|
"QEYDƏ
ALINMIŞDIR" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat ¹ 2693 “31” may 2001-ci il Nazir müavini__________
A.B.Rəfiyev |
"TƏSDİQ
EDİLMİŞDİR" Azərbaycan Respublikası DİN BDYTİ Əmr ¹ 85 "25" may 2001-ci il Rəis ________M.Q.Hüseynov |
AZƏRBAYCAN RESPUBLİKASINDA
YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI.
1. ÜMUMİ QAYDALAR.
1.1
Azərbaycan
Respublikasında yanğın təhlükəsizliyi
Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası
ərazisində yanğın təhlükəsizliyi tələblərini
müəyyən edir. Bu qaydaların tələblərinə
riayət edilməsi təşkilatı hüquqi formasından
və mülkiyyət növündən asılı olmayaraq,
bütün dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanları, təşkilatlar,
müəssisələr, birliklər, digər hüquqi
şəxslər, onların vəzifəli şəxsləri
Azərbaycan Respublikası vətəndaşları, xarici
vətəndaşlar, vətəndaşlığı olmayan
şəxslər (sonradan vətəndaşlar)
üçün məcburidir.
1.2
Yanğın
Təhlükəsizliyi təmin edilərkən Qaydalarla
bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji
layihələşdirmə normaları, həmçinin
müəyyən edilmiş qaydada təsdiq olunmuş digər
normativ sənədlər rəhbər tutulmalıdır.
1.3
Hər
bir müəssisədə yanğın zamanı insanların
təhlükəsizliyi təmin edilməli, həmçinin
həmin obyekt üçün yanğın
təhlükəsizliyi tədbirləri işlənib
hazırlanmalıdır.
1.4
Müəssisələrin
bütün işçiləri, yalnız yanğına
qarşı ilkin təlimatlandırıldıqdan sonra
işə buraxılmalıdırlar. İşin xüsusiyyəti
dəyişdikdə isə müəssisənin rəhbəri
tərəfindən müəyyən edilmiş qaydada baş
vermiş mümkün yanğınlar barəsində
xəbər verilməsi və söndürülməsi
üsulların öyrədilməsi üzrə əlavə
təlimat keçməlidirlər. Hər bir vəzifəli
şəxs, mühəndis-texniki heyət və fəhlə
ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq)
yanğına qarşı təlimatlandırılaraq, bu haqda
xüsusi Yanğına qarşı təlimatlandırma jurnalında
imza etməlidirlər.
1.5
Ayrı-ayrı
ərazilərin, binaların, tikililərin, otaqların,
sexlərin, sahələrin, texnoloji avadanlığın,
elektrik şəbəkələrinin, isitmə sistemlərinin
və s. yanğın təhlükəsizliyinə cavabdeh
şəxslər müəssisənin rəhbəri
tərəfindən xüsusi əmrlə təyin
edilməlidir.
1.6
Yanğın
Təhlükəsizliyi Qaydalarının
tələblərinin pozulmasına görə hüquqi, fiziki
və vəzifəli şəxslər qüvvədə olan
qanunvericiliyə əsasən məsuliyyət
daşıyırlar.
1.7
Hüquqi,
fiziki, vəzifəli şəxslər, mülkiyyət
sahibləri, mülkiyyətə sahib olmağa, ondan
istifadə etməyə və ya onu idarə etməyə
vəkil edilmiş şəxslər, yanğın
təhlükəsizliyinin təmin edilməsinə
müəyyən edilmiş qaydada təyin edilmiş
şəxslər yanğın təhlükəsizliyi qaydalarının,
göstərişlərin, qərarların və
yanğın nəzarəti üzrə dövlət
yanğın nəzarəti orqanlarının digər qanuni
tələblərinin vaxtında yerinə yetirilməsini
təmin etməlidirlər.
1.8. Nazirliklər, idarələr,
komitələr, digər mərkəzi idarə etmə
orqanları və icra hakimiyyəti orqanları öz
səlahiyyətləri çərçivəsində aşağıdakı
vəzifələri yerinə yetirməlidirlər:
1.8.1. Tabelikdə olan
müəssisələrdə və müvafiq
ərazilərdə yanğın təhlükəsizliyi
tədbirlərinin işlənib hazırlanmasını
təşkil edərək yerinə yetirilməsini təmin
etmək;
1.8.2. Müəyyənləşdirilmiş
qayda normalara uyğun olaraq müvafiq büdcələrin
vəsaiti hesabına maliyyələşdirilən
yanğından mühafizə bölmələrini yaratmaq
və saxlamaq;
1.8.3. Yanğından
Mühafizəyə tapşırılmış
vəzifələrin yerinə yetirilməsində ona
zəruri kömək
göstərmək;
1.8.4. Yanğına qarşı
təbliğatın aparılmasını və əhaliyə
yanğın təhlükəsizliyi tədbirlərinin
öyrədilməsini təşkil etmək;
1.8.5. Hakimiyyət orqanlarının,
müəssisələrin və təşkilatların
rəhbərləri, habelə vətəndaşlar
tərəfindən yanğın təhlükəsizliyi normalarının,
standartlarının və qaydalarının
tələblərinə ciddi riayət olunmasını
təmin etmək;
1.8.6. Yanğın təhlükəsizliyi
tədbirlərinin işlənib hazırlanmasını
təşkil edərək yerinə yetirilməsini təmin
etmək;
1.8.7.
Müəyyənləşdirilmiş normalara uyğun olaraq
yerli büdcələrin vəsaiti hesabına
maliyyələşdirilən Dövlət yanğından
mühafizə bölmələrini yaratmaq və saxlamaq;
1.8.8.
Əhaliyə yanğın
təhlükəsizliyi tədbirlərinin
öyrədilməsini təşkil etmək.
1.9.
Azərbaycan Respublikası ərazisində
yerləşən hüquqi şəxslər
(müəssisələr), yanğın
təhlükəsizliyi tələblərinin yerinə
yetirilməsinin təmin edilməsi sahəsində
aşağıdakı vəzifələri yerinə
yetirməlidirlər:
1.9.1. Yanğın
təhlükəsizliyi tələblərinə riayət
etmək, Azərbaycan Respublikasının Dövlət
Yanğın Nəzarəti Orqanının vəzifəli
şəxslərinin göstərişlərini,
qərarlarını və digər qanunu tələblərini
yerinə yetirmək;
1.9.2. Yanğın Təhlükəsizliyinin
təmin edilməsi tədbirlərini işləyib
hazırlamaq və həyata keçirmək;
1.9.3. Yanğına qarşı
təbliğat aparılaq, habelə öz
işçilərinə yanğın təhlükəsizliyi
tədbirlərini öyrətmək;
1.9.4.
Yanğından müdafiə
sistemlərini və vasitələrini, o cümlədən
ilkin yanğınsöndürmə vasitələrini saz
vəziyyətdə saxlamaq, onların başqa məqsədlər
üçün istifadə olunmasına yol verməmək;
1.9.5. Yanğından mühafizə
bölmələrini qanunvericilik aktları ilə
nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;
1.9.6. Yanğınları
söndürməkdə, onların törənməsi və
yayılması səbəblərini və şəraitini
müəyyənləşdirməkdə, habelə yanğın
təhlükəsizliyi tələblərinin pozulmasında
və yanğınların törənməsində
təqsiri olan şəxslərin aşkar edilməsində
Baş Dövlət Yanğın Təhlükəsizliyi
İdarəsinin və onun bölmələrinin
əməkdaşlarına köməklik göstərmək;
1.9.7. Müəssisələrin
ərazisində yanğınların
söndürülməsi zamanı
yanğınsöndürmə üzrə
əməliyyatların yerinə yetirilməsində iştirak
edən yanğından mühafizə xidmətinin
şəxsi heyətinə və yanğının
söndürülməsinə cəlb olunmuş
qüvvələrə müəyyənləşdirilmiş
qaydada zəruri qüvvə və vəsaitlər,
yanacaq-sürtgü materialları, habelə ərzaq
məhsulları və istirahət yerləri vermək;
1.9.8. Azərbaycan Respublikasının
Dövlət Yanğın Nəzarəti Orqanının
və onun bölmələrinin vəzifəli
şəxsləri öz xidməti vəzifələrini yerinə
yetirərkən onların ərazilərə, binalara,
qurğulara və müəssisənin başqa
obyektlərinə daxil olmasını təmin etmək;
1.9.9. Azərbaycan Respublikasının
Dövlət Yanğın Nəzarəti Orqanının
vəzifəli şəxslərinin tələbi ilə
müəssisələrdə yanğın təhlükəsizliyi
vəziyyəti barəsində, o cümlədən istehsal
etdikləri məhsulun yanğın təhlükəsizliyi,
habelə öz ərazilərində baş vermiş yanğınlar
və onların nəticələri barəsində
məlumatlar və sənədlər vermək;
1.9.10. Yanğınlar, mövcud
yanğından müdafiə sistemlərinin və
vasitələrinin nasazlığını, yolların və
girişlərin vəziyyətindəki dəyişikliklər
barədə şəhər və rayon Dövlət
Yanğın Təhlükəsizliyi Xidmətinə və ya
onun bölmələrinə ləngimədən məlumat
vermək;
1.9.11. Binalara, tikililərə, qurğulara,
buraxılan və satılan məhsullara Yanğın
Təhlükəsizliyi sertifikatının və Yanğın
təhlükəsizliyi sahəsində işlərin yerinə
yetirilməsinə və xidmətlərin
göstərilməsinə lisenziyalarının vaxtında
alınmasını təmin etmək;
1.9.12. Hüquqi şəxsin
(müəssisənin) əsaslı təmiri, yenidən
qurulması və genişləndirilməsi zamanı tikinti
layihə sənədlərini Dövlət Yanğın Nəzarəti
Orqanları ilə razılaşdırmaq, həmçinin
yuxanda adlan çəkilən tikinti quraşdırma
işlərinin yerinə yetirilməsi və ya
müəssisənin təyinatı üzrə
fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara
məlumat vermək.
