Azərbaycan
Respublikasında elektron imza və elektron sənədlə
bağlı bəzi normativ hüquqi aktların təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektron
imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli
65 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci,
1.6-cı, 1.7-ci və 1.8-ci bəndlərinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Elektron imzanın yoxlanılma Qaydası”, “Dövlət
hakimiyyəti və yerli özünüidarəetmə
orqanları tərəfindən elektron imzadan istifadə
Qaydası”, “Elektron imza üçün sertifikat verən
və imzaların istifadəsi üzrə xidmətlər
göstərən mərkəzin (sertifikat xidmətləri
mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi
Qaydaları”, “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”, “Elektron sənədlərin
mübadiləsi Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 yanvar
2006-cı il
¹ 27
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28
yanvar tarixli 27 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Elektron
imzanın yoxlanılma
QAYDASI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qayda “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 26 may tarixli 65 nömrəli Fərmanının 1.4- cü
bəndinə uyğun hazırlanmışdır və
elektron sənəddəki elektron imzanın yoxlanılma
qaydasını müəyyən edir.
1.2.
Elektron imzanın yoxlanılması elektron sənədin və
elektron imzanın həqiqiliyini təsdiq etmək və imza
sahibinin şəxsiyyətini identikləşdirmək
məqsədilə həyata keçirilir.
2. ELEKTRON
İMZANIN YOXLANILMASI
2.1.
Yoxlama, imza vasitələrindən istifadə etməklə,
elektron imzanı yoxlama məlumatları əsasında elektron
sənədi almış şəxs və ya
üçüncü şəxs tərəfindən
həyata keçirilir.
2.2.
Elektron imzanın yoxlanılması zamanı sertifikatlar, vaxt
göstəriciləri, sertifikatların ləğv olunması
və ya qüvvəsinin dayandırılması barədə
və digər əlavə məlumatlar istifadə oluna bilər.
2.3.
Elektron imzanın yoxlanılması 3 mərhələdə
həyata keçirilir:
2.3.1.
elektron imzanı yoxlama məlumatlarının sertifikata
uyğunluğunun müəyyənləşdirilməsi;
2.3.2.
sertifikatın etibarlı olmasının
müəyyənləşdirilməsi;
2.3.3.
elektron imzanın yoxlanılması prosedurunun yerinə
yetirilməsi.
2.4.
Elektron imzanı yoxlama məlumatlarının sertifikata
uyğunluğunun müəyyənləşdirilməsi
zamanı sertifikatda göstərilmiş imzanın yoxlama
məlumatları ilə eyniliyi, həmçinin bu
məlumatların bilavasitə imza sahibinə mənsub
olması və elektron imza yaratma məlumatlarına
uyğunluğu yoxlanılır.
2.5.
Sertifikatın etibarlılığının
yoxlanılması zamanı onun elektron sənəd imzalanan anda
qüvvədə olması, sertifikatı vermiş Sertifikat
Xidmətləri Mərkəzinin gücləndirilmiş
imzasının həqiqiliyi, sertifikatın qüvvəsinin
dayandırılmış və ya ləğv edilmiş
olması, sertifikatın onda qeyd olunmuş münasibətlərdə
istifadə edilməsi yoxlanılır.
Vaxt
göstəricisi istifadə olunduqda, elektron sənəddə
vaxt göstəricisini qeyd etmiş mərkəzin təkmil
sertifikatı, vaxt göstəricisinin istifadə edilməsi
ilə bağlı məhdudiyyətlər yoxlanılır.
2.6.
Elektron imzanın yoxlanılması üçüncü
şəxsə həvalə edildikdə, yoxlanılma məhz
həmin şəxs tərəfindən yerinə
yetirilməlidir.
3. ELEKTRON
İMZANIN YOXLANILMASI PROSEDURU
3.1.
Elektron imzanın yoxlanılması proseduru elektron
sənəddəki imzanın və imza sahibinin imzanı
yoxlama məlumatları ilə əlaqələndirilən
münasibətin yoxlanılmasından ibarətdir. Elektron
imzanın yaradılması və yoxlanılmasının konkret
proseduru istifadə olunan texnologiyalar və standartlarla
müəyyən olunur.
3.2.
Gücləndirilmiş elektron imzanın yoxlanılması
proseduru gücləndirilmiş elektron imzanı, yoxlanılan
sənədin heş-funksiyasının (heş-funksiya ikilik
simvollar ardıcıllığı şəklində ixtiyari
verilənlər blokunun riyazi və ya alqoritmik
çevirməsidir) qiymətini və imza sahibinin imzanı
yoxlama məlumatlarını əlaqələndirən
münasibətin yoxlanılmasından ibarətdir.
Gücləndirilmiş elektron imzanın yaradılması
və yoxlanılması proseduru, həmçinin
heş-funksiyanın qiymətinin hesablanması proseduru
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qəbul
edilmiş standartlarla müəyyən olunur.[1]
4. ELEKTRON
İMZANIN ETİBARLI YOXLANILMASINA DAİR TƏLƏBLƏR
4.1.
Elektron imzanın etibarlı yoxlanılması bu prosesin
müəyyən olunmuş standartlara və digər
tələblərə uyğun həyata keçirilməsini,
alınmış nəticələrin və imzası
yoxlanılan elektron sənədin istifadəçiyə
təhrif olunmadan təqdim edilməsini nəzərdə tutur.
4.2.
Elektron imzanın etibarlı yoxlanılması prosesində
istifadə edilən elektron imza vasitələri
aşağıdakı şərtləri təmin
etməlidir:
4.2.1.
elektron imzanın yoxlanılması üçün
istifadə olunan məlumatlar yoxlayan şəxsin istifadə
etdiyi kompüterin displeyində göstərilən
məlumatlarla eyni olmalıdır;
4.2.2.
elektron imzanın yoxlanılması aparılmalı və onun
nəticəsinin bilavasitə istifadə olunan kompüterin
displeyində göstərilməsi təmin edilməlidir;
4.2.3.
imzalanmış elektron sənədin məzmunu istifadə
olunan kompüterin displeyində göstərilməlidir;
4.2.4.
yoxlama anında sertifikatın həqiqiliyi
yoxlanılmalıdır;
4.2.5.
elektron sənəd imzalayan şəxsin adı (soyadı)
displeydə göstərilməlidir;
4.2.6.
sertifikatda təxəllüs istifadə olunduqda, bu fakt
göstərilməlidir;
4.2.7.
elektron sənəddəki istənilən
dəyişikliklərin aşkar olunması təmin
edilməlidir.
4.3.
Gücləndirilmiş elektron imzanın yoxlanılması
zamanı sertifikatlaşdırılmış elektron imza
vasitələrindən istifadə edilməlidir.
5. ELEKTRON
İMZANIN YOXLANILMASININ NƏTİCƏSİ
5.1.
Elektron imzanın yoxlanılmasının nəticəsi
birqiymətli olmalı və dəyişdirilməməlidir.
5.2.
Nəticə müsbət, mənfi və ya natamam ola
bilər.
5.3.
Nəticə müsbət olduqda, elektron imza həqiqi hesab
edilir. Elektron sənəddə istifadə edilmiş
gücləndirilmiş imzanın yoxlanılmasının
müsbət nəticəsi eyni zamanda elektron sənədin
həqiqiliyini təsdiq edir.
5.4.
Elektron sənəddəki elektron imzanın
yoxlanılmasının nəticəsi mənfidirsə, bu
sənəd həqiqi hesab edilmir.
5.5.
Əgər elektron imzanın yoxlanılmasının
nəticəsi natamamdırsa, elektron imzanın həqiqiliyini
müəyyən etmək üçün əlavə
məlumatın toplanılması tələb olunur və
bundan sonra yenidən yoxlanılma proseduru istifadə edilə
bilər.
5.6.
Sənəddə bir neçə elektron imza olduqda, hər bir
elektron imzanın ayrı-ayrılıqda yoxlanılması
aparılır.
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28
yanvar tarixli 27 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Dövlət
hakimiyyəti və yerli özünüidarəetmə
orqanları tərəfindən elektron imzadan istifadə
QAYDASI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qayda “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 26 may tarixli 65 nömrəli Fərmanının 1.5- ci
bəndinə uyğun hazırlanmışdır və
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarında elektron imzanın
istifadəsi qaydalarını tənzimləyir.
1.2.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra - Qanun) 6.1-ci maddəsinə
uyğun olaraq dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının informasiya
sistemlərində elektron sənəd mübadiləsi
üçün ancaq gücləndirilmiş imzadan və
sertifikatlaşdırılmış imza
vasitələrindən istifadə edilir.
1.3.
Qanunun 6.2-ci maddəsinə uyğun olaraq dövlət
hakimiyyəti və yerli özünüidarəetmə
orqanları ancaq sahə üzrə akkreditə edilmiş
mərkəzin (bundan sonra - Mərkəz)
xidmətlərindən istifadə etməlidirlər. Hər
hansı digər mərkəzin verdiyi elektron imza yaratma
məlumatlarından və sertifikatlarından istifadə oluna
bilməz.
1.4.
Elektron imza yaratma məlumatlarından istifadə edərək,
imza vasitələri ilə yaradılan elektron imza yalnız
öz sahibinə məxsusdur. İmza sahibi bir neçə
imza yaratma məlumatlarına malik ola bilər və onlar
sertifikatlarında göstərilən münasibətlərdə
istifadə edilir.
1.5.
Qanunun 6.3-cü maddəsinə uyğun olaraq dövlət
hakimiyyəti və ya yerli özünüidarəetmə
orqanlarına digər fiziki və ya hüquqi şəxs
tərəfindən göndərilən məlumat bildirişi
onun gücləndirilmiş imzası ilə
təsdiqlənməlidir.
2. ELEKTRON
İMZANIN İSTİFADƏSİNİN TƏŞKİLİ
2.1.
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət
hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarında gücləndirilmiş imzadan istifadə
edilə bilər.
2.2.
Dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarında gücləndirilmiş
imzadan istifadənin təşkilinə bu orqanın
rəhbəri məsuliyyət daşıyır.
2.3.
Dövlət hakimiyyəti və ya yerli
özünüidarəetmə orqanında
gücləndirilmiş imzanın tətbiqini informasiya
texnologiyaları üzrə struktur bölmə həyata keçirir.
Bu bölmə olmadıqda isə həmin
vəzifələrin icrası orqanın rəhbəri
tərəfindən digər bölməyə və ya
şəxsə həvalə edilə bilər.
2.4.
