Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

qeydə alınmışdır

 

qeydiyyat №-si 173

“30” iyun 1999-cu il

 

Nazir ______________ S.C. Həsənova

Təsdiq edirəm

Azərbaycan Respublikasının

Maliyyə Naziri

 

F. Yusifov _______________

 

Əmr №      İ-67

“02” iyun    1999-cu il

 

 

Sağlamlıq müəssisələrində istifadə edilən putyovka (forma № SM-1) kursovkanın (forma № SM-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları

 

1.  Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanuna, “Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli 86 saylı Qərarına əsasən hazırlanmışdır.

2.  Sağlamlıq müəssisələrində istifadə edilən putyovka (forma № SM-1) və kursovka (forma № SM-2) nin forma və rekvizitləri və onlardan istifadə qaydaları göstərilən Qərarın 6.1.1. bəndinin tələblərinə uyğun hazırlanmışdır (bundan sonra ciddi hesabat blankları adlandırılacaqdır). Sağlamlıq müəssisələrində müalicə olunanlar və istirahət edənlər üçün verilən bu putyovkalar və kursovkalar əsasında sağlamlıq müəssisələrində müalicə olunanların və istirahət edənlərin gün, ay, rüb və il ərzində çarpayı günlərinin sayı müəyyən edilir.

3.  Bu Qaydalar göstərilən ciddi hesabat blanklarının keyfiyyətinin artırılmasının və bu sahədə mühasibat uçotunun düzgün aparılmasını nəzərdə tutur. Göstərilən ciddi hesabat blankları onun satışını həyata keçirən müəssisə tərəfindən çap etdirilir, sağlamlıq müəssisələrinin adı və profili göstərilən ştampla ştamplanır və həmin müəssisənin uçot siyasətinə uyğun istifadəçilərə satılır.

4.  Ciddi hesabat blanklarının forma və rekvizitləri, onlardan istifadə qaydaları və eyni nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra yalnız onun xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilib yayılır.

5.  Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının üzərinə aşağıdakı rekvizitləri mütləq həkk edir:

- Sifarişçinin tam adını və vergi ödəyicisinin identifikasiya nömrəsini (VÖİN-ini);

- Ciddi hesabat blanklarını çap edən mətbəənin özünümüdafiə məqsədilə özünün gizli nişanlarını (şərti qəbul edilmiş emblem, setka və s.) və VÖİN-ini;

- Ciddi hesabat blanklarının seriya və nömrələrini;

- Azərbaycan Respublikası Maliyyə Nazirinin gerbli dairəvi möhürünün diametrinin 1-1,5 sm-dən kiçildilmiş çoxrəngli formasını;

6. Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blankından təkrar çap etmək qadağan edilir.

7.  Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.

8.  Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və dikər lazımi göstəricilərini, eyni zamanda onları sifariş verən şəxsin (sifarişçinin) tam adını, VÖİN-ini, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Baş Dövlət Vergi Müfəttişliyinə Təqdim edir.

9.  Ciddi hesabat blankları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir və onlarla tam maddi-məsuliyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu 006 saylı (büdcə idarələrində 004 saylı) “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlərin) uçot kartı F N-1Q-də materialların uçotu qaydasında aparılır.

10. Ciddi hesabat blankları cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müüvafiq qaydada mühasibata təhvil verilir. Həmin blankları yoxlama (təftiş) keçirildikdən sonra sənədlərin arxivə verilməsi üçün mövcud olan qaydalar əsasında arxivə təhvil verilir.

11. Putyovka (Forma №SM-1 və ambultor müalicə üçün kursovka forma №SM-2) beş hissədən: putyovka (kursovka), “geri qaytarılan talon”, “yaşayış talonu”, “yemək talonu” və “talon” hissələrindən ibarətdir. Bütün beş hissənin hamısına mətbəə tərəfindən eyni seriya və eyni nömrə həkk edilir (bundan sonra putyovka (kursovka) adlandırılacaqdır). Putyovka həm müalicəyə, həm də istirahətə gedənlər üçün nəzərdə tutulmuşdur. Kursovka yalnız ambulator müalicə üçün nəzərdə tutulmuşdur.

12. Sağlamlıq müəssisənin adı, profili, putyovkanın (kursovkanın) istifadə müddəti və qiyməti rekvizitləri “putyovka” (kursovka) və “talon” hissələrinə ştamplanmalı və ya əl ilə məsul şəxs tərəfindən mürəkkəbli (diyircəkli) qələmlə aydın xətlə yazılmalıdır.

13. Hesablaşma qaydasında putyovka (kursovka) alan müəssisə (təşkilat) həmin sənədin “putyovka” (kursovka) hissəsini müalicəyə və ya istirahətə gedən şəxsin adına doldurmalıdır. Bunun üçün blankın arxa tərəfində: “soyadı, adı və atasının adı” rekvizitində müalicəyə və istirahətə gedən şəxsin soyadı, adı və atasının adı, “iş yeri” rekvizitində onun işlədiyi müəssisənin adı, “vəzifəsi” rekvizitində onun daşıdığı vəzifənin adı və “putyovkanı (kursovkanı)” verən təşkilatın adı” rekvizitində həmin təşkilatın adı göstərilir. Putyovkanın üzərində onun verilmə tarixi, onu verən müəssisənin (təşkilatın) möhürü və məsul şəxsin imzası aydın olmalıdır.

