Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ölkədə sosial sahələrin inkişaf etdirilməsi və əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsinin yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Son illərdə bu sahələrdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, bazar iqtisadiyyatı prinsiplərinə uyğun islahatlar aparılmağa başlanılmış, sosial sahələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə modernləşdirilmiş və gücləndirilmiş, müasir tələblərə uyğun çoxsaylı yeni təhsil, səhiyyə, idman və mədəniyyət obyektləri istifadəyə verilmişdir.

Eyni zamanda, ölkədə sosial sahələrdə dövlət sektoru ilə yanaşı, geniş qeyri-dövlət sektoru şəbəkəsi formalaşmağa başlamışdır.

İslahatların həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının apardıqları araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, büdcədən maliyyələşdirilən bir sıra uşaq bağçalarında, səhiyyə, idman və mədəniyyət obyektlərində dövlət əmlakından səmərəli istifadə olunmur, xidmət səviyyəsi günün tələblərinə cavab vermir və bundan sonra onların Dövlət büdcəsi vəsaiti hesabına saxlanılması məqsədəuyğun deyildir. Odur ki, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrinin inkişafını sürətləndirmək, bu sahələrdə əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq qərara alıram:

1. Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə bu Sərəncama əlavədə göstərilən müəssisə və obyektlər özəlləşdirilməyə açıq elan edilsinlər.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Sərəncamın 1-ci bəndi ilə özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilmə üsullarını müəyyən etsin və qanunvericiliklə müəyyən edilmiş qaydada onların özəlləşdirilməsini həyata keçirsin.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin rəhbərlərinə tapşırılsın ki, həmin müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsinlər.

4. Müəyyən edilsin ki:

4.1. bu Sərəncamın 1-ci bəndi ilə özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir;

4.2. aşağıda göstərilən sosial obyektlər qanunvericiliyə uyğun olaraq öz profilini saxlamaq şərtilə özəlləşdirilir.

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə:

 

Respublika Stomatoloji Mərkəzi

Qaradağ rayon 4 saylı Birləşmiş Uşaq Xəstəxanası

Bakı şəhər Göz Xəstəxanası

Səhiyyə Nazirliyinin Diaqnostika Mərkəzi

Təsərrüfat hesablı Respublika Uroloji Xəstəxanası

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə:

 

Körpələr evləri və uşaq bağçaları

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə:

 

Sumqayıt şəhərində yerləşən “Polad” İdman kompleksi

Gəncə şəhərində yerləşən “Metallurq” İdman Kompleksi

Gədəbəy rayonunda yerləşən “Respublika” İdman Kompleksi

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə:

 

“Azərbaycan” kinoteatrı (Səbail rayonu)

“Araz” kinoteatrı (Səbail rayonu);

 

4.3. bu Sərəncamla özəlləşdirilməyə açıq elan edilmiş digər sosial obyektlərin öz profilini saxlamaq şərtilə özəlləşdirilməsi məsələsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir.[1]

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 avqust 2006-cı il

¹ 1635

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına

ƏLAVƏ

 

 

Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin

 

SİYAHISI

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə:

 

Respublika Stomatoloji Mərkəzi

Bakı şəhər Nəsimi rayon 1 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Sabunçu rayon 2 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Nərimanov rayon 3 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Nizami rayon 5 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Səbail rayon 6 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Əzizbəyov rayon 7 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Binəqədi rayon 8 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Qaradağ rayon 10 saylı Stomatoloji poliklinikası

Bakı şəhər Yasamal rayon 11 saylı Stomatoloji poliklinikası

Sumqayıt şəhər 2 saylı Stomatoloji poliklinikası

Gəncə şəhər Stomatoloji poliklinikası

Mingəçevir şəhər 1 saylı Stomatoloji poliklinikası

Şirvan şəhər Stomatoloji poliklinikası[2]

