"BMT-nin
ixtisaslaşmış təşkilatlarının imtiyaz
və immunitetləri
haqqında" Konvensiyaya qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikası "BMT-nin ixtisaslaşmış
təşkilatlarının imtiyaz və immunitetləri
haqqında" 1947-ci il 21 noyabr tarixli Konvensiyaya müvafiq qeyd-şərtlər və
bəyanat ilə (qeyd-şərtlərin və
bəyanatın mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 2 oktyabr 2006-cı il
¹ 141-IIIQ
BMT-nin
ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında
KONVENSİYA
Birləşmiş
Millətlər Təşkilatının Baş Məclisinin
1946-cı il fevralın 13-də qəbul
etdiyi, Birləşmiş Millətlər
Təşkilatının və müxtəlif
ixtisaslaşmış təşkilatların istifadə
etdikləri imtiyaz və immunitetlərin mümkün
qədər unifikasiyasını
nəzərdə tutan qətnaməsini nəzərə
alaraq,
Birləşmiş
Millətlər Təşkilatı və
ixtisaslaşmış təşkilatlar arasında yuxanda qeyd
olunan qətnamənin tətbiqinə dair
məsləhətləşmələrin artıq
keçirildiyini nəzərə
alaraq,
Nəticə
etibarilə qəbul etmək üçün
ixtisaslaşmış təşkilatlara və qoşulmaq üçün Birləşmiş
Millətlər Təşkilatının hər bir
üzvünə və bir, yaxud bir neçə
ixtisaslaşmış təşkilatın hər bir digər üzv
dövlətinə təqdim edilmiş aşağıdakı
Konvensiyanı, Baş Məclis 1947-ci il
noyabrın 21-də qəbul etdiyi 179 (II) nömrəli
qətnaməsi ilə təsdiq etmişdir.
M a d d
ə I - Anlayışlar və tətbiq
dairəsi
Bölmə 1
Bu Konvensiyada:
(i) "standart
maddələr" ifadəsi II-IX maddələrin
müddəalarına aid edilir.
(ii)
"ixtisaslaşmış təşkilatlar" ifadəsi
aşağıdakılara aid edilir:
(a) Beynəlxalq Əmək
Təşkilatı;
(b) Birləşmiş Millətlər
Təşkilatının Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı;
(c) Birləşmiş Millətlər
Təşkilatının Təhsil, Elm və
Mədəniyyət məsələləri Təşkilatı;
(d) Beynəlxalq Mülki Aviasiya
Təşkilatı;
(e) Beynəlxalq Valyuta Fondu;
(f)
Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı;
(g) Ümumdünya Səhiyyə
Təşkilatı;
(h)
Ümumdünya Poçt İttifaqı;
(i)
Beynəlxalq Telekommunikasiya İttifaqı; və
(j)
Nizamnamənin 57-ci və 63-cü maddələrinə
uyğun olaraq, Birləşmiş Millətlər
Təşkilatı ilə əlaqədə olan bütün
digər təşkilatlar.
(iii)
"Konvensiya" ifadəsi, istənilən
ixtisaslaşmış təşkilata münasibətdə, 36
və 38-ci bölmələrə
əsasən həmin təşkilatlar tərəfindən
təqdim edilmiş əlavənin
yekun (və ya yenidən baxılmış) mətninə
uyğun olaraq dəyişdirilmiş standart
maddələri ifadə edir.
(iv) III
maddədə nəzərdə tutulan "əmlak və
aktivlər" ifadəsi, eyni zamanda,
ixtisaslaşmış təşkilatların öz nizamnamələrində
nəzərdə tutulan funksiyaları
yerinə yetirən zaman idarə etdikləri əmlaka və
fondlara aid edilir.
(v) V və VII
maddələrdə nəzərdə tutulan
"üzvlərin nümayəndələri" ifadəsi nümayəndələr,
müavinlər, müşavirlər, texniki ekspertlər və
nümayəndə heyətlərinin katiblərinə aid
edilir.
(vi) 13, 14, 15
və 25-ci bölmələrdə nəzərdə tutulan
"ixtisaslaşmış təşkilatlar
tərəfindən çağırılan iclaslar"
ifadəsi: (1) (adlarından asılı olmayaraq) onların
ümumi yığıncaqlarının və icra
orqanlarının, (2) onların nizamnamələrində nəzərdə tutulan komissiyaların,
(3) onlar tərəfindən çağırılan
konfransların və (4) həmin
orqanların istənilən komitəsinin iclaslarına aid
edilir.
(vii)
"icraçı rəhbər" dedikdə, müvafıq
ixtisaslaşmış təşkilatın, onun "baş direktor" və ya hər hansı bir
digər şəkildə adlandırılmasından
asılı olmayaraq, əsas icraçı vəzifəli
şəxsi başa düşülür.
Bölmə 2
37-ci
bölməyə əsasən bu Konvensiyanın tətbiq
edildiyi hər hansı bir ixtisaslaşmış
təşkilata münasibətdə bu Konvensiyanın
tərəfi olan hər bir dövlət, həmin təşkilata və ya
həmin təşkilatla bağlı standart
maddələrdə təsbit edilmiş
imtiyaz və immunitetləri, həmin təşkilata aid olan
və 36 və 38-ci bölmələrə uyğun olaraq
təqdim edilmiş yekun (və ya yenidən
baxılmış) əlavənin müddəalarında
əks etdirilmiş dəyişikliklərin edilməsini
nəzərdə tutan və standart
maddələrdə əks etdirilmiş şərtlər
əsasında təqdim edir.
