«Əmək
pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklər və
əlavələr edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 208) aşağıdakı
dəyişikliklər və əlavələr edilsin:
1.
1.0-cı maddədə «Qanunda» sözü «Qanunun məqsədləri üçün» sözləri ilə
əvəz edilsin.
2.
1-ci maddəyə aşağıdakı məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilsin:
«1.0.3. hərbi qulluqçular—Azərbaycan Respublikası
Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər
silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir;
1.0.4. xüsusi rütbəli şəxslər—Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi
rütbəli şəxslərdir;
1.0.5. təminat xərcliyi (pul təminatı)—hərbi
qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı
artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət
illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından,
vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan
məbləğdir;».
3.
1.0.3-cü—1.0.12-ci maddələr 1.0.6-cı—1.0.15-ci maddələr hesab edilsin.
4.
3-cü maddəyə aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:
«3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə
tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü
maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.».
5.
9-cu maddəyə aşağıdakı məzmunda 9.5-ci—9.7-ci maddələr əlavə edilsin:
«9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi
rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək
pensiyası hüququ vardır:
9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili
və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25
təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi
xidmətdə keçirmiş şəxslər;
9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin
məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı
gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu
stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox
olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində
köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
9.6. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası
hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı
şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:
9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə
tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;
9.7.2. cəzaçəkmə müəssisələrində, istintaq
təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş
müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə
işləyən mülki işçilər:
kişilər—55 yaşına çatdıqda və ümumi əmək stajı 25
ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan
şəxslərlə işləmişsə;
qadınlar—50 yaşına çatdıqda və ümumi əmək stajı 20
ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan
şəxslərlə işləmişsə.».
6.
9.5-ci maddə 9.8-ci maddə hesab edilsin.
7.
11-ci maddəyə aşağıdakı məzmunda 11.2-ci maddə əlavə edilsin:
«11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum
edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər:
11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət
vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara,
kontuziya və ya zədə), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan
ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz
verərsə;
11.2.2. hərbi qulluqçular sırasından digər
əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə
yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış zədə, yaxud cəbhədə
olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə
yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.».
8.
11.2-ci maddə 11.3-cü maddə hesab edilsin.
9.
12-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Maddə 12. Əlilliyə
görə əmək pensiyasının təyin edilməsi şərtləri
12.1. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək
əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil
olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn
hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
12.2. Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum
edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı
olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən
buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu
müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yara, kontuziya və ya
zədə), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.».
10.
14.1.1.2-ci maddədə «I və ya II qrup»sözləri
çıxarılsın.
11.
17-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Maddə 17. Ailə
başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri
17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası
ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən
sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını
itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin
olunur.
17.2. Hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum
edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları
hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman
ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə
və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra,
amma xidmət etdiyi dövrdə aldığı xəsarət (yara, kontuziya və ya zədə), xəstəlik
nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan
pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya
ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi
əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak
olanların ailə üzvlərinə bərabər tutulur.».
12.
19-cu maddəyə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
19.1-ci
maddədə «30»rəqəmi «80» rəqəmi ilə əvəz olunsun;
19.2.1-ci
maddədə «əlillərə» sözündən
sonra «, həmçinin öhdəsində ailə
başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan
əmək pensiyaçılarına» sözləri əlavə edilsin;
19.2.5-ci
maddədə «müharibə əlillərinin»
sözlərindən sonra «və müharibə
iştirakçıları sırasından olan əlillərin» sözləri əlavə edilsin.
13.
20-ci maddəyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
20.1-ci
maddədə «sığorta olunanlara»
sözləri «əmək pensiyaçılarına»
sözləri ilə əvəz olunsun;
20.1.1-ci,
20.1.4-cü və 20.3-cü maddələrdə «çatmış»
sözündən sonra «və ya bu yaşa
çatanadək əlil olmuş» sözləri əlavə olunsun;
20.1.2-ci
maddə aşağıdakı redaksiyada verilsin:
«20.1.2. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə
əmək pensiyası almaq hüququ olan ailə üzvləri;»;
20.1.3-cü
maddədə «əmək pensiyasına çıxdıqda»
sözləri çıxarılsın;
20.1.6-cı
maddə aşağıdakı redaksiyada verilsin:
«20.1.6. vaxtından asılı olmayaraq, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsində işləmiş
şəxslər;».
20.4-cü
maddədə «Bu qanunun 20.1.2-ci
maddəsində nəzərdə tutulmuş, səlahiyyəti müddətində vəfat etmiş Azərbaycan
Respublikası Milli Məclisinin deputatının və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatının hər bir ailə üzvü üçün həmin deputatın» sözləri «Azərbaycan Respublikası Milli Məclisinin
deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı və sabiq deputatı vəfat etdikdə, onların hər bir ailə üzvü üçün
fəaliyyətdə olan deputatın» sözləri ilə əvəz edilsin.
14.
20-ci maddəyə aşağıdakı məzmunda 20.1.7-ci—20.1.15-ci maddələr və
20.11-ci—20.20-ci maddələr əlavə edilsin:
«20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə
1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və
partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları
(Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı işdən azad
edilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);
20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu
kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan
əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək
pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının
vətəndaşlığından çıxması ilə bağlı işdən azad edilmiş dövlət qulluqçularının
ailə üzvləri istisna olmaqla);
20.1.9. Azərbaycan Respublikasının Baş naziri və
Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş
nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra
hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutmuş şəxslər;
20.1.10. bu qanunun 20.1.9-cu maddəsində nəzərdə
tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək
pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə,
onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə
üzvləri;
20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən
hərbi qulluqçular;
20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən
hərbi qulluqçular;
20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək
pensiyaçısı olan şəxslər;
20.1.14. xüsusi rütbələr nəzərdə tutulan
vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və
ya əlil olmuş ədliyyə işçiləri;
20.1.15. xüsusi rütbələr nəzərdə tutulan
vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla
müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı
vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ
olan ailə üzvləri.
