Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamənin, nazirliyin strukturunun təsdiq
edilməsi və aparatının işçilərinin say
həddinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin
fəaliyyətini təmin etmək məqsədilə qərara
alıram:
1. “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin
strukturu” təsdiq edilsin
(əlavə olunur).
3. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
aparatının işçilərinin say həddi 113 ştat vahidi müəyyən edilsin.[1]
4. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə
olan normativ hüquqi aktların bu Fərmana
uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu
Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
5. Bu Fərman
dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 18 aprel 2006-cı il
¹ 392
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392
nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi (bundan sonra - Nazirlik)
ölkədə gənclər, bədən tərbiyəsi
və idman sahələrində (bundan sonra - müvafiq
sahədə) dövlət siyasətini və
tənzimlənməsini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
2. Nazirlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman
və sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar
və sərəncamlarını, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələri və
bu Əsasnaməni rəhbər tutur.
3. Nazirlik öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarım həyata
keçirərkən digər icra hakimiyyəti
orqanları, yerli özünüidarəetmə orqanları
və qeyri-hökumət
təşkilatlan ilə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.
4. Nazirlik müstəqil balansa,
qanunvericiliyə uyğun sərəncamında olan dövlət
əmlakına, xəzinə və bank hesablarına,
üzərində Azərbaycan Respublikasının
Dövlət gerbinin təsviri və öz adı həkk
olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Nazirliyin saxlanma xərcləri və
fəaliyyəti Azərbaycan Respublikasının dövlət
büdcəsi və qanunvericilikdə
nəzərdə tutulan
digər mənbələr hesabına maliyyələşdirilir.[2]
6. Nazirlik Bakı şəhərində
yerləşir.
II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
7.
Nazirliyin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid
dövlət siyasətinin formalaşdırılmasında
iştirak edir və bu siyasətin həyata keçirilməsini
təmin edir;
7.2. gənc nəslin yaradıcılıq
potensialını, qüvvəsini, bilik və
bacarığını milli dövlət quruculuğuna, iqtisadi
və sosial inkişaf proqramlarının həyata keçirilməsinə
yönəldir;
7.3. gənclərin
vətənpərvərlik və vətəndaşlıq
tərbiyəsini həyata keçirir;
7.4. qanunvericiliklə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərir.
III.
NAZİRLİYİN VƏZİFƏLƏRİ
8. Nazirlik bu Əsasnamə ilə
müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı
vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə qanunvericiliklə
müəyyən edilmiş hallarda normativ
tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf
konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin etmək;
8.3. icra hakimiyyəti orqanlarının
və qeyri-hökumət təşkilatlarının müvafiq sahə
ilə bağlı fəaliyyətini
əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin həyata keçirilməsini öz
səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə
qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada
dövlət nəzarətini həyata keçirmək;
8.5-1. uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair monitorinqlər aparılmasında
iştirak etmək;[3]
8.5-2. Nazirliyin qanun əsasında müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinə dair illik hesabat hazırlamaq;
8.6. qabaqcıl beynəlxalq
təcrübə nəzərə alınmaqla müvafiq
sahədə elmi - texniki nailiyyətlərin həyata
keçirilməsini, habelə elmi tədqiqat işlərinin
aparılmasını
və onların nəticələrinin təcrübədə
tətbiq edilməsini təmin etmək;
8.7. yerlərdə müvafiq sahənin
inkişafı ilə bağlı aidiyyəti icra
hakimiyyəti orqanları tərəfindən perspektiv planların
işlənib hazırlanmasında iştirak etmək;
8.8. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin
və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər, habelə
fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri
görmək;
8.9. öz fəaliyyəti haqqında
əhalinin məlumatlandırılmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daimi
yeniləşdirilməsini təmin etmək;[4]
8.10. müvafiq sahə üzrə vahid
informasiya sistemini yaratmaq;
8.11. müvafiq sahəni
işıqlandıran televiziya və radio verilişlərinin
layihələrini
hazırlayıb həyata keçirmək;
8.12. müvafiq sahəyə ayrılan
büdcə vəsaitləri, kreditlər, qrantlar və
digər maliyyə
vəsaitlərindən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
8.13.