Maddə II- Hüquqi status
B ö
İxtisaslaşmış
təşkilatlar hüquqi şəxs statusuna malikdirlər.
Onlar: (a) müqavilələr
bağlamaq, (b) daşınar və daşınmaz əmlak
əldə etmək və onlara sərəncam
vermək, (c) məhkəmə araşdırmaları
başlamaq üçün hüquq qabiliyyətinə malikdirlər.
Maddə III- Əmlak, fondlar və aktivlər
Bölmə 4
İxtisaslaşmış
təşkilatlar əmlak və aktivlərlə
əlaqədar, onların harada və ki-min
sərəncamında olmasından asılı olmayaraq,
onların hər hansı bir konkret halda öz
immunitetlərindən imtina etdikləri hallar istisna olmaqla,
məhkəmə müdaxiləsinin istənilən
formasından immunitetdən istifadə edirlər. Lakin hesab edilir ki, immunitetdən hər
hansı bir imtina məhkəmə qərarlarının
icrası tədbirlərinə
tətbiq edilmir.
Bölmə 5
İxtisaslaşmış
təşkilatların fəaliyyət göstərdikləri
yerlər toxunulmazdır. İxtisaslaşmış
təşkilatların əmlak və aktivləri, onların
harada və kimin sərəncamında
olmasından asılı olmayaraq, istər icra, inzibati və
məhkəmə hərəkətləri,
istərsə də qanunverici hərəkətlər
vasitəsilə axtarışa, rekvizisiyaya,
müsadirəyə, ekspropriasiyaya və ya hər hansı bir
digər müdaxilə formasına məruz
qala bilməz.
Bölmə 6
İxtisaslaşmış
təşkilatların arxivləri və ümumiyyətlə,
onlara məxsus olan və ya onlarda saxlanılan bütün
sənədlər, harada olmasından asılı olmayaraq, toxunulmazdır.
Bölmə 7
Maliyyə
nəzarəti, qaydaları və ya hər hansı növ
moratoriumla məhdudlaşdırılmadan:
(a)
ixtisaslaşmış
təşkilatlar fondlara, qızıla və ya istənilən
növ valyutaya
malik ola bilər və istənilən
valyutada əməliyyatlar həyata keçirə
bilərlər;
(b)
ixtisaslaşmış
təşkilatlar öz fondlarını, qızıl və ya
valyutalarını bir ölkədən
digər ölkəyə və ya istənilən ölkə
daxilində sərbəst şəkildə
köçürə bilər
və öz sərəncamlarında olan
istənilən valyutanı digər istənilən valyutaya
çevirə bilərlər.
Bölmə 8
Hər bir
ixtisaslaşmış təşkilat yuxarıdakı 7-ci
bölməyə əsasən öz hüquqlarından
istifadə edərkən, bu Konvensiyanın tərəfi olan
istənilən dövlətin hökuməti
tərəfındən irəli sürülən
təqdimatlarla hesablaşmalıdır, o həddə
qədər ki, o, bu cür
təqdimatların həmin təşkilatın maraqlarına
xələl gətirmədən təmin edilməsini etiraf
edir.
Bölmə
9
İxtisaslaşmış
təşkilatlar, onların aktivləri, gəlirləri və
digər əmlakı:
(a)
bütün
birbaşa vergilərdən azad edilir, lakin hesab edilir ki,
ixtisaslaşmış təşkilatlar faktiki olaraq yalnız
kommunal xidmətlər üçün nəzərdə tutulan ödənişlərdən azad
olmağı tələb etməyəcəklər;
(b)
ixtisaslaşmış
təşkilatlar tərəfindən onların xidməti
istifadəsi üçün nəzərdə
tutulan əşyaların idxal və ya ixracına
münasibətdə, gömrük rüsumlarından, idxal
və ya ixrac qadağalarından və ya
məhdudiyyətlərindən azad edilir,
lakin hesab edilir ki, bu cür azadolma
nəticəsində idxal edilən əşyalar, onların gətirildiyi ölkənin
hökuməti ilə razılaşdırılmış
şərtlər istisna olmaqla, həmin ölkədə
satılmayacaq;
(c)
özlərinin
nəşr məhsullarına münasibətdə,
gömrük rüsumlarından, idxal
və ya ixrac qadağalarından və
ya məhdudiyyətlərindən azad edilir.
Bölmə 10
İxtisaslaşmış
təşkilatların, bir qayda olaraq, daşınar və ya
daşınmaz əmlakın alış
qiymətinə daxil olan aksiz yığımlarından və
vergilərindən azad olmaq tələbi
irəli sürməmələrinə baxmayaraq,
ixtisaslaşmış təşkilatlar rəsmi istifadə
üçün bu cür vergi və rüsumların
tətbiq edildiyi və ya edilə biləcəyi əmlakdan əhəmiyyətli
dərəcədə satın alarkən, bu Konvensiyanın
tərəfi olan Dövlətlər mümkün olan
zaman, onları vergi və rüsumlardan azad etmək və ya
ödənilmiş məbləği
onlara geri qaytarmaq üçün müvafıq inzibati
tədbirlər görəcəklər.
M a d d
ə IV - Rabitə
vasitələri
Bölmə 11
Hər bir
ixtisaslaşmış təşkilat, bu Konvensiyanın
tərəfi olan hər bir dövlətin
ərazisində öz rəsmi rabitəsi üçün
poçt göndərişlərinə, kabloqramlara, teleqramlara, radioqramlara, telefotolara,
telefonlara və digər rabitə vasitələri-nə, habelə mətbuat və radioya
münasibətdə həmin dövlətin hökumətinin
digər hökumətə, o
cümlədən sonuncunun diplomatik
nümayəndəliyinə tətbiq olunan
imtiyazlar, tariflər və dərəcələrdən az
əlverişli olmayan rejimdən istifadə edir.
