Texniki
yardım və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi
şəxsləri tərəfindən alınan qrant
və texniki yardımlara dair sazişlərin bağlanması
praktikasını təkmilləşdirmək məqsədi
ilə qərara alıram: [1]
1. "Texniki yardım və qrant alınmasına dair
sazişlərin bağlanması və təsdiq edilməsi
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Fərmandan irəli gələn məsələləri
həll etsin.
3. Bu Fərman dərc olunduğu gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 17 aprel 2006-cı il
¹ 388
|
|
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388
nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Texniki yardım və qrant
alınmasına dair sazişlərin bağlanması və
təsdiq edilməsi
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar Azərbaycan
Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından
texniki yardım və ya qrant alınmasına dair sazişlərin (bundan sonra -
sazişlər) bağlanması və təsdiq edilməsi
prosedurunu tənzimləyir.
1.2.
Bu Qaydaların əsas məqsədi
1.1-ci bənddə nəzərdə tutulan sazişlərin mühüm əhəmiyyət
kəsb edən iqtisadi-sosial, institusional və struktur
dəyişikliklərinə yönəldilməsini, habelə
hərtərəfli əsaslandırılmış
layihələrin hazırlanmasını təmin
etməkdən ibarətdir.
1.3.
Mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin
dəstəklənməsi məqsədilə bu Qaydaların
1.1-ci bəndində nəzərdə tutulan sazişlərin
bağlanması bu Qaydalara və “Sahibkarlığın
dəstəklənməsi məqsədilə xarici
dövlətlərin və beynəlxalq təşkilatların
maliyyələşdirdikləri proqramların
(layihələrin) əlaqələndirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768
nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.[2]
II. SAZİŞLƏRİN BAĞLANMASI VƏ TƏSDİQ
EDİLMƏSİ
2.1. Mərkəzi icra hakimiyyəti orqanları və
dövlətə məxsus hüquqi
şəxslər tərəfindən
sazişlərə dair danışıqlara
başlanması haqqında təkliflər həmin
sazişlərin layihələri əlavə olunmaqla Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilir.[3]
2.2. Bu Qaydaların 2.1-ci bəndində
nəzərdə tutulan təkliflərə sazişlərin bağlanmasının
məqsədəuyğunluğunu təsdiqləyən və
bu sazişlərin bağlanmasının maliyyə-iqtisadi
və ya institusional-texniki nəticələrini qiymətləndirən
sənədlər və əldə
olunacaq nəticələrə dair məlumatlar da əlavə
olunur.
2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində göstərilən təkliflərə bir ay müddətində baxır.
2.4. Bu Qaydaların 2.3-cü bəndində
göstərilən müddətdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti layihələri iqtisadi
və hüquqi ekspertizaya göndərir.
Layihələrin iqtisadi və hüquqi ekspertizaları
müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
həyata keçirilir. Zərurət olduqda,
göstərilən nazirliklər iqtisadi və hüquqi
ekspertizanın keçirilməsi üçün müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının, habelə bu
sahədə ixtisaslaşmış təşkilatların
xidmətlərindən istifadə edə bilərlər.[4]
2.5. Azərbaycan Respublikasının Nazirlər
Kabineti texniki yardım və ya qrant
alınmasını məqsədəuyğun hesab
edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi
şəxslərin rəhbərlərinə
müvafiq donorla danışıqlara başlanmasına dair
razılıq verir.[5]
2.6. Layihələr
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun
olmalı, ölkənin qanunları
və digər qanunvericilik aktları ilə əsasən ziddiyyət
təşkil etməməlidir.
2.7. Saziş layihələri
tərəflərlə razılaşdırıldıqdan
sonra layihənin yekun mətni Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
2.8. Sazişi imzalamaq səlahiyyəti
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq icra
hakimiyyəti orqanının və
dövlətə məxsus hüquqi
şəxsin rəhbərinə verilir.[6]
2.9. Müvafiq
qaydada tərəflər arasında imzalanmış saziş
onu imzalamış mərkəzi
icra hakimiyyəti orqanının və dövlətə
məxsus hüquqi
şəxsin rəhbəri tərəfindən
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilir və bu Qaydaların 2.10-cu və
2.11-ci bəndlərində müəyyən edilmiş
tələblər gözlənilməklə, bir ay
ərzində Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq olunur.[7]
2.10. Texniki
yardım və qrant alınmasına dair sazişdə
Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş qaydalardan
fərqli qaydalar nəzərdə tutularsa, saziş Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilir. Həmin saziş Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq edilir.
2.11.