1.10. Yanğın
Təhlükəsizliyinin təmin edilməsi sahəsində
fiziki şəxslər (vətəndaşlar)
aşağıdakı tələbləri yerinə
yetirməlidirlər:
1.10.1. Yanğın Təhlükəsizliyi
normalarına, standartlarına və qaydalara ciddi riayət
etmək;
1.10.2. Öz mülkiyyətində
(istifadəsində) olan binalarda və tikililərdə,
nəqliyyat vasitələrində yanğın
təhlükəsizliyi qaydalarına riayət etmək və
Baş Dövlət Yanğın Təhlükəsizliyi
İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin
yanğınsöndürmə vasitələri və
yanğına qarşı avadanlıq saxlamaq;
1.10.3. Yanğın aşkar etdikdə bu
barədə dərhal şəhər və rayon
Dövlət Yanğım Təhlükəsizliyi
Xidmətinə məlumat vermək;
1.10.4. Yanğımdan Mühafizə
bölməsi gələnədək adamları, əmlakı
xilas etmək, yanğını söndürmək
üçün mümkün tədbirlər görmək;
1.10.5.
Yanğının
söndürülməsində yanğından mühafizə
bölməsinə kömək göstərmək;
1.10.6.
Dövlət
Yanğın Nəzarəti Orqanının vəzifəli
şəxslərinin göstərişlərini,
qərarlarını və digər qanuni tələblərini
yerinə yetirmək;
1.10.7. Onlara məxsus istehsal,
təsərrüfat, yaşayış və başqa bina
və tikililərdə yanğın təhlükəsizliyinin
tələblərinə riayət olunmasına nəzarət
etmək və bunların pozulmasının
qarşısını almaq məqsədilə
müayinələr və yoxlamalar aparmaq üçün
səhər və rayon Dövlət Yanğın
Nəzarəti Orqanı vəzifəli şəxsləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada imkan yaratmaq.
1.10.8.
Hüquqi şəxs yaratmaqdan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
vətəndaşlar, həmçinin hazırki qaydaların
1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə
yetirməlidirlər.
2.
Yanğın təhlükəsizliyinin təmin edilməsi
üzrə tədbirlərin təşkili.
2.1.
İnzibati,
istehsal, anbar və digər təyinatlı bina və
otaqların görünən yerlərində yanğın
təhlükəsizliyi xidmətinin
çağırış telefon nömrələrini
bildirən göstərici lövhə asılmalıdır.
2.2.
Müəssisələrdə
açıq oddan istifadə edilməsi, siqaret
çəkilməsi və müvəqqəti yanğın
təhlükəli işlərin aparılması qaydaları
yanğın təhlükəsizliyi tələbləri
barədə təlimata əsasən müəyyən
edilməlidir.
2.3. Azərbaycan Respublikası
Qanunvericiliyinə uyğun olaraq
müəssisələrdə, idarə və ya
təşkilatlarda könüllü yanğından
mühafizə dəstələri yaradıla bilər.
2.4. Hər bir müəssisənin
yanğın təhlükəsizliyinin təmin edilməsi
üçün əmrlə (təlimat) yanğına
qarşı rejim müəyyənləşdirilməlidir.
Həmin əmrdə və ya təlimatda
aşağıdakılar öz əksini tapmalıdır;
- siqaret çəkmək
üçün xüsusi yerin ayrılması və ilkin
yanğınsöndürmə vəsaitləri ilə
təmin olunması:
-
hazır
məhsulların, yarımfabrikatların və xammalın
saxlanılması üçün yerlər təyin
olunmalı və malların otaqlarda eyni vaxt ərzində
saxlana biləcək miqdarı nəzərə
alınmalıdır;
-
yanar
tullantıların və tozların təmizlənməsi,
yağlı-xüsusi geyimlərin saxlanılması
qaydaları müəyyən edilməlidir;
-
iş
vaxtının sonunda və yanğın baş verən zaman
elektrik avadanlıqları şəbəkədən
ayrılmalıdır;
-
müvəqqəti
odlu və digər yanğın təhlükəli
işlərin görülməsi qaydaları nəzərə
alınmalıdır;
-
iş
vaxtının sonunda otaqlara baxışın
keçirilməsi və bağlanması qaydaları
göstərilməlidir;
-
yanğın
hadisəsi zamanı işçilərin hərəkəti
qaydaları qeydə alınmalıdır;
- yanğın
təhlükəsizliyi əsaslarına dair dərslərin
və yanğına qarşı təlimatın
keçirilmə vaxtı və bu tədbirin
keçirilməsi qaydaları üçün cavabdeh
şəxslərin ayrılması göstərilməlidir.
2.5. Bina və qurğuların
(yaşayış evlərindən başqa) bir
mərtəbəsində birdəfəlik 10
nəfərdən çox adam olarsa, yanğın zamanı
insanların köçürülməsi üçün
“köçürmə” planları işlənib
hazırlanmalı və görünən yerlərdən
asılmalıdır. Binada, onun mərtəbələrində
olan insanları yanğın hadisəsi haqqında
xəbərdar etmək üçün xəbərverici
qurğular quraşdırılmalıdır.
Kütləvi insan (50 və ya
çox) toplaşan obyektlərdə həmin obyekt
rəhbəri tərəfindən köçürmə
planına əlavə olaraq xidməti heyət üçün
İnsanların yanğın yerindən
köçürmə tədbirləri
hazırlanmalıdır. Bu tədbirlər əsasında
hər 6 ayda bir dəfədən az olmayaraq, bütün
xidməti heyəti cəlb etməklə təcrübə
məşğələ-təlimləri
keçirilməlidir.
Gecə vaxtı insanlar olan
obyektlər (uşaq bağçaları, internat tipli ümumi təhsil
müəssisələri, xəstəxanalar və
sair) üçün köçürülmə
təlimatı iki variantda hazırlanmalıdır:
“gündüz” və “gecə” vaxtı. [1]
2.6. İdarə, müəssisə,
təşkilatın bütün əməkdaşları
tutduğu vəzifədən asılı olmayaraq
yanğına qarşı rejimin bütün tələblərinə
ciddi riayət etməlidirlər.
3.
Ərazinin saxlanılmasına dair yanğın
təhlükəsizliyi tələbləri.
3.1.
Yaşayış
məntəqələrinin və müəssisələrin
əraziləri, bina, tikililər və açıq
anbarların aralarındakı yanğına qarşı ara
məsafələri, həmçinin yaşayış
evlərinə bitişik bağ, eləcə də digər
tikililərin əraziləri vaxtında yanar tullantılardan,
zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və
digər yanar materiallardan təmizlənməlidir. Yanar
tullantıları, zibilləri və. s. xüsusi
ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb,
sonra isə atmaq lazımdır.
3.2.
Binaların,
tikililərin və qurğuların aralarında olan
yanğına qarşı ara məsafələrində,
malların yığılmasına, avtomobillərin dayanacaq
kimi istifadə edilməsinə, bina və qurğuların
(qurulmasına) tikilməsinə icazə verilmir.
3.3. Binalara,
qurğulara, açıq anbarlara, yanğınların
söndürülməsi üçün istifadə
edilən su mənbələrinə, stasionar yanğın
nərdivanlarına və yanğın invertarları
saxlanılan yerlərə sərbəst yanaşmaq
üçün gedən yolların, keçidlərin,
girişlərin tutulmasına qəti yol verilməməlidir.
