Ezamiyyə xərclərinin normaları
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Dövlət
büdcəsi xərclərinin
proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə
xərclərinin normalarını təkmilləşdirmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikasının
ərazisində ezamiyyə xərclərinin 1 günlük
norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və
Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər
şəhərlərdə, rayon mərkəzlərində,
şəhər tipli qəsəbələrdə və
kəndlərdə 65,0 manat müəyyən edilsin.[1]
Azərbaycan Respublikasının
ərazisində ezamiyyə xərclərinin müəyyən
edilmiş 1 günlük normasının 80 faizini mehmanxana
xərcləri təşkil edir.[2]
1-1. Müəyyən edilsin ki,
Azərbaycan Respublikasının ərazisində ezamiyyə
zamanı mehmanxana xərcləri barədə müvafiq
təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda,
ezamiyyə xərclərinin 1 günlük normasının
mehmanxana xərcləri üçün müəyyən
edilmiş hissəsinin 50 faizi ödənilir.[3]
2.
“Xarici ölkələrə ezamiyyə xərclərinin 1
günlük normaları” təsdiq edilsin (1 nömrəli
əlavə).
3.
“Rəhbər işçilərin xarici ölkələrə
ezamiyyətləri ilə əlaqədar ezamiyyə
xərclərinin 1 günlük normasına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin kateqoriyası” təsdiq
edilsin (2 nömrəli əlavə).[4]
4.
Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1
günlük normasına gündəlik, mehmanxana, rabitə,
şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna
olmaqla) və digər xidmətlər ilə bağlı
xərclər daxildir.
5.
Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və
qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən
sənədlər əsasında ödənilir.
6.
Daimi iş vaxtı yolda keçən və
gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta)
metodu ilə işləyən və çöl
şəraitində çalışan (gündəlik iş
vaxtı başa çatdıqdan sonra öz daimi
yaşayış yerinə qayıtmaq imkanı olmayan)
müəssisə, idarə və təşkilatların
işçilərinə ezamiyyə xərcləri
əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.[5]
7.
Müəyyən edilsin ki:
büdcədən
maliyyələşdirilən müəssisə, idarə
və təşkilatlarda ezamiyyə xərcləri onlara bu
məqsəd üçün büdcədə
nəzərdə tutulan vəsaitlər dairəsində, digər
təşkilatlarda isə onların öz vəsaitləri
hesabına ödənilir;
büdcədən
maliyyələşdirilən müəssisə, idarə
və təşkilatlar istisna olmaqla digər təşkilatlar
ezamiyyə xərclərinin ödənilməsi
üçün öz sərəncamlarında qalan
mənfəət hesabına bu qərarla müəyyən
edilmiş normalardan əlavə vəsait ayıra
bilərlər;
büdcədən
maliyyələşdirilən dövlət orqanlarında
işin xüsusiyyətləri ilə əlaqədar olaraq,
Azərbaycan Respublikasının ərazisi daxilində
xidməti minik avtomobilləri ilə xidməti
ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil
nəqliyyatı vasitələri üçün
müəyyən edilmiş aylıq yürüş
həddindən artıq yol qət edildiyi təqdirdə,
sərf edilən yanacağın dəyəri təsdiqedici
sənədlər əsasında ezamiyyə xərcləri
üçün nəzərdə tutulmuş vəsaitlər
hesabına nəqliyyat xərci kimi ödənilir.
7-1. Azərbaycan
Respublikasının mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının, dövlət mülkiyyətində olan
və ya paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi
şəxslərin, digər dövlət orqanlarının
rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin
həyata keçirilməsini dövlət büdcəsi
xərclərinin səmərəliliyinin artırılması
və maliyyə vəsaitinin qənaətlə istifadə
edilməsinin vacibliyi nəzərə alınmaqla təmin
etsinlər.[6]
8.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki,
1 ay müddətində “İşçilərin ezamiyyə
qaydaları”nı hazırlayıb müvafiq qaydada təsdiq
etsinlər.
9.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qüvvədən düşmüş bəzi
qərarlarının Siyahısı” təsdiq edilsin
(əlavə olunur).
10.