bədən tərbiyəsi
və idman mütəxəssislərinə olan
tələbatı müəyyən etmək, müvafiq sahədə kadr
hazırlığını təmin etmək, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə təhsili
üçün tədbirlər görmək və mütəxəssislərin
beynəlxalq təcrübəyə yiyələnməsinə
şərait yaratmaq;[5]
8.13-1. qanunvericiliyə uyğun olaraq
tabeliyində olan dövlət təhsil
müəssisələrinin maliyyələşdirilməsini
həyata keçirmək;[6]
8.13-2. tabeliyində olan olimpiya idman
komplekslərinin işlək və texniki baxımdan yararlı
vəziyyətdə saxlanılması məqsədi ilə
dövlət büdcəsindən maliyyə
yardımının ayrılması üçün
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
birgə hesablamalar aparmaq; [7]
8.13-3. tabeliyində olan olimpiya idman
komplekslərinin fəaliyyət şəraiti (əsas
vəsaitlərin və digər əmlakın
köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma,
təmir, bərpa işləri, bu qurumların davamlı
fəaliyyəti məqsədi ilə maddi-texniki
təminatı) barədə illik məlumatı hər il iyun
ayının 15-dək Azərbaycan Respublikasının
Prezidentinə təqdim etmək;
8.14. ümumbəşəri və milli
dəyərlərə, demokratik cəmiyyətin qurulması yolunda
qarşıda duran məsələlərə dair
gənclərin, o cümlədən tələbələrin
diskussiya klublarını təşkil etmək;
8.15. gənclərin təhsil və
sosial problemlərinin həllinə öz
səlahiyyətləri çərçivəsində
yardım etmək, onlar üçün yaradıcı
mühitin formalaşdırılmasına kömək
göstərmək, bu məqsədlə sərgilər,
festivallar, konsertlər, tamaşalar təşkil etmək;
8.16. müasir idarəetmənin və bazar
iqtisadiyyatının əsaslarının gənclər tərəfindən
öyrənilməsində, istehsalın səmərəli
təşkili, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, o
cümlədən fermer təsərrüfatlarının
yaradılmasında müvafiq icra hakimiyyəti orqanları ilə
birlikdə metodik məsləhətlərin verilməsi işini təşkil etmək;
8.17. gənclərin hüquqlarının
qorunması və sosial müdafiəsi sahəsində aidiyyəti icra
hakimiyyəti orqanları və qeyri-hökumət
təşkilatları ilə birgə iş aparmaq,
gənclərin işlə təmin olunmasına şərait
yaratmaq;
8.18. əlilliyi olan, xüsusilə də müharibə
ilə əlaqədar əlilliyi olan gənclərin və sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqların
problemlərinin aidiyyəti
icra hakimiyyəti orqanları tərəfindən həll
edilməsi məqsədilə müvafiq vəsatətlər
qaldırmaq;[8]
8.19. gənc ailələrin sosial, məişət
problemlərinin aradan qaldırılmasına dair aidiyyəti icra hakimiyyəti
orqanları qarşısında məsələlər
qaldırmaq, proqramlar
hazırlamaq və digər zəruri tədbirlər
görmək;
8.20. gəncləri narkomaniya,
cinayətkarlıq və digər zərərli
vərdişlərdən uzaqlaşdıraraq sağlam həyat
tərzinə uyğun yetişdirmək üçün
öz səlahiyyətləri daxilində profilaktik
tədbirlər görmək, bu məqsədlə aidiyyəti
icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları
tərəfindən keçirilən tədbirlərdə yaxından
iştirak etmək;
8.21. tələbə gənclərin
dövlət quruculuğu prosesində və ölkənin
ictimai-siyasi
həyatında iştirakına, onların
yaradıcılıq potensialının üzə
çıxarılmasına dair aidiyyəti icra
hakimiyyəti orqanları ilə birgə müvafiq proqramlar
hazırlayıb
həyata keçirmək;
8.22. şəxsiyyətin harmonik,
hərtərəfli inkişafı, gənclərin
əməyə, Vətəni müdafiəyə
hazırlanması, onların sağlamlığının
möhkəmləndirilməsi, asudə vaxtlarının
səmərəli təşkil edilməsi sahəsində bədən
tərbiyəsinin və idmanın rolunun
artırılmasına dair tədbirlər görmək;
8.23.
