İnformasiya əldə etmək
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumi
müddəalar
Maddə
1. Qanunun məqsədi
Bu
Qanunun məqsədi Azərbaycan Respublikası
Konstitusiyasının 50-ci maddəsi ilə təsbit
olunmuş məlumat əldə etmək hüququnun
sərbəst, maneəsiz və hamı üçün
bərabər şərtlərlə, açıq cəmiyyətin
və demokratik hüquqi dövlətin prinsipləri
əsasında təmin edilməsinin hüquqi
əsaslarını
müəyyənləşdirməkdən, həmçinin,
ictimai vəzifələrin yerinə yetirilməsinə
vətəndaşlar tərəfindən nəzarət
olunmasına şərait yaratmaqdan ibarətdir.
Maddə
2. İnformasiya əldə
etmək azadlığı
2.1.
Azərbaycan Respublikasında informasiyanın əldə
olunması azaddır.
2.2.
Hər kəs özü birbaşa və ya
nümayəndəsi vasitəsilə informasiya sahibinə
müraciət etmək, informasiyanın növünü
və əldə etmə formasını seçmək
hüququna malikdir.
2.3.
İnformasiya sahibinə müraciət edən hər kəs:
2.3.1.
sorğu edilən informasiyanın informasiya sahibində
olub-olmadığını öyrənmək, bu informasiya
olmadıqda onu əldə etmək üçün
yardımçı məlumatlar almaq;
2.3.2.
informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu
sərbəst, maneəsiz və hamı üçün
bərabər şərtlərlə əldə etmək
hüququna malikdir.
2.4.
Fiziki şəxslərin özləri barəsindəki
sənədləşdirilmiş informasiya ilə maneəsiz
tanış olmaq, onu əldə etmək, bu informasiyada
dəqiqləşdirmələr aparılmasını
tələb etmək, informasiyadan kimlərin və hansı
məqsədlə istifadə etdiyini öyrənmək hüququ
vardır.
2.4-1.
İnformasiyanın əldə edilməsinə o
şərtlə icazə verilir ki, bu, Azərbaycan
Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit
və valyuta siyasəti sahələrində maraqlarının
qorunması, ictimai qaydanın, sağlamlığın və
mənəviyyatın mühafizəsi, digər
şəxslərin hüquq və azadlıqlarının,
kommersiya və digər iqtisadi maraqlarının qorunması,
məhkəmənin nüfuzunun və qərəzsizliyinin,
cinayət işləri üzrə ibtidai
araşdırmanın normal gedişinin
təmin edilməsi məqsədlərinə zidd olmasın.[1]
2.5.
İnformasiya sahiblərindən bu Qanunun
tələblərinə uyğun olaraq əldə edilmiş
sənədləşdirilmiş informasiyadan, digər
məqsədlər, o cümlədən kommersiya
məqsədləri üçün törəmə
informasiya məhsulunun yaradılmasına bu şərtlə
icazə verilir ki, törəmə informasiya yaradılarkən
ilkin mənbəyə istinad edilsin.
Maddə
3. Əsas anlayışlar
3.0.
Bu Qanunun məqsədləri üçün istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
3.0.1.
informasiya - yaranma tarixindən, təqdimat formasından və
təsnifatından asılı olmayaraq istənilən
fəaliyyət nəticəsində yaradılan, yaxud
əldə olunan faktlar, rəylər, bilgilər,
xəbərlər və ya digər xarakterli məlumatlar;
3.0.2.
şəxsi və ailə həyatına dair məlumat (bundan
sonra - fərdi məlumat) - şəxsiyyəti birbaşa
və ya dolayısı ilə identikləşdirməyə
imkan verən hadisələr, fəaliyyətlər,
vəziyyətlər barədə faktlar, rəylər,
bilgilər;
3.0.3.
ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi
aktlarla müəyyənləşdirilən ictimai
vəzifələrin yerinə yetirilməsi prosesində
yaradılan və ya əldə edilən faktlar, rəylər,
bilgilər;
3.0.4.
informasiya xidmətləri - sorğu ilə müraciət
edən hər kəsi informasiya ilə təmin etmək
üçün göstərilən fəaliyyət;
3.0.5.
informasiya sahibi - informasiya əldə etmək hüququnu
təmin etmək üçün bu Qanunun 9-cu maddəsi
ilə müəyyənləşdirilən dövlət
orqanları, bələdiyyələr, mülkiyyət
növündən asılı olmayaraq yaradılmış
hüquqi şəxslər və fiziki şəxslər;
3.0.6.
informasiya sorğusu - informasiya əldə etmək
üçün yazılı və ya şifahi
müraciət;
3.0.7.
informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya
əldə etmək üçün yazılı və ya
şifahi şəkildə müraciət edən hüquqi
və ya fiziki şəxs;
3.0.8.
informasiyanın açıqlanması - informasiyanın
sorğu verilmədən kütləvi informasiya
vasitələrində, rəsmi nəşrlərdə,
sorğu və ya məlumat kitabçalarında
yayılması, İnternet informasiya ehtiyatlarında
yerləşdirilməsi, brifinqlərdə, mətbuat
relizlərində və ya konfranslarında elan edilməsi,
rəsmi və ya kütləvi tədbirlərdə
bildirilməsi.
Maddə
4. Qanunun tənzimləmə
sahəsi
4.1.
Bu Qanunla aşağıdakılar
müəyyənləşdirilir:
4.1.1.
informasiyanın əldə olunmasının
şərtləri, qaydaları və formaları, habelə
informasiya sahibinin bu cür informasiyanı təqdim
etməkdən imtinasının əsasları;
4.1.2.
ictimai informasiyanın əldə olunmasına qoyulan
məhdudiyyətlər və həmin informasiyanın digər
qanunlarla tənzimlənməyən hissəsinin
açıqlanma və təqdim edilmə qaydaları;
4.1.3.
informasiyanın əldə olunmasının
təşkilinə nəzarətin həyata
keçirilməsi qaydaları.
4.2.
Bu Qanun aşağıdakılara şamil edilmir:
4.2.1.
qanunla müəyyənləşdirilmiş dövlət sirri
təşkil edən məlumatlara;
4.2.2.
"Milli arxiv fondu haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq arxiv
sənədləri ilə işləməyə
buraxılmanın təmin edilməsinə;
4.2.3.
"Vətəndaşların
müraciətləri haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənən
təklif, ərizə və şikayətlərə;[2]
4.2.4.
beynəlxalq müqavilələrlə müəyyən
edilmiş məhdudiyyətlərə.
Maddə
5. İnformasiya əldə
etmək haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
5.1.
İnformasiya əldə etmək haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan və bu
Qanunun tələblərinə uyğun hazırlanmış
digər normativ hüquqi aktlardan ibarətdir.
5.2.
Azərbaycan Respublikasının digər normativ hüquqi
aktlarında informasiyanın əldə olunması ilə
bağlı bu Qanunun tələblərindən fərqli
qaydalar müəyyənləşdirilə bilməz.
Maddə
6. İnformasiya əldə
olunmasının əsas prinsipləri
6.1.
İnformasiya əldə olunmasının əsas
prinsipləri aşağıdakılardır:
6.1.1.
informasiya sorğusunun sərbəst, maneəsiz və hamı
üçün bərabər şərtlərlə
təmin edilməsi;
6.1.2.
informasiyanın əldə olunmasının qanuniliyi;
6.1.3.
dövlət orqanlarının və
bələdiyyələrin informasiyanı açıqlamaq
vəzifəsi;
6.1.4.
informasiyanın maksimum açıqlığı;
6.1.5.
informasiya sorğusunun ən qısa zamanda və ən
münasib üsulla təmin edilməsi;
6.1.6.
informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci
maddəsində nəzərdə tutulmuş
məqsədlərə zidd olmaması;[3]
6.1.7.
informasiya əldə etmək hüququnun dövlət
tərəfindən qorunması, o cümlədən
məhkəmə yolu ilə müdafiəsi;
6.1.8.
bu Qanunla müəyyənləşdirilmiş hallar istisna
olmaqla informasiyanın əldə edilməsinin
ödənişsiz həyata keçirilməsi;
6.1.9.
informasiya əldə etmək hüququnun pozulmasına
görə informasiya sahiblərinin məsuliyyət
daşıması;
6.1.10.
informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin
bu məhdudiyyəti doğuran əsaslardan daha artıq
müəyyənləşdirilməməsi;
6.1.11.
ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları
barədə məlumatı açıqlamağa görə
vəzifəli şəxslərin təqib olunmaması.
6.2. Əməliyyat-axtarış
tədbirləri keçirilən hallar istisna olmaqla,
şəxsin onun xəbəri olmadan və ya etirazına
baxmayaraq kütləvi informasiya vasitələrinin
nümayəndələri və başqa şəxslər
tərəfindən izlənilməsi, video və foto çəkilişinə,
səs yazısına və digər bu cür
hərəkətlərə məruz qalması
qanunvericiliklə müəyyən edilmiş
məsuliyyətə səbəb olur.[4]
Maddə
7. Sənədləşdirilmiş
informasiya (sənəd)
7.1.
Maddi daşıyıcıda mətn, səs və ya təsvir
formasında qeydə alınan və
identikləşdirməyə imkan verən istənilən
rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən,
rəsmi statusundan, mülkiyyət növündən,
mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından
asılı olmayaraq sənədləşdirilmiş informasiya
(bundan sonra - sənəd) hesab olunur.
7.2.
İnformasiya sahibi sənədə malikdir, əgər:
7.2.1.
informasiya sahibində mövcud olan sənəd digər
informasiya sahibinə məxsus deyilsə;
7.2.2.
digər informasiya sahibində mövcud olan sənəd
informasiya sahibinə məxsusdursa.
Maddə
8. Sənədin saxlanması,
komplektləşdirilməsi və mühafizəsi
8.1.
Müvafiq icra hakimiyyəti orqanı sənədlərin
saxlanmasına, komplektləşdirilməsinə və
mühafizəsinə dair qaydalar
müəyyənləşdirir.
8.2.
İnformasiya sahibi malik olduğu sənədlərin bu Qanunun
8.1-ci maddəsində göstərilən qaydalara uyğun
saxlanmasının, komplektləşdirilməsinin və
mühafizəsinin təşkilinə görə
məsuliyyət daşıyır.
8.3.
İnformasiya sahibi fiziki şəxsin özü haqqında
fərdi məlumatlarla tanış olması və lazım
gələrsə onlarda dəqiqləşdirmələr aparılması
üçün bu Qanunun və “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun qaydalar
müəyyənləşdirir və bu qaydaların
icrasını təmin edir. [5]
Maddə
9. İnformasiya sahibləri
9.1.
Aşağıdakılar informasiya sahibləri sayılır:
9.1.1.
dövlət orqanları və bələdiyyələr;
9.1.2.
ictimai funksiyaları yerinə yetirən hüquqi
şəxslər (o cümlədən publik hüquqi
şəxslər), həmçinin normativ hüquqi
aktlarla və ya müqavilə əsasında təhsil,
səhiyyə, mədəniyyət və sosial
sahələrdə xidmət göstərən özəl hüquqi
şəxslər və fiziki şəxslər. [6]
9.2.
Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və
fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla
müəyyənləşdirilmiş vəzifələri
yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud
normativ hüquqi aktlarla və ya müqavilə əsasında
təhsil, səhiyyə, mədəniyyət və sosial
sahələrdə göstərilən xidmət
nəticəsində yaranan və ya əldə edilən
informasiyalar üzrə şamil olunur.
9.3.
Aşağıdakılar informasiya sahiblərinə
bərabər tutulur:
9.3.1.
əmtəə bazarında hökmran mövqe tutan, xüsusi
və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan
hüquqi şəxslər - malların və
xidmətlərin təklif edilməsi şərtlərinə
və onların qiymətlərinə, həmin
şərtlərdə və qiymətlərdə
dəyişikliklərə aid informasiyalar üzrə;
9.3.2.
tamamilə və ya qismən dövlət
mülkiyyətində, yaxud asılılığında olan
qeyri-kommersiya təşkilatları, büdcədənkənar
fondlar, həmçinin dövlətin üzvü olduğu
və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət
büdcəsindən verilmiş vəsaitdən və ya onlara
ayrılmış əmlakdan istifadəyə aid informasiyalar
üzrə.
