"Dövlət qeydiyyatına alınmışdır."

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №-3177

"18" iyul 2005-ci il

 

Nazir___________________F.Məmmədov

 

Təsdiq edilmişdir"

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

kollegiyasının

"30" iyun 2005-ci il

tarixli 12-1 №-li qərarı ilə

 

Nazir___________________Ə.Nağıyev

 

 

Azərbaycan Respublikasının neft sənayesinə aid olan qulluqçu

vəzifələrinin Vahid Tarif İxtisas-Sorğu Kitabçası (hissə 36)

Bölmələr: Neftin, neft məhsullarının, qazın emalı

və magistral boru kəmərlərinə xidmət

GİRİŞ

"Azərbaycan Respublikasının neft sənayesi sahəsinə aid olan qulluqçu vəzifələrinin Tarif İxtisas Sorğu Kitabçası" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça rəhbər və mütəxəssislərin əmək funksiyasını, hüquq, məsuliyyət və ixtisas hazırlıqlarmı müəyyən edən vəzifə təlimatlarının işlənməsi, müəssisənin idarəetmə sistemi üçün kadrların seçilməsi, yerləşdirilməsi və istifadə edilməsi, struktur bölmələrin rolunu müəyyən edən əsasnamələrin tərtib edilməsi, həmçinin rəhbər və mütəxəssislərin attestasiyasının keçirilməsi  üçün əsasdır.

Hər bir vəzifənin tarif-ixtisas xüsusiyyəti üç bölmədən ibarətdir. "Əmək funksiyası" bölməsində müvafiq vəzifəni tutan işçiyə tam və ya qismən yerinə yetirilməsi həvalə edilən funksiyalar sadalanır. "Bilməlidir" bölməsində işçiyə həvalə edilmiş funksiyaların yerinə yetirməsi üçün bilməli olduğu qanunvericilik aktları, əsasnamələr, təlimatlar, metodiki, normativ və digər rəhbər sənədlər sadalanır. "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçiyə müvafiq tarif dərəcəsi üzrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan ixtisas hazırlığının profili, səviyyəsi, həmçinin iş stajına olan tələblər müəyyən edilmişdir.

Rəhbər və mütəxəssislərin əməyinin ödənilmə dərəcəsi hazırkı kitabçaya uyğun olaraq attestasiya komissiyasının tövsiyyələrinə əsasən müəssisənin rəhbəri tərəfindən təyin olunur

Bu zaman işçinin əmək funksiyalarını yerinə yetirərkən sərbəst iş fəaliyyəti, qəbul edilmiş qərarların düzgünlüyünə görə məsuliyyəti, işə təşəbbüskar və yaradıcı münasibəti, əməyinin səmərəliliyi və keyfiyyəti, həmçinin əməli fəaliyyət təcrübəsi və ixtisası üzrə biliyi hökmən nəzərə alınır.

Kitabçada bütün vəzifələr üçün əməyin ödənilmə dərəcələri müəssisə səviyyəsində (respublika neft sənayesinin idarəetmə strukturu üç pilləlidir: şirkət-istehsalat birliyi - müəssisə) verilmişdir. "Böyük" vəzifə adı mütəxəssisə öz vəzifəsindən əlavə ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

Mütəxəssislərin əməyinin ödəniş dərəcələri diapazonunun yuxarı həddi onların işlədikləri istehsalat bölməsi rəisinin tarif dərəcəsindən nisbətən aşağı, birliklər üzrə rəhbər və mütəxəssislərin əməyinin ödəniş dərəcələri idarə və müəssisələrin rəhbər və mütəxəssislərindən bir qədər yüksək, şirkət üzrə rəhbər işçi və mütəxəssislərin əməyinin ödəniş dərəcələri isə birliklə müqayisədə daha yüksək təyin edilir.

Kitabçaya baş mütəxəssis, bölmə rəisinin (müdirinin) müavini vəzifələri üçün tarif-ixtisas xüsusiyyətləri daxil edilməmişdir. Onların əmək funksiyası, bilik və ixtisas tələbləri kitabçaya daxil olan müvafiq vəzifələrin tarif-ixtisas xüsusiyyətləri əsasında müəyyən olunur.

Mütəxəssislər üçün müəyyən olunmuş ən yüksək əməyin ödəniş dərəcələri, onlara müəssisənin və ya onun struktur bölməsinin fəaliyyət istiqamətlərindən biri üzrə funksiyalar, yaxud

icraçı qrupuna metodiki rəhbərlik üzrə vəzifələr həvalə edildikdə təyin olunur.

İşçinin tarif-ixtisas xüsusiyyətlərində əsas və ən çox yerinə yetirilən işlər sadalanmışdır. Zəruri hallarda bu və ya digər vəzifə üçün müəyyən olunmuş funksiyalar işçilərin say normativlərini aşmadan bir-neçə icraçı arasında bölüşdürülə bilər. Əməyin təşkilinin təkmilləşdirilməsi, texniki vasitələrin tətbiqi, əməyin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq işçilər üçün kitabçada müəyyən edilmiş funksiyalar iqtisadi cəhətdən məqsədyönlü şəkildə genişləndirilə bilər. Belə hallarda işçiyə digər vəzifə üzrə nəzərdə tutulmuş, iş tərkibi üzrə ciddi fərqlənməyən, yəni eyni idarəetmə funksiyasına aid, bərabər mürəkkəbliyi olan və eyni zamanda yerinə yetirilməsi başqa ixtisasın, biliyin olmasını, vəzifə adının dəyişilməsini tələb etməyən funksiyaların yerinə yetirilməsi tapşırıla bilər.

Müstəsna hallarda, "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində tələb olunan ixtisas hazırlığına və ya iş stajına malik olmayan, lakin kifayət qədər praktiki təcrübəsi olan və üzərinə qoyulmuş vəzifə borclarmı tam həcmdə və keyfiyyətlə yerinə yetirən şəxslər attestasiya komissiyasının tövsiyyəsi ilə lazımi ixtisas hazırlığı və iş stajı olan şəxslər kimi müvafiq vəzifələrə təyin oluna bilərlər.

Kitabçada yalnız neft, qaz emalı və neft məhsullarının istehsalı, magistral boru kəmərlərinə xidmət sahələri üçün spesifik olan rəhbər və mütəxəssis vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri verilmişdir. Neft sənayesində çalışan digər qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri üçün "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçası"na və müvafiq vəzifənin səciyyəvi olduğu sahə üzrə tarif-ixtisas sorğu kitabçalarına müraciət edilməlidir. Bu zaman müvafiq vəzifə üçün əməyin ödənilmə dərəcələrinin diapazonu neft sənayesində qüvvədə olan sistemə uyğunlaşdırılır.

Kitabçanın sonunda qulluqçu vəzifələrinin əlifba sırası ilə adı və dərəcələr diapazonu göstərilən cədvəl verilmişdir.

 

 

 


TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

NEFTİN, NEFT MƏHSULLARININ, QAZIN EMALI

RƏHBƏR İŞÇİLƏR

Estakada rəisi (doldurma, reagent təsərrüfatı üzrə)

 

 

11-13-cü dərəcə

Əmək funksiyası. Estakadanın istehsal fəaliyyətinə rəhbərliyi həyata keçirir, neft məhsullarının doldurulması planlarının yerinə yetirilməsini təmin edir, həmçinin tədarükçülərdən reagentlərin qəbulunu və istehsal sahələrinin təchizatmı, estakadanın ahəngdar işini, avadanlıqların düzgün texniki istismarını və tam yüklənməsini təşkil edir. Nasosların, boru kəmərlərinin, avtomat və mexanizmlərin texniki vəziyyətinə nəzarəti həyata keçirir, avadanlıqların işində qəza və nasazlıqların aradan qaldırılması üzrə operativ tədbirlər görür. Neft məhsulları və reagentlərin vurulması və saxlanılması zamanı itkilərin azaldılması, nəqliyyat və mexanikləşdirmə vasitələrinin səmərəli istifadəsi üzrə tədbirlərin görülməsi və tətbiqinə rəhbərlik edir. Estakada avadanlığı və kommunikasiyalarının texniki cəhətdən düzgün istismarmı, neft məhsullarının təhlükəsiz saxlanılması və daşınmasını, qəbulu və boşaldılması, iş vaxtının uçotu üzrə sənədlərin düzgün və vaxtında tərtib olunmasını təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına ciddi riayət olunmasına nəzarəti həyata keçirir. Estakadanın istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir və ümumiləşdirir, nöqsanları aşkar edir və onların aradan qaldırılması üzrə tədbirlər görür. Fəhlələrin istehsalat təcrübəsinə yiyələnməsini təşkil edir. Estakadada yeni texnika və texnologiyanın tətbiqi, böyük əmək tutumlu və əl işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işlərdə iştirak edir. Səmərələşdiriciliyin və ixtiraçılığın inkişafına köməklik göstərir. İşdə fərqlənən fəhlələrin mükafatlandırılması, istehsalat və əmək intizammı pozanların cəzalandırılması haqqında rəhbərliyə təkliflər verir. Estakadanın işçilərinə rəhbərlik edir.

Bilməlidir: estakadanın istehsalat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; estakadanı müəssisənin obyektlərilə əlaqələndirən texnoloji və boru kəmərləri sxemlərini: aparatları, avadanlıqları və onların istismar qaydalarını; təmir işlərinin təşkili və texnologiyasını; neft məhsulları və reagentlər üçün mövcud standart və texniki şərtləri; neft məhsulları və reagentlərin nəqliyyat vasitələri ilə göndərilməsi və qəbulu üzrə nizamnamə və müqavilə müddəalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; texniki-iqtisadi planlaşdırmanı və təsərrüfat hesabı metodlarını, əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ya orta ixtisas təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı

11-13-cü dərəcə: I-II qrup müəssisədə estakada (doldurma, reagent təsərrüfatının) rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Əmtəə qrupunun rəisi

10-12-ci dərəcələr        

Əmək funksiyası. Əmtəə qrupunun əsas istehsal obyektləri ilə dəqiqləşdirmə və razılaşdırma işlərini yerinə yetirərək, neftin emalı və neft məhsullarının istehsalı üzrə əmtəə qrupunun istehsal fəaliyyətinə rəhbərlik edir. Xammal, əmtəə məhsulları və komponentlərinin qəbulunu təşkil edir, onların keyfiyyətlərinin mövcud standartların və texniki şərtlərin tələblərinə müvafiq olmasına nəzarət edir. Əmtəə qrupunun çən, kommunikasiya və digər avadanlıqlarla vaxtında təmin olunmasını və texniki cəhətdən düzgün istismarını təşkil edir. Yükləmə-boşaltma işlərinin maksimum mexanikləşdirilməsini təmin edir. Material sərfinin və istifadəsinin dəyərlə uçotunu, həmçinin xammal, hazır məhsul və əmtəə məhsullarının gündəlik balanslarının tərtib olunmasını təşkil edir. Xammal, reagent, ehtiyat hissələri və aparatlar üçün sifarişlər tərtib edir. Əmtəə qrupunun istehsalat fəaliyyətinin nəticələrini təhlil edir və səmərəliliyin yüksəldilməsi yollarmı aşkar edir. Qəzaların, istehsalat zədələnmələrinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər hazırlayır və tətbiq edir. Uçot və hesabat üzrə sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsinə, əmək haqqı fondunun sərf olunmasına, fəhlələrin istehsalat və əmək intizamına, əməyin mühafizəsi, yanğın və qaz təhlükəsizliyi üzrə qayda və normalara riayət etmələrinə nəzarət edir. Əmtəə qrupunun işçilərinə rəhbərlik edir.

