Şəhər su təchizatı və
kanalizasiya layihəsi üzrə Asiya İnkişaf
Bankı və "Azərsu" Səhmdar Cəmiyyəti arasında
Layihə haqqında Sazişin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Şəhər
su təchizatı və kanalizasiya layihəsi üzrə Asiya
İnkişaf Bankı və "Azərsu" Səhmdar
Cəmiyyəti arasında Layihə haqqında Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2006-cı il
¹ 70-IIIQ
Kredit
nömrə 2119 AZE (SF)
Asiya İnkişaf Bankı və "Azərsu"
Səhmdar Cəmiyyəti arasında LAYİHƏ HAQQINDA
SAZİŞ
(Şəhər su təchizatı və kanalizasiya
layihəsi)
Asiya İnkişaf Bankı (bundan sonra
"AİB" adlandırılacaq) və "Azərsu" Səhmdar Cəmiyyəti
(bundan sonra "Azərsu" adlandırılacaq) arasında
29 noyabr 2005-ci il tarixli Layihə
haqqında Saziş
Nəzərə
alaraq ki,
(A) Azərbaycan
Respublikası (Borcalan) və AİB arasında eyni tarixdə
imzalanmış
sazişlə (Kredit haqqında Saziş) AİB Kredit
haqqında Sazişdə əks olunan şərtlər
əsasında, lakin yalnız Layihə haqqında Sazişin 1
saylı Əlavəsində təsvir olunmuş Layihənin
A (i)(c) Bölməsi istisna olmaqla A Bölməsinin və B
(i)(c) Bölməsi istisna olmaqla B Bölməsinin
məqsədləri üçün Kredit vəsaitlərinin bir
hissəsinin "Azərsu"ya təqdim edilməsi və
"Azərsu"nun bu Layihə haqqında Sazişdə qeyd
olunmuş öhdəlikləri üzərinə
götürməyə razılaşması şərtilə
Borcalana on üç milyon beş yüz səksən min
Xüsusi Borcalana Hüquqlarına (13,580,000 XBH) ekvivalent
məbləğdə kredit verməyə razılaşmışdır;
(B) AİB və
Borcalan arasında bağlanmış Kredit haqqında
Sazişi nəzərə alaraq "Azərsu"
aşağıda qeyd olunan öhdəlikləri
üzərinə götürməyə razılaşmışdır;
Buna
görə də tərəflər aşağıdakılar
barədə razılığa gəlmişlər.
Maddə I
Anlayışlar
Bölmə
1.01. (a) Məzmun başqa cür tələb etmirsə, bu
Layihə haqqında Sazişdə istifadə olunduğu
hər yerdə Kredit haqqında Sazişdə və Kredit
vermə Qaydalarında
müəyyən olunmuş bir sıra terminlərin
göstərildiyi mənalan vardır, lakin bu Layihə
haqqında Sazişin məqsədləri üçün
"Layihə" termini Kredit
haqqında Sazişin 1 saylı Əlavəsində qeyd
olunduğu kimi Layihənin A və B bölmələri kimi
başa düşülür.
(b)
Bu Bölmənin (a) bəndində istinad olunmuş
terminlərə əlavə olaraq, aşağıdakı
termin bu Layihə haqqında Sazişin hər yerində,
əgər məzmun baş-qa cür tələb
etmirsə, aşağıdakı mənanı verir:
"SC" dedikdə "Ağdaş" SC və "Göyçay" SC-nin hər biri
başa düşülür.
Maddə II
Xüsusi
öhdəliklər
Bölmə
2.01. (a) "Azərsu" Layihəni möhkəm inzibati,
maliyyə, sosial, mühəndislik,
ekoloji və kommunal xidmətlər üzrə
təcrübələrə uyğun şəkildə lazımi səy və məhsuldarlıqla
həyata keçirməlidir.
(b)
Layihənin həyata keçirilməsi və Layihə
qurğularının istifadə olunması zamanı "Azərsu" bu Layihə haqqında
Sazişdə göstərilmiş "Azərsu"ya aid
bütün öhdəlikləri və Layihə haqqında
Sazişin Əlavəsində göstərilmiş bütün öhdəlikləri
həyata keçirəcək.
Bölmə
2.02. "Azərsu" Layihənin həyata
keçirilməsi üçün lazımi qədər
çevik şəkildə Kredit
vəsaitlərinə əlavə olaraq, tələb olunan
vəsaitləri, qurğuları, xidmətləri və digər resursları təqdim
etməlidir.
Bölmə 2.03. (a) Layihənin
həyata keçirilməsi zamanı "Azərsu"
AİB üçün qənaətbəxş
şərtlər daxilində, AİB-ə məqbul olan
səriştəli və ixtisaslı məsləhətçiləri
və podratçıları işə cəlb etməlidir.
