Aqrar islahatların həyata keçirilməsini
təmin edən bəzi normativ-hüquqi aktların təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında aqrar
islahatları sürətləndirmək məqsədi ilə
"Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan
Respublikası Qanununa və "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 13 avqust tarixli 482 nömrəli fərmanına
uyğun olaraq qərara
alıram:
1. Azərbaycan Respublikası Dövlət
Aqrar İslahatı Komissiyasının
hazırladığı aşağıdakı
normativ-hüquqi aktlar təsdiq edilsin (əlavə olunur): [1]
- Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının kompleks yerquruluşu layihələrinin
hazırlanması və təsdiq edilməsi haqqında
Əsasnamə;
- Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının keyfiyyəti nəzərə alınmaqla
torpaq paylarının müəyyən edilməsi haqqında
Əsasnamə;
- Vətəndaşların qanuni istifadəsindəki
(fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının idarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə;
- Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin torpaqlarının özəlləşdirilməsi
(xüsusi hallar nəzərə alınmaqla) haqqında
Əsasnamə;
- Torpağa mülkiyyət və istifadə
hüququna dair sənədlərin hazırlanması,
qeydiyyatı və verilməsi haqqında Əsasnamə;[2]
- Yardımçı kənd təsərrüfatı
üçün sovxoz və kolxozların ərazisindən,
nazirliklərə, komitələrə, birliklərə,
müəssisələrə, idarələrə və təşkilatlara
verilmiş torpaqların onların istifadəsində
saxlanılması, yaxud bütövlükdə və ya qismən
əvvəlki istifadəçilərinə qaytarılması
qaydaları;
- Torpaqların alqı-satqısı
qaydaları;
- Kənd təsərrüfatı müəssisələrində
əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə
mülkiyyətinə verilməsi qaydaları.
2. Müəyyən edilsin ki, bələdiyyə
mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr
yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında
saxlanılsın.
3. Bu
Fərman imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 10 yanvar
1997-ci il
¹ 534
|
|
|
Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının kompleks yerquruluşu layihələrinin
hazırlanması və təsdiq edilməsi haqqında
ƏSASNAMƏ
1. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz)
özəlləşdiriləcək torpaqlarında kompleks
yerquruluşu layihələrinin hazırlanması "Torpaq
islahatı haqqında" Azərbaycan Respublikası Qanununun
5-ci və 21-ci maddələrinin Dövlət
torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci və
19-cu maddələrinin müddəaları əsas
götürülməklə rayon aqrar islahatı
komissiyasının təsdiq etdiyi baş sxemə əsasən
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata
keçirilir.[3]
2. Torpaq islahatı aparılarkən
torpaqların kompleks yerquruluşu layihələri
aşağıdakılar nəzərə alınmaqla
hazırlanır:
a) torpaq məlumat bankı əsasında
ilkin torpaq istifadəçilərindən mövcud istifadəçilərə
qədər olan arxiv sənədlərinin dəqiqləşdirilməsi;
b) özəlləşdiriləcək təsərrüfatın
ərazisində olan torpaq istifadəçilərinin sərhədlərinin
çöl şəraitində koordinatlarının müəyyən
edilməsi;
v) torpağın analitik laboratoriya tədqiqi
əsasında onun keyfiyyət qrupunun müəyyən
olunması, bonitetləşdirmə — differensial rentaya görə
iqtisadi qiymətləndirilməsi;
q) ümumi istifadədə
saxlanılacaq kəndyanı örüş otlaqlarında
geobotaniki tədqiqatların aparılması;
ğ) yaşayış məntəqələrinin
daxilində bütün torpaqların, o cümlədən həyətyanı
və fərdi tikinti üçün ayrılmış torpaq
sahələrinin, dövlət mülkiyyətində
saxlanılacaq (bələdiyyə mülkiyyətinə veriləcək)
və perspektiv inkişaf üçün nəzərdə
tutulacaq torpaq sahələrinin dəqiqləşdirilməsi;
d) dövlət mülkiyyətində
saxlanılacaq və bələdiyyə mülkiyyətinə
veriləcək torpaqların sərhədlərinin müəyyən
edilməsi;
e) torpaq qanunvericiliyi aktlarına
müvafiq olaraq əvvəllər yaradılmış
assosiasiya, kooperativ, kiçik müəssisə, birlik, kəndli
(fermer) təsərrüfatları və digər təsərrüfatçılıq
formalarının torpaq sahələrinin sərhədlərinin
yer üzərində (naturada) dəqiqləşdirilməsi;
ə) torpaq payı alacaq vətəndaşların
yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən
edilmiş siyahısı;
j) torpaq payı alacaq vətəndaşların
ərizələrinə müvafiq olaraq
könüllülük prinsipinə əsasən
yaradılacaq yeni təsərrüfatçılıq
formalarının yerli aqrar islahatı komissiyası tərəfindən
tərtib edilmiş siyahısı;
z) layihənin tərtibatında
mövcud yolların, suvarma və meliorasiya sistemlərinin səmərəli
istifadəsi.
3. Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin qərarına əsasən Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin
2-ci bəndinə uyğun olaraq 3 ay müddətində tərtib
etdiyi kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı
komissiyası ilə
razılaşdırılmaqla 10 gün müddətində
rayon torpaq şöbəsi təsdiq
edir.[4]
4. Təsdiq olunmuş kompleks
yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə
torpaq paylarının mülkiyyətçiləri müəyyən
olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş
qaydada yer üzərində (naturada) mərzlərlə
ayrılır , eləcə də həmin
torpaq sahəsi üzrə torpaq sahəsinin planı və
ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə
verilir.[5]
5.
Müəyyən olunmuş qaydada torpağa mülkiyyət
hüququna dair dövlət aktı torpaq mülkiyyətçilərinə
10 gün müddətində verilir.[6]
|
|
|
Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının keyfiyyəti nəzərə alınmaqla
torpaq paylarının müəyyən edilməsi haqqında
ƏSASNAMƏ
1. Bu Əsasnamə "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə
uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən
torpaq sahələrindən pay almaq hüququ olan hər bir
subyektə düşən torpaq payının
ölçüsünü müəyyən edir.
2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz)
özəlləşdiriləcək torpaqlarında payı
olan subyektlərə düşən
orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi
ilə müəyyən olunan torpaq dəyəri (manatla)
formasında hesablanır.
3. Torpaq payının fiziki sahə
üzrə ölçüsü sovxoz və kolxozların
özəlləşdirilən torpaqlarının sahəsindən,
onun keyfiyyətindən və torpaq payı almaq hüququna
malik subyektlərin sayından asılı olaraq
aşağıdakı qaydada müəyyən edilir:
a) təsərrüfatın aid olduğu
kadastr-qiymət rayonu üzrə özəlləşdiriləcək
torpaqların kadastr sahələri (şərti bal-hektarla)
hesablanır;
b) orta torpaq payı ümumi kadastr sahəsinin
torpaq payı almaq hüququ olan subyektlərin ümumi
sayına bölünməsi yolu ilə müəyyən
edilir;
v) kadastr sahəsindən fiziki sahəyə
keçid əmsalından istifadə edilərək
torpağın keyfiyyətindən asılı olaraq özəlləşdiriləcək
torpaqlar üzrə fiziki sahədə torpaq payının
norması müəyyən edilir.
4. Torpaq payının torpaq qayiməsi
(sertifikatı) ilə müəyyən olunan dəyər
formasında ölçüsü aşağıdakı
qaydada hesablanır:
a) təsərrüfatın özəlləşdiriləcək
torpaqlarının dəyəri kənd təsərrüfatı
yerləri üzrə mövcud kadastr qiymətlərinə
(differensial gəlir) uyğun olaraq hesablanır və təsərrüfat
üzrə cəmlənir;
b) özəlləşdiriləcək
torpaqların hesablanmış ümumi dəyəri torpaq
payı almaq hüququna malik olan subyektlərin sayına
bölünərək təsərrüfat üzrə
adambaşına düşən orta torpaq payının dəyər
formasında ölçüsü müəyyən edilir.
5. Hər bir torpaq mülkiyyətçisinə
düşən torpaq sahəsinin faktiki
ölçüsündən asılı olmayaraq
torpağın dəyəri eyni olmalıdır.
6. Hər bir vətəndaşa (ailəyə)
düşən torpaq payını dövlət yerquruluşu
xidməti hesablayır və həmin payların
bölgüsünü əks etdirən kompleks yerquruluşu
layihəsini yerli aqrar islahatı komissiyası ilə
razılaşdırmaqla yerli icra hakimiyyəti
orqanı.[7]
Torpaq payı alan subyektlər arasında
bölgü püşkatma yolu ilə həyata keçirilir.
Vətəndaşlar torpaq paylarını dəyişdirmək
və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə
yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər.
7. Hər bir vətəndaşa (ailəyə)
düşən torpaq payının sərhədini dövlət
yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə
ayırır, qanunvericiliklə müəyyən
edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi
üzrə torpaq sahəsinin planını və
ölçüsünü hazırlayır və onlara
təqdim edir.[8]
|
|
|
Vətəndaşların qanuni istifadəsindəki
(fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq
təsərrüfatının idarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununa və digər
qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və
vətəndaşların qanuni istifadəsindəki (fərdi
yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının
idarəçiliyindəki bağların) torpaqların
onların mülkiyyətinə verilməsi barədə
aşağıdakı qaydaları və şərtləri
müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində
və ya icarəsində olan (fərdi yaşayış evlərinin,
həyətyanı sahələrin, fərdi, kollektiv və
kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının
idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz
olaraq onların mülkiyyətinə verilir.
