən yenidən qurulması və
avadanlıqların modernləşdirilməsi;
müəssisənin fəaliyyət
profilinin dəyişdirilməsi və ya genişləndirilməsi;
müəssisənin borclarının
restrukturizasiyası və silinməsinə (və ya
dondurulmasına) dair təkliflərin verilməsi;
müəssisənin idarəetmə
strukturunun yeniləşdirilməsi və ya
idarəetməyə kənar idarəçinin cəlb
olunması.
2.3. Dövlət
müəssisələrinin özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin tətbiq edilməsi üçün
müəssisələrin müəyyən edilməsi
zamanı aşağıdakı meyarlar nəzərə
alınır:
ölkə iqtisadiyyatında
mühüm əhəmiyyət kəsb etməsi;
regional inkişaf üçün
əhəmiyyətli rol oynaması və əlverişli
mövqe tutması;
istehsal edilən məhsulun
ixracyönümlü olması;
yerli xammalın emalının həyata
keçirilməsi;
yerli xammaldan istifadə edilməsi
əsasında idxalı əvəz edən məhsulların
istehsalı;
sağlamlaşdırma
tədbirlərinin həyata keçirilməsi
nəticəsində yeni iş yerlərinin
açılması;
layihə üzrə tələb olunan
investisiya qoyuluşu həcminin nisbətən az,
səmərəlilik səviyyəsinin isə yüksək
olması;
həyata keçirilən
tədbirlərin ekoloji problemlərin və
sosialyönümlü məsələlərin həllinə
əhəmiyyətli təsir edə bilməsi;
özəlləşdirmə perspektivi
az olan müəssisələrin özəlləşdirmə
prosesinə cəlb olunması.
2.4. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin maliyyələşdirilməsi aşağıdakı
mənbələr hesabına həyata keçirilir:
dövlət əmlakının
özəlləşdirilməsindən dövlət
büdcəsinə daxil olan vəsaitlərdən qanunvericiliklə
müəyyən edilmiş ayırmalar;
müəssisələrin xüsusi
vəsaitləri;
beynəlxalq qurumların və xarici
donor təşkilatların qrantları;
digər qanuni mənbələr.
3. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏQABAĞI
SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURIZASIYASI
TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ
BARƏDƏ TƏKLİFLƏRİN HAZIRLANMASI VƏ
QƏRARLARIN QƏBULU
3.1. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsi barədə
təkliflər və təkliflərin həyata
keçirilməsi barədə proqramlar (layihələr)
müəssisələr tərəfindən hazırlanaraq
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim edilir.
3.2. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin tətbiqinin məqsədəuyğun
olduğu müəssisələr üzrə həmin
tədbirlərin daha əlverişli formasını
müəyyən etmək məqsədilə Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən 1 (bir) ay
müddətində müəssisələrin təqdim
etdikləri layihələrinin, müəssisələrin
iqtisadi göstəricilərinin və maliyyə-təsərrüfat
fəaliyyətinin təhlili aparılır. Bu
məqsədlə maliyyə məsləhətçiləri,
auditor, ekspertlər və digər mütəxəssislər
cəlb oluna bilər.
3.3. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi:
a) özəlləşdirməyə
açılmış müəssisənin əmlak
kompleksinin strukturunun dəyişdirilməsi nəzərdə
tutulduğu halda, həmin müəssisənin restrukturizasiya
planını;
b) müəssisələrin texnoloji
cəhətdən yenidən qurulması nəzərdə
tutulduğu halda, bu tədbirlərin həyata
keçirilməsi üzrə biznes-planı;
c) müəssisənin borclarının
restrukturizasiyası nəzərdə tutulduğu halda,
müvafiq restrukturizasiya sxemini;
d) müəssisəyə maliyyə
yardımının göstərilməsi nəzərdə
tutulduğu halda, müvafiq biznes-plana uyğun olaraq həmin
yardımın həcminin və istiqamətlərinin
əsaslandırılmasını özündə əks
etdirən proqramları təsdiq edir.
3.4. Bu Əsasnamə ilə
müəyyən edilmiş meyarlar əsasında Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən
müəssisədə restrukturizasiya və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi barədə qərar qəbul edilir.
Mövcud qanunvericiliyə əsasən
restrukturizasiya və sağlamlaşdırma tədbiri
barədə qərar qəbul etmək Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin səlahiyyətlərinə aid
olmadıqda və bu barədə təkliflər daxil olduqda,
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi müvafiq
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edir.
3.5. Müəssisənin
sağlamlaşdırılması və restrukturizasiyası
üzrə təsdiq olunmuş proqramlarda
(layihələrdə) nəzərdə tutulmuş
tədbirlərin maliyyələşdirilməsi
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
bölgü əsasında Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən zəruri sənədlər əlavə
edilməklə, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə müraciət edilir.
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi təqdim olunmuş sənədlər
əsasında restrukturizasiya və sağlamlaşdırma
tədbirlərinin maliyyələşdirilməsi
üçün dövlət əmlakının
özəlləşdirilməsindən dövlət
büdcəsinə daxil olan vəsaitdən qanunvericiliyə
uyğun olaraq maliyyə ayrılmasını təmin edir.
3.6. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
ayrılmış maliyyə vəsaitinin müəssisənin
bu məqsəd üçün açılmış
xüsusi bank hesabına köçürülməsini
təmin edir.
3.7. Dövlət
müəssisələrinin təklifləri əsasında
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən həyata
keçirilməsi barədə qərar qəbul olunmuş
restrukturizasiya və sağlamlaşdırma tədbirləri
başqa mənbələr hesabına
maliyyələşdirildikdə, vəsait
müəssisənin bu məqsəd üçün
açılmış xüsusi bank hesabına
köçürülür.
3.8. Təsdiq olunmuş
sağlamlaşdırma və restrukturizasiya proqramında
(layihədə) nəzərdə tutulmuş tədbirlərin
vaxtında və nəzərdə tutulmuş
ardıcıllıqla icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
ayrılmış maliyyə vəsaitinin
müəssisələrin hesabına hissə-hissə
köçürülməsini, səmərəli istifadə
olunmadıqda, onun dayandırılmasını həyata
keçirə bilər.
3.9. Müəssisə
tərəfindən təqdim edilmiş restrukturizasiya və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi məqsədilə edilən təkliflər
məqsədəuyğun hesab edilmədikdə, bu
barədə 1 (bir) ay müddətində
müəssisəyə əsaslandırılmış
məlumat verilir.
4. DÖVLƏT
MÜƏSSİSƏLƏRİNİN
ÖZƏLLƏŞDİRMƏQABAĞI
SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURİZASİYASI
BARƏDƏ TƏDBİRLƏRIN İCRASİ
4.1. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
barədə tədbirlər qanunvericiliyə uyğun olaraq
müvafiq proqramlar və ya biznes-planlar əsasında
həyata keçirilir.
4.2. Sağlamlaşdırma və
restrukturizasiya tədbirlərinin həyata
keçirilməsinə, bu məqsədlə
ayrılmış vəsaitin xərclənməsinə,
sifarişlərin formalaşdırılmasına və
yerləşdirilməsinə, icraçılarla
müqavilələrin bağlanılmasına, yerinə
yetirilən işlərin qəbuluna qanunvericilikdə
nəzərdə tutulan qaydada nəzarət Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən həyata
keçirilir.
4.3. Vəsait ayrılan
müəssisələr Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən müəyyən edilmiş formalarda və
müddətlərdə hesabat təqdim etməlidirlər.
4.4. Dövlət
müəssisələrində
özəlləşdirməqabağı restrukturizasiya və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi ilə bağlı hesabatlar müvafiq
qanunvericiliyə uyğun qaydada hazırlanır və
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim edilir.
4.5. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən özəlləşdirməqabağı
sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin
həyata keçirilməsi vəziyyətinin
araşdırılması ilə bağlı dövlət
müəssisələrində araşdırmalar və
monitorinqlər həyata keçirilə bilər.
4.6. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
dövlət müəssisələrində
özəlləşdirməqabağı sağlamlaşdırma
və restrukturizasiya tədbirlərinin həyata
keçirilməsi barədə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim
edir.
4.7. Dövlət
müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
tədbirlərinin həyata keçirilməsi məqsədilə
dövlət büdcəsindən ayrılmış
vəsaitin təyinatı üzrə xərclənməsi
təmin edildikdə, həmin vəsait məqsədli
maliyyə yardımı hesab edilir və onların geri
qaytarılması tələb olunmur. Lakin bu Qaydaların 2.1-ci
bəndində nəzərdə tutulan
məqsədlərə nail olunmadığı
təqdirdə, büdcədən ayrılmış
vəsaitin geri qaytarılması üçün müvafiq
tədbirlər görülür. Digər
mənbələrdən maliyyələşdirmə
hallarında vəsaitlərin
qaytarılıb-qaytarılmaması qarşılıqlı
razılaşma əsasında həll olunur.
