Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi qeydə almışdır

qeydiyyat nömrəsi 52

tarix 18 iyun 1997-ci il

 

Nazir əvəzi    S. Həsənova

 

Azərbaycan Respublikasının Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi

kollegiyasının 202 nömrəli 11 iyun

1997-ci il tarixli qərarı ilə təsdiq

edilmişdir.

Nazir     Ə. Nağıyev

 

 

                                

Poliqrafiya istehsalı sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının təsdiq edilməsi haqqında

 

GİRİŞ

 

1.   Fəhlə işləri və peşələri üzrə Vahid Tarif-İxtisas Sorğu Kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika Təsnifatının və Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası ilə əlaqədar hazırlanmışdır.

2.   Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK) mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, Azərbaycan Respublikasında poliqrafiya sahəsi üzrə bütün müəssisə, idarə və təşkilatlarda fəhlə peşələri və işlərinin tarifləşdirilməsi və dərəcələrin təyin edilməsi üçün nəzərdə tutulmuş vahid normativ sənəddir.

3.   VTİSK-yə yalnız poliqrafiya sahəsi üçün spesifik olan fəhlə peşələri daxil edilmişdir, digər peşələr isə VTİSK-nin “Bütün xalq təsərrüfatı sahələri üçün ümumi olan fəhlə peşələri” bölməsində verilmişdir.

4.   VTİSK-nin bütün bölmələrində fəhlə peşələri altı dərəcəli tarif cədvəli üzrə, əmək şəraiti nəzərə alınmadan, işlərin mürəkkəbliyinə görə tarifləşdirilmişdir.

5.    Kitabçada verilən tarif-ixtisas xüsusiyyətləri fəhlə peşələri üzrə əsas işlərin məzmununu özündə əks etdirir. Bu işlərdən əlavə, fəhlə iş növbəsinin qəbulunu və təhvilini, iş yerinin hazırlığını və yığışdırılmasını, həmçinin avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılmasını və bu sahə ilə əlaqədar təyin edilmiş texniki sənədləşməni də aparmalıdır. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində bütün peşələr üzrə işlər yerinə yetirilərkən, biliyə olan tələbat nəzərə alınmalıdır.

6.    VTİSK-də bu və ya digər peşələr üzrə bir neçə dərəcənin nəzərdə tutulduğuna baxmayaraq, yüksək ixtisaslı fəhlə öz dərəcəsinə aid olan işlərdən əlavə , özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Bununla əlaqədar, aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmalıdır.

7.    Kitabçada hər bir fəslin sonunda fəhlə peşələrinin əlifba sırası ilə adı, indiyədək qüvvədə olan peşə adları və dərəcələr diapazonu müqayisəli cədvəllər üzrə verilmişdir.

8.    Müəssisə, idarə və təşkilatların tarif ixtisaslaşdırma komissiyasının qərarına əsasən, bəzi hallarda, yüksək peşə dərəcələri, orta ixtisas təhsili olmayan, lakin lazımi bilik səviyyəsinə və leşə hazırlığına malik olan fəhlələrə də verilə bilər.

 

 

 

 

POLİQRAFİYA İSTEHSALI ÜZRƏ ÜMUMİ PEŞƏLƏR

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§ 1. Ayırıcı

1-ci dərəcə

İşin xüsusiyyəti. Çap olunmuş qeyri-ciddi uçotlu məhsulun aralıq kağızından əllə ayrılıb-götürülməsi, itələməklə günyəyə yerləşdirilməsi. Müəyyən edilmiş qaydada üstlük kağızın verilməsi. Aralıq kağızın itələnməsi. Məhsulun və aralıq kağızın hesablanmaq üçün aparılması.

Bilməlidir: yerinə yetirilən əməliyyatlara verilən texniki tələbləri; çap edilmiş məhsulla davranmaq qaydalarını; məmulatın növlərini.

 

§ 2. Ayırıcı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Çap olunmuş ciddi uçotlu məhsulun və bədii məmulatın aralıq kağızdan əllə ayrılıb-götürülməsi, çapın sürtülüb yayılmasına yol vermədən, nişanlar və kənar nəzarət sahələri üzrə dəqiq surətdə bir tərəfə itələməklə günyəyə yerləşdirilməsi. Müəyyən olunmuş qaydada üstlük kağızın işlənməsi. Məhsulun və aralıq kağızın hesablamaq üçün aparılması.

Bilməlidir: yerinə yetirilən əməliyyatlara verilən texniki tələbləri; çap edilmiş məhsulla davranmaq qaydalarını; məmulatın növlərini.

 

§ 3. Ayırıcı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Çap olunmuş kağız pul vərəqlərinin, xüsusi məmulatın və poçt markalarının aralıq kağızdan əllə ayrılıb-götürülməsi, nişanlar və kənar nəzarət sahələri üzrə dəqiq surətdə bir tərəfə itələməklə günyəyə yerləşdirilməsi.

Bilməlidir: çap olunmuş məhsullarla davranmaq qaydalarını; məmulatın müxtəli növlərini.

 

§ 4. Ayırıcı maşının maşinisti

 

3-cü dərəcə

İşin xüsusiyyəti. ZN-67 tipli maşında çap olunan məmulatın daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə aralıq kağızdan ayrılıb-çıxarılması. Maşının işə hazırlanması. Kağızın itələnməsi və stapel arabacığında yerləşdirilməsi. Stapel arabacıqlarının kağızla yüklənməsi. Aralıq və tiraj kağızları üçün qəbuledici stapelin işinə nəzarət və onların tənzimlənməsi. Aralıq və tiraj kağızlarının qəbuledici stapellərdən boşaldılması.

Bilməlidir: məmulatları ayırıb-çıxarma əməliyyatlarına verilən texniki tələbləri; özükağızverən tərtibatın quruluşunu; maşının istismarı qaydalarını.

 

§ 5. Ayırıcı maşının maşinisti

 

4-cü dərəcə

İşin xüsusiyyəti. ZN-67 tipli maşında çap olunmuş məhsulların aralıq kağızdan ayırıb-çıxarılması. Maşının işə hazırlanması, fotoelementin, vakuumun, özükağızverənin və nəqletmə-çıxarma sisteminin, vərəqiitələyən tərtibatın tənzimlənməsi. Nəşrin formatı dəyişərkən qurğunun formata uyğun qoyulması və tənzimlənməsi. Maşının qovşaqlarının tənzimlənməsi. Maşının işindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: kinematikanı və maşın mexanizmlərinin tənzimlənməsini; elektron tərtibatların tənzimlənməsi üsullarını; maşının istismarı üsullarını; məhsula verilən texniki şərtləri.

 

§ 6. Boyaq stansiyasının operatoru

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi ilə qara və qırmızı rotasiya boyaqları saxlanan yerə və boyaq stansiyasına xidmət etmək. Buxar xətləri sisteminə və sıxılmış hava xəttinə nəzarət. Boyaq çənlərinin doldurulmasına, boyağın verilməsinə və temperatur rejiminə nəzarət etmək. Nəzarət-ölçü cihazlarının göstəricilərini qeydə almaq. Çənlərin təmizlənməsi.

Bilməlidir: rotasiya çapı boyaqlarımın etalonlarını; yüklərin yerlərinin dəyişdirilməsi üçün istifadə edilən tərtibatların quruluşunu, təyinatını və onların yolverilən yüklənməsi dərəcəsini; nasosların iş prinsiplərini və quruluşunu; nəzarət-ölçü cihazlarının təyinatını; çənlərin boyaqla doldurulması qaydasını; çənlərin təmizlənməsi qaydalarını.

 

§ 7. Boyaq stansiyasının operatoru

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Qara və qırmızı qəzet boyaqları saxlanılan yerə və boyaq stansiyasına xidmət etmək. Boyaqvermə sistemindəki təzyiqə və çənlərə boyaq verilməsinə nəzarət. Rotasiya çapı boyaqlarının çap xassələrinin təshih edilməsi.

Bilməlidir: çap boyaqlarının xassələrini; təshihedici maddələrlə verilən texniki tələbləri; nəzarət-ölçü cihazlarından (vakuummetrlər, monometrlər, sayğaclar) istifadə olunması qaydalarını; boyaqvermə və çənlərin doldurulması sistemlərinin quruluşunu, buxar boru xətlərinin sxemini və yerləşməsini.

 

§ 8. Val tökücüsü

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı tökmə ustasının rəhbərliyi ilə çap maşınları üçün jelatin-qliserin və ya nişasta-maqnezium tərkibli rəngləmə vallarının qəlibə tökülüb hazırlanması işlərinin yerinə yetirilməsi. Valdan boyağın yuyulması. Val kütləsinin və xlor-maqnezium kütləsinin əllə, yaxud mexaniki üsulla kəsilməsi. Yaş tənzifin və şpaqatın (viş ipinin) təmizlənməsi. Milə sarınması. Tökmə qəliblərinin təmizlənməsi və yağlanması.

Bilməlidir: valtökmə üçün tökmə qəliblərinin (formalarının) hazırlanması üsullarını; valların və qəliblərin saxlanması qaydalarını; valhazırlama tərtibatlarından istifadə qaydalarını.

 

§ 9. Val tökücüsü

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Çap maşınları üçün boyaq vallarının mexaniki, yaxud əl üsulu ilə tökülməsi, jelatin-qliserin tərkibli val maddəsinin hazırlanması və əridilməsi. Nişasta-maqnezium tərkibli valtökmə üçün qarışıq hazırlanması. Val hazırlanacaq kütlənin codlaşdırmaya hazırlanması. Qəliblərin (tökmə formalarının) hazırlanması. Valların qəlibə tökülməsi və soyuduqdan sonra qəlibdən çıxarılması. Son dəfə codlaşdırma üçün valların sahmanlanması. Codlaşdırılmış val maddəsinin yumşaldılması. Rezin valların səthinin pardaxlanması.

Bilməlidir: jelatin-qliserin və nişasta-maqnezium tərkibli vallar tökməyin texnoloji prosesini; val kütlələrinin resepturlarını və markalarını; nişasta-maqnezium qarışığının resepturunu, val kütləsinin tökmə, codlaşdırma və yumşaldılma rejimlərini; tökmə qəliblərini yağlama materialının tərkibini və onu hazırlamaq üsullarını; valların keyfiyyətinə verilən texniki tələbləri.

 

§ 10. Val tökücüsü

 

4-cü dərəmə

İşin xüsusiyyəti. Çoxrəngli Orlov çapına lazım olan müxtəlif formalı ötürücü vallar hazırlamaq üçün müxtəlif növ xammalların: jelatindən, qliserindən, xlorlu maqneziumdan, nişastadan və digər materiallardan tökmə resepturlarının tərtib edilməsi.

Tökmə kütləsinin yeknövlüyünə verilən yüksək tələblərə riayət etməklə və onun tərkibini müəyyən olunmuş sabit göstəricilərədək dəqiqləşdirməklə tökmə kütləsi hazırlanması. Rənglərin dəqiq uyğunlaşmasını və bütün çap elementlərinin qəlibə köçürülməsini təmin etmək məqsədilə valların səthini tam hamarlamaq üçün tökmə aparatlarının xüsusi yağlayıcı tərkiblə təmizlənməsi. Valların qəlibə tökülməsi, qəlibdən çıxarılması, soyudulması, sahmanlanması, işin keyfiyyətinə nəzarət.

Bilməlidir: istifadə olunan materialların xassələrini; val tökmək üçün hazırlanan kütlənin resepturunu; valın hazırlanması prosesinin texnologiyasını; çoxrəngli Orlov çapında qəlib vallarının əhəmiyyətini və onların hazırlanmasının xüsusiyyətlərini; tətbiq edilən avadanlıqları tənzimləməyi və sazlamağı; valların keyfiyyətinə verilən tələbləri.

 

§ 11. Qablaşdırıcı maşının maşinisti

 

2-ci dərəcə

İşin xüsusiyyəti. MV-3 dəzgahında kitab dəstlərinin viş ipi vasitəsilə bağlanması və ilgəklərin metal bəndlərlə bərkidilməsi. Dəzgaha viş ipinin və metal lentin salınması. Bəndləyici tərtibatın viş ipi keçən sisteminin, baçaqlarının və əyicilərinin tənzimlənməsi. Keyfiyyətə nəzarət edilməsi.

Bilməlidir: kitab dəstlərini qablaşdırmağın texnoloji prosesini; dəzgahın istismarı və tənzimlənməsi qaydalarını.

 

§ 12. Qablaşdırıcı maşının maşinisti

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Maşında kitab dəstlərinin kağıza qablaşdırılması. Maşının işə hazırlanması. Maşına kağız rulonunun salınması. Yapışqanlayıcı aparatın, dəstləri qablaşdırıcı və kağızkəsən mexanizmlərin sazlanması və tənzimlənməsi. Yarlığın yapışdırılması. Kitabların maşında yerləşdirilməsi. Maşının işindəki qüsurların aradan qaldırılması. Keyfiyyətə nəzarət edilməsi. Maşının təmizlənməsi və yağlanması.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə kağız pulların qablaşdırıcı avtomatda xüsusi termoplyonkaya qablaşdırılması. Avtomatın işə hazırlanmasında iştirak etmək, qablaşdırılmış pul dəstlərini qəbul edib qablaşdırmanın keyfiyyətini yoxlamaq; dəstlərin komposterdə sıxılması, maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: kitabları maşında qablaşdırmağın texnoloji prosesini; istifadə edilən materiallar üzrə texniki tələbləri; kağız pulların qablaşdırılmasının keyfiyyətinə verilən texniki tələbləri; maşın mexanizmlərinin istismarı və tənzimlənməsi qaydalarını.

 

§ 13. Qablaşdırıcı maşının maşinisti

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Kağız pulların qablaşdırıcı avtomatda xüsusi termoplyonkada qablaşdırılması. Avtomatın işə hazırlanması, plyonkanın salınması, məmulatların maşına verilməsi, qablaşdırma işlərinin yerinə yetirilməsi, maşının işindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: kağız pul məmulatlarını qablaşdırmağın texnoloji prosesini; qablaşdırmanın keyfiyyətinə verilən texniki tələbləri; avtomatın quruluşunu, istismarı qaydalarını.

 

§ 14. Qəbuledici-göndərici

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Birkaların (çətələ), siyahıların və qaimələrin seçilməsi, habelə hər bir ünvan üzrə göndərilən məmulatın sayının yoxlanması. Yükün siyahı üzrə qəbul edilməsi, onun müşayiət edilməsi, çeşidləşdirilib sənədlər üzrə dəmir yol stansiyalarında təhvil verilməsi. Yükün şəhər nəqliyyat vasitələrindən dəmir yol stansiyasında boşaldılmasına nəzarət edilməsi.

Qəzet və jurnalların nüsxələr üzrə sayılması. Ünvanlar üzrə bölüşdürülməsi. Standart qəzet və jurnal dəstlərinin nəzarət məqsədilə sayılması. Göndəriş sənədlərinin alınması və yerbəyer edilməsi. Bağlamaların bölüşdürülməsi.

Transportyordan dəst və kisələrin qəbul edilməsi, siyahılarda qeyd edilməsi, marşrutlar üzrə yerlərin (bağlamaların) sayılması, yüklərin sənədlərə müvafiq surətdə ayrı-ayrılıqda yerləşdirilməsi. Qəzet və jurnal dəstlərinin düzgün sayılmasına və nəqliyyat vasitələrinə yüklənməsinə nəzarət.

Yarımfabrikatların və hazır məhsulatın, o cümlədən ciddi uçotlu məmulatın seçilməsi, komplektləşdirilməsi və lazımi göndəriş sənədlərini tərtib etməklə, əlaqədar sexlərə və ekspedisiyaya göndərilməsi.

Bilməlidir: göndərilən məhsullara verilən texniki tələbləri və zayolma növlərini; məhsulu saymaq və itələyib salmaq üsullarını; göndəriş sənədlərini; yüklərin boşaldılması və anbarda yığılması qaydalarını; göndəriş sənədlərini tərtib etmək qaydalarını; yükün ünvanlar üzrə bölüşdürülməsi qaydalarını; yükün nəqliyyat vasitələrinə yüklənməsi qaydalarını.

 

§ 15. Elektrofotoqraf

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif elektrik surətçıxarma (repreduksiya) aparatları vasitəsilə kağızda mətnlərin və cizgi materiallarının surətlərinin hazırlanması. Aparatın işə hazırlanması. Selen lövhəsinin doldurulması. Ekspozisiya verilməsi. Aydınlayıcı məhlulun hazırlanması. Təsvirin aydınlanması. Selen lövhəsində təsvirin təshih edilməsi, kağıza köçürülməsi və müxtəlif üsullarla bərkidilməsi. Selen lövhəsinin yuyulması.

Bilməlidir: xidmət etdiyi elektrik surətçıxarma aparatlarının iş prinsipini; elektroqrafiyanın əsaslarını; selen lövhələrinə, aydınlayıcıya, kağıza və surətlərə verilən texniki tələbləri; ekspozisiya vermək, kağızda təsviri aydınlaşdırmaq və bərkitmək rejimlərini.

 

§ 16. Elektrofotoqraf

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif elektrik surətçıxarma aparatları vasitəsilə mətn və cizgili orijinallardan çap formalarının hazırlanması. Selen lövhədə təsvirin təshih edilməsi. Təsvirin lövhədən folqa kağızına, hidrofil örtüklü kağıza və digər forma materiallarına (qəlibə) köçürülməsi. Qəlibin təshih edilməsi. Təsvirin qəlibdə müxtəlif üsullarla bərkidilməsi. Qəlibin sahmanlanması. Aparatın işindəki nasazlıqların aradan qaldırılması.

Bilməlidir: xidmət etdiyi elektrik surətçıxarma aparatlarının quruluşunu; forma materialında təsvirin bərkidilməsi texnologiyasını; çap formalarının keyfiyyətinə verilən texniki tələbləri.

 

§ 17. Elektrofotoqraf

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Yarımtonlara və rastrlı təsvirə malik orijinallardan surətlərin və çap formalarının hazırlanması, müxtəlif elektrik surətçıxarma aparatları vasitəsilə mikrofilmlərdən, yaxud elektron hesablama maşınlarının sonsuz formulyarlarından kağıza surətlər çıxarmaq. Tonlu təsvirlərin aydınlanması. Plyonkanın, yaxud sonsuz formulyarların bölünmə üzrə seçilməsi və yapışdırılması. Mikrofilm və ya sonsuz formulyar rulonu qoyulmuş kasetin aparata yerləşdirilməsi. Ekspozisiya vermək rejiminin seçilməsi. Kağızın doldurulması. Surətlər çıxarılması.

Bilməlidir: elektrik surətçıxarma aparatlarının quruluşunu; yarımtona malik orijinalların çoxaldılması prinsiplərini; rastrların növləri və liniaturunu (cizgilərini); rastrlı və yarımton təsvirlərə malik formaların emalının xüsusiyyətlərini; elektronikanın əsaslarını; mikrofilmlərə, elektron-hesablama maşınlarının sonsuz formulyarlarına, miqyasların artırılmasına və surətlərə verilən texniki tələbləri.

 

§ 18. Yarımfabrikat və hazır məhsula nəzarətçi

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Kitab-jurnal nəşrlərinin hazır kağız-kartonaj məmulatını, yarımfabrikatlarını, kağızı, kartonu, liderini, texniki parçaları, qəbz-blank məmulatlarını və ciddi hesabat məhsullarını dövlət standartlarına, texniki şərtlərə və texnoloji təlimatlara uyğun surətdə çeşidləmək, nəzarətdən keçirmək, qəbul etmək və zaylarını seçib ayırmaq.

Zay olmuş səhifələri və ya nüsxələri aşkar etmək və onları əvəz etmək, nümunələri seçmək, əllə və hesablama maşınında saymaq, məmulatları bağlayıb qablaşdırmaq. Çap növləri üzrə zay məhsulları pasport-üstlüklərdə qeyd etmək.

Çapın keyfiyyətinə, çap maşınlarında nömrələnməsinə nəzarət etmək, zay məhsul kitabında və ya nəzarət vərəqəsində qeydiyyat aparmaq.

Məhsulların qablaşdırılmasının və markalanmasının (nişanlanmasının) keyfiyyətini yoxlamaq.

Dəstlərlə qablaşdırılıb bağlanmış qeyri-ciddi uçot məmulatlarının nəzarət məqsədilə yoxlanması. Pasport-üstlüklərin düzgün yazılmasının, qablaşdırmanın keyfiyyətinin, plombların bütövlüyünün yoxlanması.

Bilməlidir: məmulatların çeşidlənməsi, sayılması və qablaşdırılması üsullarını; materialların nəzarət etdiyi məhsullar üzrə dövlət standartlarını və texniki şərtləri; məhsulların hazırlanması texnologiyasını və zayolma hallarının növlərini; qablaşdırmanın növlərini və dəstlərin bağlanması üsullarını; əməliyyatlar üzrə yolverilən sapmaları (uyğunsuzluqları).

İşə aid misallar:

1.  Ciddi hesabat biletləri — çeşidləmək, hesablamaq və banderol bağlamaq.

2.  Blank biletləri — nömrələnməni və keyfiyyəti yoxlamaqla seçib ayırmaq.

3.  Kitab, kitabça və jurnal blokları — dəftərçələr üzrə nəzarət.

4.  Yapışqanlı kağız — çeşidləmə.

5.  Ciddi hesabat kağızı, yarımfabrikatları və hazır məhsulları — saymaq üsulu ilə nəzarət.

6.  Qəzetlər — nəzarət.

7.  Qəbz-blank məmulatı — nəzarət.

8.  Kağız və kartonaj məmulatı (dəftər, bloknot, qutu) — nəzarət.

9.  Cild qapaqları və qovluqlar — nəzarət.

10.Dekol ottiskləri — çeşidləmə.

11.Xəritə məmulatı — çeşidləmə.

12.Kütləvi nəşrli kitab-jurnal məhsulatı (hazır məhsulat) — nəzarət.

13.Kitab-jurnal məhsulatı, afişalar, plakatlar — vərəqələr üzrə nəzarət.

14.Buraxılış vərəqələri, vəsiqələr — nəzarət.

15.Qəbzlər, yarlıqlar, çeklər — nəzarət.

 

§ 19. Yarımfabrikat və hazır məhsula nəzarətçi

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək dərəcəli bədii kitab-jurnal, bədii reproduksiya (surət) nəşrlərinin, şəkillərin, açıqçaların, ciddi hesabat məhsulatının və dövlət nişanlı mürəkkəb qəbz-blank nəşrlərinin, kütləvi buraxılışlı poçt markalarının dövlət standartlarına, texniki şərtlərə və texnoloji təlimatlara uyğun surətdə çeşidlənməsi, nəzarətdən keçirilməsi, qəbul edilməsi və zaylarının seçilib ayrılması.

Zay olmuş səhifələrin, yaxud nüsxələrin aşkar edilməsi və əvəz edilməsi, nümunələrin seçilməsi, əllə və hesablama maşınında sayılması, təlimata uyğun surətdə məmulatların bağlanıb qablaşdırılması. Zay məhsulatın növlər üzrə pasport-üstlüklərdə qeyd edilməsi.

Çapın keyfiyyətinə və çap maşınında nömrələnməsinə nəzarət, məhsulun zay olmasının qarşısını almaq üçün tədbir görmək.

Dəstlərlə qablaşdırılıb bağlanmış ciddi uçot məmulatlarının nəzarət məqsədilə yoxlanması. Pasport-üstlüklərin düzgün yazılmasını, qablaşdırmanın keyfiyyətini plombların bütövlüyünü və yüzlüklərin miqdarını yoxlamaq. Məmulatların partiyalar üzrə qruplaşdırılması, bağlamalardakı ünvanların yoxlanması. Bağlamaların hazırlanıb plomblanması, onların üzərində müvafiq ünvan və qeydlərin yazılması, bağlamaların poçta və xüsusi rabitə işçilərinə təhvil verilməsi. Dövlət nişanlı məmulatlar üzrə siyahıların tutuşdurulması.

Şrift məhsullarının düzgün komplektləşdirilməsini təsdiq olunmuş komplektləşdirmə cədvəlləri üzrə, habelə komplektlərin sayını sifariş və spesifikasiya üzrə yoxlamaq. Tökmə xətlərin və aralıq materiallarının keyfiyyətini və qüvvədə olan standartlara və texniki şərtlərə uyğunluğunu yoxlamaq, zay materialları seçib ayırmaq.

Bilməlidir: materiallar və nəzarət edilən məhsullar üzrə dövlət standartlarını və texniki şərtləri; məhsulları aktlaşdırmaq qaydasını; Dövlət nişanlı məmulatın nomenklaturunu; müxtəlif çap növlərinin xüsusiyyətlərini; kitab bağlama-cildləmə əməliyyatlarının texnologiyasını; mətbəə ölçü sistemini; bütün qrafik əsaslı və formalı şriftləri; şriftlər üzrə dövlət standartlarını; xətlərin və aralıq materiallarının növlərini; komplektləşdirmə cədvəllərini; xətlərin və aralıq materiallarının zayolma növlərini.

İşə aid misallar:

1. Yüksək dərəcəli bədii albomlar, atlaslar — nəzarət.

2. Biletlər, nömrələnmiş xüsusi təyinatlı məmulat, buraxılış vərəqələri, vəsiqələr, xüsusi hesabat qəbzləri — nəzarət.

3. Fəxri fərmanlar, təşəkkürnamələr, diplomlar, vətəndaş vəziyyəti aktları haqqında şəhadətnamələr, əmanət kitabçaları və s. — yarımfabrikatlara nəzarət.

4. Çoxrəngli bədii şəkillər, açıqcalar, markalar — vərəqələr üzrə nəzarət.

5. Çoxsəhifəli xəritələr və plakatlar — nəzarət.

6.  Xətlər və aralıq materialları — nəzarət.

7.  Ciddi hesabat vərəqələri — sayının yoxlanması.

8.  Kartoqrafiya məhsulları (sadə məhsulat) — səhifələr üzrə nəzarət.

9.  Yüksək dərəcəli bədii nəşrə malik kitab-jurnal məmulatı (hazır məhsulat) — nəzarət.

10. Şrift məmulatı — komplektləşdirmənin keyfiyyətinə nəzarət.

11. Kitab-jurnal nəşrlərinin çap formaları — nəzarət.

 

§ 20. Yarımfabrikat və hazır məhsula nəzarətçi

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Dövlət nişanıma aid çap materiallarının və bunların yarımfabrikatlarının: pul məmulatı, xarici ticarət banklarının qəbzləri, istiqraz vərəqələri, pasport sənədləri, partiya biletləri, əmək kitabçaları, pul-şey lotereyası biletlərinin və xüsusi buraxılan markaların çeşidlənməsi və onlara nəzarət.

Zay olmuş vərəqlərin, yaxud nüsxələrin aşkar və əvəz olunması, nümunələrin seçilməsi, əllə və hesablama maşınında sayılması, dövlət nişanına aid məmulatların təlimata uyğun surətdə bağlanıb qablaşdırılması. Zay məhsulatın növlər üzrə pasport-üstlüklərdə qeydiyyatı.

Çapın keyfiyyətinə və çap maşınında nömrələnməsinə nəzarət, zay məhsulun uçotu kitabında, yaxud nəzarət vərəqəsində qeydiyYatın aparılması, məhsulun zay olmasının qarşısını almaq üçün tədbir görülməsi.

Mürəkkəb kartoqrafik (“Dünyanın atlası” tipli) və digər yüksək bədii çoxrəngli məhsulun keyfiyyətinə nəzarət və çeşidləmə üçün nümunələrin seçilməsi. Hazır məhsulun çeşidlənməsinə və qablaşdırılmasına nəzarət. Nəzarətçilər tərəfindən görülən işlərin yoxlanması. Aktların və iddia sənədlərinin tərtib olunması.

Tökmə üsulu ilə, yaxud şəkil üzrə əllə hazırlanandan sonra bütün növlərə aid (mətbəə xəlitəsindən, plastik kütlədən, ağacdan düzəldilən) şriftlərin və naxışların keqel, ölçü, gözün təmizliyi və digər göstəricilər üzrə qüvvədə olan dövlət standartlarına, yaxud texniki şərtlərə uyğunluğu baxımından keyfiyyətinə nəzarət. Zay olmuş məhsulların çeşidlənməsi.

Çapın keyfiyyətinə və müxtəlif növ diaqram materiallarının (lent, disk, qatlanan lent) ölçülərinə nəzarət. Məhsulun zay olmasının qarşısını almaq üçün tədbirlər görülməsi.

Bilməlidir: dövlət nişanına aid məmulatın və kartoqrafiya materiallarının hazırlanmasının texnoloji prosesini; nəzarət edilən məhsullar üzrə dövlət standartlarını və texniki şərtləri; kartoqrafiyanın əsaslarını; şrift hazırlamağın texnoloji prosesini; şrift məmulatında zayolma səbəblərini və növlərini; şrifti hazırlamaq üçün işlədilən ağac növlərini və onların bu işdə yolverilməyən qüsurlarını; ölçü alətlərindən və avadanlığından istifadə olunması qaydalarını;

İşə aid misallar:

1.  Pul məmulatı, istiqrazlar, pasport və partiya sənədləri, əmək kitabçaları, pul-şey lotereyası biletləri, xüsusi buraxılışlı markalar— çeşidləmə və nəzarət.

2.  Kartoqrafiya məhsulları (mürəkkəb işlər) – vərəqələr üçün nəzarət.

3.  Bütün növlərdən olan şriftlər — keyfiyyətinə nəzarət

 

§ 21. Yarımfabrikat və hazır məhsula nəzarətçi

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Şriftlərin tökülməsi üçün nəzarət tuşlayıcılarının, punsonların və matrislərin keqel, boy, qalınlıq, şriftin xətti, çəpliyi, gözün təmizliyi və digər göstəriciləri üzrə keYfiyyətlərinin yoxlanması. Şrifttökmə maşınlarında zayolma hallarının səbəblərinin aşkara çıxarılması və belə halların qarşısını almaq üçün tədbirlər görülməsi. Kartoqrafiya materialları hazırlanmasının bütün mərhələlərində bunların nəşri üçün işlədilən çap formalarının keyfiyyətinin yoxlanışı.

Bilməlidir: matrisalarda və punsonlarda zayolma hallarının növlərini; şrift məmulatının hazırlanmasında zayolmanın səbəblərini və onları aradan qaldırmaq üsullarını.

 

§ 22. Kolorist

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Tiraj kağızında çap edilmiş ottiskləri (basmaları) etalon nümunələri ilə müqayisə etməklə, rəngin çalarlarını dəyişdirmədən, onun boyama xüsusiyyətlərini müəyyən etmək. Düzəltmə, hamarlama, çapetmə. Dəzgahın təmizlənməsi və yağlanması.

Bilməlidir: müxtəlif üsullarla çapçılıq texnologiyasının əsaslarını; boyaqların xüsusiyyətlərini, boyaq nümunələri və basmalarla davranış qaydalarını; nümunə çapı dəzgahlarını

 

§ 23. Kolorist

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Boyağın çap xüsusiyyətlərini dəyişdirmədən tirajın çapı üçün orijinalın rənginə, çalarına və intensivliyinə uyğun olan boyaq tərtib etmək. Boyaq üçlüyünü (triadanı) seçmək və götürüləcək boyaqların kəmiyyət nisbətlərini təyin etmək. Boyağın rəng çalarını təsdiq edilmiş nümunəyə uyğun olduğunu yoxlamaq üçün şkalalı və birləşdirilmiş ottisklərin hazırlanması.

Etalonun rənginə uyğun olaraq dərin çap üçün boyaqların tərtib edilməsi, Boyağın qəlizliyini (konsistensiyasını) azaltmaq məqsədilə onlarım əridicilərlə durulaşdırılması. Tirajı çap etdikdən sonra boyağın dəqiqləşdirilməsi. Çap maşınlarına boyağı mərkəzləşdirilmiş surətdə verən stansiya avadanlığının işinə nəzarət. Stansiyanın işindəki qüsurların aradan qaldırılması.

Tiraj kağızında çap edilmiş ottiskləri nümunə etalonu ilə müqayisə etməklə boyağın koloritlik xassələrinin və rəng çalarlarının qiymətləndirilməsi. Boyağın rəng çalarının nümunə etalonuna müvafiq dəqiqləşdirilməsi.

Dekol ottisklərinin çapı üçün verilmiş reseptur üzrə boyaqların seçilməsi və tərtib edilməsi. Boyaq hazırlamaq üçün lazımi tərkiblərin hesablanması. Dekol ottisklərinin çapı üçün boyağın çaparına və xassələrinə nail olmaqdan ötrü boyaq maddələrinin emalı prosesini yerinə yetirmək. Boyaqəzənin işinə nəzarət.

Bilməlidir: bərkidici və çap boyaqlarında quru piqmentlərin xassələrini; boyaq rənglərinin etalonlarını; çap boyaqlarının resepturlarını və tərtib edilməsi texnologiyasını; dərin çap texnologiyasının əsaslarını; stansiyanın avadanlığının quruluşunu və istismarı qaydalarını; boyaq maddələrinin emalı texnologiyasını və boyaqlara verilən texniki tələbləri.

 

§ 24. Kolorist

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Tirajın çapı üçün boyaqların tərtib edilməsi və onların plastiklik-özüllülük xassələrinin, yapışqanlığının və quruma sürətinin orijinalın xarakterinə, kağızın keyfiyyətinə və tirajın çap edilməsi şəraitinə müvafiq dəqiqləşdirilməsi.

Bilməlidir: bütün çap üsullarında çaplama prosesinin xüsusiyyətlərini; əridicilərə, yumşaldıcılara, əlavə edilən maddələrə və digər tərkiblərə verilən texniki tələbləri; kimyanın əsaslarını; densitometrdən istifadə etmək qaydalarını.

 

§ 25. Kolorist

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Yüksək dərəcəli bədii materialların, kağız pulların, məsul kartoqrafik nəşrlərin çapı üçün boyaqların tərtib edilməsi.

Şkalalı ottisklər üçün boyaq reseptlərinin tərtib edilməsi.

Təkrar tirajların çapı zamanı çalarların eyniliyini təyin etmək üçün boyaq rəngi tonunun dəqiqləşdirilmsi.

Tirajın buraxılmasından əvvəl ottisk üzrə boyaq resepturunun bərpa edilməsi.

Bilməlidir: yüksək, yastı, Orlov və metaloqrafik çap texnologiyalarının əsaslarını; rəngsazlığın ünsürlərini; nömrəli əsas boyaqların resepturunu.

 

§ 26. Maşın və aqreqatlarda qəbuledici

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Tənəkəyə basılmış ottisklərin onların keyfiyyətinə nəzarət etməklə çap maşınından qəbulu.

Valların səthinin və rezinin yuyulub təmizlənməsi. Çapçının rəhbərliyi ilə maşına xidmət işlərinin yerinə yetirilməsi.

Tökmə maşınlarından şrift məhsulunun qəbul edilməsi. Şriftlərin keqel və standart üzrə qrankaya düzülməsi və qrankaların nəzarətə aparılması (nəql edilməsi).

Şrift məhsulunun nəzarətdən sonra qəbul edilməsi, çəkilməsi, komplektləşdirmə bölməsinə və anbara aparılması. Şrift məhsulunun standart üzrə yerləşdirilməsi. Qəbul edilmiş şrift məhsulunun uçotu.

Bilməlidir: tənəkə üzərində çapın keyfiyyətinə verilən texniki tələbləri; şrift məhsulunun növlərini; markalama nişanlarını; uçot sənədlərini; şrift məhsulunu yerləşdirmək, nəql etmək və tərəzidə çəkmək qaydalarını; maşın, yaxud aqreqatın yerinə yetirdiyi texnoloji əməliyyatları; qəbuledici tərtibatda işin üsullarını.

 

§ 27. Poliqrafiya avadanlıqlarının sazlayıcısı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Sadə dəzgahların sazlanması və təmizlənməsi. Onların sökülməsi və yığılması. Dəzgah hissələrinin çilingərlik işləri vasitəsilə emalı. İşlərin yoxlanması.

Bilməlidir: xidmət edilən dəzgahların quruluşunu və istismarı qaydalarını; dəzgahın pasportunu və çertyojlarını; dəzgahın sazlanması, onu işlətmək və işin dəqiqliyini yoxlamaq qaydalarını.

İşə aid misallar;

Sazlama.

1. Biq tipli, yapışdırıcı və yapışqansürtən dəzgahların sazlanması.

 

§ 28. Poliqrafiya avadanlıqlarının sazlayıcısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Mürəkkəb dəzgahların, sadə maşın və avtomatların sazlanması və təmizlənməsi. Bütün qovşaqların sökülməsi və yığılması. Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi. Kəsici alətlərin itilənməsi. Avadanlığın sazlanması üçün lazımi hesabatlar aparılması. Sazlanmadan sonra sınamaq üçün avadanlığın işlədilməsi. Fəhlələrin təlimatlandırılması. Planlı profilaktika — təmir qaydası ilə avadanlığa nəzarət edilməsində, onun yoxlanması və təmiri işlərində iştirak etmək.

Bilməlidir: avadanlığın quruluşunu və konstruksiyasının xüsusiyyətlərini; onu idarə etmək sistemini və xidmət qaydalarını; dəzgahın pasport göstəricilərini və çertyojlarını; dəzgahın sazlanması, işlədilməsi və işin dəqiqliyini yoxlamaq qaydalarını; çilingərlik avadanlığı ilə iş görmək qaydalarını; kəsici alətləri dəqiq işlətmək qaydalarını; nəzarət-ölçü cihazlarından istifadə etmək qaydalarını;

İşə aid misallar:

Sazlama.

1. Forzas yapışdıran avtomatlar.

2. Tunc rəngi çəkən, vərəqkəsən, bir bıçaqla kəsən, xətt-aralıq materialı düzəldən, çoxaparatlı məftillə tikən və yüngül tigelli çap maşınlarının müxtəlif növləri.

3. Zər vuran yarımavtomatlar.

4. Hidravlik matrisa presləri, müxtəlif tipli cildləmə presləri

5. Korrektura, ofsetə köçürmə və ofset-sınaq çapı dəzgahlarının müxtəlif növləri.

 

§ 29. Poliqrafiya avadanlıqlarının sazlayıcısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Çox mürəkkəb dəzgahların, mürəkkəb maşınların, mürəkkəb kinematik sxemli yarımavtomat və avtomatların sazlanması və tənzimlənməsi. Planlı profilaktika-təmir qaydası ilə avadanlığa nəzarət edilməsində, onun yoxlanması və təmiri işlərində iştirak etmək.

Bilməlidir: metalların əsas texnoloji və mexaniki xassələrini; yolverilən sapmalar və oturmalar, dəqiqlik sinifləri və emalın dəqiqliyi üzrə əsas məlumatları; optika, işıq texnikası və elektronikanın ünsürlərini. Orta ixtisas təhsili tələb olunur.

İşə aid misallar:

Sazlama.

1. Tikişsiz bərkitmə, əlavə tikiş, sapla tikiş və s. tipli maşınları, habelə irikeqelli sətirtökən, ağır tigelli çap, üçbıçaqlı kəsici, vərəqbükən avtomat, oyma (naxışaçan) elektron avtomatı; proqramla idarə olunan birbıçaqlı kəsici maşını.

2. Dərin çap üzrə cilalama maşını.

 

§ 30. Poliqrafiya avadanlıqlarının sazlayıcısı

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Böyük həcmdə əməliyyatlar yerinə yetirən xüsusən mürəkkəb maşınların, yarımavtomat və avtomatların sazlanması və tənmizlənməsi. Planlı profilaktika-təmir qaydası ilə avadanlığa nəzarət edilməsində, onun yoxlanması və təmiri işlərində iştirak etmək.

Bilməlidir: xüsusən mürəkkəb maşınların, yarımavtomat və avtomatların quruluşunu, kinematikasını və konstruksiya xüsusiyyətlərini; onların yoxlanması və dəqiq işə sazlanması qaydalarını. Orta ixtisas təhsili tələb olunur.

İşə aid misallar:

Sazlama.

1.  Kitabların hazırlanması üzrə avtomat axın (konveyer) xətlərini.

2.  Vərəqə və ya rulon formalı cild materialları ilə işləyən cildləmə avtomatını, əlavə vərəq tikən-kəsici, sapla tikən, yastı çap avtomatlarını.

3.  Blok hazırlayan tikişsiz bəndləyən, qəzet (çap) aqreqatlarını.

4.  Yüksək rotasiya, ofset və dərin çap, Orlov və metalloqrafiya çapı, yüksək yastı çap maşınlarını; hərftökən və sətirtökən nabor (yığma) maşını və avtomatlarını; nabor-proqramlaşdırma maşınlarını.

5.  Rəngbölücü və rəng korrektoru “Maqnasken” tipli elektronla idarə edilən avtomatları və maşınları, fotonabor avtomatları və maşınlarını.

 

§ 31. Preparatçı

 

1-ci dərəcə

İşin xüsusiyyəti. Kimyəvi preparatlar tətbiq edilməklə aparılan əməliyyatlarda yardımçı işlərin yerinə yetirilməsi. Müxtəlif materiallardan olan lövhələrin səthlərinin çirkdən mexaniki və kimyəvi üsulla təmizlənməsi. Onların qəfəslərə yığılması və saxlanması. Aparatlara, tərtibatlara, qurğulara materialların doldurulması. Məhlulların hazırlanması. Əsas maddələrə məhlulun tökülməsi. Ən sadə (bir-iki tərkibdən ibarət) məhlul və preparatların hazırlanması. Qövs fənərlərinin və digər işıq mənbələrinin doldurulması, fotoaparat kasetlərinin doldurulması. Əsas şəffaf maddələrə məhlulun qatılması. Qəlib (forma) hazırlanarkən şüşələrin təmizlənməsi.

Bilməlidir: istehsalatda tətbiq olunan materialların xarakterini və xüsusiyyətlərini; kimyəvi laboratoriya qabları ilə davranmaq qaydalarını; texniki tərəzilərdə çəkmək qaydalarını; alətləri və tərtibatları işlətməklə onlara xidmət qaydalarını.

 

§ 32. Preparatçı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusi dəzgahda vişer parçasının çəkilməsi və müəyyən olunmuş faizədək nəmləşdirilməsi. Materialların (vişer yastıqcaları, kağız, parça, mahud, dekel üçün materiallar) işə hazırlanması.

Qaynatma zamanı keyfiyyətini təyin etmək üçün sınaq keçirmədən əlif yağının qızdırılması. Şixtanın və sikkativ maddələrin miqdarının hesablanması. Qazanın təmizlənməsi. Yanacaq və şixtanın hazırlanması.

Bilməlidir: tətbiq edilən materialların növlərini və onların biçilməsi qaydalarını; parçaların və onların əvəzedicilərinin markalanmasını; parçanın nəmlik faizini təyin etmək qaydasını; metalloqraf çap barədə ümumi məlumatları; sikkativ maddə və əlif yağının xassələrini; əlif yağının qızdırılması rejimlərini. Dekalkomaniya üsulu ilə çapda işlədilən litoqrafiya boyaları üçün əlif yağına verilən texniki tələbləri.

 

§ 33. Preparatçı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Fotomaterialların emalı (aydınlayıcı, fiksaj, kimyəvi zəiflətmə və s.) habelə piqment kağızının həssaslığının yüksəldilməsi, silindrlərin gümüşlənməsi, dərin çap klişesi və formalarının aşındırılması, metalloqraf çap maşının vallarından yağın təmizlənməsi üçün məhlulların tərtib edilməsi.

Tərtib edilmiş preparatların xüsusi çəkisinə və konsentrasiyasına nəzarət edilməsi və kimyəvi analizlərin nəticələri üzrə məhlulların tərkibinin dəqiqləşdirilməsi.

Kağızın və cildlik materiallarının müəyyən olunmuş metodikaya müvafiq surətdə qalınlıq, sınma, bükülmə, yapışma qabiliyyəti, bir kvadratmetrinin kütləsi, əzilmə, format, çəplik və çeşid üzrə sınanması.

Materialların: val üçün kütlənin, qətranın, sikkativ, dərin yapışqanın, əridicilərin, nişastanın, dekstrinin, qliserinin, jelatinin, piqmentli maddələrin, lakların, ovulmuş boyaqların və s. müəyyən olunmuş metodlar üzrə sınanması. Analiz üçün nümunə götürülməsi.

Sexlərdə havanın nisbi rütubətinə və temperaturuna nəzarət edilməsi, sınma və çeşid göstəriciləri üzrə kağızın çeşidlənməsi,

Müəyyən edilmiş reseptur və texnologiyalar üzrə yardımçı materialların və məhlulların: qətranların, surquçların, rezinatların, sikkativlərin, xlorlu dəmirin, nişasta valı üçün tərkiblərin, digər materialların və mürəkkəb məhlulların hazırlanması. Hazırlanmış materiallar üzrə qeydiyyat aparılması.

Qızdırılması (bişirilməsi) prosesində keyfiyyətini müəyyənləşdirmək üzrə sınaq aparmaqla əlif yağının bişirilməsi. Oksidləşdirilmiş əlif yağının hazırlanması. Müəyyən edilmiş resepturlar üzrə əlif-stirol, hliftal və s. tərkiblərdən qarışıq düzəldilməsi.

Təbaşir-relyefli sahmanlayıcı qarışıqların düzəldilməsi. Şəklin xarakterinə uyğun olaraq yağlı boyaqlarla ottisklərin alınması. Şkalalı ottisklərə müvafiq olaraq və açıq rəng çaparlarından tünd çalarlara keçməklə ottisklərin xlorlu əhəng məhlulunda aşındırılması. Pudralamadan sonra xüsusi maşınlarda dekol ottisklərinin təmizlənməsi. Dekol ottisklərinin maşına qoyulması, təmizləmədən sonra ottisklərin hamarlanması. Onların dəstələnib rəflərdə yerləşdirilməsi. Maşının işə hazırlanması. Təmizlənməsi və yağlanması.

Bilməlidir: hazırlanan materialların və məhlulların təyinatını; kağız üzrə texniki şərtləri və dövlət standartlarını; kağız lifinin və əsas saplarının istiqamətini təyin etmək üsullarını; kağızı, materialları sınamaq, məhlulların xüsusi çəkisini və sıxlığını təyin etmək üçün istifadə edilən cihazları işlətmək qaydalarını; analitik tərəzidə çəkmək qaydasını; ən sadə kimyəvi hesablamalar aparmağı; məhlulların turşuluq dərəcəsini potensiometrlə ölçmək qaydasını; müxtəlif əlif yağlarının qarışdırılması texnologiyasını və bişirilməsi rejimlərini; əlif yağının keyfiyyət göstəricilərini; əlifin keyfiyyətini təyin etmək üzrə müxtəlif sınaqların keçirilməsi metodikasını; viskozimetrlə işləmək qaydasını; təbaşir-relyefli folqa kağızına və boyağa verilən texniki tələbləri; xlor məhlulunun hazırlanması üsullarını, təbaşir-relyefli sahmanlayıcı qarışığa olan texniki tələbləri və onların saxlanılması şərtlərini; dekol ottisklərini və tigelləri təmizləyən maşının quruluşunu və istismarı qaydalarını.

 

§ 34. Preparatçı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Materialların: turşuların, qələvilərin və duzların, kətan yağı və maşın yağlarının, qətranların, elektrolitlərin, hart şrift ərintisinin və materialların sınanması. Lifli materialların və bütün kağız növlərinin şəffaflıq və bükülmə, küllük, ağlıq, didilməyə müqavimət, hamarlıq üzrə sınanması.

Kağızdan, lifli materiallardan nümunə götürülməsi.

Su nişanının keyfiyyətini yoxlamaqla kağızın çeşidlənməsi.

Bilməlidir: analitik kimyanın əsaslarını; pul məmulatının çalına verilən texniki tələbləri; materialların sınanması üçün işlədilən cihazlardan istifadə qaydalarını.

 

§ 35. Presləyici

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Mexaniki, pnevmatik və hidravlik preslərdə (məngənədə) dəftərlərin, kitab bloklarının və kitabların preslənməsi. Materialların karetkada yerləşdirilməsi. Karetkaların məngənədən (presdən) çıxarılıb transportyora qoyulmasa. Karetkaların açılması. Məngənənin (presin) təmizlənməsi və yağlanması

İsladılmış kağız məmulatı vərəqələrinin sıxıcı hidravlik əl məngənəsində müəyyən edilmiş formada preslənməsi. Vərəqlərin məngənəyə qoyulması. Qalan kağızın presştamp və yaxud metal lövhələr vasitəsilə yenidən qoyulması. Preslənəndən sonra vərəqlərin çıxarılması. Məngənənin təmizlənməsi. Təhvil-təslim sənədlərinin tərtib edilməsi.

Bilməlidir: dəftərlərin, blok və kitabların məngənəyə (presə) qoyulması qaydalarını; presləmə əməliyyatının məqsədimi və rejimlərini; karetkanın və nəqledici mexanizmin quruluşunu; metalloqrafiya çapı əməliyyatlarını; hidravlik preslərdə təzyiqin tənzimlənməsi üsullarını və təzyiq altında saxlanma müddətlərini; kağız məmulatlarına verilən texniki tələbləri.

 

§ 36. Presləyici

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Metalloqrafiya maşınlarında çap edilmiş kağız pul vərəqlərinin hidravlik preslərdə (məngənədə) preslənməsi. Məngənənin, kompressorun, elektrik yükləyicinin yoxlanması. Vərəqlərin məngənəyə qoyulması və presləndikdən sonra elektrik yükləyicinin köməyi ilə çıxarılması. Presləndikdən sonra vərəqlərin iş yerinə verilməsi.

Bilməlidir: hidravlik məngənəni tənzimləmək üsullarını.

 

§ 37. Uyğunlaşdırıcı akklimatizator

 

1-ci dərəcə

İşin xüsusiyyəti. Uyğunlaşdırma qurğusunda kiçik formatlı (54x70 sm-dək) çap kağızı və yapışqanlı kağızın xüsusi tərtibatlar vasitəsilə və örtmə üsulu ilə uyğunlaşdırılması: kağızın uyğunlaşdırma qurğusuna yığılması, yaxud asılması. Qurğunun işinə nəzarət. Kağızın çıxarılması, naxış üzrə ayrılması və ştabelə yığılması, kağızın kəsici maşına verilməsi.

Bilməlidir: kağızın uyğunlaşdırma qurğusuna yığılması üsullarını; kağızın asılması qaydalarını.

 

§ 38. Uyğunlaşdırıcı akklimatizator

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Orta və iri formatlı çap kağızı və yapışqanlı kağızın uyğunlaşdırılması.

Bilməlidir: kağız liflərinin istiqamətini; uyğunlaşdırma rejimlərini.

 

§ 39. Ünvanlaşdırıcı maşının maşinisti

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Göndərilən sənədlərdə ünvanların mətninin yığılması və ünvanyazan ştamplayıcı maşında stensellərin ştamplanması. Ünvanyazan çap maşınında ünvanların yazılması.

Verilmiş ardıcıllıqla ştamp stensellərinin seçilməsi, xüsusi yeşiklərə yığılması və yeşiklərin şkafda yerləşdirilməsi. Maşının tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: poçtun göndərilməsi planı üzrə terminləri; latın əlifbasını; ünvanyazan ştamplayıcı maşını tənzimləmək qaydasını.

 

§ 40. Hesablayıcı

 

1-ci dərəcə

İşin xüsusiyyəti. Qeyri-ciddi uçota aid kağızın, kartonun, müxtəlif yarımfabrikatların və hazır məhsulun əllə və hesablayıcı maşında sayılıb hesablanması. Yarımfabrikatların və materialların iş yerlərinə verilməsi və qəbul edilməsi. Anbara təhvil verilməsi, yaxud göndərilməsi. Qablaşdırma və qabdan çıxarma. Qaimənin doldurulması və müvafiq qəbul-təhvil sənədlərinin tərtib edilməsi. Vərəqəli çap məhsullarının (kağız puldan başqa) itələnməklə, vərəqənin müəyyən olunub işarələnmiş yerini dəqiq surətdə milə keçirməklə sayılması və qaimənin tərtib edilməsi.

Bilməlidir: kağızın, kartonun, yarımfabrikatların növlərini və onlara verilən texniki tələbləri; məmulatları sayıb hesablamaq, itələmək, milə keçirmək, bağlamaq və qablaşdırmaq üsullarını; məmulatın milə taxılması keyfiyyətinin çapa, kəsilməyə və perforasiya əməliyyatına təsirini; hesablayıcı maşınla iş qaydasını; qəbul-təhvil sənədlərinin tərtib edilməsi qaydasını.

 

§ 41. Hesablayıcı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Ciddi uçotlu kağızın, kartonun, müxtəlif yarımfabrikatların və hazır məhsulun əllə və hesablayıcı maşında sayılıb hesablanması. Bunların itələnməsi, iş yerlərinə verilməsi və qəbul edilməsi, anbara təhvil verilməsi, yaxud göndərilməsi.

Tullantı (zay məhsul) nişanı vurulmuş ottisklərin sayılması. Ottisklərin çeşidlənməsi, qəbulu və verilməsi. Zay ottisklərin hesablanması və dəstlər üzrə komplektləşdirilməsi. Zay ottisklərin məhv edilməsi üçün təlimata uyğun təhvil verilməsi. Məhsulları digər sexlərə təhvil verərkən ottisklərin keyfiyyətinə nəzarət edilməsi.

Kağız pul çap edilən kağız vərəqlərin itələnməklə, vərəqin müəyyən olunub işarələnmiş yerini dəqiq surətdə iynələrə keçirməklə sayılması və qaimənin tərtib edilməsi.

Bilməlidir: ciddi hesabatlı materiallarla, yarımfabrikatla, hazır məmulatla, zay olmuş və tullantı məhsulatla davranış qaydalarını; uçot, hesabat qəbul-təhvil sənədlərinin tərtib edilməsi qaydalarını.

 

§ 42. Hesablayıcı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Kağız pul, xüsusi nəşrlər, pasport-bilet sənədləri, istiqraz lotereya biletləri və s. çap edilən kağızın itələnməklə hesablanması. Ciddi uçotlu yarımfabrikatların, hazır məhsulların və bədii məmulatın əllə və elektron tərtibatlı pulsayan maşında sayılması. Maşından çıxan zay məhsulun hesablanması, bütöv vərəqədən qalan kağız qırıntısının yoxlanması.

Bilməlidir: məhsulun hesablanması, onun qablaşdırılması növlərini və üsullarını; lokal (məhdud) nişanlı kağızın xassələrini; pulsayan maşının quruluşunu, istismarı qaydalarını və qovşaqlarını tənzimləməyi.

 

§ 43. Hesablayıcı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Kağız pul, xüsusi nəşrlər, pasport-bilet sənədləri, istiqraz, lotereya biletləri və marka yarımfabrikatları və hazır məhsulların itələnməklə və elektron tərtibatlı pulsayan maşında sayılması. Maşından çıxan zay məhsulun hesablanması, bütöv vərəqədən qalan kağız qırıntılarının yoxlanması və zay məmulatın qablaşdırılması.

Bilməlidir: sayma üsullarını; xüsusən məsul məmulatların bağlanmış üsullarını; pulsayan maşınların quruluşunu, istismarı qaydalarını və onları tənzimləməyi.

 

§ 44. Çeşidləyici avtomatın maşinisti

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə avtomat maşında kağız pulların çeşidlənməsi, sayılması və banderola bağlanması. Maşının işə hazırlanması, banderola bağlamaq üçün lent rulonunun avtomata qoyulması və tənzimlənməsi, yapışqanlayıcı aparata yapışqanın tökülməsi. Banderol bağlayan hissəsinin işindəki qüsurların aradan qaldırılması, işin keyfiyyətinə nəzarət. Dəstələrin bağlanması, plombların qoyulması və sıxılması. Zay məhsulun doğranması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: məmulatın maşınla və əllə emalının texnoloji prosesini; məmulatın keyfiyyəti və banderola bağlanması üzrə texniki tələbləri; avtomatın quruluşunu, istismarı və banderolbağlayan hissənin tənzimlənməsi qaydalarını.