Fərdi yaşayış evlərinin, həyətyanı
sahələrin, fərdi, kollektiv və kooperativ
bağların altında olan torpaqlar vətəndaşların
mülkiyyətinə onların qanuni istifadəyə və ya
icarəyə götürdükləri ölçüdə
verilir.
Kollektiv bağlar özəlləşdirilərkən
torpaq sahəsi bağçılığın hər bir
üzvünün mülkiyyətinə verilir. Dövlət
bağçılıq təsərrüfatının idarəçiliyindəki
bağların torpaqları hər bir icarəçinin,
kooperativ bağların torpaqları isə hər bir kooperativ
üzvünün mülkiyyətinə verilir.
2. Göstərilən torpaqları
öz mülkiyyətinə keçirmək üçün
vətəndaşlar ərizə ilə Azərbaycan
Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə
müraciət edirlər. Ərizəyə vətəndaşların
fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların və dövlət
bağçılıq təsərrüfatının idarəçiliyindəki
bağların altında olan torpaqların onların qanuni
istifadəsinə və ya icarəsinə verilməsini təsdiq
edən sənədin surəti əlavə edilməlidir.[9]
3. Vətəndaşların arzusu ilə
bu torpaqların onların mülkiyyətinə keçirilməsinə
dair ərizə və hüquqi sənədlər
aşağıdakı yerli qurumlar vasitəsi ilə də Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə və Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq Komitəsinə göndərilə bilər:[10]
- rayon (şəhər) torpaq şöbəsi;
- torpaq şöbəsi olmayan şəhərlərdə
memarlıq şöbəsi;
- Bakı şəhərində:
a) fərdi yaşayış evlərinin
və həyətyanı sahələrin altındakı
torpaqlara dair sənədləri — şəhər
rayonlarının memarlıq şöbələri;
b) fərdi, kollektiv, kooperativ
bağların və dövlət bağçılıq təsərrüfatının
idarəçiliyindəki bağların altındakı
torpaqlara dair sənədləri — Bağlar Təsərrüfatının
İnkişafı və İstismarı Birliyi.
4. Azərbaycan Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət
Torpaq Komitəsi ərizənin daxil olduğu gündən
etibarən 30 gün ərzində vətəndaşlara
onların mülkiyyətinə verilən fərdi
yaşayış evlərinin, həyətyanı sahələrin
və fərdi, kollektiv və kooperativ bağların və
dövlət bağçılıq təsərrüfatının
idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin
planını və ölçüsünü
hazırlayıb verir.[11]
5. Vətəndaşların torpaq üzərində
mülkiyyət hüququ qanunvericiliklə müəyyən
edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində
dövlət qeydiyyatına alınır və həmin reyestrdən
çıxarışla rəsmiləşdirilir.[12]
6.
Bağ sahələrinin torpaqları özəlləşdirilərkən
onların üzərindəki tikililər, ağaclar və digər
obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin
xüsusi mülkiyyətinə
keçir.
|
|
|
Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin torpaqlarının özəlləşdirilməsi
(xüsusi hallar nəzərə alınmaqla) haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə "Torpaq islahatı
haqqında", "Sovxoz və kolxozların islahatı
haqqında" Azərbaycan Respublikasının qanunlarına
və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və
kolxozların torpaqlarının özəlləşdirilməsi
(xüsusi hallar nəzərə alınmaqla) qaydalarını
və şərtlərini müəyyən edir.
1. Sovxozların (dövlət mülkiyyətində
saxlanan müəssisələr istisna olmaqla), kolxozların və
digər kənd təsərrüfatı müəssisələrinin
(bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən
torpaqları onların daimi istifadəsindəki torpaqlardan bələdiyyənin
ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən
edilir və həmin torpaqlar aşağıdakılardan ibarətdir:
a) əkin torpaqları;
b) çoxillik əkmələrin
(üzümlüklər, bağlar, çay plantasiyaları,
sitrus bitkiləri və
s.) altındakı torpaqlar;
v) dincə qoyulmuş torpaqlar;
q) biçənək kimi istifadə edilən
torpaqlar.
2. Yerli aqrar islahatı komissiyası
dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın
ərazisində dövlət mülkiyyətində
saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək
və özəlləşdiriləcək torpaqları yer
üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin orqanları ilə birlikdə təsərrüfat
üzrə torpaq payı almaq hüququ olan subyektlərin
sayını və hər bir subyektə düşən orta
torpaq payının ölçüsünü müəyyən
edir.[13]
4. Torpaq payı naturada pay almaq hüququ
olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə
verilir.
Hər bir subyekt yalnız bir dəfə
torpaq payı ala bilər. Torpaq payları Azərbaycan
Respublikası vətəndaşlarının mülkiyyətinə
əvəzsiz verilir.
Azərbaycan Respublikasının vətəndaşları
olmayan şəxslərə torpaq payları icarəyə verilir.[14]
5. Bu Əsasnamənin 2-ci və 3-cü
bəndlərində göstərilən işlər başa
çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq
edilmiş kompleks yerquruluşu layihələrinə uyğun
olaraq yerquruluşu orqanları yer üzərində (naturada)
torpaq sahələrini ayırır, püşkatma yolu ilə
vətəndaşlar arasında müəyyənləşdirir
və torpağa mülkiyyət və istifadə hüququna
dair müəyyən edilmiş formada sənədlər
hazırlayır və vətəndaşlara
verir. Bu sənədlər Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində və Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və
vətəndaşlara təqdim olunur.[15]
Torpaq üzərində
mülkiyyət hüququ qanunvericiliklə müəyyən
edilmiş qaydada daşınmaz əmlakın dövlət
reyestrində dövlət qeydiyyatına alınır və həmin
reyestrdən çıxarışla rəsmiləşdirilir.[16]
6. Sovxoz və kolxozların müvəqqəti
istifadələrinə və icarələrinə verilmiş
torpaqlar onların özəlləşdirilən
torpaqlarına daxil edilmir.
7. Sovxoz və kolxozların torpaqları
özəlləşdirilərkən aşağıdakı
xüsusi hallar meydana çıxarsa, torpaqların özəlləşdirilməsi
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fərdi
qaydada həyata keçirilir:
a) sovxoz və kolxozların
yaşayış məntəqələri ilə rayon mərkəzlərinin,
şəhərlərin və digər yaşayış məntəqələrinin
sərhədlərinin dəqiqləşdirilməsi
mümkün olmadıqda;
b) torpaq paylarının qanunvericiliyə
uyğun müəyyən edilməsi və verilməsi
mümkün olmadıqda.
8. Sovxoz və kolxozların
yaşayış məntəqələri ilə rayon mərkəzlərinin,
şəhərlərin və digər yaşayış məntəqələrinin
sərhədlərini dəqiq müəyyən etmək
mümkün olmadıqda rayon aqrar islahatı komissiyası bu
barədə Azərbaycan Respublikası Dövlət Torpaq
Komitəsinə və
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə
müraciət edir. Azərbaycan Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət
Torpaq Komitəsi 10 gün ərzində arxiv
materiallarını və mövcud sənədləri
araşdırıb məsələyə dair təklifini qərar
qəbul etmək üçün müvafiq olaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinə və Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinə göndərir.[17]
9. Torpaq paylarının qanunvericilikdə
nəzərdə tutulan qaydada müəyyən edilməsi və
verilməsi mümkün olmadıqda, yerli aqrar islahatı
komissiyası dövlət yerquruluşu xidməti ilə
birlikdə yaranmış vəziyyəti araşdırır və
təsərrüfat üzrə orta torpaq payının müəyyən
edilməsi barədə öz təklifini rayon aqrar islahatı
komissiyasına verir.
Rayon aqrar islahatı komissiyası torpaq
payının müəyyən edilməsi barədə yerli
aqrar islahatı komissiyasının təklifinə 30 gün
müddətində baxır və öz növbəsində
bu barədə təklifini müvafiq olaraq Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə və ya Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq Komitəsinə göndərir.
Azərbaycan Respublikası Dövlət
Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq Komitəsi və Xəritəçəkmə
rayon aqrar islahatı komissiyasından daxil olmuş təklifləri
Azərbaycan Respublikasının Dövlət Aqrar
İslahatı Komissiyası ilə razılaşdıraraq 10
gün ərzində həmin ərazi
üzrə orta torpaq payını müəyyən edir.[18]
|
|
|
Torpağa mülkiyyət və istifadə
hüququna dair sənədlərin hazırlanması,
qeydiyyatı və verilməsi haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə
və digər qanunvericilik aktlarına uyğun olaraq
aşağıdakıları müəyyən edir:
1. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz)
özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə
torpağa mülkiyyət hüququna dair dövlət aktı
(1 nömrəli əlavə) verilir.
2. Dövlət mülkiyyətində və
bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və
ya müvəqqəti istifadəyə verilərkən daimi və
ya müvəqqəti istifadəçilərə torpaqdan
daimi istifadə hüququna dair dövlət aktı (2 nömrəli
əlavə) və ya torpaqdan müvəqqəti istifadə
hüququna dair şəhadətnamə (3 nömrəli əlavə)
verilir.
3. Vətəndaşların qanuni istifadəsindəki
fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının
idarəçiliyindəki bağların altında olan
torpaqlara görə onlara torpağın mülkiyyətə
verilməsinə dair şəhadətnamə (4 nömrəli
əlavə) verilir.
4. Torpağa mülkiyyət hüququna
dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna
dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə
hüququna dair şəhadətnamə və torpağın
müvəqqəti mülkiyyətə verilməsinə dair
şəhadətnamə 2 nüsxədən ibarət
hazırlanır. Torpağa mülkiyyət və istifadə
hüququnu təsdiq edən sənədlərin nömrələri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
"İnzibati ərazi bölgüsü təsnifatı"nda
qəbul edilmiş kodunu və əlavə olaraq hər bir
mülkiyyətçinin püşk nömrəsini
özündə əks etdirir.