Bilməlidir: əmtəə qrupunun istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri. metodiki, normativ və digər rəhbər materialları; əmtəə parkının sxemini; yeraltı və yerüstü kommunikasiyaları, onların sexin və müəssisənin obyektləri ilə əlaqələrini; əmtəə parkının avadanlıqlarını və onların texniki istismar qaydalarını; məhsulun hazırlanmasında istifadə olunan texniki şərtləri, standartları və sexlərarası normaları; əmtəə parkında təmir işlərinin təşkilini; xammal, reagent, ehtiyat hissələri və aparatlar üçün sifarişlərin tərtib olunma qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarım; uçot və hesabat sənədlərinin rəsmiləşdirilmə qaydalarını; istehsal üzrə texniki-iqtisadi planlaşdırmanı; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından və qazdan mühafizə qayda və normalarını; dövlət texniki nəzarət qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı;

10-12-ci dərəcələr: I-II qrup müəssisədə əmtəə qrupunun rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

İstehsalat rəisi

 

15-16-cı dərəcələr

Əmək funksiyası. Neftin emalı və neft məhsullarının hazırlanması üzrə istehsalın tərkibinə daxil olan əsas və köməkçi sahələrin (sexlərin) istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Neft məhsulları istehsalının təsdiq olunmuş həcmləri üzrə müvafiq sahələr (sexlər) üçün istehsal planlarının nomenklaturaya uyğun olmasını nəzərdən keçirir və təsdiq olunmağa təqdim edir. İstehsalın texniki hazırlığı və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, əmək məhsuldarlığının artım tempinin və istehsal güclərindən istifadənin səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş təşkilati-texniki tədbirlərin işlənməsinə və tətbiqinə rəhbərlik edir. İstehsalın rentabelliyinin yüksəldilməsi ehtiyatlarının aşkar olunması, məhsulun əmək tutumunun və maya dəyərinin aşağı salınması məqsədilə əvvəlki plan dövrünün tapşırıqlarının yerinə yetirilmə nəticələrinin təhlilini təşkil edir. Sahələrin (sexlərin) texniki sənədlər, həmçinin reagentlər, materiallar və yanacaqla təmin olunmasına, istifadə olunan xammalın, materialların, buraxılan məhsulların mövcud dövlət standartlarına, texniki şərtlərə və normalara müvafiq olmasına nəzarət edir. Sərf normalarının razılaşdırılmasında iştirak edir, sahələr (sexlər) tərəfindən xammal və materialların plandan artıq sərfinə nəzarət edir. Avadanlıqların düzgün texniki istismarını, vaxtaşırı keyfiyyətlə təmiri və müasirləşdirilməsini təmin edir. Yeni texnoloji proseslərin, sxemlərin işlənməsi və tətbiqi, xammal, köməkçi materiallar, hazır məhsullar üçün yeni dövlət standartları və texniki şərtlərin tətbiqi üzrə rəy və təkliflərin hazırlanmasını təşkil edir. İstehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, iş yerlərinin səmərələşdirilməsi və attestasiyası, əməyin qabaqcıl metod və üsullarının yayılması, əmək şəraitinin yaxşılaşdırılması üzrə işlər aparır. Tabeliyində olan bölmələrin və müəssisənin əlaqədar şöbələrinin rəhbərliyi ilə birlikdə buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi, xammal. elektrik enerjisi və yanacağa qənaət edilməsinə görə işçilərin maddi və mənəvi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. İstehsalatın sahə (sex) və xidmətlərinin işini əlaqələndirir.

Bilməlidir: müəssisənin fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər normativ materialları; müəssisə və istehsalın texniki-iqtisadi inkişaf perspektivlərini; müəssisənin istehsal gücünü; məhsulun istehsal texnologiyasını; xammal, material və hazır məhsullar üçün texniki tələbləri; istehsal avadanlıqlarını, onların texniki istismarı və təmirinin təşkili qaydalarını; texniki sənədləşmənin aparılması, işlənməsi və rəsmiləşdirilməsi üzrə əsasnamə, təlimat və digər rəhbər materialları; yeni texnika və texnologiyanın tətbiqini; iqtisadi səmərəliliyin hesablanma metodlarmı; əməyin elmi təşkilini; sənaye məhsullarının keyfiyyətinin attestasiya edilməsi qaydalarını; hesablama texnikası vasitələrinin tətbiq olunma imkanlarmı və onların vasitəsi ilə texnoloji proseslərin layihələndirmə metodlarmı; analoji məhsul istehsalının təşkili üzrə xarici elmi-texniki nailiyyətləri; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarım; müəssisənin istehsal-təsərrüfat fəaliyyəti planlarının işlənməsi qaydalarmı; təsərrüfat hesabının əsaslarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarmı; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə istehsalat rəisi vəzifəsini icra etdikdə;

16-cı dərəcə: I qrup müəssisədə istehsalat rəisi vəzifəsini icra etdikdə.

 

Laboratoriya rəisi (müdiri)

10-15-ci dərəcələr

Əmək funksiyası. Kimyəvi analizlərin, fiziki kimyəvi sınaqların və digər tədqiqatların aparılmasını təşkil edir, xammalın və hazır məhsulların keyfiyyətinin mövcud standarta, texniki şərtlərə və təlimatlara uyğun olmasına laboratoriya nəzarətini təmin edir, təlimatları vaxtında təsdiqə təqdim edir, laboratoriya nəzarətinin mövcud üsullarının təkmilləşdirilməsi və yenilərinin hazırlanması üzrə işlərə rəhbərlik edir, onların istehsalata tətbiq olunmasında köməklik göstərir. Laboratoriya analizlərinin aparılmasında əmək tutumunun azaldılması üzrə tədbirlər görür; nəzarət-ölçü cihazlarının işinə və vəziyyətinə müşahidəni təşkil edir; nəzarət-ölçü cihazlarını, ölçü qablarını, termometrləri və s.

vaxtaşırı dövlət yoxlanmasına təqdim edir. Laboratoriya avadanlıqları və iş yerlərinin vəziyyətinə nəzarəti həyata keçirir, mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər görür. Laboratoriyanın istehsal-təsərrüfat fəaliyyətini təhlil edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir. Təhlükəsizlik texnikası, yanğından mühafizə qaydalarına, istehsalat və əmək intizamına riayət olunmasını təmin edir. İşə yeni qəbul olunmuş işçiləri iş yerlərində təlimatlandırır, həmçinin onların biliklərini yoxlayır. Tələb olunan reaktiv, reagent, material, avadanlıq və cihazlar üçün sifarişlər tərtib edir. Laboratoriya kollektivinə rəhbərlik edir.

Bilməlidir: istehsalın texnologiyasını; laboratoriya avadanlıqlarını və onların istismar qaydalarmı; xammal, material və hazır məhsullara qoyulan texniki tələbləri; müəssisənin texniki inkişaf perspektivlərini, istehsalın laboratoriya nəzarətinin təşkilini; texniki sənədlərin işlənməsi və tərtib edilməsi üzrə əsasnamə, təlimat və digər əsas materialları; istehsalın laboratoriya nəzarəti və texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali təhsil, mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

10-11-ci dərəcələr: I-II qrup müəssisədə laboratoriya bölməsinin rəisi vəzifəsini icra etdikdə;

10-12-ci dərəcələr: I-II qrup müəssisədə I qrup sexlərdə laboratoriya rəisi vəzifəsini icra etdikdə;

11-12-ci dərəcələr: I-II qrup müəssisədə istehsalat, elektrotexniki, texniki nəzarət şöbəsinin laboratoriyalarının və metroloji laboratoriyaların rəisi vəzifəsini icra etdikdə;

13-cü dərəcə: II qrup müəssisədə normativ-tədqiqat laboratoriyalarının, sanitar laboratoriyasının, əməyin sosiologiyası və psixologiyası laboratoriyasının rəisi vəzifəsini icra etdikdə;

13-14-cü dərəcələr: I qrup müəssisədə normativ-tədqiqat laboratoriyalarının, sanitar laboratoriyasının, əməyin sosiologiyası və psixologiyası laboratoriyasının rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: II qrup müəssisədə mərkəzi laboratoriya, elmi-tədqiqat laboratoriyasının rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə mərkəzi laboratoriya, elmi-tədqiqat laboratoriyasının rəisi vəzifəsini icra etdikdə.

Neft və qaz emalı, neft məhsulları istehsalı üzrə texnoloji qurğunun rəisi

11-14-cü dərəcələr

Əmək funksiyası. Texnoloji qurğunun istehsal fəaliyyətinə rəhbərliyi həyata keçirir. Verilmiş nomenklaturada planların yerinə yetirilməsini, əmək məhsuldarlığının daima artması, texnoloji xəritəyə müvafiq olaraq qurğunun ahəngdar işini, istehsal güclərindən səmərəli istifadəni, xammal, enerji ehtiyatları və materialların qənaətlə istifadəsini, avadanlıqların tam yüklənməsini və texniki cəhətdən düzgün istifadəsini təmin edir. Texnoloji proseslərə riayət olunmasına nəzarət edir, verilmiş rejimlərdən kənarlaşmaları və qurğunun işində digər pozuntuları aşkar edir və onların vaxtında aradan qaldırılmasını təmin edir. Təmir işlərinin həcminin təyin edilməsində, əsaslı və plan-xəbərdarlıq təmirlərinin keçirilməsi üçün qrafik və qüsur cədvəllərinin tərtib olunmasında iştirak edir. Aparat və avadanlıqların plan-xəbərdarlıq və əsaslı təmirə hazırlığını təmin edir. Texnoloji proseslərin təkmilləşdirilməsi, əməyin elmi təşkili və buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənməsində və tətbiqində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Texnoloji proseslərin aparılması, iş vaxtı və istehsalın uçotu üzrə ilkin sənədləşmənin düzgün və vaxtında tərtib olunmasını təmin edir. İş yerləri üzrə heyətin yerdəyişməsini və onun səmərəli istifadəsini həyata keçirir. Fəhlələrin bilik səviyyələrinin yüksəldilməsi üzrə onlarla istehsalat təlimləri aparır. Fəhlələrin istehsalat və əmək intizamına, təhlükəsizlik texnikası, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət etmələrinə nəzarət edir. Tabeliyində olan işçilərə rəhbərlik edir.

Bilməlidir: qurğunun istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; qurğunun texnoloji sxemini, nəzarət-ölçü cihazlarını, su, elektrik enerjisi, buxar və hava ilə təchizat sxemlərini; sənaye kanalizasiyası sxemini; qurğunun avadanlıqlarını və onların istismar qaydalarını; qurğunun kommunikasiyalarını; texnoloji rejim və texnoloji xəritəsini; xammal və alınan məhsulların xarakteristikasını, xüsusiyyətlərini, onlar üçün dövlət standartlarını; təmir işlərinin təşkili və texnologiyasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və təhlükəsizlik texnikasının qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə II qrup texnoloji qurğunun rəisi vəzifəsini icra et

QIKQƏ,

12-13-cü dərəcələr: I-II qrup müəssisədə I qrup texnoloji qurğunun rəisi vəzifəsini icra et-dikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə ELOU-ABT-6; ELOU-AB-2; LK-6U, KT-1, QK-4-107 və digər texnoloji qurğuların (komplekslərin) rəisi vəzifəsini icra etdikdə.