(b) AİB-in başqa cür
razılaşacağı hal istisna olmaqla, Kredit
vəsaitlərindən maliyyələşdiriləcək
bütün mallar və xidmətlər Kredit haqqında
Sazişin 4 və 5 saylı
Əlavələrinin müddəalarına müvafiq
surətdə satın alınmalıdır. AİB
əsas etibarılə Borcalan və AİB arasında
razılaşdırılmış prosedurlara uyğun satın alınmayan və yaxud
müqavilə şərtləri AİB üçün qənaətbəxş
olmayan mallar və xidmətlər üçün
müqavilələrin maliyyələşdirilməsindən
imtina edə bilər.
Bölmə
2.04. "Azərsu" Layihəni AİB-ə məqbul olan
planlar, layihə standartları,
spesifikasiyalar, iş cədvəlləri və tikinti
metodları əsasında həyata keçirməlidir.
"Azərsu" belə planları, layihə
standartlarını, spesifikasiyaları, iş cədvəllərini
və istənilən digər əsaslı
dəyişiklikləri onların hazırlanmasından
dərhal sonra AİB-in tələb etdiyi
müfəssəlliklə AİB-ə çatdırmalı
və ya çatdırılmasının təmin
etməlidir.
Bölmə 2.05. (a)
"Azərsu" sağlam təcrübəyə uyğun
olaraq Layihə qurğularının
müəyyən risklərə qarşı və lazımi
məbləğlərdə sığorta olunması
üçün cavabdeh
sığortaçıları cəlb etməli və
dəstəkləməli, yaxud da AİB-ə məqbul olan
digər tədbirlər görməlidir.
(b) Yuxarıda qeyd olunanları
məhdudlaşdırmadan, "Azərsu" Layihə vəsaitlərindən
maliyyələşdiriləcək və Layihə
üçün idxal olunacaq malları onların
alınması, daşınması, istifadə olunacağı
və ya quraşdırılacağı yerə
çatdırılmasında mümkün risklərə
qarşı sığortalamalı və ya sığortalanmasını təmin etməlidir
və belə sığorta üçün hər hansı
kompensasiya həmin malların təmiri və ya
dəyişdirilməsi üçün rahat olan valyutada ödənilməlidir.
Bölmə
2.06. "Azərsu" Kredit vəsaitlərindən
maliyyələşdirilmiş malların, xidmətlərin və digər xərc
maddələrinin müəyyənləşdirilməsi,
onların Layihədə istifadəsinin
aydınlaşdırılması, Layihənin
gedişatının qeyd olunması (xərclər daxil
olmaqla) və onun əməliyyatlarının və maliyyə
vəziyyətinin təsdiq
olunmuş etibarlı mühasibat prinsiplərinə uyğun
olaraq əks olunması üçün lazımi
şəkildə qeydləri və hesabları saxlamalı
və ya saxlanılmasını təmin etməlidir.
Bölmə 2.07. (a) Kreditin
məqsədlərinin yerinə yetirilməsi üçün
AİB və "Azərsu" tam şəkildə
əməkdaşlıq etməlidirlər.
(b) "Azərsu"
Layihənin gedişatına, özünün bu Layihə
haqqında Saziş, Təkrar Borc Sazişi və ya Subkredit
haqqında Saziş çərçivəsində
öhdəliklərinə və yaxud Kreditin
məqsədlərinin yerinə yetirilməsinə
əngəl törədən və ya əngəl
törətmək təhlükəsi yaradan istənilən
vəziyyət haqqında tez bir zamanda AİB-ə
məlumat verməlidir.
(c) AİB və
"Azərsu" istənilən tərəfin
müraciətinə əsasən Layihə, "Azərsu" və
Kreditlə əlaqədar hər hansı
məsələlərlə bağlı öz
nümayəndələri vasitəsilə vaxtaşırı
fikir mübadiləsi aparmalıdırlar.
Bölmə
2.08. (a) "Azərsu" (i) Kredit və onun
vəsaitlərinin xərclənməsi; (ii) belə vəsaitlərdən
maliyyələşən mallar, xidmətlər və digər
xərc maddələri; (iii)
Layihə; (iv) "Azərsu"nun inzibati, istismar və
maliyyə vəziyyəti; və (v) Kreditin məqsədləri ilə əlaqədar
digər məsələlərlə bağlı AİB
tərəfindən məntiqli olaraq tələb olunan
bütün belə məlumatları və hesabatları
AİB-ə təqdim etməlidir.
(b) Yuxarıda qeyd
olunanların ümumiliyini məhdudlaşdırmadan
"Azərsu" Layihənin icrası üzrə və
Layihə qurğularının istismarı və idarə
edilməsi üzrə rüblük
hesabatları AİB-ə təqdim etməlidir. Belə
hesabatlar AİB tərəfindən
məntiqli olaraq tələb ediləcək zaman
çərçivəsində, formada və təfsilatda
təqdim olunmalı və digər
məsələlərlə yanaşı, baxılan rüb ərzində işlərin
gedişatını və rast gəlinən problemləri, bu
problemlərin həlli
istiqamətində atılmış və ya təklif olunan
addımlan, növbəti rüb ərzində təklif olunan
tədbirlər proqramını və gözlənilən
tərəqqini göstərməlidir.