Struktur bölməsi aşağıdakı xidmətləri
yerinə yetirməlidir:
təkmil
sertifikatların hazırlanması üçün
tələb olunan məlumatların hazırlanması və
Mərkəzə təqdim edilməsi;
imza
yaratma və yoxlama məlumatlarının yaradılması
üçün imza sahiblərinə məsləhət
verilməsi;
təkmil
sertifikatların qüvvəsinin dayandırılması,
bərpa edilməsi və sertifikatın ləğv edilməsi
üçün Mərkəzə müraciət edilməsi;
imza
sahiblərinin Mərkəzlə telekommunikasiya
şəbəkəsi vasitəsilə əlaqəsi
olmadıqda, öz iş yerindən onlara bu imkanın
yaradılması;
orqanda
istifadə edilən imza vasitələrinin uçotunun
aparılması;
imza
sahiblərinin imza yaratma məlumatları
daşıyıcılarının uçotunun
aparılması;
imza
sahiblərinə təkmil sertifikatın verilməsi
üçün əsas sənədlərin
saxlanılması;
imza
vasitələri və imza yaratma məlumatlarının imza
sahibləri tərəfindən istifadə olunmasına
nəzarət edilməsi.
2.5.
Dövlət hakimiyyəti və
özünüidarəetmə orqanının
əməkdaşlarına gücləndirilmiş imzadan
istifadə hüququnun verilməsi, həmçinin təkmil
sertifikatların qüvvəsinin dayandırılması,
bərpa edilməsi və sertifikatın ləğv edilməsi
barədə Mərkəzə müraciət olunması
orqanın rəhbərinin qərarı ilə həyata
keçirilir.
3. ELEKTRON
İMZANIN İSTİFADƏSİ
3.1.
İmza yaratma və yoxlama məlumatlarının
yaradılması imza sahibi tərəfindən orqanın
daxilində və ya Mərkəzdə həyata
keçirilə bilər.
3.2.
Təkmil sertifikatda imza sahibinin məxsus olduğu orqanın
adı və tutduğu vəzifə də
göstərilməlidir.
3.3.
Qanunvericiliklə sənədin möhürlə
təsdiqlənməsi tələb edildikdə, təkmil
sertifikatda imza sahibinin səlahiyyətlərinə dair
məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan
istifadə edilir. Bu imza şəxsin kağız
daşıyıcı üzərindəki və möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
3.4.
Möhür kimi istifadə edilən gücləndirilmiş
imzanın təkmil sertifikatında əlavə olaraq bu
imzanın xüsusi təyinatı, onun istifadə sahəsi
və möhür üzərindəki mətn qeyd edilir.
3.5.
Möhür kimi istifadə edilən gücləndirilmiş
imzanın qoyulma hüququ orqanda buna səlahiyyəti olan imza
sahibinə verilir.
3.6.
İmza sahibi vəzifədən azad edildikdə, orqan ona
məxsus olan təkmil sertifikatın ləğv edilməsi
barədə Mərkəzə müraciət edir. İmza
sahibinin imza yaratma məlumatları onların bərpa
olunmasını istisna edən üsullarla məhv edilir.
3.7.
İmza sahibi vəzifə səlahiyyətlərinin icrası
üçün yalnız bu məqsədlə
hazırlanmış imza yaratma məlumatlarından istifadə
edir. Bu imza yaratma məlumatlarından xidmətdənkənar
məqsədlərlə istifadə edilə bilməz.
3.8.
Səlahiyyətinə uyğun olaraq imza sahibinin
istifadəsində yalnız bir imza yaratma məlumatı ola
bilər.
4. ELEKTRON
İMZA YARATMA MƏLUMATLARININ MÜHAFİZƏSİ
4.1.
İmza sahibi imza yaratma məlumatlarının
mühafizəsini təmin etməlidir.
4.2.
İmza yaratma məlumatlarının
konfidensiallığının pozulduğu hallarda imza sahibi bu
barədə dərhal orqanın müvafiq struktur
bölməsinə (şəxsə) məlumat verməlidir
və müvafiq imza yaratma məlumatlarından istifadə
etməməlidir. Bu halda struktur bölməsi (şəxs)
müvafiq sertifikatın qüvvəsinin
dayandırılması üçün
təxirəsalınmaz tədbirlər həyata keçirir
və mümkün imkanlardan istifadə edərək Mərkəzi
bu barədə məlumatlandırır. Struktur bölməsi
(şəxs) bir gün ərzində sertifikatın
ləğv edilməsi barədə Mərkəzə rəsmi
müraciət edir.
4.3.
Aşağıdakılar imza yaratma məlumatlarının
konfidensiallığının pozulması halları hesab
edilir:
imza
yaratma məlumatları daşıyıcısının
itməsi;
imza
yaratma məlumatları daşıyıcısının
itməsi və sonradan tapılması;
orqanın
informasiya sistemində konfidensial informasiyanın
sızmasına və ya təhrif olunmasına ciddi
şübhələrin yaranması;
imza
yaratma məlumatları daşıyıcılarının
saxlanıldığı vasitələrə müdaxilə
şübhələrinin və ya əlamətlərinin
olması;
imza
yaratma məlumatlarının və onların aktivləşdirilməsi
kodunun digər şəxslərə bəlli olması;
imza
yaratma məlumatlarının yaradılmasında iştirak
etmiş əməkdaşların vəzifədən azad
edilməsi.
4.4.
İmza sahibi imza yaratma məlumatlarının mövcud
tələblərə uyğun istifadəsinə
məsuliyyət daşıyır və zərurət olmadan
imza yaratma məlumatlarının surətinin
çıxarılması, onların digər şəxsə
verilməsi qadağandır.
4.5.
İmza yaratma və yoxlama məlumatlarının istifadə
müddəti şərti olaraq 1 (bir) ildir və Mərkəz
tərəfindən müəyyən edilir. Bu müddət
bitdikdə, imza yaratma və yoxlama məlumatları
dəyişdirilməlidir. Dəyişdirilmə planı
və ya plandan kənar qaydada aparıla bilər. İmza
yaratma və yoxlama məlumatlarının
dəyişdirilməsi onların yaradılması
qaydalarına uyğun aparılır.
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28
yanvar tarixli 27 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Elektron imza
üçün sertifikat verən və imzaların
istifadəsi üzrə xidmətlər göstərən
Mərkəzin (sertifikat xidmətləri mərkəzinin)
qeydiyyatı və akkreditə edilməsi
QAYDALARI[2]
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 26 may tarixli 65 nömrəli Fərmanının 1.6-cı
bəndinə uyğun hazırlanmışdır və
elektron imza üçün sertifikat verən və
imzaların istifadəsi üzrə xidmətlər
göstərən sertifikat xidmətləri mərkəzinin
(bundan sonra - Mərkəz) qeydiyyatı və akkreditə
edilmə qaydalarını müəyyən edir.
1.2.
Mərkəzin qeydiyyat məlumatları Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
(bundan sonra – NRYTN) tərəfindən aparılan sertifikatlar
reyestrinə daxil edildikdən sonra Mərkəz qeydiyyatdan
keçmiş hesab edilir.[3]
1.3.
Bu Qaydalar Azərbaycan Respublikasında qeydiyyatdan
keçmək istəyən xarici mərkəzlərə
də şamil edilir.
2.
MƏRKƏZİN QEYDİYYATI
2.1.
Azərbaycan Respublikasında mərkəz kimi fəaliyyət
göstərmək istəyən şəxs qeydiyyatdan
keçmək üçün NRYTN-ə müraciət etməlidir. Bu
məqsədlə iddiaçı şəxs
fəaliyyətə başlamazdan 30 (otuz) gün əvvəl NRYTN-ə bu Qaydaların
əlavəsində göstərilən formada ərizə təqdim
edir.
2.2.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra - Qanun) 10.1.6-cı maddəsi
istisna olmaqla, digər xidmətlərin göstərilməsi
üçün ərizəyə aşağıdakı
sənədlər də əlavə edilir:
2.2.1.
iddiaçının dövlət qeydiyyatı
şəhadətnaməsi və nizamnaməsinin surəti;
2.2.2.
Qanunun 8-ci maddəsində göstərilmiş
tələblərin yerinə yetiriləcəyi haqqında
öhdəlik məktubu;
2.2.3.
sertifikat xidmətlərinin göstərilməsi
şərtləri, o cümlədən imza sahibinin
müəyyənləşdirilməsi prosedurunun
açıqlanması (“Sertifikat siyasəti”, “Sertifikatın
tətbiqi qaydaları”);
2.2.4.
elektron imzanın yaradılması və istifadəsi zamanı
təhlükəsizlik tədbirləri, o cümlədən
imza yaratma məlumatlarının qorunması imkanları
haqqında sənəd;
2.2.5.
göstərilən xidmətlərin, həmçinin bu
xidmətlərin müvəqqəti dayandırılması
qiymətləri barədə sənəd;
2.2.6.
Qanunun 18.3-cü maddəsinə uyğun olaraq auditin
nəticəsi barədə sənəd;
2.2.7.
istifadə olunan elektron imza və elektron sənəd
dövriyyəsi vasitələrinin uyğunluq sertifikatları.
2.3.
Mərkəz vaxt göstəricilərinin qeydiyyatı
üzrə xidmət göstərdikdə, onunla bağlı
sənəd (“Vaxt göstəricilərinin qeyd edilmə
qaydası”) təqdim etməlidir. Mərkəz yalnız vaxt
göstəricilərinin qeydiyyatı üzrə xidmət
göstərmək üçün qeydiyyat zamanı bu
Qaydaların 2.2.3-cü və 2.2.4-cü bəndlərində
göstərilmiş sənədləri təqdim
etməməlidir.
2.4.
Təqdim edilmiş məlumat hüquqi şəxsin
səlahiyyətli rəsmisinin əl imzası və
möhürü ilə, fiziki şəxsin isə əl
imzası ilə təsdiq edilir.
2.5.
Bu Qaydaların 2.2.3-cü və 2.2.4-cü
bəndlərində göstərilmiş sənədlər
“Sertifikat xidmətlərinin göstərilməsi,
sertifikatın verilməsi və reyestrin aparılması
Qaydaları”nın tələblərinə uyğun olaraq
tərtib edilir.
2.6.
Təqdim olunan sənədlər Azərbaycan dilində və
2 nüsxədə tərtib olunur.
2.7.
NRYTN-ə təqdim
edilmiş məlumat və sənədlərdə
çatışmazlıqlar aşkar edilərsə,
sənədlər təqdim edildikdən 3 (üç) iş
günü ərzində iddiaçıya bu barədə
yazılı məlumat verilir. Çatışmazlıqlar
aradan qaldırıldıqdan sonra sənədlər qeydiyyatdan
keçmək üçün yenidən NRYTN-ə təqdim edilə bilər.
2.8.
Sənədlərə baxılması və Mərkəzin
qeydiyyatı barədə qərar qəbul edilməsi 30 (otuz)
gün ərzində həyata keçirilir.
2.9.