ölkədə bədən tərbiyəsi və idmanın
təşviqini və təbliğini, o cümlədən
kütləvi informasiya vasitələrində bədən
tərbiyəsi və idmanın sosial əhəmiyyətinin,
əhalinin sağlamlığının möhkəmləndirilməsi
və fiziki inkişafında, sağlam həyat tərzinin
formalaşdırılmasındakı rolunun
açıqlanmasını təmin etmək, təbliğinin
forma və metodlarını müəyyən etmək;[9]
8.24. təhsil
müəssisələrində,
bədən tərbiyəsi və idman vasitəsilə uşaqların,
məktəblilərin və tələbələrin
sağlamlığının qorunmasını və
möhkəmlənməsini təmin etmək, belə
müəssisələrdə uşaq və yeniyetmələrin fiziki
hazırlığı üzrə normativləri hazırlamaq;
8.24-1. öz səlahiyyətləri
daxilində müxtəlif idman növləri üzrə
proqram və normativləri təsdiq etmək;[10]
8.25. ölkədə
uşaq-gənclər idman və
ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər
idman məktəbləri şəbəkəsini yaratmaq,
fəaliyyətlərini istiqamətləndirmək,
koordinasiya etmək, idman məktəbləri üçün
nümunəvi tədris proqram və planlarını
hazırlamaq və təsdiq etmək;
8.26. əlilliyi olan gənclərin və sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşaqların bədən tərbiyəsi və idmanla
məşğul olmaları, idman yarışlarında iştirak
etmələri üçün əlverişli şərait
yaratmaq, belə gənclər və uşaqlar arasında ölkə və
beynəlxalq idman yarışlarını, o
cümlədən paralimpiya, deflimpiya və xüsusi
olimpiya oyunlarını
təşkil etmək
və bu yarışlarda əlilliyi
olan idmançıların
iştirakını təmin etmək;[11]
8.27. qanunvericiliklə müəyyən
edilmiş hallarda və qaydada hüquqi və fiziki
şəxslərə məxsus olan yarış
məqsədli, xüsusi idman təyinatlı mexaniki nəqliyyat
vasitələrinin dövlət qeydiyyatını və
onların dövlət texniki baxışını həyata
keçirmək;
8.28. əhalinin sağlam həyat
tərzinə cəlb olunmasını və bədən
tərbiyəsi və idman
qurğularından və avadanlıqlardan səmərəli
istifadə edilməsini təmin etmək
məqsədilə belə qurğular və avadanlıqlardan
istifadə edilməsini norma və qaydalarının
hazırlanmasını təşkil etmək;
8.29. respublika
və beynəlxalq miqyaslı bədən tərbiyəsi
və idman tədbirlərinin Vahid təqvim planını
qanunvericiliyə uyğun olaraq təsdiq etmək;[12]
8.30. idman yarışlarının
qaydalarını, ənənəvi və yeni idman
növləri üzrə işin təşkilini və
aparılmasını tənzimləyən metodik, normativ
sənədləri təsdiq etmək;
8.30-1. ölkə ərazisində
yayılan idman növlərinin və idman fənlərinin
müəyyən edilmiş qaydada tanınması
səlahiyyətini həyata keçirmək;[13]
8.31. idman
növlərinin, o cümlədən milli idman
növlərinin dövlət reyestrini, bu idman
növlərinə daxil edilmiş idman fənlərinin
siyahılarını, idman növlərinin və idman
fənlərinin kodlarını formalaşdırmaq və təsdiq
etmək;[14]
8.32. idman növləri üzrə milli yığma
komandaların maddi-texniki təchizatını təmin etmək, milli
yığma komandalara namizəd idmançıların
siyahılarını, milli yığma komandaların tərkibini və
məşqçilərini təsdiq etmək,
hazırlığını təşkil etmək və bu komandaların beynəlxalq yarışlarda,
dünya və Avropa çempionatları və birinciliklərində, Milli Olimpiya
Komitəsi ilə birlikdə Olimpiya Oyunlarında iştirakını
təmin etmək, aidiyyəti icra hakimiyyəti orqanları,
hüquqi şəxslər, habelə qeyri-hökumət
təşkilatları, o cümlədən idman
federasiyaları ilə birlikdə ehtiyat
qüvvələrinin hazırlığı üzrə
iş aparmaq, ölkədə bütün idman məktəbləri və Olimpiya
hazırlığı mərkəzləri
şəbəkəsinin inkişafını
əlaqələndirərək onlara metodik
tövsiyələr vermək;[15]
8.32-1. milli yığma komandaların
tərkibinə daxil edilmiş idmançıların bir idman
təşkilatından (idman klubundan və digər idman
yönümlü qurumdan) digərinə, habelə xarici idman
klublarına keçməsinə rəsmi razılıq, milli
yığma komandaların üzvü olan idmançılarla
bağlanan müqavilələrə və
idmançıların bir idman təşkilatından digər
idman təşkilatına keçməsi qaydalarına
razılıq vermək;[16]
8.33. milli yığma komandaların
tibbi-bioloji və elmi-metodiki təminatı üzrə kompleks tədbirlərin
hazırlanmasına, habelə bütün idman növləri
üzrə elmi qrupların
yaradılmasına, onların fəaliyyətinə
nəzarəti həyata keçirmək;[17]
8.34. idman növləri üzrə
Azərbaycan rekordlarını təsdiq etmək, dünya
və Avropa
rekordlarının təsdiq edilməsinə dair
sənədləri müvafiq beynəlxalq idman
təşkilatlarına təqdim etmək;
8.35. bədən tərbiyəsi və
idman sahəsində fəaliyyət göstərən
təşkilatların, əhalinin, xüsusilə də
idmançıların idman təyinatlı avadanlıq və
geyimlərə olan tələbatını
öyrənmək, onların istehsalının və ya
əldə edilməsinin təşkilinə kömək
göstərmək;
8.36. idman adları,
idman dərəcələri, məşqçilərin
təsnifat kateqoriyaları, idman hakimlərinin təsnifat
dərəcələrinin tələb və normativlərini
qanunvericiliyə uyğun olaraq təsdiq etmək;[18]
8.37. ölkədə idman
sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarını, o
cümlədən federasiyaları və digər qurumlan öz
səlahiyyətləri daxilində akkreditə etmək;
8.37-1. idman
mərc oyunlarını həyata keçirən hüquqi
şəxsləri qanunvericiliklə müəyyən
edilmiş qaydada akkreditə etmək; [19]
8.38. əhaliyə idman-sağlamlıq
xidmətinin göstərilməsi sahəsində
normativləri hazırlayıb təsdiq etmək;
8.39.
