Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 dekabr tarixli 329 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarının adında və 1-ci bəndində “sığorta ödəmələrinin” sözləri “sığortası üzrə ödəmələrin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta ödəmələrinin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.1. Əsasnamənin adında “sığorta ödəmələrinin” sözləri “sığortası üzrə ödəmələrin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci bənddə “sosial sığortası üzrə ödəmələrin” sözlərindən sonra “(bundan sonra - sosial sığorta ödəmələri)” sözləri əlavə edilsin;

2.3. 2-ci bəndin ikinci abzasında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət pensiyaları” sözləri “Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları” sözləri ilə əvəz edilsin;

2.4. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.

Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.”;

2.5. 4-cü bənddə “Hər bir vətəndaş onu işə götürəndən” sözlərindən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və” sözləri əlavə edilsin, “və “Vətəndaşların pensiya təminatı haqqında” sözləri çıxarılsın, “qanunlarına” sözü “Qanununa” sözü ilə əvəz edilsin;

2.6. 1-ci bölmənin adında “Dövlət” sözü “Əmək” sözü ilə əvəz edilsin;

2.7. 5-ci bənddə “Dövlət pensiyaları “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda” sözləri “Əmək pensiyaları müvafiq qanunvericilikdə” sözü ilə əvəz edilsin;

2.8. 21-ci bəndin üçüncü abzasında “yenidən baxılanadək,” sözlərindən sonra “verilir,” sözü və “dalbadal 10 aydan və ümumi götürüldükdə 2 təqvim ilində” sözləri çıxarılsın;

2.9.   27-ci bənddə “iş yerində ümumi əsaslar üzrə” sözlərindən sonra “təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;

2.10.   29-cu bənddə “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri “Məcburi dövlət” sözləri ilə, “gəlirlər” sözü “gəlirlərin məbləği” sözləri ilə əvəz edilsin;

2.11.  51-ci bəndin birinci abzasının birinci cümləsində “İş vaxtının uçota alınması mümkün olmayan” sözlərindən sonra “məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqı göstəricisinə nisbətdə hesablamaqla ödəyən sığorta olunanlara” sözləri əlavə edilsin, “(evdə işləyən işçilərə, kənd təsərrüfatı məhsullarının, təkrar və başqa xammalların ştatda olan tədarükçülərinə, yeyinti tullantıları yığanlara, səyyar ticarət üzrə satıcılara, patentlə işləyən sahibkarlara və s.)” sözləri çıxarılsın, “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət” sözlərindən sonra “sonuncu 12 ayın orta günlük qazancından” sözləri “minimum aylıq əmək haqqı göstəricisinə əsasən” sözləri ilə əvəz edilsin;

2.12. 51-ci bəndin birinci abzasının ikinci cümləsində “müəssisədə 12 aydan az işləyən” sözləri çıxarılsın, “hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günə qədər” sözlərindən sonra “işlədiyi günlərin” sözləri “qüvvədə olan minimum aylıq əməkhaqqı üzrə” sözləri ilə əvəz edilsin;

2.13. 59-cu bəndin ikinci abzasında “yerdən” sözü “yerdə təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin;

2.14. 59-cu bəndin dördüncü abzasında “həmin iş yerləri üzrə” sözlərindən sonra “təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;

2.15. 63-cü bəndin ikinci abzasında “respublikanın müəssisə və idarələrində” sözləri “Azərbaycanda” sözü ilə əvəz edilsin;

2.16. 64-cü bənddə “Pensiyanın təyin edilməsi üçün iş stajının təsdiq edilməsi qaydası haqqında” Əsasnaməyə” sözləri “pensiya qanunvericiliyinə” sözləri ilə əvəz edilsin;

2.17. 73-cü bəndin üçüncü abzasında “və ya təhsil almadığı hallarda” sözləri “hallarda və əgər hər hansı bir səbəbdən uşağın anası yoxdursa” sözləri ilə əvəz edilsin, “və ya istehsalatdan ayrılmaqla təhsil alan” sözləri çıxarılsın;

2.18. 74-cü bəndin birinci abzasında “Əgər” sözü “İşləyən valideynə müavinət onun iş yeri üzrə qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər” sözləri ilə əvəz edilsin;

