|
|
|
|
|
|
Uşaqlı
ailələrə müavinətlərin təyin edilməsi və
ödənilməsi qaydaları haqqında
TƏLİMAT[1]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu
Təlimat Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında” 04 avqust 2003-cü il tarixli 908
nömrəli Fərmanına, Azərbaycan Respublikası
Prezidentinin “Bəzi kateqoriyadan olan vətəndaşlara təyin
edilən aylıq və birdəfəlik müavinətlərin
məbləği barədə” 1999-cu il 08 noyabr tarixli 201
nömrəli Fərmanına,
“Aztəminatlı ailələrə verilən müavinətlərin
artırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 22 may
1996-cı il tarixli 315 nömrəli Sərəncamına, “Aztəminatlı
ailələrə verilən müavinətlərin
artırılması haqqında Azərbaycan Respublikası
Prezidentinin 22 may 1996-cı il tarixli 315 nömrəli Sərəncamına
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1997-ci il tarixli
468 nömrəli Sərəncamına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Yetim və
valideyn himayəsindən məhrum uşaqları qəyyumluğa
(himayəyə) götürmüş şəxslərə
pul müavinəti ödənilməsi barədə” 02 fevral
1995-ci il tarixli 22 nömrəli Qərarına əsasən hazırlanmışdır və
uşaqlı ailələrə müavinətlərin təyin
edilməsi və ödənilməsi
qaydalarını müəyyən edir.
2.
MÜAVİNƏTLƏRİN NÖVLƏRİ VƏ MƏBLƏĞİ
2.1
Uşaqlı ailələrə
qanunvericiliklə aşağıdakı müavinətlər
təyin edilir:
2.1.1.
Valideynlərdən biri və yaxud hər ikisi şəhid
olmuş ailədə hər bir uşağın 16
yaşı (şagirdlər üçün 18 yaş) tamam
olanadək onların hər birinə 35 min manat məbləğində
aylıq müavinət;
2.1.2.
Çernobıl Atom Elektrik Stansiyasının qəzası nəticəsində
I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin
uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin
aradan qaldırılmasında iştirak etmiş şəxslərin
dispanser qeydiyyatında olan uşaqlarının hər birinə
25 min manat məbləğində aylıq müavinət;
2.1.3.
Ailədə adambaşına düşən orta aylıq gəlirin
16500 manatdan az olduğu hallarda uşaq doğulduğu aydan
başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər
18 yaşınadək) verilən 9000 manat məbləğində
aylıq müavinət;
2.1.4.
Uşağın valideyni müddətli həqiqi hərbi xidmətdə
olduğu dövrdə 12500 manat məbləğində
aylıq müavinət;
2.1.5.
Müharibə əlillərinin və 20 yanvar hadisələri
zamanı əlil olanların uşaqlarına 20000 manat məbləğində
aylıq müavinət;
2.1.6.
Yetim və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına (himayəçilərinə)şərti
maliyyə vahidinin bir misli məbləğində təyin
olunan aylıq müavinət;
2.1.7.
Uşaq doğularkən 70 min manat məbləğində birdəfəlik
müavinət.
2.2. Əmək
haqqına yüksək dağlıq yerlərində
yaşamağa görə əmsalların
hesablandığı yerlərdə yaşayan ailələrə
bütün növ aylıq müavinətlərin məbləği
yüksəkliyə görə əmsallar tətbiq olunmaqla
müəyyən edilir.
3.
MÜAVİNƏTLƏRİN TƏYİN OLUNMASI QAYDALARI VƏ
MÜDDƏTLƏRİ
3.1. Bu
Təlimatın 2.1.1., 2.1.2., 2.1.4., 2.1.5., 2.1.6., 2.1.7. yarımbəndlərində
göstərilən müavinətlər
ailənin gəlirindən
asılı olmayaraq təyin edilir.
3.2. Bu
Təlimatın 2.1.3 yarımbəndi üzrə müavinət almaq hüququ işləyənlər
ücün ailənin müavinət üçün
müraciət edilən aydan əvvəlki altı ayın, kəndli
(fermer) təsərrüfatında və mövsümi işlərdə
çalışanlar və işləməyənlər
üçün müraciət edilən ildən əvvəlki
ilin gəliri üzrə müəyyən edilir.