4.8. Ayrılmış vəsaitin
təyinatı üzrə xərclənməməsinə,
hesabatların təqdim edilməməsinə və vəsait
ayrılarkən bu Qaydaların 2.1-ci bəndində
nəzərdə tutulan məqsədlərə nail olunmamasına
görə müəssisələr və onların
rəhbərliyi məsuliyyət daşıyırlar.[12]
|
|
Əlavə IV Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin
idarəetməyə verilməsi
QAYDALARI[13]
1. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə, «Dövlət əmlakının
özəlləşdirilməsi haqqında» Azərbaycan
Respublikasının Qanununa, «Azərbaycan Respublikasında
dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət
Proqramı»na, «Azərbaycan Respublikasında dövlət
müəssisələrinin idarə olunmasının və
dövlət əmlakının
özəlləşdirilməsi prosesinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlər haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 23 avqust tarixli, 453 nömrəli
Fərmanına və digər normativ hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır və səhmdar
cəmiyyətlərində dövlətə məxsus
səhmlərin müqavilə əsasında
idarəetməyə verilməsi qaydalarını
müəyyən edir.
1.2.
Bu Qaydalara uyğun olaraq idarəetmə—səhmdar
cəmiyyətlərinin dövlət mülkiyyətində
olan səhmlərinin daha səmərəli idarə
olunması, müəssisənin investorlar üçün
cəlbediciliyinin artırılması, səhmlər
üzrə dövlət büdcəsinə daha çox
dividendlərin daxil olması və müasir korporativ
idarəetmə üsullarının tətbiqi
məqsədilə səhmlərin müəyyən
müddətə dövlətin iqtisadi maraqlarına
müvafiq şəkildə müsabiqə əsasında
seçilmiş hüquqi və fiziki şəxslər
tərəfindən idarə edilməsi üzrə
fəaliyyətdir.
1.3.
Səhmdar cəmiyyətlərinin ilkin dövrdə
dövlətin mülkiyyətində saxlanılan
səhmlərinin 100 faizi, səhmlərin nəzarət
zərfi (51 faiz) və ya məhdudlaşdırıcı
hissəsi (25,5 faiz), habelə özəlləşdirilməsi
tam başa çatmamış səhmdar
cəmiyyətlərin satılmayan səhmləri bu Qaydalara
müvafiq olaraq idarəetməyə verilə bilər.
1.4.
Səhmdar cəmiyyətlərinin dövlətə məxsus
səhmlərinin idarəetməyə verilməsi,
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən həyata keçirilir.
1.5.
Səhmləri idarəedən qismində Azərbaycan
Respublikasının qanunvericiliyinə və bu Qaydalara
uyğun olaraq səhmləri müqavilə əsasında
idarəetməyə götürmək niyyətində olan
və idarəetməyə verənin irəli
sürdüyü şərtlərə uyğun olaraq
fəaliyyət proqramı (biznes-plan) təqdim edən
hüquqi və fiziki şəxslər çıxış
edə bilər.
1.6.
Səhmdar cəmiyyətlərinin dövlətə məxsus
səhmləri bütövlükdə və ya onların bir
hissəsi idarəetməyə verilə bilər. Bir
səhmdar cəmiyyətinin ayrı-ayrı səhm
zərfləri (hissələri) bir neçə
şəxsə idarəetməyə verilə bilər.
1.7.
İdarəetməyə verən səhmlərin
idarəetməyə verilməsi ilə əlaqədar
maliyyə məsləhətçilərini cəlb edə
bilər.
2. SƏHMLƏRİN
İDARƏETMƏYƏ VERİLMƏSİ HAQQINDA QƏRAR
QƏBUL EDİLMƏSİ
2.1.
«Azərbaycan Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət
Proqramı»«nın 2.2-ci və 2.3-cü bəndlərində
göstərilən müəssisələrin
çevrilməsi nəticəsində yaradılmış
səhmdar cəmiyyətlərinin, o cümlədən ilkin
dövrdə səhmlərinin 100 faizi, səhmlərin
nəzarət zərfi (51 faiz) və ya
məhdudlaşdırıcı hissəsi (25,5 faiz)
dövlətin mülkiyyətində saxlanılan səhmdar
cəmiyyətlərinin səhmlərinin idarəetməyə
verilməsi barədə qərarlar müvafiq olaraq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı
əsasında Azərbaycan Respublikasının Prezidenti
tərəfindən və Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən qəbul edilir.
2.2.
Dövlət müəssisələrinin çevrilməsi
nəticəsində yaradılmış səhmdar
cəmiyyətlərinin özəlləşdirmə
planında (emissiya prospektində) satışı
nəzərdə tutulmuş, lakin
özəlləşdirilməyə çıxarıldıqdan
sonra azı 1(bir) il müddətində satılmamış
səhmlərin idarəetməyə verilməsi barədə
qərarlar, iqtisadi cəhətdən
məqsədəuyğunluğu nəzərə alınmaqla,
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən qəbul edilir.
2.3.
Səhmdar cəmiyyətlərində səhmlər
üzrə dövlət büdcəsinə daxil olan
dividendlərin həcminin az olması, səhmlərin
özəlləşdirməyə çıxarıldıqdan
sonra azı 1 (bir) il müddətində satılmaması,
səhmdar cəmiyyətinin maliyyə vəziyyətinin
pisləşməsi, istehsal (xidmət) prosesində
kəmiyyət və keyfiyyət göstəricilərinin
aşağı düşməsi, korporativ idarəetmənin
təşkili və həyata keçirilməsində
problemlərin mövcudluğu, sahibkarların
təşəbbüsü və qanunvericiliklə
nəzərdə tutulmuş digər hallar səhmlərin
idarəetməyə verilməsi haqqında qərarların
qəbulu üçün əsas ola bilər.
3. SƏHMLƏRİN
İDARƏETMƏYƏ VERİLMƏSİNİN
MƏQSƏD VƏ ŞƏRTLƏRİ
3.1.
Səhmlərin idarəetməyə verilməsi
aşağıdakı məqsədlərlə həyata
keçirilə bilər:
səhmdar
cəmiyyətinin fəaliyyətinin
sağlamlaşdırılması;
səhmdar
cəmiyyətinin özəlləşdirməyə
hazırlanması;
səhmdar
cəmiyyətinin menecmentinin yüksəldilməsi;
istehsal
olunan məhsulların (göstərilən xidmətlərin)
çeşidinin və rəqabət qabiliyyətinin
artırılması;
səhmdar
cəmiyyətinə investisiyaların cəlb edilməsi;
səhmdar
cəmiyyətinin borclarının azaldılması;
ödəmə
qabiliyyəti aşağı olan səhmdar
cəmiyyətlərinin müflisləşməsinin
qarşısının alınması;
dividendlər
hesabına dövlət büdcəsinə gəlirlərin
artırılması;
iş
yerlərinin bərpası və yeni iş yerlərinin
açılması;
əmək
kollektivi üzvlərinin sosial-iqtisadi durumunun
yaxşılaşdırılması;
ekoloji
problemlərin həlli.
3.2.
Səhmlərin idarəetməyə verilməsi
aşağıdakı tələblərə riayət
edilməklə həyata keçirilir:
idarəetməyə
verilən səhmlər üzrə mülkiyyət
hüququnun keçməməsi;
səhmlərin
idarəedənə girov və digər
yüklülüklərdən azad şəkildə
verilməsi;
müqavilənin
qüvvədə olduğu müddət ərzində
idarəetməyə verən tərəfindən
səhmlərin digər hüquqi şəxslərin
nizamnamə kapitalına qoyulmasına və ya hər hansı
şəkildə yüklülüyünə gətirib
çıxaran əqdlərin bağlanmasına yol
verilməməsi;
müqavilənin
qüvvədə olduğu müddətdə idarəedən
tərəfindən bütün hüquq və
vəzifələrin öz adından yerinə yetirildiyinə,
lakin bunu idarəedən qismində çıxış
edərək həyata keçirdiyinə istinad etməsi;
fəaliyyət
proqramının (biznes-planın)
gerçəkləşdirilməsi məqsədilə
idarəetməyə verənin qanunvericiliklə
müəyyən edilmiş qaydada sağlamlaşdırma
üçün nəzərdə tutulmuş vəsait və
dividendlərdən, eləcə də digər qanuni
mənbələr hesabına (kredit və qrantlar, məqsədli
maliyyə yardımları, bank kreditləri və s.)
maliyyə dəstəyi göstərmək hüququnun
olması.
3.3.
