“Yeyinti
məhsullarının minimum keyfiyyətinin
və təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə əməl olunmasına
dövlət nəzarətinin həyata keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Yeyinti
məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər
barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü
il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının 2-ci bəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Yeyinti məhsullarının minimum
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları” təsdiq edilsin.
2.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 16 avqust 2005-ci
il
¹ 154
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci 16
avqust tarixli 154 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Yeyinti məhsullarının
minimum
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
ilə
bağlı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi
QAYDALARI[2]
I.
ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr
tarixli 969 nömrəli Fərmanına və qüvvədə
olan digər qanunvericilik aktlarına əsasən
hazırlanmışdır və yeyinti məhsullarının
minimum
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi qaydalarını müəyyən edir.
II.
DÖVLƏT NƏZARƏTİNİN MƏQSƏDİ
2. Dövlət nəzarətinin
məqsədi istehlakçıların qanunvericiliklə
müəyyən edilmiş hüquq və mənafelərinin
qorunması, insanların həyatı,
sağlamlığı, dövlətin əmlak maraqları,
habelə ətraf mühit üçün birbaşa və
mühüm təhlükə törədə və ya
mühüm zərər vura biləcək
yeyinti məhsullarının istehsalının,
idxalının və satışının
qarşısının alınması, bu sahədə
respublikada keyfiyyətli məhsul istehsalına və
idxalına şərait yaradılmasıdır.[3]
3. Yeyinti məhsullarının
istehsalı, tədarükü, qablaşdırılması,
saxlanması, daşınması, alış-satış və
idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində
fəaliyyət hesab edilir.
4.
Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə
əməl olunmasına dövlət nəzarətini həyata
keçirən dövlət nəzarəti orqanı (Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) qida
(yeyinti) məhsulları sahəsində fəaliyyət
göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə
dair tələblərə, onların istehsal, daşınma,
saxlanma, qablaşdırma, etiketləşdirmə və
satış şərtlərini müəyyən edən
ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə
(bundan sonra - qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktlara) riayət edilməsinə nəzarəti
həyata keçirirlər.
Yeyinti məhsullarının
minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin
edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət
nəzarəti funksiyalarının həyata keçirilməsində
digər orqanların iştirakına yol verilmir.[4]
5. Yeyinti məhsullarının
istehsalı, ticarəti, tədarükü, saxlanması,
respublika ərazisində istehlak üçün idxalı (sərbəst
dövriyyə üçün buraxılış), ixracı
və daşınması zamanı məhsulun keyfiyyətinin və
təhlükəsizliyinin təmin edilməsi üçün
standartlara və aşağıdakı tələblərə
riayət edilməsinə nəzarət edilir:[5]
5.1. yeyinti məhsullarının
insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları
və ətraf mühitin təhlükəsizliyinin
qorunmasını təmin edəcək tələblərə:[6]
- yeyinti məhsullarının
standart və tələblərə uyğunluğunun müəyyən
edilməsi müvafiq formada sənədləşdirilmiş
ekspertiza, müayinə və sınaq nəticələrinə
əsaslanır. Yeyinti məhsullarının tərkibi kimyəvi,
bioloji, toksikoloji və radioloji göstəricilərinə
görə dövlət nəzarəti aparan səlahiyyətli
şəxs tərəfindən təsərrüfat subyektinin
nümayəndələrinin iştirakı ilə
seçilmiş nümunələrin ekspertizası
(sınaqları, müayinəsi) akkreditasiya olunmuş
müvafiq laboratoriyalarda (mərkəzlərdə)
aparılır. Ekspertizanın (müayinə və
sınaqların) nəticələri nümunələrin
seçildiyi məhsulun partiyasına şamil edilir və
ekspertizanı (müayinə və sınağı)
aparmış məsul şəxslərin imzaları ilə
müvafiq sənədlərlə rəsmiləşdirilir;
5.2. yeyinti məhsullarının
qablaşdırılmasına, etiketləşdirilməsinə,