II fəsil
İnformasiya
əldə olunmasının təşkili
Maddə
10. İnformasiya sahibinin
vəzifələri
10.1.
İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər
kəsin sərbəst, maneəsiz və hamı
üçün bərabər şərtlərlə
informasiya əldə etmək hüququnu bu Qanunla
müəyyənləşdirilmiş qaydada təmin
etməyə borcludur.
10.2.
İnformasiya sahibi bu məqsədlə informasiya
məsələləri üzrə vəzifəli şəxs
təyin edir, yaxud struktur bölmə yaradır, informasiya
xidmətləri göstərir.
10.3.
İnformasiya məsələləri üzrə
vəzifəli şəxsin təyin olunmaması və ya
struktur bölmənin yaradılmaması informasiya
xidmətləri göstərməkdən imtina
üçün əsas ola bilməz.
10.4.
İnformasiya sahibi:
10.4.1.
informasiya sorğusunu ən qısa zamanda və
sorğuçu üçün ən münasib üsulla
təmin etməlidir;
10.4.2.
sənədlərin reyestrini aparmalıdır;
10.4.3.
ictimai vəzifələrin yerinə yetirilməsi haqqında
ictimaiyyətə müntəzəm məlumat verməlidir;
10.4.4.
açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla
müəyyənləşdirilmiş qaydada və
müddətdə açıqlamalıdır;
10.4.5.
sorğuçuya kömək göstərməlidir;
10.4.6.
informasiyanın əldə olunmasına qoyulan
məhdudiyyətlər barədə sorğuçuya
məlumat verməlidir;
10.4.7.
əldə olunması qanunla məhdudlaşdırılan
informasiyaları qorumalıdır;
10.4.8.
həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq
informasiya verməməli, şübhə yarandığı
hallarda informasiyanın düzgünlüyünü və
mötəbərliyini yoxlamalıdır.
10.5.
İnformasiya məsələləri üzrə
vəzifəli şəxs və ya struktur bölmə
aşağıdakı funksiyaları yerinə yetirir:
10.5.1.
sorğuları diqqətlə araşdırıb qərarlar
qəbul edir;
10.5.2.
sorğuları bu Qanunla nəzərdə tutulmuş qaydada
təmin edir;
10.5.3.
informasiya xidmətlərinin göstərilməsinə
nəzarət edir;
10.5.4. İnformasiya Məsələləri
üzrə müvəkkilə təqdim olunacaq hesabatları
hazırlayır; [7]
10.5.5.
informasiya əldə edilməsi ilə bağlı informasiya
sahibinə göndərilən şikayətləri araşdırıb
qərar qəbul edir;
10.5.6.
informasiya xidmətləri göstərilməsi ilə
bağlı digər vəzifələri yerinə yetirir.
10.6. İnformasiya Məsələləri
üzrə müvəkkilə hesabatlar ildə iki dəfə
- hər cari ilin birinci və yeddinci aylarında təqdim
olunur. Müvəkkil tələb edərsə, informasiya sahibi
bu cür hesabatları əlavə olaraq təqdim etməlidir. [8]
Maddə
11. İnformasiya əldə
olunmasının təşkilinə görə
məsuliyyət
11.1.
İnformasiya sahibinin rəhbəri informasiya
xidmətlərinin təşkili ilə əlaqədar daxili
icraat qaydalarını müəyyənləşdirir.
11.2.
Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya
sahibləri informasiyanın əldə olunmasının
təşkilinə görə qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyırlar.
11.3.
Əgər informasiya sahibi informasiya məsələləri
üzrə vəzifəli şəxs təyin
etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa,
informasiya sorğusunun icrasına məsuliyyəti informasiya
sahibinin bu funksiyanın yerinə yetirilməsi
üçün müəyyənləşdirdiyi şəxs
daşıyır.
11.4.
İnformasiyanın bu Qanunla
müəyyənləşdirilmiş qaydada
açıqlanması üçün məsuliyyəti, bu
funksiyanın icrası rəsmi qaydada başqasına həvalə
olunmayıbsa, informasiya sahibinin rəhbəri
daşıyır.
Maddə
12. Sənədlərin reyestri
12.1.
Sənədlərin reyestri (bundan sonra - reyestr) informasiya
sahibinə daxil olan, ictimai vəzifələrin yerinə
yetirilməsi nəticəsində yaradılan və ya
əldə edilən informasiyaların qeydə
alındığı və hər kəsin istifadə edə
biləcəyi elektron məlumat toplusudur.
12.2.
Reyestrin yaradılması, saxlanması və
vaxtaşırı yeniləşdirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.
12.3.
İnformasiya sahibi reyestrdə aşağıda
göstərilən sənədləri bu maddədə
göstərilən müddətdə qeydə
almalıdır:
12.3.1.
daxil olan, göndərilən və ya idarə daxilində
hazırlanan sənədlər - daxil olduğu,
göndərildiyi və ya idarə daxilində
hazırlandığı gün;
12.3.2.
hüquqi aktlar - imzalandığı gün;
12.3.3.
müqavilələr - qüvvəyə mindiyi gün.
12.4.
Mühasibat uçotu
sənədləri, təbrik məktubları,
bildirişlər, memorandumlar, zəmanətlər, habelə
iclaslar, müşavirələr, konfranslar və digər
kütləvi tədbirlərin proqramları və ya belə
tədbirlər haqqında məlumatlar, müxtəlif statistik
hesabatlar sənədlərin reyestrində qeydə
alınmır.[9]
12.5.
Reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalananlarla
yanaşı aşağıdakı məlumatlar da daxil
edilməlidir:
12.5.1.
sənədin daxil olma və ya göndərilmə üsulu
(elektron poçt, poçt, telefaks vasitəsilə, yaxud
şəxsən təqdim etməklə);
12.5.2.
sənədin növü (informasiya sorğusu, təklif,
ərizə və şikayət, raport, normativ xarakterli akt,
və s.);
12.5.3.
əgər varsa, sənədin əldə olunmasına qoyulan
məhdudiyyətlər və s.
12.6.
Reyestrdə, həmçinin, baxılma və ya cavab
tələb edən sənədin icrası üçün
qanunla müəyyənləşdirilmiş müddət,
struktur bölmənin adı, habelə cavabı tərtib
edən vəzifəli şəxsin adı və soyadı
göstərilməlidir.
12.7.
Müvafiq icra hakimiyyəti orqanı reyestrdən istifadəni
və sənədin axtarılmasını asanlaşdırmaq
məqsədi ilə reyestrdən istifadəyə dair qaydalar
müəyyənləşdirir.
III fəsil
İnformasiyanın
əldə olunmasının sorğu əsasında təmin
edilməsi
Maddə
13. İnformasiya sorğusunun
təqdim edilmə üsulu
13.1.
Sorğuçu informasiya sorğusunu aşağıdakı
üsulla təqdim edir:
13.1.1.
informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə
və ya telefonla müraciət etmək yolu ilə şifahi;
13.1.2.
sorğunu şəxsən təqdim etmək və ya
informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla
göndərmək yolu ilə yazılı.
Maddə
14. İnformasiya əldə
etmənin formaları
14.1.
Sorğuçu yazılı sorğunun
aşağıdakı formalardan birində və ya mövcud
olan digər formalarda təmin edilməsini tələb edə
bilər:
14.1.1.
sənədlə tanış olmaq üçün
ayrılmış yerə daxil olma;
14.1.2.
sənədin üzünün köçürülməsi;
14.1.3.
informasiya sahibinin texniki imkanlarından istifadə
etməklə sənədin surətinin
çıxarılması və ya sənədin
təsdiqlənmiş surətinin verilməsi;
14.1.4.
sorğuçunun öz texniki imkanlarından istifadə
etməklə sənədin surətinin
çıxarılması;
14.1.5.
stenoqramların və ya digər formada
kodlaşdırılmış sənədlərin oxunmaq
üçün yararlı vəziyyətdə təqdim
edilməsi;
14.1.6.
sənədin tərcümə olunması;
14.1.7.
sənədin surətinin elektron daşıyıcılara
köçürülməsi və s.
14.2.
İnformasiyanın əldə olunmasının hüquqi formaları
aşağıdakılardır:
14.2.1.
bu Qanunun tələblərinə uyğun olaraq mütləq
qaydada təqdim olunan informasiyalar;
14.2.2.
müqavilə yolu ilə təqdim olunan informasiyalar.
14.3.
Bu Qanunun 14.2.1-ci maddəsində göstərilən hallarda
informasiyaların əldə olunması ödənişsiz,
haqqı ödənilməklə və ya güzəştli
şərtlərlə həyata keçirilir.
14.4.
Bu Qanunun 14.2.2-ci maddəsində göstərilən hallarda
informasiyanın təqdim olunma müddəti informasiya sahibi
ilə sorğuçunun qarşılıqlı
razılığı əsasında
müəyyənləşdirilir.
14.5.
İnformasiya sahibi informasiya sorğusunun bu sorğuda
göstərilən formada icrasından aşağıdakı
hallarda imtina edə bilər:
14.5.1.
texniki imkanlar olmadıqda;
14.5.2.
informasiya daşıyıcısının növü ilə
əlaqədar icrası mümkün deyilsə;
14.5.3.
şifahi sorğu əsasında verilməli olan informasiya
böyük vaxt tələb etdiyindən informasiya sahibinin
əsas vəzifələrinin yerinə yetirilməsinə
maneələr yaradırsa.
14.6.
Bu Qanunun 14.5.1. və 14.5.2-ci maddələrində
göstərilən hallarda sorğunun təmin
olunmasının münasib formasını informasiya sahibi
özü seçir və sorğuda göstərilən
əlaqə məlumatları imkan verirsə, bu
məsələ sorğuçu ilə müzakirə olunur.
14.7.
Vəzifəli şəxsin şifahi cavabı
sorğuçunu qane etmədikdə və ya bu Qanunun
14.5.3-cü maddəsində nəzərdə tutulan hallarda
sorğuçuya yazılı şəkildə
müraciət etməsi təklif olunur.
14.8.
İnformasiyanın təqdim edilmə forması sorğudan
aydın olmursa və bunu sorğunun icrası üçün
nəzərdə tutulmuş müddət ərzində
dəqiqləşdirmək mümkün deyilsə, o zaman
sorğunun icrası informasiya sahibinin seçdiyi formada
təmin olunur.
Maddə
15. İnformasiyanın
əldə edilməsi haqqında sorğu
15.1.
Yazılı informasiya sorğusunda aşağıdakılar
göstərilməlidir:
15.1.1.
sorğuçunun adı və soyadı;
15.1.2.
sorğu hüquqi şəxs tərəfindən təqdim
edildikdə həmçinin hüquqi şəxsin adı;
15.1.3.
informasiya sahibinin sorğunu təmin edə bilməsi
üçün sorğuçuya aid əlaqə
məlumatları (poçt və ya elektron poçt
ünvanı, telefon və ya telefaks nömrəsi);
15.1.4.
sorğu edilən informasiyanın məzmunu, yaxud
sənədin növü və ya adı, sənədin
sorğuçuya bəlli olan rekvizitləri;
15.1.5.
informasiyanın təqdim edilmə forması.
15.2.
Əgər sorğuçu fərdi məlumat əldə
etmək istəyirsə, sorğunu bilavasitə informasiya
sahibinin vəzifəli şəxsinə verir və bu zaman
şəxsiyyətini təsdiqləyən sənəd
təqdim edir.
15.3.
Fərdi məlumat tələb olunduqda, yaxud dövlət
və ya bələdiyyə qulluqçusu qulluq
vəzifəsini yerinə yetirmək üçün sorğu
verdikdə, informasiya əldə etməyin zərurəti
əsaslandırılmalıdır. Fərdi məlumatların
verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq həyata keçirilir.[10]
15.4.