3.4. Müvəqqəti
tikintilər digər bina və tikililərdən 15 m-dən
çox məsafədə (digər normalara görə
yanğına qarşı aranın çox olması tələbi
hallarından başqa) və ya yanğına qarşı
divarların yanında yerləşdirilməlidir.
3.5. Anbarlarda, bazalarda, taxıl
və pambıq qəbulu, saxlanma və emalı
müəssisələrində, ticarət obyektlərində,
asan alışan mayelər ( AAM ),yanar mayelər (YM ) və yanar
qazlar ( YQ ) çıxarılan, emal edilən və
saxlanılan, bütün növ partlayıcı
maddələr istehsal olunan ərazi və otaqlarda,
yanğın və partlayış təhlükəli
sahələrdə, eləcə də
müəssisələrin siqaret çəkmək
üçün ayrılmamış yerlərində,
məktəbəqədər uşaq müəssisələrində,
arxiv, muzey, teatr-tamaşa müəssisələrində,
məktəblərdə, yetişmiş dənli və texniki
bitkilərin zəmilərində siqaret
çəkməyə icazə verilmir.
3.6. Bina və qurğuların
aralarındakı layihə normalan ilə təyin edilmiş
yanğına qarşı ara məsafələrində, bina
və qurğulara 50 metrdən yaxın olmamaq şərti
ilə tonqalların qalanmasına, tullantıların və
boş qabların (tarların) yandırılmasına icazə
verilir. Tullantıların və boş qabların
(taraların) xüsusi ayrılmış yerdə
yandırılması, xidmətçi heyətin
nəzarəti altında həyata keçirilməlidir.
3.7. Yanğına qarşı su
mənbələrinin, çol (xarici) yanğın
nərdivanlarının, bina və tikililərin
girişlərinin tez
tapılması üçün müəssisələrin,
bazaların, anbarların və digər obyektlərin
əraziləri gecə vaxtı
işıqlandırılmalıdır.
3.8. Obyektdaxili dəmir yollarından
keçən yol və keçidlər yanğın
avtomobillərinin keçməsi üçün boş
olmalıdırlar və keçən yollar relslərin başlıqları
səviyyəsində bütöv döşənəklə
örtülməlidirlər.
3.9. Yaşayış evlərinin,
meşələrin, bağların, ictimai və mülki
binaların ərazilərindəki açıq meydança
və həyətlərdə AAM və YM olan qabları,
həmçinin sıxılmış və
mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa
icazə verilmir.
3.10. İynəyarpaqlı meşə
massivlərində yerləşmiş hər bir obyektin
ərazisi perimetr boyu eni 3 m-dən az olmayan qoruyucu
minerallaşdırılmış zolaqla təmin edilməlidir.
3.11. Kənd yaşayış
məntəqələrində, orada yerləşən ictimai,
məişət, istehsalat və digər obyektlər
yanğından mühafizə normalarına uyğun olaraq
yanğın texnikası və ilkin
yanğınsöndürmə vasitələri ilə
təmin edilməlidirlər.
3.12. Yaşayış
məntəqələrinin və müəssisələrin
ərazilərində yanar tullantılardan ibarət
zibilliklərin yığılmasına icazə verilmir.
4.
Binaların, tikililərin və otaqların
saxlanılmasına dair yanğın təhlükəsizliyi
tələbləri.
4.1. Hər bir istehsalat və anbar
otaqlarının ( xarici qurğuların), yanğın və
partlayış təhlükəsi kateqoriyalarından
asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq
qaydalarının tələblərinə, əsasən, zona
və sinifləri təyin edilməlidir, qapılarına
onları göstərən xüsusi lövhəciklər
asılmalıdır. Yüksək yanğın
təhlükəsinə malik olan avadanlığın
yanında standart işarələr (anşlaqlar,
təhlükəsizlik lövhəcikləri)
asılmalıdır.
Yanğın
xasiyyətnamələri öyrənilməmiş material
və maddələrin, eləcə də,
yanğın-partlayış təhlükəsinə dair
göstəriciləri və ya sertifikatları olmayan material
və maddələrin istehsal proseslərində
istifadəsinə, həmçinin onların digər material
və maddələrlə birlikdə saxlanılmasına
icazə verilmir.
4.2. Otaqların, binaların və
tikililərin yanğına qarşı sistem və
qurğuları (tüstüyə qarşı qoruma,
yanğın avtomatik qurğuları, yanğına qarşı
su təchizatı sistemləri, yanğına qarşı
qapılar, klapanlar, yanğına qarşı divar və
üst örtüklərindəki digər qoruyucu qurğular
və s.) daima saz vəziyyətdə saxlanılmalıdır.
Qapıların
öz-özünə bağlanması üçün
qurğular saz vəziyyətdə olmalıdırlar.
Yanğına qarşı və ya tüstüyə
qarşı qapıların(qurğuların) normal
bağlanmasına mane olan hər hansı bir cihazların
quraşdırılmasına icazə verilmir.
4.3. Yanğınla nəticələnə
bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan
istifadə edilməsinə icazə verilmir. Eləcə də
təyin edilmiş texnoloji rejimə, hərarətə,
təzyiqə və digər təhlükəsizlik
parametrlərinə nəzarəti təmin edən
nəzarət ölçü və texnoloji avtomatik
cihazları söndürülmüş vəziyyətdə
olduqda, onların işləməsinə (istismarına)
icazə verilmir.
4.4. Tikinti konstruksiyaların, yanar
bəzək və istilik keçirməyən materialların,
metal sütunların və qurğuların,
avadanlıqların və digər konstruktiv elementlərin oddan
qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi
boya, lak, şirələnmiş qatın və sair oddan
qoruyucu xassələrinin yox olması və ya
pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal
aradan qaldırılmalıdır.
Mövcud normativ
tələblərə əsasən odadavamlı məhlulla
hopdurulmuş taxta konstruksiyalı elementlər və
parçalar müddəti keçdikdən sonra və öz
hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni
məhlulla hopdurulmalıdırlar.
Hopdurulmuş konstruktiv
elementlərin və parçaların yanğına
qarşı vəziyyəti ildə iki dəfədən az
olmayaraq yoxlanılmalıdır.
4.5. Yanğına qarşı divarların,
üst örtüklərinin və
çəpərləmə konstruksiyalarının
müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla
kəsişdikləri yerlərdə əmələ
gəlmiş dəlik və yarıqlar (aralar), tələb
olunan odadavamlılığı, tüstü və qaz
keçirməyən yanmayan tikinti qarışığı
(məhlulu) və ya digər materiallarla tutulmalıdır.
4.6. Otaqlar yenidən
planlaşdırmadıqda, onların təyinatı
dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla
təmin edildikdə, qüvvədə olan tikinti və
texnoloji layihələşdirmə normalarının
yanğına qarşı tələblərinə riayət
olunmalıdır.
Otaqları icarəyə
götürdükdə, həmin binanın təyinatı
üçün yanğına qarşı tələblər
icarədarlar tərəfindən yerinə yetirilməlidir.
4.7. Kütləvi insanlar toplaşan
müəssisələr, (teatrlar, muzeylər və s. )
həmçinin yanğın potensialı yüksək olan
neft emalı, ağac emalı, kimya sənayesi və s.
müəssisələrin yaxınlıqdakı
yanğından mühafizə orqanının rabitə
məntəqəsi ilə birbaşa telefon əlaqəsi
olmalıdır.