Bölmə 12
İxtisaslaşmış
təşkilatların rəsmi yazışmalarına və
digər rəsmi məlumatlarına senzura tətbiq edilə
bilməz. İxtisaslaşmış təşkilatların
diplomatik kuryerlərə və ya möhürlənmiş
bağlamalara verilən eyni immunitet və imtiyazlara malik olaraq,
şifrdən istifadə etmək, yazışmam kuryerlər
və ya möhürlənmiş bağlamalar
vasitəsilə göndərmək və almaq hüququ
vardır.
Bu
bölmənin heç bir müddəası bu Konvensiyanın
tərəfi olan dövlət və ixtisaslaşmış
təşkilat arasında bağlanmış razılaşma
ilə müəyyən edilən lazımi
təhlükəsizlik tədbirlərinin görülməsini
istisna edən müddəa kimi şərh edilə bilməz.
M a d d ə
V - Üzvlərin nümayəndələri
Bölmə 13
Üzvlərin
nümayəndələri ixtisaslaşmış
təşkilat tərəfindən çağırılan
iclaslarda öz vəzifələrini yerinə yetirən zaman
və iclasların keçirildiyi yerlərə gedən və geri qayıdan zaman
aşağıdakı imtiyaz və immunitetlərdən
istifadə edirlər:
(a)
şəxsi
həbs və ya saxlanılma immunitetindən, şəxsi
baqajın üzərinə
həbs qoyulmasından, habelə onun
tərəfındən vəzifəli şəxs qismində
deyilənlərə,
yazılanlara və ya edilən hərəkətlərə
münasibətdə hər növ məhkəmə
prosessual immunitetindən;
(b) bütün kağız və
sənədlərin toxunulmazlığından;
(c)
şifrdən
istifadə etmək və yazışmanı kuryerlər
və ya möhürlənmiş bağlamalar
vasitəsilə almaq hüququndan;
(d)
onların
özlərinə və arvadlarına (ərlərinə)
münasibətdə, immiqrasiya,
əcnəbilərin qeydiyyatı
məhdudiyyətlərindən və onların
müvəqqəti olduqları
və ya öz vəzifələrinin
icrası zamanı ərazisindən keçdikləri
ölkənin dövlət qulluğu
vəzifələrindən azad olmaq imtiyazından;
(e)
valyuta
məhdudiyyətlərinə və valyuta mübadiləsi
məhdudiyyətlərinə
münasibətdə,
müvəqqəti xidməti səfər zamanı xarici
hökumətlərin nümayəndələrinə
təqdim edilən güzəştlərdən;
(f)
şəxsi
baqaja münasibətdə, diplomatik missiyaların müvafiq
rütbəli
üzvlərinə təqdim edilən immunitet
və imtiyazlardan.
Bölmə 14
İxtisaslaşmış
təşkilatların üzvlərinin
nümayəndələri üçün həmin
təşkilat tərəfindən
çağırılan iclaslarda tam söz
azadlığını və tam müstəqilliyi təmin
etmək məqsədilə onların dediklərinə və
ya yazdıqlarına münasibətdə, habelə onlar
tərəfindən öz xidməti vəzifələrini
yerinə yetirən zaman edilmiş
hərəkətlərə münasibətdə, hətta həmin
şəxslər öz vəzifələrinin icrasını
davam etdirməzsə, məhkəmə
prosessual immuniteti davam edir.
Bölmə 15
Hər hansı
bir vergi növünün tutulması müvafiq ölkənin
ərazisində yaşa-maqdan asılı olduqda,
ixtisaslaşmış təşkilatlar tərəfindən
çağırılan iclaslarda iştirak
edən həmin təşkilatların üzvlərinin
nümayəndələrinin öz vəzifələrini icra etmək üçün üzv
dövlətin ərazisində olduğu müddət həmin
dövlətdə yaşayış müddəti kimi
baxılmır.
Bölmə
16
İxtisaslaşmış
təşkilatların üzvlərinin
nümayəndələrinə təqdim edilən imtiyaz
və immunitetlər fərdi şəxslərin şəxsi
mənfəəti üçün deyil,
ixtisaslaşmış
təşkilatların işi ilə bağlı onların
öz vəzifələrini müstəqil şəkildə
həyata keçirməsini
təmin etmək üçün təqdim edilir. Bu
səbəbdən də ixtisaslaşmış təşkilatın üzvü olan dövlət,
ayrı-ayrı hallarda, immunitetin ədalət
mühakiməsinin həyata keçirilməsinə mane
olduğunu hesab edərsə və ondan imtina onun təqdim
edilməsi üçün əsas olan məqsədə
xələl gətirmədikdə, onun öz nümayəndələrinin immunitetlərini
nəinki ləğv etmək hüququ, hətta bunu etmək
vəzifəsi
vardır.
Bölmə
17
13, 14 və 15-ci
bölmələrin müddəaları müvafiq
şəxsin vətəndaşı olduğu və ya təmsil etdiyi və etmiş
olduğu dövlətin rəsmilərinə
münasibətdə tətbiq edilmir.
Maddə VI- Vəzifəli
şəxslər
Bölmə
18
Hər bir
ixtisaslaşmış təşkilat, barəsində bu
maddənin və VIII maddənin müddəalarının
tətbiq ediləcəyi vəzifəli şəxslərin
kateqoriyalarını müəyyən edir.