Səhmlər idarəetməyə verildiyi müddətdə
səhmdar cəmiyyətinin ümumi
yığıncaqlarında və digər idarəetmə
orqanlarında aşağıdakı məsələlər
üzrə yalnız idarəetməyə verənin
yazılı rəyi əsasında idarəedən öz
münasibətini bildirməlidir:
səhmdar
cəmiyyətinin ləğvi və yenidən təşkili;
səhmdar
cəmiyyətinin nizamnaməsinin və nizamnamə
kapitalının dəyişdirilməsi;
törəmə
təsərrüfat cəmiyyətlərinin yaradılması
və səhmdar cəmiyyətinin digər hüquqi
şəxslərin nizamnamə kapitalında iştirakı;
səhmlərin
əlavə emissiyası və ya yerləşdirilmiş
səhmlərin geri alınması;
qanunvericiliklə
müəyyən olunan və müqavilə ilə
nəzərdə tutulmuş digər məsələlər.
3.4.
Digər məsələlərin müzakirəsi zamanı
idarəedən iclaslarda rəy bildirilməkdə və
səsvermədə sərbəstdir.
3.5.
Müddətinə görə səhmlərin
idarəetməyə verilməsi aşağıdakı
üç formada həyata keçirilə bilər:
qısamüddətli—5
ilədək;
ortamüddətli—5
ildən 10 ilədək
uzunmüddətli—10
ildən çox.
Hər
konkret hal üçün idarəetmənin hansı
formasının tətbiq olunması səhmdar
cəmiyyətinin mövcud durumu, idarəetməyə
verilən səhmlərin nominal dəyəri,
səhmlərə görə ödənilən
dividendlərin məbləği, ehtimal olunan investisiyaların
həcmi, investisiyaların özünüödəmə
müddəti və digər amillər nəzərə
alınmaqla, müsabiqə komissiyası tərəfindən
müəyyən edilir. İdarəetmənin konkret
müddəti isə potensial iddiaçıların
təkliflərinə əsasən qarşılıqlı
razılaşma yolu ilə idarəetməyə verənlə
idarəedən arasında imzalanan müqavilədə öz
əksini tapır.
3.6.
Səhmlərin idarəetməyə verilməsi zamanı
digər məqsədlərlə yanaşı, prioritet
məqsəd kimi menecmentin
yaxşılaşdırılması qarşıya qoyulduqda,
səhmlər qısamüddətli idarəetməyə,
səhmdar cəmiyyətinə investisiyaların cəlb
edilməsi qarşıya qoyulduqda isə, səhmlər orta
və uzunmüddətli idarəetməyə verilir.
3.7.
Müqavilədə digər hal nəzərdə
tutulmadıqda, idarəetməyə verilmiş
səhmlərə görə əldə edilmiş
mənfəət (idarəedənin mükafatı
çıxılmaqla) dövlət büdcəsinə
köçürülür.
3.8.
İdarəetmə ilə əlaqədar idarəedənin
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim etməli olduğu hesabatlara dair tələblər
müqavilə ilə müəyyən edilir.
3.9.
İdarəedənin mükafatının məbləği
və ödənilməsi qaydası müqavilədə
öz əksini tapır. Müqavilənin şərtlərindən
asılı olaraq, idarəedənin mükafatı
dövlət əmlakının
özəlləşdirilməsindən dövlət
büdcəsinə daxil olan vəsaitlərdən
qanunvericiliklə müəyyən edilmiş ayırmaların
sağlamlaşdırma tədbirləri üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada
nəzərdə tutulan hissəsi hesabına və ya
dövlətə çatan dividendlərin müqavilə
ilə müəyyən olunan (50 faizdən çox olmayan)
hissəsinin idarəetməyə verənin sərəncamında
qalması yolu ilə ödənilir.
3.10.
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində və müqavilədə
nəzərdə tutulmuş qaydada idarəetməyə
verənin və ya idarəedənin
təşəbbüsü ilə idarəetmə
müqaviləsinə vaxtından əvvəl xitam verilə
bilər. Bu zaman yarana biləcək mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada həll edilir.
4. SƏHMLƏRİN
İDARƏETMƏYƏ VERİLMƏSİ İLƏ
BAĞLI MÜSABİQƏNİN TƏŞKİLİ
4.1.
Səhmlərin idarəetməyə verilməsi
idarəetməyə verən tərəfindən
açıq müsabiqə əsasında həyata
keçirilir.
4.2.
Müsabiqənin keçirilməsi məqsədilə
idarəetməyə verən tərəfindən
üzvlərinin sayı 7 (yeddi) nəfərdən ibarət
müsabiqə komissiyası (bundan sonra - komissiya)
yaradılır. Komissiyanın tərkibinə hər
birindən 1 (bir) nəfər olmaqla, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti
yanında Maliyyə
Bazarlarına Nəzarət Palatasının və
aidiyyəti icra hakimiyyəti orqanının
nümayəndələri daxil edilir. Qalan üzvlər
idarəetməyə verən tərəfindən
müəyyən edilir və komissiyanın sədri
idarəetməyə verən tərəfindən, onu
komissiyada təmsil edən üzvlərdən təyin olunur.[14]
Göstərilən
orqanlar Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin
müraciəti əsasında öz
nümayəndələrini müsabiqə komissiyasının
tərkibinə daxil etmək üçün təqdim
edirlər.
4.3.
Müsabiqənin keçirilməsi ilə əlaqədar
idarəetməyə verən:
iddiaçılardan
müsabiqədə iştirak etmək üçün
ərizə və bu Qaydalarda göstərilən sənədləri
qəbul edir, hər bir ərizəyə nömrə,
verilmə tarixi və vaxtını qoymaqla (gün, ay, il,
saat), müvafiq kitabda onların qeydiyyatını aparır;
iddiaçılardan
daxil olmuş ərizələri və onlara əlavə
edilmiş sənədləri ərizələrin qəbulu
müddəti başa çatdıqdan sonra komissiyaya təqdim
edir;
müsabiqənin
nəticələri haqqında komissiyanın protokolunu
təsdiq edir;
müsabiqənin
nəticələri haqqında məlumatı kütləvi
informasiya vasitələrində dərc etdirir;
müsabiqənin
qalibi ilə idarəetməyə dair müqavilə
bağlayır;
müsabiqənin
qalibi tərəfindən idarəetmə müqaviləsinin
şərtlərinə riayət edilməsinə
nəzarəti həyata keçirir.
4.4.
Müsabiqənin keçirilməsinə dair məlumat
müsabiqənin keçirilməsi günündən azı
30 (otuz) gün əvvəl kütləvi informasiya
vasitələrində dərc edilir.
4.5.
Məlumat aşağıdakıları əhatə
etməlidir:
səhmləri
idarəetməyə verilən səhmdar cəmiyyətinin
adı, hüquqi ünvanı və ya yerləşdiyi
ünvan;
müsabiqənin
vaxtı, yeri və forması, predmeti və keçirilmə
qaydası;
səhmlərin
növü, nominalı, ümumi dəyər;
müsabiqə
iştirakçıları qarşısında irəli
sürülən şərtlər;
iddiaçılardan
ərizə və sifarişlərin qəbulunun
başlanması və qurtarması müddəti (gün
və saat), qəbul yerinin ünvanı;
iddiaçılar
tərəfindən müsabiqədə iştirak
üçün tələb olunan sənədlərin
siyahısı və onların tərtibatı
üçün müəyyən edilmiş
tələblər;
komissiya
tərəfindən müsabiqə qalibinin müəyyən
edilməsi tarixi, vaxtı, ünvanı;
müsabiqənin
qalibi ilə müqavilənin bağlanılması
müddəti.
4.6.
Komissiya aşağıdakı tədbirləri həyata
keçirir:
idarəetmə
barədə qəbul edilmiş qərara uyğun olaraq
müsabiqənin şərtlər toplusunu hazırlayıb
təsdiq edir;
iddiaçılardan
qəbul edilmiş ərizələri və onlara əlavə
olunmuş sənədləri araşdırır və
onların qanunvericiliyə uyğun olmasını müəyyən
edir;
iddiaçıların
müsabiqədə iştirak etməsi və ya
müsabiqəyə buraxılmaması barədə qərar
qəbul edir və bu barədə iddiaçılara
bildiriş göndərir;
müsabiqə
iştirakçılarının təkliflərini təhlil
edir və müsabiqənin qalibini müəyyən edir;
zəruri
hallarda ekspertlər cəlb edir.
4.7.
Komissiyanın iclasında üzvlərinin azı 2/3 hissəsi
iştirak etdikdə, komissiya səlahiyyətli hesab olunur.
4.8.
Komissiyanın qərarları iclasda iştirak edən
üzvlərinin adi səs çoxluğu ilə qəbul
edilir. Komissiyanın hər bir üzvü bir səsə
malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin
səsi həlledici hesab olunur.
4.9.