4.8. Müəssisələrin, binaların
və tikililərin otaqlarında aşağıdakılar
qadağandır:
-
mövcud
normativ sənədlərlə əvvəlcədən
şərtləşdirilmiş hallar istisna olmaqla,
zirzəmilərdə və kürsü
mərtəbələrində AAM, YM və bantın
saxlanılması;
-
partlayıcı
maddələr, qazla dolu balonlar,
qablaşdırılmış aerozol mallar, sellüloid və
digər partlayış-yanğın təhlükəli
maddə və materialların saxlanılması və
istifadəsi;
-
çardaqlarda,
texniki mərtəbələrdə, ventkameralarda və
digər texniki otaqların istehsalat sahələrində,
emalatxanalar təşkil etmək, həmçinin qeyd
edilən yerlərdə məhsulun, avadanlığın,
mebelin və digər əşyaların saxlanılmasına
yol vermək;
-
lift xollarında, boşluqlarında, anbarlar,
köşklər, dükanlar və s. yerləşdirmək;
-
əgər
onlara giriş ümumi pilləkən qəfəsindən
təyin edilməyibsə, orada yanar materiallar anbar və
emalatxanalar təşkil etmək, həmçinin zirzəmi
və kürsü mərtəbələrdə başqa
təsərrüfat otaqları yerləşdirmək;
-
eyvanlardakı
və lojalardakı layihə ilə nəzərdə
tutulmuş qapı və lyükları çıxarmaq,
eləcə də qonşu seksiyalara gedən keçidləri
və bayır nərdivanlarına
çıxışları mebellə, avadanlıqla və
digər əşyalarla tutmaq;
-
otaqların
yığışdırılmasında və paltarların
yuyulmasında benzindən, ağ neftdən və digər AAM
və YM istifadə etmək, həmçinin donmuş
boruları lehimləmə lampalarından və ya digər üsullarla
açıq alovdan istifadə etməklə qızdırmaq;
-
iş
yerini yağlı sürtgü materiallardan
təmizlənməmiş saxlamaq;
-
müəyyən
olunmuş, təsdiq edilmiş norma və qaydalarda
nəzərə alınmış hallar istisna olmaqla
pəncərələrdə bütöv barmaqcıqlı
qəfəslər quraşdırmaq;
-
yanğın
baş verməsində təhlükəsizlik zonalarına aid
olan lojaların və eyvanların
şüşələnməsi;
-
pilləkən
qəfəslərində və dəhlizlərdə anbarlar
(kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki
səki arasında olan hissəsinin altından və onların
meydançalarında əşyalar, mebellər və digər
yanar materiallar (birinci və kürsülü
mərtəbələrindəki pilləkənin iki səki
arasında olan hissənin altında ancaq yanmayan materialdan olan
arakəsmələrlə çəpərlənmiş
mərkəzi isitmənin idarəedilmə qovşaqları, su
ölçən qovşaqlar və elektrik lövhələri
qorumağa icazə verilir) saxlamaq;
-
binaların
istehsalat və anbar otaqlarında (5 dərəcəli
odadavamlı binalardan başqa) yanan və çətin yanar
material və metal lövhəciklərdən antresollar,
kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq;
4.9. Bina və tikililərin
damlarındakı (örtüklərindəki) xarici
(çöl) yanğın nərdivanları və
sipərlər saz vəziyyətdə saxlanılmalı və
ildə iki dəfədən az olmayaraq möhkəmliyi
yoxlanılmalıdır.
4.10. Bir köçürmə
çıxışı olan otaqlarda
iştirakçıların sayı 50 nəfərdən
çox olmayan tədbirlərin keçirilməsinə
icazə verilir.
Kütləvi
şəkildə insan (50 və daha çox) toplaşan, 4
və 5 odadavamlılıq dərəcəsi olan binalarda
tədbirlərin aparılmasına yalnız birinci
mərtəbədə icazə verilir.
4.11. Damın, texniki
mərtəbələrin və zirzəmilərin
pəncərələri şüşələnməlidir,
qapılan isə bağlı vəziyyətdə
olmalıdır. Qapıların üstündə
açarın harada saxlanıldığı
göstərilməlidir.
Bina və tikililərin
zirzəmi və yarımzirzəmilərinin xaricdən
işıqlanması üçün nəzərdə
tutulmuş qapı və pəncərə
qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar)
mütamadi olaraq yanar zibildən təmizlənməlidir.
Həmin pəncərə oymaqlarının birdəfəlik
bağlanmasına icazə verilmir.
4.12. Ağ neft ilə yanan divar
lampalarının (fonarlarının) metaldan mühafizə
qapağı olmaqla möhkəm bərkidilməklə tavandan
asılmalıdır. Lampanın və ya fonarın
mühafizə qapağı ilə tavanın yanar
(çətin yanan) konstruksiyaları arasındakı
məsafə 70-sm-dən və yanmayan divarlardan isə 20
sm-dən az olmamalıdır.
Ağ neft ilə yanan divar
lampaları (fonarlar) metal işıq qaytarıcıları
olmaqla divara möhkəm bərkidilməlidir. Fonarların
və stolüstü ağ neft lampalarının qoyulduğu
yer möhkəm olmalıdır.
4.13. Maye yanacaqla işləyən
qızdırıcı cihazlarını benzin ilə
doldurulmasına icazə verilmir.
4.14. Tamaşa, yeməkxana, sərgi,
ticarət zallarında (otaqlarında), tribunalarda və
eləcədə kütləvi insan toplaşan digər
otaqlarda adamların sayı köçürmə yollarının
buraxma qabiliyyətindən asılı olaraq,
müəyyən hesabdan və ya layihələşdirmə
normalan ilə təyin edilmiş miqdardan çox
olmamalıdır.
Hesabat üçün
layihə normalarının göstəriciləri olmadıqda,
zaldan insanların köçürməsinin təmin
olunması vaxtını 2 dəqiqə, bir iştirakçıya
düşən sahə isə 0,75 kv.m. qəbul etmək
lazımdır.
4.15. Müxtəlif yağların
silinməsi üçün istifadə olunmuş silgi
materiallarının yığılması üçün
qapaqla kip bağlanan metal qutu quraşdırılması
vacibdir.
Növbə qurtaran zaman qutu
otaqdan çıxarılmalıdır.
4.16. Yağla, lakla, rənglə və
digər asan alışan və yanar mayelərlə
işləyən şəxslərin paltarları bu
məqsədlə xüsusi ayrılmış yerlərdə
quraşdırmaları metal
şkaflarda asılmış
vəziyyətdə saxlanılmalıdır.
4.17. Yeni il şənlikləri
keçirilən və adamların kütləvi
şəkildə iştirak etdiyi digər
tədbirlərdə:
-
iki
köçürmə çıxışı olan,
layihə normalarına cavab verən, pəncərələrində
barmaqcıqlar olmayan, ikinci mərtəbədən yuxanda
yerləşməyən, yanar mərtəbəara
örtüyü olan binalardan istifadə etməyə icazə
verilir;
-
yolka
bərk dayaqlar üzərində elə
quraşdırılmalıdır ki, onun budaqlan tavana və
divarlara toxunmasın;
-
elektrik
işıqlandırma sistemi olmayan otaqlarda “Yeni İl”
yalnız sutkanın işıqlı vaxtında
keçirilməlidir;
-
çil-çıraqların
bəzədilməsi, müvafiq qaydaların
tələblərinə əsasən yerinə
yetirilməlidir;
-
elektrik
şəbəkəsində gərginliyi azaldan transformatorlardan
istifadə olunmadığı zaman,
çil-çıraqların bəzədilərək 12 Volta
qədər gərginlikdən və 25 voltdan çox olmayan
lampalardan istifadə olunmalıdır;
-
çil-çıraqlarda
nasazlıq (məftillərin qızması, lampaların
yanıb sönməsi, qığılcım olması və
s.) aşkar olunduqda onu elektrik şəbəkəsindən tez
bir zamanda ayırmaq lazımdır;
Aşağıdakılar
qadağan olunur:
-
qövs
şəkilli projektorlardan, şamlardan istifadə etmək,
atəşfəşanlıq, yanğın
təhlükəli effekt verən yanğına səbəb
olan amillərdən istifadə etmək;
-
sellüloid
oyuncaqlarla, eləcə də oddan mühafizə tərkibi
ilə hopdurulmamış tənzif və pambıqla
yolkanın bəzədilməsi;
-
uşaqlara
asan yanan materiallardan tikilmiş kostyumlar geyindirmək;
-
odlu,
rəngləmə və digər yanğın-partlayış
təhlükəli işlərin aparılması;
-
sıralar
arasındakı keçidin enini azaltmaq, keçidlərdə
əlavə kresloların, stulların qoyulması və s.
-
səhnəcik
və tamaşa vaxtı otaqlarda işıqların tam
söndürülməsi;
-
otaqlara
normadan artıq nəzərdə tutulmuş adamların
toplaşması.
Tədbirlərin
aparılması zamanı səhnədə və tamaşa
zalının otaqlarında məsul şəxslərdən
ibarət növbətçilər təşkil edilməlidir.
5. Köçürmə yollarına dair yanğın
təhlükəsizliyi tələbləri.