Ağsu rayon Stomatoloji poliklinikası

Ağcabədi rayon Stomatoloji poliklinikası

Bərdə rayon Stomatoloji poliklinikası

Quba rayon Stomatoloji poliklinikası

Qusar rayon Stomatoloji poliklinikası

Qazax rayon Stomatoloji poliklinikası

İmişli rayon Stomatoloji poliklinikası

Göyçay rayon Stomatoloji poliklinikası

Salyan rayon Stomatoloji poliklinikası

Tovuz rayon Stomatoloji poliklinikası

Sabirabad rayon Stomatoloji poliklinikası

Şəki rayon Stomatoloji poliklinikası

Şəmkir rayon Stomatoloji poliklinikası

Xaçmaz rayon Stomatoloji poliklinikası

Cəlilabad rayon Stomatoloji poliklinikası

Qaradağ rayon 4 saylı Birləşmiş Uşaq Xəstəxanası

Mərkəzi Aptek Bazasının qarajı

Bakı şəhəri Göz Xəstəxanası

Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Qadın Məsləhətxanası

Səhiyyə Nazirliyinin 1 saylı təsərrüfat hesablı Tam Müalicəxana Xəstəxanası

Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı 2 saylı Bərpa Xəstəxanası

Bakı Baş Səhiyyə İdarəsinin Kosmetoloji Müalicəxanası

Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Paltaryuyan müəssisəsi

Quba rayon Səhiyyə şöbəsinin balansında olan boş və istifadəsiz qeyriyaşayış sahəsi 

(M.Ə.Rəsulzadə küç.168)

Səhiyyə Nazirliyinin Diaqnostika Mərkəzi

Səhiyyə Nazirliyinin Reabilitasiya Xəstəxanası

Təsərrüfat hesablı Respublika Uroloji xəstəxanası

“Mərdəkan” sanatoriyası

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə:

 

“Təhsil” nəşriyyatı

Təcrübə-sınaq zavodu

“Azərmaariflayihə” İnstitutu

Maddi-Texniki təchizat idarəsi

Təmir-tikinti trestinin tabeliyində olan təmir-tikinti idarələri

Təmir-tikinti trestinin avtonəqliyyat kontoru

 

Uşaq bağçaları

 

 a) Bakı şəhəri üzrə:

 

Binəqədi rayonu

 22 saylı uşaq bağçası

 76 saylı körpələr evi və uşaq bağçası

85 saylı körpələr evi

155 saylı körpələr evi və uşaq bağçası

 178 saylı körpələr evi və uşaq bağçası

209 saylı körpələr evi və uşaq bağçası

 210 saylı körpələr evi və uşaq bağçası

 220 saylı körpələr evi və uşaq bağçası

234 saylı uşaq bağçası

275 saylı körpələr evi və uşaq bağçası

292 saylı körpələr evi və uşaq bağçası

293 saylı körpələr evi və uşaq bağçası

295 saylı uşaq bağçası

 

Qaradağ rayonu

 

74 saylı körpələr evi və uşaq bağçası

286 saylı körpələr evi və uşaq bağçası

302 saylı körpələr evi və uşaq bağçası

 

Yasamal rayonu

 

5 saylı körpələr evi və uşaq bağçası

7 saylı körpələr evi və uşaq bağçası

 9 saylı uşaq bağçası

15 saylı uşaq bağçası

19 saylı uşaq bağçası

28 saylı uşaq bağçası

33 saylı körpələr evi və uşaq bağçası

62 saylı körpələr evi və uşaq bağçası

70 saylı körpələr evi və uşaq bağçası

87 saylı körpələr evi və uşaq bağçası

97 saylı uşaq bağçası

114 saylı uşaq bağçası

116 saylı uşaq bağçası

140 saylı körpələr evi və uşaq bağçası

290 saylı körpələr evi və uşaq bağçası

 

Nizami rayonu

 