 

§ 45. Çeşidləyici avtomatın maşinisti

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Avtomatda kağız pulların çeşidlənməsi, sayılması və banderolla bağlanması. Maşının işə hazırlanması, özükağızverən tərtibatın tiraj və əvəzləmə kağızları ilə yüklənməsi. Hava verilməsinin, nəqletmə-çıxarma sisteminin və banderol bağlayıcı mexanizm qovşaqlarının nizamlanması. İşindəki qüsurların aradan qaldırılması. Məmulatı çeşidləmə, sayma və banderolla bağlama proseslərinin yerinə yetirilməsi. Keyfiyyətin yoxlanması. Zay məhsulun növü və miqdarının qoşma qaimədə qeyd edilməsi.

Bilməlidir: avtomatın qovşaqlarının quruluşunu, istismarı və tənzimlənməsi qaydalarını.

 

§ 46. Ştempel yığıcısı

 

1-ci dərəcə

İşin xüsusiyyəti. Kauçuk ştempellərin hazırlanması (yığılması) üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Ştempellərin yığılması. Ştempellərin ağac, yaxud metal gövdəyə yapışdırılması. Gövdəyə dəstəyin bərkidilməsi. Hazır ştempellərin sifarişlər üzrə seçilməsi və nəzarətə verilməsi. Təqvimlər üçün vulkanizasiya edilmiş halqaların kəsilməsi.

Bilməlidir: sifarişçinin təqdim etməli olduğu sənədləri; təqvimdə halqaların yerləşdirilməsi qaydasını; ştempellərin təyinatını, yapışqanların növlərini və xassələrini.

İşə aid misallar:

Yığma.

1.  Rezin halqalı təqvimlər.

2.  Dairəvi, yaxud üçbucaq möhürlər.

3.  İstənilən ölçülü ştempellər.

 

§ 47. Ştempel yığıcısı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Kauçuk ştempellərin (möhürlərin, asmaqəliblərin və s.) hazırlanması (yığılması) üzrə kompleks əməliyyatların yerinə yetirilməsi. Ştempelin gövdəsi və dəstəyi üçün ağac pəstahların dairəvi mişarla kəsilməsi. Gövdənin mişarlanmış və burğu dəzgahında deşilib yuva açılmış yerlərinin rənglənməsi. Dəzgahların tənzimlənməsi və sazlanması.

Sifarişçinin eskizləri üzrə ştempelləri seçməklə, vulkanizasiya edilmiş formaların ayrı-ayrı ştempellərə ayrılması. Vulkanizasiyanın keyfiyyətinə nəzarət. Ştempellərin sifarişlər üzrə komplektləşdirilməsi.

Bilməlidir: vulkanizasiya işlərinin keyfiyyətinə verilən tələbləri; ştempelləri komplektləşdirmək qaydalarını; dairəvi mişarda və burğu dəzgahında işləmək qaydalarını.

 


Sıra ¹-si

Peşələrin (vəzifələrin) adı

dərəcələr diapazonu

İndiyədək qüvvədə olan peşə (vəzifə)

adları (rusca)

dərəcələr

diapazonu

1

Ayırıcı

1-3

Âûáîðøèê

1-3

2

Ayırıcı maşının maşinisti

3-4

Màøèíèñò âûáîðî÷íîé ìàøèíû

3-4

3

Boyaq stansiyasının operatoru

3-4

Îïåðàòîð êðàñî÷íîé ñòàíöèè

3-4

4

Val tökücüsü

2-4

Îòëèâøèê âàëèêîâ

2-4

5

Qablaşdırıcı maşının maşinisti

2-4

Ìàøèíèñò óïîêîâî÷íîé ìàøèíû

2-4

6

Qəbuledici-göndərici

2

Ïðèåìøèê-îòïðàâèòåëü

2

7

Elektrofotoqraf

3-5

Çëåêòðîôîòîãðàô

3-5

8

Yarımfabrikat və hazır məhsula nəzarətçi

2-5

Êîíòðîëåð ïîëóôàáðèêàòîâ è ãîòîâîé ïðîäóêöèè

2-5

9

Kolorist

3-6

Êîëîðèñò

3-6

10

Maşın və aqreqatlarda qəbuledici

2

Ïðèåìøèê íà ìàøèíàõ è àãðåãàòàõ

2

11

Poliqrafiya avadanlıqlarının sazlayıcısı

3-6

Íàëàä÷èê ïîëèãðàôè÷åñêîãî îáîðóäîâàíèÿ

3-6

12

Preparatçı

1-4

Ïðåïàðàòîð

1-4

13

Presləyici

2-4

Ïðåñîâùèê

2-4

14

Uyğunlaşdırıcı akklimatizator

1-2

Ïðèñïîñîáëèâàþùèé àêêëèìàòèçàòîð

1-2

15

Ünvanlaşdırıcı maşının maşinisti

2

Ìàøèíèñò àäðåñîâàëüíîé ìàøèíû

2

16

Hesablayıcı

1-4

Ñ÷åò÷èê

1-4

17

Çeşidləyici avtomatın maşinisti

4-5

Ìàøèíèñò ñîðòèðîâî÷íîãî àâòîìàòà

4-5

18

Ştempel yığıcısı

1-2

Ñáîðøèê øòåìïåëåé

1-2

POLİQRAFİYA İSTEHSALI ÜZRƏ ÜMUMİ FƏHLƏ PEŞƏLƏRİNİN MÜQAYİSƏLİ DƏRƏCƏLƏR DİAPAZONU


POLİQRAFİYA İSTEHSALININ FORMALAMA (QƏLİBLƏMƏ) PROSESLƏ

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§ 1. Qalvanotipist

 

3-cü dərəmə

İşin xüsusiyyəti. Emal olunmuş formalardan mis, nikel və ya xrom qatının qalvanik üsulla çıxarılması. Qəlib lövhələrinin oksidləşdirilməsi və aşındırılması. Lövhələrin təmizlənməsi və kimyəvi emalı. Lövhələrin tutqaclarda bərkidilməsi və qalvanik vannaya salınması. Lövhələri aşındırmaq və oksidləşdirmək, metal qatı çıxarmaq üçün elektrolitin hazırlanması, süzülməsi və tərkibinin dəqiqləşdirilməsi. Elektroliz prosesinin aparılması. Elektroliz rejiminə cihazlar vasitəsilə nəzarət edilməsi. Qalvanik vannaların, ştok və anodların təmizlənməsi.

Alüminium folqadan hazırlanmış forma lövhələrində işlək səthlərin elektrokimyəvi üsulla dənəvərləşdirilib bərpa edilməsi. Lövhələrin yağsızlaşdırılması, neytrallaşdırılması, elektrokimyəvi üsulla dənəvərləşdirilməsi, yuyulması və qurudulması.

Qalvanik çöküntü almaq üçün materialların hazırlanması işlərinin yerinə yetirilməsi. Matrisanın kənarlarının kəsilməsi, qrafitləşdirilməsi və hamarlanması, onların arxa səthinin qoruyucu lakla, yaxud mumla örtülməsi.

Bilməlidir: yastı və yüksək çapda müvafiq çap və aralıq ünsürlərinin yaradılması prinsiplərini; forma lövhələrinə və matrisalara verilən texnoloji tələbləri; elektrolizin əsaslarını; lövhələri oksidləşdirmək və metal qatını çıxarmaq üçün işlədilən elektrolitin tərkibini; məhlulun resepturunu; qalvanizasiya işinin rejimini; metal örtüyün keyfiyyətinə verilən texniki tələbləri; ampermetrdə, voltmetrlə işləmək qaydalarını.

 

§ 2. Qalvanotipist

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Forma lövhələrinə və silindrlərə qalvanik üsulla üz çəkmək (nikeldən və misdən). Silindrlərə əllə gümüş çəkilməsi. Səthinə metal qat çəkməzdən əvvəl lövhə və forma silindrlərin yağsızlaşdırılması, dekapirlənməsi və yuyulması. Lövhələrin tutqaclarda bərkidilməsi və qalvanik vannaya salınması. Silindrin qalvanik vannada yerləşdirilməsi. Forma-lövhələrin səthinə nikel və mis qatı və ya silindrlərə mis qatı çəkmək üçün elektrolitin hazırlanması, süzülməsi və tərkibinin dəqiqləşdirilməsi. Metal çəkiləcək səthin sahəsinin hesablanması. Forma lövhələrinin yastı çap üçün kompleks hazırlanması. Lövhələrin yağsızlaşdırılması, dekapirlənməsi, elektrokimyəvi dənəvərləşdirilməsi, oksidləşdirilməsi, anod plyonkasının doldurulması.

Prosesin aparılması rejiminin seçilməsi. Elektroliz prosesinin aparılması. Metal çəkdikdən sonra səthlərin yuyulması.

Bilməlidir: dərin çap üçün forma silindrləri hazırlanmasının texnoloji prosesini; dərin çap üçün çap və aralıq ünsürlərin düzəldilməsi prinsipini; səthlərinə metal çəkmək üçün gətirilən yastı çap forma lövhələrinə, yaxud dərin çap silindrlərinə verilən texniki tələbləri; səthlərə çəkilən metal örtüklərin keyfiyyətinə verilən texniki tələbləri; səthlərə nikel və mis çəkmək üçün işlədilən elektrolitin tərkibini; qalvanik vannaların iş rejimini; məhlulların reseptlərini; elektrolitin tərkibindəki zərərli qarışıqları və onların qalvanik örtüklərə təsirini; zərərli qarışıqların elektrolitdən kənar edilməsi üsullarını; qalvanik vannaları, elektrik avadanlığını idarə etmək qaydalarımı.

 

§ 3. Qalvanotipist

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Dərin çap forma silindrlərinin, Orlov, metalloqrafik və stereotip çap formalarının səthinə qalvanik üsulla üzlük çəkilməsi (xromlanması).

Forma silindrlərindən qalvanik üsulla xrom qatının çıxarılması.

Dərin çap forma silindrlərinin səthinə idarəetmə pultu olan avtomat qalvanik qurğularda qalvanik üzlük (misdən) çəkilməsi.

Orlov, metalloqrafik və yüksək çap matrisalarından və ştempellərindən dəmir, mis və nikel qalvanik çöküntülər alınması.

Yastı çap formaları düzəltmək üçün polimetal (polad-mis-xrom) lövhələr hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Karbonlu poladdan, yaxud alüminiumdan lövhələrin gövdəsinin hazırlanması. Lövhələrin yağsızlaşdırılması, dekapirlənməsi, lövhə səthlərinin sinklənməsi, nikellənməsi, mislənməsi, xromlanması və qurudulması.

Əvvəlcədən həssaslaşdırılmış, yaxud həssaslaşdırılmamış polimetal lövhələrdə yastı çap üçün sadə bimetal çap formalarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Lövhələrin həssaslaşdırılması, surətlərin hazırlanması (ekspozisiya vermək, avtomat və yarımavtomat qurğularda, yaxud əllə aydınlaşdırmaq). Surətçıxarma qatının kimyəvi, yaxud termik üsulla codlaşdırılması. Surətin təshih edilməsi. Surətlərin aşılanmaya hazırlanması. Avtomat, yarımavtomat qurğularda və ya qalvanik vannada kimyəvi üsulla, yaxud qalvanik vannada anodlu aşılama. Formanın aralıq ünsürlərindən codlaşdırılmış qatın kənar edilməsi. Aralıq və çaplayıcı ünsürlərin emalı. Boyaq qatı çəkilməsi. Kolloid mühafizə qatının çəkilməsi.

Bilməlidir: qalvanoplastik stereotiplərin hazırlanması, proqramla idarə edilən avtomat qalvanik qurğularda dərin çap forma silindrlərinin səthinə mis qatı çəkilməsi, polimetal lövhələr, bimetal ofset çap formaları hazırlanmasının texnoloji proseslərini; yastı, yüksək və dərin çap üzrə ağ-qara və çoxrəngli mətn və şəkil orijinallarının təkrar hasil edilməsi prinsiplərini; bimetal formalarda səthin əlavə codlaşdırılması, kimyəvi və anodlu üsulla aşılanması üsullarını; qalvanoplastikanın əsaslarını; xromlama, qalvanoplastik mis çöküntüsünün alınması və anodlu aşılanma üçün işlədilən elektrolitlərin tərkibini; məhlulların resepturunu və onları dəqiqləşdirmək üsullarını; avtomat və yarımavtomat qurğuların və qalvanik vannaların iş rejimlərini, qalvanotexnika üz əsas hesablamaları; işlədilən avadanlıqları tənzimləmək üsullarını.

İşə aid misallar:

1. Yastı çap formaları hazırlamaq üçün polimetal lövhələr.

2. Yastı çap üzrə bimetal formalar: iri cizgili ştrix və liniaturu 40 xət/sm-dək olan rastr formalar hazırlanması.

 

§ 4. Qalvanotipist

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Əvvəlcədən həssaslaşdırılmış, yaxud həssaslaşdırılmamış polimetal lövhələrdə yastı çap üçün mürəkkəb bimetal çap formalarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi.

Qalvanik üsulla bimetal (polad-mis-xrom) lövhələrin və onların üzərində istənilən mürəkkəbliyə malik bimetal yastı çap formalarının hazırlanması. Lövhələrin hazırlanması, surətlərin çıxarılması, formaların emalı.

Mürəkkəb tərtibata malik nəşrlər üçün matrisalardan qalvanik çöküntülər alınması.

Nömrələmə halqaları səthinin qalvanik örtüklənməsi, orijinal ştempellərdən və yüksək orijinal matrisalardan dəmir, mis və nikel qalvanik çöküntülər alınması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi.

Bilməlidir: sintetik materiallardan, jelatindən, yapışqandan ibarət cürbəcür surətçıxarma qatları tətbiq etməklə görülən surətçıxarma işinin xüsusiyyətlərini; məhsulun, işlədilən materialların və sexdəki şəraitin xüsusiyyətlərindən asılı olaraq surətçıxarma işinin xüsusiyyətlərini; məhsulun, işlədilən materialların və sexdəki şəraitin xüsusiyyətlərindən asılı olaraq surətçıxarma prosesinin rejimini; neqativlərin, diapozitivlərin, surətlərin, forma lövhələrinin və çap formalarının təshih edilməsi texnikasını; kontaktlı rastrlar tətbiq etməklə surətçıxarma üsullarını; çap formalarında təsvirin keyfiyyətinə nəzarət edilməsi üsullarını.

İşə aid misallar:

1.  Yastı çap üzrə bimetal formalar — nazik cizgili ştrix və liniaturu 40 xət/sm-dən artıq olan rastr formalar.

2.  Yastı çap üzrə bimetal formalar — polimetal lövhələrin hazırlanması da daxil olmaqla əməliyyatlar kompleksi.

 

§ 5. Dərin çap formaları hazırlayan elektron oyma avtomatının operatoru

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Elektron-oyma aparatında mətn və rəsm (ştrixli və tonlu) orijinallardan təkrəngli və çoxrəngli dərin çap üçün formalar hazırlanması prosesinin idarəetmə pultundan aparılması. Forma (qəlib) silindrinin seçilməsi, hazırlanması və avtomatda bərkidilməsi. Silindrin səthinin sahmanlanması. Tiyənin (qələmin) dəyişdirilməsi və analizedici və oyucu tərtibatın köklənməsi. Avtomatın fasiləsiz işinin təmin edilməsi. Montajdan orijinal surətlərin (kopiyaların) diapozitivlərinin hazırlanması. Orijinal surətlərinin keyfiyyətlərinin təyin edilməsi və işıq, yarımton və kölgə sahələrində optik sıxlığın ölçülməsi. Orijinal surətlərinin keyfiyyətinin təyin edilməsi və işıq yarımton və kölgə sahələrində optik sıxlığın ölçülməsi. Orijinal surətinin texniki retuşlanması (tuşla işlənməsi), müşahidə silindrinin qoyulması və ona orijinal surətinin bənd edilməsi, analiz və oyma sisteminin orijinal surətində ölçmələrin göstəriciləri üzrə köklənməsi. Avtomatın və ölçü cihazlarının işinə nəzarət.

Bilməlidir: elektron-oyma avtomatının quruluşunu; avtomatda çap və aralıq ünsürlərinin yaranması prinsipini; elektronikanın əsaslarını; oyma üçün diapozitiv və orijinalların montajının keyfiyyətinə və dərəcələndirmə xarakteristikalarına, forma silindrinə və hazır çap formalarına verilən texniki tələbləri; formaların keyfiyyətinə nəzarət üsullarını.

 

§ 6. Dərin çap formaları hazırlayan elektron oyma avtomatının operatoru

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Elektron-oyma aparatında çoxrəngli surətlər üçün dərin çap formaları hazırlanması prosesinin idarəetmə pultundan aparılması.

Bilməlidir: elektron-oyma avtomatının tam quruluşunu; rəngli orijinalların təkrar çapında əsas surətçıxarma texnikası üsullarının xüsusiyyətlərini; rəngayırma prinsiplərini və diapozitivlərin dərəcə və rəngayırma üzrə retuşlanmasının xüsusiyyətini; rəngayırma ilə maskalama prinsiplərini, orijinalın keyfiyyətinə və rəngayırmalı diapozitivlərin və montajların dərəcələndirmə xarakteristikalarına, forma silindrləri dəstinə və oyulmuş hazır çap formalarının keyfiyyətinə nəzarət və onların təshih edilməsi üsullarını. Orta ixtisas təhsili hesab olunur.

 

 

§ 7. Dərin çap formalarının köçürücüsü

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Birprosesli metod üzrə hazırlanan formalar üçün rəngli (piqmentli) surətlərin “quru” və “yaş” üsullarla köçürülməsi. Silindrin səthinin ölçülməsi, nişanlanması; silinməsi, yağsızlaşdırılması və yuyulması. Məhlulların hazırlanması. Surətlərin nişanlanması, aydınlaşdırılması. Rəngli surətin qurudulması. Surətin keyfiyyətinə zərrəbin və nəzarət-ölçü xətkeşi ilə nəzarət edilməsi. Köçürmə dəzgahlarının tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: dərin çapda çap və aralıq ünsürlərinin emalı prinsipini; rastrın təyinatını, rəng (piqment) kağızının tərkibini; forma silindrlərinin, rəngli surətlərin və materialların keyfiyyətinə verilən texniki tələbləri; məhlulların tərkibini və hazırlanması qaydalarını; aydınlaşdırma rejimlərini; çap prosesi barədə ümumi məlumatları.

 

§ 8. Dərin çap formalarımın köçürücüsü

 

5-ci dərəcə

İşin xüsusiyyəti. İkiprosesli metod üzrə hazırlaman formalar, çoxrəngli çap formaları və dupleks üçün surətlərin köçürülməsi.

Bilməlidir: çoxrəngli orijinalların və “dupleks” üsulu ilə orijinalların təkrar çap edilməsi prinsipini, çoxrəngli çap üçün surətlərin köçürülməsinin xüsusiyyətlərini; mətndən, ştrixli və yarımton təsvirlərdən ibarət formaların aşılanmasının xüsusiyyətlərini.

 

§ 9. Dərin çap qəlibi silindrlərinin pardaxlayıcısı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Silindrlərin əsas mis qatı səthinin və “tiraj köynəyi”nin pardaxlanması üzrə əməliyyatların yerinə yetirilməsi. Silindrin uzadıcılara yığılması və pardaxlama dəzgahına Yerləşdirilməsi, materialların pardaxlanmaya hazırlanması, pardaxlanması silindrin piramidaya qoyulması, silindrin diametrinin mikrometrlə ölçülüb yoxlanması.

Bilməlidir: qəlib (forma) silindrinin mis əsaslı səthinin və “tiraj köynəyi”nin keyfiyyətinə verilən tələbləri; qəlib silindrinin ölçülərini və bu ölçülər də yolverilən sapmaları; pardaxlama pastasının xarakteristikalarını və tərkibini.

 

§ 10. Dərin çap qəliblərinin aşındırıcısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Ştrix və mətn formaların əl və maşın üsulları ilə aşındırılması. Sürtməzdən əvvəl rəngli surətin keyfiyyətinik yoxlanması. Karandaşla nişanların, reysfederlə xətlərin çəkilməsi. Fırça ilə sürtmə və qurutma. Orijinalla, diapozitivlərin montajı və rəngli surətlə tanış olmaq. Resept üzrə aşındırma üçün məhlulun tərtib edilməsi. Formanın yuyulması və düzəldilməsi. Aşındırılmış formadan halələrin kənar edilməsi. Formanın yuyulması və düzəldilməsi. Aşındırılmış formadan halələrin kənar edilməsi. Dəzgahın və maşının yoxlanması və təmizlənməsi.

Bilməlidir: dərin çapda çap və aralıq ünsürlərin yaradılması prinsipini; forma silindrinə keçirilmiş rəngli surətin keyfiyyətinə verilən texniki tələbləri; tətbiq olunan materiallara verilən texniki tələbləri; aşındırıcı məhlulların tərkibini; aşındırma rejimlərini; dərin çap mətn və ştrix formalarının keyfiyyətinə verilən texniki tələbləri. Aşındırma maşınının tənzimlənməsi üsullarını.

§ 11. Dərin çap qəliblərinin aşındırıcısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Qarışıq əl və maşın üsulu ilə tonlu təsvirlərə malik birrəngli çap üçün formaların aşındırılması. Orijinalla, montajla və rəngli surətlə tanışlıq. Karandaşla nişanların, reysfederlə xətlərin çəkilməsi; fırça ilə sürtmə və qurutma. Formadakı qüsurların oyma və rulet, voronil və s. oyma alətləri vasitəsilə işlənib düzəldilməsi. Kömür və sumbata kağızı ilə cilala]araq formanın qismən yumşaldılması (zəiflədilməsi).

Bilməlidir: dərin çap üçün yarımton diapozitivlərin və montajın keyfiyyətinə verilən texniki tələbləri; aşındırıcı məhlulların xassələrini; məhlulların zəifləmə dərəcəsinə nəzarət üsullarını və onun təshih edilməsi qaydalarını; diapozitivin, boyağın, kağızın xarakterindən asılı olaraq çap formalarında oymanın dərinliyini müəyyənləşdirmək üsullarını; forma silindrinin səthinin və çap formalarının emalının keyfiyyətinə verilən texniki tələbləri; korrektura üçün işlədilən material və alətlərin xarakteristikalarını və onları işlətmək qaydalarını; formaların iki prosesli üsulla hazırlanması zamanı onları aşındırmağın xüsusiyyətlərini.

 

§ 12. Dərin çap qəliblərinin aşındırıcısı

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Yüksək bədii işlərin birrəngli çapı üçün formaların, çoxrəngli və ikirəngli (dupleks) çapı üçün formaların əl və maşın üsulları ilə aşındırılması, formalardakı qüsurların kiçik aşındırmalarla aradan qaldırılması.

Bilməlidir: dərin çapda çoxrəngli orijinalların təkrar alınması prinsipini; rəngi bölünmüş diapozitivlərin keyfiyyətinə verilən texniki tələbləri; çap boyaqlarının rəng xüsusiyyətlərini; formaların təshih edilməsində tətbiq olunan məhlulların, turşuyadavamlı lakların və s. materialların tərkibini və xassələrini; çoxrəngli çap üçün formaları aşındırmağın xüsusiyyətlərini.

İşə aid misallar:

Aşındırma.

1. Yüksək dərəcədə bədii albomların, yubiley monoqrafiyalarının, muye tablolarından repreduksiyaların birrəngli çapı üçün formalar.

2. Dupleks üsulu ilə çap və çoxrəngli çap üçün formalar.

3. Marka formaları.

 

§ 13. Yığıcı-çapedici maşının mürəttibi

 

3-cü dərəcə

İşin xüsusiyyəti. “Veritayper”, “VS”, “Kompozer” tipli nabor-çap makinalarında tərkibində seyrəltmə, pilləli nabor, uzatma şəkilli fərqləndirmələr olan milli dildəki sadə mətnin yığılması və çapı. Makinaya kağız doldurulması. Karetkanın nəşrin formatına müvafiq qoyulması. Yığma-yenidən yazılma. Sətirlərin çıxarılması. Mətnin və idarəetmə komandalarının maqnit lentinə yazılması. Təshih edilmiş maqnit lentinin alınması və daxil edilməsi. Avtomat çaplama. Makinanın işinə nəzarət.

Bilməlidir: orfoqrafiya və durğu işarələrinin qoyulması qaydalarını; mətn orijinallarını nişanlamağın texniki qaydalarını; mətnin yığılmasının texniki qaydalarını; xarici dildəki mətnin yerləşdirilməsinin hesablanması qaydasını; kompoker ölçü sistemini; işdə tətbiq olunan materialların əsas xassələrini.

 

§ 14. Yığıcı-çapedici maşının mürəttibi

 

4-cü dərəcə

İşin xüsusiyyəti. “Veritayper” və “Kompozer” tipli nabor-çap makinalarında tərkibində birsətirli riyazi və kimyəvi düsturlar, sadə cədvəllər və xülasələr, müxtəlif qarniturlu şriftlər olan qarışıq mətnin yığılması və çapı.

Bilməlidir: riyazi və kimyəvi düsturların, cədvəl və xülasələrin yığılmasının texniki qaydalarını; çap formalarının fotomexaniki üsulla hazırlanması prinsiplərini; elektronikanın əsaslarını, kodlaşdırma üsullarını.

 

§ 15. Yığıcı-çapedici maşının mürəttibi

 

5-ci dərəcə

İşin xüsusiyyəti. “Veritayper” və “Kompozer” tipli nabor-çap makinalarında əcnəbi mətnin, eləcə də tərkibində çoxsətirli riyazi, kimyəvi və struktur düsturlar, mürəkkəb cədvəllər və xülasələr olan mətnin yığılması və çapı.

Bilməlidir: kod klavişlərinin əsas təyinatlarını və onların uyğunlaşdırılması variantlarını; maşının işindəki ən sadə nasazlıqları və onların aradan qaldırılması üsullarını.

 

§ 16. Yığıcı-sətirtökücü maşının mürəttibi

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Sərlövhələrin, elanların, afişaların və digər növ irikeqelli mətnlərin matrisa sətirlərinin əllə yığılması (naboru) və sətirlərin irikeqelli sətirtökən maşında tökülməsi.

Düzülmüş sətrin maşına qoyulması. Sətirlərin tökülməsi. Maşının işindəki qüsurların aradan qaldırılması. Maşının tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: orfoqrafiya və durğu işarələrinin qoyulması qaydalarını, tipoqrafiya ölçmə sistemini; korrektura işarələrinin və şriftlərin standartlarını; tipoqrafiya xəlitəsinin tərkibini; naborun texniki qaydalarını; irikeqelli nabor maşınını tənzimləmək üsullarını.

 

§ 17. Yığıcı-sətirtökücü maşının mürəttibi

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Sətirtökən nabor maşınlarında mətnin yığılması və sətirtökən nabor avtomatında perfolentdən tərkibində müxtəlif qarniturlu şriftlər və əlifbalar, eləcə də xüsusi terminlər və riyazi, kimyəvi, astronomik və s. işarələr və birsətirli düsturlar olan mətnin tökülməsi.

Bütün növ aksident forma və cədvəllər üçün sətirlərin yığılması.

Yoxlama və tutuşdurma nüsxələrinin yığılması.

Matrisa sətirlərinin əllə yığılması və irikeqelli sətirtökən maşında xüsusi qrafik formalı Şərq və Afrika dillərində sətirlərin tökülməsi.

Maşın mexanizmlərinin yoxlanması, sandığın dəyişdirilməsi, matrisaların çıxarılması və sandıqda yerləşdirilməsi. Sətrin keqelinin və formatının dəyişdirilməsi. Asılı matrisaların hazırlanması. Mətnin yığılması. Perfolentin qoyulması və sətrin tökülməsi. Maşının və avtomatın işindəki qüsurların aradan qaldırılması. Maşının və avtomatın təmizlənməsi və yağlanması.

Bilməlidir: əcnəbi və milli əlifbaları; mətn orijinallarını nişanlamağın texniki qaydalarını; sətirlərin tökülməsi rejimini; şriftlərin və sətirtökən nabor maşınları üçün xəlitələrin standartlarını; sətirtökən nabor avtomatlarındakı kodlar sistemini. Maşın və avtomatların quruluşunu və istismarı qaydalarını.

İşə aid misallar:

Yığma.

1.  Qəzetlər.

2.  Sosial-iqtisadi, bədii, uşaq, elmi-kütləvi ədəbiyyat.

3.  Ədəbiyyat, iqtisadiyyat, tibb dərslikləri.

 

§ 18. Yığıcı-sətirtökücü maşının mürəttibi

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Sətirtökən nabor maşınlarında mətnin yığılması və sətirtökən nabor avtomatında perfolentdən tərkibində riyazi, fiziki, astronomik və qısaldılmış çoxlu işarələr olan mətnin tökülməsi.

Xülasə və düsturların yığılması.

Bilməlidir: mürəkkəb yığmada işlədilən riyazi, kimyəvi, astronomik və s. işarələri; maşın və avtomatların əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

İşə aid misallar:

Yığma.

1.  “Kimya”, “Fizika”, “Riyazi hesablama” tipli referativ jurnallar.

2.  Ensiklopedik lüğət nəşrləri.

3.  Xüsusi qrafik formalı şriftlərə malik Şərq və Afrika dillərində sosial-iqtisadi, bədii, uşaq, elmi-kütləvi, texniki ədəbiyyat nəşrləri, dərsliklər, qəzetlər.

4.  Fizika, kimya, riyaziyyat, qrammatika dərslikləri.

 

§ 19. Yüksək çap formaları hazırlayan elektron avtomatının operatoru

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Elektron-oyma maşınlarında miqyasları dəyişmədən və dəyişməklə sink, maqnezium, plastik kütlə və digər materiallardan olan lövhələrdə ştrixli ağ-qara orijinal-pozitivlərdən (fotoşəkil, rəsm, mətn çapı ottisklərindən) klişelər hazırlanması, Lövhənin və orijinalın hazırlanması və maşında bərkidilməsi. Oymanın liniaturu və miqyasının qoyulması. Orijinalın xarakterinə və forma materialına müvafiq gələn tiyənin (qələmin) seçilməsi, qoyulması, tənzimlənməsi və bərkidilməsi. Verilmiş liniaturu, orijinalın kontrastlığına və klişenin təyinatına (bilavasitə çap, yaxud matrisa hazırlamaq üçün) uyğun olaraq maşının kölgə və işıq üzrə köklənməsi. Xüsusi tərtibatlar vasitəsilə klişenin emalı. Maşının təmizlənməsi və yağlanması.

Elektron-oyma maşınlarında xüsusi folqa kağızı üzərində melorelyefli düzəlişlərin hazırlanması.

Elektron-qığılcım avtomatlarında ağ-qara və rəngli mətn və ştrix orijinallarından formaların hazırlanması. Orijinalın keyfiyyətindən və işin növündən asılı olaraq avtomatın iş rejiminin müəyyən edilməsi. İşıq süzgəclərinin seçilməsi. Hazırlanmış formanın retuşlanması.

Bilməlidir: yüksək çapda bir və çoxrəngli ştrix orijinallarının təkrar çap edilməsi prinsipini; elektron-qığılcım avtomatında çap və aralıq ünsürlərinin yaradılması prinsipini; işıq süzgəclərinin spektral xarakteristikalarını; elektron-oyma maşınında və elektron-qığılcım avtomatında təkrar çap üçün hazırlanan orijinalların keyfiyyətinə verilən texniki tələbləri; işıq texnikası, optika və elektronikanın ünsürlərini, forma materiallarına, ştrix klişeləri və çap formalarının keyfiyyətinə verilən texniki tələbləri; düzəltmə və yüksək çap prosesləri haqqında ümumi məlumatları.

 

§ 20. Yüksək çap formaları hazırlayan elektron avtomatın operatoru

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Elektron-oyma maşınlarında miqyasları dəyişmədən və dəyişməklə sink, maqnezium, plastik kütlə və digər materiallardan olan lövhələrdə yarımton ağ-qara orijinal-pozitivlərdən (fotoşəkil, rəsm) klişelər hazırlanması.

Bilməlidir: yüksək çapda ağ-qara yarımton orijinalların təkrar çapı prinsiplərini; birrəngli çap üçün rastrlı klişelərin keyfiyyətinə verilən texniki tələbləri; rastrlı klişeləri aşındırmağın xüsusiyyətini; elektron-oyma maşınının işindəki ən sadə nasazlıqları və onların aradan qaldırılması üsullarını.

 

§ 21. Yüksək çap formaları hazırlayan elektron avtomatının operatoru

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Elektron-oyma maşınlarında miqyasları dəyişmədən və dəyişməklə plastik kütlə, alüminium, maqnezium və sink lövhələrdə, OQ-1 və OQ-2 plyonkalarında və digər materiallarda rəngli şəffaf və qeyri-şəffaf yarımton və ştrix orijinallardan (fotoşəkil, rəsm və s.) klişelər hazırlanması. Seçilmiş triadaya (üçlüyə) müvafiq surətdə maşının üç rəng üzrə köklənməsi. Maşının orijinalın rəngləri və kontrastlığına uyğun tənzimlənməsi. Maşının qara boyaq üzrə saxlanması. Tilişkələrin (qırıntıların) kənar edilməsi və əlavə təshihat aparılması. Elektron-oyma maşınının sazlanmasında iştirak etmək.

Bilməlidir: rəngin analizi və sintezi barədə anlayışları; rəng korrekturası üsullarını; rəngli surətlər üçün klişenin aşındırılması texnologiyasını; çoxrəngli çap üçün klişelərin keyfiyyətinə verilən texniki tələbləri; elektron-oyma maşınının sazlanması üsullarını.

 

§ 22. Yüksək çap sınaqçısı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Bütün sistemlərdən olan korrektura-çap dəzgahlarında nabordan korrektura ottisklərinin, not lövhələrinin, şrift və stereotip komplektlərinin çıxarılması. Stereotiplərin qəlib silindrində bərkidilməsi və ya qrankaların, nabor zolaqlarının, yaxud şrift komplektlərinin dəzgahın talerində yerləşdirilməsi. Kağızın, boyağın və s, materialların hazırlanması. Rəngləmə aparatının, çap silindrinin yoxlanıb düzəldilməsi. Dəzgahın tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Şəkillərin oyma lövhələrindən və vallardan əllə və maşınla kağıza köçürülməsi. Kağızın çap üçün yararlığının təyin edilməsi. Hazırlanmış mastikanın keyfiyyətinin yoxlanması. Oyma lövhələrinin və maşın vallarının şəkilləri köçürmək üçün yararlığının təyin edilməsi.

Korrektura-çap dəzgahlarında aztirajlı blankların çap edilməsi.

Bilməlidir: tipoqrafiya ölçmə sistemini; müxtəlif qarniturlu şriftlərik fərqləndirici əlamətlərini; aralıq materiallarının və xətlərin növlərini; səhifələrin düzülüşü variantlarını; düzəltmə və çap prosesləri haqqında ümumi məlumatları; boyağa, kağıza, mastikaya və s. materiallara və ottisklərə verilən texniki tələbləri; vərdənə maşınının tənzimlənməsi üsullarını.

 

§ 23. Yüksək çap sınaqçısı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Dərinləşdirmədən, korrektura və təmiz aşındırmadan sonra klişedən və fotopolimer formalardan birrəngli çap üçün sınaq ottisklərinin çıxarılması. Klişenin kənarlarını örtmək üçün şablonun hazırlanması. Klişeyə boyağın çəkilməsi və ottisk alınandan sonra onun yuyulub təmizlənməsi. Hamarlama, lövhə və valların yuyulması. Dəzgahın təmizlənməsi və yağlanması.

Korrektura-çap dəzgahlarında aztirajlı mətnlərin çap edilməsi.

Bilməlidir: yüksək çapda ştrix və yarımton orijinalların təkrar çaplanması prinsipini; klişelərin keyfiyyətinə verilən texniki tələbləri; boyaların nömrələrini və tərkibini; kağızın çeşidlərini və xassələrini; yüksək çap formaları hazırlanması prosesi barədə ümumi məlumatları; korrektura-çap dəzgahların tənzimlənməsi üsulları.

 

§ 24. Yüksək çap sınaqçısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Dərinləşdirmədən, korrektura aşındırmasından sonra klişedən və fotopolimer formalardan çoxrəngli çap üçün sınaq və şkala ottisklərinin çıxarılması. Lazımi rəng çalarlı boyağın tərtib edilməsi.

Kerroktura-çap dəzgahlarında sadə tor layihələrinin, mətnin və nömrələri, literləri, seriyaları, sətirləri və s. dəyişən aztirajlı materialların çap edilməsi.

Təbaşirli kağızda, ofset və dərin çap mətn formaları üçün şəffaf plyonkalarda ensiklopedik və yüksək bədii nəşr formalarından, dolğun klişelərdən, səhifələrin müxtəlif düzülmə variantlarında ottisklərin alınması.

Bilməlidir: çoxrəngli orijinalların təkrar çaplanması prinsipi; çoxrəngli çap üçün klişelərin və fotopolimer formaların keyfiyyətinə verilən tələbləri; çap vaxtı boyaların qarışdırılması üsullarını və çəkilməsi qaydalarını; çoxrəngli işlərin düzəldilməsi və çapının xüsusiyyətləri

 

§ 25 Yüksək çap sınaqçısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Korrektura-çap dəzgahlarında toplarla, assure xətləri və digər gilyoşir və naxış çap ünsürnləri ilə dolğun olan çoxrəngli layihələrin, habelə klişe və fotopolimer formalarından yüksək bədii və muzey materiallarının çap edilməsi.

Bilməlidir: gilyoşir və naxış ünsürlərindən ibarət formaların, eləcə də fotopolimer formaların yüksək bədii və muzey materialları klişelərinin keyfiyyətinə verilən tələbləri; nömrələyici aparatların sistemlərini və onların tənzimlənməsi üsullarını.

 

§ 26. Yastı çap sınaqçısı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Təsvirin filiqron (su nişanlı) kağızdan məmulata keçirilməsi. Daha yüksək ixtisaslı sınaqçının rəhbərliyi altında ofset formaların hazırlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Bilməlidir: filiqran (su nişanlı) kağızın hamarlanması və çıxarılması üsullarını; çap olunmuş yazılara verilən texniki tələbləri; təsvirlərin keçirilməsində zay hallarının qarşısının alınması üsullarını.

 

§ 27. Yastı çap sınaqçısı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Litoofset formaların hazırlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Litoqrafiya daşında, yaxud metal lövhələrdə hazırlanmış orijinal formalardan köçürmə kağızında qara ottisklərin alınması. Ottisklərin yerləşdirilməsi və onların qovluqlara sancılması, rəsmin qara ottisklərdən litoqrafiya daşına və ya metal lövhəyə köçürülməsi.

Köçürmə üçün boyağın tərtib edilməsi. Dəzgahın işinin yoxlanması. Formanın qüsurlarının düzəldilməsi. Tənzimləmə. Dəzgahın təmizlənməsi və yağlanması.

Dəzgahda daş orijinaldan ottisk almaq yolu ilə dekol yapmalarının (surətlərinin) hazırlanması. Orijinal daşının dəzgahın talerinə qoyulması və yuyulması. Daha yüksək ixtisaslı sınaqçının rəhbərliyi ilə rəsmlərin köçürülməsi üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Bilməlidir: nəşrlərin formatlarını; səhifələrin bölüşdürülməsi normalarını; tipoqrafiya ölçmə sistemini; Yastı çapda aralıq və çap ünsürlərinin yaradılması prinsipini; köçürmə kağızlarına, boyaqlara və qara ottisklərə verilən texniki tələbləri; xüsusi nəşrlər (not, xəritə və s.) yerinə yetirilərkən rast gəlinən xüsusi terminləri və işarələri; formalıq materialların xarakteristikasını səthlərinin hazırlanmasına verilən tələbləri; alətlərin təyinatını və onlardan istifadə etmək qaydalarını; formaları dəqiqləşdirmək üsullarını.

Yapmalara naxış basılması, punktirlərin və oymaların yerlərində saxlanması qaydalarını; dekola verilən texniki tələbləri.

 

§ 28. Yastı çap sınaqçısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Dəzgahda birrəngli və çoxrəngli çapın maşın formalarından sınaq ottisklərinin (birrəngli və birləşdirilmiş) alınması. Çap sınağı işə hazırlanması. Çərçivənin (dekol) qoyulması, talerlərin düzgün qoyulmasına nəzarət. Lazımi təzyiqin müəyyən edilməsi. Nəmləşdirmə və boyaq aparatlarının işə hazırlanması. Materialların və formaların hazırlanması. Ön və yan dayaqların qoyulması. Dəzgahın işinin yoxlanması və nasazlığın aradan qaldırılması.

Formaların hamarlanıb düzəldilməsi. Aralıq ünsürlərdə — hidrofil, çap ünsürlərində - hidrofab xassələr yaradılması. Boyağın çəkilməsi. Sınaq ottisklərinin alınması. Formaya qoruyucu kolloid qatın çəkilməsi. Formanın qurudulması.

Ofset çal sınağı dəzgahında sadə nəşrlərin çapı.

Daha yüksək ixtisaslı sınaqçı ilə birlikdə çoxrəngli çap üçün orijinal formalardan sınaq ottiskləri çıxarılması.

Test-obyektlərdən və densitometrdən istifadə etməklə sınaq ottisklərinin keyfiyyətinə nəzarət olunması.

Bilməlidir: istənilən üsulla linoofset formaların hazırlanmasının texnoloji prosesimi; çap formalarına, valcıqlara və materiallara verilən texniki tələbləri; çap kağızının, çap və köçürmə boyaqlarının xüsusiyyətlərini; formaların işlənməsi üçün məhlulların reseptlərini; dekol ottisklərinə verilən texniki tələbləri; keramika boyaqlarının və onları əridicilərin xassələrini; densitometrlə iş qaydasını; ofset çap sınağı dəzgahının tənzimlənməsi üsullarını.

İşə aid misallar:

1. Təsvirlərin ölçüləri 45x60 sm-dək olan redaksiya ottisklərinin çapı.

2. Bir və çoxrəngli maşın formalarından sınaq ottisklərinin çapı.

3. Təsvirlərin ölçüləri 45x60 sm-dək olan aztirajlı materialların çapı.

4. Birrəngli işlər çapı.

5. Formalar — hamarlama və düzəltmə işləri.

 

§ 29. Yastı çap sınaqçısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Birrəngli və çoxrəngli orijinal çap formalarından korrekturaya qədər və ondan sonra rəngləri sadə surətdə uyğunlaşdırmaqla normal şəraitdə sınaq ottisklərinin (birrəngli və uyğunlaşdırılmış) alınması.

Daşın səthindəki təsviri qaz alovu ilə yandırıb emal etməklə dekol təsvirin daş orijinalından kağıza və kağızdan daşa köçürülməsi. Sınaq ottisklərinin alınması. Ottisklərə boyaq vurulması. Rəng seçərkən boyaq dozalarının hesablanması. Təsvirin pasportunun tərtib edilməsi.

Redaksiya korrekturası üçün xəritələrin və aztirajlı işlərin ottisklərinin ofset sınaq çapı dəzgahında çap edilməsi. Nəşr edilmiş xəritələrin ottisklərinə “xüsusi qeydlərin” çaplanması.

Bilməlidir: çoxrəngli orijinalların təkrar alınması prinsipini; neqativlərin, diapozitivlərin və formaların korrektura (təshih) edilməsi üsullarını; boyaq üçlüyünü; çap vaxtı boyaqların vurulması qaydasını və onların qarışdırılması üsullarını; üçlüyü təşkil edən boyaqların optik sıxlıq formalarını.

İşə aid misallar:

1. Dekolun sınaq ottiskləri çapı.

2. Korrekturayadək və ondan sonra formadan sınaq ottiskləri çıxarılması.

3. Xüsusi məlumat, markalar, markalı açıqcalar, zərflər və yüksək bədii işlər (ensiklopedik nəşrlərə, atlaslara və s. əlavə yapışdırılan təsvirlər) üçün maşın formalarından sınaq ottisklərinin (eyni zamanda emalı və işlənməsilə) çapı.

4. Ölçüləri 45x105 sm-dək olan təsvirlərin redaksiya ottisklərinin çapı.

5. Təsvirlərin ölçüləri 45x60 sm-dən artıq olan aztirajlı işlər — çap edilməsi.

6. Çoxrəngli işlər — çal edilməsi.

 

§ 30. Yastı çap sınaqçısı

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Yüksək dərəcədə bədii işlər və xüsusən dəqiq icrası tələb olunan işlər üçün orijinal formalardan normal şəraitdə sınaq ottisklərinin alınması.

Daş üzərindəki orijinal təsvirləri çoxaltmaq yolu ilə maşın formaları üçün köçürmələr hazırlanması.

Orijinal formadakı çatışmayan ştrix və təsvirlərin bərpa olunması. Orijinal formalar kitabxanasına rəhbərlik.

Bilməlidir: rəngşünaslığın ünsürlərini (rənglərin analizi və sintezi haqqında anlayışları); daimi saxlanılan ottisk-dublikatların keyfiyyətinə verilən tələbləri.

İşə aid misallar:

1. Bütün miqyaslarda olan xəritələrin daimi saxlanan ottisk-dublikatları.

2. Viniprozda, liderində və s. çıxarılmış ottisklər.

3. Kağız, pul, marka və s. ottiskləri.

4. Kiçikmiqyaslı xəritələrin, atlasların, çoxrəngli bədii etiketlərin, fəxri fərmanların və s. orijinal formalarının sınaq ottiskləri.

5. Təsvirlərin ölçüləri 45x105 sm-dən artıq olan redaksiya ottiskləri.

 

§ 31 Korrektor

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Bütün növlərə aid yazıların təkrar oxunması. Daha yüksək ixtisaslı korrektorun rəhbərliyi ilə ottiskdə orijinala və naborun texniki qaydalarına uyğun düzəlişlər edilməsi.

Mürəttibin koranə yığdığı tərkibində işarələr və əncəbi sözlər olan sadə mətnin, habelə müxtəlif terminlər, rəqəmlər və düsturlar olan mətnin oxunması.

Bilməlidir: xarici dillərin əlifbalarını; MDB ölkələri xalqlarının əlifbalarını, onların yazı qaydalarını (orfoqrafiyasını) və durğu işarələrinin qoyulması (punktuasiya) qaydalarını; topoqrafiya ölçü sistemini; standart korrektura işarələrini; müxtəlif qarniturlu şriftlərin fərqləndirici əlamətlərini; mətni yığmağın texniki qaydalarını; Brayl əlifbasını və yazının Marburq sistemini; düsturları Brayl üzrə yazmağı.

Mürəttibin koranə yığdığı mətnin oxunması.

1. Kütləvi-siyasi və elmi-kütləvi ədəbiyyat.

2. Bədii ədəbiyyat (nəsr, nəzm, dramatik əsər).

3. İbtidai siniflər üçün riyaziyyat dərslikləri.

4. Ədəbiyyat, tarix, coğrafiya, anatomiya, botanika və s. dərslikləri.

 

§ 32. Korrektor

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Tərkibində ayrı-ayrı əcnəbi sözlər, rəqəmlər, digər şəkilli şriftlərlə (kursiv, yarımqara şrift) fərqləndirmə və seyrəldilmələr olan tipoqrafiya naboru ottisklərində düzəlişlər edilməsi. Ottisklərin oxunması. Orijinala və naborun texniki qaydalarına uyğun düzəlişlər edilməsi.

Mürəttibin koranə yığdığı tərkibində xarici dildə yazılmış ifadələr olan çətin mətnin, rəqəmli mürəkkəb materialların, cədvəllər, xülasələr və notların oxunması.

Bilməlidir: Şriftlərin, aralıq oünsürlərin və xətlərin standartlarını, mətnin, cədvəllərin, xülasələrin, aksident formaların (xırda işlərin) düzəldilməsinin texniki qaydalarını; əcnəbi (MDB ölkələri) dillərin yazı (orfoqrafiya) və durğu işarələrinin qoyulması qaydalarını; riyaziyyat və kimya işarələrini; notları və onları Brayl üzrə yazmağı.

İşə aid misallar:

Nabor ottisklərinin təshih edilməsi.

1. Dəftərxana tipli cədvəllər.

2. Kiçik oksident və afişa-plakat formaları.

 Mürəttibin koranə yığdığı mətnin oxunması.

1. Şahmat-dama oyunlarına aid ədəbiyyat.

2. Orfoqrafiya lüğətləri, məcəllələr, əlifba kitabları.

3. Xarici dillər üzrə tədris vəsaiti, xarici dil lüğətləri.

4. Müxtəlif çalğı alətləri üçün mətnli və mətnsiz (not) musiqi əsərləri.

5. Klassiklərin əsərləri.

6. Riyaziyyat, həndəsə, kimya, fizika dərslikləri.

7. Xarici dil dərslikləri.

 

§ 33. Korrektor

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Tipoqrafiya naborunun, fotonabor maşınları hərf-rəqəm çaplayan tərtibatların (HRÇT), elektron-hesablama maşınlarının, teletaypın və başqa belə avadanlıqların ottisklərindən, diapozitiv surətlərindən tərkibində az miqdar xüsusi terminlər, cürbəcür şrift fərqlənmələri (baş hərflər, açıq və yarımqara kürsivlər, düzxətli yarımqara və qara şriftlər) və qeyri-şrift fərqlənmələr (seyrəkləşdirmə, böyütmə, pilləli nabor) olan mətnlərin təshih edilməsi.

Səhifəni quraşdırmazdan (bağlamazdan) əvvəl mətnin diapozitivlərinin hərf-rəqəm çaplayan tərtibatın (HRÇT) ottiskləri ilə tutuşdurulması.

Tərkibində azacıq rəqəmli materiallar, əlifbası latın qrafikli dillərdəki sözlər olan Brayl naborundan (relyefli nabor), habelə müxtəlif texniki terminli mətnlərdən çıxarılmış ottisklərin təshih edilməsi.

Bilməlidir: latın və milli əlifbaları, yunan əlifbasını; müxtəlif qarniturlara və qrafiki formalara aid şriftlərin şəklini; kitab-jurnal və qəzetlərdə səhifəbağlama qaydalarını; naborun proqramlaşdırılması üzrə komandaların işarələnməsini.

İşə aid misallar:

Mətnin nabor və HRÇT ottisklərinin, diapozitiv surətlərinin təshih edilməsi.

1. Rayon, fabrik-zavod, kolxoz qəzetləri və bu tipli qəzetlər.

2. Kütləvi-siyasi və elmi-kütləvi ədəbiyyat, kənd təsərrüfatına, bədii və uşaq ədəbiyyatına aid əsərlər, şerlər.

3. Sığorta şəhadətnamələri, məxaric cədvəlləri, afişa-plakat aksident (xırda iş) formaları, dəftərxanaçılıq cədvəlləri.

 

§ 34. Korrektor

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Tipoqrafiya naborunun, fotonabor maşınları hərf-rəqəm çaplayan tərtibatların (HRÇT), elektron-hesablama maşınlarının, teletaypın və başqa belə avadanlıqların ottisklərindən, diapozitiv surətlərindən tərkibində çoxlu xüsusi terminlər, bir neçə müxtəlif əlifbaların şriftləri, kimya və astronomiya işarələrindən ibarət qarışıqlar, qısaldılmış adlar, bir sətirli riyaziyyat və kimya düsturları, fonetik transkripsiya işarələri, birsətirdə ikidən artıq müxtəlif şəkilli şriftlər olan mətnlərin, habelə xarici dildəki mətnin təshih edilməsi.

Aksident-blank işlərinin və afişa-plakat formaları üzrə xırda işlərin çapından əvvəl şkalaların, svodkaların (axırıncı düzəlişin) və icra vərəqəsinin nəzarətlə oxunması.

Maşın svodkasının obkladka ilə, kitab-jurnal və təsviri məmulatların ofset və dərin çap üsullarında isə imzalanmış korrektura ilə tutuşdurulması.

Tərkibində çoxlu əcnəbi sözlər, rəqəmlər, mürəkkəb material, düsturlar, notlar və s. olan çətin mətnli Brayl naboru ottisklərinin təshih edilməsi.

Not lövhələrindən, yaxud kağızda ştamplanmış not və mətn orijinallarından çıxarılan ottisklərin təshih edilməsi, eləcə də not naborlarının müəllifin əl-yazması ilə tutuşdurulması və mətni rus və latın qrafikli əlifbalarla MDB dillərində olan sadə musiqi əsərlərinin; uşaq musiqi məktəbləri üçün bayan, gitara, skripka, fortepiano və fortepianonun müşayiəti ilə müxtəlif çalğı alətlərində ifa olunan əsərlərinin; nəfəsli alətləri, simfonik orkestr və xalq çalğı alətləri orkestri üçün səsə ifa olunan əsərlərin, romansların, mahnı məcmuələrin və s. naborlarında işarələrin əvəz edilməsi.

Ayırıcı retuşun keyfiyyətinin — ilkin kartoqrafik materiallar üzrə, düzəlişlərin dəqiqliyinin isə neqativlərdəki nəşriyyat qeydləri üzrə yoxlanması.

Bilməlidir: mürəkkəb naborda tətbiq olunan riyazi, kimyəvi, astronomik və digər işarələri; notların yazılışı qaydalarını, musiqinin elementar nəzəriyyəsini; solfecionu; müxtəlif musiqi əsərləri üçün not yazılışının xüsusiyyətlərini; latın, yunan və xüsusi qrafika əsaslı şriftləri; səhifələrin düzülüşü qaydalarını; nəşriyyatların texniki sənədlərinin siyahısını və korrektura sənədlərini; Brayl üzrə notların yazılması qaydasını; topoqrafik və xüsusi xəritələrin qrafalanması sistemini və şərti işarələrini; rəngli ottisklərdə şərti işarələrin təsvirini; tökmə və ayırıcı retuş maketlərini; kartoqrafiya şriftlərinin şəkillərini.

İşə aid misallar.

Mətnin nabor və HRÇT ottisklərinin, diapozitiv surətlərinin təshih edilməsi.

1.    Xəstəlik vərəqələri, bədii zərflər (konvertlər).

2.    Mərkəzi və vilayət qəzeti tipli qəzetlər.

3.    Tədris-metodiki ədəbiyyat, dram əsərləri.

4.    Kitab-jurnal cədvəlləri, 8-dək siniflər üçün fizika, kimya, riyaziyyat dərslikləri, sadə elmi-kütləvi ədəbiyyat.

 

§ 35. Korrektor

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Tipoqrafiya naborunun, fotonabor maşınları hərf-rəqəm çaplayan tərtibatların (HRÇT), elektron-hesablama maşınlarının, teletaypın və digər belə avadanlıqların ottisklərindən, diapozitiv surətlərindən mürəkkəb ədəbiyyat növlərinə, eləcə də xarici dillərdəki bütün ədəbiyyat növlərinə aid mətnlərin təshih edilməsi.

Obkladkadan sonra, matrisa düzəltməzdən əvvəl qəlib svodkalarının, montajdan sonra stereotip svodkalarının nəşriyyatın çapa imzalanmış korrekturası ilə tutuşdurulması.

Not lövhələrindən, yaxud kağızda ştamplanmış not və mətn orijinallarımdan çıxarılan ottisklərin təshih edilməsi, eləcə də not naborlarının müəllifin əlyazması ilə tutuşdurulması və tərkibində gürcü və s. xüsusi qrafikalı dillərdə yazılmış mətn olan mürəkkəb musiqi əsərlərinin: səs, orkestr və fortepiano, klavir, opera, direksion, partitura, böyük simfonik və nəfəs alətləri orkestrləri üçün əsərlərin naborlarında işarələrin əvəz edilməsi.