5. Torpağa mülkiyyət hüququna
dair dövlət aktı ailə tərkibi üzrə hər
bir şəxsin adı, soyadı və ona düşən
torpaq payı göstərilməklə ailə
başçısının adına verilir. Torpağın
mülkiyyətə verilməsinə dair şəhadətnamə
ailə tərkibi üzrə hər bir şəxsin adı və
soyadı göstərilməklə ailə
başçısının adına verilir.
6. Azərbaycan Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun
Naxçıvan Muxtar Respublikasındakı filialı,
torpağın mülkiyyətə, daimi və müvəqqəti
istifadəyə verilməsi haqqında səlahiyyətli
dövlət orqanı və ya bələdiyyə
tərəfindən qəbul edilmiş qərar və ona əlavə
edilmiş 1:500, 1:2000, 1:5000
1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı
əsasında onun cizgisini müvafiq olaraq bu Əsasnamənin
1, 2, 3, 4 nömrəli əlavələrində verilən
formalarda əks etdirir.[19]
Bu sənədlər qeydiyyatdan
keçirilərək torpaq mülkiyyətçisinə və
istifadəçisinə verilmək üçün
müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq
Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət
Torpaq Komitəsinə təqdim olunur.
7. İdarələrin, müəssisələrin,
təşkilatların, eləcə də vətəndaşların
mülkiyyətinə, daimi və müvəqqəti istifadəsinə
verilən torpaq sahələrini yer üzərində (naturada)
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan
Muxtar Respublikasındakı filialı mərzlərlə
ayırır.[20]
8. Verilmiş dövlət aktına və
şəhadətnaməyə özbaşına hər
hansı bir düzəliş edilməsi qadağandır.
Dövlət aktına və şəhadətnaməyə
hər hansı bir düzəliş edilməsi zəruriyyəti
yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan
Muxtar Respublikasındakı filialı həmin sənədləri
yenidən müəyyən olunmuş qaydada hazırlayır.[21]
9. Dövlət aktı və şəhadətnamə
itirildikdə torpaq mülkiyyətçilərinə və
istifadəçilərinə onların vəsaiti hesabına
surət (dublikat) verilir.
10. Dövlət aktlarının və
şəhadətnamələrin ilkin torpaqayırma sənədləri
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Yerquruluşu Layihə İnstitutunun arxivində müddətsiz
olaraq saxlanılır.[22]
11. Torpağa mülkiyyət və
istifadə hüququna dair dövlət aktı və şəhadətnamənin
verilməsi xüsusi qeydiyyat kitabında (5 nömrəli əlavə)
əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon
(şəhər) torpaq şöbələri həyata
keçirirlər.
12. Bu Əsasnamə qəbul olunana qədər
bütün torpaq istifadəçilərinə verilmiş
dövlət aktları və şəhadətnamələr
müvafiq surətdə yeni təsdiq olunmuş nümunələrlə
əvəz edilir.
13. Dövlət aktlarının və
şəhadətnamələrin hazırlanmasına, verilməsinə,
dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə
saxlanılmasına ümumi rəhbərlik və nəzarəti
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
həyata keçirir.[23]
Qeyd:
- Torpağa
mülkiyyət, daimi istifadə hüququna dair dövlət
aktının və müvəqqəti istifadə hüququna
dair şəhadətnamənin üzü kartondan
hazırlanmalı, dermatinlə örtülü uzunluğu 31
sm, eni 2 qat hesabı ilə 44 sm olmalıdır.
- Torpağın
mülkiyyətə verilməsinə dair şəhadətnamənin
nəşri qalın kağızda, uzunluğu 21 sm, eni 2 qat
hesabı ilə 30 sm olmalıdır.
14. Torpağa
mülkiyyət və istifadə hüquqlarının
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmasını təsdiq edən sənəd qanunvericiliklə
müəyyən edilmiş qaydada verilir.[24]
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

|||||||||||||||||||||||||||||||||||||
|
|
|
||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
Yardımçı kənd təsərrüfatı
üçün sovxoz və kolxozların ərazisindən,
nazirliklərə, komitələrə, birliklərə,
müəssisələrə,
idarələrə və təşkilatlara verilmiş
torpaqların onların istifadəsində saxlanılması,
yaxud bütövlükdə və ya qismən əvvəlki
istifadəçilərinə qaytarılması[25]
QAYDALARI
Bu qaydalar "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununa və digər
qanunvericilik aktlarına uyğun olaraq yardımçı kənd
təsərrüfatı üçün sovxoz və
kolxozların ərazisindən nazirliklərə, komitələrə,
şirkətlərə, birliklərə, idarələrə,
müəssisələrə və təşkilatlara
verilmiş torpaqların onların istifadəsində
saxlanılması, yaxud bütövlükdə və ya qismən
əvvəlki istifadəçilərinə
qaytarılmasına dair məsələləri tənzimləyir.
1. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Dövlət Torpaq Komitəsi müvafiq olaraq hər bir
nazirlik, komitə, şirkət, birlik, idarə və təşkilatın
nəzdində yardımçı kənd təsərrüfatı
kimi fəaliyyət göstərən müəssisələrin
siyahısını müəyyənləşdirir və onu
müvafiq rayon aqrar islahatı komissiyasına göndərirlər.
2. Rayon aqrar islahatı komissiyaları
yardımçı kənd təsərrüfatı kimi fəaliyyət
göstərən bütün
müəssisələrdən 10 gün ərzində
aşağıdakı məlumatları toplayırlar:
a) yardımçı kənd təsərrüfatının
adı və istiqaməti;
b) istifadə etdiyi torpaq sahəsinin
növü, yerləşdiyi yer və ölçüsü;
v) torpaqda apardığı
yaxşılaşdırma işlərinin dəyəri, habelə
inşa edilmiş tikinti, obyekt və digər qurğuların
adı, ölçüsü və balans dəyəri;
q) son beş ildə həmin sahədən
istehsal olunan və satılan məhsulun həcmi;
ğ) yardımçı təsərrüfatda
işləyənlərin sayı.
3. Müvafiq rayon aqrar islahatı
komissiyası yardımçı kənd təsərrüfatı
kimi fəaliyyət göstərən müəssisədən
aldığı məlumatları 15 gün ərzində
araşdırıb həmin müəssisənin torpağa
olan ehtiyacını (tələbat səviyyəsini) müəyyən
edir və torpaqların onun istifadəsində
saxlanılması, yaxud bütövlükdə və ya qismən
əvvəlki istifadəçilərinə qaytarılması
barədə qərar qəbul edir.
4. Rayon aqrar islahatı komissiyası
torpaq sahəsinin əvvəlki istifadəçisinə
bütövlükdə və ya qismən geri
qaytarılması barədə qərarın Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq
edilməsi üçün qərarla birlikdə torpaq sahəsinin
2 nüsxədən ibarət xəritəsini və digər sənədləri
müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə
və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq
Komitəsinə göndərir.
5. Azərbaycan Respublikası Dövlət
Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi daxil olmuş sənədlərə 10 gün
müddətində baxıb rəy verir və müvafiq qərar
qəbul olunması üçün həmin sənədlərin
bir nüsxəsini müvafiq olaraq Azərbaycan Respublikası
Nazirlər Kabinetinə və Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinə göndərir.
6. Yardımçı kənd təsərrüfatı
kimi fəaliyyət göstərən müəssisələr
onların istifadəsindəki torpaqların
bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə
qaytarılması barədə müvafiq rayon aqrar islahatı
komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar
İslahatı Komissiyasının) qərarı ilə
razılaşmadıqda 10 gün müddətində Azərbaycan
Respublikası Dövlət Aqrar İslahatı Komissiyasına
şikayət edə bilərlər.
Azərbaycan Respublikasının Dövlət
Aqrar İslahatı Komissiyası daxil olan şikayətə 30
gün müddətində baxaraq torpaq sahəsinin əvvəlki
istifadəçisinə qaytarılması və ya həmin təşkilatda
saxlanılması barədə qərar qəbul edir.
7. Yardımçı kənd təsərrüfatı
üçün ayrılmış torpaqlar
aşağıdakı hallarda bütövlükdə əvvəlki
istifadəçilərinə (sovxoza, kolxoza) qaytarılır:
a) yardımçı kənd təsərrüfatı
kimi fəaliyyət göstərən müəssisə tərəfindən
torpaq sahəsindən Könüllü imtina edildikdə;
b) nəzdində yardımçı kənd
təsərrüfatı olan nazirlik, komitə, şirkət,
birlik, müəssisə, idarə və təşkilatın fəaliyyətinə
xitam verildikdə;
v) torpaq istifadəçisi torpaq vergisini
üzürlü səbəb olmadan 2 il dalbadal ödəmədikdə;
q) kənd təsərrüfatı
istehsalı üçün verilmiş torpaq sahəsindən bir
il ərzində və qeyri-kənd təsərrüfatı
istehsalı üçün verilmiş torpaq sahəsindən
dalbadal iki il ərzində üzürlü səbəb olmadan
istifadə edilmədikdə;
ğ) torpaqdan tamamilə istifadə edilmədikdə;
d) idarə, müəssisə və təşkilat
qanunvericilikdə müəyyən edilmiş qaydada müflis
hesab edildikdə;
e) torpaq sahəsinin istifadəyə
verildiyi müddət qurtardıqda;
ə) torpaq sahəsindən istifadədə
təbiəti mühafizə qaydalarına riayət edilmədikdə;
j) torpaq sahəsindən təyinatı
üzrə istifadə edilmədikdə;
z) dövlət və ictimai ehtiyaclar
üçün torpaq sahələrinin qanunvericilikdə
müəyyən edilmiş hallarda və qaydada geri
alınması zəruri olduqda.
