“Donorluq
funksiyasını məhdudlaşdıran
xəstəliklərin Siyahısı”nın və “Donorun tibbi
müayinədən keçməsi, qanın, qan komponentlərinin
götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Qanın, qan
komponentlərinin donorluğu və qan xidməti haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18
iyul tarixli 263 nömrəli Fərmanının 1.5-ci və 1.8-ci
bəndlərinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Donorluq
funksiyasını məhdudlaşdıran
xəstəliklərin Siyahısı” və “Donorun tibbi
müayinədən keçməsi, qanın, qan komponentlərinin
götürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı
şəhəri, 6 mart 2006-cı il
№ 61
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2006-cı il 6 mart tarixli 61 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Donorluq
funksiyasını məhdudlaşdıran
xəstəliklərin
S İ Y A H I
S I
Mütləq
əks-göstərişlər (xəstəliyin müddətindən
və müalicəsindən asılı olmayaraq, donorluqdan
kənarlaşdırılma)
1. Hemotransmissiv
xəstəliklər:
1.1. infeksion:
- insan
immunçatışmazlığı virusu, qazanılmış
immunçatışmazlıq sindromu (İİV/QİÇS);
- sifilis
(anadangəlmə və ya qazanılma);
- virus hepatitləri
(virus hepatitləri markerlərinə görə müayinənin
müsbət nəticəsi olduqda);
- vərəm (bütün
formaları);
- bruselyoz;
- səpkili yatalaq;
- tulyaremiya;
- cüzam;
1.2. parazitar:
- exinokokkoz;
- toksoplazmoz;
- tripanosomoz;
- leyşmanioz.
2. Somatik
xəstəliklər:
2.1.
bədxassəli şişlər;
2.2. qan
xəstəlikləri (beta-talassemiyanın
daşıyıcılarında hemoqlobinin səviyyəsi normal
olduqda, onlar donor ola bilərlər);
2.3. mərkəzi
sinir sisteminin üzvi xəstəlikləri;
2.4. eşitmə
və nitq qabiliyyətinin tam yoxluğu;
2.5. ruhi
xəstəliklər;
2.6. narkomaniya,
alkoqolizm;
2.7. ürək-damar
xəstəlikləri:
- hipertoniya
xəstəliyi (II-III dərəcəli);
- ürəyin
işemik xəstəliyi;
- ateroskleroz,
aterosklerotik kardioskleroz;
- obliterasiya edən
endoarterit, qeyri-spesifik aortoarterit, residiv edən tromboflebit;
- endokardit, miokardit;
- ürək
qüsurları;
2.8. tənəffüs
orqanlarının xəstəlikləri:
- bronxial astma;
- bronxoektaziya
xəstəliyi, ağciyərlərin emfizeması, obstruktiv
bronxit, diffuz pnevmoskleroz (dekompensasiya dövrü);
2.9. həzm
orqanlarının xəstəlikləri:
- axilik qastrit;
- mədənin
və onikibarmaq bağırsağın xora xəstəliyi;
2.10. qaraciyər
və öd yollarının xəstəlikləri:
- qaraciyərin
xroniki xəstəlikləri, o cümlədən toksik
təbiətli və naməlum etiologiyalı;
- təkrar tutmalarla
və xolangit əlamətləri ilə keçən kalkulyoz
xolesistit;
- qaraciyərin
sirrozu;
2.11.
böyrəklərin və sidikçıxaran yolların
xəstəlikləri (dekompensasiya mərhələsində):
- böyrəklərin
diffuz və ocaqlı zədələnməsi;
- sidikdaşı
xəstəliyi;
2.12.