Müsabiqə qalibini müəyyən etmək
üçün komissiya tərəfindən
qiymətləndirmə meyarları və müvafiq bal sistemi
hazırlanır.
4.10.
İdarəetməyə verilən səhmlərin həcmi
səhmdar cəmiyyətinin səhmlərinin ümumi
sayının 51 faizindən çox olduqda, komissiyanın
qərarı ilə iddiaçılar qarşısında
birbaşa investisiya qoyuluşuna dair tələb irəli
sürülə bilər.
Komissiya
tərəfindən belə tələb qoyulmadıqda,
iddiaçı öz təşəbbüsü ilə
səhmdar cəmiyyətinə investisiya qoyuluşuna dair
təklif irəli sürə bilər və bu zaman
investisiyaların qaytarılması mexanizmi və yeni
yaradılmış aktivlərin mənsubluğu
müqavilə ilə razılaşdırılır.
4.11.
Meyarlar hazırlanarkən komissiya
aşağıdakıları mütləq nəzərə
almalı və müsabiqə zamanı qiymətləndirməlidir:
iddiaçının
təqdim etdiyi fəaliyyət proqramı;
dividendin
minimal və maksimal məbləği;
idarəetməyə
götürənin mükafatının minimal və maksimal
hədləri;
iddiaçının
mövcud fəaliyyəti və peşəkarlığı;
qoyulacaq
investisiyaların həcmi (nəzərdə tutulduqda).
5.
MÜSABİQƏNİN KEÇİRİLMƏSİ
5.1.
Qanunvericiliyə əsasən müsabiqədə iştirak
etmək üçün müəyyən olunmuş qaydada
müvafiq sənədləri təqdim edən, nizamnamə
kapitalında dövlətin payı 20%-dən çox olmayan
hüquqi şəxslər və fiziki şəxslər
iştirak edə bilərlər.
5.2.
Müsabiqədə iştirak etmək üçün
iddiaçılar müsabiqə komissiyası
tərəfindən müəyyən edilmiş
müddətdə aşağıdakı sənədləri
təqdim etməlidirlər:
idarəetməyə
verən tərəfindən müəyyən edilmiş
formada ərizə (açıq zərfdə);
hüquqi
şəxslərin dövlət reyestrindən
çıxarışın notarius tərəfindən
təsdiq edilmiş surəti, fiziki şəxslər
üçün şəxsiyyəti təsdiq edən
sənədin surəti (açıq zərfdə);
zəruri
hallarda komissiya tərəfindən müəyyən
edilmiş formada zəmanət məktubu (qapalı
zərfdə);
səhmlərin
idarə edilməsi ilə bağlı fəaliyyət
proqramı (qapalı zərfdə);
idarəetmə
ilə bağlı illik mükafatın
məbləğinə dair yazılı təkliflər
(qapalı zərfdə).
Açıq
zərflərdə təqdim olunmalı sənədlərin
nümunəvi formaları idarəetməyə verən tərəfindən
təsdiq olunur.
Zəmanət
məktubu banklardan və nüfuzlu və yüksək
reytinqə malik olan müəssisələrdən alına
bilər.
5.3.
İddiaçılar aşağıdakı hallarda
müsabiqəyə buraxılmırlar:
iddiaçı
qanunvericiliyə müvafiq olaraq iştirakçı kimi
tanınmadıqda;
iddiaçının
nümayəndəsinin səlahiyyətləri
qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq
olunmadıqda;
müsabiqədə
iştirak üçün ərizə və digər
sənədlər məlumatda göstərilən
müddət bitdikdən sonra verildikdə;
formal
tələblərdan sui-istifadə halları istisna olmaqla,
müəyyən edilmiş sənədlər tam
həcmdə və ya lazımi qaydada tərtib
edilmədikdə;
müqavilədə
nəzərdə tutulan öhdəliklərin təminatı
kimi, komissiyanın müəyyən etdiyi müvafiq
zəmanət təqdim olunmadıqda.
5.4.
İddiaçı idarəetməyə verənə
yazılı bildiriş verməklə, ərizələrin
qəbul müddəti bitənədək ərizəsini geri
götürə bilər. Bu halda, ərizənin geri
götürülməsi idarəetməyə verən tərəfindən
qeydə alınmalıdır.
5.5.
İdarəetməyə verən komissiyanın iclasında
baxılanadək iddiaçılar tərəfindən
təqdim olunmuş ərizə və təkliflərin
məxfiliyini təmin edir.
5.6.
Komissiya tərəfindən ərizələrin qəbulu
protokolu imzalandığı andan iddiaçı
müsabiqənin iştirakçısı hesab olunur.
5.7.
Komissiya tərəfindən müsabiqədə iştiraka
buraxılmamış iddiaçılara ərizələrin
qəbulu haqqında protokol imzalandığı gündən
ən geci 3 (üç) gün müddətində
iştirakının rədd edilməsi səbəbləri
göstərilməklə, müvafiq bildiriş
göndərilir.
5.8.
Müsabiqə aşağıdakı hallarda baş
tutmamış hesab edilir:
müsabiqədə
iştirak etmək üçün ərizə
verilmədikdə;
iddiaçıların
heç biri iştirakçı kimi tanınmadıqda;
iddiaçı
bir şəxs (hüquqi və ya fiziki şəxs) olduqda;
qalib
müəyyən edilmədikdə;
müsabiqənin
qalibi bu Qaydalarla müəyyən edilmiş
müddətdə idarəetmə müqaviləsini
imzalamadıqda.
5.9.
Müsabiqə aşağıdakı qaydada və
ardıcıllıqla keçirilir:
müsabiqə
iştirakçıları tərəfindən təqdim
edilən qapalı zərflər açılmamışdan
əvvəl komissiya onların bütövlüyünü
yoxlayır və bu barədə müsabiqənin
nəticələri haqqında protokolda qeyd edilir;
müəyyən
edilmiş gün və vaxtda komissiya daxil olmuş
sifarişlərdən ibarət zərfləri onların
idarəetməyə verənə təqdim olunması
ardıcıllığı ilə açır;
komissiya
müsabiqə iştirakçılarının
təkliflərinə qəbul edilmiş
təcrübəyə və işgüzar adətlərə
istinad etməklə, müsabiqənin müəyyən
edilmiş şərtlərini və qalibi müəyyən
etmək meyarlarını rəhbər tutaraq baxır.
5.10.
Müsabiqənin iştirakçıları
tərəfindən Azərbaycan dilində təqdim edilmiş
təkliflər iştirakçıların özləri
və ya onların nümayəndələri
tərəfindən imzalanmalı, təkliflərdə
göstərilmiş məbləğlər rəqəm
və sözlə göstərilməlidir. Sözlə
rəqəm arasında fərq aşkar edildikdə, komissiya
sözlə ifadə olunmuş yazı variantını
əsas götürür.
5.11.
Müsabiqənin nəticələri haqqında komissiyanın
protokolu 3 (üç) nüsxədə tərtib olunur,
komissiyanın sədri, komissiyanın iclasında iştirak
edən üzvləri və müsabiqənin qalibi
tərəfindən imzalanır və həmin gün
təsdiq olunmaq üçün idarəetməyə
verənə təqdim edilir.
5.12.
Protokol idarəetməyə verən tərəfindən 5
(beş) gün müddətində təsdiq edilir.
İdarəetməyə verən tərəfindən
təsdiq olunduğu gündən protokol qalibin idarəetmə
müqaviləsi bağlamaq hüququnu təsdiq edən
sənəd hesab edilir.
5.13.
Müsabiqənin qalibi müsabiqənin nəticələri
haqqında protokol idarəetməyə verən
tərəfindən təsdiq edildiyi gündən 30 (otuz)
gün müddətində idarəetmə müqaviləsini
imzalamalıdır. Həmin müddət ərzində
müsabiqənin qalibi müqaviləni imzalamaqdan imtina edərsə
və ya müəyyən edilmiş müvafiq
şərtləri yerinə yetirməzsə, müsabiqənin
nəticələri ləğv edilir.
6. MÜQAVİLƏNİN
RƏSMİLƏŞDİRİLMƏSİ VƏ İCRASINA
NƏZARƏT
6.1.
Digər hal müəyyən edilmədikdə, Azərbaycan
Respublikası Prezidentinin qərarı ilə
idarəetməyə verilən səhmlərlə
bağlı müqavilələr idarəetməyə
verən tərəfindən imzalandıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
edilir.
İdaretməyə
verənin qərarı ilə idarəetməyə verilən
səhmlərlə bağlı müqavilələr
idarəetməyə verən tərəfindən imzalanır
və həmin gündən qüvvəyə minir.
6.2.
İdarəetmə prosesində şəffaflığın
təmin edilməsi məqsədilə idarəedən qanunvericilikdə,
habelə müqavilədə nəzərdə tutulan
məlumatları müəyyən edilmiş
müddətdə və qaydada kütləvi informasiya
vasitələrində dərc etdirməlidir.