 

MÜTƏXƏSSİSLƏR

İstehsalat (sahə) mexaniki

13-14-cü dərəcələr

Əmək funksiyası. Neftin emalı və neft məhsullarının istehsalı üzrə qurğuların bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edir. Aparat və avadanlıqlara müntəzəm baxış keçirilməsini, plan-xəbərdarlıq təmir qrafiklərinin, pasport və digər sənədlərin tərtib olunmasını təşkil edir. Qovşaq və detalların təmiri və bərpası üzrə mütərəqqi metodları, həmçinin aparat və avadanlıqların xidmət müddətinin artırılması və boşdayanmalarının ixtisarı, təmirin dəyərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyir və həyata keçirir. Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq edir. Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu təşkil edir. Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir. Təmirə ayrılmış vəsaitlərin xərclənməsinə, təmir üçün zəruri olan material, ehtiyat hissələri və alətlərin alınmasına dair sifarişlərin tərtib olunmasına, onların istifadəsi üzrə uçot və hesabatların aparılmasına nəzarəti həyata keçirir. Avadanlıqların təmiri və modernləşdirilməsi üzrə səmərələşdirici təklifləri və ixtiraları müzakirə edir, onlar üzrə rəylər verir, qəbul olunmuş təkliflərin tətbiqinə təminat yaradır. Aparatların, avadanlıqların təmirini həyata keçirən və onları saz vəziyyətdə saxlayan istehsalat (sahə) işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsal avadanlıqlarının iş rejimlərini, təyinatlarım, konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını; onların texniki-istismar qaydalarmı; planlaşdırma metodlarını; təmir işlərinin texnologiyası və təşkilini; qüsur cədvəllərinin və digər texniki sənədlərin tərtib olunma qaydalarım; avadanlıqların təmirə verilmə və təmirdən alınma qaydalarmı; məhsulun istehsal texnologiyasının əsaslarını; istehsalın (sahənin) texniki inkişaf perspektivlərini; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını, əmək qanunvericiliyinin əsaslarmı, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və təmir üzrə usta vəzifəsində və ya digər mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı, yaxud orta ixtisas təhsili və təmir üzrə usta və ya digər mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı;

14-cü dərəcə: II qrup müəssisədə istehsalat (sahə) mexaniki vəzifəsini icra etdikdə;

13-14-cü dərəcə: I qrup müəssisədə istehsalat (sahə) mexaniki vəzifəsini icra etdikdə.

Mühəndis-texnoloq

7-13-cü dərəcələr

Əmək funksiyası. Layihələndirmədə avtomatlaşdırma vasitələrindən istifadə etməklə, müəssisənin (istehsalın, sahənin) buraxdığı məhsullar və müxtəlif mürəkkəbliyə malik bütün növ işlər üçün texnoloji istehsal prosesləri və rejimlərini işləyir və tətbiq edir. Avadanlıqların yerləşdirilməsi, iş yerlərinin texniki təchizat və təşkili planlarını tərtib edir, istehsal güclərini və avadanlıqların yüklənməsini hesablayır. Texniki əsaslandırılmış vaxt (istehsal) normalarının, xətti və şəbəkə qrafiklərinin işlənməsində, məmulatların texnologiyaya uyğunluğunun yoxlanmasında iştirak edir. Material sərfi normativlərini (xammal, yarımfabrikat, material, alət, texnoloji yanacaq və enerjinin texniki sərf normalarını), layihələndirilmiş texnoloji proseslərin iqtisadi səmərəsini hesablayır. Texnoloji normativ, təlimat, yığım sxemləri, marşrut xəritələri, məhsulun texniki səviyyəsi və keyfiyyət xəritələri və digər texnoloji sənədləri hazırlayır, istehsalın texnoloji prosesləri və rejimlərinin təshih edilməsi ilə əlaqədar olaraq texnoloji sənədlərdə dəyişikliklər aparır. İşlənmiş sənədləri müəssisənin sex və şöbələri ilə razılaşdırır. Nəzərdə tutulmuş texnologiyaya müvafiq tərtibat verir, ləvazimat və xüsusi alətlərin layihələşdirilməsi üçün texniki tapşırıqlar tərtib edir. Yeni idarəetmə proqramlarının işlənməsində, işlənmiş proqramların mənimsənilməsində, lazım gəldikdə onların təshih edilməsində, iş üzrə təlimatların proqramlara uyğun tərtib olunmasında iştirak edir. Patent tədqiqatları aparır, layihələndirilən texniki və texnoloji obyektlərin texniki səviyyə göstəricilərini müəyyən edir. Yeni texnoloji proseslərin mənimsənilməsi və onların istehsalata tətbiqi üzrə eksperimental işlərin keçirilməsində, ixtira və sənaye nümunələri üçün sifarişlərin tərtib olunmasında, həmçinin yeni texnikanın, istehsal güclərinin vaxtında mənimsənilməsi və texnologiyanın təkmilləşdirilməsi üzrə təşkilati-texniki tədbirlərin işlənməsində iştirak edir və onların yerinə yetirilməsi üzrə nəzarəti həyata keçirir. İstehsalatda texnoloji intizama riayət olunmasına və texnoloji avadanlıqların düzgün istismarına nəzarət edir. İstehsalat texnologiyası sahəsində xarici təcrübəni öyrənir, material sərfinin qənaəti, əmək tutumunun azaldılması, əmək məhsuldarlığının yüksəldilməsi üzrə tədbirlər hazırlayır və onların həyata keçirilməsində iştirak edir. Zay, aşağı keyfiyyətli və növlü məhsul buraxılışının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində, həmçinin müəssisənin buraxdığı məhsullar üzrə daxil olan reklamasiyaların müzakirəsində iştirak edir. Məhsula texniki nəzarət və onun sınaqdan çıxarılması metodlarını hazırlayır. Avadanlıq, ixtira və sənaye nümunələri üçün sifarişlərin, patent və lisenziya pasportlarının tərtib olunmasında iştirak edir. İstehsalat texnologiyasının təkmilləşdirilməsi üzrə səmərələşdirici təklifləri müzakirə edir və müəssisə şəraitində onlardan istifadənin məqsədəuyğunluğu haqqında rəy verir.

Bilməlidir: istehsalın texnoloji hazırlığı üzrə layihələşdirilən texnoloji proseslərə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər əsas materialları; müəssisə məhsullarının istehsal texnologiyasını; müəssisənin texniki inkişaf perspektivlərini; istehsalın texnoloji proses və rejimlərinin layihələndirmə sistem və metodlarını; əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; layihələndirilən texnologiyaya analoji olan ən yaxşı yerli və xarici texnologiyaların texniki xarakteristikalarını və iqtisadi göstəricilərini; istehsalın nümunəvi texnoloji prosesləri və rejimlərini; xammal, material, hazır məhsula qoyulan texniki tələbləri, standartları, texniki şərtləri; xammal, material, yanacaq və enerjinin sərfi normativlərini; zay məhsul növlərini və onların istehsalının qarşısının alınması üsullarmı; avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsaslarını; ixtiraçılığın əsaslarını; texniki və texnoloji obyektlərin texniki səviyyələrinin təhlili metodlarını; proqramlaşdırmanın əsaslarını; texniki sənədlərin işlənməsi və tərtibi üzrə rəhbər materialları; texnoloji proseslər layihələşdirilən zaman əməyin elmi təşkilinin əsas tələblərini; analoji məhsul istehsalının mütərəqqi texnologiyası sahəsində xarici müəssisələrin qabaqcıl təcrübəsini, iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarmı, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarmı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6- cı dərəcəli texnik-texnoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsili və 9-cu dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı.

Mühəndis-laborant

7-13-cü dərəcələr

Əmək funksiyası. Xammal, yarımfabrikat, material və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizləri, təcrübə və digər növ tədqiqatlar aparır və ya bu işlərə rəhbərlik edir. istehsalata və məhsulun keyfiyyətinə laboratoriya nəzarətinin iqtisadi cəhətdən daha səmərəli metodlarının axtarılıb-tapılması üzrə eksperimental və tədqiqat işlərini yerinə yetirir. Aparılan analiz, təcrübə və tədqiqatlar üzrə lazımı hesabatları yerinə yetirir, alman nəticələri təhlil edir və onları sistemləşdirir. Xammal, material və yarımfabrikatların istehsalatda mənimsənilmə dövründə texnoloji proses və tədqiqatların, onlar üçün işlənən standartların və texniki şərtlərin işlənməsində və tətbiqində, həmçinin onların sərfi üçün mütərəqqi normaların təyin olunmasında iştirak edir. Laboratoriya analizləri, sınaq və tədqiqatların mövcud metodlarını təkmilləşdirir və yenilərini işləyir, onların mənimsənilməsinə köməklik göstərir. Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Xammalın kompleks istifadəsi, defisit materialların digər materiallarla əvəz edilməsi üzrə tədbirlər hazırlayır, istehsalat tullantılarından istifadə üsullarını araşdırır. Laboratoriya avadanlıqlarının düzgün istismarına və onların müntəzəm surətdə dövlət nəzarətinə təqdim olunmasına nəzarət edir. Aparılmış laboratoriya işlərinin nəticələrini müəyyən olunmuş qaydalara müvafiq olaraq rəsmiləşdirir.

Bilməlidir: laboratoriyanın fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər əsas materialları; müəssisənin texniki inkişaf perspektivlərini; istehsalın texnologiyasını; laboratoriya avadanlıqlarmı və onların istismar qaydalarını; xammal, material və hazır məhsula qoyulan texniki tələbləri; istehsalın texnoloji hazırlığı üzrə standart, təlimat, əsasnamə və digər rəhbər materialları; laboratoriya analizləri, təcrübə və elmi-tədqiqat işlərinin aparılması metodlarını; istehsalın laboratoriya nəzarətinin təşkilini; onların nəticələrinin rəsmiləşdirilmə qaydalarmı; patentşünaslığın əsaslarını; analoji məhsulun istehsal texnologiyası sahəsində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarmı, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarım.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik-texnoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis-laborant vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis-laborant vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis-laborant vəzifəsində ən azı 2 il iş stajı;

11-cı dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis-laborant vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis-laborant vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis-laborant vəzifəsində ən azı 2 il iş stajı.

Texnik-texnoloq (böyük texnik-texnoloq da daxil olmaqla)

5-8-ci dərəcələr

Əmək funksiyası. Təcrübəli mütəxəssislərin rəhbərliyi altında sadə məhsul növləri və onun elementləri üçün texnoloji istehsal prosesləri və rejimlərini işləyir. İşlənən layihələrin layihə üzrə texniki tapşırıq və mövcud normativ sənədlərə müvafiq olmasını, yüksək keyfiyyətli məhsul istehsalının, məhsulun hazırlanmasında material və əmək məsrəflərinin azaldılmasını təmin edir. Məhsulun hazırlanma prosesində onun keçdiyi əməliyyat marşrutunu müəyyən edir və bütün əməliyyatların texnoloji ardıcıllığına nəzarət edir. Texnoloji proses xəritələrini, marşrut və material xəritələrini, təchizat cədvəllərini və digər texnoloji sənədləri tərtib edir. Patent tədqiqatlarının aparılmasında, layihələşdirilən texniki və texnoloji obyektlərin texniki səviyyə göstəricilərinin təyin olunmasında, texnologiyada nəzərdə tutulmuş tərtibat, ləvazimat və xüsusi alətlərin layihələşdirilməsi üçün texniki tapşırıqların işlənməsində, texnoloji proseslərin istehsalata tətbiq edilməsində, zay məhsul istehsalının səbəblərinin öyrənilməsində, onun qarşısının alınması və aradan qaldırılması üzrə təkliflərin hazırlanmasında iştirak edir. İstehsalın texnoloji prosesləri və rejimlərinin təshih edilməsi ilə əlaqədar texniki sənədlərdə, müəssisənin müvafiq bölmələri ilə razılaşdırmaqla dəyişikliklər edir. Texniki əsaslandırılmış vaxt (istehsal) normalarının işlənməsində iştirak edir, detallar və əməliyyatlar üzrə material normativlərini, xammal, material, alət, yanacaq və enerji sərfi normalarmı, layihələşdirilən texnoloji proseslərin iqtisadi səmərəsini hesablayır. Müəssisənin istehsal bölmələrində texnoloji intizama və avadanlıqların istismar qaydalarına riayət olunmasına nəzarət edir. Texnoloji avadanlıqların sınaqdan çıxarılmasında, layihələşdirilən texnoloji istehsal prosesləri və rejimlərinin yoxlanılması və mənimsənilməsi üzrə eksperimental işlərin aparılmasında iştirak edir.