Qanunun 9.7-ci maddəsinə əsasən
aşağıdakı hallarda Mərkəzin qeydiyyata
alınmasından imtina edilə bilər:
2.9.1.
iddiaçı şəxs Qanunun tələblərinə
uyğun olmadıqda;
2.9.2.
təqdim edilmiş məlumat və sənədlər Qanunun
tələblərinə uyğun olmadıqda;
2.9.3.
iddiaçı şəxs yalnız məlumatlar təqdim
etdikdə;
2.9.4.
informasiya sisteminin təhlükəsizliyinin auditinin
nəticələrinə əsasən iddiaçı
şəxsin Mərkəz kimi fəaliyyət
göstərməsi mümkün sayılmadıqda;
2.9.5.
iddiaçı şəxsin sertifikatlaşdırma və ya
vaxt göstəricilərinin qeydiyyatı barədə
nəzərdə tutduğu fəaliyyət Qanunun və
digər normativ hüquqi aktların tələblərinə
uyğun olmadıqda;
2.9.6.
iddiaçı şəxsin dövlətə borcu olduqda;
2.9.7.
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş digər hallarda.
2.10.
Mərkəzin qeydiyyata alınmasından imtina
əsaslandırılmış olmalıdır və bu
barədə sənədlər qəbul edildikdən 3
(üç) iş günü ərzində iddiaçıya
məlumat verilməlidir.
2.11.
Mərkəzin qeydiyyata alınmaması haqqında qərardan
iddiaçı inzibati
qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[4]
2.12.
Qeydiyyatına qərar verildikdən sonrakı 1(bir) iş
günü ərzində iddiaçı şəxs
barəsində məlumatlar NRYTN-in apardığı “Sertifikat xidmətləri
mərkəzlərinin reyestri”nə daxil edilir və bu
barədə iddiaçıya şəhadətnamə verilir.
2.13.
Qeydiyyatdan keçmiş mərkəzlər
aşağıdakı hallarda baş vermiş
dəyişikliklər barədə 7 (yeddi) iş günü
ərzində NRYTN-ə məlumat verməlidirlər:
2.13.1.
hüquqi şəxslərin və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki
şəxslərin dövlət qeydiyyatı məlumatları
dəyişdikdə;
2.13.2.
fiziki şəxsin ünvanı dəyişdikdə.
2.14.
Mərkəzin qeydiyyatı zamanı təqdim edilmiş
məlumat və sənədlərdə hər hansı
dəyişikliklər olarsa, Mərkəz 15 (on beş) iş
günü ərzində müvafiq sənədi NRYTN-ə təqdim etməlidir.
3.
MƏRKƏZİN AKKREDİTƏ EDİLMƏSİ
3.1.
Mərkəzin akkreditə edilməsi üçün bu
Qaydaların 2.2-ci bəndində göstərilən
sənədlərə aşağıdakılar əlavə
edilir:
3.1.1.
ixtisaslı və xüsusi hazırlıq keçmiş
kadrlar haqqında məlumat;
3.1.2.
sertifikatlarla bağlı xidmətlərin
göstərilməsi şərtləri və prosedurları;
3.1.3.
informasiya mühafizəsi vasitələrinin uyğunluq
sertifikatları.
3.2.
Dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarına sahə
üzrə akkreditə edilmiş Mərkəz
tərəfindən xidmət göstərilir. Mərkəzin
qeydiyyatı zamanı bu Qaydaların 2.2-ci bəndində
göstərilən sənədlərə Mərkəzin
informasiya sisteminin ekspertizasının nəticələri
barədə sənəd əlavə olunur.
3.3.
Bu Qaydaların 2.7-2.12-ci bəndlərində
göstərilən müddətlər və müvafiq
tələblər akkreditə olunma zamanı da tətbiq
edilir.
3.4.
Zəruri hallarda NRYTN Mərkəzin imkanları ilə bilavasitə
tanış ola bilər.
4.
MƏRKƏZİN QEYDİYYATININ, AKKREDİTƏSİNİN
LƏĞV EDİLMƏSİ VƏ
FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
4.1. Mərkəzin
fəaliyyətinə xitam verilməsi Azərbaycan
Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir.
4.2.
Aşağıdakı hallarda Mərkəzin qeydiyyatı
və akkreditəsi NRYTN tərəfindən ləğv edilə və
fəaliyyətinə xitam verilməsi barədə iddia
qaldırıla bilər:
4.2.1.
Mərkəzin qeydiyyatı və ya akkreditə edilməsi
üçün təqdim edilmiş məlumatlar və
sənədlər düzgün olmadıqda, yaxud
qüvvədən düşdükdə;
4.2.2.
Mərkəz Qanunun və digər əlaqəli qanunvericilik
aktlarının tələblərini iki dəfədən
artıq pozduqda.
4.3.
Mərkəz fəaliyyətinə xitam verilməsinə
ən azı 30 (otuz) gün qalmış kütləvi
informasiya vasitələrində və digər
vasitələrlə elan verir, qüvvədə olan
sertifikatlara malik imza sahiblərini, sertifikatlarına təminat
verdiyi, təminat müqavilələri bağladığı
sertifikat xidmətləri mərkəzlərini və NRYTN-i xəbərdar edir.
4.4.
Elanın verilməsindən 30 (otuz) gün keçdikdən
sonra Mərkəz qüvvədə olan sertifikatların
ləğv edilməsini həyata keçirir.
4.5.
Akkreditə edilmiş Mərkəz fəaliyyətinə xitam
verilməsi barədə elandan 30 (otuz) gün
keçdikdən sonra imza sahiblərinin razılığı
ilə təkmil sertifikatları, onlarla və imza
istifadəçilərinin sorğuları ilə bağlı
məlumatları akkreditə edilmiş başqa Mərkəzə
və ya NRYTN-ə təhvil
verməlidir. Təhvil verilməmiş sertifikatlar ləğv
edilir və ya Qanunun 15-ci maddəsinə uyğun olaraq
saxlanılmaq üçün NRYTN-ə verilir.
|
“Elektron imza üçün
sertifikat verən və imzaların istifadəsi üzrə
xidmətlər göstərən mərkəzin (sertifikat
xidmətləri mərkəzinin) qeydiyyatı və
akkreditə edilməsi Qaydaları”na ƏLAVƏ Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə[5] ƏRİZƏ 1. İddiaçı
mərkəzin
adı
_________________________________________________________________________ mərkəzin
adı 2. Hüquqi ünvanı
______________________________________________________________ 3. İnternet ünvanı
______________________________________________________________ 4. Hüquqi statusu
______________________________________________________________ 5. Telefon nömrəsi faks
_________________________________________________________ 6. VÖEN
_____________________________________________________________________ 7. Xidmətin növləri _____________________________________ _____________________________________ _____________________________________ _____________________________________ Mərkəzin qeydə alınması (akkreditə
edilməsi) xahiş olunur. _______________________________ (imza) M.Y. |
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28
yanvar tarixli 27 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Sertifikat
xidmətlərinin göstərilməsi, sertifikatın
verilməsi və reyestrin aparılması
QAYDALARI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 26 may tarixli 65 nömrəli Fərmanının 1.7-ci
bəndinə uyğun olaraq sertifikat xidmətləri
mərkəzlərinin (bundan sonra - Mərkəz) fəaliyyətinin
təşkili, o cümlədən sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatların verilməsi və onların
reyestrinin aparılması qaydalarını tənzimləyir.
1.2.
Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət
göstərən sertifikat xidmətləri
mərkəzlərinin və akkreditə edilmiş sertifikat
xidmətləri mərkəzlərinin (bundan sonra -
akkreditə edilmiş Mərkəz) fəaliyyətinə
şamil edilir.
Korporativ
informasiya sisteminə xidmət edən mərkəzlərin
fəaliyyəti “Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -
Qanun) tələbləri nəzərə alınmaqla, sistemin
daxili normativ sənədləri ilə tənzimlənir.
2.
SERTİFİKAT XİDMƏTLƏRİNİN
GÖSTƏRİLMƏSİ VƏ TƏRƏFLƏRİN
VƏZİFƏLƏRİ
2.1.
Qeydiyyatdan keçmiş Mərkəz elektron imzanın
istifadəsi ilə bağlı aşağıdakı
xidmətləri göstərə bilər:
sertifikatın
verilməsi;
sertifikatın
qüvvəsinin dayandırılması, bərpa edilməsi
və sertifikatın ləğv edilməsi;
sorğulara
əsasən sertifikatlar barədə məlumatların
verilməsi;
vaxt
göstəricilərinin qeyd edilməsi;
elektron
imzanın yaradılması;
imzanın
istifadəsi üzrə məsləhətlər verilməsi.
2.2.
Akkreditə edilmiş Mərkəz bu Qaydaların 2.1-ci
bəndində göstərilmiş xidmətləri təkmil
sertifikat və gücləndirilmiş elektron imza üzrə
həyata keçirir.
2.3.
Akkreditə edilmiş Mərkəz xidmətlərin
etibarlı göstərilməsi üçün
aşağıdakıları təmin etməlidir:
a)
direktoriyanın göstərilməsi və mühafizəsi,
sertifikatın ləğv edilməsi xidmətinin etibarlı və
təxirəsalınmadan yerinə yetirilməsini;
b)
sertifikatın verilməsi, onun ləğv edilmə tarixi
və vaxtının dəqiq göstərilməsini;
c)
qanunauyğun olaraq imza sahibi barədə məlumatların
yoxlanılmasını;
ç)
sertifikat xidmətləri sahəsində qəbul edilmiş
tələblərə uyğun olan inzibatçılıq
və idarəetmə üsullarından istifadə edən
bilikli, təcrübəli, səriştəli (xüsusən
də idarəetmə, elektron imza texnologiyaları və
təhlükəsizlik tədbirlərini həyata
keçirmək qabiliyyətli) kadrlara malik olmanı;
d)
texniki və kriptoqrafik təhlükəsizliyi təmin edən
etibarlı sistemləri və proqram vasitələrindən
istifadəni;
e)
sertifikatların saxtalaşdırılmasına qarşı
tədbirlərin görülməsini, Mərkəzdə
elektron imza yaratma məlumatları yaradıldıqda isə bu
proses zamanı konfidensiallığın təmin edilməsini;
ə)
emal olunan informasiyanın mühafizəsi üçün
texniki, kriptoqrafik və təşkilati tədbirlər
kompleksinin müəyyən edilmiş tələb və
standartlara uyğun həyata keçirilməsini;
f)
fəaliyyətini həyata keçirməyə, o
cümlədən dəymiş ziyanı
ödəməyə imkan verən maliyyə
vəsaitlərinə malik olmanı;
g)
təkmil sertifikatlarla bağlı xidmət
göstərilməsi zamanı toplanılan bütün
məlumatların qanunvericiliyə uyğun
saxlanılmasını;
ğ)
imza sahibinə məxsus elektron imza yaratma
məlumatlarının qanunsuz saxlanılmamasını və
ya köçürülməməsini;
h)
imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onun
sertifikatın və imza vasitələrinin istifadə
qaydaları, o cümlədən sertifikatın istifadə
məhdudiyyətləri, Mərkəzin hüquqi statusu və
akkreditə vəziyyəti, iddialara baxılma və
mübahisələrin həlli barədə yazılı,
aydın oxunan şəkildə
məlumatlandırılmasını;
x)
sertifikatların saxlanılması üçün
aşağıdakı tələblərə cavab verən
sistemlərin istifadəsini:
-
ancaq səlahiyyətli şəxslərin müraciət
və düzəlişlər etmə imkanının
olması;
-
informasiyanın autentikliyinin yoxlanılması;
-
sertifikatların və sertifikatla bağlı
məlumatların yalnız imza sahibinin icazəsi ilə
ümumi axtarış üçün açıq
olması;
-
təhlükəsizlik tələblərinə zidd olan texniki
dəyişikliklərin operatora bəlli olması;
-
sertifikat xidmətlərinin göstərilməsi
üçün nəzərdə tutulmuş proqramtexniki
vasitələrin təhlükəsizliyi, bu vasitələrin
mühafizə edilən otaqlarda yerləşdirilməsi və
otaqlara kənar şəxslərin buraxılmaması.