O, həmin məlumatı həmin təşkilata
münasibətdə bu Konvensiyanın tərəfi olan bütün
dövlətlərin hökumətlərinə və
Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ötürür. Bu
kateqoriyalara daxil edilmiş vəzifəli şəxslərin
adları və soyadları
mütəmadi şəkildə yuxarıda
göstərilən hökumətlərin diqqətinə çatdırılır.
Bölmə
19
İxtisaslaşmış
təşkilatların vəzifəli şəxsləri:
(a) dediklərinə və ya
yazdıqlarına və öz xidməti vəzifələrini
yerinə yetirən zaman etdikləri
hərəkətlərə münasibətdə, hüquqi
məsuliyyətdən azaddırlar;
(b) onlara ixtisaslaşmış
təşkilatlar tərəfindən ödənilən
məvacib və maaşlara münasibətdə,
Birləşmiş Millətlər Təşkilatının vəzifəli
şəxslərinin istifadə
etdikləri qaydalar və şərtlər əsasında vergi
güzəştlərindən istifadə edirlər;
(c)
öz
arvadları (ərləri) və öhdələrində olan
qohumları ilə birlikdə immiqrasiya
və əcnəbilərin qeydiyyatı
məhdudiyyətlərindən azad edilirlər;
(d) valyuta mübadiləsinə
münasibətdə, diplomatik missiyaların tərkibinə
daxil olan müvafıq rütbəli
vəzifəli şəxslərə təqdim edilən
imtiyazlardan eyni
qaydada istifadə edirlər;
(e) öz arvadları (ərləri) və
öhdələrində olan qohumları ilə birlikdə
beynəlxalq böhranlar zamanı repatriasiya
üzrə diplomatik missiyaların tərkibinə daxil olan müvafıq rütbəli
vəzifəli şəxslərin istifadə etdikləri
güzəştlərdən eyni
qaydada istifadə edirlər;
(f)
müvafıq
ölkədə ilk dəfə vəzifə tutanda öz
mebellərini və əmlaklarını
ölkəyə rüsumsuz
gətirmək hüququna malikdirlər.
Bölmə
20
İxtisaslaşmış
təşkilatların vəzifəli şəxsləri
dövlət qulluğu öhdəliyindən azad edilirlər, bu şərtlə ki,
onların vətəndaşı olduğu
dövlətlərə münasibətdə bu cür güzəştlərdən
yalnız adlan və soyadları, öz
vəzifələrinə görə, müvafiq ixtisaslaşmış
təşkilatların rəhbərləri
tərəfindən tərtib edilmiş və müvafiq
hökumətlər tərəfındən təsdiq
edilmiş siyahıya daxil edilmiş ixtisaslaşmış
təşkilatların
vəzifəli şəxsləri istifadə etsinlər.
İxtisaslaşmış
təşkilatların digər vəzifəli
şəxsləri dövlət qulluğunu keçmək üçün
çağırıldıqda, müvafıq dövlət
müvafiq ixtisaslaşmış təşkilatın
sorğusuna əsasən bu cür
vəzifəli şəxslərin
çağırılmasına münasibətdə
təşkilatın əsas fəaliyyətində fasilənin
yaranmasına yol verməmək üçün zəruri olan
müvəqqəti möhlət
verə bilər.
Bölmə
21
19 və 20-ci
bölmələrdə göstərilən imtiyaz və
immunitetlərə əlavə olaraq, hər
bir ixtisaslaşmış təşkilatın icraçı
rəhbəri, o cümlədən onun olmadığı
müddət ərzində onun
vəzifəsini yerinə yetirən vəzifəli
şəxslər özlərinə, öz ərlərinə (arvadlarına) və yetkinlik
yaşına çatmamış uşaqlarına
münasibətdə, beynəlxalq hüquqa əsasən
diplomatik nümayəndələrə təqdim edilən
imtiyaz və immunitetlərdən,
güzəştlərdən və
üstünlüklərdən istifadə edirlər.
Bölmə
22
Vəzifəli
şəxslərə təqdim edilən imtiyaz və
immunitetlər fərdi şəxslərin şəxsi mənfəəti
üçün deyil, yalnız ixtisaslaşmış
təşkilatların maraqları naminə təqdim edilir. Hər bir
ixtisaslaşmış təşkilat istənilən halda
immunitetin ədalət mühakiməsinin həyata
keçirilməsinə mane olduğunu hesab edərsə
və immunitetdən imtinanı
ixtisaslaşmış təşkilatın maraqlarına
xələl gətirmədən həyata
keçirə bilərsə, o, hər hansı vəzifəli
şəxsinə verilmiş immunitetdən imtina etmək hüququna və
vəzifəsinə malikdir.
Bölmə
23
Hər bir
ixtisaslaşmış təşkilat ədalət
mühakiməsinin lazımi qaydada həya-ta keçirilməsini
asanlaşdırmaq, polisin göstərişlərinin
yerinə yetirilməsini təmin
etmək və bu maddədə qeyd olunan imtiyazlar,
immunitetlər və güzəştlərlə əlaqədar hər hansı bir
sui-istifadənin qarşısını almaq
məqsədilə üzv dövlətlərin müvafiq
rəsmiləri ilə daim əməkdaşlıq edir.