daşınmasına və saxlanmasına olan normativ sənədlərin
tələblərinə: [7]
- istehsal edilən, habelə
ixrac edilən yeyinti məhsullarının üzərindəki
etiketlər və digər yazılar müvafiq xarici dillərlə
yanaşı, dövlət dilində də olmalıdır;
- Azərbaycan Respublikasında
istehlak üçün idxal (sərbəst dövriyyə
üçün buraxılış) edilən yeyinti məhsullarının
üzərindəki etiketlər və adlar, onlardan istifadə
qaydaları barədə izahat vərəqələri
başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi
ilə müşayiət olunmalıdır;
- qanunvericilikdə digər
hal nəzərdə tutulmamışdırsa, yeyinti
məhsullarının etiketinin üzərində məhsulun
adı, həcmi, növü və tərkibi, istifadə sahəsi
və qaydaları, istehsal tarixi və yararlıq müddəti,
saxlanma şərtləri, istehsalçının adı,
ünvanı, əmtəə nişanı və normativ sənədlərdə
tələb olunan digər məlumatlar olmalıdır;
- yeyinti məhsullarının
qablaşdırılmasında və bükülməsində
istifadə olunan köməkçi materialların istifadəsinə
yalnız uyğunluq və gigiyenik sertifikatı olduqda icazə
verilir;
- yeyinti məhsullarının
saxlanması və daşınması zamanı normativ sənədlərin
tələblərinin pozulması nəticəsində baş
verə biləcək hər hansı bir tərkib dəyişmələrinə
və çirklənmələrə yol verilməməlidir;
5.3. müvafiq norma və
qaydalara istinad edilməklə təhlükəsizlik
texnikası və əmək gigiyenası tələblərinə;
5.4. ölçmələrin
vəhdətini və dəqiqliyini təmin edən metroloji
qayda və normaların tələblərinə;
5.5. səlahiyyətli orqan tərəfindən
verilmiş və ya tanınmış qüvvədə olan
sertifikat və şəhadətnamələrin
mövcudluğuna;
5.6. uyğunluq
nişanının, “müalicəvi”, “pəhriz”,
adlarının qanunvericiliyə uyğun tətbiqinə;
5.7. sertifikat və şəhadətnamə
verilmiş məhsulun normativ sənədlərinə və ya
istehsalın texnoloji proseslərinə edilmiş dəyişikliklər
barədə sertifikat və şəhadətnamə verən
səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın
verilməsinə;
5.8. yeyinti məhsullarını
istehsal edən obyektlərdə istehsalçının zəruri
olan normativ sənədlərlə təminatına:
- müvafiq səlahiyyətli
dövlət orqanında qeydiyyatdan keçməmiş normativ
sənədlə yeyinti məhsulunun istehsalına icazə
verilmir;
- beynəlxalq, regional və
xarici ölkələrin milli standartları əsasında
yeyinti məhsullarının istehsalına, məhsulun keyfiyyətinə
olan tələblərə cavab verdikdə və
standartlaşdırma və sertifikatlaşdırma sahəsində
milli orqanda (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyi)
qeydiyyatdan keçirildikdən sonra icazə verilir;[8]
5.9. istehsal edilən məhsulların
sınaqlarının dövri olaraq müvafiq səlahiyyətli
orqan tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə)
aparılmasına;
5.10. yeyinti məhsullarını
istehsal edən obyektlərdə istehsal texnologiyası prosesləri
sahəsində ixtisaslı mütəxəssislərin
olmasına.
6. Azərbaycan
Respublikasında istehlak üçün idxal (sərbəst
dövriyyə üçün buraxılış) edilmiş
məhsulların qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktlara uyğunluğu
araşdırılarkən aşağıdakılar tələb
edilir:[9]
- istehsalçı ölkənin
müvafiq orqanları tərəfindən verilmiş məhsulun
mənşəyini, keyfiyyətini və təhlükəsizliyini
xarakterizə edən sertifikatların rəsmi tərcüməsi
və məhsulun respublikaya daxil edilməsi üçün
kontraktın (müqavilənin) surəti;
-
Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst
dövriyyə üçün buraxılış) olunmuş
və ixrac edilən yeyinti məhsullarının minimum keyfiyyət
və təhlükəsizlik tələblərinə uyğun
olmaması barədə əlamətlər müəyyən
edildikdə, məhsullardan seçilmiş nümunələrin
sınaqları (müayinəsi) aparılır;
- Yeyinti məhsullarının
keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən
olunmuş tələblərə uyğunluğunu müəyyən
etmək məqsədilə istehsalçının öz istəyi
əsasında yeyinti məhsulları akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurumlar tərəfindən
könüllü sertifikatlaşdırılır. Bu
uyğunluğu qiymətləndirən qurumların
akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
qaydada həyata keçirilir.[10]
III.