Daimi saxlanılan ottisk-dublikatların ştrixlərin keyfiyyəti üzrə və məzmunca təshih edilməsi.

Bilməlidir: mövcud olan arayış ədəbiyyatından və lüğətlərdən istifadə qaydalarını; harmoniyanı, instrumentovkanı; partituranı oxumağı; xüsusi qrafik formalı şriftləri; çap formalarının, tiraj ottisklərinin və daimi saxlanılan ottisk-dublikatların keyfiyyətinə verilən tələbləri; çap üçün boyağın çəkilməsi qaydasını; müxtəlif liniaturlu torları və tökmələri uyğunlaşdırmaqla rənglərin yaradılması prinsipini. Orta ixtisas təhsili tələb olunur.

İşə aid misallar

Mətnin nabordan və HRÇT ottisklərinin, diapozitiv surətlərinin təshih edilməsi.

1. Kağız pullar, xüsusi buraxılışlı markalar, Dövlət Bankının çekləri, Dövlət sığorta şəhadətnamələri, Dövlət mükafatı diplomları, pasport-partiya sənədləri,

2. Lotereya biletlərinin, “İnsan anatomiyası atlası”, “Palex” tipli yüksək bədii nəşrlərin ofset formalarının ottiskləri.

3. Bradis cədvəlləri, texniki orta ixtisas və ali məktəblər üçün fizika, riyaziyyat, kimya dərslikləri, elektronika, raket texnikası üzrə dərsliklər, mürəkkəb elmi-texniki ədəbiyyat, xarici dil və ensiklopediya lüğətləri.

 

§ 36. Klişe düzəldən

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Klişenin işlənməsi və altlığa bərkidilməsi. Lövhələrin ayrı-ayrı klişelərə kəsilməsi və doğranması. Ştrixli klişelərdən aralıq qüsurlarının, rastrlardan çap yerlərin çıxarılması. Deşiklərin açılması. Altlıqların hazırlanması. Klişenin altlığa bərkidilməsi. Taxtanın kənarlarının kəsilməsi. Baş-başa calanması. Dəzgahların təmizlənməsi və yağlanması. Frezerlərin, kəsici tiyələrin itilənməsi.

Bilməlidir: yüksək çapda ştrix və yarımton orijinalların təkrar çap edilməsi prinsipini; ştrix və rastr klişelərin işlənməsinin xüsusiyyətlərini; klişe və altlıq düzəltmək üçün işlədilən metalların, xəlitələrin, müxtəlif ağac növlərinin və s. materialların əsas xassələrini; frezer və kəsici tiyələri itiləmək üsullarını; yankəsən (faset), frezer, dəlmə və yonma dezgahlarını tənzimləmək üsullarını.

 

§ 37. Klişe düzəldən

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Kombinasiya edilmiş klişelərin, eləcə də çoxrəngli çap üçün cildlərin, əlavələrin mürəkkəb montajından ibarət klişelərin işlənib hazırlanması. Klişedə guşələrin və mətn üçün “pəncərələrin” kəsilib çıxarılması. Rastr klişelərdə aralıqların və fonun frezerlənməsi. Qalvanik stereotiplər hazırlamaq üçün rastr klişelərin işlənməsi.

Bilməlidir: çoxrəngli çapın əsas prinsiplərini; çoxrəngli çap üçün klişenin işlənməsinin xüsusiyyətlərini, rənglərin uyğunlaşdırılmasında yol verilən sapmaları.

 

§ 38. Klişe aşındırıcı

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Klişenin aşındırılmasına hazırlıq işlərinin yerinə yetirilməsi. Surətlərə nəzarət edilməsi və retuşlanması. Surətin arxa üzünün turşuyadavamlı lakla örtülməsi. Nəzarət şkalasının və xaçvari nişanların çəkilməsi, surətin qızdırılması, düzəldilməsi və soyudulması. Aşındırıcı məhlulların reseptlər üzrə tərtib edilməsi. Klişedən boyaq və emalın yuyulub təmizlənməsi. Aşındırma maşını və vannalarının təmizlənməsi.

Şüşə lövhələrin, metal formaların və plastik fotoformaların təkrar istifadə üçün aşındırılması.

Bilməlidir: ştrix və rastr klişelərin aşındırılmasının əsas prinsiplərini; tətbiq edilən materialların və məhlulların xarakteristikalarını; aşındırma maşınları və vannalarının quruluşunu və istismarı qaydalarını.

 

§ 39. Klişe aşındırıcısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Birrəngli çap üçün iri ştrixli ünsürləri və sərbəst tərzdə ifa edilmiş şəkillər olan ştrix klişelərinin aşındırılması. Sınaq üçün çaplama. Təshih düzəlişləri edilməsi.

İri ştrix ünsürlü firma nişanlarının aşındırılması və qaraldılması.

Kinofilmlərin dublyaj edilməsi üçün matrisa subtitrlərinin aşındırılması.

Bilməlidir: yüksək çapda ştrixli orijinalların təkrar alınması prinsipini; tipoqrafiya ölçmə sistemini; boyağa və işlədilən digər materiallara verilən texniki tələbləri; məhlulların reseptlərini və onları tətbiq etməyi; ştrixli klişeləri aşındırma rejimlərini; çap prosesi haqqında ümumi anlayışları.

 

§ 40. Klişe aşındırıcısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Təkrəngli çap üçün xırda ştrix ünsürlü — ştrix və liniaturu 54 xət/sm-dək olan rastr klişelərin aşındırılması.

Çoxrəngli çap üçün surətlərdə təmizləmə aparmaqla ştrixli klişelərin və sadə cildlər, reklam xarakterli plakatlar və s. tilli nəşrlər üçün 48 xət/sm-dək liniaturlu rastr klişelərin aşındırılması.

Hər cür ştrixli klişelərin, təkrəngli çap üçün 54 xət/sm-dək rastr klişelərin aşındırılması və emulsiya ilə aşılama maşınlarında xırda formaların aşındırılması.

Xırda ştrix ünsürlü firma nişanlarının aşındırılması və qaraldılması.

Bilməlidir: yüksək çapda yarımton və çoxrəngli orijinalların təkrar alınması prinsipini; rastrların növünü və liniaturunu; rastr klişelərin və çoxrəngli çap üçün klişelərin aşındırılması rejimlərini; oyma prosesləri barədə ümumi məlumatları; emulsiya ilə aşındırma rejimlərini; emulsiya ilə aşındırma maşınının iş prinsipini.

 

§ 41. Klişe aşındırıcısı

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Birrəngli çap üçün 54 xət/sm-dən artıq liniaturlu klişelərin və böyük ensiklopediya, yüksək bədii albomlar, yubiley monoqrafiyaları və s. kimi xüsusən məsuliyyətli nəşrlər üçün 54 xət/sm-dək liniaturlu klişelərin aşındırılması.

Çoxrəngli çap üçün 48 xət/sm-dən artıq liniaturlu; məsuliyyətli və yüksək bədii nəşrlər üçün 48 xət/sm-dək liniaturlu klişelərin aşındırılması. Birrəngli çap üçün liniaturu 54 xət/sm-dən artıq olan rastr klişelərin və çoxrəngli çap üçün klişelərin emulsiya ilə aşındırma maşınında aşındırılması.

Dövlət pul nişanları ilə əlaqəli xüsusən məsuliyyətli işlər üçün bürüncdə, misdə tipoqrafiya-ofset formaların hazırlanması.

Lazımi hallarda muzeylərə getməklə, çoxrəngli çap üçün klişelərin təshih edilməsi.

Bilməlidir: çoxrəngli çap üçün klişelərin aşındırılması rejimlərini; çoxrəngli orijinalların təkrar alınması prinsipini; rəngşünaslığın ünsürlərini (rənglərin analizi və sintezi haqqında anlayışları); boyaqların qarışdırılması qaydalarını; şəkilli və çoxrəngli çap üçün kağızın çeşidlərini; emulsiya ilə aşındırma maşınının əsas qovşaqlarının quruluşunu və onların tənzimlənməsi qaydalarını.

 

§ 42. Litoofset qəliblərinin cilalayıcısı

 

3-cü dərəmə

İşin xüsusiyyəti. Litoqrafiya daşlarının və lövhələrin cilalayıcı maşınlarda, dəzgahlarda və əllə cilalanma və dənəvərləşdirilməsi. Məhlullar hazırlanması. Litoofset formalardan boyaq və kolloidlərin kənar edilməsi. Təzə və istifadə olmuş lövhələrin və litoqrafiya daşının yağsızlaşdırılması. Dəzgahın işimin yoxlanması. Dənəvərləşdirmə rejiminin seçilməsi. Lövhələrin yuyulması və qurudulması. Keyfiyyətə nəzarət.

Bilməlidir: forma materiallarının növlərini və onlara verilən texniki tələbləri; abraziv materialların növlərini və təyinatını; dənəvərləşdirməzdən əvvəl müxtəlif forma materiallarının emalı üsullarını; istifadə edilən məhlulların tərkibini və xassələrini; dənəvərləşdirmə rejimlərini; dənəvərləşdirmə zamanı baş verən zayolma hallarının növlərini və onların aradan qaldırılması üsullarını; cilalama maşınlarını tənzimləmək üsullarını.

 

§ 43. Məmulat üzərinə naxış vuran

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Sınaq lövhələrində nümunələr üzrə tor və haşiyələrin düzəldilməsi və onların “Vaqner” sistemli maşınla mis, şüşə və digər materialdan olan forma lövhələrinə keçirilməsi; düzxətli maşında Horizontal, şaquli və kəsişən xətlərin lövhələrə keçirilməsi. Gilyoş çəkməzdən əvvəl lövhəyə boyaqdan astar çəkilməsi. Orijinal ştempellərin sadə ünsürlərinin yaradılmasında iştirak etmək. Maşınların tənzimlənməsi.

Bilməlidir: düzxətli və “Vaqner” sistemli maşınların əsas qovşaqlarını tənzimləmək üsullarını; lövhəyə astar çəkmək üsullarını; orijinal ştempellərin hazırlanması texnologiyasını.

 

§ 44. Məmulat üzərinə naxış vuran

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Rəssamın eskizləri, albomdakı nümunələr və öz kompozisiyası üzrə sınaq lövhələrində tor, rozet, haşiyə, korro və assüre yaradılması, onların mis, şüşə və digər materiallardan olan qəlib lövhələrinə və “Konqro”, “Pellaqudel” sistemli, Habelə yastı, relyefli və düzxətli gilyoş maşınlarında, əlavə cihazlardan istifadə edilmədən keçirilməsi. Orijinal ştempellərin mürəkkəb ünsürlərinin yaradılmasında iştirak etmək. Maşınların tənzimlənməsi.

Bilməlidir: bütün sistemlərdən olan gilyoş maşınlarının əsas qovşaqlarını tənzimləməyi; astar materiallarının tərkibini və xassələrini.

 

§ 45. Məmulat üzərinə naxış vuran

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Rəssamın eskizləri, həm də öz kompozisiyası üzrə sınaq lövhələrində gilyoş şəkillərin kontur və cizgilərinin yaradılması, onların mis, şüşə və digər materiallardan olan forma lövhələrinə müxtəlif quruluşlu gilyoş maşınlarında torlu, çövrəli (oval) və başqa cihazlardan istifadə edilməklə keçirilməsi. Verilən kompozisiyanın icrasının hesablanması və maşının bu iş rejiminə qoyulması. Orijinal ştempellərin xüsusən mürəkkəb ünsürlərinin yaradılmasında iştirak etmək.

Bilməlidir: torlu, çövrəli (oval) və digər cihazlarla işləmək texnikasını; verilmiş kompozisiyanı düsturlardan istifadə etməklə hesablamaq metodlarını.

 

§ 46. Montajist

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Nabor-çap maşınlarında çap edilmiş sadə mətn, cədvəl və xülasə səhifələrinin düzəldilməsi, bağlanması və tərtib (montaj) edilməsi. Vərəqlərin nişanlanması. Mətnin, şəkillərin, sərlövhələrin kəsilməsi. Səhifələrin nişanlanmış vərəqlərə yapışdırılması Maketin fotoşəklini çəkmək üçün hazırlanması.

Bilməlidir: nəşr formatlarını və səhifələrin bölgü-nisbət normalarını; tipoqrafiya ölçüləri sistemini; mətnin naboruna, düzəlişinə verilən tələbləri; kitab-jurnal məmulatı səhifələrinin bağlanması qaydalarını; kitab-jurnal məmulatı maketlərinin hazırlanması qaydalarını.

 

§ 47. Montajist

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Nabor-çap maşınlarında basılmış və tərkibində riyazi və kimyəvi düsturlar, astronomiya və s. işarələr, mürəkkəb cədvəl və xülasələr olan mətnli səhifələrin düzəldilməsi, bağlanması və tərtib (montaj) edilməsi.

Xırda mətnli əlavələri olmayan plakat tipli nəşrlərin, eləcə də fotonaborun bağlanmış mətn səhifələrinin neqativ və pozitivlərinin maket üzrə müxtəlif şəffaf əsaslarda birrəngli çap üçün tərtiblənməsi. Neqativlərin, yaxud pozitivlərin seçilməsi və ölçülərinin yoxlanması, düzəldilməsi, kənarların format üzrə cızılması və kəsilməsi. Şəffaf əsasda nəzarət qovluğunun maket üzrə cızıqlanması. Əsasın nişanlanması, Mətnin, şəklin diapozitiv, yaxud neqativlərinin əsasın üzərinə qoyulması və bərkidilməsi. Sətirlərin tuşluğuna, vərəqin kəsilməsinə və qatlanmasına nəzarət üçün işarələrin qoyulması, Tərtibatın (montajın) haşiyələnməsi və pasportun yapışdırılması, montajın (tərtibatın) əsasından bütün miqyaslarda olan topoqrafik xəritələrin pozitivlərinin (neqativlərinin) çıxarılması və onların nomenklatura üzrə yerləşdirilməsi.

Bilməlidir: səhifələrin düzəlməsi variantlarını, riyazi, astronomik və s. işarələri; montaj (tərtibat) üçün işlədilən şəffaf əsasların və başqa maddələrin xarakteristika və xassələrini; mətn, ştrix və rastr neqativ və pozitivlərinin keyfiyyətinə verilən texniki tələbləri; çap edilmiş məhsulun kəsilməsi qaydalarını; fotokeramika üçün montaj hazırlamaq üsullarını; yastı və dərin çap prinsiplərini; surətçıxarma tərtibatının işləmə prinsipini.

 

§ 48. Montajist

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Nabor-çap maşınlarında çap edilmiş və tərkibində çoxlu düsturlar olan mətn naboru səhifələrinin düzəldilməsi, bağlanması və tərtib (montaj) edilməsi. Xırda mətnli əlavələri olan nəşrlərin — birrəngli çap üçün və iri təsvir ünsürlü çoxrəngli nəşrlərin neqativ və pozitivlərinin maket üzrə şəffaf əsasda tərtib (montaj) edilməsi.

Çevirməklə iki rəngdə çap üçün neqativ və diapozitivlərin tərtib edilməsi.

Şəffaf əsasda və bunsuz fotonabor mətn səhifələrinin, şəkilləri haşiyələmədən bir sütunda düzəldilməsi və bağlanması.

Bağlanmış fotonabor mətn səhifələrinin şəkillərlə montaj edilməsi. Rəngli ünsürləri uyğunlaşdırmaqdan ötrü tələb edilən orijinal yastı çap qəlibləri üçün maket olmadan diapozitivlərin montajı.

Rəngli surətçıxarma metodu ilə montaj etmək.

Çoxrəngli işlər üçün nəzarət qovluğunun cızıqlanması. Mətn, şəkil diapozitivlərinin əsasın üzərinə qoyulması və bərkidilməsi. Ünsürlərin uyğunluğunun yoxlanması. Surətçıxarma-çoxaltma maşını üçün çərçivə qoyulmasının hesablanması.

Bilməlidir: yastı və dərin çapda çoxrəngli orijinalların təkrar alınması prinsipini; çoxrəngli maşının çapı üçün rənglərin uyğunlaşdırılmasında yol verilən sapmaları; surətçıxarma-çoxaltma maşınında təsvirlərin çoxaldılması prinsipini; surətçıxarma-çoxaltma maşını üçün qoyulacaq çərçivənin hesablanması cədvəllərini; nabor, düzəliş və səhifəbağlama işlərinin texniki qaydalarını; səhifəbağlama işləri üzrə texniki sənədləri; kitab-jurnalda səhifəbağlamanın texniki qaydalarını; işlədilən materiallara verilən tələbləri; kitab məhsulatının rəsmiləşdirilməsi üzrə standartları; tipoqrafiya ölçüləri sistemini və onun metrik sistemə keçirilməsi qaydasını; şriftlərin qarniturunu.

 

§ 49. Montajist

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Xırda ünsürlü təsvirlər olan çoxrəngli nəşrlər üçün müxtəlif şəffaf əsaslarda neqativ və diapozitivlərin montaj edilməsi.

Çevirməklə üç və daha çox rəngdə çap üçün neqativ və diapozitivlərin montaj edilməsi, eləcə də neqativ və diapozitivləri uc-uca calamaqla montaj edilməsi,

Redaksiyanın göstərişlərinə uyğun olaraq, ölçü və məzmun üzrə və sonradan fotoşəklini çəkərkən miqyasın dəyişdirilməsini nəzərə almaqla süjet kadrlarının hazırlanması. Miqyasın dəyişdirilməsini nəzərə almaqla kadrların (rəngli fotodiapozitivlərin, Yaxud rəngli bölünmüş neqativlərin) yerləşdirilməsi üçün əsasın xətlənməsi. Verilmiş süjet üzrə kadrların kəsilməsi və əsas üzərinə yerləşdirilməsi.

Mətnin sıradan çap ediləcəyini nəzərə almaqla xarici ölkə jurnallarının çapı üçün mətn və şəkil formalarının montaj edilməsi.

Topoqrafik və xüsusi xəritələrin, kağız pul nişanlarının montajı. Təsvirin xətti ölçülərinin və topoqrafik xəritələrdə çərçivənin ölçülərinin dəyişdirilməsi. Deformasiya edilmiş təsvirlərin nəzəri ölçülərə çatdırılması.

Şəffaf əsasda və bunsuz birsütunlu fotonabor mətn səhifələrinin — şəkilləri haşiyələməklə, çoxsütunlu səhifələrin isə şəkilləri haşiyələmək və haşiyələmədən, üç və bundan artıq dublikatları olan səhifələrin, xarici və milli dildəki nəşrlərin, xüsusən mürəkkəb klassik nəşrlərin səhifələrinin düzəldilməsi və bağlanması, mürəkkəb cədvəl və xülasələrin bölünməsi (sökülməsi).

Bədii marka qrupları diapozitivlərinin montaj edilməsi.

Bilməlidir: rəngli diapozitivlərdən və neqativlərdən orijinal hazırlanmasının texnoloji prosesini; neqativləri və diapozitivləri təshih etmək üsullarını; çap vaxtı boyağı çəkmək qaydasını; topoqrafik və xüsusi xəritələrin qrafalanması qaydasını və şərti işarələrini; xəritə nəşrinin texnoloji prosesini; topoqrafik xəritədə trapesiya çərçivələri ölçülərinin təyin edilməsi üçün cədvəli; kağız pul nişanlarının neqativ və diapozitivlərini montaj etməyin xüsusiyyətlərini; milli əlifbanı, latın, yunan əsaslı şriftləri, xüsusi yazı formalı şriftləri; düstur və cədvəllərin yığılması və düzəldilməsinin texniki qaydalarını.

 

§ 50. Mürəttib (əl ilə düzücü)

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Hər cür naborun sökülməsi. Aralıq materialının və xətlərin seçilməsi, çeşidlənməsi və saxlanma yerlərinə yığılması, eləcə də əl və maşın naborlarının bütün növlərinin yenidən əridilməyə verilməsi.

Müxtəlif şriftlərlə (kursiv, yarımqara və s.) fərqləndirilmiş mətnin və oksident formaların seçilib şrift kassalarına yığılması.

Şrift kassalarına şrift tökülməsi, kassaların təmizlənməsi.

Bilməlidir: topoqrafiya ölçü sistemini; müxtəlif qarniturlu şriftlərin fərqləndirici əlamətlərini; aralıq materiallarının və xətlərin növlərini; nabor naxışlarının qruplarını; tipoqrafiya ərintisinin (xəlitənin) tərkibini; şrift kassalarının sxemini və nabor materiallarının saxlanması sistemini; şrift kassalarının təmizlənməsi üçün işlədilən cihazların quruluşunu və istismarı qaydalarını.

İşə aid misallar.

Sökmə.

1. Aksident nabor formaları.

2. Qəzet naboru formaları.

3. Sosial-iqtisadi, bədii, kütləvi-təşviqat və elmi-kütləvi ədəbiyyat naboru formaları.

 

§ 51. Mürəttib (əl ilə düzücü)

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Tərkibində az miqdar digər şəkilli şriftlər (kursiv, yarımqara və s.) və seyrəltmələrlə fərqləndirmə, rəqəmlər olan mətnin yığılması (naboru) düzəldilməsi. Sətirlərin əllə yığılması və ya sətirtökən nabor maşınında yığılmış sətirlərin sökülməsi; mürəkkəb hesablama tələb etməyən və ancaq nabor sətirlərindən və xətlərdən ibarət aksident formaların. yalnız üfqi, yaxud xətlərdən ibarət formaların düzəldilməsi.

Cədvəl və düstur naborlarının, habelə tərkibində müxtəlif əlifbalara mənsub çoxlu şriftlər və riyaziyyata, kimyaya, astronomiyaya aid xeyli miqdarda işarələr, digər işarələr və qısaltmalar olan mətn naborunun sökülüb müvafiq kassalarda ayırd edilməsi.

Korrektura ottisklərinin toplanması.

Düzəldilmədən əvvəl qrankaların komplektləşdirilməsi.

Sətirtökən maşın naboru qrankalarını düzəldərkən sətirlərin əvəz edilməsi.

Bilməlidir: orfoqrafiya və durğu işarələrinin qoyulması (punktuasiya) qaydalarını; mətn orijinallarını nişanlamağın texniki qaydalarını; mətni və kiçik aksident formaları yığmağın texniki qaydalarını; standart korrektura işarələrini, riyazi və kimyəvi işarələri; metrik ölçü vahidlərinin qısaldılmış işarələrini; latın və yunan əlifbalarını.

İşə aid misallar

Yığma və düzəltmə.

1. Qəzetlər.

2. Kütləvi-siyasi, kənd təsərrüfatı, bədii və uşaq ədəbiyyatı, şer, rəqəm sütunları naboru qrankaları və səhifələri (zolaqları).

3. Kiçik aksident formaları; dəvətnamələr, qaimələr, proqramlar, hesab kağızları, anketlər, ərizələr, arayışlar, zərflər, yarlıqlar, şəhər nəqliyyatı, kino, teatr, stadion biletləri.

Seçmək.

1.  Xarici dillərdə, texniki lüğətlər və referat jurnallarındakı texniki ədəbiyyat naborunun formaları

2.  Cədvəl və düstur naborlarının formaları.

 

§ 52. Mürəttib (əl ilə düzücü)

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Tərkibində xüsusi terminlər və riyazi, kimyəvi, astronomik və digər işarələr, bir sətirdə yazılan düsturlar müxtəlif növlü qarışıqlar, eləcə də müxtəlif şrift fərqlənmələri (adi, açıq və yarımqara, düz yarımqara, qara və qara kursivlər) və şriftsiz fərqlənmələr (seyrəltmə, pilləli nabor) olan mətnin yığılması (naboru) və düzəldilməsi.

Sətirlərin əllə yığılması və ya sətirtökən nabor maşınında yığılmış sətirlərin sökülməsi və mürəkkəb hesablama tələb edən nabor sətirlərindən və xətlərindən ibarət, yaxud cədvəlli aksident formaların düzəldilməsi.

Rayon qəzetlərinin qrankasız üsulla yığılması və düzəldilməsi.

Nabor qrankalarının bağlanmazdan əvvəl komplektləşdirilməsi.

Sətirtökən maşın naboru səhifələrini düzəldərkən sətirlərin əvəz edilməsi.

Bilməlidir: nəzm və dram əsərləri mətnlərinin yığılmasının texniki qaydalarını; cədvəllərin hesablanması qaydalarını; aksident formaların tərtib edilməsinin qrafiki metodlarını və texniki üsullarını; qəzetdə səhifə bağlamanın texniki qaydalarını; formaları çapa hazırlamağı.

İşə aid misallar.

Yığma və düzəltmə.

1.  Xülasələr.

2.  Elmi-kütləvi, tədris-metodik ədəbiyyat, dram əsərləri, pilləli sətirli şerlər (Mayakovskinin şerləri tərzli), xətaltı qeydlər, krontitulların, sərlövhələr, jurnal və qəzet elanlarının nabor qrankaparı və səhifələri.

3.  Dəftərxana cədvəlləri.

4.  Kiçik aksidensiya formaları: dəvətnamələr, qaimələr, bank çekləri, hesablar, orderlər, ödəniş tapşırıqları, müxtəlif ştempellər.

5.  Rayon tipli qəzet formaları (qrankasız üsulla).

6.  Elanlar, öhdəliklər və s. tipli formalar.

 

§ 53. Mürəttib (əl ilə düzücü)

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Tərkibində müxtəlif qarnitura və əlifbalara məxsus şriftlər, habelə kimyəvi və astronomik işarələr, qısaldılmış adlar, birsətirli riyazi və kimyəvi düsturlar, fotenik transkripsiya olan mətnin yığılması və düzəldilməsi.

Xarici dillərdə (Avropa dillərində) olan mətnlərin, kitab-jurnal cədvəllərinin, afişa-plakat və kitab-jurnal aksident formaların yığılması və düzəldilməsi.

Sadə növlü səhifəbağlama işlərinin icrası.

Sətirtökən nabor maşınlarında yığılmış kitab-jurnal cədvəllərinin sökülməsi və düzəldilməsi.

Sətirtökən maşında tökülmüş xülasə naborlarının düzəldilməsi.

Sətirtökən maşın naboru səhifələri düzəldilərkən sətirləri kəsərək sadə və xüsusi işarələr əlavə etməklə sətirlərin əvəz edilməsi.

Yoxlama və tutuşdurma nüsxələrinin maşında düzəldilməsi.

Bilməlidir: milli əlifbaları; latın və yunan qrafikli şriftləri; kitab-jurnal cədvəllərinin yığılması və düzəldilməsi qaydalarını; maşın naboru və klişeyə verilən texniki tələbləri; səhifəbağlamanın texniki sənədlərini; kitab-jurnallarda səhifəbağlamanın texniki qaydalarını.

İşə aid misallar

Yığma və düzəltmə.

1. Afişa-plakat aksidentləri; afişalar, plakatlar.

2. Kitab-jurnal aksidentləri: cildlər, titullar.

3. Dəmir yolu biletləri.

4. Elmi-texniki və arayış ədəbiyyatının, xarici dillər, texnika və ensiklopediya lüğətlərinin, fizika, kimya, riyaziyyat və qrammatika dərslikləri mətnlərinin qranka və səhifələri (zolaqları).

5. Xəstəlik vərəqələri.

6. Vatəndaş vəziyyəti aktları üzrə şəhadətnamələr.

7. Sığorta şəhadətnamələri.

8.   Kitab-jurnal cədvəlləri, cədvəl-sxemlər. Səhifəbağlama.

1. Rayon, fabrik-zavod və kolxoz qəzetləri.

2. Birsütunlu, klişesi haşiyələnməyən kitab-jurnal naboru.

 

§ 54. Mürəttib (əl ilə düzücü)

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Düsturların yığılması və düzəldilməsi.

Mürəkkəb səhifəbağlama işləri.

Xüsusən ciddi uçotlu formaların yığılması və düzəldilməsi.

Xüsusi qrafik formalı yazı sisteminə malik xarici dillərdəki (Yaxın və Uzaq Şərq, Afrika) mətnlərin yığılması və düzəldilməsi, qrankaların komplektləşdirilməsi.

Bilməlidir: xüsusi qrafik formalı şriftləri; kitab-jurnal və qəzet məmulatı tərtibatının qrafiki üsullarını və texniki fəndlərini; çoxrəngli çap barədə ümumi məlumatları; yastı çap və rotasiya maşınlarında çap zamanı səhifələrin əsas düzülüş sxemlərini.

İşə aid misallar.

Yığma və düzəltmə.

1.  Monoqrafiyalı atlaslar.

2.  Pasport-partiya sənədləri.

3.  Formulyar nabor.

4.  Ali dövlət və hökumət orqanlarının möhürləri.

5.  Ensiklopediya lüğətləri (geologiya, riyaziyyat, politexnik və s. lüğətlər).

6.  Ensiklopediyalar (Böyük Tibb Ensiklopediyası, ASE tipli).

7.  Nəfis bədii nəşrlərin: incəsənət üzrə monoqrafiyaların və s. yoxlama və tutuşdurma surətlərinin maşında düzəldilməsi.

Səhifəbağlama.

1.  Mərkəzi və vilayət tipli qəzetlər.

2.  Klişesi haşiyələnən birsütunlu kitab-jurnal naboru və çoxsütunlu səhifəbağlama, nəfis bədii nəşrlər.

 

§ 55. Maşında mürəttib

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Brayl naboru maşınlarında tərkibində az miqdar işarələr və əcnəbi sözlər, rəqəmli sadə material olan sadə mətnin yığılması (naboru).

Bilməlidir: xarici ölkə xalqlarının əlifbalarını; orfoqrafiyanı, durğu işarələrini qoymaq qaydalarını, Brayl üzrə əlifbanı və marburq yazı sistemini.

İşə aid misallar

Yığma.

1.  Elmi-kütləvi ədəbiyyat.

2.  Bədii ədəbiyyat (nəsr, nəzm, dram əsərləri).

3.  İbtidai siniflər üçün riyaziyyat dərslikləri.

4. Ədəbiyyat, tarix, coğrafiya, anatomiya, botanika və s. dərslikləri.

 

§ 56. Maşında mürəttib

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Brayl naboru maşınlarında tərkibində müxtəlif texniki terminlər, rəqəmlər və düsturlar olan mürəkkəb mətnin yığılması (naboru).

Bilməlidir. Brayl üzrə düsturların yazılması qaydasını, Brayl naboru maşınını təmizləmək üsullarını.

İşə aid misallar.

Yığma

1. Əlifba kitabları.

2. Siyasi-kütləvi ədəbiyyat

3. Natamam orta məktəblər üçün riyaziyyat, fizika, kimya dərslikləri.

4. Qrammatika dərslikləri.

 

§ 57. Maşında Mürəttib

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Bütün sistemlərə aid nabor-proqramlaşdırma maşınları və aparatlarında tərkibində müxtəlif qarniturlu və müxtəlif əlifbalara aid şriftlər, əlavə də xüsusi terminlər və riyazi, kimyəvi, astronomik və başqa işarələr, habelə birsətirli düsturlar olan mətnin yığılması.

Maşının mexanizmlərinin yoxlanması. Kağız lentin qoyulması. Formatın və ya naborun əlamətləri üzrə (format, intervallar, keqel, qarnitur və s.) proqram tapşırığının qoyulması. Mətnin sətirlərinin yığılması (kodlaşdırılması). İş prosesində nasazlıqlarım aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

F-96K və F-156K tipli klaviturla idarə edilən fotonabor maşınlarında, habelə “Diatayr” tipli qurğularda mətnin yığılması və azacıq fərqləndirmələrə (kursiv, yarımqara, qara, seyrəltmə) malik mətn neqativləri və diapozitivlərinin hazırlanması.

Fotoşəkil çəkərkən formatın və böyüdülmə miqyasının qoyulması. Kasetin doldurulması. Maşında kasetin bərkidilməsi. Fotoşəkil çəkərkən optimal ekspozisiyanın təyin edilməsi. Mətnin yığılması. Fotoplyonkanın aydınlaşdırılması, bərkidilməsi, halənin kimyəvi aşındırma üsulu ilə kənar edilməsi. İş prosesində nasazlıqların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Brayl maşınlarında tərkibində xeyli əcnəbi sözlər olan xüsusən mürəkkəb mətnin, rəqəmli çətin materialların, cədvəllər, xülasələr və notların yığılması.

Relyefli çapdan orijinal üzrə yığılma.

Bilməlidir: mətn orijinallarını nişanlamağın texniki qaydalarını; kod sistemini; perfolentdə yığmağın və kodlaşdırmağın texniki qaydalarını, korrekturanı düzəltmək və səhifəbağlamaq üsullarını; tipoqrafiya ölçmə sistemini; nabor proqramlaşdırma maşınları üçün ölçmə sistemini; korrektura işarələri və şrift qarniturları standartlarını; naboru kodlaşdırmaq üçün kağız lentin keyfiyyətinə verilən texniki tələbləri; yastı, yüksək və dərin çap üçün mətn diapozitivlərinin keyfiyyətinə verilən texniki tələbləri; fotoqrafik təsvirin alınması prinsipini; fotomaterialların emalı üçün tələb olunan material və məhlulların xarakteristikalarını və xassələrini; bütün sistemlərdən olan proqramlayıcı və fotonabor maşınları və aparatların prinsipial sxemini, onların optik və mexaniki qovşaqlarının xarakteristikasını; optik cihazların sazlanması qaydasını; riyazi və kimyəvi işarələri, notları və onları Brayl sistemi üzrə yazmağı.

İşə aid misallar

Bütün sistemlərdən olan nabor-proqramlaşdırma və fotonabor maşın və aparatlarında mətnin yığılması.

1. Sosial-iqtisadi, bədii, uşaq, elmi-kütləvi ədəbiyyat əsərləri; ədəbiyyat, iqtisadiyyat, tibb dərslikləri; qəzetlər.

Brayl nabor maşınlarında yığma.

1.  Şahmat-dama oyunları üzrə ədəbiyyat.

2.  Xarici dillərdə tədris vəsaitləri, xarici dil lüğətləri.

3.  Müxtəlif çalğı alətləri üçün mətnli və mətnsiz musiqi əsərləri (notlar).

4.  Klassiklərin əsərləri.

5.  Orfoqrafik lüğətlər, məcəllələr.

6.  İbtidai və orta məktəblər üçün xarici dil dərslikləri.

7.  Orta məktəb üçün riyaziyyat, həndəsə, kimya; fizika dərslikləri.

 

§ 58. Maşında mürəttib

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Bütün sistemlərə aid nabor-proqramlaşdırma maşınları və aparatlarında tərkibində riyazi, kimyəvi, fiziki, astronomik işarələr və qısaldılmış işarələr olan mətnin, habelə xüsusi qrafik formaya aid yazı sistemli mətnin yığılması.

Xülasələrin, cədvəl və düsturların yığılması.

F-96K və F-156K tipli klaviaturla idarə tipli qurğularda mətnin yığılması və rus, latın, yunan və xüsusi qrafik formalı dillərin şrift qarniturlarına və qeyri-şrift fərqləndirmələrə (uzatma, pilləli nabor) malik mətn neqativləri və diapozitivlərin hazırlanması.

Lazımi format və keqel qoyulması üçün hesablamaların aparılması. Nabor-proqramlaşdırma, fotonabor maşınlar və aparatların tənzimlənməsi.

Bilməlidir: mürəkkəb naborda işlədilən riyazi, kimyəvi, astronomik və b. işarələri; xüsusi qrafik formalı şriftləri, onların klaviaturda və çərçivədə yerləşməsini; cədvəllərin, xülasələrin, düsturların hesablanması və yığılmasının texniki qaydalarını; maşın qovşaqlarının nizamlanması üsullarını.

İşə aid misallar

Bütün sistemlərdən olan nabor-proqramlaşdırma fotonabor maşın və aparatlarda mətnin yığılması.

1. Xülasələr, cədvəllər, düsturlar.

2. “Kimya”, “Fizika”, “Riyazi hesablama” tipli referativ jurnallar.

3. Lüğət-ensiklopediya nəşrləri.

4. Sosial-iqtisadi, bədii, uşaq, elmi-kütləvi, texniki ədəbiyyat, xüsusi qrafiki formalı Şərq və Afrika dillərində dərsliklər.

 

§ 59. Not oymaçısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Not mətni işarələrinin, şriftləri rus və latın qrafikasındakı dillərin hərf işarələri və sözlərinin qurğuşun lövhələrdə əllə oyulması və punsonla vurulması (həkk edilməsi). Lövhələrin təmizlənməsi. Nəşrin formatı üzrə lövhələrin təmizlənməsi. Nəşrin formatı üzrə lövhələrin hesablanması və işarələnməsi. Not işarələrinin zolaq daxilində yerləşdirilməsi və taktlara bölünməsinin hesablanması. Mətnin, not işarələrinin, hərflərin və sözlərin yerləşdirilməsinin hesablanması. İşarələrin boyca hesablanması. Not işarələrinin rastr vasitəsilə oyulması. Not işarələri mətninin və temp işarələrinin punson vasitəsilə həkk edilməsi, nəqqaş qələmi (ştixel) vasitəsilə ştillərin, bağlamaların, kopştrixlərin, leqatoların, kreşşendlərin və s. əllə oyulması. Həkk ediləndən sonra lövhənin düzəldilməsi. Təshih düzəlişlərinin edilməsi. Oyma alətlərinin itilənməsi və sahmanlanması.

Bilməlidir: not qrafikasını; musiqi əlifbasını və terminlərini; orijinalın verilmiş formata görə hesablanması və nişanlanması qaydalarını; dərc edilən musiqi əsərlərinin formatlarını; rus və latın əlifbalarındakı hər cür şəkilli və keqelli şriftlərin punsonlarını və onların kassalarda yerləşdirilməsini; səs üçün mətnin musiqi ilə müşayiətə uyğun surətdə yerləşdirilməsinin xüsusiyyətlərini; oyma alətləri ilə işin texnikasını; oyma alətlərinin itilənməsi və düzəldilməsi işlərinin texnikasını.

İşə aid misallar

Orijinal musiqi əsərlərinin; çalğı alətləri, simfonik, nəfəs alətləri və xalq çalğı alətləri orkestrləri üçün səslərin, romansların, mahnı məcmuələrinin, fortepiano əsərlərinin və fortepianonun müşayiəti ilə müxtəlif çalğı alətləri üçün əsərlərin formaları.

 

§ 60. Not oymaçısı

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Mürəkkəb not işarələrinin, mətnin, şriftləri xüsusi qrafikalı yazı sisteminə aid dillərin hərf və sözlərinin, habelə çertyoj, sxem və şəkillərin qurğuşun lövhələrdə əllə oyulması və punsonla həkk edilməsi.

Bilməlidir: xüsusi qrafiki formalı (gürcü, hind və s. dillərdəki) şriftlərin punsonlarını və onların qəliblərdə yerləşdirilməsini.

İşə aid misallar

Orijinal musiqi əsərlərinin: direksionlar, kvartetlər, kvintetlər, konsertlər, partitur, mətni gürcü və s. dillərdəki mahnı və romansların, sekstetlər, musiqi ədəbiyyatı üçün çertyoj və şəkillərin formaları.

 

§ 61. Not qrafikçisi

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Müəllifin əlyazması üzrə sadə musiqi əsərlərinin: nəfəsli orkestr alətləri üçün səslərin, uşaq musiqi məktəbləri üçün əsərlərin, Kiçik yaşlı uşaqlar üçün fortepiano üçün müşayiət olunan mahnıların not orijinallarının yığılması və hazırlanması. Rus və latın dillərində hərf və sözlərin köçürülməsi.

Not daşıyıcıları üçün torlu kağız vərəqənin hesablanması və nişanlanması. Not daşıyıcıları xətlərinin çəkilməsi. Not daşıyıcılarının taktlara bölünməsinin, habelə not taktları, bağlama, leqato, kreşşend və s. işarələrinin yerləşdirilməsinin hesablanması.

Not mətni işarələrinin punsonlar vasitəsilə rənglə çəkilməsi. Bağlamaların, leqato, kreşşend, ştil və s. işarələrin çertyoj və digər xüsusi alətlər vasitəsilə çəkilməsi. Təshih düzəlişlərinin edilməsi.

Bilməlidir: not qrafikasını, musiqi əlifbasını və terminlərini; dərc edilən musiqi əsərlərinin formatlarını və orijinalın verilmiş formata hesablanması və nişanlanması qaydalarını; səs üçün mətnin musiqi ilə müşayiətə uyğun surətdə yerləşdirilməsinin xüsusiyyətlərini; korrektura işarələrini; musiqi işarələrinin punsonlarını və onların qəliblərdə (kassalarda) yerləşdirilməsini; rus və latın əlifbasındakı hər cür şəkilli və keqelli şriftlərin punsonlarını; not mətninin yazılması üçün işlədilən kağız və boyaqların xassələrini; tətbiq edilən torların ölçülərini və təyinatını; not qrafikası işləri üçün işlədilən çertyoj alətlərindən istifadə üsullarını.

 

§ 62. Not qrafikçisi

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Müəllifin əlyazması üzrə mürəkkəb musiqi əsərlərinin: xalq çalğı alətləri və asan ifa edilən simfonik orkestr alətləri üçün səslərin, iki və dörd əllə, yaxud iki fortepianoda ifa edilən fortepiano əsərlərinin və s. əsl orijinalının yığılması və hazırlanması. Şriftləri rus və latın qrafikasına əsaslanan xarici dillərdəki hərf işarələrinin və sözlərin həkk edilməsi. Əlavə yardımçı işarələrin hesablanması və həkk edilməsi.

Bilməlidir: musiqi əlifbasını; rus və latın qrafikalı dillərin əlifbalarının punsonlarını və onların qəliblərdə (kassalarda) yerləşdirilməsini.

 

§ 63. Not qrafikçisi

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Müəllifin əlyazması üzrə mürəkkəb musiqi əsərlərinin: çoxakkordlu simfonik orkestr alətləri üçün əsərlər, ikibölgülü bağlanmaların; fortepiano ilə müşayiət edilən müxtəlif alətlər üçün əsərlərin; bayan, qarmon, gitara və digər xalq çalğı alətləri, bu alət ansamblları üçün əsərlərin: mahnı, romans, xor partituralarının və s. not orijinallarının yığılması və hazırlanması. Xarici dillərdəki hərf işarələrinin və mətnlərin həkk edilməsi.

Əlavə not mətninin: barmaqların, pedalların, ulduz işarələrinin, xətaltı qeydlərin və s. hesablanması və həkk edilməsi.

Bilməlidir: mürəkkəb musiqi əsərləri orijinalının səhifəsində not daşıyıcıların və musiqi mətninin yerləşdirilməsinin ən yaxşı kompozisiya həllini; bir neçə alətdə eyni zamanda ifa zamanı aranjirovkanın hesablanmasını.

 

§ 64. Not qrafikçisi

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Müəllifin əlyazması üzrə xüsusən mürəkkəb musiqi əsərlərinin, direksionların, kvartetlərin, kvintetlərin, konsertlərin, klavirlərin, partituraların, akademik fortepiano əsərlərinin, harmoniya dərsliklərinin, gürcü, hind və s. dillərdəki mahnı və romansların not orijinallarının yığılması və hazırlanması.

Bilməlidir: bütün növlərdən olan partituralarda ifa edən alətlərin işə qoşulması və ifa etməyən alətlərin işdən çıxarılması qaydalarını; mürəkkəb bölgülərdə notların boyca (ranjir üzrə) düzəldilməsini; xüsusi qrafik formalı yazı sisteminə malik dillərdəki (gürcü, hind və s.) şrift punsonlarını və onların kassalarda yerləşdirilməsini.

 

§ 65. Rəngbölmə təshihat elektron avtomatların operatoru

 

6-cı dərəcə

İşin xüsusiyyəti. “Maqnasken”, “Xromoqraf” tipli rəngayıran və təshih düzəliş edən elektron avtomatlarda şəffaf və qeyri-şəffaf orijinallardan çoxrəngli surətlər üçün rəng ayrılıb təshih olunmuş yarımton, yaxud rastr neqativlər (diapozitivlər) hazırlanması prosesinin idarəetmə pultundan aparılması. Avtomatın işə hazırlanması. Yoxlama məqsədilə yarımton xiştəyin yazılması və yazma tərtibatının tənzimlənməsi. Orijinalın gözlə (vizual) və densitometrlə ölçülməsi. Orijinalın, tuşlama nişanlarının bərkidilməsi. Konkret orijinalın (orijinallar qrupunun) rəngayırma və təshih edilməsi əməliyyatlarına avtomatın köklənməsi. Analizedici tərtibatın orijinal fokslanması. Orijinalı “ağ” və “qara” nöqtələr üzrə tarazlaşdırma. Tonvericinin dərəcə dəyişdiricisinin köklənməsi. Yumşaq maskalama dərəcəsinin qoyulması. Ekspozisiyanın iş intervalının qoyulması. Rəng təshih edən tərtibatın və rəngləri müəyyənləşdirən tərtibatın iş rejimlərinin qoyulması. Plyonkanın avtomata qoyulması. Aydınlaşdırıcı maşının işə hazırlanması və onda plyonkanın emalı. Rəngayırma və təshih edilməyə məruz qalmış neqativlərə (diapozitivlərə) vizual və densitometrik nəzarət.

Bilməlidir: rəng təshih edən tərtibatın quruluşunu; yardımçı avadanlığın və nəzarət-ölçü cihazlarının quruluşunu və iş prinsipini; rəngşünaslığın ünsürlərini; rəngayırmanın, dərəcələndirmə və rəngayırma maskalanmasının prinsiplərini; kontaktlı və elektron rastlaşdırma prinsiplərini; fototexniki plyonkaların tətbiqi sahələri və belə plyonkaların əsas xarakteristikalarını; orijinallara, rəngayırma və təshih edilmiş neqativ və diapozitivlərə verilən texniki tələbləri; orijinallara və fotoformalara nəzarət üsullarını: aydınlaşdırma və bərkidilmə rejimlərini; aydınlaşdırma və bərkidilmə işləri üçün işlədilən məhlulların reseptlərini. Orta ixtisas təhsili tələb olunur.

 

§ 66. Retuşçu

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Qara-ağ reproduksiya üçün neqativ və diapozitivlərin, eləcə də tipoqrafiya üsulu ilə çap edilmiş orijinalların retuş edilməsi (kənarların təmizlənməsi və ləkələrin çıxarılması).

Bilməlidir: fotoqrafiya təsvirinin alınması prinsipini; tuşların reseptlərini və onları çəkmək üsullarını; tətbiq olunan alətlərin təyinatını.

 

§ 67. Retuşçu

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Rəngli ünsürləri ayrı-ayrılıqda yerləşdirilən çoxrəngli reproduksiyalar üçün ştrix neqativləri və diapozitivlərin retuş edilməsi.

İri ünsürlü təsvirə və kəskin qradasiya keçidli və yarımton neqativ və diapozitivlərin retuş edilməsi.

Mətn diapozitiv və neqativlərinin ayrı-ayrı hərf və işarələri bərpa etməklə (düzəltməklə) retuşlanması.

Not işarələri xətt ştrixlərini bərpa etməklə not orijinallarının retuşlanması.

Sadə xəritələrin neqativlərinin ayırma üzrə retuş edilməsi.

İrimiqyaslı xəritələrin neqativ və pozitivlərində “solğunluq” üzrə “tökmə” və “təmizləmə” əməliyyatlarının yerinə yetirilməsi.

Bilməlidir: çap üsullarına müvafiq olaraq çap və aralıq ünsürlərin yaradılması prinsipini; müxtəlif çap üsullarında neqativlərin və diapozitivlərin keyfiyyətinə verilən texniki tələbləri: fotoplyonkanın çeşidlərini; məhlulların reseptlərini və retuşlama işlərində onların tətbiqini; rastr fotoqrafiyasının əsaslarını; fotoqrafiya təsvirlərinə qradasiya şkalası üzrə nəzarət üsullarını; topoqrafik və xüsusi xəritələrin şərti işarələrini və onların rəngli ottisklərdə təsvirlərini; “tökmə” və ayırma retuşlanması maketlərini.

 

§ 68. Retuşçu

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Kəskin qradasiya keçidli tona və sadə rəng bölgüsünə malik çoxrəngli reproduksiya üçün rastr və yarımton neqativ və diapozitivlərin; xırda ünsürlü təsvirə və yumşaq keçidli tona malik qara-ağ və dupleks-reproduksiyaların; rəng ünsürlərini uyğunlaşdırmaqla çoxrəngli reproduksiyalar üçün ştrix neqativ və diapozitivlərinin retuş edilməsi.

Kombinasiyalı işlər (tor, ştrix) üçün neqativlərin örtülməsi.

Topoqrafiya xəritəsi neqativlərinin təsviri kəsməklə ayırma üzrə retuş edil-məsi. Konturun neqativində, yaxud konturun “Solğun” təsviri üzrə oymanın əsasında koordinat torunun (şəbəkəsinin) kəsilməsi. Ayrı-ayrı şərti işarələr, habelə şriftlər əlavə etməklə pozitivlərin düzəldilməsi. Korrekturaya uyğun surətdə ayrı-ayrı şriftlər və not işarələri əlavə etməklə diapozitivlərin düzəldilməsi.

Bilməlidir: çoxrəngli yarımton orijinalların təkrar alınması prinsipini; rəngli bölünmüş neqativ və diapozitivlərin keyfiyyətinə verilən texniki tələbləri; xətlərin kəsilməsi, habelə yazıların və müxtəlif şriftlərin, ayrı-ayrı işarələrin neqativlərə, pozitivlərə və formalara əlavə edilməsi texnikasını; rənglərin uyğunlaşmasında yolverilən sapmaları; kartoqrafiya şriftlərinin şəkillərini; oyma üçün əsasların hazırlanması prinsiplərini və işlədilən alətləri.

 

§ 69. Retuşçu

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Yarımtonların xeyli işlənilməsi tələb olunan mürəkkəb rəng bölgülü çoxrəngli reproduksiyalar üçün rastr və yarımton neqativ və diapozitivlərin; yüksək bədii və çox məsuliyyətli işlər (ensiklopedik və xüsusən məsuliyyətli nəşrlərdə əlavələr, markalar, oxşatmalar) üçün ağ-qara və dupleks-reproduksiyaların; dəqiq işlənməsi tələb olunan zərif qrafik ünsürlü təsvirlərə, bədii naxışlara, vinetkalara malik xüsusən mürəkkəb işlər üçün ştrix neqativ və diapozitivlərin retuş edilməsi.

Mürəkkəb xəritələrin neqativlərində tökmə işlərinin və torların “təmizlənməsi” işlərinin yerinə yetirilməsi. Xüsusən mürəkkəb Kiçik miqyaslı xəritələrin ayırma üzrə retuş edilməsi.

Bilməlidir: rəng korrekturası üsullarını; retuşçu atlasının quruluşunu; rəngşünaslığın ünsürlərini (rənglərin analizi və sintezi haqqında anlayışları); çap boyaqlarının nömrələrini və etalonlarını; çoxrəngli çap zamanı boyaqların çəkilməsi qaydasını.

 

§ 70. Retuşçu

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Müxtəlif tərzdə yaradılmış orijinallardan orijinalın fakturasını dəqiq gözləməklə çoxrəngli reproduksiyalar üçün xüsusən məsuliyyətli və yüksək bədii işlərin (tibb atlasları, xüsusən məsuliyyət tələb edən nəşrlər üçün rəsm və qrafika əsərlərinin reproduksiyaları, dəniz atlasları, kağız pul nişanları və s), habelə mürəkkəb rəng bölgüsünə, çoxlu yarımton qammalara malik rəng təmhihedici maskalar işlətməklə ünsürlərinin xüsusən dəqiq işlənilməsi tələb olunan məmulatın neqativ və diapozitivlərində bütün retuşlama əməliyyatlarının yerinə yetirilməsi.

Aeroqraf vasitəsilə işlənilməsi tələb olunan neqativ və diapozitivlərdə bütün növ retuşlama işlərinin yerinə yetirilməsi.

Bilməlidir: densitometrdən istifadə etməklə nəzarət şkalaları üzrə neqativ və diapozitivlərin keyfiyyətinin təyin edilməsi üsullarını; işıq süzgəclərinin spektral xarakteristikasını.

Orta ixtisas təhsili tələb olunur.

 

§ 71. Stereotipçi

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Formanın və matrisa materialının matrisa düzəltməyə hazırlanması. Zolaqların (səhifələrin) düzəldilməsi və bölüşdürülməsi. Formaların döşənməsi, bağlanması və yoxlanıb düzəldilməsi. Matrisa kartonunun nəmləşdirilməsi. Plastik kütlə materialı lövhələrinə kauçuk tökülməsi və qrafit çəkilməsi.

Bilməlidir: nəşrlərin formatlarını; iki, dörd və səkkiz zolağın düzülməsi variantlarını; bölüşdürmə normalarını tipoqrafiya ölçmə sistemini; aralıq materialların növlərini; nabora və klişeyə verilən texniki tələbləri; plastik kütlədən olan materialların xassələrini.

 

§ 72. Stereotipci

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Tipoqrafiya xəlitəsindən stereotiplər hazırlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Əl, mexaniki və hidravlik preslərdə matrisaların preslənməsi. Forma və materialların matrisa presləmək üçün hazırlanmasının keyfiyyətinə nəzarət. Svodka alınması. Formaya veriləcək lazımi təzyiqin hesablanması. Suölçən şüşələrdə suyun səviyyəsinin, pres lövhələrində temperaturun yoxlanması.

Tökməçi stereotipçi.

Əl, yarımavtomat və avtomat dəzgahlarda stereotiplərin tökülməsi və klişenin stereotiplərə tökülməsi, matrislərə katon yapışdırılması. Klişenin arxasının təmizlənməsi. Tələb olunan radius üzrə bükülməsi. Ayaqcıqların lehimlənməsi. Dəzgahın işinin yoxlanması.

Tökmənin və matrisaların preslənməsinin texnoloji proseslərinə nəzarət.

Tipoqrafiya xəlitəsindən hazırlanmış stereotiplərin və klişelərin nikellənməsi, yağsızlaşdırma. Klişe və stereotiplərin aşındırılması və yuyulması, onların sıxaclarda bərkidilməsi və qalvanik vannaya salınması. Metalla örtülməsi tələb olunan səthin hesablanması. Prosesin aparılması rejiminin seçilməsi. Klişeni və stereotipləri nikelləmək üçün elektrolitin tərtib edilməsi və süzülməsi. Qalvanik prosesə nəzarət. Nikelləmədən sonra stereotiplərin və klişenin emalı üçün məhlulların hazırlanması və onların emal edilməsi. Qalvanik vannaların, ştokların və anodların təmizlənməsi.

Düzəldici stereotipci.

Xüsusi və universal boy, frezer, yan-faset dəzgahlarında və ştixel, isgənə və s. xüsusi əl alətlərilə stereotiplərin sahmanlanıb-düzəldilməsi. Yapışmaların kəsilməsi. Boy üzrə düzəltmə. Aralıq sahələrin frezlənməsi və yan tillərin dəzgahda yonulması. Çapedici ünsürlərin lehimləməklə bərpa edilməsi. Səhv getmiş liter və işarələrin deşilib çıxarılması, lazım olanların lehim edilməsi. Tipoqrafiya xəlitəsindən düzəldilmiş stereotiplərdə klişenin bərkidilməsi.

Klişe və not lövhələri üçün altlıqların tökülməsi və düzəldilməsi.

İstifadə olunan avadanlığın işindəki nasazlığın aradan qaldırılması. Dəzgahların təmizlənməsi və yağlanması.