Bilməlidir: istehsalın texnoloji hazırlığının vahid sistemlərini; layihələşdirmə üzrə standartları, texniki şərtləri, digər normativ və rəhbər materialları; texnoloji sənədlərin işlənməsi və rəsmiləşdirilməsi qaydalarını; texnoloji istehsalat rejimi və ya prosesində işlənən məhsulun tərkibini; layihələşdirilən obyektin texniki xarakteristikalarını və ona olan tələbləri; müəssisənin buraxdığı məhsulun istehsal texnologiyasını; müəssisənin əsas texnoloji avadanlıqlarmı və onların iş prinsiplərini; nümunəvi texnoloji istehsal prosesləri və rejimlərini; patent tədqiqatlarının aparılma metodlarmı; texnoloji proseslər və avadanlıqlar layihələşdirilərkən əməyin elmi təşkilinin əsas tələblərini, iqtisadiyyatın əsaslarım; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

8-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

                                                        

MAGİSTRAL BORU KƏMƏRLƏRİNƏ XİDMƏT

 

RƏHBƏR İŞÇİLƏR

Əmtəə-nəqliyyat şöbəsinin rəisi

15-ci dərəcə

Əmək funksiyası. Tədarükçüdən neftin qəbul edilməsi, neft kəmərlər ilə nəql olunması, neft kəmərlərinin iş rejiminə və texnologiyasına riayət etməklə neftin istehlakçılara təhvili üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, neftin dəmiryol çənlərinə və neft gəmilərinə doldurulub istehlakçılara göndərilməsi işlərinə rəhbərlik edir. Rayon neft kəmərləri idarələri üzrə neftin qəbulu, nəqli və istehlakçıya göndərilməsi planının yerinə yetirilməsinə operativ nəzarəti həyata keçirir. Neftin düzgün uçotunun aparılmasını, neftin keyfiyyətinin saxlanılmasını, Neft kəmərləri idarəsinin neft kəmərləri sistemində neft ehtiyatı və nəqli, ehtiyatlar və istehsal güclərindən istifadə haqqında məlumatların toplanmasını, təqdim olunması və təhlilini, gündəlik balansların, aylıq, rüblük və illik hesabatların tərtib edilməsini təmin edir. Neft göndərən və istehlakçı ilə birlikdə neftin qəbulunu, təchiz və göndərilmə müqavilələrinin müəyyən olunmuş müddətdə müzakirə edilməsini və razılaşdırılmasını, elektrik enerjisi ilə təchizatı təşkil edir, neftin qəbul və göndərilmə sənədlərinin rəsmiləşdirilməsinə nəzarət edir. Neftin boru kəmərləri ilə nəqlinin idarə edilməsi və təşkili sahəsində tədqiqat və təcrübə-layihə işlərinin aparılması üzrə ixtisaslaşdırılmış təşkilatlarla müqavilələrin bağlanması üçün materialların hazırlanmasına rəhbərlik edir və tədqiqatın vacib məlumat və materiallarla təmin olunmasına nəzarət edir. Neftin nəqli və təhvili planına əsasən optimal iş rejiminin təmini üzrə tabeliyində olan bölmələrin fəaliyyətlərini təşkil edir. İstehlakçıda və neft kəmərlərində olan neft ehtiyatına və boş tutumlara nəzarət edir. Avadanlıqlar, neft kəmərləri, çənlər, neft gəmiləri və dəmiryol çənlərinin qəbul-təhvil əməliyyatlarına və hazırlığına nəzarəti: magistral neft kəmərlərinin, çənlərin vaxtaşırı parafin çöküntülərindən təmizlənməsini, əsas avadanlıqların və xətti hissələrin təmir qrafiklərinin yerinə yetirilməsini təşkil edir. Rayon idarələrinin dispetçer xidmətlərinə operativ rəhbərliyi həyata keçirir. İdarələrdə neft kəmərlərinin işinin idarə olunması və təşkili üzrə tətbiq olunmuş metodların neft kəmərləri nəqliyyatının müasir inkişaf səviyyəsinə uyğun gəlməsinə nəzarəti həyata keçirir. Ətraf mühitin mühafizəsi üzrə çatışmazlıqların aradan qaldırılmasına operativ nəzarəti həyata keçirir. Neftin nəqlinə nəzarət və onun idarə edilməsi üçün rayon idarələrindən daxil olan zəruri məlumatların toplanması və təhlilinə rəhbərlik edir. Müəssisənin perspektiv və illik iş planlarının, magistral neft kəmərlərinin, çən parklarının, əsas texnoloji avadanlıqlardan istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlərin, müəssisənin obyektlərinin tikintisi və modernləşdirilməsi üzrə tapşırıqların işlənməsində iştirak edir. Əmək şəraitinin yaxşılaşdırılması, işçilərin əmək intizamının möhkəmləndirilməsi, yaradıcılıq və təşəbbüskarlığın inkişaf etdirilməsi üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir. Neftin nəqli sahəsində yerli və xarici qabaqcıl təcrübələri öyrənir. Qəbul-təhvil əməliyyatları və neftin nəqli sahəsində yeni texnika və texnologiyanın tətbiqi, həmçinin əməyin, istehsalın və idarəetmənin təşkilinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənməsi və həyata keçirilməsində iştirak edir. Şöbənin fəaliyyəti istiqamətində ixtira və səmərələşdirici təkliflərin müzakirəsində iştirak edir. Qəbul olunmuş təkliflərin tətbiqinə nəzarəti təşkil edir. Dispetçer xidmətinin təqsiri üzündən neftin vurulmasının dayanması və qəzaların uçotu və təhlilini təmin edir, onların aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər işləyib həyata keçirir. İşçilər tərəfindən çən parklarının və neftötürmə stansiyalarının texnoloji xəritələrinin rejim təlimatlarının, təhlükəsizlik və yanğından mühafizə texnikası üzrə təlimatların öyrənilməsini təşkil edir, tabeliyində olan işçilərin ixtisaslarının artırılmasına və yaradıcılıq təşəbbüslərinin inkişafına şərait yaradır. Neft kəmərlərinin idarəetmə məsələləri üzrə müşavirə-seminar və mühazirələr təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: neftin qəbulu, nəqli, təhvili və boşaldılması ilə əlaqədar işlərin təşkilinə dair qərar, əmr və sərəncamları, metodiki, normativ və digər rəhbər materialları, müəssisənin struktur xüsusiyyətini və onun inkişaf perspektivlərini; neftin nəqlinin texnologiyasını, neft kəmərləri nəqliyyatında istehsalın təşkilini; yerinə yetirilən işlərin növlərini; neft kəmərlərinin istehsal güclərini və onların istismar qaydalarmı; neftin qəbulu, nəqli, təhvili və boşaldılmasının planlaşdırılma qayda və metodlarını; dispetçer xidmətinin operativ idarəetmə qaydalarım; istehsalatın idarə olunması və neftin nəqli sahəsində qabaqcıl yerli və xarici təcrübələri; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

15-ci dərəcə: şöbə rəisi vəzifəsini icra etdikdə.

                                                   

Neft kəmərlərinin istismar şöbəsinin rəisi

15-ci dərəcə

Əmək funksiyası. İdarəyə məxsus neft kəmərlərinin xətt hissəsi, çən parkları, texnoloji boru kəmərləri, xətt istehsalat-dispetçer stansiyaları, neftötürmə stansiyaları, estakadalar, yanalma körpüləri, neftdoldurma bazası, vertolyotun enmə sahəsinin uzunmüddətli və etibarlı istismar olunmasına rəhbərlik edir. Neftin qəbulu, nəqli və neft emalı müəssisələrinə və digər istehlakçılara göndərilməsi üzrə cari və perspektiv tədbirlər planının işlənib hazırlanmasına rəhbərlik edir. Yuxarıda adları çəkilən qurğulara texniki xidmət və təmir işlərinin qüvvədə olan təlimatlara əsasən yerinə yetirilməsini təşkil edir, onların texniki səviyyəsinin və etibarlılığının artırılması, obyektlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi, əməyin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənməsinə rəhbərlik edir. Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən təmir işləri planının hazırlanmasına rəhbərlik edir və işlərin yerinə yetirilməsinə nəzarəti təşkil edir. NK-nin maksimal buraxıcılıq qabiliyyətini təmin etmək üçün tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir. Neft kəmərlərinin və çənlərinin payız-qış və daşqınlar mövsümündə işləməsi üçün aparılan hazırlıq işlərinə rəhbərlik edir, Digər şöbələrlə birlikdə magistral neft kəmərlərinin və NÖS - ün profilaktiki və təmir işlərinə görə boşdayanmaların illik qrafikini işləyib hazırlayır. Neft kəmərlərinin və çənlərinin parafin çöküntülərindən təmizlənməsi qrafikinin yerinə yetirilməsinə nəzarət edir. Baş energetika şöbəsi ilə birlikdə neft kəmərlərinin əsaslı təmirini və ya ayrı-ayrı hissələrinin dəyişdirilməsini əsaslandırır, neft kəmərlərinin korroziyadan mühafizəsini gücləndirmək üçün tədbirlər planı işləyib hazırlayır. Neftin texnoloji və qəza itkilərinin azaldılması üzrə cari və perspektiv tədbirlər planının işlənib hazırlanmasını təşkil edir. Neft itkiləri üzrə hesabatların aparılmasına nəzarət edir. Mümkün qəzaların ləğv edilməsi və qarşısının alınması məqsədilə tədbirlər planlarının işlənib hazırlanmasına rəhbərlik edir, qəzaların ləğv edilməsində və onların səbəblərinin təhqiqində iştirak edir. Neft kəmərlərinin istismarı obyektlərində ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının hazırlanmasında iştirak edir. Digər şöbələrin rəhbərləri ilə birlikdə magistral neft kəmərlərinin və onların qurğularının avtomatlaşdırılması və telemexanikləşdirilməsi, köhnəlmiş sahələrin yenidən qurulması üçün tədbirlər layihəsini işləyib hazırlayır. Qəza-bərpa və təmir işlərinin mexanikləşdirilməsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması işlərinə rəhbərlik edir. İdarənin tabeliyində olan obyektlərdə yeni texnikanın və texniki vasitələrin mənimsənilməsinə, istehsalatın təşkilinə nəzarət edir. Yeni magistral neft kəmərlərinin, neftötürmə stansiyalarının tikintisinə aid texniki layihələri yoxlayır və rəy verir. İşlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə, tikinti norma və qaydalarına, neft kəmərlərinin mühafizə zonasında işlərin aparılma qaydalarına riayət olunmasına nəzarət edir. Əmtəə-nəqliyyat şöbəsinin NÖS-ün texniki sxemləri və neft kəmərlərinin xarakteristikaları ilə təmin olunmasına nəzarət edir. Magistral neft kəmərlərinin müxtəlif kommunikasiya xətləri ilə kəsişməsinin texniki şərtlərinin işlənib-hazırlanmasını və verilməsini, neft kəmərlərinin yaxınlığında obyektlərin tikintisi zamanı texniki razılaşdırmanı, həmçinin neft kəmərlərində fəaliyyətin pozulmasının qarşısını almaq məqsədilə onların mühafizə zonasına nəzarəti təşkil edir. Hüquq xidməti ilə birlikdə magistral neft kəmərlərinin və qurğularının zədələnməsində günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmasına kömək edir. İstismarda olan neft kəmərlərinin, doldurma-boşaltma estakadalarının, çənlərin say və həcmi, ehtiyat-qəza borularının sərf olunması haqqın uçot və hesabatların aparılmasını təşkil edir. Baş verə biləcək qəzaların ləğv edilməsi üçün təlimlər keçirir və qəzaların qarşısının alınması üzrə tədbirlər planını hazırlayır. Qəza-təmir xidmətinin qəza və zədələnmələrin ləğv edilməsinə hazırlığını yoxlayır. İstehsalat sənədləri, obyektlərin texniki pasportları və vahid uçot və hesabat formalarının işlənib hazırlanmasını, tabelikdə olan bölmə və xidmətlərin onlarla komplektləşdirilməsi və təmin olunmasını təşkil edir. Neft kəmərlərinin, NÖS  qurğularının istismar və təmirinə dair elmi-tədqiqat işləri üzrə təklif və rəylər hazırlayır. Neft kəmərlərinin su maneələrindən keçidlərinin sualtı-texniki xidmət tərəfindən yoxlanılması işinə rəhbərlik edir, keçidlərin təmir olunmasına nəzarət edir. Neft kəmərlərinin və qurğularının cari təmiri və istismarı üçün lazım olan materiallara, avadanlıqlara, ehtiyat hissələrinə, texniki vasitələrə sifarişləri ümumiləşdirir və dəqiqləşdirir. Tabeliyində olan bölmələr tərəfindən texniki vasitələrin, ehtiyat hissələrinin, avadanlıqların düzgün istifadə olunmasına və hesabdan silinməsinə nəzarəti təşkil edir. Neft kəmərləri sahəsinə vertolyot vasitəsilə xidmət qrafikinə əməl olunmasına nəzarət edir. Neft kəmərləri obyektlərinin istismarı və təmiri üzrə təlimatların işlənib hazırlanmasını təşkil edir. Neft kəmərlərinin istismarı sahəsində yeni nailiyyətlərin mənimsənilməsini, qabaqcıl təcrübənin öyrənilməsini və yayılmasını, şöbənin səlahiyyətlərinə daxil olan məsələlər üzrə səmərələşdiricilik və ixtiraçılıq işlərini təşkil edir. İstehsalatın idarə olunması və təşkilinin təkmilləşdirilməsi sahəsində tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsində iştirak edir, onların tətbiqinin səmərəliliyini təhlil edir. Neft kəmərlərinin, onların qurğularının istismar və təmir edilməsinə dair istehsalat müşavirə və seminarlarının keçirilməsini təşkil edir. Şöbənin işçilərinin səmərəli və yaradıcı işləmələri, mütəmadi olaraq ixtisaslarının artırılması üçün şərait yaradır. Hesabatların və məlumatların yuxarı təşkilatlara vaxtında təqdim olunmasını təmin edir. Şöbənin işinə rəhbərlik edir.

