Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor hərbi rütbəsi verilsin:

 

Şəfiyev Əli Sabir oğlu                        - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin

   müavini

 

Şirinov Nizami Talış oğlu                  - Azərbaycan Respublikası Milli Təhlükəsizlik

   Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi

 

Musayev Hafiz Məhərrəm oğlu         - Azərbaycan Respublikası Milli Təhlükəsizlik

   Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsi rəisinin

    müavini

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 27 mart 2007-ci il

№ 2066