2.19. 79-cu bənddə “hər uşaq” sözlərindən sonra “yaş yarıma çatanadək və uşaqların yaş yarımdan” sözləri çıxarılsın;

2.20. 86-cı bənddə “mühafizə işçilərinə” sözlərindən sonra “(xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən mülki işçilərə)” sözləri əlavə edilsin, “onların xidmət etdikləri müəssisələrin, təşkilatların və idarələrin məcburi dövlət sosial sığorta haqları hesabına” sözləri “Dövlət sosial Müdafiə Fondu orqanları tərəfindən” sözləri ilə əvəz edilsin;

2.21. 91-ci bənddə “iş yeri üzrə” sözləri “yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən” sözləri ilə əvəz edilsin;

2.22. 93-cü bənddə “pensiya ödənilən orqan” sözləri “Dövlət Sosial Müdafiə Fondu orqanları” sözləri ilə əvəz edilsin;

2.23. 97-ci bənddə “müəssisənin müdiriyyəti” sözləri “sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları” sözləri ilə əvəz edilsin;

2.24. 98-ci bənddə “müavinət işçinin iş yerində təyin olunur və” sözlərindən sonra “bu Əsasnamə ilə müəyyən olunmuş qaydada” sözləri əlavə edilsin;

2.25. 99-cu bənddə “əmək fəaliyyəti ilə məşğul olanlara” sözlərindən sonra “, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına” sözləri əlavə edilsin və “Dövlət Sosial Müdafiə Fondunun vəsaiti” sözləri “məcburi dövlət sosial sığorta haqları” sözləri ilə əvəz edilsin;

2.26. 101-ci bəndin birinci abzasının ikinci cümləsi çıxarılsın;

2.27. 105-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.

Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsinə müavinəti alan şəxsin iştirakı ilə baxılır.”;

2.28. 107-ci bəndin birinci abzasının birinci cümləsində “səlahiyyət verilmiş” sözləri “səlahiyyətli” sözü ilə, “verilməsi” sözü “ödənilməsi” sözü ilə, ikinci cümləsində “ödənilməli olmayan” sözləri “ödənişə aid edilməyən” sözləri ilə əvəz edilsin;

2.29. 107-ci bəndin ikinci abzasının birinci cümləsində “ ödənilməli olmayan” sözləri “ödənişə aid edilməyən” sözləri ilə, “putyovkaların” sözü “yollayışların” sözü ilə əvəz edilsin;

2.30. 107-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Protokola əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 təqvim günü üçün hesablanmış məbləği işəgötürənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır.”;

2.31. 108-ci və 109-cu bəndlər çıxarılsın;

2.32. 110-cu bəndin birinci abzasının birinci cümləsində “müavinət” sözü “müavinətin işəgötürənin vəsaiti hesabına ödənilən hissəsi” sözləri ilə əvəz edilsin;

2.33. 112-ci bəndin birinci abzasında “qeyd olunan orqan” sözləri “dövlət qeydiyyatını aparan orqan” sözləri ilə, ikinci və üçüncü abzaslarında “səlahiyyət verilmiş” sözləri “səlahiyyətli” sözü ilə əvəz edilsin;[1]

2.34. 112-ci bəndin dördüncü və beşinci abzasları çıxarılsın, altıncı abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu hallarda valideynlər tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.”; [2]

2.35. 113-cü bəndin birinci abzasında “müdiriyyət tərəfindən” sözləri çıxarılsın və “barəsində” sözü “barədə müdiriyyətin” sözləri ilə əvəz edilsin, ikinci abzasında “müavinət təyin edən komissiyasına müdiriyyətin” sözləri “müavinət təyin edən komissiyasına” sözləri ilə əvəz edilsin, “barəsində” sözü “barədə” sözü ilə əvəz edilsin;

2.36. 113-cü bəndin üçüncü, dördüncü, beşinci, yeddinci, doqquzuncu abzasları çıxarılsın, səkkizinci abzasında “Uşağın öldüyü hallarda,” sözlərindən sonra “işəgötürən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1 iş günü ərzində qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanına bu barədə məlumat verilir və” sözləri əlavə edilsin və “gündə” sözü “gündən” sözü ilə əvəz edilsin;

2.37. 114-cü bəndin üçüncü abzasının ikinci və üçüncü cümlələri çıxarılsın;

2.38. Əsasnaməyə aşağıdakı məzmunda 114-1-ci və 114-2-ci bəndlər əlavə edilsin:

“114-1. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.