Bilməlidir: neft kəmərlərinin xətti hissəsinin, avadanlıqların və qurğuların təmiri və xidmətinin təşkilinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər materialları; müəssisənin iş yönümü, ixtisaslaşması və xüsusiyyətlərini, onun inkişaf perspektivlərini, müəssisədə texnoloji proseslərinin əsaslarını; təmir işlərinin və neft kəmərlərinin işinin planlaşdırılması metodlarını; Neft kəmərləri idarəsinin neft kəmərləri, qurğu və obyektlərinin istehsal gücünü, texniki xarakteristikalarmı, konstruktiv xüsusiyyətlərini, təyinatları və iş rejimlərini, onların istismar qaydalarmı; qüsur cədvəlləri, pasportlar, çertyoj albomları, istismar təlimatları və digər texniki sənədlərin tərtib olunma qaydalarını; neft kəmərləri obyektlərinin və qurğularının təmirə təhvil və təmirdən sonra qəbul qaydalarını; avadanlığın modernləşdirilməsi, təmiri və istismarı zamanı əməyin elmi təşkili tələblərini; neft kəmərlərinin istismarı və təmiri üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarım; əmək qanunvericiliyinin əsaslarını; yanğından mühafizə, istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi qayda və normalarım, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində boru kəmərləri idarələrində ixtisası üzrə mühəndis-texniki və ya rəhbər vəzifələrdə ən azı 7 il iş stajı;

15-ci dərəcə: şöbə rəisi vəzifəsini icra etdikdə.

 

MÜTƏXƏSSİSLƏR

İstehsalat-dispetçer xidmətinin dispetçeri (böyük dispetçer də daxil olmaqla)

8-11-ci dərəcələr

Əmək funksiyası. Neftin qəbulu, nəqli və göndərilməsi planının yerinə yetirilməsi üçün neftvurma stansiyalarına, neft kəmərlərinə və qəbul-təhvil məntəqələrinə operativ rəhbərlik və nəzarət edir; texnoloji rejim pozulduqda xəbərdarlıq edir və onun operativ aradan qaldırılmasını təmin edir. Neftin qəbulu, nəqli və təhvili üzrə gündəlik plana və ya operativ tapşırığa əsasən neftin kəmərlər üzrə nəqli rejiminin tənzimlənməsini həyata keçirir, neftin, onun hərəkətinin, keyfiyyətinin operativ uçotunu, dispetçer jurnalını aparır. Neftin gündəlik operativ hərəkət balansım tərtib edir. Neft kəmərlərində qəza baş verdikdə onun ləğvi üçün operativ tədbirlər görür və bu barədə müəssisə rəhbərliyinə məlumat verir. Elektrik enerjisi sərfinin uçotunu aparır. Əmtəə-nəqliyyat əməliyyatının yerinə yetirilməsi prosesində rayon dispetçer xidmətlərinin işlərinə rəhbərlik edir. Neft ehtiyatlarının rayon idarələri və istehlakçılar arasında operativ bölüşdürülməsini həyata keçirir. Rayon idarələri tərəfindən plan tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır. Neftin hərəkəti haqqında aylıq, rüblük və illik hesabatları tərtib etmək üçün lazımi məlumatları toplayır və təqdim edir.

Bilməlidir: neftin qəbulu, nəqli və göndərilməsinin operativ idarə edilməsinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neftin nəqli texnologiyasını və təşkilini; neft kəmərlərinin texnoloji xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini və mümkün iş rejimlərini, onların istismar qaydalarmı; neft kəmərləri sistemlərinin işinin operativ planlaşdırılması və idarə edilməsi qayda və metodlarını; teleidarəetmə və hesablayıcı texnikanın iş və istifadə prinsiplərini; texniki sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi üzrə əsasnamələri, təlimatları; neftin nəqli və istehsalın operativ idarə edilməsi sahəsində yerli və xarici qabaqcıl təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarmı; əmək qanunvericiliyinin əsaslarmı; təhlükəsizlik texnikası, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin əsaslarım, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarmı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatın operativ idarə edilməsi üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

8-10-cu dərəcələr: dispetçer vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

10-11-ci dərəcələr: böyük dispetçer vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

Elektrokimyəvi mühafizə üzrə mühəndis

7-13-cü dərəcələr

Əmək funksiyası. Neft kəmərlərinin elektrokimyəvi mühafizə (EKM) vasitələrinin etibarlı, uzunmüddətli və səmərəli istismar edilməsi üzrə işləri yerinə yetirir. Müəssisə avadanlığının, tikililərin və neft kəmərlərinin xətt hissəsinin, korroziyaya qarşı mühafizəsinin etibarlılığının və səmərəliliyinin artırılmasına yönəldilmiş perspektiv və illik tədbirlər planlarını işləyib hazırlayır. NÖS meydançalarının yeraltı metal kommunikasiyaları və boru kəmərləri səthinin qoruyucu örtüklərinin və korroziya vəziyyətinin vaxtaşırı yoxlanma nəticələri əsasında əsaslı təmir olunmalı neft kəmərləri sahələrinin seçilməsi üzrə tövsiyyələr işləyib hazırlayır. Neft kəmərlərinin tikintisi və əsaslı təmiri zamanı izolyasiya işlərinin keyfiyyətinə nəzarət edir. Rayon (ərazi) idarələrinin sifarişi əsasında ehtiyat hissələri, material və avadanlıq üçün ümumi tələbnamələr tərtib edir. Magistral boru kəmərlərində, çənlərdə və NÖS meydançalarının yeraltı metal kommunikasiyalarında profilaktiki yoxlamaların, EKM vasitələrinin plan-ehtiyat təmirlərinin və plan üzrə elektrometrik ölçülərin keçirilməsi qrafiklərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarət edir. Neft kəmərləri obyektlərinin korroziyadan mühafizəsi üzrə mütərəqqi metodların və yeni texnika üzrə tədbirlərin işlənib hazırlanması və tətbiq edilməsində iştirak edir. EKM vasitələrinin texniki vəziyyətinin təhlili əsasında onların işinin səmərəliliyinə, boru kəmərlərinin, çən parklarının və NÖS meydançalarının yeraltı metal kommunikasiyalarının korroziyadan mühafizəsi üzrə layihə tələblərinin yerinə yetirilməsinə, neft kəmərləri obyektlərinin korroziyadan mühafizə qurğuları üzrə texniki sənədləşmənin aparılmasına nəzarət edir. Neft kəmərlərinin, çən parklarının, NÖS meydançalarının yeraltı metal kommunikasiyalarının korroziyadan mühafizə vasitələrinin işlənib hazırlanması üçün texniki tapşırıqlar hazırlayır. Korroziyadan mühafizə vasitələrinin təmir edilməsi, istehsalı, layihələndirilməsi və tədqiqat aparılması məqsədi ilə ixtisaslaşdırılmış təşkilatlarla müqavilələrin bağlanması üçün materiallar hazırlayır. Aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərini zəruri məlumat və materiallarla təmin edir. Müəssisənin sifarişləri ilə işlənib hazırlanan layihələrin müzakirəsində, korroziyadan mühafizə vasitələrinin istismarı və təmiri, onlara xidmətin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında iştirak edir. Səmərələşdirici təkliflər və ixtiralar üzrə rəylər verir və qəbul edilmiş təkliflərin tətbiq edilməsinə yardım edir. Avadanlığın qüsurlarının və sıradan çıxma hallarının uçot və təhlilini aparır. Onların qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir. Avadanlığın mübadilə fondunun komplektləşdirilməsində, qabaqcıl təcrübənin öyrənilməsində və yayılmasında, neft kəmərləri obyektlərinin korroziyadan mühafizə vəziyyəti haqqında hesabatların tərtib olunmasında iştirak edir.