6.3.
Müqavilədə aşağıdakı müddəalar
əks etdirilməlidir:
səhmlərin
idarəetməyə verilməsi qaydası və müddəti;
tərəflərin
öhdəlikləri və məsuliyyəti;
müqavilə
öhdəliklərinin yaranması və başaçatma
müddəti;
idarəedən
tərəfindən təklif olunan fəaliyyət
proqramının icrası mexanizmi;
idarəedən
tərəfindən idarəetməyə verənə
təqdim olunmalı hesabatların təqdim edilmə
qaydası və müddətləri;
müqavilənin
vaxtında və vaxtından əvvəl ləğv
edilməsi nəticəsində qarşılıqlı
hesablaşmaların aparılması şərtləri;
müqavilənin
müddətinin uzadılması qaydası;
səhmləri
idarəetməyə verilmiş səhmdar cəmiyyətinin
ümumi yığıncaqlarının və idarəetmə
orqanlarının iclaslarının keçirilməsi
qaydası;
idarəetmə
müddətində səhmlərin
özəlləşdirilməsi haqqında qərar qəbul
edildikdə, idarəedənlə idarəetməyə
verənin münasibətlərinin tənzimlənməsi
qaydası;
digər
məsələlər.
6.4.
İdarəetməyə verən müqavilə
şərtlərinin yerinə yetirilməsinə
nəzarət edir və bununla bağlı
idarəedəndən hesabatlar tələb etmək, monitorinq
keçirmək və sənədli təftiş aparmaq
hüquqlarına malikdir. Zərurətdən asılı
olaraq, idarəetməyə verən bu məqsədlə müstəqil
auditor və ekspertlər cəlb edə bilər.
6.5.
İdarəedən rübdə 1 (bir) dəfə və
hər ilin sonunda səhmlərin idarə olunmasına dair
idarəetməyə verənin müəyyən etdiyi formada
idarəetməyə verənə hesabat təqdim etməlidir.
Hesabatın forması, təqdim edilməli məlumat və
sənədlər, habelə hesabatların ümumi
dövriliyi müqavilədə nəzərdə tutulur.
6.6.
İdarəedən tərəfindən müqavilə
şərtlərinə əməl olunmaması və ya
lazımınca icra edilməməsi müqavilənin
müəyyən edilmiş qaydada ləğv edilməsi
və vurulmuş zərərin, o cümlədən
itirilmiş faydanın ödənilməsinin tələb
edilməsi üçün əsasdır. Müqavilə
şərtlərini pozduğu üçün
idarəetməyə verənə dəyən
zərərə görə idarəedən tam maddi
məsuliyyət daşıyır.
|
|
Əlavə
V Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Özəlləşdirilən
dövlət əmlakının qiymətləndirilməsi
haqqında
ƏSASNAMƏ[15]
1. Bu Əsasnamə Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə,
«Dövlət əmlakının
özəlləşdirilməsi haqqında», «Mühasibat
uçotu haqqında», «Qiymətləndirmə
fəaliyyəti haqqında» Azərbaycan Respublikasının
qanunlarına, «Azərbaycan Respublikasında dövlət
əmlakının özəlləşdirilməsinin II
Dövlət Proqramı»na və digər normativ-hüquqi
aktlara uyğun olaraq hazırlanmışdır.
2. Bu Əsasnamə dövlət
əmlakının özəlləşdirilməsi
prosesində müəssisə və obyektlərin start
(satış) qiymətini və ya dövlət müəssisələrinin
bazasında yaradılan səhmdar cəmiyyətlərinin
nizamnamə kapitalını hesablamaq məqsədilə
onların əmlakının, habelə birgə
müəssisələrin nizamnamə kapitalındakı
dövlət paylarının qiymətləndirilməsi
qaydalarını müəyyən edir.
3. Dövlət
müəssisələrinin (obyektlərinin) və birgə
müəssisələrin nizamnamə kapitalındakı
dövlətin payının özəlləşdirilməsi
zamanı əmlakın real qiymətləndirilməsini
həyata keçirmək məqsədilə bu
Əsasnaməyə uyğun olaraq qiymətləndiricilər
və maliyyə məsləhətçiləri cəlb
edilə bilər.
4. Özəlləşdirilən
müəssisə və obyektin start (satış) qiyməti
və ya dövlət müəssisələrinin bazasında
yaradılan səhmdar cəmiyyətinin nizamnamə
kapitalı, onun balans aktivlərinin ümumi dəyəri
ilə balans öhdəliklərinin ümumi dəyərinin
fərqinə bu Əsasnamə ilə müəyyən
edilmiş əmsallar tətbiq edilməklə
müəyyən edilir.
Birgə müəssisələrin
nizamnamə kapitalındakı dövlət paylarının
inventarizasiya olunaraq qiymətləndirilməsi nizamnamə
kapitalında iştirak payına uyğun olaraq və
müəssisə tərəfindən təqdim olunmuş son
balansın məlumatları əsasında aparılır.
Birgə müəssisənin qiymətləndirilməsini
həyata keçirmək məqsədilə
qiymətləndiricilər və maliyyə
məsləhətçiləri cəlb edildiyi hallarda,
qiymətləndirmə müəssisənin kommersiya
fəaliyyətinin gəlirliliyi, o cümlədən
gözlənilən gəlirlərin proqnozu (diskontlaşdırılmış
həcmi), fəaliyyət göstərdiyi sektordakı
xüsusi çəkisi, müəssisənin bazardakı
mövqeyi və digər bu kimi amillər nəzərə
alınmaqla həyata keçirilir.
5. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalı təqdim edilmiş son balansın
məlumatları əsasında aşağıdakı qayda
ilə müəyyən edilir:
Nk = (Ad—Öd) x Ma
x Xə X Gə
x Zə
Kiçik dövlət
müəssisəsinin start (satış) qiyməti təqdim
edilmiş son balansın məlumatları əsasında
aşağıdakı qayda ilə müəyyən edilir:
Kq = (Ad—Öd) x Ma
x Gə x Yə
Dövlət müəssisəsinin
hüquqi şəxs olmayan struktur bölməsi (filial, istehsal
sahəsi, sex və s.) ayrıca
özəlləşdirildikdə, onun start (satış)
qiyməti və ya nizamnamə kapitalı
özəlləşdirmə anına tərtib olunmuş
bölünmə balansının (bölünmə
aktının) məlumatları əsasında
aşağıdakı qayda ilə müəyyən edilir:
Sq = (Ad—Öd) x Ma
x Yə
İcarəyə verilmiş və ya
istifadəsiz olan daşınmaz dövlət
əmlakının start (satış) qiyməti
aşağıdakı qayda ilə müəyyən edilir:
İq = İd x Yə
burada:
Nk—səhmdar cəmiyyətinin
nizamnamə kapitalı;
Kq—kiçik dövlət
müəssisəsinin start (satış) qiyməti;
Sq—dövlət müəssisəsinin
hüquqi şəxs olmayan struktur bölməsinin start
(satış) qiyməti;
İq—icarəyə verilmiş və ya
istifadəsiz olan daşınmaz dövlət
əmlakının start (satış) qiyməti;
Ad—müəssisənin balans
aktivlərinin ümumi dəyəri;
Öd—müəssisənin balans
öhdəliklərinin ümumi dəyəri;
Ma—müəssisənin maliyyə
asılılığı əmsalı;
Xə—müəssisənin yerli xammalla
təchiz olunma əmsalı;
Gə—müəssisənin gəlirlilik
əmsalı;
Zə—müəssisənin zona
əmsalı;
Yə—müəssisənin (obyektin)
yerləşmə əmsalı;
İd—icarəyə verilmiş və ya
istifadəsiz olan daşınmaz dövlət
əmlakının müəssisənin mühasibat uçotu
məlumatlarına və ya bu Əsasnamənin 28-ci
bəndinə əsasən hesablanmış qalıq
dəyəridir.
Dövlət müəssisəsinin
balansında olan daşınar əmlak (əsas
vəsaitlər) ayrıca qanunvericilikdə nəzərdə
tutulmuş qaydada özəlləşdirildikdə, onun start
(satış) qiyməti müəssisənin məlumatları
əsasında həmin daşınar əmlakın (əsas
vəsaitlərin) qalıq dəyəri kimi müəyyən
edilir.
Müəssisənin maliyyə
asılılığı əmsalı
qiymətləndirmə anına onun maliyyə
vəziyyətini xarakterizə edir və təqdim edilmiş
son balansın məlumatları üzrə kreditor
borclarının (bank kreditləri, kreditorlarla hesablaşmalar
və sair kreditorlar) onun qiymətləndirilən
aktivlərinin dəyərinə
(özəlləşdirilən müəssisənin
əmlakının tərkibindən çıxarılan
əmlakın dəyəri nəzərə alınmamaqla) olan
nisbəti əsasında müəyyən edilir.