20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu
maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət
qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət
məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da
nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq
stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında;
20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə
qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi
miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta
aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla;
20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı
qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi
miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin
orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət
məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə
müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.
20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində
nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin
edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası
və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu
maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu
qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq
stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək
pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti
şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını
itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına
əlavə ödənilir.
20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı
artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim
ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün
müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi
xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi
xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq
təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla;
20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25
təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi
xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən
yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə
alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə
olunmaqla;
20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya
səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və
buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı
olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq
təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin
güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat
xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla;
20.14.4. hərbi xidmətdə 15 il stajı olan və
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş
hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı
hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər
ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən
edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı
fərq qədər.
20.15. Bu maddədə göstərilən qaydada hesablanan
əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat
xərcliyindən artıq ola bilməz.
20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı
artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
20.16.1. I qrup müharibə əlillərinə (o cümlədən
xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat
xərcliyinin—100 faizi, II qrup müharibə əlillərinə—80 faizi, III qrup müharibə
əlillərinə—55 faizi;
20.16.2. I qrup digər əlillərə (o cümlədən xidməti
vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat
xərcliyinin—60 faizi, II qrup əlillərə—55 faizi, III qrup əlillərə—35 faizi
miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək
pensiyasının məbləği arasındakı fərq qədər.
20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə
tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı
artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:
20.17.1. Azərbaycan Respublikasının müdafiəsi
zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə
yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə), yaxud cəbhədə olmaqla,
Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan
ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində
vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan
pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə
başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən
asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların
ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan
yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir)
məbləğində;
20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət
vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı
alınmış xəsarət (yara, kontuziya və ya zədə) və ya cəbhədə olmaqla, Azərbaycan
Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə
beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində
vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan
pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə
ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən
məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq
qədər.
20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq
xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün
yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən
buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən
keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq
məbləğindən hesablanır.
20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə
tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son
24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq
məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı
qaydada müəyyən edilir:
20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq
əmək haqqının 45 faizi miqdarında;
20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə
işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq
stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə
olunmaqla;
20.19.3. ədliyyə orqanlarında xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə—orta
aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər
ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin
əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan
məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq
qədər.
20.20. Bu qanunun 20.1.15-ci maddəsində nəzərdə
tutulmuş şəxslərə vəfat etmiş ədliyyə işçisinin qulluq stajına görə almalı
olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin
80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən
edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək
pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.».
15.
21-ci maddəyə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
21.1-ci
maddədə «işləyənlərin»sözündən
sonra «hərbi qulluqçuların» sözləri,
«iş» sözündən sonra «, hərbi xidmət» sözləri əlavə
edilsin;
21.2.3-cü
maddədə «müddətli həqiqi hərbi
(alternativ) xidmət» sözlərindən sonra «(1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi
hərbi xidmət dövrü daxil olmaqla)» sözləri əlavə edilsin.
16.
21-ci maddəyə aşağıdakı məzmunda 21.2.11-ci maddə əlavə edilsin:
«21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın
1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).».
17.
22-ci maddəyə aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:
«22.4. Hərbi xidmət müddətinin və təminat
xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.».
18.
24.0.1-ci maddədə «müddəti»
sözündən sonra «(müvafiq icra
hakimiyyəti orqanının qərarı əsasında)» sözləri əlavə edilsin.
19.
26.3-cü, 26.4-cü, 29.3-cü maddələrdə «20.1.6-cı»
sözləri «20.1.15-ci» sözləri
ilə əvəz edilsin.
20.
27.2-ci maddədə «müəyyən edilir»
sözlərindən sonra «və bu zaman bu
qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya
hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində
göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq
edilmir» sözləri əlavə edilsin.
21.
32-ci maddəyə aşağıdakı məzmunda 32.4-cü maddə əlavə edilsin:
«32.4. Bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin
edilməsi müddətləri bu qanunun 32.1-ci—32.3-cü maddələri ilə əmək
pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir.».
22.
34-cü maddə aşağıdakı redaksiyada verilsin:
«Əmək
pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası
növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə
keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə
ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər
təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.».
23.
37.3.1-ci və 37.3.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
«37.3.1. yaşa görə əmək pensiyasının baza və
pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir.
Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri
üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək
pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin
hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının
pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq
olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır;
37.3.4. bu qanunun 20.1.1-ci—20.1.10-cu və
20.1.14-cü—20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına
görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə
çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin
şəxslər (bu qanunun 20.1.5-ci və 20.1.14-cü maddələrində göstərilən şəxslər
istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi
üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən
şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin
ödənilməsi dayandırılır.».
24.
37-ci maddəyə aşağıdakı məzmunda 37.3.5-ci maddə əlavə edilsin:
«37.3.5. bu qanunun 20.1.11-ci—20.1.13-cü
maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına
əlavələr tam məbləğdə ödənilir.».
II.
Bu qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 noyabr 2006-cı il
№
184-IIIQD