Bu
növ müavinətlərin təyin olunması
üçün ailədə adambaşına düşən
orta aylıq gəlir 16500 manatdan artıq olmamalıdır.
Yüksəkliyə görə əmsalların
hesablandığı yerlərdə yaşayan ailələrdəki
uşaqların müavinət hüququ müəyyən edilərkən
bu məbləğ yüksəkliyə görə əmsallar
tətbiq olunmaqla müəyyən olunur.
3.3.
Alimentdən könüllü imtina etmiş şəxslərin
uşaqlarına müavinət hüququ ümumi əsaslarla
ailənin gəliri üzrə müəyyən edilir.
3.4.
Adambaşına düşən aylıq gəliri 16500 manatdan
çox olmayan ailələrin uşaqlarına müavinət
uşağın 16 yaşı (təqaüd almayan məktəblilər
18 yaşı ) tamam olan aydan artıq olmamaqla işləyənlər
üçün (kəndli (fermer) təsərrüfatında
və mövsümi işlərdə çalışanlar
istisna olmaqla) altı aylıq, kəndli (fermer) təsərrüfatında
və mövsümi işlərdə çalışanlar və
işləməyənlər üçün isə illik təyin
edilir.
Şəhid
ailələrinin, 20 yanvar hadisələri zamanı
əlil olanların, müharibə əlillərinin,
müddətli hərbi xidmət
qulluqçularının,
ÇAES qəzası nəticəsində
I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin
uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin
aradan qaldırılmasında iştirak etmiş şəxslərin
dispanser qeydiyyatında olan uşaqlarına müavinət
uşağın 16 yaşı (təqaüd almayan məktəblilərin
18 yaşı) tamam olan aydan artıq olmamaqla illik təyin
edilir.
3.5.
Yetim və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumlarına müavinət qəyyumluq
müddəti, lakin
uşağın 16 yaşından (təqaüd almayan məktəblilər
18 yaşından) artıq olmayan müddət
üçün hər bir uşağa görə təyin
edilir.
3.6.
Uşaqlı ailələrə aylıq müavinətlər
həmin müavinətin təyin edilməsi haqqında ərizə
və bütün lazımi sənədlərlə birlikdə
onları almaq hüququ yaranan aydan 3 ay gec olmayaraq müraciət
edildikdə, müavinət hüququ yaranan aydan, 3 aydan gec
müraciət edildikdə isə müraciətdən əvvəlki
müddət üçün, lakin 3 aydan çox olmamaq şərtilə
təyin edilir və ödənilir.
3.7.
Uşaq doğularkən birdəfəlik müavinət
müraciət edilmə müddətindən asılı
olmayaraq təyin olunub ödənilir.
3.8.
Övladlığa götürülmüş uşaqlar
doğma uşaqlara bərabər tutulur və müavinət
ümumi əsaslarla təyin edilib ödənilir. Ögey ata və
ögey ana ilə yaşayan uşaqlara yaşadıqları
ailədə ümumi qaydada müavinət təyin edilir.
3.9. Tam
dövlət təminatında olan uşaqlara müavinət verilmir.
4. ORTA
AYLIQ GƏLİRİN MÜƏYYƏN EDİLMƏSİ
4.1. Ailədə
adambaşına düşən orta aylıq gəlir müəyyən
edilərkən ailənin tərkibində ər, arvad,
onların 18 yaşadək (əyani təhsil alanlar 23 yaşadək)
uşaqları nəzərə alınır.
4.2.
Uşaq doğulduğu aydan başlayaraq 16 (təqaüd
almayan məktəblilər 18) yaşına çatanadək
müavinət almaq hüququ müəyyən edilərkən
ailənin ümumi gəlirinə aşağıdakılar
daxil edilir:
a) əmək
haqqı, eləcə də əvəzçilik üzrə əmək
haqqı (işçinin tarif (vəzifə) maaşı, tarif
(vəzifə) maaşına və ya əmək haqqına əlavələr
(artım əmsalları), əməyin ödənilməsi
sistemləri üzrə ödənilən mükafatlar);
b)
pensiyaların bütün növləri və onların
üzərinə hesablanan ayrı-ayrı müavinətlər;
c) təqaüdlər;
ç)fərdi
əmək və sahibkarlıq fəaliyyəti ilə, o
cümlədən kəndli (fermer) təsərrüfatında
məşğul olanların və muzdla işləyənlərin,
eləcə də kooperativ
üzvlərinin və kooperativdə müqavilə ilə
işləyənlərin qazancı;
Bu
şəxslərin qazancı Azərbaycan Respublikası Vergi Məcəlləsinə
və “Sosial sığorta haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq
olaraq sosial sığorta haqqını ödədikləri barədə
verilmiş sənədlər əsasında müəyyən
olunur.
