İnternat
məktəblərinin, internat tipli liseylərin və
gimnaziyaların rəhbər işçilərinin,
inzibati-təsərrüfat, tədris-köməkçi və
xidmətedici heyətinin nümunəvi ştatları haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4
nömrəli Fərmanının 4-cü bəndinin icrası
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
İnternat məktəblərinin, internat tipli liseylərin
və gimnaziyaların rəhbər işçilərinin,
inzibati-təsərrüfat, tədris-köməkçi və
xidmətedici heyətinin nümunəvi ştatları təsdiq
edilsin (əlavə olunur).
2.
Nümunəvi ştatların tətbiqi ilə əlaqədar
tələb olunan xərclər cari ilin dövlət büdcəsinin
mərkəzləşdirilmiş və yerli xərclərinin
Təhsil bölməsində həmin məqsəd üçün
nəzərdə tutulmuş müvafiq xərc
yarımmaddələri hesabına təmin edilsin.
3.
Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyi internat
məktəblərinin nümunəvi ştatları haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21
avqust tarixli 274 nömrəli qərarı (4-cü bəndi istisna
olmaqla) qüvvədən düşmüş hesab edilsin.
4.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 23 iyun 2006-cı il
№ 157
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 23 iyun tarixli 157 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
İnternat
məktəblərinin, internat tipli liseylərin və
gimnaziyaların rəhbər işçilərinin,
inzibati-təsərrüfat, tədris-köməkçi və
xidmətedici heyətinin
NÜMUNƏVİ
ŞTATLARI
|
Sıra №-si |
Vəzifələrin adı |
Sinif
komplektlərinin miqdarından asılı olaraq ştat
vahidlərinin sayı |
|||
|
8-11 sinif |
12-15 sinif |
16-22 sinif |
23 və daha çox |
||
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
1. |
Direktor |
1 |
1 |
1 |
1 |
|
2. |
Direktorun tədris işləri
üzrə müavini |
1 |
1 |
1 |
1 |
|
3. |
Direktorun tərbiyə
işləri üzrə müavini |
1 |
1 |
1 |
1 |
|
4. |
Direktorun profil üzrə müavini |
1 |
1 |
1 |
1 |
|
5. |
Direktorun təsərrüfat
işləri üzrə müavini |
1 |
1 |
1 |
1 |
|
6. |
Uşaqbirliyi
təşkilatının rəhbəri |
1 |
1 |
1 |
1 |
|
7. |
Laborant |
1 |
1 |
1,5 |
2 |
|
8. |
Böyük kitabxanaçı |
1 |
1 |
1 |
1 |
|
9. |
Psixoloq |
1 |
1 |
1 |
1 |
|
10. |
Həkim |
1 |
1 |
1 |
1 |
|
11. |
Tibb bacısı |
1 |
1 |
2 |
2 |
|
12. |
Baş mühasib |
1 |
1 |
1 |
1 |
|
13. |
Mühasib-kassir (xəzinədar) |
1 |
1 |
1 |
1 |
|
14. |
Kompüter üzrə operator |
1 |
1 |
1 |
1 |
|
15. |
Katibə-makinaçı |
1 |
1 |
1 |
1 |
|
16. |
Baş aşpaz |
1 |
1 |
1 |
1 |
|
17. |
Aşpaz |
2 |
3 |
4 |
5 |
|
18. |
Mətbəx fəhləsi |
2 |
3 |
4 |
5 |
|
19. |
Anbardar |
1 |
1 |
1 |
1 |
|
20. |
Dəyişək xidmətçisi |
1 |
1 |
2 |
2 |
|
21. |
Çəkməçi |
1 |
1 |
1 |
1 |
|
22. |
Dərzi |
1 |
1 |
1 |
1 |
|
23. |
Paltaryuyan-maşinist |
3 |
4 |
5 |
6 |
|
24. |
Binalara, avadanlıq və
qurğulara xidmət və onların cari təmiri üzrə
fəhlə |
1 |
1 |
3 |
3 |
|
25. |
Dəllək |
0,5 |
0,5 |
0,5 |
0,5 |
Qeydlər.
1.
Tərbiyəçilərin əvəz olunması, istirahət, iş günü hesab
edilməyən bayram günləri və məzuniyyət dövrü də daxil
olmaqla, internat məktəblərində tərbiyəçi
ştatının sayı aşağıdakı kimi
müəyyən olunur: [1]
I-IX siniflər
üzrə internatda, internat tipli liseydə və gimnaziyada
yaşayıb tərbiyə olunan kontingentdən ibarət qrupa
2 vahid, tərbiyə olunan, lakin internatda qalmayan kontingentdən
ibarət hər qrupa isə 1 vahid;
X-XI siniflər
üzrə tərbiyə olunanların hər qrupuna 1 vahid.
2. Nümunəvi
ştatda göstərilən laborant vəzifəsi avadanlıqla
təchiz edilmiş fizika və kimya kabinetləri olduqda
tətbiq edilir.
3. İki dildə
dərs keçirilən internat məktəblərində, internat
tipli liseylərdə və gimnaziyalarda əlavə bir vahid direktorun
tədris işləri üzrə müavini vəzifəsi
müəyyən edilir.
4. Sanatoriya tipli
internat məktəblərində tərbiyə olunan hər
100 uşağa bir vahid həkim və iki vahid tibb
bacısı ştatı müəyyən edilir.
5. Xadimə
ştatı süpürülən hər 500 kv.m sahəyə bir vahid hesabı
ilə müəyyən edilir. Bundan başqa, I-IV siniflərdə
tərbiyə olunanların hər qrupuna 0,25 vahid xadimə
ştatı müəyyən edilir.
6. Çəkməçi
vəzifəsi emalatxanaya təmir üçün ayaqqabı
verilmədikdə ştat saxlanılır.