Müəssisənin maliyyə asılılığı
əmsalı müəyyən edilərkən
qanunvericiliyə əsasən silinməsi nəzərdə
tutulan borclar nəzərə alınmır. Lakin həmin
borcların uçotdan silinməsi müvafiq qaydada
rəsmiləşdirilənədək müəssisənin
balansında qeyd olunur.
Müəssisənin yerli xammalla
təchiz olunma əmsalı onun yerli xammaldan (və ya idxal
olunan xammaldan) asılılığını xarakterizə
edir və istifadə olunan yerli xammal növlərinin (xammal,
yarımfabrikat, komplektləşdirici məmulat və s.)
ümumilikdə istifadə olunan xammal növlərinə olan
nisbəti kimi müəyyən edilir.
Müəssisənin gəlirlilik
əmsalı onun fəaliyyətinin rentabellik səviyyəsini
xarakterizə edir və müəssisənin balans
mənfəətinin onun qiymətləndirilən əsas
vəsaitlərinin dəyərinə olan nisbəti kimi
müəyyən edilir.
Müəssisənin zona əmsalı
və müəssisənin (obyektin) yerləşmə
əmsalı müəssisə və obyektin yerləşdiyi
əraziyə görə şərti müəyyən
olunmuş əmsallardır.
6. Özəlləşdirilən
dövlət müəssisəsinin (obyektinin)
qiymətləndirilən əmlakının tərkibinə
onun əsas vəsaitləri və sair
dövriyyədənkənar aktivləri, ehtiyat və
məsrəfləri, pul və sair maliyyə vəsaitləri,
digər maddi və qeyri-maddi aktivləri daxildir.
7. Əsas vəsaitlərə və sair
dövriyyədənkənar aktivlərə
aşağıdakılar daxildir:
a) binalar, qurğular,
ötürücü qurğular, maşın və
avadanlıqlar, nəqliyyat vasitələri, iş
alətləri, istehsal və təsərrüfat
inventarları, iş heyvanları, məhsuldar heyvanlar,
çoxillik əkmələr, digər növ əsas
vəsaitlər, torpaqların
yaxşılaşdırılmasına (meliorasiya, qurudulma,
irriqasiya və s. işlər), habelə başqa
işlərə qoyulan kapital qoyuluşları və başqa
əmək vasitələri;
b) balansda əks olunan qeyri-maddi
aktivlər, torpaq, su və təbii ehtiyatlardan
(sərvətlərdən) istifadə hüquqları,
əmlak hüquqları, patentlər, lisenziyalar, «nou-hau»,
proqram məhsulları, inhisar və imtiyaz (üstünlük)
hüquqları (xüsusi fəaliyyət növünə
verilən lisenziyalar da daxil olmaqla), təşkilati
xərclər, ticarət markaları, əmtəə
nişanları və digər qeyri-maddi aktivlər;
c) müəssisənin
quraşdırılmamış avadanlıqları və
başa çatdırılmamış əsaslı tikintisi;
ç) müəssisənin
uzunmüddətli maliyyə qoyuluşları, o
cümlədən digər müəssisələrin
qiymətli kağızlarına (səhm, istiqraz və s.),
dövlət və digər borclar üzrə faizli istiqrazlara,
ölkə ərazisində yaradılmış digər
müəssisələrin nizamnamə fondlarına,
müəssisənin xaricdəki kapitalına və sair
uzunmüddətli maliyyə qoyuluşları;
d) müəssisə balansının
aktivindəki «Əsas vəsaitlər və sair
dövriyyədənkənar aktivlər» bölməsinin
digər maddələri.
8. Ehtiyatlar və məsrəflər
istehsal ehtiyatları (xammal, yanacaq, ehtiyat hissələri,
yarımfabrikat və komplektləşdirici məmulatlar,
əsas və köməkçi materiallar, taralar və
material ehtiyatları), az qiymətli və tez köhnələn
əşyalar, bitməmiş istehsal, gələcək
dövrün xərcləri, hazır məhsul, mallar və
müəssisə balansının aktivindəki «Ehtiyatlar
və məsrəflər» bölməsinin digər
maddələrindən ibarətdir.
9. Pul vəsaitləri, hesablaşmalar
və sair aktivlərə müəssisənin banklardakı
hesablarında və kassasında olan pul vəsaitləri,
yüklənmiş malların dəyəri, debitorlarla hesablaşmaları,
qısamüddətli maliyyə qoyuluşları (bir ildən
çox olmayan) və balansın aktivindəki «Pul
vəsaitləri, hesablaşmalar və sair aktivlər»
bölməsində əks etdirilən dövriyyə
aktivlərindən ibarətdir.
10. Qiymətləndirilən
əmlakın tərkibinə müəssisənin mühasibat
uçotunda müxtəlif səbəblərdən əks
etdirilməyən əmlak, müvəqqəti olaraq
təmirdə və ehtiyatda olan əmlak, icarədə və
ya müddətli istifadədə olan əmlak da daxil edilir.
11. Özəlləşdirilən
dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi
torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq
qiymətləndirilən əmlakın tərkibinə daxil
edilmir və Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə əsasən müəyyən edilmiş
qaydada ayrıca özəlləşdirilir.
Özəlləşdirilən torpaq sahəsinin
qiymətləndirilməsi müvafiq normativ-hüquqi aktlarla
tənzimlənir.
12. Dövlət müəssisəsinin
əmlakının icarəyə verilməsi yolu ilə
yaradılmış icarə müəssisələrinin
və icarəyə verilmiş əmlakın özəlləşdirilməsi
zamanı qiymətləndirmə bu Əsasnaməyə
uyğun olaraq aparılır.
İcarəçinin öz gəliri
hesabına əldə etdiyi əmlakın tərkibi müvafiq
sənədlər əsasında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən müəyyən
edilir.
13. Müəssisənin balans
öhdəliklərinə borc vəsaitləri və
kreditlər, kreditorlarla hesablaşmalar, alıcı və
sifarişçilərdən alınmış avanslar və
sair cəlb edilmiş vəsaitlər daxildir.
Müəssisənin balans
aktivlərindən çıxılan balans
öhdəliklərinə gələcək dövrün
gəlirləri, qarşıdakı xərclər və
ödəmələr üzrə ehtiyatlar, şübhəli
borclar üzrə ehtiyatlar, balansın hesablaşmalar və
sair passivlər bölməsində əks etdirilən
digər öhdəliklər də aiddir.
14. Özəlləşdirilən
dövlət müəssisəsinin start (satış)
qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə
kapitalı müəyyən edilərkən əmlakın
tərkibindən bu Əsasnamənin 13-cü bəndində
göstərilən balans öhdəlikləri ilə
yanaşı, qüvvədə olan qanunvericiliyə
əsasən, özəlləşdirilməsi qadağan
olunmuş əmlakın, dövlət mülkiyyətində
saxlanılan, habelə yerli özünüidarəetmə
(bələdiyyə) orqanlarının və müvafiq
təşkilatların balansına verilən
sosial-mədəni və məişət-kommunal
təyinatlı obyektlərin, habelə müəssisənin
əmlak kompleksinin tərkibindən çıxarılaraq
ayrıca özəlləşdirilən əmlakın
dəyəri də çıxılır.
15. Özəlləşdirmə prosesində
dövlət müəssisələrinin əmlakının
bu Əsasnaməyə uyğun olaraq
qiymətləndirilməsi müəssisə
rəhbərliyinin iştirakı ilə özəlləşdirmə
komissiyası (kiçik müəssisələr istisna olmaqla)
tərəfindən müəssisənin əmlakının
inventarlaşdırılması əsasında həyata
keçirilir.
Özəlləşdirmə
prosesində kiçik dövlət
müəssisələrinin (obyektlərinin)
əmlakının bu Əsasnaməyə uyğun olaraq
qiymətləndirilməsi müəssisə rəhbəri
və baş mühasib tərəfindən
müəssisənin (obyektin) əmlakının
inventarlaşdırılması əsasında həyata
keçirilir. Kiçik dövlət
müəssisələri (obyektləri)
özəlləşdirilərkən, bu Əsasnamə ilə
özəlləşdirmə komissiyasının
hüquqlarına aid edilən digər hüquqlar da
göstərilən qaydada həyata keçirilir.
16. Əsas vəsaitlər onların
balans dəyərindən qiymətləndirmə
dövrünə amortizasiya normaları əsasında
köhnəlmə məbləği çıxılmaqla
müəyyən edilmiş qalıq dəyəri ilə
qiymətləndirilir.