Maddə VII- İmtiyazlardan
sui-istifadə
Bölmə 24
Əgər bu
Konvensiyanın tərəfi olan hər hansı bir
dövlət bu Konvensiyada nəzərdə
tutulan istənilən imtiyaz və ya immunitetdən
sui-istifadənin baş verdiyini
müəyyən etsə, həmin dövlət və
müvafiq ixtisaslaşmış təşkilat arasında bu cür sui-istifadənin baş
verib-vermədiyini müəyyən etmək və belə
sui-istifadələrin təkrarlanmasının
qarşısını almağın yollarını tapmaq
üçün məsləhətləşmələr
keçirilir. Belə
məsləhətləşmələrin nəticələri
həmin dövlət və müvafiq
ixtisaslaşmış təşkilat üçün
qeyri-qənaətbəxş olsa, imtiyaz və ya immunitetdən
sui-istifadənin baş verib-vermədiyini müəyyən
etmək məsələsi 32-ci bölməyə uyğun
olaraq Beynəlxalq Ədalət Məhkəməsinə
təqdim edilir. Beynəlxalq
Ədalət Məhkəməsi bu cür sui-istifadənin
baş verdiyini müəyyən etsə, bu cür
sui-istifadə haqqında bəyan etmiş bu Konvensiyanın
tərəfi olan dövlət
müvafiq ixtisaslaşmış təşkilatı
məlumatlandırdıqdan sonra həmin
ixtisaslaşmış təşkilata sui-istifadənin predmeti
olan imtiyaz və immunitetləri təqdim
etməmək hüququna malik olur.
Bölmə 25
1.
Üzvlərin
nümayəndələri ixtisaslaşmış
təşkilat tərəfindən çağırılan
iclaslarda öz vəzifələrini
yerinə yetirən zaman və iclasların keçirildiyi
yerlərə gedən və geri
qayıdan zaman, habelə 18-ci bölmədə
nəzərdə tutulan vəzifəli
şəxslər öz
funksiyalarını yerinə yetirdikləri ölkənin
ərazi hakimiyyətlərinin
tələbi ilə öz
səlahiyyətləri çərçivəsində
həyata keçirdikləri hər hansı bir fəaliyyətə görə
ölkədən çıxarılmırlar. Lakin hər
hansı bu cür şəxs tərəfındən
öz rəsmi səlahiyyətləri
çərçivəsinə daxil olmayan
hərəkətlərlə həmin ölkədə
yaşayış imtiyazlarının
sui-istifadəsi baş verdiyi təqdirdə hökumət
belə şəxslərin öz
ölkəsini tərk etmələrini tələb edə
bilər, bu şərtlə ki:
2.
(I)
üzvlərin nümayəndələrindən və ya 21-ci
bölməyə əsasən diplomatik
immunitetdən istifadə edən şəxslərdən,
həmin ölkədə akkreditə edilmiş diplomatik nümayəndələrə
münasibətdə tətbiq edilən diplomatik posedurlardan fərqli qaydada ölkəni tərk
etmələri tələb edilə bilməz;
(II) barəsində 21-ci bölmənin
müddəalarının tətbiq edilmədiyi
vəzifəli şəxsin
ölkəni tərk etməsi haqqında əmr yalnız
müvafiq dövlətin xarici işlər nazirinin razılığı ilə
verilə bilər və həmin razılıq yalnız
müvafiq ixtisaslaşmış təşkilatın
rəhbəri ilə məsləhətləşmələr
aparıldıqdan sonra verilir; tərketmə prosedura vəzifəli şəxs
barəsində aparıldıqda, ixtisaslaşmış
təşkilatın icraçı rəhbərinin
bu prosedurda həmin şəxsin adından
çıxış etmək hüququ vardır.
Maddə VIII- Buraxılış
sənədləri
Bölmə 26
Birləşmiş
Millətlər Təşkilatının Baş katibi və
buraxılış sənədlərinin veril-məsi etibar
edilə biləcək ixtisaslaşmış təşkilatların
səlahiyyətli rəsmiləri arasında
bağlanacaq inzibati razılaşmalara uyğun olaraq,
ixtisaslaşmış təşkilatların vəzifəli şəxslərinə
Birləşmiş Millətlər Təşkilatının
buraxılış sənədlərin-dən
istifadə etmək hüququ verilir. Birləşmiş
Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın tərəfi olan
hər bir dövləti bu qaydada bağlanmış
razılaşmalar haqqında
məlumatlandırır.
Bölmə
27
Bu
Konvensiyanın tərəfi olan dövlətlər onların
ərazilərində gediş-gəliş üçün etibarlı sənəd
olan və ixtisaslaşmış təşkilatların
vəzifəli şəxslərinə verilən
Birləşmiş Millətlər Təşkilatının
buraxılış sənədlərini tanıyır və
qəbul edir.
Bölmə
28
İxtisaslaşmış
təşkilatların Birləşmiş Millətlər
Təşkilatının buraxılış sənədinə malik olan vəzifəli
şəxslərindən viza üçün ərizə
tələb edilərsə, həmin ərizələr belə şəxslərin
ixtisaslaşmış təşkilatın işi ilə
əlaqədar səfər etmələri haqqında vəsiqə ilə
müşayiət olunduqda, onlara təxirə salınmadan
baxılır. Bundan savayı, bu
cür şəxslərə təcili
gediş-gəlişləri üçün
güzəştlər təqdim edilir.
Bölmə
29
28-ci
bölmədə nəzərdə tutulan
güzəştlərə oxşar güzəştlər
Birləşmiş Millətlər Təşkilatının
buraxılış sənədi olmayan, lakin
ixtisaslaşmış təşkilatın işi ilə əlaqədar səfər etməsi
haqqında vəsiqəsi olan ekspertlərə də təqdim
edilir.