Bilməlidir: kartondan matrisa və tipoqrafiya xəlitəsindən stereotipin hazırlanmasının texnoloji proseslərini; formalara nəzarət üsullarını və nəzarət-ölçü aparatlarından (mikrometrlər, dərinlikölçənlər, tərəzilər) istifadə qaydalarını; formaya veriləcək lazımi təzyiqin təyin edilməsi üsullarını; matrisanın basılması rejimlərini (rütubət, təzyiq, temperatur); tipoqrafiya xəlitəsinin tərkibini və xassələrini; stereotiplərin tökülməsi rejimlərini; rotasiya maşınlarında bükmə variantlarını və stereotiplərin düzülməsi sxemini; rotasiya stereotiplərinin forma silindrində bərkidilməsi qaydasını; stereotipləri və klişeni nikelləmək üçün elektrolitin tərkibini; müxtəlif saylı tirajlar üçün nikelləmə zamanı məhlulların reseptlərini və qalvanik vannaların iş rejimini; metal örtüklərin keyfiyyətinə verilən texniki tələbləri; elektrolitlərdəki zərərli qarışıqları, onların qalvanik çöküntülərə təsirini və kənar edilməsi üsullarını; qalvanotexnika və elektrotexnikanın ünsürlərini; vannanın elektrik avadanlığını idarə etmək qaydalarını; matrisa preslərinin, stereotip tökən dəzgahların, boy, frezer, yan-faset dəzgahların, dairəvi və diskli mişarların, stereotiplərin düzəldilməsində işlədilən digər avadanlığın tənzimlənməsi üsullarını.

İşə aid misallar

1. Karton matrisalar — presləmə.

2. Klişe və not lövhələri üçün altlıqlar — tökmə və düzəltmə.

3. Stereotiplər — klişenin bərkidilməsi.

4. Stereotiplər və klişelər — nikelləmə.

5. Tipoqrafiya xəlitəsindən stereotiplər — düzəltmə.

6. Stereotiplər (yastı və rotasiya üçün) — tökmə.

 

§ 73. Stereotilci

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Tipoqrafiya xəlitəsindən və plastik materiallardan stereotiplərin, kütləvi nəşrlərin çapı üçün qalvanoplastik stereotiplərin hazırlanması üzrə əməliyyatlar kompleksinin, habelə ayrı-ayrı mürəkkəb əməliyyatların yerinə yetirilməsi. Matrisa presləmək üçün formaların və matrisa materialının hazırlanması. Kartondan, plastik kütlədən, mumdan və qurğuşundan əl. mexaniki və hidravlik preslərdə matrisaların preslənməsi. Matrisaların əllə döyəclənib çıxarılması. Matrisa qovluğunun hazırlanması. Müxtəlif tipli dəzgah və preslərdə matrisaların tipoqrafiya xəlitəsindən tökülməsi və plastik kütlədən preslənməsi. Matrisalardan və metal literlərdən qalvanik çöküntülərin alınması. Qalvanik çöküntülərin matrisadan ayrılması, onun tökməyə hazırlanması və ərintinin tökülməsi. Stereotipləri dəzgahda və əllə düzəldilib sahmanlanması. Stereotiplərin təshih edilməsi (səhv liter və işarələrin deşilib çıxarılması, lazım olanların oraya lehimlənməsi). Qalvanik stereotiplərin hamarlanması; tipoqrafiya xəlitəsindən hazırlanan stereotiplərin, qalvanik stereotiplərin və klişelərin xromlanması. Qalvanoplastik çöküntü almaq və xromlamaq üçün elektrolitin tərtib edilməsi, süzülməsi və təshih edilməsi. Məhlulların hazırlanması. Elektroliz prosesinin aparılması. Qalvanik çöküntülərin və metal örtüklərin qüsurlarının aşkar edilməsi və düzəldilməsi. İstifadə edilən avadanlıqda nasazlıqların aradan qaldırılması. Dəzgahların təmizlənməsi və yağlanması.

Qalvanik çöküntüyə ərintinin tökülməsi. Matrisadan qalvanik çöküntülərin ayrılması. Arxa tərəfin döyəclənməsi. Künclərin bükülməsi. Aralıqların təbaşir və dekstrin qatışığı ilə işlənilməsi. Xüsusi preslərdə qızğın qalaylama, fülüs çəkmək və ərintinin tökülməsi.

Qalvanoplastik stereotiplər üçün kartondan matrisa preslənməsi üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi.

Fototeleqrafla ötürmək üçün qəzet səhifələrinin orijinal- ottisklərinin alınması.

Bilməlidir: matrisaların hazırlanması və plastik kütlədən, mumdan, qurğuşundan hazırlanmış matrisalardan və metal literlərdən qalvanik çöküntülərin alınmasının texnoloji prosesini; qalvanoplastikanın prinsiplərini; xromlama və mis qalvanik çöküntülər almaq üçün işlədilən elektrolitin tərkibini; qalvanik vannaların iş rejimlərini; qalvanotexnika üzrə lazımi hesablamaları.

İşə aid misallar

1.  Matrisalardan qalvanik çöküntü — qalvanik vannada alınması.

2.  Qalvanoplastik stereotiplər — tökmə və düzəltmə.

3.  Qalvanoplastik stereotiplər — hamarlama.

4.  Qalvanoplastik stereotiplər üçün matrisalar — presləmə.

5.  Stereotiplər — xromlama.

         Tam halda hazırlamaq.

1. Rəng ünsürlərini uyğunlaşdırmadan çoxrəngli çap üçün qalvanoplastik stereotiplər.

2. Liniaturu 34 xət/sm-dək olan, yaxud qrafik ünsürlü şəkillərə malik qalvanoplastik stereotiplər.

3. Plastik kütlə stereotipləri.

4. Tipoqrafiya xəlitəsi stereotipləri.

 

§ 74. Stereotipci

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Yüksək liniaturlu rastr təsvirləri, yaxud zəif qrafik ünsürləri olan işlər üçün qalvanik stereotiplər hazırlanması üzrə əməliyyatlar kompleksinin, eləcə də xüsusi məmulatlar, ensiklopedik və yüksək bədii nəşrlər üçün qalvanoplastik stereotiplər hazırlanması üzrə əməliyyatların yerinə yetirilməsi.

Ayrı-ayrı matrisalardan və ya stereotiplərdən ştempellər qrupunun tərtib edilməsi və ayrı-ayrı elementlərin ştempellərə doğranması.

Bilməlidir: xüsusi məmulatlar (kağız pul, pasport, şəhadətnamə, vətəndaş vəziyyətləri aktı) üçün qalvanoplastik stereotiplər — tökmə və düzəltmə.

Tam halda hazırlamaq.

1. Qalvanik klişe.

2. Ali hökumət orqanları üçüm kauçukdan gerbli möhürlər və ştamplar,

3. Rəngli ünsürləri uyğunlaşdırmaqla çoxrəngli çap üçün qalvanoplastik stereotiplər.

4. Liniaturu 34 xət/sm-dən artıq, yaxud xırda qrafik ünsürlü şəkilləri olan qalvanoplastik stereotiplər.

 

§75. Tökücü

 

3-cü dərəcə

İşim xüsusiyyəti. Bütün sistemlərdən olan aralıq-xətt-tökmə maşınlarında tipoqrafiya xəlitələrindən hör cür ölçülü xətlərin, reqletlərin, şponların və plombların tökülməsi. Tökmə qəlibinin maşına qoyulması və aparıcı mexanizmin addımının müəyyən edilməsi. Ərintinin temperaturunun, su və yağ verilməsinin, porşendə təzyiqin tənzimlənməsi. Keyfiyyətin yoxlanması. Düzəltmə. İş prosesində nasazlığın aradan qaldırılması. Maşının tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: tipoqrafiya ölçmə sistemini; xətlərin, reqletlərin, şponlarım növlərini və təyinatını; aralıq materialı və xətlərin tökülməsi rejimlərini; tipoqrafiya xəlitəsinin tərkibini; maşını tənzimləmək üsullarını,

 

§76. Tökücü.

 

4-cü dərəcə

İşim xüsusiyyəti. Tökmə avtomatlarında, babaşkaların, kvadratların və şpatsiyaların tökülməsi. Başlığın çıxarılması və silinməsi. Tökmə qəlibi və qazanının laklanması. Müştüyün təmizlənməsi. Keyfiyyətin yoxlanması. Düzəltmə. Ərintinin və suyun temperaturunun tənzimlənməsi. Yanığın çıxarılması. İşdəki nasazlıqların aradan qaldırılması. Avtomatın tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: babaşkaların, kvadratların və şpatsiyaların növlərini və təyinatını; tökmə materialların keyfiyyətinə verilən texniki tələbləri; monotip ölçmə sistemini.

 

§ 77. Tökücü

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Bütün sistemlərdən olan hərftökmə avtomatlarında hər cür mürəkkəb qrupa aid naborun tökülməsi. Şriftin qarnitur və keqellərinin dəyişdirilməsi. Çərçivənin yerləşdirilməsi. Tor-xiştəyin (set-klin) əvəz edilməsi. Formatın qoyulması. Şrift sırasının, hərflərarası boşluqların və s. tuşlanması.

Bütün sistemlərdən olan tökmə maşınlarında yeddi punkdan yuxarı keqelli şriftin və sadə naxışların tökülməsi. Maşının lazımi şəkilli və keqelli şrifttökmə üçün köklənməsi. Tökməmin keyfiyyətinin yoxlanması. Çertyoj, yaxud nəzarət tuşlama literləri üzrə tuşlama əməliyyatlarının yerinə yetirilməsi. Avtomat mexanizmlərinin tənzimlənməsi.

Bilməlidir: monotip şriftlərin standartlarını; rus, latın əlifbalarını və xüsusi qrafikli şriftləri; şriftin tuşlandırılması qaydalarımı, naborun texniki qaydalarını; şrifttökmə və nabor maşınlarının əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

 

§78. Tökücü

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Yeddi punktadək keqelli şriftin, əlyazması şriftinin, hər cür markalı hart stereotiplərinin, qurğuşun pəstahların, nömrələmə aparatları üçün rəqəm və literli halqaların, mürəkkəb naxışların tökülməsi. Tiyələrin itilənməsi və işlək aparatda və universal maşınların başlığında yerləşdirilməsi.

Bilməlidir: tiyələrin itilənməsi, onların işlək aparatda və universal maşınların başlığında yerləşdirilməsi üsullarını: ərintinin təshih edilməsi üsullarını; hər cur materialların hazırlanması və yustirlənməsi (dəqiqləşdirilməsi) texnologiyasını.

 

§ 79. Trafaretçi

 

3-cü dərəcə

İşim xüsusiyyəti. Mətnlərin və iri təsvir ünsürlü rəsmlərin çapı üçün sadə trafaret çap formalarının kəsmə üsulu ilə hazırlanması. Kalka kağızında orijinaldan “abrisin” alınması. Trafaretə yapışqanlı maddənin çəkilməsi və onun ipək, kapron, neylon, yaxud metal tora (ələyə) bənd edilməsi. Formanın emalı. Torun çərçivəyə çəkilməsi. Orijinala uyğun rənglərin Seçilməsi. Sınaq üçün çaplama.

Bilməlidir: kəsmə üsulu ilə trafaret çap formalarının hazırlanması texnologiyasını; lazımi rəng almaq üçün boyaların qarışdırılması qaydasını; trafaret formalardan çapın əsas prinsiplərini.

 

§ 80. Trafaretçi

 

4-cü dərəcə

İsti xüsusiyyəti. Müxtəlif surətçıxarma qatları ipək, kapron, neylon və metal ələklərə (torlara) bilavasitə çəkilərkən pozitiv surətçıxarma üsulu ilə trafaret çap formalarının hazırlanması. Diapozitivlərin nəzərdən keçirilməsi. Ələyin tarımlanması. Ələyə işığa həssas qatın çəkilməsi. Formanın emalı və dəqiqləşdirilməsi. Surətçıxarma çərçivəsinin işinin yoxlanması.

Təsvir ələyə rəngli (piqment) üsulla keçirilərkən trafaret çap formalarının hazırlanması. Stendin təmizlənməsi. Selluloidin kəsilməsi və ona mum qatının çəkilməsi. Rəng kağızının həssaslaşdırılması. Rəngli surətin selluloidə köçürülməsi. Surətin aydınlaşdırılması. Formaların emalı və dəqiqləşdirilməsi.

Mətnlərin və xırda ştrixli təsvirlərə malik rəsmlərin çapı üçün trafaret çap formalarının kəsmə üsulu ilə əldə hazırlanması.

Bilməlidir: diapozitivlərə və rəng kağızına verilən texniki tələbləri; surətçıxarma prosesinin mahiyyətini; müxtəlif surətçıxarma qatlarında və forma materiallarında surətçıxarma prosesinin xüsusiyyətlərini; diapozitivin xüsusiyyətlərindən, işığahəssas qatın xarakterindən və digər amillərdən asılı olaraq ekspozisiya qoyulması rejimlərini; məhlulların tərkibini və xassələrini; surət-çıxarma avadanlığının təmizlənməsi üsullarını.

 

§ 81. Trafaretçi

 

5-ci dərəcə

İşin xüsusiyyəti. İcrası xüsusən məsuliyyət tələb edən trafaret çap formalarının hər hansı üsulla (kəsmə, bilavasitə, rəngləmə) hazırlanması. Orijinalın xarakterindən asılı olaraq çap forması hazırlamaq üsulunun seçilməsi. Rəssamın yaradıcılıq niyyətinin və ifa tərzinin dəqiq çatdırılması üçün kombinasiyalı çap formalarının hazırlanması. Ələyin nömrəsindən, orijinalın xarakterindən, tirajdan asılı olaraq işığa həssas qatın seçilməsi və hazırlanması. Hər bir orijinal üçün işığa həssas qatın optimal qalınlığının müəyyən edilməsi və qatın ələyə çəkilməsi. Ələyin müvafiq nömrəsinə uyğun rastr liniaturun seçilməsi. Rastr işlərində ekspozisiyanın təyin edilməsi. Lazımi hallarda orijinaldakı təsvirin, yaxud təsvirin ayrı-ayrı fraqmentlərinin miqyasının dəyişdirilməsi.

Bilməlidir: müxtəlif üsullarla (kəsmə, bilavasitə, rəngləmə) trafaret formalarının hazırlanması texnologiyasını; rəngli kağızda rastr diapozitivləri surətinin çıxarılması prosesinin texnologiyasını; qrafikanın və rəssamlığım əsaslarını; diapozitivlərin hazırlanması və retuş edilməsi işinin texnoloji prosesini.

 

§ 82. Fotonabor avtomatlarının operatoru

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Elektron-mexaniki tipli fotonabor elektron qurğularında mətnin diapozitivlərinin (neqativlərinin) alınması prosesinin aparılması. Çəkilişin formatının, miqyasının qoyulması, plyonkanın hazırlanması, kasetin doldurulması, kasetin maşında bərkidilməsi, optimal ekspozisiyasının təyin edilməsi, şrift daşıyıcılarının yerləşdirilməsi.

Perfolentin hesablama qurğusuna qoyulması, fotoplyonkanın (fotokağızın) emal edilməsi, iş prosesində qüsurların aradan qaldırılması, mətn diapozitivlərinin (pozitivlərinin) orijinal və korrekturaya müvafiq seçilməsi. Avtomatların təmizlənməsi və yığılması.

Bilməlidir: fotonabor elektron qurğusunun sxemini və quruluşunu, onun istismarı, optik cihazların sazlanması qaydalarını, proqramlaşdırmanın əsaslarını, perfolentdəki kodlar sistemini: fotomaterialların və onların emalı üçün məhlulların xarakteristika və xassələrini; orijinalları nişanlamağın texniki qaydalarını; tipoqrafiya ölçmə sistemini; şriftlərin keqel və qarniturlarını; mətn diapozitivlərinin keyfiyyətinə verilən texniki tələbləri; maşının işindəki əsas nasazlıqları və onların aradan qapdırılması üsullarını.

 

§ 83. Fotonabor avtomatlarının operatoru

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Elektron-şüa borucuqlu fotonabor elektron qurğusunda mətnin diapozitivlərinin alınması prosesinin idarəetmə pultundan aparılması. İnformasiyanın verilməsi üçün proqramları daxil etmək və nabor ediləcək dilə (rus, latın və s. əsaslı) müvafiq şriftlər qoymaqla hərfli-rəqəmli çap qurğusunda perfolentin çap edilməsi. Qurğunun fasiləsiz işləməsinin təmin edilməsi. Hər bir perfolenti daxil etməzdən əvvəl əsas və korrektura lentlərinin hesablanması üçün teletaypdan komandaların verilməsi. Təshih olunmuş lentin hazırlanması. Naborun sabit əlamətlərini müəyyən edərkən naborçunun buraxdığı səhvlərin aşkar olunması və düzəldilməsi.

Bilməlidir: fotonabor elektron qurğusunun quruluşunu və blok-sxemini; proqramlaşdırmanın, elektronikanın və nabor işinin əsaslarını; klaviaturanın yerləşdirilməsini və onda işləməyi; ikilik və səkkizlik say sistemini; naborun texniki qaydalarını; matrisa çərçivəsində işarələrin yerləşməsini; maşında işləyərkən proqram ünvanlarını: teletaypdan verilən komandaları; qurğunun işindəki ən sadə nasazlıqları və onların aradan qaldırılması üsullarını. Orta ixtisas təhsili tələb olunur.

 

§ 84. Fotoliter düzəldən

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Fotoliterlərin işlənməsi. Surətlərin yuyulması və kənarlarının kəsilməsi. Surətlərin yoxlanması və təsvirdə olan qüsurların aradan qaldırılması. Surətlərə mum çəkilməsi. Tapşerin tənzimlənməsi və verilmiş ölçüdə qoyulması. Surətin sütunlara doğranması. Sütunların yan tərəflərinə boyaq çəkilməsi. Sütunların yuyulması. Sütunların fotoliterlərə doğranması. Fotoliterlərin hündürlüyünün yoxlanması və bərabərləşdirilməsi.

Bilməlidir: məhlulların reseptlərini və tətbiq olunmasını; fotoliterlərin keyfiyyətinə və onların doğranmasının dəqiqliyinə verilən tələbləri.

 

§ 85. Fleksoqraf çapı üçün formaların yığıcısı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Fleksoqrafiya boyaqları ilə çap üçün formaların yığılması. Vulkanizasiya edilmiş formaların yerləşdirilməsi üçün ölçmə başlıqlı dəzgahda forma valının çevrəsinin hesablanması və nişanlanması. Vala və ştamplara rezin yapışqan astarı çəkilməsi. Yapışqanın təkrar çəkilməsi. Qurudulma. Ştampların nişanlar üzrə yapışdırılması.

İstifadə olunmuş çap valının işə hazırlanması.

İşlənmiş ştampların çap valından çıxarılması, yapışqanın benzinlə yuyulub təmizlənməsi.

Bilməlidir: valların, vulkanizasiya edilmiş ştampların, çap formalarının və yapışqanın keyfiyyətinə verilən texniki tələbləri; rəsmxəttin texnikasını; çertyoj və ölçü alətlərini; formaların çap maşınlarında qoyulması və sazlanması qaydalarını.

 

§ 86. Fleksoqraf çapı üçün formaların yığıcısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. “Ultra-Fleks” tipli fleksoqraf çap maşınlarının polad vallarında rezin çap formaların yığılması.

Bilməlidir: rezin çap formalar hazırlanmasının texnoloji prosesini; formaları sazlamağın texnoloji prosesini; müxtəlif yapışqan və yuyucu məhlulların səthə çəkilməsi qaydalarını; çap forması montajının çertyojlarını tərtib etmək qaydalarını.

 

§ 87. Fotoqraf

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Ştrix və rastr neqativlərdən fotoşəkillərin hazırlanması. Aydınlaşdırıcı və fiksajedici məhlulların hazırlanması. Neqativin sıxlığının təyin edilməsi. Neqativin sıxlığına müvafiq fotokağızın seçilməsi. Sınaq üçün şəkil (surət) hazırlanması. Ekspozisiya müddətinin müəyyən edilməsi. Təsvirin neqativdən fotokağıza çapı. Onun aydınlaşdırılması və fiksaj edilməsi. Təsvirin keyfiyyətinə nəzarət. Təsvirin sifariş üzrə seçilməsi. Plyonkanın hazırlanması, kasetin doldurulması, fotomaterialların aydınlaşdırıcı qurğularda emalı, mətn diapozitivlərinin seçilməsi, keyfiyyətinə nəzarət edilməsi.

Bilməlidir: fotoçap işinin texnikasını: aydınlaşdırıcı və bərkidici (fiksaj) məhlullarının reseptlərini; neqativlərə və onun fotosurətlərinə verilən texniki tələbləri; aydınlaşdırıcı qurğuların quruluşunu, onları istismar qaydalarını, tətbiq edilən materialların xarakteristikalarını və xassələrini, mətn diapozitivlərinin keyfiyyətinə verilən texniki tələbləri.

 

§ 88. Fotoqraf

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Hər cür çap üsullarında qara-ağ surətlər çıxarılması üçün mətn, ştrix və rastr neqativ və diapozitivlərin, habelə ikirəngli surətlərin çıxarılması üçün maskasız neqativ və diapozitivlərin hazırlanması. Orijinalların seçilməsi və keyfiyyətinin yoxlanması. Fotoaparatın işinin yoxlanması. Rastr məsafəsinin, diafraqmaların miqdarı və ölçüsünün, ekspozisiya müddətinin, rastr neqativ və diapozitivlərinin emalı şəraitinin, habelə ştrix və yarımton neqativ və diapozitivlərin ekspozisiya edilməsi müddətinin və emal şəraitinin təyin edilməsi. Fotoaparatla çəkiliş aparılması. Neqativ və diapozitivlərin emal edilməsi.

Qara-ağ və rəngli surətlərin çıxarılması üçün neqativ və pozitivlərin kontakt üsulu ilə hazırlanması.

Fotoaparatla çəkiliş zamanı kontakt rastları tətbiq etməklə bütün növ neqativ və diapozitivlərin hazırlanması.

Xüsusi fotonabor qurğularında müxtəlif kartoqrafik yazı və adların hazırlanması.

“Pentakta” və UDM tipli fotoaparatlarda orijinallardan (kitab, jurnal səhifələrindən) neqativlərin hazırlanması, fotoaparatın işinin yoxlanması, kasetin doldurulması, ekspozisiya rejiminin seçilməsi, ekspozisiyanın qoyulması və plyonkanın emal edilməsi.

Fotosurətlər üçün ştrix və rastr neqativlərin hazırlanması.

Nabordan mətn diapozitivlərinin hazırlanması. Nabor səhifələrinin keyfiyyətinin yoxlanması. Döyəcləmə. Rəngin çilənməsi. Yuvaların təmizlənməsi. Fotoqurğuda naborun yerləşdirilməsi və fotoşəklin çıxarılması. Plyonkanın emal edilməsi.

Bilməlidir: yüksək, yastı və dərin çap üçün orijinallara, topoqrafik və xüsusi xəritələr üçün orijinallara və nabora verilən texniki tələbləri; fotoqrafik təsvirin alınması prinsipini; orijinaldan, işlədilən fotomateriallardan və şriftin qarniturundan asılı olaraq ekspozisiya, aydınlaşdırma və fiksajetmə rejimlərini; fotoqrafiya qatlarının təsnifatını və xassələrini; məhlulların reseptlərini; yarımton orijinalların təkrar alınması prinsipini; rastrların növünü və liniaturunu; tətbiq edilən materialların texniki xarakteristikalarını; neqativləri və diapozitivləri retuşlamaq üsullarını; fotoqrafik təsvirlərə nəzarət şkalaları və densitomer üzrə nəzarət etmək üsullarını; “Pentakta” və UDM tipli fotoaparatları nizamlamaq üsullarını.

 

§ 89. Fotoqraf

 

5-ci dərəcə

İşin xüsusiyyəti. İkirəngli surətlər (reproduksiya) üçün yarımton və rastr neqativlərin, qara-ağ surətlər üçün dərəcəli maskaların, rəngli surətlər üçün ştrixli neqativ və diapozitivlərin hazırlanması.

Yüksək işıq üsulu ilə çəkiliş.

Kartoqrafiya işləri və dərin çap rəngli surətləri üçün neqativ və diapozitivlərin kontakt üsulu ilə hazırlanması. NM-2 tipli mikrofoto surətçıxarma aparatında orijinallardan (çertyoj, pozitiv, şəffaf plyonkadan) neqativ (diapozitiv) hazırlanması. Dupleks, rəngli ştrix surətlər, topoqrafik və xüsusi xəritələr üçün neqativ və pozitivlərin ekspozisiya müddəti və emal edilməsi rejiminin müəyyənləşdirilməsi.

Not naboru lövhələrindən dəfələrlə kiçiltməklə diapozitivlərin hazırlanması.

Bilməlidir: rəngli surətlər üçün orijinalların təkrar alınması prinsiplərini; işıq süzgəclərinin spektral xarakteristikasını; sensitometriyanın və fotomaterialşünaslığın ünsürlərini; dərəcəli maskalama variantlarını və bu işin texnikasını; işıq süzgəclərinin seçilməsi qaydalarını; işıq süzgəclərinin bölünmə misillərini (dəfəliyini) təyin etməyi və süzgəcdən sonra ekspozisiya müddətini hesablamağı; rastr çəkilişinin hesablama metodunu: foto surətçıxarma və mikrofoto surətçıxarma aparatlarını tənzimləmək üsullarını; not naboru lövhələrindən fotoşəkil çıxarmağın xüsusiyyətlərini.

 

§ 90. Fotoqraf

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Rəngli surətçıxarma, rəng təshihetmə və dərəcələndirmə maskaları üçün yarımton və rastr neqativ və diapozitivlərin hazırlanması.

Nəzarətedici xüsusi optik və fotoelektron tərtibatlar, qurğular, cihazlar və əlavə tərtibatlarla avadanlaşdırılmış “Ksenotron”, 2 RUS-50 tipli reproduksiya fotoaparatlarında və rəngayırıcı-fotoböyüdücülərdə çəkilişlə neqativ və diapozitivlərin hazırlanması.

Rəngli neqativlərdən və diapozitivlərdən, habelə muzeylərdə və şəkil qalereyalarında çəkiliş. Lümensent orijinallardan çəkiliş.

Topoqrafiya xəritələrinin və xüsusi xəritələrin, müxtəlif liniaturlu kontakt rastrların neqativ və diapozitivlərinin hazırlanması.

Fotoçoxaltma aparatlarında müxtəlif işlərin çoxaldılması.

Təsvirlərin neqativ və diapozitivlərinin hazırlanması və çini məmulatlara (farfora) köçürülməsi. Məmulatın lidor kürələrdə bişirilməsi.

Bilməlidir: rəngşünaslığın ünsürlərini; rəngayırmanın əsaslarını; dərəcəli və rəngayırmalı maskalama prinsiplərini və üsullarını; orijinallara və fotoformalara verilən texniki tələbləri və onlara nəzarət üsullarını; ekspozisiya vermə proqramını; rəngli surətlər üçün tonlu klişeni aşındırmağın xüsusiyyətlərini; xüsusi çəkiliş növləri üçün işlədilən avadanlığı və müvafiq optik cihazları (variometr, çoxqatlı rəngli təsvirlərin surətini çıxarmaq üçün optik əlavələr); topoqrafiya xəritələri çərçivələrinin nəzəri ölçülərini cədvəllər üzrə təyin etmək üsullarını; fotokeramikada tətbiq olunan boyaq və aşqarların (flüslərin)xassələrini.

 

§ 91. Fotosinkoqraf

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Rabitə kanalları ilə verilən neqativlərdən ştrix və rastr klişelər hazırlamaq üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Surətçıxarma. Klişenin aşındırılması. Sınaq ottisklərinin alınması. Oyma işləri, Klişenin işlənməsi və altlıqda bərkidilməsi.

Müxtəlif metallardan relyefli təsvirə malik firma nişanlarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Lövhələrin hazırlanması, onlara işığa həssas qatın çəkilməsi, surət çıxarılması, aşındırılması, sink, nikel, yaxud nitroemal qatla örtülməsi; lak çəkilməsi.

Bilməlidir: rabitə kanalları ilə orijinalların təkrar alınması prinsipini; rabitə kanalları ilə alınan təsvirlərə dair texniki tələbləri; sinkoqrafiya avadanlığının istismarı qaydalarını; firma nişanları hazırlanmasının texnoloji prosesini; məhlulların reseptlərini və aşındırma rejimlərini.

 

§ 92. Fotosinkoqraf

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Birrəngli və çoxrəngli reproduksiyalar (surətlər) üçün ştrix və rastr klişelərin hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Neqativlərin və diapozitivlərin hazırlanması. Surətlərin çıxarılması. Klişenin aşındırılması. Sınaq ottisklərinin alınması. Oyma işləri. Klişenin işlənilməsi, altlıqda bərkidilməsi, iş məhlullarının hazırlanması. Bütün növlərdən olan fotosinkoqrafiya avadanlığının tənzimlənməsi.

Bilməlidir: tipoqrafiya ölçmə sistemini; ştrix və yarımton birrəngli və çoxrəngli orijinalların təkrar alınması prinsipini; rəngşünaslığın ünsürlərini; rastrların növlərini və liniaturunu; rəng süzgəclərinin və fotoqatların spektral xarakteristikalarını və onlara verilən texniki tələbləri; məhlulların reseptlərini və saxlanılması şəraitini; klişenin hazırlanması üzrə bütün əməliyyat proseslərinin aparılması rejimlərini; neqativ və diapozitivlərin təshih edilməsi üsullarını; çoxrəngli çapda əməliyyatların yerinə yetirilməsinin və sınaq ottisklərinin keyfiyyətinə verilən texniki tələbləri; boyaqların nömrələrini və tərkibini, onları qarışdırmaq qaydalarını; kağıza və digər materiallara verilən texniki tələbləri; fotoaparatların, surətçıxarma çərçivələrinin, surətçıxartma-çoxaltma maşınlarının, aşındırma maşınlarının və digər fotosinkoqrafiya avadanlıqlarının tənzimlənməsi üsullarını; xüsusi tərtibatların (prizmalar, rastrlar, diapozitiv əlavələri və s.) tətbiq edilməsi qaydalarını.

 

§ 93. Xromolitoqraf

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Təsvirlərin plür kağızına, jelatinə, köçürmə kağızına, litoqrafiya daşına, yaxud metal lövhələrə keçirmək yolu ilə birrəngli və sadə çoxrəngli çal üçün orijinal formaların hazırlanması. Şəklin orijinalı ilə tanışlıq və forma materialının hazırlanması. Orijinalın boyalara ayrılması. Şəklin müxtəlif ünsürlərinin forma materialında yerləşdirilməsinin hesablanması. İstehsalın tələblərindən asılı olaraq şəklin tonallığının dəyişdirilməsi. Şəkillərin pasportunun tərtib edilməsi və boyaq çalarlarının Seçilməsi. Sınaq ottisklərinə və dekol ottisklərinin ilk dəstinə nəzarət edilməsi.

Bilməlidir: yastı çapda çap və aralıq ünsürlərin yaradılması prinsipini; nəşrlərin formatlarını; tipoqrafiya ölçmə sistemini; şriftlərin qarniturunu; kitab-jurnal məmulatının və aksident işlərin qrafik surətdə tərtib edilməsi prinsipini; rəsmin və rəsmxəttin texnikasını; litoqrafiya daşına və metal lövhələrə, köçürmə kağızlarına və boyaqlara verilən texniki tələbləri; məhlulların reseptlərini; keramik boyaqların xassələrini.

 

§ 94. Xromolitoqraf

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Təsvirləri plür kağızına, jelatinə, köçürmə kağızına, litoqrafiya daşına, yaxud metal lövhələrə keçirmək yolu ilə çoxrəngli çap üçün orijinal formalar komplektinin hazırlanması.

Bilməlidir: çoxrəngli orijinalların təkrar alınması prinsipini; rəngşünaslığın ünsürlərini (rəng analizi və sintez haqqında anlayışları); qrafikanın və rəssamlığın əsas ünsürlərini; rəngli çap barədə ümumi məlumatları; keramik məmulatın bişirilməsi və bu zaman rəng vurulması rejimlərini.

 

§ 95. Çap qəliblərinin vulkanizatorçusu

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Çap formalarını (qəliblərini) vulkanizasiyaya hazırlamaq işlərinin yerinə yetirilməsi. Matrisa kütləsinin hazırlanması və metal ştamplardan, yaxud nabordan matrisaların preslənməsi. Matrisaların quruducu şkaflara qoyulması.

Bilməlidir: matrisa üçün kütlənin tərkibini və tərkib hissələrin nisbətini; matrisanın preslənməsi rejimlərini və matrisalara verilən texniki tələbləri.

 

§ 96. Çap qəliblərinin vulkanizatorçusu

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Əl presində çap formalarını (qəlib) vulkanizasiya edilməsi. İndikatorlu boyölçən cihaz vasitəsilə klişenin ölçülüb yoxlanması. Matrisada gözlərin təmizlənməsi. Qurudulma. Elastik ottisklərin matrisadan ayrılması və keyfiyyətinin yoxlanması. Vulkanizasiya. Preslərin tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: kauçukun xassələrini; elastik ottisklərə verilən texniki tələbləri və onların keyfiyyətini qiymətləndirmək metodlarını; çap formalarını vulkanizasiya etmək rejimlərini.

 

§ 97. Çap qəliblərinin vulkanizatorçusu

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Hidravlik vulkanizasiya presində çap formalarının vulkanizasiya edilməsi və matrisaların preslənməsi. Presləmə üçün lazımi təzyiqin hesablanması. Presləmə üçün lazımi temperaturun və vaxtın müəyyən edilməsi. İndikatorlu boyölçən cihaz vasitəsilə elastik formaların ölçülüb yoxlanması. Elastik formaların cilalanması.

Bilməlidir: formaya göstəriləcək lazımi təzyiqin hesablanması üsullarını; nəzarət-ölçü cihazlarından istifadə olunması qaydalarını; presin tənzimlənməsi üsullarını.

 

§ 98. Çap qəliblərinin vulkanizatorçusu

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Ciddi uçotlu məhsulların çapı üçün rezin çap formalarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Matrisaların preslənməsi. Çap formalarının vulkanizasiya edilməsi və cilalanması. Çap formalarının texnoloji xəritəyə uyğun surətdə montaj edilməsi.

Bilməlidir: ciddi uçotlu məhsullara verilən texniki tələbləri, habelə ciddi uçotlu məhsullar hazırlanması üzrə texnoloji xəritədən istifadə etmək qaydalarını; çap formalarının emalı və sahmanlanması üçün işlədilən dəzgahları tənzimləmək üsullarını.

 

 

§ 99. Çap qəliblərinin oymaçısı

 

3-cü dərəcə

İşin xüsusiyyəti. İrimiqyaslı xəritələrin diapozitivi (plastikləri) və formalarında “tökmə” və “sürtmə” işlərinin yerinə yetirilməsi, neqativlərdə montaj pozitivlərində, çap formalarında və daimi saxlanan pozitivlərdə korrektura qüsurlarının düzəldilməsi.

Pəstah mətnin və işarələrin yerini əvvəlcədən nişanlamaqla surğuclama üçün metal möhürlərin, plombirlərin və komposter millərinin punsonda oyulması və vurulması.

Bilməlidir: yastı və yüksək çapda çaplayan və aralıq ünsürlərin yaradılması prinsipini; rus və latın qrafikli şriftlərin və müxtəlif işarələrin punsonlarını; pəstahın sahəsinə mətnin yerləşdirilməsi qaydasını; diapozitivlərdə (plastiklərdə) “tökmə” və “sürtmə” işlərinin prinsip və üsullarını; xəritələrin şərti işarələrini və onların rəngli ottiskdə təsvirini; oyma işlərində turşuların təyinatını və onların işlədilməsi şəraitini; oyma alətlərini, ştankenpərgəri. mikrometri işlətmək üsullarını.

 

§ 100. Çap qəliblərinin oymaçısı

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Sadə ştrix rastr klişelərin, fotopolimer, stereotip və litoofset formaların dəzgahda və əllə oyma üsulu ilə təshih edilməsi. Təsvirdəki artıq ünsürlərin kənar edilməsi və çatışmayanların bərpa olunması. Tonun artırılması və zəiflədilməsi. Bimetal formaların aralıq ünsürlərinin bərpa edilməsi. Frezer dəzgahının tənzimlənməsi.

Metalda, ağacda, linoleumda, rezində və digər materiallarda iri ünsürlü sadə təsvirlərin, çertyoj, eskiz və nümunə üzrə böyütmək, yaxud kiçiltməklə əllə oyulması.

Bilməlidir: ştrixli, yarımtonlu, bir və çoxrəngli orijinalların çap üsuluna müvafiq surətdə bərpa edilməsini; ştrix və rastr klişelərin, stereotip və litoofset qəliblərin keyfiyyətinə verilən texniki tələbləri; müvafiq məzmunlu yazıların, şəkillərin, çertyojların və mətnlərin hazırlanması üçün hesablamalar aparmaq üsullarını; ayrı-ayrı yazıların və şərti işarələrin formaya köçürülməsi texnikasını; topoqrafiya şərti işarələrini; düzəltmə və çap prosesləri haqqında ümumi məlumatları; forma materiallarına verilən texniki tələbləri; oyma alətlərinin itilənməsi və düzəldilməsi texnikasını; surət trafaretlərinin təyinatını; frezer dəzgahının tənzimlənməsi üsullarını.

İşə aid misallar:

Qəliblərin dəqiqləşdirilməsi

1. Birrəngli və çoxrəngli çap üçün liniaturu (cizgiləri) 36 xət/sm-dək olan ştrixli və rastr klişelər.

2. Birrəngli və çoxrəngli çap üçün liniaturu 36 xət/sm-dək olan, şəkilli mətnə malik rastr və ştrixli qalvanostereotip qəliblər.

3. Birrəngli və çoxrəngli çap üçün liniaturu 36 xət/sm-dək olan şəkilli mətnə malik rastr və ştrixli litoofset qəliblər.

4.  Sadə xəritələrin ştrixli litoofset qəliblər.

5.  Topoqrafiya ərintisindən hər cür mürəkkəb stereotip qəliblər.

6.  Yüksək çap üçün hər cür mürəkkəb fotopolimer qaliblər.

       Əllə oymaq

1. İkiqat nişanlar.

2. Müxtəlif şəkilli xətkeşlər, lövhələr.

3. İri not işarələri (bloklar) və mətnlər.

4. Təsvir ünsürləri iri olan şəkillər.

5. 3 mm-dən artıq kəsimi olmayan şriftlər.

 

§ 101. Çap qəliblərinin oymaçısı

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Mürəkkəb ştrix və rastr klişelərinin, qalvanostereotip, metalloqrafik və litoofset qəliblərin yüksək çap üçün elastik mikrosink qəliblərin, yastı (düzsəthli) çap üçün monomental və bimetal qəliblərin, dərin çap qəliblərinin dəzgahda və əldə oyma vasitəsilə təshih edilməsi.

Kiçik miqyaslı, xüsusi və mürəkkəb arayış xəritələrinin diapozitivlərində (plastiklər), qəliblərində “ağ sahələr” üzrə “tökmə” və “sürtmə” işlərinin yerinə yetirilməsi. İş pozitivlərində, daimi saxlanan çap qəliblərində və pozitivlərdə, onlara yeni şərti işarələr və mürəkkəb şəkilli şriftlər əlavə etməklə, korrektura qüsurlarının düzəldilməsi. Konturun formasına koordinatlar torunun çəkilməsi.

Metalda, ağacda, linoleumda, rezində və digər materiallarda xırda Ştrixli təsvirlərin, çertyoj, eskiz, şəkil və nümunələr üzrə böyütmək, yaxud kiçiltməklə, əllə oyulması.

Bədii məmulat və markaların hər cür üsulla çapı üçün maşın və orijinal formaların keyfiyyətinə, onların hazırlanması üzrə bütün əməliyyatlara nəzarət edilməsi, oyma və digər üsullarda onların texniki tələblər və dövlət standartları səviyyəsinə çatdırılması. Zay olmuş qəliblərin növlər üzrə uçotu.

Bilməlidir: qabarıq və çökək səthlərdə bədii fiqurların, mürəkkəb şəkillərin, şrift və yazıların qrafik surətdə yaradılması prinsipi və üsullarını; metalda xətt və şəkilçəkmə texnikasını; kağızda, kartonda və müxtəlif materiallarda çapçılıq və naxışbasma prosesini; qalvanostereotiplərə və dərin çap qəliblərinə verilən texniki tələbləri; müxtəlif üsullarla çap üçün qəliblərə verilən tələbləri; çoxrəngli çap qəliblərini dəqiqləşdirmək və düzəltmək işlərinin xüsusiyyətlərini; rənglərin dəqiq yerləşdirilməsi üzrə yolverilən sapmaları; çap boyalarının çəkilməsi qaydalarını; kartoqrafiya şriftləri yazmağı: diapozitivlərdə (plastiklərdə) “tökmə” və “sürtmə” əməliyyatlarının prinsiplərini və üsullarını.

İşə aid misallar:

Qəliblərin təshih edilməsi

1. Birrəngli və çoxrəngli çap üçün liniaturu 36 xət/sm-dən artıq olan rastr təsviri qalvanostereotip qəliblər.

2. Birrəngli və çoxrəngli çap üçün liniaturu 36 xət/sm-dən artıq olan rastr klişelər.

3. Mürəkkəb xəritələrin litoofset qəlibləri.

4. Gilyoşir və naxış təsvirli litoofset, habelə liniaturu 36 xət/sm-dən çox olan rastr təsvirli, birrəngli və çoxrəngli çap qəlibləri.

5. Naxış təsvirli stereotip və qalvanostereotip qəliblər.

6. Dərin çap qəlibləri.

7. Mikrosinkdə mətn qəlibləri.

8. Yastı (düzxətt) çap qəlibləri.

      Əllə oyma

1. Xırda miqyaslı notlar (bloklar) və mətnlər.

2. Sadə qrafik şəkilli konqrev işləri — müxtəlif şəkilli xətkeşlər, lövhələr, habelə şriftlər.

3. İri ünsürlü şəklə malik bədii naxışlar.

4. Xırda təsvir ünsürlü şəkillər.

5. Kəsimsiz, 1,5 — 3 mm-dək şriftlər.

6. Kəsimli, 3 mm-dən artıq şriftlər.

 

§ 102. Çap qəliblərinin oymaçısı

 

6-cı dərəcə

İşin xüsusiyyəti. Böyük reproduksiya dəqiqliyi tələb edən bir və çoxrəngli yüksək bədii məmulatın çapı üçün dərin çap qəliblərinin əldə oymaq üsulu ilə təshih edilməsi.

Faksimil təkrarlama tələb edən, yüksək liniaturlu rastr təsvirlərə malik qiymətli bədii işlərin metal, ağac, linoleum və digər materialların səthində əllə oyulması (həkk edilməsi), eləcə də verilmiş məzmun üzrə yaradıcılıq yolu ilə oyma işlərinin görülməsi.

Sink şablonların oyulması. Plantoqrafda işlərin icrası. Müxtəlif turşularla aşındırma. Matrisa ştempellərinin, dərin və yüksək çap üçün çöküntülərin emalı. Xüsusi ərintilər vasitəsilə matrisaların qaldırılması (ucaldılması).

Kağız pulların və pasport sənədlərinin hər cür üsulla çapı üçün maşın və orijinal qəliblərin keyfiyyətinə, onların hazırlanması üzrə bütün əməliyyatlarda nəzarət edilməsi, oyma və digər üsullarla onların texniki tələblər və dövlət standartları səviyyəsinə çatdırılması, habelə bütün sistemli nömrələyici aparatların işinə nəzarət. Zay olmuş qəliblərin növlər üzrə uçotu.

35 və 16 mm-lik filmlərin surətlərini mexaniki və fiziki-kimyəvi üsulla subtitrləmək üçün müxtəlif materiallardan (sink, mis, bürünc) klişe hazırlanması işlərinin yerinə yetirilməsi, matrisalarda aşılanma qüsurlarının düzəldilməsi. Klişenin orijinala müvafiq təmizlənməsi. Aşındırılmış şriftlərə mürəkkəb düzəlişlər edilməsi. Presdə lövhələrin ayrı-ayrı klişelərə doğranması. Ştampların dəyişdirilməsi. Klişelərin texniki pasportlara müvafiq seçilməsi. Onların filmin hissələri üzrə qablaşdırılması.

Bilməlidir: çoxrəngli dərin çap qəliblərinə verilən texniki tələbləri; kağız pul tipli məmulatların çap qəliblərinə verilən tələbləri; klişe düzəltmək üçün işlədilən müxtəlif materialların xassələrini; subtitr orijinallarının hazırlanması və aşındırılmasının texnologiyasını; metalda hərflərin oyulması texnikasını; oyma alətlərinin və ştampların təyinatını; klişedə həndəsi ölçüləri; preslərin quruluşunu və istismarı qaydalarını.

İşə aid misallar:

Əllə oyma

1. Tiraj çapı üçün respublikanın gerbi.

2. Qravüralar (texniki və reproduksiya qravüraları).

3. Mürəkkəb şəkilli konqrev işləri və portret oxşarlığı tələb edilən işlər (barelyeflər və s.)

4. Xırda ünsürlü və çox dolğun cizgili (şəkilli) yüksək dərəcədə bədii naxışlar.

5. Portret oxşarlığı tələb olunan şəkillər.

6. Kəsimli, 33 mm-dək şriftlər.

7. Kəsimsiz, 1,5 mm-dək şriftlər.

8. Kağız pullar, sənədli qiymətli kağızlar, markalar, gerbli möhürlər üçün orijinal ştemperlər.[1]

 

§ 103. Çap formalarının komplektləşdiricisi

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Sinkoqrafik klişelərin sifarişlər üzrə maketə uyğun surətdə komplektləşdirilməsi. Sifariş üzrə çap formalarının komplektləşdirilməsi. Qəbul, nəzərdən keçirmə, qablaşdırma və saxlanmaq üçün təhvilvermə.

Fotoliterlərin komplektləşdirilməsi. Müəyyən olunmuş texniki tələblərə və etalonlara uyğun surətdə fotoliterlərin keyfiyyətinə nəzarət. Literlərin “hərflərin” müxtəlif kassalar “yuvalar” üzrə komplektləşdirilməsi.

Yararlı fotoliterlərin sayının hesablanması. Onların hərflər, qarniturlar və komplektlər üzrə yerləşdirilməsi. Komplekt və qarniturların texniki şərtlər üzrə yoxlanması.

Bilməlidir: Klişelərin təsnifatını; onların qablaşdırılması üsulları və qaydalarını; klişelərin, çap formalarının keyfiyyətinə verilən texniki tələbləri; xəritələrin komsenklaturunu və şərti işarələrini; şriftlərin təsnifatını; miqyaslar üzrə xəritələrin təsnifatını; fotoliterlərin təyinatını; qarniturların komplektləşdirilməsi qaydalarını; fotoliterlərin hazırlanması üzrə texniki şərtləri;

 

§ 104. Çap formalarının komplektləşdiricisi

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Neqativlərin və pozitivlərin miqyas, nomenklatur və ayrı-ayrı tirajlar üzrə komplektləşdirilməsi, onların qəbul edilməsi, nəzərdən keçirilməsi və uçotu. Xəritə orijinallarının sifariş üzrə komplektləşdirilməsi bimetal qəliblərin sifarişlər və rənglər üzrə komplektləşdirilməsi.

Bilməlidir: topoqrafik və xüsusi xəritələrin cədvəlləşdirilməsi sistemini; neqativlərin, pozitivlərin və bimetal formaların keyfiyyətinə verilən texniki tələbləri.

 

§ 105. Çap formalarının surətini çıxaran

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Surətlərin və formaların hazırlanması üzrə ayrı-ayrı işlərin yerinə yetirilməsi.

Rəng “piqment” kağızının həssaslaşdırılması, həssaslaşdırıcı məhlulun süzgəcdən keçirilməsi, rəng kağızının şüşəyə çəkilməsi, həssaslaşdırılmış rəng kağızının qurudulması, qurudulmuş rəng kağızının əsasdan ayrılması.

Nəzarət üçün işıq surətlərinin “neqativ və pozitivlərin hazırlanması. İşıq cihazlarının tənzimlənməsi. Surətlərin çıxarılması. Surət çıxarılandan sonra göy kağızın aydınlaşdırılması. Surətçıxarma dəzgahının təmizlənməsi və yağlanması.

Rəng bölücüsü rastr neqativlərindən, uyğunlaşdırılmış çoxrəngli təsvirlərin “rəng” probları” hazırlanması.

Əllə, yaxuc yarımavtomat qurğularda lövhələrin aydınlaşdırılması.

Nitroplyonkanı kütlədə boyamaqla fotoliterlərin hazırlanması. Şriftlərin nəşr orijinaldan neqativlərin alınması. Ağ selluloiddə surətlərin hazırlanması. Selluloidin səthinin əvvəlcədən emalı və oraya işığa Həssas qatın çəkilməsi. Surətlərin ekspozisiyası, aydınlaşdırılması və nitroplyonkanı kütlədə boyamaqla rənglənməsi. Surətlərin emalı. Literlərin doğranması. Yan tərəflərin təmizlənməsi və rənglənməsi. Hazır literlərin yoxlanması və kassalar üzrə yığılması.

Bilməlidir: həssaslaşdırılmış rəng kağızının yapışdırılması üçün lövhələrin və şüşələrin keyfiyyətinə verilən texniki tələbləri; rəng kağızının işıqlı surətçıxarma üçün kağızın və həssaslayıcı məhlulun xarakteristikalarını və xassələrini; həssaslaşdırılmış rəng kağızının keyfiyyətinə verilən texniki tələbləri və onun saxlanması şəraitini; surətçıxarma texnologiyasını; məhlulların resepturunu, nitroplyonkanı kütlədə boyamaqla fotoliterlərin hazırlanması texnologiyasını; kartoqrafiya şriftlərinin qarniturlarını.

 

§ 106. Çap formalarının surətini çıxaran

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Rəngli (piqmentli) surətlərin hazırlanması. Diapozitivlərin montaj edilməsinin və rəng kağızlarının keyfiyyətinin yoxlanması. Montajın və rastrın surətlərinin çıxarılması. Surətlərin kəsişməsi. Nişanlama, orta üfqi və şaquli xətlərin çəkilməsi. Surətçıxarma çərçivəsinin, işıq avadanlığının, vakuummetrin və ekspozimetrin tənzimlənməsi. Klişe üçün sink lövhələrdə surətlərin hazırlanması. Neqativlərin montajı, ekspozisiyası. Surətlərin aydınlaşdırılması və emalı.

Kağızda, metalda, yaxud şəffaf materiallarda kartoqrafiya işləri üçün göy və digər rəngli surətlərin, habelə gümüşsüz qatda göy surətlərin hazırlanması.

Yastı çap formalarının hazırlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Lövhələrə işığa həssas qatın çəkilməsi və sentrifuqda qurudulması. Surətlərin surətçıxarma çərçivəsində ekspozisiya edilməsi və aydınlaşdırılması.

Alüminium və polad lövhələrdə, yaxud alüminium folqada (əvvəlcədən həssaslaşdırılmış və ya həssaslaşdırılmamış), müxtəlif surətçıxarma qatları işlədərək pozitiv, ya da neqativ surətləmə yolu ilə sadə yastı çap formalarının hazırlanması. Lövhələrin yuyulması. İşığa həssas qat çəkilməsi və lövhələrin qurudulması. Montajın keyfiyyətinin yoxlanması. Ekspozisiya edilməsi. Avtomat, yarımavtomat qurğularda, yaxud əllə surətlərin aydınlaşdırılması və emalı. Formaların sahmanlanması.

Maye və bərk fotopolimer tərkiblər əsasında sadə fotopolimer çap formalarının hazırlanması. Fotopolimer lövhə və neqativlərin işə hazırlanması. Altlıq və neqativin ekspozisiya qurğusunda bərkidilməsi. Ekspozisiya verilməsi, relyefiç aydınlaşdırılması, hazır formaların qurudulması və əlavə şüalandırma. Formalara nəzarət, onların təshih edilməsi və çap silindrinə bərkidilməyə hazırlanması.

Bilməlidir: ştrixli, yarımtonlu və çoxrəngli orijinalların təkrar hazırlanması prinsipini; yüksək, yastı və dərin çap üçün çaplayıcı və aralıq ünsürlərin yaranması prinsipini; yüksək, yastı və dərin çapda birrəngli və çoxrəngli reproduksiya üçün ştrix və rastr surətlər çıxarılması, habelə yüksək və dərin çapda surətlərin aşılanması prosesinin mahiyyətini; neqativ və pozitiv surətçıxarma prosesinin xüsusiyyətlərini; neqativin və diapozitivin xüsusiyyətlərindən, işığa-həssas qatın xarakterindən və digər amillərdən asılı olaraq ekspozisiya rejimlərini; rastrların növlərini və liniaturunu; fotopolimer qəliblərin hazırlanmasını, texnoloji prosesini və ona verilən texniki tələbləri; işlədilən materialların kimyəvi və optik xarakteristikalarını; formalama (qəlibləmə) avadanlığında işin rejimi; sətirlərin tuşlaşdırılması prosesinin registr sistemini; şəffaf əsaslara, metal lövhələrə, neqativlərə və pozitivlərə verilən texniki tələbləri, məhlulların tərkibini və xassələrini.

İşə aid misallar:

1.      Klişelər hazırlamaq üçün surətlər.

2.      Kartoqrafiya işləri üçün göy və digər rəngli surətlər.

3.      Tənəkə, bürünc, nikel, cilalanmış alüminium lövhələr üzərində firma nişanları üçün surətlər.

4.      Dərin çap üçün piqmentli (rəngli) surətlər.

5.      Yastı çap formaları (iri ştrixli və liniaturu 40xət/sm-dək olan rastrlı).

6.      Polimer yüksək çap formaları (iri ştrixli və miniaturu 40xət/sm-dog olan rastrlı).

§ 107. Çap formalarının surətini çıxaran

5-ci dərəcə

İşin xüsusiyyəti. Rəngli işlər üçün — ölçü maskalarından, birprosesli aşındırma üsulunda isə mətn maskalarından istifadə etməklə rəngli surətlərin hazırlanması.

Yüksək gərginlikli cərəyan sahəsində şiddətli çiləmə üsulu ilə yarımavtomat qurğularda monumental alüminium lövhəyə işığa həssas məhlul çəkilməsi və lövhənin qurudulması.

Plastikdə, silikat, yaxud üzvi şüşədə kontaktlı surətçıxarma üsulu ilə nöqtəvi və müxtəlif miniatürlü xətti rastrlar işlətməklə (yaxud bunlarsız) gümüşsüz qatlarda pozitivlər (neqativlər) hazırlanması.

Topoqrafik xəritələrin məzmunundakı ünsürlərin surətlərini ardıcıl olaraq bir lövhəyə köçürmək və onları baxış stolunda əvvəlcədən yığmaqla pozitivlərin uyğunlaşdırılma üsulu ilə hazırlanması.

Təsvirlərin (mətn, şərti işarələr) quru halda köçürülməsi üçün pres-blankların hazırlanması.

Gümüşsüz qatlarda, iki və daha artıq orijinaldan uyğunlaşdırılmış pozitivlərin (neqativlərin) hazırlanması.

Kütlədə boyamaqla fonlu rastr (60 xət/sm-dən artıq) diapozitivlərin hazırlanması surətlərin hazırlanması.

Kütlədə boyanmaqla şüşədə və plastikdə göy (bəyaz).