birləşdirici toxumanın diffuz xəstəlikləri;
2.13. şüa
xəstəliyi;
2.14. endokrin
sisteminin xəstəlikləri (funksiyasının və
maddələr mübadiləsinin nəzərə çarpan
pozuntuları olduğu hallarda);
2.15. LOR
orqanlarının xəstəlikləri:
- ozena;
- digər kəskin
və xroniki ağır irinli-iltihablı
xəstəliklər;
2.16. göz
xəstəlikləri:
- uveitin qalıq
əlamətləri (irit, iridosiklit, xorioretinit);
- yüksək miopiya (6
D və daha yüksək);
- traxoma;
- tam korluq;
2.17. dəri
xəstəlikləri:
- dərinin
yayılmış iltihabi və infeksion xarakterli
xəstəliklər;
-
yayılmış psoriaz, eritrodermiya, ekzema, qırmızı
qurdeşənəyi, qabarıqlı dermatozlar;
- dərinin və
daxili orqanların göbələk xəstəlikləri
(mikrosporiya, trixofitiya, favus, epidermofitiya, dərin mikozlar);
- dərinin irincikli
xəstəlikləri (piodermiya, furunkulyor, sikoz);
2.18. kəskin
və xroniki osteomiyelit;
2.19. orqanların
cərrahi rezeksiyası (mədə, böyrəklər, öd
kisəsi, dalaq, uşaqlıq, yumurtalıqlar və s.), orqan
və toxumaların transplantasiyası.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2006-cı il 6 mart tarixli 61
nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Donorun tibbi
müayinədən keçməsi, qanın, qan komponentlərinin
götürülməsi
QA Y D AS I
1. Donorun tibbi
müayinədən keçməsi
1.1. Qan və qan
komponentləri donorlarının tibbi müayinədən
keçirilməsində əsas məqsəd onların
sağlamlığının qənaətbəxş
olmasını təyin etməklə yanaşı, həm
donorların, həm də resipiyentlərin
sağlamlığına xələl gətirməməkdir.
1.2. Donor olmaq
istəyən şəxsin tibbi müayinəsi qan xidməti
müəssisələrində həyata keçirilir.
1.3. Qan xidməti
müəssisələrində donorların qəbulu onların
şəxsiyyətini təsdiq edən sənədlər
(pasport, şəxsiyyət vərəqəsi, hərbi bilet,
sürücü vəsiqəsi) əsasında həyata keçirilir.
1.4. Donor olmaq
istəyən hər bir şəxs öz səhhəti, keçirdiyi
və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr
qəbul edib-etməməsi və s. barədə aidiyyəti
tibb işçisinə düzgün məlumat verməli və
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən təsdiq edilən xüsusi sorğu
vərəqəsini doldurmalıdır. [1]
1.5. Donorun sorğu
vərəqəsi elə doldurulmalıdır ki, onun
sağlamlığı və həyat tərzi haqqında
lazımi məlumatların əldə edilməsinə
kömək etsin. Həmin vərəqə donor
tərəfindən başa düşülən olmalı və
donorlara hər gəlişləri zamanı təqdim
edilməlidir.
1.6. Lazım olan
bütün sualların cavablandırılmasını təsdiq
etmək məqsədilə sorğu vərəqəsi donor
və qiymətləndirilməni aparan həkim
tərəfindən imzalanmalıdır. Sorğu
vərəqəsinin tam doldurulmasını təmin etmək
üçün sorğu aparan xüsusi ixtisas təlimi keçmiş tibb işçisi
tərəfindən istiqamətləndirici suallar verilə
bilər.
1.7. donorların tibbi
müayinəsi həkim tərəfindən aparılır.
Həkim donorun ümumi vəziyyətini qiymətləndirir, onun
göz skleralarına, dərisinə, ağız boşluğunun
selikli qişasına baxır, arterial təzyiqini ölçür,
nəbzini yoxlayır və donorun kliniki müayinəsini
aparır.
1.8. Qan donorunu
təyin edərkən həkim “Donorluq funksiyasını
məhdudlaşdıran xəstəliklərin
Siyahısı”na yığılan anamnezin və
müayinələrin nəticələrinə
əsaslanmalıdır.
1.9. Yalnız
sağlam və heç bir əks-göstəriciləri (donorluğa
müvəqqəti əksgöstərişlər əlavə olunur)
olmayan şəxslər müalicə məqsədilə
istifadə edilən qan məhsullarının donoru ola
bilərlər.
1.10. Hər
qanvermə zamanı donorlarda aşağıdakı laboratoriya
müayinələri aparılır:
- qan qrupunun və
rezus mənsubiyyətinin təyini;
- hemoqlobinin
səviyyəsinin təyini;
- İİV 1/2
qarşı anticismlərin təyini;
- hepatit B virusunun
səthi antigeninin təyini;
- hepatit C virusuna
qarşı anticisimlərin təyini;
- sifilisə
qarşı anticismlərin təyini.