Əsas vəsaitlərin (daşınmaz
və daşınar əmlakın) bu qayda ilə
hesablanmış dəyəri qiymətləndirmə
dövrünə eyni və ya analoji növlü əsas
vəsaitlərin qiymətlərinə uyğun
gəlmədikdə (az və ya çox olduqda),
müəssisənin özəlləşdirmə
komissiyası qiymətləndirmə fəaliyyəti
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən müəssisənin əmlakının
qiymətləndirilməsini təşkil edir. Bu halda, əsas
vəsaitlərin dəyərini bazar prinsipləri
əsasında müəyyən etmək məqsədilə
aparılan qiymətləndirmə müəssisə
rəhbərinin və ya özəlləşdirmə
komissiyasının təşəbbüsü ilə
qanunvericiliyə uyğun olaraq qiymətləndiricilər
və maliyyə məsləhətçiləri
tərəfindən həyata keçirilir.
Həmin məqsədlə
müəssisə ilə qiymətləndiricilər
arasında müqavilə bağlanılır.
Qiymətləndiricilər (hüquqi və fiziki
şəxslər) dövlət əmlakının
düzgün qiymətləndirilməsinə görə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq məsuliyyət daşıyırlar.
Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin
əmlakı Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin təşəbbüsü
ilə təkrar qiymətləndirildikdə,
«Qiymətləndirmə fəaliyyəti haqqında»
Azərbaycan Respublikasının Qanununa əsasən
qiymətləndiricilərlə (maliyyə
məsləhətçiləri ilə) müqavilə
bağlanılır. Bu halda qiymətləndiricilərə
xidmət haqqı «müvəffəqiyyətə görə
ödəniş» prinsipi əsasında dövlət
əmlakının alıcısının vəsaiti
hesabına və ya dövlət əmlakının
özəlləşdirilməsindən daxil olan
vəsaitdən Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə
qanunvericiliklə müəyyən edilmiş ayırmalar
hesabına həyata keçirilir.
17. Əsas vəsaitlərin təkrar
qiymətləndirilməsinə dair tərtib edilmiş
sənədlər özəlləşdirmə komissiyası
tərəfindən Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə
təqdim edilir. Qiymətləndirmə sənədləri
müəyyən olunmuş qaydada təsdiq edildikdən sonra
qiymətləndirmənin nəticələri
müəssisənin mühasibat və statistika uçotu
və hesabatlarında düzəlişlər etmək
üçün istifadə olunur.
18. Əsas vəsaitlərin balans
dəyəri inventarlaşdırmanın nəticələri
nəzərə alınmaqla mühasibat uçotu
məlumatları (uçot kitabları, inventar kartları
və s.) əsasında müəyyən edilir.
İnventarlaşdırma
nəticəsində qalıq kimi aşkar edilmiş, lakin
mühasibat uçotunda əks etdirilməyən əsas
vəsaitlərin balans dəyəri bu Əsasnamənin
16-cı bəndinə uyğun olaraq qiymətləndirilir.
19. Normativ istismar müddəti
bitmiş, lakin istifadəyə yararlı olan əsas
vəsaitlərin və ya onların ayrı-ayrı
hissələrinin (detallarının, qovşaqlarının
və s.) gələcəkdə istifadə olunmaq
dərəcəsi nəzərə alınmaqla qalıq
bərpa dəyəri müəyyən edilir.
İstifadəyə yararlı olan əsas vəsaitlərin
qalıq bərpa dəyəri fiziki və mənəvi
aşınma vəziyyəti nəzərə alınmaqla
müəssisənin özəlləşdirmə komissiyası
tərəfindən qiymətləndirilir.
20. Tikintisi başa
çatdırılmamış obyektlərin və
quraşdırılmamış avadanlıqların
özəlləşdirmə dövründə dəyəri
bu Əsasnamənin 16-cı bəndində nəzərdə
tutulmuş qaydada müəyyən edilir.
Özəlləşdirilməsi nəzərdə tutulan
tikintisi başa çatdırılmamış perspektivsiz
obyektlər özəlləşdirmə komissiyası və
ya qiymətləndirici tərəfindən onların
tikintisinə sərf olunmuş yararlı tikinti
materiallarının (konstruksiyalarının) dəyəri
nəzərə alınmaqla qiymətləndirilir. Bu zaman
obyektin perspektivsizlik göstəricilərinin
müəyyən edilməsi Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
qaydalara uyğun aparılır.
21. Az qiymətli və tez
köhnələn əşyaların dəyəri onların
balans dəyərindən hesablanmış köhnəlmə
çıxılmaqla müəyyən edilir.
22. Uzunmüddətli maliyyə
qoyuluşları balans dəyəri üzrə
qiymətləndirilir.
23. Qeyri-maddi aktivlər onların balans
dəyərindən köhnəlmə məbləği
çıxılmaqla qiymətləndirilir.
24. Ehtiyatlar və məsrəflər
mövcud vəziyyətə olan balans dəyəri ilə
qiymətləndirilir.
25. Pul vəsaitləri, hesablaşmalar
və sair dövriyyə aktivləri balans dəyəri ilə
qiymətləndirilir.
26. Müəssisənin valyuta
hesablarında olan pul vəsaitləri, valyuta ilə
ödənilməsi nəzərdə tutulan debitor borcları
qiymətləndirmə tarixinə manatın Azərbaycan
Respublikasının Mərkəzi Bankı
tərəfindən müəyyən edilmiş
məzənnə əsasında qiymətləndirilir.[16]
27. Bu Əsasnaməyə uyğun olaraq
müəssisənin hesablanmış ilkin qiymətinə
tətbiq edilən əmsallar (bazar konyunkturu nəzərə
alınmaqla) Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin
təqdimatı ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
28. Bina və tikililərin bir
hissəsində yerləşən qeyri-yaşayış
sahələrinin qalıq dəyəri aşağıdakı
qaydada müəyyən edilir:
Qd = K x Sü x Bə
x Hə x Mə x Aə
burada:
Qd—bina və tikililərin bir
hissəsində yerləşən qeyri-yaşayış
sahəsinin qalıq dəyəri;
K—özəlləşdirmə zamanı
1 kv.m sahənin qəbul edilən normativ dəyəri;
Sü—qiymətləndirilən ümumi
sahə;
Bə—bina əmsalı;
Hə—hündürlük əmsalı;
Mə—mərtəbəlilik
əmsalı;
Aə—bina və tikilinin
köhnəlmə əmsalıdır.
Bina və tikililərin bir
hissəsində yerləşən qeyri-yaşayış
sahəsinin qalıq dəyərinin müəyyən
edilməsi üçün tətbiq edilən əmsallar Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
29. Bina və tikililərin bir
hissəsində yerləşən dövlət
müəssisə və obyektlərinin start (satış)
qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı
müəyyən edilərkən onlara aid olan sahələrin
(qeyri-yaşayış, istehsal və digər təyinatlı
sahələrin) bu Əsasnamənin 28-ci bəndinə
uyğun olaraq hesablanmış qalıq dəyəri
qiymətləndirilən əsas vəsaitlərin ümumi
dəyərinə daxil edilir.
30. Müəssisənin
özəlləşdirmə komissiyası
tərəfindən əsas vəsaitlərin, mal-material
qiymətlilərinin, başa çatdırılmamış
tikililərin, quraşdırılmamış
avadanlıqların, uzunmüddətli maliyyə
qoyuluşlarının, qeyri-maddi aktivlərin, ehtiyat və
məsrəflərin, xarici valyutada pul vəsaitlərinin
(debitor borclarının) qiymətləndirilməsi aktları
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin
müəyyən etdiyi formalarda tərtib olunur.
31. Özəlləşdirilən
dövlət müəssisəsinin
özəlləşdirmə komissiyası
tərəfindən təqdim olunmuş əmlakın
inventarlaşdırılması və
qiymətləndirilməsi aktları müəyyən
edilmiş qaydada ekspertiza edildikdən sonra Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən təsdiq olunur.
Dövlət müəssisəsinin rəhbəri, baş
mühasibi və özəlləşdirmə
komissiyasının üzvləri Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə təqdim edilən əmlakın
inventarlaşdırılması və
qiymətləndirilməsi aktlarının, habelə digər
özəlləşdirmə sənədlərinin
dürüstlüyü üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
məsuliyyət daşıyırlar.
32. Müəssisənin
özəlləşdirmə sənədlərinə
(özəlləşdirmə planına) qanunvericiliklə
özəlləşdirilməsi qadağan olunmuş obyektlərin,
müəssisənin balansında olan və
özəlləşdirmədən sonra dövlət
mülkiyyətində saxlanılan, yerli
özünüidarəetmə (bələdiyyə)
orqanlarının və müvafiq təşkilatların
balansına verilən sosial-mədəni və
məişət-kommunal təyinatlı obyektlərin,
habelə müəssisənin əmlak kompleksinin
tərkibindən çıxarılaraq ayrıca
özəlləşdirilən obyektlərin siyahısı
əlavə edilir.