ümumdünya antidopinq hərəkatında fəaliyyət
göstərmək və idmanda dopinqə
qarşı mübarizə tədbirlərini həyata
keçirmək;
[20]
8.39-1. idman yarışlarının
manipulyasiyası ilə mübarizə tədbirləri
həyata keçirmək;[21]
8.40. Nazirliyin qurumlarının
maddi-texniki bazasının möhkəmləndirilməsi və
inkişafına dair, habelə Nazirliyin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində öz
səlahiyyətləri daxilində tədbirlər görmək;[22]
8.41. Nazirliyin fəaliyyəti ilə
bağlı daxil olan ərizə və
şikayətlərə baxmaq və qanunvericiliklə
müəyyən edilmiş qaydada tədbirlər
görmək;
8.42. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV.
NAZİRLİYİN HÜQUQLARI
9. Nazirlik öz
vəzifələrini yerinə yetirmək üçün
aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq
sahəyə aid olan qanunvericilik aktlarının layihəsini
hazırlamaq və ya onların hazırlanmasında iştirak
etmək;
9.2. müvafiq
sahədə dövlət siyasətinin əsas
istiqamətlərinə dair təkliflər vermək;
9.3. müvafiq
sahə üzrə Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək;
9.4. öz
səlahiyyətləri daxilində müvafiq sahəyə
investisiyaların cəlb olunmasına dair
təkliflər vermək;
9.5. müvafiq
sahə üzrə dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə zəruri məlumatlar
(sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
9.5-1.
“İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, milli antidopinq qurumu yaradır və onun
müşahidə şurasının tərkibini
müəyyən edir;
[23]
9.5-2.
“İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, terapevtik istifadəyə icazə, intizam və apellyasiya
qurumları yaradır və onların əsasnamələrini
təsdiq edir;
9.6. qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq beynəlxalq
təşkilatlarla, xarici dövlətlərin aidiyyəti
dövlət orqanları (qurumları) ilə
əməkdaşlıq etmək, xarici
dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
9.7. müvafiq sahə üzrə
beynəlxalq miqyaslı tədbirlərin
keçirilməsinə dair təkliflər vermək;
9.7-1. beynəlxalq yarışlarda
Azərbaycan Respublikasını rəsmi təmsil etmək,
həmin məqsədlə bədən tərbiyəsi-idman
təşkilatlarını müəyyən etmək;[24]
9.8. fəaliyyət istiqamətlərinə
uyğun rəy vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
9.9. bu məqsəd
üçün nəzərdə tutulmuş vəsaitlər
dairəsində müvafiq sahə üzrə mütəxəssislərin
hazırlanması və ixtisasının artırılması
üçün tədbirlər görmək; [25]
9.10. müvafiq
sahədə müxtəlif treninq, kurs, seminar və digər
tədbirlər təşkil etmək;
9.11. müstəqil
ekspertləri və mütəxəssisləri
qanunvericiliklə müəyyən edilmiş qaydada öz
fəaliyyətinə cəlb etmək;
9.12. qanunvericiliklə
müəyyən edilmiş qaydada xüsusi bülletenlər
və digər
nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan
istifadə etmək;[26]
9.13. qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada aidiyyəti
icra hakimiyyəti
orqanları ilə birlikdə tövsiyələr,
təlimatlar və digər normativ sənədlər
hazırlamaq və təsdiq etmək;
9.14. gənclərin,
xüsusilə də gənc ailələrin mövcud
sosial-məişət problemlərini təhlil
etmək və onların aradan qaldırılmasına dair
təkliflər vermək;
9.15. bədən tərbiyəsi və
idmanın inkişafının əsas istiqamətlərinin kompleks
təhlilini və proqnozlaşdırılmasını
həyata keçirmək;
9.16. uşaq-gənclər
idman və ixtisaslaşdırılmış olimpiya
ehtiyatları uşaq-gənclər idman
məktəblərindən statistik hesabatları toplamaq,
təhlil etmək və aidiyyəti icra hakimiyyəti
orqanlarına təqdim etmək;
9.17. fəxri idman
adlarmı vermək, bədən tərbiyəsi və idman
sahəsindəki işçiləri, fəalları,
habelə idman klubları və təşkilatlarının
nümayəndələrini mükafatlandırmaq,
"Azərbaycan Respublikasının əməkdar
bədən tərbiyəsi və idman xadimi" fəxri
adının, orden və medalların verilməsi haqqında
Azərbaycan Respublikasının Prezidentinə təqdimat
vermək;
9.18. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə
müəyyən edilmiş digər hüquqları
həyata keçirmək.