DÖVLƏT NƏZARƏTİNİN APARILMASI QAYDALARI
7. Dövlət nəzarətinin
təşkili və keçirilmə formaları “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikası Qanununa,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
və qüvvədə olan qanunvericilik aktlarına uyğun həyata
keçirilir.[11]
8. Yeyinti məhsullarının minimum keyfiyyətinə və
təhlükəsizliyinə dövlət nəzarətini
öz səlahiyyətləri çərçivəsində,
qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttiş
və mütəxəssisləri həyata keçirirlər.[12]
Yeyinti məhsullarının minimum
keyfiyyətinə və təhlükəsizliyinə dövlət
nəzarəti həmin məhsulların Azərbaycan
Respublikasında istehlak üçün idxalı (sərbəst
dövriyyə üçün buraxılış),
istehsalı, qablaşdırılması,
ticarəti, tədarükü, saxlanması, ixracı və
daşınması mərhələlərində
keçirilir.[13]
9. Dövlət nəzarət
orqanları tərəfindən hər il aparılması
planlaşdırılan yoxlamalar yeyinti məhsulları sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektlərində
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli Fərmanının
6-cı bəndinə uyğun aparılır. Yoxlamalar
istehlakçıların müraciət və şikayətləri
əsasında və yoxlamanın nəticəsi üzrə
hüquqi və fiziki şəxslər barəsində
görülən tədbirlərin icrasını yoxlamaq məqsədilə
təkrar aparıla bilər. Yoxlamalar əsasən seçmə
üsulu ilə həyata keçirilir.[14]
10. Dövlət nəzarətini
həyata keçirən orqanın səlahiyyətli şəxsi
aşağıdakı hüquqlara malikdir:
- zəruri hallarda təsərrüfat
subyektlərinin rəhbərliyini məlumatlandırmaqla
istehsal, saxlanma və satış sahələrinə sərbəst
daxil olmaq;
- onlardan zəruri məlumat və
sənədləri almaq;
- təsərrüfat subyektlərinin
mütəxəssislərindən və maddi-texniki vasitələrindən
əvəzsiz istifadə etmək;
- normativ sənədlərə
müvafiq olaraq məhsulun qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara
uyğunluğunu təyin etmək məqsədilə sınaq
nümunələri seçib götürmək;[15]
- normativ sənədlərin və
qanunvericilik aktlarının tələblərinin pozulduğu
aşkar edildikdə, iradnamə və tələbnamələr
verilməsi,
inzibati sanksiyalar tətbiq edilməsi üçün sertifikat
və şəhadətnamələrin ləğv edilməsi
barədə qərar qəbul edilməsi üçün vəsatət
qaldırmaq.[16]
Təsərrüfat subyektlərinin
rəhbərləri dövlət nəzarətini həyata
keçirmək üçün şərait
yaratmalıdırlar.
11.
Dövlət nəzarətinin nəticələri
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə
uyğun olaraq rəsmiləşdirilir. Dövlət nəzarət
aktı, arayış və inzibati protokol, qüvvədə
olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr,
tələbnamələr və göstərişlər
inzibati qərarların qəbul edilməsi üçün əsas
olan hüquqi sənədlərdir.[17]
IV.