33. Dövlət müəssisəsinin
(obyektinin) əmlakının qiymətləndirilməsi
aktları təsdiq edildiyi gündən onun
özəlləşdirilməsi barədə alqı-satqı
müqaviləsi bağlananadək və ya səhmlərin
nəzarət zərfi satılanadək əsas
vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi
yalnız mövcud qanunvericiliyə uyğun Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin razılığı alınmaqla həyata
keçirilə bilər.
34. Müəssisə rəhbərliyi
əmlakın (səhmlərin və ya hissələrin)
satışa çıxarıldığı tarixə
müəssisənin (obyektin) start (satış) qiyməti
və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı
hesablanarkən qiymətləndirmə aktlarında
göstərilmiş əmlakın tərkibində
(dəyərində) baş vermiş dəyişikliklər
barədə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə zəruri
məlumatları (sənədləri) təqdim etməlidir.
Əmlakın tərkibində (dəyərində) baş
vermiş dəyişikliklərə dair müəssisə
tərəfindən təqdim edilən sənədlərə
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən baxılır və həmin dəyişikliklər
nəzərə alınmaqla satışa
çıxarılanadək müəssisənin start
(satış) qiyməti və ya səhmdar cəmiyyətin
nizamnamə kapitalı dəyişdirilir.
35. Bu Əsasnamənin
tələblərinə riayət edilməsi Azərbaycan
Respublikası ərazisində yerləşən bütün
dövlət müəssisələri üçün məcburidir
və həmin tələblərin pozulması
özəlləşdirilən əmlakın
qiymətləndirilməsinin etibarsız hesab edilməsi
üçün əsasdır.
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
5
mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti
6 mart 2009-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə 163)
2.
10
fevral 2010-cu il tarixli 216
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
80)
3.
2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610)
4.
14
may 2014-cü il tarixli 164 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may
2014-cü il, ¹ 101)
5.
13 iyul 2016-cı il
tarixli 989 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 iyul
2016-cı il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 7, maddə 1260)
6.
10 avqust 2016-cı il
tarixli 1016 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 avqust
2016-cı il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 8, maddə 1377)
7.
16 avqust 2016-cı il
tarixli 1023 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹
178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)
8.
16
iyun 2017-ci il tarixli 1464
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2017-ci il, ¹ 130, “Xalq” qəzeti, 22 iyun 2017-ci il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1080)
9.
6 iyun 2018-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 7 iyun 2018-ci il, ¹ 127,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1200)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul
2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə 6-cı, 7.2-ci,
7.3-cü və 8.5-ci bəndlərində ismin müvafiq
hallarında "Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsi" sözləri ismin müvafiq
hallarında "Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[2] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Azərbaycan Respublikasında dövlət
əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramı"nın 5.3-cü,
6.4-cü, 6.6-cı, 6.7-ci, 6.8-ci, 6.9-cu, 6.13-cü, 7.3-cü,
7.4-cü, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.12-ci, 7.14-cü, 7.15-ci, 7.17-ci,
8.1-ci, 9.2-ci, 9.3-cü, 10.3.1-ci, 10.3.2-ci bəndlərində
ismin müvafiq hallarında "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[3] 13
iyul 2016-cı il tarixli 989
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 17 iyul 2016-cı il, ¹ 152,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 7, maddə 1260) ilə
7.9.3-cü yarımbəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 7.9.4-cü
yarımbənd əlavə olunmuşdur.
[4] 13
iyul 2016-cı il tarixli 989
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 17 iyul 2016-cı il, ¹ 152,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 7, maddə 1260) ilə
9.2-ci bəndin birinci və ikinci cümlələri
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Dövlət
müəssisələrində dövlət
əmlakının qorunub saxlanmasına və ondan öz
təyinatı üzrə səmərəli istifadə
olunmasına nəzarət öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən həyata keçirilir. Nəzarətin
həyata keçirilməsi məqsədi ilə dövlət
müəssisələri və dövlət orqanları
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə hər il aprelin 1-dək
əvvəlki il üçün xüsusi hesabat təqdim
edir.
[5] 13
iyul 2016-cı il tarixli 989
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 17 iyul 2016-cı il, ¹ 152,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 7, maddə 1260) ilə
9.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9.3.
Dövlət müəssisələrində dövlət
əmlakının qorunub saxlanmasına və ondan
səmərəli istifadə olunmasına nəzarət
məqsədi ilə hesabatlarda göstərilən
məlumatların araşdırılması üçün
ehtiyac olduqda, Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi həmin
müəssisələrdə monitorinqlər keçirir
və onların nəticəsi barədə Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, habelə
zəruri hallarda müvafiq dövlət orqanlarına
məlumat verir.
[6] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Tədbirlər
Planı"nın "İcraçılar" sütununun
1.1-7.4-cü bəndlərində "Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri ilə,
"Tədbirin adı" sütununda 2.1-ci və 3.6-cı
bəndlərdə "Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsinə" sözləri "Əmlak Məsələləri
Dövlət Komitəsinə" sözləri ilə
əvəz edilmişdir.
[7] 6 iyun 2018-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 7 iyun 2018-ci il, ¹ 127,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1200) ilə “Azərbaycan
Respublikasında dövlət əmlakının idarə
edilməsinin təkmilləşdirilməsi üzrə
Dövlət Proqramı”na yeni məzmunda 12-ci hissə
əlavə edilmişdir.
[8] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları"n 1.2-ci
bənddə "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri "Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri ilə
əvəz edilmişdir.
[9]
2 iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları"n 2.1.4-cü
bənd çıxarılmışdır.
[10] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Özəlləşdirilən və
idarəetməyə verilən müəssisələrdə
investisiya qoyuluşları üzərində nəzarətin
həyata keçirilməsi Qaydaları"n 6-cı bənd
çıxarılmışdır.
[11] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları"nın 3.1-3.8-ci və 4.2-4.6-cı bəndlərində
"Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[12] 16 iyun 2017-ci il tarixli 1464 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2017-ci il, ¹ 130, “Xalq”
qəzeti, 22 iyun 2017-ci il, ¹ 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1080)
ilə “Dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları”nın 4.8-ci bəndində “xərclənməsinə” sözü “xərclənməməsinə”
sözü ilə, “edilməsinə”
sözü “edilməməsinə”
sözü ilə və “olunmasına”
sözü “olunmamasına”
sözü ilə əvəz edilmişdir.
[13] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Səhmdar cəmiyyətlərində dövlətə
məxsus səhmlərin idarəetməyə verilməsi
Qaydaları"nın 1.4-cü, 2.1-ci, 2.2-ci, 3.8-ci və 4.2-ci
bəndlərində "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[14] 5 mart 2009-cu il tarixli 71 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə
163) ilə Əlavə IV
- “Səhmdar cəmiyyətlərində dövlətə
məxsus səhmlərin idarəetməyə verilməsi
Qaydaları”nın 4.2-ci bəndindən “Prezidenti yanında” sözləri
çıxarılmışdır.
14 may 2014-cü
il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 16 may 2014-cü il, ¹ 101) ilə “Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin
idarəetməyə verilməsi Qaydaları”nın 4.2-ci
bəndində “İqtisadi
İnkişaf” sözləri “İqtisadiyyat
və Sənaye” sözləri ilə əvəz edilmişdir.
10
avqust 2016-cı il tarixli 1016
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 avqust 2016-cı
il, ¹ 174, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8,
maddə 1377) ilə
“Səhmdar cəmiyyətlərində
dövlətə məxsus səhmlərin
idarəetməyə verilməsi Qaydaları”nın 4.2-ci
bəndinin birinci yarımbəndinin ikinci cümləsində
“Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin” sözləri “Maliyyə Bazarlarına
Nəzarət Palatasının” sözləri ilə
əvəz edilmişdir.
16
avqust 2016-cı il tarixli 1023
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 8, maddə 1384) ilə 4.2-ci
bənddən “və Sənaye”
sözləri çıxarılmışdır.
[15] 2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə
"Özəlləşdirilən dövlət
əmlakının qiymətləndirilməsi haqqında
Əsasnamə"nin 12-ci, 16-cı, 17-ci, 27-ci, 28-ci, 30-cu,
31-ci, 33-cü və 34-cü bəndlərində ismin
müvafiq hallarında "Azərbaycan
Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında
"Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi"
sözləri ilə əvəz edilmişdir.
[16]
10 fevral 2010-cu il tarixli 216
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
80) ilə "Özəlləşdirilən dövlət
əmlakının qiymətləndirilməsi haqqında
Əsasnamə"nin 26-cı bəndində "Milli Bankı"
sözləri "Mərkəzi
Bankı" sözləri ilə əvəz edilmişdir.