Bu qərar 2008-ci il martın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı
şəhəri 25 yanvar 2008-ci il
¹ 14
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
1 nömrəli Əlavə
Xarici ölkələrə ezamiyyə
xərclərinin 1 günlük normaları
Sıra ¹-si |
Ölkənin adı |
Valyutaların adı |
Ezamiyyə xərclərinin 1 günlük norması |
1. |
2. |
3. |
4. |
1. |
Rusiya
Federasiyası |
ABŞ dolları |
150 |
Moskva
və Sankt-Peterburq şəhərləri |
240 |
||
2. |
Tacikistan |
ABŞ dolları |
140 |
Düşənbə
şəhəri |
160 |
||
3. |
Özbəkistan |
ABŞ dolları |
100 |
Daşkənd
şəhəri |
160 |
||
4. |
Belarus |
ABŞ dolları |
140 |
Minsk
şəhəri |
180 |
||
5. |
Ukrayna |
ABŞ dolları |
160 |
Kiyev
şəhəri |
210 |
||
6. |
Moldova |
ABŞ dolları |
110 |
Kişineu
şəhəri |
150 |
||
7. |
Qazaxıstan |
ABŞ dolları |
130 |
Almatı
və Astana şəhərləri |
200 |
||
8. |
Qırğızıstan |
ABŞ dolları |
130 |
Bişkek
şəhəri |
160 |
||
9. |
Gürcüstan |
ABŞ dolları |
140 |
Tbilisi
şəhəri |
155 |
||
10. |
Türkmənistan |
ABŞ dolları |
95 |
Aşqabad
şəhəri |
130 |
||
11. |
Latviya |
avro |
105 |
Riqa
şəhəri |
140 |
||
12. |
Litva |
avro |
120 |
Vilnüs
şəhəri |
145 |
||
13. |
Estoniya |
avro |
95 |
Tallin
şəhəri |
140 |
||
14. |
Böyük
Britaniya |
İngiltərə funt sterlinqi |
170 |
London
şəhəri |
190 |
||
15. |
Lixtenşteyn |
avro |
200 |
16. |
Avstriya |
avro |
185 |
17. |
Almaniya |
avro |
225 |
18. |
Belçika |
avro |
215 |
19. |
İrlandiya |
avro |
215 |
20. |
Monako |
avro |
195 |
21. |
Norveç |
avro |
225 |
22. |
Niderland |
avro |
225 |
23. |
San-Marino |
avro |
215 |
24. |
Fransa |
avro |
205 |
Paris
şəhəri |
250 |
||
25. |
Türkiyə |
avro |
150 |
Ankara
və İstanbul şəhərləri |
165 |
||
26. |
İtaliya |
avro |
185 |
27. |
Xorvatiya |
avro |
185 |
28. |
Bosniya
və Herseqovina |
avro |
160 |
29. |
Danimarka |
avro |
180 |
30. |
İsveçrə |
avro |
210 |
31. |
Lüksemburq |
avro |
190 |
32. |
Makedoniya |
avro |
190 |
33. |
Kipr |
avro |
160 |
34. |
Macarıstan |
avro |
160 |
35. |
Malta |
avro |
160 |
36. |
Portuqaliya |
avro |
170 |
37. |
Slovakiya |
avro |
160 |
38. |
Finlandiya |
avro |
210 |
39. |
Çexiya |
avro |
190 |
40. |
Serbiya
|
avro |
155 |
41.[7] |
Monteneqro |
avro |
155 |
42. |
Andorra |
avro |
200 |
43. |
Albaniya |
avro |
160 |
44. |
Yunanıstan |
avro |
180 |
45. |
İslandiya |
avro |
190 |
46. |
İspaniya |
avro |
200 |
47. |
Polşa |
avro |
175 |
48. |
İsveç
|
avro |
225 |
49. |
Bolqarıstan |
avro |
135 |
50. |
Rumıniya |
avro |
175 |
51. |
Sloveniya |
avro |
145 |
52. |
ABŞ |
ABŞ dolları |
330 |
Nyu-York
şəhəri |
350 |
||
53. |
Argentina |
ABŞ dolları |
195 |
54. |
Braziliya |
ABŞ dolları |
225 |
55. |
Kanada |
ABŞ dolları |
190 |
56. |
Meksika |
ABŞ dolları |
165 |
57. |
Amerika
qitəsi üzrə digər ölkələr |
ABŞ dolları |
165 |
58. |
Bəhreyn |
ABŞ dolları |
165 |
59. |
Səudiyyə
Ərəbistanı |
ABŞ dolları |
165 |
60. |
Birləşmiş
Ərəb Əmirlikləri |
ABŞ dolları |
235 |
61. |
İordaniya |
ABŞ dolları |
140 |
62. |
İran |
ABŞ dolları |
160 |
63. |
Qətər |
ABŞ dolları |
180 |
64. |
Küveyt |
ABŞ dolları |
180 |
65. |
Oman |
ABŞ dolları |
170 |
66. |
Suriya |
ABŞ dolları |
160 |
67. |
İraq |
ABŞ dolları |
160 |
68. |
İsrail |
ABŞ dolları |
170 |
68-1.[8] |
Fələstin |
ABŞ dolları |
170 |
69. |
Livan |
ABŞ dolları |
170 |
70. |
Liviya |
ABŞ dolları |
170 |
71. |
Bruney |
ABŞ dolları |
155 |
72. |
Yəmən |
ABŞ dolları |
185 |
73. |
Əlcəzair |
ABŞ dolları |
165 |
74. |
Mərakeş |
ABŞ dolları |
180 |
75. |
Misir |
ABŞ dolları |