5.1. Köçürmə
çıxışlarının sayı,
ölçüsü, işıqlandırma şəraiti,
tüstülənməmənin təmin olunması,
eləcə də köçürmə yollarının
uzunluğu, yanğına qarşı tikinti-layihə
normalarına uyğun olmalıdır;
5.2. Köçürmə
çıxışlarının bütün qapıları
otaqlardan çıxışa doğru sərbəst
açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar
daxildən yalnız tez açılan cəftə ilə
bağlanıla bilər;
5.3. Köçürmə
çıxışlarında aşağıdakılar
qadağan olunur:
- köçürmə
yollarında ( 5 odadavamlılıq dərəcəsi olan
binalardan başqa) tavanların, divarların, pilləkan
qəfəslərinin və meydançaların, eləcə
də pilləkan qəfəslərində yanar konstruksiyalardan
düzəldilmiş pilləkan qəfəslərinin və
meydançaların bəzədilməsi üçün
yanan materiallardan, boyalardan istifadə edilməsi;
- keçidlərin,
dəhlizlərin, tamburların, qalereyaların, lift
xollarının, pilləkan qəfəslərinin və
pilləkanların mebellə, şkafla, avadanlıqla,
ayrı-ayrı materiallarla və ya hazır məhsullarla
tutulması, eləsə də köçürmə
çıxışlarının qapısının
mismarlanması;
- tamburların
çıxışlarında (şəxsi yaşayış
evlər və mənzillər istisna olmaqla) paltarın
qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq
və materialların müvəqqəti və ya daimi
saxlanılması;
- köçürmə
yollarında turniketlərin, dəhlizlərin,
sürüşən, fırlanan, qalxıb-endirilən
qapıların və digər sərbəst
çıxışa mane olan qurğuların
quraşdırılması;
- pilləkən
qəfəslərində, xol və tamburlarda
öz-özünə bağlanan qapıları təsbiq
(fiksasiya) etmək və ya çıxartmaq.
- 5.4. Otaqlarda texnoloji, sərgi
və digər avadanlıqların yerini dəyişdikdə
pilləkən qəfəslərində
köçürmə keçidləri və digər
köçürmə yolları, layihə normalarına
uyğun olmalıdır.
- 5.5. Kütləvi insan
toplaşan binalarda elektirik enerjisinin kəsilməsi
hallarını nəzərə alaraq, xidməti heyət
elektirik işıqlandırıcıları ilə təmin
edilməlidirlər
İşıqlarndırıjıların
sayı növbətçi heyətin hər bir
əməkdaşına, bir dənədən az olmamaq
şərti ilə, binada olan insanların, növbətçi
heyətin sayının və obyektin xüsusiyyətini
nəzərə almaqla rəhbərlik tərəfindən
müəyyən edilməlidir;
- 5.6. Kütləvi
şəkildə adamlar olan otaqlarda xalça, xalça
zolaqları və digər döşəmə
örtükləri, döşəməyə möhkəm
bərkidilməlidir.
6. Elektirik qurğularına dair
yanğın təhlükəsizliyi tələbləri.
6.1. Elektrik qurğuları və elektrik
qurğularının istehlakçılar tərəfindən
istismarı zamanı müvafiq qaydaların və digər
normativ sənədlərə uyğun olaraq
quraşdırılıb istismar edilməlidirlər.
6.2. Elektrik mühərrikləri, idarə
etmə aparatları, işə salıb nizamlama,
nəzarət ölçü cihazları və
mühafizə aparatları, köməkçi qurğular və
elektrik ötürücüləri (kabelləri, naqilləri),
müvafiq qaydaların tələblərinə uyğun olaraq
seçilib quraşdırılmalı, eləcə də
artıq yükləmədən və qısa qapanmadan
mühafizə edilməsi üçün qoruyucu aparatlarla
təmin edilməlidirlər.
6.3. İşin sonunda təyinatdan
asılı olmayaraq, nəzarət olunmayan bütün
otaqlarda elektrik qurğuları və cihazları
(növbətçi və qəza
işıqlandırmaları, avtomatik
yanğınsöndürmə qurğuları, yanğın
və mühafizə siqnalizasiyası, eləcə də
elektrik qurğuları istisna olunmaqla) növbətçi
işçilər tərəfindən dövriyyədən
açılmalıdır.
6.4. Elektrik ötürücü
xətlərini və xarici (çöl) elektrik naqillərini
yanar dam örtükləri və yanar materiallar olan
açıq anbarların (ştabellər, tayalar) üzəri
ilə çəkilməsinə icazə verilmir.
6.5. Elektrik qurğularının
istismarı zamanı aşağıdakılar qadağan
olunur:
- elektrik
aparatlarını və cihazlarını onu hazırlayan
müəssisənin tövsiyyələrinə
(təlimatlarına) uyğun olmayan şəraitdə və ya
yanğına səbəb ola bilən nasazlığı
olduqda istifadə etmək, eləcə də örtüyü
(izolyasiyası) zədələnmiş və ya sıradan
çıxmış naqilləri və kabelləri istismar
etmək;
- nasaz
elektrik qurğularından istifadə etmək;
- elektrik
lampasını və
işıqlandırıcısını kağıza,
parçaya və digər yanar materiallara bükmək,
eləcə də ondan mühafizə qapağı örtük
(plafonu) çıxarıldıqda istifadə etmək;
- dayağı
yanmayan materiallardan olmayan elektrik ütülərindən,
elektrik çaydanlarından və digər elektrik
qızdırıcı cihazlarından istifadə etmək;
- standartlara
uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından,
düzgün seçilməmiş əriyən qoruyuculardan,
qısa qapanmadan və artıq yüklənmədən
mühafizə edən digər (əldəqayırma)
aparatlardan istifadə etmək;
- magistral
kabel xəttlərini və elektrik naqillərinin anbar
otaqlarından, yanğın təhlükəli və
yanğın partlayış təhlükəli zonalardan
tranzit (birbaşa) çəkmək;
- elektrik
qızdırıcı cihazlarını, televizorları, radio
qəbuledicilərini və.s qurğuları
şəbəkəyə qoşulu halda nəzarətsiz
qoymaq.
6.6. Ehtiyat elektrik dövrəsinin
işçi və qəza işıqlandırma sisteminin
qidalandırıcı və idarə etmə kabellərini topa
şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının
bağlı kanalı ilə birgə
çəkilməsinə icazə verilmir.
6.7. İnsanların
normal təhlükəsiz köçürməsini həyata
keçirmək məqsədi ilə «Çıxış»
sözləri yazılmış işıqlı göstəricilər
həmişə saz vəziyyətdə olmalıdır.
Tamaşa nümayişi zamanı, sərgi və digər
tədbirlər keçirilən zaman zallarda onlar daima
yanılı vəziyyətdə olmalıdırlar.
6.8. Daşınan elektirik
işıqlandırıcıları elastiki elektirik
naqillərinə malik olmalı, şüşə qapaqlarla
və qoruyucu torla mühafizə edilməli və asmaq üçün
qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36
V- dan artıq olmamalıdır.
6.9. Sofitləri quraşdıran zaman ancaq
yanmayan materiallardan istifadə etməli, onların
gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya)
olunmalıdır.
Projektorları və sofitləri
quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal
məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar
üçün isə minimal məsafə 2 m olmalıdır.
Projektor və sofitlər üçün işıq
süzgəcləri yanmayan materiallardan olmalıdır.
6.10. Avtomatik termonizamlayıcılarla
təmin edilməmiş elektrik sobalarının istismarına
icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu
və cihazlarının istismarı qəti qadağandır.
7.
İstilik və ventilyasiya sistemlərinə dair yanğın
təhlükəsizliyi tələbləri.
7.1. Bütün sobalar, qazanxanalar, istilik
generatorları, kalorifer (istilik verən) qurğuları,
digər istilik cihazları və sistemləri, isitmə
mövsümü başlanmazdan qabaq yoxlanılmalı və
təmir edilməlidir. Nasaz sobaların və digər
qızdırıcı qurğuların istismarı
qadağandır.
7.2. Yanar konstrksiyalarla sobalar, onların
elementləri və digər istilik cihazları arasında
yanğına qarşı (arakəsmə) qoruyucu
hörgü, arakəsmə, mərtəbə arası örtüyün
və tavanın yanar konstruktiv elementlərini yanğından
qorumaq üçün baca yanlarına hörülən
kərpic qatının ölçüləri mövcud
tikinti norma və qaydalara uyğun olmalıdır. Eyni zamanda
yanar materiallı döşəmələrdə ocaqlıq
qarşısında 0,5 x 0,7 m ölçüdə azbest
üzərinə mismarlanmış metal və ya yanmayan
materialdan təbəqələr olmalıdır.
7.3. İsitmə mövsümü
başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan
təmizlənməlidir; eyni zamanda bütün isitmə
mövsümü ərzində ən azı;
- qızdırıcı
sobalar üçün üç ayda bir dəfə
fasiləsiz işləyən sobalar və istilik
qurğuları üçün iki ayda bir dəfə;
- mətbəx
plitələri və diğər fasiləsiz yandırılan
sobalar üçün ayda bir dəfə.
7.4. Qazanxana və istilik generator
qurğularının forsunkalarına (odluqlarına)
gələn hər bir yanacaq borusu üzərində ən
azı iki ədəd ventil olmalıdır. Onlardan biri ocaqlığın,
digəri yanacaq çəninin yaxınlığında
quraşdırılmalıdır.