Sorğuçu qulluq vəzifəsini yerinə yetirmək
bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə
etməklə şəxsi məqsəd üçün
informasiya əldə edə bilməz və ya qulluq
vəzifəsini yerinə yetirərkən əldə etdiyi
informasiyadan digər məqsədlər üçün
istifadə edə bilməz.
15.5.
Sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və
24.3-cü maddələrində göstərilən hallardan
başqa, informasiya əldə olunmasının zəruriliyini
əsaslandırmağa borclu deyildir.
15.6.
Yazılı sorğu fiziki şəxs və ya hüquqi
şəxsin rəhbəri, yaxud onların səlahiyyətli
nümayəndəsi tərəfindən imzalanır.
15.7.
Yazılı sorğunu qəbul etməkdən imtina
qadağandır.
Maddə
16. İnformasiya sorğusunun
icra olunma üsulları
16.1.
İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı
aşağıdakı üsullarla icra edir:
16.1.1.
elektron informasiya daşıyıcısında yazmaqla və ya
sorğuda göstərilən elektron poçt ünvanı
üzrə göndərməklə;
16.1.2.
sənədin surətini və ya sənəddən
çıxarışı sorğuçuya bilavasitə
təqdim etməklə və ya onun poçt ünvanına
göndərməklə;
16.1.3.
telefaksla;
16.1.4.
şifahi formada;
16.1.5.
informasiya ilə taniş olmaq üçün
ayrılmış yerə girməyə icazə
verməklə;
16.1.6.
informasiya daşıyıcısının növünü
nəzərə almaqla başqa üsullarla.
16.2.
İnformasiya sorğusu yalnız aşağıdakı
hallarda şifahi cavablandırılır:
16.2.1.
vəzifəli şəxslərə bilavasitə
müraciət edildikdə;
16.2.2.
informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;
16.2.3.
informasiya sahibində sorğuçunu maraqlandıran
məlumatın olub-olmadığı öyrənildikdə.
16.3.
Sənədin surətini çıxararkən onun
əslinə ziyan vurulacağı təqdirdə informasiya
sahibi:
16.3.1.
əlyazması və ya çap məhsulu ilə tanış
olmaq;
16.3.2.
audio materialları dinləmək, audiovizual materialları seyr
etmək və qeydlər götürmək üçün
sorğuçuya şərait yaratmalıdır.
16.4.
Vəzifəli şəxs informasiya sorğusuna şifahi
şəkildə cavab verdikdə sənədi oxumağa borclu
deyildir.
16.5.
Sorğu edilən informasiya bir neçə dildə mövcud
olduqda, sənəd sorğuda üstünlük verilən
dildə təqdim edilir.
Maddə
17. İnformasiya sahibinin
sorğuçuya kömək göstərmək
vəzifəsi
17.1.
İnformasiya sahibi informasiyanın əldə
olunmasının şərtlərini, qaydalarını və
üsullarını sorğuçuya anlaşıqlı
şəkildə çatdırmalıdır.
17.2.
İnformasiya sahibi sorğu edilən informasiyaya malik
olmadıqda onun mövcud ola biləcəyi yeri tapmaqda
sorğuçuya kömək göstərməlidir.
17.3.
Sorğuda hansı informasiyanın əldə olunması
və ya bu informasiyanın hansı formada təqdim edilməsi
aydın göstərilməyibsə, vəzifəli
şəxs bunu dəqiqləşdirmək üçün
sorğuçu ilə bu Qanunla müəyyənləşdirilmiş
qaydada əlaqə yaratmalıdır.
17.4.
Savadsızlığı, yaxud fiziki
çatışmazlığı üzündən
yazılı sorğu ilə müraciət edə bilməyənlərin
şifahi sorğusu informasiya sahibinin vəzifəli
şəxsləri tərəfindən adları və
soyadları, tutduqları vəzifə
göstərilməklə yazılı şəkildə
tərtib edilir və tarixi göstərilməklə qeydə
alınır.
Maddə
18. İnformasiya sorğusunun
qeydə alınması
18.1.
İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün
qeydə alır və bu Qanunun 12-ci maddəsində
göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində
sadalanan məlumatları daxil edir.
18.2.
İnformasiya sorğusu aşağıdakı hallarda qeydə
alınmır və ona yazılı cavab verilmir:
18.2.1.
sorğu anonimdirsə;
18.2.2.
sorğu şifahi formada verilmişsə.
18.3.
Hüquqi şəxslərin firma nişanları olan blankda
göndərildiyi, yaxud fiziki şəxsin əlaqə
məlumatlarından ən azı birinin göstərildiyi
hallarda sorğu anonim sayılmır.
Maddə
19. İnformasiya sorğusunun
öyrənilməsi
19.1.
Sorğu informasiya sahibinin vəzifəli şəxsi
tərəfindən diqqətlə öyrənilir. Bu
məqsədlə:
19.1.1.
sorğunun bu Qanunun tələblərinə uyğun tərtib
olunub-olunmadığı;
19.1.2.
tələb olunan informasiyanın informasiya ehtiyatlarında
olub-olmadığı;
19.1.3.
tələb olunan informasiya informasiya ehtiyatlarında yoxdursa,
sorğunun hara göndəriləcəyi;
19.1.4.
tələb olunan informasiya informasiya ehtiyatlarında varsa, onun
əldə olunması məhdudlaşdırılan informasiyaya
aid olub-olmadığı;
19.1.5.
tələb olunan informasiya açıqdırsa, amma
alınması qanunla məhdudlaşdırılan
informasiyanın tərkibinə daxildirsə, həmin
informasiyanın ayrılıb verilmə imkanları;
19.1.6.
tələb olunan informasiyanın sorğuda
göstərilən formada verilməsinin mümkün
olub-olmadığı;
19.1.7.
informasiyanın ödənişli, ödənişsiz və
ya güzəştli şərtlərlə təqdim
olunması dəqiqləşdirilir və araşdırmanın
nəticəsi barədə qərar qəbul edilir.
Maddə
20. Araşdırmanın
nəticəsi barədə qərar
20.1.
İnformasiya sahibinin vəzifəli şəxsi
araşdırmanın nəticəsindən asılı olaraq
aşağıdakı qərarlardan birini qəbul edir:
20.1.1.
sorğunun icrasından imtina edir;
20.1.2.
sorğunun icrasını təmin edir;
20.1.3.
sorğunu aidiyyəti informasiya sahibinə göndərir.
Maddə
21. İnformasiya sorğusunun
icra edilməsindən imtina
21.1.
İnformasiya sahibi aşağıdakı hallarda sorğunun
icrasından imtina edir:
21.1.1.
sorğu əldə edilməsi qanunla
məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud
sorğuçunun bu informasiyanı əldə etməyə
səlahiyyəti çatmadıqda və ya bu Qanunla
tələb edildiyi hallarda, sorğuçu
şəxsiyyətini təsdiq edən sənəd təqdim
etmədikdə;
21.1.2.
informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və
yaxud həmin informasiyanın sahibini
müəyyənləşdirməkdə çətinlik
çəkdikdə;
21.1.3.
sorğuçunun hansı informasiyanı əldə etmək
istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.
21.2.
İnformasiya sahibi aşağıdakı hallarda sorğunun
icrasından imtina edə bilər:
21.2.1.
sorğuçuya artıq belə bir informasiya verilibsə
və sorğuda informasiyanı təkrar əldə etmək
zərurəti əsaslandırılmayıbsa;
21.2.2.
bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində
nəzərdə tutulan hüquqi və fiziki
şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci
və 9.3-cü maddələrində göstərilən
vəzifələrin yerinə yetirilməsinə aid
deyilsə;
21.2.3.
sorğu edilən informasiyanın həcmi iri olduğundan
sorğunun icrası informasiya sahibinin üzərinə
qoyulmuş ictimai vəzifələrin yerinə
yetirilməsinə ciddi maneə yaradırsa və ya
əsassız böyük məsrəflərə
səbəb olursa;
21.2.4.
sorğunun icrasını bir dəfəyə təmin
etmək mümkün deyilsə;
21.2.5.
sorğunun icrası informasiyanın sistemləşdirilməsini,
təhlil edilməsini və ya
sənədləşdirilməsini tələb edirsə.
21.3.
İnformasiya sorğusunun təmin edilməsindən imtina
barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin
müvafiq maddələri də göstərilməklə,
aydın və əsaslandırılmış
şəkildə tərtib edilməlidir. [11]
Maddə
22. İnformasiya sorğusunun
təmin edilməsi
22.1.
İnformasiya sahibi bu Qanunun 14.1-ci maddəsinin
tələblərinə uyğun olaraq informasiyanın
əldə olunmasına şərait yaradır, yaxud
informasiyanı sorğuçuya təqdim edir.
22.2.
Tələb olunan informasiya əldə olunması qanunla
məhdudlaşdırılan sənədin tərkibinə
daxildirsə, onun ancaq açıq hissəsi təqdim oluna
bilər.
22.3.
Natamam və ya qeyri-dəqiq informasiya təqdim edən
informasiya sahibi sorğuçunun
əsaslandırılmış tələbi üzrə
informasiyaya ödənişsiz əlavələr edərək
onu sorğuçuya çatdırmalıdır.
22.4.
İnformasiyanın rəsmi təsdiq edilərək
verilməsi sorğuçunun hüquq və
azadlıqlarının həyata keçirilməsi və ya
vəzifəsinin icrası üçün tələb
olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən
açıqlanmış informasiyanı rəsmi
təsdiqlə birlikdə verməlidir.
Maddə
23. İnformasiya sorğusunun
aidiyyəti üzrə göndərilməsi
23.1.
Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o,
aidiyyəti informasiya sahibini
müəyyənləşdirməli və informasiya
sorğusunu ləngitmədən, lakin 5 iş günündən
gec olmayaraq ona göndərməli, bu barədə
sorğuçuya məlumat verməlidir.
23.2.
Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində
nəzərdə tutulan informasiya sahibləri sorğunu
aidiyyəti üzrə göndərməyə
bilərlər, bu şərtlə ki, sorğu edilən
informasiyanın onlarda olmadığı barədə
ləngitmədən, lakin 5 iş günündən gec
olmayaraq sorğuçuya məlumat versinlər.
Maddə
24. İnformasiya sorğusunun
icra müddəti
24.1.
İnformasiya sorğusu ən qısa müddətdə, lakin
7 iş günündən gec olmayaraq icra edilir.
24.2.
Bu müddətdə həmin informasiya öz operativliyini
itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda
isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
24.3.
İnsan həyatı, sağlamlığı, yaxud
şəxsin azadlığı üçün real
təhlükə yarandığı hallarda axtarılması
və hazırlanması müəyyən vaxt tələb
edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn
günü istisna olmaqla) təqdim edilir.[12]
24.4.
Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib
olunubsa, vəzifəli şəxs müəyyən edilmiş
çatışmazlıqlar barədə sorğuçuya 5
iş günü ərzində məlumat verir.
24.5.
İnformasiya sorğusunın bu Qanunla
müəyyənləşdirilmiş icra müddəti
sorğunun qeydə alındığı günün
sonrakı iş günündən hesablanır.
24.6.
Bu Qanunun 24.4-cü maddəsində göstərilən hallarda
sorğunun icra müddəti çatışmazlıqlar
aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi
günün sonrakı iş günündən, bu Qanunun
23.1-ci maddəsində nəzərdə tutulan hallarda isə
sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən
deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil
olduğu günün sonrakı iş günündən
hesablanır.
Maddə
25. İnformasiya sorğusunun
icra müddətinin uzadılması
25.1.
İnformasiya sahibi həddən çox sorğu aldıqda
və bu səbəbdən informasiyanı hazırlamaq
üçün əlavə vaxt tələb olunduqda və ya
sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud
informasiyanın aydınlaşdırılması
üçün çoxsaylı sənədləri
araşdırmaq lazım gəldikdə, o, bu Qanunla
nəzərdə tutulmuş icra müddətini əlavə olaraq
7 iş günü də uzada bilər.
25.2.