180 |
76. |
Tunis |
ABŞ dolları |
180 |
77. |
Seneqal |
ABŞ dolları |
185 |
78. |
Sudan |
ABŞ dolları |
165 |
79. |
Cibuti |
ABŞ dolları |
155 |
80. |
Çad |
ABŞ dolları |
225 |
81. |
Cənubi
Afrika Respublikası |
ABŞ dolları |
240 |
82. |
Afrika
qitəsi üzrə digər ölkələr |
ABŞ dolları |
155 |
83. |
Çin
Xalq Respublikası |
ABŞ dolları |
185 |
84. |
Sinqapur |
ABŞ dolları |
235 |
85. |
Tailand |
ABŞ dolları |
205 |
86. |
Malayziya |
ABŞ dolları |
205 |
87. |
Şri-Lanka |
ABŞ dolları |
155 |
88. |
Hindistan |
ABŞ dolları |
155 |
89. |
Nepal |
ABŞ dolları |
155 |
90. |
Banqladeş |
ABŞ dolları |
155 |
91. |
Pakistan |
ABŞ dolları |
165 |
92. [9] |
Butan |
ABŞ dolları |
145 |
92-1[10] |
Myanma |
ABŞ dolları |
155 |
93. |
Monqolustan |
ABŞ dolları |
145 |
94. |
Laos |
ABŞ dolları |
155 |
95. |
Vyetnam
|
ABŞ dolları |
155 |
96. |
İndoneziya |
ABŞ dolları |
205 |
97. |
Əfqanıstan |
ABŞ dolları |
175 |
98. |
Kamboca |
ABŞ dolları |
175 |
99. |
Mavritaniya |
ABŞ dolları |
175 |
100. |
Mali |
ABŞ dolları |
195 |
101. |
Maldiv
adaları |
ABŞ dolları |
165 |
102. |
Hibraltar |
avro |
150 |
103. |
Koreya
Xalq Demokratik Respublikası (KXDR) |
ABŞ dolları |
225 |
104. |
Koreya
Respublikası |
ABŞ dolları |
245 |
105. |
Yaponiya |
Yapon iyeni |
34720 |
106. |
Filippin
|
ABŞ dolları |
210 |
107. |
Yeni
Zelandiya |
ABŞ dolları |
195 |
108. |
Avstraliya
və Okeaniya |
ABŞ dolları |
195 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
2 nömrəli Əlavə
Rəhbər işçilərin xarici
ölkələrə ezamiyyətləri ilə
əlaqədar ezamiyyə xərclərinin 1 günlük
normasına əlavələr və həmin əlavələrin
tətbiq olunduğu rəhbər işçilərin
kateqoriyası[11]
Sıra ¹-si |
Rəhbər işçinin
vəzifəsi |
Əlavə (faizlə) |
1 |
2 |
3 |
1. |
Azərbaycan Respublikasının
Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədrləri[12] |
100 |
2. |
Azərbaycan Respublikası Baş
nazirinin müavinləri, Azərbaycan Respublikasının
Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsi sədrinin müavinləri;
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat
rəhbərləri; |
50 |
3. |
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimləri; |
30 |
Qeydlər:
1. Cədvəlin 1-ci və 2-ci hissələrində
göstərilən şəxslərə xidməti
ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1
günlük normasının 10 faizi məbləğində
hər gün üçün nümayəndəlik
xərcləri ödənilir. Həmin şəxslərə
və diplomatik fəaliyyəti dövründə Fövqəladə
və Səlahiyyətli Səfir diplomatik
rütbəsi və ya vəzifəsi olanlara, eləcə
də Azərbaycan Respublikasının Prezidenti
tərəfindən yaradılmış
hökumətlərarası komissiyaların tərkibinə
daxil olan şəxslərə nəqliyyat xərcləri
təyyarə üçün “biznes klass”, dəmiryol qatarları
üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq
vaqon” tarifləri ilə ödənilir, bütün digər
hallarda nəqliyyat xərcləri təyyarə
üçün “ekonom klass”, dəmiryol qatarları
üçün “4 yerli kupeli vaqon” tarifləri ilə
ödənilir.[15]
2. Azərbaycan Respublikasının yüksək
səviyyəli nümayəndə heyətlərinin
rəhbərləri beynəlxalq tədbirlərdə və
ikitərəfli görüşlərdə iştirak
etmək üçün xarici ölkələrə ezam
olunduqda, qəbul edən tərəfin protokol qaydalarına
uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə
xərcləri təqdim olunmuş sənədlərə
əsasən faktiki mehmanxana xərclərinin 1 günlük
məbləği ezamiyyə xərclərinin 1 günlük
normasının cədvəldəki əlavələr
nəzərə alınmaqla, 60 faizindən çox olduğu
hallarda, həmin fərq mehmanxana günləri
üçün ezamiyyə xərclərinə əlavə
xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada
yerləşdirilən həmin rəsmi nümayəndə
heyətinin digər üzvlərinin ezamiyyə xərcləri
təqdim olunmuş sənədlər əsasında
müvafiq ölkələr üzrə müəyyən
edilmiş ezamiyyə xərclərinin 1 günlük
normasından 1,5 dəfədən çox olmamaq
şərtilə ödənilir.
3.
Cədvəldə göstərilən rəhbər
işçilər onlar üçün müəyyən
edilmiş əlavələrdən yalnız birini almaq
hüququna malikdirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qüvvədən düşmüş bəzi
qərarlarının
S İ Y A H I S I
1.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹3, maddə
220, ¹7 maddə 514; 2002-ci il, ¹7, maddə 453; 2003-cü il, ¹ 9,
maddə 532; 2004-cü il, ¹ 12, maddə 1068; 2005-ci il, ¹ 6,
maddə 547, ¹10, maddə 986; 2006-cı il, ¹ 4, maddə 383) 7-ci
bəndi istisna olmaqla.
2.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarına əlavələr
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 26 iyul tarixli 127 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
¹ 7, maddə 514).
3.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş
“Rəhbər işçilərin ezamiyyətləri ilə
əlaqədar ezamiyyə xərcləri normalarına
əlavələr və həmin əlavələrin
tətbiq olunduğu rəhbər işçilərin
kateqoriyası”na əlavə edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 iyul
tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə 453).
4.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş
“Rəhbər işçilərin ezamiyyətləri ilə
əlaqədar ezamiyyə xərcləri normalarına
əlavələr və həmin əlavələrin
tətbiq olunduğu rəhbər işçilərin
kateqoriyası”na əlavə edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26
sentyabr tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 9, maddə 532).
5.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarına əlavələr və
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2004-cü il 3 dekabr tarixli 187
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12, maddə 1068).
6.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarına əlavə edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 21 iyun tarixli 111 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹ 6, maddə 547).
7.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarına dəyişiklik və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 oktyabr tarixli 193
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 986).
8.
“Ezamiyyə xərclərinin normaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart
tarixli 66 nömrəli qərarına dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il 24 aprel tarixli 115 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 4, maddə 383).
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
13 iyun 2008-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹6, maddə 589)
2.
24 dekabr 2008-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12, maddə
1118)
3.
25 yanvar 2011-ci il tarixli
15 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 1, maddə 66)
4.
20 sentyabr 2011-ci il tarixli
144 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 9, maddə 854)
5.
26 fevral 2013-cü il tarixli 28
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 02, maddə 197)
6.
14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 10,
maddə 1222)
7.
13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə
962)
8.
7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 11 mart 2018-ci il, ¹ 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 592)
9.