Texniki yardım və qrant alınmasına dair
sazişdə Azərbaycan Respublikası
Prezidentinin fərmanları ilə müəyyən edilmiş
qaydalardan fərqli qaydalar nəzərdə
tutularsa, həmin saziş Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
edilir.
2.12. Azərbaycan
Respublikasının Nazirlər Kabineti texniki yardım və qrantların məqsədli və
səmərəli istifadəsinə dair məlumatı
ildə bir dəfədən az olmayaraq və zəruri hallarda
tələb olunduqda, layihə tam başa çatdıqdan
sonra isə yekun hesabatı Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may
2014-cü il, ¹ 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 5, maddə 477)
2.
16 avqust
2016-cı il tarixli 1023
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti,
17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8,
maddə 1384)
3.
4 iyul 2019-cu
il tarixli 774 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 5 iyul 2019-cu il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1222)
4.
30 yanvar
2020-ci il tarixli 916
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, ¹ 20, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 1, maddə 5)
5. 21 yanvar
2023-cü il tarixli 1986
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 yanvar
2023-cü il,
“Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1,
maddə 74)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1]
4 iyul 2019-cu
il tarixli 774 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 5 iyul 2019-cu il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1222) ilə preambulada “digər təşkilatları”
sözləri “dövlətə
məxsus müəssisələri” sözləri ilə
əvəz edilmişdir.
21 yanvar
2023-cü il tarixli 1986
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 yanvar
2023-cü il,
“Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1,
maddə 74) ilə
preambulada
“müəssisələri”
sözü “hüquqi
şəxsləri” sözləri ilə əvəz
edilmişdir.
[2]
30 yanvar
2020-ci il tarixli 916
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, ¹ 20, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 1, maddə 5) ilə “Texniki yardım və qrant alınmasına
dair sazişlərin bağlanması və təsdiq
edilməsi Qaydaları”na yeni məzmunda 1.3-cü bənd
əlavə edilmişdir.
[3]
4 iyul 2019-cu
il tarixli 774 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 5 iyul 2019-cu il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1222) ilə “Texniki yardım
və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.1-ci bəndində “Mərkəzi
və digər icra hakimiyyəti orqanları” sözləri
“Mərkəzi icra hakimiyyəti
orqanları və dövlətə məxsus
müəssisələr” sözləri ilə əvəz
edilmişdir.
21 yanvar
2023-cü il tarixli 1986
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 yanvar
2023-cü il,
“Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1,
maddə 74) ilə
“Texniki
yardım və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.1-ci bəndində “müəssisələr”
sözü “hüquqi
şəxslər” sözləri ilə əvəz
edilmişdir.
[4]
14 may 2014-cü il tarixli 164
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may
2014-cü il, ¹ 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 5, maddə 477) ilə 2.4-cü bəndin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə
əvəz edilmişdir.
16 avqust
2016-cı il tarixli 1023
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti,
17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8,
maddə 1384) ilə 2.4-cü bəndin ikinci
cümləsindən “və
Sənaye” sözləri
çıxarılmışdır.
[5]
4 iyul 2019-cu
il tarixli 774 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 5 iyul 2019-cu il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1222) ilə “Texniki yardım
və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.5-ci bəndinə “orqanlarının”
sözündən sonra “və
dövlətə məxsus müəssisələrin”
sözləri əlavə edilmişdir.
21 yanvar
2023-cü il tarixli 1986
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 yanvar
2023-cü il,
“Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1,
maddə 74) ilə
“Texniki
yardım və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.5-ci bəndində “müəssisələrin”
sözü “hüquqi
şəxslərin” sözləri ilə əvəz
edilmişdir.
[6]
4 iyul 2019-cu
il tarixli 774 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 5 iyul 2019-cu il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1222) ilə “Texniki yardım
və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.8-ci bəndinə “orqanının”
sözündən sonra “və
dövlətə məxsus müəssisənin”
sözləri əlavə edilmişdir.
[7]
4 iyul 2019-cu
il tarixli 774 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 5 iyul 2019-cu il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1222) ilə “Texniki yardım
və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.9-cu bəndində “icra
hakimiyyəti orqanının” sözləri “mərkəzi icra hakimiyyəti
orqanının və dövlətə məxsus
müəssisənin” sözləri ilə əvəz
edilmişdir.
21 yanvar
2023-cü il tarixli 1986
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 yanvar
2023-cü il,
“Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1,
maddə 74) ilə
“Texniki
yardım və qrant alınmasına dair sazişlərin
bağlanması və təsdiq edilməsi Qaydaları”nın
2.8-ci və 2.9-cu bəndlərində “müəssisənin” sözü “hüquqi şəxsin” sözləri ilə
əvəz edilmişdir.