İnformasiya sahibi sorğuçuya müddətin
uzadıldığı barədə səbəblərini
göstərməklə 5 iş günü ərzində
məlumat verir.
Maddə
26. İnformasiyanın
əldə olunmasına görə ödəniş
26.1.
Sorğuçu informasiya ilə tanış olduqda,
əllə üzünü köçürdükdə
və ya öz texniki imkanlarından istifadə edərək
surətini çıxardıqda, habelə texniki kömək
göstərilməyən digər hallarda informasiyanın
əldə olunmasına görə haqq ödəmir.
26.2.
İctimai informasiyaların əldə edilməsinə
görə ödəniş tələb olunmur.
26.3.
İnformasiya xidməti üçün haqq alına bilər,
bu şərtlə ki, ödəniş məbləği
informasiyanın hazırlanması və təqdim edilməsi
üçün çəkilən xərcdən artıq
olmasın.
26.4.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) ilə razılaşdırmaqla: [13]
26.4.1.
haqq ödənilməklə göstərilən informasiya
xidmətlərinin siyahısını;
26.4.2.
informasiyanın hazırlanıb təqdim olunmasına
görə ödəniş qaydalarını;
26.4.3.
informasiyanın haqqı qabaqcadan ödənilməklə
təqdim edilmə hallarını;
26.4.4.
ödəniş zamanı edilə biləcək
güzəştin şərtlərini;
26.4.5.
bu Qanunun 14.4-cü maddəsində nəzərdə
tutulmuş hallardan başqa, müqavilə yolu ilə
informasiya sorğusunun təmin edilmə şərtlərini
və qaydalarını müəyyənləşdirir.
Maddə
27. İnformasiya sorğusunun
icra olunmuş sayılması
27.1.
Aşağıdakı hallarda informasiya sorğusu icra
olunmuş sayılır:
27.1.1.
informasiya sorğuçuya bu Qanunla nəzərdə
tutulmuş formada və üsulla təqdim edildikdə;
27.1.2.
informasiya sorğusu aidiyyəti üzrə
göndərildikdə və sorğuçuya bu barədə
məlumat verildikdə;
27.1.3.
açıqlanmış informasiya ilə tanış olma
imkanları sorğuçuya izah edildikdə;
27.1.4.
informasiya sorğusunun icrasından imtina barədə
sorğuçuya əsaslandırılmış cavab
verildikdə.
Maddə
27-1. İnformasiya sorğusunun icrasından imtina edilməsi
və ya lazımınca icra olunmaması barədə
şikayət [14]
Sorğuçu
sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca
icra olunmaması barədə məhkəməyə və ya
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinə (ombudsmana) şikayət etmək
hüququna malikdir. İnformasiya sorğusunu icra edən
informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir
və təqdim edilən cavabda (məlumatda) qeyd edir.
Maddə
28. İnformasiya sorğusunun
icrasının və icrasından imtinanın qeydə
alınması
28.1.
İnformasiya sorğusunun icrası və icrasından imtina
reyestrdə qeydə alınır.
28.2.
İnformasiya sorğusu icra olunduqda və ya icrasından imtina
edildikdə reyestrə aşağıdakı məlumatlar
daxil edilir:
28.2.1.
sorğunun icrasına məsul olan vəzifəli şəxsin
adı və soyadı;
28.2.2.
surəti, tərcüməsi və ya
çıxarışları verilmiş sənədlərin
rekvizitləri;
28.2.3.
sorğunun icra edildiyi və ya icrasından imtina edildiyi tarix;
28.2.4.
sorğunun icrasından imtina üçün bu Qanunla
müəyyənləşdirilmiş əsaslar.
IV fəsil
İnformasiyanın
açıqlanması
Maddə
29. İnformasiya sahibinin
informasiyanı açıqlamaq vəzifəsi
29.1.
İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan
və daha operativ şəkildə təmin etmək,
çoxsaylı informasiya sorğularını azaltmaq
məqsədi ilə malik olduğu, ictimai
vəzifələrin yerinə yetirilməsi
nəticəsində yaradılmış, yaxud əldə
olunmuş aşağıdakı informasiyaları
açıqlamalıdır:
29.1.1.
ümumiləşdirilmiş statistik məlumatlar, o
cümlədən cinayətlərin və inzibati
xətaların ümumiləşdirilmiş statistikası;
29.1.2.
büdcə proqnozları;
29.1.3.
dövlət orqanlarının struktur bölmələri
haqqında əsasnamələr;
29.1.4.
dövlət orqanlarının və
bələdiyyələrin fəaliyyətləri ilə
bağlı hazırlanmış təlimatlar;
29.1.5.
dövlət orqanlarının və
bələdiyyələrin ştat cədvəlləri,
həmin idarələrdə çalışan vəzifəli
şəxslərin adları, soyadları, telefon
nömrələri, elektron poçt ünvanları,
həmçinin onların təhsili və ixtisasları
barədə məlumatlar;
29.1.6.
dövlət orqanlarının və
bələdiyyələrin fəaliyyəti barədə
hesabatlar;
29.1.7.
ictimai funksiyaları yerinə yetirən hüquqi
şəxslərin (o cümlədən publik hüquqi
şəxslərin) rəhbər orqanlarında
çalışanların adları və soyadları, elektron
poçt ünvanları; [15]
29.1.8.
dövlət və bələdiyyə
satınalmalarının şərtləri, nəticəsi,
eləcə də dövlət və bələdiyyə
əmlakının satılması, onun üzərində
əmlak hüquqlarının dəyişməsi
barədə məlumatlar;
29.1.9.
bu Qanunun 9.1-ci maddəsi ilə
müəyyənləşdirilən informasiya sahiblərinin
aldıqları kreditlər, qrantlar onların
şərtləri və istifadəsi haqqında məlumatlar;
29.1.10.
normativ hüquqi aktların layihələri
razılaşdırmaya və ya təsdiq olunmağa
göndərildiyi andan;
29.1.11.
normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən;
29.1.12.
ictimai funksiyaları yerinə yetirən hüquqi
şəxslərin (o cümlədən publik hüquqi
şəxslərin) fəaliyyətinə dair
hesabatlar, onların gəlirləri və xərcləri
barədə məlumatlar;
29.1.13.
dövlət büdcəsinin və icmal büdcənin
icrası barədə hesabatlar;
29.1.14.
ətraf mühitin vəziyyətinə, ətraf mühitə
ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə
və ətraf mühitə təsirin
qiymətləndirilməsinə dair məlumatlar; [16]
29.1.15.
dövlət orqanlarının və
bələdiyyələrin əmr, sərəncam və
qərarları - əmr, sərəncam və qərarlar
qüvvəyə mindiyi gündən;
29.1.16.
dövlətin ictimai əhəmiyyətli
konsepsiyalarının, inkişaf planlarının və
proqramlarının layihələri təsdiq olunmağa
təqdim edilənədək;
29.1.17.
dövlət orqanlarının və
bələdiyyələrin vakansiyaları haqqında
məlumatlar;
29.1.18.
dövlət orqanlarının və
bələdiyyələrin mal və xidmətlərinə dair
məlumatlar;
29.1.19.
dövlət orqanları və bələdiyyələr
tərəfindən təsis edilmiş və ya onların
iştirakı ilə fəaliyyət göstərən
özəl hüquqi şəxslərə dövlət
büdcəsindən verilmiş vəsaitdən və ya onlara
ayrılmış əmlakdan istifadəyə dair
məlumatlar;
29.1.20.
kütləvi tədbirlərin proqramları;
29.1.21.
dövlət orqanlarının və
bələdiyyələrin göstərdikləri
xidmətlə bağlı dəyişikliklərə dair
məlumatlar - bu dəyişikliyin edilməsinə ən geci
on gün qalanadək;
29.1.22.
dövlət və bələdiyyə orqanları
rəhbərlərinin qəbul saatları barədə
məlumatlar;
29.1.23.
dövlət və bələdiyyə
müəssisələrində qüvvədə olan
əmək haqqı dərəcələri, əməyin
ödənilməsinə dair təlimatlar, habelə
əlavə haqların ödənilməsi qaydaları və
xüsusi güzəştlər barədə məlumatlar;
29.1.24.
ictimai funksiyaları yerinə yetirən hüquqi
şəxslərin (o cümlədən publik hüquqi
şəxslərin), həmçinin, normativ
hüquqi aktlarla və ya müqavilə əsasında
təhsil, səhiyyə, mədəniyyət və sosial
sahələrdə xidmət göstərən özəl
hüquqi və fiziki şəxslərin bu funksiyaların
yerinə yetirilməsi ilə bağlı malik olduqları
informasiyalar;
29.1.25.
əmtəə bazarında hökmran mövqe tutan, xüsusi
və ya müstəsna hüquqa və yaxud təbii inhisara
malik olan hüquqi şəxslər malların və
xidmətlərin təklif edilməsi şərtlərinə
və onların qiymətlərinə, həmin
şərtlərdə və qiymətlərdə
dəyişikliklərə aid informasiyalar -
şərtlərin təklif edilməsinə və ya həmin
şərtlərdə və qiymətlərdə
dəyişiklik edilməsinə azı 30 gün
qalmış;
29.1.26.
tamamilə və ya qismən dövlət
mülkiyyətində, yaxud asılılığında olan
qeyri-kommersiya təşkilatlarına,
büdcədənkənar fondlara, həmçinin dövlətin
üzv olduğu və ya iştirak etdiyi kommersiya
birliklərinə dövlət büdcəsindən
verilmiş vəsaitdən və ya onlara ayrılmış
əmlakdan istifadəyə aid informasiyalar;
29.1.27.
əhaliyə göstərilən ictimai xidmətlər
haqqında, habelə xidmət göstərilməsi zamanı
onların qiymətlərində edilən
dəyişikliklər barədə məlumatlar - bu
dəyişikliklər edilənədək;
29.1.28.
məhkəmə aktları;
29.1.29.
qanunla nəzərdə tutulduğu həddə dövlət
reyestrləri haqqında məlumatlar;
29.1.30.
informasiya sahiblərinin reyestri;
29.1.31.
ictimai rəy sorğusunun nəticələri;
29.1.32.
informasiya sahibinin mülkiyyəti və mülkiyyət
öhdəliyi haqqında məlumatlar;
29.1.33.
dövlət sirri təşkil edən məlumatların
siyahısı;
29.1.34.
açıqlanması xüsusi qanunla, beynəlxalq
müqavilələrlə və ya onların əsasında
qəbul edilən normativ aktlarla
müəyyənləşdirilən informasiyalar, yaxud
informasiya sahibinin açıqlanmasını zəruri
saydığı digər məlumatlar.
29.2.
Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai
informasiyalar bu Qanunun 22.4-cü maddəsində
nəzərdə tutulan hallardan başqa, informasiya
sorğusunun predmeti ola bilməz.
Maddə
30. İnformasiyanın
açıqlanması üsulları
30.1.
Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai
informasiyalar İnternet informasiya ehtiyatlarında
açıqlanmalıdır. Büdcə təşkilatlarının,
dövlət adından yaradılan publik hüquqi
şəxslərin, büdcədənkənar dövlət
fondlarının, səhmlərinin (paylarının) 30 faizi
və ya daha artıq hissəsi dövlətə məxsus olan
təsərrüfat cəmiyyətlərinin illik maliyyə
fəaliyyəti haqqında məlumatlarının, o
cümlədən dövlət büdcəsindən
verilmiş vəsaitdən və ya onlara ayrılmış
əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya
ehtiyatlarında açıqlanması qaydasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir. [17]
30.2.
Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai
informasiyalar həmçinin:
30.2.1.
kütləvi informasiya vasitələrində;
30.2.2.
rəsmi nəşrlərdə;
30.2.3.
kitabxanalarda, ictimai informasiya mərkəzlərində,
kütləvi istifadənin mümkün olduğu digər
yerlərdə sənədlərlə tanış olmaq
üçün şərait yaradılması yolu ilə;
30.2.4.
qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla
açıqlana bilər.
Maddə
31. İnformasiyanın
açıqlanması üsulunun seçilməsi
31.1.