Hemoqlobinin
səviyyəsinin və qan qrupunun təyin edilməsi
qangötürülmədən əvvəl donordan bilavasitə
götürülən qanın, qalan müayinələr və qan qrupunun
təkrar müayinəsi isə qan götürüldükdən sonra qanvermə
zamanı xüsusi flakona götürülmüş donorun qan nümunəsinin
müayinəsi vasitəsilə aparılır.
Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin qərarı ilə bu
müayinələrin (malyariyanın, bruselyozun və s. təyini)
siyahısı genişləndirilə bilər.
1.11. Donorun yaş
həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin
donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi
əsasında verilə bilər.
1.12. Müayinə
zamanı donorda nəbzin vurması müntəzəm olaraq bir
dəqiqədə 50-100 arasında olmalıdır. Sistolik qan
təzyiqi 180 mm c.s, diastolik təzyiq isə 100 mm c.s-dən artıq
olmamalıdır. Hemoqlobinin miqdarı qadınlarda 120
q/l-dən, kişilərdə isə 130q/l-dən az
olmamalıdır. Trombositaferez donorları üçün trombositlərin
miqdarı 180x109/1-dən 320x109/1-dək
olmalıdır.
1.13. Alkoqolun
görünən təsiri altında olan şəxslər onun
təsiri keçənə qədər donorluqdan
kənarlaşdırılırlar.
1.14. Donorluq üçün
əks-göstərişlər olduqda, donordan imtina edilir,
imtinanın səbəbi donora izah olunur və bu haqda tibbi
sənədlərdə müvafiq qeydlər edilir.
1.15. Donorluğa
əks-göstərişlər olmadıqda, həkim donorluğun
növünü (qan, plazma, qan hüceyrələri) və götürüləcək
qanın həcmini təyin edir. Donorun
sağlamlığı, götürüləcək qan və ya onun
komponentlərinin həcmi haqqında məlumatlar müvafiq tibbi
sənədlərdə qeyd edilir və donor qanvermə
proseduruna göndərilir.
1.16. Qan donorlarının
qanvermə prosedurları arasındakı interval 60 gündən az
olmamalıdır. Bir il müddətində qanvermələrin
sayı 5-dən artıq ola bilməz.
1.17. Plazma və
trombosit donorlarında plazmaferez və trombositaferez
prosedurları arasındakı interval 14 gündən az olmamalıdır.
1.18. Donor
haqqında məlumat məxfi, dəqiq və izlənə
biləcək olmalıdır.
2. Qanın,
qan komponentlərinin götürülməsi
2.1. Qan torbası
açılmazdan əvvəl onun yararlılıq müddəti
yoxlanılmalı və bağlamanın bütövlüyünə vizual
nəzarət edilməlidir.
2.2. Qan
torbasından 15-20 sm aralı qan borusuna ilgək vurulmalı
və ya iynəyə yaxın yerdən boruya sıxac
qoyulmalıdır.
2.3. Elastik qaytanla
donorun qolunun bazu hissəsi bağlandıqdan sonra dirsək
büküyü antiseptik məhlulla təmizlənməlidir. Bundan sonra
tibb bacısı iynənin üstündəki qoruyucu qapağı
çıxarmalı və iynəni donorun venasına
yeritməlidir.
2.4. Qanın
lazımi dozası götürüldükdən sonra venada olan iynə
çıxarılmalı və donorun dirsək büküyü
bağlanmalıdır.
2.5. Qan götürülən
vaxt donor hər 10-12 saniyədən bir əlini sıxıb
açmalıdır.
2.6. Qangötürmə
prosesində qan ehtiyatla qan torbasında olan
konservləşdirici məhlulla
qarışdırılmalıdır. Qarışdırma
əl ilə və ya xüsusi cihaz vasitəsilə aparıla
bilər.
2.7. Qanın
laxtalanma qabiliyyətinin fəallaşmaması üçün qanın
fasiləsiz axmasına fikir verilməlidir.
2.8. Donordan qan
analizləri üçün istifadə edilən 20 ml qanı hesaba
almayaraq, maksimum 500 ml həcmində götürülür.
2.9. Əgər
donordan qan komponentinin alınması nəzərdə tutulubsa,
bu zaman qan adi qayda üzrə götürülməli, müvafiq komponent
ayrılmalı və sonra qanın digər formalı
elementləri geriyə - donorun özünə köçürülməlidir.