(c) Layihənin
fiziki cəhətdən başa çatdırılmasından
dərhal sonra, lakin istənilən halda bundan üç (3)
aydan və ya AİB-in bu məqsədlə razılaşdığı
daha sonrakı tarixdən gec olmayaraq, "Azərsu" Kreditin
məqsədlərinin yerinə yetirilməsi və bu Layihə
haqqında Saziş çərçivəsində "Azərsu"
tərəfindən onun öhdəliklərinin yerinə
yetirilməsi və xərclər daxil olmaqla Layihənin
icrası və ilkin istismarı ilə bağlı hesabatı
AİB tərəfindən
məntiqli olaraq tələb ediləcək formada və
təfsilatda hazır-lamalı və AİB-ə təqdim
etməlidir.
Bölmə 2.09. (a) "Azərsu"
(i) Layihə üçün ayrıca hesablar saxlamalı; (ii)
həmin hesabların və əlaqədar maliyyə
hesabatlarının (balans cədvəli, gəlirlər və
xərclər haqqında hesabat, mənbələr haqqında
hesabat və vəsaitlərin istifadəsi və
əlaqədar hesabatlar) hər il ixtisası,
təcrübəsi və texniki tapşırıqları AİB-ə
münasib olan müstəqil auditorlar tərəfindən daima
tətbiq olunan müvafiq
audit standartlarına uyğun auditinin aparılmasını
təmin etməlidir; (iii) hamısı
ingilis dilində olmaqla mümkün olan kimi, lakin hər bir
halda hər maliyyə ilinin sonundan altı (6) aydan gec
olmamaq şərtilə, auditi aparılmış hesabların
və maliyyə hesabatlarının və onunla əlaqədar
auditorların hesabatlarının təsdiq olunmuş
surətlərini AİB-ə təqdim etməlidir (o
cümlədən auditor-ların Kredit vəsaitinin istifadə
olunması və Kredit haqqında Sazişin öhdəliklərin yerinə yetirilməsi,
həmçinin xərclərin cari hesabı/hesabatı
üzrə qaydalarla əlaqədar rəyi).
"Azərsu" AİB-in vaxtaşırı xahiş
edəcəyi təqdirdə belə hesablar və maliyyə hesabatlan və auditin özü
ilə əlaqədar digər məlumatı AİB-ə təqdim etməlidir.
(b)
Borcalan AİB-in xahişinə əsasən, Borcalanın
Layihə üzrə maliyyə hesabatlarını
və onun Layihə ilə əlaqədar maliyyə
işlərini Borcalanın auditorları ilə AİB-in
vaxtaşırı müzakirə etməsinə şərait
yaradacaq və həmin
auditorların hər hansı bir nümayəndəsinə
səlahiyyət verəcək və ondan AİB
tərəfindən xahiş olunan müzakirədə iştirak
etməsini tələb edəcəkdir və Borcalanın
başqa cür razılaşmadığı təqdirdə
belə müzakirə yalnız Borcalanın
səlahiyyətli heyət üzvünün iştirakı
ilə aparılacaqdır.
Bölmə 2.10. "Azərsu"
AİB-in nümayəndəsinə Layihəni, Kredit
vəsaitlərindən maliyyələşdirilmiş
malları və hər hansı əlaqədar qeydləri
və sənədləri yoxlaması üçün
şərait yaradacaqdır.
Bölmə 2.11. (a) "Azərsu"
Layihənin həyata keçirilməsində və ya öz
işlərinin
aparılmasında zəruri olan səs hüququnun,
imtiyazların, səlahiyyətlərin, əmlakın və
bütün hüquqların əldə olunması,
saxlanılması və yenilənməsi və istismarının davam etdirilməsi,
öz korporativ mövcudluğunu qorumaq üçün lazımi qədər çevik
şəkildə öz hüquqları
çərçivəsində bütün tədbirləri
həyata keçirməlidir.
(b) "Azərsu"
öz işini hər zaman möhkəm inzibati, maliyyə,
sosial, mühəndislik, ekoloji və kommunal
xidmətlər üzrə təcrübələrə
uyğun şəkildə və səriştəli və
təcrübəli rəhbərlik və işçi
heyətinin nəzarəti altında aparmalıdır.
(c) "Azərsu"
hər zaman öz qurğularının, avadanlıqlarının
və digər əmlakının istismarını və
texniki xidmətini aparmalı və vaxtaşırı olaraq
lazımi qədər çevik şəkildə möhkəm
inzibati, maliyyə, sosial, mühəndislik, ekoloji və
kommunal xidmətlər üzrə
təcrübələrə uyğun surətdə onların
zəruri təmir və yenilənmə işlərini
həyata keçirməlidir.
Bölmə 2.12. AİB-in başqa
cür razılaşmayacağı təqdirdə
"Azərsu" onun səmərəli istismarı
üçün tələb olunan və yaxud da
satışı bu Layihə haqqında Saziş çərçivəsində hər hansı
öhdəliyini qənaətbəxş səviyyədə
yerinə yetirmək qabiliyyətinə zərər vura
biləcək hər hansı əmlakını satmamalı,
icarəyə verməməli
və yaxud başqa cür istifadə etməməlidir.