8. Aşağıdakı hallarda
yardımçı kənd təsərrüfatı
üçün ayrılmış torpaqlar qismən (müəyyən
hissəsi) əvvəlki istifadəçilərinə
(sovxoza, kolxoza) qaytarılır:
a) torpaq sahəsinin müəyyən
hissəsinin Könüllü qaytarılması barədə
yardımçı kənd təsərrüfatı kimi fəaliyyət
göstərən torpaq istifadəçisinin müraciəti
olduqda;
b) torpaq sahəsinin müəyyən
hissəsindən təyinatı üzrə istifadə edilmədikdə;
v) dövlət və ictimai ehtiyaclar
üçün torpaq sahələrinin qanunvericilikdə
müəyyən edilmiş hallarda və qaydada geri
alınmasına zərurət yarandıqda.
9. Nazirliklərin, komitələrin,
şirkətlərin, birliklərin, müəssisələrin,
idarələrin və təşkilatların
yardımçı kənd təsərrüfatı
üçün istifadəsində qalan torpaqlar dövlət
mülkiyyətində saxlanılmaqla onlara qanunvericiliyə
uyğun olaraq torpaqdan istifadə hüququna dair müvafiq sənədlər
verilir.
|
|
|
Torpaqların alqı-satqısı
QAYDALARI
Bu Qaydalar "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununa və digər
qanunvericilik aktlarına müvafiq olaraq torpaqların
alqı-satqısına dair münasibətləri tənzimləyir.
1. Aşağıdakı torpaqlar
alqı-satqı müqavilələrinin predmeti ola bilər:
a) Azərbaycan Respublikası vətəndaşlarının
və hüquqi şəxslərinin mülkiyyətində
olan torpaqlar;
b) Bələdiyyənin ehtiyat fondunun
özəlləşdirilə bilən o cümlədən kənd
təsərrüfatına az yararlı və yararsız torpaqları.[26]
2. Torpaq sahəsinə mülkiyyət
hüququ əldə edilən gündən etibarən o,
alqı-satqı müqavilələrinin predmeti ola bilər.
Torpaq sahəsi yalnız Azərbaycan
Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına
və hüquqi şəxslərinə satıla bilər.
3. Bələdiyyənin ehtiyat fondunun kənd
təsərrüfatı məqsədləri üçün
nəzərdə tutulmayan, kənd təsərrüfatına
az yararlı və yararsız torpaqlarının Azərbaycan
Respublikasının fiziki və hüquqi şəxslərinə
satışı qanunvericiliyə uyğun olaraq həmin
torpaqların ölçüsü və hüdudları
müəyyən edilən gündən etibarən həyata
keçirilə bilər.
4. Dövlət (bələdiyyə)
torpaqlarından pulsuz torpaq əldə etmiş fiziki şəxslər
torpaq sahəsini başqasına satdıqda,
bağışladıqda, yaxud başqa cür özgəninkiləşdirdikdə
onlara təkrarən pulsuz torpaq sahəsi verilmir.
5. "Torpaq islahatı haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə
torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə
satışı onların ərizələrinə əsasən
bələdiyyənin qərarı
və tərəflər arasında bağlanan müqavilə
ilə, vətəndaşların və
hüquqi şəxslərin mülkiyyətində olan
torpaqların alqı-satqısı isə onlar arasında
notarial qaydada bağlanan müqavilələrə əsasən
həyata keçirilir.[27]
Xüsusi şəhərsalma əhəmiyyətinə
malik bələdiyyə torpaqları layihələrlə
birlikdə və yaxud onlardan ayrı, habelə ərazi
planlaşdırılması əsasında yaşayış
məntəqəsinin infrastruktur sahələrinin
yaradılması üçün nəzərdə tutulan
torpaqlar bir qayda olaraq torpaq hərracları və ya müsabiqələri
vasitəsilə satılır.[28]
6. Bələdiyyənin ehtiyat fondunun
özəlləşdirilə bilən torpaqlarından Azərbaycan
Respublikasının fiziki və hüquqi şəxslərinə
torpaq sahəsi həmin ərazi üçün
adambaşına düşən orta torpaq norması digər normativlər və Qanunla müəyyən
edilmiş hədlər nəzərə alınmaqla,
müvafiq bələdiyyə
orqanının müəyyən etdiyi ölçüdə
satıla bilər.[29]
7. Fiziki və ya hüquqi şəxslərin
mülkiyyətində olan torpaq sahəsi satıldıqda onun
qiyməti bazar qiyməti ilə,
lakin normativ qiymətdən az olmamaq şərti ilə müəyyən
edilir.
Bələdiyyə mülkiyyətində
olan torpaq sahələri satıldıqda qiymətlər
torpağın normativ qiymətindən az olmamaq şərti ilə
bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr
tərəfindən müəyyən edilir. Bələdiyyələrin
kənd təsərrüfatına azyararlı və
yararsız torpaqları öz vəsaitləri hesabına yararlı
hala salaraq kənd təsərrüfatı məhsulları
istehsal edən Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinə satıldıqda bu torpaqlarda
torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qiymət
güzəştləri tətbiq olunur.[30]
8. Torpaq sahələrinin
alqı-satqısı aşağıdakı qaydada həyata
keçirilir:
- Bələdiyyənin ehtiyat fondunun
şəhər, qəsəbə və kənd
yaşayış məntəqələrinin
hüdudlarından kənarda
yerləşən torpaqlarından almaq istəyən Azərbaycan
Respublikasının fiziki və ya hüquqi şəxsləri
bu barədə müvafiq bələdiyyə orqanına müraciət edərək ərizədə
aşağıdakıları göstərir:[31]
a) əvvəllər torpaq sahəsi
alıb-almadığını;
b) ailə üzvlərindən torpaq
alanın olub-olmadığını;
v) ailə üzvlərinin sayını
və tərkibini;
q) torpaq sahəsindən hansı məqsəd
üçün istifadə edəcəyini;
ğ) torpaq sahəsinin
ölçüsünü və yerləşdiyi yeri;
d) ailə üzvlərindən şəhid
olan, müharibə əlili və hərbi xidmətdə olan,
xaricdə işləməyə və oxumağa gedən,
yaxud dövlət tərəfindən xüsusi göndərilənin
olub-olmadığı;
e) torpaq sahəsində tikilməsi, yaxud quraşdırılması
nəzərdə tutulan obyektin eskizi;
ə) daimi yaşayış yerini (fiziki şəxslər)
və ya hüquqi ünvanını (hüquqi şəxslər).[32]
- Bələdiyyə orqanı ərizəyə
10 gün müddətində baxır, torpaq ehtiyatı
imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni
həyata keçirmək üçün rayon, şəhər
torpaq şöbəsinə müvafiq tapşırıq verir.[33]
- Rayon, şəhər
torpaq şöbəsi qanunvericiliklə müəyyən
edilmiş qaydada satılması nəzərdə tutulan torpaq
sahəsinin planını (cizgisini) təsdiq edərək,
torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə
birlikdə 10 gün müddətində bələdiyyəyə
göndərir.[34]
a) satılacaq torpaq sahəsinin faktiki
ölçüsü barədə arayış;
b) satılacaq torpaq sahəsinin qayiməsindən
(sertifikatından) çıxarış;
v) ərazi üzrə adambaşına
düşən orta torpaq norması barədə
arayış;
q) satılması nəzərdə
tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından
çıxarış.[35]
- Əgər eyni sahəni almağa bir
neçə şəxs iddia edirsə,
aşağıdakılara üstünlük hüququ verilir:
a) satılan torpaq sahəsi yerləşən
təsərrüfatda işləyənlərə;
b) təsərrüfatın ərazisində
daimi yaşayan başqa şəxslərə;
v) kənd təsərrüfatı sahəsində
iş təcrübəsi olanlara;
q) şəhid ailələrinə,
müharibə əlillərinə, hərbi xidmətdə
olanlara və s.
d) bu
torpaqların əvvəlki istifadəçilərinə və
icarəçilərinə, habelə satışa
çıxarılan sahələrlə həmsərhəd
yerləşən kənd təsərrüfatı məhsulları
istehsalçılarına.[36]
- Qanunla nəzərdə
tutulmuş hallarda bələdiyyə torpaqlarının
satışı torpaq hərracları və ya müsabiqələri
vasitəsilə həyata keçirilir.[37]
- Fərdi yaşayış
evinin tikintisi üçün torpaq sahələrinin bələdiyyələr
tərəfindən bilavasitə ayrılması Azərbaycan
Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu
ilə təsdiq edilmiş “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.[38]
9. Şəhər, qəsəbə və
kənd yaşayış məntəqələrinin
hüdudları daxilində həyətyanı sahə,
yaşayış evi, fərdi
qaraj tikintisi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar,
ənənəvi xalq sənətləri və s. ilə məşğul
olmaq üçün torpaq almaq istəyən Azərbaycan
Respublikasının fiziki və ya hüquqi şəxsləri
müvafiq bələdiyyə orqanına ərizə ilə
müraciət edir (ərizədə 8-ci bəndin birinci
yarımbəndindəki məlumatlar göstərilməlidir).[39]
Qalan məsələlərin həlli müvafiq qanuna və bu qaydaların 8-ci
bəndində göstərilən şərtlərə
uyğun həyata keçirilir.[40]
10. vətəndaşlar
və hüquqi şəxslər mülkiyyətində olan
torpaq sahəsi (yaxud onun bir hissəsini) satmaq üçün
elan verir və aşağıdakı məlumatları
bildirir:
a)
yaşadığı ünvan;
b)
satılan torpaq sahəsinin ölçüsü;
v)
torpaq sahəsinin yerləşdiyi yeri;
q)
torpaqdan nə məqsədlə istifadə etdiyini;
ğ) torpağın satış qiymətini
və s. [41]
Fiziki və hüquqi şəxslərin torpaq sahəsinin alqı-satqısı iki tərəf
arasında notarial qaydada bağlanan müqavilə əsasında
həyata keçirilir.[42]
11. Tikinti altında olan torpaqların
satılması.