Sığortaedən:

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqəsi müəssisəyə təqdim edildiyi;

hamiləliyə və doğuma görə müavinətin alınması üçün müraciət olunduğu;

uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün müraciət olunduğu;

uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrinin verildiyi aydan sonrakı ayın 5-dən sonra verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

114-2. Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və:

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, həmçinin hamiləliyə və doğuma görə müavinətlərin alınması üçün xəstəlik vərəqələrinin surəti;

uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan
orqanlar tərəfindən verilmiş doğum haqqında arayış;

uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayış, həmçinin mənzil-istismar idarələri (binaların istismarı müdiriyyəti, evlər idarəsi, qəsəbə, kənd icra nümayəndəliyi və s.) tərəfindən verilmiş ölənin onun himayəsində olduğunu təsdiq edən arayış əlavə olunmalıdır.

Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 iş günü) ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə bu Əsasnaməyə əlavə olunmuş formada haqq-hesab təqdim edilməlidir.”;[3]

2.39. 115-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.”;

2.40. 116-cı bəndin birinci abzasında “, müavinət alan şəxsdən o halda tutula bilər ki, əgər artıq səhv hesablama və ya müavinət alan şəxs tərəfindən sui-istifadə (saxtakarlıq, sənədləri pozub düzəltmək və i.a.) nəticəsində baş vermiş olsun” sözləri “müavinət alan şəxsdən müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanın müraciətinə əsasən işəgötürən tərəfindən tutulur” sözləri ilə əvəz edilsin, ikinci abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hər belə halda tutulan məbləğ işçinin əməkhaqqının 20 faizindən çox olmamalıdır.”;

2.41. 116-cı bəndin ikinci abzasının üçüncü cümləsində “mühasibatı” sözü “mühasibatlığı” sözü ilə əvəz edilsin, “tərəfindən tutulur” sözlərindən sonra “və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür” sözləri əlavə edilsin və sonuncu cümləsi çıxarılsın;

2.42. 116-cı bəndin dördüncü abzası və beşinci abzasında “, habelə” sözü çıxarılsın;

2.43. 117-ci bəndin üçüncü abzasında “almaq hüququna o şəxslər malikdirlər ki,” sözləri “o şəxslərin almaq hüququ vardır ki,” sözləri ilə, dördüncü abzasın birinci cümləsində “mərhumun” sözü “ölənin” sözü ilə, “məbləğ köçürülsün” sözləri “məbləği almış olsun” sözləri ilə əvəz edilsin və üçüncü abzasında “Ölən şəxsin” sözləri çıxarılsın və dördüncü abzasının sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.” 2.44. 117-ci bəndin beşinci abzasında “ailəyə” sözü “ölən şəxsin ailə üzvlərinə” sözləri ilə, altıncı abzasında “valideynin” sözü “valideyn” sözü iilə, “ başqa” sözü “digər” sözü ilə əvəz edilsin və “, bu halda” sözləri çıxarılsın;

2.45. 118-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Sosial sığorta ödəmələrinin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.”;

2.46. 119-cu bəndin birinci abzasında “verilməsi üzrə vəsaitin düzgün xərclənməsində” sözləri “təyin edilməsində” sözləri ilə əvəz edilsin, ikinci abzasında “pulu ödəmədən,” sözləri çıxarılsın;

2.47. 120-ci bəndin birinci cümləsində “cari ilin” sözləri “cari ildə” sözləri ilə, “bir təqvim ilində müavinətin” sözlərindən sonra “verilməsi” sözü “təyin edilməsi” sözləri ilə, ikinci cümləsində “ödənilməsi üçün vəsait sərfində” sözləri “təyin edilməsində” sözləri ilə əvəz edilsin;

2.48. 121-ci bənd aşağıdakı redaksiyada verilsin:

“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək DSMF orqanları tərəfindən ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən təqsirkar işəgötürən tərəfindən DSMF orqanlarına qaytarılmalıdır.”;