V. NAZİRLİYİN
FƏALİYYƏTİNİN TƏŞKİLİ
10.
Nazirliyin
aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar
(hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan
Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi
Nazirliyin vahid
sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini
bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. [27]
11.
Nazirliyin strukturunun təsdiq edilməsi
və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan
tabeliyindəki qurumların (hüquqi şəxslərin,
təşkilatların və sair) siyahısını
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir. [28]
12.
Nazirliyin
fəaliyyətinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə
həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsi və hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət daşıyır.
13.
Nazirin Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən üç müavini
vardır.[29]
Nazirin müavinləri
onlara nazir tərəfindən həvalə edilmiş
vəzifələri yerinə yetirir və bunun
üçün şəxsən məsuliyyət
daşıyırlar.
14. Nazir:
14.1.
Nazirliyin fəaliyyətini təşkil
edir və ona rəhbərlik edir;
14.2.
Nazirliyin
aparatının struktur bölmələrinin və
tabeliyində olan qurumların əsasnamələrini təsdiq
edir, tabeliyində olan hüquqi şəxslərin
nizamnamələrini isə təsdiq edilməsi
üçün müəyyən olunmuş qaydada təqdim
edir;[30]
14.3.
müəyyən edilmiş struktur,
əməkhaqqı fondu və işçilərin say
həddi daxilində
Nazirliyin aparatının, yerli və digər
qurumlarının strukturunu, ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində
onların xərclər smetasını təsdiq edir;
14.4.
Nazirliyin aparatının
işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər
qurumların (hüquqi şəxslərin,
təşkilatların və sair) rəhbərlərini
vəzifəyə təyin və vəzifədən azad edir,
ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə
müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi
üçün təqdimatlar verir, həmçinin digər
işçilərini vəzifəyə təyin və
vəzifədən azad edir, onlar barəsində
həvəsləndirmə və intizam tənbeh tədbirləri
görür, qanunvericiliyə uyğun olaraq digər
səlahiyyətləri həyata
keçirir; [31]
14.5.
qanunvericiliyə uyğun olaraq icrası
məcburi olan əmr və sərəncamlar verir, normativ
hüquqi aktları təsdiq edir (imzalayır), onların
icrasını təşkil edir və nəzarəti həyata
keçirir;
14.6.
Nazirliyin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan
qərarlarını ləğv
edir;
14.7.
Nazirliyi təmsil edir.
15. Nazirlikdə nazirdən
(kollegiyanın sədri), onun müavinlərindən,
Naxçıvan Muxtar
Respublikasının gənclər və idman nazirindən,
Nazirliyin strukturuna daxil olan qurumların rəhbər
işçilərindən, müvafiq sahədə
fəaliyyət göstərən qurumların
rəhbərlərindən, Milli Olimpiya Komitəsinin
nümayəndəsindən
ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının
tərkibinə həmçinin mütəxəssislər
və alimlər də daxil edilə bilər. [32]
16. Nazirliyin
kollegiyasının üzvlərinin sayı və tərkibi
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
17. Nazirliyin kollegiyası öz
iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı
məsələləri müzakirə
edir və müvafiq qərarlar qəbul edir.
18. Nazirliyin
kollegiyasının iclasları onun üzvlərinin yarıdan
çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin
kollegiyasının qərarları onun üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir. Nazirliyin
kollegiyasının qərarı qəbul edilərkən
səslər bərabər olarsa, kollegiyanın sədrinin
səsi həlledici hesab edilir.
19. Nazirliyin kollegiyasının
qərarları protokolla rəsmiləşdirilir və nazir
tərəfindən təsdiq edilir.
20. Nazirliyin kollegiyasının
üzvləri arasında fikir ayrılığı
yarandığı hallarda nazir bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat verərək
öz qərarını həyata keçirir. Nazirliyin
kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Nazirliyin kollegiyasının
iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və
təşkilatların rəhbərləri, habelə
qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət
edilə bilərlər.[33]
22.