d) əmək vəzifələrini yerinə yetirərkən
xəsarət almış və ya peşə xəstəliyinə
tutulmuş işçilərə zərərin əvəzinə
ödənilən məbləğlər;
e)
müavinət almaq hüququ müəyyən edilərkən
ödənilən alimentlər ailənin məcmu gəlirindən
çıxılır, alınan alimentlər isə nəzərə
alınır;
ə)
uşaq üç yaşa çatanadək ona qulluq etməkdən
ötrü qismən ödənişli sosial məzuniyyət
dövründə verilən müavinət;
f) məzuniyyət
haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə,
hamiləliyə və doğuma görə müavinətlər;
g)
işsizliyə görə müavinət;
ğ)
nahar yeməyi üçün verilən pul kompensasiyaları
(əmək şəraiti zərərli, ağır olan və
yeraltı işlərdə çalışan işçilərə
verilən pulsuz profilaktik yeməklər, süd və ona bərabər
tutulan digər məhsulların dəyəri istisna olmaqla).
4.3.
Valideynlərdən biri başqa dövlətdə
yaşayır və ya işləyirsə onun gəliri
mövcud rəsmi kursla Azərbaycan milli manatına çevirməklə
nəzər alınır.
4.4. Ailədə
adam başına düşən orta aylıq gəlir müəyyən
olunarkən ailənin ümumi gəliri gəlirin nəzərə
alındığı ayların sayına müvafiq olaraq 6-ya
və ya 12-yə, alınan məbləğ isə ailə
üzvlərinin sayına bölünür.
Ailədə
adambaşına düşən gəlirin 6 aylıq qazancdan
hesablandığı hallarda illik mükafatlar yarıya
bölünməklə, illik gəlirdən
hesablandığı hallarda isə tam məbləğdə
yalnız bir dəfə nəzərə alınır.
Əməyin
ödənilməsi sistemləri üzrə ödənilən
mükafatlar ödəniş sənədinə daxil edildiyi
ayda, məzuniyyət haqqı, əmək qabiliyyətinin
müvəqqəti itirilməsinə, hamiləliyə və
doğuma görə müavinətlər isə aid olduğu
dövrün gəlirində hesaba alınır.
4.5.
Yetim və valideyn himayəsindən məhrum olmuş və qəyyum
himayəsinə verilmiş uşaqların müavinət
hüququ müəyyən edilərkən qəyyumun gəliri
ümumi gəlirə daxil edilmir.
Ümumi
gəlirdə yetim və valideyn himayəsindən məhrum
olmuş uşaqlara ailə başçısını itirməyə
görə ödənilmiş pensiyanın bir aylıq məbləği
nəzərə alınır.
5.
MÜAVİNƏTİ TƏYİN EDƏN ORQANLAR
5.1.
Uşaqlı ailələrə müavinət işləyib-işləməməsindən
asılı olmayaraq ailənin yaşayış yeri üzrə
rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində
yaradılmış komissiya tərəfindən təyin
edilir.
5.2.
Müavinət təyinatı üçün ərizələrin
qəbulu və sənədlərin vaxtında rəsmiləşdirilməsi
məsələsi rayon (şəhər) əhalinin sosial
müdafiəsi mərkəzlərində müavinətlər
üzrə səlahiyyətli şəxsə həvalə
olunur.
5.3.
Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində
müavinət təyinatı üçün sənədləri
müavinətlər üzrə səlahiyyətli şəxs
qəbul edir və müavinət təyin edilməsi üzrə
komissiyanın müzakirəsinə hazırlayır. Ərizəyə
sənədlər tam əlavə olunmadıqda,
çatışmayan sənədlərin təqdim olunması
üçün vətəndaşa bildiriş verilir.