7.5. Yaşayış
məntəqələrinin, müəssisələrin
qazanxanalarında və digər istilik istehsal edən
qurğuların istismarı zamanı, xüsusi hazırlıq
keçməyən və vəsiqəsi olmayan
şəxslərin (ocaqçıların) işə
buraxılmasına, qazanxana və istilik generatorları
otaqlarında duru yanacağın saxlanmasına, avadanlıqların
istismarı zamanı texniki şərtlərdən
nəzərdə tutulmayan neft məhsulları
tullantılarından və digər “AAM” - lərdən və
“YM” - lərdən yanacaq kimi istifadə edilməsinə
icazə verilmir.
Qadağandır:
-
yanacaq
verilən sistemin boru xətlərindən və onun
birləşən yerlərindən duru yanacaq
damcıladıqda (qaz sızdıqda) istilik istehsal edən
qurğuları istismar etmək;
-
sönmüş
qaz odluqlarına və forsunkalarına (odluqlarına) yanacaq
və qaz vermək;
-
nəzarət
və tənzimləmə cihazları olmadıqda və yaxud
onlar nasaz olduqda işləmək;
-
qazanların
və buxar kəmərlərinin üzərlərində
hər hansı yanar materialın qurudulması.
7.6. İstilik sobalarının istismarı zamanı
qadağandır:
- yanar
sobaları nəzarətsiz qoymaq, eyni zamanda nəzarəti
kiçik yaşlı uşaqlara həvalə etmək;
- yanacağı,
yaxud yanar maddə və materialları ocaqlıq
qabağına yığmaq;
- sobalarda,
təyinatı üzrə nəzərdə tutulmayan
yanacaqlardan istifadə etmək;
- yığıncaq
və kütləvi tədbirlər keçirilən zaman
otaqlarda sobaların qalanmasını həyata
keçirmək;
- standartlara
uyğun olmayan qaz, duru yanacaq sobalarından istifadə
etmək;
- ventilyasiya
və qaz kanallarından tüstü bacası kimi istifadə
etmək;
- sobaları
həddən artıq qızdırmaq.
7.7. Bina və qurğularda sobaların
qalanması iş vaxtının başa çatmasına iki
saat qalmış, sutkalıq insanlar olan obyektlərdə
və xəstəxanalarda isə yatmazdan iki saat qabaq
dayandırılmalıdır.
Gündüz növbəli uşaq
müəssisələrində sobaların qalanması
uşaqların gəlmə vaxtına bir saat qalmış
qurtarılmalıdır. Ocaqlıqdan çıxardılan
kül və kömür qalıqları, su ilə
isladılmalı, sonra onlar üçün xüsusi
ayrılmış təhlükəsiz yerə
tökülməlidir.
7.8. Yanğın təhlükəsizliyi
standartlarının tələblərinə və texniki
şərtlərə cavab verməyən metal sobaların
quraşdırılmasına icazə verilmir.
Zavodlarda hazırlanmış metal və
digər sobaların yataqxanalarda, inzibati, ictimai və
müəssisənin köməkçi binalarında,
eləcə də yaşayış evlərində
müvəqqəti istilik sisteminin quraşdırılması
zamanı, bu növ məhsulu hazırlayan
müəssisənin lahiə normalarının
tələbləri, təlimatı göstərişləri,
mütləq yerinə yetirilməlidir.
Qaz cihazlarının
quraşdırılması və istismarı, müvafiq
qaydaların tələblərinə cavab verməlidir.
7.9. Sobalardan mallara, rəflərə,
vitrinlərə, piştaxtalara, şkaflara və başqa
avadanlıqlara qədər məsafə ən azı 0,7 m,
ocaqlıq gözündən isə ən azı 1,25 m
olmalıdır.
7.10. Çardaqlardan keçən
bütün tüstü boruları və divarları
ağardılmalıdır.
7.11. Bərk yanacaqla işləyən
qazanxana qurğusunun tüstü borusu qığılcım
söndürücülərlə təchiz edilməli və
vaxt aşırı bu qaydaların 7.3. bəndinə uyğun
olaraq qurumdan təmizlənməlidir.
7.12. Hava girən yerdə odsaxlayan qurğu
(sipər, şiber, qapaq və s.) avtomatik
yanğınsöndürmə sistemi, yanğın zamanı
ventilyasiyanı avtomatik söndürən qurğu, vaxtlı
vaxtında yoxlanılmalı və saz vəziyyətdə
saxlanılmalıdır.
7.13. Havanın səriləşdirilmə
və ventilyasiya sisteminin istismarı zamanı
aşağıdakılar qadağandır:
- ventilyasiya
kameralarının qapısını açıq qoymaq;
- sorma
kanallarını, gözlükləri və dəmir
barmaqcıqları bağlamaq;
- hava
çəkənlərə istilik qaz cihazları qoşmaq;
- hava
çəkənlərdə toplanan piy qatlarının, tozun
və digər yanar maddələrin yandırılması.
7.14. Ventilyasiya kameraları, siklonlar,
süzgəclər, havaçəkənlər yanğın
və partlayış təhlükəsindən asılı
olaraq, müəssisə rəhbərinin əmrinə
müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar
tozlardan və istehsalat tullantılarından
təmizlənməlidir. Təmizləmə işində
iştirak edən heyətlə birgə nəzarət
orqanına təqdim etmək üçün bu haqda akt
tərtib edilməlidir.
Yanğın və yanğın
partlayış təhlükəli otaqların ventilyasiya
sistemlərinin təhlükəsiz üsulla
təmizlənməsi üçün, müəssisə
rəhbəri tərəfindən xüsusi qaydalar
işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli
Dövlət Yanğın Nəzarəti Orqanı ilə
razılaşdırılmalıdır
7.15. Hidrosüzgəclərin, uru
süzgəclərin, toz tutan və digər ventilyasiya sistemi
qurğularının (aspiratorların) nasazlığı
və söndürülməsi (işinin dayandırılması)
zamanı, yanğın partlayış təhlükəli
otaqlarda (qurğularda) texnoloji avadanlıqların
işləməsinə icazə verilmir.
7.16. Yanar tozların, lifli və digər
tullantıların xaric edilməsi zamanı, onların
ventilyatora düşməsinə yol verməmək
üçün ventilyatorun qarşısında tutucular, metal
əşyalara qarşı isə maqnit tutucular
quraşdırılmalıdır.
7.17. Yerli sorma sistemlərinin hava
xətlərinə və pnevmatik daşıyıcı
borularına mütəmadi olaraq baxış keçirmək,
daxilini təmizləmək və onun daxilində baş
verə biləcək yanğınları söndürmək
üçün onlar baxış pəncərələri
ilə təmin olunmalıdırlar.
Baxış pəncərələri,
araları bir birindən 15 metrdən çox olmamaq
şərti ilə divarlardan və örtüklərdən
keçən boru xətlərinin yerində, döngələrdə
və üçlüklərdə
yerləşdirilməlidirlər.
7.18. Maşın və aqreqatların
tozsuzlaşdırma qurğusunun hava təmitzləyici
süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda
yerləşdirilməlidir.
7.19. Avadanlıqlardan ayrıları, dövr
edən tozlu hava, süzgəclərin köməyi ilə, iki
mərhələli təmizlənməyə məruz
qalmalıdırlar.
8.
Yanğına qarşı su təchizatına dair
tələblər.
8.1. Yanğına qarşı su
təchizatı xətləri saz vəziyyətdə
olmalıdır və yanğının
söndürülməsi üçün tələb olunan
suyun sərfi normasının tələblərini
ödəməlidir. Onların iş qabiliyyəti ildə
ən azı iki dəfə yoxlanılmalıdır (yazda
və payızda). Yanğın hidrantları daima saz
vəziyyətdə saxlanılmalıdır. Hidrantlar
yerləşən sahələrdə su xəttində suyun
kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan
az olması halları aşkar edildikdə yanğından
mühafizə xidmətinə xəbər verilməlidir.
Müəssisələrin yanğın
nasoslarının elektrik mühərrikləri fasiləsiz
olaraq elektrik enerjisi ilə təmin edilməlidir.
8.2. Yanğın baş verən zaman
işə salmaq və lazımı miqdarda su ehtiyatı
yaratmaq və həmin sahədə suyun sərfini artırmaq
üçün, su sayğacı quraşdırılmış
yerdə, diametri su xəttinin giriş yerindən az olmayan
əlavə su xətti quraşdırmalı və ona ventil
qoymalı. Ventili “Yanğın baş verdikdə açmalı”
sözləri yazılmış lövhə ilə təmin
etməli.