Bilməlidir: magistral boru kəmərlərinin, çənlərin və NÖS meydançalarının yeraltı metal kommunikasiyalarına, korroziyadan mühafizə vasitələrinə texniki xidmət və təmirin təşkilinə qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin ixtisaslaşmasını və struktur xüsusiyyətlərini; inkişaf perspektivlərini; neft kəməri obyektlərinin korroziyadan mühafizə vasitələrinin texniki xarakteristikalarmı, konstruktiv xüsusiyyətlərini və iş rejimlərini, onların istismar qaydalarını; avadanlığın işinin planlaşdırılma qayda və metodlarmı və onun təmirinin təşkilini, neft kəməri obyektlərinin korroziyadan mühafizə vasitələrinin quraşdırma və təmirə təhvil vermə və təmirdən qəbuletmə qaydalarını; neft kəməri obyektlərinin korroziyadan mühafizə vasitələri sahəsində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarmı; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli elektrokimyəvi mühafizə üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Elektrokimyəvi mühafizə üzrə texnik

5-7-ci dərəcələr

Əmək funksiyası. Neft kəmərlərinin elektrokimyəvi mühafizə (EKM) vasitələrinin etibarlı, uzunmüddətli və səmərəli istismarının təmin edilməsi, onların təmiri və texniki xidməti üzrə plan və tədbirlərin hazırlanmasında iştirak edir. Mühəndisin rəhbərliyi altında rayon Neft kəmərləri idarələrinin avadanlığa, material və ehtiyat hissələrə olan tələbatını müəyyənləşdirən hesabatlar aparır. Korroziyaya qarşı mühafizə vasitələrinin istifadə olunma səmərəliliyini və texniki vəziyyətini təhlil etmək üçün zəruri olan məlumatları sistemləşdirir. Elektrokimyəvi mühafizə vasitələrinə profilaktik baxış və planlı təmir işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı işlərə nəzarət edir. Əsaslı təmir olunmalı neft kəmərləri sahələrinin seçilməsi üzrə tövsiyələrin əsaslandırılması üçün zəruri olan məlumatları hazırlayır. Daxil olan sənədləri qəbul edir, bölmələr tərəfindən təqdim olunan uçot və hesabat sənədlərində bütün zəruri məlumatların olmasını və onların düzgünlüyünü yoxlayır. Neft kəmərləri obyektlərinin korroziyadan mühafizə vəziyyəti haqqında hesabatlar üçün materiallar hazırlayır. İstismar olunan avadanlığın sayı, vəziyyəti, etibarlılığı, sıradan çıxması və təmirinin uçot və hesabatını aparır. EKM vasitələrinin yenidən qurulması üçün tövsiyyələrin və layihələrin hazırlanmasında iştirak edir. Korroziyadan mühafizə vasitələrinin istismarı və təmiri, onlara xidmətin təhlükəsiz aparılması üzrə təlimatların, avadanlığın təmir qrafiklərinin və material ehtiyatlarının sərfinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Neft kəmərlərinin xətt hissəsinin, EKM vasitələrinin və qurğularının sıradan çıxma səbəblərinin araşdırılmasında, əməyin elmi təşkili, avadanlığın təmir və istismarının mütərəqqi metodlarının tətbiqi işlərində iştirak edir.

Bilməlidir: EKM məsələləri üzrə metodiki, normativ və digər rəhbər materialları; elektrotexnikanın və kimyanın əsaslarını; neft kəmərləri obyektlərinin korroziyadan mühafizə vasitələri və sistemlərinin konstruksiyalarını və onların istismar qaydalarını; izolə örtüklərinin növlərini və onlara olan texniki tələbləri; elektrokimyəvi mühafizə üzrə uçot və hesabatların aparılma forma və qaydalarmı; avadanlığın təmir xidmətinin planlaşdırılma metod və qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarım; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarım, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 5-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı; 7-ci dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

İstilik texnikası avadanlıqları üzrə mühəndis

7-13-cü dərəcələr

Əmək funksiyası. Müəssisədə istilik təchizatı obyekt və sistemlərinin (qazanxana, neft qızdırma sobaları, ventilyasiya sistemləri və s.) etibarlı və uzunmüddətli istismarının təmin edilməsi üzrə işləri həyata keçirir. İstilik təchizatı sistemləri və obyektlərinin etibarlılığının texniki səviyyəsinin yüksəldilməsinə və təhlükəsiz işinin təmin edilməsinə yönəlmiş tədbirlər üzrə perspektiv və illik planlar hazırlayır. Qüvvədə olan qaydalara və təlimatlara uyğun olaraq şöbəyə təhkim edilmiş istilik təchizatı obyekt və sistemlərinə texniki xidmət və təmir işlərini təşkil edir, onların vaxtında aparılmasına nəzarət edir. İstilik təchizatı obyekt və sistemlərinin planlı dayandırılması üzrə illik qrafiklər, elektrik enerjisinə və yanacağa qənaət üzrə cari və perspektiv tədbirlər işləyib hazırlayır. Obyekt və sistemlərin yenidən qurulması, texniki təchizatı, avtomatlaşdırılması və telemexanikləşdirilməsi, onlara xidmət edən işçilərin əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Yeni istilik təchizatı obyekt və sistemlərinin tikintisi, fəaliyyətdə olanların yenidən qurulması və modernləşdirilməsi layihələrinin müzakirəsində iştirak etməklə, müvafiq rəylər hazırlayır. Yeni istilik təchizatı obyektlərinin qəbulunda iştirak edir. İstilik təchizatı obyekt və sistemlərində baş verən qəza və sıradan çıxma hallarının qarşısının alınması və ləğv edilməsi üzrə tədbirlər hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir. İstilik enerjisindən səmərəli istifadə, istilik qurğularının etibarlılığı və qənaətliliyi, onların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılması üzrə tədbirlər işləyib hazırlayır. Müəssisənin obyektlərindən istilik enerjisinin kənar istehlakçılara verilməsi üçün onlarla razılaşmalar aparır və xəttə qoşulmaq üçün texniki şərtləri razılaşdırır. Müəssisədə istismar olunan istilik təchizatı obyekt və sistemlərinin miqdarı, ehtiyatda olan avadanlıq və ehtiyat hissələri, onların sərfi haqqında uçot və hesabatı həyata keçirir, lazım olan avadanlıq, ehtiyat hissələri və materiallar üçün sifarişlər tərtib edir. Müəssisənin istilik texnikası avadanlıqlarını istismar edən bölmələrinin fəaliyyətinə nəzarət edir. İstilik təchizatı obyekt və sistemlərinin dövlət texniki nəzarət müfəttişliyi tərəfindən yoxlanılmağa vaxtında hazır olmasını təmin edir. Səmərələşdirici təkliflər və ixtiraların müzakirəsində iştirak edir. Şöbənin fəaliyyət istiqamətləri üzrə səmərələşdirici təkliflər və ixtiralara rəylər verir, qəbul olunmuş təkliflərin tətbiqinə yardım göstərir. Xidmət işçilərinin texniki biliyinin yüksəldilməsi işlərində, qabaqcıl təcrübələrin öyrənilməsi və yayılmasında, istilik texnikası avadanlıqlarının istismarı və təmiri haqqında təlimatların işlənib hazırlanmasında iştirak edir. Yerinə yetirilmiş işlər haqqında hesabatlar hazırlayır.

Bilməlidir: istilik təchizatı məsələləri üzrə qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin ixtisaslaşmasını və quruluş xüsusiyyətlərini; onun inkişaf perspektivlərini; texnoloji proseslərin əsaslarını; istilik təchizatı obyekt və sistemlərinin istehsal gücləri, konstruktiv xüsusiyyətləri, texniki xarakteristikaları və təyinatlarını, onların istismar qaydalarmı; onların istismarı və təmiri üzrə işlərin planlaşdırılma qayda və metodlarını; istilik təchizatı obyekt və sistemlərinin quraşdırma və təmirə verilmə və təmirdən qəbul qaydalarmı; obyektlərin istismarı və təmiri zamanı əməyin elmi təşkilinin tələblərini; yanacaq-enerji ehtiyatlarının normalaşdırılması qaydalarını; dövlət texniki nəzarət müfəttişliyi tərəfindən obyekt və sistemlərin qəbul və yoxlanılma qaydalarını; neft kəmərləri nəqliyyatı sahəsində istilik təchizatı üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təhlükəsizlik texnikası, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərini, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarım.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli istilik texnikası avadanlıqları üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11 -ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə texnik

 

5-7-ci dərəcələr

Əmək funksiyası. İstehsal proseslərinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi vasitələrinin etibarlı və uzun müddətli istismarının, onlara texniki xidmətin və təmirin təmin olunması üzrə plan və tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Mühəndisin rəhbərliyi altında istismar və təmir üçün lazımi avadanlıq, ehtiyat hissələri və materiallara olan tələbatı təyin etməkdən ötrü lazımı hesablamalar aparır. Avtomatlaşdırma və telemexanikləşdirmə vasitələrinin texniki vəziyyətini və onlardan istifadənin səmərəliliyini təhlil etmək üçün zəruri olan məlumatları sistemləşdirir. Avtomatika və telemexanika vasitələrinə profilaktik baxış və planlı təmir qrafiklərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarətlə əlaqədar işləri həyata keçirir. Daxil olan sənədlərin, bölmələrin təqdim etdiyi uçot və hesabat sənədlərinin düzgün doldurulmasını və onlarda bütün zəruri məlumatların mövcudluğunu yoxlayır. Avtomatika və telemexanika vasitələrinin texniki vəziyyəti barədə hesabatlar tərtib etmək üçün materiallar hazırlayır. İstismarda olan avtomatika və telemexanika vasitələrinin sayı, onların vəziyyəti, etibarlılığı, sıradan çıxmaları və təmirləri barədə uçot və hesabat aparır. Avtomatika və telemexanika sistemlərinin yenidən qurulması üzrə layihə və tövsiyələrin, avtomatika və telemexanika vasitələrinin istismarı və təmiri, onlara xidmət edərkən bu işlərin təhlükəsiz aparılması barədə təlimatların işlənib hazırlanmasında iştirak edir. Avtomatika və telemexanika vasitələrinin təmir qrafiklərinin tərtibində, maddi ehtiyatlar sərfinin aşağı salınması üzrə tədbirlərin hazırlanmasında, avtomatika və telemexanika vasitələrinin sıradan çıxma səbəblərinin təhlilinin aparılmasında, əməyin elmi təşkili, avtomatika və telemexanika vasitələrinin istismarı və təmiri üzrə mütərəqqi metodların tətbiqində iştirak edir.

Bilməlidir: istehsalat proseslərinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi məsələlərinə aid metodiki, normativ və digər materialları; neftin boru kəmərləri ilə nəqli üzrə avtomatika və telemexanika sistemlərinin konstruksiyalarmı və onlara qoyulan texniki tələbləri; avtomatika və telemexanika vasitələrinin təmir xidmətinin planlaşdırılma qayda və metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarmı; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarmı, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 5-ci dərəcə: ış stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

 

İstilik texnikası üzrə texnik

5-7-ci dərəcələr

Əmək funksiyası. İstilik təchizatı sistemlərinin və obyektlərinin (qazanxanalar, ventilyasiya, neft qızdıran sobalar və s.) etibarlı və uzunmüddətli istismarının təmin edilməsi üzrə planların və tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstilik texnikası avadanlığı üzrə mühəndisin rəhbərliyi altında istismar və təmir üçün avadanlıq, material və ehtiyat hissələrinə olan tələbatı hesablayır. İstilik texnikası avadanlığının texniki vəziyyətinin və istifadə səmərəliliyinin təhlil edilməsi üçün zəruri olan məlumatları sistemləşdirir. Avadanlığın plan üzrə təmir və profilaktiki yoxlama qrafiklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarətlə əlaqədar işləri həyata keçirir. Daxil olan sənədləri qəbul edir, şöbələr tərəfindən təqdim edilən uçot və hesabat sənədlərinin düzgün doldurulmasını və bütün zəruri məlumatların olmasını yoxlayır. Avadanlığın texniki vəziyyəti haqqında hesabatların tərtib edilməsi üçün materiallar hazırlayır. İstismar olunan istilik texnikası avadanlığının sayı, onun vəziyyəti, etibarlılığı, sıradan çıxması və təmiri barədə uçot və hesabat aparır. Avadanlığın yenidən qurulması üzrə layihələrin və tövsiyyələrin işlənib hazırlanmasında iştirak edir. Avadanlığın istismarı və təmiri, ona texniki xidmət göstərilməsi zamanı işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə təlimatların işlənib hazırlanmasında iştirak edir. Avadanlığın təmiri üzrə qrafiklərin tərtib edilməsində, maddi ehtiyatlar sərfinin aşağı salınması üzrə tədbirlərin işlənib hazırlanmasında, avadanlığın sıradan çıxma səbəblərinin təhlil olunmasında, əməyin elmi təşkili, avadanlığın təmiri və istismarında mütərəqqi metodların tətbiqi üzrə işlərdə iştirak edir.

