“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli
Fərmanına dəyişikliklər və əlavə
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1.
“Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli, 389 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, №
7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755;
2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275,
№ 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə
299, № 8, maddə 434, № 9, maddə 478, № 10,
maddələr 546, 547, 560, 571, 582; 2004-cü il № 1,
maddələr 19, 26, № 2, maddə 68, № 3,
maddələr 138, 141, № 4, maddə 235, № 5,
maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607,
608, № 11, maddə 909, № 12, maddə 1005; 2005-ci il,
№ 2, maddələr 67, 69, № 4, maddələr 299, 303,
№ 8, maddə 702, № 9, maddələr 801, 802, № 12,
maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4,
maddələr 321, 322, Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 25 may tarixli 409 nömrəli və 6 iyul tarixli 426 nömrəli
fərmanları) aşağıdakı
dəyişikliklər və əlavə edilsin:
1.1.
2.9-cu və 3.38-ci bəndlərdə “356-cı” sözləri “356.1-ci”
sözləri ilə əvəz edilsin;
1.2.
3.44-cü bənddə “3.44. həmin Məcəllənin 324.1-ci”
sözləri “3.45. həmin Məcəllənin 324.1-ci” sözləri
ilə əvəz edilsin;
1.3.
Fərmana aşağıdakı məzmunda 3.46-cı bənd
əlavə edilsin:
“3.46.
həmin Məcəllənin 356.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi baxır.”.
2.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 2 avqust 2006-cı il
№ 436