TƏTBİQ OLUNAN HÜQUQİ TƏDBİRLƏR
12. Aşkar olunmuş
pozuntuların təyin olunmuş müddətdə aradan
qaldırılması məqsədilə dövlət nəzarətini
həyata keçirən orqan, təsərrüfat
subyektinin rəhbərinə xəbərdarlıq və ya
iradnamə, qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara
uyğun olmayan məhsul partiyasının istifadəsinin və
realizə edilməsinin qadağan olunması və dövriyyədən
(satışdan) çıxarılması barədə isə
göstəriş, inzibati qərar və ya tələbnamə
vermək hüququna malikdir.[18]
13. Yoxlamanın nəticələri
üzrə verilən iradnamələrin, tələbnamələrin,
qərar və göstərişlərin icrası qida
(yeyinti) məhsulları sahəsində fəaliyyət
göstərən subyektlər
üçün məcburidir.[19]
14. Aşağıdakı
hallarda yeyinti məhsullarının Azərbaycan
Respublikasında istehlak üçün idxalının (sərbəst
dövriyyə üçün buraxılış),
istehsalının, ixracının və
satışının qadağan edilməsi barədə
göstəriş və tələbnamə verilir:
14.1. yoxlanılan məhsullar qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi
aktlara
uyğun gəlmədikdə və ya məhsulun müvafiq
keyfiyyətdə sabit istehsalına şərait olmadıqda;
14.2. normativ sənədsiz,
yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə
və ya müəyyən olunmuş qaydada
tanınmamış sənədlə məhsul
hazırlandıqda;[20]
14.3. yeyinti məhsulları
gizlədildikdə;
14.4. istehsalçı
qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə,
məhsulların qida təhlükəsizliyi sertifikatı
olmadıqda, “müalicəvi”, “pəhriz”,
“ekoloji təmiz” adlarından, AZS Milli Uyğunluq
Nişanından qeyri-qanuni istifadə edildikdə;[21]
14.5. saxta və
başqasının əmtəə nişanı ilə icazəsiz
məhsullar istehsal və realizə edildikdə;
14.6. buraxılması və ya
satılması qadağan olunmuş mallar satıldıqda;
14.7. məhsulların saxlanması
və ya satışı zamanı mal qonşuluğu
qaydaları pozulduqda;
14.8. sertifikat və şəhadətnamə
alınmadan yeyinti məhsulları istehsal olunduqda və
satıldıqda;
14.9. yeyinti məhsullarının
ticarət qaydaları pozulduqda;
14.10. qeyri-qanuni şəraitdə
istehsal edilmiş yeyinti məhsulları satıldıqda.
15. Sertifikat və şəhadətnamə
almış yeyinti məhsullarının normativ sənədlərin
tələblərinə cavab vermədiyi aşkar edildikdə,
sertifikat və şəhadətnamələrin fəaliyyəti
dayandırılır.
16. Yeyinti məhsullarının
minimum
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə
əməl olunmasına dövlət nəzarəti
aparılarkən inzibati sanksiyaların tətbiq edilməsi Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
tənzimlənir.
17. Yeyinti məhsulları sahəsində
fəaliyyət göstərən bütün
sifarişçi və icraçılar bağladıqları
müqavilələrə, habelə büdcədən maliyyələşən
təşkilatlar yeyinti məhsullarının satın
alınması üzrə keçirilən tenderin şərtlər
toplusuna məhsulların qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara
uyğunluğunu təsdiq edən sertifikat və şəhadətnamələrin
olması barədə müvafiq şərtlər daxil etməlidirlər.
18.
Qida (yeyinti) məhsulları sahəsində fəaliyyət
göstərən subyektlər yeyinti məhsullarının
minimum keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini həyata keçirən dövlət
orqanı tərəfindən bu Qaydalara uyğun verilmiş qərar
və tələbləri icra etmədikdə, mövcud
qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Yeyinti
məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini həyata keçirən dövlət
orqanının vəzifəli şəxsləri hərəkətlərinə,
dövlət nəzarətini həyata keçirən orqan isə
qəbul etdiyi qərarlara görə mövcud qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Yeyinti məhsullarının
minimum keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini həyata keçirən dövlət
orqanının qəbul etdiyi qərarlardan və vəzifəli
şəxslərin hərəkətlərindən inzibati
qaydada və ya məhkəməyə şikayət edilə
bilər.[22]
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
22 may 2006-cı il tarixli 129
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə
472)
2.