2.4.
Mərkəzin imza yaratma məlumatlarından yalnız verilən
imza sertifikatlarının, imza sertifikatlarına dair
məlumatların və vaxt göstəricilərinin
təsdiqi üçün istifadə edilə bilər.
2.5.
Mərkəzlər göstərdiyi xidmətləri imza sahibi
ilə bağlanmış müqavilənin
şərtlərinə uyğun olaraq həftənin
bütün günlərinin tam 24 saatında etibarlı,
təhlükəsiz olaraq təmin etməlidirlər.
2.6.
İmza sahibi aşağıdakılara riayət etməlidir:
a)
Mərkəzə tam və düzgün məlumatlar təqdim
etmək;
b)
imza yaratma və yoxlama məlumatlarından yalnız sertifikatda
nəzərdə tutulmuş münasibətlərdə
istifadə etmək;
c)
imza yaratma məlumatlarını və imza vasitələrini
qorumaq, onlardan digər şəxslərin istifadəsinə
yol verməmək;
ç)
imza yaratma məlumatlarının üzərində
nəzarəti itirdikdə və ya buna təhlükə
yarandıqda, Mərkəzə dərhal xəbər vermək
və sertifikatın qüvvəsinin
dayandırılmasını tələb etmək;
d)
Mərkəzin “Sertifikat siyasəti”ndə nəzərdə
tutulmuş digər tələblərə riayət etmək.
3.
SERTİFİKATIN VERİLMƏSİ
3.1.
Sertifikat müraciət etmiş şəxslə Mərkəz
arasında bağlanmış müqavilə və ya
şəxsiyyət vəsiqələrinin
fərdiləşdirilməsi zamanı Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
şəxsiyyət vəsiqəsi verən yerli
orqanlarının sertifikat sorğusu əsasında verilir. Müqavilə
əsasında sertifikatın verilməsi üçün imza sahibi və ya
onun adından çıxış etmək səlahiyyəti
olan şəxs Mərkəzə müəyyən olunmuş
formalı ərizə ilə müraciət edir. [6]
3.2.
Ərizəyə aşağıdakı sənədlər
əlavə olunur:
-
imza sahibinin şəxsiyyətini təsdiq edən
sənədin surəti;
-
imza sahibinin adından çıxış etmək
səlahiyyəti olan şəxsə verilən etibarnamə;
-
hüquqi şəxs adından çıxış etmək
səlahiyyəti olan şəxsə verilən etibarnamə;
-
imza sahibinin elektron imzanı yoxlama məlumatları.
3.3.
İmza sahibi özü tərəfindən
yaradılmış imzanı yoxlama məlumatlarına
sertifikat almaq üçün müraciət etdikdə,
sertifikatın verilməsi sorğusunun mətninin
kağızda çap olunmuş və elektron
nüsxələrini təqdim etməlidir.
İmza
sahibinin imza yaratma və yoxlama məlumatları Mərkəzin
müəyyənləşdirdiyi tələblərə cavab
verməlidir.
3.4.
Zərurət olduqda, Mərkəz müraciət etmiş
şəxsə imza və yoxlama məlumatlarını
yaratması üçün öz avadanlıqlarını
istifadəyə verə bilər.
3.5.
Mərkəz imza sahibi tərəfindən təqdim olunmuş
sənədlərin düzgünlüyünü yoxlayır.
3.6.
Sənədlərin yoxlanılması və sertifikatın
verilməsi ərizənin daxil olduğu tarixdən 1 (bir)
iş günü ərzində aparılır. [7]
3.7.
Təqdim olunmuş sənədlər düzgün olduqda,
müraciət etmiş şəxslə Mərkəz
arasında yazılı müqavilə
bağlanılır və ona sertifikat verilir, əks halda
isə Mərkəz sertifikatın verilməsindən imtina
edir.[8]
3.8.
Müqavilədə göstərilən xidmətlərin
növü və təsviri, müddəti, qiyməti,
xüsusi şərtləri, sertifikata daxil edilən digər
məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar
barədə məlumatların ümumi axtarışına
imza sahibinin razılığı göstərilməlidir.
Qiymətlər mövcud qanunvericiliyin tələbləri
nəzərə alınmaqla müəyyən edilir.
3.9.
Mərkəz sertifikatın verilməsi üçün imza
sahibi ilə müqavilə bağlamazdan əvvəl onu
sertifikatın və imza vasitələrinin istifadə
qaydaları, mərkəzin hüquqi statusu və akkreditə
vəziyyəti barədə məlumatlandırmalıdır.
3.10. Hazırlanmış sertifikat kağız
daşıyıcıda və ya elektron formada imza
sahibinə təqdim edilir. İmza sahibi sertifikatı kağız
daşıyıcısında istədikdə, sertifikat
Mərkəzin rəsmi blankında 1 (bir) nüsxədə
tərtib edilir və imza sahibi tərəfindən
imzalanır, Mərkəzin səlahiyyətli şəxsinin
imzası və möhürü ilə təsdiq olunaraq imza
sahibinə təqdim edilir. Elektron formada verilən sertifikat
Mərkəzin gücləndirilmiş imzası ilə
təsdiq edilir və imza sahibinin ərizəsində qeyd olunan
elektron poçt ünvanına və ya Mərkəzin elektron
informasiya sistemində imza sahibi üçün
yaradılmış elektron qutusuna göndərilir. Elektron
formadakı sertifikat onu verən Mərkəzin
gücləndirilmiş imzası ilə təsdiq edilir.[9]
3.10-1.
İmza sahibi sertifikatın qüvvədə olma
müddəti başa çatanadək, yeni sertifikatın
alınması üçün Mərkəzə elektron
müraciət edə bilər.[10]
3.11.
Mərkəzdə imza sahibinin şəxsiyyətinin
müəyyənləşdirilməsindən sonra o,
verilənlər daşıyıcısında yazılmış
imza yaratma və yoxlama məlumatlarının, kağız
daşıyıcıdakı sertifikatın alınması,
həmçinin Mərkəz tərəfindən
məlumatlandırılmanın aparılması barədə
müvafiq jurnallarda imza edir.
3.12.
Verilmiş sertifikat Mərkəz tərəfindən
“Verilmiş sertifikatlar reyestri” nə daxil edilir və bu andan
dərc edilmiş sayılır.
3.13.
Verilən sertifikatların qüvvədə olma müddəti
3 (üç) ildən az olmamalıdır, imza yaratma və
yoxlama məlumatlarının qüvvədə olma
müddəti isə şərti olaraq 1 (bir) ildir.
3.13-1. Şəxsiyyət
vəsiqələrinin fərdiləşdirilməsi zamanı
sertifikatın verilməsi Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”
ilə müəyyən edilmiş xüsusiyyətlər
nəzərə alınmaqla, “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun həyata keçirilir.[11]
3.14. Akkreditə edilmiş mərkəzlər
verilmiş sertifikatlar reyestrinə daxil olan məlumatların
statistikasını rübdə bir dəfə Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinə təqdim edirlər.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi həmin məlumatları
ümumiləşdirərək internet informasiya
ehtiyatlarında yerləşdirilməsini və KİV-də
yayımlanmasını təmin edir.[12]
4.
SERTİFİKATIN QÜVVƏSİNİN DAYANDIRILMASI,
BƏRPA EDİLMƏSİ VƏ SERTİFİKATIN
LƏĞV EDİLMƏSİ
4.1.
Sertifikat verildikdən sonra Mərkəz Qanunun 13-cü və
14-cü maddələrində müəyyən edilmiş
hallarda onun qüvvəsini dayandıra, bərpa və ya
ləğv edə bilər. Bu zaman Mərkəz “Sertifikatlar
reyestri”ndə sertifikatın vəziyyətindəki
dəyişikliklərin qeydiyyatını aparır.
4.2.
İmza sahibi sertifikatın qüvvəsinin
dayandırılması, bərpa edilməsi və ya
sertifikatın ləğv edilməsi üçün
ərizə ilə Mərkəzə müraciət
etməlidir.
Mərkəz
müraciətə uyğun olaraq təxirəsalınmadan müvafiq
tədbir görür, bu barədə imza sahibini
məlumatlandırır və “Sertifikatlar reyestri”ndə
sertifikatda edilən dəyişikliklərin qeydiyyatını
aparır.
4.3.
İmza yaratma məlumatlarının məxfiliyinin
pozulması kimi qiymətləndirilən
aşağıdakı hallarda imza sahibi 3 (üç) saat
ərzində aidiyyəti Mərkəzə məlumat
verməlidir:
imza
yaratma məlumatları daşıyıcısı itdikdə;
imza
yaratma məlumatları daşıyıcısı itdikdə
və sonradan tapıldıqda;
informasiya
sistemində konfidensial informasiyanın sızmasına və ya
təhrif olunmasına ciddi şübhələr olduqda;
imza
yaratma məlumatları daşıyıcıların
saxlandığı vasitələrə müdaxilə
əlamətləri və ya şübhələr olduqda;
imza
yaratma məlumatları və onların
aktivləşdirilməsi kodu digər şəxslərə
bəlli olduqda;
imza
yaratma məlumatlarının yaradılmasında iştirak
etmiş əməkdaşlar işdən çıxdıqda.
4.4.
Mərkəzin imza yaratma məlumatlarının məxfiliyi
pozulduqda, Mərkəz müvafiq təkmil sertifikatın
ləğv edilməsi, həmçinin imza yaratma
məlumatlarının dəyişdirilməsi
üçün təxirəsalınmaz tədbirlər
həyata keçirir.
Bu
halda Mərkəz xidmət göstərdiyi imza sahiblərini
məlumatlandırır və onların imza yaratma
məlumatları ilə imzalanmış sertifikatlarının
dəyişdirilməsini ödənişsiz təmin edir.
4.5.