İnformasiya sahibi ictimai informasiyanı elə üsulla
açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan
hər kəsə mümkün qədər tez
çatsın.
31.2.
İctimai informasiyanın açıqlanması üsulu
xüsusi qanunla və ya beynəlxalq
müqavilələrlə nəzərdə tutulubsa, onda
ictimai informasiya açıqlanarkən həmin qanunla və ya
beynəlxalq müqavilə ilə nəzərdə tutulan
üsul tətbiq olunur. Əgər həmin vəzifə,
həmçinin, bu Qanunun 29.1-ci maddəsinin
tələblərindən irəli gəlirsə, ictimai
informasiya İnternet informasiya ehtiyatlarına da daxil edilir.
31.3.
İnformasiya sahibi insanların həyatı,
sağlamlığı və əmlakı, yaxud ətraf
mühit üçün yaranan təhlükə,
ictimaiyyət üçün mühüm əhəmiyyət
kəsb edən digər hadisələr və faktlar
barədə informasiyanı, həmin təhlükənin
qarşısını almaq və onun mümkün olan nəticələrini
azaltmaq məqsədi ilə dövri mətbuatda, teleradio
verilişlərində və İnternet informasiya
ehtiyatlarında təcili surətdə
açıqlamalıdır.
Maddə
32. İnternet informasiya
ehtiyatlarının yaradılması vəzifəsi
32.1.
Dövlət orqanları və bələdiyyələr bu
Qanunun 29.1-ci maddəsində göstərilən ictimai
informasiyaları açıqlamaq üçün İnternet
informasiya ehtiyatları yaradırlar.
32.2.
Müvafiq icra hakimiyyəti orqanları onların tabeliyində
olan dövlət orqanlarının İnternet informasiya
ehtiyatları formalaşdırmalarına şərait
yaratmalıdırlar. Bu məqsədlə sahə (korporativ),
regional və s. formada İnternet informasiya ehtiyatları
yaradıla bilər.
32.3.
Bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində
göstərilən informasiya sahibləri ictimai
informasiyaları açıqlamaq məqsədi ilə
İnternet şəbəkəsində
ayrı-ayrılıqda və ya birgə informasiya
ehtiyatları yarada bilərlər.
32.4.
Dövlət orqanlarının və
bələdiyyələrin İnternet informasiya
ehtiyatlarının yaradılması formaları və
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.
Maddə
33. İnternet informasiya
ehtiyatlarına verilən tələblər
33.1.
Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya
sahibləri:
33.1.1.
İnternet informasiya ehtiyatları ilə tanış olmaq
imkanları barədə məlumatı əks etdirən
müvafiq ünvanları və ya onlara edilən
dəyişiklikləri kütləvi informasiya
vasitələrində açıqlamaq yolu ilə
ictimaiyyətə çatdırırlar;
33.1.2.
İnternet informasiya ehtiyatlarında ən yeni və aktual
informasiyaları yerləşdirirlər;
33.1.3.
köhnəlmiş, natamam, qeyri-dəqiq və ya
çaşqınlıq yaradan informasiyaları İnternet
informasiya ehtiyatlarında yerləşdirməkdən imtina
edirlər;
33.1.4.
İnternet informasiya ehtiyatlarının etibarlı
fəaliyyətini təmin edirlər.
33.2.
İnformasiya sahibi İnternet informasiya ehtiyatlarında
sənədin yerləşdirildiyi vaxtı və digər
üsullarla açıqlanması tarixini
göstərməlidir.
33.3.
Bu Qanunun 9-cu maddəsində göstərilən informasiya
sahibləri İnternet informasiya ehtiyatlarında
yerləşdirilən ictimai informasiyaların tez və asan
əldə edilməsi üçün şərait
yaratmalıdırlar.
V fəsil
İnformasiyanın
xidməti istifadə üçün nəzərdə
tutulması
Maddə
34. İnformasiyanın
təsnifatı
34.1.
Əldə olunma növünə görə informasiya
ümumi istifadə üçün açıq və
alınması məhdudlaşdırılan informasiyalara
bölünür.
34.2.
Azərbaycan Respublikasının qanunu ilə əldə
olunması məhdudlaşdırılmayan informasiyalar
açıq informasiyalar sayılır.
34.3.
Əldə edilməsi qanunla məhdudlaşdırılan
informasiyalar hüquqi rejiminə görə məxfi və
gizli (konfidensial) olur.
34.4.
Dövlət sirri məxfi, vətəndaşların,
mülkiyyət növündən asılı olmayaraq
yaradılmış idarə, müəssisə və
təşkilatların, digər hüquqi şəxslərin
qanuni maraqlarının qorunması məqsədi ilə
əldə olunmasına məhdudiyyət qoyulan peşə
(həkim, vəkil, notariat), kommersiya, istintaq və
məhkəmə sirləri, habelə fərdi məlumatlar
konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma
(əldə olunma) növünə görə konfidensial
və açıq kateqoriyalara bölünür.[18]
Maddə
35. İnformasiyanın
xidməti istifadə üçün nəzərdə
tutulmuş hesab edilməsinin əsasları
35.1.
İnformasiya sahibi informasiyanın əldə olunmasına
məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə
üçün nəzərdə tutulmuş hesab edə
bilər.
35.2.
İnformasiya sahibi aşağıdakı informasiyaları bu
Qanunda göstərilən müddət ərzində
xidməti istifadə üçün nəzərdə
tutulmuş hesab etməlidir:
35.2.1.
cinayət işi və ya inzibati xətalar haqqında iş
üzrə toplanmış informasiya iş
məhkəməyə verilənədək və ya işin
icraatına xitam verilməsi barədə qərar qəbul
edilənədək;
35.2.2.
dövlət nəzarəti gedişində toplanan informasiya
həmin məsələ üzrə qərar qəbul
edilənədək;
35.2.3.
vaxtından əvvəl açıqlanması dövlət
siyasətinin formalaşdırılmasına, inkişafına
və müvəffəqiyyətlə başa
çatdırılmasına mane olan və ya mane ola bilən
informasiya prosesin başa çatması barədə
razılaşma əldə edilənədək;
35.2.4.
vaxtından əvvəl açıqlanması dövlət
orqanı tərəfindən testləşdirmə və ya
maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə
yaradacaq və ya təhlükə yarada biləcək
informasiya - test və ya maliyyə yoxlaması başa
çatanadək;
35.2.5.
vaxtından əvvəl açıqlanması dövlət
orqanında fikir mübadiləsini,
məsləhətləşmə prosesini pozacaq və ya poza
biləcək informasiya - son qərar qəbul
edilənədək;
35.2.6.
vaxtından əvvəl açıqlanması dövlət
orqanının iqtisadi, pul-kredit və ya maliyyə
siyasətinin həyata keçirilməsinə mənfi
təsir göstərə bilən informasiya iqtisadi, pul-kredit
və ya maliyyə fəaliyyəti ilə bağlı konkret
əməliyyat başa çatanadək;
35.2.7.
ədalət mühakiməsinin həyata
keçirilməsinə əngəl törədəcək
və ya törədə biləcək informasiya -
məhkəmə qərarı qəbul edilənədək;
35.2.8.
xarici ölkələrdən və ya beynəlxalq
təşkilatlardan daxil olan sənədlər sənədin
açıqlanması üçün qarşılıqlı
razılıq əldə edilənədək;
35.2.9.
ətraf mühit üçün təhlükə yaradacaq
və ya yarada biləcək, ətraf mühitin
komponentlərinə zərər vuracaq və ya zərər
vura biləcək informasiya - bu təhlükəni
törədən səbəblər aradan qalxanadək;
35.2.10.
açıqlanması informasiya sahibinin qanuni maraqlarına
ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən
özəl hüquqi şəxslərlə bağlanan
müqavilədə informasiyanın xidməti istifadə
üçün nəzərdə tutulması qeyd olunubsa -
texniki həllər barədə informasiya.
35.3.
İnformasiya sahibləri əsaslandırdıqları hallarda
aşağıdakı informasiyaları xidməti istifadə
üçün nəzərdə tutulmuş hesab edə
bilərlər:
35.3.1.
bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan
informasiya sahiblərinin əmr, sərəncam və
qərarlarının layihələri - əmr, sərəncam
və qərarlar qəbul edilməyə təqdim
olunanadək;
35.3.2.
bu Qanunun 9.3-cü maddəsində göstərilən
hüquqi şəxslərin bu Qanunun 9.3.1-ci və 9.3.2-ci
maddələrində nəzərdə tutulan
vəzifələrin yerinə yetirilməsinə dair
aktları və onlara aid sənədlər - bu aktlar qəbul
edilənədək və ya imzalananadək.
35.4.
Bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş
informasiyalar o halda xidməti istifadə üçün
nəzərdə tutula bilər ki, informasiyanın
yayılmasından dəyə biləcək ziyan həmin
informasiyaya olan ictimai marağı üstələsin.
Maddə
36. İnformasiyanın
xidməti istifadə üçün nəzərdə
tutulmuş hesab edilməsi qaydası
36.1.
Xidməti istifadə üçün nəzərdə tutulan
sənədlərin və (və ya) onların
saxlandığı qovluğun üzərinə
"Xidməti istifadə üçün" qeydi
yazılır. Fərdi məlumatları əks etdirən
sənədlərin və (və ya) onların
saxlandığı qovluğun üzərində
"Xidməti istifadə üçün. Fərdi
məlumatlar" qeydi aparılır.
36.2.
Hər iki halda sənədlərin və (və ya) onların
saxlandığı qovluğun üzərində
məhdudiyyətin qüvvəyə mindiyi və
qüvvədən düşdüyü tarix
göstərilməlidir.
Maddə
37. İnformasiyanın
xidməti istifadə üçün nəzərdə
tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyətlər
37.1.
Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya
sahibləri aşağıdakı informasiyaları xidməti
istifadə üçün nəzərdə tutulmuş hesab
edə bilməzlər:
37.1.1.
ictimai rəy sorğusunun nəticələri;
37.1.2.
ümumiləşdirilmiş statistik məlumatlar;
37.1.3.
iqtisadi və sosial yönümlü proqnozlar;
37.1.4.
vətəndaşların həyatı və
sağlamlığı üçün təhlükə
yaradan fövqəladə hadisələr, təbii
fəlakətlər və qəzalar barədə;
37.1.5.
ekologiyanın, səhiyyənin, demoqrafiyanın, təhsilin,
mədəniyyətin, iqtisadiyyatın, o cümlədən
nəqliyyatın və kənd
təsərrüfatının, habelə
cinayətkarlığın vəziyyəti haqqında;
37.1.6.
informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o
cümlədən vəzifələrin yerinə
yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar
barədə;
37.1.7.
dövlətin vətəndaşlara, vəzifəli
şəxslərə, mülkiyyət növündən
asılı olmayaraq hüquqi şəxslərə verdiyi
imtiyazlar, güzəştlər və kompensasiyalar
haqqında;
37.1.8.
Azərbaycan Respublikasının ali vəzifəli
şəxslərinin sağlıq durumu haqqında;
37.1.9.
dövlət hakimiyyəti orqanları və onların
vəzifəli şəxsləri tərəfindən
qanunçuluğun pozulması faktları;
37.1.10.
fərdi məlumatlar istisna olmaqla, dövlət və
bələdiyyə qulluqçularının, həmçinin ictimai
funksiyaları yerinə yetirən hüquqi (o
cümlədən publik hüquqi) və fiziki
şəxslərin işgüzar nüfuzunun
ləkələnməsi barədə; [19]
37.1.11.
dövlət orqanlarındakı və
bələdiyyələrdəki vakansiyalar haqqında;
37.1.12.
büdcə vəsaitlərindən istifadə və
ölkənin iqtisadi durumu haqqında;
37.1.13.
dövlət orqanlarında və
bələdiyyələrdə çalışan
qulluqçuların vəzifə təlimatları;
37.1.14.
dövlətin qiymətli metal və valyuta ehtiyatları
barədə;
37.1.15.
normativ hüquqi aktlar;
37.1.16.
Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının
protokolları və stenoqramları;
37.1.17.
qanuni qüvvəyə minmiş məhkəmə
qərarları;
37.1.18.
dövlət sirri təşkil edən məlumatların
siyahısı;
37.1.19.
qrantlar haqqında;
37.1.20.
informasiya sahibinin mülkiyyəti və mülkiyyət
öhdəlikləri haqqında;
37.1.21.
dövlət nəzarətinin həyata keçirilməsi
və ya intizam qaydasında qəbul edilmiş əmr,
sərəncam və qərarlar;
37.1.22.
istehlakçıların qanuni maraqlarının
müdafiəsi ilə bağlı olaraq malların və
xidmətlərin keyfiyyəti haqqında;
37.1.23.
məlumatın açıqlanması dövlətin
müdafiəsinə və təhlükəsizliyinə
xələl gətirmirsə, dövlət orqanları və
bələdiyyələr tərəfindən aparılan, yaxud
sifariş verilən tədqiqatların və təhlillərin
nəticələri barədə;
37.1.24.
ətraf mühitə, insanların sağlamlığına
təsir edən və ya təsir edə biləcək
fəaliyyət nəticəsində ətraf mühitin
komponentlərində baş verən və ya baş verə
biləcək dəyişikliklər, onların qiymətləndirilməsi,
ətraf mühitin mühafizəsi və səmərəli
istifadəsinə yönəldilmiş tədbirlər və
xərclər barədə;
37.1.25.
reyestrdə qeydə alınmayan daxili sənədlər -
təbrik məktubları, zəmanətlər, memorandumlar,
kütləvi tədbirlərin proqramları, müxtəlif
statistik hesabatlar.
37.2.
Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən hüquqi
şəxslər malların və xidmətlərin təklif
edilməsi şərtlərinə və
qiymətlərinə, həmin şərtlərdə və
qiymətlərdə dəyişikliklərə dair
informasiyaları, bu Qanunun 9.3.2-ci maddəsində
göstərilən hüquqi və fiziki şəxslər
isə dövlət və ya bələdiyyə
büdcəsindən verilmiş vəsaitdən və ya onlara
ayrılmış əmlakdan istifadəyə dair
informasiyaları xidməti istifadə üçün
məhdudlaşdıra bilməzlər.
Maddə
38. Fərdi məlumatlar
38.1.
Əldə olunmasına məhdudiyyətlər qoymaqla
fərdi məlumatları xidməti istifadə
üçün nəzərdə tutulmuş hesab etmək
olar.
38.2.
Fərdi məlumatlar şəxsi və ailə həyatına
dair məlumatların məcmusudur. Əldə olunmasına
məhdudiyyətlər qoyulan şəxsi həyata dair
məlumatlar aşağıdakılardır:
38.2.1.
qanunla müəyyənləşdirilmiş qaydada qeydə
alınan özəl hüquqi şəxslərdə,
üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları,
dini etiqadları, əqidələri və dünya
görüşlərini əks etdirən məlumatlar; [20]
38.2.2.
etnik mənşə və ya irqi mənsubiyyət haqqında
məlumatlar;
38.2.3.
cinayət işləri və ya digər hüquq
pozuntularına dair işlər üzrə icraatın
gedişində toplanmış informasiyalar açıq
məhkəmə iclasınadək və ya hüquq pozuntusuna
dair məhkəmə qərarı
çıxarılanadək, yaxud insanların
mənəviyyatı, şəxsi və ailə
həyatının müdafiəsi, yetkinlik yaşına
çatmayanın, zərərçəkənin və ya
şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin
həyata keçirilməsi üçün tələb
edilən hallarda;
38.2.3-1.
şəxsin məhkumluğu barədə məlumatlar;[21]
38.2.4.
sağlamlıq vəziyyəti haqqında məlumatlar;
38.2.5.
şəxslərin özəl xüsusiyyətləri,
qabiliyyətləri və xarakterlərinin digər cizgiləri
haqqında məlumatlar;
38.2.6.
sosial yardım və sosial xidmətlər
göstərilməsinə dair vəsatətlər
barəsində məlumatlar;
38.2.7.
ruhi və fiziki əzablara dair məlumatlar;
38.2.7-1.
şəxsə qarşı məişət
zorakılığının törədilməsinə dair
məlumatlar;[22]
38.2.8.
vergi ödənişləri üzrə borclar istisna olmaqla,
vergitutma ilə əlaqədar məlumatlar;
38.2.9.
maliyyə əməliyyatları barədə məlumatlar.[23]
38.3.
Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə
həyatına dair məlumatlar
aşağıdakılardır:
38.3.1.
cinsi həyat haqqında məlumatlar;
38.3.2.
vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatı haqqında məlumatlar;
38.3.3.
ailə həyatının ayrı-ayrı məqamları
haqqında məlumatlar;
38.3.4.
övladlığa götürmə ilə bağlı
məlumatlar.
38.4.
Bu maddədə göstərilən fərdi məlumatlar
alındığı və ya sənədləşdirildiyi
gündən onların əldə olunmasına
məhdudiyyətlər qoyulur.[24]
38.5.
İnformasiya sahibi aşağıdakı hallar istisna olmaqla,
fiziki şəxslərin sorğuları əsasında
onları özləri barəsindəki fərdi məlumatla
tanış etməyə borcludur:
38.5.1.
yetkinlik yaşına çatmayan şəxsin informasiya
ilə tanış olması onun mənşəyi haqqında
sirri pozursa;
38.5.2.
informasiyanın əldə olunması cinayətin
qarşısını almağa, cinayətkarı tutmağa
və ya cinayət işində həqiqəti
müəyyənləşdirməyə mane olarsa;
38.5.3.
digər insanların hüquq və azadlıqlarının
müdafiəsi informasiyanın açıqlanmamasını
tələb edirsə;
38.5.4.
informasiya dövlət təhlükəsizliyi naminə
toplanıbsa.
38.6.
Aşağıdakı şəxslər bu maddədə
göstərilən fərdi məlumatlarla tanış olmaq
və ya onu əldə etmək hüququna malikdirlər:
38.6.1.
valideynlər və ya qəyyumlar - yetkinlik yaşına
çatmayanlar haqqında məlumatlarla;
38.6.2.
qəyyumlar - fiziki cəhətdən qüsurlu
şəxslər barədə məlumatlarla;
38.6.3.
dövlət və bələdiyyə qulluqçuları
xidməti vəzifələrinin yerinə yetirilməsi ilə
bağlı məlumatlarla;
38.6.4.
fərdi məlumatlarla işləməyə icazə alanlar -
yalnız bu icazədə göstərilən məlumatlarla;
38.6.5.
normativ hüquqi aktlarla və ya müqavilə əsasında
təhsil, mədəniyyət, səhiyyə və sosial
sahələrdə xidmət göstərən özəl
hüquqi şəxslərin işçiləri və
sahibkarlar yalnız bu xidmətlərin göstərilməsi
üçün zəruri olan həddə informasiyalarla;
38.6.6.
fiziki şəxslər - özləri barəsindəki
informasiyalarla;
38.7.
İnformasiya sahibi fərdi məlumatları əldə
edən şəxslərin qeydiyyatını aparmalı,
həmin qeydiyyatda informasiya ilə tanışlığın
və ya onu əldə etmənin məqsədi, vaxtı
və üsulu göstərilməlidir.
Maddə
39. Xidməti istifadə
üçün nəzərdə tutulan informasiyanın
əldə olunması
39.1.
İnformasiya sahibi ictimaiyyətdə maraq doğuran hüquq
pozuntusu və ya bədbəxt hadisələrlə
bağlı informasiyanı nəticə tam
aydınlaşdırılana qədər elə həddə
açıqlamalıdır ki, təhqiqatın
aparılmasına və ya bədbəxt hadisənin
səbəblərinin aydınlaşdırılmasına mane
olmasın.
39.2.
Bu cür informasiyanın açıqlanma həddinə dair
qərar təhqiqatı aparan və ya nəzarəti
təşkil edən, yaxud bədbəxt hadisənin
səbəblərini aydınlaşdıran vəzifəli
şəxs tərəfindən qəbul edilir.
39.3.
Bu Qanunun 37-ci maddəsində göstərilən informasiya
əldə olunması məhdudlaşdırılan
informasiyanın tərkib hissəsinə daxildirsə, o zaman
sənədin yalnız əldə olunması
məhdudlaşdırılmayan hissəsi
açıqlanır.
39.4.
Dövlət və bələdiyyə qulluqçuları
xidməti vəzifələrini yerinə yetirmələri
ilə əlaqədar xidməti istifadə üçün
nəzərdə tutulmuş sənədlərlə
işləmək hüququna malikdirlər.
39.5.
İnformasiya sahibinin rəhbəri kənar
şəxslərə xidməti istifadə üçün
nəzərdə tutulan informasiya ilə
işləməyə icazə verə bilər, bu
şərtlə ki, həmin informasiya dövlət
orqanlarının və bələdiyyələrin
maraqlarına ziyan vurmasın.
Maddə
40. İnformasiyanın
əldə olunması üzərində məhdudiyyətin
müddətləri
40.1.
Xidməti istifadə üçün nəzərdə tutulan
informasiyaların əldə olunmasına qoyulan
məhdudiyyət bu məhdudiyyəti doğuran
səbəblər aradan qalxdıqda, lakin 5 ildən gec olmayan
müddətdə götürülür.
40.2.
Fərdi məlumatların əldə olunmasına qoyulan
məhdudiyyət həmin informasiya alınan və ya sənədləşdirilən
gündən 75 il müddətinədək və ya
şəxsin vəfatından sonra 30 il
müddətinədək və ya ölüm faktı
müəyyənləşdirilməyibsə, həmin
şəxsin doğum tarixindən 110 il
müddətinədək qüvvədədir.
40.3.
İnformasiyanın əldə olunmasına qoyulan
məhdudiyyətin qüvvədən düşmüş
hesab edilməsi informasiyanın daşıyıcısında
və reyestrdə qeyd olunur.
Maddə
41. Xidməti istifadə
üçün nəzərdə tutulan informasiyanın
qorunması
41.1.
İnformasiya sahibi xidməti istifadə üçün
nəzərdə tutulan informasiyanın qorunması
üçün inzibati və texniki tədbirlər
görür.
41.2.
Əldə olunması məhdudlaşdırılan informasiya
İnternet informasiya ehtiyatlarına daxil edilibsə, bu zaman onun
əldə olunmasını mümkünsüz edən
tədbirlər görülməlidir.
VI fəsil
Qanunun
icrasına nəzarət
Maddə 42. Qanunun icrasına nəzarət
42.1. Bu Qanunun
icrasına nəzarəti:
42.1.1. informasiya
sahibinin rəhbəri - xidməti qaydada, yuxarı orqan -
tabeçilik əsasında;
42.1.2.
Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) – “Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu
ilə müəyyənləşdirilmiş qaydada həyata
keçirir.[25]
Maddə 43. İnformasiya
Məsələləri üzrə müvəkkilə aid
tələblər
43.1. İnformasiya
Məsələləri üzrə müvəkkil (bundan sonra
- Müvəkkil) müvafiq icra hakimiyyəti orqanının
təqdim etdiyi 3 namizəd arasından Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən seçilir.
43.2. Ali
təhsilli, informasiya sahəsində təcrübəyə
və yüksək əxlaqi keyfiyyətlərə malik
Azərbaycan Respublikasının vətəndaşı
Müvəkkil seçilə bilər.
43.3.
Aşağıdakı şəxslər Müvəkkil
seçilə bilməzlər:
43.3.1. elmi, pedoqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
başqa ödənişli vəzifələrdə
çalışan, başqa dövlətin
qarşısında öhdəliyi olan şəxslər;
43.3.2.
qanunvericiliklə müəyyən edilmiş qaydada
məhkumluğu ödənilməmiş və ya
məhkumluğu götürülməmiş
şəxslər;
43.3.3.
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud
fəaliyyət qabiliyyətli olması məhkəmə
tərəfindən təsdiq olunan şəxslər.