Bölmə 30
Birləşmiş
Millətlər Təşkilatının buraxılış
sənədi üstündə olan icraçı
rəhbərlər, icraçı rəhbərin
köməkçiləri, departament rəisləri və
rütbəsi ixtisaslaşmış təşkilatın
departament rəisindən aşağı olmayan digər
vəzifəli şəxslər ixtisaslaşmış
təşkilatların işləri ilə əlaqədar
səfərlər edən zaman müvafiq rütbəli diplomatik
nümayəndəyə təqdim olunan
güzəştlərdən eyni qaydada istifadə edirlər.
Maddə IX- Mübahisələrin həlli
Bölmə 31
Hər bir
ixtisaslaşmış təşkilat aşağıda
göstərilən mübahisələrin müvafiq həlli üsulları üçün
qaydalar müəyyən edir:
(a)
ixtisaslaşmış təşkilatın tərəf
çıxdığı müqavilələrlə
bağlı yaranan mübahisələr
və ya fərdi xarakterli digər mübahisələr;
(b) öz rəsmi
vəziyyətinə görə immunitetdən istifadə
edən və 22-ci bölmənin müddəalarına
uyğun olaraq immuniteti ləğv edilməyən
ixtisaslaşmış təşkilatın
hər hansı bir vəzifəli şəxsinə aid olan
mübahisələr.
Bölmə 32
Bu
Konvensiyanın təfsirindən və ya tətbiqindən
irəli gələn bütün fikir ayrılıqları, tərəflərin
digər həlletmə üsulları barədə
razılaşmasının mövcud olduğu
hallar istisna olmaqla, Beynəlxalq Ədalət
Məhkəməsinə təqdim edilir. Bir
tərəfdən hər hansı bir ixtisaslaşmış
təşkilat, digər tərəfdən
üzv-dövlət arasında fikir
aynlığı yaranarsa, Nizamnamənin 96-cı
maddəsinə və Məhkəmənin
Statusunun 65-ci maddəsinə və Birləşmiş
Millətlər Təşkilatı və müvafiq ixtisaslaşdırılmış
təşkilatlar arasında bağlanmış
razılaşmaların müvafıq müddəalarına əsasən, həmin
fikir aynlığı ilə bağlı hər hansı bir
hüquqi məsələyə dair tövsiyə xarakterli
rəy istənilir. Məhkəmə tərəfindən
verilən rəyi tərəflər qəti
qərar olaraq qəbul edir.
M a d d ə X - Əlavələr və
Konvensiyanın ixtisaslaşmış ayrı-ayrı
təşkilatlara
tətbiqi
Bölmə 33
Standart
maddələrin istənilən ixtisaslaşmış
təşkilata münasibətdə tətbiqi, 36 və 38-ci bölmələrdə
nəzərdə tutulduğu kimi həmin təşkilata aid
olan əlavənin yekun (və ya yenidən baxılmış)
mətnində nəzərdə tutulan istənilən dəyişikliklərə əsasən
həyata keçirilir.
Bölmə 34
Bu
Konvensiyanın müddəalarının istənilən
ixtisaslaşmış təşkilata münasibətdə təfsiri həmin
təşkilatın öz təsis sənədi ilə
üzərinə düşən funksiyalara uyğun olaraq həyata keçirilir.
Bölmə 35
I-IX
Əlavələrin layihələri həmin
layihələrdə qeyd olunan ixtisaslaşmış
təşkilatlara tövsiyə
olunur. Adı 1-ci bənddə göstərilməyən
hər hansı bir ixtisaslaşmış
təşkilata gəlincə, Birləşmiş
Millətlər Təşkilatının Baş katibi
İqtisadi və Sosial Şura tərəfindən
tövsiyə olunan əlavənin layihəsini həmin
təşkilata göndərir.
Bölmə 36
Müvafiq
ixtisaslaşmış təşkilat tərəfindən
öz nizamnamə prosedurlarına uyğun
olaraq təsdiq edilmiş hər bir əlavənin mətni
yekun mətn hesab edilir. Hər bir ixtisaslaşmış
təşkilat tərəfindən təsdiq edilmiş
əlavənin surəti həmin təşkilat
tərəfindən Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təqdim edilir
və bundan sonra 35-ci bölmədə
xatırlanan layihəni əvəz edir.
Bölmə
37
Bu
Konvensiyanın hər bir ixtisaslaşmış
təşkilata münasibətdə tətbiqi, sonuncu
müvafıq əlavənin yekun mətnini
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə təqdim etdikdən və
standart maddələrin əlavədə göstərilmiş
dəyişikliklərlə qəbul
etməsi və 8, 18, 22, 23, 24, 31, 32 (32-ci bölmədə,
əlavənin həmin
təşkilatın nizamnaməsi ilə
uyğunlaşdırılması üçün zəruri
olan dəyişikliklər
etməklə), 42 və 45-ci bölmələrin
müddəalarının və həmin təşkilatın üzərinə öhdəliklər
qoyan əlavənin bütün müddəalarının
həyata keçirilməsini öz
üzərinə götürməsi barədə məlumat
verdikdən sonra başlanır. Baş katib bu bölməyə əsasən ona
təqdim edilmiş bütün əlavələrin və
38-ci bölməyə əsa-sən
təqdim edilmiş yenidən baxılmış
əlavələrin surətlərini Birləşmiş
Millətlər Təşkilatının
bütün üzvlərinə və ixtisaslaşmış
təşkilatların üzvləri olan di-gər dövlətlərə
göndərir.
Bölmə
38
Əgər
hər hansı bir ixtisaslaşmış təşkilat
36-cı bölməyə əsasən əlavənin yekun
mətnini təqdim etdikdən sonra öz nizamnaməsində
müəyyən edilmiş prosedura
uyğun olaraq həmin əlavəyə hər hansı bir
dəyişiklik edirsə, yenidən baxılmış
əlavə həmin təşkilat tərəfındən
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə
ötürülür.