Sertifikatın qüvvəsinin dayandırılması,
bərpa edilməsi və ləğv edilməsi,
məxfiliyinin pozulması hallarında imza yaratma
məlumatlarının dəyişdirilməsi prosedurları
mərkəzlərin fəaliyyətini tənzimləyən
sənədlərdə nəzərdə tutulmalıdır.
5.
SERTİFİKATLAR BARƏDƏ SORĞULAR
5.1.
Sertifikat xidmətlərinin istifadəçiləri
verilmiş sertifikatlar barədə məlumatların təqdim
olunması, imza yoxlama məlumatının imza sahibinə
məxsus olmasının təsdiqlənməsi barədə
sertifikatı vermiş Mərkəzə sorğu ilə
müraciət edə bilərlər.
5.2.
İmza sahibinin razılığı olmayan hallar istisna
olmaqla, sertifikatlar barədə sorğulara əsasən
Mərkəz verdiyi sertifikatın məxsus olduğu
şəxs, sertifikatın statusu və sertifikat barədə
digər məlumatları verə bilər.
5.3.
Sertifikatlar barədə sorğular üzrə xidmət
göstərilməsi Mərkəz tərəfindən
ödənişsiz aparılır və məlumatların
verilməsinə haqq alınmır.
5.4.
Mərkəzlər sertifikatların vəziyyətinin real vaxt
rejimində də yoxlanılmasını həyata
keçirə bilərlər.
6. VAXT
GÖSTƏRİCİLƏRİNİN QEYD
EDİLMƏSİ
6.1
Vaxt göstəricilərinin qeyd edilməsi xidməti
zamanı vaxt göstəricisinin yaradılması, onun
xidmətin istifadəçisinə təqdim edilməsi,
qeydiyyatının aparılması və saxlanılması
həyata keçirilir.
6.2.
Mərkəz vaxt göstəricilərinin qeydiyyatı
xidməti göstərdikdə, fəaliyyəti üzrə
ümumi tələblərlə yanaşı, vaxt
göstəricilərinin qeydiyyatı ilə bağlı olan
tələblərə də riayət etməli və
müvafiq tənzimləyici sənəd əsasında
fəaliyyət göstərməlidir. Mərkəz yalnız
vaxt göstəricilərinin qeydiyyatı xidməti
göstərdikdə isə sertifikatlarla bağlı fəaliyyəti
tənzimləyən sənədləri
hazırlamalıdır.
6.3.
Vaxt göstəricisində saniyə dəqiqliyi ilə
əlaqələndirilmiş ümumdünya vaxtilə
sinxronlaşdırılmış Bakı vaxtı istifadə
edilir və yaradılma anında gücləndirilmiş
elektron imza ilə qeyd edilir.
6.4.
Vaxt göstəricisinin yoxlanılması istifadəçinin
imza yoxlama məlumatı əsasında aparılır.
6.5.
Vaxt göstəricilərinin qeydiyyatı mövcud
tələblərin pozulması ilə həyata
keçirildikdə, xüsusən vaxtın dəqiqliyinə
riayət olunmadan və ya qüvvədə olmayan təkmil
sertifikata malik gücləndirilmiş imzadan istifadə
etdikdə, vaxt göstəricisi həqiqi sayılmır.
7. ELEKTRON
İMZANIN YARADILMASI
7.1.
Mərkəzlər öz texniki vasitələrini imza
sahiblərinə təqdim etməklə, onlara elektron
imzanın yaradılma xidmətini göstərirlər.
7.2.
İmza sahibi bu vasitələrdən sərbəst
şəkildə istifadə edərək imza yaratma
məlumatları vasitəsilə elektron imza yaradırlar.
7.3.
Mərkəzlər texniki vasitələrin fəaliyyətinin
və imza sahibinin istifadə etdiyi imza yaratma
məlumatlarının təhlükəsizliyinə
məsuliyyət daşıyırlar.
8. İMZANIN
İSTİFADƏSİ ÜZRƏ MƏSLƏHƏTLƏR
VERİLMƏSİ
8.1.
İmza sahiblərinin elektron imzadan düzgün və
səmərəli istifadə etməsi məqsədilə
mərkəzlər məsləhətlər verilməsi
xidmətini həyata keçirirlər.
8.2.
Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, müqavilə
bağlamazdan əvvəl sertifikatın və imza
vasitələrinin istifadə olunma qaydaları barədə
imza sahibi ilə aparılan məlumatlandırma bu
xidmətə aid deyildir.
9.
REYESTRİN APARILMASI
9.1.
Reyestr mərkəzlər tərəfindən aparılan
və onların gücləndirilmiş imzası ilə
təsdiq edilən siyahıdır. Mərkəz
“Sertifikatların reyestri”ni və “Ləğv edilmiş
sertifikatların siyahısı”nı və digər
siyahıları (məsələn, “delta” siyahı) aparır.
9.2.
Reyestrin tərkibinə aşağıdakı məlumatlar
daxil edilir:
-
sertifikatın seriya nömrəsi;
-
imza sahibi barədə məlumatlar;
-
sertifikatın qüvvədə olduğu müddət
(müddətin başlandığı və
qurtardığı vaxt, tarix);
-
sertifikatın qüvvəsinin dayandırılması və ya
ləğv edilməsi, tarixi və səbəbi.
9.3.
Reyestr və siyahılara müraciət imkanı 7 gün 24
saat ərzində təmin edilməlidir.
9.4.
Qüvvədə olan, qüvvəsi
dayandırılmış və ləğv edilmiş
sertifikatların siyahılarının
yerləşdirilməsi 3 saatdan gec olmayaraq, avtomatik yerinə
yetirilməlidir.
9.5.
Sertifikatın verilməsi sorğusunun daxil olması ilə
Mərkəzdə reyestrə məlumatların daxil
edilməsi arasındakı müddət 72 saatdan, akkreditə
edilmiş Mərkəzdə isə 24 saatdan çox
olmamalıdır.
9.6.
Mərkəz qüvvədə olma müddəti başa
çatmış sertifikatları reyestrdən
çıxarmalı və arxivə verməlidir.
9.7.
Reyestrlərin aparılması zamanı
aşağıdakılar təmin olunmalıdır:
reyestrə
məlumatlar yalnız müvafiq səlahiyyətli
işçilər tərəfindən daxil
edilməlidir;
məlumatlarda
icazəsiz dəyişiklik edilməməlidir;
icazəsiz
müdaxilənin qarşısının alınması
üçün tədbirlər görülməlidir.
9.8.
Reyestrlərin aparılma proseduru mərkəzlərin
fəaliyyətini tənzimləyən
sənədlərdə nəzərdə tutulmalıdır.
10.
MƏRKƏZİN FƏALİYYƏTİNƏ AİD
TƏLƏBLƏR
10.1.
Mərkəzin fəaliyyətinin Qanunun
tələblərinə uyğun qurulması və 1 həyata
keçirilməsi, onun etibarlılığının və
təhlükəsizliyinin təmin olunması, həmçinin
istifadəçilərə açıqlanması
məqsədilə hər bir Mərkəz tənzimləyici
sənədlər tərtib edərək onlara riayət
etməlidir.
10.2.
Hər bir Mərkəz öz fəaliyyətini əsasən
“Sertifikat siyasəti” və “Sertifikatın tətbiqi
qaydaları” kimi tənzimləyici sənədlər
əsasında həyata keçirir.
10.3.
“Sertifikat siyasəti” Mərkəzin fəaliyyətinin
təşkilinin əsaslarını göstərir,
“Sertifikatın tətbiqi qaydaları” isə onun həyata
keçirilməsi qaydasını
müəyyənləşdirir.
10.4.
“Sertifikat siyasəti” özündə sertifikatların
verilməsi, dərc olunması haqqında məlumatları,
həmçinin Mərkəzin göstərdiyi
xidmətləri əks etdirən sənəddir.
10.5.
“Sertifikatın tətbiqi qaydaları” xidmətin
göstərilməsi zamanı təhlükəsizlik
tədbirləri, sertifikatların verilməsi, qüvvəsinin
dayandırılması, bərpa olunması və ləğv
edilməsi haqqında məlumatları, sertifikatlara
müraciət imkanlarını əhatə edir.
10.6.
Mərkəz vaxt göstəricisinin qeydiyyatı xidmətini
göstərdikdə, “Vaxt göstəricisinin qeyd edilməsi
qaydası”nı tərtib edib ona riayət etməlidir.
10.7.
Mərkəzlər fəaliyyəti dövründə texniki,
kadr və maliyyə imkanlarına, o cümlədən
istifadəçilərə vurula biləcək zərəri
ödəmək üçün maliyyə imkanlarına malik
olmalı, etibarlı və fasiləsiz xidmət
göstərməlidirlər.
11. TƏHLÜKƏSİZLİK
TƏDBİRLƏRİ ÜZRƏ TƏLƏBLƏR
11.1.
Mərkəzlər fəaliyyətlərinin
təhlükəsizliyini və imza sahibləri barədə
məlumatların mühafizəsini informasiya
təhlükəsizliyi üzrə beynəlxalq standartlara
uyğun olan prosedurlar əsasında təmin
etməlidirlər.
11.2.
Təhlükəsizlik prosedurları əsasən
aşağıdakıları əhatə etməlidir:
informasiya
təhlükəsizliyi (idarəçilik və prosedur
səviyyələrində) tədbirləri;
maliyyə
vəsaitləri və zərərin ödənilmə
mexanizmləri;
işçi
heyətə aid tələblər;
avadanlıqların,
həmçinin onların yerləşdiyi yerlərin
mühafizəsi və onlardan ancaq icazəli
şəxslərin istifadəsinin təmin edilməsi;
informasiya
sistemlərinə icazəsiz daxilolmanın
qarşısının alınması tədbirləri;
icazəsiz
olaraq dəyişikliklər aparılmasının
qarşısının alınması üzrə tədbirlər.
11.3.
Mərkəz təhlükəsizlik tələblərinə
riayət olunduğunu müəyyənləşdirmək,
eyni zamanda xidmətlərin istifadəçilərində
etibarlılığa inam yaradılması məqsədilə
fəaliyyətə başladığı müddət
nəzərə alınmaqla, hər il informasiya sisteminin
təhlükəsizlik auditini keçirməlidir. Auditin
nəticəsi 30 (otuz) gün ərzində Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə (bundan sonra – NRYTN) təqdim edilir. [13]
11.4.
Təhlükəsizlik prosedurları ictimaiyyət
üçün açıqlanmır, onunla yalnız NRYTN və onun səlahiyyətli nümayəndələri
nəzarət funksiyalarını yerinə yetirərkən
tanış ola bilərlər.
11.5.
Akkreditə edilmiş Mərkəzin fəaliyyətinin
təhlükəsizliyi informasiya mühafizəsi sisteminin
layihələndirilməsində iştirak edən, bu
sistemə texniki xidmət göstərən və
informasiyanın mühafizəsinin vəziyyətinə
nəzarət edən xüsusi təyin edilmiş
səlahiyyətli şəxs və informasiya mühafizəsi
xidməti tərəfindən təmin olunur.