41 saylı uşaq bağçası

48 saylı uşaq bağçası

73 saylı körpələr evi və uşaq bağçası

115 saylı körpələr evi və uşaq bağçası

118 saylı körpələr evi və uşaq bağçası

122 saylı uşaq bağçası

176 saylı körpələr evi və uşaq bağçası

264 saylı körpələr evi və uşaq bağçası

278 saylı körpələr evi və uşaq bağçası

308 saylı körpələr evi və uşaq bağçası

 

Nərimanov rayonu

 

4 saylı körpələr evi və uşaq bağçası

26 saylı körpələr evi və uşaq bağçası

35 saylı körpələr evi və uşaq bağçası

43 saylı uşaq bağçası

65 saylı körpələr evi və uşaq bağçası

81 saylı körpələr evi və uşaq bağçası

83 saylı körpələr evi və uşaq bağçası

101 saylı körpələr evi və uşaq bağçası

104 saylı körpələr evi və uşaq bağçası

171 saylı uşaq bağçası

185 saylı uşaq bağçası

304 saylı körpələr evi və uşaq bağçası

 

Nəsimi rayonu

 

3 saylı körpələr evi və uşaq bağçası

14 saylı körpələr evi və uşaq bağçası

75 saylı körpələr evi və uşaq bağçası

95 saylı körpələr evi və uşaq bağçası

112 saylı körpələr evi və uşaq bağçası

114 saylı körpələr evi və uşaq bağçası

120 saylı körpələr evi və uşaq bağçası

128 saylı körpələr evi və uşaq bağçası

142 saylı körpələr evi və uşaq bağçası

143 saylı körpələr evi və uşaq bağçası

 

Sabunçu rayonu

 

30 saylı uşaq bağçası

79 saylı uşaq bağçası

86 saylı uşaq bağçası

113 saylı uşaq bağçası

133 saylı uşaq bağçası

169 saylı uşaq bağçası

187 saylı uşaq bağçası

196 saylı uşaq bağçası

197 saylı uşaq bağçası

225 saylı uşaq bağçası

231 saylı uşaq bağçası

239 saylı uşaq bağçası

253 saylı uşaq bağçası

254 saylı uşaq bağçası

283 saylı uşaq bağçası

284 saylı uşaq bağçası

287 saylı uşaq bağçası

 

Suraxanı rayonu

 

267 saylı körpələr evi və uşaq bağçası

269 saylı körpələr evi və uşaq bağçası

276 saylı körpələr evi və uşaq bağçası

277 saylı körpələr evi və uşaq bağçası

 

Səbail rayonu

 

25 saylı uşaq bağçası

53 saylı uşaq bağçası

91 saylı körpələr evi və uşaq bağçası

106 saylı uşaq bağçası

110 saylı uşaq bağçası

160 saylı uşaq bağçası

 

Xətai rayonu

 

66 saylı körpələr evi və uşaq bağçası

116 saylı uşaq bağçası

124 saylı körpələr evi və uşaq bağçası

179 saylı körpələr evi və uşaq bağçası

188 saylı körpələr evi və uşaq bağçası

206 saylı körpələr evi və uşaq bağçası

208 saylı uşaq bağçası

224 saylı körpələr evi və uşaq bağçası

228 saylı uşaq bağçası

242 saylı uşaq bağçası

248 saylı körpələr evi və uşaq bağçası

249 saylı uşaq bağçası

252 saylı körpələr evi və uşaq bağçası

256 saylı uşaq bağçası

257 saylı uşaq bağçası

271 saylı körpələr evi və uşaq bağçası

 

Əzizbəyov rayonu

 

107 saylı körpələr evi və uşaq bağçası

131 saylı körpələr evi və uşaq bağçası

144 saylı uşaq bağçası

152 saylı körpələr evi və uşaq bağçası

216 saylı körpələr evi və uşaq bağçası

246 saylı körpələr evi və uşaq bağçası

285 saylı körpələr evi və uşaq bağçası

 

b) Respublika tabeli şəhər və rayonlar üzrə:

 

Sumqayıt şəhəri

 