14. Putyovka (kursovka) almış şəxs hər hansı bir səbəbə görə ondan istifadə etmək imkanında olmadıqda onu dərhal aldığı müəssisəyə (təşkilata) qaytarmalıdır.

15. Putyovka (kursovka) almış şəxs müstəsna hallarda həmin sənəddən istifadə etmək imkanında olmadıqda və vaxtında onu geri qaytardıqda müəssisə (təşkilat) həmin putyovkanı (kursovkanı) imza və möhürlə təsdiq edilmiş arayışla başqa şəxsə verə bilər. Bunun üçün blankda adı yazılmış şəxs üçün doldurulan bütün göstəricilərin əvəzinə arayış verilən başqa şəxsin göstəricilərini və dikər səbəbləri arayışı yazmaqla onu imza və möhür ilə təsdiq edir və putyovka blankına tikir. Bu halda sağlamlıq müəssisəsi putyovkanın qalan rekvizitləri arayışda adı olan şəxsin sənədlərinə uyğun doldurulur. Ailəvi istirahətə gedənlər üçün verilən putyovkada ailə üzvlərinin hamısının soyadı, adı, atasının adı yazılır.

16. Sağlamlıq müəssisəsinə müalicəyə və ya istirahətə gedən şəxs putyovkanı (kursovkanı) nağd sağlamlıq müəssisəsinin özündən alırsa, onda putyovkanın bütün rekvizitləri sağlamlıq müəssisəsi tərəfindən doldurulmalı və möhürlənməlidir.

17. Sağlamlıq müəssisəsində müalicəyə gələn şəxs öz adını doldurulmuş putyovkanı, pasportunu və 2 ay müddətində etibarlı olan sanator-kurort kartını, istirahətə gələn şəxs isə pasportunu və həkimdən sağlamlıq haqqında aldığı arayışı gəldiyi aparan məsul şəxsə təqdim etməlidir. İstirahət üçün sağlamlıq 16 yaşadək uşaqlar yalnız öz valideynləri ya yaşlı ailə üzvləri ilə birlikdə kələ bilərlər. Ailəvi istirahətə gələnlərin hamısının sağlamlıq haqqında arayışı olmalıdır. Tam doldurulmamış, imza və möhürlə təsdiq olunmamış putyovka (kursovka) qəbul olunmur.

18. Əsassız gecikmələrin günləri bərpa edilmir.

19. Müstəsna hallarda sağlamlıq müəssisələrində yeməkdən və yatmaqdan imtina edən şəxslərin adlarına doldurulmuş blankın “yemək talonu” və “yaşayıştalonu”nun üzərində “ləğv edilib” sözü yazılır və məsul şəxsin imzası ilə təsdiq edilir.

20.  Sağlamlıq müəssisəsində məsul şəxs tərəfindən gələnlərin putyovkaları (kursovkaları) qəbul edilməli, sonra isə onlar müalicə olunmaq və ya istirahət etmək üçün müvafiq yerlərdə yerləşdirilməlidir. Bunun üçün gələnləri qəbul edən məsul şəxs tərəfindən “yaşayış talonu” və “yemək talonu” doldurulmaldır.

21.  “Yaşayış talonu”nun: - “soyadı, adı, atasının adı” rekvizitində müalicəyə və ya istirahətə kələn şəxsin soyadı, adı və atasının adı, Korpus №” rekvizitində yaşayacağı korpusun nömrəsi, “otaq” rekvizitində yaşayacağı otağın nömrəsi yazılır və “talon verdi” rekvizində məsul şəxs tərəfindən imza edilir.

22.  “Yemək talonu”nun: - “soyadı, adı, atasının adı” rekvizitində müalicəyə və yə istirahətə kələn şəxsin soyadı, adı və atasının adı, “Stol №” rekvizitində yemək yeyəcəyi stolun sıra sayı yazılır və “talon verdi” rekvizitində məsul şəxs tərəfindən imza edilir. Bundan sonra “yaşayış talonu” yataq korpusunun, “yemək talonu” yeməkxananın məsul şəxslərinə təqdim edilməlidir. Bu talonlar hesabat dövrünün sonunda hər bir məsul şəxs tərəfindən hesabat qaydasında sağlamlıq müəssisənin mühasibatlığına təhvil verilir.

23.  Müalicədə və ya istirahətdə olan şəxsin sağlamlıq müəssisəsində olduğu müddət qurtardıqdan sonra qeydiyyata götürən məsul şəxs putyovkanın tərkibindəki “geri qaytarılan talonu kəsməklə orada: - “soyadı, adı və atasının adı” rekvizitində müalicəyə və ya istirahətə gələnlərin soyadı, adı və atasının adını, “sağlamlıq müəssisəsində oldu(lar)” rekvizitində və ya istirahətdə olduğu müddət göstərməlidir.

24.  “Məsul şəxsin imzası” rekvizitində həmin məsul şəxs imza etməli, sağlamlıq müəssisəsinin möhürünü və müalicədə və ya istirahətdə olmuş şəxsə qaytarmalıdır. həmin şəxs bu sənədi ona verən müəssisəyə (təşkilata) mütləq qaytarmalıdır.

25.   Putyovkanın (kursovkanın) müddəti, qiyməti və nömrəsi yazılan “talon” putyovkanı (kursovkanı) alan müəssisədə (təşkilatda) saxlanılır.

26.   Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.