Nazirliyin nəzdində onun
fəaliyyət istiqamətləri üzrə ictimai
şuralar, mərkəzlər və komissiyalar yaradıla
bilər. Həmin ictimai şuraların, mərkəzlərin və
komissiyaların əsasnamələri nazir tərəfindən
təsdiq edilir.
|
|
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392
nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin[34]
STRUKTURU
1.
Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinin aparatı (şöbələr
və sektorlar)[35]
2. Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyinin strukturuna daxil olan qurumlar:[36]
Bakı, Gəncə, Sumqayıt
şəhər gənclər və idman baş
idarələri
rayon
(şəhər) gənclər və idman idarələri
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 16 oktyabr 2006-cı il tarixli 470 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə 849)
2. 8 iyul 2008-ci il tarixli
794 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7,
maddə 612)
3. 6 avqust 2008-ci il tarixli 808
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
715)
4. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970)
5. 21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289)
6. 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83)
7. 1 oktyabr 2010-cu il tarixli 339
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 03 oktyabr 2010-cu il, ¹ 216, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 10, maddə
851)
8. 15 fevral 2011-ci il
tarixli 381
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)
9. 4 sentyabr 2012-ci il tarixli 704
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 6 sentyabr 2012-ci il, ¹ 198, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə
856)
10. 11 aprel 2014-cü il tarixli 146
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 12 aprel 2014-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 362)
11. 19 aprel 2017-ci il tarixli 1343
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, ¹
82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə
557)
12. 17 may 2017-ci il tarixli 1409
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 813)
13. 20 fevral 2018-ci il tarixli 1841
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2018-ci il, ¹
40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
2, maddə 205)
14. 14 avqust 2020-ci il tarixli 1133
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 15 avqust 2020-ci il, ¹ 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8,
maddə 1036)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 20 fevral 2018-ci il tarixli 1841
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2018-ci il, ¹
40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
2, maddə 205) ilə 3-cü hissədə “
[2] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə»nin 5-ci bənddə «mövcud qanunvericiliyə zidd
olmayan» sözləri «qanunvericilikdə
nəzərdə tutulan» sözləri ilə əvəz
edilmişdir.
[3] 4 sentyabr 2012-ci il tarixli 704
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 6 sentyabr 2012-ci il, ¹ 198, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə
856) ilə “Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında Əsasnamə”yə 8.5-1-ci
və 8.5-2-ci yarımbəndlər əlavə edilmişdir.
[4] 21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə»nin 8.9-cu bənddə «məlumatlandırılmasını»
sözündən sonra «,
internet saytının yaradılmasını, malik olduğu
və siyahısı qanunvericiliklə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın
həmin saytda yerləşdirilməsini və bu
informasiyanın daimi yeniləşdirilməsini»
sözləri əlavə edilmişdir.
[5] 21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr
2009-cu il, ¹ 289) ilə «Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında Əsasnamə»nin 8.13-cü bənddə «təmin etmək»
sözlərindən sonra «həmçinin
mütəxəssislərin hazırlanması və
ixtisasının artırılması üçün
tədbirlər görmək və» sözləri
əlavə edilmişdir.
10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.13-cü bənddə
“müvafiq”
sözündən əvvəl “bədən
tərbiyəsi və idman mütəxəssislərinə
olan tələbatı müəyyən etmək,”
sözləri əlavə edilmişdir.
15 fevral 2011-ci il
tarixli 381
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə
8.13-cü bənddə “ixtisasının
artırılması” sözləri “əlavə təhsili” sözləri ilə,
8.24-cü bənddə “tədris
və məktəbəqədər
tərbiyə” sözləri
“təhsil” sözü
ilə əvəz edilmişdir.
[6] 15 fevral 2011-ci il
tarixli 381
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə yeni məzmunda 8.13-1-ci bənd
əlavə edilmişdir.
[7] 11 aprel 2014-cü il tarixli 146 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti, 12 aprel 2014-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 362) ilə “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında Əsasnamə”yə yeni məzmunda 8.13-2-ci və
8.13-3-cü yarımbəndlər əlavə edilmişdir.
[8]
8 iyul 2008-ci il tarixli 794
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 612) ilə 8.18-ci bənddə “gənclərin”
sözlərindən sonra “və
sağlamlıq imkanları məhdud uşaqların” sözləri
əlavə edilmişdir.
