“Məktəbə
hazırlığın təşkili Qaydaları”nın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156
nömrəli Fərmanının 1.8-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məktəbə hazırlığın
təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.RASİZADƏ
Bakı
şəhəri, 8 yanvar 2010-cu il
¹ 4
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Məktəbə
hazırlığın təşkili
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun
hazırlanmışdır və məktəbə
hazırlığın təşkili
məsələlərini tənzimləyir.
1.2. Məktəbəqədər təhsil təhsilin
ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və
psixi inkişafını, sadə əmək
vərdişlərinə yiyələnməsini, istedad və
qabiliyyətinin üzə çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik
tərbiyəsini təmin edir.
1.3. Beş yaşlı uşaqlar üçün
məktəbə hazırlıq zəruridir.
1.4. Məktəbəqədər yaşlı
uşağın təhsili onun inkişafının süni
surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə
istiqamətləndirilməlidir.
1.5. Məktəbəqədər təhsil
müəssisələrində
məktəbəhazırlıq qrupları 5 yaşdan 6
yaşadək uşaqları əhatə edir və
mülkiyyət formasından asılı olmayaraq, bütün
məktəbəqədər təhsil
müəssisələrində ehtiyac olduğu halda, 5
yaşlı uşaqlar üçün
məktəbəhazırlıq qrupları təşkil
olunmalıdır.
1.6. Beşyaşlıların məktəbə
hazırlığı "Məktəbəqədər
müəssisələrdə tərbiyə və təlim
Proqramı" əsasında (məktəbəqədər
təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni
zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.
1.7. Beşyaşlıların məktəbə
hazırlığı məktəbəqədər təhsil
müəssisələrində, ümumtəhsil
müəssisələrinin müvafiq strukturlarında, məktəbdənkənar
təhsil müəssisələrində, ailədə
və qısamüddətli təlim qruplarında aparıla
bilər. Uşaqları məktəbəqədər
təhsil müəssisələrinə getməyən
valideynlər üçün uşaqlarını
məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək
məqsədi ilə müxtəlif xidmətlər
təşkil edilə bilər. [1]
1.8. Məktəbəqədər təhsil
müəssisələrində uşaqların fiziki, əqli
və psixoloji cəhətdən məktəbə
hazırlığını
müəyyənləşdirmək məqsədi ilə
onların diaqnostikası həyata keçirilməlidir.
2. MƏKTƏBƏ HAZIRLIĞIN
MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Məktəbə hazırlığın əsas
məqsədi beşyaşlı uşaqların tələb
və imkanlarını nəzərə almaqla onların
məktəbə hazırlıq mərhələsində
inkişafı, tərbiyəsi və təhsili prosesini
təşkil etməkdir.
2.2. Məktəbə hazırlığın
vəzifələri uşaqlarda oxumaq həvəsinin,
onların məktəbə müsbət emosional
münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi,
uşaqların məktəbə
müvəffəqiyyətlə adaptasiya olunması
üçün onlarda şəxsi-sosial
xüsusiyyətlərin formalaşdırılmasıdır.
3. MƏKTƏBƏ HAZIRLIĞIN
TƏŞKİLİ ÜÇÜN QOYULAN
TƏLƏBLƏR
Məktəbə hazırlığın
təşkili üçün aşağıdakı
tələblər qoyulur:
məktəb təliminə hazırlanan
uşaqların psixoloji və psixofizioloji
xüsusiyyətlərinin öyrənilməsi;
məktəbəqədər yaşlı
uşaqların müvəffəqiyyətli təhsil və
tərbiyəsinin təşkili əsaslarının
müəyyənləşdirilməsi;
gələcək birinci sinif şagirdlərinin
şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
uşaqların inkişafının izlənilməsi
üçün müşahidə gündəliklərinin
aparılması;
istedadlı uşaqların aşkara
çıxarılması, onların potensial
imkanlarının inkişaf etdirilməsi məqsədi ilə
hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin
öyrənilməsi istiqamətində müvafiq
işlərin aparılması;
uşağın məktəb təliminə
hazırlığı zamanı hər şeydən
əvvəl onun aşağıdakıları əhatə
edən fiziki, şəxsiyyətyönümlü, intellektual
və sosial hazırlığı nəzərdə
tutulmalıdır:
fiziki
hazırlıq:
uşağın sağlamlığının
vəziyyəti, uşaq orqanizminin morfofunksional
yetişkənliyi;
hərəki fəaliyyətin, xüsusilə xırda
motorikanın koordinasiyasının inkişafı;
fiziki və əqli qabiliyyətin inkişafı;
şəxsiyyətyönümlü hazırlıq:
müstəqillik, məsuliyyətlilik,
fəallılıq, təşəbbüskarlıq;
başqasını dinləmək və öz
hərəkətlərini onunla
razılaşdırmağı bacarmaq;
müəyyən edilmiş qaydalara riayət etmək,
qruplarda çalışmağı bacarmaq;
ünsiyyətin,
özünüqiymətləndirmənin formalaşması;
intellektual hazırlıq:
obrazlı təfəkkürün,
təxəyyülün, yaradıcılığın,
məntiqi təfəkkürün inkişafı;
idrakı fəaliyyət vasitələrinə
(müqayisə etmə, analiz, klassifikasiya,
ümumiləşdirmə), ana dilinə və nitqin əsas
formalarına (dialoq, monoloq), digər spesifik uşaq
fəaliyyəti növlərinin daxilində təlim
elementlərinə (quraşdırma, rəsm, yapma və
müxtəlif oyunlar) yiyələnmək;
prosesləri (obyektləri) müqayisə etmək,
ümumiləşdirmək, qruplaşdırmaq,
əlamətlərinə görə ayırmaq, nəticə
çıxarmağı bacarmaq.