Bölmə
2.13. AİB-in başqa cür razılaşacağı hal
istisna olmaqla, "Azərsu" Kredit
vəsaitlərini bu Layihə haqqında Saziş və Kredit
haqqında Sazişin şərtlərinə
uyğun olaraq istifadə etməli və belə
vəsaitlərdən maliyyələşmiş bütün
mallar və xidmətlərin məxsusi olaraq Layihənin
həyata keçirilməsində istifadə olunmasını təmin etməlidir.
Bölmə 2.14. AİB-in başqa
cür razılaşacağı hal istisna olmaqla,
"Azərsu" Təkrar
Borc Sazişi və Subkredit haqqında Sazişlər
çərçivəsində bütün
öhdəliklərini lazımi qaydada yerinə yetirməli
və Təkrar Borc Sazişi və Subkredit haqqında
Sazişlər çərçivəsində
tərəflərin hüquqlarının və ya
öhdəliklərinin bölüşdürülməsi,
dəyişdirilməsi, ləğv olunması, yaxud da onlardan
imtina olunması
təsirinə malik olacaq heç bir tədbiri həyata
keçirməməlidir.
Bölmə 2.15. "Azərsu"
öz Nizamnaməsinin və yaxud SC-nin Nizamnaməsinin
müddəalarının dəyişdirilməsi,
qüvvədən salınması və ya onlardan imtina olunması
ilə bağlı hər bir təklif haqqında AİB-i tez
bir zamanda məlumatlandırmalı
və onunla bağlı hər hansı tədbir
görülməzdən qabaq belə təklif üzrə rəy verməsi
üçün AİB-ə adekvat imkan verməlidir.
Maddə III
Qüvvəyə
minmə tarixi; Ləğv edilmə
Bölmə 3.01. Bu Layihə haqqında
Saziş Kredit haqqında Sazişin qüvvəyə minmə
tarixində qüvvəyə minməlidir. AİB dərhal
belə tarix haqqında "Azərsu"ya məlumat
verməlidir.
Bölmə 3.02. (a) Bu Layihə
haqqında Saziş və tərəflərin bu Saziş
üzrə bütün öhdəlikləri
aşağıdakı iki tarixdə başa
çatmalıdır:
(i) şərtlərinə uyğun
olaraq Kredit haqqında Sazişin başa çatmalı
olduğu tarix; və ya
(ii) Bu Layihə haqqında
Sazişin tarixindən iyirmi beş (25) il sonrakı tarix.
(b) Əgər Kredit haqqında Saziş
öz şərtlərinə uyğun şəkildə bu
Bölmənin (a)
(ii) bəndində göstərilən tarixdən öncə
başa çatarsa, AİB bu barədə dərhal "Azərsu”ya məlumat verməlidir.
Bölmə 3.03. Kredit haqqında
Saziş çərçivəsində hər hansı
ləğv edilmə və ya dayandırma hallarına baxmayaraq bu
Layihə haqqında Sazişin bütün müddəaları
qüvvədə olmaqda davam etməlidir.
Maddə IV
Digər müddəalar
Bölmə 4.01. Bu Layihə
haqqında Saziş və ya tərəflər arasında bu
Layihə haqqında Saziş ilə nəzərdə tutulan
istənilən razılaşma
çərçivəsində tələb olunan hər hansı bildiriş və ya
müraciət yazılı olmalıdır. Belə
bildiriş və ya müraciət
şəxsən və yaxud poçt, teleqram, teleks, faks və
ya radioqram vasitəsilə aşağıda
göstərilən ünvana və ya belə müraciətin
edilməsi və ya belə bildirişin
verilməsi ilə tərəfə bildiriş vasitəsi
ilə təyin olunan digər belə ünvana edilməsi, yaxud verilməsini
tələb edən və ya bunlara icazəsi olan
tərəfə çatdırıldığı halda
belə bildiriş və ya müraciət düzgün
şəkildə verilmiş və ya edilmiş hesab olunmalıdır. Bu cür təyin
olunmuş ünvanlar aşağıdakılardır:
AİB
üçün
Asiya
İnkişaf Bankı
P.O.Box 789
0980 Manila,
Filippin
Kabel
ünvanı:
Asianbank
Manila
Teleks
nömrələri:
29066 THE BANK PH
(RCA)
42205 THE BANK PH
(İTT)
63587 THE BANK PH
(ETPİ)
Faks
nömrələri:
(632) 636-2444
(632) 636-2301
"Azərsu"
üçün
"Azərsu"
SC
Moskva prospekti
67, AZ 1012
Bakı,
Azərbaycan Respublikası
Faks nömrəsi:
(994-12) 498 38 14
Bölmə 4.02. (a) Bu Layihə
haqqında Saziş və yaxud Kredit haqqında Sazişin 8.01-ci
Bölməsi çərçivəsində
"Azərsu" tərəfindən və ya onun adından tələb
olunan və ya həyata keçirilməsinə icazə
verilən istənilən tədbir və tələb olunan
və ya tərtib olunmasına icazə verilən
istənilən sənəd "Azərsu"nun prezidenti
və ya haqqında AİB-ə yazılı bildiriş
təqdim olunan digər şəxs tərəfindən həyata
keçirilə və ya tərtib oluna bilər.