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹01, maddə 32)
3.
30 mart 2009-cu il tarixli 48 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə 205)
4.
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral
2014-cü il, ¹ 37, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹02, maddə 201)
5.
16 iyul
2014-cü il tarixli 243
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 27 iyul 2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 931)
6. 13 may
2016-cı il tarixli 195
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 20 may 2016-cı il, ¹ 108,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə
955)
7.
5 fevral
2018-ci il tarixli 34
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2018-ci il, ¹
28, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
338)
8.
30 avqust
2018-ci il tarixli 367 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il,
¹ 195,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹8, maddə 1817)
9.
16 noyabr 2018-ci il
tarixli 488 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438)
10.
30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, ¹
293, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹12, maddə 2101)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə qərarın adında və
1-ci hissəsində “məhsullarının”
sözündən sonra “minimum”
sözü əlavə edilmişdir və “sahəsində standartlara və tələblərə”
sözləri “ilə
bağlı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə”
sözləri ilə əvəz edilmişdir.
[2] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın adına, 1-ci və
16-cı hissələrinə, 8-ci hissəsinin ikinci
abzasına “məhsullarının”
sözündən sonra “minimum”
sözü əlavə edilmişdir və “sahəsində standartlara və tələblərə”
sözləri “ilə
bağlı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə”
sözləri ilə əvəz edilmişdir.
[3] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 2-ci
hissədə “əmlakı və
ətraf mühit üçün təhlükə törədə”
sözləri “dövlətin əmlak
maraqları, habelə ətraf mühit üçün
birbaşa və mühüm təhlükə törədə
və ya mühüm zərər vura” sözləri ilə
əvəz edilmişdir.
[4] 30
mart 2009-cu il tarixli 48 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə 205) ilə
"Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin
təmin edilməsi sahəsində standartlara və tələblərə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları"nın 5.2-ci bəndinin
dördüncü abzasında "yeyinti"
sözünün əvvəlinə "qanunvericilikdə digər hal nəzərdə
tutulmamışdırsa," sözləri əlavə
edilmişdir, 5.6-cı və 14.4-cü bəndlərindən ", "ekoloji təmiz"
" sözləri çıxarılmışdır.
14 fevral
2014-cü il tarixli 46 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral
2014-cü il, ¹ 37, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹02, maddə 201)
ilə “Yeyinti məhsullarının keyfiyyətinin
və təhlükəsizliyinin təmin edilməsi sahəsində
standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 4-cü və 8-ci hissələrində
“İqtisadi İnkişaf”
sözləri “İqtisadiyyat və
Sənaye” sözləri ilə əvəz edilmişdir.
13
may 2016-cı il tarixli 195
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə
955) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 4-cü və 8-ci hissələrindən
“və Sənaye” sözləri çıxarılmışdır.
16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 4-cü hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4. Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətini həyata keçirən
dövlət nəzarəti orqanları (öz səlahiyyətləri
daxilində Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi) yeyinti məhsulları sahəsində fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər tərəfindən
məhsulların keyfiyyət və təhlükəsizliyinə
dair tələblərə, onların istehsal, daşınma,
saxlanma, qablaşdırma, etiketləşdirmə və
satış şərtlərini müəyyən edən
texniki, ekoloji, sanitariya, baytarlıq-sanitariya və fitosanitar
standartlara, norma, qayda və tələblərinə (bundan
sonra - standartlara və tələblərə) riayət edilməsinə
nəzarəti həyata keçirirlər.
Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarəti funksiyalarının həyata
keçirilməsində digər orqanların iştirakına
yol verilmir.
[5] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 5-ci hissəsi ləğv
edilmişdir.
[6] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 5.1-ci
bəndin birinci abzasında “əmlakı”
sözü “dövlətin əmlak
maraqları” sözləri ilə əvəz edilmişdir və
ikinci abzasının ikinci cümləsindən “təsərrüfat subyektinin vəsaiti
hesabına” sözləri
çıxarılmışdır.