43.4.
Müvəkkil siyasi fəaliyyətlə məşğul ola,
heç bir siyasi partiyanı təmsil edə, heç bir
qeyri-hökumət təşkilatının rəhbər
orqanlarında vəzifə tuta bilməz.
43.5.
Müvəkkil vəzifəyə seçildiyi gündən
sonrakı 7 gün ərzində statusuna uyğun olmayan
vəzifəni dayandırmalıdır.
43.6.
Müvəkkilin səlahiyyət müddəti 5 ildir.
43.7.
Müvəkkil bu vəzifəyə dalbadal 2 dəfədən
artıq seçilə bilməz.
Maddə 44. Müvəkkilin statusu və
Müvəkkil aparatının yaradılması
44.1.
Müvəkkil bu Qanunun icrasına nəzarəti həyata
keçirmək məqsədi ilə öz aparatını
yaradır.
44.2.
Müvəkkilin aparatı hüquqi şəxsdir və
dövlət büdcəsindən maliyyələşir.
44.3.
Müvəkkilin aparatının strukturu, ştat
cədvəli və əmək haqqısı Müvəkkil
tərəfindən müəyyənləşdirilir.
44.4.
Müvəkkilin aparatı üzərində Azərbaycan
Respublikasının Dövlət gerbi təsvir olunmuş
möhürə, blanka və bank hesablarına malikdir.
44.5. Aparat
Müvəkkil tərəfindən təsdiq olunan
"İnformasiya Məsələləri üzrə
Müvəkkilin aparatı haqqında" Əsasnaməyə
uyğun olaraq fəaliyyət göstərir.
Maddə 45. Müvəkkilin
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi
45.1.
Müvəkkilin səlahiyyətlərinə Azərbaycan
Respublikası Milli Məclisinin təşəbbüsü
ilə və ya müvafiq icra hakimiyyəti orqanının
təqdimatı əsasında Azərbaycan Respublikası Milli
Məclisinin qərarı ilə aşağıdakı
hallarda xitam verilir:
45.1.1.
Müvəkkilə aid bu Qanunla müəyyən edilmiş
tələblər pozulduqda;
45.1.2.
Müvəkkil öz səlahiyyətlərini icra etmək
qabiliyyətini itirdikdə;
45.2. Azərbaycan
Respublikası Milli Məclisinin iclasında
aşağıdakı hallar elan edildikdə Azərbaycan
Respublikası Milli Məclisinin sədri öz
sərəncamı ilə Müvəkkilin
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verir:
45.2.1. Müvəkkil vəfat
etdikdə;
45.2.2. Müvəkkilin
barəsində məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü olduqda;
45.2.3. Müvəkkil
vəzifəsindən könüllü şəkildə
yazılı istefa verdikdə.
45.6. Müvəkkilin
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verildikdə müvafiq icra hakimiyyəti orqanı 30 gün
müddətində Azərbaycan Respublikasının Milli Məclisinə
yeni Müvəkkilin seçilməsi üçün
üç şəxsin namizədliyini təqdim edir.
Azərbaycan Respublikasının Milli Məclisi 15 gün
müddətində Müvəkkilin seçilməsi ilə
bağlı müvafiq qərar qəbul edir.
Maddə 46. Müvəkkilin səlahiyyətləri
46.1. Müvəkkil informasiya
sahiblərinin bu Qanunun tələblərindən irəli
gələn vəzifələri yerinə yetirmələri
üzərində nəzarəti həyata keçirir.
46.2. Müvəkkil
şikayət əsasında və ya şəxsi
təşəbbüs qaydasında nəzarət icraatı
qaldıra bilər.
46.3. Müvəkkil
nəzarəti həyata keçirərkən
aşağıdakıları aydınlaşdırır:
46.3.1. informasiya sorğusu bu
Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata
alınıbmı;
46.3.2. informasiya sorğusu bu
Qanunla nəzərdə tutulmuş qaydada, müddətdə
və üsulla təmin edilibmi;
46.3.3. informasiya sorğusunun
icrasından imtina bu Qanunun tələblərinə
uyğundurmu;
46.3.4. informasiyanın
əldə olunmasına qoyulan məhdudiyyət bu Qanunla
nəzərdə tutulmuş qaydada
müəyyənləşdirilibmi;
46.3.5. informasiya sahibi ictimai
informasiyanı açıqlamaq vəzifəsini yerinə
yetirirmi;
46.3.6. informasiya sahibi
tərəfindən İnternet informasiya ehtiyatlarının
yaradılması bu Qanunun tələblərinə cavab verirmi.
Maddə 47. Müvəkkilin vəzifələri
47.1. Müvəkkil:
47.1.1. bu Qanunun
müddəalarını ictimaiyyətə
çatdırır, informasiya əldə edilməsi ilə
bağlı vətəndaşlara hüquqi yardım
göstərir;
47.1.2. informasiya
sahiblərinə informasiya xidmətlərinin
təkmilləşdirilməsi barədə təkliflər
verir;
47.1.3. informasiyanın
əldə olunmasını daha səmərəli təmin
etmək məqsədi ilə informasiya sahibləri ilə
sıx əməkdaşlıq edir, bu sahədə çalışan
kadrların peşəkarlığını artırmaq
üçün müxtəlif maarifləndirici
tədbirlər həyata keçirir;
47.1.4. daxil olmuş
müraciətləri, ərizə və şikayətləri
araşdırır, müvafiq göstərişlər verir;
47.1.5. informasiya əldə
etmək üçün verilən sorğunun nümunəvi
formasını hazırlayır;
47.1.6. bu Qanunun
tələblərindən irəli gələn digər
vəzifələri yerinə yetirir.
47.2. Müvəkkil
nəzarətin nəticələri barədə
şikayət verən şəxsə, informasiya sahibinə
və ya informasiya sahibinin tabe olduğu yuxarı orqana
məlumat verir.
47.3. Nəzarətin nəticələri,
həmçinin, Müvəkkilin İnternet informasiya
ehtiyatlarında açıqlanır.
Maddə 48. Müvəkkilin hüquqları
48.1. Müvəkkilin
hüquqları aşağıdakılardır:
48.1.1. informasiya sahibindən
hesabatlar, izahatlar və sənədlər tələb
etmək;
48.1.2. informasiya sahibinin daxili
istifadə üçün nəzərdə tutulmuş hesab
etdiyi sənədlərlə tanış olmaq;
48.1.3. bu Qanunun
tələblərinin pozulması ilə bağlı inzibati
hüquq pozuntularına dair materialları informasiya sahibinin tabe
olduğu yuxarı orqana və ya məhkəməyə
göndərmək.
Maddə 49. İnformasiya sorğusunun icrasından imtina
edilməsi və ya lazımınca icra olunmaması barədə
şikayət
49.1. Sorğuçu sorğunun icrasından imtina
edilməsi, yaxud lazımınca icra olunmaması barədə
məhkəməyə və ya Müvəkkilə şikayət etmək hüququna
malikdir.
49.2. Müvəkkilə göndərilən
şikayətdə aşağıdakılar göstərilir:
49.2.1.şikayət ərizəsi ilə
müraciət edən şəxsin adı və soyadı;
49.2.2.poçt ünvanı və ya digər
əlaqə məlumatları;
49.2.3.informasiya sahibinə təqdim edilən
informasiya sorğusunun
məzmunu;
49.2.4.informasiya sorğusu barədə informasiya
sahibinin yol verdiyi nöqsanlar barədə ətraflı
məlumat;
49.2.5.sorğuçunun informasiya sahibinin qeyri-qanuni
fəaliyyətini
təsdiqləyən dəlilləri.
49.3.
Əgər şikayət ərizəsi ilə müraciət
edənin fikrincə informasiya
sahibi sorğunun icrasından qeyri-qanuni imtina etmişsə, yaxud qeyri-dəqiq və natamam
informasiya təqdim etmişsə, bu halda şikayət
ərizəsinə yazılı cavabın, yaxud qeyri-dəqiq və ya natamam hesab edilən
sənədin surəti də əlavə edilməlidir.
Maddə 50.
Şikayət ərizəsinə baxılması
50.1. Müvəkkil şikayət ərizəsi
daxil olduğu tarixdən sonrakı 10
iş günü ərzində şikayəti
araşdırır, bununla bağlı informasiya sahibinin fəaliyyətinin qanuniliyini
yoxlayır və şikayətçiyə cavab verir.
50.2. Əgər şikayət ərizəsi
dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq
üçün əlavə izahatlar və sənədlər
toplamaq lazımdırsa,
Müvəkkil, bu barədə şikayətçiyə
yazılı məlumat verməklə,
şikayətə baxılması müddətini əlavə
olaraq 10 iş günü də
uzada bilər.
Maddə 51.
Şikayətin təmin edilməsindən imtina
51.1. Müvəkkil aşağıdakı hallarda
şikayəti təmin etməkdən imtina edir:
51.1.1. şikayət ərizəsi anonimdirsə;
51.1.2. şikayət konkret informasiya sahibinin
fəaliyyəti barədə deyilsə;
51.1.3. şikayət təkrar, əsassız və
qərəzlidirsə;
51.1.4. bu iş üzrə məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı varsa;
51.1.5.ərizəçi informasiya sahibinin
şikayəti aradan qaldırmaq
üçün yaratdığı imkanlardan kifayət
qədər səmərəli istifadə etməyibsə.
51.2. Bu Qanunun 51.1.1-ci maddəsində
göstərilən hallar istisna
olmaqla, şikayət ərizəsi ilə müraciət
edənə imtina barədə
əsaslandırılmış cavab verilir.
Maddə 52. Müvəkkilin
göstərişləri
52.1.
Nəzarət qaydasında araşdırma
zamanı Müvəkkil informasiya sahibinə aşağıdakı
hallar üzrə müvafiq göstərişlər verə bilər:
52.1.1.informasiya sorğusunu yerinə
yetirməkdən qeyri-qanuni imtina
edildikdə;
52.1.2.informasiya sorğusu bu Qanunla
nəzərdə tutulmuş müddətdə
icra olunmadıqda;
52.1.3.informasiya sorğusunu lazımi
şəkildə təmin etmədikdə;
52.1.4.açıqlanması bu Qanunla
nəzərdə tutulan ictimai informasiyanı
açıqlamadıqda və ya lazımi şəkildə
açıqlamadıqda;
52.1.5. İnternet informasiya ehtiyatlan
yaradılmadıqda və ya
lazımi səviyyədə yaradılmadıqda;
52.1.6. həqiqətə uyğun olmayan,
qeyri-dəqiq və natamam informasiya verdikdə və
sorğuçunun bununla bağlı təkrar
müraciətinə əmə! etmədikdə;
52.1.7. informasiyanın əldə olunmasına
qeyri-qanuni məhdudiyyətlər
qoyduqda;
52.1.8. əldə olunması bu Qanunla
məhdudlaşdırılan informasiyanı
açıqladıqda.
52.2. Müvəkkilin
göstərişləri bu Qanunda nəzərdə tutulan hallara uyğun olmalı,
Müvəkkilin səlahiyyət həddini aşmamalı, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun şəkildə əsaslandırılmalıdır.
Maddə 53. Müvəkkilin
göstərişlərinin icrası
53.1. İnformasİya sahibi Müvəkkilin
göstərişlərini aldıqdan sonra 5 iş günü ərzində onun
icrası üçün tədbirlər görür və
bu barədə Müvəkkilə
yazılı şəkildə məlumat verir,
53.2 Müvəkkil
informasiya sahibindən aldığı məlumatı
özünün İnternet
informasiya ehtiyatlarında açıqlayır.
53.3. İnformasiya sahibi
Müvəkkilin göstərişlərindən məhkəməyə şikayət vermək
hüququna malikdir.
Maddə 54. Müvəkkilin xidməti qaydada
nəzarətin təşkilinə
dair vəsatəti
54.1. Əgər informasiya sahibi Müvəkkilin göstərişlərini
icra etmirsə, o zaman
Müvəkkil xidməti qaydada nəzarətin təşkil edilməsi barədə informasiya sahibinin tabe
olduğu yuxarı orqan qarşısında
vəsatət qaldırır, yaxud toplanmış
sənədləri məhkəməyə
göndərir.