Orijinal (oyma) rastrdan kontaktlı surətçıxarma üsulu ilə SVV şüşəsində 40 xət/sm-dək liniaturlu proyeksiya rastr-surətlərin hazırlanması. Şüşənin hazırlanması, dekapirləmə, işığa həssas qatın çəkilməsi, ekspozisiya edilmə, aydınlaşdırma, qaraltma, aşındırma, təkrar qaraltma, təshih olunma, rastr hissələrinin bir-birinə yapışdırılması.

Anod, yaxud kimyəvi aşındırma üsulları ilə (qalvanik proseslər və kimyəvi aşındırma qalvanotipçi tərəfindən yerinə yetirilərkən) sadə bimetal çap formalarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Surətlərin hazırlanması (ekspozisiya edilmə, avtomat, yarımavtomat qurğularda, yaxud əldə aydınlaşdırma) və surətlərin emalı (surətləmə qatının kimyəvi və termik codlaşdırılması, surətlərin təshih edilməsi, aralıq və çaplama ünsürlərinin emalı, boyaq qatının çəkilməsi, kolloid mühafizə qatının çəkilməsi).

Müxtəlif surətçıxarma qatlarından istifadə etməklə pozitiv, yaxud neqativ surətçıxarma yolu ilə alüminium və polad lövhələrdə və ya alüminium folqada (əvvəlcədən həssaslaşdırılmış, yaxud həssaslaşdırılmamış) mürəkkəb yastı çap formalarının hazırlanması.

Maye və bərk fotopolimer tərkiblər əsasında yüksək çap üçün mürəkkəb fotopolimer qəliblərin hazırlanması.

Hesablamaq və surətçıxarma-çoxaltma maşınlarında surətlərini çıxarmaqla yastı və çap formalarının hazırlanması, surətçıxarma-çoxaltma maşınlarının tənzimlənməsi.

Yastı çap maşınlarında çap üçün şüşə üzərində fototip formaların hazırlanması. Şüşə lövhənin hazırlanması, alt qatın çəkilməsi, işığa həssas məhlulun hazırlanması və formanın səthinə çəkilməsi, onun xüsusi sobada qurudulması, neqativin xarakterindən asılı olaraq ekspozisiyanın müəyyən edilməsi və saxlanması, aydınlaşdırılması və qurudulması.

Bilməlidir: müxtəlif materiallardan istifadə etməklə bimetal lövhələr və formalar hazırlamağın, habelə gümüşsüz qatlarda pozitiv və neqativ surətçıxarmanın texnoloji proseslərini; sintetik materiallardan, jelatindən (qətran) hazırlanmış surətçıxarma qatı işlətməklə surətçıxarmanın xüsusiyyətlərini; fototip çap neqativlərinə verilən texniki tələbləri, qurutma və surətçıxarma rejimlərini; surətçıxarma-çoxaltma maşınlarında istənilən sayda surətlər çıxarmaq üçün hesablama aparmaq üsullarını; "relyefin yuyulması" üsulu ilə kontaktlı surətçıxarma zamanı təsvirin alınması və əsasın (gövdə) səthinin rənglənməsi prinsiplərini; xəritənin ayrı-ayrı elementlərinin uyğunlaşdırılması dəqiqliyinə verilən tələbləri; müxtəlif topoqrafik və xüsusi xəritələrin şərti İşarələrini və onların qrafik dəqiqliyini; surətçıxarma-çoxaltma maşınını tənzimləmək üsullarını; proyeksiya rastr-surətlər hazırlanmasının texnoloji prosesini; şüşənin dekapirlənməsi, əsasın (gövdə) səthinin qaraldılması üsullarını: codlaşdırılmamış sahələrdən qaraldıcı (rəngləyici) maddəni kənar etməyi; qeyri-şəffaf və şəffaf xətləri birləşdirməklə təshih etmək metodlarını; qeyri-şəffaf xətlərin optik sıxlığını təyin etməyi; rastrın liniaturundan və digər amillərdən asılı olaraq ekspozisiya vermək rejimlərini; aşındırılmış lövhələrin yapışdırılması prosesini; nəzarət üsullarını.

İşə aid misallar:

1.      İrimiqyaslı, kiçikmiqyaslı xəritələrin və topoqrafik xəritələrin ştrixli və tökmə ünsürlərinin pozitivləri (neqativlər).

2.      Birləşdirilmiş ştrixli pozitivlər.

3.      Müxtəlif liniaturlu nöqtəvi və xətti kontakt rastrları tətbiq edilməklə hazırlanan (hidroqrafiya + su səthlərinin sahəsi; kontur + yaşayış məhəlləsinin sahəsi və s.) ştrixli pozitivlər.

4.      Liniaturu 40 xət/sm-dək olan düzbucaqlı və dairəvi rastrsurətlər.

5.      Yastı çap üçün bimetal qəliblər (iri ştrixli və liniaturu 40 xət/sm-dək olan rastrlı).

6.      Surətləmə vaxtı kontaktlı rastrlar tətbiq edilməklə hazırlana» yastı çap formaları.

7.      Hesablamaqla və surətçıxarma-çoxaltma maşınında surətləri çıxarmaqla hazırlanan yastı çap formaları.

8.      Yastı çap formaları (xırda ştrixli və liniaturu 40 xət/sm-dən artıq olan rastrlı).

9.      Yüksək çap polimer qəliblər (xırda ştrixli və liniaturu 40 xət/sm-dən artıq olan rastrlı).

10.  Standart marka, partiya və s. sənədlərin qəlibləri (formaları).

11.  Topoqrafik və xüsusi xəritələrin qəlibləri.

12.  Yastı çap maşınları üçün fototip qəliblər.

§ 108. Çap formalarının surətini çıxaran

6-cı dərəcə

İşmi xüsusiyyəti. Orijinal (oyMa) rastrdan surətçıxarma üsulu ilə SVV şüşəsində 40 xət/sm-dən artıq liniaturlu proyeksiya rastr-surətlərin hazırlanması. Dekapirləmə, surətçıxarma, aydınlaşdırma, qaraltma prosesləri üçün iş məhlulları hazırlanması, habelə yapışqanın və işığa həssas məhlulun müvafiq reseptlərə uyğun hazırlanması.

Anod, yaxud kimyəvi aşındırma üsulları ilə (qalvanik proseslər, yaxud kimyəvi aşındırma qalvanotipçi tərəfindən yerinə yetirilərkən) mürəkkəb bimetal çap formalarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi.

Müxtəlif surətçıxarma qatlarından istifadə edərək çoxrəngli çap üçün neqativ, yaxud pozitiv surətlər çıxarmaq yolu ilə alüminium, bimetal (mis-sərt nikel; mis-xrom və s.) lövhələrdə gilyoşir və naxış sıxlığı yüksək olan çox zərif qrafik ünsürlərə malik xüsusən mürəkkəb yastı çap qəliblərini»; (formaların) hazırlanması. Lövhənin yuyulması, karandaşla İşarələnməsi, işığa həssas qatın çəkilməsi, ekspozisiya edilməsi, qəlibin sahmanlanması və təshih edilməsi, onun köçürmə dəzgahından keçirilməsi, şkalalı ottisklərin alınması.

Dövlət pul nişanları (kağız pul) məmulatı üçün xüsusən mürəkkəb fotopolimer formaların hazırlanması.

Rotasion ofset fototipiya üçün çap formalarının hazırlanması. İşığa həssas qat çəkməzdən əvvəl lövhələrin yuyucu çanaqda emalı, qurudulması, xüsusi çiləyici qurğuda onlara işığa həssas ikiqat məhlul çəkilməsi, xüsusi şkafda və sentrifuqada qurudulması, ekspozisiya edilməsi və aydınlaşdırılması.

Bilməlidir: metaloqrafik çapın xüsusiyyətlərini; yapışqanlı və xüsusi qata malik kağızın əzginliyinə verilən tələbləri; təsvirin bütün ünsürlərinin uyğunlaşdırılması üzrə yol verilən sapmaları; çap vaxtı rənglərin vurulması qaydalarını və onların uyğunlaşdırılması üsullarını; monokorbinol yapışqanın, işığa həssas məhlulun və digər məhlulların hazırlanması üsullarını; surətçıxarma qatının qalınlığının, hava şəraitinin, məhlulların tərkibinin və hazırlanması rejiminin çap formalarının keyfiyyətinə təsirini.

İşə aid misallar

1.         Liniaturu 40 xət/sm-dən çox olan düzbucaqlı və dairəvi rastr-surətlər.

2.         Yastı çap üçün bimetal formalar (xırda ştrixli və liniaturu 40 xət/sm-dən çox olan rastrlı).

3.         Rotasiya ofset çapı üçün fototip formalar.

4.         "Dünyanın atlası" tipli 1:100.000 miqyaslı arayış xəritələri və təsvirli xəritələr üçün yastı çap formaları.

5.         Kağız pul, xüsusi buraxılışlı markalar üçün çap qəlibləri (formaları).

§ 109. Kompüterdə yığan

6-cı dərəcə

İşin xüsusiyyəti. Kompüterdə tərkibində seyrəltmə, pilləli yığım, uzaltma şəkilli fərqləndirmələr olan milli dildəki sadə mətnin yığılması. Nəşri müvafiq formata qoyulması. Mətnin disketə yazılması və kağıza köçürülməsi. Kompüterin şinə nəzarət.

Bilməlidir. Orfoqrafiya və vurğu İşarələrinin qoyulması qaydalarını, mətn orijinallarını nişanlamağın texniki qaydalarını, mətnin yığılmasının texniki qaydalarını, işdə tətbiq olunan materialların əsas xassələri.

§ 110. Kompüterdə yığan

7-ci dərəcə

İşin xüsusiyyəti. Kompüterdə tərkibində birsətirli riyazi və kimyəvi düsturlar, sadə cədvəllər və xülasələr, müxtəlif qarniturlu şriftlər olan qarışıq mətnin yığılması.

Bilməlidir: Riyazi və kimyəvi düsturların, cədvəl və xülasələrin yığılmasının texniki qaydalarını, elektronikanın əsaslarını kodlaşdırma üsullarını, mətbəə ölçü vahidlərini.

8-ci dərəcə: yığılmış mətnin çap formasına salınması prosesini yerinə yetirdikdə.

 

 

 

 

 


POLİQRAFİYA İSTEHSALININ FORMALAMA (QƏLİBLƏMƏ)

PROSESLƏRİ ÜZRƏ PEŞƏLƏRİN MÜQAYİSƏLİ DƏRƏCƏLƏR DİAPAZONU

 

Sıra ¹-si

Peşələrin (vəzifələrin) adı

dərəcələr diapazonu

İndiyədək qüvvədə olan peşə (vəzifə) adları (rusca)

Dərəcələr diapazonu

1

2

 

3

4

5

6

7

8

 

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

Qalvanotipist

Dərin çap formaları hazırlayan elektron oyma avtomatlarının operatoru

Dərin çap formalarının köçürücüsü

Dərin çap qəlibi silindrlərinin pardaxlayıcısı

Dərin çap qəliblərinin aşındırıcısı

Yığıcı — çapedici maşının mürəttibi

Yığıcı — sətirtokücü maşının mürəttibi

Yüksək çal formaları hazırlayan elektron avtomatlarının

operatoru

Yastı çap sınaqçısı

Yüksək çap sınaqçısı

Korrektor

Klişe düzəldən

Klişe aşındırıcısı

Litoofset qəliblərinin cilalayıcısı

Məmulat üzərinə naxış vuran

Montajist

Mürəttib (əl ilə düzücü)

Maşında mürəttib

Not oymaçısı

Not qrafikası

Rəngləmə təshihat elektron avtomatlarının operatoru

Retuşçu

Stereotipçi

Tokücü

Trafaretçi

Fotonabor avtomatlarının operatoru

Fotolitor düzəldən

Fleksoqraf çapı üçün formaların yığıcısı

Fotoqraf

Fotosinkoqraf

Xromolifoqraf

Çap qəliblərinin vulkanizatorçusu

Çap qəliblərinin oymaçısı

Çap formalarının komplektləşdiricisi

Çap formalarının surətini çıxaran

Kompüterdə yığan

3—6

 

5—6

4—5

3

4—6

3—5

4—6

 

4—6

2—5

2—6

2—6

3—4

2—6

3

4—6

2—5

2—6

3—6

5—6

3—6

6

2—6

3—6

4—6

3—5

5—6

2

3—4

3—6

5—6

5—6

2—5

3—6

2—3

3—6

6—8

Ãàëüâàíîòèïèñò

Îïåðàòîð ýëåêòðîííûõ ãðàâèðîâàëüíûõ àâòîìàòîâ ïî

èçãîòîâëåíèþ ÔÔÌ ãëóáîêîé ïå÷àòè

Ïåðåâîä÷èê ôîðì ãëóáîêîé ïå÷àòè

Ãðàâèëüùèê ôîðìíûõ öèëèíäðîâ ãëóáîêîé ïå÷àòè

Ïîëèðîâùèê ôîðìíûõ öèëèíäðîâ ãëóáîêîé ïå÷àòè

Íàáîðøèê íà íàáîðíî ïå÷àòàþùèõ ìàøèíêàõ

Íàáîðøèê íà íàáîðíûõ ñòðîêîîòëèâíûõ ìàøèíêàõ

Îïåðàòîð ýëåêòðîííûõ àâòîìàòîâ ïî èçãîòîâëåíèþ ôîðì âûñîêîé ïå÷àòè

Ïå÷àòíèê âûñîêîé ïå÷àòè

Ïðîáèñò âûñîêîé ïå÷àòè

Êîððåêòîð

Îòäåëûâàëüùèê êëèøå

Òðàâèëüøèê êëèøå

Øëèôîâøèê ëèòîôñåòíûõ ôîðì

Ãèëüîøèð

Ìîíòàæèñò

Íàáîðøèҝ âðó÷íóþ

Íàáîðøèê íà ìàøèíàõ

Íîòîãðàâåð

Íîòãðàôèê

Îïåðàòîð ýëåêòðîííûõ èâåòîäåëèòåëüíûõ àâòîìàòîâ

Ðåòóøåð

Ñòåðñîòèïåð

Îòëèâøèê

Òðàôàðåò÷èê

Îïåðàòîð ôîòîíàáîðíûõ àâòîìàòîâ

Îòäåëûâàëüøèê ôîòîëèòåð

Ñáîðøèê ôîðì äëÿ ôëåêñîãðàôñêîé ïå÷àòè

Ôîòîãðàô

Ôîòîöèíêîãðàô

Õðîìîëèòîãðàô

Âóëêàíèçàòîðøèê ïå÷àòíûõ ôîðì

Ãðàâåð ïå÷àòíûõ ôîðì

Êîìïëåêòîâøèê ôîðì

Êîïèðîâøèê ïå÷àòíûõ ìàøèíàõ

Íàáîðøèê êîìïþòåðà

3—6

 

5—6

4—5

3

4—6

3—5

4—6

 

4—6

2—5

2—6

2—6

3—4

2—6

3

4—6

2—5

2—6

3—6

5—6

3—6

6

2—6

3—6

4—6

3—5

5—6

2

3—4

3—6

5—6

5—6

2—5

3—6

2—3

3—6

6—8

 


 

ÇAP PROSESLƏRİ

 

TARİF—İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§ 1. Braylev çapının çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Şəkilli və şəkilsiz nabor relyef formalardan pres və tigel maşınlarında vərəqi əllə qoymaqla sahmanlama və çap etmə. Matrislərin metal çərçivədə bərkidilməsi. Kağız vərəqlərinin qoyulması. İşdəki qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: çap formasına və işlədilən materiallara verilən texniki tələbləri; işlədilən kağızların çeşidlərini və xassələrini; Brayl çapında sətirlərin tuşlanması və sahmanlanması üsullarını; preslərin və maşınların tənzimlənməsi üsullarını.

§ 2. Dərin çap çapçısı

2-ci dərəcə

İşin xüsusiyyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə formanın işə hazırlanması, vərəqli və rulonlu dərin çap maşınlarının işinə nəzarət, onlara xidmət etmək, ottisk və dəftərçələrin keyfiyyətini yoxlamaqla qəbul etmək, kağızı özüqoyan tərtibatı doldurmaq, qəbul qurğusunu boşaltmaq, dəftərçələri presləmək və qablaşdırmaq.

Bilməlidir: dərin çapda çapetmə və aralıq elementlərinin əmələgəlmə prinsiplərini; tətbiq olunan kağızların çeşidlərini, formatını, onlara və çap olunmuş ottisklərə, bükülmüş dəftərçələrə verilən texniki tələbləri; avadanlığın istismarı və ona xidmət qaydalarını.

§ 3. Dərin çap çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti: Şəklin mis klişedən jelatin valcıqlara köçürülməsi. Klişe və valcıqların hazırlanması. Rənglərin tərtibi və klişeyə çəkilməsi. Çap. Şəkillərin retuşu (tuş çəkilməsi).

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə vərəqli və rulonlu bir və ikiseksiyalı dərin çap maşınlarında rəngləri ayrıca və birlikdə yerləşən birrəngli və çoxrəngli tonlu və ştrixli işlərin sahmanlanması və çapı. Kağızı özüqoyan tərtibatın doldurulması, yaxud kağız rulonlarının qoyulması.

Rəng qutusunun boyaqla doldurulması. Dekel kartonun dəyişdirilməsi və nişanlanması. Maşınların təmizlənməsi və yağlanması.

Bilməlidir: birrəngli dərin çap üçün forma hazırlamağın texnoloji prosesini; nəşrlərin formatlarını; tətbiq edilən kağızların çeşidlərini və boyağın nömrələrini; lak-boyaq materiallarının tətbiqi və saxlanması üsullarını.

§ 4. Dərin çap çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Dərin çap maşınlarında xüsusi təyinatlı dekorativ şəkillərin keramik boyalarla çapı. Qravirlənmiş (oyulmuş) valların və çap vallarının qoyulması. Rənglərin tərtibi, süzülməsi və boyaq qutusuna doldurulması. Rənglərin səviyyəsinin və özüllülüyünün nizamlanması. Çap valının nizamlanması. Ragel bıçağının itilənməsi və qoyulması. Rəng valcıqlarının yuyulması. Kağız rulonlarının qoyulması və çıxarılması. İşdəki qüsurların aradan qaldırılması. Maşınların qurudulması.

Daha yüksək ixtisaslı çapçı ilə birlikdə yüksək bədii nəşrlərin vərəqli və rulonlu bir-iki seksiyalı maşınlarda hamarlanması və çapı üzrə işlərin, həmçinin rulonlu çoxseksiyalı və markalı dərin çap maşınlarında sahmanlama və çap üzrə işlərin yerinə yetirilməsi. Kağız zolağının tuşlanması. Bükmə aparatının hazırlanması və quruducu qurğunun tənzimlənməsində iştirak etmək.

Yüksək sürətin çoxrulonlu aqreqatlarda doldurucu qurğunun hazırlanması, kağız rulonlarının qoyulması.

Bilməlidir: dərin çapda mətnin və şəkillərin təkrar çapı prinsiplərini; çoxrəngli dərin çap üçün formaların hazırlanmasının texnoloji prinsipini; keramik boyaqların resepturunu və tərtibi üsullarını; rulonlu çoxseksiyalı və markalı dərin çap maşınlarında çap formalarının tuşlanması və sahmana salınması qaydasını; xüsusi təyinatlı dərin çap maşınlarında, markalı və rulonlu çoxseksiyalı maşınlarda tətbiq edilən materialların əsas xüsusiyyətlərini və onlara verilən texniki tələbləri.

§ 5. Dərin çap çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Rəngli ayrıca və birliklə yerləşən birrəngli və çoxrəngli çalarlara və ştrixlərə malik işlərin vərəqli, rulonlu bir və iki seksiyalı və markalı dərin çap maşınlarında sahmanlanması və çapı. Formaların, yaxud forma silindrlərinin, klapanların və dayaqların qurulması. Kağızın və boyağın hazırlanması. Rəng aparatının, bükmə aparatının və quruducu qurğunun tənzimlənməsi. rakelin qoyulması və dəyişdirilməsi. Çap silindrinin nizamlanması. Kəsimlərin hazırlanması və formaların sahmanlanması. Rəng çalarlarının kağızın sortundan və formanın xarakterindən asılı olaraq təyin edilməsi. Rezin lentlərin tarımlanması. Qurutma və bükmə. İşdə olan qüsurların aradan qaldırılması.

Daha yüksək ixtisaslı çapçı ilə birlikdə rulonlu çoxseksiyalı dərin çap maşınlarında sahmanlama və çap işlərinin yerinə yetirilməsi.

Bilməlidir: çap formalarına verilən texniki tələbləri; boyaqların çap və çalarlıq xassələrini və onların kağızla qarşılıqlı təsirini; rəngşünaslıq elementlərini (rənglərin analizi və sintezi barədə anlayışları); kağızların iqlimə uyğunlaşdırılması şərtlərini; sexdəki şəraiti və onun çapın keyfiyyətinə təsirini; rakelin itilənməsinə verilən tələbi; qüvvə ilə sahmanlanmanın texniki üsullarını; maşınların kinematikasını və tənzimlənməsi qaydalarını.

§ 6. Dərin çap çapçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. Vərəqli, rulonlu, bir və iki seksiyalı və markalı dərin çap maşınlarımda yüksək bədii işlərin tuşlandırılması, sahmanlanması və çapı.

Rulonlu çoxseksiyalı dərin çap maşınlarında formaları tuşlandırmaq, sahmanlamaq və çap etmək.

Kağız və boyaqların hazırlanması. Qurutma və bükmə. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: rulonlu, çoxseksiyalı maşınlarda çoxrəngli çap formalarının tuşlandırılması üsullarını; boyaqların tərtibi qaydalarını; çoxseksiyalı maşınların kinematikasını və onların tənzimlənməsi üsullarını.

§ 7. Diaqram məhsulunun çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə hər cür tipli diaqram rotasiya maşınlarında bütün növlərdən olan diaqram məmulatı formalarının quraşdırılması və məmulatın çapı üzrə işlərin yerinə yetirilməsi. Rulonların qoyulması və kağızın yönəldilməsi (keçirilməsi), çap, perforasiya və başqa qurğuların nizamlanması, boyaq aparatının boyaqlarla doldurulması, valların və formaların yuyulması, sarınmış rulonların çıxarılması, lent uclarının kəsilməsi, rulonların və dəstlərin banderol bağlanması. Rulonların qutulara yığılması.

Bilməlidir: çap formalarının hazırlanması prosesinin texnoloji əsaslarını; perforasiya aparatının iş prinsipini; çap formalarının və perforasiya aparatının açılması variantlarını; çertyoj diaqramlarının oxunuşunu; çapın keyfiyyətinə verilən texniki tələbləri; diaqram məmulatında icazə verilən sapmalar üzrə əsas anlayışları.

§ 8. Diaqram məhsulunun çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Hər cür tipdən olan diaqram rotasiya maşınlarında formaların sahmanlanması və sadə diaqram məmulatının, o cümlədən baritlənmiş kağızda və bir-iki lentdə çapı. Çap formalarının və perforasiya aparatının qurulması. Rulonların, çap formalarının və perforasiya aparatının ox üzrə tuşlanması. Sətirlərin və saat rəqəmlərinin diaqram üzrə tuşlanması. Sarıyıcı və açıcı valların qurulması və düzəldilib yoxlanması.

Təzyiqin, kəsmə, diaqram kağızını sarıma mexanizmlərinin pnevmatik qurğuların tənzimlənməsi; iş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: diaqram rotasiya maşınlarının quruluşunu; diaqram kağızlarının strukturu və növlərini; tətbiq edilən fleksoqraf və mətbəə boyaqlarının tərkibini və xüsusiyyətlərini; tətbiq edilən texnoloji ləvazimatın keyfiyyətinə verilən texniki tələbləri; diaqram lentinin çertyoju üzrə maşının nizamlanması üsullarını; çap formaları, habelə müxtəlif tipli və açımlı perforasiya aparatları üçün dişli çarxların seçilməsi qaydalarını;

§ 9. Diaqram məhsulunun çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Formaların quraşdırılması proseslərinin aparılması və mürəkkəb diaqram məmulatının çapı: hər cür tipli diaqram rotasiya maşınlarında düyümlə ölçülən, çoxkanallı, ikiparametrli diaqramlar, istiyə həssas, elektrotermik və vibroqraf kağızlarda çap edilən diaqramlar, iki-üç rəngli diaqramlar, perforasiyası mürəkkəb növlü diaqramlar, ziq-zaq şəklində bükülüb yığılam və s. diaqramlar. maşınların metr ölçüsündən düyüm ölçüsünə və ziq-zaq şəkilli bükməyə keçirilməsi zamanı onların tənzimlənməsi.

Bilməlidir: diaqram rotasiya maşınlarının kinematik sxemini; xüsusi üzlüklə örtülmüş kağızlara verilən texniki tələbləri; çap formaları səthlərinin, perforasiya aparatlarının təmizlik və dəqiqlik siniflərini, habelə icazəverilən sapmalarını: ikiparametrli diaqramlar və perforasiyası mürəkkəb şəkildə olan diaqramlar üçün çap formaları hazırlamağın texnoloji proseslərinin xüsusiyyətlərini; universal və xüsusi ölçü alətlərinin köməyilə diaqram və ləvazimatın əsas parametrlərinə nəzarət metodlarını.

§ 10. Dekol basmalarının kirşanlayıcısı

1-ci dərəcə

İşin xüsusiyyəti: Dekol ottisklərinin (dekalkomaniyaların) qurğuşun-keramika ovuntusu ilə əllə pudralanması. Ottisklər üzərindəki artıq pudranın kənar edilməsi, ottisklərin qurudulması və təmizlənməsi. Dekalkomaniya vərəqlərinin qəbulu və stabilizatora yığılması.

Bilməlidir: tətbiqolunan qurğuşun-keramika ovuntularının və qruntların xüsusiyyətlərini, ottisklərə verilən texniki tələbləri.

§ 11. Dekol basmalarının kirşanlayıcısı

2-ci dərəcə

İşin xüsusiyyəti. Dekalkomaniya ottisklərinin pudralayıcı maşında qurğuşun-keramika ovuntusu ilə pudralanması. Maşının işinin yoxlanması. Maşın kamerasının pudralayıcı ovuntu ilə doldurulması. Fırça mexanizminin və nəqledici qurğunun nizamlanması. Maşınının iş prosesindəki nasazlıqların aradan qaldırılması.

Bilməlidir: xidmət etdiyi maşınların iş prinsiplərini; qurğuşun-keramika ovuntusunun resepturunu; pudralayıcı maşın mexanizmlərinin tənzimlənməsi üsullarını; yağlama qaydalarını.

§ 12. Dekol basmalarının kirşanlayıcısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Dekalkomaniya ottisklərinin pudralayıcı maşında qızılı (zər) tərkibli qurğuşun-keramika ovuntusu ilə pudralanması. Pudralayıcı maşının nasazlıqlarının aşkara çıxarılması və aradan qaldırılması. Xidmət edilən maşınların sazlanması.

Bilməlidir: xidmət edilən maşınların quruluşunu və sazlanması qaydalarını; dekalkomaniyaların hazırlanmasının texnoloji prosesini.

§ 13. Estamp çapçısı

4-cü dərəcə

İşim xüsusiyyəti. Rəssamın hamar litoqrafiya daşı üzərində tuş vasitəsilə tökmə, yaxud qalın ştrixlər metodu ilə, həmçinin kötuklü litoqrafiya daşı üzərində sadə tuşlama metodu ilə hazırladığı bir rəngli, yaxud sadə uyuşdurulan bir neçə rəngli orixinal formalardan estampların sahmanlanması və çapı. Formaların aşındırılması və yenidən hamarlanması. Sınaq ottisklərinin alınması. Boyaqların tərtib edilməsi.

Rəssam tərəfindən hazırlanmış və sadə çalar keçidləri olan orijinal-qravürlərdən bir neçə rənglə (beşə qədər), həmçinin mürəkkəb keçidli tonları olan qravürdən birrəngli estampların sahmanlanması və çapı.

Rəssam tərəfindən ofort texnikası ilə hazırlanmış orijinal formalardan birrəngli estampların sahmanlanması və çapı. Qara boyağın tərtibi.

Bilməlidir: yüksək, yastı və dərin çapda çap və aralıq elementlərinin əmələ gəlməsi prinsiplərini; boyaqların nömrələrini; qara boyağın hazırlanması texnologiyasını; forma materiallarının növlərini; estamp, litoqrafiya və ofset kalarının növlərini; hazır ottisklərin və müəllif formalarının qurudulması və saxlanması qaydalarını; çap dəzgahlarının tənzimlənməsi üsullarını.

§ 14. Estamp çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Rəssam tərəfindən kötük daşı üzərində karandaşla və tuşla çəkilmiş böyük fon plaşkaları olan, rəngləri mürəkkəb uyuşdurmaya malik bir neçə rəngli orijinal formalardan estampların sahmanlanması və çapı.

Rəssam tərəfindən hazırlanmış və birtərəfli hamarlama tələb edən sadə ton keçidlərinə malik orijinal qravüra-formadan beş və daha çox rəngli estampların sahmanlanması və çapı.

Rəssamın ofort və akvatint texnikasından istifadə etməklə, formaları tarımlama, tamponlama, sürtmə və onlara tonvermə işlərini görməklə, habelə tarımlama və tamponlama işlərini görmədən quru iynə ilə yerinə yetirdiyi orijinal formalardan birrəngli estampların sahmanlanması və çapı.

Bilməlidir: estamp kağızlarına verilən texniki tələbləri: rəngşünaslıq elementlərini (rəngin analizi və sintezi barədə anlayışları); çap zamanı boyaqların verilməsi qaydalarını; formaların tarımlanması və onlara gümüş işıq ləkələrinin verilməsi qaydalarını; ofort lövhələrinin pardaxlanması və onlarda istifadə olunan materialların xüsusiyyətlərini; qravüraların əl çapında istifadə olunan müxtəlif qovluqların (papkaların) xüsusiyyətlərini və təyinatını.

§ 15. Estamp çapçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. Rəssam tərəfindən litoqrafiya daşı üzərində nazik karandaşla tuş çəkmək, yaxud böyük ton plaşkalarını yumaq və hamarlamaq yolu ilə yerinə yetirilmiş orijinal formalardan bir və bir neçə rəngli estampların sahmanlanması və çapı. Tuşlamaq və karandaşla böyük diapazonlu tonlara malik şəkildə tuş çəkməklə yerinə yetirilmiş yüksək bədii işlərin litoqrafiya daşına köçürülməsi.

Rəssam tərəfindən incə ştrixlər və kəsik xətlərlə yerinə yetirilmiş mürəkkəb ton keçidlərinə malik və ikitərəfli hamarlanması tələb olunan bir və daha çox rəngli estampların orijinal qravüra-formalardan sahmanlanması və çapı.

Rəssam tərəfindn istənilən texnika ilə (ofort, akvantinta, metsotinto, quru iynə, kəsmə, qravüra və s.) tarımlama, tamponlama, sürtmə və formalara tonvermə işlərini də aparmaqla yerinə yetirilmiş orijinal formalardan bir və bir neçə rəngli estampların sahmanlanması və çapı.

Tarımlama və tamponlama tətbiq edilməklə quru iynə ilə yerinə yetirilmiş formalardan estampların sahmanlanması və çapı.

Kəsimlərin hazırlanması və yapışdırılması. Müxtəlif qravüralardan çap üçün lazım olan valcıqların hazırlanması. Bütün rənglərdən və çalarlardan olan boyaqların tərtibi. Orijinal formalarda mexaniki zədələrin düzəldilməsi.

Rəssamla birlikdə orijinal sınağının bütün növləri üzrə işlərin aparılması.

Bilməlidir: bütün rənglərdən və çalarlardan olan boyaqların alınması texnologiyasını; boyaqların xüsusiyyətlərini və kağızla qarşılıqlı təsirini; müxtəlif formaların aşındırılması və qravürlənməsinin (oyulmasının) texnoloji prosesini; valcıqların hazırlanması üçün kütlənin resepturunu; xovlu valcıqların hazırlanması üsullarını və oyma alətlərindən istifadə qaydalarını; dəzgahdan istifadə etmədən əllə çap üsullarını.

§ 16. Yüksək çap çapçısı

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə böyük, orta və kiçik formatlı yastı çap maşınlarında klişesiz mətn naboru, stereotip (hart, plastik kütlə, rezin) və fotopolimer formalardan, habelə bir və çoxrəngli ştrix və rastr klişelərə malik formalardan tuşlanma və çal üzrə işlərin (maşının və materialların çapa hazırlanması, özüqoyan tərtibatın doldurulması, ottisklərin keyfiyyətini yoxlamaqla qoyulması və qəbulu, qəbul tərtibatının boşaldılması) yerinə yetirilməsi, eləcə də formaların çapa hazırlanması, işə nəzarət, rulonlu rotasiya maşınlarına xidmət, keyfiyyətinə nəzarət etməklə dəftərlərin qəbulu, onların bağlayıcı-sıxıcı preslərdə və qəbul-presləmə tərtibatında preslənməsi və bağlanması işlərinin yerinə yetirilməsi.

Bilməlidir: nabor, stereotip (hart, plastik kütlə, rezin) və fotopolimet formaların hazırlanmasının texnoloji prosesini: səhifələrin düzülüşü variantlarını; dekellərin növlərini; tətbiq edilən kağızın və texniki parçaların çeşidlərini, formatlarını və onlara verilən texniki tələbləri; böyük, orta və kiçik formatlı yastı çap maşınlarında yüksək çap zamanı sətirlərin tuşlanması, sahmanlanması və çap edilməsinin xüsusiyyətlərini; çap edilmiş ottisklərə, o cümlədən də pul nişanlarına, ciddi uçot məlumatlarına və bükmə dəftərlərə verilən texniki tələbləri; avadanlığın istismarı və ona xidmət qaydalarını.

§ 17. Yüksək çap çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Nabor, stereotip və şəkilli formaların çapa hazırlanması. Stereotiplərin və klişelərin ölçülərinin yoxlanıb düzəldilməsi. Stereotiplərin və klişelərin müxtəlif nov altlıqlara bərkidilməsi. Səhifələrin düzəldilməsi. Kənarların hesablanması. Aralıq materialın seçilməsi və düzülməsi. Zolaq xətlərinin yoxlanıb düzəldilməsi. Formanın bağlanması, yağlanması və sürtülməsi. Aralıq materialın sökülməsi. Svodkanın alınması və daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə tutuşdurub yoxlanması.

Tigel və kiçik (54X70 sm-dək) yastı çap maşınlarında: klişesiz stereotip və mətn nabor formalarından, klişeli stereotip və mətn nabor formalarından; ştrix klişelərə (rəngli ünsürləri ayrı yerləşdirilmiş, yaxud ən çoxu iki rəng çəkməklə birrəngli və ikirəngli) və rastr klişelərə (liniaturu 34 xət/sm-dək olan bir və çoxrəngli) malik formalardan; lövhələrdən sahmanlama və çap işlərinin yerinə yetirilməsi.

Kiçik biletçaplama maşınlarında, stereotip formalardan sahmanlama və nömrələməklə, çap işlərinin yerinə yetirilməsi. Formanın qoyulması. Yeni dekelin (çərçivənin) hazırlanıb qoyulması, yayıcı valların yoxlanması. Nömrələyici tərtibatın (bilet çapı maşınlarında) qoyulması. Formanın tuşlandırılması və sahmanlanması. İşdəki qüsurların aradan qaldırılması. maşının təmizlənməsi və yağlanması.

Oyma formalarından su nişanlı (filiqran) kağıza keramik boyaqlarla əllə, yaxud dəzgahda çap etmə.

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə sahmanlama və çap üzrə aşağıdakı işlərin yerinə yetirilməsi; rotasiya vərəq maşınlarında və 60X92 sm-dən artıq formatlı bir-iki rulonlu maşınlarda — klişesiz hart, stereotip plastik kütlə və fotopolimer mətn formalarından, habelə klişeyə malik — ştrixli (iri qrafik ünsürlü) və rastr liniaturu (34 xət/sm-dən olan))formalardan; 90X120 sm formatlı yastı çap maşınlarında — mətnli nabor və stereotip hart formalardan klişesiz, habelə ştrix və rastr klişeyə malik formalardan bir və çoxrəngli işlərin; böyük, orta və kiçik formatlı yastı çap maşınlarında — gilyoşir və naxış (ornament) ünsürlərinə malik yüksək dərəcədə bədii birrəngli və çoxrəngli rastr işlərinin, nadir və çox xüsusi nəşrlərin, yüksək dərəcədə bədii mətnlərin, xüsusən ciddi uçotlu məmulatların.

Keyfiyyətini yoxlamaqla ottisklərin qoyulması və qəbul edilməsi. Doldurma tərtibatının hazırlanması, kağız rulonların hazırlanması və doldurulması (qəzet rotasiya aqreqatlarında).

Bilməlidir: tipoqrafiya ölçmə sistemini; şriftlərin, aralıq və bağlama materialların növlərini; nəşrlərin formatlarını; bölüşdürmə normalarını, səhifələrin düzülməsi qaydalarını; bükmə variantlarını; yüksək çapda birrəngli yarımton orijinalların təkrar alınması (istifadə edilməsi) prinsipini; formanın döşənməsi, bağlanması, tuşlandırılması və sahmanlanması üsüllarını; çap formalarına, istifadə olunan materiallara, çal maşınının vallarına verilən texniki tələbləri; ciddi uçotlu məhsulun çap edilməsi qaydalarını; kağızın xassələrini; boyaqların tərkibini və nömrələrini; tuşlandırma dəzgahında iş üsulunu; nömrələmə aparatlarını tənzimləmək. üsullarını (kiçik biletçaplama maşınlarında); qravürə boyağın çəkilməsi üsullarını; ştanqlaz məmulatlarına verilən texniki tələbləri; qravürlərin və filiqran kağızın saxlanılması qaydalarını; rotasiya vərəq və bir-ikirulonlu maşınların işə hazırlanmasının və onlarda tuşlandırma, sahmanlama və çap işlərinin xüsusiyyətlərini.

İşə aid misallar

Tigel və kiçik yastı çap maşınlarında sahmanlama və çapetmə.

1.      Dəvətnamələr.

2.      Qəzetlər.

3.      Ştrix təsvirlər.

4.      Qəbz-blank məmulatı (o cümlədən, nömrələnməyən xüsusən ciddi uçot məmulatı).

5.      Vərəqə məmulatı — bülleten, plakat, bildirişlər.

6.      Kitab-jurnal məhsulları.

7.      Cildlər (ablojka), titul, forzas səhifələri.

8.      Mumlu kağız üçün altlıq (astar).

9.      Torlar (jelatin rotoplyonkada).

10.  Konveyer rotoplyonkasının imitasiya torları.

11.  Etiketlər.

Kiçik biletçaplama maşınlarında sahmanlama və çapetmə.

1.      Biletlər (nömrələnməklə) — avtobus, tramvay, trolleybus biletləri və lentformalı biletlər.

Dəzgahda (yaxud əllə) çapetmə.

2.      Dərmanların adları və s.

§ 18. Yüksək çap çapçısı

4-cü dərəcə

İişn xüsusiyyəti. Svodka və tutuşdurma (sverka) nüsxələrinin alınması. Yastı çal maşınında formanın qurulması. Kağızın və boyağın hazırlanması. Formanın ilkin tuşlanması. Stereotipin düzləndirilib sahmanlanması. Sınaq ottisklərinin alınması.

Tigel və kiçik yastı çap maşınlarında: klişeyə malik formalarda — ştrixli (rənglərin dəqiq tuşlandırılmasını və uyğunlaşdırılmasını tələb edən xırda qrafiki detalları olan çoxrəngli) işlərin, rastrlı (liniaturu 34 xət/sm-dən çox olan) işlərin və duplekslərin; gilyoşir və ornamental naxışlı elementlərdən ibarət işlərin qalvanostereotip formalardan sahmanlanması və çapı.

Orta (54X70 sm-dən 70X92 sm-dək) və böyük (70X92 sm-dən 84X108 sm-dək) yastı çap maşınlarında və avtomatlarda; mətn naboru, stereotip (hart, plastik kütlə, rezin) və klişesiz fotopolimer formalardan; klişeyə malik — ştrixli (birrəngli və rəng, elementləri ayrı-ayrı yerləşən çoxrəngli, yaxud ən çoxu iki rəng əlavə etməklə) və rastrlı (liniaturu 34 xət/sm olan bir və çoxrəngli) formalardan; plaşkadan; dəqiq uçotu və xüsusi təyinatı olan blankların plastik kütlə və rezin formalardan sahmanlanması və çapı.

Nömrəli və nömrəsiz bilet çap edən rotasiya və avtomat maşınlarda stereotip rezin və plastik kütlə formalar üzrə sahmanlama və çap.

Birrulonlu kiçik (42X59,5 sm formatlı) rotasiya qəzet çap maşınlarında klişesiz və klişeyə malik — ştrixli (iri qrafika detalları olan) və rastrlı (liniaturu 34 xət/sm-dək) mətnlərin formalar üzrə sahmanlanması və çapı.

Rəng elementlərini əvəz etməklə çoxrəngli çap formalarının tuşlandırılması. Kəsimlərin hazırlanması və təsvir formalarının sahmanlanması. Maşının rəng aparatında rəng çalarlarının düzəlişi. Ləkələnməyə qarşı aparatın hazırlanması. Nömrələyicilərin qurulması. Özüqatlayıcıların hazırlanması. Nömrələmə prosesinin aparılması. İşdəki qüsurların aradan qaldırılması. Mətn diapozitivlərinin elektroqrafika üsulu ilə hazırlanması.

Daha yüksək dərəcəli çapçı ilə birlikdə 60X92 sm olan və bundan böyük formatlı vərəqli və iki-üç rulonlu rotasiya çap maşınlarında klişesi olan — ştrixli (xırda qrafiki detalları olan), rastrlı (liniaturu 34 xət/sm-dən çox olan) və həmçinin klişesiz (nadir və xüsusi təyinatlı nəşrlər çap edilrkən) mətnin hart və plastik kütlə stereotip və fotopolimer formalar üzrə; 90X120 sm formatlı yastı çap maşınlarında — yüksək bədii birrəngli və çoxrəngli rastr işləri, habelə nadir, xüsusi təyinatlı və unikal nəşrlər üzrə; yüksək bədii mətnli işlər üzrə gilyoşir və ornamentli elementləri olan xüsusi ciddi uçotlu məmulatlar üzrə; ikirəngli yastı çap maşınlarında — müxtəlif mürəkkəbliyə malik formalar üzrə sahmanlama və çap əməliyyatlarının aparılması.

Doldurucu tərtibatın hazırlanması. Rulonların (qəzet çap edən yüksək sürətli rotasiya aqreqatlarında) hazırlanması və doldurulması.

Bilməlidir: kağızların strukturunu və elektrostatik yüklənməsini, onu aradan qaldırmaq üsullarını; qüvvə ilə sahmanlanmanın metod və texniki üsullarını; rəng etalonlarını, onların çap və çalarlıq xassələrini; yüksək çapda çoxrəngli orijinallardan təkrar istifadə edilməsi prinsiplərini; rənglərin əvəz edilməsində icazə verilən sapmaları; çap vaxtı ləkələnmənin qarşısının alınması metodlarını; biletlərdə çap edilən fon artikullarını; bilet nömrələrinin sifariş cədvəlinə uyğunluğuna nəzarət etmək qaydalarını; nömrələmə aparatlarının iş prinsipini; tigel və kiçik yastı çap maşınlarının tənzimlənməsi üsullarını; maşınların işə hazırlanması, ilkin tuşlanması, sahmanlanması və ikirəngli yastı çap maşınlarında çapın xüsusiyyətlərini.

İşə aid misallar

Tigel və kiçik yastı çap maşınlarında sahmanlanma və çapetmə.

1. Qravürlər (oymalar).

2. Fəxri fərmanlar.

3. Ciddi uçot sənədləri (pasport, şəxsi vəsiqələr və s).

4. Qəbz-blanklar və bilet kitabçaları (nömrələnən və ən ciddi uçotu aparılan).

5. Rastrlı birrəngli şəkillər.

6. Cildlər (o cümlədən pasport və partiya sənədləri üçün texniki parça üzərində).

7. Kitab-jurnal məhsulları.

8. Ciddi uçot sənədlərində mühazirə torları və rənglər, yazılar və nömrələr.

9. Etiketlər.

Orta və böyük yastı çap maşınlarında və avtomatlarında sahmanlama və çap.

1.      Afişalar.

2.      Qəzetlər.

3.      Ştrixli illüstrasiyalar (rəsmlər;

4.      Cildlər, titullar, forzaslar (ciddi uçotu aparılan sənədlər üçün texniki parça üzərində nömrələr).

5.      Qəbz-blank və kitabça-bilet (o cümlədən nömrəsiz, sadə torlu, rəngli və s.) məmulatı.

6.      Kitab-jurnal məhsulları.

7.      Vərəqə məhsullar: bülletenlər, plakatlar, elanlar.

Bilet çap edən avtomatlarda və rotasiya maşınlarında sahmanlama və çap.

1.      Abunə biletləri (metropoliten, idman-tamaşa tədbirləri və s. üçün).

2.      Müxtəlif artikullu karton biletlər.

3.      Qəbzlər.

4.      Surətölçmə lentləri

Kiçik birrulonlu qəzet rotasiya maşınlarında sahmanlama və çap.

1.      Qəzetlər.

 

 § 19. Yüksək çap çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Tigel və kiçik yastı çap maşınlarında rəsmli rastr formalardan çoxrəngli işlərin sahmanlanması və çapı.

Orta və böyük yastı çap maşınlarında və avtomatlarında: klişeyə malik formalardan — ştrixli (rənglərin dəqiq uyğunlaşdırılmasını və tuşlandırılmasını tələb edən xırda qrafiki detalları olan çoxrəngli işlərin), rastrlı (liniaturu 34xət/sm-dən çox olan birrəngli) işlərin və duplekslərin; gilyoşir və ornamental elementlərdən təşkil edilmiş qalvanostereotip formalardan işlərin sahmanlanması və çapı.

Yastı çap maşınlarında formatı 90X120 sm olan birrəngli və habelə ikirəngli; naborlu mətn və hart, plastmas stereotip və klişesiz fotopolimer formalardan; klişeli formalardan — ştrixli (birrəngli və çoxrəngli və rəng elementləri ayrıca yerləşən, yaxud ən çoxu iki rəng əlavə edilməklə) və rastrlı (liniaturu 34 xət/sm-dək olan birrəngli) işlərin; plaşkalardan; gilyoşir və ornament (naxış) elementlərdən ibarət qalvanostereotip formalar üzrə sahmanlanması və çapı.

Vərəqli və bir-iki rulonlu (59,5X84 sm-dən artıq formatlı) rotasiya maşınlarında hart və plastmas stereotip və klişesiz fotopolimer formalardan; klişeyə malik ştrixli (iri qrafiki detallı) və rastrlı (liniaturu 34 xət/sm-dək olan) formalardan; plaşkalardan; rezin formalardan ciddi uçotlu və xüsusi təyinatlı nömrələnmiş blank məmulatının sahmanlanması və çapı, komplektlərin toplanması.

Formaların tuşlanması və maşının bükmə aparatının tənzimlənməsi. Stereotipə uyğunlaşdırma. Stereotiplərin forma silindrlərinə bərkidilməsi. Nömrələmə və bükmə proseslərinin aparılması. İşdəki qüsurların aradan qaldırılması.

Daha yüksək ixtisaslı çapçı ilə birlikdə çoxrulonlu qəzet rotasiya aqreqatlarında sahmanlama və çap işlərinin, vərəqli rotasiya maşınlarında pul nişanlı məmulatların və ciddi uçot sənədlərinin nömrələnməsi işlərinin yerinə yetirilməsi.

Bilməlidir: yastı çap maşınlarında və avtomatlarda çoxrəngli işlərin tuşlandırılması, sahmanlanması və çap edilməsinin xüsusiyyətlərini; rəngşünaslıq elementlərini (rəngin analizi və sintezi haqqında anlayışları); qüvvə ilə sahmanlanmanın bütün növlərinin yerinə yetirilməsi metodlarını; rotasiya maşınlarında çap etmək üçün stereotipə, vala, rulon kağızı və rənglərə verilən texniki tələbləri; xüsusi təyinatlı məmulatın çap olunmasında tətbiq edilən qalvanostereotip formalara və nömrələmə aparatlarına aid texniki tələbləri; böyük və orta yastı çap maşınları və avtomatlarının tənzimlənməsi üsullarını; tigel və kiçik yastı çap maşınları mexanizmlərinin kinematikasını; maşınların işə hazırlanması, çoxrulonlu qəzet rotasiya aqreqatlarında tuşlama, sahmanlama və çapın xüsusiyyətlərini.

İşə aid misallar

Tigel və kiçik yastı çap maşınlarında sahmanlama və çap.

1. Ciddi uçot sənədləri (metalloqraf çapdan sonra kağız üzərində əllə tökmə).

2. Kataloqlar.

3. Markalar.

4. Üç-dörd rəngli təsviri məhsullar, həmçinin birrəngli nadir və xüsusi təyinatlı nəşrlər üçün, unikal nəşrlər üçün, açıqçalar, portretlər, şəkilli reproduksiyalar üçün duplekslər.

5. Prospektlər.

Orta və böyük yastı çap maşınlarında sahmanlama və çap.

1. Ciddi uçot sənədləri (nömrəli və nömrəsiz), pasportlar, akkreditivlər və s.

2. Pul nişanları.

3. Birrəngli rastr illüstrasiyalar.

4. Markalı zərflər və açıqçalar.

5. Nömrələr (avtomatlarda pul nişanları məmulatı).

6. Cildlər (ciddi uçotu aparılan nömrəli sənədlər üçün texniki parça üzərində).

7. Qəbz-blank və kitabça-bilet məhsulları (xüsusi uçotu aparılan nömrəli məmulatlar).

8. Kitab-jurnal məhsulları (lüğətlər, elmi-texniki məlumat kitabları və s).

9. Etiketlər.

Yastı çap maşınlarında (90X120 sm formatlı və ikirəngli) və vərəqli rotasiya maşınlarında sahmanlama və çap.

1. Afişalar.

2. Qəbz-blank və kitabça-bilet məhsullar; * (xüsusi uçotu aparılan nömrəsiz məhsulat).

3. Kitab-jurnal məhsulları.

4. Vərəqə məhsulları — bülletenlər, plakatlar, elanlar.

5. Titullar, forzaslar.

Rulonlu rotasiya maşınlarında sahmanlama və çap.

1. Qəzetlər.

2. Blank məmulatı.

3. Kitab-jurnal məhsulları.

§ 20. Yüksək çap çapçısı

6-cı dərəcə

İşim xüsusiyyəti. Orta və böyük yastı çap maşınlarında və avtomatlarında illüstrasiyalı rastr formalar üzrə çoxrəngli işlərin; nadir və xüsusi nəşrlərim sahmanlanması və çapı.

Yastı çap maşınlarında — birrəngli 90X120 sm formatlı və ikirəngli işlərin, klişesi olan — ştrixli (rənglərin dəqiq tuşlanmasını və uyğunlaşdırılmasını tələb edn çoxrəngli) işlərin, rastrlı (liniaturu 34 xət/sm-dən çox olan bir-rəngli) işlərin və duplekslərin; gilyoşir və ornamental elementlərdən təşkil edilmiş ən mürəkkəb və qalvanostereotip formalardan; çoxrəngli rastr illüstrasiyalı işlərin formalardan sahmanlanması və çapı; nadir və xüsusi nəşrlərin sahmanlanması.

Vərəqli rotasiya maşınlarında və bir-ikirulonlu (formatı 59,5X84 sm-dən böyük) maşınlarda klişeli—ştrixli (xırda qrafiki detalları olan), rastrlı (liniaturu 34 xət/sm-dən çox olan) formalardan sahmanlama və çap; nadir və xüsusi nəşrlərin sahmanlanması və çapı; pul nişanlı məmulatların və ciddi uçot sənədlərinin nömrələnməsi.

Çoxrulonlu qəzet rotasiya aqreqatlarında qəzetlərin çapı. Sahmanlama. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: rotasiya aqreqatlarında stereotip formalardan tuşlama və sahmanlama metodlarını; birrəngli (90X120 sm formatlı) və ikirəngli yastı çap maşınlarının nizamlanması üsullarını; orta və böyük yastı çap maşınları və avtomatların mexanizmlərinin kinematikasını.

İşə aid misallar

Orta və böyük yastı çap maşınlarında və avtomatlarda sahmanlama və çap.

1.         Kitablar.

2.         Üç-dörd rəngli təsviri məhsullar, həmçinin nadir və xüsusi təyinatlı birrəngli nəşrlər və unikal nəşrlər üçün duplekslər, illüstrasiyalar, açıqçalar, portretlər, tablolardan reproduksiyalar, linoqravürlər.

3.         Prospektlər.

4.         Ensiklopediyalar.

Birrəngli (90X120 sm formatlı) və ikirəngli yastı çap maşınlarında sahmanlama və çap.

1.         Ciddi uçot sənədləri (pasport və s).

2.         Pul nişanları.

3.         Bir və çoxrəngli rastrlı illüstrasiyalar.

4.         Kataloqlar.

5.         Kitab-jurnal məhsulları.

6.         Qəbz-blank və kitabça-bilet məhsulları (ciddi uçotlu nömrələnmiş məmulatlar).

7.         Prospektlər.

Rotasiya maşınlarında sahmanlama və çap.

1.         Kataloqlar, prospektlər.

2.         Pul nişanlı məmulatların və ciddi uçotlu sənədlərin nömrələnməsi.

3.         Kitab-jurnal məhsulları.

4.         Ensiklopedik nəşrlər.

Çoxrulonlu qəzet rotasiya aqreqatlarında sahmanlama və çap.

1.         Qəzetlər.

§ 21. Yastı çap çapçısı

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə birrəngli kiçik formatlı (54X70 sm-dək) ofset maşınlarında ştrixli və rastrlı rəsmli, bir və çoxrəngli nəşrlərin sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi (maşının və materialların çapa hazırlanması, formaların sahmanlanmasında, kağızverən tərtibatın doldurulmasında, maşının yağlanmasında, ottisklərin keyfiyyətini yoxlamaqla qəbulunda, qəbuledici tərtibatın boşaldılmasında iştirak etmək), habelə formaların çapa hazırlanması, işə nəzarət olunması, ottisk və dəftərçənin keyfiyyəti yoxlanmaqla qəbulu, qəbuletmə tərtibatının boşaldılması, dəftərçələrin preslənməsi və yığılması üzrə işlərin yerinə yetirilməsi.

Bilməlidir: yastı çapda çap və aralıq elementlərinin yaranma prinsiplərini; tətbiq edilən kağızların və texniki parçaların sortlarını, formatlarını və onlara verilən texniki tələbləri; ciddi hesabatlı məhsulların çəp olunmuş ottisklərinə və bükülmüş dəftərçələrə verilən texniki tələbləri; şəkil pasportlarına və dekola verilən texniki tələbləri; avadanlığın istismarı və ona xidmət qaydalarını.

§ 22. Yastı çap çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. "Rotaprint", "Dominant" tipli ofset maşınlarında liniaturu 40 xət/sm-dək olan ştrixli və rastr şəkilli birrəngli işlərin sahmanlanması və çapı. Formaların yerləşdirilməsi və sahmanlanması. Kağızı özüqoyan tərtibatın doldurulması. Rəngləyici, nəmləyici aparatların nizamlanması. İşdəki qüsurların aradan qaldırılması.