(b)
"Azərsu" bu Bölmənin (a) yarımbəndi
çərçivəsində fəaliyyət
göstərəcək hər bir şəxsin
səlahiyyətini təsdiq edən lazımi
sənədləri hər bir belə şəxsin imza nümunəsi
ilə birgə AİB-ə təqdim etməlidir.
Bölmə
4.03. İstənilən defolt zamanı bu Layihə haqqında
Saziş çərçivə-sində istənilən
tərəfə aid olan hər hansı hüququn,
səlahiyyətin və ya təshih tədbirinin yerinə
yetirilməsində heç bir gecikmə və ya
çatışmazlıq belə hüquqa,
səlahiyyətə və təshih tədbirinin
tətbiqinə mənfi təsir etməyəcək və bunlardan
yayınma və ya belə yayınmanın qəbul olunması
kimi izah olunmayacaqdır,
o cümlədən istənilən yayınma və ya
yayınmanın qəbul olunması istənilən digər və ya sonrakı yayınma
ilə bağlı belə tərəfin hər hansı
hüququn, səlahiyyətin və ya təshih tədbirinin
yerinə yetirilməsinə mənfi təsir göstərməyəcəkdir.
Bununla da lazımi qaydada
səlahiyyətləndirilmiş nümayəndələrinin
adın-dan çıxış etməklə,
tərəflər yuxarıda göstərilmiş tarixdə
öz adlarından bu Layihə haqqında
Sazişi imzalayıb AİB-in baş ofisinə
çatdırılmasını təmin etmişlər.
Asiya İnkişaf
Bankı
“Azərsu" Səhmdar Cəmiyyəti
Metyu VESTFOL, Oqtay ƏSƏDOV,
Ölkə üzrə Direktor, "Azərsu" Səhmdar
Cəmiyyətinin
Azərbaycandakı
nümayəndəliyi
prezidenti
ƏLAVƏ
I.
LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ
MƏSƏLƏLƏRİ
1. (a) "Azərsu"
Layihənin həyata keçirilməsi üçün
ümumi məsuliyyət daşımaqla Layihənin İcraedici
Agentliyi olmalıdır. "Azərsu" xüsusilə, (i)
Layihə İdarəetmə Qrupunun yaradılması və
fəaliyyəti, (ii) SC-lərin təsis olunması və
nəzarəti və yeni STK sistemləri işlək
vəziyyətə gətirildikdə mövcud Sukanal
müəssisələrinin ləğvi və (iii) SC-lər,
LİQ və digər əlaqədar nazirliklər və agentliklər
arasında koordinasiya üzrə məsuliyyət
daşıyacaq.
(b) Ağdaşda
yaradılacaq SC ("Ağdaş" SC) Layihənin A
Bölməsinin yerinə yetirilməsi
üçün məsul olmalıdır; Göyçayda
yaradılacaq SC ("Göy-çay"
SC) Layihənin B Bölməsinin yerinə yetirilməsi
üçün məsul ol-malıdır.
Layihənin
Direktoru
2. "Azərsu"
yüksək səviyyəli rəsmisini Layihənin həyata
keçirilməsi üçün ümumi məsuliyyət
daşıyacaq Layihənin Direktoru vəzifəsinə təyin
etməlidir.
LİQ
3. (a) LİQ aşağıdakı
funksiya və vəzifələrə malik olmalıdır: (i)
Layihə üzrə ümumi idarəetmə işlərinin
həyata keçirilməsi, müfəssəl mühəndis
dizaynına nəzarət, satınalma və tikintiyə
nəzarət; (ii) idarəetmə üzrə
podratçıların seçilməsi və təyin edilməsi ilə əlaqədar SC-yə
yardım göstərilməsi; (iii) üzərində işlər
başa çatmış STK qurğularının işə
salınması və onların SC-yə təhvil verilməsi; və (iv)
Layihə mühasibatlığının və
hesablarının aparılması və rüblük
hesabatların və Layihənin başa çatması
üzrə hesabatın hazırlanması.
(b)
LİQ-ə AİB üçün məqbul olan ixtisaslı
təcrübəli Layihə üzrə menecer başçılıq
etməli və lazımi sayda peşəkar və
yardımçı işçi heyəti
tərə-findən dəstəklənməlidir.
"Azərsu" Layihənin həyata keçirdiyi
bütün zaman ərzində Layihəni həyata
keçirən qrupun (LHKQ) səriştəli peşə-kar
və yardımçı işçi heyətinə malik
olmasını təmin etməlidir.
LHKQ-lər
4. (a) SC LHKQ və istismar
qrupundan ibarət olmalıdır. LHKQ LİQ tərəfindən idarə olunan
dizayn və nəzarət kontraktı
çərçivəsində təyin olunmuş tikintiyə
nəzarət üçün işçi heyəti ilə
təmin edilməlidir.
(b) LHKQ
tikinti mərhələsində müvafiq Sukanal
müəssisələrinin AİB üçün məqbul
olan qaydada istismarı üçün cavabdeh olmalıdır.