12.
MALİYYƏ İMKANLARINA OLAN TƏLƏBLƏR
12.1.
Mərkəz fəaliyyətini Qanuna uyğun olaraq tam
şəkildə həyata keçirmək üçün
kifayət edən maliyyə imkanlarına malik olmalıdır.
Maliyyə resursları aşağıdakıları təmin
etməlidir:
-
fəaliyyətinin həyata keçirilməsini;
-
lazım olan avadanlıq və vasitələrin əldə
edilməsi və tətbiq edilməsini;
-
işçi heyətin peşəkar səviyyədə saxlanılmasını;
-
hər il informasiya sisteminin auditinin keçirilməsinin
təmin edilməsini;
-
istifadəçilərə dəyən ziyanın
ödənilməsini.
12.2.
Mərkəz göstərəcəyi xidmətlərin
həcmindən və xüsusiyyətlərindən
asılı olaraq, müəyyən edilmiş
tələblərə uyğun şəkildə
fəaliyyətini təmin etmək üçün bank
hesabında qanunvericiliklə müəyyən edilmiş
vəsaitə malik olmalıdır.
12.3.
Mərkəzlər fəaliyyətləri
nəticəsində imza sahibinə vurulmuş maddi
zərərin ödənilməsi üçün prosedurlar
müəyyənləşdirməlidirlər. Bu
məqsədlə sığortalama imkanları da
nəzərdə tutula bilər.
13. KADRLARA
AİD TƏLƏBLƏR
13.1.
Mərkəzlər fəaliyyətlərini təmin etmək
məqsədilə bilikli, təcrübəli və
səriştəli, həmçinin öhdəliklərini
yerinə yetirmək üçün kifayət edən sayda
işçi heyətə malik olmalıdırlar.
13.2.
Mərkəzin texniki işçi heyəti ən azı
aşağıda göstərilən sahələrdə
təcrübəyə malik olmalıdır:
təhlükəsizlik
texnologiyası, kriptoqrafiya, elektron imzanın idarəedilmə
infrastrukturu;
təhlükəsizliyin
qiymətləndirilməsi üzrə texniki normalar;
informasiya
sistemləri.
13.3.
Akkreditə edilmiş Mərkəzdə qeydiyyat
inzibatçısı, sertifikat inzibatçısı,
təhlükəsizlik inzibatçısı və sistem
inzibatçısı vəzifələri nəzərdə
tutulmalıdır.
Qeydiyyat
inzibatçısı sertifikatların yaradılması və
ləğvi, qüvvəsinin dayandırılması və
bərpa edilməsi zamanı imza sahiblərinin
müəyyənləşdirilməsini həyata keçirir.
Sertifikatlaşdırma
inzibatçısı sertifikatların hazırlanmasına,
sertifikatların reyestrlərinin aparılmasına və
Mərkəzin imza yaratma məlumatlarının saxlanılmasına
və istifadəsinə məsuldur.
Təhlükəsizlik
inzibatçısı informasiya mühafizəsi xidmətinin
tərkibində fəaliyyət göstərir və
Mərkəzin informasiya mühafizəsi sisteminin işləməsinə
cavabdehdir.
Sistem
inzibatçısı Mərkəzin informasiya sisteminin
proqram-texniki kompleksinin işinə cavabdehdir.
Təhlükəsizlik
inzibatçısı vəzifəsinin digər
vəzifələrlə birgə icrası qadağandır, bu
qayda imkan daxilində digər vəzifələrə də
şamil edilməlidir.
14.
TEXNİKİ AVADANLIQ VƏ TEXNOLOGİYALARA AİD
TƏLƏBLƏR
14.1.
Mərkəz sertifikatların, elektron imza yaratma və yoxlama
məlumatlarının verilməsi üçün
sertifikatlaşdırılmış imza
vasitələrindən istifadə etməlidir.
14.2.
Mərkəz fəaliyyətə başlamazdan əvvəl
və qeydiyyatdan keçdikdən sonra hər il informasiya
sisteminin auditini keçirməli, sistemdən etibarlı
istifadəni təmin edən texnika və texnologiyaları
tətbiq etməlidir.
14.3.
Mərkəz elektron imzaların yaradılması xidmətini
göstərdikdə, müvafiq texniki və prosedur
üsullarla istifadə edilən imza vasitələrinin
aşağıdakı şərtləri ödəməsi
təmin olunmalıdır:
elektron
imza yaratma məlumatlarının bir dəfə daxil
edilməsi və onların məxfiliyinin qorunması;
zərurət
olmadan elektron imza yaratma məlumatlarının surətinin
çıxarılmaması və mövcud mümkün
texnologiyalar vasitəsilə imzanın
saxtalaşdırılmaqdan mühafizə edilməsi;
imza
sahibinin malik olduğu elektron imza yaratma məlumatlarının
başqaları tərəfindən istifadə edilməsinin
qarşısının alınması.
14.4.
İmza vasitələri imzalanacaq məlumatları
dəyişdirməməlidir və ya bu məlumatları
imzalanma prosesindən qabaq imzalayan şəxsə
verilməsinin qarşısını almalıdır.
14.5.
Mərkəz istifadə olunan informasiya sisteminin idarə
olunması və təhlükəsizliyi məqsədilə
beynəlxalq praktikada tanınan informasiya
təhlükəsizliyi üzrə standartlara uyğun olan
prosedurlardan və metodlardan istifadə etməlidir.
14.6.
Mərkəzin istifadə etdiyi imza vasitələri
əsasən aşağıdakı funksiyaları yerinə
yetirməlidir:
sertifikatların
verilməsi və onların idarə edilməsi ilə
bağlı olan məlumatların mənbəyinin
yoxlanılması;
mübadilə
olunan məlumatların tamlığının
yoxlanılması;
göndərilən
məlumatların imzalanması;
işçi
informasiyanın arxivləşdirilməsi və onların
elektron imza ilə imzalanması;
saxlanılan
və mübadilə olunan məlumatların, həmçinin
istifadə edilmiş kriptoqrafik açarların
tamlığının gözlənilməsi;
Mərkəz
tərəfindən istifadə olunan imza yaratma
məlumatları daşıyıcılarının
mühafizə olunması;
informasiya
resurslarına (Mərkəzin imza yaratma məlumatlarına,
təkmil
sertifikatlara,
ləğv edilmiş sertifikatların siyahısına,
saxlanılan digər rəsmi sənədlər barədə
məlumatlara) müraciətin idarə olunması;
informasiya
təhlükəsizliyi ilə əlaqədar keçirilən
daxili auditlə bağlı məlumatların
yaradılması və saxlanılması.
14.7.
Mərkəz imza vasitələrindən həmçinin
aşağıdakı məqsədlər üçün
istifadə edə bilər:
elektron
imzanın yoxlanılması;
sertifikatın
vəziyyətinin real vaxt rejimində yoxlanılması
protokolunun dəstəklənməsi;
təkmil
sertifikatda unikal identifikasiya adının mövcudluğunun
yoxlanılması;
imza
yaratma məlumatlarının saxlanılması və
istifadəsi üçün təhlükəsizliyi təmin
edən parollu plastik kartlardan, şəxsi
identikləşdirmə nömrəsindən və ya biometrik
identikləşdirmə vasitələrindən istifadə
edilməsi.
15.
SERTİFİKAT XİDMƏTLƏRİNİN
GÖSTƏRİLMƏSİ ÜZRƏ MƏLUMATLARIN
SAXLANILMASINA AİD TƏLƏBLƏR
15.1.
Mərkəzlər Qanunun 15-ci maddəsinə uyğun olaraq
sertifikat xidmətləri üzrə sənədlərin
saxlanılmasını təmin etməlidirlər.
15.2.
Sertifikatda göstərilmiş istifadə sahələri
üzrə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş müddət ərzində
hüquqi qüvvədə olan, qüvvəsi
dayandırılmış və ya ləğv edilmiş
sertifikatlar, həmçinin ona aid digər sənəd və
məlumatlar Mərkəzdə saxlanılır.
15.3.
Mərkəz aşağıdakı sənədlərin
saxlanılmasını təmin edir:
15.3.1.
sertifikat xidmətlərinin təhlükəsizliyinin təmin
edilməsinə aid sənədləri;
15.3.2.
imza sahibləri ilə bağlanmış
müqavilələri;
15.3.3.
Mərkəzin sertifikatı əsasında verilən
sənədlərin surətlərini;
15.3.4.
imza sahibinin təlimatlandırılmasını təsdiq
edən sənədləri;
15.3.5.
sertifikatın hüquqi qüvvəsinin
dayandırılması, bərpa edilməsi və ləğv
olunması haqqında sənədləri.
15.4.
Mərkəzlər istifadə etdiyi texniki
avadanlığın və texnologiyanın cari vəziyyəti
ilə əlaqədar sənədləri də saxlamalıdırlar.
16. STANDARTLAR
VƏ TEXNİKİ SƏNƏDLƏR
16.1.
Mərkəzlər fəaliyyətində
aşağıdakı standartlara və texniki
sənədlərə riayət etməlidirlər:
|
1 |
2 |
|
Akkreditə edilmiş
Mərkəzin fəaliyyətinin ümumi təşkili |
ETSI TS 101 456, CEN/ISSS CWA 14167-1 |
|
Təkmil sertifikatlar |
ETSI TS 101 862, ITU-T Rec.X-509 v.3. |
|
Sertifikatın verilməsi
sorğusunun formatı |
PKCS#10 |
|
“Sertifikat siyasəti” və
“Sertifikatın tətbiqi qaydaları” |
RFC 3647 |
|
İnformasiya sisteminin
təhlükəsizliyinin auditi və ekspertizası
standartı |
ISO 15408 və ya ona uyğun olan
milli standart |
|
İmza yaratma
məlumatlarının yaradılması, saxlanılması
və ya istifadəsi |
Ümumi tələblər (Common
Criteria), ISO 15408-ə uyğun olaraq EAL3 və ya ondan
yuxarı olan təhlükəsizlik səviyyəsi |
|
1 |
2 |
|
Gücləndirilmiş elektron imza
yaratma məlumatları |
CWA 14169 standartına uyğun
və TS ISO/IEC 15408 (-1,-2,-3) və ya ISO/IEC 15408 (-1,-2,-3) görə ən
azı EAL4+ |
|
Elektron imzanın
yoxlanılması |
CEN/ISSS CWA 14167-1 |
|
Sertifikatın vəziyyətinin
real vaxt rejimində yoxlanılması protokolu |
RFC 2560 |
|
Alqoritmlər və parametrlər |
ETSI SR 002 176 |
|
İmza sahibinin imza yaratma və
yoxlama məlumatları |
RSA üçün ən azı
1024 bit və ya DSA üçün ən azı
1024 bit və ya DSA elliptik əyrisi
üçün ən azı 160 bit Heş-funksiya: RIPEMD - 160; və ya SHA - 1 |
|
Akkreditə edilmiş
Mərkəzin imza yaratma və yoxlama məlumatları |
RSA - ən azı 2048 bit və ya DSA - ən azı 2048 bit və ya DSA elliptik əyrisi
üçün ən azı 256 bit Heş-funksiya: RIPEMD - 160; və ya SHA - 1 |
|
Təhlükəsizlik meyarları |
CEN/ISSS CWA 14167-1 |
|
|
ETSI TS 101 456 TS ISO/IEC 17799 və ya ISO/IEC 17799 |
|
Vaxt göstəriciləri və
xidmətləri üzrə |
ETSI TS 101 861 CEN/ISSS CWA 14167-1 |
|
“Vaxt göstəricilərinin qeyd
edilmə qaydası” |
ETSI TS 102 023 |
|
İmza yaratma və yoxlama proseduru |
ÃÎÑÒ 34.310-95 Èíôîðìàöèîííàÿ òåõíîëîãèÿ.