- Tikinti
altında olan torpaqlar Azərbaycan Respublikasının fiziki və
hüquqi şəxslərinə satıldıqda həmin
torpaq üzərindəki tikililərə mülkiyyət
hüququ müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.
- İdarə, müəssisə və
təşkilatların istifadəsində olan bina, obyekt və
ya hər hansı bir qurğu Azərbaycan Respublikasının
vətəndaşlarına və hüquqi şəxslərinə
satılarsa, onların altında olan torpaq sahəsinə
mülkiyyət hüququ da qanunvericiliyə uyğun olaraq yeni
mülkiyyətçiyə keçir.
Bu halda bir neçə mülkiyyətçi
olarsa, torpaq sahəsi üzərində mülkiyyət
hüququ qanunvericiliyə uyğun olaraq hər bir mülkiyyətçinin
əmlak payına uyğun müəyyən edilir.
- İdarə, müəssisə və
təşkilatların istifadəsində olan bina, obyekt və
ya hər hansı qurğu Azərbaycan Respublikasının vətəndaşı
olmayan şəxslərə, xarici
hüquqi şəxslərə, beynəlxalq birliklərə
və təşkilatlara, xarici dövlətlərə
satılarsa, onların altında olan torpaq sahəsi bələdiyyə
mülkiyyətində qalmaqla qanunvericiliyə uyğun olaraq
onların uzunmüddətli istifadəsinə və ya icazəsinə
verilir.[43]
12. Torpağa mülkiyyət
hüququ alıcıya qanunvericiliklə müəyyən
edilmiş qaydada daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyat anından keçir.[44]
|
|
|
||
|
|
|||
|
|
|
||
|
|
|||
|
|
|
||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|||
|
|
|
||
|
|
|
||
|
|
|
||
|
|
|
||
|
|
|
||
|
|
|||
|
|
|||
|
|
|
||
|
|
|
Kənd təsərrüfatı müəssisələrində
əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə
mülkiyyətinə verilməsi
QAYDALARI
Bu qaydalar "Sovxoz və kolxozların
islahatı haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq hazırlanmış, sovxoz və digər
kənd təsərrüfatı müəssisələrində
əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq
hüququ olan şəxslərin və əmlak payının
həcminin müəyyənləşdirilməsi, əmlakın
təsərrüfatın üzvləri arasında
bölünməsi və onun bir hissəsinin bələdiyyə
mülkiyyətinə verilməsi
məsələlərini tənzimləyir.
1. Kənd təsərrüfatı
müəssisələrində əmlakın ümumi dəyəri
onun inventarlaşdırılması və qiymətləndirilməsi
əsasında müəyyənləşdirilir.
2. Əmlakın ümumi dəyərinə
əsas və dövriyyə fondları, əmtəə-material
qiymətliləri, pul vəsaiti və digər maliyyə aktivləri
daxildir.
3. Əsas istehsal fondlarının tərkibinə
binalar, tikililər, qurğular, maşın və
avadanlıqlar, nəqliyyat vasitələri, məhsuldar mal-qara,
iş heyvanları, çoxillik əkmələr və digər
əsas istehsal fondları daxildir.
Binalar, tikililər, maşın və
avadanlıqlar, bar verən çoxillik əkmələr yenidən
qiymətləndirilərkən Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən
müəyyən olunmuş qiymətlərin artım əmsalları
tətbiq olunur.
Məhsuldar mal-qara və iş
heyvanlarının dəyəri ölkə üzrə
mövcud qiymətlər əsasında müəyyən
edilir.
4. Cavan çoxillik əkmələr,
bitməmiş istehsal və gələcək dövr
üçün xərclər islahat aparılan vaxtda faktiki məsrəflər
nəzərə alınmaqla qiymətləndirilir.
5. Pul vəsaitləri və digər
maliyyə aktivləri əmtəə-material qiymətliləri
balansı üzrə qəbul edilir.
6. Dövriyyə fondlarının (toxum,
yem, yanacaq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik
və zərərvericilərə qarşı işlədilən
preparatlar, kimyəvi maddələr və s.) dəyəri
faktiki qiymətlərlə müəyyən edilir.
7. Əsas və dövriyyə vəsaitlərinin,
bitməmiş istehsalın, başa
çatdırılmamış tikililərin və
quraşdırılması yarımçıq qalmış
avadanlıqların qiymətləndirilməsi Dövlət Aqrar
İslahatı Komissiyasının təsdiq etdiyi akt
formaları əsasında sənədləşdirilir.
8. Kənd təsərrüfatı
müəssisələri üzrə əmlakın dəyəri
müəyyən edildikdən sonra ondan təsərrüfat
üzvlərinə çatacaq pay fondunun ümumi məbləği
hesablanır. Bu məqsədlə əmlakın ümumi dəyəri
əsas fondların köhnəlmə
dəyəri, təsərrüfatın kreditor borcları,
özəlləşdirmənin Dövlət Proqramına
uyğun olaraq özəlləşdirilən, bələdiyyə
mülkiyyətinə verilən və ya ümumi istifadədə
qalan sosial infrastruktur və mühəndis-kommunikasiya obyektlərinin
dəyəri məbləğində azaldılır.
9. Təsərrüfatın bölünəcək
əmlakından pay almaq hüququ aşağıdakılara
verilir:
- sovxozların və digər dövlət
kənd təsərrüfatı müəssisələrinin
daimi işçilərinə;
- kolxozların üzvlərinə;
- kənd təsərrüfatı müəssisələrində
işləmiş və sonralar təqaüdə
çıxmış şəxslərə;
- əvvəllər kənd təsərrüfatı
müəssisələrində işləmiş və
hazırda müddətli hərbi xidmətdə olan və
seçkili dövlət orqanlarının tərkibinə
seçilmiş şəxslərə.
10. Ayrı-ayrı şəxslərin əmlak
payları təsərrüfatın əmlak fondunun
yaradılmasında bu şəxslərin əmək sərfi əsasında
müəyyənləşdirilir. Əsas sərfi
işçilərin son beş ildə aldıqları indeksləşdirilmiş
əmək haqları və onların iş stajı nəzərə
alınmaqla hesablanır. Bu zaman orta illik əmək
haqqının hesablanması pensiyaya çıxan
işçinin orta illik əmək haqqının
hesablanması qaydasına uyğun olaraq aparılır.
11. Təsərrüfat üzrə əmək
sərfini hesablamaq üçün onun əmlakından pay
almaq hüququ olanların hər birinin son beş ildə
indeksləşdirilmiş orta illik əmək haqqı həmin
təsərrüfat üzrə orta illik əmək haqqına
bölünür. Alınan əmsal hər bir işçinin
iş stajına vurulmaqla onun əmək sərfi müəyyən
olunur. Bütün işçilərin əmək sərfi
toplanaraq təsərrüfat üzrə əmək sərfinin
miqdarı müəyyənləşdirilir.
12. Təsərrüfat üzvlərinə
çatacaq pay fondunun ümumi məbləğinin təsərrüfat
üzrə əmək sərfinin miqdarına bölünməsi
yolu ilə hər bir nəfərə çatacaq orta illik pay
haqqı müəyyən edilir. Təsərrüfatın
bütün işçilərinə çatacaq orta illik pay
haqqı işçinin əmək sərfinə vurulmaqla ona
çatacaq əmlak payının məbləği
hesablanır (Təsərrüfatın hər bir üzvünə
çatacaq əmlak payının hesablanması qaydasına
dair əyani misal bu əsasnaməyə əlavədə
verilmişdir).
13. Əmlak payından qanunvericiliyə
uyğun aşağıdakı istiqamətlərdə istifadə
oluna bilər:
- əmlak pay haqqını alaraq təsərrüfatdan
çıxıb fərdi təsərrüfat yaratmaq;
- təsərrüfat üzrə
bütövlükdə və ya onun bir hissəsi əsasında
səhmdar cəmiyyəti yaranarsa, pay haqqını səhmdar
cəmiyyətin nizamnamə fonduna qoymaq;
- payı bəlli (birgə) təsərrüfat
yaradılarsa, fərdi pay haqlarını üzvlük pay
haqqı kimi qoymaq;
- əmlak payını digər pay
haqqı sahiblərinə bütövlükdə və ya qismən
satmaq, güzəştli qiymətlə satmaq, icarəyə
vermək və s.;
- qanunvericiliyə uyğun əmlakı
vərəsəliyə vermək və ya
bağışlamaq.
14. Təsərrüfatın əmlakı
onun işçiləri arasında bir qayda olaraq natura şəklində
bölünür. Təsərrüfatın üzvlərinə
əmlak payının naturada verilməsi mümkün
olmadıqda onun dəyəri işçilərə pul ifadəsində
ödənilir.
15. Təsərrüfatın hər
hansı bir istehsal obyekti bir neçə şəxsə verilə
bilər. Bu halda obyektin ümumi dəyəri işçilərin
əmlak payına uyğun bölüşdürülür.
Obyektin ümumi dəyəri ona sahib olan işçilərin əmlak
payının cəmindən çox olarsa, yeni mülkiyyətçilərin
qarşılıqlı razılığı əsasında
istehsal obyekti üzrə qalan dəyərin fərqi üzrə
ödənişlər aparıla bilər.