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə birrəngli kiçik formatlı ofset maşınlarında yüksək bədii işlərin, ornamental elementləri olan xüsusi ciddi uçotlu məmulatların sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi; ottisklərin keyfiyyəti yoxlanılmaqla qəbulu; bir və ikirəngli yarımformatlı (60X90 sm və daha böyük) ofset maşınlarında şəkilli—iri qrafiki detalları olan ştrixli, liniaturu 40 xət/smlik rastrlı nəşrlərin; birrəngli tam formatlı maşınlarda şəkilli — xırda qrafiki detallı, liniaturu 40 xət/sm-dən çox olan rastrlı nəşrlərin; rulonlu dördrəngli kiçik formatlı ofset maşınlarında iri və xırda qrafiki detallara malik ştrixli şəkilləri olan işlərin və müxtəlif liniaturlu rastrlı işlərin sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi.

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə çoxrulonlu qəzet aqreqatlarında qəzet və jurnalların sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi.

Daha yüksək çapçının rəhbərliyi ilə istənilən mürəkkəbliyi olan fototip formaların işlənilməsi üzrə işlərin yerinə yetirilməsi. Orijinala uyğun rəngin tərtibi, formanın sahmanlanması və hazırlanması, sınaq nümunəsinin hazırlanması.

Çap maşınının kağızverən lövhəsinə kağızın qoyulması, kağızın çapa hazırlanması, çapdan sonra dəftərçələrdən məhsulun seçilib ayrılması.

Doldurucu quruluşun hazırlanması, kağız rulonunun hazırlanması və doldurulması.

Bilməlidir: nəşrin formatını; tətbiq edilən kağızın sortlarını və boyaqların nömrələrini; ofset rezininə, rəng və nəmləmə vallarına, çap formalarına və tətbiq edilən materiallara verilən texniki tələbləri, istənilən mürəkkəblikli fototip və elektroqrafik formaların hazırlanmasının texnoloji proseslərini.

§ 23. Yastı çap çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. "Rotaprint", "Dominant" tipli ofset maşınlarında liniaturu 40 xət/sm-dən çox olan birrəngli rastr şəkilli, həmçinin çoxrəngli ştrixli və rastr şəkilli işlərin sahmanlanması və çapı.

Litoqrafiya və birrəngli kiçik formatlı ofset maşınlarında şəkilli (iri qrafiki detalları olan ştrixli və liniaturu 40 xət/sm-dək olan rastrlı rəng elementləri ayrı-ayrılıqda yerləşən, yaxud ikidən az rəng əlavə edilən birrəngli və çoxrəngli), fonlu plaşka və tökmə işlərin sahmanlanması və çapı.

Maşın silindrinin kirz və müşənbə ilə üzlənməsi. Çap formalarının, diyirləmə və yayma vallarının, rəng plitələrinin və nəmləyici aparatın sahmanlanması, işdəki qüsurların aradan qaldırılması.

Daha yüksək çapçı ilə birlikdə ikirəngli tam formatlı ofset maşınlarında — xırda qrafiki detallara malik ştrixli şəkilli və liniaturu 40 xət/sm-dən çox olan rastr nəşrlərin, həmçinin kartoqrafik nəşrlərin; bir və ikirəngli tamformatlı ofset maşınlarında — çoxrəngli və yüksək bədii işlərin; dörd və altırəngli tamformatlı vərəqli ofset maşınlarında, dörd və daha çox rəngli orta və böyük formatlı rulonlu maşınlarda — müxtəlif mürəkkəb nəşrlərin, dördrəngli rulonlu maşınlarda — yüksək bədii çoxrəngli nəşrlərin sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi.

Doldurucu qurğunun hazırlanması, yüksəksürətli çoxrulonlu aqreqatda rulonların hazırlanması və qoyulması.

Bilməlidir: yastı çap üçün formaların neqativ və pozitiv üsullardan istifadə edərək surətlərini çıxarmaq yolu ilə hazırlanmasının texnoloji prosesini; yarımton və çoxrəngli orijinalların yastı çap maşınında təkrar çap olunmasını; tətbiq edilən məhlulların resepturunu; kağızın akklimatizasiya şəraitini; sex şəraiti və onun çap prosesinə təsirini; "Rotaprint" tipli ofset maşının tənzimlənməsi üsullarını.

İşə aid misallar

Kiçik formatlı litoqraf və ofset maşınlarında sahmanlama və çap.

1. Dekol.

2. Müşayiət sənədləri (banderollar, makulatura nişanları, qaimələr və s).

3. Coğrafiya, topoqrafiya xəritələri və şəkillərinin ölçüləri 47X108 sm-dək olan bir-altırəngli xüsusi xəritələr.

4. Markalar.

5. Cildlər (üz qabığı), forzaslar.

6. Plakatlar.

7. Kitab-jurnal məhsulları.

8. Not əsərləri (zərb alətləri, kütləvi mahnılar və s. üçün notlar) .

§ 24. Yastı çap çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. "Rotaprint", "Dominant" tipli ofset maşınlarında çoxrəngli yüksək bədii işlərin sahmanlanması və çapı.

Bir —, iki—, dörd və altırəngli tam formatlı ofset maşınlarında şəkilli qrafiki detalları olan ştrixli və liniaturu 40 xət/sm-dək olan rastrlı — rəng elementləri ayrı-ayrı yerləşən, yaxud ikidən az rəng əlavə edilən birrəngli və çoxrəngli) fon plaşkalı və tökmə işlərin; sahmanlanması və çapı.

Ofset silindrlərinə rezin üzlüklərin salınması.

Litoqrafiya və birrəngli hər cür formatlı ofset maşınlarında şəkilli (xırda qrafiki detalları olan ştrixli və liniaturu 40 xət/sm-dən çox olan rastrlı — birrəngli və ikidən artıq rəng vurulan çoxrəngli) işlərin, mürəkkəb duplekslərin, bütöv fonun, yaxud seyrək, lakin tünd fonun sahmanlanması və çapı.

Birrəngli kiçik formatlı ofset maşınlarında rənglərin mürəkkəb uyuşmasına və tədricən keçidliyə malik, gilyoşir və ornamental xarakterli incə qrafiki detalları olan, bütövlüklə fondan ibarət işlərin sahmanlanması və çapı.

Rulonlu dördrəngli kiçik formatlı ofset maşınlarında iri detallı ştrixləri olan şəkilli və liniaturu 40 xət/sm-dək rastrlı işlərin sahmanlanması və çapı.

Daha yüksək ixtisaslı çapçı ilə birlikdə bir-ikirəngli tamformatlı maşınlarda texniki parça üzərində bədii reproduksiya işlərinin; dördrəngli ofset maşınlarında rənglərin mürəkkəb uyğunlaşdırılmasından alınan xüsusi məmulatların; altırəngli vərəqli tamformatlı ofset maşınlarında müxtəlif mürəkkəbliyə malik işlərin; çoxrulonlu qəzet rotasiya aqreqatlarında qəzet və jurnalların sahmanlanması və çapı üzrə işlərik Yerinə yetirilməsi.

Bilməlidir: bimetal çap formaları hazırlanmasının texnoloji proseslərini; rəngşünaslıq elementlərini (rəngin analizi və sintezi haqqında anlayışları); boyaqların çalarlıq və çap xüsusiyyətlərini, onların kağız və texniki parça ilə qarşılıqlı əlaqəsini; rənglərin əvəz edilməsi qaydalarını; çoxrəngli işlərin sahmanlanması və çap xüsusiyyətlərini; litoqrafiya və birrəngli kiçikformatlı ofset maşınlarının tənzimlənməsi üsullarını; maşınların işə hazırlanması, çoxrulonlu qəzet rotasiya aqreqatlarında sahmanlama və çapın xüsusiyyətlərini.

İşə aid misallar

Vərəqli tamformatlı bir—, iki— və dördrəngli ofset maşınlarında sahmanlama və çap

1. Yapışdırma vərəqlər (vkleyka), cildlər, forzaslar, etiketlər.

2. Topoqrafiya, coğrafiya və şəkillərinin ölçüsü 47x108 sm-dək olan bir-altırəngli xüsusi xəritələr.

3. Plakatlar.         

4. Not əsərləri.

5. Kitab-jurnal işləri.

6. Mühafizə torları, ciddi uçot sənədləri üçün qoşma vərəqlər.

Vərəqli litoqrafiya, kiçikformatlı və tamformatlı ofset maşınlarında sahmanlama və çap

1. Dekol.

2. Ciddi uçot sənədləri (vəsiqə, fəxri fərmanlar).

3. Rəsmlər və unikal nəşrlər.

4. Ciddi uçot sənədlərində mühafizə toru.

5. Markalar.

6. Açıqçalar.

7. Plakatlar.

8. Əyani tədris vəsaiti.

9. Not əsərləri.

10. Kitab-jurnal işləri.

11. Etiketlər.

Rulonlu dördrəngli kiçik formatlı ofset maşınlarında sahmanlama və çap

1. Kitab-jurnal işləri.

2. Etiketlər.

§ 25. Yastı çap çapçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. İki—, dörd və altırəngli tamformatlı ofset maşınlarında şəkilli (xırda qrafiki detalları olan ştrixli və liniaturu 40 xət/sm-dən artıq birrəngli və ikidən artıq rəng vurulan çoxrəngli rastrlı) nəşrlərin, mürəkkəb duplekslərin, bütöv yüngül fonu, yaxud seyrək, lakin tünd fonu olan işlərin; eyni vaxtda nömrələri də çap olunan dövlət nişanlı məmulatların sahmanlanması və çapı.

Hər cür tipli litoqrafiya və vərəqli ofset maşınlarında külli miqdar rəngləri, rənglərin mürəkkəb uyğunlaşdırılması və tədrici keçidləri olan yüksək bədii çoxrəngli işlərin; mətni ağ rənglə (çevirmə) çap olunan bütöv fonlu işlərin; gilyoşir və ornamental xarakterli incə qrafiki detalları olan işlərin sahmanlanması və çapı.

Rulonlu dördrəngli kiçikformatlı maşınlarda şəkilli (xırda qrafiki detalları olan ştrixli və liniaturu 40 xət/sm-dən artıq rastrlı) və həmçinin yüksək bədii işlərin sahmanlanması və çapı.

Rulonlu dörd və daha çox rəngli orta və böyükformatlı maşınlarda müxtəlif mürəkkəbliyə malik işlərin sahmanlanması və çapı. Çoxrulonlu qəzet rotasiya aqreqatlarında qəzet və jurnalların sahmanlanması və çapı.

Müxtəlif tipli maşınlarda istənilən mürəkkəbliyə malik fototip formalar dan çapetmə. Nəmlənmə.

Formaların qurudulması və maşına qoyulması. Təzyiqin nizamlanması. Sınaq ottiskinin alınması. Formanın işlənilməsi (əlavə nəmlənməsi və codlaşdırılması). Orijinala uyğun rənglərin tərtibi. Kağızın hazırlanması.

Bilməlidir: fototip formalara və nömrələmə aparatına verilən texniki tələbləri; keramik məmulatların bişirilmə rejimini; bişirilmənin rəngə təsirini; dolaqlı (rolevıx), həmçinin bir, iki və dördrəngli tamformatlı ofset maşınlarının tənzimlənməsi üsullarını; litoqrafiya və kiçikformatlı ofset maşınları mexanizmlərinin kinematikasını.

İşə aid misallar

Vərəqli iki və dördrəngli ofset maşınlarında sahmanlama və çap

1.    Açıqçalar.

2.    Plakatlar.

3.    Əyani tədris vəsaitləri.

4.    Kitab-jurnal işləri.

5.    Etiketlər.

Hər cür tipdən olan litoqrafiya və ofset maşınlarında sahmanlama və çap

1.    Dekol.

2.    Ciddi uçot sənədləri (akkreditivlər, vəsiqələr, çeklər və s.)

3.    Ensiklopediya, nadir məxsusi və unikal nəşr şəkilləri.

4.    Topoqrafiya və coğrafiya atlasları, xəritələri, habelə ölçüləri 47X108 sm-dək olan yeddi və daha çox rəngli xəritələr.

5.    Markalar.

6.    Portretlər.

7.    Yüksək bədii kitab işləri.

8.    Muzey tablolarından reproduksiyalar.

9.    Mühafizə torları, ciddi uçot sənədlərinin qoşma vərəqləri.

10. Nömrəli Dövlət nişanlı məmulatlar.

Bir və çoxrulonlu çoxrəngli ofset maşınlarında sahmanlama və çap

1.      Kitab-jurnal məhsulları.

2.      Qəzetlər.

§ 26. Metal qrafikalı basmaların çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Metalloqrafiya dəzgahında not lövhələrindən ottisklərin alınması və fotoşəklini çəkmək üçün ottisklərin quraşdırılması. Boyağın bişırilməsi. Not lövhələrinin qızdırılması və üzlənməsi. Dəzgahın tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: səhifələrin düzülməsi qaydalarını; ottisklərin quraşdırılması üsullarını; boyaqların resepturunu və xassələrini; metalloqrafiya dəzgahının tənzimlənməsi üsullarını.

§ 27. Metal qrafikalı çap çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə Dövlət nişanlı məsul və bədii məmulatların rotasiya metalloqraf dərin çap maşınlarında sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi. Kağızın hazırlanması və kağızı özüqoyan tərtibatın kağızla doldurulması. Qəbuledici qurğunun hazırlanması. Vişer zolağının qoyulması. Maşının yuyulması və yağlanması.

Bilməlidir: rotasiya və metalloqraf çapının əsaslarını; formanın, kağızın, boyaqların və valların keyfiyyətinə verilən tələbləri; maşınların əsas qovşaqlarını və onlara qulluq edilməsi qaydalarını.

§ 28. Metal qrafikalı çap çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçı ilə birlikdə Dövlət nişanlı məsul və mürəkkəb bədii məmulatların bir-üçrəngli rotasiya metalloqraf dərin çap maşınlarında sahmanlanması və çap işlərinin yerinə yetirilməsi. Kağızın özüverən tərtibatın çap kağızı (məmulatları ilə doldurulması. Boyaq aparatının boyaqla doldurulması). Maşınların yağlanması.

Bilməlidir: tətbiq edilən materialların tərkibini və xassələrini; kağızı özüverən tərtibatın quruluşunu və onun tənzimlənməsi üsullarını; maşınların müxtəlif rənglər üzrə çapa hazırlanmasının xüsusiyyətlərini.

§ 29. Metal qrafikalı çap çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçı ilə birlikdə Dövlət nişanlı məsul və mürəkkəb bədii məmulatların bir-üçrəngli rotasiya dərin çal maşınlarında sahmanlanması və çap işlərinin yerinə yetirilməsi. Maşınların çapa hazırlanması. Vişer zolağının, formaların, dekellərin, yastıqların, val silən rakellərin yuyulması, Boyaqların verilməsinin və vərəqaparan tərtibatın quruluşunun tənzimlənməsi.

Bilməlidir: boyaqların çap və çalarlıq xassələrini; maşınların əsas qovşaqlarını və onların tənzimlənməsi üsullarını.

§ 30. Metal qrafikalı çap çapçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. Bir-üçrəngli rotasiya metalloqraf dərin çap maşınlarında Dövlət nişanlı məsul məmulatların və cürbəcür həcm və çalarlıq effekti verilən mürəkkəb bədii işlərin (klassik qravürə tipli) sahmanlanması və çapı. Hidravlik sistemin, silici qurğunun, forma silindrini və formaları qızdıran mexanizmlərin, boyaqların qabaqcadan sıyrılmasının tənzimlənməsi, Çap prosesinin aparılması. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: məmulatların su nişanlı kağızda çapı xüsusiyyətlərini; rotasiya metalloqraf dərin çap maşınları mexanizmlərinin kinematikasını.

§ 31. Orlov çapı çapçısı

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə Orlov çapı maşınlarında sahmanlama və çap üzrə işlərin yerinə yetirilməsi. Maşınların, çap formalarının və materialların çapa hazırlanmasında iştirak etmək. Ottisklərin keyfiyyətini yoxlamaqla qəbulu, qəbuletmə tərtibatının boşaldılması. Maşınların yuyulması, yağlanması və təmizlənməsi işlərində iştirak etmək.

Bilməlidir: Orlov çapının texnoloji prosesini; tətbiq edilən kağızlara, çap olunmuş ottisklərə və çap formalarına verilən texniki tələbləri; avadanlığın istismarı və ona xidmət qaydalarını.

 

§ 32. Orlov çapı çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə Orlov çapı maşınlarında şablonsuz birrəngli işlərin sahmanlanması və çapı. Formaların qurulması. Sahmanlamada iştirak etmək. Kağızı özüqoyan və vərəqaparan tərtibatların tənzimlənməsi. Maşınların yuyulması və təmizlənməsi.

Bilməlidir: Orlov çapı maşınlarımda tuşlama, sahmanlama və çap texnologiyasını; kağızverən və vərəqaparan tərtibatların tənzimlənməsi üsullarını; tətbiq edilən materiallara və çap maşınlarının vallarına verilən texniki tələbləri.

§ 33. Orlov çapı çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə Orlov çapı maşınlarında şablonsuz iki-üçrəngli və şablonsuz işlərin sahmanlanması və çapı. Formaların və şablonların qoyulması. Sahmanlamada iştirak etmək. Kağızverən və vərəqaparan tərtibatların tənzimlənməsi. Maşının yağlanması.

Bilməlidir: maşınların çapa hazırlanması xüsusiyyətlərini; tətbiq edilən materiallara və şablonlara verilən, çapın keyfiyyətinə verilən texniki tələbləri; vərəqaparan sistemin tənzimlənməsi üsullarını; maşının yağlanması sxemini.

§ 34. Orlov çapı çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Orlov çapı maşınlarında çoxrəngli şablonsuz nəşrlərin sahmanlanması və çapı. Maşının çapa hazırlanması. Boyaq verilməsinin tənzimlənməsi. Çap prosesinin aparılması. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: formaların tuşlanması və sahmanlanması metodlarını; boyaqların çap və çalarlıq xassələrini, rəngşünaslıq elementlərini (rənglərin analizi və sintezi anlayışlarını).

§ 35. Orlov çapçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. Orlov çap maşınlarında çoxrəngli şablonlu nəşrlərin sahmanlanması və çapı.

Bilməlidir: şablonlu çoxrəngli çapın xüsusiyyətlərini; maşının tənzimlənməsi üsullarını.

§ 36. Tunclayıcı

1-ci dərəcə

İşin xüsusiyyəti. Çap ottisklərinin tunc və alüminiumdan ibarət metal ovuntuları ilə əllə tozlandırılması (pudralanması)Çap ottisklərinin qurudulması və çırpılıb artıq qırıntılardan təmizlənməsi. Çap vərəqlərinin qəbulu və sabitləşdiricidə yerləşdirilməsi.

Bilməlidir: tətbiq olunan metal ovuntularının və qruntların xassələrini; ottisklərə verilən texniki tələbləri.

§ 37. Tunclayıcı

2-ci dərəcə

İşin xüsusiyyəti. Çap ottisklərinin tunc və alüminium metal ovuntuları ilə tunclama maşınlarında tozlandırılması. Maşının işinin yoxlanması. Kameranın tozlandırıcı ovuntularla doldurulması. Fırçalı mexanizmin və daşıma tərtibatlarının tənzimlənməsi. İşdəki qüsurların aradan qaldırılması. Maşının yağlanması.

Bilməlidir: xidmət etdiyi maşınların iş prinsipini; metal ovuntuların reseptlərini; tunclama maşınını tənzimləmək üsullarını; yağlama qaydasını.

§ 38. Tənəkə üzərində çapçı

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə "Maylander" tipli üçrəngli laklayıcı-quruducu çap aqreqatında, aqreqatı elektrik pultundan idarə etməklə, tənəkəni özüverən tərtibatı tənəkə ilə doldurmaqla, nəmləyici aparatın vallarını üzləməklə tənəkə üzərində hamarlama və çap. Maşının tənzimlənməsi.

Bilməlidir: yastı çapda çapetmə və aralıq elementlərinin yaradılması prinsipini; etiketlərin formatlarını; tətbiq olunan tənəkə sortlarını və boyaqların nömrələrini; ofset rezininə və digər rezin materiallara, rəngləyici və nəmləyici vallara verilən texniki tələbləri; elektropultun quruluşunu və onda işləmək qaydalarını.

§ 39. Tənəkə üzərində çapçı

4-cü dərəcə

İşin xüsusiyyəti. "Maylender" tipli laklayıcı-quruducu-çap aqreqatında ağ, "qızılı" (zər) boyaq və sairlə tənəkə üzərində bütöv fonyaratma işləri, sahmanlama və çap. Boyaq, lak və emal qarışıqlarının tərtibi. Aqreqatın elektropultdan idarə olunması. Qurutma prosesinin aparılması. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: çap formasına və tətbiq edilən materiallara verilən texniki tələbləri; tətbiq edilən məhsulların resepturunu; boyaq, emal və lak qarışıqlarının tərtibi qaydalarını.

§ 40. Tənəkə üzərində çapçı

5-ci dərəcə

İşin xüsusiyyəti. Litoqrafiya və ofset maşınlarında tənəkə üzərində şəkilli (iri qrafiki detalları olan birrəngli və rəng elementləri ayrı-ayrılıqda və birgə yerləşən çoxrəngli) işlərin sahmanlanması və çapı.

Litoqrafiya maşınlarında tənəkə üzərində rəngləri mürəkkəb surətdə uyuşan, külli miqdarda incə qrafiki elementləri olan və bütöv fonlu işlərin sahmanlanması və çapı. Ofset silindrinə mahud araqatlı ofset rezinin çəkilib tarımlanması çap silindri dekelinin, nəmləyici aparatın yastığının tarımlanması. Rəngləyici və nəmləyici aparatların, tənəkəqoyan tərtibatın tənzimlənməsi. Boyaqların və tənəkənin hazırlanması. İşdəki nasazlıqların aradan qaldırılması. Tənəkə vərəqələrinin çapdan sonra közərdilməsi (bişirilməsi) və qurudulması zamanı sobanın temperatur rejiminə nəzarət etmək. Tənəkə üzərindəki ottiskləri infraqırmızı şüalarla qurutmaq üçün qurğunun tənzimlənməsi. Maşınların təmizlənməsi və yağlanması.

Bilməlidir: yastı çap formalarının neqativ və pozitiv surətçıxarma üsulları ilə hazırlanmasının texnoloji prosesini; rəngşunaslıq elementlərini (rəngin analizi və sintezi haqqında anlayışları); boyaqların etalonlarını, onların çap və çalarlıq xassələrini, habelə tənəkə ilə qarşılıqlı təsirini; rənglərin qarışdırılması qaydalarını; çoxrəngli işlərin sahmanlanması və çapının xüsusiyyətlərini; rənglərin uyuşdurulmasında yolverilən sapmaları.

§ 41. Tənəkə üzərində çapçı

6-cı dərəcə

İşin xüsusiyyəti. Ofset maşınlarında tənəkə üzərində çap olunam mürəkkəb rəng çalarlı, külli miqdarda incə qrafiki elementləri olan və bütöv fonlu işlərin sahmanlanması və çapı.

"Maylender" tipli üçrəngli laklayıcı-quruducu-çap maşınında tənəkə üzərində sahmanlama, çap və laklama. Rəngləyici, laklayıcı və nəmləyici aparatların tənzimlənməsi. Qurutma. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: bimetal ofset formaların hazırlanmasının texnoloji prosesini; tənəkədə "nəm üzrə nəm" üsulu ilə çapın xüsusiyyətlərini; mexanizmlərin kinematikasını; litoqrafiya və ofset maşınlarının və "Maylender" tipli laklayicı-quruducu-çap aqreqatının tənzimlənməsi üsullarını.

§ 42. Trafaret çapı çapçısı

1-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə əl dəzgahında trafaret çap formalarının sahmanlanması və çapı üzrə işlərin yerinə yetirilməsi. Rezin rekelin müvafiq sərtliyə seçilməsi. Rekelin müəyyən bucaq altında itilənməsi. Əl dəzgahında çap olunduqdan sonra ottisklərin qəbulu. Ottisklərin retuşlanması.

Bilməlidir: çap olunmuş ottisklərlə davranmaq qaydalarını; çap olunmuş ottisklərə verilən texniki tələbləri; rezinə verilən texniki tələbləri; işin xarakterindən asılı olaraq rekelin itilənməsi bucağını.

§ 43. Trafaret çapı çapçısı

2-ci dərəcə

İşin xüsusiyyəti. İstənilən mürəkkəbliyə malik trafaret çap formalarından əl dəzgahında rezin rekelin köməyilə sahmanlama və çapetmə. Bütün formalardan olan trafaret komplektlərinin çapqabağı yoxlanması. Formanın dəzgaha qoyulması. Təsvir elementlərinin kiçildilməsi, yaxud böyüdülməsi üçün kimyəvi tərkibdən istifadə etməklə formaların sahmanlanması.

Sınaq ottiskinin alınması. Boyaqların tərkibi və formaya çəkilməsi.

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə sahmanlama və çap işlərinin yerinə yetirilməsi.

Yarımavtomatda çap olunandan sonra ottisklərin qəbulu.

Bilməlidir: çap formasına, kağıza və digər materiallara verilən texniki tələbləri; kağızın uyğunlaşdırılması şəraitini.

§ 44. Trafaret çapı çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Yarımavtomatda trafaret çap formalarından sahmanlama və çapetmə. Yarımavtomatda çap olunması nəzərə alınmaqla trafaret komplektlərinin yoxlanması. Formaların qoyulması və sahmanlanması. Maşın mexanizmlərini nizamlamaq yolu ilə sahmanlama işində düzəliş aparılması və sınaq ottiskinin alınması. Yarımavtomatın optimal iş rejiminin seçilməsi. İş prosesindəki qüsurların aradan qaldırılması. Vakuum-soruculu dəzgahlarda yapışqanlı kağızda (hərəkətli dekol) ottiskinin alınması üçün trafaret çap formasından sahmanlama və çap işləri.

Bilməlidir: yarımavtomatda çapın texnoloji prosesini; yarımavtomatın tənzimlənməsi üsullarını; boyaqların çap və çalarlıq xüsusiyyətlərini və onların kağızla qarşılıqlı təsirini.

§ 45. Trafaret çapı çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Avtomatda trafaret formalardan sahmanlama və çap. Avtomatda çap olunması nəzərə alınmaqla trafaret komplektlərinin yoxlanması. Formanın qoyulması və sahmanlanması. Avtomatın mexanizmlərini nizamlamaq yolu ilə sınaq ottisklərinin alınması və sahmanlama işlərində düzəliş aparılması, avtomatın optimal iş rejiminin seçilməsi. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: avtomatda çapın texnoloji xüsusiyyətlərini: avtomatın tənzimlənməsi üsullarını.

§ 46. Fleksoqraf çalı çapçısı

2-ci dərəcə

İşin xüsusiyyəti. Simkoviç tipli maşında ampula və flakonlar üzərindəki etiketlərin çapı. Ştamp və valların qurulması. Vallara boyağın çəkilməsi. Maşın bunkerinin ampula və ya flaksonlarla doldurulması. İşdəki qüsurların aradan qaldırılması. Maşın mexanizmlərinin tənzimlənməsi. Maşınların təmizlənməsi və yağlanması. Müxtəlif pəstahlarda hər cür etiket və yarlıqların əllə çap edilməsi.

Bilməlidir: ştampın keyfiyyətinə verilən texniki tələbləri; Simkoviç tipli maşınların tənzimlənməsi üsullarını.

§ 47. Fleksoqraf çapı çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Kağızda çap üçün nəzərdə tutulmuş fleksoqraf çap maşınında bir-iki rəngli etiketlərin kağızda çap olunması. Çap formalarının qoyulması və sahmanlanması. Rulonun qoyulması və maşının kağızla doldurulması. Boyaq qutularının boyaqla doldurulması. Çap aparatının tənzimlənməsi. Çap olunmuş məmulatın rulona sarınması prosesinin aparılması. Rulonun çıxarılması. İşdəki qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması,

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə dörd və altı rəngli universal fleksoqraf çap maşınında sulu-spirtli boyaqlarla kağız üzərində çap işlərinin yerinə yetirilməsi.

Bilməlidir: çap formalarına verilən texniki tələbləri; sulu-spirtli boyaqların xassələrini və onlarla davranmaq qaydalarını; boyaq rənglərində orijinala müvafiq düzəliş edilməsi üsullarını; tətbiq olunan kağızların sortlarını və xassələrini; maşının tənzimlənməsi üsullarını.

§ 48. Fleksoqraf çşı çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Kağızda çap üçün nəzərdə tutulmuş fleksoqraf çap maşınlarında rənglərinin miqdarından asılı olmayaraq laklanmamış sellofanda və folqada, həmçinin üç və daha çox rəng ilə kağızda etiket məmulatlarının çapı.

Dörd və altı rəngli universal fleksoqraf çap maşınlarında sulu-spirtli boyaqlarla kağızda etiket məmulatlarının çapı. Sahmanlamanın nizamlanması. Sarıma prosesinin aparılması. İşdəki qüsurların aradan qaldırılması.

Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə dörd və altı rəngli universal fleksoqraf çapı maşınlarında lak və piqmentlənmiş boyaqlarla müxtəlif materiallar üzərində çap işlərinin yerinə yetirilməsi.

Bilməlidir: lak boyaqlarının tərkibini və xassələrini; laksız sellofan və folqalarda çapın xüsusiyyətlərini; maşınların tənzimlənməsi üsullarını.

§ 49. Fleksoqraf çapı çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Dörd və altı rəngli universal fleksoqraf çapı maşınlarında laklı və piqmentli boyaqlarla müxtəlif materiallar üzərində istənilən mürəkkəblikli formalardan etiket məmulatlarının çapı. Çap aparatlarının, quruducu və soyuducu qurğuların, sarıyıcı-açıcı aparatın və kəsmə qurğusunun tənzimlənməsi. Maşının elektrik pultundan idarə edilməsi. Qurutma, soyutma, kəsmə və bobinə sarıma proseslərinin aparılması. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: piqmentləşdirilmiş boyaqların tərkibini və xüsusiyyətlərini; laklı sellofan və polietilenin çap xüsusiyyətlərini; rəngşünaslıq elementlərini (rəngin sintezi və analizi barədə anlayışları); statik elektrik yüklərindən azad etmək üçün polietilenin işlənməsi üsullarını; plyonkada və folqada çap, qurutma və soyutma rejimlərini; maşınların tənzimlənməsi üsullarını.

§ 50. Çapçı köməkçisi

1-ci dərəcə

İşin xüsusiyyəti. Bir-iki rəngli materiallar çap edilərkən kağız, tənəkə və s. material vərəqələrin litoqrafiya çap maşınında yığma lövhəsinin üzərinə ön və yan dayaqlar üzrə dəqiq düzəldilərək yığılması.

Çapçının rəhbərliyi ilə materialların, çap formalarının və maşının çapa hazırlanması üzrə işlərin yerinə yetirilməsi. Yan dayağın qoyulması və tənzimlənməsi. Valların yuyulması, maşının təmizlənməsi.

Bilməlidir: çap kağızı və tənəkənin çeşidlərini və formatlarını; çap kağızı və tənəkəsinə verilən texniki tələbləri; formaların tuşlandırılması və düzəldilməsi proseslərinin əhəmiyyətini; çap maşınının əsas qovşaqlarını və ona xidmət qaydalarını.

§ 51. Çapçı köməkçisi

2-ci dərəcə

İşin xüsusiyyəti. Çoxrəngli və yüksək bədii işlər çap edilərkən kağız, tənəkə və s. material vərəqlərin litoqrafiya, yaxud fototip çapı maşınında yığma lövhəsinin üzərinə on və yan dayaqlar üzrə dəqiq düzəldilərək yığılması.

Bilməlidir: çoxrəngli çap üçün formaların tuşlandırılması və düzəldilməsinin xüsusiyyətlərini.

§ 52. Çapçı köməkçisi

3-cü dərəcə

İşin xüsusiyyəti. Pul məmulatı ottisklərinin metalloqrafiya maşınlarında qrafa aparatı formasına nişanlar üzrə yığılması və sancılması, çap olunmuş vərəqlərin formadan çıxarılması və günyəyə yığılması, aralıq kağızla örtülməsi.

Qrafa aparatının tuşlandırılmasının tənzimlənməsi. Vişerlərin dəyişdirilməsi və vişer tərtibatının tənzimlənməsi. Çapedilmiş vərəqlərin keyfiyyətinin təsdiq olunmuş nümunə ilə, yaxud imza vərəqəsi ilə tutuşdurulması. Çoxrəngli dekol ottiskləri çap edilərkən kağızın çap maşınında yığma lövhəsinin üstünə yığılması.

Bilməlidir: yardımçı əməliyyatların (nəmləşdirmə, qurutma, presləmə) metalloqrafiya çapının keyfiyyətinə təsirini; vişer tərtibatını tənzimləmək üsullarını; metalloqrafiya maşınlarında vərəqlərin yığılmasının xüsusiyyətlərini; dekol şəkillərinin pasportlarını.

§ 53. Çapediçi-oyma avtomatın çapçısı

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə SDA-3 tipli çapedici-oyma avtomatında bədii təsvirli bükmə qutuların və etiketlərin biçimlərinin həkk edilməsi və onların çapı işlərinin görülməsi. Rulonun doldurulması. Karton, yaxud kağızın avtomata verilməsi. Rəngləmə sistemi vallarının yuyulması. Qutu biçimlərinin keyfiyyəti yoxlanılmaqla qəbulu. Hər bir rulondan çıxan nəzarət paçkasının hesablanması. Paçkaların itələnməsi və onların nəzarət paçkasının hündürlüyü üzrə ölçülməsi. Paçkaların ştabelə yığılması. Avtomatın təmizlənməsi və yağlanması.

Bilməlidir: formaların çapa hazırlanmasının texnoloji prinsipini; tətbiq olunan kağıza, kartona və boyaqlara verilən texniki tələbləri.

§ 54. Çapedici-oyma avtomatın çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çapçının rəhbərliyi ilə BDS-76 "Şambon" və "Qebel" tipli çapedici oyma avtomatlarında bədii təsvirli bükmə qutu biçimlərində həkketmə və onların çapı üzrə işlərin yerinə yetirilməsi. Rulonların verilməsi. Avtomatın karton, yaxud kağızla doldurulması. Rəngləmə sistemi vallarının yuyulması. Formaların tuşlanmasında, dekellərin və ağac ştampların yapışdırılmasında iştirak etmək.

Bilməlidir: etiketlərin formalarını; avtomatın kağızöturən sisteminin tənzimlənməsi üsullarını; avtomatın yağlanması , qaydalarını.

§ 55. Çapediçi-oyma avtomatın çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. SDA-3 və US-350 "Şambon" tipli çapedici-oyma avtomatlarında bədii təsvirli bükmə qutuların biçimlərində həkketmə və onların çapı. Ştampın və oymalı valların yerinin dəyişdirilməsi. Ştampın həkk edilməsi. Çap aparatlarının, ştamplayıcı qəlibin, kağız zolağı verən mexanizmin və başqa mexanizmlərin tənzimlənməsi. Boyaqların orijinala müvafiq tərtibi. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: oymalı formalara və polad ştamplara verilən texniki tələbləri; tətbiq edilən kağız, karton və boyaqların sortlarını və xassələrini; HDA-3 tipli avtomatın tənzimlənməsi üsullarını.

§ 56. Çapediçi-oyma avtomatın çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. BDO-76, US-500 "Şambon" və 5205 "QEBEL" tipli çapedici oyma avtomatlarında bədii təsviri bükmə qutu biçimlərinin həkk edilməsi və çapı. Formaların tarımlanması və tuşlanması. Dekelin yapışdırılması. Ağac ştampların qoyulması və yapışdırılması. Çap aparatlarının, ştampların, kağız zolağını verən mexanizmin və s. nizamlanması. Boyaqların orijinala müvafiq tərtibi. İşdəki qüsurların aradan qaldırılması.

Bilməlidir: stereotip formalara və ağac ştamplara verilən texniki tələbləri; formaların tuşlanması və sahmanlanması üsullarını; BDO-76 avtomatının tənzimlənməsi üsullarını.

 

 

KİTABLAMA --- CİLDLƏMƏ VƏ

NAXIŞLAMA PROSESLƏRİ

 

TARİF—İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§ 1. Aeroqrafçı

2-ci dərəcə

İşin xüsusiyyəti. Kağız və kartondan hazırlanan məmulatların (açıqçalar, təqvim üçün asılqanlar) trafaret üzrə aeroqrafik üsulla bir və bir neçə rəngdə bir tonda rənglənməsi. Boyaqların etalona müvafiq tərtib olunması.

Bilməlidir: tətbiq olunan boyaqların sortlarını, onların işlədilməsi qaydalarını; məmulatların aeroqraf vasitəsilə rənglənməsi üsullarını.

§ 2. Aeroqrafçı

3-cü dərəcə

İşin xüsusiyyəti. Orijinalın üslubi xüsusiyyətlərini (fakturasını) saxlamaqla kağız və kartondan hazırlanan bədii məmulatların xırda ünsürlərinin aeroqrafik üsulla çoxtonlu rənglənməsi. Trafaretlərin hazırlanması üçün rəngli orijinalların rəng şkalaları üzrə bölünməsi, trafaretlərin hazırlanması.

Bilməlidir: çoxtonlu rəngləmə zamanı boyaqların çəkilməsi qaydalarını; aeroqrafik qələm hissələrinin qarşılıqlı əlaqəsini və onun tənzimlənməsi üsullarını; zayolma növlərini və onun qarşısının alınması tədbirlərini.

§ 3. Blok emaledici aqreqatın maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Blok emaledici aqreqatda kitab blokları kötüklərinin emalı üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Seksiyaya tənzifin, kaptalın və kağızın doldurulması. Yapışqan aparatına yapışqanın tökülməsi. Aqreqatın tənzimlənməsi və yağlanması.

Bilməlidir: kitab blokları kötüyünüun emalı üzrə texnoloji əməliyyatları: materiallara (kağıza, kaptala, tənzifə, yapışqana), emal üçün gətirilmiş kitab bloklarının keyfiyyətinə verilən texniki tələbləri.

§ 4. Blok emaledici aqreqatın maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Blok emaledici aqreqatda kitab blokları kötüyünün emalı. Digər formatlı və həcmli blokların emalına keçərkən aqreqat mexanizmlərinin sazlanması və tənzimlənməsi. Transportyor sıxaclarının, girdələmə, çopurlama, tənzifverən, kapital-kağız seksiyalarının, sıxma və yayma tərtibatlarının qurulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması. Kəsmə seksiyasına malik blokhazırlayan aqreqatda kitab bloklarının emalı. Transportyor sıxaclarının, kötükyapışdırma, blokların üç yandan kəsilməsi, kəsimin rənglənməsi və qurudulması seksiyalarının qurulması və tənzimlənməsi. Digər həcmli və formatlı blokların emalına keçərkən aqreqatın bütün mexanizmlərinin sazlanması və tənzimlənməsi.

Bilməlidir: kitabbağlama-cildləmə proseslərinin texnologiyasını; emal olunmuş blokların keyfiyyətinə verilən tələblərin; blokların nəzarət üsullarını; işlədilən materiallara və yapışqan məhluluna verilən əsas tələbləri; aqreqatın əsas qovşaqlarını tənzimləmək üsullarını.

§ 5. Bükücü maşının maşinisti

2-ci dərəcə

İşim xüsusiyyəti. Çal olunmuş vərəqlərin, təsvirlərin, çertyojların, forzasların və başqa məhsulatın kaset-bıçaqlı kiçik format maşınlarında və digər kiçikformatlı bükmə maşınlarında bükülməsi. Kağızverən avtomat mexanizmin, yan dayaqların, ötürücü tesmaların (qaranların), bükücü aparatın, qəbul tərtibatının büküşlərin sayına və bükmə növlərinə müvafiq qoyulması. Bükülmüş məhsulların itələnməsi, hesablanması və qablaşdırılması. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə bükmə-yapışdırma maşınlarında lotereya biletlərinin bükülməsi və yapışdırılması.

Bilməlidir: kitabın əsas hissələrini; müxtəlif bükmə növlərində vərəqlərin əsas düzülüşlərini; maşının tənzimlənməsi üsullarını.

§ 6. Bükücü maşının maşinisti

3-cü dərəcə

İşim xüsusiyyəti. Çap edilmiş vərəqlərin təkbıçaqlı, kaset və kaset-bıçaqlı bükmə maşınlarında bükülməsi. Kağızverən avtomat mexanizmin, ötürücü tesmaların, vərəqi yandan düzəltmə tərtibatının, termosap tərtibatının və digər mexanizmlərin formata, büküşlərin sayına və bükmə növlərinə müvafiq qoyulması və tənzimlənməsi. Bükülmüş dəftərlərin itələnməsi, hesablanması və qablaşdırılması. Maşının işindəki qüsurların aradan qaldırılması.

Təsvirlərin bükülməsi və dəftərin bükülmüş şəkillərin arasında yerləşdirilməsi. Maşında nömrələmənin ardıcıllığına nəzarət etməklə, dövlət nişanlı məmulatlar üçün sənəd kitabçaları cildlərinin bükülməsi və daxili vərəqlərin cildə yerləşdirilməsi. Maşının işə hazırlanması. Kağızverən avtomat mexanizmin doldurulması. Sorucu tərtibatın, havavermənin, ayırıcı fırçaların, çıxarma tərtibatı ötürücü tesmaları sıxacının, bükücü kasetin və maşının digər mexanizmlərinin formata, büküşlərin sayına, bükmə növlərinə, şəkil kağızının və vərəqin sıxlığına müvafiq tənzimlənməsi. Qoyulmuş vərəqlərin itələnməsi, sayılması və qablaşdırılması. Maşının işindəki qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Dövlət nişanlı məmulatlar üçün çap olunmuş, kənarları kəsilmiş titul və forzasları yapışdırılmış cildlərin biç-bükmə maşınlarında bükülməsi. Kağızverən avtomat mexanizmin, düzəltmə tərtibatının, biçin eni və dərinliyinin, büküşün eninin, qəbul lövhəsinin və maşının digər mexanizmlərinin məmulatın formatına müvafiq qoyulması və tənzimlənməsi. Biçləmə və bükmə prosesinin aparılması. Məhsulun keyfiyyətinin yoxlanması. İş prosesində qüsurların aradam qaldırılmağı, maşının təmizlənməsi və yağlanması.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə bükmə-yapışdırma perforasiya (deşikaçan) .maşınında lotereya biletlərinin bükülməsi, yapışdırılması və deşiklənməsi.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə bükməçilik və yapışdırma-zərfləmə maşınlarında zərflərin bükülməsi, bükülmüş lotereya biletlərinin zərflərə qoyulması və zərflərin yapışdırılması, deşik açılması və metal bəndlə bənd edilməsi.

Bilməlidir: kağızın, formatları üzrə dövlət standartlarını; vərəqlərin düzəldilməsi və bükülməsi variantlarını; bükülmüş dəftərlərə və təsvirlərə, Dövlət nişanlı məmulatlara, lotereya biletlərinə verilən texniki tələbləri və bükülmənin keyfiyyətinə nəzarət üsullarını; dəftərlərin preslənməsi rejimlərini; maşının əsas qovşaqlarının tənzimlənməsi qaydalarını.

§ 7. Bükücü maşının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Çap edilmiş vərəqlərin kəsici tərtibatlı ikibıçaqlı bükmə maşınlarında bükülməsi. Bıçaqların qoyulması və kəsici tərtibatın tənzimlənməsi.

Çap edilmiş yüksək bədii, ensiklopedik, yubiley, hədiyyə nəşrləri vərəqlərinin, çap edilmiş pasport-partiya sənədlərinin titul vərəqlərinin bıçaqlı, kasetli və bıçaqlı-kasetli bükmə maşınlarında bükülməsi.

Pasport-partiya sənədlərimin kənarları kəsilmiş, titul və ya forzas vərəqləri cildlərinin biç-bükmə maşınında bükülməsi.

Lotereya biletlərinin bükmə-yapışdırma perforasiya maşınlarında bükülməsi, yapışdırılması və deşik açılması, habelə lotereya biletlərinin bükmə-yapışdırma maşınlarında bükülməsi və yapışdırılması. Kağızverən avtomat mexanizmin, bükücü aparatın, yapışdırıcı və deşikaçan mexanizmin qoyulması və tənzimlənməsi, məhsulun keyfiyyətinin yoxlanması, sənədlərin tərtib edilməsi.

Bilməlidir: vərəqlərin kəsilməsinə verilən texniki tələbləri; iri formatlı vərəqlərin bükülməsi zamanı kağızverən avtomat mexanizmin tənzimlənməsinin xüsusiyyətlərini; kəsici tərtibatı tənzimləmək üsullarını.

§ 8. Bükücü maşının maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Pasport-partiya sənədlərinin, əmək kitabçalarının çap edilmiş iç vərəqlərinin kasetli, bıçaqlı və kasetli-bıçaqlı bükmə maşınlarında bükülməsi.

Bükmə-içlik və yapışdırma-zərf maşınlarında zərflərin bükülməsi, lotereya biletlərinin zərfə qoyulması və zərfin yapışdırılması, deşik açılması və metal bəndlərlə bərkidilməsi, maşının bütün mexanizmlərinin qoyulması və tənzimlənməsi, məhsulun keyfiyyətinə nəzarət, sənədlərin tərtib edilməsi.

Bilməlidir: Dövlət nişanlı məmulatın keyfiyyətinə və lotereya biletlərinin hazırlanmasına verilən texniki tələbləri.

§ 9. Basmanaxış çapçısı

1-ci dərəcə

İşin xüsusiyyəti. Cild qapaqlarının basmanaxış əməliyyatına hazırlanması və basmanaxışdan sonra qapaqların dəzgahlarda və əllə emalı işlərinin yerinə yetirilməsi.

Bilməlidir: basmanaxışdan sonra qapaqların astarlanması və təmizlənməsi üsullarını.

İşə aid misallar

1.         Cild qapaqları və karton məmulatı — astar çəkmək.

2.    Cild qapaqları — basmanaxışdan sonra svetofol, folqa kağızı, zərvərəqlə (qurğuşun kağızı) təmizləmək.

3.    Forma-ştamplar — val vasitəsilə boyaq çəkmək.

§ 10. Basmanaxış çapçısı

2-ci dərəcə

İşim xüsusiyyəti. Kağızdan və kartondan olan məmulatda, etiketlərdə əl və avtomat preslər vasitəsilə ovulmuş boyaqdan xaxışların basılması və çap edilməsi. Forma-ştampın bərkidilməsi və sahmanlanması. Yayıcı və ötürücü valların qoyulması. Yarımavtomat preslərdə çap edərkən boyağın verilməsinin tənzimlənməsi. Presin təmizlənməsi və yağlanması. Mürəkkəb növ basmanaxış və zərləyici rotasiya avtomatlarında basmanaxışa hazırlıq üzrə işlərin yerinə Yetirilməsi.

Bilməlidir: cild qapaqlarında və etiketlərdə basma naxış və çap işlərinin növlərini; ştamplara verilən texniki tələbləri və onların qoyulması üsullarını; Basmanaxışın rejimlərini; yarımfabrikatlara və çapın keyfiyyətinə verilən texniki tələbləri; zərləmə preslərinin tənzimlənməsi üsullarını.

İşə aid misallar

1.    Cild qapaqları — zərli basmanaxış üçün astar vurmaq və zərli basmanaxışdan sonra təmizləmə.

2.         Zər, alüminium, folqa — biçmək və qapağa çəkmək.

3.         Kütləvi nəşrə aid qovluqlar, cild qapaqları: kağız və karton məmulatları — sıxmaqla (blint üsulu ilə) basmanaxış və çap.

4.         Etiketlər — sıxmaqla basmanaxış və çap.

§ 11. Basmanaxış çapçısı

3-cü dərəcə

İşin xüsusiyyəti. Kitabların cild qapaqlarında, kağız və kartondan istehsal olunan bədii məmulatlarda, etiketlərdə əllə və yarımavtomat preslər vasitəsilə ovulmuş boyaqlı naxışların blint üsulu ilə basılması və çapı.

Bir rənglə və ayrı-ayrılıqda bir neçə rənglə tikel maşınlarında çal etmək.

Əl və yarımavtomat preslərdə etiketlərə oyulmadan relyefli basmanaxış vurulması. Matrisaların bərkidilməsi, forma-ştampın qoyulması və sahmanlanması. Məmulatın formatına müvafiq ölçülərin qoyulması. Məmulatların yerləşdirilməsi və çıxarılması. Çapın, yaxud basmanaxışın keyfiyyətinə nəzarət. İş prosesində qüsurların aradan qaldırılması. Maşının və presin təmizlənməsi və yağlanması.

Yüksək ixtisasla basmanaxış çapçısının rəhbərliyi ilə zərləmə rotasiya avtomatlarında cild qapaqlarına basmanaxış və çap işlərinin yerinə yetirilməsi.

Bilməlidir: relyefin basmanaxış üçün ştamplara və matrisalara verilən texniki tələbləri; relyefli basmanaxış işlərinin rejimlərini; boyaqlara verilən texniki tələbləri; tigel maşınını tənzimləmək üsullarını; zərləmə rotasiya avtomatlarının istismarı və onlara xidmət qaydalarını.

İşə aid misallar

Blint üsulu ilə naxışlama və çap

1. Fəxri fərmanlar (hökumətə aid)

2. Cild qapaqları.

3. Bədii qovluqlar, kağız və karton məmulatının bədii cild qapaqları.

Relyefli basmanaxış

1. Etiketlər.

§ 12. Basmanaxış çapçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Kitabların cild qapaqlarında, kağız və kartondan istehsal olunmuş bədii məmulatlarda əllə və yarımavtomat preslər vasitəsilə əlvan, yaxud metal folqadan svetofoldan naxış basmaq, eləcə də relyefli naxışların (rəngsiz və ya çap materialı ilə) basılması.

Kənarları kəsilmiş kitab bloklarına folqadan basmanaxış vurulması: blok kənarlarının cilalanması, folqa ilə naxış basılması.

Əl və yarımavtomat preslərdə və maşınlarda etiketlərə oyulmaqla folqadan, eləcə də relyefli basmanaxış vurulması.

Rəngləri uyğunlaşdırmaqla tigel maşınlarında bir neçə rənglə çap etmə.

Avtomat preslərdə bütün növlərə aid çap və basmanaxış işlərinin yerinə yetirilməsi.

Relyefin basmanaxış üçün matrisaların hazırlanması.

Əlvan çap üçün çap vallarının yapışdırılması.

Məmulatın formatına uyğun ölçülərin qoyulması.

Folqanın verilməsinin, təzyiqin, relyefin hündürlüyünün, boyaq qatı qalınlığının, ştampın qızdırılması temperaturunun tənzimlənməsi. Basmanaxışın keyfiyyətinin yoxlanması. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: tətbiq edilən astarlama materiallarının, folqanın, ovulmuş boyağın, texniki parçaların və onları əvəzedici materialların əsas xassələrini; ştampın qızdırılmasının temperatur rejimini və basmanaxış əməliyyatının müddətini; avtomat preslərin və maşınların tənzimlənməsi üsullarını.

İşə aid misallar

Folqadan naxış basılması

1. Məxmərdən, ipək parçadan, zamşadan, dəridən və onu əvəz edən materiallardan hazırlanan qutucuqların bədii detalları.

2.   Cild qapaqları.

3. Bədii qovluqlar, kağız və karton məmulatının bədii cild qapaqları.

4. "Əməkdə fərqlənməyə görə", "Əmək şücaətinə görə" medallarının vəsiqələri.

Relyefli basmanaxış

1. Relyefli basmanaxış və folqadan naxış vurulmuş yadigar açıqçaları.

2. Kütləvi buraxılışlı qovluqlar, kağız və karton məmulatlarının cild qapaqları.

Barelyefli şəhadətnamələr.

§ 13. Basmanaxış çapçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusən bədii nəşrlərin cild qapaqlarına əl və yarımavtomat preslərdə relyefli və ya folqadan basmanaxış vurulması.

Avtomatı tam halda sazlamaq və tənzimləməklə zərləmə rotasiya avtomatlarında hər cür çap və basmanaxış işlərinin yerinə yetirilməsi.

Bilməlidir: relyefli basmanaxış üçün matrisaların növlərini və onların hazırlanması üsullarını; dorinin, məxmərin, zamşanın, ipəyin və bədii nəşrlərin tərtibində istifadə olunan digər materialların reseptlərini və onları tətbiq etməyi; presləri tənzimləmək üsullarını.

İşə aid misallar

Folqadan naxış basılması

1.   Fəxri fərmanlar (hökumətə aid)

2.   Barelyefli və süjetli təsvirə malik cild qapaqları.

3.   Ensiklopedik, yüksək bədii nəşrlərin cild qapaqları; polimer örtüklü müxtəlif cild materiallarından hazırlanmış cild qapaqları.

4.   Pasport və partiya sənədlərinin kənarları kəsilmiş cildlər.

5.   "Qəhrəman ana" və s. fəxri fərmanların qovluqları.

6.   Dəridən, zamşadan, məxmərdən, ipəkdən hazırlanmış bəxşiş qovluqları.

Relyefli basmanaxış

1.   Cild qapaqları.

2.   Müxtəlif üsullarla çap edilmiş ünsürlərinin dəqiq uyğunlaşdırılması tələb olunan, bir neçə sahədə relyefli basmanaxışa və folqadan basmanaxışa malik yüksək bədii suvenir açıqçalar.

3.   Qəhrəman ana" fəxri fərmanının qovluqları.

4.   Dəridən, zamşadan, məxmərdən, parçadan və lederindən hazırlanmış bəxşiş qovluqları.

Bədii qovluqlar, kağız və karton məmulatlarının bədii cild qapaqları.

§ 14. Basmanaxış çapçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. Yüksək bədii məmulatlar üçün dəridən hazırlanmış cild qapaqlarında əl, yarımavtomat və avtomat preslərdə verilmiş kompozisiya üzrə zərlə və relyefli basmanaxışlar vurulması.

Vizit kartoçkalarının kənarlarının zərlənməsi.

Maketə müvafiq olaraq müxtəlif materiallar üçün boyağın, astarların seçilməsi. Sətrlərin yığılması, yığılmış sətrlərin, naxışların, yaxud ştampın kartona yapışdırılması. Tətbiq edilən materiallara və astarlara müvafiq surətdə bəzəyin ştamplara qoyulması. Qızdırma temperaturunun təyin edilməsi. Basmanaxışın və çapın keyfiyyətinin yoxlanması.

Bilməlidir: zərlə işləməyin texniki və rejim şərtlərini; zərin astarlarla və işlədilən materialların əsasları ilə qarşılıqlı təsirin; cildləmə işləri üçün zər hazırlanmasının texnoloji prosesini; avtomatın tənzimlənməsi üsullarını.

İşə aid misallar

Zərli basmanaxış

1.   "Azərbaycanın Milli Qəhrəmanı" fəxri fərmanı və s. üçün qovluq.

2.   Dəri cild qapaqları.

3.   Orden vəsiqələri.

§ 15. Vərəqqoyma-tikiş-kəsici aqreqatın maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Dəftərlər transportyora əllə verilən vərəqqoyma-tikiş maşınında, kitabçaların, jurnalların və xüsusi məmulatların komplektləşdirilməsi və tikilməsi. Digər formatlı və həcmli məhsulatın tikişinə keçərkən maşın qovşaqlarının tənzimlənməsi. Tikiş aparatlarının, nəqledici zəncir noxtalarının, çıxarma tərtibatının və blokkontaktların qurulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: kitabçaların hazırlanmasının texnologiyasını; yarımfabrikatlara, materiallara, tikilmiş kitabçalara, jurnallara və xüsusi məmulatlara verilən texniki tələbləri; məftillərin nömrələrini və bənd edilən məmulatların xarakterindən asılı olaraq ona verilən tələbləri; maşını tənzimləmək üsullarını.