2.49. 122-ci bənddə “verilməməsindən və ya ödənilməsinin” sözləri “təyin edilməməsindən və ya təyin edilməsinin” sözləri ilə əvəz edilsin;

2.50. 123-cü bəndin birinci abzasında “, xərclənməsi” sözü, ikinci abzasında “Təyin edilmiş” sözləri çıxarılsın və “verilməməsindən və ya ödənilməsinin” sözləri “təyin edilməməsindən və ya təyin edilməsinin” sözləri ilə əvəz edilsin;

2.51. Əsasnamədə “VVAQ” sözləri “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan” sözləri ilə əvəz edilsin;[4]

2.52. VIII-ci bölmə çıxarılsın.

3. “Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə 1 nömrəli Əlavə yeni redaksiyada verilsin (əlavə olunur), 2 nömrəli Əlavə isə qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar 2006-cı il yanvar ayının 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

 

 

Bakı şəhəri, 6 mart 2006-cı il

№ 63

 

 

 


   Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                                                                                                                                                                                               2006-cı il 6 mart tarixli 63 nömrəli qərarının redaksiyasında

 

          “Məcburi dövlət sosial sığorta ödəmələrinin və əmək qabiliyyətini

           müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən

                                                                                                                                                                                                müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə

 

                                                                                                                                             ƏLAVƏ

 Dövlət Sosial Müdafiə Fondunun ___________________________________rayon (şəhər) şöbəsinə

 

Haqq-hesab aparılan ay__________________________ 

HAQQ-HESAB

Sıra nömrəsi

 

 

 

 

 

 

Müavinət alanların adı, atası-nın adı və soyadı

Sosial sı-ğorta şə-hadətna-məsinin nömrəsi

Müavinət alanın bank rekvizitləri və ya poçt ünvanı(fak-tiki yaşayış ünvanı)

Təyin edilmiş müavinətin məbləği (manatla)

Müavi-nət alanla-rın imzası

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

hamiləliyə və doğumagörə mü-avinət

uşağın anadan olmasına görə birdə-fəlik müavi-nət

qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət

dəfn üçün müa-vinət

14 təqvim gününə düşən

14 təqvim günündən sonrakı dövrə düşən  

 

iş günləri

Hesab-lanmış

məbləğ

iş günləri

Hesab-lanmış

məbləğ

o cümlədən

fiziki şəxslərdən gəlir vergisinin məbləği

ödənilə-cək müa-vinət

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: “HAQQ-HESAB”da göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinə işəgötürən müəssisə və təşkilat məsuliyyət daşıyır.

 

İşəgötürən müəssisə və təşkilatın adı və DSMF-də qeydiyyat nömrəsi:                                                                      __________________________________

 

İşəgötürən müəssisə və təşkilatın rəhbəri:                                                                                                                        ___________________________________                                                                                               

                                                                                                                                                                                                     adı, atasının adı, soyadı və imzası          M.Y.

İşəgötürən müəssisə və təşkilatın müavinət təyin edən komissiyasının rəhbəri:                                                       ___________________________________

                                                                                                                                                                                                     adı, atasının adı, soyadı və imzası

Baş (böyük) mühasib:                                                                                                                                                           ___________________________________

                                                                                                                                                                                                      adı, atasının adı, soyadı və imzası


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

2.       14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə 2.33-cü bənddə "dövlət qeydiyyatı orqanı" sözləri "dövlət qeydiyyatını aparan orqan" sözləri ilə əvəz edilmişdir.

 

[2] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 63 nömrəli qərarının 2.34-cü bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir:

"Bu hallarda valideynlər tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanının və əhalinin sosial müdafiəsi mərkəzi vasitəsilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.".

Əvvəlki redaksiyada deyilirdi:

"Bu hallarda valideynlər Dövlət Sosial Müdafiə Fondu orqanının və ya əhalinin sosial müdafiəsi mərkəzi vasitəsilə alınmadığı barədə arayış təqdim olunmalıdır."

 

[3] 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə 2.38-ci yarımbəndin on birinci və on üçüncü abzaslarında "VVADQ orqanları" sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar" sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə 2.51-ci yarımbənddə "VVADQ" sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan" sözləri ilə əvəz edilmişdir.