8.3. Hidrantlar və su hovuzları, onlara
yaxınlaşmaq üçün hərəkət
istiqamətini göstərən müvafiq
göstəricilərlə (işıqlandırıcı
və ya işıq əks etdirən xüsusi
təbəqə ilə örtülmüş
göstəricilər) təmin edilməlidirlər.
Göstəricidə su mənbəyinə qədər olan məsafə
rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir.
Hər bir yanğın hidrantı “YH”
yazılmış işıqlandırıcı ilə və
ya işıqlandırıcı (flyüoreset)
göstəriciləri ilə təmin edilməlidir.
Göstəricilərdə, eləcə də hidrantın
nömrəsi, göstəricidən hidranta qədər olan
məsafə (m), daxili diametri (mm) və onun növü
(dairəvi və ya dalanlı) göstərilməlidir.
Yanğın su hovuzu üzərində
“YSH” sözləri yazılmış
işıqlandırıcı və ya flyüoreset
göstəricisi ilə təmin edərək,
hərflərlə su ehtiyatının miqdarı (kub.metr)
göstərilməlidir.
Yanğına qarşı su hovuzları
daima dolu vəziyyətdə saxlanılmalıdır.
Onların su götürmə qurğuları saz
vəziyyətdə olmalıdır. Yanğın
avtomobillərinin, onlara sərbəst yan alıb oradan su
götürməsi üçün su hovuzu ən azı 12 x
12 metr ölçüdə bərk örtüklü
meydança ilə təmin edilməlidir.
8.4. Daxili yanğın kranları
lülə və atıcı şlanqlarla təmin
edilməlidirlər. Atıcı şlanq yanğın
kranına və lüləyə birləşdirilmiş vəziyyətdə
olmalıdır. Yanğın kranlarını şkaflarla
təmin edilməlidir. Şkafların qapılarında
yanğın kranlarının nömrələri yazılaraq,
bağlanıb, möhürlənməlidir.
8.5. Nasos stansiyasının otağı,
xüsusi izahedici mətnlərlə yazılmış,
“Yanğına qarşı su təchizatının ümumi
sxemi” və “Nasosların birləşmə sxemi” ilə
təmin olunmalıdır. Həmin sxemlər xüsusi
çərçivəyə salınaraq, görünən
yerdən asılmalıdır. Nasosxanada yerləşən
hər bir siyirtmənin və su təzyiqini qaldıran nasosun
təyinatları barədə göstəriciləri
olmalıdır. Su təzyiqini yüksəldici nasosların
dövriyyəyə qoşulması qaydası təlimatla
müəyyən edilməlidir.
Nasos stansiyası üçün
«Xidməti heyətin yanğın baş vermə zamanı
fəaliyyəti» barədə təlimat işlənib
hazırlanmalı, işçilərə imza ilə
tanış etdirməklə bir nüsxəsi, nasos
stansiyasının otağında görünən yerdən
asılmalıdır.
Yaşayış
məntəqələrinin yanğına qarşı su
təchizatının nasos stansiyalarının dispetçer
otağı ilə yanğından mühafizə xidmətinin
rabitə məntəqəsinin dispetçer otağı
aralarında birbaşa telefon əlaqəsi olmalıdır;
8.6. Su xətləri üzərində
quraşdırılmış, elektrik
ötürücüsü ilə
açılıb-bağlanan siyirtmələrin iş
qabiliyyəti ildə iki dəfədən az olmayaraq,
yanğın nasoslarının iş qabiliyyəti isə ayda
bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd
olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır
8.7. Obyektin ərazisində və ya
yaxınlığında ( 200 m radiusunda ) təbii və ya
süni su mənbələrinin (çaylar, göllər,
hovuzlar, süni su kanalları və s.) mövcud olduğu
halda, onlara ilin hər bir fəslində yanğın
avtomobillərinin və yanğının
söndürülməsində iştirak edən digər
texnikanın yan alıb su götürülməsi
üçün, həmin su mənbələrə bitişik
12 x 12 m ölçüdə bərk örtüklü
meydança və ya körpülər qurulmalıdır.
8.8. Su təzyiqi qüllələri ilin
hər fəslində yanğın texnikası ilə suyun
götürülməsi üçün
uyğunlaşdırılmalıdır.
Yanğının
söndürülməsi üçün nəzərdə
tutulmuş su ehtiyatından məişət və istehsalat
məqsədləri üçün istifadə etmək qəti
qadağandır.
9. Köçürmənin
(təxliyyənin) idarə olunmasına və insanların
yanğın barədə xəbərdar edilməsinə,
avtomatik yanğınsöndürmə və yanğın
siqnalizasiya
qurğularına olan tələblər.
9.1. Yanğın siqnalizasiyasına və
yanğınsöndürmə avtomatik qurğularına,
tüstüyə qarşı müdafiə, insanları
yanğın haqqında xəbərdaretmə və
köçürmənin idarəetmə sistemlərinə
texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET )
üzrə işlər, onları istehsal edən zavodların
texniki sənədlərinin tələbləri
nəzərə alınmaqla tərtib edilmiş illik
plan-qrafikə və təmir işlərinin
keçirilməsi müddətlərinə uyğun olaraq, həyata
keçirilməlidir.
TX və PET xüsusi təlim
almış heyət və ya lisenziyası olan, müqavilə
üzrə ixtisaslaşdırılmış
təşkilatlar tərəfindən həyata keçirilməlidir.
TX üzrə və ya qurğuların
dayandırılması ilə (ayn-ayrı xətlərin,
xəbərvericilərin) əlaqədar təmir işləri
zamanı müəssisənin rəhbəri binaların,
tikililərin, otaqların və texniki avadanlıqların
yanğından qorunması üçün lazımı
tədbirlər görməlidirlər.
9.2. Dispeçer otağında
(yanğın postunda), yanğın avtomatik
qurğularının nasazlığı və yanğın
barədə həyacan siqnalı alındığı zaman,
növbətçi heyətin fəaliyyət
göstərməsi ardıcıllığı barədə
təlimat asılmalıdır.
Dispetçer otağı telefon
əlaqəsi və üç ədəddən və daha
çox, yararlı elektrik
işıqlandırıcıları ilə təchiz
olunmalıdır.
9.3. Yanğın avtomatika qurğuları
layihə sənədlərinə uyğun olmalı, daima
hazır və saz vəziyyətdə
saxlanılmalıdır.
Norma və qaydalarda göstərilən hallardan
başqa, qurğuların “avtomatik işədüşmə”
sistemindən “əl ilə işəsalma” sisteminə
keçirilməsi qadağandır.
9.4. Yanğınsöndürmə
qurğularının balonlarında və
çənlərində, odsöndürücü maddənin
kütləsi və ya təzyiqi onların təlimatlarında
təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar
əlavə və ya yenidən doldurulmalıdırlar.
9.5. Sprinkler qurğularının
çiləyiciləri mexaniki zədələnmədən
qorunmalıdırlar.
Açılan və saz olmayan
çiləyicilərə tıxacların taxılması
(vurulması) qadağandır.
9.6. Yanğınsöndürmə
stansiyası izahedici mətnlə yazılmış boru
xətlərinin sxemi və yanğın baş verən zaman
qurğunu idarəetmə təlimatı ilə təmin
edilməlidir.
Hər bir idarəetmə
qovşağında mühafizə olunan otaqların adı,
qurğu seksiyasında çiləyicilərin növü
və sayı qeyd olunmuş lövhəcik asılmalıdır.
Ventil və kranlar bağlama sxeminə uyğun olaraq
nömrələnməlidirlər.
9.7. Qurğulara vaxtlı-vaxtında texniki
xidmət göstərilməsi üçün
ixtisaslaşdırılmış lisenziyası olan
təşkilatlarla ( bu o müəssisələrə aiddir ki,
qurğulara texniki qulluq edilməsi və xidmət heyəti
saxlamağa imkanı yoxdur) müqavilə
bağlanmalıdır.
9.8. Əsas və ehtiyat nasoslar,
nəzarət ölçü cihazları və qapaqlar
yerləşdirilmiş, yanğınsöndürmə stansiya
otağının qapısında üzərində
“Yanğın Söndürmə Stansiyası” sözləri
yazılmış tablo olmalıdır. Stansiya daima
bağlı vəziyyətdə saxlanılmalıdır.
Otağın açan xidmət heyətində
olmalıdır.
9.9. Mal-əmtəə materialları
saxlanılan otaqlarda çiləyicilərə qədər
olan məsafə ən azı 0,9 m,
xəbərvericilərə isə 0,5 m. olmalıdır.
9.10. Mövcud Dövlət Standartlarına
uyğun olaraq avtomatik qazla (su ilə)
yanğınsöndürmə qurğularının boru
xətlərini aşağıdakı rənglərlə:
- qazla yanğın söndürmə - san rəng;
- su ilə yanğın söndürmə -
yaşıl rəng;
- köpüklə yanğın söndürmə -
qəhvəyi rəngli xəbərdaredici halqalar
çəkməklə yaşıl rəng.