Êðèïòîãðàôè÷åñêàÿ çàùèòà èíôîðìàöèè. Ïðîöåäóðû âûðàáîòêè è ïðîâåðêè
ýëåêòðîííîé öèôðîâîé ïîäïèñè íà áàçå àññèìåòðè÷íîãî êðèïòîãðàôè÷åñêîãî
àëãîðèòìà |
|
Heş-funksiya |
ÃÎÑÒ 34.311-95 Èíôîðìàöèîííàÿ òåõíîëîãèÿ.
Êðèïòîãðàôè÷åñêàÿ çàùèòà èíôîðìàöèè. Ôóíêöèÿ õýøèðîâàíèÿ. |
16.2.
İstifadə edilmiş beynəlxalq Anlayışlar
|
S. ¹ |
İstifadə edilmiş
anlayışlar |
İngilis dilində |
Qısaltmalar |
|
1 |
2 |
3 |
4 |
|
1. |
Avropa Sertifikatlar
Təşkilatı İnformasiya Cəmiyyətinin
Standartlaşdırma Sistemi |
European Committee for Standardization
Information Society Standardization System |
CEN/ISSS |
|
2. |
Beynəlxalq Standartlar
Təşkilatı |
International Standardization Organization |
ISO |
|
3. |
Ləğv edilmiş
sertifikatların reyestri |
Certificate Revocation List |
CRL |
|
4. |
“Sertifikat siyasəti” |
Certificate Policy |
CP |
|
5. |
Sertifikatın tətbiqi
qaydaları |
Certificate Practice Statement |
CPS |
|
6. |
Sertifikatın vəziyyətinin
real vaxtı rejimində yoxlanılması protokolu |
On-line certificate status protocol |
OCSP |
|
7. |
Unikal identifikasiya adı |
Unique identification name |
Dname |
|
8. |
Əlaqələndirilmiş
ümumdünya vaxtı |
Coordinated Universal Time |
UTC |
|
9. |
Ümumi tələblər |
Common Criteria |
CC |
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28
yanvar tarixli 27 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Elektron
sənədlərin mübadiləsi
QAYDASI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qayda “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 26 may tarixli 65 nömrəli Fərmanının 1.8- ci
bəndinə uyğun olaraq hazırlanmışdır və
elektron sənəd mübadiləsinin qaydasını
müəyyənləşdirir.
1.2.
Bu Qayda tərkibində dövlət sirri təşkil edən
məlumatlar olan elektron sənədlərə şamil edilmir.
1.3.
Dövlət orqanları,
dövlət mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslər və büdcə
təşkilatları elektron sənəd mübadiləsini
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr
tarixli 935 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Dövlət
orqanlarında, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi
şəxslərdə və büdcə
təşkilatlarında kargüzarlığın
aparılmasına dair Təlimat”ın
müddəalarını nəzərə almaqla həyata
keçirirlər.[14]
2. ELEKTRON
SƏNƏD MÜBADİLƏSİNİN
TƏŞKİLİ
2.1.
Elektron sənəd mübadiləsinə
aşağıdakılar daxildir:
-
elektron sənədin formalaşdırılması;
-
rekvizitlərin və gücləndirilmiş elektron imzanın
əlavə edilməsi;
-
elektron sənədlərin göndərilməsi;
-
elektron sənədin həqiqiliyinin yoxlanılması;
-
elektron sənədin alınmasının təsdiqi;
-
daxil olan və ya göndərilən elektron sənədin
qeydiyyatı;
-
elektron sənədin saxlanılması.
3. ELEKTRON
SƏNƏDİN FORMALAŞDIRILMASI
3.1.
Elektron sənəd “Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -
Qanun) 22-ci maddəsində göstərilmiş quruluşda
formalaşdırılır. Elektron sənədin məzmunu
və ünvanlandığı şəxs barəsində
məlumatlar ümumi hissədə qeyd edilir.
Elektron
sənəddə elektron imza ilə yanaşı, bir qayda
olaraq, sənədin qeydiyyat nömrəsi, tarixi,
ünvanı, göndərən təşkilatın
(şəxsin) rekvizitləri əks etdirilməlidir.
3.2.
Elektron sənədlərin yaradılması zamanı onun
istifadəsi və göndərilməsi
xüsusiyyətlərini əks etdirən əlavə
məlumatlar da (telefon nömrələri, faks, elektron-poçt
ünvanı, elektron sənədi təsdiqləmək
hüququna malik olan iddiaçının adı və
soyadı və s.) göstərilə bilər.
3.3.
Elektron sənədlərdə rekvizitlərin tərkibi və
yerləşdirilməsi sxemi sənədlərin
tərtibatı üzrə kargüzarlıq qaydaları
ilə kağız sənədlər üçün müəyyənləşdirilmiş
tələblərə uyğun olmalıdır.
4. ELEKTRON
SƏNƏDİN GÖNDƏRİLMƏSİ VƏ ALINMASI
4.1.
Elektron sənədin göndərilməsindən əvvəl
onun düzgün tərtibatı (elektron imzaya, əsas və
əlavə rekvizitlərə malik olması) və
ünvanlanması yoxlanılır.
4.2.
Elektron sənəd göndərən (bundan sonra -
Göndərən), onun adından çıxış
etmək səlahiyyəti olan şəxs və ya
Göndərənin proqramlaşdırdığı qaydada
avtomatik fəaliyyət göstərən informasiya sistemi
tərəfindən göndərilə bilər.
4.3.
Elektron sənəd Qanunun 27.3-cü maddəsində
aşağıdakı hallarda Göndərən
tərəfindən göndərilməmiş hesab olunur:
4.3.1.
elektron sənədin göndərilməməsi barədə
bildiriş almışdırsa;
4.3.2.
elektron sənədin həqiqiliyi
təsdiqlənməmişdirsə;
4.3.3.
elektron sənədin həqiqiliyinin yoxlanılması
nəticəsində elektron sənədi alana (bundan sonra -
Alan) bəlli olmuşdur və ya bəlli olmalı idi ki,
qəbul edilmiş elektron sənəd başqa sənədin
avtomatik təkrarıdır.
4.4.
Tərəflər arasındakı müqavilədə
başqa hallar müəyyən edilməmişdirsə, Alan
qəbul etdiyi elektron sənədin həqiqiliyinin
təsdiqlənməsi nəticəsində
Göndərənin onu yolladığına əmin olur və
istənilən, o cümlədən avtomatik
vasitələrlə alınmanı birmənalı təsdiq
edən qaydada Göndərəni məlumatlandırır.
4.5.
Elektron sənədlər tərəflər arasında
razılaşmaya uyğun olaraq müvafiq qaydada
təsdiqlənə bilər. Təsdiqlənmə Alanın
elektron imzası ilə imzalanmış elektron sənəd
və ya elektron imzasız avtomatik bildiriş şəklində
ola bilər.
4.6.
Göndərənin göstərdiyi və ya
tərəflər arasında bağlanmış
müqavilədə müəyyən edilmiş müddət
ərzində təsdiqləmə alınmamışdırsa,
Göndərən bu barədə Alanı
məlumatlandırır və təsdiqləmənin
göndərilməsi müddətini təyin edir.
Göstərilən müddətdə Göndərən
təsdiqləmə almadıqda, elektron sənəd
göndərilməmiş sayılır.
Bu
halda Göndərən elektron sənədin məzmununu Alana
digər rabitə vasitələri ilə çatdıra
bilər.
5. ELEKTRON
SƏNƏDİN HƏQİQİLİYİNİN YOXLANILMASI
5.1.
Elektron sənədin yoxlanılması elektron imza
vasitələrindən istifadə edilməklə,
aşağıdakı mərhələlər üzrə
aparılır:
5.1.1.
elektron sənədin müəyyən olunmuş formaya
uyğunluğu və zəruri rekvizitlərə malik
olmasının yoxlanılması;
5.1.2.
elektron sənəddəki elektron imzanın həqiqiliyinin
yoxlanılması.
5.2.
Elektron imzanın həqiqiliyi “Elektron imzanın yoxlanılma
Qaydası” na uyğun olaraq yoxlanılır.
5.3.
Elektron sənədin yoxlanılmasının müsbət
nəticələndiyi halda o, icraya qəbul edilir və ya
əlavə emala verilir.
5.4.
Elektron sənədin yoxlanılmasının mənfi
nəticəsi münaqişəli hal hesab olunur və
tərəflər arasında razılaşdırılmış
qaydada həll edilir.
6. ELEKTRON
SƏNƏDİN QEYDƏ ALINMASI
6.1.
Elektron sənədlərin qeydə alınması elektron
sənəd dövriyyəsi sistemi vasitəsilə həyata
keçirilir.[15]
6.2.
Elektron sənədlərin elektron sənəd dövriyyəsi
sistemində qeydə alınması zamanı qeydə alınma
məlumatlarının icazəsiz müdaxilələrdən
mühafizəsi və təsadüfən məhv və ya
təhrif edilməsinə yol verilməməsi təmin
edilməlidir.[16]
7. ELEKTRON
SƏNƏDİN SAXLANILMASI
7.1.
Qanunun 29-cu maddəsinə uyğun olaraq elektron sənədin
saxlanılması zamanı aşağıdakı
şərtlər təmin olunmalıdır:
7.1.1.
elektron sənəd yaradıldığı,
ötürüldüyü və ya qəbul edildiyi
quruluşu saxlasın;
7.1.2.
elektron sənəd onu göndərəni, alanı,
göndərilmə və alınma vaxtını
müəyyən etməyə imkan versin;
7.1.3.
elektron sənəddə olan informasiya növbəti istinad
üçün istifadə edilə bilsin;
7.1.4.
elektron sənədin saxlanılma müddəti kağız
sənəd üçün nəzərdə tutulmuş
müddətdən az olmasın;
7.1.5.
qanunvericiliklə və tərəflərin
razılığı ilə müəyyən edilən
digər şərtlərə uyğun gəlsin.