5.4.
Müavinət təyinatı üçün zəruri olan
bütün sənədlər təqdim edildikdən ən
geci 10 gün müddətində komissiya müavinətin təyin
olunması, müavinət almaq hüququ olmadıqda və zəruri
sənədlər təqdim edilmədikdə isə müavinət
təyin etməkdən imtina haqqında qərar qəbul edir.
Komissiyanın qərarı protokolla rəsmiləşdirilir.
6.
MÜAVİNƏTİN ÖDƏNİLMƏSİ QAYDALARI
6.1. Bu
Təlimatın 2.1.7 yarımbəndi ilə təyin olunmuş
birdəfəlik müavinət Dövlət Sosial Müdafiə
Fondunun, digər yarımbəndlərlə təyin olunmuş
müavinətlər isə dövlət büdcəsinin vəsaiti
hesabına vətəndaşın arzusuna görə bank və
ya rabitə orqanları vasitəsilə ödənilir.
6.2.
Müavinətlərin maliyyələşdirilməsi Azərbaycan
Respublikası Dövlət xəzinədarlığı vasitəsilə
həyata keçirilir.
6.3. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rübdə bir
dəfə maliyyələşmə mənbəyindən
asılı olaraq vəsaitlərin istifadəsi barədə
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və
Dövlət Sosial Müdafiə Fonduna hesabat verir.
MÜAVİNƏT
TƏYİNATI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
7.1.
Müavinət təyin edilməsindən ötrü hər təyinat
müddəti üçün müavinətin növündən
asılı olaraq
aşağıdakı sənədlər tələb
olunur:
-müəyyən
olunmuş formada ərizə;
-uşaqların
doğum haqqında şəhadətnaməsinin surəti;
-yaşayış
yerindən ailə üzvlərinin məşğulluğu
qeyd olunmaqla ailə tərkibi barədə arayış;
-ailə
üzvlərinin gəlirinin nəzərə
alındığı dövrdəki qazancı haqqında
arayış;
-valideynin
şəhid olmasını təsdiq edən sənəd;
-valideynin
Çernobıl AES qəzası ilə əlaqədar əlil olduğunu təsdiq
edən sənəd;
-ÇAES
qəzası nəticəsində vəfat etmiş valideynin
ölüm haqqında şəhadətnaməsinin surəti;
-
uşağın dispanser qeydiyyatında olmasını təsdiq
edən sənəd;
-
valideynin müharibə əlili olduğunu təsdiq edən sənəd;
-
valideynin 20 yanvar hadisələri zamanı əlil
olmasını təsdiq edən sənəd;
-qəyyumluqda
olan uşaqlar üçün qəyyumluq haqqında rayon
(şəhər) icra hakimiyyətinin qərarı;
-keçən
təqvim ili üçün sahibkarlıq və ya fərdi əmək
fəaliyyəti ilə məşğul olan şəxslər
haqqında ərazi vergi idarələrindən
arayış-siyahı;
-sahibkarlıq
və fərdi əmək fəaliyyəti ilə məşğul
olan şəxslərin qazancı barədə Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli
şöbələrindən arayış;
-əmək
qabiliyyətli valideyni işləməyən ailələrdə
valideynlərin keçmiş təqvim ilində işsizliyə
görə aldıqları müavinətin məbləği
barədə yerli məşğulluq xidmətindən
arayış-siyahı;
-müddətli
hərbi qulluqda olan hərbi qulluqçular üçün hərbi
komissarlıqdan arayış;
-doğum
ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi
üçün VVADQ arayışı
-valideynin
alimentdən yayınmasını təsdiq edən
arayış.
8.
YEKUN MÜDDƏALAR
8.1. Bu
sahəyə nəzarəti Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata
keçirir.
8.2. Bu
Təlimatın tələblərini pozan şəxslər
qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
26 oktyabr 2015-ci il
tarixli 6 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Kollegiyasının Qərarı
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 oktyabr 2015-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə “Uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi ilə bağlı 2004-cü il 27 aprel tarixli 4-2 nömrəli qərarı ləğv edilmişdir.