Müalicə və uşaq
məktəbəqədər təşkilatlarında,
həmçinin internat tipli ümumi təhsil
müəssisələrinin yataq korpuslarında,
yalnız xidmətçi heyət xəbərdar
edilməlidir. [2]
Xəbərvermə sistemlərinin
istifadə qaydaları, onların istismarı üzrə
təlimatda və köçürmə planlarında,
sistemləri işə salma hüququ olan şəxslərin
adları qeyd olunmaqla müəyyən edilməlidir.
9.11. İnsanların yanğın
barədə xəbərdar edilməsi üçün texniki
vasitələrin tələb olunmadığı hallarda,
obyekt rəhbərləri onların xəbərdar edilməsi
ardıcıllığını müəyyən etməli
və buna cavabdeh şəxslər təyin etməlidir.
9.12. Xəbərvericilər (səsucaldanlar)
səs tənzimləyicisiz olmalı və bilavasitə
şəbəkəyə qoşulmalıdır.
Xəbərvermə
məntəqələrinin ötürülməsini və
köçürmə idarə etməsinin
etibarlılığı təmin edildikdə, obyektdə
mövcud olan daxili radiostansiyalardan və digər veriliş
şəbəkələrindən istifadə edilməsinə
yol verilir.
10.
Yanğın avadanlığı və ilkin yanğın
söndürmə vəsaitlərinin saxlanılmasına dair
yanğın təhlükəsizliyi tələbləri.
10.l. Yanğın avtomobilləri
yanğın depolarında və ya bu məqsəd
üçün ayrılmış şəxsi heyətin
normal və təhlükəsiz iş şəraitini təmin
edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon
rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz
edilmiş xüsusi bokslarda saxlanılmalıdır.
Yanğın avtomobillərindən
yanğın texniki avadanlıqların
çıxarılması və yanğın texnikasından
digər məqsədlər üçün istifadə edilməsi
qəti qadağandır.
10.2. Yanğın avtomobilləri və
motopompalar, yanğınların söndürülməsi
üçün uyğunlaşdırılmış texnika
yanğın-texniki avadanlıqlarla tam təmin edilməli,
yanacaq və odsöndürücü maddələrlə
doldurularaq, daima saz vəziyyətdə
saxlanılmalıdır.
Yanğınların
söndürülməsi üçün texnikanın
cəlb edilmə qaydası, yerli orqanlarla
təsdiqlənmiş çıxış cədvəli
və yanğınların söndürülməsi
üçün qüvvə və vəsaitlərin cəlb
edilməsi planına əsasən təyin edilməlidir.
10.3. Yanğınsöndürmə
məqsədi ilə uyğunlaşdırılmış
(yenidən təchiz edilmiş) hər bir yanğın
motopompasına xüsusi hazırlıq keçmiş motorçu
(sürücü) təhkim olunmalıdır.
Müəssisələrdə yanğın
motopompalarının yanğın yerinə gətirilmə
qaydaları müəyyən edilməlidir.
10.4. Otaq, bina və tikililər normalara
uyğun olaraq, ilkin yanğınsöndürmə
vəsaitləri ilə təmin edilməlidirlər.
Müvafiq sertifikatları olmayan
yanğınsöndürmə vəsaitlərinin
istifadəsinə yol verilmir.
11.
Yanğın bas verən zaman edilən
hərəkətlər.
11.1. Hər bir vətəndaş
yanğının və ya yanmanın əlamətlərini
(alov, tüstü, yanıq qoxusu, temperaturun artması və
s.) aşkar etdikdə aşağıdakı hərəkətləri
etməlidir:
- dərhal telefonla
yanğından mühafizə orqanına xəbər
vermək (bununla bərabər obyektin ünvanını,
yanğının baş vermə yerini, həmçinin
öz soyadını deməlidir);
- imkan daxilində
insanların köçürülməsi, yanğının
söndürülməsi və əmlakın oddan qorunması
üçün ölçü götürməlidir;
- yanğın
bölmələrinin qarşılanmasını təmin
etməlidir.
11.2. Əmlak sahibləri: əmlaka sahib
olmağa, ondan istifadəyə və ya ona dair sərəncam
verməyə müvəkkil olan şəxslər, o
cümlədən müəssisələrin rəhbərləri
və vəzifəli şəxslər, yanğın yerinə
gələn yanğın təhlükəsizliyini təmin
etməyə təyin edilmiş məsul şəxslər
aşağıdakıları yerinə yetirməlidirlər;
- baş
vermiş yanğın haqqında yanğından
mühafizəyə məlumatı təkrar etmək və
rəhbərliyə, dispetçerə, obyekt üzrə
məsul növbətçiyə xəbər vermək;
- insanların
həyatları təhlükə altında olduğu halda,
əldə olan qüvvə və vəsaitlər hesabına
onların xilas edilməsini təşkil etmək;
- yanğına
qarşı avtomatik müdafiə sistemlərinin (insanları
yanğından xəbərdarlığı,
yanğınsöndürmə, tüstüyə qarşı
müdafiə) qoşulu olmasını yoxlamaq;
- ehtiyac
olanda elektroenerjini kəsmək (yanğına qarşı
müdafiə sistemlərini çıxmaqla), elektrik nəql
edən qurğu, aqreqat, aparatların işini dayandırmaq,
xammal, qaz, buxar və su xəttlərini bağlamaq, qəza
və bitişik olan otaqlarda ventilyasiya sisteminin işini
dayandırmaq, binanın otaqlarında yanğının və
tüstülənmənin qarşısını alan başqa
tədbirləri yerinə yetirmək;
- binada
yanğının söndürülməsi
tədbirlərindən başqa bütün işləri
dayandırmaq (əgər buna texnoloji istehsalat prosesi yol
verirsə);
- yanğının
söndürülməsində iştirak etməyən
bütün işçiləri təhlükəli zonadan
uzaqlaşdırmaq;
- yanğından
mühafizə bölməsinin gəlməsinə
qədər obyektin spesifik xüsusiyyətlərini
nəzərə alaraq, yanğının
söndürülməsinə ümumi rəhbərlik
etmək;
- yanğının
söndürülməsində iştirak edən
işçilərin təhlükəsizlik
tələblərinə riayət etmələrini təmin
etmək;
- yanğının
söndürülməsi ilə eyni zamanda
köçürməni və maddi dəyərlərin
qorunmasını təşkil etmək;
- yanğından
mühafizə bölməsinin qarşılanmasını
təşkil etmək və yanğın mənbəyinə
giriş üçün qısa yolun seçilməsində
köməklik etmək;
- yanğınların
söndürülməsi və bununla bağlı ilk
növbəli qəza-xilasedici işlərin
keçirilməsi üçün cəlb edilən
yanğından mühafizə bölmələrinə,
obyektdə olan və ya emal (edilən təhlükəli
(partlayış-təhlükəli) partlayıcı,
zəhərli maddələr haqqında, şəxsi heyətinin
təhlükəsizliyinin təmin edilməsi üçün
lazım olan məlumatları bildirmək.
11.3. Yanğın bölməsi
gəldikdə müəssisənin rəhbəri (və ya onu
əvəz edən şəxs) yanğın
söndürmə rəhbərini, obyektin, bitişik tikililər
və qurğuların konstruktiv və texnoloji
xüsusiyyətlərindən, saxlanılan və
işlədilən maddələrin, məmulatların sayı
və yanğın təhlükəli
xüsusiyyətlərindən və yanğının
müvəffəqiyyətlə ləğv edilməsi
üçün lazımı olan digər
məsələlərlə məlumatlandırmalıdır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14
iyun 2023-cü il tarixli 20/01-029 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi 15202306141029,
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
16 iyun 2023-cü il)
ƏMRƏ EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 14 iyun 2023-cü
il tarixli 20/01-029 nömrəli
Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306141029, Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyun
2023-cü il) ilə “Azərbaycan
Respublikasında yanğın təhlükəsizliyi
Qaydaları”nın 2.5-ci bəndin üçüncü
abzasında “internat-məktəblər” sözləri “internat
tipli ümumi təhsil müəssisələri”
sözləri ilə əvəz edilmişdir.
[2] 14 iyun 2023-cü
il tarixli 20/01-029 nömrəli
Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306141029, Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyun
2023-cü il) ilə “Azərbaycan
Respublikasında yanğın təhlükəsizliyi
Qaydaları”nın 9.10-cu bəndin beşinci abzasında “məktəb-internatların”
sözləri “internat tipli ümumi təhsil
müəssisələrinin” sözləri ilə
əvəz edilmişdir.