54.2. Xidməti nəzarəti həyata
keçirən yuxarı orqan vəsatəti aldıqdan sonra 15
iş günü ərzində ona baxmalı və
nəzarətin nəticələri barədə Müvəkkilə
məlumat verməlidir.
Maddə 55. Müvəkkilin qanunun İcrası
barədə hesabatı
55.1. Müvəkkil hər cari ildən sonra
ən geci üç ay ərzində Azərbaycan
Respublikasının Milli Məclisinə hesabat təqdim edir.
55.2. Müvəkkilin hesabatında İl
ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi,
o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə,
ərizə və şikayətlərə,
göstərişlərə,
xidməti nəzarət qaydasında aparılmış
işlərə, görülmüş tədbirlərə, qanunun tətbiqi ilə
bağlı digər hallara dair məlumatlar, habelə
Müvəkkilin rəy və təklifləri öz əksini
tapır.
55.3. Hesabat müvafiq icra hakimiyyəti orqanına,
Azərbaycan
Respublikasının Ali Məhkəməsİnə və
Azərbaycan Respublikasının
Baş Prokuroruna göndərilir.
55.4. Hesabat
Müvəkkilin İnternet informasiya ehtiyatlarında
açıqlanır və "Azərbaycan"
qəzetində dərc olunur.
[26]
VII
fəsil
Keçid müddəaları
Maddə 56. İnternet
informasiya ehtiyatlarının yaradılması
müddəti
56.1.
Dövlət orqanları bu Qanunun 29.1-ci
maddəsində göstərilən ictimai informasiyaları
açıqlamaq üçün ən qısa zamanda,
lakin bu Qanun dərc olunduqdan sonra 1 ildən gec olmayaraq
öz İnternet informasiya ehtiyatlarını yaradırlar,
bələdiyyələr isə bu Qanunun 29.1-ci
maddəsində göstərilən ictimai informasiyalan
açıqlamaq üçün mümkün qədər
qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra 3 ildən gec
olmayaraq öz İnternet informasiya
ehtiyatlarını formalaşdıra bilərlər.
56.2.
Müvafiq icra
hakimiyyətİ orqanları tabeçiliklərində olan
dövlət orqanlarının öz İnternet informasiya
ehtiyatlarını formalaşdırmaları üçün
ən qısa zamanda, lakin bu Qanun dərc olunduqdan sonra
2 ildən gec olmayaraq
şərait yaratmalıdırlar.
56.3.
İctimaİ funksiyaları yerinə yetirən hüquqi
şəxslər (o
cümlədən publik hüquqi şəxslər), həmçinin
normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil,
səhiyyə, mədəniyyət və sosial sahələrdə
xidmət göstərən özəl hüquqi
şəxslər və fiziki şəxslər, bu Qanunun
9.3-cü maddəsində nəzərdə tutulan
informasiya sahibləri öz İnternet informasiya
ehtiyatlarını mümkün qədər qısa zamanda,
lakin bu Qanun dərc olunduqdan sonra 2 ildən gec
olmayaraq yaradırlar.
56.4.
İnformasiya sahibləri malik olduqları,
fəaliyyət nəticəsində yaratdıqları və
ya əldə etdikləri ictimai informasiyalan bu Qanunun 56.1-ci,
56.2-ci və 56.3-cü maddələri qüvvəyə
minənədək, qanunvericiliklə
nəzərdə tutulmuş digər üsullarla
açıqlayır və ya informasiya sorğusu
əsasında təqdim edirlər.
Maddə 57.
Müvəkkilin seçilməsi müddəti
57.1.
Müvəkkil bu Qanun
qüvvəyə mindikdən sonra, ən geci
6 ay ərzində seçilir.
57.2.
Bu Qanunun 26.4-cü
maddəsindən irəli gələn tələblər
Müvəkkil seçildikdən sonrakı 3 ay ərzində
yerinə yetirilməlidir. İnformasiya sahibləri bu Qanunun
57.2-ci maddəsinin tələbləri
qüvvəyə minənədək daxili icraat qaydasında
informasiya xidmətləri göstərirlər.
57.3. Bu
Qanunun 55-ci maddəsinin qüvvəsi Müvəkkilin seçildiyi
İldən sonrakı il tətbiq olunur. [27]
Maddə 58. Qanunun
qüvvəyə minməsi
58.1.
Bu Qanunun 8.1-ci, 8.3-cü, 10.2-ci, 11.1-ci, 12.2-ci,12.7-ci və
32.4-cü maddələrindən irəli gələn
tələblər bu Qanun dərc edildiyi gündən
sonrakı 3 ay ərzində həyata keçirilir.
58.2.
Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2005-ci il
¹ 1024-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
756)
2.
12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, ¹ 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
172)
3.
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
171)
4.
30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162)
5.
24 iyun 2011-ci il tarixli 178-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2011-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə
617)
6.
20 aprel 2012-ci il tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405)
7.
12 iyun 2012-ci il tarixli 384-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyul 2012-ci il, ¹ 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə
653)
8.
16 dekabr 2014-cü il tarixli 1140-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
5 fevral 2015-ci il, ¹ 027,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
2, maddə 81)
9.
20 oktyabr 2015-ci il tarixli 1398-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
3 noyabr 2015-ci il, ¹ 241, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1291)
10.
14 iyun 2016-cı
il tarixli 281-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
25 iyun 2016-cı il, ¹ 136,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 6, maddə 1009)
11.
1 fevral 2017-ci il tarixli 507-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
11 mart 2017-ci il, ¹ 54,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 329)
12.
29 iyun 2018-ci il tarixli 1203-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
14 iyul 2018-ci il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab,
maddə 1419)
13.
9 aprel 2019-cu il
tarixli 1563-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel
2019-cu il, ¹ 87,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 599)
14.
3 may 2019-cu il
tarixli 1580-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 6, maddə 989)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 12 iyun 2012-ci il
tarixli 384-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyul 2012-ci il, ¹ 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə
653) ilə 2.4-1-ci maddə əlavə edilmişdir.
20 oktyabr 2015-ci il
tarixli 1398-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 3 noyabr
2015-ci il, ¹ 241, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 11, maddə 1291) ilə
2.4-1-ci
maddəsinə “qərəzsizliyinin”
sözündən sonra “,
cinayət işləri üzrə ibtidai
araşdırmanın normal gedişinin” sözləri
əlavə edilmişdir.
[2] 14 iyun 2016-cı il tarixli 281-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun
2016-cı il, ¹ 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1009)
ilə 4.2.3-cü maddəsində “Vətəndaşların
müraciətlərinə baxılması qaydası”
sözləri “Vətəndaşların
müraciətləri” sözləri ilə əvəz
edilmişdir.
[3] 12 iyun 2012-ci il
tarixli 384-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyul 2012-ci il, ¹ 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə
653) ilə 6.1.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
6.1.6. informasiya
təqdim olunarkən insanların, cəmiyyətin və
dövlətin təhlükəsizliyinin qorunması;
[4] 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
171) ilə 6.0.-6.0.11-ci maddələr müvafiq olaraq
6.1.-6.1.11-ci maddələr hesab edilmişdir və 6.2-ci
maddə əlavə edilmişdir.
[5] 30 dekabr 2010-cu il
tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə
8.3-cü maddədə “bu
Qanunun” sözlərindən sonra “və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun”
sözləri əlavə edilmişdir.
[6] 1 fevral 2017-ci il
tarixli 507-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 11 mart
2017-ci il, ¹ 54, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
329) ilə 9.1.2-ci
və 56.3-cü maddələrə (birinci halda) “şəxslər”
sözündən sonra “(o
cümlədən publik hüquqi şəxslər)”
sözləri əlavə edilmişdir.
[7] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 10.5.4-cü
maddə ləğv edilmişdir.
[8] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 10.6-cı
maddə ləğv edilmişdir.
[9] 9 aprel 2019-cu il tarixli 1563-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 aprel 2019-cu il, ¹ 87,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 599) ilə 12.4-cü
maddəsinə “Mühasibat”
sözündən sonra “uçotu”
sözü əlavə edilmişdir.
[10] 30 dekabr 2010-cu il
tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə
15.3-cü maddəyə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[11] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 21.3-cü maddədə “edilməli, həmçinin burada sorğuçunun
cavabdan məhkəməyə şikayət etmək
hüququnun olduğu öz əksini tapmalıdır”
sözləri “edilməlidir”
sözü ilə əvəz edilmişdir.
[12] 16 iyun
2007-ci il tarixli 389-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 756) ilə 24.3-cü maddəsində
“bayram” sözündən əvvəl “iş günü hesab
edilməyən” sözləri əlavə edilsin.
1 fevral 2010-cu il tarixli
951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 171) ilə 24.3-cü maddəsində “iş
günü hesab edilməyən bayram və istirahət
günləri” sözləri “istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü”
sözləri ilə əvəz edilmişdir.
[13] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 26.4-cü
maddədə “İnformasiya
məsələləri üzrə Müvəkkillə
razılaşdırmaq şərti ilə” sözləri “Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
ilə razılaşdırmaqla” sözləri ilə
əvəz edilmişdir.
[14] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə yeni məzmunda 27-1-ci maddə
əlavə edilmişdir.
[15] 1 fevral 2017-ci il
tarixli 507-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 11 mart
2017-ci il, ¹ 54, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
329) ilə 9.1.2-ci
və 56.3-cü maddələrə (birinci halda) “şəxslər”
sözündən sonra “(o
cümlədən publik hüquqi şəxslər)”
sözləri əlavə edilmişdir.
[16] 3 may 2019-cu il tarixli 1580-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
989)
ilə 29.1.14-cü maddədə “və təhlükəli ekoloji
təsirlərə” sözləri “, təhlükəli ekoloji təsirlərə və
ətraf mühitə təsirin
qiymətləndirilməsinə” sözləri ilə
əvəz edilmişdir.
[17] 29 iyun 2018-ci il
tarixli 1203-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul
2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1419) ilə 30.1-ci maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[18] 30 dekabr 2010-cu il
tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə
34.4-cü maddədən “,
habelə fərdi məlumatlar” sözləri
çıxarılmışdır və həmin
maddəyə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[19] 1 fevral 2017-ci il
tarixli 507-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 11 mart
2017-ci il, ¹ 54, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
329) ilə 37.1.10-cu
maddədə “o
cümlədən ictimai funksiyaları yerinə yetirən
hüquqi” sözləri “həmçinin
ictimai funksiyaları yerinə yetirən hüquqi (o
cümlədən publik hüquqi)” sözləri ilə
əvəz edilmişdir.
[20] 30 dekabr 2010-cu il
tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə
38.2.1-ci maddədə “dini
etiqadları” sözlərindən sonra “, əqidələri” sözü əlavə
edilmişdir.
[21] 30 dekabr 2010-cu il
tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə yeni
məzmunda 38.2.3-1-ci maddə əlavə edilmişdir.
[22] 24 iyun 2011-ci il tarixli 178-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2011-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə
617) ilə yeni məzmunda 38.2.7-1-ci
maddə əlavə edilmişdir.
[23] 16
dekabr 2014-cü il tarixli 1140-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 fevral
2015-ci il, ¹ 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
81) ilə
38.2.8-ci maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 38.2.9-cu maddə əlavə
edilmişdir.
[24] 30 dekabr 2010-cu il
tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə 38.4-cü maddədə “Fərdi məlumatlar”
sözləri “Bu maddədə
göstərilən fərdi
məlumatlar” sözləri ilə əvəz edilmişdir.
[25] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 42.1.2-ci
maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
42.1.2. İnformasiya
Məsələləri üzrə müvəkkil - bu Qanunla
müəyyənləşdirilmiş qaydada həyata
keçirir.
[26] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 43-55-ci
maddələr ləğv edilmişdir.
[27] 20 aprel 2012-ci il
tarixli 323-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
405) ilə 57-ci maddə
ləğv edilmişdir.