Bilməlidir: istilik təchizatı məsələləri üzrə metodiki, normativ və digər rəhbər materialları; istilik texnikasının əsaslarını; istilik təchizatı obyektlərinin və sistemlərinin konstruksiyalarını və təyinatım, onların istismar qaydalarını; istilik təchizatı məsələləri üzrə uçot və hesabatların aparılması qayda və formalarını; avadanlığın təmirinin planlaşdırılması qayda və metodlarmı; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarmı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 5-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

Yeni texnikanın tətbiqi üzrə mühəndis

7-13-cü dərəcələr

Əmək funksiyası. Yeni texnika və texnologiyanın tətbiqi, fəaliyyətdə olanların modernləşdirilməsi üzrə perspektiv və illik plan layihələrinin hazırlanmasını və əsaslandırılmasını həyata keçirir, onların müəssisənin müvafiq bölmələri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. Texnoloji avadanlıqlar və cihazların yeni nümunələrinin sınaqdan keçirilməsinə nəzarət edir, yeni texnika və texnologiyanın mənimsənilməsi üzrə tədbirlərin düzgünlüyünü yoxlayır və onların iqtisadi səmərəliliyini təhlil edir. Elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının iş planlarına daxil edilmək üçün onlar tərəfindən işlənib hazırlanacaq məsələlərin siyahısını hazırlayır. Yerinə yetirilmiş tədqiqatların ekspertizasını keçirir və onların müəssisənin işində istifadə edilməsinin məqsədəuyğunluğunu qiymətləndirir. Yeni texnikanın işlənib hazırlanması və tətbiqi ilə əlaqədar müqavilələrin bağlanmasına, icrasına və maliyyələşdirilməsinə nəzarət edir. Yeni texnikanın tətbiqinə görə mükafatın məbləğini müəyyən edir. Neft kəməri nəqliyyatında yeni texnika və ya texnologiyanın təkmilləşdirilməsi məsələləri üzrə texniki müşavirə və konfransların hazırlanmasında iştirak edir. Tətbiq edilmiş texniki vasitələrin texnikanın müasir inkişaf səviyyəsinə müvafiq olmasına nəzarət edir. Texnikanın yeni növlərinin mənimsənilməsində işçilərə təlimlər keçir və yardım göstərir. Müəssisə işçilərinin texniki biliyinin artırılması üzrə işləri təşkil edir. İxtiralar üçün sifarişlərin tərtib olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasında iştirak edir. Səmərələşdirici təkliflər və ixtiralar üzrə rəylər verir. Qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir. Ətraf mühitin mühafizəsi, əmək şəraiti və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması işində iştirak edir. Yeni texnikanın tətbiqi üzrə statistik hesabatlar tərtib edir.

Bilməlidir: yeni texnika və qabaqcıl texnologiyanın tətbiqi, patentşünaslıq üzrə qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf istiqamət və perspektivlərini; istehsalat texnologiyasını; avadanlıqların istehsal gücünü və iş rejimlərini, onların istismar qaydalarmı; magistral neft kəmərləri avadanlığına qoyulan texniki tələbləri; yeni texnikanın və texnoloji proseslərin tətbiqi zamanı əməyin elmi təşkilinin tələblərini; yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin tətbiqinin iqtisadi səmərəsinin təyin edilmə metodlarmı; yerli və xarici neft kəmərləri müəssisələrinin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarmı; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli mexanik-texnoloji avadanlıq üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Mexanikləşdirmə üzrə mühəndis

7-13-cü dərəcələr

Əmək funksiyası. Mexanikləşdirmə obyektlərinin texniki səviyyəsinin, əmək məhsuldarlığının yüksəldilməsinə, əl əməyinin xüsusi çəkisinin azaldılmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və təhlükəsizliyinə kömək edən kompleks mexanikləşdirmənin tətbiqi üzrə işləri həyata keçirir. Ağır əl işlərinin, qaldırma-nəqletmə, yükləmə-boşaltma və anbar əməliyyatlarının mexanikləşdirilməsinin yüksəldilməsinə yönəlmiş perspektiv və illik tədbirlər planını işləyib hazırlayır. Müəssisənin sifarişi ilə işlənib hazırlanan kompleks mexanikləşdirmə layihələrinin müzakirəsində iştirak edir, müvafiq rəylər hazırlayır, mexanikləşdirmə vasitələrinin quraşdırılması, istismarı və təmiri zamanı işlərin keyfiyyətinə nəzarəti təşkil edir. İstehsalın mexanikləşdirilməsi üzrə tədbirlərin səmərəliliyinin hesablamalarını aparır. Müəssisədə istismar olunan mexanikləşdirmə vasitələrinin miqdarı, mövcud avadanlıq ehtiyatı və ehtiyat hissələri, onların sərfi haqqında uçot və hesabatları həyata keçirir, zəruri avadanlıq, ehtiyat hissələri və materiallar üçün sifarişlər tərtib edir. Mexanikləşdirmə vasitələrinin etibarlı və fasiləsiz işini təmin etmək üçün tədbirlər görür, onların texnikanın müasir səviyyəsinə uyğun olmalarmı izləyir. Texnikanın yeni növünün mənimsənilməsində işçilərə təlimat keçir və yardım göstərir. Avadanlığın istismarı və təmiri, mexanikləşdirmə vasitələrinə xidmət edərkən işlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında, qabaqcıl təcrübənin öyrənilməsində və yayılmasında iştirak edir, yeni texnikanın tətbiqinə yardım edir. Səmərələşdirici təkliflərin və ixtiraların müzakirəsində iştirak edir, onlara rəy verir. Avadanlığa texniki xidmət və təmir qrafiklərini tərtib edir. Maddi ehtiyatların sərfi normasının azaldılması üçün tədbirlər işləyib hazırlayır. Mexanikləşdirmə vasitələrinin istismar dövründə sıradan çıxma hallarının uçotunu və təhlilini aparır, onların qarşısını almaq üçün tədbirlər işləyib hazırlayır. Qaldırma-nəqletmə avadanlıqlarının vaxtında dövlət texniki nəzarət müfəttişliyinə yoxlanılmaq və şəhadətnamə alınmaq üçün təqdim edilməsinə nəzarət edir. Mexanikləşdirmə vasitəLərinin istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir, əmək şəraitinin yaxşılaşdırılması üzrə layihələrin işlənib hazırlanmasında iştirak edir. Əməyin elmi təşkilinin, avadanlıqların təmiri və istismarının yeni, mütərəqqi metodlarının tətbiqi üzrə işləri həyata keçirir. Qüvvədə olan təlimatlara müvafiq surətdə avadanlığa texniki xidməti və onun təmirini təşkil edir. Görülən işlər haqqında hesabatlar tərtib edir.

Bilməlidir: istehsalın mexanikləşdirilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin ixtisaslaşmasını və struktur xüsusiyyətlərini, onun inkişaf perspektivlərini; müəssisənin texnoloji proseslərinin əsaslarmı; mexanikləşdirmə vasitələrinin istehsal güclərini, konstruktiv xüsusiyyətlərini və təyinatlarını, onların istismar qaydalarmı; istehsalatın mexanikləşdirilməsi və mexanikləşdirmə vasitələrinin təmirinin təşkili üzrə işlərin planlaşdırılmasının qayda və metodlarını; mexanikləşdirmə vasitələrinin istismarı və təmiri zamanı əməyin elmi təşkilinin tələblərini; dövlət texniki nəzarət müfəttişliyi tərəfindən qaldırma-nəqletmə avadanlıqlarına nəzarət qaydalarını; neft kəmərləri nəqliyyatının mexanikləşdirilməsi sahəsindəki qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarım; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli mexaniki-texnoloji avadanlıq üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Mexaniki-texnoloji avadanlıq üzrə texnik

5-7-ci dərəcələr

Əmək funksiyası. Mexaniki-texnoloji avadanlığın etibarlı və uzunmüddətli istismarının, təmirinin və ona texniki xidmətin təmin edilməsi üzrə tədbirlərin və planların işlənib hazırlanmasında iştirak edir. İstismar və təmir üçün zəruri olan avadanlıq, material və ehtiyat hissələrinə tələbatı müəyyən etmək üçün mühəndisin rəhbərliyi altında hesablamalar aparır. Mexaniki-texnoloji avadanlığın texniki vəziyyətini və ondan istifadənin səmərəliliyini təhlil etmək üçün məlumatları sistemləşdirir. Avadanlıqların profilaktik baxış və plan üzrə təmir qrafiklərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Daxil olan sənədləri qəbul edir, bölmələrin təqdim etdiyi uçot və hesabat sənədlərinin düzgün doldurulmasını, onlarda bütün məlumatların olmasını yoxlayır. Avadanlığın texniki vəziyyəti barədə hesabat tərtib etmək üçün materiallar hazırlayır. İstismarda olan avadanlığın sayı, onun vəziyyəti, etibarlılığı, sıradan çıxması, təmiri barədə uçot və hesabat aparır. Avadanlığın yenidən qurulması üzrə layihələrin və tövsiyələrin işlənib hazırlanmasında iştirak edir. Avadanlığın istismarı və təmiri, ona xidmət edərkən bu işlərin təhlükəsiz görülməsi üzrə təlimatların işlənib hazırlanmasında, avadanlığın təmir qrafiklərinin tərtibində, maddi ehtiyatlar sərfinin azaldılması üzrə tədbirlərin hazırlanmasında, əməyin elmi təşkilinin, avadanlığın mütərəqqi təmir və istismar metodlarının tətbiqi üzrə işlərdə iştirak edir.

