Azərbaycan Respublikasının Fövqəladə hallar üzrə Dövlət Komissiyasının yaradılması haqqında[1]

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının ərazisində təbii fəlakətlərin, böyük qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və qəza-xilasetmə, bərpa işlərini təmin edən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə qərara alıram:

1.      Fövqəladə hallar üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

 

Komissiyanın sədri

Abid Şərifov

Azərbaycan Respublikası Baş nazirinin müavini

            Komissiyanın sədr müavini

Əhməd Əhmədzadə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri

Komissiyanın üzvləri

Siruz Abasbəyli

Azərbaycan Respublikasının rabitə naziri

İrşad Əliyev

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Əli İnsanov

Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Yusifov

Azərbaycan Respublikasının maliyyə naziri

Rəfael Allahverdiyev

Bakı şəhəri İcra hakimiyyətinin başçısı

Mirağa Abasov

Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin ərazi inkişafı şöbəsinin müdiri

Zahid Dünyamalıyev

Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Məmmədhüseyn Sarıyev

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Zülfüqar Musayev

Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin sədri

Əhmədağa Rəhimov

Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri

Əkrəm Şəkinski

Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri

Müslüm İmanov

«Azərenerji» Dövlət Şirkətinin prezidenti

Vahid Nadirli

Azərbaycan Respublikası Dövlət Dəmir Yolu İdarəsinin rəisi

Yusif Novruzov

«Azəravtoyol» Dövlət Şirkətinin birinci vitse-prezidenti

Mirsaleh Hüseynov

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsinin sədri

Məmməd Məmmədov

Dövlət Sığorta-Kommersiya Şirkətinin prezidenti

Gülağa Babayev

Respublika Mülki Müdafiə Qərargahının rəisi

Əbdülhəlim Əhmədov

Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin İcraiyyə Komitəsinin sədri

 

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, fövqəladə hallar üzrə tədbirlərin yerinə yetirilməsi üçün qüvvə və vasitələrini səfərbər etsinlər.

3. Dövlət Komissiyasına tapşırılsın ki, iki ay müddətində fövqəladə hallar üzrə mərkəzi icra hakimiyyəti orqanının yaradılması barədə təkliflərini və onun əsasnaməsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 dekabr 1995-ci il

¹ 244

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1058)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1058) ilə qüvvədən düşmüşdür.