10 saylı uşaq bağçası

17 saylı uşaq bağçası

19 saylı uşaq bağçası

34 saylı uşaq bağçası

37 saylı uşaq bağçası

43 saylı uşaq bağçası

46 saylı uşaq bağçası

49 saylı uşaq bağçası

59 saylı uşaq bağçası

60 saylı uşaq bağçası

65 saylı uşaq bağçası

67 saylı uşaq bağçası

68 saylı uşaq bağçası

69 saylı uşaq bağçası

70 saylı uşaq bağçası

 

Abşeron rayonu

 

Xırdalan 1 saylı uşaq bağçası

Ceyranbatan 2 saylı uşaq bağçası

 

Gəncə şəhəri

 

1 saylı körpələr evi/uşaq bağçası

4 saylı uşaq bağçası

5 saylı uşaq bağçası

6 saylı uşaq bağçası

8 saylı uşaq bağçası

9 saylı uşaq bağçası

11 saylı uşaq bağçası

12 saylı uşaq bağçası

14 saylı uşaq bağçası

16 saylı uşaq bağçası

17 saylı uşaq bağçası

21 saylı uşaq bağçası

29 saylı uşaq bağçası

30 saylı uşaq bağçası

35 saylı uşaq bağçası

 

Şirvan şəhəri[3]

 

4 saylı “Şəfəq” uşaq bağçası

6 saylı Cihazlar zavodunun uşaq bağçası

 

Mingəçevir şəhəri

 

5 saylı uşaq bağçası

8 saylı uşaq bağçası

13 saylı uşaq bağçası

19 saylı uşaq bağçası

20 saylı uşaq bağçası

21 saylı uşaq bağçası

22 saylı uşaq bağçası

23 saylı uşaq bağçası

 

Quba rayonu

 

9 saylı uşaq bağçası

13 saylı uşaq bağçası

 

Masallı rayonu

 

4 saylı uşaq bağçası

13 saylı uşaq bağçası

 

Salyan rayonu

 

1 saylı uşaq bağçası 4 saylı uşaq bağçası

 

Sabirabad rayonu

 

1 saylı uşaq bağçası

6 saylı uşaq bağçası

 

Saatlı rayonu

 

3 saylı uşaq bağçası

5 saylı uşaq bağçası

 

Astara rayonu

 

1 saylı uşaq bağçası Şahağaç kənd uşaq bağçası

 

Cəlilabad rayonu

 

2 saylı uşaq bağçası

Göytəpə 2 saylı uşaq bağçası

 

Lənkəran rayonu

 

15 saylı uşaq bağçası Cərmətük uşaq bağçası

 

Gədəbəy rayonu

 

1 saylı uşaq bağçası

12 saylı uşaq bağçası

 

 

Lerik rayonu

 

Lerik qəsəbə uşaq bağçası Piran kənd uşaq bağçası

 

Qusar rayonu

 

1 saylı uşaq bağçası Balaqusar kənd uşaq bağçası

 

Siyəzən rayonu

 

5 saylı uşaq bağçası

4 saylı uşaq bağçası

 

Yardımlı rayonu

 

2 saylı uşaq bağçası

Çayüzü kənd uşaq bağçası

 

Xaçmaz rayonu

 

Xudat 3 saylı uşaq bağçası

4 saylı uşaq bağçası

 

Daşkəsən rayonu

 

5 saylı uşaq bağçası

Xoşbulaq kənd uşaq bağçası

 

Ağstafa rayonu

 

2 saylı uşaq bağçası

6 saylı uşaq bağçası

 

Qazax rayonu

 

6 saylı uşaq bağçası

 

Tovuz rayonu

 

1 saylı uşaq bağçası

3 saylı uşaq bağçası

 

Şəmkir rayonu

 

1 saylı uşaq bağçası

5 saylı uşaq bağçası

 

Göygöl rayonu[4]

 

2 saylı uşaq bağçası

4 saylı uşaq bağçası

 

 

Kürdəmir rayonu

 