Bilməlidir: avadanlığa texniki xidmət və onun təmiri sistemlərini; onun quruluşunu və konstruktiv xüsusiyyətlərini; təmir üçün işlənən materialların növlərini, metallar texnologiyasının əsaslarını; mürəkkəb və məsuliyyətli qovşaqların bərpa üsullarmı; avadanlığın işinin planlaşdırılmasının qayda və metodlarını; texniki sənədlərin rəsmiləşdirilməsi, istehsalın, əməyin və idarəetmənin elmi təşkili üzrə əsasnamələri, təlimatları və digər rəhbər materialları; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 5-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

Neft kəmərlərinin istismarı üzrə mühəndis

7-13-cü dərəcələr

Əmək funksiyası. Neft kəmərlərinin xətti hissəsi, çən parkları, texnoloji boru kəmərləri, xətt istehsalat-dispetçer stansiyaları, neftötürmə stansiyaları, estakadalar, yanalma körpülərinin uzunmüddətli və etibarlı istismar olunmasını həyata keçirir. Neftin qəbulu, nəqli və istehlakçılara göndərilməsi planlarının yerinə yetirilməsinin təmin olunmasına, şöbəyə təhkim olunmuş obyektlərin etibarlılığının, texniki səviyyəsinin yüksəldilməsi və işinin təhlükəsizliyinin artırılmasına, əməyin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş cari və perspektiv planlar və tədbirlər işləyib hazırlayır. Yuxarıda adları çəkilən qurğulara texniki xidmət və təmir işlərinin qüvvədə olan təlimatlara əsasən yerinə yetirilməsini təşkil edir. Podratçı təşkilatlar tərəfindən təmir işlərinin görülməsi planlarının, neft kəmərlərinin maksimal buraxılış qabiliyyətinin təmin edilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Neft kəmərlərinin və çənlərinin payız-qış və daşqınlar mövsümündə işləməsi üçün tədbirlər hazırlayır. Profilaktiki və təmir işləri üçün magistral neft kəmərlərinin və NÖS-lərin planlı dayandırılması üzrə illik qrafiklərin, işin dayandırılması ilə bağlı ayrı-ayn plandankənar işlərin yerinə yetirilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Neft kəmərlərinin və çənlərinin parafin çöküntülərindən təmizlənməsi üzrə qrafiklərin yerinə yetirilməsini təmin edir. Neft kəmərlərinin ayrı-ayrı hissələrinin dəyişdirilməsi və ya əsaslı təmirinin əsaslandırılmasında, onların korroziyadan mühafizəsinin gücləndirilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Neftin texnoloji və qəza itkilərinin azaldılması üzrə tədbirlər hazırlayır. Qəzaların baş vermə səbəblərinin təhqiqində, onların qarşısının alınması, neft kəmərləri obyektlərinin istismarı zamanı ətraf mühitin mühafizəsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Magistral neft kəmərlərinin və onların qurğularının avtomatlaşdırılması və telemexanikləşdirilməsi, köhnəlmiş sahələrin yenidən qurulması, qəza-bərpa və təmir işlərinin mexanikləşdirilməsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin hazırlanmasında iştirak edir. İstehsalın elmi təşkili, yeni texnikanın və texniki vasitələrin tətbiqi üzrə işlər aparır. Yeni neft kəmərləri, NÖS, çənlərin tikilmə, fəaliyyətdə olan obyektlərin yenidən qurulma layihələrinin müzakirəsində iştirak edir, müvafiq rəylər hazırlayır. İşlərin icrası zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına, tikinti norma və qaydalarına, neft kəmərlərinin mühafizə zonasında işlərin aparılma qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir. Magistral neft kəmərlərinin müxtəlif kommunikasiya xətləri ilə kəsişməsinin texniki şərtlərinin hazırlanması, neft kəmərləri trassası yaxınlığında obyektlərin tikintisinin razılaşdırılmasında iştirak edir. Neft kəmərlərinin fəaliyyətini pozmamaq məqsədilə mühafizə zonasına nəzarəti həyata keçirir. İstismarda olan neft kəmərlərinin, doldurma-boşaltma estakadalarının sayı, çənlərin sayı və həcmi, mövcud qəza-ehtiyat boruları və onların sərf olunması haqqında uçot və hesabatları həyata keçirir. Baş verə biləcək qəzaların ləğvinə yönəldilmiş təlimlər keçirilməsinə nəzarət edir. İstehsalat sənədlərinin, obyektlərin texniki pasportlarının, uçot və hesabatların vahid formalarının hazırlanmasını, şöbəyə təhkim olunmuş bölmə və xidmətlərin həmin sənədlərlə təmin olunmasını həyata keçirir. Neft kəmərləri və NÖS qurğularının istismarı və təmiri məsələləri üzrə elmi-tədqiqat işləri üçün əsaslandırmaların və rəylərin hazırlanmasında iştirak edir. Neft kəmərləri və qurğuların istismarı və təmirində zəruri olan material, avadanlıq, ehtiyat hissələri və texniki vasitələr üçün ümumiləşdirilmiş sifarişlər tərtib edir. Şöbəyə təhkim olunmuş bölmələr tərəfindən texniki vasitələrin, ehtiyat hissələrinin, avadanlıqların düzgün istifadə olunmasına və hesabdan silinməsinə nəzarət edir. Hesabatların və məlumatların vaxtında yuxarı təşkilatlara təqdim olunmasını həyata keçirir. Neft kəmərlərinin təhlükəsiz istismarı və təmiri üzrə təlimatların işlənib hazırlanmasında, qabaqcıl təcrübənin öyrənilməsində və yayılmasında iştirak edir. Ətraf mühitin mühafizəsi üzrə tədbirlər işləyib hazırlayır. Əmək şəraitinin və keyfiyyətinin yaxşılaşdırılması layihələrinin işlənib hazırlanmasında iştirak edir.

Bilməlidir: neft kəmərlərinin xətti hissəsi, avadanlıq və qurğular, obyektlərin istismarı və təmirinin təşkilinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər sənədləri; müəssisənin iş yönümü, quruluş xüsusiyyətləri və inkişaf perspektivlərini; texnoloji proseslərin əsaslarım; neft kəmərlərinin işinin və təmir işlərinin planlaşdırılmasının metod və qaydalarını; magistral neft kəmərlərinin, NÖS qurğu və obyektlərinin istehsal güclərini, texniki xarakteristikalarmı, konstruktiv xüsusiyyətlərini, təyinat və iş rejimlərini, onların istismar qaydalarmı; təmir işlərinin təşkilini və texnologiyasını; qüsur aktları, pasportlar, çertyoj albomları, istismar üzrə təlimatların və digər texniki sənədlərin tərtib edilmə qaydalarını; neft kəmərləri obyektlərinin və qurğularının təmirə verilmə və təmirdən qəbul qaydalarım; neft kəmərlərinin təmiri və istismarı zamanı əməyin elmi təşkilinin tələblərini; neft kəmərlərinə təmir xidməti üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarmı; əmək qanunvericiliyinin əsaslarmı; yanğından mühafizə, istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının qayda və normalarmı, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarım.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli neft kəmərlərinin istismarı üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Neft kəmərlərinin istismarı üzrə texnik

5-7-ci dərəcələr

Əmək funksiyası. Magistral neft kəmərlərinin xətti hissəsinin, çən parklarının, texnoloji boru kəmərlərinin, xətti istehsalat-dispetçer stansiyalarının (XİDS), neftötürmə stansiyalarının (NÖS), estakadaların, yanalma yollarının, doldurucu stansiyaların, vertolyot meydançalarının uzunmüddətli və etibarlı istismarını, təmirini və onlara texniki xidməti təmin edən plan və tədbirlərin hazırlanmasında iştirak edir. Mühəndisin rəhbərliyi altında neft kəmərlərinin təmir və texniki xidməti üçün avadanlıq, material və ehtiyat hissələrinə olan tələbatı hesablayır. Neft kəmərlərindən istifadə olunmasının səmərəliliyini və onların texniki vəziyyətini təhlil etmək üçün məlumatları sistemləşdirir. Neft kəmərlərinin plan üzrə profilaktik və təmir işləri üçün dayandırılması qrafiklərinin, habelə kəmərin işinin dayandırılması ilə bağlı digər plandankənar işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Daxil olan sənədləri qəbul edir, şöbələrin təqdim etdiyi uçot və hesabat sənədlərində məlumatların tamlığını və dəqiqliyini yoxlayır. Neft kəmərlərinin texniki vəziyyəti haqqında hesabatların tərtib edilməsi üçün materiallar hazırlayır. İstismar olunan magistral neft kəmərlərinin, doldurma-boşaltma estakadalarının sayı, vəziyyəti, etibarlılığı, boşdayanmaları və təmiri, çənlərin sayı və həcmi, qəza halları üçün ehtiyat boruların mövcudluğu və onların sərfi, neft kəmərləri xətlərinə müəyyən edilmiş qaydada vertolyot xidmətinin yerinə yetirilməsi haqqında uçot və hesabat aparır. Neft kəmərlərinin yenidən qurulması üzrə layihə və tövsiyyələrin işlənib hazırlanmasında iştirak edir. Neft kəmərlərinin təmiri və istismarı və bu işlərin təhlükəsiz görülməsi üzrə təlimatların işlənib hazırlanmasında, avadanlığın təmir qrafiklərinin tərtib edilməsində, maddi ehtiyatlar sərfinin azaldılması üzrə tədbirlərin hazırlanmasında, neft kəmərlərinin plandankənar dayanma səbəblərinin araşdırılmasında, əməyin elmi təşkili, neft kəmərlərinin mütərəqqi istismar və təmir metodlarının tətbiqi üzrə işlərdə iştirak edir.

Bilməlidir: neft kəmərlərinin texniki xidmət və təmir sistemlərini, onların quruluşunu və konstruktiv xüsusiyyətlərini; təmir işində tətbiq olunan materialların növlərini; metallar texnologiyasının əsaslarmı; mürəkkəb və məsuliyyətli qovşaqların bərpa üsullarmı; neft kəmərlərində işlərin planlaşdırılma qayda və metodlarmı; texniki sənədlərin rəsmiləşdirilməsi üzrə əsasnamə, təlimat və digər rəhbər materialları; uçot və hesabat formalarını; iqtisadiyyatın əsaslarmı; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarmı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 5-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

 

 

 


 

Bölməyə daxil olan qulluqçu vəzifələrinin əlifba sırası ilə adları və dərəcələr diapazonu

 

Sıra

-si

Vəzifələrin adları

Dərəcələr diapazonu

Səhifə

1

2

3

4

Neftin, neft məhsullarının, qazın emalı

 

Rəhbər  işçilər

 

1

Estakada rəisi (doldurma, reagent təsərrüfatı üzrə)

11-13

4

2

Əmtəə qrupunun rəisi

10-12

5

3

İstehsalat rəisi

15-16

6

4

Laboratoriya rəisi (müdiri)

10-15

7

5

Neft və qaz emalı, neft məhsulları istehsalı üzrə texnoloji qurğunun rəisi

11-14

9

                         Mütəxəssislər

 

 

6

İstehsalat (sahə) mexaniki

13-14

10

7

Mühəndis-texnoloq

7-13

1

8

Mühəndis-laborant

7-13

13

9

Texnik-texnoloq (böyük texnik-texnoloq da daxil olmaqla)

5-8

14

Magistral boru kəmərlərinə xidmət

                         Rəhbər işçilər

 

 

10

Əmtəə-nəqliyyat şöbəsinin rəisi

15

1

6

11

Neft kəmərlərinin istismarı şöbəsinin rəisi

15

1

7

                           Mütəxəssislər

 

 

12

İstehsalat dispetçer xidmətinin dispetçeri (böyük dispetçer də daxil olmaqla)

8-11

20

13

Elektrokimyəvi mühafizə üzrə mühəndis

7-13

21

14

Elektrokimyəvi mühafizə üzrə texnik

5-7

23

15

İstilik texnikası avadanlıqları üzrə mühəndis

7-13

24

16

İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə texnik

5-7

25

17

İstilik texnikası üzrə texnik

5-7

27

18

Yeni texnikanın tətbiqi üzrə mühəndis

7-13

28

19

Mexanikləşdirmə üzrə mühəndis

7-13

29

20

Mexaniki - texnoloji avadanlıq üzrə texnik

5-7

31

21

Neft kəmərlərinin istismarı üzrə mühəndis

7-13

32

22

Neft kəmərlərinin istismarı üzrə texnik

5-7

34