7.2.
Elektron sənədlərin saxlanılması zamanı müvafiq
uçot jurnallarının, elektron imza yoxlama
məlumatlarının (onların sertifikatının)
aparılmasını və elektron imzaların
yoxlanılmasını təmin edən proqramların
saxlanması təmin olunmalıdır.[17]
7.3.
Elektron sənədlərin saxlanılması zamanı
münaqişəli vəziyyətlərin
araşdırılmasının həyata keçirilməsi
üçün elektron sənədlər və müvafiq
elektron imza yoxlama məlumatları arasında
bağlılıq (sinxronlaşdırma) təmin
edilməlidir.
7.4.
Elektron arxivlər icazəsiz müdaxilədən,
təsadüfi məhv və ya təhrif olunmadan
mühafizə edilməlidir.
8. ELEKTRON
SƏNƏD MÜBADİLƏSİNDƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ
8.1.
Elektron sənəd mübadiləsi zamanı informasiya
təhlükəsizliyinin təmin edilməsi üçün
proqram-texniki, inzibati və təşkilati tədbirlər
həyata keçirilməlidir.
8.2.
Elektron sənədin tərkibində olan konfidensial və
fərdi məlumatların mühafizəsi üçün
müvafiq vasitələrdən istifadə oluna bilər.
8.3.
Elektron sənədlərlə yanaşı, onların
rekvizitləri və elektron imzaları mühafizə
olunmalıdır.
8.4.
Dövlət orqanlarında elektron sənəd
dövriyyəsinin təşkili zamanı informasiya
təhlükəsizliyi üzrə tələblərin
yerinə yetirilməsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
tələblərə uyğun
sertifikatlaşdırılmış proqram-texniki
vasitələrin və təşkilati tədbirlərin
tətbiqi ilə həyata keçirilir.
Sertifikatlaşdırılmış mühafizə
vasitələri istismar sənədlərində
müəyyən olunmuş tələblərə və
şərtlərə ciddi riayət edilməklə
istifadə olunmalıdır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 yanvar
2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 1, maddə 39)
2.
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747)
3.
8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 26 sentyabr 2014-cü il, ¹ 210; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1124)
4.
29 dekabr 2015-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 07 yanvar 2016-cı il, ¹ 02, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01, maddə 173)
5.
9 mart 2017-ci il
tarixli 81 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, ¹
53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 3, maddə 480)
6.
21 yanvar
2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 yanvar 2019-cu il, ¹ 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 158)
7.
15 may 2019-cu il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
19 may 2019-cu il, ¹ 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 5, maddə 957)
8.
4 sentyabr 2019-cu il tarixli 382
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 sentyabr 2019-cu il, ¹
196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 9, maddə 1536)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747) ilə “Elektron imzanın yoxlanılma Qaydası”nın
3.2-ci bəndində “İnformasiya
Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə
əvəz edilmişdir.
21 yanvar
2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
24 yanvar 2019-cu il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
158) ilə “Elektron
imzanın yoxlanılma Qaydası”nın 3.2-ci bəndində “Rabitə və Yüksək
Texnologiyalar” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar” sözləri
ilə əvəz edilmişdir.
[2] 21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24 yanvar
2019-cu il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
158) ilə “Elektron
imza üçün sertifikat verən və imzaların
istifadəsi üzrə xidmətlər göstərən
mərkəzin (sertifikat xidmətləri mərkəzinin)
qeydiyyatı və akkreditə edilməsi Qaydaları”nın
mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası ismin
müvafiq hallarında “NRYTN”
abreviaturası ilə əvəz edilmişdir.
[3]
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747) ilə “Elektron imza üçün sertifikat
verən və imzaların istifadəsi üzrə
xidmətlər göstərən mərkəzin (sertifikat
xidmətləri mərkəzinin) qeydiyyatı və
akkreditə edilməsi Qaydaları”nın 1.2-ci bəndində
“Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN)”
sözləri “Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi (bundan sonra - RYTN)” sözləri ilə, mətn
üzrə ismin müvafiq hallarında “RİTN”
abreviaturası ismin müvafiq hallarında “RYTN” abreviaturası ilə, Qaydalara əlavədə
- “İnformasiya Texnologiyaları”
sözləri “Yüksək
Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
21 yanvar
2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 yanvar 2019-cu il, ¹ 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 158) ilə
“Elektron imza üçün sertifikat verən və
imzaların istifadəsi üzrə xidmətlər
göstərən mərkəzin (sertifikat xidmətləri
mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi
Qaydaları”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – RYTN)”
sözləri “Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri ilə
əvəz edilmişdir.
[4] 16 yanvar 2008-ci il
tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 1, maddə
39) ilə «Elektron imza üçün sertifikat verən
və imzaların istifadəsi üzrə xidmətlər
göstərən mərkəzin (sertifikat xidmətləri
mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi
Qaydaları»nın 2.11-ci bəndində «məhkəməyə» sözündən
əvvəl «inzibati qaydada
və (və ya)» sözləri əlavə edilmişdir.
[5] 21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24 yanvar
2019-cu il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
158) ilə “Elektron
imza üçün sertifikat verən və imzaların
istifadəsi üzrə xidmətlər göstərən
mərkəzin (sertifikat xidmətləri mərkəzinin)
qeydiyyatı və akkreditə edilməsi Qaydaları”na
əlavədə “Rabitə
və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar” sözləri ilə əvəz
edilmişdir.
[6]
9 mart 2017-ci il
tarixli 81 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, ¹
53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 3, maddə 480) ilə “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”nın 3.1-ci bəndin birinci
cümləsində “yazılı
müqavilə” sözləri “müqavilə
və ya şəxsiyyət vəsiqələrinin
fərdiləşdirilməsi zamanı Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
şəxsiyyət vəsiqəsi verən yerli
orqanlarının sertifikat sorğusu” sözləri ilə
və ikinci cümləsində “Bu
məqsədlə” sözləri “Müqavilə əsasında sertifikatın verilməsi
üçün” sözləri ilə əvəz edilmişdir.
[7]
8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 26 sentyabr 2014-cü il, ¹ 210; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1124) ilə “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”nın 3.6-cı bəndində “2 (iki)” rəqəmi və
sözü “1 (bir)”
rəqəmi və sözü ilə əvəz
edilmişdir.
[8] 4 sentyabr 2019-cu
il tarixli 382
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 sentyabr 2019-cu il, ¹ 196, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə
1536) ilə “Sertifikat
xidmətlərinin göstərilməsi, sertifikatın
verilməsi və reyestrin aparılması Qaydaları”nın
3.7-ci bəndindən “yazılı”
sözü çıxarılmışdır.
[9] 4 sentyabr 2019-cu
il tarixli 382
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 sentyabr 2019-cu il, ¹ 196, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə
1536) ilə “Sertifikat
xidmətlərinin göstərilməsi, sertifikatın
verilməsi və reyestrin aparılması Qaydaları”nın 3.10-cu
bəndinin birinci cümləsində “və” sözü “və
ya” sözləri ilə əvəz edilmişdir, ikinci
və üçüncü cümlələr yeni redaksiyada
verilmişdir və dördüncü cümlə
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Kağız
daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi
blankında 2 (iki) nüsxədə tərtib edilir,
səlahiyyətli şəxsin imzası ilə və
möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı
sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra
bir nüsxəsi Mərkəzə qaytarılır.
[10] 4 sentyabr 2019-cu
il tarixli 382
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 sentyabr 2019-cu il, ¹ 196, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə
1536) ilə “Sertifikat
xidmətlərinin göstərilməsi, sertifikatın
verilməsi və reyestrin aparılması Qaydaları”na yeni
məzmunda 3.10-1-ci bənd əlavə edilmişdir.
[11]
9 mart 2017-ci il
tarixli 81 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, ¹
53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 3, maddə 480) ilə “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”na yeni məzmunda 3.13-1-ci bənd
əlavə edilmişdir.
[12]
8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 26 sentyabr 2014-cü il, ¹ 210; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1124) ilə “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”na yeni məzmunda 3.14-cü
bənd əlavə edilmişdir.
21 yanvar
2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 yanvar 2019-cu il, ¹ 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 158) ilə
“Sertifikat xidmətlərinin göstərilməsi,
sertifikatın verilməsi və reyestrin aparılması
Qaydaları”nın 3.14-cü bəndinin birinci və ikinci
cümlələrində “Rabitə
və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar” sözləri ilə, 11.3-cü
bəndində “Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə (bundan sonra – RYTN)” sözləri “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə (bundan sonra – NRYTN)” sözləri ilə və
11.4-cü bəndində “RYTN”
abreviaturası “NRYTN”
abreviaturası ilə əvəz edilmişdir.
[13]
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747) ilə “Sertifikat xidmətlərinin
göstərilməsi, sertifikatın verilməsi və reyestrin
aparılması Qaydaları”nın 11.3-cü bəndində “Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
(bundan sonra - RİTN)” sözləri “Azərbaycan Respublikasının Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə (bundan
sonra - RYTN)” sözləri ilə, 11.4-cü bəndində
“RİTN” abreviaturası “RYTN” abreviaturası ilə
əvəz edilmişdir.
[14] 29 dekabr 2015-ci il tarixli 411
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 07 yanvar 2016-cı il, ¹ 02, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 173) ilə “Elektron sənədlərin
mübadiləsi Qaydası”nın 1.3-cü bəndində “Dövlət hakimiyyəti
orqanları, idarə, təşkilat və
müəssisələri” və “Dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində”
sözləri müvafiq olaraq “Dövlət
orqanları, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər
və büdcə təşkilatları” və “Dövlət orqanlarında,
dövlət mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında” sözləri ilə
əvəz edilmişdir.
[15] 15 may 2019-cu
il tarixli 223
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 may 2019-cu il, ¹ 109, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 957) ilə “Elektron
sənədlərin mübadiləsi Qaydası”nın 6.1-ci
bəndində “elektron və ya
kağız-uçot jurnallarında aparılır”
sözləri “elektron
sənəd dövriyyəsi sistemi vasitəsilə həyata
keçirilir” sözləri ilə əvəz
edilmişdir.
[16] 15 may 2019-cu
il tarixli 223
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 may 2019-cu il, ¹ 109, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 957) ilə “Elektron
sənədlərin mübadiləsi Qaydası”nın 6.2-ci
bəndində “elektron jurnallarda”
sözləri “elektron
sənəd dövriyyəsi sistemində” sözləri
ilə əvəz edilmişdir.
[17] 15 may 2019-cu
il tarixli 223
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
19 may 2019-cu il, ¹ 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 5, maddə 957) ilə “Elektron sənədlərin
mübadiləsi Qaydası”nın 7.2-ci bəndindən “müvafiq uçot
jurnallarının,” sözləri
çıxarılmışdır.