“Donorun tibbi müayinədən keçməsi,
qanın,
qan komponentlərinin götürülməsi
Qaydası”na ƏLAVƏ
Donorluğa
müvəqqəti əks-göstərişlər
|
Sıra №-si |
Vəziyyətlər |
Donorluqdan
kənarlaşdırma müddəti |
|
1 |
2 |
3 |
|
1. |
Hemotransmissiv xəstəliklərlə
nəticələnə bilən hallar: |
|
|
1.1. |
qan və qan komponentlərinin köçürülməsi |
6 ay |
|
1.2. |
cərrahi müdaxilələr, o cümlədən abortlar |
cərrahi müdaxilə günündən
sonra 6 ay |
|
1.3. |
Bədənə şəkillər döydürmə (tatu)
və ya iynə batırma ilə müalicə |
prosedurlar başa çatdıqdan sonra 1 il |
|
1.4. |
Tropik və subtropik ölkələrdə (Asiya, Afrika,
Cənubi və Mərkəzi Amerika) olmaq |
qayıtdıqdan sonra 6 ay |
|
1.5. |
hepatitli xəstələrlə kontakt: |
|
|
|
hepatit A |
3 ay |
|
|
hepatit B və C |
1 il |
|
2. |
Keçirilmiş xəstəliklər: |
|
|
2.1. |
“Donorluq funksiyasını məhdudlaşdıran
xəstəliklərin Siyahısı”nda
göstərilməyən infeksion xəstəliklər |
|
|
2.1.1. |
anamnezdə malyariyanın olması (xəstəliyin
simptomlarının olmaması və immunoloji testlərin
nəticələrinin mənfi olması) |
3 il |
|
2.1.2. |
qarın yatalağı tam sağaldıqdan sonra |
1 il |
|
2.1.3. |
angina, qrip, kəskin respirator virus infeksiyaları |
sağaldıqdan sonra 1 ay |
|
2.2. |
“Donorluq funksiyasını məhdudlaşdıran
xəstəliklərin Siyahısı”nda və bu
əlavənin 2.1-ci bəndində göstərilməyən
digər infeksion xəstəliklər |
sağaldıqdan sonra 6 ay |
|
2.3. |
dişin çıxarılması |
10 gün |
|
2.4. |
kəskin və ya xroniki iltihablı proseslər
(kəskinləşmə mərhələsində)
lokalizasiyasından asılı olmayaraq |
kəskin dövrün aradan götürülməsindən sonra 1 ay |
|
2.5. |
vegetativ-damar distoniyası |
1 ay |
|
2.6. |
allergik xəstəliklər
(kəskinləşmə mərhələsində) |
kəskin dövrün aradan
götürülməsindən sonra 2 ay |
|
3. |
Hamiləlik və laktasiya dövrü |
doğuşdan sonra 1 il,
laktasiya dövrü qurtardıqdan sonra 3 ay |
|
4. |
Menstruasiya dövrü |
menstruasiya qurtardığı
gündən sonra 5 gün |
|
5. |
Peyvəndlər: |
|
|
5.1. |
öldürülmüş vaksinlərlə (hepatit B, tetanus,
difteriya, göyöskürək, paratif, vəba, qrip),
anatoksinlərlə peyvənd edilmə |
10 gün |
|
5.2. |
diri vaksinlərlə peyvənd edilmə (bruselyoz,
taun, tulyaremiya, BCG vaksini, çiçək, məxmərək,
poliomiyelit), antitetanus peyvəndinin vurulması (inyeksiya
yerində iltihablı əlamətlərin
olmadığı zaman) |
1 ay |
|
1 |
2 |
3 |
|
5.3. |
hepatit B-yə qarşı immunoqlobulinin vurulması |
1 il |
|
5.4 |
quduzluğa qarşı peyvənd edilməsi |
2 həftə |
|
6. |
Dərman preparatlarının qəbul edilməsi: |
|
|
6.1. |
antibiotiklər preparatların qəbulundan sonra |
2 həftə |
|
6.2. |
analgetiklər, salisilatlar |
preparatların qəbulundan sonra
3 gün |
|
7. |
Alkoqol qəbulu |
48 saat |
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, № 8, maddə 847) ilə «Donorun tibbi
müayinədən keçməsi, qanın, qan komponentlərinin
götürülməsi Qaydası»nın 1.4-cü bəndində «narkotik»
sözündən sonra «vasitələr və psixotrop» sözləri əlavə
edilmişdir.