[7] 30
mart 2009-cu il tarixli 48 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə 205) ilə
"Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin
təmin edilməsi sahəsində standartlara və tələblərə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları"nın 5.2-ci bəndinin
dördüncü abzasında "yeyinti"
sözünün əvvəlinə "qanunvericilikdə digər hal nəzərdə
tutulmamışdırsa," sözləri əlavə
edilmişdir, 5.6-cı və 14.4-cü bəndlərindən ", "ekoloji təmiz"
" sözləri çıxarılmışdır.
[8] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il,
¹ 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹8, maddə 1817) ilə “Yeyinti
məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin
təmin edilməsi sahəsində standartlara və tələblərə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 5.8-ci bəndinin
üçüncü abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi” sözləri ilə əvəz
edilmişdir.
[9] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti
məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin
təmin edilməsi sahəsində standartlara və tələblərə
əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları” 6-cı hissənin birinci
abzasında “standartlara və tələblərə”
sözləri “qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara” sözləri
ilə əvəz edilmişdir.
[10] 30 dekabr
2019-cu il tarixli
521 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, ¹
293, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹12, maddə 2101) ilə “Yeyinti məhsullarının
minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 6-cı hissəsinin
üçüncü və dördüncü abzasları
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
- Azərbaycan Respublikasında
istehlak üçün idxal (sərbəst dövriyyə
üçün buraxılış) olunmuş və ixrac edilən
yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik
tələblərinə uyğun olmaması barədə əlamətlər
müəyyən edildikdə məhsullardan seçilmiş
nümunələrin sınaqları (“müayinəsi”)
aparılır;
-
istehsalçı ölkənin müvafiq orqanları tərəfindən
yeyinti məhsullarına verilmiş uyğunluq sertifikatı
dövlətlərarası müqavilələrə uyğun
olaraq tanınmadan keçməli, belə müqavilələr
olmadığı təqdirdə, məhsulların Azərbaycan
Respublikasında qüvvədə olan normativ sənədlərə
uyğunluğunu təsdiq edən sertifikat
alınmalıdır.
[11] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 7-ci
hissəyə “Qanununa”
sözündən sonra “,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa”
sözləri əlavə edilmişdir.
[12] 21
yanvar 2009-cu il tarixli 12
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹01, maddə 32) ilə təsdiq
edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və
təhlükəsizliyinin təmin edilməsi sahəsində
standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları"nın 4-cü və 5.8-ci bəndlərində
"Agentliyi" sözü
"Komitəsi"
sözü ilə, 8-ci bəndində isə "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz
edilmişdir.
5 fevral
2018-ci il tarixli 34
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2018-ci il, ¹
28, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
338) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 4-cü və 8-ci hissələrində
ismin müvafiq hallarında verilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,
Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi”
sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi”
sözləri ilə əvəz edilmişdir.
16 noyabr 2018-ci il
tarixli 488 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 8-ci hissəsinin birinci
abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Yeyinti
məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini öz səlahiyyətləri
çərçivəsində, qüvvədə olan
qanunvericiliyə uyğun olaraq, Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinin müfəttiş və mütəxəssisləri
həyata keçirirlər.
[13] 30 dekabr
2019-cu il tarixli
521 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, ¹
293, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹12, maddə 2101) ilə “Yeyinti məhsullarının
minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 8-ci hissəsinin ikinci
abzasına “istehsalı,”
sözündən sonra “qablaşdırılması,”
sözü əlavə edilmişdir.
[14] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 9-cu
hissə ləğv edilmişdir.
[15] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 10-cu hissəninin
beşinci abzasında, 12-ci, 16-cı, 17-ci hissələrdə,
14.1-ci bənddə “standartlara və
tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktlara” sözləri ilə əvəz
edilmişdir.
[16] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 10-cu
hissənin altıncı abzasında “vermək” sözü “verilməsi”
sözü ilə əvəz edilmişdir.