16. Əmlakın pay haqları üzrə
bölüşdürülməsi mümkün olmadıqda,
mövcud qanunvericiliyə uyğun olaraq həmin əmlakın
satışı təşkil edilir və ya paylar birləşdirilərək
onun hər bir üzvünün payı bəlli olmaqla birgə
təsərrüfat yaradılır.
17. Qanunvericiliyə uyğun olaraq əmlak
fondundan pay alan şəxslər malik olduqları əmlakın
tam sahibidirlər və
mövcud qanunvericiliyə uyğun olaraq ondan istifadə istiqamətlərini
sərbəst seçirlər.
18. Əmlak bölüşdürülərkən
obyektlə birlikdə onun altında olan torpaq sahəsi
mövcud qanunvericiliyə uyğun olaraq yeni sahibkarlara verilir.
Qanunvericiliyə uyğun olaraq həmin obyekt üzrə ödənilməyən
kredit qalığını yeni sahibkarlar ödəyirlər.
Kredit qalığının hər hansı bir konkret obyektə
aid edilməsi mümkün olmayan hallarda kredit
qalığının məbləği yeni sahibkarların
arasında əmlak payının həcminə uyğun olaraq
bölüşdürülür.
Vaxtı keçmiş və ödənilməsi
mümkün olmayan bank ssudalarının silinməsi Dövlət
Aqrar İslahatı Komissiyasının təklifinə əsasən
mövcud qanunvericiliyə uyğun olaraq həll edilir.
Əmlak haqqı üzrə borcları
ödəmək mümkün olmadıqda vətəndaşların
əmlak payı onlara çatacaq əmək haqqı həcmində
artırılır.
19. Təsərrüfatın mülkiyyətində
olan maşın-traktor və avtomobil parkı, təmir-tikinti
emalatxanası, təsərrüfatdaxili kollektor-drenaj şəbəkəsi,
hidrotexniki qurğular, nasos stansiyaları, subartezian və
artezian quyuları, təmir-tikinti təşkilatı, anbar və
yanacaq təsərrüfatı, baytarlıq xidməti obyekti,
emal sexləri və digər xidmət sahələri əmlakda
pay hüququ olanların razılığı ilə yeni təsərrüfat
formalarına istehsal-texniki xidmət göstərmək
üçün aqroservis müəssisələrinə
çevrilə bilərlər. Bu müəssisələrdə
payı olan hər bir şəxs təsisçi hesab edilir. Həmin
müəssisələrin yaradılması və fəaliyyəti
müvafiq qanunvericiliyə uyğun təmin edilir.
20. İcarədə olan obyektlərlə
bağlı münasibətlər icarə qanunvericiliyinə
uyğun olaraq tənzimlənir.
21. Təsərrüfatın sosial
infrastruktur obyektlərinin özəlləşdirilməsi Azərbaycan
Respublikasında 1995—1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət
Proqramına uyğun olaraq həyata keçirilir və bu barədə
qəbul edilmiş normativ sənədlərlə tənzimlənir.
22. Bələdiyyə mülkiyyətinə
verilən sosial infrastruktur obyektləri əmlakı təhvilvermə
və qəbuletmə aktı ilə sənədləşdirilir.
Aktda hər bir obyekt üzrə onların tikintisinə sərf
edilmiş, lakin ödənilməmiş uzunmüddətli
kreditin həcmi və onun kim tərəfindən ödənilməsi
dəqiqləşdirilir.
23. Bələdiyyə mülkiyyətinə
veriləcək, birgə sahibkarlığa əsaslanan
xüsusi mülkiyyətdə qalacaq və ya satılacaq əmlak
haqqında təklifləri Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Əmlak
Məsələləri Dövlət Komitəsinin ərazi
bölmələri yerli aqrar islahatı komissiyası ilə
birlikdə hazırlayır.[46]
|
|
|
Əmlakın payının
hesablanması üzrə misal:
Təsərrüfat üzrə əmlakın
inventarlaşdırılması və yenidən qiymətləndirilməsi
nəticəsində onun əmlakının ümumi dəyəri
100 milyon manat təşkil etmişdir. Bu əmlakdan 30 milyon
manata bərabər əmlak sosial infrastruktur və mühəndis
kommunikasiya obyektləridir və onlar ümumi istifadədə
qalmaqla bələdiyyə
mülkiyyətinə verilir və ya özəlləşdirmənin
Dövlət Proqramına uyğun olaraq özəlləşdirilir.
Beləliklə, təsərrüfatın 70 milyon manatlıq əmlakı
onun pay almaq hüququ olan 200 nəfər işçisi
arasında bölüşdürülməlidir.
Təsərrüfat üzrə son
beş ildə indeksləşdirilmiş orta illik əmək
haqqı müəyyən olunmuş qayda əsasında
hesablanaraq 500000 manata bərabər olmuşdur, o cümlədən
siyahı üzrə 1 nömrəli işçinin orta illik əmək
haqqı 550000 manata, 2 nömrəli işçinin orta illik əmək
haqqı 525000 manata, 3 nömrəli işçinin orta illik əmək
haqqı 450000 manata və s. 200 nömrəli işçinin
orta illik əmək haqqı 475000 manata bərabərdir. Eyni
zamanda 1 nömrəli işçinin iş stajı 25 il, 2
nömrəli işçinin iş stajı 30 il, 3 nömrəli
işçinin iş stajı 15 il və s. 200 nömrəli
işçinin iş stajı 20 ildir.
Hər bir işçinin orta illik əmək
haqqı təsərrüfat üzrə orta illik əmək
haqqına bölünməklə və alınan rəqəm
onun iş stajına vurulmaqla işçinin əmək sərfi
müəyyən edilir:
1 nömrəli işçi —
(550000:500000)x25=27,5
2 nömrəli işçi —
(525000:500000)x30=31,5
3 nömrəli işçi —
(450000:500000)x15=13,5
200 nömrəli işçi —
(475000:500000)x20=19
Tutaq ki, təsərrüfat üzrə əmək
sərfinin cəmi 5000-dir (27,5+31,5+13,5+...+19=5000).
Təsərrüfatın bölünəcək
əmlakının dəyərini (70 milyon manat) əmək sərfinin
cəminə (5000) bölməklə bir nəfərə
çatacaq orta illik pay haqqı müəyyənləşdirilir:
70000000:5000=14000 manat
Bölünəcək əmlak fondundan
təsərrüfatın hər bir üzvünə
çatacaq əmlak payı aşağıdakı qaydada
hesablanır:
1 nömrəli işçi —
14000x27,5=385000 manat
2 nömrəli işçi —
14000x31,5=441000 manat
3 nömrəli işçi —
14000x13,5=189000 manat
200 nömrəli işçi —
14000x19=266000 manat
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 464)
2.
4 iyul 2001-ci il tarixli 528 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 465)
3.
11 Oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 10, maddə 640)
4.
21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 775)
5.
26 dekabr 2001-ci il tarixli 615 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 761)
6.
24 avqust 2002-ci il tarixli 760 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 08, maddə 480)
7.
23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 545)
8.
23 Oktyabr 2003-cü il tarixli 972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə
577)
9.
23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə
581)
10.
23 Oktyabr 2003-cü il tarixli 978 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 583)
11.
25 may 2006-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 409)
12.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 590)
13.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul
2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹7, maddə 610)
14.
8 iyul 2014-cü il tarixli 215 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 iyul
2014-cü il, ¹ 146; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 797)
15.
15 fevral 2016-cı il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 19 fevral
2016-cı il, ¹ 38; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 250)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 15 fevral 2016-cı il tarixli 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 19 fevral
2016-cı il, ¹ 38; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 250) ilə 1-ci hissə ləğv edilmişdir.
[2] 25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 409) ilə 1-ci bəndinin altıncı abzası və bu
abzasla təsdiq edilən “Torpağa mülkiyyət və
istifadə hüququna dair sənədlərin
hazırlanması, qeydiyyatı və verilməsi haqqında
Əsasnamə” çıxarılmlşdır.
[3] 4 iyul 2001-ci il tarixli 528
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə
465) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının kompleks
yerquruluşu layihələrinin hazırlanması və təsdiq
edilməsi haqqında Əsasnamə"nin 1-ci bəndində
"maddələrinin"
sözündən sonra "və
"Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu haqqında" Azərbaycan Respublikası
Qanununun 18-ci və 19-cu maddələrinin" sözləri
əlavə edilmişdir.
21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfat müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının kompleks yerquruluşu layihələrinin
hazırlanması və təsdiq edilməsi haqqında
Əsasnamə"nin 1-ci bəndində "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[4] 4 iyul 2001-ci il tarixli 528
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə
465) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının kompleks
yerquruluşu layihələrinin hazırlanması və təsdiq
edilməsi haqqında Əsasnamə"nin 3-cü bəndində
"Azərbaycan Respublikası
Dövlət Aqrar İslahatı Komissiyasının
tapşırığına" və "rayon aqrar islahatı komissiyası"
sözləri müvafiq olaraq "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin qərarına" və "rayon torpaq şöbəsi"
sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfat müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının kompleks yerquruluşu layihələrinin
hazırlanması və təsdiq edilməsi haqqında
Əsasnamə"nin 3-cü bəndində "Dövlət Torpaq" sözlərindən
sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[5] 25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə
409) ilə “Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının kompleks
yerquruluşu layihələrinin hazırlanması və təsdiq
edilməsi haqqında Əsasnamə”nin 4-cü bənddə “payları” sözündən
sonra “qanunvericiliklə müəyyən
edilmiş qaydada” sözləri, “ayrılır” sözündən sonra “, eləcə də həmin torpaq
sahəsi üzrə torpaq sahəsinin planı və
ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə
verilir” sözləri əlavə edilmişdir.