7 saylı uşaq bağçası

8 saylı uşaq bağçası

 

Ağsu rayonu

 

1 saylı uşaq bağçası

“Qərənfil” uşaq bağçası

 

Neftçala rayonu

 

1 saylı uşaq bağçası

3 saylı uşaq bağçası

 

İmişli rayonu

 

1 saylı uşaq bağçası

2 saylı uşaq bağçası

 

 Hacıqabul rayonu

 

Talış kənd uşaq bağçası

 

Ucar rayonu

 

2 saylı uşaq bağçası

4 saylı uşaq bağçası

 

Şamaxı rayonu

 

2 saylı uşaq bağçası

7 saylı uşaq bağçası

 

 

 

 

Göyçay rayonu

 

5 saylı uşaq bağçası

6 saylı uşaq bağçası

 

 Ağdaş rayonu

 

12 saylı uşaq bağçası

 

Balakən rayonu

 

2 saylı uşaq bağçası

Qullar kənd uşaq bağçası

 

Biləsuvar rayonu

 

1 saylı uşaq bağçası

3 saylı uşaq bağçası

 

Zaqatala rayonu

 

 8 saylı uşaq bağçası

13 saylı uşaq bağçası

 

Samux rayonu

 

Qarayeri kənd uşaq bağçası

İnstitut qəsəbə uşaq bağçası

 

Dəvəçi rayonu

 

1 saylı uşaq bağçası

2 saylı uşaq bağçası

 

Şəki şəhəri

 

10 saylı uşaq bağçası

13 saylı uşaq bağçası

 

Yevlax rayonu

 

2 saylı uşaq bağçası

4 saylı uşaq bağçası

 

 

 Oğuz rayonu

 

1 saylı uşaq bağçası

Kərimli kənd uşaq bağçası

 

 Tərtər rayonu

 

Gəngərli kənd uşaq bağçası

 

Xızı rayonu

 

Xızı şəhər uşaq bağçası [5]

 

Beyləqan rayonu

 

 Fatma Məmmədova adına 1 saylı uşaq bağçası

4 saylı uşaq bağçası

 

Ağcabədi rayonu

 

1 saylı uşaq bağçası

6 saylı uşaq bağçası

 

 Qəbələ rayonu

 

2 saylı uşaq bağçası

 5 saylı uşaq bağçası

 

Goranboy rayonu

 

3 saylı uşaq bağçası

Qaradağlı kənd uşaq bağçası

 

 İsmayıllı rayonu

 

1 saylı uşaq bağçası

2 saylı uşaq bağçası

 

 Qax rayonu

 

5 saylı uşaq bağçası

9 saylı uşaq bağçası

 

 

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə:

 

Sumqayıt şəhərində yerləşən “Polad” İdman Kompleksi

Mingəçevir şəhərində yerləşən uşaq istirahət düşərgəsi

Gəncə şəhərində yerləşən “Metallurq” İdman Kompleksi

Gədəbəy rayonunda yerləşən “Respublika” İdman Kompleksi

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə:

 

“Azərbaycan” kinoteatrı (Səbail rayonu)

“İnqilab” kinoteatrı (Binəqədi rayonu)

“Təbriz” kinoteatrının yay zalı (Nizami rayonu)

“Araz” kinoteatrı (Səbail rayonu)

“Sevil” kinoteatrı (Yasamal rayonu)

“İzmir” kinoteatrı (Nərimanov rayonu)

“N.Nərimanov” kinoteatrı (Nərimanov rayonu)

“Şuşa” kinoteatrı (Nərimanov rayonu)

“N.Nərimanov” kinoteatrının yay zalı (Nərimanov rayonu)

“Babək” kinoteatrı (Bakı şəhəri)

“Vətən” kinoteatrının yay zalının bir hissəsi (Bakı şəhəri)

“Gənclik” Beynəlxalq Turizm Mərkəzi

“Nizami” kinoteatrı (Şirvan şəhəri) Rayonlararası kinoprokat bazası (Şirvan

şəhəri)[6]