7. İnternat
məktəbi, internat tipli liseylər və gimnaziyalar
tərəfindən dəyişəklər yuyulmaq üçün
camaşırxanaya verilmədikdə, ştat
cədvəlinə paltaryuyan vəzifəsi daxil edilir.
8. İnternat
məktəblərində, internat tipli liseylərdə və
gimnaziyalarda hər yataq korpusuna 2 vahid gecə dayəsi
ştatı müəyyən edilir. 150 nəfərlikdən
artıq yataqxanası olan internat məktəblərində
tərbiyə olunan hər 150 uşağa 2 vahid gecə
dayəsi vəzifəsi müəyyən edilir.
9. Ocaqçı və
binaların, qurğuların, avadanlığın cari
təmiri və onlara xidmət üzrə fəhlə
vəzifələri mənzil-kommunal sisteminə
verilməyən internat məktəblərində
aşağıdakı kimi müəyyən edilir:
- mərkəzi
istilik sistemi olduqda, hər qazanxanada növbədə bir ocaqçı
vəzifəsi;
- bərk yanacaqla
(torfla, daş kömürlə) qızdırılan qazanxananın
sahəsi 75 kv. metrdən çox olduqda, növbədə 2 ocaqçı
vəzifəsi;
- qazla
qızdırıldıqda. növbədə bir,
təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan
qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi;
-
mərkəzləşdirilmiş istilik sistemindən
qızdırılan internat məktəblərində istilik
məntəqəsi və ya əlavə elevator olduqda
binaların, qurğuların, avadanlığın cari
təmiri və onlara xidmət üzrə bir fəhlə
vəzifəsi və boyler və nasos olduqda isə
növbədə bir fəhlə vəzifəsi;
- soba ilə
qızdırılan internat məktəblərində hər 5
sobaya 0,5 vahid hesabı ilə sobayandıran vəzifəsi;
bu bənddə
nəzərdə tutulmuş ocaqçı, sobayandıran, bina,
qurğuların və avadanlığın cari təmiri
və onlara xidmət üzrə fəhlə vəzifələri
binanı qızdırma mövsümü üçün nəzərdə tutulur.
Göstərilən
vəzifələrin ümumi sayından bir vəzifə
(sobayandıran vəzifəsi 0,5 vahid) illik müəyyən
edilir.
10. Yük
avtomaşını və ya avtobusu olan internat
məktəblərinə, internat tipli liseylərə və
gimnaziyalara bir vahid sürücü ştatı daxil edilir.
11. İnternat
məktəbinin, internat tipli liseyin və gimnaziyaların
binasının qorunması mühafizə dəstəsi
tərəfindən həyata keçirilmədiyi halda, istirahət
və iş günü hesab edilməyən bayram günləri də
daxil olmaqla, ştat cədvəlinə 2 vahid gözətçi
vəzifəsi daxil edilir.[2]
12. Dərnək
rəhbəri vəzifəsi aşağıdakı kimi
müəyyənləşdirilir:
sinif
komplektlərinin sayı 5-dən 10-dək olduqda - 0,5
müəllim stavkası;
sinif
komplektlərinin sayı 10-dan 20-dək olduqda - 1 müəllim
stavkası;
sinif
komplektlərinin sayı 20 və daha çox olduqda - 1,5 müəllim
stavkası.
13.
İncəsənət təmayüllü internat məktəblərində,
internat tipli liseylərdə və gimnaziyalarda musiqi
alətlərinin sazlayıcısı ştatı daxil edilir.
14. İnternat
məktəbində, internat tipli liseylərdə və
gimnaziyalarda dalandar vəzifəsi hər 1 hektar
həyətyanı sahəyə 1 vahid müəyyən edilir.
15. Bağ və bostan
da daxil olmaqla, 1,5 hektardan çox tədris-təcrübə və
yardımçı təsərrüfat sahəsi, habelə
bəzək ağacı əkilmiş yaşıl
meydançası olan internat məktəblərinin ştat
cədvəlində dalandar vəzifəsi ləğv
edilərək, bağban vəzifəsi müəyyən edilə
bilər.
16. Orta internat
məktəblərində, internat tipli liseylərdə və
gimnaziyalarda sinifkomplektlərinin sayından asılı
olmayaraq, hərbi rəhbər vəzifəsi müəyyən
edilir.
17.
Cədvəldə göstərilən ştat vahidlərinin
sayı siniflərdə tərbiyə olunanların
sayının I-IX siniflər üzrə 20
nəfərədək, X-XI siniflər üzrə isə 15
nəfərədək olması ilə müəyyən edilir.
18. İnternat
məktəblərində, internat tipli liseylərdə və
gimnaziyalarda ştat vahidlərinin sayı bu nümunəvi
ştata uyğun olaraq, ildə bir dəfə - sentyabr
ayında müəyyən edilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6 fevral
2007-ci il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə
"İnternat məktəblərinin, internat tipli
liseylərin və gimnaziyaların rəhbər
işçilərinin, inzibati-təsərrüfat, tədrisköməkçi
və xidmətedici heyətinin nümunəvi
ştatları"nın Qeydlər hissəsinin 1-ci
bəndində "bayram"
sözü "iş günü hesab
edilməyən bayram" sözləri ilə əvəz
edilmişdir.
[2] 6 fevral
2007-ci il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə
"İnternat məktəblərinin, internat tipli
liseylərin və gimnaziyaların rəhbər
işçilərinin, inzibati-təsərrüfat, tədrisköməkçi
və xidmətedici heyətinin nümunəvi
ştatları"nın Qeydlər hissəsinin 11-ci
bəndində "bayram"
sözü "iş günü hesab
edilməyən bayram" sözləri ilə əvəz
edilmişdir.