20 iyun 2018-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 iyun 2018-ci il, ¹ 136,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
6, maddə 1368)
10.
30 aprel 2019-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 1 may 2019-cu il, ¹ 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 786)
11.
27 yanvar 2021-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 20 iyun 2018-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22
iyun 2018-ci il, ¹ 136, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə 1368) ilə 1-ci
hissədə “
[2] 20 sentyabr 2011-ci il tarixli
144 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissə yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikasının
ərazisində ezamiyyə xərclərinin 1 günlük
norması Bakı şəhərində 35,0 manat,
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
25,0 manat, respublika tabeli digər şəhərlərdə
20,0 manat, rayon mərkəzlərində, şəhər tipli
qəsəbələrdə və kəndlərdə 15,0
manat müəyyən edilsin.
[3] 20 sentyabr 2011-ci il tarixli
144 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 9, maddə 854) ilə yeni məzmunda 1-1-ci
hissə əlavə edilmişdir.
27 yanvar 2021-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21) ilə 1-1-ci hissə ləğv edilmişdir.
[4] 26 fevral 2013-cü il
tarixli 28
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 02,
maddə 197) ilə 3-cü hissədə “Rəhbər işçilərin”
sözlərindən sonra “xarici
ölkələrə” sözləri əlavə
edilmişdir.
[5] 20 sentyabr 2011-ci il tarixli
144 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 9, maddə 854) ilə 6-cı hissədə “
20 iyun 2018-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 iyun 2018-ci il, ¹ 136,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
6, maddə 1368) ilə 6-cı hissədə “
[6] 27 yanvar 2021-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21) ilə yeni redaksiyada 7-1-ci hissə əlavə
edilmişdir.
[7] 13 avqust 2015-ci il tarixli 276
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 962) ilə 1 nömrəli əlavə - “Xarici
ölkələrə ezamiyyə xərclərinin 1
günlük normaları”nın 41-ci hissəsində “Çernoqoriya” sözü “Monteneqro” sözü ilə
əvəz edilmişdir.
[8] 13 avqust 2015-ci il tarixli 276
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 962) ilə 1 nömrəli əlavə - “Xarici
ölkələrə ezamiyyə xərclərinin 1
günlük normaları”nın yeni məzmunda 68-1-ci hissə
əlavə edilmişdir.
[9] 13 avqust 2015-ci il tarixli 276
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 962) ilə 1 nömrəli əlavə - “Xarici
ölkələrə ezamiyyə xərclərinin 1
günlük normaları”nın 41-ci hissəsində 92-ci
hissədə “Samoa”
sözü “Butan”
sözü ilə əvəz edilmişdir.
[10] 13 avqust 2015-ci il tarixli 276
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 962) ilə 1 nömrəli əlavə - “Xarici
ölkələrə ezamiyyə xərclərinin 1
günlük normaları”nın yeni məzmunda 92-1-ci hissə
əlavə edilmişdir.
[11] 26 fevral 2013-cü il
tarixli 28
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 02,
maddə 197) 2 nömrəli əlavə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Rəhbər işçilərin
ezamiyyətləri ilə əlaqədar ezamiyyə
xərclərinin 1 günlük normasına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin kateqoriyası
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd.
Cədvəlin
1-ci bəndində göstərilən şəxslərə
xidməti ezamiyyətlər zamanı ezamiyyə
xərclərinin 1 günlük normasının 10 faizi
məbləğində hər gün üçün
nümayəndəlik xərcləri ödənilir. Həmin
şəxslərə və diplomatik fəaliyyəti
dövründə Fövqəladə və Səlahiyyətli
Səfir dərəcəsi olanlara, eləcə də Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yaradılmış
hökumətlərarası komissiyaların tərkibinə
daxil olan şəxslərə nəqliyyat
xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları
üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə
ödənilir, bütün digər hallarda nəqliyyat
xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları
üçün “4 yerli
kupeli vaqon”
tarifləri ilə ödənilir. [11]
Azərbaycan Respublikasının dövlət və
hökumət səviyyəsində rəsmi nümayəndə
heyətinin rəhbərləri beynəlxalq
tədbirlərdə və ikitərəfli
görüşlərdə iştirak etmək
üçün xarici ölkələrə ezam olunduqda, qəbul
edən tərəfin protokol qaydalarına uyğun olaraq
mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri
təqdim olunmuş sənədlərə əsasən faktiki
mehmanxana xərclərinin 1 günlük məbləği
ezamiyyə xərclərinin 1 günlük normasının
cədvəldəki əlavələr nəzərə
alınmaqla 60 faizindən çox olduğu hallarda, həmin
fərq mehmanxana günləri üçün ezamiyyə
xərclərinə əlavə xərc olaraq ödənilir.
Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin
rəsmi nümayəndə heyətinin digər
üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş
sənədlər əsasında müvafiq ölkələr
üzrə müəyyən edilmiş ezamiyyə
xərclərinin 1 günlük normasından 1,5
dəfədən çox olmamaq şərti ilə
ödənilir.
Dövlət və hökumət nümayəndə
heyətinə Azərbaycan Respublikasının Hökuməti
adından çıxış etmək səlahiyyəti
və ya tapşırığı verilmiş
nümayəndə heyətləri aid edilir.
Cədvəldə göstərilən
rəhbər işçilər onlar üçün
müəyyən edilmiş əlavələrdən yalnız
birini almaq hüququna malikdirlər.
[12] 7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 11
mart 2018-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹3, maddə 592) ilə 2
nömrəli əlavə – “Rəhbər
işçilərin xarici ölkələrə
ezamiyyətləri ilə əlaqədar ezamiyyə
xərclərinin 1 günlük normasına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin kateqoriyası”nın
cədvəlində 1-ci hissəyə “Məhkəməsinin” sözündən sonra “, Azərbaycan Respublikası Ali
Məhkəməsinin” sözləri əlavə
edilmişdir.
[13] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 10, maddə 1222) ilə
cədvəlin 2-ci hissəsinə “Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri”
sözlərindən sonra “,
Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin
müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının
auditorları” sözləri əlavə edilmişdir.
7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 11
mart 2018-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹3, maddə 592) ilə 2
nömrəli əlavə – “Rəhbər
işçilərin xarici ölkələrə
ezamiyyətləri ilə əlaqədar ezamiyyə
xərclərinin 1 günlük normasına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin kateqoriyası”nın
cədvəlində 2-ci hissədən “Azərbaycan Respublikası Ali Məhkəməsinin,”
sözləri çıxarılmışdır və
həmin hissəyə “Konstitusiya
Məhkəməsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının
Ali Məhkəməsi” sözləri, “Konstitusiya Məhkəməsinin,”
sözlərindən sonra isə “Azərbaycan
Respublikası Ali Məhkəməsinin,” sözləri
əlavə edilmişdir.
30 aprel 2019-cu
il tarixli 195
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 786) ilə “Rəhbər
işçilərin xarici ölkələrə
ezamiyyətləri ilə əlaqədar ezamiyyə
xərclərinin 1 günlük normasına əlavələr
və həmin əlavələrin tətbiq olunduğu
rəhbər işçilərin kateqoriyası”nın
cədvəlinin 2-ci hissəsinə “Azərbaycan Respublikası Milli Televiziya və Radio
Şurasının sədrləri” sözlərindən
sonra “, Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti” sözləri və
3-cü hissəsinə “Azərbaycan
Respublikası Milli Televiziya və Radio Şurasının
sədr müavinləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidentləri” sözləri
əlavə edilmişdir.
[14] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 10, maddə 1222) ilə
cədvəlin 3-cü hissəsindən “Azərbaycan Respublikası Hesablama Palatasının
sədr müavinləri, Azərbaycan Respublikası Hesablama
Palatasının auditorları” sözləri
çıxarılmışdır.
7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 11
mart 2018-ci il, ¹ 55, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹3, maddə 592) ilə 2
nömrəli əlavə – “Rəhbər
işçilərin xarici ölkələrə
ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin
1 günlük normasına əlavələr və həmin
əlavələrin tətbiq olunduğu rəhbər
işçilərin kateqoriyası”nın cədvəlində
3-cü hissədən “Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədrinin
müavinləri,” sözləri
çıxarılmışdır və həmin
hissəyə “Konstitusiya
Məhkəməsinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali
Məhkəməsinin” sözləri əlavə
edilmişdir.
[15] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 10, maddə 1222) ilə
“Qeydlər”in 1-ci hissəsində “dərəcəsi” sözü “diplomatik rütbəsi və ya vəzifəsi”
sözləri ilə əvəz edilmişdir.