Bu məqsədlə
SC Sukanalın istismar üzrə seçilmiş işçi
heyətini saxlayacaqdır. Yeni STK
sistemlərinin tikintisi başa çatdıqda, STK sistemləri
LİQ-dən SC-nin istismar qrupuna veriləcək və LHKQ
ləğv ediləcəkdir.
(c) "Azərsu"
Layihənin həyata keçirdiyi bütün zaman
ərzində LHKQ-nin səriştəli
peşəkar və yardımçı işçi
heyətinə malik olmasını təmin etməlidir.
II.
MALİYYƏ MƏSƏLƏLƏRİ VƏ
TARİFLƏR
Pay
iştirakı
5. "Azərsu"
Layihənin həyata keçirilməsi zamanı hər ilin 30
noyabr tarixinədək
LİQ tərəfindən pay iştirakı üzrə
tələbatı göstərməklə növbəti il
üçün operativ plan hazırlanmasını və MN-ə təqdim
olunmasını təmin etməlidir ki, Borcalan
vaxtaşırı olaraq Layihə üçün
tələb olunan pay iştirakının kifayət qədər büdcə
ayırmalarını təqdim edə bilsin.
Tarif
səviyyələri və maliyyə məqsədləri
6. (a) Mövcud qanun və
qaydalara müvafiq olmaqla, Kredit haqqında Sazişin 6 saylı
Əlavəsinin 7 (c) bəndində göstərildiyi kimi
borcun ödənilməsi əmsalının SC üçün 2008-ci
ildən 1.0 və 2012-ci ildən 1.2 olması üçün
su və
kanalizasiya tariflərinin Layihənin maliyyə ehtiyaclarına
uyğun şəkildə təyin edilməsi üçün Borcalan
tərəfindən su və kanalizasiya tariflərinin hər il
nəzərdən keçirilməsi üçün
"Azərsu" lazımi tədbirləri həyata keçirməlidir.
(b)
"Azərsu" tərəfindən
aşağıdakılar təmin edilməlidir: (i)
mülkiyyətindən asılı olmayaraq
heç bir təşkilat, dövlət agentliyi və ya
müəssisə yuxarıda qeyd olunanlara uyğun olaraq
təyin olunmuş su və kanalizasiya ta-riflərindən
azad edilməyəcək və yaxud onlara təsdiq olunmuş
tarif strukturundan kənar güzəştli norma tətbiq
olunmayacaq, yaxud da cəriməsiz olaraq
ödənişin gecikdirilməsinə icazə
verilməyəcəkdir; (ii) artırılmış STK
tariflərinin yoxsullara təsiri araşdırılmalı
və şəhərdə yaşayan
yoxsulların başlıca yaşayış
səviyyəsinin qorunması üçün müvafiq
tədbirlər görüləcəkdir; və (iii) qeyd olunan
araşdırmaların nəticəsi ilə
bağlı ümumi məlumatlar, araşdırmalar başa
çatandan sonra, üç ay ərzində
AİB-ə çatdırılmalıdır.
III. İDARƏETMƏ VƏ
KORPORATİVLƏŞMƏ
Səhmdar
Cəmiyyətlər
7. "Azərsu"
aşağıdakıları təmin etməlidir:
(a) Qüvvəyə
minmə tarixindən başlayaraq üç ay ərzində
SC yaradılmalı və orda səmərəli korporativ
idarəetmə tədbirləri həyata keçirilməlidir
və SC (i) Layihə çərçivəsində
tikilmiş və bərpa olunmuş öz əmlakına malik
olmalı; (ii) müvafiq STK sistemlərinin istismarı,
idarə edilməsi və texniki xidməti üçün
məsuliyyət daşımalı; (iii) maliyyə,
idarəetmə, istismar və kadr
məsələləri üzrə müvafiq
muxtariyyətə; malik olmalı; və (iv) öz
fəaliyyəti üçün hesabat verməlidir.
(b) SC-nin Direktorlar
Şurası özlərinin Nizamnamələrinin
müddəalarına
uyğun
özünün nəzarət və idarəetmə
öhdəliklərini tam olaraq yerinə yetirəcək
və səmərəli şəkildə fəaliyyət
göstərəcəkdir. Xüsusilə, Direktorlar
Şurası su təchizatı və kanalizasiya
xidmətləri, işçi heyəti, kapital
qoyuluşları, istismar və texniki xidmət, büdcə,
müştəri əlaqələri və istehlakçı
tarifləri və haqları ilə əlaqədar siyasəti
müəyyənləşdirəcək. AİB-in
başqa cür razılaşmayacağı təqdirdə
Direktorlar Şurasının veto hüququnun mühüm
hissəsi su təchizatı və kanalizasiya
xidmətlərində yerli iştirak etməni təmin
etmək üçün Bələdiyyələrə
(Ağdaş və Göyçayda seçilmiş yerli
idarəetmə orqanları) veriləcək.
(c) SC-nin
bütövlüyünü və maliyyə
davamlılığını qorumaq üçün Sukanala məxsus
heç bir köhnə fiziki fondlar və yaxud qalıq borclar
və öhdəliklər SC-yə
verilməyəcəkdir.