[6] 25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə
409) ilə “Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının kompleks
yerquruluşu layihələrinin hazırlanması və təsdiq
edilməsi haqqında Əsasnamə”nin 5-ci bənd
çıxarılmışdır.
[7] 4 iyul 2001-ci il tarixli 528
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 465) ilə "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin özəlləşdiriləcək
torpaqlarının keyfiyyəti nəzərə alınmaqla
torpaq paylarının müəyyən edilməsi haqqında
Əsasnamə"nin 6-cı bəndində birinci abzasında
"rayon aqrar islahatı
komissiyası" sözləri "rayon torpaq şöbəsi" sözləri ilə
əvəz edilmişdir.
24 avqust 2002-ci il tarixli 760
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 08, maddə
480) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının keyfiyyəti
nəzərə alınmaqla torpaq paylarının müəyyən
edilməsi haqqında Əsasnamə"nin 6-cı bəndinin
birinci hissəsində "rayon
aqrar islahatı komissiyası" sözləri "yerli icra hakimiyyəti orqanı"
sözləri ilə əvəz edilmişdir.
[8] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının keyfiyyəti
nəzərə alınmaqla torpaq paylarının müəyyən
edilməsi haqqında Əsasnamə"nin 7-ci bəndində
"Dövlət Torpaq" sözlərindən
sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə
409) ilə “Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
özəlləşdiriləcək torpaqlarının keyfiyyəti
nəzərə alınmaqla torpaq paylarının müəyyən
edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət
hüququna dair müəyyən edilmiş formada sənədləri
hazırlayır və 10 gün müddətində Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsində
qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən
edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi
üzrə torpaq sahəsinin planını və
ölçüsünü hazırlayır və” sözləri
ilə əvəz edilmişdir.
[9] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 775) ilə "Vətəndaşların qanuni istifadəsindəki
(fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının icarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə"nin 2-ci bəndində
"Azərbaycan Respublikası
Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[10] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Vətəndaşların
qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin,
həyətyanı sahələrin, fərdi, kollektiv və
kooperativ bağların, dövlət bağçılıq
təsərrüfatının icarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə"nin 3-cü bəndinin
1-ci abzasında "Azərbaycan
Respublikası Dövlət Torpaq" sözlərindən
sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[11] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 775) ilə "Vətəndaşların qanuni istifadəsindəki
(fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının icarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə"nin 4-cü bəndində
"Azərbaycan Respublikası
Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə
409) ilə "Vətəndaşların
qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin,
həyətyanı sahələrin, fərdi, kollektiv və
kooperativ bağların, dövlət bağçılıq
təsərrüfatının icarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə"nin 4-cü bəndində
“torpaqlar üzərində
mülkiyyət hüququna dair qanunvericilikdə nəzərdə
tutulmuş formada torpağın mülkiyyətə verilməsinə
dair şəhadətnamə” sözləri “torpaq sahəsi üzrə torpaq
sahəsinin planını və ölçüsünü”
sözləri ilə əvəz edilmişdir.
[12] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Vətəndaşların
qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin,
həyətyanı sahələrin, fərdi, kollektiv və
kooperativ bağların, dövlət bağçılıq
təsərrüfatının icarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə"nin 5-ci bəndində
"Azərbaycan Respublikası
Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 409) ilə "Vətəndaşların qanuni istifadəsindəki
(fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ bağların, dövlət
bağçılıq təsərrüfatının icarəçiliyindəki
bağların) torpaqların onların mülkiyyətinə
verilməsi haqqında Əsasnamə"nin 5-ci bənd yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
5. Vətəndaşlara onların
mülkiyyətinə verilən fərdi yaşayış evlərinin,
həyətyanı sahələrin və bağların
altında olan torpaqlar üzərində mülkiyyət
hüququna dair şəhadətnamələr Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət
Torpaq Komitəsi yerqurluşu xidməti orqanları tərəfindən
2 nüsxədə hazırlanır, təsdiq edilir və bir
nüsxəsi torpaq şöbəsi olmayan şəhərlərdə
şəhər memarlıq şöbəsinə və
Bakı şəhərində isə fərdi yaşayım
evləri və həyətyanı sahələr
altındakı torpaqlarla dair şəhadətnamələr
şəhər rayonların memarlıq şöbəsinə,
bağlara dair şəhadətnamələr Bağlar Təsərrüfatının
İnkişafı və İstismarı Birliyinə göndərilir.
[13] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
torpaqlarının özəlləşdirilməsi (xüsusi
hallar nəzərə alınmaqla) haqqında Əsasnamə"nin
3-cü bəndində bəndində "Dövlət Torpaq" sözlərindən sonra
" və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[14] 24 avqust 2002-ci il tarixli 760
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 08, maddə
480) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
torpaqlarının özəlləşdirilməsi (xüsusi
hallar nəzərə alınmaqla) haqqında Əsasnamə"nin
4-cü bəndinin üçüncü hissəsində
"istifadəyə"
sözü "icarəyə"
sözü ilə əvəz edilmişdir.
[15] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 775) ilə "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin torpaqlarının özəlləşdirilməsi
(xüsusi hallar nəzərə alınmaqla) haqqında
Əsasnamə"nin 5-ci bəndində "Azərbaycan Respublikası Dövlət Torpaq"
sözlərindən sonra " və
Xəritəçəkmə" sözləri əlavə
edilmişdir.
25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə
409) ilə “Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
torpaqlarının özəlləşdirilməsi (xüsusi
hallar nəzərə alınmaqla) haqqında Əsasnamə”nin
5-ci bəndinin birinci cümlədən “torpağa mülkiyyət və istifadə hüququna
dair” sözləri və ikinci cümlə çıxarılmışdır
və bu cümlənin sonuna “və
vətəndaşlara verir” sözləri əlavə
edilmişdir
[16] 25 may 2006-cı il tarixli 411
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 409) ilə “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı
müəssisələrinin torpaqlarının özəlləşdirilməsi
(xüsusi hallar nəzərə alınmaqla) haqqında
Əsasnamə”nin 5-ci bəndə yeni məzmunda ikinci abzas əlavə
edilmişdir.
[17] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
torpaqlarının özəlləşdirilməsi (xüsusi
hallar nəzərə alınmaqla) haqqında Əsasnamə"nin
8-ci bəndində "Azərbaycan
Respublikası Dövlət Torpaq" sözlərindən
sonra " və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[18] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Sovxoz, kolxoz və digər
kənd təsərrüfatı müəssisələrinin
torpaqlarının özəlləşdirilməsi (xüsusi
hallar nəzərə alınmaqla) haqqında Əsasnamə"nin
9-cu bəndinin 2-ci və 3-cü abzaslarında "Azərbaycan Respublikası Dövlət
Torpaq" sözlərindən sonra " və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
[19] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Torpağa mülkiyyət
və istifadə hüququna dair sənədlərin
hazırlanması, qeydiyyatı və verilməsi haqqında
Əsasnamə"nin 6-cı bəndində "Azərbaycan Respublikası Dövlət
Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpağa
mülkiyyət və istifadə hüququna dair sənədlərin
hazırlanması, qeydiyyatı və verilməsi
haqqında" Əsasnamənin 6-cı bəndinin birinci
abzasında "dövlət
orqanı" sözlərindən sonra "və ya bələdiyyə"
sözləri və "əlavə
edilmiş" sözlərindən sonra "1:500, 1:2000, 1:5000" rəqəmləri
əlavə edilmişdir.
[20] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 775) ilə "Torpağa mülkiyyət və istifadə
hüququna dair sənədlərin hazırlanması,
qeydiyyatı və verilməsi haqqında Əsasnamə"nin
7-ci bəndində "Azərbaycan
Respublikası Dövlət Torpaq" sözlərindən
sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[21] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Torpağa mülkiyyət
və istifadə hüququna dair sənədlərin
hazırlanması, qeydiyyatı və verilməsi haqqında
Əsasnamə"nin 8-ci bəndinin 2-ci abzasında "Azərbaycan Respublikası Dövlət
Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
[22] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 775) ilə "Torpağa mülkiyyət və istifadə
hüququna dair sənədlərin hazırlanması,
qeydiyyatı və verilməsi haqqında Əsasnamə"nin
10-cu bəndində "Azərbaycan
Respublikası Dövlət Torpaq" sözlərindən
sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
[23] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Torpağa mülkiyyət
və istifadə hüququna dair sənədlərin
hazırlanması, qeydiyyatı və verilməsi haqqında
Əsasnamə"nin 13-cü bəndinin 1-ci abzasında "Azərbaycan Respublikası Dövlət
Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
[24] . 4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 464) ilə "Torpağa mülkiyyət və istifadə
hüququna dair sənədlərin hazırlanması,
qeydiyyatı və verilməsi haqqında Əsasnamə"yə
14-cü bənd əlavə edilmişdir.
[25] 21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Yardımçı kənd
təsərrüfatı üçün sovxoz və
kolxozların ərazisindən nazirliklərə, komitələrə,
şirkətlərə, birliklərə, müəssisələrə,
idarələrə və təşkilatlara verilmiş
torpaqların onların istifadəsində saxlanılması,
yaxud bütövlükdə və ya qismən əvvəlki
istifadəçilərinə qaytarılması
Qaydaları"nın 1-ci bəndində "Azərbaycan Respublikasının və Naxçıvan
Muxtar Respublikasının dövlət torpaq komitələri"
sözləri "Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Dövlət Torpaq Komitəsi" sözləri ilə əvəz
edilmişdir.
21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Yardımçı kənd
təsərrüfatı üçün sovxoz və
kolxozların ərazisindən nazirliklərə, komitələrə,
şirkətlərə, birliklərə, müəssisələrə,
idarələrə və təşkilatlara verilmiş
torpaqların onların istifadəsində saxlanılması,
yaxud bütövlükdə və ya qismən əvvəlki
istifadəçilərinə qaytarılması
Qaydaları"nın 4-cü bəndində "Azərbaycan Respublikası Dövlət
Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri
əlavə edilmişdir.