“Arzu” kinoqurğusunun yay zalı (Gəncə şəhəri)

“Dəmiryolçu” kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)

“Azərbaycan” kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)

“Gəncə” kinoteatrı (Gəncə şəhəri)

“Qələbə” kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)

  İTR qəsəbəsi yay kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)

 Gəncə kinoprokat məntəqəsi (Gəncə şəhəri)

“Spartak” kinoteatrı (Lənkəran şəhəri)

“Nizami” kinoteatrının yay zalı (Lənkəran şəhəri)

  Lənkəran şəhər uşaq istirahət düşərgəsi

 “Füzuli” yay kinoteatrı (Lənkəran rayonu, Liman qəsəbəsi)

Yay kinoteatrı (Yevlax şəhəri)

“Sevil” yay kinoteatrı (Mingəçevir şəhəri)

“Sülh” yay kinoteatrı (Mingəçevir şəhəri)

“Bahar” yay kinoteatrı (Mingəçevir şəhəri)

“Arzu” qış kinolektoriyası (Mingəçevir şəhəri)

“Kosmos” kinoteatrı (Sumqayıt şəhəri)

“Vaqif” kinoteatrı və yay zalı (Sumqayıt şəhəri)

“Qarabağ” kinoteatrı (Sumqayıt şəhəri)

Saray kənd kinoteatrı (Abşeron rayonu)

Saray kənd yay kinoteatrı (Abşeron rayonu)

Novxanı kənd yay kinoteatrı (Abşeron rayonu)

Ceyranbatan kənd yay kinoteatrı (Abşeron rayonu)

Zeynəddin yay kinoteatrı (Ağdaş rayonu)

“Dostluq” yay kinoteatrı (Ağsu rayonu)

Ağcabədi kinoteatrı (Ağcabədi rayonu)

Şirvanlı kənd kinoteatrı (Bərdə rayonu)

“Astara” kinoteatrı (Astara rayonu)

“Muğan” kinoteatrı (Biləsuvar rayonu)

“Mil” kinoteatrının yay zalı (Beyləqan şəhəri)

“Mil” kinoteatrı (Beyləqan rayonu)

Nic kənd yay kinoteatrı (Qəbələ rayonu)

Vəndam kənd kinoteatrı (Qəbələ rayonu)

Hacallı kənd kinoteatrı (Qəbələ rayonu)

S.Nuxa kənd kinoteatrı (Qəbələ rayonu)

“Dostluq” kinoteatrının yay zalı (Ucar şəhəri)

A.Bakıxanov adına kinoteatr (Quba rayonu)

S.Vurğun adına kinoteatr (Quba rayonu)

“Ulduz” yay kinoteatrı (Qusar rayonu)

“Avanqard” kinoqurğusu (Xaçmaz şəhəri)

“Avanqard” yay kinoteatrı (Xaçmaz şəhəri)

“Xaçmaz” yay kinoteatrı (Xaçmaz rayonu)

“Nabran” yay kinoteatrı (Xaçmaz rayonu)

“Gənclik” kinoteatrı (İsmayıllı rayonu)

“Nizami” kinoteatrının yay zalı (Kürdəmir şəhəri)

“Bahar” kinoteatrı (Kürdəmir şəhəri)

Yay kinoteatrı (Şamaxı şəhəri)

Dəlməmmədli yay kinoteatrı (Goranboy rayonu)

Ə.Məmmədov adına kinoteatr (Göyçay rayonu)

F.Rüstəmov adına kinoteatr (Göyçay rayonu)

Rayonlararası kinoprokat məntəqəsi (Göyçay rayonu)

Privolnoye kənd yay kinoteatrı (Cəlilabad rayonu)

N.Nərimanov adına yay kinoteatrı (Masallı şəhəri)

“Xəzər” kinoteatrı (Neftçala rayonu)

“Dostluq” kinoteatrı (Oğuz rayonu)