[17] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 11-ci
hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
11. Dövlət nəzarətinin
nəticələri akt ilə (arayış və ya inzibati
protokolla) rəsmiləşdirilir. Aktda müvafiq dövlət
nəzarəti orqanı əməkdaşının
soyadı, adı, atasının adı göstərilir və
bu barədə nəzarət kitabçasında qeyd olunur.
Araşdırma aktının bir nüsxəsi təsərrüfat
subyektinin rəhbərinə təqdim edilir. Təsərrüfat
subyektinin rəhbərinin aktı imzalayarkən öz rəyini
əlavə etmək hüququ var.
Aktda aşağıdakı məlumatlar
verilir:
- hüquqi və fiziki şəxslər
haqqında məlumatlar (müəssisənin ünvanı,
müəssisə rəhbərinin soyadı, adı və
atasının adı), nəzarəti aparan səlahiyyətli
şəxslər haqqında məlumat (vəzifəsi,
soyadı, adı, atasının adı);
- nəzarətin
aparılmasının səbəbləri və müddəti;
- araşdırma haqqında məlumatlar,
sınaq üçün götürülən nümunələr
və məhsulun partiyası haqqında məlumatlar və
sınaq protokolu;
- araşdırmanın nəticələri.
Dövlət
nəzarət aktı, arayış və inzibati protokol,
qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq
iradnamələr, tələbnamələr və göstərişlər
inzibati qərarların qəbul edilməsi üçün əsas
olan hüquqi sənəddir.
[18] 16 iyul 2014-cü il tarixli
243 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul
2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 931) ilə 12-ci
hissədə “vəzifəli
şəxs” sözləri “orqan”
sözü ilə əvəz edilmişdir.
[19] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 13-cü hissəsində
“hüquqi və fiziki şəxslər”
sözləri “qida (yeyinti) məhsulları
sahəsində fəaliyyət göstərən subyektlər”
sözləri ilə əvəz edilmişdir.
[20] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 14.2-ci, 14.8-ci bəndləri
və 15-ci hissəsi ləğv edilmişdir.
[21] 16
noyabr 2018-ci
il tarixli 488 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 14.4-cü bəndində
“istehsalçı
(idxalçı, ixracatçı, satıcı) tərəfindən
məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda”
sözləri “istehsalçı
qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə,
məhsulların qida təhlükəsizliyi sertifikatı
olmadıqda” sözləri ilə əvəz edilmişdir.
[22] 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 472) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı
ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin
və təhlükəsizliyinin təmin edilməsi sahəsində
standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 18-ci bəndinin
üçüncü abzasında “müəyyən olunmuş
qaydada” sözləri “inzibati
qaydada və ya” sözləri ilə əvəz
edilmişdir.
16 iyul
2014-cü il tarixli 243
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 27 iyul 2014-cü il, ¹ 160; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 931) ilə
18-ci hissənin birinci abzasında “orqanlarının vəzifəli şəxsləri”
sözləri “orqanları”
sözü ilə və ikinci abzasında “və” sözü (ikinci halda) “, dövlət nəzarətini həyata keçirən
orqanlar” sözləri ilə əvəz edilmişdir.
16 noyabr 2018-ci il
tarixli 488 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il,
¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2438) ilə “Yeyinti məhsullarının
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə əməl
olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın 18-ci hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
18. Yeyinti məhsulları sahəsində
fəaliyyət göstərən hüquqi və fiziki şəxslər
yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini həyata keçirən dövlət
orqanları tərəfindən bu “Qaydalar”a uyğun
verilmiş Qərar və tələbləri icra etmədikdə,
mövcud qanunvericiliyə müvafiq məsuliyyət
daşıyırlar.
Yeyinti məhsullarının
keyfiyyətinə və təhlükəsizliyinə dövlət
nəzarətini həyata keçirən dövlət
orqanlarının vəzifəli şəxsləri hərəkətlərinə,
dövlət nəzarətini həyata keçirən orqanlar
qəbul etdikləri qərarlara görə mövcud
qanunvericiliyə müvafiq məsuliyyət
daşıyırlar.
Yeyinti
məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini həyata keçirən dövlət
orqanlarının qəbul etdiyi qərarlardan və vəzifəli
şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə
şikayət edilə bilər.