§ 16. Vərəqqoyma-tikiş-kəsici aqreqatın maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Vərəqqoyma-tikiş-kəsmə aqreqatında kitabça və jurnalların, pasport və partiya sənədlərinin, sənəd kitabçalarının komplektləşdirilməsi, tikilməsi və üç yandan kəsilməsi. Qalınlıqölçən tərtibatın, ütüləyici günyələrin, avtomat bloklama tərtibatının, kəsmə qovşağının və digər mexanizmlərin nəşrin formatına və həcminə uyğun sazlanması və tənzimlənməsi. Bıçaqların düzəldilməsi. Aqreqatın təmizlənməsi və yağlanması.

Bilməlidir: kəsildikdən sonra nəşrlərin formatlarını və yolverilən sapmaları; aqreqatın əsas qovşaqlarının tənzimlənməsi üsullarını; bıçaqların itilənməsi və yerinə salınması texnikasını.

§ 17. Vərəqqoyma-tikiş-kəsici aqreqatın maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Vərəqqoyma-tikiş-kəsmə aqreqatında kitabça və jurnalların, pasport və partiya sənədlərinin, sənəd kitabçalarının komplektləşdirilməsi, tikilməsi və üç yandan kəsilməsi. Qalınlıqölçən tərtibatın, ütüləyici günyələrin, avtomat bloklama tərtibatının, kəsmə qovşağının və digər mexanizmlərin nəşrin formatına və həcminə uyğun sazlanması və tənzimlənməsi. Bıçaqların düzəldilməsi. Aqreqatın təmizlənməsi və yağlanması.

Bilməlidir: kəsildikdən sonra nəşrlərin formatlarını və yolverilən sapmaları; aqreqatın əsas qovşaqlarının tənzimlənməsi üsullarını; bıçaqların itilənməsi və yerinə salınması texnikası.

§ 18. Qrenirləmə maşınının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Qrenirləmə maşınında açıq məktubların, ablojkaların, superabloşkaların, forzasların və digər məhsul növlərinin qrenirlənməsi. Kalandrların qızdırılması. Məhsulun maşının yığma lövhəsinə yığılması. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: kalandrların keyfiyyətinə verilən texniki tələbləri: kağızın xassələrini; qrenirləmənin keyfiyyətinə nəzarət metodları və ona verilən tələbləri; maşını və kalandrları ötürən telferi tənzimləmək üsullarını.

§ 19. Doğrayıcı-qablaşdırıcı aqreqatın maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Müstəqil (aqreqatdan kənarda) işləyən AUK avtomatında oyun kartlarının qablaşdırılması. Kağız rulonun ilkin qablaşdırma üçün qoyulması. Qutu biçimlərinin baqajnikə doldurulması. Qutuları formalaşdıran, kart dəstəsində vərəqlərin sayına müvafiq olaraq dəstələri ququya ötürən, qutuları yapışdıran mexanizmlərin və qurutma kamerası mexanizmlərinin nizamlanması.

Müstəqil (aqreqatdan kənarda) işləyən AUP avtomatında oyun kartları dəstinin paçkalara qablaşdırılması. Çap formasının qoyulması. Kağız rulonun doldurulması. Çap, kəsmə və yapışqanlama aparatlarının nizamlanması. Dəstələrin paçkalara qablaşdırılması. İşdəki qüsurların aradan qaldırılması. Müstəqil işləyən, yaxud aqreqatın tərkibindəki AVK avtomatında oyun kartları dəstinin kəsilməsi və seçilib yığılmasına hazırlıq işlərinin yerinə yetirilməsi. Özü vərəqqoyan tərtibatın doldurulması, dayaqların yerləşdirilməsi və vərəqötürən sistemin tənzimlənməsi üzrə digər işlərin görülməsi. Kəsmə tullantılarının aqreqatdan kənar edilməsi. Avtomatların təmizlənməsi və yağlanması.

Bilməlidir: tətbiq edilən materialların çeşidlərini və xassələrini; çap məhsulatına verilən texniki tələbləri; yapışdırma və fleksoqrafiya çapı proseslərinin prinsipial əsaslarını; AUK və AUP avtomatlarını tənzimləmək üsullarını; AVK avtomatının vərəqötürən sistemini tənzimləmək üsullarını.

§ 20. Doğrayıcı-qablaşdırıcı aqreqatın maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Müstəqil (aqreqatdan kənarda) işləyən AVK avtomatında oyun kartları dəstinin kəsilməsi və seçilib yığılması. Kəsici ştampın sahmanlanması. Özü vərəqqoyan tərtibatın, vərəqötürən sistemin, kəsilmiş dəsti seçib yığan mexanizmin tənzimlənməsi. İşdəki qüsurların aradan qaldırılması. Daha yüksək ixtisaslı maşinistlə birgə aqreqatda oyun kartları dəstinin kəsilməsi, seçilib yığılması və qablaşdırılması.

Bilməlidir: kəsici ştampların keyfiyyətinə verilən texniki tələbləri; AVK avtomatını tənzimləmək üsullarını; oyun kartlarının kəsilməsi, kartların kart dəstinə, dəstin isə paçkaya qablaşdırılması üzrə avtomatların aqreqatlaşdırılmasının əsas prinsiplərini.

§ 21. Doğrayıcı-qablaşdırıcı aqreqatların maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Aqreqatda oyun-kartları dəstinin kəsilməsi, seçilib yığılması və qablaşdırılması, aqreqatın ötürmə sisteminin və aqreqat qovşaqlarının tsikloqram üzrə tənzimlənməsi.

Bilməlidir: aqreqatın mexanizm və qovşaqlarının tsikloqram üzrə tənzimlənməsi qaydaları və üsullarını.

§ 22. Dəftər aqreqatının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Dəftər aqreqatlarında şagird dəftərlərinin düzəldilməsi üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Müxtəlif növ xətlər üçün naborların hazırlanması. Boyaq vannasının doldurulması. Məftilin tikiş aparatına verilməsi. Bıçaqların qoyulması. Yazı suçəkən və cild kağızı rulonlarının qoyulması. Dəftərlərin qəbulu, hesablanması və çeşidlənməsi. Keyfiyyətə nəzarət. Aqreqatın təmizlənib yağlanması.

Bilməlidir: dəftər aqreqatlarında hazırlanan məmulatların növlərini; formaların sahmanlanmasının məqsədini; məftillərin nömrələrini; tikiş aqreqatlarına bıçaqları qoymaq,məftili doldurmaq üsullarını; zay olma hallarının növlərini.

§ 23. Dəftər aqreqatının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Xətçəkən-bükmə maşınında şagird dəftərlərinin tikiş-siz hazırlanması və suçəkən kağızın qoyulması. Bütün növ xətli dəftərlər üçün naborların düzəldilməsi. Xətt naborlarının maşına qoyulması. Formaların sahmanlanması. Kağızı format üzrə doğramaq və bükmək üçün bıçaqların və ölçülərin qoyulması. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: dəftərlrin hazırlanmasının texnoloji prosesini; formaların sahmanlanması üsullarını; materiallarda və hazır məhsullara verilən texniki tələbləri; xətçəkən-bükmə maşınlarının əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

§ 24. Dəftər aqreqatının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Kəsici seksiyası olmayan dəftər aqreqatlarında şagird dəftərlərinin hazırlanması. Naborun xətt və boyaq vallarının maşına qoyulması. Format üzrə doğramaq və bükmək üçün ölçülərin qoyulması. Tikiş aparatlarının qoyulması. Xətləmə, cildin çapı, format üzrə kəsmə, yığma və bükmə proseslərinin yerinə yetirilməsi. Keyfiyyətə nəzarət, maşının tənzimlənməsi.

Bilməlidir: kağızın çeşidlərini və çap xassələrini; dəftərlər üzrə dövlət standartlarını; aqreqatın əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

§ 25. Dəftər aqreqatının maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Kəsici seksiyalı dəftər aqreqatlarında şagird dəftərlərinin hazırlanması. Dəftərlərin üç yandan kəsilməsi üçün bıçaqların qoyulması. Bıçaqların itilənməsi. Kəsici seksiyanın tənzimlənməsi.

Bilməlidir: bıçaqların itilənməsi və aqreqatın kəsici seksiyasının tənzimlənməsi üsullarını.

§ 26. Əlifba maşınının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Hər bir hərf üçün müəyyən miqdar vərəq ayrılmasını hesablamaqla və əlifba zolağını eyni zamanda, yaxud sonralar çap etməklə blokun ayrı-ayrı səhifələrinin bütün tiplərdən olan əlifba maşınında çapılması, formanın qoyulması və maşın mexanizmlərinin tənzimlənməsi. Çap prosesinin aparılması. Keyfiyyətə nəzarət.

Bilməlidir: qeyd və əlifba kitabçalarının hazırlanması texnologiyasını; yarımfabrikatlara verilən texniki tələbləri; əlifbalı məmulatların hazırlanması üzrə texniki şərtləri; əlifba maşınlarının əsas qovşaqlarını və tənzimlənməsi üsullarını.

§ 27. Zərfçi

1-ci dərəcə

İşmi xüsusiyyəti. Müxtəlif paket və standart poçt zərflərinin (markasız) bükülməsi və əllə yapışdırılması. Zərflərin hesablanması və banderola bağlanması. Çapsız sellofan paketlərin hazırlanması.

Bilməlidir: zərflərin biçilməsi, bükülməsi, yapışdırılması üsullarını; tətbiq olunan kağız və yapışqanların xüsusiyyətlərini.

§ 28. Zərfçi

2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək keyfiyyətli kağız sortlarından müxtəlif formatlı astarı zərif rəngli və başqa bədii tərtibatlı, pəstahı presdə həkk edilmiş və həkk edilməmiş zərflərin əllə hazırlanması və banderola bağlanması, habelə hesablanması. Presin təmizlənməsi. Xüsusi zərflərin, şablon üzrə kəsməklə, əldə hazırlanması. Bədii və suvenir poçt dəstlərinin (naborlarının) komplektləşdirilməsi. Sellofandan çaplı paketlərin hazırlanması.

Bilməlidir: zərflər üçün dövlət standartlarını; bədii suvenir poçt naborlarının komplektləşdirilməsinə verilən tələbləri; həkketmə presinin tənzimlənməsi üsullarını.

§ 29. Zərf düzəldən maşının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Zərf maşınlarında zərflərin hazırlanması. Kağız rulonun maşına qoyulması, çap formasının sahmanlanması. Məmulatın özüverən tərtibata yarımfabrikatın doldurulması. Yapışqanlayıcı aparata yapışqan, rəngləyici aparata boyağın doldurulması. Zərflərin çapı, kəsilməsi və yapışdırılması. Maşının işinin zərflərin formatına və kağızın qalınlığına müvafiq sazlanması. Yapışqanlayan aparatın və bükmə mexanizminin işinə nəzarət. Zərflərin keyfiyyətinə, sayına, banderollaşdırılmasına və dəstlərin qablaşdırılmasına nəzarət. Ciddi uçotlu yarımfabrikat və zərflərin qəbulu və verilməsi. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: zərflərin hazırlanması prosesini; çap formalarının qoyulması və sahmanlanması qaydalarını; çap boyağının xassələrini; tətbiq edilən yapışqan və kağızın xassələrini; zərf maşınlarının tənzimlənməsi üsullarını; ciddi uçotlu məhsulatla davranış qaydalarını.

"Karlou" T-130 və "Billoni" tipli zərf maşınlarında bədii zərflər hazırlanarkən maşinistin 4-cü dərəcəsi olmalıdır.

§ 30. Yapışdırıcı kaptal maşınının maşinisti

3-cu dərəcə

İşin xüsusiyyəti. Özü məmulatverən tərtibatı olmayan yapışdırma-kaptal maşınında kitab blokları kötüyünə kağız çəkilməsi və kaptalın yapışdırılması. Kağızın və kaptalın seksiyaya doldurulması. Yapışqanlama aparatına yapışqan tökülməsi. Kağız-kaptal və yapışqanlama seksiyalarının, sıxıcı lövhənin, transportyor sıxaclarının və qəbuledici tərtibatın döndərmə qurğusunun tənzimlənməsi. Maşının sazlanması. İş prosesindəki qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: yapışdırma-kaptal maşınının iş prinsipini və onun əsas qovşaqlarının tənzimlənməsi üsullarını; kitabbağlama-cildləmə proseslərinin texnologiyasını; kağıza, kaptala, yapışqana, emal olunmuş blokların keyfiyyətinə verilən texniki tələbləri; blokların keyfiyyətinə nəzarət etmək üsullarını; maşının əsas qovşaqlarının quruluşunu və onları tənzimləmək üsullarını; sazlama qaydalarını.

§ 31. Yapışdırıcı kaptal maşının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Özü məmulatverən tərtibatlı yapışdırma-kaptal maşınında kitab blokları kötüyünə kağız çəkilməsi və kaptalın yapışdırılması. Özü məmulatverən tərtibatın doldurulması və tənzimlənməsi, maşının bütün qovşaqlarının sazlanması.

Bilməlidir: xidmət edilən maşınların qurluşunu; özü məmulatverən tərtibatın tənzimlənməsi üsullarını; maşının bütün mexanizmlərinin dəqiq işinin yoxlanması qaydalarını və sazlanması üsullarını.

§ 32. Yapışdırıcı maşının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Yarımavtomatda forzasların, şəkillərin və vərəq hissələrinin dəftərçələrlə yapışdırılması. Forzasın kötüyündən dəftərçənin kötük büküşünədək boş məsafənin, sürtülən yapışqan qatının eni və qalınlığının tənzimlənməsi. Hazır yapışdırmaların itələnməsi və hesablanması. İşdəki qüsurların aradan qaldırılması. Yarımavtomatın təmizlənməsi və yağlanması. Yarımavtomatın təmizlənməsi və yağlanması.

Bilməlidir: yapışdırma növlərini; tətbiq edilən materialların əsas xassələrini; yarımfabrikatların keyfiyyətinə verilən texniki tələbləri; tənəkə haşiyələmənin keyfiyyətinə verilən tələbləri; yapışdırma yarımavtomatını tənzimləmək üsullarını və təqvimlərin haşiyələnməsi üçün yarımavtomatın istismarı qaydalarını.

§ 33. Yapışdırıcı maşının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Avtomatda forzasların, şəkillərin və vərəq hissələrinin dəftərçələrə yapışdırılması, vərəqin, yaxud rəsmin — vərəqə, habelə vərəqin rəsmə əlavə edilməsi. Özü məmulatverən tərtibatın sorucularının, maşaların, barabanların, düzləndiricinin, presin sıxma dərəcəsinin, bloklayıcı və digər qovşaqların deftərçənin formatına və qalınlığına uyğun surətdə qoyulması və tənzimlənməsi. Özüməmulatverən tərtibata dəftərçələrin və forzasların doldurulması. Yalışdırılmış hazır məmulatın yoxlanması, hesablanması və qablaşdırılması. İşdəki qüsurların aradan qaldırılması, avtomatın təmizlənməsi və yağlanması.

Yarımavtomatda təqvim blokunun tənəkə haşiyəyə salınması. Haşiyənin bükülmə-si. Yarımavtomat qovşaqlarının tənzimlənməsi.

Dəftərçələrin, habelə tikişsiz bərkidilən kitab bloku kötüyünün və ya termosan, kağız, yaxud parça ilə bərkidilən dəftərçələrdən ibarət blokların haşiyələmə avtomatında haşiyəyə salınması. Yükləyici tərtibatın — dəftərçənin formatına, özü məmulatverən tərtibatın və avtomat başlığının — dəftərçənin qalınlığına uyğun surətdə qoyulması və tənzimlənməsi. Özü məmulatverən tərtibatın və haşiyə lentinin doldurulması. Yalışqan tökülməsi. Dəftərçələrin itələnməsi və hesablanması.

Dekorativ məmulatlar üçün nazik kağızın yarımavtomatda yapışdırılması. Özü məmulatverən tərtibat saplarının tarımlığının, saxlayıcı iynələrin, vərəqləri hesablayan tərtibatın və digər mexanizmlərin qoyulması və tənzimlənməsi. Özü kağızverən tərtibatda kağız doldurulması. Yarımfabrikatların çıxarılması. Yapışdırmanın keyfiyyətinə nəzarət. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: kitabbağlama əməliyyatlarının növlərini və onların təyinatını; nazik kağızın yapışdırılması və haşiyələnməsi texnologiyasını; təqvimlərin hazırlanmasının texnoloji prosesini; işlədilən materialların xassələrini; avtomatın tənzimlənməsi üsullarını.

§ 34. Yapışdırıcı maşının maşinisti

4-cü dərəcə

İşim xüsusiyyəti. Avtomatda ensiklopedik, yüksək bədii və nadir nəşrlərin forzaslarının, şəkillərin, vərəq hissələrinin dəftərçelərə yapışdırılması.

Dövlət nişanlı sənəd kitabçalarının: "Əmək veteranı" şəhadətnaməsinin, köçürülmə biletlərinin, sürücü vəsiqələrinin və s. kəsmə cildlərinə, cildin bütün səthinə yapışqan çökməklə və presdə sıxmaqla, çap olunmuş titul vərəqinin yapışdırılması. Təzyiqin, yapışqan qatının qalınlığının dəqiqləşdirilməsi. Ölçülərin və nəqledici sistemin müxtəlif cild formatları üzrə qoyulması. Yapışdırma işinin aparılması. Yapışqansürtən və vərəqverən mexanizmlərin tənzimlənməsi. Yapışdırmanın keyfiyyətinə nəzarət. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: İşlədilən yapışqanların reseptlərini titulyapışdırma maşınının təmizlənməsi üsullarını.

§ 35. Yapışdırıcı maşının maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət nişanlı məmulatların: pasport və partiya sənədlərinin kənarları kəsilmiş cildlərinə çap edilmiş titul və ya forzas vərəqlərinin bütün səthə yapışqan çəkməklə yapışdırılması və preslərdə sıxılması.

Bilməlidir: titulyapışdırma maşınının bütün mexanizmlərinin tənzimlənməsi üsullarını və maşının iş rejimlərini.

§ 36. Kitabbağlayıcı

1-ci dərəcə

İşin xüsusiyyəti. Kitabbağlama əməliyyatlarını yerinə yetirən dəzgahdan çıxan yarımfabrikatların qəbulu, keyfiyyətinin yoxlanması, itələnməsi, preslənməsi və qablaşdırılması.

Kitabbağlamanın ayrı-ayrı əməliyyatlarının əllə yerinə yetirilməsi. Vərəqləri ayırmaqla və ayırmadan, habelə hesablayıb itələməklə bir qat bükmək. Banderollama. Dəftər büküşlərinin (ilgəklərinin) kəsilməsi və vərəq qisimlərinin qoparılması. Kitabda və məmulatda ayrı-ayrı detalların əlavə qoyulması. Blank və kağız məmulatı bloklarının komplektləşdirilməsi. Blok kötüklərinə kağız, yaxud, parça çəkilib yapışdırılması. Ottisklərin sonradan daha dəqiq emalı üçün sancılıb deşilməsi. Kağızın və çap olunmuş vərəqin itələnməsi. Hər cür növ kağız və kar-tonların bağlanması.

Bilməlidir: dəzgahda yerinə yetirilən əməliyyatları; kitabbağlama əməliyyatlarının növlərini və onların təyinatını; kağızın standart formalarını və kitabın tərkib elementlərini; Vərəqləri itələmə, kəsmə, bükmə üsullarını, blokların komplektləşdirilməsini; kitabbağlama prosesində tətbiq olunan əsas materialların xassələrini; yarımfabrikatlara və hazır məhsullara verilən texniki tələbləri.

İşə aid misallar

1.      Blanklar, bloknotlar — əlavə qoşma vərəqlərlə komplektləşdirmə.

2.      Kitab və kitabçalarda şəkillər, çertyojlar, düzəliş vərəqləri — yerinə qoy maq.

3.      Etiket ottiskləri, konvertlər — sancılma.

4.      Plakatlar — seçmə, banderollama və qablaşdırma.

5.      Kağız məhsulatı və cildlər — biqləmə.

6.      Kağız məhsulatı, cildlər, forzaslar, çertyojlar — bükmə.

§ 37. Kitabbağlayıcı

2-ci dərəcə

İşin xüsusiyyəti. Kitab, kitabça və jurnalların hazırlanması üzrə mexanikləşdirilmiş və avtomatlaşdırılmış axın xətlərində, kitabbağlama əməliyyatlarını yerinə yetirən maşın və aqreqatlarda görülən işlərin maşinistin rəhbərliyi ilə yerinə yetirilməsi.

Yarımfabrikatları itələmək və keyfiyyətini yoxlamaqla transportyora və ya avadanlıq seksiyasına yığılması və düzülməsi, həmçinin yarımfabrikat və hazır məmulatların keyfiyyətini yoxlamaqla qəbulu, avadanlığın işinə nəzarət edilməsi.

Kitabbağlama üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Kağızın və çap olunmuş vərəqlərin əl=əl itələnməsi. Vərəqlərin bükülməsi və təkrar bükülməsi, sadə detalların dəftərlərin üst, yaxud iç səhifələrinə yapışdırılması. Forzasların kolenkor falsla (büküb-tikmə üsulu ilə) hazırlanması.

Nömrəli xüsusi təyinatlı məmulatların — əllə və kitab-jurnal nəşrlərinin vərəqqoyma avtomatında komplektlənməsi. Dəftərçələrin qaytanlanması. Bloklara adi üz qabığı çəkilməsi.

Kitab-jurnal məmulatları üzrə kitabbağlama əməliyyatları kompleksinin yerinə yetirilməsi. Vərəqlərin bükülməsi. Mətndən ayrı çap olunmuş detalların üstdən və içəridən yapışdırılması.

Əlavə qoşma vərəqlərlə komplektləşdirmə. Bloklara üz qabığı çəkilməsi. Çox-vərəqli xəritələrin tonlar üzrə (çalarlarına görə) komplektləşdirilməsi və parçaya yapışdırılması.

Bilməlidir: axın xəttində, maşınlarda və aqreqatlarda yerinə yetirilən əməliyyatları; avadanlığın istismarı və ona xidmət qaydalarını; yarımfabrikatlara verilən texniki tələbləri; əllə bükmə üçün vərəqlərin düzülməsi qaydalarını; forzasların, şəkillərin yapışdırılması qaydalarını; kitab və kitabça bloklarının bəndlənməsi üsullarını; cild qapaqlarının və üz qabıqlarının tiplərini və növlərini; coğrafiya xəritələrini quraşdırarkən şərti işarələri və icazə verilən sapmaları; tətbiq olunan materialların əsas xüsusiyyətlərini.

İş aid misallar

1. Kitabçalar, jurnallar, kitablar — avtomatlaşdırılmış, mexanikləşdirilmiş axın xətlərində, maşın və aqreqatlarda hazırlanmasında iştirak etmək.

2.   Kitabçalar, kitablar və nömrəli məmulatlar — əlavə qoşma vərəqlərə komplektləşdirmək.

3.   Pasport və partiya sənədləri — bir dəfə qatlamaqla bükmək.

3.   Lokal və su nişanlı kağız məmulatlar — komplektləşdirmək.

5.   Pasport və partiya sənədlərinin kəsmə üz qabıqları — biqləmə.

6.   Dəftərlər, blanklar, qəbz kitabçaları, sənəd kitabçaları bloku — haşiyələmə.

7.   Dəftərçələr və şəkillər — bir dəfə və daha çox qatlamaqla bükmək.

8.   Forzaslar, şəkillər, çertyojlar — yapışdırma.

§ 38. Kitabbağlayıcı

3-cü dərəcə

İşin xüsusiyyəti. Ayrı-ayrı kitabbağlama əməliyyatlarının əllə yerinə yetirilməsi. Paspartuya (xüsusi karton çərçivəyə) şəkillərin və içliyin yapışdırılması. Plürün (şəffaf kağızın) yapışdırılması. Blokların enli cildlə (oblojka ilə)örtülməsi. Dövlət nişanlı nəşrlər üçün kəsmə oblojkalara mürəkkəb elementlərin yapışdırılması.

Bədii nəşrlər və nümunə (siqnal) nüsxələr üzrə kitabbağlama əməliyyatları kompleksinin yerinə yetirilməsi. Vərəqlərin bükülməsi. Tərtibat elementlərinin üstdən və içəridən yapışdırılması. Komplektləşdirmə. Bloklara üz qabığın çəkilməsi.

Bilməlidir: kitablar üzrə kitabbağlama və cildləmənin texnoloji proseslərini; bədii nəşrlər üzrə kitabbağlama işində tətbiq olunan materialların xüsusiyyətlərini.

İşə aid misallar

1.   Kağız cildli atlaslar və albomlar — tam hazırlamaq.

2.   Pasport və partiya sənədləri — bir neçə dəfə qatlamaqla bükmə.

3.   Hədiyyə, yubiley, faksimil, ensiklopedik nəşrlər — tam hazırlamaq, ayrı-ayrı əməliyyatları yerinə yetirmək.

4.   Lokal və su nişanlı kağızda nömrələnmiş nəşrlər komplektləşmə.

5.   Kütləvi və bədii nəşrlərin nümunə (siqnal) nüsxələri — tam hazırlamaq.

§ 39. Kitabları xüsusi cildə salan avtomatın maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Kitab cildi qapaqlarının xüsusi cildə və açıqca komplektlərinin maşında bükülməsi. Maşının işə hazırlanması. Xüsusi üzlükləri özüqoyan tərtibatın qəliblərinin, kitabları verən və açan mexanizmlərin, açıqca komplektlərini verən, kitabları və açıqca komplektlərini qəbul qurğusuna ötürən mexanizmlərin, xüsusi cildlərin xarakterinə müvafiq olaraq qızdırma temperaturunun sazlanması və tənzimlənməsi. İş prosesindəki qüsurların aradan qaldırılması. Keyfiyyətə nəzarət. Maşınların təmizlənməsi və yağlanması.

Bilməlidir: kitabların maşında xüsusi cildə və açıqca komplektlərinin bükülməsinin texnoloji prosesini; xüsusi cildin kağızın verilən texniki tələbləri; maşın mexanizmlərinin istismarı və tənzimlənməsi qaydalarını.

§ 40. Kəsmə cildlər hazırlayan avtomatın maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Avtomatda ton kağızının texniki parça ilə yapışdırılması. Ölçü dişliçarxının cildlərinin müxtəlif formatlarına uyğun qoyulması. Kağız rulonunun və texniki parçanın avtomata qoyulması. Texniki parçanı, kağızı verən mexanizmlərin, presləmə vallarının, yapışqan aparatının və kəsici bıçaq mexanizmlərinin tənzimlənməsi.

Bilməlidir: müxtəlif növ texniki parçalar üçün yapışqanın konsentrasiyasını; cildlik texniki parçaların növlərini; cildlərə verilən texniki tələbləri; maşınların konstruksiyalarını və tənzimlənməsi üsullarını.

§ 41. Kitab hazırlayan avtomat xəttin maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Kitab hazırlayan üzrə avtomat xətdə yapışdırma və qurutma seksiyasına, yaxud kitab bloklarının kötüyünü sıxan seksiyaya xidmət etmək. Başqa formatlı və həcmli blokların emalına keçərkən seksiya mexanizmlərinin sazlanması və nizamlanması. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: kitabların müxtəlif üsullarla hazırlanmasının texnoloji proseslərini; blokların və yapışqanın keyfiyyətinə verilən texniki tələbləri; blokları yapışdırma və qurutma, yaxud sıxma seksiyası mexanizmlərinin tənzimlənməsi qaydalarını.

§ 42. Kitab hazırlayan avtomat xəttin maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Kitab blokları kötüyünün emalı və blokların cild qapağına qoyulması.

Daha yüksək ixtisaslı maşinistlə birlikdə avtomat xətdə hazır kitabların sıxılması və ştrixlənməsi.

Digər formatlı və həcmli kitabın cildlənməsinə keçərkən kitabcildləmə maşını mexanizmlərinin sazlanması və tənzimlənməsi. Cild qapaqları və blokların verilməsi qovşaqlarının, yapışqan aparatının və valların yerini dəyişən, cildlənmiş kitabları qaldıran və çıxaran mexanizmlərin qurulması və tənzimlənməsi.

Kitab hazırlayan avtomat xəttin; blokları üç yandan kəsmə, girdələmə və çopurlama (kaşirləmə), yapışdırma — kaptal, blokları cild qapağına yerləşdirmə seksiyalarından birinə xidmət edilməsi.

Digər formatlı və həcmli blokların emalına keçərkən xidmət edilən seksiyanın mexanizmlərinin sazlanması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: kitabbağlama-cildləmə prosesi texnologiyasının əsaslarını; cildləmə üçün işlədilən materialların xassələrini; blokların, qapaqların və cildə sapınmış kitabların keyfiyyətinə verilən texniki tələbləri; kitabcildləmə maşında əsas qovşaqların tənzimlənməSi qaydalarını; blokları kəsmə, girdələmə və çopurlama, yapışdırma-kaptal və cild qapağına salma seksiyaları mexanizmlərinin tənzimlənməsi qaydalarını.

§ 43. Kitab hazırlayan avtomat xəttin maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistlə birlikdə avtomat xətdə kitab blokları kötüklərinin emalı, blokların cild qapaqlarına salınması, hazır kitabların sıxılması və ştrixlənməsi üzrə bütün seksiyalara xidmət edilməsi.

Kirdələmə-çopurlama, yalışdırma-kaptal və cildləmə maşınları mexanizmlərinin, habelə digər formatlı və həcmli blokların emalına keçərkən ştrixləmə-sıxıcı presin sazlanması və tənzimlənməsi. İş prosesində nasazlıqların aradan qaldırılması.

Bilməlidir: xidmət etdiyi maşınlardakı yarımfabrikatların keyfiyyətinə verilən texniki tələbləri; girdələmə-çopurlama, yapışdırma kaptal və cildləmə mahını mexanizmlərinin, ştrixləmə-sıxıcı presin tənzimlənməsi qaydalarını.

§ 44. Kitab hazırlayan avtomat xəttin maşinisti

6-cı dərəcə

İşin xüsusiyyəti. Kitab blokları kötüklərinin emalı və cild qapağına salınması, avtomat xətdə hazır kitabların sıxılması və ştrixlənməsi, habelə xətdə olan bütün maşınlarda sazlama işlərinin yerinə yetirilməsi.

Digər formatlı və həcmli kitabların hazırlanmasına keçərkən maşın mexanizmlərinin yenidən qurulması. Transportyor sıxaclarının, girdələmə, çopurlama, tənzifverən mexanizmlərin, kapitalkağız seksiyasının, sıxma və yayma tərtibatlarının qoyulması və tənzimlənməsi. Bütün qovşaqların sökülməsi və yığılması. Hissə və detalların yoxlanması və dəqiqləşdirilməsi. Kəsmə alətlərinin itilənməsi. Avadanlığı sazlayarkən lazımi hesablamaların aparılması. Briqada üzvlərinin təlimatlandırılması. Profilaktik baxışların, yoxlamaların keçirilməsində, avadanlığın planlı-profilaktika qaydası üzrə təmiri işlərində iştirak etmək.

Bilməlidir: materiallara (kağıza, kaptala, tənzifə, yapışqana) verilən texniki tələbləri; xəttin bütün əməliyyatlarındakı yarımfabrikatların keyfiyyətinə verilən texniki tələbləri; xəttə daxil olan maşınların quruluşu və konstruksiyalarının xüsusiyyətlərini; onları yoxlamaq və dəqiq sazlamaq qaydalarını.

§ 45. Kalandr maşınının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə çap olunmuş oyun kartları vərəqlərinin kalandrlanması (hamarlanıb parıltı verilməsi). Maşının işə hazırlanması. Qəbuletmə stolunun və çıxarıcı transportyorun tənzimlənməsi. Kalandrlama işinin keyfiyyətinə nəzarət. Hazır məhsulun itələnməsi.

Bilməlidir: oyun kartlarının sortlarını; kalandrlamanın keyfiyyətinə verilən texniki tələbləri; qəbuletmə stolunun və çıxarıcı transportyorun tənzimlənməsi qaydalarını.

§ 46. Kalandr maşınının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Çap edilmiş oyun kartı vərəqlərinin kalandrlanması (hamarlanıb parıltı verilməsi). Sıxıcı valların, özü vərəqqoyan tərtibatının; kağızı kalandrdan ötürən mexanizmin tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: oyun kartlarının sortundan asılı olaraq kalandrlama rejimlərini; maşının bütün mexanizmlərinin tənzimlənməsi üsullarını.

§ 47. Kitabcildləmə maşınının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Kitabcildləmə avtomaşında kitab bloklarını cild qapağına yerləşdirmək üçün hazırlıq işlərinin yerinə yetirilməsi. Yapışqanlayıcı aparata yapışqan tökülməsi. Yükləmə novçasına, yaxud özüblokqoyan tərtibata blokların verilməsi. "Kolbus" tipli avtomatda cildə salınmış blokların düzəldilməsi.

Bilməlidir: kitabcildləmənin növləri və üsulları; materiallara, cild qapaqlarına və hazırlanmış bloklara verilən tələbləri.

§ 48. Kitabcildləmə maşınının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. "Rodas" tipli kitabcildləmə yarımavtomatında kitab bloklarının cild qapağına yerləşdirilməsi. Yükləmə novçasının, blokverən tərtibatın, düzəldici və bloklayıcı tərtibatın blokun formatına və həcminə uyğun qoyulması və tənzimlənməsi. Cildlənmiş blokların düzəldilməsi və keyfiyyətinə nəzarət. İş prosesindəki qüsurların aradan qaldırılması.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə kitabcildləmə avtomatında ensiklopedik və yüksək bədii nəşrlərə aid kitab bloklarının cild qapaqlarına yerləşdirilməsi.

Bilməlidir: kitab blokları hazırlanmasının texnoloji prosesini; işlədilən materialların (kağız, yapışqanlı məhlullar) əsas xassələrini; yarımavtomatın tənzimlənməsi üsullarını.

§ 49. Kitabcildləmə maşınının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Kitabcildləmə avtomatında kitab bloklarının cild qapaqlarına yerləşdirilməsi. Digər həcmli və formatlı kitabları cild qapaqlarına yerləşdirərkən avtomat mexanizmlərinin sazlanması və tənzimlənməsi. Özü qapaqverən tərtibatın, blokları verən və ötürən mexanizmin, yapışqan vallarının yerini dəyişdirən mexanizmin, kitabı transportyorun qanadı üzərinə qaldıran və cildlənmiş kitabı kənara çıxaran mexanizmin qurulması və tənzimlənməsi. Cildlənmiş blokların keyfiyyətinə nəzarət iş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: kitabbağlama-cildləmə prosesləri texnologiyasının əsaslarını; hazır kitabların keyfiyyətinə verilən texniki tələbləri; avtomatın əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

§ 50. Kitabları futlyara salan maşının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə maşında futlyarların hazırlanması və kitabların futlyarlara yerləşdirilməsi. Kitabların maşına yığılması. Özüverən tərtibata futlyar biçimlərinin doldurulması. Yapışqan vannasına yapışqan tökülməsi. Maşın mexanizmlərinin tənzimlənməsində iştirak etmək.

Bilməlidir: xidmət etdiyi maşının iş prinsipini; tətbiq olunan materialların xassələrini; yarımfabrikatlara verilən texniki tələbləri.

§ 51. Kitabları futlyara salan maşının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Futlyarların hazırlanması və kitabların maşında futlyara yerləşdirilməsi. Kitabları və futlyar biçimlərini özüverən tərtibatın qurulması və tənzimlənməsi, futlyar biçimlərini ötürən, futlyarları formalaşdıran mexanizmlərin, yapışqanlayıcı aparatın və futlyara qoyulmuş kitabların maşından çıxaran tərtibatın tənzimlənməsi. Digər formatlı və həcmli kitabların futlyara qoyulması işinə keçərkən maşın mexanizmlərinin sazlanması və tənzimlənməsi, İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: xidmət etdiyi maşının quruluşunu; kitabların futlyara qoyulması işinin keyfiyyətinə verilən texniki tələbləri; maşının əsas qovşaqlarının tənzimlənməsi üsullarını və onları sazlamaq qaydalarını.

§ 52. Kəsici maşınların maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Əl və mexaniki dəzgahlarda rulon kağızının, texniki parçaların açılması və vərəqlərə doğranması, kartonun doğranıb kəsilməsi. Materialların şablon üzrə formatına uyğun nişanlanması. Kəsmə (doğrama). Vtulkaların sarınması və kəsilməsi. Çal edilmiş şəkilli kağız vərəqlərin doğranması və şəkillərin məmulatlar üzrə dəstləşdirilməsi.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə çoxrollu vərəqkəsmə maşınlarında rulon kağızının doğranması. Rulonların maşının yanına diyirlənib gətirilməsi. Maşına qoyulması. Doğranmış kağızın çıxarılması, hesablanması və rəflərə yığılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: Cildlik materialların strukturunu və biçilməsi qaydalarını; biçmə və kəsmə əməliyyatlarına verilən texniki tələbləri; itələmə və hesablama üsullarını; kitabbağlama və cildləmə əməliyyatlarının növlərini və təyinatını, kağızın, kartonun və cildlik parçaların ümumi təsnifatını; vərəqkəsmə maşınlarının istismarı qaydalarını.

§ 53. Kəsici maşınların maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Kağızın, texniki parçaların, kartonun və çap edilmiş məhsulun müvafiq olaraq birbıçaqlı, vərəqdoğrayan, bobinkəsən və kartonkəsən maşınlarda doğranması və kəsilməsi. İtələnmiş vərəqlərin birbıçaqlı maşının stolu üstünə yığılması və zatla yaxınlaşdırılması. Kəsmə xəttinin nişanlanması və zatlın kəsmə formatına qoyulması. Kartonu kəsərkən bıçaqların qoyulması, karton zolağının ölçülərinin və verilmə sürətinin müəyyən edilməsi. Kağız və parça rulonlarının qoyulması. Məhsulun verilmiş ölçülər üzrə kəsilmək üçün nişanlanması. Bobinlərin çıxarılması və qablaşdırılması. Doğranmış kartonun itələnib çıxarılması və yığılması. Birbıçaqlı, vərəqdoğrayan, bobinkəsən və kartonkəsən maşınların iş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Texniki parçaların və onları əvəzedici materialların təsdiq olunmuş maketlər üzrə, şablonlar hazırlamaqla biçilib kəsilməsi.

Kağızın və kartonun təsdiq olunmuş maketlər üzrə, liflərin istiqamətini nəzərə almaqla və çıxdaş normalarına riayət etməklə biçilib kəsilməsi.

Bilməlidir: kağızların standart formatlarını; vərəq kağızlara verilən texniki tələbləri; kartonun markalarını və qalınlığını; sellofanın xassələrini və onunla davranış qaydalarını; məhsulların müxtəlif növləri üzrə artikullarını; tənzifin və digər materialların çeşidlərini və onlara olan texniki tələbləri; liflərin istiqamətini nəzərə alaraq və materialdan maksimum istifadə etməklə parçaları, kağızı və kartonu biçib kəsmək qaydalarını; birbıçaqlı; vərəqdoğrayan, bobinkəsən və kartonkəsən maşınların tənzimlənməsi üsullarını.

İşə aid misallar

1.      Rulon kağızı — vərəqdoğrayan maşınlarda kəsilməsi.

2.      Karton — kartonkəsən maşınlarda zolaqlara və hissələrə kəsilməsi.

3.      Kağız və karton vərəqlər (çap üçün olmayan) və texniki cild parçaları — birbıçaqlı maşınlarda doğranma və kəsilməsi.

4.      Fon toruna malik bilet möhürü karton vərəqlər, oyun kartları — kartonkəsən maşında zolaqlara və hissələrə kəsilməsi.

5.      Sellofanda çap olunmuş məmulat, pul nişanı üçün kağız və diaqram kağızları — bobinkəsən maşınlarda rulonların kəsilməsi və bobinə sarınması.

6.      Texniki parçalar, tənzif səthinə xüsusi örtük (parafin, boyaq və s.) çəkilmiş və örtüksüz kağızlar, habelə çap olunmuş məhsullar — bobinə sarımaqla rulonların bobinkəsən maşınlarda kəsilməsi.

§ 54. Kəsici maşınların maşinisti

4-cü dərəcə

İşim xüsusiyyəti. Kağızın, habelə çap edilmiş məhsulların (nişanlar üzrə itələmək və düzəltmək) və texniki parçaların birbıçaqlı maşınlarda doğranması və kəsilməsi.

Blank biletlərinin, onları adlar və nömrələr üzrə ayırıb yazmaqla, habelə ki-tab, jurnal bloklarının və kağız məmulatlarının birbıçaqlı və üçbucaqlı maşınlarda kəsilməsi və kənarlarının kəsilib sahmanlanması. Yan bıçaqların qoyulması, təmasının, zatlın və ağac qəlibin yankəsmə formatı üzrə dəyişdirilməsi. Bıçaqların itilənməsi. Bıçaqların qoyulması və tənzimlənməsi. Məhsulların adlar və nömrə sayı üzrə dəstləşdirilməsi. Maşının işində qüsurların aradan qaldırılması.

Dördrulonlu (SES üçün kağızdoğrayan) və yeddirulonlu vərəqdoğrayan maşınlarda kağızın eninə və uzununa kəsilməsi. Maşınların sürətinin tənzimlənməsi. Formatın dəyişdirilməsi. Bıçaqların əvəz edilməsi. Kəsmənin dəqiqliyinə və kağızın çalarlığına nəzarət.

Bilməlidir: kənarkəsmədən sonra kitab bloklarının, kitabça və jurnal bloklarının formatını; azaltmanın hündürlüyü üzrə müəyyən olunmuş normaları; əllə və maşınla bükülmə (qatlama) üçün səhifələrin düzülüşü sxemini və üz tərəfin müəyyən edilməsi üsulunu; kəsmənin ardıcıllığı; kəsmənin dəqiqliyi üzrə zəruri sapmaları; ciddi not və nömrələnmiş məmulatın kəsilmə keyfiyyətinə verilən texniki tələbləri; bıçaqların düzəldilməsi və itilənməsi üsullarını; üçbucaqlı maşının əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

İşə aid misallar

1.      Kitabçalar, kitablar, jurnallar, qəbzlər, təqvimlər və kağız məmulatı — birbıçaqlı və üçbıçaqlı maşınlarda üç kənarının kəsilməsi.

2.      Kağız—vərəqdoğrayan yeddirulonlu maşında eninə və uzununa kəsmə.

3.      Çap və xətləmə üçün kağız, mətn çap edilmiş vərəqlər, cildlər, forzaslar, açıqçalar, etiketlər, plakatlar, ciddi uçotlu xəritə və biletlər — birbıçaqlı maşınlarda kəsmə və düzəltmə.

4.      Diaqram məmulatı, o cümlədən xüsusi kağız növlərində çap olunmuş məhsulat — sarıma-kəsmə dəzgahlarında eyni zamanda kəsməklə yenidən sarıma.

§ 55. Kəsici maşınların maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Çox məsuliyyətli icra tələb edən, su nişanlı və lokal nişanlı kağızlarda çap olunmuş məhsulatın, yüksək dərəcəli bədii təsvirli məmulat üzrə çap edilmiş vərəqlərin birbıçaqlı və üçbıçaqlı maşınlarda kəsilməsi və düzəldilməsi.

Çap olunmuş məhsulatın və blokların birbıçaqlı və ücbucaqlı avtomatlarda kəsilməsi və düzəldilməsi, avtomatların sazlanması.

Xüsusən mürəkkəb ensiklopedik, yüksək bədii nəşrlərin, eləcə də belə nəşrlərin sinqal nüsxələrinin kənarlarının üçbıçaqlı kəsici maşınlarda kəsilməsi.

Bilməlidir: rejimin tələblərini; çoxrəngli nəşrlərin keyfiyyətinə verilən tələbləri; hazır məhsulat üzrə yolverilən sapmaları; kəsici avtomatların sazlanması və tənzimlənməsi üsullarını.

Ensiklopedik və nadir nəşrlərə yapışdırma tablo reproduksiyaları, xırda etiketlər və xəritələr, markalanmış bədii açıqçalar və lederində çəkilmiş reproduksiyalar.

Pul nişanlı məmulat, pul-şey lotereyası, pasport və partiya sənədləri.

§ 56. Laklayıcı-yapışdırıcı maşının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti, Çap edilmiş məhsulatın 102X126 sm-dok formatlı laklama-yapışqanlama maşınında laklanması, habelə daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə bütün tiplərdən olan laklama-yapışqanlama maşınlarında markalara və digər məhsulata yapışqan çəkilməsi. Vannaya lak və yapışqan tökülməsi. Vərəq qəbuledən mexanizmin və digər mexanizmlərin qurulması, özü vərəqverən tərtibatın doldurulması. Maşının təmizlənməsi, yuyulması və yağlanması.

Bilməlidir: laklama və yapışqanlama proseslərinin əhəmiyyətini; materiallara və yarımfabrikatlara verilən texniki tələbləri; yağ materiallarının xassələrini; çap ottiskləri ilə davranmaq qaydalarını və onların qorunub saxlanması üsullarını.

§ 57. Laklayıcı-yapışdırıcı maşının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Çap olunmuş rəngli məhsulatın (cildlər, markalar, açıqçalar, bədii reproduksiyalar və etiketqablaşdırma məmulatı) 102X126 sm-dək formatlı laklama-yapışqanlama maşınlarında laklanması.

Çap olunmuş məhsulata daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə iriqabaritli (130X130 sm formatlı) laklama-yapışqanlama maşınlarında lak vurulması.

Dekelin hazırlanması və qoyulması. Qurutma tərtibatının, ottiskdə lak və yapışqan qatlarının qalınlığının, havanın verilməsinin və onun temperaturunun tənzimlənməsi, lakın və yapışqanın tərtib edilməsi. İş prosesindəki qüsurların aradan qaldırılması.

Bilməlidir: lakların və yapışqanın xassələrini; məhsulatın xarakterini nəzərə almaqla onları düzgün işlətməyi; laklama və yapışqanlamanın keyfiyyətinə nəzarət etmək üsullarını; maşının bütün mexanizmlərini tənzimləmək üsullarını.

§ 58. Laklayıcı-yapışdırıcı maşının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Lederində və digər texniki parçalarda, təbaşirli, fototip və plastikləşdirilmiş kağızda çap edilmiş yüksək bədii məhsulların; cildlərin, markaların, açıqçaların, muzey tablolarından reproduksiyaların 102X126 sm-dək formatlı laklama-yapışqanlama maşınlarında laklanması.

Bütün növlərdən olan məhsulatın iriqabaritli (130X130 sm formatlı) laklama-yapışqanlama maşınında laklanması.

Özü məmulatverən ikiqat pnevmatik tərtibatın qurulması və tənzimlənməsi. İnfraqırmızı lampaların və ventilyatorların işinə nəzarət. İriqabaritli maşınlarda üfürmə ucluqlarının, soyuducu tərtibatın, qəbuledicilərin laklanan məhsulun formatına uyğun qoyulması.

Bilməlidir: lederinin və yüksək keyfiyyətli xüsusi növ kağızların səthinə lak qatı çəkməyin xüsusiyyətlərini; iriqabaritli maşınların bütün mexanizmlərin tənzimlənməsi üsullarını.

§ 59. Not dəftərləri və rəsm albomlarının hazırlanması üzrə avtomat xəttin maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Avtomat xətdə not dəftərləri və rəsm albomlarının hazırlanmasında iştirak etmək. Dəftərlərin yığılması və banderol bağlanması prosesinə və onların keyfiyyətinə nəzarət. Banderol rulonlarının hazırlanması və onların seksiyalara qoyulması.

Dəftərləri kəsmə seksiyasından banderollamaya ötürən mexanizmin işinə nəzarət. Yapışqan aparatının sazlanması və tənzimlənməsi. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: not dəftərləri və rəsm albomları hazırlanmasının texnoloji prosesini; hazır məhsullar üzrə dövlət standartlarını; yığma-banderollama seksiyası qovşaqlarının sazlanması üsullarını.

§ 60. Not dəftərləri və rəsm albomlarının hazırlanması üzrə avtomat xəttin maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistlə birlikdə avtomat xətdə not dəftərləri və rəsm albomlarının hazırlanması prosesinin aparılması. Kağız rulonlarının hazırlanması və qoyulması.

Xətləmə və kağızın format üzrə kəsilməsi prosesinin aparılması. Vərəqlərin və cildlərin seçilib yığılması. Doldurma seksiyası mexanizmlərinin, xətləmə, rəngləmə və sıxma vallarının qurulması və tənzimlənməsi. Blok kötüklərinin kağızla, tənziflə, yaxud texniki parça ilə tikişsiz bənd edilməsi və haşiyələnməsi. Kağızı və dəftərləri format üzrə kəsmək üçün ölçülərin qoyulması. Kəsmə alətlərinin itilənməsi. Avadanlığın işindəki qüsurların aradan qaldırılmasında iştirak etmək.

Bilməlidir: materiallara verilən texniki tələbləri; avtomatxətdəki maşınların ayrı-ayrı qovşaqlarının quruluşunu və tənzimlənməsi üsullarını.

§ 61. Not dəftərləri və rəsm albomlarının hazırlanması üzrə avtomat xəttin maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Kəsmə və banderollama seksiyaları olmayan avtomat xətdə not dəftərlərin və rəsm albomlarının hazırlanması prosesinin aparılması. Kağız rulonlarının yerləşdirilməsi. Tikiş aparatlarının qurulması, sazlanması və tənzimlənməsi. Tikiş aparatına məftilin doldurulması. Dəftərlərin tikili-şinə nəzarət. Rəngləmə vallarının qurulması, cildlərin çapı üçün formaların tuşlandırılması və sahmanlanması. Avadanlığa profilaktik baxış və təmir işlərində iştirak etmək.

Bilməlidir: avtomat xətt mexanizmlərinin quruluşunu, prinsipial sxemlərini və onların qarşılıqlı fəaliyyətini; avtomat xəttin əsas qovşaqlarını tənzimləmək üsullarını; çap formalarına verilən texniki tələbləri; tətbiq edilən materiallar üzrə dövlət standartlarını.

§ 62. Not dəftərləri və rəsm albomlarının hazırlanması üzrə avtomat xəttin maşinisti

6-cı dərəcə

İşin xüsusiyyəti. Kəsmə və banderollama seksiyalı xətdə not dəftərləri və rəsm albomlarının hazırlanması prosesinin aparılması. Kağızı və məmulatları format üzrə kəsmək üçün bıçaqların qoyulması. Transportyor sıxaclarının və iş seksiyaları mexanizmlərinin tənzimlənməsi. Çap vallarının qurulması. Avtomat xəttin bütün seksiyaları və qovşaqlarında sazlama işlərinin aparılması. Məhsulatın keyfiyyətinə nəzarət.

Bilməlidir: avtomat xəttin konstruksiyasını; maşınların quruluşunu və onların konstruksiya xüsusiyyətlərini; avadanlığın yoxlanması və dəqiq işə sazlanması qaydalarını.

§ 63. Nömrələyici

1-ci dərəcə

İşin xüsusiyyəti. İşarələri əvvəlcədən düzmək, tuşlandırmaq və sahmanlamaqla kontor-dəftərxana məmulatının əl numeratoru vasitəsilə nömrələnməsi. Numeratorun qurulması. Numeratorun başlığında naborun, yaxud klişenin bərkidilməsi. Sahmanlama və çap nömrələmənin dəqiqliyinin yoxlanması.

Bilməlidir: tuşlandırmanın əhəmiyyətini; çap boyağına və nömrələmə işinin keyfiyyətinə verilən tələbləri; şriftlərin keqellərini.

İşə aid misallar

Nömrələmə

1.      Qəbzlər

2.      Kontor kitabları.

3.      Lentlər.

4.      Talonlar.

5.      Çeklər.

6.      Yarlıklar (çətələ).

§ 64. Nömrələyici

2-ci dərəcə

İşin xüsusiyyəti. İşarələri əvvəlcədən düzmək, tuşlandırmaq və sahmanlamaqla, ciddi uçotlu sənədlərin və işlərin öl numeratorunda və dəzgahda nömrələnməsi. Rəngin çalarını uyğunlaşdırmaqla əsas mətnə əlavə olaraq ayrı-ayrı söz və ya işarələrin yazılması. Kağızın hesablanıb alınması və təhvil verilməsi. Dəzgahın təmizlənməsi, yağlanması və tənzimlənməsi.

Bilməlidir: şriftlərin qarniturlarını; ciddi uçotlu sənədlərlə işləmək qaydalarını; nömrələyici aparatların tənzimlənməsi üsullarını.

İşə aid misallar

Nömrələmə

1.      HəMkarlar ittifaqı biletləri. toplular və s.

2.      Formatı 75X100 sm-dən artıq və kütləsi 120-160 q olan kağızda çap edilən dəniz xəritələri və xüsusi xəritələr.

3.      Qəbz-blank kitabçaları və digər ciddi uçot məmulatı.

§ 65. Nömrələyici

3-cü dərəcə

İşin xüsusiyyəti. İşarələri əvvəlcədən düzmək, tuşlandırmaq və sahmanlamaqla kağız pulların, istiqrazların, lotereya biletlərinin, pasport, partiya və orden sənədlərinin dəzgahlarda, preslərdə və əllə adi və kontrottisk üsulları ilə nömrələnmələrinin tərtib edilməsi. Müəyyən olunmuş qaydada hesaba almaqla kağızın, yarımfabrikatların və hazır məhsulların qəbul edilməsi və təhvil verilməsi.

Bilməlidir: lokal nişanlı kağızın xassələrini; dəzgahların və preslərin sazlanması və tənzimlənməsi üsullarını.

§ 66. Örtücü maşının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Örtmə maşınında blokların cildlə (adi və ayrılan) örtülməsi. Format dayaqlarının, döndərmə stolu tərtibatının, sıxacların, cildvermə tərtibatının və digər mexanizmlərin blokun formatına və həcminə müvafiq olaraq şkalalar üzrə qoyulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: örtüklərin növlərini; kitabçaları cildlə örtmək işinin texnoloji prosesini; örtmə işlərində tətbiq edilən kağızın və yapışqanların xassələrini; yarımfabrikatların və hazır kitabçaların keyfiyyətinə verilən tələbləri; örtmə maşınını tənzimləmək üsullarını.

§ 67. Plyonka presləyici maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə maşında plyonkanı presləmək üzrə işlərin yerinə yetirilməsi. Keyfiyyətini yoxlamaqla ottisklərin qəbulu. Maşının işə hazırlanmasında iştirak etmək. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: maşının istismarı qaydalarını və ona xidmət üsullarını.

§ 68. Plyonka presləyici maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə maşında təsvirli nəşrlərə və cildlərə plyonkanın preslənməsi. Rulonun açılması və rulondan plyonkanın verilməsinin tənzimlənməsi. Presləndikdən sonra plyonkanın kəsilməsi. Vannaya lakın tökülməsi və lakın verilməsi sisteminin ilkin tənzimlənməsi.

Bilməlidir: çap edilmiş məmulata plyonkanın preslənməsinin texnoloji prosesini; tətbiq edilən materiallara verilən əsas tələbləri.

§ 69. Plyonka presləyici maşinisti

4-cü dərəcə

İşim xüsusiyyəti. Maşınla təsvirləri, kartoqrafik nəşrlərə plyonkanın preslənməsi. Müxtəlif formatlı və növlü məmulata plyonkanın preslənməsinə keçərkən maşının mexanizmlərinin köklənməsi və tənzimlənməsi. Temperaturun və lak qatının qalınlığının tənzimlənməsi, preslənmənin keyfiyyətinə nəzarət. İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: maşının mexanizmlərinin tənzimlənməsi üsullarını; hazır məhsulun keyfiyyətinə verilən tələbləri.