“Dostluq” kinoteatrının yay zalı (Oğuz şəhəri)

Quruzma kənd yay kinoteatrı (Sabirabad rayonu)

S.Vurğun adına yay kinoteatrı (Sabirabad rayonu)

“Babək” kinoteatrının yay zalı (Salyan rayonu)

“Tərtər” yay kinoteatrının yay zalı (Tərtər şəhəri)

Əyyublu kənd kinoteatrı (Tovuz rayonu)[7]

S.Vurğun adına yay kinoteatrı (Tovuz rayonu)

“Dəmiryolu” yay kinoteatrı (Tovuz şəhəri)

“Bahar” kinoteatrı (Cəlilabad rayonu)

M.F.Axundov kinoteatrının yay zalı (Şəki şəhəri)

“Azərbaycan” kinoteatrı (Şəki şəhəri)

“Azərbaycan” kinoteatrının yay zalı (Şəki şəhəri)

“Qışlaq” kinoteatrı (Şəki şəhəri)

S.Vurğun adına yay kinoteatrı (Şəki şəhəri)

Vidadi adına kinoteatrın yay zalı (Şəmkir rayonu)

Şəmkir yay kinoteatrı (Şəmkir şəhəri)

Zəyəm kənd yay kinoteatrı (Şəmkir rayonu)

Dəllər kənd yay kinoteatrı (Şəmkir rayonu)

Çinarlı kənd yay kinoteatrı (Şəmkir rayonu)

Çinarlı kənd qış kinoteatrı (Şəmkir rayonu)

Əliabad kənd qış kinoteatrı (Zaqatala rayonu)

Əliabad kənd yay kinoteatrı (Zaqatala rayonu)

Yay kinoteatrı (Zaqatala şəhəri)

“Arzu” yay kinoteatrı (Zərdab şəhəri)

Lerik rayon kinoteatrı (Lerik rayonu)

Naftalan şəhər kinoteatrı (Naftalan şəhəri)

“Rza Təhmasib” kinoteatrı (Naxçıvan şəhəri)

“Əlincə” kinoteatrı (Culfa rayonu)

“Araz” yay kinoteatrı (Culfa rayonu)

 Nehrəm kənd yay kinoteatrı (Babək rayonu)

 “Bahar” yay kinoteatrı (Şərur rayonu)

 “Çinar” yay kinoteatrı (Ordubad rayonu)

 Dəstə kənd yay kinoteatrı (Ordubad rayonu)

“Gənclik” nəşriyyatı “Azərnəşr” nəşriyyatı

“Maarif” nəşriyyatı

 3 nömrəli Bərdə Elmi-Bərpa İstehsalat İdarəsi

 4 nömrəli Şəki Elmi-Bərpa İstehsalat İdarəsi

 5 nömrəli Masallı Elmi-Bərpa İstehsalat İdarəsi  

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 iyun 2008-ci il tarixli 2885 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 554)

2.       6 avqust 2008-ci il tarixli 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 733)

3.       6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 715)

4.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610)

5.       4 sentyabr 2012-ci il tarixli 2413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2012-ci il, ¹ 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 864)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610) ilə 2-ci və 4.3-cü bəndlərində "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 715)  ilə Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə” bölməsində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.

 

[3] 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 715)  ilə Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin “b)” bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.

 

[4] 6 avqust 2008-ci il tarixli 2966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 733) ilə “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin “b)” bəndində “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 iyun 2008-ci il tarixli 2885 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6, maddə 554) ilə “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Xızı rayonu” bölməsində “Xızı qəsəbə uşaq bağçası” sözləri “Xızı şəhər uşaq bağçası” sözləri ilə əvəz edilmişdir.

 

[6] 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 715)  ilə Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə” bölməsində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.

 

[7] 4 sentyabr 2012-ci il tarixli 2413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2012-ci il, ¹ 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 861) ilə “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə” bölməsində “Aşağı Ayıblı” sözləri “Əyyublu” sözü ilə əvəz edilmişdir.