sosial
hazırlıq:
yüksək əxlaqi təsəvvürlərin
və vətəndaşlıq hisslərinin
(vətənpərvərlik, humanistlik, digər
millətlərə hörmət) inkişafı;
böyüklərlə və yaşıdları
ilə ünsiyyətin qurulmasında yüksək
mədəni davranış qaydalarının
mənimsənilməsi;
öz hərəkətlərində əxlaq
normalarının rəhbər tutulması və onlara
riayət olunması.
4. UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ
TƏŞKİLİ[2]
4.1. Uşaqların məktəbə
hazırlığının səmərəliliyini
artırmaq üçün təlim
məşğələlərində
müxtəlifformalı inkişafyönlü didaktik
oyunların tətbiqi prioritet hesab olunur.
4.2. Məktəbəhazırlıq
qruplarında həftə ərzində 12
məşğələ təşkil edilir. O
cümlədən:
|
Məşğələlər |
Kütləvi qruplarda |
Azsaylı xalqların uşaqlarından ibarət
qruplarda |
|
Ətraf aləmlə
tanışlıq |
1 |
1 |
|
Savad təliminə hazırlıq
və nitq inkişafı |
2 |
4 |
|
Bədii təfəkkürün
inkişafı |
1 |
1 |
|
Məntiqi və riyazi
təfəkkürün inkişafı |
2 |
2 |
|
Təsviri fəaliyyət |
2 |
1 |
|
Musiqi |
2 |
1 |
|
Fiziki mədəniyyət |
2 |
2 |
4.3. Məktəbəhazırlıq
qruplarında bir məşğələnin müddəti 30
dəqiqə, məşğələlərarası
fasilə 10 dəqiqə müəyyən edilir. Zehni
gərginlik tələb edən
məşğələlərdə, bir qayda olaraq, 3 idman
dəqiqəsi keçirilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 14 oktyabr 2016-cı
il, ¹ 226, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1722)
2. 3 mart 2026-cı il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 3, maddə 264)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 3
mart 2026-cı il tarixli 62
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2026-cı il, ¹ 3, maddə 264)
ilə “Məktəbə hazırlığın
təşkili Qaydaları”nın 1.7-ci bəndinin birinci
cümləsinə “strukturlarında,”
sözündən sonra “məktəbdənkənar
təhsil müəssisələrində,” sözləri
əlavə edilmişdir.
[2] 11 oktyabr 2016-cı il tarixli 404 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr
2016-cı il, ¹ 226, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1722)
ilə “Məktəbə
hazırlığın təşkili Qaydaları”nın
4-cü hissəsinin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.1. Uşaqların məktəb
təliminə hazırlığının effektivliyini
artırmaq məqsədi ilə təlim
məşğələlərində didaktik oyunların
tətbiq edilməsi faydalıdır. Tərbiyəçi
uşağın oyuna olan marağından istifadə
edərək, didaktik oyunu təlim məqsədinə
yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar
üçün əlverişli və cəlbedici formada
həyata keçirməyə imkan verir, bu zaman təlim
vəzifəsi həm də uşağın oyun
vəzifəsi olur.
4.2. Məktəbəqədər
təhsil müəssisələrinin
məktəbəhazırlıq qruplarında həftəlik
məşğələlərin sayı 12 olmalıdır.
O
cümlədən:
Ana dili və bədii ədəbiyyat
üzrə iş - 1
məşğələ
Savad təliminə hazırlıq və
nitq inkişafı - 1
məşğələ
Ətraf aləmlə tanışlıq
(təbiət və ictimai həyat hadisələrinə
marağın tərbiyə edilməsi) - 1 məşğələ
Azərbaycan (rus) dili - 2
məşğələ
Sadə riyazi təsəvvürlərin
inkişafı - 1
məşğələ
Təsviri sənət və kəsib
yapışdırma (həftəaşırı) - 1 məşğələ
Quraşdırma, gil işi
(həftəaşırı)
- 1 məşğələ
Musiqi - 2 məşğələ
Fiziki mədəniyyət - 2 məşğələ.
Hər məşğələnin
müddəti 25-30 dəqiqədir.
Məşğələlər arasında fasilə 10
dəqiqədir. Zehni gərginlik tələb edən
məşğələlərdə 11 dəqiqədən bir
idman dəqiqəsi keçirilir.
4.3.
Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən təsdiq edilən
"Məktəbəqədər
müəssisələrdə tərbiyə və təlim
Proqramı"na uyğun olaraq təşkil olunur.