§ 70. Parafinləyici

2-ci dərəcə

İşin xüsusiyyəti. Kağızın və ya çap məhsulunun bütün sistemlərdən olan hopdurma maşınlarında parafinlənməsi. Rulonun maşına qoyulması və kağız vərəqəsinin verilməsi. Vannada qızma temperaturunun tənzimlənməsi və parafinin səviyyəsinə nəzarət Parafin qatının çəkilməsinə və parafinləşmiş kağızın sarınmasına nəzarət, Parafinlənmiş rulonun çıxarılması. İş prosesindəki qüsurların aradan qaldırılması.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə polietilen örtüklü ottisklərin parafinlənməsi və aqreqatda bobinlərə kəsilməsi. Sarıma və açma ştanqlarının doldurulması. Karton silindrlərə kağız doldurulması.

Bilməlidir: parafinlənmiş kağız vərəqlərə verilən texniki tələbləri; kağızım qalınlığından asılı olaraq parafinləmə rejimləri; zay olmanın növlərini və onun aradan qaldırılması tədbirlərini; kağız rulonun maşına verilməsi sxemini.

§ 71. Parafinləyici

3-cü dərəcə

İşin xüsusiyyəti. Polietilen örtüklü ottisklərin parafinlənməsi və aqreqatda bobinlərə kəsilməsi. Friksionların, sarıma qovşağının, soyutma sisteminin, təzyiqin və aqreqatın digər mexanizmlərinin tənzimlənməsi.

Bilməlidir: kəsilmiş bobinlərə verilən texniki tələbləri; aqreqatın tənzimlənməsi üsullarını.

§ 72. Perforatorçu

1-ci dərəcə

İşin xüsusiyyəti. Kəsmə xətti düzəltmək və ya sonradan spiral keçirərək bənd etmək üçün kağızda və poliqrafiya məmulatında perforasiya dəzgahı vasitəsilə deşiklər açılması. Ştampın qoyulması. İş prosesində qüsurların aradan qaldırılması. Dəzgahın təmizlənməsi və yağlanması.

Bilməlidir: perforasiya edilən (deşiklər açılan) məmulatın növlərini; perforasiyanın növlərini və üsullarını; ona verilən texniki tələbləri.

§ 73. Perforatorçu

3-cü dərəcə

İşin xüsusiyyəti. Çap olunmuş Dövlət nişanlı markaların və marka bloklarını hər cür perforasiya maşınlarında və dəzgahlarında saymaqla perforasiya olunması (deşiklər açılması). Əvvəlki əməliyyatda baş vermiş zayolma hallarının aşkara çıxarılması. Məmulatın formatına müvafiq vərəqin verilməsi sürətinin qoyulması. Deşmə üçün raşketlərin hesablanması. Deşiklərin açılması. Məhsulatın sayılması və ona nəzarət. Maşının tənzimlənməsi.

Bilməlidir: məhsulatın sayılması üsullarını; zayolma hallarının növlərini; maşının tənzimlənməsi üsullarını.

§ 74. Tikişsiz bəndləyici aqreqatın maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Blok kötüyünün kağızla, tənziflə, yaxud texniki parça ilə tikişsiz bəndlənməsi və haşiyələnməsi, habelə toplama seksiyası olmayan tikişsiz bəndləmə aqreqatında blokların tikişsiz bəndlənməsi və cildlənməsi. Yükləmə qovşağının, frezin, özü cildverən tərtibatın və digər mexanizmlərin nəşrin formatına və həcminə uyğun qoyulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması. Aqreqatın təmizlənməsi və yağlanması.

Daha yüksək ixtisaslı maşinistlə birlikdə tikişsiz bəndləmə aqreqatlarında kitabçaların komplektləşdirilməsi, tikişsiz bənd edilməsi, cildlə örtülməsi və üç yandan kəsilməsi. Özü dəftərverən tərtibatın, kəsmə seksiyasının, nəqledici və qəbuledici tərtibatların nəşrin formatına və həcminə uyğun sazlanması və tənzimlənməsi. Bıçaqların dəyişdirilməsi və dəqiq qoyulması. Kitabçaların kəsilməsinin keyfiyyətinə və hesablanmanın dəqiqliyinə nəzarət.

Bilməlidir: tikişsiz bəndləmə üsulu ili kitabçaların hazırlanmasının texnologiyasını; cildlə örtmənin növlərini və kitab bloklarının emalı texnologiyasını; yarımfabrikatlara, materiallara və hazır məhsullara verilən texniki tələbləri; tətbiq edilən materialların xassələrini; aqreqatın tənzimlənməsi üsullarını; dəftərləri özüverən tərtibatın, kəsmə seksiyasının, nəqledici və qəbuledici tərtibatların tənzimlənməsi qaydalarını.

§ 75. Tikişsiz bəndləyici aqreqatın maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Blok kötüyünün komplektləşdirilməsi, tikişsiz bəndlənməsi və kağızla, tənziflə, yaxud texniki parça ilə haşiyələnməsi, habelə toplama seksiyası olan tikişsiz bəndləmə aqreqatında blokların komplektləşdirilməsi, tikişsiz bəndlənməsi və cildlə örtülməsi. Dəftərləri özüverən tərtibatın qurulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: blokların komplektləşdirilməsinin keyfiyyətinə verilən texniki tələbləri; aqreqatın toplama seksiyasını tənzimləmək üsullarını.

§ 76. Tikişsiz bəndləyici aqreqatın maşinisti

6-cı dərəcə

İşim xüsusiyyəti. Tikişsiz bəndləyici aqreqatlarında müxtəlif həcmli və formatlı kitabçaların komplektləşdirilməsi, tikişsiz bəndlənməsi, cildlə örtülməsi və üç yandan kəsilməsi, habelə aqreqatın bütün seksiyalarında sazlama işlərinin aparılması. Dəftərləri və cildləri özüverən tərtibatların, kötükləri frezerləyən və çopurlayan seksiyaların, yapışqan seksiyasının, kəsmə seksiyasının və başqa mexanizmlərin nəşrin həcminə və formatına uyğun yenidən qurulması və tənzimlənməsi. Bütün qovşaqların sökülməsi və yığılması, hissə və detalların yoxlanması və dəqiqləşdirilməsi. Avadanlığı sazlayarkən lazımi hesablamaların aparılması, Profilaktik baxışların, yoxlamaların və planlı profilaktiki sistemi üzrə təmirlərin aparılmasında iştirak etmək. Briqada üzvlərinin təlimatlandırılması. Hazır məhsulların keyfiyyətinə nəzarət.

Bilməlidir: aqreqatdakı maşınların bütün və qovşaqlarının quruluşunu və konstruktiv xüsusiyyətlərini; onların yoxlanması və dəqiq işə sazlanması qaydalarını.

§ 77. Toplayıcı-tikiş maşınının maşinisti

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə 18-30 seksiyalı vərəqtoplayan maşında müxtəlif formatlı və həcmli blokların komplektləşdirilməsi. Özü dəftərverən tərtibatın, toplayıcı və sürətləndirici transportyorların, maşaların, dayaq millərinin, sorucuların və qarmaqların blokun formatına və həcminə uyğun surətdə qoyulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə 16 seksiyalı vərəqtoplayan maşında müxtəlif formatlı və həcmli açıqçalar komplektlərinin toplanması.

Bilməlidir: kitabın ünsürlərini; komplektləşdirmə növlərini; dəftərlərin, açıqçaların və komplektləşdirmənin keyfiyyətinə verilən texniki tələbləri; vərəqtoplayan maşının əsas qovşaqlarının tənzimlənməsi üsullarını; açıqçaların çapı üçün işlədilən kağızın sortlarını; açıqçaların formatlarını; açıqça toplayan maşının tənzimlənməsi üsullarını.

§ 78. Toplayıcı tikiş maşınının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. On iki seksiyalı toplama-tikiş maşınında müxtəlif formatlı və həcmli blokların komplektləşdirilməsi və tikilməsi. 12-30 seksiyalı vərəqtoplayan maşında tikmədən müxtəlif formatlı və həcmli blokların komplektləşdirilməsi, müxtəlif formatlı plakat, açıqca, repreduksiya toplularının komplektləşdirilməsi. maşının toplayıcı və sürətləndirici transportyorlarının sinxron işə sazlanması. Tikiş aparatlarının qurulması və tənzimlənməsi. İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: kitabbağlama proseslərinin texnologiyasını; məhsulatın komplektləşdirilməsinin və blokların tikilməsinin keyfiyyətinə verilən texniki tələbləri; məftilə verilən texniki tələbləri; məftilə verilən tələbləri, toplama-tikiş maşınının əsas qovşaqlarının tənzimlənməsi üsullarını.

§ 79. Toplayıcı-tikiş maşınının maşinisti

5-ci dərəcə

İşin xüsusiyyəti. Qoşalaşdırılmış iki vərəqtoplayan maşında iri formatlı və həcmli ensiklopedik, lüğət və yüksək bədii nəşrlərin bloklarının komplektləşlirilməsi. Maşınların sinxron işə sazlanması. Komplektləşdirmə prosesinin aparılması. İş prosesində qüsurların aradan qaldırılması.

Bilməlidir: ensiklopedik lüğət, yüksək bədii nəşr bloklarının komplektləşdirilməsinə verilən texniki tələbləri; qoşalaşdırılmış iki vərəqtoplayan maşının sazlanması üsullarını.

§ 80. Tikiş maşınlarının və avtomatlarının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Kitab-jurnal, kağız, karton məmulatın biraparatlı məftillətikən maşınlarda calamaqla və üst-üstə tikilməsi. Digər formalara və tikiş növlərinə keçərkən tikiş aparatlarının qoyulması və sazlanması. Məftilin verilməsinin tənzimlənməsi. Dəftərlərin qoyulması və tikilməsi. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: kitabların, kitabçaların və jurnalların tərkib hissələrini; məmulatın xarakterinə müvafiq gələn tikiş növlərini; yarımfabrikatlara və tikilmiş məmulatlara verilən texniki tələbləri; maşının tənzimlənməsi üsullarını.

§ 81. Tikiş maşınlarının və avtomatlarının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Kağız məmulatın sapla tikən maşınlarda və hər cür məmulatın çoxaparatlı məftillə tikən aparatlarda tikilməsi. Tikiş aparatlarının, yığma stolunun, kağızverən avtomat mexanizmin və maşının digər mexanizmlərinin nəşrin həcminə və formatına müvafiq qoyulması və sazlanması. Dəftərlərin yığılması. Tikişin keyfiyyətinə nəzarət. İş prosesində qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: kitab bloklarının hazırlanması və işlənilməsi üzrə texnoloji əməliyyatları; blokların bənd edilməsinin növlərini və üsullarını; işlədilən materialları (məftil, sap, tənzif)verilən texniki tələbləri; maşının tənzimlənməsi üsullarını.

§ 82. Tikiş maşınlarının və avtomatlarının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. Kitab-jurnal məhsulatın və sənəd kitabçalarının sapla tikən maşın və avtomatlarda tikilməsi, habelə onlarda sazlama işlərinin aparılması.

Dəftərlərin verilməsinə və tikilən blokların həcminə nəzarət üçün kağızverən avtomat mexanizmin və digər mexanizmlərin sazlanması. Bütün qovşaqların sökülməsi və yağlanması. Profilaktik baxışlarda, yoxlamalarda, plan üzrə profilaktik təmir sistemində avadanlığın təmiri işlərində iştirak etmək.

Bilməlidir: tikilmiş blokların keyfiyyətinə verilən texniki tələbləri; saplatikən maşın və avtomatların quruluşunu, kinematikasını və konstruktiv xüsusiyyətlərini; tənzimləmə üsullarını; onların yoxlanması və dəqiq işə sazlanması qaydalarını.

§ 83. Xətçəkən maşının maşinisti

2-ci dərəcə

İşin xüsusiyyəti. Dəftərlər və kağız istehsalı məmulatları üçün rulonlu və vərəqli maşınlarda kağızın xətlənməsi üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Kağızı bütün xətt növləri üzrə cızıqlamaq üçün dəstlərin tərtib edilməsi. Rulonların qoyulması və özü kağızverən tərtibatın kağızla doldurulması. Rəngləmə aparatına boyağın tökülməsi. İtiləmə. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: xətləmənin növlərini və onlar üçün dəstləri tərtib etməyi; kağıza və boyaqlara verilən texniki tələbləri.

§ 84. Xətçəkən maşının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. Dəftərlər və kağız istehsalı məmulatları üçün rulonlu və vərəqli maşınlarda kağızın bütün xətt növləri üzrə xətlənməsi. Xətt dəstlərinin, rezin valcıqların, kağızın doğranması ölçülərinin qoyulması. İş prosesində qüsurların aradan qaldırılması. Maşının tənzimlənməsi.

Bilməlidir: tətbiq edilən kağızın və boyağın xüsusiyyətlərini; xətlərin keyfiyyətinə verilən texniki tələbləri; maşının tənzimlənməsi üsullarını.

§ 85. Cilddüzəltmə maşının maşinisti

3-cü dərəcə

İşin xüsusiyyəti. BSA-5 tipli maşınlarda cildlərin kötüklə örtülməsi. Seksiyaya karton kənarların, kötük materialının və otstavın doldurulması. Kartonu və otstavı verən qovşağın, bıçaq mexanizminin, kənarları bükən və bərkidən, kalandrlayan və yapışqanlayan mexanizmlərin tənzimlənməsi.

Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə KD tipli qapaqdüzəltmə maşınlarında bütövörtüklü və tərkibli cild qapaqlarının hazırlanması. Parça rulonunun və otstavın qoyulması. Seksiyaya karton kənarların doldurulması. Yapışqanlayıcı aparata yapışqan tökülməsi. İş prosesindəki qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir: tərkibli və bütövörtüklü cild qapaqları hazırlanmasının texnoloji prosesini; cild qapaqlarının təsnifatını; materiallara və hazır qapaqlara verilən texniki tələbləri; maşını tənzimləmək üsullarını.

§ 86. Cilddüzəltmə maşının maşinisti

4-cü dərəcə

İşin xüsusiyyəti. "Rodas" tipli özü məmulatverən tərtibatı olmayan qapaqdüzəltmə maşınlarında bütövörtüklü və tərkibli cild qapaqlarının hazırlanması. Müxtəlif növlü və formatlı qapaqlar hazırlanarkən maşın mexanizmlərinin sazlanması və tənzimlənməsi. Karton və oststav verən, kənarları bükən və bərkidən, kalandrlayan, yapışqanlayan qovşaqların və pnevmatik tərtibatın qurulması və tənzimlənməsi. Kənar material pəstahlarının doldurulması. Maşının işindəki nasazlıqların aradan qaldırılması.

Bilməlidir: kitabbağlama-cildləmə prosesləri texnologiyasının əsaslarını; cildlik materialların biçilməsi qaydalarını; qapaqların hazırlanmasında işlədilən materiallara verilən texniki tələbləri; "Rodas" tipli maşını tənzimləmək üsullarını.

§ 87. Cilddüzəltmə maşının maşinisti

5-ci darəcə

İşin xüsusiyyəti. KD və "Rodas" tipli özü məmulatverən tərtibata malik qapaq-düzəltmə maşınlarında bütövörtüklü və tərkibli cild qapaqlarının (o cümlədən, polivinilxlorid, bumvinil və s. materiallardan hazırlanan qapaqların və plyonka preslənmiş bütöv kağız qapaqların) hazırlanması. Müxtəlif növlü və formatlı qapaqlar hazırlanarkən maşın mexanizmlərinin sazlanması və tənzimlənməsi.

Çaplayıcı əlavə tərtibatlı KD-3 qapaqdüzəltmə maşınlarında tərkibli cild qapaqlarının hazırlanması, kötükdə və yanda, boyaqda çap. Boyaq aparatının sazlanması və tənzimlənməsi, ştampların qoyulması. Çapın keyfiyyətinə nəzarət.

Bucaq bıçaqları, materialı uzununa və eninə bükmə, kənarları bərkitmə, kalandrlama, yapışqanlama mexanizmlərinin və pnevmatik tərtibatın qurulması. Maşının işindəki nasazlıqların aradan qaldırılması.

BSA-6 tipli maşınlarda qapaqların cildlə örtülməsi. Müxtəlif növlü və formatlı qapaqlar hazırlanarkən maşın mexanizmlərinin sazlanması və tənzimlənməsi. Özü cild və qapaqverən tərtibatın, cildbükmə mexanizminin və digər mexanizmlərin qurulması və tənzimlənməsi. Maşının işindəki qüsurların aradan qaldırılması.

Karton, otstav və cild verən (müxtəlif materiallardan), barabanların (karetkaların), özücildverən (müxtəlif materiallardan) tərtibatın qurulması və tənzimlənməsi.

Bilməlidir: nəşrin formatından asılı olaraq maşın mexanizmlərinin qurulması üçün cədvəlin tərtib edilməsi prinsipini; maşının özü məmulat verən tərtibatını və digər mexanizmlərini tənzimləmək üsullarını.

§ 88. Cildçi

1-ci dərəcə

İşin xüsusiyyəti. Cildləmə əməliyyatları aparılan dəzgahlardan çıxan yarımfabrikatların keyfiyyətini yoxlamaqla qəbulu.

Kitabların, qovluqların, kağız və blank məmulatlarının hazırlanması üzrə ayrı-ayrı cildləmə əməliyyatlarının yerinə yetirilməsi.

Bilməlidir: dəzgahda yerinə yetirilən əməliyyatları; kitabların, cild qapaqlarının, qovluqların, kağız və blank məmulatlarının hazırlanması üzrə texnoloji əməliyyatları; materiallara və yarımfabrikatlara verilən texniki tələbləri.

İşə aid misallar

1.      Kağız və karton — yapışdırma.

2.      Kağız məmulatı — kəsimlərin rənglənməsi.

3.      Qopardılan təqvimlər — yapışdırma və qurutma.

4.      Klapanlar, cibliklər, karandaş yuvaları, kiçik blokları — qovluqlara, bloklara və s. məmulatlara yapışdırma, yaxud bəndləmə.

5.      Kitablar, kağız və blank məmulatları — futlyarlara yerləşdirmə.

6.      Cild qapaqları — kalandrlama (hamarlama).

7.      Şpatsiyaların (sətrarası lövhəciklərin) düzəldilməsi.

8.      Kitab kötüyü, cild, qapaq, xəritə materialı — yapışqançəkən maşınlarda və əllə yapışqan çəkmək.

9.      "Birinci sinif şagirdinə hədiyyə" tipli dəstlər — dəstləmə.

10.  Qovluqlar — səthinə kağız çəkmək.

11.  Kağız vərəqləri dəsti — sonradan işlənilməsi üçün yapışdırma.

12.  Reproduksiyalar üçün çərçivələr — nişanlama və asqıların bərkidilməsi.

13.  Bədii repreduksiyalar — bəzək işləri.

§89. Cildçi

2-ci dərəcə

İşin xüsusiyyəti. Kitabların hazırlanması üzrə mexaniki və avtomat axın xətlərində, cildləmə işlərini yerinə yetirən maşın və aqreqatlarda maşinistin rəhbərliyi ilə işlərin icra edilməsi.

İtiləməklə və keyfiyyətini yoxlamaqla yarımfabrikatların transportyora, yaxud avadanlığın seksiyasına qoyulması və yığılması, eləcə də keyfiyyətini yoxlamaqla yarımfabrikat və hazır məhsulların qəbulu, avadanlığın işinə nəzarət.

Kitabların, qovluqların, kağız və blank məmulatlarının hazırlanması üzrə ayrı-ayrı cildləmə əməliyyatlarının yerinə yetirilməsi. Sadə tərtibatlı blank və kağız məmulatlarının hazırlanması üzrə əməliyyatlar klmpleksinin yerinə yetirilməsi. Blok kötüyünün yapışdırılması və qaytanlanması, üz çəkilməsi.

Bilməlidir: axın xəttində, maşında və aqreqatda yerinə yetirilən əməliyyatları; avadanlığın istismarı və ona xidmət etmək qaydalarını; blokun kötüyünü girdələyən dəzgahın və kitabın ştrixlənməsi üçün avtomatların tənzimlənməsi üsullarını, kağızın qalınlığından və həcmindən asılı olaraq blok kötüyünün girdələn-məsi rejimlərini; kağız məmulatlarının növlərini; tərkibli cild qapaqlarının hazırlanması və blokların yerləşdirilməsi üzrə texnoloji prosesi.

İşə aid misallar

1.      Kitabçalar, jurnallar, kitablar — avtomat, mexaniki axın xətlərində, maşın və aqreqatlarda hazırlanmasında iştirak etmək.

2.      Blok — yapışdırma, yapışdırmadan sonra ayırma, başlığın yerləşdirilməsi və yığılması, kötüyün sıxılması və girdələnməsi. Kəsimlərin rənglənməsi; kötüyə kaptalın və kağız zolağın yapışdırılması; kitabın arasında qoyulan lentin yapışdırılması; maşında qoyulmuş blokların düzəldilməsi.

3.      Bloknot üçün ehtiyat blokları — tam hazırlanması

4.      Çərçivəli şəkillər — altlığın bərkidilməsi.

5.      Klapanlar, cibliklər — hazırlanması.

6.      Kitablar — avtomatda və dəzgahda ştrixləmə.

7.      Qıraqları kəsilmiş cildli qeyd dəftərçələri, ümumi dəftərlər, texniki parçadan üz çəkmək.

8.      Faskasız düzbucaq sərt cildli zaçot kitabçaları; buraxılış vərəqələri və vəsiqələr — tam hazırlanması.

9.      Qaytanlanmış cildli qəbz kitabçaları — tam hazırlanması.

10.  Cild qapaqları — kötüklə və cildlə örtmək.

11.  Qapaqlar (tərkibli cildli)— tam hazırlanması.

12.  Karton kənarlar — faskalama və künclərin kəsilməsi.

13.  Həftəlik təqvimlər (açıqçalar) — tam hazırlanması.

14.  Kitab, kitabça, kağız məmulatı blokları — spirala bənd etmək.

 

§ 90. Cildçi

3-cü dərəcə

İşin xüsusiyyəti. Kitabların, qovluqların və kağız məmulatların hazırlanması üzrə ayrı-ayrı cildləmə əməliyyatlarının yerinə yetirilməsi. Tərkibi mürəkkəb olan kağız və blank məmulatlarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Blok kötüklərinin yapışdırılması və girdələnməsi. Girdə günclü, yumşaq aqreqatlı və foskalı cild qapaqlarının hazırlanması. Blokun qapağa yerləşdirilməsi.

Bilməlidir: cild qapaqlarının tiplərini; tamörtüklü yumşaq aqreqatlı cild qapaqlarının, buraxılış vərəqələrinin və vəsiqələrin hazırlanması üzrə texnoloji prosesi; iri formatlı kitab bloklarını yerləşdirməyin xüsusiyyətlərini; yarımfabrikatlara, materialları və hazır məhsulata verilən texniki tələbləri; dəzgahın tənzimlənməsi üsullarını.

İşə aid misallar

1.      Fotoşəkillər, rəsmxət və s. üçün üstünə texniki parça çəkilmiş qaytanlanmış cildli kütləvi albomlar — tam hazırlanması.

2.      Yüksək bədii, ensiklopedik nəşrlərə aid kitabların blokları — kötüyün yapışdırılması, sıxılması və girdələnməsi, kəsimin rənglənməsi, səhifələr arasına qoyulan lentin yapışdırılması.

3.      Kütləvi nəşr kitablarının blokları — cild qapağına blokları əllə qoymaq; blok kötüyünün dəzgahda emalı; yapışqanlama, qurutma, girdələmə, kaşirləmə, kağız zolağın, kaptalın yapışdırılması.

4.      Stolüstü bloknotlər — tam hazırlanması.

5.      Təsvirin yüksək bədii nəşrlər — deşikləri əvvəlcədən yapışqanlamaqla blok kötüyünün yapışdırılması, siqnal və sərgi nüsxələrinin bloklarının tam emalı.

6.      Tablolar — əllə və dəzgahda çərçivəyə çəkmək və bərkitmək.

7.      Tərkibli cildə malik qaytanlı kontor kitabçaları — tam hazırlanması.

8.      Dəri — şerfləmə.

9.      Tam örtüklü cild qapaqları — tam hazırlanması.

10.  Not üçün qovluqlar — tam hazırlanması.

11.  Klapanlı və bağlı qovluqlar — tam hazırlanması.

12.  Qıraqları kəsilmiş qovluqlar — mətn və nömrələri, çap edilmiş kağızla yapışdırma

13.  Texniki parça çəkilmiş yumşaq araqatlı, faskalı və girdə künclu buraxılış vərəqələri və vəsiqələr — tam hazırlanması.

14.  Yumşaq araqatlı çapalı həftəlik təqvimlər — tam hazırlanması.

§ 91. Cildçi

4-cü dərəcə

İşin xüsusiyyəti. Kitabların hazırlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Materialları müstəqil surətdə emal etməklə kütləvi nəşr üçün kitab və kağız məmulatlarının, cild qapaqlarının hazırlanması üzrə əməliyyatlar kompleksinin yerinə yetirilməsi. Cild qapaqları üçün materialların, o cümlədən də ipəyin və məxmərin biçilməsi və kəsilməsi.

Bilməlidir: blokların işlənilməsi və cild qapaqlarının hazırlanması texnologiyasını; tikilmiş blokların keyfiyyətinə və materiallara (ipək, məxmər) verilən texniki tələbləri; liflərin və əsas iplərin istiqamətini nəzərə almaqla cildlik materialların, o cümlədən ipəyin, məxmərin, süni dərilərin biçilib kəsilməsi üsullarını.

İşə aid misallar

1.      İpək və məxmər örtüklü albomlar — tam hazırlanması.

2.      Bədii nəşr kitablarının blokları — cild qapağına blokun əllə qoyulması.

3.      Büvarlar (kağız qovluqları) — tam hazırlanması.

4.      Kağız məmulatı və stolüstü oyun maketləri — tam hazırlanması.

5.      Ünvan qovluqları — tam hazırlanması.

6.      Klapanlı və ciblikləri olan ipək və sətin örtüklü qovluq-portfellər — tam hazırlanması.

7.      Müxtəlif formatlı reproduksiyalar üçün klapanlı qovluqlar, yüksək bədii nəşrlər üçün futlyarlar (yapışdırma üzlüklü, tərkibli) — tam hazırlanması.

8.      Səthinə polimerlər çəkilmiş müxtəlif əsaslı «cildlik materiallardan tamörtüklü cild qapaqları — hazırlanması.

9.      Cild qapaqları (kütləvi) — tam hazırlanması.

§ 92 Cildçi

5-ci dərəcə

İşin xüsusiyyəti. Materialı müstəqil surətdə emal etmək, kənarları çopurlaşdırmaq və zərləməklə dəridən, məxmərdən və ipəkdən bədii cild qapaqlarının və kağız məmulatının hazırlanması. Kütləvi nəşrlər üçün cild qapaqları maketlərinin hazırlanması. Dəftərlərin bükülməsi və komplektləşdirilməsi. Forzas və rəsmlərin yapışdırılması. Birbıçaqlı maşınlarda blokların kənarlarının kəsilməsi. Blok kötüyünün yapışqanlanması və girdələnməsi. Blokun qapağa yerləşdirilməsi. Presləmə.

Bilməlidir: kitabbağlama və cildləmə əməliyyatlarının texnoloji prosesini; yapışqanların növlərini və xassələrini, onları cild materialının və əməliyyatlarının xarakterindən asılı olaraq tətbiq etməyi; blokun kənarlarının çopurlaşdırılması və zərlənməsinin texniki üsullarını; dəriləri biçib kəsmək üsullarını.

İşə aid misallar

Tam hazırlama

1.      Dəridən cild qapağı olan klapan və cibliklərə malik halqalı qeyd dəftərçələri.

2.      Cild qapaqlarının maketləri.

3.      Dəridən, məxmərdən və ipək parçadan cild qapaqları (bədii, hədiyyə, yubiley və faksimil nəşrlər, atlaslar və albomlar üçün).

4.      Bədii futlyarlar.

§93. Cildçi

6-cı dərəcə

İşin xüsusiyyəti. Rənglər üzrə materialları seçməklə və mozaik təsvirləri tərtib etməklə dəridən, məxmərdən və ipək parçadan bədii cild qapaqlarının hazırlanması.

Bilməlidir: kitab nəşrlərinin və kağız məmulatın tərtib olunmasının texniki üsullarını; basmanaxış əməliyyatının texnoloji regimlərini (rəngsaz, folqalı, relyefli); basmanaxış və zərləmə üçün materiallara verilən texniki tələbləri; cildlik materialların biçilib kəsilməsində, cild örtüklərinin hazırlanmasında, basmanaxış və zərləmə əməliyyatlarında tətbiq edilən bütün növ avadanlıqların tənzimlənməsi üsullarını.

İşə aid misallar

Tam hazırlama

1.      Üstündə ad yazılmış faksimil imzalı biletlər.

2.      Bədii cild qapaqlarının maketləri.

3.      Mozaikalı cild qapaqları.

4.      Nadir, xüsusən yüksək bədii nəşrlərin cild qapaqları.

5.      Bəxşiş üçün bədii qovluqlar.

 

 


KİTABBAĞLAMA—CİLDLƏMƏ VƏ NAXIŞLAMA PROSESLƏRİ

ÜZRƏ PEŞƏLƏRİN MÜQAYİSƏLİ DƏRƏCƏLƏR DİAPAZONU

Sıra ¹-si

Peşələrin (vəzifələrin) adı

dərəcələr diapazonu

İndiyədək qüvvədə olan peşə (vəzifə) adları (rusca)

Dərəcələr diapazonu

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

 

24

25

26

27

28

29

30

31

32

33

34

Aeroqrafçı

Blok emaledici aqreqatın maşinisti

Bükücü maşının maşinisti

Basmanaxış çapçısı

Vərəqqoyma-tikiş-kəsici aqreqatın maşinisti

Qrenirləmə maşınının maşinisti

Doğrayıcı-qablaşdırıcı aqreqatın maşinisti

Dəftər aqreqatının maşinisti

Əlifba maşınının maşinisti

Zərfçi

Zərf düzəldən maşının maşinisti

Yapışdırıcı-kaptal maşının maşinisti

Yapışdırıcı-maşının maşinisti

Kitabbağlayıcı

Kitabları xüsusi cildəsalan avtomatın maşinisti

Kəsmə cildlər hazırlayan avtomatın maşinisti

Kitab hazırlayan avtomat xəttin maşinisti

Kalandr maşınının maşinisti

Kitabcildlemə maşının maşinisti

Kitabları futlyara salan maşının maşinisti

Kösici maşınların maşinisti

Laklayıcı-yapışdırıcı maşının maşinisti

Not dəftərləri və rəsm albomlarının hazırlanması üzrə

avtomat xəttin maşinisti

Nemrələyici

Örtücü maşının maşinisti

Plyonka presləyici maşının maşinisti

Parafinləyici

Perforatorçu

Tikişsiz bəndləyici aqreqatın maşinisti

Toplayıcı tikiş maşınının maşinisti

Tikiş maşınlarının və avtomatlarının maşinisti

Xətçəkən maşının maşinisti

Cilddüzəltmə maşının maşinisti

Cildçi

2—3

3—5

2—5

1—6

3—5

2

3—5

2—5

2

1—2

3

3—4

2—5

1—3

3

3

3—6

2—3

2—4

2—4

2—5

 

2—4

3—6

1—3

3

2—4

2—3

1—3

4—6

3—5

2—4

2—3

3—5

2—6

Àýðîãðàôèñò

Ìàøèíèñò áëîêîîòðàáàòûâàþùåãî àãðåãàòà

Ìàøèíèñò ôàëüöîâàëûíûõ ìàøèí

Ïå÷àòíèê òèñêèëüøèê

Ìàøèíèñò âêëàäî÷íî-øâåèíî-ðåçàëüíîãî àãðåãàòà

Ìàøèíèñò ãðåíèðîâàëüíîé ìàøèíû

Ìàøèíèñò âûðóáàëüíî-óïàêîâî÷íîãî àãðåãàòà

Ìàøèíèñò òåòðàäíûõ àãðåãàòîâ

Ìàøèíèñò àëôàâèòíîé ìàøèíû

Êîíâåðò÷èê

Ìàøèíèñò êîíâåðòíîé ìàøèíû

Ìàøèíèñò îêëååíî-êàïèòàëüíîé ìàøèíû

Ìàøèíèñò ïðèêëåå÷íîé ìàøèíû

Áðîùþðîâøèê

Ìàøèíèñò àâòîìàòà äëÿ çàâåðòûâàíèÿ êíèã â ñóïåðîáëîæêó

Ìàøèíèñò àâòîìàòà ïî èçãîòîâëåíèþ îáðåçíûõ îáëîæåê

Ìàøèíèñò àâòîìàòè÷åñêîé ëèíèè ïî èçãîòîâëåíèþ êíèã

Ìàøèíèñò ҝàëàíäðà

Ìàøèíèñò êíèãîâñòàâî÷íîé ìàøèíû

Ìàøèíèñò ìàøèíû äëà âêëàäêè êíèã â ôóòëÿðû

Ìàøèíèñò ðåçàëüíûõ ìàøèí

Ìàøèíèñò ëàêèðîâàëüíî-ãóììèðîâàëüíîé ìàøèíû

Ìàøèíèñò àâòîìàòè÷åñêîé ëèíèè ïî èçãîòîâëåíèþ òåòðàäåé äëÿ íîò è àëâáîìîâ äëë ðèñîâàíèÿ

Íóìåðîâøèê

Ìàøèíèñò ҝðûâåííîé ìàøèíû

Ìàøèíèñò íà ïðèïðèñîâêå ïëåíêè

Ïàðàôèíèðîâøèҝ

Ïåðôîðàòîðøèê

Ìàøèíèñò àãðåãàòà áåñøâåèíîãî ñêðåïëåíèÿ

Ìàøèíèñò ïîäáîðî÷íî-øâåéíîé ìàøèíû

Ìàøèíèñò øâåéíûõ ìàøèí è àâòîìàòîâ

Ìàøèíèñò ëèíîâàëüíîé ìàøèíû

Ìàøèíèñò êðûøêîäåëàòåëüíîé ìàøèíû

Ïåðåïëåò÷èê

2—3

3—5

2—5

1—6

3—5

2

3—5

2—5

2

1—2

3

3-4

2—5

1—3

3

3

3—6

2—3

2—4

2—4

2—5

2—4

3—6

 

1—3

3

2—4

2—3

1—3

4—6

3—5

2—4

2—3

3—5

2—6


 

ŞRİFT İSTEHSALI

 

TARİF—İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

§ 1. Ağac şriftinin kəsicisi

1-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif qrafika əsaslı və qarniturlu ağac şriftlərin, naxış və bəzəklərin emalı və tamamlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Şriftin hopdurulması və sürtülməsi. Oduncaqların (kötükcüklərin) çeşidlənməsi.

Bilməlidir: şrift məhsulu hazırlamaq üçün işlədilən oduncaqların növlərini; hopdurucu məhlulların tərkibini və komponentlərinin dozalarını; şriftlərin keqellərini; sürtmə tərtibatının quruluşunu.

 

§ 2. Ağac şriftinin kəsicisi

2-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif qrafik əsaslı və qarniturlu ağac şriftlərin, eləcə də naxış və bəzəklərin hazırlanması, emalı və tamamlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Bilməlidir: qarniturların formalarını; tipoqrafiya ölçmə sistemini; ağac şriftlər hazırlanmasında yol verilməyən oduncaq qüsurlarını; şriftin zay olması növlərini; literin gözünün hazırlanması qaydasını; literin gözünü nişanlamaq üçün tablonun tərtib edilməsi üsullarını; şəkil və naxışların kəsilib ayrılması üsullarını; alətlərdən istifadə etmək qaydalarını; sumbata kağızının çeşidlərini; cilalayıcı dəzgahın quruluşunu.

İşə aid misallar

1.      Biçmə — liter gözü konturlarının şablonla nişanlanması.

2.      Şrift — liter közlərinin tamamlanması, mişarlanması, düzəldilməsi və nadfillə təmizlənməsi; literlərin keqel, standart, əlifba və dillər üzrə seçil məsi və yerləşdirilməsi; şrift gözünün dəzgahda cilalanması.

 

§ 3. Ağac şriftinin kəsicisi

3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif qrafik əsaslı və qarniturlu ağac şriftlərin, eləcə də naxış və bəzəklərin hazırlanması, emalı və tamamlanması üzrə ayrı-ayrı mürəkkəb əməliyyatların yerinə yetirilməsi. Punsonların presə qoyulması və dəyişdirilməsi. Presin və dairəvi mişarın tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: ağac şrift məhsulatına verilən texniki tələbləri; künclərin ştamplanması üçün punsonları; ştamp presi və dəzgahlarını tənzimləmək üsullarını; ağac şriftlərin mişarlanması üçün mişarlardan istifadə qaydalarını.

İşə aid misallar

1.   Şrift — közün nişanlanmasından sonra kənarların mişarlanması; aksent və siqnaturların kəsilməsi; uclardan və göz tərəfdən faskaların (çəpliyin) kənar edilməsi; pəstahın keqel və nişanın eni üzrə mişarlanıb doğranması; nişan künclərinin ştamplanması.

 

§ 4. Ağac şriftinin kəsicisi

4-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif qrafik əsaslı və qarniturlu ağac pəstah və şriftlərin, naxış və bəzəklərin hazırlanması və emalı üzrə ayrı-ayrı, xüsusən mükərrəb əməliyyatların yerinə yetirilməsi.

Bilməlidir: uc frezerlərin və surətçıxarma iynələrinin növləri; ağac şriftlərin kəsilməsi və emalı üçün alətlərdən istifadə olunması qaydalarını; ölçmə alətlərini; alətlərin itilənməsi üçün işlədilən tərtibat və cihazları.

İşə aid misallar

1.   Şrift — tilişkələrin kəsilməsi; nişanların tam frezerlənməmiş künclərinin yonulması; literlərin yanlarının keqelə və eninə müvafiq, uclarının və səthinin isə boy ölçülərinə uyğun frezerlənməsi; nişanın gözünün oyma maşınlarında və frezer dəzgahında frezerlənməsi.

 

§ 5. Yustirləyici

5-ci dərəcə

İşin xüsusiyyəti. 15 punktdan artıq keqelli polad və ya mis matrisada gözlərin xüsusi presdə punsonla basılması və matrisaların yustirlənməsi (dəqiqləşdirilib əndazəyə salınması). Matrisanın kənarlarının paralelləşdirilməsi. Boy üzrə yoxlanıb düzəldilməsi və dəqiqləşdirilməsi. Çəpliyin, sallanmanın və gözün düzgün yerləşməsinin yoxlanması. Qalvanoplastik üsulla alınmış matrisaların yustirlənməsi. Tökmə əl dəzgahında şrift məmulatının sınaq məqsədilə tökülmə-si. Presin müəyyən olunmuş dərinlik təzyiqinə sazlanması. Tiyələrin dəyişdirilməsi və itilənməsi. Matrisaların keyfiyyətinin yoxlanması.

Bilməlidir: tipoqrafiya ölçmə sistemini, şriftlərin qarnituralarını; matrisaların yustirlənməsi üçün alət və tərtibatlardan istifadə edilməsi qaydalarını; ölçmə alətləri və cihazlarını; matrisaların hazırlanmasında işlədilən avadanlığın tənzimlənməsi üsullarını; matrisalara verilən texniki tələbləri.

 

§ 6. Yustirləyici

6-cı dərəcə

İşin xüsusiyyəti. 16 punktadək keqelli polad və ya mis matrisada gözlərin xüsusi presdə punsonla basılması və matrisaların yustirlənməsi (dəqiqləşdirilib əndazəyə salınması).

Qalvanoplastik üsulla alınmış matrisaların yustirlənməsi. Tökmə əl dəzgahında şrift məmulatının sınaq məqsədilə tökülməsi.

Presin müəyyən edilmiş dərinlik təzyiqinə sazlanması. Matrisaların və punsonların keyfiyyətinin yoxlanılması.

Bilməlidir: şriftökmə matrisalarının hazırlanması üçün punsonlara verilən texniki tələbləri; matrisaların hazırlanması üçün işlədilən metalların xassələrini və poladların markalarını.

 

§ 7. Şrift oymaçısı

4-cü dərəcə

İşin xüsusiyyəti. Orijinala nisbətən ölçüləri dəyişməklə və dəyişdirmədən literlərdən, şəkillərdən və fotosurətlərdən 16 punktdan artıq keqelli şriftlərin və naxışların (ornament) polad punsonlarının əldə və ya maşında oymaqla hazırlanması. Fotosurətlərin konturlarının aydın cızılması. Maşının verilmiş kiçiltmə əmlasına qoyulması. Punsonların əldə və termik emalı. Punsonların və matrisaların keyfiyyətinin mikroskopla yoxlanılması. Tiyələrin itilənməsi və oyma alətlərinin hazırlanması. Oyma maşınının təmizlənməsi və yağlanması.

Qalvanoplastik üsulla matrisalar hazırlamaq üçün tipoqrafiya xəlitəsindən düzəldilmiş lövhədə 16 punktdan artıq keqelli şrift və naxışların oyulması.

Hart literlərində aksentlərin (vurğu işarələrinin) lehimlənməsi və oyulması.

Punsonların və nömrələmə halqası rəqəmlərinin qarmaq vasitəsilə düzəldilməsi.

Əlifbaları rus və latın qrafikası əsasında olan şriftləri, habelə sonradan punson və matrisaların düzəldiləcək naxışların bürünc (latun), mis və sinkdən şablonlarının əllə hazırlanması. Polad sancaqla közün konturlarını cızaraq şəkillərin lövhəyə köçürülməsi. Konturun aydın cızılması. Gözün mişarla kəsilməsi və şablon konturlarının əyə (nadfil) vasitəsilə mişarlanıb düzəldilməsi. Gözdə deşiklər açılması. Nişanlama və metal lövhəyə yapışdırma.

Bilməlidir: tipoqrafiya şriftlərinin Dövlət standartlarını; tipoqrafiya ölçmə sistemini; şriftlərin qurulması qaydalarını; karandaşla və tuşla rəsm və cizgi çəkmək üsullarını; punsonların və matrisaların hazırlanması: texnologiyasını və onlara verilən texniki tələbləri; poladların markalarını və termik emal texnologiyasını; oyma maşınlarının tənzimlənməsi üsullarını; ölçmə alətləri və cihazlarından istifadə etmək qaydalarını.

 

§ 8. Şrift oymaçısı

5-ci dərəcə

İşin xüsusiyyəti. 10-dan 14 punktadək keqelli şriftlərin və naxışların (ornament) polad punsonlarının əldə və ya maşında oymaqla hazırlanması. Qalvonoplastik üsulla matrisalar hazırlamaq üçün tipoqrafiya xəlitəsindən düzəldilən lövhədə 14 punktadək keqelli şrift və naxışların oyulması.

Xüsusi qrafik formalı şriftlərin (gürcü, hind və s.) bürünc, mis və sink şablonlarının əldə hazırlanması.

Bilməlidir: xüsusi qrafik formalı şriftləri; punsonlara verilən texniki tələbləri.

 

§ 9. Şrift oymaçısı

6-cı dərəcə

İşin xüsusiyyəti. 5-dən 9 punktadək keqelli şriftlərin və naxışların, eləcə də hər cür keqelli xüsusi qrafik formalı şriftlərin, gerbli möhürlərin, nömrələmə halları şriftlərinin polad punsonlarının əldə və maşında oymaqla hazırlanması. Oyma maşını üçün pantoqrafın və müxtəlif frezerlərin hesablanması.

Bilməlidir: xüsusi təyinatlı şriftlərin punsonlarına verilən texniki tələbləri; oyma maşınımı tənzimləmək üsullarını.

 

§ 10. Şrift məhsulunun komplektləşdiricisi

1-ci dərəcə

İşin xüsusiyyəti. Aralıq materialların və xətlərin növlər və ölçülər üzrə komplektləşdirmə, qablaşdırma və dəstlərin markalanması üsullarını.

Bilməlidir: aralıq materialların və xətlərin növlərinin, ölçülərini təyinatını; komplektləşdirmə, qablaşdırma və dəstlərin markalanması üsullarını.

 

§ 11. Şrift məhsulunun komplektləşdiricisi

2-ci dərəcə

İşin xüsusiyyəti. Rus və latın qrafikasındakı əsas şəkilli 16 punktdan artıq keqelli tipoqrafiya şriftlərinin təsdiq olunmuş standartlara və komplektləşdirmə cədvəllərinə müvafiq komplektləşdirilməsi. Komplektləşdirilmiş məhsulun qablaşdırılması. Dəstələrin markalanması. Şriftlərin və digər nabor materiallarının sifarişlərə müvafiq seçilməsi.

Bilməlidir: tipoqrafiya ölçü sistemini; rus və latın qrafikası əsaslı əlifbaların şriftlərini; tipoqrafiya şriftləri üzrə dövlət standartlarını; xətlərin və aralıq materialların növlərini; komplektləşdirmək üçün qrankaların düzəlməsi qaydalarını; şriftin komplektləşdirilməsi üsullarını; komplektləşdirmə cədvəllərini. Dəstələrin qablaşdırılması və markalanması üsullarını. Sifarişlərin tərtibi üzrə sənədləri.

 

§ 12. Şrift məhsulunun komplektləşdiricisi

3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif qrafik formalı və 16 punktadək keqelli hər cür mürəkkəb tipoqrafiya şriftlərinin təsdiq olunmuş standartlarla və komplektləşdirmə cədvəllərinə müvafiq komplektləşdirilməsi.

Bilməlidir: xüsusi qrafik formalı şriftləri.

 

§ 13. Şrift məhsulunu düzəldən

 

2-ci dərəcə

İşin xüsusiyyəti. Bürünc xətlərin cilalanması və hamarlanması. Xətlərin, şpon və şpatsiyaların (metal lövhəciklərin) doğranması.

Bilməlidir: xətlərin, şponların və şpatsiyaların təyinatını və standartlarını; tipoqrafiya ölçmə sistemini; kəsici və ölçü alətlərindən və tərtibatlarından istifadə etmək qaydalarını.

 

§ 14. Şrift məhsulunu düzəldən

 

3-cü dərəcə

İşin xüsusiyyəti. Bürünc xətlərin yastılanması (yayılması). Xətlərin sistemdə yoxlanılmaqla mişarlanması. Xətlərin tuşlandırılması və yonulması. Hart xətlərinin yonulması və dartılıb nazikləşdirilməsi. Bütün keqeldən olan əlyazma şriftlərinin tamamlanması. Kəsici tiyələrin itilənməsi, işlədilən dəzgahların tənzimlənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: əlyazması şriftlərinin standartını; xətlər və əlyazma şrifti üzrə texniki şərtləri; xətlərin tuşlandırılması qaydalarını; tiyələrin itilən-məsi və işlədilən dəzgahların tənzimlənməsi üsullarını.

 

§ 15. Şrift məhsulunu düzəldən

 

4-cü dərəcə

İşin xüsusiyyəti. Rus və latın qrafikasındakı bütün keqellərdən olam şriftlərin, bəzək və naxışların tökmədən sonra dəzgahlarda və əllə tamamlanması. Boyun kəsilməsi. Cilalama, təmizləmə.

Bilməlidir: tipoqrafiya şriftləri üzrə dövlət standartlarını və texniki hərtləri; şriftlərin tuşlandırılması qaydalarını; hart metalının tərkibini və xassələrini.

 

§ 16. Şrift məhsulunu düzəldək

 

5-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusi qrafik formalı şriftlərin (gürcü, hind və s.) seriyalı naxışların tökmədən sonra dəzgahlarda və əllə tamamlanması.

Bilməlidir: xüsusi qrafik formalı şriftləri; naxışların şəkillərini və onlara verilən texniki tələbləri.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞRİFT İSTEHSALI ÜZRƏ PEŞƏLƏRİN MÜQAYİSƏLİ DƏRƏCƏLƏR DİAPAZONU

 

Sıra ¹-si

Peşələrin (vəzifələrin) adı

dərəcələr

diapazonu

İndiyədək qüvvədə olan peşə (vəzifə) adları (rusca)

dərəcələr diapazonu

1

2

3

4

5

Ağac şriftinin kəsicisi

Yustirləyici

Şrift oymaçısı

Şrift məhsulunun kompleksləşdiricisi

Şrift məhsulunu düzəldən

1—4

5—6

4—6

1—3

2—5

 

1—4

5—6

4—6

1—3

2—5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Polirafiya istehsalına daxil olan

fəhlə peşələrinin adlarının siyahısı və dərəcələr diapazonu

 

Sıra ¹-si

Peşə (vəzifə) adları

Dərəcələr diapazonu

səhifəsi

1.

Akklimatizator uyğunlaşdırıcı

1—2

 

2.

Aeroqrafçı

2—3

 

3.

Ayırıcı

1—3

 

4.

Ayırıcı maşının maşinisti

3—4

 

5.

Ağac şriftinin kəsicisi

1—4

 

6.

Basmanaxış çapçısı

1—6

 

7.

Blok emaledici aqreqatın maşinisti

3;5

 

8.

Boyaq stansiyasının operatoru

3—4

 

9.

Bükücü maşının maşinisti

2—5

 

10.

Braylev çapının çapçısı

3

 

11.

Val tökücüsü

2—4

 

12.

Vərəqqoyma-tikiş-kəsici aqreqatın maşinisti

3—5

 

13.

Qablaşdırıcı maşının maşinisti

2—4

 

14.

Qalvonotipist

3—6

 

15.

Qəbuledici — göndərici

2

 

16.

Qrenirləmə maşının maşinisti

2

 

17.

Dekol basmalarının kirşanlayıcısı

1—3

 

18.

Diaqram məhsulunun çapçısı

3—5

 

19.

Dərin çap formaları hazırlayan elektron oyma avtomatlarının operatoru

5—6

 

20.

Dərin çap formalarının köçürücüsü

4—5

 

21.

Dərin çap çapçısı

2—6

 

22.

Dərin çap qəlibi silindrlərinin pardaxlayıcısı

3

 

23.

Dərin çap qəliblərinin aşındırıcısı

4—6

 

24.

Dəftər aqreqatının maşinisti

2—5

 

25.

Doğrayıcı-qablaşdırıcı aqreqatın maşinisti

3—5

 

26.

Estamp çapçısı

4—6

 

27.

Elektrofotoqraf

 3—5

 

28.

Zərfçi

1—2

 

29.

Zərfdüzəldən maşının maşinisti

3

 

30.

Əlifba maşınının maşinisti

2

 

31.

Yapışdırıcı-kaptal maşınının maşinisti

3—4

 

32.

Yapışdırıcı maşının maşinisti

2—5

 

33.

Yarımfabrikat və hazır məhsula nəzarətçi

2—5

 

34.

Yastı çap çapçısı

2—6

 

35.

Yastı çap sınaqçısı

2—6

 

36.

Yustirləyici

5—6

 

37.

Yüksək çap formaları hazırlayan elektron avtomatların operatoru

4—6

 

38,.

Yüksək çap çapçısı

2—6

 

39.

Yüksək çap sınaqçısı

2—5

 

40.

Yığıçı-çapedici maşının mürəttibi

3—5

 

41.

Yığıcı-sətirtökücü maşının mürəttibi

4—6

 

42.

Kalandr maşınının maşinisti

2—3

 

43.

Kəsmə cildlər hazırlayan avtomatın maşinisti

3

 

44.

Kəsici maşınların maşinisti

2—5

 

45.

Kitabbağlayıcı

1—3

 

46.

Kitabları xüsusi çildə salan avtomatın maşinisti

3

 

47.

Kitab hazırlayan avtomat xəttin maşinisti

3—6

 

48.

Kitabcildləmə maşının maşinisti

2—4

 

49.

Kitabları futlyara salan maşının maşinisti

2:4

 

50.

Klişe düzəldən

3—4

 

51.

Klişe aşındırıcısı

2:4—6

 

52.

Kolorist

3—6

 

53.

Kompüter operatoru

6—8

 

54.

Korrektor

2—6

 

55.

Laklayıcı-yapışdırıcı maşının maşinisti

2—4

 

56.

Litoofset qəliblərinin cilalayıcısı

3

 

57.

Maşında mürəttib

3—6

 

58.

Maşın və aqreqatlarda qəbuledici

2

 

59.

Metal qrafikalı basmaların çapçısı

3

 

60.

Metal qrafikalı çap çapçısı

3—6

 

61.

Məmulat üzərinə naxış vuran

4—6

 

62.

Mürəttib (əl ilə düzücü)

2—6

 

63.

Montajist

2—5

 

64.

Not dəftərləri və rəsm albomlarının hazırlanması üzrə avtomat xəttin maşinisti

3—6

 

65.

Not oymaçısı

5—6

 

66.

Not qrafikçisi

3—6

 

67.

Nömrələyici

1—3

 

68.

Orlov çapı çapçısı

2—6

 

69.

Ötürücü maşının maşinisti

3

 

70.

Parafinləyici

2—3

 

71.

Perforatorçu

1;3

 

72.

Plyonka presləyici maşının maşinisti

2—4

 

73.

Poliqrafiya avadanlıqlarının sazlayıcısı

3—6

 

74.

Preparatçı

1—4

 

75.

Presləyici

2—3

 

76.

Retuşçu

2—6

 

77.

Rəngbölmə təshihat elektron avtomatlarının operatoru

6

 

78.

Stereotipçi

2; 4—6

 

79.

Tənəkə üzərində çapçı

3—6

 

80.

Tikişsiz bəndləyici aqreqatın maşinisti

4—6

 

81.

Tikiş maşınlarının və avtomatlarının maşinisti

2—4

 

82.

Trafaret çapı çapçısı

1—4

 

83.

Trafaretçi

3—5

 

84.

Toplayıcı-tikiş maşının maşinisti

3—5

 

85.

Tökücü

3—6

 

86.

Tunclayıcı

1—2

 

87.

Ünvanlaşdırıcı maşının maşinisti

2

 

88.

Fleksoqraf çapı çapçısı

2—5

 

89.

Fleksoqraf çapı üçün formaların yığıcısı

3—4

 

90.

Fotoqraf

3—6

 

91.

Fotonabor avtomatlarının operatoru

5—6

 

92.

Fotolityor düzəldən

2

 

93.

Fotosinkoqraf

5—6

 

94.

Xətçəkən maşının maşinisti

2—3

 

95.

Xromolitoqraf

5—6

 

96.

Hesablayıcı

1—4

 

97.

Çap qəliblərinin vulkanizatorçusu

2—5

 

98.

Çap qəliblərinin oymaçısı

3—6

 

99.

Çap formalarının komplektləşdiricisi

2—3

 

100.

Çap formalarının surətini çıxaran

3—6

 

101.

Çapçı köməkçisi

1—3

 

102.

Çapedici-oyucu avtomatın çapçısı

2—5

 

103.

Çeşidləyici avtomatın maşinisti

4—5

 

104.

Cildçi

1—6

 

105.

Cilddüzəltmə maşının maşinisti

3—5

 

106.

Şrift məhsulunu düzəldən

2—5

 

107.

Ştempel yığıcısı

1—2

 

108.

Şrift oymaçısı

4—6

 

109.

Şrift məhsulunun komplektləşdiricisi

1—3

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 25 aprel 2023-cü il tarixli 3-17/3-5-8/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304257358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2023-cü il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 25 aprel 2023-cü il tarixli 3-17/3-5-8/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304257358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2023-cü il) ilə “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ”nin “§ 102. Çap qəliblərinin oymaçısı” hissəsinin on altıncı abzasında “istiqrazlar, markalar və digər qiymətli kağızlar” sözləri  sənədli qiymətli kağızlar, markalar” sözləri ilə əvəz edilmişdir.