Bölmə
39
Bu
Konvensiyanın müddəaları, istənilən
dövlət tərəfindən istənilən
ixtisaslaşmış təşkilata, onun
qərargahlarının və ya regional idarələrinin
həmin dövlətin ərazisində yerləşməsi
səbəbindən təqdim edilmiş və ya təqdim
ediləcək imtiyaz və immunitetlərini
məhdudlaşdırmır və onlara xələl
gətirmir. Hesab edilir ki, bu Konvensiya onun tərəfi olan
istənilən dövlət və istənilən
təşkilat arasında həmin Konvensiyanın
müddəalarını tənzimləyən və ya onda
nəzərdə tutulan imtiyazları və immunitetləri
genişləndirən və ya məhdudlaşdıran əlavə
razılaşmaların bağlanmasına mane olmur.
Bölmə
40
Hesab edilir ki,
ixtisaslaşmış təşkilat tərəfindən
36-cı bölməyə əsasən Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
təqdim edilmiş istənilən əlavənin yekun mətni (və ya 38-ci
bölməyə əsasən təqdim edilmiş
istənilən əlavənin yenidən
baxılmış mətni) ilə düzəlişlərin
edildiyi standart maddələr həmin təşkilatın qüvvədə olan təsis
sənədinə uyğunlaşdırılacaq və
təsis sənədinə uyğunlaşdırmaq
üçün həmin sənədə hər hansı bir
düzəlişin edilməsi zərurəti yarandıqda, bu cür düzəliş
həmin təşkilatın təsis prosedurlarına uyğun
olaraq, əlavənin yekun (və ya yenidən
baxılmış) mətni təqdim edilənə
qədər həyata keçiriləcəkdir.
Bu Konvensiya
elə tətbiq edilir ki, istənilən
ixtisaslaşmış təşkilatın təsis sənədlərinin hər hansı bir
müddəası və ya həmin ixtisaslaşmış
təşkilatın malik olduğu,
əldə etdiyi və ya öz üzərinə
götürdüyü istənilən digər hüquq və
öhdəliklər nə ləğv
edilsin, nə də pozulsun.
Maddə XI- Yekun müddəalar
Bölmə
41
Birləşmiş
Millətlər Təşkilatının üzvlərinin
və (42-ci bölməyə uyğun olaraq)
ixtisaslaşmış təşkilatların üzvü olan
dövlətlərin bu Konvensiyaya qoşulması, saxlanılmağa verilən
tarixdən qüvvəyə minən qoşulma haqqında
sənədin saxlanılmaq
üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə verilməsi ilə
həyata keçirilir.
Bölmə
42
Hər bir
müvafiq ixtisaslaşmış təşkilat bu
Konvensiyanın mətnini müvafiq əlavələri
ilə birlikdə, Birləşmiş Millətlər
Təşkilatının üzvü olmayan öz
üzvlərinə təqdim edir və onları həmin
təşkilatın üzvləri kimi bu Konvensiyaya
qoşulmaları haqqında sənədi saxlanılmaq
üçün Birləşmiş Millətlər
Təşkilatının Baş
katibinə və ya ixtisaslaşmış təşkilatın
icraçı rəhbərinə təqdim etmək yolu ilə bu Konvensiyaya qoşulmağa
dəvət edir.
Bölmə
43
Bu
Konvensiyanın tərəfi olan hər bir dövlət
qoşulma haqqında öz sənə-dində
ixtisaslaşmış təşkilatı və ya
barələrində bu Konvensiyanın müddəalarını tətbiq etmək öhdəliyini
öz üzərinə götürdüyü
təşkilatları qeyd edir. Bu Konvensiyanın
tərəfi olan hər bir dövlət Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə sonradan yazılı
bildiriş göndərməklə, bu Konvensiyanın
müddəalarının digər
bir və ya bir neçə ixtisaslaşmış
təşkilata münasibətdə də tətbiq
edil-məsini öz üzərinə götürə
bilər. Həmin bildiriş Baş katib onu aldığı
tarixdən qüvvəyə minir.
Bölmə
44
Hər hansı
bir ixtisaslaşmış təşkilatın üzvü kimi
bu Konvensiyanın tərəfi olan
hər bir dövlət üçün bu Konvensiya, 37-ci
bölməyə uyğun olaraq həmin təşkilata
münasibətdə tətbiq edilməsi mümkün olduqda
və həmin dövlət 43-cü
bölməyə uyğun olaraq Konvensiyanın
müddəalarını həmin təşkilata münasibətdə tətbiq etmək
öhdəliyini öz üzərinə
götürdükdə, qüvvəyə minir.
Bölmə
45
Birləşmiş
Millətlər Təşkilatının Baş katibi 41-ci
bölməyə əsasən alınmış hər bir qoşulma haqqında
sənədin saxlanılmağa verilməsi və 43-cü
bölməyə əsasən alınmış sonrakı
bildirişlər haqqında Birləşmiş Millətlər
Təşkilatının bütün
üzvlərinə, habelə ixtisaslaşmış
təşkilatların bütün üzvlərinə və
ixtisaslaşmış təşkilatların
icraçı rəhbərlərinə məlumat verir.
Hər hansı bir ixtisaslaşmış
təşkilatın icraçı rəhbəri 42-ci
bölməyə əsasən saxlanılmaq üçün
ona verilmiş qoşulma haqqında hər
hansı bir sənədin saxlanılmağa verilməsi
haqqında Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə və həmin
təşkilatın üzvləri-nə məlumat verir.