21 dekabr 2001-ci il tarixli 609
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
775) ilə "Yardımçı kənd
təsərrüfatı üçün sovxoz və
kolxozların ərazisindən nazirliklərə, komitələrə,
şirkətlərə, birliklərə, müəssisələrə,
idarələrə və təşkilatlara verilmiş
torpaqların onların istifadəsində saxlanılması,
yaxud bütövlükdə və ya qismən əvvəlki
istifadəçilərinə qaytarılması
Qaydaları"nın 5-ci bəndində "Azərbaycan Respublikası Dövlət Torpaq"
sözlərindən sonra "və
Xəritəçəkmə" sözləri əlavə
edilmişdir.
26 dekabr 2001-ci il tarixli 615
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
761) ilə "Yardımçı kənd
təsərrüfatı üçün sovxoz və
kolxozların ərazisindən nazirliklərə, komitələrə,
şirkətlərə, birliklərə, müəssisələrə,
idarələrə və təşkilatlara verilmiş
torpaqların onların istifadəsində saxlanılması,
yaxud bütövlükdə və ya qismən əvvəlki
istifadəçilərinə qaytarılması
Qaydaları"nın 7-ci bəndinin "v)" yarımbəndi
çıxarılmışdır.
24 avqust 2002-ci il tarixli 760
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 08, maddə 480) ilə "Yardımçı kənd təsərrüfatı
üçün sovxoz və kolxozların ərazisindən
nazirliklərə, komitələrə, şirkətlərə,
birliklərə, müəssisələrə, idarələrə
və təşkilatlara verilmiş torpaqların onların istifadəsində
saxlanılması yaxud bütövlükdə və ya qismən
əvvəlki istifadəçilərinə qaytarılması
Qaydaları" qüvvədən düşmüş hesab
edilmişdir.
[26] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 1-ci bəndin
üçüncü abzasında ", o cümlədən kənd təsərrüfatına
az yararlı və yararsız" sözləri
çıxarılmışdır.
[27] 23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 581) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 5-ci bəndinin
"rayon, şəhər bələdiyyə
orqanlarının" sözləri "bələdiyyə orqanlarının" sözləri
ilə əvəz edilmişdir.
8 iyul 2014-cü il tarixli 215
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 11 iyul
2014-cü il, ¹ 146; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 797) ilə “Torpaqların
alğı-satqısı Qaydaları”nın 5-ci bəndin
birinci abzasında “bələdiyyə
orqanlarının qərarı ilə” sözləri “bələdiyyənin qərarı
və tərəflər arasında bağlanan müqavilə
ilə” sözləri ilə əvəz edilmişdir.
[28] 23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 581) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 5-ci bəndə
ikinci abzas əlavə edilmişdir.
[29] 23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 581) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 6-cı bəndinin
"rayon, şəhər bələdiyyə
orqanının" sözləri "bələdiyyə orqanının" sözləri
ilə əvəz edilmişdir.
23 Oktyabr 2003-cü il tarixli 978 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü
il, ¹ 10, maddə 583) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 6-cı bənddə
"və digər normativlər"
sözləri "digər
normativlər və Qanunla müəyyən edilmiş hədlər"
sözləri ilə əvəz edilmişdir.
[30] 23 Oktyabr 2003-cü il tarixli 978 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 583) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 7-ci bəndə
yeni məzmunda ikinci abzas əlavə edilmişdir.
[31] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 8-ci bəndin
ikinci abzasında "ehtiyat
fondunun şəhər, qəsəbə və kənd
yaşayış məntəqələrinin
hüdudlarından kənarda yerləşən"
sözləri çıxarılmışdır.
[32] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 8-ci bəndin səkkizinci
abzasından sonra "e"
və "ə"
yarımbəndləri əlavə edilmişdir.
[33] 23 Oktyabr 2003-cü il tarixli 978 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 583) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 8-ci bəndinin
doqquzuncu abzasda "5" rəqəmi
"10" rəqəmi ilə
əvəz edilmişdir.
[34] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 8-ci bəndin
onuncu abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
Rayon,
şəhər torpaq şöbəsi 15 gün müddətində
aşağıdakı sənədləri hazırlayıb bələdiyyə
orqanına təqdim edir:
[35] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 8-ci bəndin on
birinci-on dördüncü abzasları
çıxarılmışdır.
[36] 23 Oktyabr 2003-cü il tarixli 978 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 583) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 8-ci bəndinin on
doqquzuncu abzasdan sonra yeni məzmunda "d)" yarımbəndi
əlavə edilmişdir.
[37] 4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 464) ilə "Torpaqların alqı-satqı
Qaydaları"nın 8-ci bəndin iyirminci abzasında "hərrac (auksion)" sözləri
"auksion" sözü
ilə əvəz edilmişdir.
23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 8-ci bəndin iyirminci
abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
İddiaçılar bərabər
hüquqlara malik olduqda torpaq sahəsi müvafiq qaydada auksion keçirmək yolu ilə
satılır.
[38] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 8-ci bəndin
iyirmi birinci abzasında "10"
rəqəmi "5" rəqəmi
ilə əvəz edilmişdir.
23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 581) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 8-ci bəndinin
2-ci, 3-cü və 6-cı abzaslarında "rayon, şəhər bələdiyyə orqanı"
sözləri "bələdiyyə
orqanı" sözləri ilə əvəz edilmişdir.
8 iyul 2014-cü il tarixli 215
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 11 iyul
2014-cü il, ¹ 146; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 797) ilə "Torpaqların alqı-satqısı
Qaydaları"nın 8-ci bəndin iyirmi
dördüncü abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bələdiyyə orqanı 5 gün müddətində məsələyə
baxıb müvafiq qərar qəbul edir. Satışa icazə
verildikdə torpaq sahəsini
alan şəxs onun dəyərini (pulla) bələdiyyənin
müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş
formaya uyğun olaraq torpaqların alqı-satqısına dair
üç nüsxədən ibarət akt tərtib edilir.
Aktı müvafiq bələdiyyə orqanının rəhbəri,
torpaq şöbəsinin müdiri və torpaq alan şəxs
imzalayır və o, möhürlə təsdiq edilir.
[39] 23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 581) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 9-cu bəndinin
"rayon, şəhər bələdiyyə
orqanı" və sözləri "bələdiyyə orqanı" sözləri ilə
əvəz edilmişdir.
[40] 23 Oktyabr 2003-cü il tarixli 940 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 545) ilə "Torpaqların
alqı-satqısı" qaydalarının 9-cu bəndin
ikinci abzasında "həlli"
sözündən sonra "müvafiq
qanuna və" sözləri əlavə edilmişdir.
[41] 4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 464) ilə "Torpaqların alqı-satqı
Qaydaları"nın 10-cu bəndin birinci-altıncı
abzaslar çıxarılmışdır.
[42] 4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 464) ilə "Torpaqların alqı-satqı
Qaydaları"nın 10-cu bəndin sonuncu abzasın əvvəlinə
"Fiziki və hüquqi şəxslərin"
sözləri əlavə edilmişdir.
[43] 23 Oktyabr 2003-cü il tarixli 972 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 577) ilə "Torpaqların
alqı-satqısı Qaydaları"nın 11-ci bəndin
beşinci abzasında "xarici
ölkələrin hüquqi şəxslərinə"
sözləri "xarici
hüquqi şəxslərə, beynəlxalq birliklərə
və təşkilatlara, xarici dövlətlərə"
sözləri ilə əvəz edilmişdir.
[44] 4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 07, maddə 464) ilə "Torpaqların alqı-satqı
Qaydaları"nın 10-cu bəndinə 12-ci bənd əlavə
edilmişdir.
[45] 23 Oktyabr 2003-cü il tarixli 976 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 581) ilə "Torpaqların
alqı-satqısı qaydaları"na əlavənin birinci və
üçüncü bəndlərində "rayon, şəhər bələdiyyə
orqanının", sözləri
"bələdiyyə
orqanının" sözləri ilə əvəz
edilmişdir.
8 iyul 2014-cü il tarixli 215
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 11 iyul
2014-cü il, ¹ 146; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 797) ilə “Torpaqların
alğı-satqısı Qaydaları”na Əlavə -
“Torpaqların alğı-satqısına dair Akt”
çıxarılmışdır.
[46] 11 Oktyabr 2001-ci il tarixli 587
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 10, maddə 640) ilə "Kənd təsərrüfatı müəssisələrində
əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə
mülkiyyətinə verilməsi Qaydaları"nın
23-cü bəndində "Dövlət
Əmlak Komitəsinin" sözləri "İqtisadi İnkişaf
Nazirliyinin" sözləri ilə əvəz
edilmişdir.
6 iyul 2006-cı il tarixli 426
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə
590) ilə Kənd təsərrüfatı
müəssisələrində əmlakın bölünməsi
və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə
verilməsi Qaydaları”nın 23-cü bəndində “İqtisadi İnkişaf
Nazirliyinin” sözləri “Dövlət
Əmlakının İdarə Edilməsi üzrə Dövlət
Komitəsinin” sözləri ilə əvəz
edilmişdir.
2 iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹7, maddə 610) ilə "Kənd təsərrüfatı müəssisələrində
əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə
mülkiyyətinə verilməsi Qaydaları"nın
23-cü bəndində "Dövlət
Əmlakının İdarə Edilməsi üzrə Dövlət
Komitəsinin yerli orqanları" sözləri "Əmlak Məsələləri
Dövlət Komitəsinin ərazi bölmələri"
sözləri ilə əvəz edilmişdir.