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, ¹ 160, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8, maddə 1036)
ilə “Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi haqqında Əsasnamə”nin 8.18-ci
bəndində “əlil”
sözü “əlilliyi olan”
sözləri ilə, “müharibə
əlili” sözləri “müharibə
ilə əlaqədar əlilliyi” sözləri ilə
əvəz edilmişdir və həmin bəndə “uşaqların”
sözündən əvvəl “18
yaşınadək” sözləri əlavə
edilmişdir.
[9] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.23-cü bənddə “təmin etmək” sözləri “, o cümlədən kütləvi informasiya
vasitələrində bədən tərbiyəsi və
idmanın sosial əhəmiyyətinin, əhalinin
sağlamlığının möhkəmləndirilməsi
və fiziki inkişafında, sağlam həyat tərzinin
formalaşdırılmasındakı rolunun
açıqlanmasını təmin etmək, təbliğinin
forma və metodlarını müəyyən etmək”
sözləri ilə əvəz edilmişdir.
[10] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin (“Azərbaycan” qəzeti 12 fevral
2010-cu il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 02, maddə 83) ilə Əsasnaməyə 8.24-1-ci bənd əlavə
edilmişdir.
[11]
8 iyul 2008-ci il tarixli 794
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 612) ilə 8.26-cı
bənddə “gənclərin”
sözündən sonra “və
sağlamlıq imkanları məhdud uşaqların”
sözləri, “gənclər”
sözündən sonra “və
uşaqlar” sözləri və “əlil” (ikinci halda) sözündən sonra “və sağlamlıq imkanları
məhdud” sözləri əlavə edilmişdir.
10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83)ilə 8.26-cı
bənddə “Paralimpiya və
Surdolimpiya Oyunlarını, Ümumdünya Xüsusi Olimpiya
Oyunlarını” sözləri “paralimpiya, deflimpiya və xüsusi olimpiya
oyunlarını” sözləri ilə əvəz
edilmişdir.
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, ¹ 160, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8, maddə 1036)
ilə “Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi haqqında Əsasnamə”də 8.26-cı
bənddə “əlil”
sözü “əlilliyi”
sözü ilə, “əlil
və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri
ilə əvəz edilmişdir və həmin bəndə “uşaqların”
sözündən əvvəl “18
yaşınadək” sözləri əlavə
edilmişdir.
[12] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.29-cu bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.29. idman növləri üzrə
ölkə və beynəlxalq miqyaslı yarışların
və təlim-məşq
toplanışlarının təqvimini təsdiq etmək
və həyata keçirilməsini təmin etmək;
[13] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə Əsasnaməyə 8.30-1-ci
bənd əlavə edilmişdir.
[14] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.31-ci bənd
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.31. ölkədə mövcud olan
idman növlərinin reyestrini hazırlayıb təsdiq etmək;
[15] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.32-ci bənddə “yığma
komandaların” sözlərindən əvvəl “milli” sözü, “tərkibini” sözündən
əvvəl “milli yığma
komandalara namizəd idmançıların
siyahılarını, milli yığma komandaların”
sözləri əlavə edilmişdir.
[16] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə Əsasnaməyə 8.32-1-ci
bənd əlavə edilmişdir.
[17] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.33-cü bənddə “yığma komandaların” sözlərindən
əvvəl “milli”
sözü əlavə edilmişdir.
[18] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə 8.36-cı bənd
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.36. qanunvericiliklə müəyyən edilmiş
qaydada bədən tərbiyəsi və idman işçiləri üçün
dərəcələr haqqında əsasnamələri,
həmçinin məşqçi-müəllimlərə, təlimatçı-metodistlərə
ixtisas dərəcələrinin verilməsi haqqında
əsasnamələri hazırlamaq və təsdiq etmək;
[19] 1 oktyabr 2010-cu il tarixli 339
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 03 oktyabr 2010-cu il, ¹ 216, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 10, maddə
851) ilə “Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında Əsasnamə”yə yeni
məzmunda 8.37-1-ci bənd əlavə edilmişdir.
[20] 17 may 2017-ci il tarixli 1409
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 813) ilə “Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi haqqında Əsasnamə”nin 8.39-cu bəndi
ləğv edilmişdir.
[21] 19 aprel 2017-ci il tarixli 1343
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, ¹
82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə
557) ilə “Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamə”yə yeni məzmunda 8.39-1-ci bənd
əlavə edilmişdir.
[22] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970) ilə «Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamə»yə 8.40-cı
bənddə «strukturuna daxil olan
qurumların» sözləri «qurumlarının»
sözü ilə əvəz edilmişdir.
[23] 17 may 2017-ci il tarixli 1409
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 813) ilə “Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi haqqında Əsasnamə”yə yeni
məzmunda 9.5-1-ci və 9.5-2-ci bəndlər əlavə edilmişdir.
[24] 10 fevral 2010-cu il tarixli 219
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 12 fevral 2010-cu il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 02, maddə
83) ilə Əsasnaməyə 9.7-1-ci
bənd əlavə edilmişdir.