Bölmə
46
Hesab edilir ki,
hər hansı bir dövlətin adından qoşulma
haqqında sənəd və ya sonrakı bildiriş
saxlanılmağa verildikdə, həmin dövlət öz
qanunlarına uyğun olaraq,
bu cür qoşulma haqqında sənədlərdə və
ya bildirişlərdə əhatə olunan
təşkilatlara dair istənilən əlavələrin yekun
mətnlərində nəzərdə tutulan düzəlişlərlə bu
Konvensiyanın şərtlərini yerinə yetirmək
iqtidarında olacaq.
Bölmə
47
1.
Bu
bölmənin 2 və 3-cü bəndlərinin
müddəalarına əməl etməklə, bu
Konvensiyanın tərəfi olan hər
bir dövlət, onun qoşulma haqqında sənədində
və ya sonradan təqdim etdiyi
bildirişdə göstərilən hər bir
ixtisaslaşmış təşkilata,
həmin təşkilata münasibətdə yenidən
baxılmış Konvensiya və ya əlavə
tətbiq edilənə qədər
və sözü gedən dövlət həmin yenidən
baxılmış Konvensiyanı
və ya əlavəni qəbul edənə qədər, bu
Konvensiyanı tətbiq etmək öhdəliyini öz
üzərinə götürür. Yenidən
baxılmış əlavənin dövlətlər
tərəfindən qəbul edilməsi Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
ünvanlanan və Baş katib
tərəfindən qəbul edilən zaman qüvvəyə
minən bildirişlə həyata keçirilir.
2.
Bu
Konvensiyanın tərəfi olan hər bir dövlət,
hər hansı bir ixtisaslaşmış
təşkilatın üzvü
olmamasına və ya üzvlüyündən
çıxmasına baxmayaraq, Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
və müvafiq təşkilatın icraçı
rəhbərinə həmin
ixtisaslaşdırılmış təşkilata
münasibətdə, müəyyən edilmiş tarixdən
etibarən, lakin bildirişin alındığı tarixdən
sonra gələn üç aylıq müddətdən tez olmayaraq, bu Konvensiyanın
qüvvəsini dayandırmaq niyyəti haqqında
yazılı bildiriş göndərə bilər.
3.
Bu
Konvensiyanın tərəfi olan hər bir dövlət
Birləşmiş Millətlər Təşkilatı ilə
əlaqəsini dayandıran istənilən
ixtisaslaşmış təşkilata münasibətdə bu
Konvensiyanın qüvvəsini dayandıra bilər.
4.
Birləşmiş
Millətlər Təşkilatının Baş katibi, bu
bölmənin müddəalarına
uyğun olaraq ona
ötürülmüş hər bir bildiriş haqqında bu
Konvensiyanın tərəfi olan
bütün üzv dövlətləri
məlumatlandırır.
Bölmə
48
Bu
Konvensiyanın tərəfi olan dövlətlərin
üçdə bir hissənin tələbi ilə Birləşmiş Millətlər
Təşkilatının Baş katibi bu Konvensiyanın
yenidən baxılması məqsədilə
konfrans çağırır.
Bölmə 49
Birləşmiş
Millətlər Təşkilatının Baş katibi bu
Konvensiyanın surətlərini hər
bir ixtisaslaşmış təşkilata və
Birləşmiş Millətlər Təşkilatının
hər bir üzvünün
hökumətinə göndərir.
1947-ci il 21 noyabr tarixli
BMT-nin ixtisaslaşmış təşkilatlarının
imtiyaz və immunitetləri
haqqında Konvensiyaya
AZƏRBAYCAN
RESPUBLİKASININ QEYD-ŞƏRTLƏRİ VƏ BƏYANATI
Qeyd-şərtlər:
1.
Azərbaycan
Respublikası özünü III maddənin
7-ci bölməsi ilə öhdəlikli
hesab etmir.
2.
Azərbaycan
Respublikası özünü Beynəlxalq Ədalət Məhkəməsinin
məcburi yurisdiksiyası ilə bağlı
24-cü və 32-ci bölmələri ilə öhdəlikli
hesab etmir. Konvensiyanın tətbiqi və
təfsiri ilə əlaqədar Azərbaycan Respublikası
Beynəlxalq Ədalət
Məhkəməsinə təqdim edilməli olan
istənilən mübahisənin
(hər bir ayrıca hal
üçün) müvafiq məhkəməyə təqdim
edilməsi üçün mübahisə
tərəflərinin razılığının əldə
olunması ilə bağlı mövqeni dəstəkləyir.
Bu
qeyd-şərt eynilə 32-ci
bölmədə öz əksini tapmış Beynəlxalq
Ədalət Məhkəməsinin
tövsiyə xarakterli qərarının qəti olaraq
qəbul edilməsi barəsində müddəasına
da şamil edilir.
3.
İxtisaslaşmış
təşkilatların daşınmaz əmlak əldə
etmək və sahib olmaq
hüquqları yerləşmə
dövlətinin (Azərbaycan Respublikasının)
qanunvericiliyinə müvafiq olaraq
həll edilir.
Bəyanat:
Azərbaycan Respublikası
bəyan edir ki, mənzil-qərargahlarını və ya regional ofislərini Azərbaycan
Respublikasının ərazisində
yerləşdirməyə qərar verən
istənilən ixtisaslaşmış təşkilatla, bu
Konvensiyanın 39-cu bölməsinə uyğun
olaraq, həmin təşkilata verilməli olan yurisdiksional
immunitet və imtiyazların
hədlərini müəyyənləşdirən
əlavə saziş bağlamaq hüququnu özündə saxlayır.