(d) göstərilən
xidmətlər üçün ödəmələr istisna
olmaqla, SC tərəfindən "Azərsu"ya
heç bir ödənişə (dividendlər daxil olmaqla)
icazə verilməyəcəkdir.
(e) "Azərsu"
və ya SC-nin və Layihə vəsaitlərinin
mülkiyyət hüququnda dəyişikliklər daxil olmaqla nə
"Azərsu"ya və ya SC-yə və ya onlardan
əsas vəsaitlərin köçürülməsində,
nə də "Azərsu"da və SC-də hər
hansı bir ciddi
təşkilati dəyişiklik (maliyyə, istismar və ya
struktur üzrə), əgər belə dəyişiklik
"Azərsu" və ya SC-nin Layihə haqqında Saziş,
Təkrar Borc Sazişi və ya Subkredit haqqında Saziş
çərçivəsində öz öhdəliklərini yerinə
yetirmək qabiliyyətinə təsir edərsə, AİB-in
ilkin razılığı olmadan həyata
keçirilə bilməz və yaxud rəsmi təsdiq oluna
bilməz.
8. SC-nin
təsis olunması zamanı SC üçün institusional
və hüquqi məsələlərin təfsilatları, eləcə də onun
Direktorlar Şurasının tərkibi ilə bağlı TY
üzrə
tövsiyələr "Azərsu" tərəfindən
nəzərə alınacaqdır.
Korporativ İnkişaf
Planları
9. "Azərsu"
Layihənin həyata keçirilməsinin ikinci ilindən
başlayaraq hər ilin 1 fevral
tarixindən gec olmayaraq "Azərsu" və SC
tərəfindən gəlir və xərc büdcəsi, tariflərin baxılması,
sazişlərə uyğunluq və müfəssəl istismar
və
texniki xidmət planından ibarət olan illik korporativ
inkişaf planlarının hazırlanmasını və AİB-ə təqdim
olunmasını təmin etməli və ya təmin
edilməsinə səbəb olmalıdır.
İdarəetmə
Podratçısı
10. İP
xidmətlərin görülməsi üçün tam
məsuliyyəti üzərinə götürərək
təlim keçmək və
yeni STK qurğularının istismarı, texniki xidməti
və idarə edilməsi
məqsədilə beynəlxalq mütəxəssis
təcrübəsinin gətirilməsi üçün
cəlb olunacaqdır.
"Azərsu" aşağıdakıları təmin
etməlidir:
(a) Beynəlxalq
İdarəetmə Podratçısı (İP) SC
tərəfindən vaxtında cəlb ediləcək və
su və kanalizasiya sistemləri, onların tikintisi ilə
tanış olmaq üçün, işçi heyətini
müəyyənləşdirmək və seçmək
üçün və SC-lər üçün istismar, inzibati və
maliyyə idarəetməsi sistemlərini qurmaq
üçün İP müqaviləsi tikinti işlərinin başa
çatmasından ən azı bir il əvvəl
qüvvəyə minməlidir.
(b) İP Baş
Mühəndis/İstismar üzrə Menecer və Maliyyə
Meneceri daxil olmaqla ən azı iki
əsas işçi təqdim etməlidir. İP Layihə
çərçivəsində tikilmiş və yenidən
qurulmuş STK qurğularının istismarı və idarə
olunması üçün münasib yerli işçi
heyətini cəlb etmək imkanına malik olacaqdır və
onun səmərəli fəaliyyəti üçün
kontraktın etibarlılıq müddəti boyunca
razılaşdırılmış İP kontraktına
uyğun olaraq, lazımi şərait yaradılmalı və
qorunmalıdır.
(c) İP
kontraktının müddətinin başa çatması
və ya ləğv edilməsindən öncə Borcalan,
SC və AİB gələcək tənzimləmə
məsələləri ilə bağlı baxış
keçirəcək və razılıq əldə
edəcəklər.
Subkredit haqqında
Sazişlər
11. (a) "Azərsu" Kredit
vəsaitlərinin iki milyon beş yüz əlli üç
min (2,553,000) SDR
ekvivalentində hissəsinin Layihənin A (i)(c) Bölməsi
istisna olmaqla A Bölməsini yerinə yetirməsi
üçün "Ağdaş" SC-yə və iki milyon
səkkiz yüz yetmiş beş min (2,875,000) SDR ekvivalentində
hissəsinin Layihənin B
(i)(c) Bölməsi istisna olmaqla B Bölməsini yerinə
yetirməsi üçün "Göyçay"
SC-yə sonradan kredit verilməsini təmin etməlidir. Bu
məqsədlə "Azərsu"
AİB üçün məqbul olan şərtlər
əsasında müvafiq Subkredit haqqında Saziş bağlamalıdır.
AİB və Borcalan başqa cür
razılaşmadığı təqdirdə, bu Kredit vəsaitlərinin təkrar borc
verilmə şərtləri Kredit vəsaitlərinin
yenidən kredit verilməsi
(təkrar borc şəklində) şərtləri ilə
eyni olmalıdır. Kredit vəsaitlərinin sonradan borc verilmiş vəsaitləri manatla
göstərilməlidir.