[25] 21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə»nin 9.9-cu bənd
çıxarılmışdır.
[26] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə»nin 9.12-ci bənddən «, internet saytı yaratmaq və
ondan istifadə etmək» sözləri
çıxarılmışdır.
[27] 11
noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970) ilə «Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamə»yə 10-cu
bənddə «yerli və
digər qurumları» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar
(hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri
ilə əvəz edilmişdir.
[28] 11
noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
970) ilə «Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında Əsasnamə»yə 11-ci
bəndə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[29] 20 fevral 2018-ci il tarixli 1841
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2018-ci il, ¹
40,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
2, maddə 205) ilə “Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamə”nin 13-cü bəndinin birinci
cümləsində “iki”
sözü “üç”
sözü ilə əvəz edilmişdir.
[30] 11
noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970) ilə «Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamə»yə 14.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü
ilə əvəz edilmişdir və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)»
sözü əlavə edilmişdir.
21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə»nin 14.2-ci bənd yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Nazirliyin
aparatının struktur bölmələrinin və qurumlarının
əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
[31] 11
noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
970) ilə «Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında Əsasnamə»yə
14.4-cü bənddə «strukturuna
daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər
qurumların (hüquqi şəxslərin,
təşkilatların və sair)» sözləri
əlavə edilmişdir.
[32] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970) ilə «Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında
Əsasnamə»yə 15-ci bəndin birinci cümləsində «strukturuna daxil olan qurumların»
sözləri çıxarılmışdır.
[33] 21 dekabr 2009-cu il tarixli 195
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009-cu il, ¹ 289) ilə
«Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə»nin 21-ci bənddən «rəhbərləri»
sözü çıxarılmışdır.
[34] 16 oktyabr 2006-cı
il tarixli 470 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 10, maddə 849) ilə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin
strukturu"na 2-ci bəndin 18-ci (Sumqayıt
şəhərində yerləşən "Polad"
İdman Kompleksi), 19-cu (Gəncə şəhərində
yerləşən "Metallurq" İdman Kompleksi), 20-ci
(Gədəbəy rayonunda yerləşən
"Respublika" İdman Kompleksi) və 34-cü
(Mingəçevir şəhərində yerləşən
uşaq istirahət düşərgəsi) abzaslan çıxarılmışdır, 21-33-cü
abzaslar müvafiq olaraq 18-30-cu abzaslar, 35-ci abzas 31-ci abzas hesab
edilmişdir.
[35] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970) ilə 1-ci bənddə «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri
əlavə edilmişdir.
[36] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
11, maddə 970) ilə 2-ci bənd yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin
strukturuna daxil olan qurumlar:
Bakı, Gəncə,
Sumqayıt şəhər gənclər və idman baş
idarələri
rayon (şəhər)
gənclər və idman idarələri
Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası
Respublika Olimpiya İdman Liseyi və onun
nəzdində Nabran qəsəbəsində yerləşən şagird istirahət
düşərgəsi
Respublika Yüksək
İdman Ustalığı Məktəbi
Su idmanı
növləri üzrə Respublika Yüksək İdman
Ustalığı Məktəbi
Velosiped idmanı
üzrə Respublika Uşaq-Gənclər İdman
Məktəbi
Respublika Kompleks İdman
Məktəbi
Respublika Atçılıq və
Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatı
Uşaq-Gənclər İdman Məktəbi
Stend
Atıcılığı İdman Məktəbi
Gədəbəy
rayonunda yerləşən Respublika Kompleks İdman
Məktəbi
T. Bəhramov adına
Respublika Stadionu
Respublika Velotreki
Heydər Əliyev
adına İdman-Konsert Kompleksi
İdman-Tennis Kompleksi
Respublika Stend Atıcılığı
Kompleksi
Gədəbəy
rayonunda yerləşən "Respublika" İdman Kompleksi
Respublika Olimpiya
Mərkəzi
Respublika Şahmat
Mərkəzi
Olimpiya növləri
üzrə milli komandalar üçün təlim-məşq
mərkəzi
Şüvəlan
qəsəbəsində yerləşən
"Cırtdan" Respublika uşaq istirahət və sağlamlıq
mərkəzi
"Kür" Olimpiya
Tədris İdman Mərkəzi
Gənclərin
Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi
Respublika İdman-Tibb
Mərkəzi
Bakı şəhər
Tibbi-bədən tərbiyəsi dispanseri
Sumqayıt
şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
Gəncə
şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
Şirvan
şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
Şəki
şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
Lənkəran
şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
"İdman"
qəzetinin redaksiyası
Tikilməkdə olan Obyektlərin
Müdiriyyəti