(b) "Azərsu" 4,414,000 SDR və
1,901,000 SDR-ə ekvivalent məbləğdə vəsaiti müvafiq
olaraq "Ağdaş" SC və "Göyçay"
SC-yə qrant kimi təqdim etməlidir.
IV.
DİGƏR MƏSƏLƏLƏR
Ekoloji
məsələlər
12. "Azərsu"
aşağıdakıları təmin etməlidir: (a)
Layihə həyata keçiriləcək və bütün Layihə
qurğuları Borcalanın ekologiya ilə bağlı
mövcud qanunları, qaydaları
və standartları, AİB-in ekologiya ilə bağlı
siyasəti və təlimatları, xüsusən də
AİB-in Ekologiya Siyasətinə (2002-ci ildə) uyğun
olaraq layihələndiriləcək,
tikiləcək, istismar olunacaq və nəzarət
ediləcəkdir; (b) Layihə üçün tərtib
edilmiş SİEE-də qeyd olunmuş bütün
nəzarət və zərərin aradan qaldırılması üzrə tədbirlər
lazımi şəkildə həyata keçiriləcəkdir;
(c) Layihə yerli icmalarla
ekologiya məsələləri üzrə
məsləhətləşmə əsasında həyata keçiriləcəkdir; və (d)
Layihə ilə əlaqədar ekoloji məlumatlar tam
şəkildə əhaliyə
çatdırılacaqdır.
Su
mənbələrinin idarə olunması
13. "Azərsu"
şəhər su təchizatının təmin olunduğu su
qatının yenidən kifayət qədər dolmasını
qoruyub saxlamaq üçün Layihə zonası yaxınlığındakı
su mənbələrinin
düzgün idarə olunmasını və su
mənbələrinin, çay axınının və drenaj sistemlərinin qorunması
ilə bağlı qanunvericiliyin səmərəli
şəkildə icrasını
təmin etməlidir.
Torpağın
ayrılması və köçürülmə məsələləri
14. "Azərsu"
(a) Layihə üzrə bütün tikinti işlərinin
mövcud ayrılmış sahə və dövlət
torpaqları çərçivəsində aparılmasını;
(b) heç bir şəxsə AİB-in Qeyri-iradi Köçürülmə
Siyasəti (1995) üzrə mənfi təsirin
göstərilməməsini təmin etməlidir. Hər hansı gözlənilməz torpaq
ayrılması halında, o cümlədən özəl
mülkiyyətdən və/və ya
köçürülmə ilə bağlı, Borcalan tikinti
işləri üzrə müqavilələrin
verilməsindən öncə hazırlanmış və
AİB tərəfindən təsdiq olunmuş bütün zəruri planlama
sənədlərinə malik olmalı və istənilən
belə köçürməni AİB-in Qeyri-iradi Köçürülmə
Siyasətinə (1995) uyğun olaraq həyata keçirməlidir.
Layihənin
İcrasının İdarəedilməsi Sistemi
15. Qüvvəyə
minmə tarixindən altı ay müddətində LİQ LHKQ
ilə birgə
əsas məlumatlar daxil
olmaqla LİİS göstəricilərini
hazırlamalıdır.
Hesabların Auditi
16. (a)
Layihə hesablarının və "Azərsu" və
SC-nin maliyyə hesabatlarının
auditi AİB üçün
məqbul sayılan möhkəm audit standartlarına uyğun
olaraq müstəqil auditorlar
tərəfindən aparılmalıdır.
(b) Bu Layihə haqqında
Sazişin auditi aparılmış maliyyə
hesabatlarının illik olaraq
təqdim olunması ilə bağlı tələblərinin məqsədləri
üçün Kredit vəsaitləri müstəqil
auditorların maliyyələşdirilməsi və auditor
hesabatlarının tərcüməsi xərcləri
üçün istifadə oluna bilər, o şərtlə
ki, (i) belə auditorlar AİB
üçün məqbul olan peşəkarlığa,
təcrübəyə və texniki
tapşırığa malik olmalı; (ii) auditorlar AİB
üçün məqbul olan müsabiqə
əsaslı seçim prosedurlarına uyğun olaraq
seçilməli və cəlb olun-malıdırlar.
Mühasibat
üzrə standartlar
17. "Azərsu" və SC
tərəfindən Borcalanın mühasibat standartlarına
uyğun
olaraq
mühasibat hesabları aparılmalı və beynəlxalq
audit standartlarına uyğun olaraq illik Layihə hesabları və
əlaqədar maliyyə hesabatları təqdim edilməlidir.
Şəhər
su istifadəçiləri assosiasiyaları
18. İstehlakçıların maraqlarmı
təmsil edən təbliğat qrupları kimi Ağdaş
və
Göyçayda
şəhər su istifadəçiləri assosiasiyaları
yaradılmalıdır və bu assosiasiyalar istehlakçının STK
xidmətlərindən məmnun qalmasının təmin
olunmasında
vacib partnyor kimi SC tərəfindən tanınmalıdır